Azərbaycan Respublikası adından HÖKM Zaqatala rayonu İş № 1(033)-17/2021 23.04.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlu sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihаmçısı-Аzərbаycаn Respublikаsı Bаş Prоkurоrluğunun Dövlət ittihаmının müdаfiəsi üzrə idаrəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihаmının müdаfiəsi üzrə şöbəsinin prоkurоru, ədliyyə müşaviri Dövlət ittihamçısı оğlunun, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Zaqatala rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs-xx xxxxxx 1976-cı ildə Zaqatala şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər Şəki Ağır cinayətlər məhkəməsinin 09.08.2011-ci il tarixli hökmfü ilə Azərbaycan Respublikası CM-nin 29,120.2.4-cü maddəsi ilə təqsirli bilinib 11 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin 16.03.2019-cu il tarixli 1049 saylı sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmiş və məhkumluğu ödənilməmiş, Zaqatala şəhəri Sülh küçəsi internat məktəbinin yataqxanasında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134 və 221.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 134 və 221.3-ci maddələri ilə ittiham elan olunmuşdur ondan ötrü ki, o, silah qismində istifadə edilən əşyadan istifadə edib ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən digər şəxsə müqavimət göstərməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə və belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq cinayəti törətmiş və hədənin icra ediləcəyi üçün real əsasların olduğu şəraitdə şəxsi öldürməklə hədələmişdir. Belə ki, Təqsirləndirilən şəxs 26 sentyabr 2020-ci il tarixdə, saat 19:54-də ictimai yerə, yəni ünvan 1 ünvanında yerləşən Zaqatala X5 yeməkxanasına silah qismində istifadə edilən təsərrüfat-məişət təyinatlı mətbəx bıçağı ilə daxil olaraq ona və ailə üzvlərinə qarşı həmin yeməkxanada olan şəxslər tərəfindən söyüş işlədilmədiyi halda, orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olub spirtli içkinin təsiri altında guya anasının ünvanına yeməkxanada olan hansısa şəxs tərəfindən nalayiq ifadələr işlədilməsini əsas gətirərək, yəni heç bir səbəb olmadan yeməkxanada olan şəxslərin ünvanına nalayiq ifadələr işlədib ictimai mənafelərə əhəmiyyətli zərər vurmaqla, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozmaqla ictimai qaydanı kobud surətdə pozmuş, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərməklə, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq nümayiş etdirməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etmiş, əvvəlcə Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin idmançısı Zərərçəkmiş şəxs2 yaxınlaşıb əlil arabasında olmasına və əlilliyinə heç bir əhəmiyyət verməyərək guya anasının ünvanına söyüş işlətdiyinə görə sonuncunu hədənin icra ediləcəyi üçün real əsasların olduğu şəraitdə əlində tutduğu bıçaqla öldürməklə hədələmiş, bu zaman məşqçi Zərərçəkmiş şəxs1 ona yaxınlaşaraq heç kimin söyüş işlətmədiyini izah edib yol verdiyi qanunsuzluqları dayandırmasını və bıçağı yerə qoymasını xahiş etsə də o, Zərərçəkmiş şəxs1 həmin sözlərinə heç bir əhəmiyyət verməmiş, əksinə üzərinə gələrək əlində tutduğu bıçaqla öldürəcəyini bildirib zor tətbiq etməklə hədələyərək ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən sonuncuya müqavimət göstərmiş, məhz bundan sonra Zərərçəkmiş şəxs1, onun qanuna zidd əməllərini dayandırmaq niyyətində olmadığını görüb bıçağı əlindən almağa çalışmış və ətrafdakı insanların köməkliyi ilə öz məqsədinə çətinliklə nail olmuş, bu zaman sol saidində qançır, sol bilək nahiyəsində və sağ əlin İV-V barmaqlarında səthi kəsilmiş yaralar xarakterli, sağlamlığa zərər vurmadıqları üçün dərəcəsi təyin ediməyən xəsarət yetirib qəsdən Zərərçəkmiş şəxs1 üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq cinayəti törətmişdir. Məhkəmə baxışı iclasında dindirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zaqatala şəhəri Sülh küçəsində yerləşən internat məktəbinin yataqxanasında yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. O, Zərərçəkmiş şəxs1 tanımır, onunla heç bir münasibəti olmamışdır. 26 sentyabr 2020-ci il tarixdə məskunlaşaraq yaşadığı internat məktəbinin yataqxanasında olduğu zaman özü üçün yemək hazırlayaraq aptekdən tibbi spirt alıb su ilə qarışdırıb yemək yeyərək spirti içmişdir. O, bir qədər spirt qəbul etdikdən sonra sərxoş vəziyyətə düşmüş və sonradan xatırlamadığı səbəbdən mətbəx bıçağını götürüb yataqxananın yaxınlığında yerləşən «X5» yeməkxanasına getmişdir. Orada bir nəfər tanımadığı şəxslərlə mübahisə etmiş, sonra spirtin təsirindən bir qədər ayıldıqda görmüşdür ki, polis şöbəsindədir. Onun marketdən araq alıb içməyə maddi imkanı yol vermədiyi üçün aptekdən spirt alaraq su ilə qarışdırıb həmin spirti araq əvəzi qəbul etmişdir. Sonra isə sərxoş vəziyyətə düşdüyü üçün nə etdiyini xatırlamır, yalnız yaşadığı otaqdan mətbəx bıçağını götürüb kompleksin yeməkxanasına getdiyini xatırlasa da, lakin sonradan baş verənləri xatırlamır. Hazırda zərərçəkmiş şəxslərlə barışmışlar. Zərərçəkmiş şəxslərə vurduğu ziyanı ödəmiş və ona görə də Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 onu bağışlamışdırlar. Odur ki, barəsində CM-nin 134-cü maddəsi ilə olan cinayət təqibinə xitam verilməsini və həmin maddə ilə cinayət məsuliyyətindən azad edilməsini, CM-nin 221.3-ci maddəsi ilə isə barəsində yüngül cəza növünün təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə baxışı iclasında iştirak edən Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirərək ifadəsində göstərdi ki, 26 sentyabr 2020-ci il tarixdə saat 20 radələrində Zaqatala şəhəri Sülh küçəsində «X5» yeməkxanasında yemək yediyi zaman sonradan adını öyrəndiyi Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə kompleksin yeməkxanasına daxil olaraq ucadan ifadə edə bilmədiyi nalayıq söyüşlər söyərək güya idmançıların onun anasının ünvanına nalayıq söyüşlər söydüyünü bildirib əlil arabasında olan Zərərçəkmiş şəxs2 üzərinə gələrək onun ünvanına nəlayiq söyüşlər söyərək bıçaqla onu öldürəcəyi ilə hədə qorxu gələrək anasının ünvanına nəlayiq söyüşlər söydüyünü bildirmişdir. Aqşin isə ona birinci dəfə onu gördüyünü, heç bir söyüş söymədiyini bildirməsinə baxmayaraq Təqsirləndirilən şəxs onun sözlərinə heç bir məhəl qoymayıb əlində olan bıçaqla onun üzərinə gələrək onu öldürəcəyi ilə hədələdikdə, Rəfayelin bıçaqla onu vurmasından qorxaraq Aqşin əlil arabasını arxaya itəliyərək ondan uzaqlaşmışdır. Lakin buna baxmayaraq Rəfayel söyüşlərini davam etdirdiyi üçün o, dayandığı yerdən ona səslənərək yeməkxanada qadınların olduğunu, söyüş söyməməsi və bıçağı yerə qoyması barədə iradını bildirmişdir. Həmin vaxt Rəfayel onun ünvanına nalayiq söyüşlər söyərək bıçaqla onun üzərinə gəlib onu öldürəcəyi ilə hədə qorxu gələrək bıçaqla onu vurmaq istədikdə onun əlindən tutub onun qolunu fırladaraq bıçağı əlindən almaq istədikdə bıçaq onun sol bilək nahiyəsini və sağ əlinin barmağını kəsmişdir. Buna baxmayaraq o, Rəfayeli buraxmamış və ona yaxınlaşmış idmançıların köməkliyi ilə bıçağı onun əlindən alaraq yeməkxanadan çıxartmışlar. Daha sonra Komleksin müdiri Şahid5 hadisə yerinə gələrək baş verənləri öyrəndikdən sonra Polis əməkdaşları hadisə yerinə gələrək Təqsirləndirilən şəxs oradan aparmışlar. Buna baxmayaraq Rəfayel nalayiq söyüşlərini davam etdirmişdir. Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə özünü idarə edə bilməmişdir. O, heç bir əsaslı səbəb olmadan kompleksin yeməkxanasına daxil olaraq bütün idmançıların ünvanına ifadə edə bilmədiyi nalayıq söyüşlər söymüş, daha sonra isə heç bir əsaslı səbəb olmadan ilk öncə onun qarşısına çıxmış Zərərçəkmiş şəxs2 hücum edərək əlində olan mətbəx bıçağı ilə onu öldürəcəyi ilə hədə-qorxu gələrək onu bıçaqla vurmaq istəmişdir. Bundan sonra Rəfayeli sakitləşdirmək istədikdə Rəfayel onun üzərinə gəlib bıçaqla öldürəcəyi barədə hədə qorxu gələrək onu bıçaqla vurmaq istədikdə uzun illər idmanla məşğul olduğu üçün onun əlini tutub fırladıb bıçağı orada olan digər şəxslərin köməkliyi ilə onun əlindən aldığı zaman Rəfayel həmin bıçaqla ona xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs göstərdiyi hərəkətləri etdiyi zaman orada məşqçi Məryam Məlikova, məşqçi Məhin Məlikova, idmançılar Zərərçəkmiş şəxs2 və adlarını bilmədiyi başqa idmançılar və yeməkxananın işçiləri olmuşlar. Hazırda Təqsirləndirilən şəxsla barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 134-cü maddəsi ilə olan ittihama xitam verilməsini, CM-nin 221.3-ci maddəsi ilə olan ittiham üzrə isə ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə baxışı iclasında iştirak edən Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirərək ifadəsində göstərdi ki, Milli Paralimpiya komitəsinin əlil arabasında qılınc oynatma federasiyasının idmançısıdır. 22 sentyabr 2020ci il tarixdən mili komandanın üzvləri ilə birlikdə təlim məşqlə bağlı Zaqatala «X6» gəlmiş və orada məşqlərini keçirmişlər. 26 sentyabr 2020-ci il tarixdə saat 20 radələrində kompleksin yeməkxanasında yemək yedikdən sonra onun doğum günü olduğu üçün tort sifariş etmişlər. Onlar tortun gəlməsini gözlədikləri vaxt sonradan adını öyrəndiyi Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə kompleksin həyətində səs küy salaraq kompleksin yeməkxanasına daxil olub ucadan söyüşlər söyərək guya idmançılardan kimsə onun anasının ünvanına nalayiq söyüşlər söydüyünü bildirmişdir. Həmin vaxt o, əlil arabasında yeməkxananın ortasında gəzişdiyi zaman Təqsirləndirilən şəxs əlində bıçaqla onun üstünə gələrək anasının ünvanına nalayiq söyüşlər söydüyünü bildirmişdir. Birinci dəfə onu gördüyünü heç bir söyüş söymədiyini bildirməsinə baxmayaraq Təqsirləndirilən şəxs onun sözlərinə heç bir məhəl qoymayıb əlində olan bıçaqla onun üzərinə gələrək onu öldürəcəyi ilə hədələdikdə, Rəfayelin onu bıçaqla vurmasından qorxaraq əlil arabasını arxaya itəliyərək ondan uzaqlaşmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs bu hərəkətlərini görən məşqçi Zərərçəkmiş şəxs1 ona yaxınlaşaraq yeməkxanada qadınların olmasını, söyüşlər söyməməsini və bıçağı yerə qoymasını tələb etdikdə Təqsirləndirilən şəxs Asəf müəllimin sözlərinə heç bir məhəl qoymayıb onun ünvanına da nalayiq söyüşlər söyüb bıçaqla onun üzərinə gedib onu öldürəcəyi ilə hədə qorxu gəlib vurmaq istədikdə Asəf müəllim onun bıçaq olan əlini tutmuşdur. Oradakı idmançılar da onlara yaxınlaşıb Təqsirləndirilən şəxs əlindən bıçağı almışlar. Onun bu hərəkətləri nəticəsində stol-stullar dağılmış və yeməkxanada istirahət edən şəxslərin istirahəti pozulmuşdur. Bundan sonra polis əməkdaşları gəlib Təqsirləndirilən şəxs oradan uzaqlaşdırıb aparmışlar. Mübahisə və dava vaxtı Rəfayel ona heç bir xəsarət yetirməmiş, eləcə də mübahisə və dava vaxtı heç bir xəsarət almamışdır. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 134-cü maddəsi ilə olan ittihama xitam verilməsini, CM-nin 221.3-ci maddəsi ilə olan ittiham üzrə isə ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək zərərçəkmiş şəxs olan atası Zərərçəkmiş şəxs1 ifadəsinə uyuğun ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, Zaqatala rayon Muxax kəndində ailəsi ilə birlikdə yaşayır. Zaqatala şəhəri Sülh küçəsində yerləşən Olimpiya idman kompleksində gözətçi vəzifəsində işləyir. 26 sentyabr 2020-ci il tarixdə axşam radələrində o, olimpiya idman kompleksində işdə olarkən kompleksin yeməkxanası tərəfdən qışqırıq səsləri eşitmişdir. Həmin vaxt o, qaçaraq kompleksin yeməkxanasına daxil olanda görmüşdür ki, üzdən əvvəllər tanıdığı və sonradan adını bildiyi Rəfayel adlı şəxsi yeməkxanadan çölə çıxarırlar. Həmin vaxt o, mobil telefonu ilə olimpiya idman kompleksin müdiri vəzifəsində işləyən Samir müəllimə zəng vurub məlumat vermişdir. Bundan sonra Samir müəllim də hadisə yerinə gəlmişdir. Onlar Rəfayeli sakitləşdirməyə çalışsalar da, Rəfayel isə sərxoş vəziyyətdə idmançıların ünvanına nalayiq söyüşlər söymüşdür. Onun dəqiq kimin ünvanına nalayiq söyüşlər söydüyünü bilməmişdir. Bundan sonra polis əməkdaşları hadisə yerinə gələrək Rəfayeli polis şöbəsinə aparmışlar. O, hadisə baş verən vaxt xidmət göstərdiyi olimpiya idman kompleksin ərazisində olsa da, hadisə yerindən təxminən 100 metr aralıda olduğu üçün Rəfayelin əlində bıçaqla olimpiya idman kompleksin yeməkxanasına daxil olub orada idmançıların ünvanına nalayiq söyüşlər söyüb bıçaqla məşqçi Zərərçəkmiş şəxs1 xəsarət yetirdiyini görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, Zaqatala X5 müdiri vəzifəsində işləyir. 26 sentyabr 2020-ci il tarixdə təxminən saat 20-15 radələrində kompleksin gözətçisi vəzifəsində işləyən Şahid4 onun mobil telefonuna zəng vurub bir nəfər şəxsin sərxoş vəziyyətdə kompleksin yeməkxanasına əlində bıçaqla daxil olaraq orada qışqırıq səslə səs küy saldığını bildirmişdir. O, həmin vaxt tez hadisə yerinə gəldikdə görmüşdür ki, idmançılar və Şahid4 sonradan tanıdığı Rəfayel adlı şəxsin əlindən bıçağı alaraq onu sakitləşdirməyə çalışırlar. Rəfayel isə idman kompleksin həyətində idmançıların ünvanına nalayiq söyüşlər söymüşdür. Həmin vaxt yaxınlıqda xidmət aparan polis əməkdaşları hadisə yerinə gələrək onu xidməti avtomobillərinə mindirib hadisə yerindən uzaqlaşdırmışlar. Bundan sonra idmançılar tərəfindən Rəfayelin əlindən alındığı bıçaq ona təqdim olunmuşdur. Həmin bıçağı hadisə yerinə gəlmiş və baxış keçirən polis əməkdaşı Namiq Orucova təqdim etmişdir. O, hadisə yerinə çatanda Təqsirləndirilən şəxs kompleksin yeməkxanasından həyətə çıxarmışlar. Onu sakitləşdirməyə cəhd göstərsələr də, Təqsirləndirilən şəxs söyüşlərini davam etdirmişdir. O, hadisə yerinə gec gəldiyi üçün Təqsirləndirilən şəxs əlində bıçaqla kompleksin yeməkxanasına daxil olub idmançıların ünvanına nalayiq söyüşlər söydüyünü, eləcə də Zərərçəkmiş şəxs1 bıçaqla xəsarət yetirdiyini görməmişdir. Məhkəmə iclası zamanı elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Milli Paralimpiya komitəsinin üzvi olmaqla oxatmaq üzrə idmançıdır. 22 sentyabr 2020-ci il tarixdən mili komandanın üzvləri ilə birlikdə təlim məşqlə bağlı Zaqatala «X6» gələrək orada məşqlərini keçirmişlər. 26 sentyabr 2020-ci il tarixdə saat 20 radələrində kompleksin yeməkxanasında yemək yedikdən sonra Zərərçəkmiş şəxs2 doğum günü olduğu üçün tort sifariş etmişlər. Onlar tortun gəlməsini gözlədikləri zaman sonradan adını öyrəndiyi Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə kompleksin yeməkxanasına daxil olaraq ucadan ifadə edə bilmədiyi nalayiq söyüşlər söyərək güya idmançılar onun anasının ünvanına nalayıq söyüşlər söymüşlər. Həmin vaxt əlil arabasında olan idmançı Zərərçəkmiş şəxs2 yeməkxananın tam ortasında əlil arabasında gəzişdiyi zaman Təqsirləndirilən şəxs əlində olan bıçaqla Zərərçəkmiş şəxs2 üzərinə gedib ünvanına nalayıq söyüşlər söyərək öldürəcəyi ilə hədələdikdə, Zərərçəkmiş şəxs2 arabasını arxaya itəliyərək Rəfayeldən uzaqlaşmışdır. Təqsirləndirilən şəxs bu hərəkətlərini görən məşqçi Zərərçəkmiş şəxs1 ona yaxınlaşaraq yeməkxanada qadınların olmasını və söyüşlər söyməməsini dedikdə Təqsirləndirilən şəxs Asəf müəllimə də ifadə edə bilmədiyi nalayiq ana söyüşləri söyüb bıçaqla onu öldürəcəyi ilə hədələtib vurmaq istədikdə Asəf müəllim onun əlini tutmuşdur. Oradakı idmançılar da onlara yaxınlaşıb Təqsirləndirilən şəxs əlindən bıçağı almışlar. Onun bu hərəkətləri nəticəsində stol-stullar dağılmış və yeməkxanada istirahət edən şəxslərin istirahəti pozulmuşdur. Bundan sonra kompleksin müdiri polis əməkdaşlarını çağırmış və polislər gəlib Təqsirləndirilən şəxs oradan uzaqlaşdırıb aparmışlar. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəməyə teleqram göndərərək Zaqatala rayon polis şöbəsində verdiyi izahatın doğruluğunu təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclası zamanı elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində şahid qismində dindirilmiş Şahid1 və zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadələrinə uyğun ifadə verərək onların verdiyi ifadələri təsdiq etmişdir. İş materiallarında olan 26 sentyabr 2020-ci il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, hadisə yeri ünvan 3 ünvanında yerləşir. Zaqatala idman kompleksin nəzarət kameralarının görüntüləri 1 ədəd DVD diskə köçürülərək, eləcə də Şahid5 tərəfindən təqdim edilmiş 1 ədəd mətbəx bıçağı qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan 15 oktyabr 2020-ci il tarixli diskin məzmununa baxış keçirilməsi haqqında protokoldan görünür ki, 26 sentyabr 2020-ci il tarixdə saat 19-54-cü dəqiqənin 15-ci saniyəsində Təqsirləndirilən şəxs yeməkxanaya sağ əlində bıçaqla daxil olaraq yeməkxananın ortasında əlil arabasında olan Aqşın İsazadəyə yaxınlaşaraq ona nəisə dediyi zaman 54-cü dəqiqənin 27 saniyəsində kimsə yaxınlaşıb onu çıxartmaq istəyir. Lakin əlində bıçağı görüb onu çıxara bilmir, 54-cü dəqiqənin 35-ci saniyəsində Təqsirləndirilən şəxs məşqçi Zərərçəkmiş şəxs1 yaxınlaşaraq mübahisə etməyə başlayır, 47-ci saniyədə Zərərçəkmiş şəxs1 daha da yaxınlaşaraq bıçaqla vurmaq istədikdə Zərərçəkmiş şəxs1 onun əlindən tutaraq özünü qorumağa çalışır. Bundan sonra köməyə yeməkxanada olan qadınlar və digər şəxlər Zərərçəkmiş şəxs1 yaxınlaşaraq Təqsirləndirilən şəxs yerə yıxdırmaqla 19-55-ci dəqiqənin 22-ci saniyəsinədək güclə bıçağı Təqsirləndirilən şəxs əlindən alaraq yeməkxanadan çıxarırlar. İş materiallarında olan 26 sentyabr 2020-ci il tarixli 422 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, tibbi müayinə zamanı 1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs orta dərəcəli alkoqol sərxoşluğu müəyyən olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Məhkəmə Pataloji Anatomiya X10 Şəxs tərəfindən verilmiş 30.09.2020-ci il tarixli 475 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarətlər-sol saidində qançır-bərk küt əşyanın. Sol bilək nahiyyəsində və sağ əlin İV-V barmaqlarında səthi kəsilmiş yaralar isə iti kənara malik əşyanın (alətin) (əşyaların) (alətlərin) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 26.09.2020-ci il tarixdə sol saidindəki qançır insanın bədəninin hissələrinin(əl və s). sol biləyində və sağ əlinin İV-V barmaqlarındakı səthi yaralar isə hər hansı bir kəsici alətin (olabilsin ki. bıçağın tiyəsinin0təsirindən əmələ gələ bilərdilər. sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza mərkəzinin 22 oktyabr 2020-ci il tarixli 3/1252 nömrəli ekspert rəyindən görünür olur ki,tədqiqata təqdim edilmiş 1 (bir) ədəd bıçaq kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir və üzərində onun təyinatını dəyişdirən hər hansı əlavə dəyişikliklər edilməmişdir. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında 15 dekabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Zaqatala Rayon Məhkəməsinin 1(033)-17/2021 nömrəli 04.02.2021-ci il tarixli qərarından görünür ki, xx xxxxxx 1976-cı ildə Zaqatala şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər Şəki Ağır Cinayətlər Məhkəməsinin 09.08.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29,120.2.4-cü maddəsi ilə təqsirli bilinib 11 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və məhkumluğu ödənilməmiş, Zaqatala şəhəri Sülh küçəsi internat məktəbinin yataqxanasında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin ləğv edilməsi, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi, həbsdə saxlanılma müddətinin 03 (üç) ay müəyyən edilməsi, həbs etmənin əvvəlinin onun tutulduğu andan hesablanması qərara alınmışdır. İş materiallarında olan Zaqatala Rayon Polis Şöbəsinin 13 fevral 2021-ci il tarixli protokolundan görünür ki, Zaqatala Rayon Məhkəməsinin 1(033)-17/2021 nömrəli 04.02.2021-ci il tarixli qərarı əsasında barəsində axtarış və həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs 13.02.2021-ci il tarixdə saat 23:00 radələrində Zaqatala rayonu ərazisində tutularaq Zaqatala RPŞ-nin MSY-nə təhvil verilmişdir. İş materiallarında olan X3 17 fevral 2021-ci il tarixli, 17\33-666 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 13.02.2021-ci il tarixdə Zaqatala RPŞ-nin əməkdaşları tərəfindən tutularaq 17.02.2021-ci il tarixdə Şəki Pensitensiar müəssisəsinə gətirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsindən verilmiş 10.11.2020ci il tarixli tələbnamədən görünür ki, təqsirləndirilən şəxs Heydərov X4 Rayon Xalq Məhkəməsinin 05.10.1999-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 189-1-ci maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Zaqatala Rayon Məhkəməsinin 18.03.2003-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin 09.08.2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsi ilə təqsirli bilinərək 11 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 16.03.2019-cu il tarixli 1049 saylı sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. İş materiallarında olan Şəki Ağır Cinayətlər Məhkəməsinin 09 avqust 2011-ci il tarixli 1(091)-025/2011 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 11 (on bir) il 3 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Zaqatala Bələdiyyəsi tərəfindən verilmiş 16.12 2020-ci il tarixli 55 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmur. İş materiallarında olan zərərçəkmiş şəxslər X7 və Zərərçəkmiş şəxs2 ərizələrindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışlar, ona qarşı heç bir şikayət və tələbləri yoxdur. Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 134-cü maddəsi ilə olan ittihama xitam verilməsini xahiş edirlər. İş materiallarında olan Zaqatala Rayon Məhkəməsinin 1(033)-17/2021 nömrəli 23 aprel 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilmiş və cinayət işinin icraatına həmin hissədə xitam verilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, ekspertiza rəyi, cinayət işinə əlavə olunmuş sənədlər, maddi sübut və məhkəmə istintaqında tədqiq olunmuş digər dəlillərlə tam sübuta yetirildi. Belə ki, Təqsirləndirilən şəxs 26 sentyabr 2020-ci il tarixdə, saat 19:54-də ictimai yerə, yəni ünvan 1 ünvanında yerləşən Zaqatala X5 yeməkxanasına silah qismində istifadə edilən təsərrüfat-məişət təyinatlı mətbəx bıçağı ilə daxil olaraq ona və ailə üzvlərinə qarşı həmin yeməkxanada olan şəxslər tərəfindən söyüş işlədilmədiyi halda, orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olub spirtli içkinin təsiri altında guya anasının ünvanına yeməkxanada olan hansısa şəxs tərəfindən nalayiq ifadələr işlədilməsini əsas gətirərək, yəni heç bir səbəb olmadan yeməkxanada olan şəxslərin ünvanına nalayiq ifadələr işlədib ictimai mənafelərə əhəmiyyətli zərər vurmaqla, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozmaqla ictimai qaydanı kobud surətdə pozmuş, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərməklə, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq nümayiş etdirməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etmiş, əvvəlcə Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin idmançısı Zərərçəkmiş şəxs2 yaxınlaşıb əlil arabasında olmasına və əlilliyinə heç bir əhəmiyyət verməyərək guya anasının ünvanına söyüş işlətdiyinə görə sonuncunu hədənin icra ediləcəyi üçün real əsasların olduğu şəraitdə əlində tutduğu bıçaqla öldürməklə hədələmiş, bu zaman məşqçi Zərərçəkmiş şəxs1 ona yaxınlaşaraq heç kimin söyüş işlətmədiyini izah edib yol verdiyi qanunsuzluqları dayandırmasını və bıçağı yerə qoymasını xahiş etsə də o, Zərərçəkmiş şəxs1 həmin sözlərinə heç bir əhəmiyyət verməmiş, əksinə üzərinə gələrək əlində tutduğu bıçaqla öldürəcəyini bildirib zor tətbiq etməklə hədələyərək ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən sonuncuya müqavimət göstərmiş, məhz bundan sonra Zərərçəkmiş şəxs1, onun qanuna zidd əməllərini dayandırmaq niyyətində olmadığını görüb bıçağı əlindən almağa çalışmış və ətrafdakı insanların köməkliyi ilə öz məqsədinə çətinliklə nail olmuş, bu zaman sol saidində qançır, sol bilək nahiyəsində və sağ əlin İV-V barmaqlarında səthi kəsilmiş yaralar xarakterli, sağlamlığa zərər vurmadıqları üçün dərəcəsi təyin ediməyən xəsarət yetirib qəsdən Zərərçəkmiş şəxs1 üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq cinayəti törətmişdir. Təqsirləndirilən şəxsin ittiham olunduğu və təqsirli bilindiyi xuliqanlıq cinayətinin nəzərdə tutulduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin mənasına görə xuliqanlıq zamanı təqsirkarın hərəkətləri müəyyən səbəbə və şəxsi motivlərə görə konkret şəxsə qarşı deyil, hadisə ilə ümumiyyətlə, əlaqəsi olmayan şəxslərə, topluma, cəmiyyətə qarşı yönəlir və təqsirkarın niyyəti ondan ibarət olur ki, qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini göstərsin. Lovğalıq, özünəmüştəbehlik, ictimai maraqlara və hakim əxlaqa laqeyidlik xuliqanın tipik əlamətləri, xuliqanlıq niyyətinin xarakterik cizgiləridir. Belə niyyətlə deyil, şəxsi münaqişə zəminində qisas motivi ilə edilən hərəkətlər xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni mövqe Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» 23 mart 2004-cü il tarixli qərarında da müdafiə edilir. Həmin qərarın 3-cü bəndinə görə zərər çəkmiş şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir. Elə işə bu mövqedən yanaşaraq məhkəmə qeyd edir ki, hadisənin ümumi mənzərəsi və təqsirləndirilən şəxsin davranışı və niyyəti barədə məhkəmədə dindirilmiş şəxslərin ifadələrində göstərilənlər birmənalı olaraq onu deməyə əsas verir ki, cinayət hadisəsi cəmiyyətə hörmətsizlik, ictimai dəyərlərə biganəlik motivləri ilə baş vermişdir. Yəni, təqsirləndirilən şəxs ünvan 1 ünvanında yerləşən Zaqatala X5 yeməkxanasına silah qismində istifadə edilən təsərrüfat-məişət təyinatlı mətbəx bıçağı ilə daxil olaraq ona və ailə üzvlərinə qarşı həmin yeməkxanada olan şəxslər tərəfindən söyüş işlədilmədiyi halda, orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olub spirtli içkinin təsiri altında guya anasının ünvanına yeməkxanada olan hansısa şəxs tərəfindən nalayiq ifadələr işlədilməsini əsas gətirərək, ictimai yer hesab olunan yeməkxanada cəmiyyətdə insanlar arasında uzun müddətdən bəri bərqərar olmuş və mövcud olan etik-davranış qaydalarını pozmaqla, ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik və etinasızlıq nümayiş etdirməklə heç bir əsaslı səbəb olmadan nalayiq sözlər deməklə, mübahisə edib, zərərçəkmiş şəxsə zor tətbiq etməklə xuliqanlıq etmişdir. Eyni mövqe B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli qərarında nümayiş etdirilmişdir. Belə ki, burada göstərilir ki, ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi, vətəndaşlar üzərində zor tətbiq edilməsi və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi xuliqanlıq hadisəsini xarakterizə edən əlamətlərdir. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər-təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirinin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgə yaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər-təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydada əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı üzvünün qanuni mənafelərinə toxunan hərəkətlərdir. Cinayət qanununun bu maddəsinin tərkibi üçün təqsirkarın xuliqanlıq hərəkətlərində bu xüsusiyyətlərdən istifadə etmə məqsədinin göstərilməsi müstəsna əhəmiyyət kəsb edir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq bilavasitə məhkəmə iclasında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutu və digər sənədləri sübut kimi qəbul edərək, həmin sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış biri-digərini tamamlayan sübutlarla tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. İş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs Şəki Ağır Cinayətlər Məhkəməsinin 09 avqust 2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsi ilə təqsirli bilinərək 11 (on bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 25 may 2018-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin 16.03.2019-cu il tarixli 1049 saylı Əfv Sərəncamına əsasən cəzanın çəkilməmiş hissəsindən vaxtından əvvəl azad edilsə də, məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətmişdir ki, bu da cinayətlərin residivini yaratmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin residivə görə cəzanın təyin edilməsini tənzimləyən 65.2-ci maddəsində göstərilir ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün-ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, həmçinin cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Zərərçəkmiş şəxslə barışıq əldə edilməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci və 61.1.1-ci maddələrinə əsaslanaraq, Təqsirləndirilən şəxs əməlinin cinayətin residivini yaratmasını onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən hal qismində nəzərə alınır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bütün bunlara əsasən məhkəmə cəzanın məqsədlərinə qismən nail olunduğunu, həmçinin Təqsirləndirilən şəxs peşmançılıq çəkməsini və zərərçəkmiş şəxslə barışıq əldə edilməsini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunmalı, cəzasını ciddi rejimli cəza çəkmə müəssisələrində çəkməli, cəzasının əvvəli tutulduğu, yəni 13 fevral 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan hökm qanuni qüvvəyə minənə kimi öz qüvvəsində saxlanılmalıdır. İş üzrə maddi sübut qismində tanınmış, cinayət işinə əlavə edilmiş 01 ədəd disk cinayət işinin materiaallarında saxlanılmalı, Zaqatala RPŞ-nin maddi sübutlar otağında saxlanılan 1 ədəd bıçaq hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə 64 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında həm də hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə hakim tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir.Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməmişdir. Belə vəziyyətdə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan müsadirə edilməli olan əmlak mövcud deyildir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda,bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəli tutulduğu tarixdən, yəni 13 fevral 2021-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan hökm qanuni qüvvəyə minənə kimi öz qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut qismində tanınmış, cinayət işinə əlavə edilmiş 01 ədəd disk cinayət işinin materiaallarında saxlanılsın, Zaqatala RPŞ-nin maddi sübutlar otağında saxlanılan 1 ədəd bıçaq hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə 64 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. İş üzrə xüsusi müsadirə olunmalı əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. Hökm elan olunduğu andan (Təqsirləndirilən şəxs hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan (Təqsirləndirilən şəxs hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Sədrlik edən Tural Həsənov
Məhkəmə qərarları › İş №1(033)-17/2021
Zaqatala Rayon Məhkəməsi Hökm — İş №1(033)-17/2021
23.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver