Azərbaycan Respublikası adından HÖKM Zaqatala rayonu İş № 1(033)-15/2025 08.07.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədova Zərifə Faiq qızı sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı - Аzərbаycаn Respublikаsı Bаş Prоkurоrluğunun Dövlət ittihаmının müdаfiəsi üzrə İdаrəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihаmının müdаfiəsi üzrə şöbəsinin prоkurоru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Zaqatala rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Zərərçəkmiş şəxs iştirakı ilə, Təqsirləndirilən şəxs: xx xxxx 1980-cı ildə Zaqatala rayonunda anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmayan, Zaqatala rayonunun Qandax kəndində qeydiyyatda olmaqla faktiki yaşayan, işsiz, 16 yanvar 2025-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 23 iyun 2023-cü il tarixdə gecə vaxtı Zaqatala rayonunun Qandax kəndində yerləşən yaşadığı evdə yemək yeyib spirtli içki qəbul etdikdən sonra yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində evdə tək olduğu zaman qonşusu Zərərçəkmiş şəxs onun keçmiş həyat yoldaşı haqqında xoşagəlməz fikirlər səsləndirməsi nəticəsində ailəsinin dağılmasını xatırlayaraq Zərərçəkmiş şəxs döyməklə qisas almaq qərarına gəlmiş, bu məqsədlə 24 iyun 2023-cü il tarixdə, saat 00:10 radələrində onunla həmin kənddə qonşuluqda yaşayan Zərərçəkmiş şəxs həyətinin açıq olan darvazasından həyətə daxil olmuş və sonuncunu səsləyərək həyətini su basması adı ilə aldadıb evdən həyətə çıxmasına nail olmuş, həmin vaxt Zərərçəkmiş şəxs ailəsinin dağılmasına səbəb olmuş hərəkətləri ilə bağlı iradlarını bildirdikdən sonra əli və ayağının dizi ilə qəsdən sonuncunun bədəninin müxtəlif nahiyələrinə ardıcıl zərbələr vurmaqla onun üçün aşkar surətdə qoca vəziyyətdə olan Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid sağ İX qabırğanın yerdəyişməyən qapalı sınığı, birlikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən başın təpə-ənsə nahiyəsinin 01 ədəd şişkinliyi, sol süd vəzi, döş qəfəsi, sol said və və sol sağrı nahiyələrinin hərəsində 01 ədəd qançırları xarakterli xəsarətlər yetirmişdir. Məhkəmə baxışı iclasında dindirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, Zaqatala rayon prokurorluğunda 28 fevral 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində Zərərçəkmiş şəxs xəsarət yetirməyilə bağlı hissədə yalan ifadə vermiş, özünü müdafiə etmək məqsədilə 28 fevral 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində Zərərçəkmiş şəxs hansı qaydada xəsarət yetirdiyini gizlətmək istəmiş, lakin işin halları və məhkəmə-tibbi ekspertizasının rəylərindən də göründüyü kimi sonuncunun bədən səthində xəsarətlər olmuş və həmin xəsarətlər onun tərəfindən yetirilmişdir. Belə ki, Zaqatala rayonu Qandax kəndində qonşuluqda yaşadığı Zərərçəkmiş şəxs ilə münasibətləri pis olmuş, çünki sonuncu və hal-hazırda cəzaçəkmə müəssisəsində cəza çəkən qohumu Kərim yaşadığı kənddə təxminən beş il bundan qabaq arvadı Rəksanə Həsrətova haqqında həqiqətə uyğun olmayan məlumatlar yaymış, bu səbəbdən onunla Rəksanənin münasibəti pisləşmiş, sonuncu bundan sonra övladları ilə birlikdə yaşadıqları evi tərk edərək öz ata evinə getmişdir. Ailəsinin dağılmasında Kərimlə yanaşı, Sevdanı da günahkar bilmişdir. Kərim həmin söhbətlərdən bir müddət sonra 2019-cu ilin avqust ayında törətdiyi cinayət əməlinə görə məsuliyyətə cəlb olunmuşdur. Sevda ilə isə demək olar ki, danışmamış, sonuncunun hərəkətləri, yəni arvadı haqqında söz-söhbətləri onun ailəsini dağıtmış, övladlarından uzaq qalmışdır. 23 iyun 2023-cü il tarixdə saat 20 radələrində həmkəndliləri İlkin, Xəqani, Sahil onun evinə gəlmiş, birlikdə evdə yeyib içmişdirlər. Həmin vaxt o, təxminən 0,5 litr spirtli içki olan araq qəbul etmiş, saat 23 radələrində həmkəndliləri onun evindən çıxıb getdikdən sonra evdə tək qalmışdır. Sərxoş halda evdə tək olduğu zaman ailəsi haqqında, həyat yoldaşı Rəksanə və övladları haqqında fikirləşməyə, onlar üçün darıxmağa başlamışdır. Çünki o, Rəksanəni sevərək evlənmiş, heç vaxt ailəsinin dağılmasını istəməmiş, lakin kənd arasında yayılmış sözsöhbətlər onun ailəsində münaqişələrin artmasına və dağılmasına səbəb olmuşdur. Həmin söz-söhbətlərdən də o, qonşuluqda yaşayan Sevdanı günahkar bilmiş, çünki sonuncu yalan-doğru hər yerdə hər sözü danışan qadın olmuşdur. Sərxoş halda evdə tək həyat yoldaşını və övladlarını fikirləşən zaman Sevdanın onun ailəsinə söz-söhbət salmağı və ailəsini dağıtmağı yadına düşmüş, əsəbiləşərək Sevdanın evinə getmək və niyə görə onun ailəsi haqqında söz-söhbət saldığını aydınlaşdırmaq qərarına gəlmişdir. Ona görə də 24 iyun 2023-cü il tarixdə təxminən saat 00:10 radələrində qonşuluqda yaşayan Sevdanın evinə getmiş, həmin evin həyət darvazasınının qapısı açıq olduğu üçün darvazadan həyətə daxil olaraq Sevdanı çağırmağa başlamış, lakin sonuncu səsinə cavab verməmişdir. Ona görə də Sevdanın yaşayış evinin pilləkənlərinin aşağısında dayanıb bir daha sonuncunu səsləməyə başlamış, bu zaman evin daxilindən Sevdanın səsi gəlmiş, sonuncu kim olduğunu soruşan zaman qonşu Bayram olduğunu demiş və Sevdadan çölə çıxmasını istəmişdir. Bundan sonra Sevda evin qapısından çıxaraq üçpilləli pilləkəndən aşağı düşüb onun yanına gəlmiş, sonuncu həyətdə su olmadığını görmüş və ondan nə üçün gecə vaxtı həyətə gəldiyini soruşmuşdur. Bundan sonra o, həyətin qarşısında Sevdadan niyə görə onun ailəsi haqqında söz-söhbət saldığını və ailəsini dağıtdığını soruşmuş, sonuncu isə belə bir iş görmədiyini, heç kimin ailəsini dağıtmadığını bildirmiş və onun sərxoş olduğunu hiss edərək əsəbi halda çıxıb getməyini tələb etmişdir. O isə qeyd etdiyi kimi Sevdanın hərəkətlərini düşünərək əsəbi olduğu üçün sonuncunun üzərinə hücum çəkərək mübahisə etməyə və Sevdanı döyməyə başlamışdır. Belə ki, mübahisə zamanı o, əvvəlcə Sevdanın baş nahiyəsinə bir dəfə yumruq zərbəsi vurmuş, sonuncu həmin vaxt ona müqavimət göstərmək istəyəndə Sevdanın qolundan və əynindəki xalatın sinə nahiyyəsindən, yəni, Sevdanın sinəsindən tutaraq qabırğa nahiyəsinə dizi ilə zərbələr endirib yerə yıxmış, o sonuncunun üzərinə tullanmış, Sevda da onun altında qalmış, bundan sonra yerdə süpürləşməyə başlamışlar, o Sevdaya zor tətbiq edərək sağ əli ilə və sağ ayağının diz nahiyəsi ilə sonuncunun sinəsinə, döş qəfəsinə, sol qoluna, həmçinin sol aşağı ətraflarına zərbələr vurmağa başlamış, Sevda onun əlindən qurtula bilmədiyini görüb qışqırmağa başlamış, belə ki, “məni burax, məni burax” sözlərini qışqıra-qışqıra demişdir. O, Sevdanın qışqırdığını görüb qonşuların səsə gələcəyini düşündüyü üçün sonuncudan aralanmış və Sevda yerdən qalxaraq qonşuluqdakı Firəngizgilin həyətinə tərəf qaçmışdır. O da bundan sonra Sevdanın həyətindən çıxaraq təkrar yaşadığı evə qayıtmış və yataraq yuxuya getmişdir. Bir müddətdən sonra qardaşı Şahid1 və Sevdanın qardaşı Soltan onun yaşadığı evə gələrək Sevdanın evinə girib sonuncunu döyübdöymədiyini soruşmuş və ona birlikdə Sevdanın evinə getməyi təklif etmişdirlər. O da razılaşaraq onlarla birlikdə Sevdanın evinə getmiş, qardaşı Kərəmlə birlikdə Sevdanın həyətində olan zaman orada Sevda, qardaşı Soltan və sonuncunun oğlu Elnur olmuşdur. Həmin vaxt Soltan ondan təkrar Sevdanın həyətinə girib-girmədiyini soruşduqda o, inkar etməyə çalışsa da, Sevda əlində onun qırılmış boyunbağısını gətirib qardaşı Kərəmə təqdim etmişdir. Bundan sonra o, sərxoş olduğunu bildirib həm Sevdadan, həm də sonuncunun digər qohumlarından üzrxahlıq etmiş və onu bağışlamalarını istəmişdir. Qardaşı Kərəm də, o da həmkəndli olduqlarını bildirib şikayət etməməklərini xahiş etmişdir. Həmin vaxt Soltan da onun üzrxahlıqlarını qəbul edib şikayət etməyəcəklərini qeyd etmişdir. Sevdanın həyətində söhbət edən zaman sonuncunun digər qardaşı Elçin də gəlib, söhbətlərə şahid olmuşdur. Lakin sonradan Sevda onun barəsində hüquq mühafizə orqanlarına şikayət edərək evinin içinə girdiyini, sonuncunu döydüyünü, hətta Sevdanı öz evində zorlamağa cəhd etdiyini bildirmişdir. Lakin onunla Sevda arasında olan mübahisə yuxarıda qeyd etdiyi kimi olmuş, o, Sevdanın evinin içərisinə girməmiş, sonuncunu zorlamaq niyyəti olmamış və buna da cəhd etməmişdir. Əgər o, Sevdanı zorlamağa cəhd etmişdirsə, sonuncu və qohumları həmin gün onunla və qardaşı Kərəmlə danışan zaman onu döyərək ona ağır dərəcəli bədən xəsarətləri yetirə, yaxud da başqa bir formada ağır şəkildə cəzalandıra bilərdilər. Lakin onların arasında normal söhbət olmuş və razılaşaraq üzrxahlıq edib ayrılmışdırlar. Onun Sevdanı zorlamaq kimi niyyəti olmamış, sonuncunun dedikləri tamamilə şər, böhtandır. Zərərçəkmiş şəxs ondan yaşca təxminən 20 yaş böyük olmuş, yaşlı qadın olmuş, sonuncu ilə cinsi ehtirasını təmin etmək məqsədilə birlikdə olmağı heç vaxt düşünməmiş, yaşlı və qoca olduğu üçün Sevdaya qarşı cinsi istəyi heç vaxt olmamışdır. Əgər Sevdanı zorlamaq kimi niyyəti olsa, fiziki cəhətdən sonuncudan çox güclü olduğundan Sevda onun əlindən qaça bilməz, həmçinin, hadisə vaxtı da yerdə olduqları zaman o, Sevdanı buraxmasa, sonuncu onun əlindən çıxıb gedə bilməzmiş. Sevdanın onunla niyə görə belə qərəzli davranmasını başa düşə bilməmiş, sonuncunu döydüyünü və xəsarət yetirdiyini qəbul etsə də, Sevdanın evinin içinə daxil olmamış və sonuncunun zorlamağa cəhd etməmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, o, Zərərçəkmiş şəxs həyətdə döydüyü zaman sonuncu qışqıraraq buraxmağını tələb etmiş, “mən burax, məni burax” sözlərini desə də, özünü öldürəcəyi barədə heç bir söz deməmişdir. Ona məxsus olan boyunbağı Zərərçəkmiş şəxs ilə yerdə süpürləşdikləri zaman qırılmışdır, sonuncu həmin boyunbağını evinin pilləkənlərinin qarşısında, yəni, onların mübahisə etdikləri yerdə taparaq təqdim etmişdir. O, ilkin və əlavə ifadəsində Zərərçəkmiş şəxs ilə münasibətlərinin pis olduğunu qeyd etmiş, ilkin ifadəsində sonuncu ilə aralarında əvvəllər heç bir narazılığın olmadığını bildirən zaman narazılıq kimi o, aralarında əvvəllər dava-dalaş, mübahisə olmadığını nəzərdə tutmuşdur. Həyətdə mübahisə edib yerdə süpürləşdikləri zaman Zərərçəkmiş şəxs əynində alt paltarının olub-olmamasına fikir verməmiş, sonuncunun döydüyü və yerdə süpürləşdikləri zaman Sevdanın əynində olan dondakı zədələr, yəni sökülmə yerləri həmin zaman yaranmışdır. Sevdadan xoşu gəlməmiş, lakin həyat yoldaşı haqqında yayılan sözsöhbətdən sonra sonuncu ilə ayrılsa da, Sevda ilə bu mövzuda söhbət edib bu vaxta qədər mübahisə etməmişdir. Sadəcə hadisə günü sərxoş olmuş və ailəsi haqqında fikirləşərək darıxmağa başlsmış, ailəsinin dağılmasındakı səbəbkarlardan biri olan Sevda yadına düşmüş və sonuncu ilə mübahisə etmək üçün yaşadığı evə getmişdir. O, sərxoş vəziyyətdə olmasaydı, yenə də Sevda ilə heç vaxt mübahisə etməz, yəni mübahisə etmək üçün konkret olaraq gecə vaxtını qəsdən düşünərək seçməmişdir. Mübahisə zamanı Sevda ona heç bir xəsarət yetirə bilməmiş, onu dişləməmiş və ondan qan axmamış, rayon prokurorluğunda ifadə verən zamanı cinayət məsuliyyətindən boyun qaçırmaq və istintaqın fikrini yayındırmaq məqsədilə həmin məzmunlu ifadə vermiş, belə ki, hazırda adını xatırlamadığı bir neçə nəfərdən bu mövzu barədə danışdıqda onlar ehtiyyatsızlıqdan yüngül bədən xəsarəti yetirməyə görə cinayət məsuliyyətinin olmadığını bildirmişlər və ona bu formada ifadə verməyimi demişlər, 14 oktyabr 2024-cü il tarixdə rayon prokurorluğunda verdiyi ifadənin həmin hissəsini təsdiq etmir, həqiqəti əks etdirmir, lakin hazırda dedikləri isə tam həqiqətdir və qanun qarşısında məsuliyyət daşımağa hazırdır. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, Təqsirləndirilən şəxs onun həmkəndlisi olmaqla, qonşuluqda yaşayır. 24 iyun 2023-cü il tarixdə saat 00:10 radələrində yaşadığı evin qapısı döyülmüş, həmin vaxt qapını döyən şəxsin kimiliyini soruşduqda, qapını döyən şəxs qonşu Bayram olduğunu, həyəti su basdığını demişdir. O, bundan sonra qapını açan zaman Bayramın qapının qarşısında olduğunu, həyəti isə su basmadığını görmüşdür. Elə bu zaman Bayram evinə daxil olub onu zorla yataq otağına apararaq qollarını burub çarpayıya yıxaraq üstünə oturmuşdur. O, Bayramı itələyib çarpayıdan qalxmağa çalışsa da, buna gücü çatmamış və Bayram onun alt paltarını əynindən çıxarmışdır. Bayramı təkrar itələdikdə həmin vaxt ikisi birlikdə çarpayıdan yerə yıxılmışdır. Bayramın əlindən qurtulub qonaq otağına keçmişdir. Yataq otağında olan zaman Təqsirləndirilən şəxs boğaz və qulağını dişləmişdir. Həmçinin boğazında olan boyunbağını da qoparmışdır. Qonaq otağına keçməkdə məqsədi mətbəxdən sonra yerləşən hamam otağından həyətə çıxıb qaçmaq olmuşdur. Lakin Bayram həmin vaxt onun ardınca gələrək qonaq otağında da onu zorlamaq üçün yerə yıxmışdır. Bayrama müqavimət göstərib onun əlindən qurtulub mətbəxə oradan da hamam otağına keçmişdir. Hamam otağında olan həyətə açılan qapının bağlı olması, həmçinin Bayramın təkrar gəlib onu arxadan qucaqlayıb zorlamağa cəhd etməsi səbəbi ilə qapıdan çıxa bilməmişdir. Mətbəxdə Bayramın əlindən qurtulub evin giriş qapısından çölə çıxaraq qışqıra-qışqıra "burax məni, özümü çaya atacam" deyərək qonşusu Firəngizin evinə tərəf qaçmışdır. Onun həyəti ilə Firəngizin həyəti arasında arx vardır. Yay aylarında həmin arxda su olduğundan arxı keçmək üçün körpü funskiyasını yerinə yetirən enli taxta parçası qoyulmuşdur. O, həmin arxın yanında olan zaman Bayram gəlib onu tutaraq geri çəkmişdir. Bu zaman “burax məni özümü öldürəcəm” deyə qışqırmışdır. Bayramın əlindən qurtulub Firəngizin həyətinə keçmək istəyən zaman arxın üzərində olan taxtadan yıxılmışdır. Sonra təkrarən ayağa qalxıb Firəngizin həyətinə keçmişdir. X5 evinə girib artıqəskik hərəkət etmək istədiyini söyləmişdir. Bir qədər özünə gəlikdən sonra isə həyətinə qayıtdıqda qardaşı Soltanı və onun oğlu Elnuru həyətində görmüşdür. Qardaşı oğlu Elnur onu görən kimi, “İsmət adlı həmkəndlimiz mənə zəng edərək dedi ki, bibinin həyətindən səslər gəlir. Ona görə də mən bura gəldim” demişdir. Elnurun bu sözündən sonra baş verənləri ona danışdır. Ardınca qardaşı Soltan, Bayramın qardaşı Kərəmə zəng edərək onları həyətə dəvət etmişdir. Bayramla Kərəm onun həyətinə gəldikdən sonra Soltan Bayramdan "nə məqsədlə bacımın həyətinə gəlmisən" deyə soruşduqda Bayram Soltana cavab vermişdir ki, “mənə eləyiblər, mən də eliyirəm”. Soltan Bayramdan soruşdu ki, "sənə qarşı biz nə pislik etmişik?". Bayram isə cavabında onların deyil, qohumlarının pislik etməsinə görə etdiyini bildirmişdir. Soltan Bayrama “narazılığın vardırsa, gəlib mənə bildir, gecə vaxtı sənin qadının evində nə işin var?” dedikdə, Bayram isə yaxşı elədiyini, axıra qədər də edəcəyini, qisasını alacağını demişdir. Bu zaman Kərəm Bayramın səhv hərəkət etdiyinə görə iradını bildirib, barışmağı, məsələni yerindəcə həll etməyi təklif etsə də, razılaşmamışlar. X9 Kərəmi həyətdən çıxardıqdan sonra digər qardaşı Elçin gəlmiş, Elçinlə qardaşı Soltan və o, hadisə barədə söhbət etdikdən sonra DİN-nin 102 xidmətinə bu haqda məlumat vermək qərarına gəlmişlər. O, qardaşlarının yanında 102 xidmətinə zəng edərkən Bayramın onu zorlmağa cəhd etməsini deməkdən ehtiyat edərək onu evində döyməsini bildirmişdir. xx.xx.2023-cü il tarixli ərizədə adının qarşısında olan imza ona məxsusdur. Həmin ərizə qardaşı oğlu Asim tərəfindən xx.xx.2023-cü il tarixdə səhər saatlarında yazılmışdır. Ərizədə ona görə döyülməyini qeyd etmişdir ki, əlavə hadisə olmasın. Xəstəxanaya qardaşı Elçin, bacısı Tahirə ilə getmiş, həkim müayinəsində də yanında olmuşlar. Qardaşına görə xəstəxanada döyülməyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə DİN-nin 102 xidmətinə müraciətində Bayramın onu zorlamağa cəhd etməsini deməkdən utandığı üçün münaqişə etməsini bildirmişdir. Rayon prokurorluğuna ünvanlanmış ərizə gəlinləri Firuzə tərəfindən yazılmışdır. Məsələni açıq-aydın deməkdən ehtiyat etmişdir ki, qardaşları hadisə törətməsin. Bayramın ona qarşı etdiyi hərəkəti heç cür qəbul edə bilmədiyindən xx.xx.2023-cü il tarixdə DİN-nin 102 xidmətinə zəng edib hadisə barədə həqiqi məlumat vermişdir. Çünki rayon polis şöbəsi tərəfindən səthi yanaşıldığını görmüşdür. O, qardaşlarının hadisə törətməsindən ehtiyat etdiyi üçün Bayramın onu zorlamağa cəhd etməsini bildirməmişdir. İzahatı alınan zaman ola bilər ki, fikrini düzgün ifadə edə bilməmişdir. Ümumiyyətlə qardaşlarının hadisə törətməsindən ehtiyat etdiyi üçün ilk vaxtlarda müraciətlərində Təqsirləndirilən şəxs onu döyməsini bildirmişdir. İzahatları alınan zaman da fikrini düzgün ifadə edə bilmədiyi üçün həyəcanlı olduğunu göstərmişdir. Bayram onu zorlamağa cəhd edən zaman boynunu dişləmişdir. Qan ləkələri də Bayramın qanıdır. O, heç vaxt ailə qurmadığı üçün kişi cinsiyyət orqanının gərginləşmiş ereksiya halında olması barədə heç bir məlumatı yoxdur. Təqsirləndirilən şəxs yaşadığı evə daxil olduqda, evin giriş qapısı örtülsə də, kilidlənməmişdir. Bayram həmin vaxt onu tutaraq, evin əsas qapısından çıxmağına imkan verməmişdir. Rayon polis şöbəsində izahatı alınan zaman Təqsirləndirilən şəxs onu zorlamağa cəhd etməsini bacısı Tahirəyə demişdir. Bundan sonra bacısı Tahirə qardaşlarına bu barədə məlumat vermişdir. xx.xx.2023-cü il tarixdə səhər saatlarında bacısı Tahirəyə Bayramın onu zorlamağa cəhd etməsini demişdir. Həmin vaxt Tahirəyə bu barədə heç kimə heç nə deməməsini söyləmişdir. Özünü müdafiə etmək məqsədi ilə Bayrama xəsarət yetirmişdir, ola bilər ki, gecə saatları olduğu üçün qardaşı Soltan və onun oğlu Elnur Bayramın xəsarətini görməsinlər. Müraciət əsasında gələn Eşqin adlı polis əməkdaşı evdə qan ləkələrini görmüş, yaş və palçığa batmış paltarlarını da evin girişində olan pilləkən üzərində Eşqinə göstərmişdir. Eşqinə gördüklərini sənədləşdirməsini dedikdə, həmin şəxs “mənlik deyil” deyərək getmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. Bayram evli olsa da, bir müddət bundan əvvəl faktiki olaraq ayrılmışdır. Zərərçəkmiş şəxs ilə həmkəndlidir, onun qardaşı Elçinlə ailəvi münasibətləri olmuşdur. Məlum hadisədən sonra bir qədər aralarında soyuqluq yaranmışdır. Zərərçəkmiş şəxs yaşadığı evin qanşuluğunda öz qohumları yaşasa da, qohumları ilə sıx əlaqəsi və ya münasibəti yoxdur. xx.xx.2023-cü il tarixdə Sevdanın qardaşı Soltan onun nömrəsinə zəng edərək “ sənə çatası şey var, məhəlləyə çıx” demişdir. Bu səbəblə məhəlləyə çıxdıqda Soltan ona “Sevdanın həyətinə giriblər, görənlər deyir ki, Bayramdır” demişdir. O, Bayramın Sevdanın həyətinə girdiyinə inanmadığımı deyəndə Soltan da eyni fikirdə olduğunu söyləmişdir. Buna görə Soltana bu məsələni dəqiqləşdirməyi demişdir. Həmin vaxt Soltanın yanında Elnur da olmuşdur. Birlikdə qardaşı Bayramın yaşadığı evə gedib onu çağırmışlar. Bayram həmin vaxt yuxudan oyanıb onların yanına gəldikdə, çağırılmasının səbəbini söyləmişlər. Bayram isə cavabında Sevdanın həyətinə girdiyini xatırlamadığını dedikdə, belə qərara gəlmişlər ki, bu məsələnin Sevdanın həyətində aydınlaşdırsınlar. Sevdanın həyətində olan zaman o, Bayramın həyətə gələrək onunla mübahisə etdiyini bildirmişdir. Hətta səhv etmirsə mübahisə vaxtı qopmuş boyunbağısını da Bayrama vermişdir. Bu zaman Bayram spirtli içki qəbul etdiyi üçün sərxoş olduğundan Sevdadan üzr istəyib onu bağışlamasını xahiş etmişdir. O da həmkəndli olduqlarını, qardaşı Bayramın üzrxahlığını qəbul etməsini deyərək şikayət edilməməsini xahiş etmişdir. Həmin vaxt Sevda da, qardaşı Soltan da məsələnin aydınlaşdığını söyləyib heç bir şikayət edilməyəcəyini qeyd etmişlər. Bir qədər sonra isə Sevdanın digər qardaşı Elçin də gəlib məsələ barədə məlumat aldıqdan sonra ciddi bir hadisə olmadığını söyləmişdir. Növbəti gün isə Sevdagilin hadisə ilə əlaqədar şikayət etdiyini öyrənmişdir. Sonradan isə Zərərçəkmiş şəxs Bayramın onu zorlamaq üçün evinə girməsi barədə fikirlər səsləndirməyə başlamışdır. Zərərçəkmiş şəxs həyətində danışıqlar aparılan zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs zorlamağa cəhd etməsi ilə əlaqədar heç bir söhbət aparılmamışdır. Zərərçəkmiş şəxs həmin vaxt Bayramın onunla mübahisə etdiyini demişdir. Əgər zorlamağa cəhd etməsi barədə söhbət olsa idi, fikrincə Sevdagil onları sakit qarşılamaz, əksinə daha aqressiv olardılar. Bayramın Sevdanı zorlmağa cəhd etməsi ilə bağlı fikri bacısı Tahirə səsləndirmişdir. Sevda yaşlı qadındır, evində tək yaşayır. Bayram isə ondan cavan və fiziki cəhətdən güclüdür. Bayramın elə bir niyyəti olsa idi, Sevda ona müqavimət göstərə bilməzdi. Üzərindən xeyli vaxt keçdiyi üçün onların əyinlərində hansı paltarların olmasını dəqiq xatırlaya bilmir. Bayramın həmin vaxt xəsarəti olsa idi, görərdi. Həmin vaxt Bayramın bədənində heç bir xəsarət olmamışdır. Sevdanın isə xəsarətinin olub-olmamasına fikir verməmişdir. Şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun bacısıdır, hazırda Qandax kənd kitabxanasının müdiri vəzifəsində işləyir. Heç vaxt ailə qurmamışdır, ata evində tək yaşamaqdadır. Sevda xaraktercə sakit təbiətli, mülayim insandır. Hazıradək ondan kiminsə şikayət etməsini, həmçinin kiminləsə mübahisə etməsinin şahidi olmamışdır. Təqsirləndirilən şəxs onun həmkəndlisidir, qonşuluqda yaşayırlar. Bayramın qardaşı Kərəmlə onun qardaşı Elçin arasında sıx dostluq münasibətləri olmuşdur. Məlum hadisə ilə əlaqədar münasibətlərində bir qədər soyuqluq vardır. Hadisə baş verən günə qədər aralarında heç bir narazılıq, ədavət olmamışdır. xx.xx.2023-cü il tarixdə yaşadığı evdə olan zaman həyat yoldaşı ona bacısı Sevdanın yaşadığı həyətdən səslər gəlməsini bildirməsindən sonra onun yaşadığı evə getmişdir. Bu barədə kimsə həyat yoldaşına zəng edərək məlumat vermişdir. Bundan sonra bacısının yaşadığı evə getmişdir. Daxil olduqda həyətdə oğlu Elnurla, bacısı Sevdanı, qonşu Firəngizi görmüşdür. Həmin vaxt bacısı Sevdanın əynindəki paltarlarının səliqəsiz halda olmasını görüb nə baş verdiyini soruşduqda o, qonşu Təqsirləndirilən şəxs evə girdiyini, onu zorla evdən çıxardığını bildirmişdir. O da bu məsələni aydınlaşdırmaq üçün Bayramın qardaşı Kərəmə zəng edərək küçəyə çıxmasını xahiş etmişdir. Kərəmlə söhbət zamanı Bayramın Sevdanın yaşadığı evə girdiyini söyləmişdir. Kərəm də bu söhbəti aydınlaşdırmaq üçün onunla birlikdə Bayramın yaşadığı evə getmişdir. X11 həyətinə niyə girdiyini soruşduqda cavab olaraq Bayram, ona şər atıldığını bildirmişdir. O, həmçinin Bayramı görən zaman boynunda dırnaq izlərinə oxşar izlərin olduğunu da görmüşdür. Bunu görüb Sevdanın həyətdə olduğunu, həyətdə onun üzünə qarşı deməsini təklif etmişdir. Bayram da onun təklifi ilə razılaşdığından birlikdə Sevdanın həyətinə gedib, bir qədər əvvəl dediyi sözləri təkrar etməsini söyləmişdir. Bu zaman Bayram təkrarən ona şər atıldığını, həyətə girmədiyini bildirdikdə Sevda gümüşü rəngli boyunbağını göstərib Bayramdan boyunbağının ona məxsus olub-olmamasını soruşduqda Bayram cəld şəkildə boyunbağını Sevdadan almışdır. Bundan sonra Kərəm Bayramdan nəyə görə Sevdanın həyətinə girdiyini soruşduqda Bayram acıqlı halda "yaxşı eləmişəm, ailəmin dağılmasında kimlər günahkardırsa hamısından axıra qədər qisasımı alacam" demişdir. Bu sözlərdən sonra Kərəm ailəsinin dağılmasında Sevdanın nə günahının olmasını soruşduqda Bayram "onların qohumudur" demişdir. Söhbət zaman digər qardaşı Elçin də həyətə gəlmişdir. Bayramın hərəkətlərini görüb bu barədə hüquq mühafizə orqanlarına şikayət etmək qərarına gəlmişlər. Bu hadisədən bir müddət sonra isə Bayramın həyətə girib Sevdanı zorlamaq istədiyini eşitmişdir. xx.xx.2023-cü il tarixdə Sevdanın əynində don olmuşdur. Həmin don islanmış halda, səhv etmirsə çiyin nahiyəsində zədə olmuşdur. Həmin vaxt Bayramın əynində hansı paltarların olmasını xatırlamır. xx.xx.2023-cü il tarixdə Sevda yalnız Bayramın evə girdiyini və zorla Bayramı evdən çıxardığını qeyd etmişdir. Sevda fiziki cəhətdən Bayramdan zəif də olsa, qarşılıqlı mübarizə şəraitində ona müqavimət göstərmək iqtidarında olubolmaması barədə dəqiq bir fikir bildirə bilmir. Sevda həmin vaxt paltarda olduğu üçün hər hansı bir xəsarətinin olub-olmamasını görə bilməmişdir. xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs məxsus həyətdə qanunsuz hərəkətləri ilə əlaqədar söhbət edən zaman, eləcə də Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında onunla söhbət edib Zərərçəkmiş şəxs məxsus həyətə gələrkən Təqsirləndirilən şəxs bədən səthində hər hansı bir xəsarət və ya xəsarət izi, eləcə də əynindəki paltarlarda zədə və ya zədə izi görməmişdir. xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs məxsus yaşayış evinə daxil olaraq müşahidə aparmamışdır. Bayramın iddia etdiyi məsələ odur ki, uzaq qohumları olan Kərimin, onun arvadı ilə münasibəti olmuş və ailəsi dağılmışdır. Həmin vaxt kənddə Kərimin, Bayramın arvadı ilə münasibətinin olması haqqında söz-söhbət yayılmışdır. Bayram da arvadını buna görə boşamışdır. Şahid qismində dindirilmiş Şahid3 şahid qismində dindirilmiş atası Şahid2la oxşar məzmunlu ifadə verməklə göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə həmkəndlisi İsmət ona zəng edərək bibisi Sevdanın yaşadığı həyətdən səslər gəlməsini bildirməsindən sonra onun yaşadığı evə getmişdir. Əvvəlcə həyətdə heç kimin olmadığını görüb evə daxil olduqda, evdə də heç kimin olmadığını görmüşdür. Evə daxil olduqda yataq otağında bibisinin istifadə etdiyi mobil telefonun yanında döşəmə üzərində olduğunu, yataq dəstinin dağınıq formada, alt paltarının yatağın ayaq tərəfində, dəhliz hissədə stolların yığılmış, xalçanın səliqəsiz halda olmasını, həmçinin mətbəx hissədə də eyni halı müşahidə etmişdir. Bundan sonra isə digər otaqlara girdikdə həmin otaqların səliqəli şəkildə qaldığını, bibisinin evdə olmadığını görüb həyətə çıxmışdır. Həyətə çıxdıqda bibisi Sevdanın, qonşusu Firəngizlə həyətə gəldiyini görüb ondan nə baş verdiyini maraqlanmışdır. Bu zaman bibisi bir qədər həyəcanlı halda evə adam girdiyini söyləmişdir. Elə bu zaman atası həyətə gəldiyindən bütün söhbətləri atası davam etdirmişdir. Söhbət zamanı ona məlum olmuşdur ki, həyətə girən şəxs bibisi ilə qonşuluqda yaşayan Bayramdır. Söhbət zamanı əmisi Elçin də Sevdanın həyətinə gəlmişdir. Yaşı az olduğundan bibisi Sevda hadisə barədə ətraflı şəkildə məlumatları atası Soltana və əmisi Elçinə bildirmişdir. Bundan sonra Bayram barəsində qanuni tədbir görülməsi üçün şikayət edilmişdir. Bayramla Kərəm, bibisinin həyətinə gəlib söhbət etdikdən sonra o, yaşadığı evə getmişdir. Atası ilə, əmisi bibisinin yanında qalmışlar. xx.xx.2023-cü il tarixdə səhər saatlarında isə Tahirə adlı digər bibisindən eşitmişdir ki, Təqsirləndirilən şəxs Sevda bibisini zorlamaq niyyəti ilə yaşadığı evə girmişdir. xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs əynində paltar olduğundan bədən səthi üzərində hər hansı xəsarət olmasını görməmişdir. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs əvvəlcə qapının qarşısına çıxanda əynində sadəcə "bric", yəni, qısa şalvar olmuş, üzərində isə nə mayka, nə də başqa bir şey olmamışdır. Bibisi Sevdanın həyətinə gəlməsi ilə əlaqədar əyninə səhv etmirsə köynək geyinmişdir. Bayram öz evinin qarşısında olan zaman onun bədən səthi üzərində hər hansı xəsarət olmasını görə bilməmişdir. Bibisi Zərərçəkmiş şəxs məxsus həyətdə də söhbət edərkən Bayramın xəsarətinin olmasını görməmişdir. Şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs onun qonşusudur. 2023-cü ilin yay ayında gecə 00 radələrində qonşusu Yazgül onun həyətinə gələrək Sevdaya nəsə olduğunu, qışqırdığını demişdir. Bundan sonra hər ikisi birlikdə qaçaraq getmiş və ona məxsus bağda Sevda ilə rastlaşıb onu həyətə gətirmişlər. Həyətdə olan zaman Zərərçəkmiş şəxs nə baş verdiyini soruşduqda sonuncu ona Bayramın evə girdiyini, əlbəyaxa olduqlarını demişdir. Bayramın ona nəsə etdiyini soruşduqda isə Zərərçəkmiş şəxs bir-birlərini sürütlədiklərini demişdir. Sevda ilə söhbət zamanı o, Yazgüllə bir yerdə olmuş, o, sual vermiş Zərərçəkmiş şəxs cavablandırmışdır. Hadisə vaxtı o, Bayramı görməmişdir. Məhkəmədə əlavə şahid qismində dindirilmiş Şahid9 verdiyi ifadəsində bildirdi ki, Firəngizgildən evinə gedəndə, Sevdanın həyətində səs eşidib, Firəngizgilə qaçdı. Firəngiz ona dedi ki, getsin özü də arxasınca gələcəm. Sevda ona demişdir ki, Bayram onun evinə girmiş və o yaxasından əl çəkməsini bildirərək qışqırmışdır. Həmçinin, Sevda ona demişdir ki, bu hadisəni Sevdadan, Firəngizdən və ondan başqasının bilməsini istəmir. Məhkəmə istintaqı zərurəti ilə əlaqədar MTE və PA Birliyi PHŞ-nin Zaqatala rayon şöbəsinin rəis əvəzi Şahid8 şahid qismində dindirilmişdir. Ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs onun tərəfindən xx.xx.2023-cü il tarixdə müayinə olunmuşdur. Müayinə zamanı onun bədən səthində hər hansı xəsarət və ya xəsarət izinə rastlanmamışdır. Bununla bağlı xx.xx.2023-cü il tarixli 256 nömrəli rəy verilmişdir. Əgər şəkillərdə olduğu kimi qanaxma ilə müşayiət olunan xəsarət yetirilmişdirsə, bu ondan xəbər verir ki, Təqsirləndirilən şəxs daha dərin xəsarət yetirilmişdir. Şəkillərdə əks olunduğu kimi qanaxma verən xəsarət xx.xx.2023-cü il tarixdə yetirilərdisə həmin xəsarətin izləri xx.xx.2023-cü il tarixinə qədər qalmalı idi. Lakin Təqsirləndirilən şəxs onun tərəfindən müayinə olunan zaman onun bədən səthində, həmçinin boyun nahiyəsində qançır, piqmentasiya ləkələri, sıyrılmış yara, sıyrılmış yara izi və çapıq toxuma əlamətlərinə rastlanmamışdır. Zərərçəkmiş şəxs ilk olaraq tərəfindən müayinə olunmuş və 25 iyun 2023-cü il tarixli 174 nömrəli rəy tərtib edilmişdir. Həmin şəxsdə olan xəsarətlər, yəni təpə ənsə nahiyəsində bir ədəd şişkinlik, sol süd vəzində bir ədəd qançır, döş qəfəsində bir ədəd qançır, sağ İX qabırğanın qapalı yerdəyişməyən sınığı, sol saidində bir ədəd və sol sağrısında bir ədəd qançırlar onun tərəfindən aşkar olunmuşdur. O, tərtib etdiyi rəydə verilən suala uyğun cavab yazmışdır, çünki şəxsin hansı şəraitdə xəsarət alması yalnız təhqiqat və istintaq yolu ilə aydınlaşdırıla bilər. Zərərçəkmiş şəxs 25 iyun 2023-cü il tarixdə onun tərəfindən məhkəmə-tibbi ekspertizası zamanı sonuncu ona Bayram tərəfindən yumruq və təpiklə döyüldüyünü bildirmiş, sonuncunun onu zorlamağa cəhd etməsi barədə heç bir fikir səsləndirməmişdir. Səhiyyə Nazirliyi MTE və PA Birliyi PHŞ-nin 472/MEŞ saylı, xx.xx.2024-cü il tarixli rəyindən də göründüyü kimi həmin xəsarətlərin həm zor tətbiq etməklə cinsi əlaqəyə cəhd zamanı yaranması, həm də digər müxtəlif şəraitlərdə yaranması inkar olunmamışdır. Odur ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin Təqsirləndirilən şəxs əlavə ifadəsində göstərdiyi şəraitdə də yaranması inkar olunmur. Belə ki, Sevda Əmiraslanovun qeyd olunan xəsarətləri yıxılaraq alması inandırıcı olmasa da, həmin xəsarətlər bərk küt əşyanın, eləcə də yumruq və təpik zərbələrinin təsiri nəticəsində, eləcə də birlikdə yerə yıxıldıqları zaman Təqsirləndirilən şəxs onun üzərinə düşməsi nəticəsində də yaranması mümkündür. Proses iştirakçılarının razılığı ilə Azərbaycan Respublikası CPM-nin 329-cu maddəsinə uyğun olaraq iş üzrə şahid qismində keçən Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan edilmiş və həmin ifadə əsasında müəyyən edilmişdir ki, dəqiq vaxtını xatırlamır, Zərərçəkmiş şəxs DİN-nin 102 xidmətinə müraciəti əsasında onunla əlaqə saxlanılaraq rayon polis şöbəsinə dəvət edilmişdir. Lakin o, rayon polis şöbəsinə gəlməkdən imtina etdiyindən sahə rəisi kimi onun ünvanına gedərək ərizəsini almışdır. Həmin vaxt Zərərçəkmiş şəxs ərizəsində qonşusu Təqsirləndirilən şəxs tərəfindən döyüldüyünü bildirmişdir. Zərərçəkmiş şəxs ərizəsini və Təqsirləndirilən şəxs adlı şəxsi rayon polis şöbəsinə təhvil vermişdir. Bundan sonra baş verənlər barəsində heç bir məlumatı yoxdur. Zərərçəkmiş şəxs yaşadığı evdə olan zaman sonuncu ona qan və ya qana bənzər maye ləkələri, həmçinin islanamış halda olan paltarlarını nümayiş etdirməmişdir. Həmin vaxt da Zərərçəkmiş şəxs ona Təqsirləndirilən şəxs adlı şəxsin onu döyməsini demişdir. Həmin vaxt evdə Zərərçəkmiş şəxs başqa kimlərin olmasını dəqiq xatırlamır. Təqsirləndirilən şəxs rayon polis şöbəsinə təhvil verən zaman onun bədən səthi üzərində hər hansı xəsarət müşahidə etməmişdir. Proses iştirakçılarının razılığı ilə Azərbaycan Respublikası CPM-nin 329-cu maddəsinə uyğun olaraq iş üzrə şahid qismində keçən Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan edilmiş və həmin ifadə əsasında müəyyən edilmişdir ki, oİstintaq zamanı şahid qismində dindirilmiş bildirmişdir ki, 2006-cı ildə Təqsirləndirilən şəxsla ailə həyatı qurmuş, bu nikahdan 3 övladı olmuşdur. Ailə qurduqdan sonra birlikdə Qandax kəndində yaşamışlar. Əvvəllər Bayramla arasında heç bir narazılıq və mübahisə olmamışdır. Zərərçəkmiş şəxs isə həmkəndlisi olmaqla yanaşı, qonşuluqda yaşamışdır. Zərərçəkmiş şəxs ilə qonşu kimi münasibəti olmuş, yəni onunla dərindən əlaqə saxlamamış, sadəcə görəndə bir-birilərinə salam vermişlər. Sevda hazırda Qandax kənd kitabxanasının müdiridir. Bayram isə maldarlıqla məşğul olmuşdur. Hazırda isə bildiyi qədəri ilə Bayram günəmuzd işlərdə işləyir. Dəqiq vaxtını xatırlamır, bir neçə il bundan əvvəl Bayram fermada olan zaman Sevdanın qohumu Kərim adlı şəxs Sevdanın həyətindən onların həyətinə keçərək pəncərəni döymüşdür. Həmin vaxt o, evdə tək olduğundan uşaqlarını da götürüb qonşuya qaçmış və qonşuya bu barədə məlumat vermişdir. Həmin gecəni qonşunun evində gecələdikdən sonra səhəri günü Bayrama zəng edib baş verənləri ona danışmışdır. Bayram kəndə gəlib məsələ ilə maraqlansa da, Kərim həmin vaxt kəndə olmadığına görə onunla danışa bilməmişdir. Həmin hadisədən elə 2-3 gün sonra Kərim adam öldürdüyü üçün həbs olunmuşdur. Bundan sonra isə Bayramla münasibətləri tamamilə pisləşmişdir. Çünki dəfələrlə Bayram Kərimlə ona xəyantə etməyini bildirmiş, o isə belə bir addım atmadığımı desəm də, Bayram ona inanmamış "bütün kənd sənin Kərimlə münasibətinin olduğunu deyir, bütün kənd yalan danışası deyilki" demişdir. Məhz bu səbəblərə görə birlikdə yaşamağın mümkünsüz olduğunu görüb uşaqlarını da götürüb ata evinə qayıtmışdır. Bundan sonra Bayramla əlaqəsi yalnız uşaqlara görə olmuşdur. Bir müddət bundan əvvəl uşaqlara görə qohumların təzyiqi ilə yenidən bir yerdə yaşamağa başlasa da, qısa müddət sonra ayrılmışdır. Çünki Bayram yenə eyni qaydada Kərimlə ona xəyanət etdiyini dilinə gətirmişdir. Bu səbəblə aralarında tez-tez mübahisələr yaranmışdır. Hazırda rəsmi qaydada boşanmaq üçün Xətai rayon məhkəməsinə müraciət etmişdir. Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs arasında olan mübahisədən məlumatı vardır. O, həmin vaxt ata evində yaşamışdır. Kənddə yayılan söz-söhbətə görə Bayram öz tanışları ilə yeyib içdikdən sonra haqlarında danışdığı sözə görə Sevdanı döymüşdür. Sevdanın qohumu Kərim onların həyətinə Sevdanın həyətindən keçərək girib pəncərəni döymüşdür. Həyət qapısı bağlı olduğu halda onların həyətinə başqa yolla daxil olmaq mümkün deyildir. Çünki həyət hasarının üstü əvvəldən çardaqla bağlanmışdır. Bu söhbət bilindikdən sonra Sevda onun haqqında kənddə "əri ola-ola başqası ilə oturub-durur", "pozuğunun biridir, bunun qızlarını kim alasıdı, uşaqlarını da fikirləşmir", "evdə uşaq olaola evə başqa kişi gətirir", həmçinin Bayramın haqqında "arvadı gəzir, bu da özünə kişi deyib camaat arasına çıxır", "ayıbından utanıb ölmür, o arvadı nəyə saxlayır, mən bir saniyə də saxlamaram", "kəndin dedikərini bu Bayram necə sıxışdırır özünə görəsən" kimi ifadələr səsləndirmişdir. Qandax kəndi elə də böyük deyil, demək olar ki, hamı bir birini tanıyır. Kəndə çıxanda da kiminləsə rastlaşanda bu sözlər onlara çatdırılmışdır. Ona görə Bayramla aralarında dava-dalaşlar olmuşdur. Bayramın Sevdaya və ya onun yaxınlarına iradını bildiribbildirməməsi barədə dəqiq bir məlumatı yoxdur. Amma o, Sevda ilə üzbəüz gəlib bu barədə söhbət etməmişdir. Çünki Sevdanın özü hay-küylü adamdır. Qonşuluqda yaşadıqları müddətdə toyuq-cücə onun həyətinə keçdikdə qapıya gəlib qışqıra-qışqıra öz narazılığını bildirmiş, heç nədən problem yaratmışdır. Onun bütün səsini demək olar ki, kənd eşitmişdir. Həyətdə yarpaqları, kol-kosları toplayıb yandırdıqda belə Sevda vayşüvənlik edərək səsini başına atıb hay-küy salmışdır. O da, etmədiyi bir məsələyə görə Sevda ilə mübahisə aparmağı vacib bilməmiş, buna görə də Sevda ilə danışıb nəyə görə haqqında nalayiq ifadələr səsləndiriməsini müzakirə etməmişdir. Lakin kənd camaatından kimsə ona Sevdanın onun haqqında söz danışdığını dedikdə həmin şəxslərə "Sevda getsin öz işi ilə məşğul olsun, qohumunun səhv hərəkətini qınasın. Sevdanın özündən soruşun ki, qohumunun evli qadının həyətində nə işi var. Ayıb onun özünə olsun. Mənim səhvimi harada görüb ki, ağzına gələni danışır" demişdir. Sevdanın problemli adam olmasını bütün kənd camaatı bilir. Dörd ətrafında olan qonşuların hamısı ilə demək olar küsülüdür. Tək münasibət saxladığı Firəngizdir, onunla da arada küsür-barışır. Sevdanın səhvini boynuna qoymaq mümkün deyildir. Danışdığı sözü belə səhv olduğunu biləndə danır, and içirərək elə söz danışmadığını deyir. Bayramla hazırda heç bir münasibəti olmasa da, onun belə bir addım atacağına, yəni Zərərçəkmiş şəxs zorlamaq istəməsinə inanmıram. Bayram Sevdadan cavandır. Fikrincə Bayramın həmin vaxt kiminləsə cinsi əlaqədə olmaq fikri var idisə, başqa cavan qadınla münasibət saxlamağı üstün tutardı. Sevda ilə Bayramın əvvəllər heç bir münasibəti də olmayıb ki, Bayram həmin münasibətə görə Sevdanın evinə onunla cinsi əlaqədə olmaq üçün getsin. Bunlar hamısı Sevdanın uydurmasıdır, yəqin onu döydüyünə görə ağır cəzalanmasını istəyir. İş materiallarında olan 09 aprel 2024-cü il tarixli “Əməlin tövsif olunması haqqında qərar” qərardan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs zorlamağa cəhd etməsi faktı təsdiq olunmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət təqibinin başlanılması rədd edilmiş, zərərçəkmiş şəxsə məxsus fərdi yaşayış evinə Zərərçəkmiş şəxs iradəsi ziddinə daxil olaraq onun məznil toxunulmazlığını pozması müəyyən edilmədiyindən CPM-nin 39.1.1-ci maddəsinə əsasən həmin hissədə cinayət təqibinə xitam verilmiş, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 128 və 157.1-ci maddələrindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif olunmuşdur. İş materiallarında olan Zaqatala rayon məhkəməsinin hakimi Vüqar Məmmədovun 04 iyun 2024-cü il tarixli, 6(033)-10/2024 nömrəli qərarından görünür ki, 09 aprel 2024-cü il tarixli “Əməlin tövsif olunması haqqında qərar”ın qanuni olması qənaətinə gəlinmişdir. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 avqust 2024-cü il tarixli, 6(107)-14/2024 nömrəli qərarından görünür ki, apellyasiya şikayəti təmin edilmiş, Zaqatala rayon prokurorluğunun böyük müstəntiqi, İİ dərəcəli hüquqşünas X6 tərəfindən qəbul edilmiş 09 aprel 2024-cü il tarixli “Əməlin tövsif olunması haqqında qərar”, Zaqatala rayon məhkəməsinin hakimi Vüqar Məmmədovun 04 iyun 2024-cü il tarixli, 6(033)-10/2024 nömrəli qərarı ləğv olunaraq cinayət işi üzrə əlavə araşdırma aparılması rayon prokurorluğuna həvalə edilmişdir. İş materiallarında olan 19 oktyabr 2024-cü il tarixdə Zaqatala rayon prokurorunun köməkçisi, kiçik ədliyyə müşaviri X3 tərəfindən əməlin tövsif edilməsi və cinayət işinin istintaq aidiyyəti üzrə göndərilməsi haqqında qərardan görünür ki, CPM-in 39.2-ci maddəsinə əsasən Bayram Həasrətovun barəsində CM-in 157.1 və 29, 149-cu maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir. İş materiallarında olan Zaqatala rayon məhkəməsinin hakimi Vüqar Məmmədovun 14 noyabr 2024-cü il tarixli, 6(033)-20/2024 nömrəli qərarından görünür ki, Zaqatala rayon prokurorunun köməkçisi, kiçik ədliyyə müşaviri X3 tərəfindən qəbul edilmiş 19 oktyabr 2024-cü il tarixli “Əməlin tövsif edilməsi və cinayət işinin istintaq aidiyyəti üzrə göndərilməsi haqqında qərar”ından şikayət təmin edilməmişdir. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 dekabr 2024-cü il tarixli 6(107)-24/2024 nömrəli qərarından görünür ki, Zaqatala rayon məhkəməsinin 14 noyabr 2024-cü il tarixli, 6(033)-20/2024 nömrəli qərarı baxılmış şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 X14 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 174 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər – təpə ənsə nahiyəsində 1 ədəd şişkinlik, sol süd vəzində 1 ədəd qançır, döş qəfəsində 1 ədəd qançır, sağ İX qabırğanın qapalı yerdəyişməyən sınığı, sol saidində 1 ədəd və sol sağrısında bir ədəd qançırlar – bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, xx.xx.2023-cüil tarixdə insan bədəninin hissələrinin təsirindən əmələ gələ bilərdilər, sağ İX qabırğanın yerdəyişməyən qapaılı sınığı sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir, təpə - ənsə nahiyəsində şişkinlik, sol süd vəzində döş qəfəsində, sol saidində və sol sağrısında qançırlar isə birlikdə və ayrıayrılıqda sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 X14 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 256 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilmədi. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyi PHŞ-dan daxil olmuş xx.xx.2024-cü il tarixli, KEŞ-59 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə məhkəmə tibbi müayinəsi zamanı onun bədən səthi üzərində hər hansı bir travmatik xəsarət və ya xəsarət izinin olduğu müəyyən edilmədi. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmuşdur, pozulma müddəti iki həftədən artıqdır. Zərərçəkmiş şəxs arxa keçəcəkdə onunla qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar olunmadı. Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixli “MTE və PA Birliyi” PHŞ-nin Zaqatala rayon şöbəsində müayinəsi zamanı onun təpə ənsə nahiyəsində şişkinlik, sol süd vəzində qançır, döş qəfəsində qançır, sağ İX qabırğanın qapalı yerdəyişməyən sınığı, sol saiddə və sol sağrısında qançırların olması müəyyən edilmişdir. Qeyd edilən xəsarətlər bərk küt əşyanın təsirindən törənmişlər, sağ İX qabırğanın yerdəyişməyən qapalı sınığı sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya, təpə - ənsə nahiyəsində xəsarətlər həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Həmin xəsarətlər fiziki zor tətbiq etməklə cinsi əlaqəyə cəhd zamanı əmələ gəlməsi istisna edilmir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 X13 xx.xx.2024-cü il tarixli, KEŞ-631 nömrəli rəydə göstərilmişdir ki, Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə məhkəmə tibbi müayinəsi zamanı onun bədən səthi üzərində hər hansı bir travmatik xəsarət və ya xəsarət izinin olduğu müəyyən edilmədi. Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixli “MTE və PA birliyi” PHŞ-nin Zaqatala rayon şöbəsində müayinəsi zamanı onun sağ İX qabırğanın qapalı yerdəyişməyən sınığı, təpə-ənsə nahiyəsində şişkinlik, sol süd vəzində, döş qəfəsində, sol saiddə və sol sağrıda qançırların olduğu müəyyən edilişdir. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, sağ İX qabırğanın yerdəyişməyən qapalı sınığı sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya, digər xəsarətlər isə həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Həmin xəsarətlərin qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə fiziki zor tətbiq etməklə cinsi əlaqəyə cəhd zamanı əmələ gəlməsi istisna edilmir. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərin yıxılma nəticəsində əmələ gələ bilməsi və ya özü-özünə yetirməsi istisna edilir. Zərərçəkmiş şəxs adına “MTE və PA Birliyi” PHŞ-nin Zaqatala rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 174 saylı rəyin nəticə hissəsi təsviri hissəsinə uyğun və əsaslı tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyi PHŞ-dan daxil olmuş 472/MEŞ saylı, xx.xx.2024-cü il tarixli rəydə göstərilmişdir ki, Zərərçəkmiş şəxs (xx.xx.2023-cü il tarixli, 174 saylı rəy) başın təpə-ənsə nahiyyəsinin şişkinliyi, sağ İX qabırğanın yerdəyişməyən sınığı, sol süd vəzinin, döş qəfəsinin, sol saidin və sol sağrının qançırları aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, törənmə müddətləri xx.xx.2023-cü il tarixə uyğun gəlir, müxtəlif şəraitlərdə, o cümlədən zor tətbiq etməklə cinsi əlaqəyə cəhd zamanı yaranmaları inkar olunmur və daha dəqiq hansı şəraitdə yaranması hüquq müstəvisində həll ediləb bilər. Dərəcəsinə görə sağ İX qabırğıanın yerdəyişməyən sınığı sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya, digər xəsarətlər isə həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlərin lokalizasiyasını, xarakterini, əmələgəlmə mexanizimini və qısa zaman kəsiyində törənmələrini nəzərə alaraq demək olar ki, onların yetirilmə ardıcıllığı haqqında dəqiq fikir söyləmək mümkün deyildir və həmin xəsarətlərin yıxılma və ya şəxsin özü tərəfindən yetirilməsi inandırıcı hesab edilmir. Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı boyun nahiyəsində hər hansı bir xəsarətin obyektiv əlamətləri (qançır, yara, sıyrıq və s.) aşkar edilməmişdir. Belə ki, qanxma ilə müşayiət olunan hər hansı bir xəsarət yetirildiyi halda həmin xəsarət Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinədək olan müddətdə izsiz sağalması məhkəmə tibbi meyarlara əsasən mümkün deyildir. İş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 266 nömrəli xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. İş materiallarında olan 28.7.2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus 01 ədəd kofta və 01 ədəd idman şalvarı üzərində zədə və ya zədə izi yoxdur. Həmçinin həmin paltarlar üzərində hər hansı zədə izi də aşkarlanmamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs məxsus paltarlara – 01 ədəd don, 01 ədəd mayka, 01 ədəd tumana baxış keçirilmiş müəyyən edilmişdir ki, donun sol yan cibi yuxarı hissədən 9,5 sm donun aşağı hissəsinə istiqamətlənmiş halda tikiş yerindən sökülmüşdür. Sol qolaltı nahiyədə, gövdə hissə ilə sol qol hissəsinin birləşmə yerindən 10 sm donun aşağı hissəsinə doğru istiqamətlənmiş halda, birləşmə yerindən 7 sm sol qol istiqamətində tikiş hissədən sökülmə izləri müşahidə edilmişdir. Donun boğaz hissəsindən sol çiyinə doğru 17,5 sm uzunluqda tikiş hissədən sökülmə vardır. Donun sağ çiyin birləşməsindən boğaz hissəsinə doğru 8 sm uzunluqda tikiş xəttinə paralel olaraq sökülmə izləri müşahidə edilir, tikiş xətinin davamlığı tamdır. Donun sağ qol altı nahiyəsində 2 sm uzunluqda birləşmə yerindən sökülmə izləri vardır. Mayka ağ rəngli olmaqla, sağ və sol çiyin hissədə 1 ədəd olmaqla ağ rəngli parçadan hazırlanmış bağ vardır. Mayka və tuman üzərində hər hansı zədə və ya zədə izi aşkanlanmamışdır. Eyni zamanda Zərərçəkmiş şəxs da paltarları üzərində zədə izi müşahidə edilməmişdir. İş materiallarında olan Zaqatala RİHB-in Qandax kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materallarında olan və məhkəmə ictintaqında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İş materialında olan başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə dair xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, məhkəmə tibbi ekspertizasının rəyi, məhkəmə istintaqında tədqiq olunmuş digər dəlillərlə tam sübuta yetirildi. Belə ki, 23 iyun 2023-cü il tarixdə gecə vaxtı Zaqatala rayonunun Qandax kəndində yerləşən yaşadığı evdə yemək yeyib spirtli içki qəbul etdikdən sonra yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində evdə tək olduğu zaman qonşusu Zərərçəkmiş şəxs onun keçmiş həyat yoldaşı haqqında xoşagəlməz fikirlər səsləndirməsi nəticəsində ailəsinin dağılmasını xatırlayaraq Zərərçəkmiş şəxs döyməklə qisas almaq qərarına gəlmiş, bu məqsədlə 24 iyun 2023-cü il tarixdə, saat 00:10 radələrində onunla həmin kənddə qonşuluqda yaşayan Zərərçəkmiş şəxs həyətinin açıq olan darvazasından həyətə daxil olmuş və sonuncunu səsləyərək həyətini su basması adı ilə aldadıb evdən həyətə çıxmasına nail olmuş, həmin vaxt Zərərçəkmiş şəxs ailəsinin dağılmasına səbəb olmuş hərəkətləri ilə bağlı iradlarını bildirdikdən sonra əli və ayağının dizi ilə qəsdən sonuncunun bədəninin müxtəlif nahiyələrinə ardıcıl zərbələr vurmaqla onun üçün aşkar surətdə qoca vəziyyətdə olan Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid sağ İX qabırğanın yerdəyişməyən qapalı sınığı, birlikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən başın təpə-ənsə nahiyəsinin 01 ədəd şişkinliyi, sol süd vəzi, döş qəfəsi, sol said və və sol sağrı nahiyələrinin hərəsində 01 ədəd qançırları xarakterli xəsarətlər yetirmişdir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq bilavasitə məhkəmə iclasında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut kimi qəbul edərək, həmin sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış biri-digərini tamamlayan sübutlarla tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, həmçinin cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59-cu və 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamında ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunması, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilməsi tövsiyə olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan onun şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, əməlini səmimi etiraf etməsi onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə öz-özünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmənin fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil, əks halda, bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan, dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və ədalət prinsipinə zidd olardı. Onun əməlində cəzanı ağırlaşdıran halların mövcud olmaması, şəxsiyyəti, ailəsinin həyat şəraiti, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, etdiyi əməlin böyük ictimai təhlükə törətməyən cinayətlər qrupuna aid edilməklə, xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az təhlükəli olması, törətdiyi əməllərə görə səmimi peşman olması bunu deməyə əsas verir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyin olunması məsələsini müzakirə edərək, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini, əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, eyni zamanda əvvəllər məhkum olunmasını nəzərə alaraq, onun barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin olunmasını məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi qüvvədə saxlanılmalıdır. Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli, cəza çəkdiyi müddətdə günün müəyyən vaxtlarında yaşayış yerini tərk etməməli, cəza çəkdiyi müddətdə onun üzərinə Zaqatala rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Zaqatala Rayon Polis Şöbəsində saxlanılan Zərərçəkmiş şəxs məxsus 01 ədəd don, 01 ədəd mayka, 01 ədəd tuman, təqsirləndirilən şəxs Həsrət Bayramova məxsus 01 ədəd idman şalvarı və 01 ədəd köynək hökm qanuni qüvvəyə mindikdən sonra sahiblərinə geri qaytarılmalıdır. İş üzrə məhkəmə xərclərinin və mülki iddianın olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında həm də hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə hakim tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməmişdir. Belə vəziyyətdə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan müsadirə edilməli olan əmlak mövcud deyildir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasınа məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəksin. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs üzərinə yaşadığı Zaqatala rayon ərazisini, eləcə də saat 23:00-dan saat 07:00-dək yaşayış yeri olan Zaqatala rayonunun Qandax kəndində yerləşən evinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti Zaqatala Rayon İcra və Probasiya Şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı Zaqatala Rayon İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut kimi tanınmış və Zaqatala Rayon Polis Şöbəsində saxlanılan Zərərçəkmiş şəxs məxsus 01 ədəd don, 01 ədəd mayka, 01 ədəd tuman, təqsirləndirilən şəxs Həsrət Bayramova məxsus 01 ədəd idman şalvarı və 01 ədəd köynək hökm qanuni qüvvəyə mindikdən sonra sahiblərinə geri qaytarılsın. İş üzrə məhkəmə xərclərinin, xüsusi müsadirə olunmalı əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Sədrlik edən: Zərifə Məmmədova.
Məhkəmə qərarları › İş №1(033)-15/2025
Zaqatala Rayon Məhkəməsi Hökm — İş №1(033)-15/2025
08.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver