Məhkəmə qərarları › İş №1(033)-18/2022

Zaqatala Rayon Məhkəməsi Hökm — İş №1(033)-18/2022

25.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Zaqatala rayonu İş № 1(033)-18/2022 25.01.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X4 katibliyi, dövlət ittihаmçısı-Аzərbаycаn Respublikаsı Bаş Prоkurоrluğunun Dövlət ittihаmının müdаfiəsi üzrə idаrəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihаmının müdаfiəsi üzrə şöbəsinin prоkurоru, ədliyyə müşaviri Dövlət ittihamçısı оğlunun, təqsirləndirilən Təqsirləndirilən şəxs və onun müdafiəçisi Zaqatala rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs: xx xxxx 1951-ci ildə Zaqatala rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, Zaqatala rayonu, Mosul kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Təqsirləndirilən şəxs 05 oktyabr 2021-ci il tarixdə yeni növ koronavirus infeksiyasının (COVİD-19 PCR) təyini üçün barəsində aparılmış laborator müayinənin nəticəsinin 07 oktyabr 2021-ci il tarixdə pozitiv olması müəyyən edildikdən sonra “COVİD-19” virus infeksiyasına yoluxub hava-damcı yolu ilə keçən infeksiyanın daşıyıcısı olaraq 09 oktyabr 2021-ci il tarixdə Şəki şəhəri, Zərifə Əliyeva küçəsində yerləşən Şəki Mərkəzi rayon xəstəxanası X11 modul tipli xəstəxanasında karantin nəzarətinə götürülməsinə baxmayaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin 01 noyabr 2021-ci il tarixədək uzadılması ilə bağlı” 28 avqust 2021-ci il tarixli 248 nömrəli qərarının, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 1 may tarixli 161 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma qaydalarının” 4-1.1-ci bəndinin, həmçinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” 29.05.2021-ci il tarixli 189 nömrəli qərarının sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməli olması barədə tələblərini qəsdən pozaraq 11 oktyabr 2021-ci il tarixdə saat 08 radələrində karantin nəzarətində olduğu xəstəxananın pəncərəsini açaraq çölə çıxıb özbaşına xəstəxananı tərk etdikdən sonra istintaq zamanı müəyyən edilməmiş nəqliyyat vasitəsi ilə 77 km məsafədə hərəkətdə olaraq sosial məsafəni gözləmədən karantin rejimini pozmaqla yeni növ koronavirus (COVİD-19) infeksiyasının (xəstəliyin) yayılması üçün real təhlükə yaratmış, 11 oktyabr 2021-ci il tarixdə saat 13 radələrində Şəki şəhər-rayon polis şöbəsinin əməkdaşları tərəfindən yaşadığı Zaqatala rayonu, Mosul kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman o, yaşadığı evdə aşkar edilmişdir. Məhkəmə iclası zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, Zaqatala rayonu, Mosul kəndində arvadı Bəsdi Musayeva ilə birlikdə yaşamış, təxminən 6 ay müddətdir ki, qida borusunda olan xərçəng xəstliyindən əziyyət çəkir. O, 05 oktyabr 2021-ci il tarixdə özündə narahatçılıq hiss etdiyi üçün Zaqatala rayon mərkəzi xəstəxanasına gedərək Covid 19 testindən keçmiş və 070 841 34 99 mobil nömrəsini təqdim edərək testin nəticəsi ilə bağlı həmin mobil nömrəyə zəng edilməsini bildirmişdir. 07.10.2021-ci il tarixdə ona xəstəxanadan zəng edilərək Covid-19 testinin nəticəsinin pozitiv çıxması bildirilmiş və yaşadığı evi tərk etməməli olmaması barədə xəbərdarlıq edilmişdir. Ona zəng edən həkimə xroniki xərçəng xəstəsi olduğu üçün xəstəxana şəraitində müalicə almaq istədiyini demişdir. O, xəstə olduğu üçün arvadı dərhal qızıgildə qalmağa getmişdir. 09.10.2021-ci il tarixdə o, təcili tibbi yardım avtomobili ilə Şəki rayonunda yerləşən modul tipli xəstəxanaya aparılmışdır. Həmin xəstəxanada iki gün müddətində qalmış, ancaq xərçəng xəstəsi olduğu üçün ağrılardan əziyyət çəkmiş, yemək yeyə bilməmişdir. Buna görə də xəstəxananı tərk edərək evə getmək qərarına gəlmiş, 11.10.2021-ci il tarixdə saat 08 radələrində gizli şəkildə pəncərədən çölə çıxaraq xəstəxananı tərk etmiş və onu heç kim görməmişdir. Xəstəxanadan biraz aralıda dayanaraq avtomobil gözləmiş, yoldan keçən avtomobillərə əl etmişdir. Tanımadığı yoldan keçən şəxs avtomobili saxlamış, o, Zaqatala rayonuna getmək istədiyini demişdir. Həmin şəxs onu avtomobilinə minməyə icazə vermiş, həmin şəxslə 20 manata razılaşmışdır. Avtomobildə ondan başqa heç kəs olmamış, o, Mosul kəndinin girişində avtomobildən düşmüş və piyada yaşadığı evə getmişdir. Həmin gün saat 13 radələrində yaşadığı evdə olan zaman evə polis əməkdaşları gəlmişlər və onun yaşadığı evdə olmasını müəyyən etmişlər. Onun iştirakı ilə protokol tərtib edilmişdir. O, əlavə olaraq göstərdi ki, digər vaxtlarda yaşadığı evdən çölə çıxmamış, ona özünütəcrid müddətinin başa çatması barədə oktyabr ayının sonlarında məlumat verildikdən sonra evi tərk etmişdir. O, xəstəlik müddətində tək yaşamış və heç kimlə ünsiyyətdə olmamışdır. Onun ailə üzvlərindən hər hansı bir şəxs COVİD-19 virusuna yoluxmamışdır. Onu Zaqatala rayonuna gətirən şəxsi tanımamış və avtomobilin markasını dəqiq bilməmişdir. Onu Zaqatala rayonuna gətirən şəxsin onun Covid 19 xəstəsi olmasından və xəstəxananı özbaşına tərk etməsindən məlumatı olmamışdır. Etdiyi hərəkətlərdən peşmandır. Göstərdiklərinin. Eyni zamanda 71 yaşında olmaqla xərçəng xəstəliyindən əziyyət çəkməsinin nəzərə alınmasını və ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, 15 avqust 2020-ci il tarixdən “Təbib”in mühafizə xidmətində işləyir. O, 1 ayda 10 gün Şəki rayonu modul tipli xəstəxanada növbədə olur. Həmin xəstəxanın 1 giriş qapısı vardır. Həmin xəstəxananın giriş qapısı gecə saat 24-də bağlanmalı səhər saat 07-də açılmalıdır. Təqsirləndirilən şəxs 09.10.2021-ci il tarixdə Covid 19 testi pozitiv çıxdığı və onunla yanaşı xərçəng xəstəsi olduğu üçün Şəki rayon modul tipli xəstəxanada müalicə olunması üçün yerləşdirilmişdir. 11.10.2021-ci il tarixdə saat 08 radələrində tibb bacısı ona məlumat verərək Təqsirləndirilən şəxs müalicə aldığı palatanın pəncərəsini açaraq qaçmasını bildirmişdir. Təqsirləndirilən şəxs çox güman ki, xəstəxananın ASAN xidməti bitişik hissəsində yerləşən hündürlüyü aşağı olan dəmir çəpərlərlə əhatə edilmiş hissəsindən qaçmışdır. Onlar xəstəxananın işçiləri ilə birgə ətrafı axtarmışlar, lakin Təqsirləndirilən şəxs tapa bilməmişlər. Ondan sonra bu barədə polisə məlumat verilmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, Şəki ŞRPŞ-in CAB-də əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 11.10.2021-ci il tarixdə səhər saatlarında Şəki rayonu modul tipli xəstəxanasından Şəki rayon polis şöbəsinə məlumat verilərək həmin xəstəxanada müalicəsi davam edən Covid-19 xəstəsi Zaqatala rayonu, Mosul kənd sakini Təqsirləndirilən şəxs 11.10.2021-ci il tarixdə saat 08 radələrində xəstəxananı özbaşına tərk edərək qaçması bildirilmişdir. Buna görə də o, istintaq-əməliyyat qrupunun üzvləri ilə birlikdə dərhal hadisə yerinə getmişdir. Təqsirləndirilən şəxs müalicə aldığı palatanın pəncərəsini açaraq qaçıb getmişdir. O, digər polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs müəyyən edilməsi üçün xəstəxananın ətrafında yerləşən əraziləri axtarmış, lakin Təqsirləndirilən şəxs tapılmamışdır. Daha sonra Təqsirləndirilən şəxs ailə üzvləri ilə əlaqə saxlanılmaq istənilsə də, əlaqə saxlamaq mümkün olmamışdır. Buna görə də o və müstəntiq X12 Musayevin müəyyən edilməsi üçün yaşadığı Zaqatala rayonu, Mosul kəndinə getmişlər. Həmin gün saat 13 radələrində onun, həmin kəndin sahə polis nəfəri Şahid4 və hal şahidlərinin iştirakları ilə Təqsirləndirilən şəxs yaşadığı evə müstəntiq tərəfindən baxış keçirilən zaman Təqsirləndirilən şəxs yaşadığı evdə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs başqa yaşadığı evdə heç kim olmamışdır. Baxış keçirilməsi barədə protokol tərtib edilmiş və protokol ucadan oxunduqdan sonra iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs özünütəcrid müddətində yaşadığı evi özbaşına tərk etməməli olması barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid4 şahid qismində dindirilmiş Şahid5 verdiyi ifadəyə oxşar məzmunda ifadə verərək onun qeyd etdiklərini təsdiq etdi. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, şahidlər Şahid2 və X2 məhkəmə iclasına gəlməmiş, Şahid2 məhkəməyə teleqram göndərərək məhkəmə iclasında səhhəti ilə bağlı iştirak edə bilməyəcəyini, istintaqda verdiyi ifadəsini təsdi etdiyini bildirmişdir. Bu halda məhkəmə istintaqında şahidlər Şahid2 və X1 ibtidai araşdırma zamanı verdikləri ifadələrinin elan edilməsi məqsədəmüvafiq hesab edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid2 və X1 ibtidai istintaq zamanı verdiyi ifadələrindən görünür ki, onlar şahid qismində məhkəmə iclasında dindirilmiş Şahid1 ilə oxşar məzmunda ifadə vermişlər. İş materiallarında olan məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş 11 oktyabr 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şəki şəhəri koronovirus xəstələrinin müalicəsi üçün nəzərdə tutulmuş modul tipli xəstəxanadan Q.İbrahimxəlilov zəng vuraraq aktiv Covid 19 xəstəsi olan xəstəxanada müalicə alan Zaqatala rayonu Mosul kənd sakini 11.10.2021-ci il tarixdə saat 08 radələrində xəstəxanadan özbaşına çıxaraq qaçması barədə məlumat verilmişdir. Daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs barəsində araşdırma aparılmasına başlanılmışdır. Təqsirləndirilən şəxs aşkar edilməsi məqsədi ilə onu Zaqatala rayonu Mosul kəndində yerləşən evinə gedilmiş və onun evdə olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs sorğu sual edən zaman onun uzun müddətdir xərçəng xəstəliyinə tutulmasını, 05.10.2021-ci il tarixdə özünü pis hiss etdiyindən həmin tarixdə Covid 19 testini keçdiyini, 07.10.2021-ci il tarixdə testin pozitiv olduğunu öyrəndiyini, həmin tarixdən 14 gün müddətinə yaşadığı evdə qalması, evdən çölə çıxmaması tapşırılaraq karantinə götürülmüşdür. 09.10.2021-ci il tarixdə isə Şəki şəhəri koronoviruslu xəstələrinin müalicəsi üçün nəzərdə tutulmuş modul tipli xəstəxanaya yerləşdirilmişdir. Bir neçə gün orada müalicə almasına baxmayaraq orada qala bilmədiyindən bugün, yəni 11.10.2021-ci il tarixdə 08 radələrində xəstəxanadan özbaşına çıxaraq, həkimlərə heç bir məlumat vermədən yol maşınlarına minib Mosul kəndində yerləşən yaşadığı evə gəldiyini bildirmişdir. O Covid xəstəliyi ilə yanaşı xərçəng xəstəliyinə görə çox ağrıları olduğundan bu səbəbdən xəstəxanadan çıxaraq yaşadığı evə gəldiyini bildirmişdir. İş materiallarında olan məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Şəki Şəhər- Rayon Polis Şöbəsinin 28.10.2021-ci il tarixli 189-30237-1221 nömrəli məktubundan görünür ki, Bölgələr üzrə yaşayış yerini tərk edən şəxslərin statistik məlumatlarına dair portalda, Təqsirləndirilən şəxs Covid-19 test nəticəsinin poztiv olmasına baxmayaraq, 11.10.2021-ciil tarixdə Şəki şəhəri, Koronoviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulmuş modul tipli xəstəxananı özbaşına tərk edərək 77 km məsafədə hərəkətdə olaraq xəstəliklərin yayılması üçün təhlükə yaratması qeydiyyata alınmışdır. İş materiallarında olan məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İnformasiya Kommunikasiya İdarəsi tərəfindən 19.10.2021-ci il tarixdə verilmiş 020-14493-1221 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Covid-19” virusuna yoluxduğu və 05.10.2021-ci il saat 10:33:24-dən 19.10.2021-ci il saat 10:33:24-dək yaşayış yerini tərk etməsinə məhdudiyyət qoyulması barədə məlumat İcbari Dövlət Sığorta Agentliyinin Tibbi Ərazi X3 informasiya sistemi tərəfindən 07.10.2021-ci il saat 20:39:28-də Daxili İşlər Nazirliiyinə müvafiq informasiya sisteminə ötürülmüşdür. İş materiallarında olan məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Zaqatala rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən 02 dekabr 2021-ci il tarixdə verilmiş 639 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Zaqatala rayonu Mərkəzi xəstəxanası tərəfindən götürülmüş nümunədə 07.10.2021-ci il tarixdə laborator müayinə nəticəsində COVİD 19 xəstəliyi təsdiq olunmuşdur. Covid 19 xəstəsi Təqsirləndirilən şəxs 07.10.2021-ci il tarixdən etibarən yaşadığı ünvanda ailə təmasları, həyat yoldaşı X5, gəlini X7 14 gün müddətində karantinə alınmış və rayon Polis Şöbəsinə tərəflərindən məlumat verilmişdir. İş materiallarında olan məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş 10.12.2021ci il tarixli sənədə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Musayev X8 Mərkəzi rayon xəstəxanası PHŞ-in modul tipli xəstəxanasına 09.10.2021-ci il tarixdə qəbul edilmişdir. Təqsirləndirilən şəxs Covid-19 əleyhinə peyvənd olunmamışdır və Təqsirləndirilən şəxs Covid 19 infeksiyası orta ağır formadadır. Təqsirləndirilən şəxs 3-4 gündür ki, xəstədir. 11.10.2021-ci il tarixdə saat 07:00-da Təqsirləndirilən şəxs müayinə olunmuşdur və vəziyyətinin orta ağır olması müəyyən edilmişdir. 11.10.2021-ci il tarixdə təxminən saat 08:15-də xəstə Təqsirləndirilən şəxs məlumat vermədən xəstəxananı tərk etmişdir. İş materiallarında olan məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Azərbaycann Respublikası DİN BƏSİİ-nin 18.10.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması ilə əlaqədar DİN BƏSİİ-nin əməliyyat sorğu kartotekasında hər hansı məlumat yoxdur. İş materiallarında olan məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Zaqatala rayon İcra Hakimiyyəti Başçısının Göyəm kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzi tərəfindən verilmiş 27.09.2021-ci il tarixli nəticədən görünür ki, Təqsirləndirilən şəxs Qida borusunun aşağı üçdə birinin bədxassəli yenitörəməsi diaqnozu qoyulmuşdur. İş materiallarında olan məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqında 04 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Zaqatala rayonu Mosul kəndində daimi qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş xəstənin ambulator, stasionar tibbi kartoçkasından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs qida borusu xərçəngi xəstəliyindən əziyyət çəkir. Beləliklə təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün, şahidlərin ifadələri ilə yanaşı, məhkəmə istintaqında tədqiq olunmuş digər dəlillərlə tam sübuta yetirildi. Belə ki, Təqsirləndirilən şəxs 05 oktyabr 2021-ci il tarixdə yeni növ koronavirus infeksiyasının (COVİD-19 PCR) təyini üçün barəsində aparılmış laborator müayinənin nəticəsinin 07 oktyabr 2021-ci il tarixdə pozitiv olması müəyyən edildikdən sonra “COVİD- 19” virus infeksiyasına yoluxub hava-damcı yolu ilə keçən infeksiyanın daşıyıcısı olaraq 09 oktyabr 2021-ci il tarixdə Şəki şəhəri, Zərifə Əliyeva küçəsində yerləşən Şəki Mərkəzi rayon xəstəxanası X11 modul tipli xəstəxanasında karantin nəzarətinə götürülməsinə baxmayaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin 01 noyabr 2021-ci il tarixədək uzadılması ilə bağlı” 28 avqust 2021-ci il tarixli 248 nömrəli qərarının, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 1 may tarixli 161 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma qaydalarının” 4-1.1-ci bəndinin, həmçinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” 29.05.2021-ci il tarixli 189 nömrəli qərarının sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməli olması barədə tələblərini qəsdən pozaraq 11 oktyabr 2021-ci il tarixdə saat 08 radələrində karantin nəzarətində olduğu xəstəxananın pəncərəsini açaraq çölə çıxıb özbaşına xəstəxananı tərk etdikdən sonra istintaq zamanı müəyyən edilməmiş nəqliyyat vasitəsi ilə 77 km məsafədə hərəkətdə olaraq sosial məsafəni gözləmədən karantin rejimini pozmaqla yeni növ koronavirus (COVİD-19) infeksiyasının (xəstəliyin) yayılması üçün real təhlükə yaratmış, 11 oktyabr 2021-ci il tarixdə saat 13 radələrində Şəki şəhər-rayon polis şöbəsinin əməkdaşları tərəfindən yaşadığı Zaqatala rayonu, Mosul kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman o, yaşadığı evdə aşkar edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq bilavasitə məhkəmə iclasında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut kimi qəbul edərək, həmin sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış biri-digərini tamamlayan sübutlarla tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını, ilk dəfə az ağır cinayət törətməsini, 70 yaşında olmasını və xərçəng (Qida borusunun aşağı üçdə birinin bədxassəli yenitörəməsi) xəstəliyindən əziyyət çəkməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamında ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunması, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilməsi tövsiyə olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən halın, onun mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, əməlini etiraf etməsi onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, həmçinin cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. İş materiallarına əsasən məhkəmə tərəfindən təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hallar müəyyən edilmiş və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, əməlindən peşman olmasını, ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb olunmasını, ağır xəstəlikdən əziyyət çəkməsini, 70 yaşında olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməklə təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və onun cəmiyyətdən təcrid edilmədən də islah olunması mümkün olduğundan, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməli və ona təyin edilmiş cəza şərti olaraq tətbiq edilməklə üzərində sınaq müddəti müəyyən olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi qüvvədə saxlanılmalıdır. İş üzrə maddi sübutun, məhkəmə xərclərinin, xüsusi müsadirə olunmalı əmlakın və mülki iddianın olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında həm də hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə hakim tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, təqsirləndirilən Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməmişdir. Belə vəziyyətdə məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan müsadirə edilməli olan əmlak mövcud deyildir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda,bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə, ona təyin edilmiş həmin cəza 09 (doqquz) ay sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi qüvvədə saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Zaqatala Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübutun, məhkəmə xərclərinin, xüsusi müsadirə olunmalı əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar