Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 1(033)-14/2025 03.03.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədova Zərifə Faiq qızı sədrlik etməklə, məhkəmə iclasının katibi Cəlilova Nuridə Əli qızının katibliyi, dövlət ittihamçısı - Аzərbаycаn Respublikаsı Bаş Prоkurоrluğunun Dövlət ittihаmının müdаfiəsi üzrə İdаrəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihаmının müdаfiəsi üzrə şöbəsinin prоkurоru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Zaqatala rayon Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1992-cı ildə Zaqatala şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, səyyah bloger, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Zaqatala şəhəri Bakı prospekti ev 39 ünvanında yaşayan Təqsirləndirilən şəxsnın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında saat 12:00-da baxaraq, məhkəmə m ü ə y y ə n e t d i : Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx.xx.2022-ci il tarixdə 4 saylı Bakı «Asan xidmət» mərkəzində Notariat ofisndə tanışı Şahid2 adına etibarnamə əsasında aldığı özünə məxsus «Jeep Grand-Cherokee» markalı **-BT-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini 2023-cü ilin əvvəllərində satmaq qərarına gəlmiş, əvvəllər tanımadığı Zərərçəkmiş şəxs ilə telefonla danışarkən sonuncunun avtomobili almaq istədiyi barədə məlumatı əldə etdikdən sonra Zərərçəkmiş şəxs məxsus əmlakı tamah niyyəti ilə qanunsuz və əvəzsiz olaraq ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə 12 mart 2023-cü il tarixdə Zərərçəkmiş şəxslə Zaqatala rayon Yuxarı Tala kəndi ərazisində “Meh” restoranında görüşüb həmin avtomobili 7500 manata satdığını, avtomobilin təmiri üçün 3450 (üç min dörd yüz əlli) manat olmaqla ümumilikdə 10950 (on min doqquz yüz əlli) manata razılaşıb, avtomobili təmir etdirdikdən sonra Zərərçəkmiş şəxs verəcəyi barədə yalan vəd verib bu adla aldatmaqla, yəni, zərərçəkmiş şəxsin xeyrinə faktiki olaraq hər hansı iş görmədiyi və ümumiyyətlə reallıqda belə bir niyyəti də olmadığı halda həmin gün, yəni 12 mart 2023-cü il tarixdə Zaqatala rayon Yuxarı Tala kəndi ərazisində olan Meh restoranında «Jeep Grand-Cherokee» markalı **-BT-*** dövlət qeydiyyat nişalnı minik avtomobilini satış qiyməti ilə əlaqədar 7500 manat, təmiri ilə əlaqədar 3450 manat olmaqla ümumilikdə 10950 manat pulu vahid niyyətlə ələ keçirərək qəsdən zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə baxışı iclasında dindirilən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, ittihamda göstərilən cinayət əməlini törətməkdə özünü təqsirli bilir, dəymiş zərərin 25 faizini ödədiyini və buna dair qəbzinin olduğunu, eyni zamanda zərərçəkmiş şəxslə barışdığını bildirərək cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi izahatdan görünür ki, Zərərçəkmiş şəxs tanıyır, qohum deyil, ədavəti yoxdur. xx.xx.2022-ci il tarixdə Bakı şəhərindən Quba rayon sakini X5 adlı şəxsdən qırmızı rəngli «X9 minik» markalı **-BT-*** dövlət qeydiyyat nişalnı avtomobili 4500 (dörd min beş yüz) manata almış, həmin avtomobili alanda sürücülük vəsiqəsi olmadığına görə sürücülük vəsiqəsi olan tanışı Zaqatala rayon Yuxarı Tala kənd sakini Şahid2 ilə birlikdə Bakı şəhərinə getmiş və həmin avtomobili Nəbinin adına baş etibarnamə əsasında almışdır. Sonra həmin avtomobili Nəbi idarə edib Bakı şəhərindən Zaqatala şəhərinə gətirmişdir. Daha sonra maşının bəzi detallarını rəngləmək və ön görünüşünü qaydaya salmaq üçün avtomobili Nəbigilin həyətinə aparmışlar. Nəbinin avtomobili rəngləmək qabiliyyəti olduğuna görə təmənnasız olaraq maşının alt hissəsini rəngləmiş, faralarını təmizləmiş, rəng qopan hissələrində kosmetik işlər görmüşlər. Avtomobil Nəbigilin həyətində qalmışdır. Həmin ərəfədə dağ turizmi ilə məşğul olduğuna görə, Zaqatalaya gələn turistləri Zaqatalanın dağlıq ərazilərinə aparmaq üçün həmin avtomobili almışdır. Dağ turizmi üçün çadırlar və bəzi ləvazimatlar alınması üçün pul lazım olduğuna görə «X9 minik» markalı **-BT-*** dövlət qeydiyyat nişalnı minik avtomobilini satmaq qərarına gəlmişdir. Zərərçəkmiş şəxs həmin ərəfədə ona avtomobili almağa görə zəng etmiş, Xanrza ilə təxminən 2023-cü ilin mart ayının əvvəllərində ona məxsus avtomobili almaq üçün Zaqatala şəhərinə gələndə tanış olmuşdur. 2023-cü ilin mart ayının əvvəllərində dəqiq tarixi yadında olmayan vaxtı Xanrza arvadı ilə Zaqatalaya gəlmiş, Meşleşdə «Meh» restoranında oturub yemək yemişlər. Xanrza maşına baxıb bəyənmiş, ona etibar etmiş, «Meh» restoranında maşının qiymətini 7500 (yeddi min beş yüz) manata razılaşmışlar. Əlavə olaraq avtomobilin qabaq razdatkasının və kondisionerin təmiri üçün Xanqrza ona 3450 (üç min dörd yüz əlli) manat pul vermiş, ümumilikdə Xanrza ona avtomobili almağa görə «Meh» restoranında bir dəfəyə 10950 (on min doqquz yüz əlli) manat manat pul vermişdir. Sonra Xanrza arvadı ilə birlikdə çıxıb Bakı şəhərinə getmiş, maşın Zaqatalada onda qalmışdır. Xanrza maşının qabaq razdatkasını, kondisionerini düzəldəndən sonra gəlib maşını aparacağını demişdir. Avatomobilin problemləri olduğuna görə həmin vaxt notariusa getmədiklərini, alqı-satqı etmədiklərini, aralarında olan söhbət şifahi olduğunu, Xanrza ona inanıb etibar etdiyini və maşını almağa görə ona 10950 (on min doqquz yüz əlli) manat pul verdiyini bildirmişdir. Həmin ərəfədə dağ turizmi ilə məşğul olduğuna görə Zaqatalaya gələn turistləri Zaqatalanın dağlıq ərazilərinə aparmış, maşının satışından əldə etdiyi, yəni ümumilikdə Xanrzadan aldığı 10950 (on min doqquz yüz əlli) manat pulu turizm işinə, yəni, çadırlar, yataq kisələri və ora lazım olan başqa ləvazimatlar almağa xərcləmişdir. Sərhəd qoşunlarından ona dağlarda kampların, yəni, turist düşərgələrinin təşkil olunmasına icazə verilməmiş, ucqar dağ kəndlərindəki yaylaqlarda düşərgələrin salınmasına və təşkil olunmasına icazə verilməməsi turizm biznesini batırmış, çox böyük maddi ziyanlar etmiş, məcburiyyət qarşısında qalıb Xanrzaya satdığı «X9 minik» markalı **-BT-*** dövlət qeydiyyat nişalnı avtomobili dəqiq tarixi yadında olmayan vaxtı Zaqatala rayon sakini Əyyub adlı şəxsə baş etibarnamə əsasında 4500 (dörd min beş yüz) manata satmış, həmin vaxt maşın Yuxarı Tala kəndində dostu Nəbigilin həyətində olmuşdur. Maşını Əyyuba satandan sonra Əyyuba demiş, Nəbi Əyyuba baş etibarnamə vermiş, maşını gedib Nəbigilin həyətindən aparmışdır. Əyyub da həmin maşını sonradan tanımadığı başqa bir şəxsə satmış, bildiyinə görə həmin şəxs də maşını 62 seriyası ilə öz adına sənədləşdirmişdir. Sürücülük vəsiqəsi olmadığına görə maşını Bakı şəhərindən alanda Nəbinin adına baş etibarnamə əsasənda almışdır ki, sonradan öz adına sənədləşdirsin, lakin avtomobili Əyyuba satdığına görə öz adına sənədləşdirməmişdir. Maşını Əyyuba alqı-satqı edəndən sonra maşının 4500 manat pulu onun kartına yüklənmiş, o, həmin pulu öz borclarına paylamışdır. Bundan bir müddət sonra Xanrza ilə danışmış, «işim çöküb biznesim batıb, ya maşını verəcəm, ya da pulunu qaytaracam” demişdir. Təxminən iki ay keçəndən sonra eyni markalı maşını Xanrzaya gətirmək üçün Bakı şəhərində yaşayan xalası oğlu Asiflə birlikdə Quba rayonuna getmiş, 15 yaxud 18 iyun 2023-cü il tarixdə Quba rayonunda Turan adlı şəxsdən 6000 (altı min) manata həmin avtomobildən almış, Asifə avtomobili idarəetmək etibarnaməsi vermiş, avtomobili Asif idarə etmiş, həmin avtomobillə Zaqatalaya gələndə Qəbələ rayonunda Asif idarəetməni itirmiş, maşın yoldan çıxıb ağaca çırpılmış, özü xəsarət almış, hər iki qolunda olan sınıqlardan və kəllə beyin travmasından 6 ay yataq rejimində müalicə almış, həmin avtomobil hadisə nəticəsində iki yerə bölündüyünə görə tanımadığı dəmir tullantısı yığan şəxslərə 1000 (min) manata satmışdır. Bundan sonra da Xanrza ilə telefon danışığı və əlaqəsi olmuş, Xanrza ilə danışıqlarında heç vaxt pulunu qaytarmamağı deməmiş, ondan heç vaxt qaçmamışdır. Etdiyim əmələ görə peşiman olduğunu, Xanrzanı aldadıb maşın satmaq adı ilə aldığı 10950 manat pulu tezliklə qaytaracağına söz verdiyini bildirmişdir. «Pulu Xanrzadan aldıb avtomobili Xanrzaya satdığınız halda nəyə görə həmin avtomobili başqasına satırdınız?» sualına «orda səhfim var, səhf etmişəm» cavabını vermişdir. Xanrza ona inandığını və aralarında heç bir sənədləşmə olmadan ona pul verdiyini, Xanrzadan əldə etdiyi pulu turizim işi ilə əlaqədar avadanlıqlara xərclədiyini, sonradan da həmin avadanlıqları da satıb pulunu borclarına xərclədiyini, avtomobili satmağa görə Xanrzadan 10950 (on min doqquz yüz əlli) manat pul aldığını bildirmişdir. Zərərçəkmiş şəxs Hacı oğlunun ibtidai istintaq zamanı verdiyi izahatından görünür ki, Zaqatala şəhər sakini Təqsirləndirilən şəxs ilə 10 mart 2023-cü il tarixdə tanış olmuş, qohum deyil, ədavəti yoxdur. Belə ki, həmin ərəfədə Təqsirləndirilən şəxs özünə məxsus «Jeep Grand-Cherokee» markalı **-BT-*** dövlət qeydiyyat nişalnı avtomobilini satmış, həmin avtomobili almaq qərarına gəlmiş və bu məqsədlə 12 mart 2023-cü il tarixdə arvadı Şahid1 ilə birlikdə Zaqatala şəhərinə gəlib Orxanla «Bayraq Meydanı» adlı yerdə görüşmüş, maşına baxıb bəyənmişdir. Orxan həmin avtomobili 7500 (yeddi min beş yüz) manata satdığını bildirmiş, o razılaşmış. daha sonra avtomobilə əlavə avadanlaıqlar quraşdırılması üçün yadında qalmayan ustaının yanına getmişlər. Usta maşına əlavə avadanlıqlar quraşdırılması üçün 3450 (üç min dörd yüz əlli) manat pul istəmiş, o, avtomobilin 7500 manat pulunu və əlavə avadanlıqlların quraşdırılması üçün ustaya verilən 3450 manat pulu, yəni ümumilikdə 10950 (on min doqquz yüz əlli) manat pulu həyat yoldaşı Çimnazın yanında meşəlik kimi bir yerdə olan olan kafedə Orxana əlbəəl vermiş, sonra həmin günü arvadı Çimnazla birlikdə Bakı şəhərinə qayıtmışlar. 14 mart 2023-cü il tarixdə Orxan ona zəng edib anasının müalicəsi üçün 3300 (üç min üç yüz) manat borc pul istəmiş, o, Bakı şəhərindən özünə məxsus Paşa banka aid 5402 6919 5772 9683 nömrəli maaş kartından Orxana məxsus Kapital banka aid 4169 7332 1340 0786 nömrəli hesaba 14 mart 2023-cü il tarixdə 3000 (üç min) manat, 16 mart 2023-cü il tarixdə isə 300 (üç yüz) manat olmaqla cəmi 3300 manat pulu göndərmişdir. Lakin borca göndərdiyi 3300 manat pul avtomobilin puluna aid deyil, həmin 3300 manat pulu Orxana borca vermişdir. Avtomobili ona satmağa görə Orxan ondan aldığı pulun məbləği 10950 (on min doqquz yüz əlli) manatdır. Aralarında olan razılığa görə Təqsirləndirilən şəxs pulu ondan aldıqdan bir ay sonra avtomobili ona təhvml verməli, borc aldığı 3300 manat pulu da sonra qaytarmalı idi. Lakin, sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs onun etibarından sui istifadə edərək, ona qarşı dələduzluq etmiş, avtomobili ona satmaq adı ilə 10950 manat pulunu ələ keçirmişdir. Orxan bəhanə edib avtomobil kmin ki, adınadır həmin şəxsin rəhmətə getdiyini, maşını ada keçirdə bilmədiyini, belə bir problem olduğunu, həll edib avtomobili verəcəyini bildirmişdir. Sonradan 28 aprel 2023-cü il tarixdə Orxan ona WhatsApp vasitəsilə yol nəqliyyat hadisəsi törədib xəsarət alıb xəstəxanada olduğunu, səbrli olmasını, həll edəcəyini demiş, o gözləmiş, Orxan verdiyi vədə əməl etməmişdir. 09 may 2023-cü il tarixdə Orxanın istifadə etdiyi ***-***-**-** nömrəsinə WhatsApp vasitəsilə yazaraq verdiyi pulları qaytarmasını yaxud avtomobili verməsini tələb etmiş, Orxan yenə bəhanələr edib avtomobili verməmiş, nə də avtomobili satmaq adı ilə aldığı 10950 manat pulunu qaytarmamışdır. Həmin WhatsApp yazıları silindiyinə görə təqdim edə bilmədiyini bildirmişdir. 04 iyun 2023-cü il tarixdə Zaqatala şəhərinə gəlmiş, Orxanla Zaqatala şəhərində yaşadığı ünvanda görüşüb maşını verməsini ya da pulunu qaytarmasını demiş, Orxan ona narahat olmamasını avadanlıqları olduğunu həmin avadanlıqları satıb pulunu verəcəyini bildirmişdir. 05 dekabr 2023-cü il tarixdə Orxan Turkiyədə olduğunu bildirmiş və ona oradan kart vasitəsilə borc aldığı puldan 300 (üç yüz) manat pul göndərmişdir. Orxan maşın satmaq adı ilə aldadıb 10950 manat pulunu ələ keçirdiyinə görə elektron qaydada DİN rəhbərliyinə müraciət etmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Orxana sonradan göndərdiyi 3300 manat pulu anasının müalicəsi ilə əlaqədar borc vermiş, həmin pulun avtomobilin puluna heç bir aidiyyəti yoxdur. Orxan borc aldığı puldan 300 manatını qaytarmışdır. Orxan onun etibarından sui istifadə edib maşın satmaq adı ilə aldadıb 10950 manat pulunu ələ keçirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BDYP-nin Şəki Regional Qİ və TB şöbəsinin xx.xx.2024-cü il tarixli, 651/2024 nömrəli məktubundan görünür ki, **-BT-*** dövlət qeydiyyat nişalnı «Jeep Grand-Cherokee» markalı minik avtomobili xx.xx.2023-cü il tarixdə Zaqatala şəhər Nizapmi küçəsi ev 23 mənzil 15-də qeydiyyatda olan X2 adına qeydiyyata alınmış və hal hazırda da onun adına qeydiyyatdadır. Qeyd olunan avtomobili etibarnamə ilə Zaqatala rayonu Əliabad qəsəbəsində qeydiyyatda olan X1 idarə edir. İş materiallarında olan Zaqatala Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində yazılı və ya şifahi olaraq heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş “polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən dövlət büdcəsinə 2750 manat ödəniş edilmişdir. Zərərçəkmiş şəxs təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan ona tam ödənmiş, ona qarşı mülki iddiası və tələbi yoxdur. Təqsirləndirilən şəxs məhkəmə baxışında təqdim etdiyi ərizədən görünür ki, zərərçəkmiş şəxslə barışmış və ona dəymiş 10950 manat ziyanı tam olaraq ödəmişdir. Həmçinin cinayət nətcəsində vurulmuş ziyanın 25 faizi olan 2737,50 manatı dövlət büdcəsinə ödəmişdir. Ona görə də iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş edir. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi onun ifadəsi və ərizəsi ilə yanaşı, zərərçəkmiş şəxsin verdikləri ifadələri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsnın əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, cinayət işinin icraatına xitam verilməklə təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Cinayət Məcəlləsinin 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.1 -ci maddələrinə əsasən, məhkəmə baxışı gedişində dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə işin hallarını, təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin işin icraatına xitam verilməsini xahiş etmələrini, cinayət prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə olan cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 3 ədəd disk cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Qeyd olunanlara və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384-cü maddələrinə əsaslanaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, zərərçəkmiş şəxslə barışaraq ona dəymiş ziyanı tamamilə ödədiyinə və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinin tələbinə əsasən, onun barəsində olan cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut, maddi ziyan və mülki iddianın olmaması nəzərə alınsın. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, elan edildiyi andan 20 (iyirmi) gün keçdikdən sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zərifə Məmmədova.
Məhkəmə qərarları › İş №1(033)-14/2025
Zaqatala Rayon Məhkəməsi Qərar — İş №1(033)-14/2025
03.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver