Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 1(033)-17/2025 05.05.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədova Zərifə Faiq qızı sədrliyi, məhkəmə iclasının katibi X7 qızının katibliyi, dövlət ittihamçısı - Аzərbаycаn Respublikаsı Bаş Prоkurоrluğunun Dövlət ittihаmının müdаfiəsi üzrə İdаrəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihаmının müdаfiəsi üzrə şöbəsinin prоkurоru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, ölmüş Təqsirləndirilən şəxs müdafiəçisi Zaqatala rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1956-cı ildə Zaqatala şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, rəsmi işsiz, əvvəllər məhkum olunmamış,, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış və xx.xx.2025-ci il tarixdə ölmüş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında saat 12:15-da baxaraq, məhkəmə m ü ə y y ə n e t d i : Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni təmiz çəkisi 33,79 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana əldə etmiş, daşımış və saxlamış, 04 yanvar 2025-ci il tarixdə, saat 12:58 radələrində həmin narkotik vasitəni satış məqsədi olmadan Zaqatala rayonu Şimal-Qərb massivi adlanan ərazidə üzərində qanunsuz daşıyarkən Zaqatala rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılmış və qeyd edilən tarixdə, saat 12:58-dan 13:10-dək həmin ərazidə üzəri yoxlanılarkən əynindəki qara rəngli gödəkçənin sol iç cibindəki 01 ədəd şəffaf sellefon bükümdə təmiz çəkisi 33,79 qram tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır, özü əvvələr narkotik vasitə istifadə etmiş və hazırda da istifadəçisidir, bu səbəbdən bir çox narkotik vasitənin növünü tanıyır, ayda bir dəfə qurudulmuş marixuananı ürəyinə görə istifadə edir, təxminən 1 ay əvvəl Zaqatala rayonu Şimal-Qərb massivində yerləşən zibilliyə zibil tullantılarını atanda orada bir ədəd sellofan bükümdə qurudulmuş marixuana aşkar etmiş, həmin kütləni zibilliyin yaxınlığında yerləşən ağacın dibində gizlətmiş ki, ara-sıra gəlib narkotik vasitəni istifadə etsin və bir dəfə həmin qurudulmuş marixuananı istifadə etmişdir, xx.xx.2025-ci il tarixdə saat 11 radələrində marixuana istifadə etmək üçün həmin əraziyə gedib ağacın dibində gizlətdiyi sellofan bükümü götürmüş və eyni zamanda bükümü evinə aparmaq istəyirmiş, həmin vaxt ona polis əməkdaşları yaxınlaşmışlar və özlərini təqdim edib narkotik vasitənin istifadəsində və üzərində gəzdirməsində şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış aparmışlar, o şəxsi axtarışa etiraz etməmiş və gödəkçəsində olan marixuananı götürüb polis əməkdaşlarına təqdim etmiş, üzərində aparılan şəxsi axtarış videoçəkilişlə aparılmış, elektron tərəzidə çəkilmiş və bir ədəd zərfdə qablaşdırılaraq protokol tərtib edilmiş, müvafiq sənədləşmə işləri aparılması məqsədilə bundan sonra Zaqatala rayon Polis şöbəsinə getməyi təklif etmişlər, o heç bir etiraz etməmiş və onlarla birlikdə Zaqatala rayon Polis Şöbəsinə getmiş, orada ona təqdim edilmiş vəkil Rəcəb Rəcəbovun iştirakı ilə yenidən baxış keçirilmiş, bununla bağlı müvafiq protokol tərtib edilmiş və həmin büküm 1 ədəd zərfdə möhürlənərək qablaşdırılmış, həmin bükümdə olan qurudulmuş marixuana şəffaf sellofan bükümlə birlikdə elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 36,08 qram çəkidə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ifaədsində əlavə olaraq göstərmişdir ki, evində və ya digər yerdə qanunsuz saxladığı hər hansı qanunsuz narkotik və psixatrop maddə yoxdur, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün saxlayırmış, həmin narkotik vasitəni götürən zaman yanında başqa kimsə olmamış, narkotik vasitə əldə edib saxlamağından heç kəsin xəbəri olmamış, barəsində əməliyyat-axtarış tədbirləri aparılarkən, təhqiqat və istintaq dövründə rəsmiləşdirmə zamanı ona qarşı hər hansı qanunsuz hərəkətlərə yol verilməmişdir. Bununla əlaqədar hər hansı bir vəsatəti və şikayəti yoxdur. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. İstintaq zamanı şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsindən görünür ki, Zaqatala RPŞ-nin X3 baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, qohum deyillər, ədavətləri yoxdur. 04 yanvar 2025-ci il tarixdə ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik tərkibli maddələrin istifadəsində və üzərində daşımasında şübhəli olması barədə Zaqatala rayon polis şöbəsinin narkotiklərlə mübarizə qrupuna daxil olmuş əməliyyat məlumatı əsasında Zaqatala RPŞnin CAB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid1 ilə birlikdə 04 yanvar 2025-ci il tarixdə saat 12:58 radələrində tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Zaqatala rayonu Şimal-Qərb massivi adlanan ərazidə müəyyən edib saxlamışlar, özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirib, videoçəkilişdən istifadə edilməklə üzərində narkotik vasitələrin qanunsuz daşımasında və istifadəsində şübhəli olunduğunu dedikdən sonra üstünün yoxlanılmasını bildirmişlər, videoçəkilişi Zaqatala RPŞ-nin KTQ-nun baş inspektoru polis kapitanı Şahid3 aparırmış, sonra videoçəkilişdən istifadə edilməklə tərəfindən Təqsirləndirilən şəxs saxlanıldığı yerdə hüquq və vəzifələri izah edilmiş, həmin yerdə üzərində nə kimi qanunsuz əşya və ya narkotik maddə varsa könüllü təqdim etmək təklif olunmuş, Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sol iç cibindən şəffaf sellefon torbadakı olan bükümü çıxarıb təqdim etmiş, tərəflərindən Təqsirləndirilən şəxs iştirakı ilə həmin büküm açılıb içərisinə baxış keçirilmiş, sonra bükümdəki kütlə elektron tərəzidə çəkildikdə sellofan bükümlə birlikdə çəkisinin 35,97 qram olduğu müəyyən edilmiş, elektron tərəzidə çəkildikdən sonra həmin büküm 1 ədəd ağ rəngli zərfdə qablaşdırılıb möhürlənərək götürülmüş, zərfin üzərinə iştirakçılar imza etmişlər, Təqsirləndirilən şəxs özü də imza etmiş, orada şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üstündə aşkar olunan kütləni Zaqatala rayonu Şimal- Qərb massivində tapdığını bildirmiş, daha sonra tərəflərindən müvafiq sənədləşmə aparılması üçün Şahvələdə özləri ilə birlikdə polis şöbəsinə getməli olduğunu bildirmişlər və polis şöbəsinə gətirmişlər, polis şöbəsində Təqsirləndirilən şəxs üstünün yoxlanılması barədə protokol tərtib etmişlər, protokol iştirakçılar tərəfindən və Təqsirləndirilən şəxs tərəfindən imzalanmış, Təqsirləndirilən şəxs üstünün yoxlanılması barədə videogörüntüləri özündə əks etdirən bir ədəd DVD disk protokola əlavə edilmiş, daha sonra Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş bir ədəd zərfdə olan qurudulmuş marixuanaya bənzər kütlə ilə və müvafiq sənədləşmə ilə birlikdə raportla təhqiqatçıya təqdim edilmiş, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs vəkil təqdim edilmiş, videoçəkilişdən istifadə edilməklə vəkilin iştirakı ilə hüquq və vəzifələri izah edilmiş, videoçəkilişi RPŞ-nin KTQ-nun baş inspektoru polis kapitanı Şahid3 aparırmış, tərəflərindən saxlanılarkən Təqsirləndirilən şəxs üstündə aşkar olunan qurudulmuş marixuana qoyulduğu bir ədəd zərf təhqiqatçı tərəfindən açılaraq baxış keçirilmiş, baxış keçirildikdən sonra elektron tərəzidə çəkilmiş, ümumi çəkisi 36,08 qram olmuş, həmin kütlə tərəzidə çəkildikdən sonra əvvəl qoyulduğu bir ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmış, Təqsirləndirilən şəxs özü də imza etmiş, təhqiqatçı tərəfindən götürülmüş, sonda təhqiqatçı tərəfindən bu barədə müvafiq protokol təritib edilmiş, oxunmuş, iştirakçılar tərəfindən imzalanmış, Şahvələd özü də imza etmişdir. Şahid2 ifadəsində əlavə olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs tərəflərindən saxlanınlıb polis şöbəsinə gətiriləndə sonuncunun yanında heç kim yox imiş, tək idi. İş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Zaqatala RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid1 və Zaqatala rayon polis şöbəsinin KTQnin baş inspektor kriminalisti, polis kapitanı Şahid3 ifadələrindən görünür ki, onlar şahid qismində dindirilmiş Şahid2 ilə eyni məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərilənləri təsdiq etmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə X5 Regional Bölməsinin məhkəmə-bioloji ekspertizasının 05 yanvar 2025-ci il tarixli 17/ nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində xx.xx.2025-ci il tarixdə vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1(bir) ədəd sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə” yazısı, adlar və imzalar yazılmış 01(bir) ədəd zərfin içərisindəki 01(bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi-33,79 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Qurudulmuş marixuana 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı»na daxildir (İ siyahı). İş materiallarına əlavə edilmiş Səhiyyə Nazirliyi Gəncə şəhəri narkoloji dispanserin 01 fevral 2025-ci il tarixli 149 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən və alkoqoldan sui-istifadə nəticəsində narkomanya xəstəliyindən və alkoqolizimdən əzab çəkir. Yaşı 65-dən yuxarı olduğu üçün narkomanya xəstəliyindən və alkoqolizimdən məcburi müalicə tətbiq edilə bilməz. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş 04 yanvar 2025-ci il tarixli Videoçəkilişlə əməliyyataxtarış tədbirlərinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və əşyanın götürülməsi haqqında protokoldan və həmin protokola əlavə edilmiş video çəkilişdən görünür ki, 04 yanvar 2025-ci il tarixdə saat 12:58-də Zaqatala RPŞ-nin NMQ-nun və CABnin əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs Zaqatala rayonu Şimal-Qərb massivində saxlanıldığı yerdə hüquq və vəzifələri izah ediomiş, üstünün yoxlanılması zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sol iç cibindəki 01 ədəd şəffaf sellefon bükümü təqdim etmiş, təqdim edilmiş bir ədəd şəffaf rəngli sellofana bükümdə olan narkotik vasitə elektron tərəzidə çəkilmiş, müvafiq qaydada qablaşdırılaraq götürülmüş, istintaq hərəkətinin görüntüləri 01 ədəd “DVD” diskə köçürülməklə protkola əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş 04 yanvar 2025-ci il tarixli əməliyyat tədbiri keçirilməsinə müvəkkil edilmiş şəxs tərəfindən təqdim olunmuş əşyalara baxış keçirilməsi haqqında protokoldan və həmin protokola əlavə edilmiş foto və video çəkilişdən görünür ki, Zaqatala RPŞ-nin Təhqiqat bölməsinin baş təhqiqatçısı, NMQ-nun və CAB-nin əməkdaşlarının və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üstündən aşkar olunaraq bir ədəd zərfdə qablaşdırılaraq götürülümuş narkotik vasitə qurudulmuş marixanaya bənzər kütləyə baxış keçirilməsi üçün zərf açılmış, elektoron tərəzidə çəkilmiş, sonra yenidən həmn zərfə qoyularaq müvafiq qaydada qablaşdırılaraq götürülmüş, istintaq hərəkətinin görüntüləri 01 ədəd “DVD” diskə köçürülməklə cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş Elektron Məhkəmə İnformasiya Sistemindən Çıxarışından görünür ki,X2 Təqsirləndirilən şəxs həyat yoldaşıdır və sonuncunun ölüm tarixi xx.xx.2025-ci ildir. İş materiallarında olan X1 xx.xx.2025-ci il traixli ərizəsindən görünür ki, özünün təqsirləndirilən şəxsin hüquqi varisi qismində tanınmasını və iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi iş üçün mühüm əhəmiyyət kəsb edən sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs öldüyündən onun barəsində olan cinayət işinin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə) başlanmış cinayət təqibinə xitam verilməlidir (başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-1-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçinin razılığı ilə yol verilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına təqsirləndirilən şəxs öldüyündən xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Azərbaycan Respublikası CPM-nin 346.1.19-346.1.20-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri xitam olunmalı, məhkəmə məsrəfi olan 34,55 (otuz dörd manat əlli beş qəpik) manat ekspertiza xərci dövlət büdcəsi hesabına ödənilməlidir. Zaqatala Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd şəffaf sellefon bükümdə qalıq çəkisi 33,69 qram, narkotik vasitə qurudulmuş marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39.1.5, 43.3, 344-347, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına, həmin Məcəllənin 39.1.5-ci maddəsinə əsasən xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Zaqatala Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd şəffaf sellefon bükümdə qalıq çəkisi 33,69 qram, narkotik vasitə qurudulmuş marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 34,55 (otuz dörd manat əlli beş qəpik) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından X4 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba ödənilsin. İş üzrə maddi sübut, maddi ziyan və mülki iddianın olmaması nəzərə alınsın. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, elan edildiyi andan 20 (iyirmi) gün keçdikdən sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zərifə Məmmədova.
Məhkəmə qərarları › İş №1(033)-17/2025
Zaqatala Rayon Məhkəməsi Qərar — İş №1(033)-17/2025
05.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver