Məhkəmə qərarları › İş №1(033)-16/2024

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №1(033)-16/2024

01.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 1(033)-16/2024 01.03.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi, xüsusi ittiham qaydasında şikayət verən şəxs X3 və onun nümayəndəsi vəkil Nümayəndə, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X4 və onun müdafiəçisi vəkil Müdafiəçi iştirakı ilə, xüsusi ittiham qaydasında şikayət verən şəxs X3 X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin açıq hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək Zaqatala rayonu Aşağı Tala kənd sakini X4 Azərbaycan Respublikasının CM-nin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək, ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə dair hökm çıxarılmasını xahiş etmişdir. X5 ərizəni onunla əsaslandırmışdır ki, o, xx.xx.2019-cu il tarixdən Zaqatala Rayon Təhsi Şöbəsində məsləhətçi vəzifəsində çalışır. Daimi dövlət qulluğuna qəbul olarkən içdiyi anda sadiq qalmışdır, öz vəzifə öhdəliklərini vicdanla yerinə yetirmişdir. Zaqatala rayonu Aşağı Tala kənd kənd 5 №-li tam orta məktəbin musiqi müəllimi X6 onun ondan ümumtəhsil məktəblərində tutulmamış vakant yerlər üzrə dərs saatlarının ixtisaslı müəllimlər tərəfindən tədrisin təmin edilməsi zamanı özündən rüşvət istədiyini deyərək onun işgüzar nüfuzuna, şərəf və ləyaqətinə xələr gətirirən böhtan atmışdır. Bu barədə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının Baş X7 müraciətində bildirmişdir. Zahir Şabanov müraciətində onun ondan dərs saatlarının artırılması üçün 1500 manat məbləğində pul vəsait tələb etdiyini, lakin bu məbləği verə bilmədiyinə görə dərs saatlarının tərəfindən azaldıldığını bildirərək ona böhtan atmışdır. Onun səlahiyyəti daxilində olmamasına baxmayaraq, X4 dərs bölgüsü aparılan zaman özünə verilməli olduğunu iddia etdiyi dərs saatlarını MİQ üzrə müsabiqədə uğur qazanmış müddətli müqavilə əsasında X2 verilmişdir. Onu da qeyd edir ki, ümumtəhsil məktəblərində dərs bölgüsünü aparılması ilə bağlı heç bir səlahiyyəti yoxdur. X6 onun rüşvət istədiyinə dair atmış olduğu böhtan onun nazirlikdə işgüzar nüfuzuna xələr gətirmişdir. Onun bu iddiası böhtan xarakterlidir, onun rüşvət istədiyinə dair heç bir sübutu yoxdur. X1 ona ağır cinatətdə ittiham etməklə böhtan atmış və onun işgüzar nüfuzuna xələl yetirmiş ona görə də o Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cəzalandırılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən vətəndaş X4 əməlində Azərbaycan Respublikası CM-nin 147-ci maddəsinin tərkibi var. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilən X6 şikayəti əsassız hesab edərək bildirmişdir ki, X5 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət ərizəsi tamamilə qanunsuz və əsassızdır. Belə ki, Lalə Laçınova xüsusi ittiham qaydasında şikayətdə iddia edir ki, o xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Baş X7 müraciətində dərs saatlarının artırılması üçün Lalə Laçınovanın ondan 1500 manat istədiyini qeyd etmişdir. Bildirir ki, dövlət orqanına şikayətində bu halı qeyd etməsi, xüsusi ittiham qaydasında məsuliyyətə cəlb edilməsi üçün əsas deyildir. Belə ki, Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 № -li qərarına əsasən, böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Göründüyü kimi əməldə cinayət tərkibi yoxdur və qarşı tərəfin şikayət ərizəsi tamamilə absurddur. Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarının və onların vəzifəli şəxslərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, habelə ayrı-ayrı vətəndaşların fəaliyyətini və ya işini tənqid etmək hüququ vardır. Göründüyü kimi, Azərbaycan Respublikası Konstitusiyasını və Vətəndaşların müraciətləri haqqında Azərbaycan Respublikası Qanununda vətəndaşın dövlət orqanına müraciəti konstitusion hüquqdur, buna görə təqib qadağandır, habelə dövlət orqanına müraciət kütləvi çıxış şəklində yayılma hesab olunmur. Bunların tam əksinə ona qarşı qanunsuzluq edən Şəki-Zaqatala Regional Təhsil İdarəsi, Lahıc və Bazar kənd orta məktəblərinin əməkdaşlarıdır. Bununla bağlı o mediasiyadan keçərək 1 aydan çoxdur ki, Şəki Rayon Məhkəməsinə işə bərpa tələbi ilə bağlı müraciət etmişdir. Hazırda e-2(075)-645/2024 saylı mülki iş Şəki Rayon Məhkəməsində hakim Kamran Musayevin icraatındadır. Məhkəmənin hazırlıq iclası xx.xx.2024-cü il, saat 09:40-a təyin edilmişdir. Yəni, bütün bu şikayətlər ona psixoloji təsir vasitəsidir. Onlar bilirlər ki, onu qanunsuz olaraq işdən çıxardıblar. Belə ki, o məhkəmədən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45.5-ci maddəsini rəhbər tutmaqla X12 Təhsil İdarəsi Bazar X16 Məktəbinin 162 №-li, 14 oktyabr 2023-cü il tarixli qeyri-iş günü verilmiş qanunsuz əmrinin ləğv edilməsi və Vüqar Ağasıyev adına Bazar X16 məktəbinə işə bərpa olunmağı ilə bağlı; Şəki-Zaqatala Regional Təhsil İdarəsi Lahıc X16 məktəbinin xx.xx.2023-cü il tarixli, 90 №-li qanunsuz əmrinin ləğv edilməsi və Qoca Qocayev adına Lahıc X16 məktəbinə işə bərpa olunması ilə bağlı; Məcburi işburaxma dövrü üçün məhkəməyə müraciət etdiyi tarixədək və ondan sonra işləmədiyi dövr ərzində işəgötürən tərəfindən ödənilməmiş olan əmək haqqının ümumi məbləğinin ona ödənilməsi barədə ədalətli, obyektiv və qərəzsiz qətnamə qəbul edilməsini xahiş etmişdir. X8 şikayəti tamamilə əsassızdır. bu əsassız şikayətə görə o cinayət məsuliyyətinə cəlb oluna bilməz. Ali məhkəmə öz qərarında qeyd etmişdir ki, xüsusi ittiham qaydasında şikayətin törədilmiş cinayət haqqında məlumata bərabər tutulmasını nəzərə alaraq belə şikayəti vermiş şəxs məhkəmənin hazırlıq iclasında bilə-bilə yalan xəbərçilik etməyə görə CM-nın 296-cı maddəsi ilə xəbərdar olunur. əslində Lalə Laçınovanın özü bu şikayəti verərək mənə şərböhtan atdığı üçün CM-nin 296-cı maddə ilə məsuliyyət daşıyır. Qeyd olunanlara əsasən, X3 xüsusi ittiham qaydasında verdiyi şikayətə kəskin şəkildə etiraz edərək şikayətin icraata qəbul edilmədən geri qaytarılmasını, iş üzrə icraata xitam verilməsini, Lalə Laçınovanın CM-nin 296-cı maddəsinə əsasən, bilə-bilə yalan xəbərçilik etməyə görə cinayət məsuliyyətinə cəlb edilmə məsələsinə baxılması üçün xüsusi qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət verən şəxs X5 xüsusi ittiham qaydasında verdiyi şikayətin məzmununa uyğun izahat verərək, bildirmişdir ki, o Zaqatala Rayon Təhsil sektorundə məsləhətçi vəzifəsində işləyir. 2019-cu ildə dövlət qulluğuna qəbulun test və müsahibə mərhələsində uğur qazanaraq bu vəzifəyə təyin olunmuşdur. X9 yazılı müraciətlərini yeddi dəfə cavablandırmış, şifahi müraciətlərinin isə sayını xatırlamadığı qədər cavablandırmış,vətəndaş iddia edir ki, ona dərs saatlarının verilməsində və alınmasında o günahkardır lakin onun ümumi təhsil müəssisələrində dərs bölgüsü ilə bağlı və ya hər hansı müəllimin dərs saatının artılıb azaldılması ilə bağlı heç bir səlahiyyəti yoxdur. O sadəcə elekton qaydada cəvəllərin yığılmasında cavabdehdir. Vətəndaş dəfələrlə təhsil şöbəsinə gəldikdə ondan istədiyi cavabı və sənədləri ala bilmədikdə, onu dövlətin güc strukturları ilə təhdid etmişdir. X13 öz müraciətinin ilk öncə Korrupsiya İdarəsinə ünvanlamış, ordan məlumat Baş Prokurorluğa göndərilmiş, Baş Prokurorluqdan isə Elm və Təhsil Nazirliyinə, ordan Şəki-Zaqatala Təhsil İdarəsinə gndərilmişdir. Beləliklə onun həmin idarələrdə və onların əməkdaşları arasında şərəf və ləyaqətinə, işgüzar nüfuzuna xələl gəlmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət verən şəxs X3 nümayəndəsi vəkil Nümayəndə işin məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Cinayət-prosessual qanunvericiliyinə görə, xüsusi ittiham qaydasında şikayət o zaman əsaslı hesab edilir ki, şikayətdə istinad olunan əməlin həqiqətdə baş vermiş olduğu, bu əməlin cinayət tərkibinin əlamətlərini özündə əks etdirdiyi, habelə həmin əməlin barəsində şikayət verilən şəxs tərəfindən törədildiyi müvafiq sübutlarla əsaslandırılsın. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 293.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.3 və 302.1.6-cı maddələrinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda və cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir; 299.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında aşağıdakı məsələlərə baxılır: 299.3.1. məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə; 299.3.2. aparılmış ibtidai araşdırma zamanı bu Məcəllənin tələblərinin pozulub-pozulmaması barədə; 299.3.3. xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə; 299.3.4. cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların olub-olmaması barədə; 299.3.5. cinayət işi üzrə qətimkan tədbirinin seçilməsi, dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olub-olmaması barədə. 302.1-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: 302.1.1. şikayət həmin məhkəməyə aid olmadıqda; 302.1.2. şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; 302.1.3. şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 302.1.4. cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; 302.1.5. barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; 302.1.6. cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 302.1.7. şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; 302.1.8. şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə. 302.2-ci maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək aşağıdakılar barədə qərarlar çıxarır: 302.2.1. bu Məcəllənin 302.1.1-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə; 302.2.2. bu Məcəllənin 302.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında verilmiş şikayətin baxılması üçün istintaq aidiyyəti üzrə göndərilməsi barədə; 302.2.3. bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə. İş materiallarından görünür ki, X3 xüsusi ittiham qaydasında şikayətinin məzmunu Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 293.3-cü maddəsinin tələblərinə cavab vermir. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 iş materiallarında olan ərizəsindən görünür ki, şikayət yazılarkən qanunvericiliyin tələbinə tam əməl edilməmiş, şikayətdə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin məhz harada törədildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərilməli olduğu halda, bu məlumatlar göstərilməmişdir. Belə ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5 məhkəmə iclasında izahat verərkən bildirmişdir ki, Zahir Şabanov müraciətində onun ondan dərs saatlarının artırılması üçün 1500 manat məbləğində pul vəsait tələb etdiyini, lakin bu məbləği verə bilmədiyinə görə dərs saatlarının tərəfindən azaldıldığını bildirərək ona böhtan atdığını və müvafiq müraciətin müxtəlif idarələrdə yayıldığını bildirsə də, hansı kütləvi informasiya vasitəsində və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında, dövri mətbu nəşrlərdə, teleradio proqramlarında, kinoxronika proqramlarıda, sosial internet şəbəkələrində, dövri mətbuatın və teleradio kanallarının internet saytlarında və digər yayımlarda yayıldığı göstərilməmişdir. Bunların isə göstərilməməsi xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməsi üçün əsasdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə əsasən, böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymaya görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsinə əsasən, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atmaya görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsi üzrə cinayət məsuliyyətinin yaranması üçün üç hal müəyyən edilməlidir: məlumatın hər hansı şəxsin şərəf və ləyaqətini ləkələməsi və ya onu nüfuzdan salması; həmin məlumatların doğru olmaması; belə məlumatların yayılması; Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli qərarında qeyd olunur ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Qərarın 11-ci bəndinə əsasən məhkəmələrin nəzərinə çatdırılmışdır ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). Şərəf və ləyaqəti ləkələyən məlumatlar dedikdə, əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradan məlumatlar başa düşülür. Məlumatların yalan olması dedikdə, onun həqiqətə uyğun olmaması başa düşülür. Yayılan məlumatlar yalan olsa da, başqa şəxsi ləkələyən məlumatlar deyildirsə, böhtana görə cinayət məsuliyyəti istisna olunur, Yayılan məlumatlar başqa şəxsləri ləkələsə də, həqiqi məlumatlardırsa, yenə də cinayət məsuliyyəti yaranmayacaqdır. Ləkələyici məlumatlar konkret faktlarla bağlı olmalıdır. Belə məlumatlar ümumi xarakterli ifadələrdən ibarət olmamalıdır. Yol verdiyi nöqsanlarla əlaqədar şəxsin tənqid olunması şərəf və ləyaqətin ləkələnməsi kimi qiymətləndirilə bilməz. Bu cinayət qanunda göstərilən üç üsulla törədilə bilər: məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yaymaqla. Bu o deməkdir ki, başqa şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatlar kütləvi əsərdə təsvir edilməklə qəzetlərdə, jurnallarda, radioda, televiziyada, internetdə, mitinqlərdə, piketlərdə, yürüşlərdə və ya küçəyə çıxıb qışqırmaqla və s. yayıla bilər. Böhtan cinayəti hər hansı formada (şifahi, yazılı) törədilə bilər. Bu cinayət hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatlar yayıldığı andan başa çatmış sayılır. Təqsirkar başqa şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yaydığını dərk edir və bunu arzu edir. Əgər şəxs yaydığı ləkələyici məlumatların həqiqətə uyğun olduğuna inanırsa, lakin əslində həmin məlumatlar yalandırsa, CM-in 147-ci maddəsi ilə cinayət məsuliyyəti istisna olunur. Göründüyü kimi, qanunverici mülki məsuliyyətə səbəb olan böhtanla (təhqirlə) cinayət məsuliyyəti yaradan böhtanı (təhqiri) bir-birindən fərqləndirmək üçün cinayətin edilmə üsulunu cinayət tərkibinin zəruri əlaməti kimi CM-in 147-ci və 148-ci maddələrinə daxil edilmişdir. CM-in 147-ci və 148-ci maddələrinə görə yalnız kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərlərdə və ya kütləvi informasiya vasitəsində ləkələyici və ya nüfuzdan salan məlumatların yayılması cinayət məsuliyyətinə səbəb olur. Qalan bütün hallarda belə məlumatların yayılması mülki məsuliyyət doğurur. Eyni zamanda, göründüyü kimi, qanunvericilikdə böhtan və təhqir xarakterli məlumatların mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirildiyi halda yayıla bilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur. Eyni zamanda, böhtan xarakterli məlumatların kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olduğu təqdirdə, şəxsin böhtana görə cinayət məsuliyyətinə cəlb edilə bilməsinin mümkünlüyü göstərilmişdir. İş materiallarından və məhkəmə iclasında verilmiş izahatlardan müəyyən olunur ki, xüsusi ittiham qaydasında barəsində şikayət verilən X6 məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında ötürməmişdir. Avropa İnsan hüquqları Konvensiyasının 10-cu maddəsinin 1-ci bəndində göstərilir ki, hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyində qalmaq azadlığı, və dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneə olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir. CM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair 17 mart 2011-ci il tarixli qərarında göstərilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsi barədə; xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə; xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə; müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə; cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə; cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın dayandırılması barədə; cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə qərarlardan biri qəbul edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.3 və 302.1.6-cı maddələrinə əsasən, şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda və cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.2.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək, bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X4 cinayət məsuliyyətinə cəlb edilməsi barədə xüsusi ittiham qaydasında X5 tərəfindən verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300, 302, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Xüsusi ittiham qaydasında şikayət verən şəxs X3 barəsində şikayət verilmiş şəxs X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən və şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina olunsun. Qərardan 20 (iyirmi) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar