Azərbaycan Respublikası adından HÖKM Zaqatala rayonu İş № 1(033)-15/2023 29.03.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Əliyeva Ayşə İsrafil qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi Zaqatala Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1967-ci il tarixdə Azərbaycan Respublikası Zaqatala rayonu Sumaylı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsizdir, məhkumluğu olmayan, Zaqatala rayonu Sumaylı kəndində qeydiyyatda olmaqla yaşayan barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 29 mart 2023-cü il tarixdə saat 16:30-da açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ondan ötrü Azərbaycan Respublikası CM-in 188.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur ki, o, tamah niyyəti ilə qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan 2019-cu ildə Zaqatala rayonu Dardoqqaz kəndində yerləşən, Zaqatala rayonu Göyəm bələdiyyəsinin mülkiyyətində olan, yaşayış məntəqələri torpaqlarına aid, kəndin perespektiv inkişafı üçün nəzərdə tutulmuş 0,3251 ha torpaq sahəsinin ətrafını dəmir materialdan olan tikanlı məftillərlə qəsdən özbaşına hasarlamaqla qanunsuz tutmuş, bundan sonra qeyd edilən torpaq sahəsindən əkinçilik məqsədilə fasiləsiz olaraq istifadə etməklə öz cinayət əməllərini davam etdirmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, 2019-cu ildə Zaqatala rayonu Dardoqqaz kəndində yerləşən və Göyəm bələdiyyəsinin mülkiyyətində olan, yaşayış məntəqələri torpaqlarına aid, kəndin perespektiv inkişafı üçün nəzərdə tutulmuş 0,3251 ha torpaq sahəsinin ətrafını dəmir materialdan hazırlanmış tikanlı məftillərlə özbaşına hasarlamaqla qanunsuz tutmuş və həmin tarixədən torpaq sahəsindən əkinçilik məqsədilə fasiləsiz olaraq istifadə etmişdir. O, verilmiş ittiham üzrə zəbt etdiyi torpaq sahəsini cinayət işinin istintaqı aparılarkən boşaldaraq bələdiyyəyə təhvil vermişdir. O, heç yerdə işləmədiyini, günəmuzd işlərdə işləyərək ailəsinin yeganə qazanc mənbəyi olduğunu, əməlindən səmimi peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində bildirmişdir ki, 2020-ci ildən Zaqatala rayonu Göyəm bələdiyyəsinin sədri vəzifəsində işləyir, Zaqatala rayonu Sumaylı kənd sakini Təqsirləndirilən şəxs tanıyır, Həsrətlə düşmənçilik və ədavəti yoxdur. O, bələdiyyə sədri işlədiyi müddət ərzində sədri olduğu bələdiyyəni əhatə edən kəndlərin problemlərini, həmin kəndlərdə yaşayan sakinlərin istəklərini və tələblərini yerinə yetirməyə çalışmış, mütəmadi olaraq ərazilərə nəzarət etmişdir. Təqsirləndirilən şəxs Zaqatala rayonu Dardoqqaz kəndinin ərazisindəki Meşəli adlanan restoranın yaxınlığında yerləşən, Göyəm bələdiyyəsinin mülkiyyətində olan yaşayış məntəqələri torpaqlarına aid, kəndin perespektiv inkişafı üçün nəzərdə tutulmuş 0,3251 ha torpaq sahəsinin ətrafını dəmir materialdan hazırlanmış tikanlı məftillərlə özbaşına hasarlamaqla qanunsuz əkib becərmişdir. Hal-hazırda torpaq sahəsi Təqsirləndirilən şəxs tərəfindən bələdiyyənin mülkiyyətinə qaytarılmışdır, qanunsuz hasarları sökülmüşdür. O, təqsirləndirilən şəxslə barışmış, onun barəsində heç bir şikayət və tələbinin olmadığını bildirdi. İş materiallarında olan “Zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin nümayəndəsi kimi tanınma haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zaqatala rayonu Göyəm bələdiyyəsi zərərçəkmiş hüquqi şəxs və Nümayəndə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınması qərara alınmışdır. İş materiallarında olan 28 aprel 2022-ci il tarixli hadisə yerinə baxış protokoluna əsasən müəyyən edilmişdir ki, Zaqatala rayonu Dardoqqaz kəndindəki Meşəli adlanan restoranla üzbəüz durduqda solunda, yəni şimal istiqamətində sonradan hasarlanaraq fındıq ağaclarından bağ salınmış torpaq sahəsi yerləşir və həmin ərazi dəmir materialdan olan tikanlı məftillərlə hasarlanmışdır. Baxış iştirakçıları olan Ceyhun və Cuma Qurbanovlar həmin hasarlanma işlərinin 2019-cu ildə Təqsirləndirilən şəxs tərəfindən həyata keçirildiyini bildirmişlər. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinin 25 may 2022-ci il tarixli **********03 nömrəli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən qanunsuz istifadə edilən 0,3251 ha torpaq sahəsi Zaqatala rayonu Göyəm bələdiyyənin mülkiyyətində saxlanılan yaşayış məntəqələri torpaqlarına aid, kəndin perspektiv inkişafı üçün nəzərdə tutulmuş ərazidə yerləşir. İş materiallarında olan “Cinayət işinin icraata qəbul edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.1, 182.1 və 188.4.1-ci maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işi Zaqatala RPŞ-nin İB-nin müstəntiqi, polis leytenantı Pərvin Rüstəmovun icraatına qəbul edilmişdir. İş materiallarında olan “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona Azərbaycan Respublikası CM-nin 178.1, 182.1 və 188.4.1-ci maddələrində nəzərdə tutulan ittihamın elan olunması və s. qərara alınmışdır. İş materiallarında olan “cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1, 182.1 və 188.4.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməli törətməkdə şübhəli şəxs kimi tutulması qərara alınmışdır. İş materiallarında olan “cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 09:00-dan tutulmuşdur. İş materiallarında olan “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona Azərbaycan Respublikası CM-nin 178.1, 182.1 və 188.4.1-ci maddələrində nəzərdə tutulan ittihamın elan olunması və s. qərara alınmışdır. İş materiallarında olan Zaqatala Rayon Məhkəməsinin 4(033)-26/2022 saylı xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdən saat 09:00-dan hesablanmaqla 01 (bir) ay müddətinə, yəni xx.xx.2022-ci il tarixə saat 09:00-dək həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində olan Zaqatala Rayon Məhkəməsinin 4(033)-26/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan “cinayət işi üzrə ibtidai istintaq müddətinin uzadılması barədə” 14 noyabr 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti 03 ay uzadılmışdır. İş materiallarında olan Zaqatala Rayon Məhkəməsinin 4(033)-28/2022 saylı xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsdə saxlanılma müddətinin uzadılmasından imtina edilşdir. İş materiallarında olan “polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək Zaqatala rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 1(033)-31/2014 nömrəli hökmü ilə cinayət məsuliyyətinə cəlb olunmuş və hazırda məhkumluğu ödənilmişdir. İş materiallarına əlavə edilmiş X4 tərəfindən verilən ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş 4800 (dörd min səkkiz yüz) manat zərəri ödəmişdir. İş materiallarında olan Zaqatala RİHB-nin Göyəm KİƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 78 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən nümayəndəliyin Sumaylı kənd sakinidir. İş materiallarında olan Zaqatala RİHB-nin Göyəm KİƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 77 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi: özü- Təqsirləndirilən şəxs, arvadı- X1, oğlu- X2 ibarətdir. İş materiallarına əlavə edilmiş Zaqatala rayon İcra Hakimiyyəti başçısının Göyəm kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 178.1, 182.1 və 188.4-cü maddələrdən həmin Məcəllənin 188.1-ci maddəsinə tövsif edilməklə həmin maddə ilə ona yenidən ittiham verilməsi qərara alınmışdır. İş materiallarında olan “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan yenidən ittihamın elan olunmuşdur. İş materiallarına əlavə olunmuş Zaqatala rayonu Göyəm bələdiyyəsinin sədri vəzifəsində işləyən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən mülkiyyət, istifadə və icarə hüququ olmadan Zaqatala rayon Dardoqqaz kəndində yerləşən Göyəm Bələdiyyəsinin mülkiyyətində olan yaşayış məntəqələri torpaqlarəna aid 0,3251 ha zəbt edilmiş torpaq sahəsi boşaldılmış və Göyəm Bələdiyyəsinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Cəza təyin edilərkən nəzərə alınmasını xahiş edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə, iş üzrə mövcud sübutları qiymətləndirib, iş materiallarını təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə tam təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 188.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və o, törətdiyi cinayətə görə cəza almalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və onun ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.1-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əməllər (hərəkət və ya hərəkətsizliklər) xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərə bölünür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma - səkkiz min manatdan on min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayətlərin təsnifatına aiddir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsin onunla barışmasını, onun barəsində şikayət və tələbinin olmamasının, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını, ailəsinin yeganə qazanc mənbəyi olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamı”nın 10.2ci bəndində cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi prioritet məsələlər kimi qoyulmuşdur. Həmin sərəncamın 8-ci bəndində qeyd olunmuşdur ki, cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün həbsə alternativ cəzaların tətbiqi genişləndirilsin. Məhkəmə Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah olunmaq imkanlarının tükənmədiyini, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin edilməsi qanuni və ədalətlidir. Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər həbsdə saxlandığı 26 (iyirmi altı) gün müddət nəzərə alınmalıdır. İş üzrə mülki iddia verilməmiş, məhkəmə xərci və maddi sübut yoxdur Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlin törədilməsində təqsirli bilinərək 8000 (səkkiz min) manat cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən onun xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər həbsdə saxlandığı 26 (iyirmi altı) gün müddət nəzərə alınaraq ona təyin edilmiş cərimə məbləği yüngülləşdirilsin və üzərində 4000 (dörd min) manat miqdarında cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş cərimə məbləğini hökm qanuni qüvvəsini aldıqdan sonra 1 (bir) ay müddətində müvafiq bank hesabına köçürməklə ödəsin. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti Zaqatala Rayon İcra və Probasiya Şöbəsi həyata keçirsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №1(033)-15/2023
Zaqatala Rayon Məhkəməsi Hökm — İş №1(033)-15/2023
29.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver