Azərbaycan Respublikası adından HÖKM Zaqatala rayonu İş № 1(033)-17/2024 08.05.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, X2 katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Zaqatala rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, tərcüməçi X8 iştirakları ilə, Təqsirləndirilən şəxs: xx xxxxxxx 1979-cu ildə Qax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Qax rayonu Qaxingiloy kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Zaqatala Rayon Məhkəməsinin inzibati binasında saat 15:00-da açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs və sonuncunun qeyri-rəsmi evlilik münasibətində olduğu Şahid7 təşkilatçılığı və rəhbərliyi ilə Şahid7 qohumu Zərərçəkmiş şəxs yaşadığı, Zaqatala rayonu, Göyəm kəndində yerləşən evdə qızıl-zinət əşyalarının və pul vəsaitlərinin olması barədə məlumatı əldə etdikdən sonra həmin əşyaları Şahid7, Şahid6 və tanışı Şahid5 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə qanunsuz və əvəzsiz olaraq ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə Şahid7 tərəfindən həmin ev yerində ona və Şahid5 göstərilmiş, həmçinin bundan sonra Şahid7 Şahid6 vasitəsilə onlara verdiyi məlumatlara əsasən sonuncudan qızıl-zinət əşyalarının, eləcə də pul vəsaitlərinin evdə saxlanıldıqları yer və 09 fevral 2020-ci il tarixdə, saat 17 radələrində həmin evdə hər hansı şəxsin olmaması barədə məlumatları əldə edərək həmin gün təxminən saat 20 radələrində Şahid5 ilə birlikdə Zaqatala rayonu Göyəm kəndində yerləşən, Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin mətbəx otağının pəncərəsinin şüşəsini daşla vurub sındırdıqdan sonra qanunsuz olaraq yaşayış sahəsinə daxil olub evin qonaq otağındakı şkafdan 0,70 manat dəyərində 01 ədəd şüşə balonu, həmin balona yığılmış, cəmi 453 manat məbləğində 50 qəpiklik sikkələri, 585 əyarlı, 7,64 qram çəkidə, 497 manat dəyərində 01 ədəd qızıl boyunbağını, həmin boyunbağı ilə dəst olan, 585 əyarlı, 3 qram çəkidə, 195 manat dəyərində 01 ədəd qızıl qolbağını, 583 əyarlı, ümumilikdə 11 qram çəkidə, sadə qaşlı, 715 manat dəyərində sırğa-üzük dəstini, 583 əyarlı, 2 qram çəkidə, 130 manat dəyərində 01 ədəd sadə qızıl üzüyü, 750 əyarlı, ortasında 6 ədəd iri, kənarlarında 12 ədəd xırda brilyant qaşları olan, 4 qram çəkidə, 800 manat dəyərində 01 ədəd qızıl nişan üzüyünü gizli olaraq qəsdən talayıb Zərərçəkmiş şəxs ümumilikdə 2790,70 (iki min yeddi yüz doxsan manat yetmiş qəpik) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o mağazaya siqaret almağa gedəndə Zviadi maşını saxlayıb Zaqatala rayonuna getməyi təklif etmişdir. Zərərçəkmiş şəxsin dayısı qızı Zviadiyə zərərçəkmiş şəxsin mülkündə qızıl olduğunu demişdir. O, Zaqatalaya gələndə oğurluq etməyə gəldiyini bilməmişdir. Zviadi “5-10 dəqiqə gözlə gəlirəm” deyib maşından düşmüş, 10-15 dəqiqə sonra gəlmiş, daha sonra isə Qaxa geri qayıtmışlar. Qaxdan Zaqatalaya taksi ilə gəlmişlər. Qaxdan Zaqatala gəlməyi Zviadi təklif etmişdir. Hadisədən 1 həftə öncə Zviadi demişdir ki, Qaxdan Zaqatalaya gedib əsgər yoldaşını görüb geri qayıdacaq. Maşında o, taksi şoferi və Zviadi olmuşdur. Taksi şoferini tanımır. O taksidən siqaret almaq üçün düşüb. Şüküfə və Eristo onlarla birgə olmayıb. O evin kimə məxsus olduğunu bilməyib və evin sahiblərini də ilk dəfə məhkəmədə görüb. Ona qarşı irəli sürülmüş ittihamları qəbul etmir. Oğurluğa getdiklərini bildiyi üçün özünü təqsirli bilir. Oğurlanan qızıllardan ona heçnə verilməmişdir. Ailəsi Gürcüstanda olduğu üçün o ora getmişdir. Ona qızıllardan heçnə çatmayıb. Bəli oğurluğa getdiklərini bilmişdir. Bu barədə məlumatı olmuşdur. Zviadi oğurluq etmək üçün evə girəndə o girməmiş, yolda gözləmişdir. Gələn olsa xəbər edəcəkdir Zviadiyə. Ona həmin evə 1 həftə əvvəl oğurluğa gedəcəklərini demişdilər. Zviadi evdən çıxandan sonra oğurluq etdiyini bilmişdir. Bir qəpik ona çatmayıb, buna görə o özünü günahkar hesab etmir. Götürülmüş qızılları bunlar Bakıya satıblar. Pulu isə burda bölüblər. Bu vaxtı o Gürcüstanda olub. Heçnə götürməyib və heçnə əldə etməyib oğurluq nəticəsində. Erizto hazırda cəzaçəkmə müəssisəsində Zviadi isə Gürcüstandadır hazırda. Zərərçəkmiş şəxsə dəymiş zərər onun valideyinləri tərəfindən tam ödənilmişdir. Məhkəmə baxışı iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, fevral ayının 9-u onun və qaynanasın ad günü idi. Ad günləri eyni gündə olduğu üçün bir ili onlarda, bir ili qaynanasıgildə qeyd edilir. Həmin günü seçkilər keçirilən gün idi və bununla bağlı ona iş tapşırıldığı üçün işdə olmuşdur. Yoldaşının bibisi qızı Şükufə ona zəng vurub təbrik etmişdir. Bacı hardadı deyə soruşanda anasıgildə olduğunu demişdir. Həmin günü o seçkidə işdə olmuşdur. Axşam evə gələndə də pəncərənin sındığını, evin dağınıq vəziyyətdə olduğunu görmuşdür, oğurluq olduğunu başa düşmüşdür. Sonra polis əməkdaşları onu təbrikə gələn qardaşının oğlunu, qonşuları dindiriblər. Həftə sonları iş günü olmadığı üçün qızıl mağazalarına gedib baxmaq qərarına gəlmişlər. Yoldaşı ilə Balakənə getmişlər. Orda mağazalara baxsalarda qızıllarını tapa bilməmişlər. Sonra Qaxa gedərək ordakı mağazalara baxmışlar. Orda mağazaların birində özlərə aid qızılı tapmışlar. Yoldaşı üzüyü görüb tanımışdır. Lakin satıcı əvvəlcə boynuna almamışdır. Sonra polis əməkdaşları vəsiqəni göstərib özlərini təqdim edəndən sonra digər qızılları da göstərmişdir. Təqsirləndirilən şəxsə qarşı şikayəti yoxdu, məhkəmə iclası zamanı da ziyandan qalan 200 manatı təqsirləndirilən şəxsin valideyni ödəyib. Məhkəmə baxışı iclası zamanı şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, evlərindən olan oğurluq hadisəsi 2020-ci il fevralın 9-da yoldaşının və anasının ad günündə törədilmişdir. Həmin günü axşam evə gələndə görmüşdür ki, ev dağılmış, pəncərə sınmışdır. Onlar 102 xidmətinə zəng vurmuşlar. Polis əməkdaşları gəlib baxış keçirsələr də heç bir dəlil tapa bilməmişlər. Onlar qızıl mağazalarına gedib baxmağa qərar vermişlər. Qaxda qızıl mağazalarının birində o, öz üzüyünü görüb tanımışdır. Satıcı qadın əvvəlcə boynuna almamışdır. Lakin polis əməkdaşı vəsiqəsini göstərdikdən sonra satıcı qadın qızılı kimdən aldığınıı etiraf etmişdir. Onlara dəymiş ziyan qismən tam ödənilmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X9 və Şahid1 Hətəm oğlu teleqramla müraciət edərək məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirmişlər və Şahid1 Hətəm oğlu ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak etməyən ibtidai istintaq zamanı şahid qismində dindirilmiş şəxslərin izahatları elan edilmişdir. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş şahid X1 ibtidai istintaq zamanı verdiyi izahatından görünür ki, Qax şəhəri, Azərbaycan küçəsində yerləşən zərgərlik mağazasında zərgəlik fəaliyyəti ilə məşğul olur. Həmin mağaza anası X6 məxsusdur. Qax rayon sakini Şahid5 tanımır, həmin şəxslə heç bir münasibəti olmamışdır. 14 fevral 2020-ci il tarixdə saat 18 radələrində Şahid5 tanımadığı bir nəfər şəxslə birlikdə ona yaxınlaşaraq 1 ədəd qızıl boyunbağı satmaq istədiyini, həmin qızılının bacısına məxsus olduğunu, anasını Zaqatala rayonuna xəstəxanaya aparmalı olduğunu demişdir. Zviadiyə inanmamış, lakin ona gedək evə bacımdan da soruş demişdir. Bundan sonra həmin qızılı ondan almaq qərarına gəlmiş, ondan şəxsiyyət vəsiqəsini təqdim etməsini istəmişdir. Ziviadi adlı həmin şəxs ona şəxsiyyət vəsiqəsini təqdim etmişdir. O, qızılı tərəzidə çəkmiş, çəkisi 7,7 qram olmuşdur. Həmin qızıla görə Ziviadiyə 310 (üç yüz on) manat pul ödəmiş, həmçinin qızılı ondan almağı barədə dəftərdə qeydiyyat aparmış, şəxsiyyət vəsiqəsinin nömrəsini, adını, soyadını, ata adını, qeydiyyat ünvanını, qızılın çəkisini, neçəyə almağını dəftərdə qeyd etmiş və Ziviadi adlı həmin şəxsə imzalatmışdır. Ziviadiyə pul verəndə və qeydiyyat aparanda onunla gələn tanımadığı şəxs yanlarında olmamış, xeyli aralıda dayanmışdır. 15 fevral 2020-ci il tarixdə Zaqatala rayon polis şöbəsinin əməkdaşları mağazaya bir nəfər qadın və bir nəfər kişi gətirmişlər. Onlar mağazada olan qızılları baxanda bir gün əvvəl Ziviadidən aldığı boyunbağının onlara məxsus olduğunu demişlər. O, həmin vaxt bilmişdir ki, həmin qızıl boyunbağı oğurluq yolu ilə əldə edilib. Bundan sonra polis əməkdaşları qızıla baxış keçirmiş, o da qızılı alarkən apardığı qeydiyyatı təqdim etmişdir. Baxışla əlaqədar protokol tərtib edilmiş, həmçinin həmin qızıl boyunbağı götürülmüşdür. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Şahid1 Hətəm oğlunun ibtidai istintaq zamanı verdiyi izahatından görünür ki, Bakı şəhərində, M.Əcəmi metro stansiyasının yaxınlığında icarəyə götürdüyü dükanda zərgərlik fəaliyyəti ilə məşğul olur. Şükufə Hacıyevə ilə tanışlıq münasibəti olmasa da ona bir neçə dəfə qızıl satdığı üçün onu üzdən tanımışdır. 11 fevral 2020-ci il tarixdə saat 11 radələrində Şükufə yanında olan tanımadığı bir qızla dükana gəlmiş, pula ehtiyacı olduğu üçün qızıllarını satmaq istədiyini demişdir. Həmin vaxt Şükufə ona 1 ədəd qızıl qolbaq, 1 ədəd qızıl üzük və qızıl sırğa-üzük dəsti təqdim etmişdir. Həmin qızıllar 583 əyarlı olmuşdur. Qolbağın çəkisi 3 qram, sırğaüzük dəsti 11 qram, tək üzüyün çəkisi 2 qram olmuşdur. Sırğa-üzük dəstinin və tək üzüyün qaşları sadə olmuşdur. Həmin qızılları almağa Şükufəyə 700 manat pul təklif etmişdir. Belə ki, onun gətirdiyi qızılların çəkisi ümumilikdə 16 qram idi və qramını 45 manatdan hesablamışdır. Nəticədə 720 manat pul etsə də ona xeyir qalmadığı üçün Şükufəyə 700 manat təklif etmiş, o da razılaşmışdır. O həmin qızılları almış, həmin gün də tanımadığı adamlara satmışdır. Şükufəni tanıdığı üçün ondan həmin qızılları aland qeydiyyat aparmamışdır. Qızılları satanda isə ümumiyyətlə qeydiyyat aparmaışlar. Lakin Şükufədən aldığı qızılları dəqiqləklə yadında qalmışdır. Şükufə həmin qızılların oğurluq yolu ilə əldə edilməsi ona deməmişdir, onun bu barədə məlumatı olmamışdır. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi izahatından görünür ki, tanışları onu Zuriko deyə də çağırıllar. Özünə məxsus VAZ- 2106 markalı, ** NC *** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti göstərərək çörək pulumu qazanır. Həmin avtomobili etibarnamə əsasında idarə edir. Şahid5, Şahid6 və Təqsirləndirilən şəxs onun həmkəndliləridir. Dima ondan çox böyükdür, o uzun müddət kənddə olmayıb və onunla heç bir münasibəti yoxdur. Zviadi və Eristo ilə isə həmkəndlimi kimi yaxşı münasibəti oluşdur. Onların heç biri ilə ədavət və ya düşmənçiliyi yoxdur. X7 isə əvvəllər ümumiyyətlə tanımamışdır. 2020-ci ilin yanvar ayının sonları, fevral ayının əvvəllərində dəqiq tarixi yadımda qalmıyan tarixdə təxminən saat 16:30 radələrində idarə etdiyi VAZ-2106 markalı, ** NC *** dövlət qeydiyyat nişanlı avtomobillə Qax şəhəri ərazisində “İlisu” yolu adlanan yerdə hərəkətdə olarkən Zviadi ona əl edib avtomobilini saxlatmışdır. Onun yanında Dima və Şükufə olmuşdur. Zviadi onları Zaqatalaya neçəyə aparıb-gətirə biləcəyini soruşmuşdur. Ona 15 manata aparıb-gətirərəm demişdir. Zviadi qabaqda, Dima və Şükufə isə arxada əyləşmişlər. Onlar Zaqatala rayon Göyəm kəndi ərazisinə gəlmişlər. Yolu Şükufə adlı qadın göstərmişdir. Onlar daşdıq yolda xatırlamadığı bir evin qarşısına gəldikdə Şükufə nəsə demişdir, Zviadi də avtomobili saxlatmışdır. O avtomobili saxladıqdan sonra Zviadi və Dima avtomobildən düşmüş, lakin Şükufə avtomobildə qalmışdır. Şükufədən onların hara getdiyini soruşanda, ona iki dəqiqəyə qayıdacaqlarını bildirmişdir. Zviadi və Dima geri qayıdandan sonra nəsə problem olubolmadığını soruşmuşdur. Dima ona ciddi bir şey olmadığını, Şükufənin Eristo ilə münasibətinin olduğunu, Eristo ilə Şükufənin keçmiş əri arasında anlaşılmazlıq olduğunu, ona görə həmin yerə gəldiklərini demişdir. Daha onlardan heç nə soruşmamış və Qax şəhərinə qayıdaraq onları götürdüyü yerdə düşürtdmüşdür. Təxminən 10-15 gün sonra Dima, Eristo və Zviadinin Zaqatalada oğurluq etdiklərini eşitsə də həmin hadisə barədə dəqiq məlumatı olmamışdır. Polis əməkdaşları onu Zaqatala rayon polis şöbəsinə dəvət etdikdə ona məlum olmuşdur ki, onların oğurluq etdiyi ev Şükufənin qohumlarının evi olub, Şükufə onun avtomobili ilə gedən gün evi Zviadi və Dimaya göstərib, onlar da sonradan həmin evdən oğurluq ediblər. Zviadi, Dima və Şükufə avtomobildə oğurluq barədə heç nə danışmamışlar. Sadəcə Zaqatala rayonuna gəldikdən sonra yolu Şükufə göstərmiş, onun dediyi ünvana çatanda isə Zviadi və Dima avtomobildən düşmüş, bir neçə dəqiqə sonra geri qayıtmışlar, onun yanında oğurluq edcəkləri barədə heç nə danışmamışlar. Onları yalnız bir dəfə Zaqatalaya aparmış, bundan başqa onları birlikdə və ayrı-ayrılıqda heç bir yerə aparmamışdır. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi izahatından görünür ki, əvvəllər ailəli olub ayrılmışdır, iki azyaşlı uşağı var. Uşaqları anası ilə birlikdə qalır. Əvvəllər Qax rayonunda dostu Şahid6 ilə oğurluq etdiyinə görə Qax rayon məhkəməsi tərəfindən məhkum edilmişdir. Hal-hazırda üzərində elektron nəzarət daşıyıcısı vardır, Qax və Zaqatala rayonu ərazisindən başqa heç bir yerə gedə bilmir. Eristo isə Qax və Şəki rayonunun ərazisindən kənara çıxmaq icazəsi yoxdur. Təxminən 20-25 gün əvvəl Eristo ilə birlikdə olanda ona, qeyri-rəsmi münasibətdə olduğu Şükufənin Zaqatala rayon Göyəm kəndində yerləşən qohumlarının evindən oğurluq edə biləcəklərini, Şükufənin ona həmin evdə olan qab-qacaq şkafında şüşə balona 50 qəpiklər yığıldığını, qızılların həmin şkafda açıqda saxlanılmasını dediyini bildirmişdir. X17 rayonuna gedə bilmədiyi üçün başqa bir nəfərin köməyinə ehtiyac var idi. 2020-ci ilin fevral ayının əvvəllərində dəqiq günü yadımda qalmıyan tarixdə onlar razılaşmışlar ki, evdən o və Eristonun qardaşı Dima birlikdə oğurluq etsinlər. Eristo qardaşı Dimanın evə baxmaq istədiyini bildirmişdir. O, tanışı, taksi sürücüsü işləyən Suriko ilə danışmış, ona Eristonun danışdığı qızın keçmiş əri ilə mübahisəsinin düşdüyünü, Eristo Zaqatalaya gedə bilmədiyi üçün onların məsləni həll etməli olduqlarını demişdir. O, Dima və Şükufə ilə birlikdə Surikonun ağ rəngli, VAZ-2106 markalı, 34-437 dövlət qeydiyyat nişanlı avtomobili ilə Zaqatala rayon Göyəm kəndinə getmişlər, evin qabağında Dima və o maşından düşmüşlər, Şükufə onlara həmin ev olduğunu demişdir, özü isə taksi ilə qabağa gedib maşının üzünün çevirib geri qayıtmışlar. Onlar da yoldan evə baxıb avtomobilə minib geri qayıtmışlar. 09 fevral 2020-ci il tarixdə Eristo və onun qardaşı Dima ilə birlikdə onların atalarının qəbrini təmir etmişlər, günorta saatlarında onların evində oturub yeyib-içmişlər və spirtli içki olan araq qəbul etmişlər. Həmin vaxt Eristo onlara Şükufə ilə danışdığını, qohumlarının evdə olmadığını, oğurluğu həyata keçirmək lazım gəldiyini demişdir. Eristo həmçinin şkafdan qəpiklər yığılan bankanı və qızılları götürdükdən sonra şübhəli olmasın deyə şkafları dağıtmağı tapşırmışdır. O və Dima yola çıxıb ağ rəngli, səhv etmirsə VAZ- 2109 markalı avtomobil saxlatmışlar. Həmin taksidən onları Zaqatalaya aparıb gətirməyə 15 manata danışmışlar. Dima qabaqda, o isə arxada əyləşmişdir. Onlar saat 20 radələrində Zaqatala rayonunda Göyəm kəndində asfalt yolun kənarında olan marketin yaxınlığında dayanmışlar. Dima taksi sürücüsünə əsgər yoldaşı ilə görüşüb geri qayıdacağını demiş və onları gözləməsini xahiş etmişdir. Onlar Şükufənin qohumunun evinin qarşısına getmişlər, dəmir məhəccərin üzərindən tullanıb həyətə keçib evin həyətə baxan pəncərələrinə yaxınlaşmışlar. O, əvvəlcədən yoldan daş götürmüşdü. Dima onu çiynində yuxarı qaldırmışdır. O, daşla vurub pəncərənin şüşəsini sındırmış, həmin yerdən əlini salıb pəncərəni içərdən açmış və evə daxil olmuşdur. Əvvəlcə mətbəxdən çıxanda sol tərəfdə olan otağa daxil olub qab-qacaq şkafının aşağı gözündən 50 qəpiklər olan bankanı götürüb özü ilə gətirdiyi ağ selofana qoymuşdur. Daha sonra həmin şkafın yuxarı gözündəki qabın içərisindən qızılları götürüb cibinə qoymuşdur. Daha sonra həmin otaqda olan paltar şakfındakı və mətbəxlə üzbəüz yataq otağındakı paltar şkafından paltarları yerə tökmüşdür. Bundan sonra qəpiyi evə daxil olduğu mətbəxin pəncərəsindən Dimaya vermiş, özü də pəncərədən düşmüş və geri qayıdıb taksiyə minmişlər. Taksi sürücüsü əllərindəkinin nə olduğunu soruşanda Dima əsgər yoldaşından araq götürdüyünü demişdir. Onlar öz kəndlərinə qayıtmışlar. Eristonun evinə getmişlər. O, taksidə olanda bir ədəd boyunbağını özünə götürmüşür. Bu barədə Dimaya və Eristoya heç nə deməmişdir. Eristo gildə qəpikləri Dima və Eristo saymış, ona 450 manat pul olduğunu demişlər. Eristo isə Şükufə ilə danışıb oğurluğu etdiklərini bildirmişdir. X12 yola salanda 50 qəpiklər çox hissəsini o götürmüşdür, ona isə 150 ədəd 50 qəpik vermişlər. Qızılları isə Şükufəyə göndərəcəklərini, onun qızılları satdıqdan sonra pulu böləcəklərini demişlər. Həmin gün axşam Eristo onunla əlaqə saxlayaraq qəpikləri ona verməyini, həmin pulları özünün böyüdəcəyini bildirmişdir. O artıq 5 ədəd 50 qəpiyi xərcləmişdi. Ona görə də yerdə qalan 145 ədəd 50 qəpiyi Eristoya vermişdir. Özündə gizlədib saxladığı boyunbağını 14 fevral 2020-ci il tarixdə Qax şəhərində, parkın yanında olan zərgərlik mağazasına 310 (üç yüz on) manata satmışdır, əldə etdiyi pulu borclarına xərcləmişdir. Mağazada işləyən şəxs ondan şəxsiyyət vəsiqəsinin surətini də götürmüşdür. 15 fevral 2020-ci il tarixdə isə Zaqatala rayon polis şöbəsinin əməkdaşları onu Qaxda saxlamış, oğurluqda şübhəli olduğumu demiş və onu Zaqatala rayon polis şöbəsinə gətirmişlər. Şahid5 həmçinin ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs tanımır, onun evini onlara Eristonun danışdığı qız, yəni Şükufə göstərmişdir. Evdə heç kimin olmamasını da Eristoya Şükufə demişdir. Eristo onlara Şükufənin qohumunun evində bankada 50 qəpik pullar yığıldığını və orada qızıl zinət əşyaları olduğunu demişdir. Pul lazım olduğuna görə oğurluq edib pulları bölməyi təklif etmişdir. X13 gedə bilmirdi. Çünki onun üzərində elektron nəzarət daşıyıcısı var və Zaqatala əraizisinə gedə bilmir. Ona görə də oğurluq etməyə o, Eristonun qardaşı Dima ilə birlikdə getmişdir. O, qızıl boyunbağını Qax şəhərində zərgərlik mağazasına satarkən onun yanında həmkəndlisi Qio adlı şəxs olmuşdur. Lakin həmin şəxsin onun qızıl satmağından xəbəri olmamışdır. Ona bu barədə heç nə deməmişdir. Qızılı satarkən də həmin şəxs ondan xeyli aralıda olmuş, qızılı satıb pulu almağını da görməmişdir. Həmin boyunbağını satarkən onu alan Şahid2 həmin qızılın bacısına məxsus olduğunu, anasını Zaqatlaya xəstəxanaya aparmalı olduğunu, ona görə satdığını demişdir. Qızılın oğurluq yolu ilə əldə edilməsi barədə Qurbana məlumat verməmişdir. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş şahid X4 ibtidai istintaq zamanı verdiyi izahatından görünür ki, əvvəllər Qax rayonunda oğurluq etdiyinə görə Qax rayon məhkəməsi tərəfindən məhkum edilmişdir. Hal-hazırda üzərində elektron nəzarət daşıyıcısı vardır. O, Qax və Şəki rayonlarından başqa heç bir yerə gedə bilmir. Onun, X10 ilə qeyri-rəsmi münasibəti vardır. Üzərində elektron nəzarət daşıyısı olduğuna görə 2-3 dəfə Şüküfəni Zaqatala rayon Göyəm kəndində yerləşən evinə dostu Şahid5 aparmışdı. Şükufə hal-hazırda ondan hamilədir, bu yaxınlarda uşaqları dünyaya gələcəkdir. Ona görə də onların pula ehtiyacları var idi. Bir dəfə Şükufə ilə söhbət edəndə qohumunun evində şüşə balona 50 qəpik yığdığını, qızılların da olduğunu demişdir. Onlar qərarlaşdırmışlar ki, uşaqları dünyaya gələnə yaxın pul tapa bilməsələr oradan oğurluq etsinlər. Lakin o Zaqatala rayonuna gedə bilmirdi. 2020-ci ilin fevral ayının əvvəllərində o, Şükufə, Zviadi və qardaşı Dima ilə birlikdə olarkən bu söhbəti açmışlar. Zviadi onlara Şüküfəni apardığı qohumunun evinin sakit yerə yerləşdiyini, oradan oğurluq edə biləcəklərini demişdir. Zviadi evin yerləşdiyi küçənin yadında qalmadığını dediyi üçün həmin gün qardaşı Dima, Şükufə və Zviadi birlikdə gedib evə baxmağı qərarlaşdırmışlar. Zviadi taksi ilə danışıb, guya onun danışdığı qızın əvvəlki əri ilə söhbətinin düşdüyünü, ora gedə bilmədiyi üçün özlərinin getdiklərini demişdir. Onlar Zviadinin danışdığı sürücüsünü tanımadığı ağ rəngli VAZ- 2106 markalı avtomobillə Zaqatala rayon Göyəm kəndində gedib Şükufənin qohumunun evinə baxıb geri qayıtmışlar. Səhəri gün Şükufə Xırdalan şəhərinə getmişdir. 09 fevral 2020-ci il tarixdə o, qardaşı Dima və Zviadi ilə birlikdə kənd qəbirsanlığında atasının qəbrini düzəltmişlər. Qəbirsanlıqda işlərini qutarıb onlara gəlmişlər. Evdə yeyib-içərkən Şükufə ilə telefonda danışanda qohumu Aygünün uşqları ilə birlikdə evdə olmadığını, lakin ərinin harda olmasını bilmədiyini demişdir. Zviadi və Dima bunu bilib oğurluğu həyata keçirmək qərarına gəlmişlər. Onlara Şükufənin qohumunun ərinin harada olmasından məlumatsız olduğunu demişdir. Bu zaman Dima və Zviadi gedib baxacaqlarını, evdə kimsə olsa geri qayıdacaqlarını demişlər. O, Şükufəyə zəng edib Zviadi və Dimanın oğurluq etmək üçün getdiklərini demişdir. Şükufə də nəticə barədə ona xəbər etməyini tapşırmışdır. Həmin gün saat 21 radələrində Dima ona zəng edərək qarşılarına çıxıb taksiyə 20 manat verməyini istəmişdir. O, elə bilmişdir ki, onlar oğurluq edə bilməyiblər. Lakin çölə çıxanda nömrəsini və markasını görmədiyi avtomobilin üzünü çevirib getdiyini, qardaşı Dima və Zviadinin isə ona tərəf gəldiklərini görmüşdür. Dimanın əlində ağ rəngli selofan torba var idi. Onlar orada ona necə oğurluq etdiklərini danışmışlar. Qardaşı Dima onun pəncərənin altında dayandığını, Zviadinin onun üstünə çıxıb pəncərəni daşla sındırdığını, evə daxil olub oğurluq etdiyini danışmışdır. Sonra onların evinə gəlmişlər. O, Şükufə ilə əlaqə saxlayıb Dima və Zviadinin evə girdiklərini, evdə şüşə balonda 50 qəpiklik pullar və qızıllar oğurladıqlarını demişdir. Sonra onlar balonda olan 50 qəpikləri saymışlar. Orada 453 (dörd yüz əlli üç) manat pul olmuşdur. Həmin pulun 300 manatını, yəni 600 ədəd 50 qəpiyi qardaşı Dima götürmüş, Gürcüstana gedəcəyi üçün yol puluna ehtiyacı olduğunu bildirmişdir. Bundan əlavə qardaşı onun ayaqqabılarını götürüb yerdə qalan 50 qəpiklərdən 60 ədədini, yəni 30 manatını ona vermişdir. Qalan qəpikləri isə Zviadi götürmüşdür. Oğurlanmış qızıl-zinət əşyalarından sırğa-üzük dəsti, qolbaq və 1 ədəd üzüyü o götürmüşdür. Bir ədəd üzüyü isə qardaşı götürmüşdür. Səhəri gün qardaşı Dima Gürcüstana getmişdir. O da həmin gün qızılları Bakıya gedən tanımadığı “Mercedes Vito” markalı mikroavtobusla Şükufəyə göndərmişdir. Bundan başqa evin qazı kəsildiyini üçün Zviadidən 10 manat pul istəmişdir. Zviadi isə ona 40 ədəd 50 qəpik pul vermişdir. O, həmin pulları mağazalarda dəyişdirmiş, qazın pulunu ödəiş, 21 manata özünə ayaqqabı almış, qalanını da şəxsi ehtiyaclarına xərcləmişdir. Şükufə bir gün sonra qızılları 700 manata satdığını demişdir. 15 fevral 2020-ci il tarixdə isə Zaqatala rayon polis şöbəsinin əməkdaşları onu Qaxda saxlamışlar, oğurluqda şübhəli olduğunu demişlər və onu Zaqatala rayon polis şöbəsinə gətirmişlər. O, orada bilmişdir ki, Zviadi oğurluq zamanı qızıl boyunbağı da götürüb, həmin boyunbağı barədə onlara heç nə deməyib və onu Qax şəhərində satıb. Zərərçəkən də qızıl mağazalarını gəzib həmin qızılı görüb tanıyıb, bunun nəticəsində oğurluğu onların etdiyi müəyyən olunmuşdur. Şahid6 həmçinin ifadəsində göstərmişdir ki, o Zərərçəkmiş şəxs qiyabi tanıymışdır, onun arvadı Şükufənin dayısı qızıdır, lakin onların evinin harada yerləşdiyini bilməmişdir. Şükufə onlara bir neçə dəfə gedəndə onu Zviadi ilə yola salmışdır. Onu Zviadi ilə ona görə göndərmişdir ki, üzərində elektron nəzarət daşıyıcısı var və özü Qax rayonunu çıxa bilmir. Oğurluq edilən gün evdə heç kimin olmamasını isə ona Şükufə demiş, o da bunu Dima və Zviadiyə demişdir. Ona və Şükufəyə pul lazım idi, ona görə də Şükufənin qohumunun evindən oğurluq etmək qərarına gəlmişdilər. Lakin üzərində elektron nəzarət daşıyıcısı olduğundan o, Zaqatalaya gedə bilməmişdir. Ona görə də oğurluğu etmələri üçün Dima və Zviadiyə demişdir. Şükufənin verdiyi məlumat əsasında pulların və qızılların harada olduğunu onlara izah etmişdir. Onlar oğurluq nəticəsində əldə etdiklərini aralarında bölmək barədə razılaşmışlar. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Şahid7 ibtidai istintaq zamanı verdiyi izahatından görünür ki, Xırdalan şəhərində anası, iki azyaşlı qızı və xalası ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs onun qohumudur. Belə ki, onun arvadı Aygün onun dayısı qızıdır. Əvvəllər ailəli olub ayrılmışdır. İki ildən artıqdır ki, Qax rayon Qaxingiloy kənd sakini Şahid6 tanıyır. Onunla qeyri-rəsmi münasibətləri var. Eristo onun Zaqatala rayon Göyəm kəndində qohumları olduğunu bilmiş, lakin onların evinin yerini bilməmişdir. Hadisədən bir müddət əvvəl Zaqatala rayon Göyəm kəndinə Aygüngilə gedib bir gün orada qalmış, Qaxa qayıdanda Eristonun dostu Şahid5 taksi ilə gəlib onun Aygüngildən götürmüşdü. Ona yolu o izah etmişdi və taksi ilə evin qarşısına gəlib onu götürmüşdü. Eristo ilə uşaqları dünyaya gələndə onlara pul lazım olacaqdı, lakin onların pulu olmamışdır. Ona görə oğurluq etmək qərarına gəlmişlər. O, Aygüngildə qalanda onların evində qab-qacaq şkafında qızılların açıq vəziyyətdə olduğunu, həmin şkafda 50 qəpiklik pulların şüşə balona yığılıb doldurulduğunu görmüşdü. Ona görə də Eristoya həmin evdən oğurluq edə biləcəklərini demişdir. Lakin Eristo əvvəllər də oğurluq etdiyi üçün cəza almışdı və üzərində elektron nəzarət daşıyıcısı var idi, ona görə də o, Zaqatala rayonuna gedə bilmirdi. 2020-ci ilin fevral ayının əvvəllərində o, Eristo, onun qardaşı Dima və Zviadi ilə birlikdə olarkən bu söhbət yenidən açılmışdır. Dima və Zviadi həmin evə özlərinin girə biləcəyini demişlər. Dima həmin yeri ona göstərmələrini istəmişdir. Onlar taksi ilə danışmışlar, o, Dima və Zviadi ilə birlikdə Zaqatala rayon Göyəm kəndinə gedib Ceyhunun evini onlara göstərmişdir. O, 05 fevral 2020-cı il tarixdə Xırdalan şəhərinə getmişdir. 09 fevral 2020-ci il tarixdə dayısı qızı Aygünün anasının və əri Ceyhunun ad günü idi. Həmin gün günorta saatlarında əvvəlcə Aygünə zəng edib təbrik etmiş, həmin vaxt Aygün ona anasıgildə olduqlarını demişdir. Həmin gün təxminən 16-17 radələrində isə Ceyhuna zəng edib onu təbrik etmiş, danışıqları zamanı dayısının yoldaşı Məryəm xalanı da təbrik etməsini istəmişdir, Ceyhun da orada olmadığını, uzaqda olduğunu bildirmişdir. O, Eristo ilə danışaraq Ceyhunun və ailə üzvlərinin evdə olmadıqlarını demiş, evə oğurlağa girəcəklərsə iz qoymamalarını tapşırmışdır. Həmin gün axşam saat 21-22 radələrində Eristo ona zəng edərək Dima və Zviadinin oğurluğu etdiklərini, şüşə balonda 50 qəpiklik pullar və qızıl-zinət əşyalarını oğurladıqlarını demişdir. Eristodan qızılları soruşanda ona üzük-sırğa dəsti, bir ədəd qolbaq və bir ədəd üzük olduğunu demişdir. Ona həmin yerdə qızıl boyunbağı da olduğunu bildirmişdir. Lakin Eristo saydıqlarından başqa qızıl olmadığını demişdir. Razılaşmalarına əsasən qızıllar ona göndərilməli idi. Səhəri gün Eristo “Vito” markalı mikroavtobusla qızılları ona göndərmiş, “Xırdalan dairəsi” adlanan yerdə həmin qızılları götürmüş, sonrakı gün də Bakı şəhərinə gedib “Əcəmi Metrosunda” əvvəlcədən tanıdığı qızıl- zinət əşyaları mağazasına həmin qızılları satmışdır. Qızılların dəyəri 700 manat etmişdir. O, həmin pulu borclarına ödəmişdir. Bundan sonra 13 fevral 2020-ci il tarixdə Qax rayonuna gəlmişdir. 15 fevral 2020-ci il tarixdə yaşadığı evə polis əməkdaşları gəlib Ceyhunun evindən baş vermiş oğurluqla əlaqədar onu Zaqatala rayon polis şöbəsinə gətirmişlər. Həmin vaxt oğurluğun Ziviadi və Dima tərəfindən edilməsi barədə məlumatı olmasını bildirsə də, özünün iştirakı olmadığını demişdir. Lakin sonradan hər şeyin aydınlaşdırıldığını görüb törətdiyi əməli etiraf etmişdir və əməlindən səmimi peşman olmuşdur. Şükufə Hacıyevə həmçinin ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs evində qızıllar və qəpik pullar dəhlizin baş tərəfində olan qonaq otağında qab-qacaq şkafında olmuşdur. Belə ki, Aygün qızılları həmin şkafda ağzı açıq qabın içində saxlayırdı, həmin şkafın aşağı gözündə isə şüşə banka ağzına kimi 50 qəpiklik sikkələrlə doldurulmuşdu. O, qızılların və pulların yerini əvvəlcə Eristoya demişdir. Dima və Zviadi ilə gəlib evi göstərdikdən sonra da həmin otağı onlara izah etmişdir və oğurluğu edərkən iz qoymamalarını demişdir. O, Eristoya tapşırmışdır ki, Zviadi həmin oğurluqda iştirak etməsin. Razılaşmalarına görə qəpik pulları Dima götürməli idi, qızıllar isə ona və Eristoya qalmalı idi və həmin qızılları Bakı şəhərində satacaqdı. Sonradan bilmişdir ki, Ziviadi də Dima ilə birlikdə oğurluğa gedib. Hətda onda Eristoya demişdir ki, orada qızıl boyunbağıda vardı onu yəqin Zviadi götürüb sizə deməyib. Lakin Eristo buna inanmamışdır. Sonradan isə məlum olmuşdur ki, Zviadi həqiqətən də qızıl boyunbağını özünə götürmüş və Qax şəhərində satmışdır. Aygün də polislərlə birlikdə zərgərlik mağazalarını gəzəndə həmin boyunbağını görmüş və bundan sonra oğurluğu onların etdikləri müəyyən edilmişdir. xx.xx.2020-ci il tarixdə Aygünün ərinin və anasının ad günü olduğunu bilirmişdir. Əvvəlcə Aygünə zəng edib təbrik etmiş, söhbət zamanı anasıgildə olduğunu öyrənmişdir. Sonra isə Ceyhuna zəng edib təbrik etmiş və Aygünün anası Məryəmi də onun adımdan təbrik etməsini demişdir, həmin vaxt Ceyhun orada olmadığını, uzaqda olduğunu demişdir. Belə olub onların evdə olmadıqlarını öyrənmişdir. İşdə olan “baxış keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs məxsus yaşayış evi Zaqatala rayonu Göyəm kəndi ərazisində yerləşir. Evin həyətyanı sahəsinin küçəyə olan hasarı dəmir məhəccərdir, yoldan həyət görünür. Evin həyətinə baxan mətbəx pəncərəsinin şüşəsinin sındırılmış və pəncərənin sındırıldığı bir ədəd çay daşı evdən aşkar edilərək götürülmüşdür. Hadisə yerinə baxış keçirilməsi əlaqədar protokol tərtib edilmiş, fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. İşdə olan “maddi sübut qismində tanınma haqqında” 10 fevral 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs evindən aşkar edilərək götürülmüş evin pəncərəsinin sındırılmasında istifadə olunmuş bir ədəd çay daşı maddi sübut kimi tanınmışdır. İşdə olan “baxış keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, baxış keçirilərkən Zərərçəkmiş şəxs və arvadı Şahid3 göstərdikləri Şahid2 məxsus zərgərlik mağazasındakı 1 ədəd qızıl boyunbağının çəkisi 7,7 qramdır, əyarı 585-dir. Zərərçəkmiş şəxs və arvadı Şahid3 həmin boyunbağının onlara məxsus olmasını bağlanan hissəsinin qopmuş vəziyyətdə olmasından tanıdıqlarını bildirmiş, mağazanın sahibi Şahid2 həmin boyunbağı xx.xx.2020-ci il tarixdə saat 18 radələrində Qax rayon sakini əvvəlcədən tanımadığı Şahid5 310 (üç yüz on) manata aldığını, həmin qızılı alarkən onun şəxsiyyət vəsiqəsini götürüb dəftərdə qeydiyyat apardığını və özünə imza etdirdiyini bildirmiş və həmin dəftəri təqdim etmişdir. Dəftərin sondan üçüncü vərəqinin ikinci səhifəsinə baxış keçirilərkən müəyyən edilmişdir ki, orada ”xx.xx.2020-ci il, AZE-********, Şahid5, Qaxingiloy k sakini, xx.xx.1990 təvəllüdlü, lom sep 7,7x40,25-310m, 585 prob” sözləri və rəqəmləri yazılmış və imza edilmişdir. Baxış zamanı sübut əhəmiyyəti kəsb etdiyi üçün boyunbağının fotoşəkli və tərtib edilmiş sənədin kserosurəti çıxarılaraq protokola əlavə edilmiş, həmçinin bir ədəd qızıl boyunbağı götürülmüşdür. İşdə olan “maddi sübut qismində tanınma haqqında” 15 fevral 2020-ci il tarixli qərardan görünür ki, Şahid2 götürülmüş Zərərçəkmiş şəxs məxsus bir ədəd qızıl boyunbağı maddi sübut kimi tanınmışdır. İşdə olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan kompleks məhkəmə-kimyəvi və məhkəmə-əmtəəşünaslıq ekspertizasının 24 mart 2020-ci il tarixli, 6/278-9/555 nömrəli rəyindən görünür ki, təqdim edilmiş 1 ədəd sarı rəngli metaldan boyunbağı üzərində “585” əyar damğası həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 7,64 qramdır. Ekspertiza tədqiqatına təqdim olunan bir ədəd boyunbağının 2020-ci ilin fevral ayına olan orta bazar qiyməti ilə dəyəri 497,0 manat müəyyən olunur. Təqdim olunmayan məlumatların nəzəri olaraq 2020-ci ilin fevral ayına olan orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən edilir: -Yuxarıda qeyd edilən boyunbağı ilə dəst olan, həmin boyunbağı ilə eyni tərkibdə və əyarda olan 3 qram çəkidə qızıl qolbağ – 195,0 manat; -583 əyarlı, ümumilikdə 11 qram çəkidə, sadə qaşlı sırğa-üzük dəsti – 715,0 manat; -1 ədəd 583 əyarlı, 2 qram çəkisi olan sadə qızıl üzük – 130,0 manat; -1 ədəd 750 əyarlı, ortasında 6 ədəd iri, kənarlarında 12 ədəd brilyant qaşları olan 4 qram çəkidə qızıl nişan üzüyü – qiymətləndirilmir (üzərində olan qaşların ölçüsü və keyfiyyəti məlum olmadığı üçün) İşdə olan Zərərçəkmiş şəxs tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyan tamamilə ödənilmişdir. İşdə olan 12 may 2020-ci il tarixli “təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi haqqında” qərardan görünür ki, cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs-xx.xx.1979-cu ildə Qax rayonun Qaxingiloy kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmayan, Qax rayonunun Qaxingiloy kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. İşdə olan Zaqatala Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 4(033)-28/2020 saylı qərarından görünür ki, vəsatət təmin edilərək, xx.xx.1979-cu ildə Qax rayonunun Qaxingiloy kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmayan, Qax rayonunun Qaxingiloy kəndində daimi pasport qeydiyyatda olan, Zaqatala Rayon Polis X5 istintaq olunan ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən və hazırda axtarışda olan şəxs Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində həbs seçilməsi, həbsdə saxlanılma müddəti 03 (üç) ay müəyyən edilməsi, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti məhkəmə qərarının icra edildiyi andan hesablanması qərara alınmışdır. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(033)-29/2020 nömrəli hökmündən görünür ki, təqsirləndirilən şəxs Şahid6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.3, 177.2.1 və 32.3, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 9 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasınа məhkum edilmiş,Qax Rayon Məhkəməsinin 23 may 2019-cu il tarixli hökmü ilə ona qəti olaraq təyin edilmiş 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 04 (dörd) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilən cəzaya qismən birləşdirilməklə onun üzərində qəti olaraq 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, təqsirləndirilən şəxs Şahid6 15 fevral 2020-ci il tarixdən 17 fevral 2020-ci il tarixədək şübhəli şəxs qismində tutularaq saxlanıldığı 2 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddətinin azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla cəmi 4 (dörd) gün həmin cəzadan çıxılaraq və onun üzərində qəti cəza olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs Şahid7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.3, 177.2.1 və 32.3, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasınа məhkum edilmişdir. Təqsirləndirilən şəxs Şahid5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasınа məhkum edilmiş, Qax Rayon Məhkəməsinin 23 may 2019cu il tarixli hökmü ilə ona qəti olaraq təyin edilmiş 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 04 (dörd) ay 27 (iyirmi yeddi) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilən cəzaya qismən birləşdirilməklə onun üzərində qəti olaraq 02 (iki) il 9 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, təqsirləndirilən şəxs Şahid5 15 fevral 2020-ci il tarixdən 17 fevral 2020-ci il tarixədək şübhəli şəxs qismində tutularaq saxlanıldığı 2 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddətinin azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla cəmi 4 (dörd) gün həmin cəzadan çıxılsın və onun üzərində qəti cəza olaraq 2 (iki) il 8 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş üzrə maddi sübut olan bir ədəd qızıl boyunbağının Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın və Zaqatala RPŞ-də saxlanılan bir ədəd çay daşının hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatına görə 109,50 (yüz doqquz manat əlli qəpik) manat təşkil edən məhkəmə məsrəfinin təqsirləndirilən şəxslər Şahid6, Şahid7 və Şahid5 müştərək qaydada alınaraq Azərbaycan Respublikasının Dövlət büdcəsinə keçirilməsi hökm edilmişdir. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(107)-195/2020 saylı xx.xx.2020-ci il tarixli qərarından görünür ki, apelyasiya protesti təmin edilərək, Zaqatala Rayon Məhkəməsinin 23 iyul 2020-ci il tarixli hökmünün dəyişdirilməsi, təqsirləndirilən şəxs Şahid6 CM-in 32.3, 177.2.1 və 32.3, 177.2.3- cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, iki il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Şahid6 15 fevral 2020-ci ildən 17 fevral 2020-ci il tarixədək şübhəli şəxs qismində tutularaq saxlanıldığı iki gün CM-in 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılması və üzərində bir il on bir ay iyirmi səkkiz gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Şahid6 Qax Rayon Məhkəməsinin 23 may 2019-cu il tarixli hökmü ilə təyin edilmiş 1 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan bir ay iyirmi günü CMin 68.1.1-1-ci maddəsinə əsasən, həbsdə saxlamanın müddətinin azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, CM-in 67.1-ci maddəsinə əsasən, bu hökmlə təyin edilmiş bir il on bir ay iyirmi səkkiz gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməsi və ona qəti olaraq iki il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Şahid6 barədə seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin ləğv olunması və barəsində həbs qətimkan tədbiri seçilərək məhkəmə iclas zalında həbs edilməsi, onun, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəli 27 oktyabr 2020-ci il tarixdən hesablanması, təqsirləndirilən şəxs Şahid5 CM-in 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, iki il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Şahid5 15 fevral 2020-ci ildən 17 fevral 2020-ci il tarixədək şübhəli şəxs qismində tutularaq saxlanıldığı iki gün CMin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılması və üzərində bir il on bir ay iyirmi səkkiz gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılması, təqsirləndirilən şəxs Şahid5 Qax Rayon Məhkəməsinin 23 may 2019cu il tarixli hökmü ilə təyin edilmiş 1 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan bir ay iyirmi üç günü CM-in 68.1.1-1-ci maddəsinə əsasən, həbsdə saxlamanın müddətinin azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, CM-in 67.1-ci maddəsinə əsasən, bu hökmlə təyin edilmiş bir il on bir ay iyirmi səkkiz gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməsi və ona qəti olaraq iki il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Şahid5 barədə seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv olunması və barəsində həbs qətimkan tədbiri seçilərək məhkəmə iclas zalında həbs edilməsi, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəli 27 oktyabr 2020-ci il tarixdən hesablanması, baxılmış apellyasiya protestinə münasibətdə hökm qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İşdə olan Qax rayon İcra Hakimiyyəti Başçısının Qaxingiloy kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2024-cü il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan 17 fevral 2024-cü il tarixli qəbzdən görünür ki. Zərərçəkmiş şəxs 01 ədəd qızıl boyunbağını iş üzrə məhkəmənin hökmü qanuni qüvvəyə minənədək saxlanılması üçün təhvil almışdır. İşdə olan X3 xx.xx.2023-cü il tarixli 3-16-17/33/2-5378/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Zaqatala RPŞ-nin əməkdaşları tərəfindən tutularaq saxlanması üçün xx.xx.2023-cü il tarixdə Penitensiar Xidmətin Şəki Penitensiar Müəssisəsinə gətirilmişdir. İşdə olan zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ona vurduğu ziyanı tamamilə ödəmişdir və onun barəsində şikayətinin və tələbinin olmadığını bildirmişdir, cəza təyin edilərkən nəzərə alınmasını xahiş etmişdir. Beləliklə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun özünün, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, məhkəmə istintaqında tədqiq olunmuş digər dəlillərlə tam sübuta yetirildi. Belə ki, Təqsirləndirilən şəxs və sonuncunun qeyri-rəsmi evlilik münasibətində olduğu Şahid7 təşkilatçılığı və rəhbərliyi ilə Şahid7 qohumu Zərərçəkmiş şəxs yaşadığı, Zaqatala rayonu, Göyəm kəndində yerləşən evdə qızıl-zinət əşyalarının və pul vəsaitlərinin olması barədə məlumatı əldə etdikdən sonra həmin əşyaları Şahid7, Şahid6 və tanışı Şahid5 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə qanunsuz və əvəzsiz olaraq ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə Şahid7 tərəfindən həmin ev yerində ona və Şahid5 göstərilmiş, həmçinin bundan sonra Şahid7 Şahid6 vasitəsilə onlara verdiyi məlumatlara əsasən sonuncudan qızıl-zinət əşyalarının, eləcə də pul vəsaitlərinin evdə saxlanıldıqları yer və 09 fevral 2020-ci il tarixdə, saat 17 radələrində həmin evdə hər hansı şəxsin olmaması barədə məlumatları əldə edərək həmin gün təxminən saat 20 radələrində Şahid5 ilə birlikdə Zaqatala rayonu Göyəm kəndində yerləşən, Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin mətbəx otağının pəncərəsinin şüşəsini daşla vurub sındırdıqdan sonra qanunsuz olaraq yaşayış sahəsinə daxil olub evin qonaq otağındakı şkafdan 0,70 manat dəyərində 01 ədəd şüşə balonu, həmin balona yığılmış, cəmi 453 manat məbləğində 50 qəpiklik sikkələri, 585 əyarlı, 7,64 qram çəkidə, 497 manat dəyərində 01 ədəd qızıl boyunbağını, həmin boyunbağı ilə dəst olan, 585 əyarlı, 3 qram çəkidə, 195 manat dəyərində 01 ədəd qızıl qolbağını, 583 əyarlı, ümumilikdə 11 qram çəkidə, sadə qaşlı, 715 manat dəyərində sırğa-üzük dəstini, 583 əyarlı, 2 qram çəkidə, 130 manat dəyərində 01 ədəd sadə qızıl üzüyü, 750 əyarlı, ortasında 6 ədəd iri, kənarlarında 12 ədəd xırda brilyant qaşları olan, 4 qram çəkidə, 800 manat dəyərində 01 ədəd qızıl nişan üzüyünü gizli olaraq qəsdən talayıb Zərərçəkmiş şəxs ümumilikdə 2790,70 (iki min yeddi yüz doxsan manat yetmiş qəpik) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarının 1-ci bəndinə görə məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Həmin Qərarın 19-cu bəndində göstərilir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerinə qanunsuz daxil olmaq dedikdə, oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü qismən təqsirli bilməsi və özünün oğuruluq etməməsi ilə bağlı verdiyi izahatına münasibətdə qeyd edir ki, təqsirləndirilən şəxsin bu səpkidə izahatı cəzadan yayınmaq məqsədi güdür və işin halları ilə təkzib olunur. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq bilavasitə məhkəmə iclasında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut kimi qəbul edərək, həmin sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir və o, həmin maddələr ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış biri-digərini tamamlayan sübutlarla tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hal qismində nəzərə alınır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, həmçinin cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyin olunması məsələsini müzakirə edərək, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, həmçinin onun oğurluq cinayətini törətdikdən sonra ölkəni tərk edərək qaçıb gizlənməsini, barəsində axtarış elan edilməsini, Gürcüstan Respublikasından Azərbaycan Respublikasına keçərkən saxlanılmasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini, təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməsinin ağlabatan və cəzanın məqsədinə nail olunması baxımından yetərli vasitə hesab oluna bilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.1-ci 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi öz qüvvəsində saxlanılmalıdır. Cəzasının əvvəli tutulduğu 05 dekabr 2023-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 qızıl boyunbağının Zaqatala Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(033)-29/2020 saylı hökmünə əsasən Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə ekspertiza xərci olan 109.50 (bir yüz doqquz manat əlli qəpik) manat məbləğin Zaqatala Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(033)-29/2020 saylı hökmünə əsasən təqsirləndirilən şəxslərdən müştərək qaydada alınaraq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilməsi nəzərə alınmalıdır. İş üzrə xüsusi müsadirə olunmalı əmlakın və mülki iddianın olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında həm də hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə hakim tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməmişdir. Belə vəziyyətdə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan müsadirə edilməli olan əmlak mövcud deyildir. Azərbaycan Respublikası CPM-nin 349-cu maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasının əvvəli həbsə alındığı tarixdən, yəni, 05 dekabr 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi öz qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 qızıl boyunbağının Zaqatala Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(033)-29/2020 saylı hökmünə əsasən Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci olan 109.50 (bir yüz doqquz manat əlli qəpik) manat məbləğin Zaqatala Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(033)-29/2020 saylı hökmünə əsasən təqsirləndirilən şəxslərdən müştərək qaydada alınaraq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilməsi nəzərə alınsın. İş üzrə xüsusi müsadirə olunmalı əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. Hökm elan olunduğu andan (Təqsirləndirilən şəxs hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan (Təqsirləndirilən şəxs hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Sədrlik edən: Vüqar Məmmədov.
Məhkəmə qərarları › İş №1(033)-17/2024
Zaqatala Rayon Məhkəməsi Hökm — İş №1(033)-17/2024
08.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver