Azərbaycan Respublikası adından HÖKM Zaqatala rayonu İş № 1(033)-18/2023 07.06.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X2 katibliyi, dövlət ittihаmçısı-Аzərbаycаn Respublikаsı Bаş Prоkurоrluğunun Dövlət ittihаmının müdаfiəsi üzrə idаrəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihаmının müdаfiəsi üzrə şöbəsinin prоkurоru, ədliyyə müşaviri Dövlət ittihamçısı оğlunun, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Zaqatala rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs: xx xxxx 1986-cı ildə Zaqatala rayon Lahıc kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, Zaqatala rayonu Lahıc kəndində qeydiyyatda olmaqla tutulanadək həmin ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X3 həbsdə saxlanılan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında saat 16:30-da baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs Zaqatala rayonu Əliabad qəsəbə sakini Zərərçəkmiş şəxs1 taxıl satışı ilə məşğul olduğunu bildikdən sonra həmin şəxsə məxsus buğdanı qanunsuz və əvəzsiz olaraq ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə tamah niyyəti ilə Zərərçəkmiş şəxs1 sonuncuya məxsus 15 000 kq (və ya 15 ton) buğdanı 01 kiloqramını 60 qəpikdən olmaqla 9000 manata alacağı barədə vəd versə də 07 avqust 2022-ci il tarixdə, saat 17 radələrində həmin buğdanı Zərərçəkmiş şəxs1 kürəkəni X4 yaşadığı Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən evinin həyətindən Şahid5 idarə etdiyi ** BB *** dövlət nömrə nişanlı, Kamaz markalı yük avtomobilinə yükləndikdən sonra vədinə əməl etməyərək cəmi 1500 manat pul vermiş, onun bu hərəkəti, yəni 9000 manat pul verməli olduğu halda cəmi 1500 manat pul verməsi Zərərçəkmiş şəxs1 haqlı narazılığına səbəb olduğundan o, cinayətkar niyyətini tamamlamaq məqsədilə Zərərçəkmiş şəxs1 onun həmin buğdanı satacağı yerə, yəni Qax rayonu Qaxbaş kəndinə məhsulla birlikdə getməyi, faktiki olaraq Zərərçəkmiş şəxs1 pul vermək niyyəti olmadığı halda onun orada həmin buğdanı satıb əldə edəcəyi pul hesabına 9000 manat verəcəyi barədə yalan vədlər verib aldadaraq yüklənmiş buğdanın həmin yerdən çıxarılmasına nail olmuş, verdiyi vədə qəsdən əməl etməyərək Zərərçəkmiş şəxs1 həmin ünvana buğda ilə birlikdə getməsinə mane olmuş, əldə etdiyi 15 ton buğdanı isə 01 kiloqramını 55 qəpiyə olmaqla Zaqatala rayonu Aşağı Tala kənd sakini Şahid22 satmaqla qoca vəziyyətdə olan zərərçəkmiş şəxsin xeyli miqdarda, yəni 9000 manat dəyərində olan 15 ton buğdasını dələduzluq yolu ilə qəsdən ələ keçirmiş, bundan sonra isə nəinki hər hansı üzrlü səbəb olmadan vədinə əməl etməmiş, eləcə də ələ keçirdiyi özgə əmlakını geri qaytarmamışdır. Eləcə də o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx.xx.2022-ci il tarixdə, saat 10 radələrində Zaqatala rayonu Lahıc kəndində Qəbələ rayonu Vəndam qəsəbə sakini Zərərçəkmiş şəxs2 1357 kq qabıqlı fındığı 01 kiloqramı 2 manat 85 qəpiyə olmaqla satdıqdan sonra 3740 manat pul ödəyəcəyi, qalanını isə özü götürəcəyi barədə yalan vədlər verib aldatmaqla qanunsuz ələ keçirdiyi həmin fındığın 1180 kq çəkidə olan hissəsini Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən, Şahid8 işlətdiyi fındıq qəbulu məntəqəsinə bildirdiyi qiymətə satmalı olduğu halda, əksinə ucuz, yəni 01 kiloqramı 1 manat 80 qəpiyə olmaqla cəmi 2124 manata satsa da əldə etdiyi həmin puldan zərərçəkmiş şəxsə hər hansı məbləğdə pul ödəməmiş, fındığın qalan hissəsini isə Zərərçəkmiş şəxs2 qaytarmamış, Zərərçəkmiş şəxs2 məxsus 3740 (üç min yeddi yüz qırx) manat dəyərində 1357 kq qabıqlı fındığını ələ keçirib Zərərçəkmiş şəxs2 qəsdən maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Oğuz rayonu Kərimli kənd sakinləri Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 özlərinə məxsus fındığı satmaq məqsədilə ona müraciət etməsindən istifadə edib həmin şəxslərə məxsus əmlakı vahid niyyətlə qanunsuz və əvəzsiz olaraq ələ keçirmək qərarına gəlmiş, bu məqsədilə xx.xx.2022-ci il tarixdə, saat 13 radələrində Zaqatala rayonu Yuxarı Tala kəndində faktiki olaraq pul vermək niyyəti olmadığı halda həmin şəxslərin özləri ilə Oğuz rayonundan gətirdikləri cəmi 1018 kq qabıqlı fındığı (həmin fındığın 708 kq hissəsi Zərərçəkmiş şəxs3, 310 kq hissəsi Zərərçəkmiş şəxs4 məxsus olmuşdur) həmin kənddə yerləşən, Şahid9 işlətdiyi fındıq emalı müəssisəsinə 01 kiloqramı 3 manat 30 qəpiyə satdıqdan sonra pullarını ödəyəcəyi barədə yalan vədlər, habelə müəssisəsini işlədən şəxslərlə yaxın münasibətlərinin olması, bu münasibətlərdən istifadə edib fındığı baha qiymətə satacağı, fındığın Oğuz rayonundan gətirildiyi aşkarlansa baha qiymətə sata bilməyəcəyi barədə yalan məlumatlar verib aldatmaqla zərərçəkmiş şəxslərin cəmi 1018 kq qabıqlı fındığını dələduzluq yolu ilə qəsdən ələ keçirmiş, qanunsuz ələ keçirdiyi fındığı həmin fındıq emalı müəssisəsinə 01 kiloqramı 2 manat 40 qəpiyə olmaqla cəmi 2441 manata satsa da əldə etdiyi həmin puldan zərərçəkmiş şəxslərə hər hansı məbləğdə pul ödəməmiş, pulu ələ keçirdikdən dərhal sonra hadisə yerindən uzaqlaşmaq məqsədilə zərərçəkmiş şəxslər hansı pulla ödənilməsinin onlar üçün heç bir əhəmiyyətinin olmadığını aşkar şəkildə ona bildirmələrinə baxmayaraq, satdığı fındığın dəyəri ona faktiki Azərbaycan manatı ilə ödənildiyi halda guya ABŞ dolları ilə ödənilməsi, bu səbəbdən onun həmin şəxslərə çatacaq pulu Azərbaycan manatı ilə qaytarmalı olması barədə yalan məlumatlar verməklə bu adla həmin yerdən uzaqlaşmış, Zərərçəkmiş şəxs3 məxsus 1699 manat 20 qəpik dəyərində 708 kq qabıqlı fındığı, Zərərçəkmiş şəxs4 məxsus isə 744 manat dəyərində 310 kq qabıqlı fındığı ələ keçirib Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 qəsdən maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx.xx.2022-ci il tarixdə, saat 09 radələrində Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən “Şimşək” adlanan yerdə faktiki olaraq pul vermək niyyəti olmadığı halda Zərərçəkmiş şəxs5 məxsus 2505 kq orta kalibrli qabıqlı fındığın 01 kiloqramı 2 manat 75 qəpikdən cəmi 6888 manat 75 qəpiyə alaraq baha qiymətə yəni, 1 kiloqramı 2 manat 90 qəpiyə satacağı, əldə edəcəyi puldan Zərərçəkmiş şəxs5 çatan hissəni verəcəyi, qalanını isə özünün götürəcəyi barədə yalan məlumatlar verib aldatmaqla qanunsuz ələ keçirdiyi həmin fındığın 1002,8 kq çəkidə olan hissəsini Qax rayonu Zəyəm kəndində yerləşən, Şahid10 oğlunun işlətdiyi fındıq qəbulu məntəqəsinə bildirdiyi qiymətə satmalı olduğu halda, əksinə ucuz, yəni 01 kiloqramı 2 manat 40 qəpiyə olmaqla cəmi 2406 manata satsa da əldə etdiyi həmin puldan zərərçəkmiş şəxsə hər hansı məbləğdə pul ödəməmiş, fındığın qalan hissəsini isə Zərərçəkmiş şəxs5 qaytarmamış, Zərərçəkmiş şəxs5 məxsus 6888 manat 75 qəpik dəyərində 2505 kq qabıqlı fındığı ələ keçirib Zərərçəkmiş şəxs5 qəsdən xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 19 dekabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs6 sonuncuya məxsus 12400 (on iki min dörd yüz) manat dəyərində 40 baş qoyun və 23 baş quzunun pulunun Bakı şəhərində adını bildirmədiyi şəxs tərəfindən veriləcəyi barədə yalan vəd verib aldatmaqla həmin heyvanları Zaqatala rayon Lahıc kəndində ələ keçirmiş, lakin bundan sonra Zərərçəkmiş şəxs6 ilə birlikdə həmin kənddən Bakı şəhərinə getsələr də guya həmin şəxsin Tərtər rayonuna getməsini bəhanə gətirərək pulun ödənilməsindən qəsdən yayınmış, həmin heyvanlardan 37 baş qoyun və 18 baş quzunu 8450 manata Şahid11, 2 baş qoyun və 2 baş quzunu 420 manata Şahid13, 1 baş qoyun və 3 baş quzunu isə şəxsiyyəti istintaq yolu ilə müəyyən edilməmiş şəxsə 250 manata satsa da həmin puldan zərərçəkmiş şəxsə hər hansı məbləğdə pul ödəməmiş, bununla da Zərərçəkmiş şəxs6 məxsus 12400 manat dəyərində 63 baş xırdabuynuzlu heyvanlarını aldadıb ələ keçirərək sonuncuya qəsdən xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 tanıyır, qohum deyil, ədavəti yoxdur. xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 zəng vurub onda 15 ton taxıl olduğunu, həmin taxılı satdığını bildirmiş və ona həmin taxili almağı təklif etmişdir. Telliyə taxılın pulunu 10 gün sonra ödəmək şərti ilə taxılın 1 kiloqramını 60 (altmış) qəpiyə alacağını bildirmiş, Telli taxılı 10 gün müddətinə ona nisyə satmağa razı olmuşdur. xx.xx.2022-ci il tarixdə səhər 07 radələrində o, 4 nəfər fəhlə aparıb Tellinin yaşadığı evə getmiş və taxılı kisələrə yığmağa başlamışdır. Həmin gün saat 10 radələrində taxıl alqı-satqısı ilə məşğul olan Fazil adlı şəxsə zəng vurub 15 ton taxılı olduğunu, həmin taxılı satmaq istədiyini bildirmiş, Fazil ona taxılın 1 kiloqramını 55 (əlli beş) qəpiyə alacağını bildirmiş, o, Fazil ilə razılaşmış və ondan yük avtomobili göndərməsini istəmişdir. Həmin gün saat 15 radələrində Fazil yük avtomobili göndərmiş və taxıl yükləndikdən sonra yük avtomobilinin Qax rayonuna gedəcəyini bildirərək ona «taxılı avtomobilə yükləndikdən sonra get yaşadığım evin altındakı mağazadan pulu götür» demişdir. Bundan sonra o, Fazilin göndərdiyi həmin yük avtomobilini Zaqatala rayonu Əliabad qəsəbəsində “Əliabad pavilyonu” adlanan yerdə qarşılamış və həmin avtomobili Tellinin həyətinə aparmışdır. Tellinin həyətində təxminən 300 kisə taxılı yük avtomobilinə yükləmiş, taxıl yükləndikdən sonra yük avtomobili Tellinin həyətindən çıxıb Qax rayonu istiqamətində hərəkət etmişdir. Yük avtomobili Tellinin həyətindən çıxdıqdan sonra Fazil ilə əlaqə saxlamış və Fazilə taxılın avtomobilə yükləndiyini bildirərək ondan taxılın pulunu istəmişdir. Fazil telefonda ona "get yaşadığım evin altındakı mağazada satıcı işləyən Muraddan taxılın pulunu götür" demişdir. Buna görə də o, Tellinin həyətindən çıxıb Aşağı Tala kəndinə Fazilin yaşadığı evin altındakı mağazaya getmiş və satıcı Muraddan 15 ton taxıl üçün 8200 manat pul almışdır. Fazildən 8200 manat pulu götürdükdən təxminən 1 saat sonra Telli zəng vurub ondan taxılın pulunu istəmiş, o, taxılı 10 gün müddətinə nisyə aldığı üçün Telliyə taxılın pulunu verməmiş və telefonda Telliyə 15 ton taxıl üçün 9000 manat pulu 10 gün sonra ödəyəcəyini bildirmişdir. Daha sonra Tellinin Qax rayonuna gedib yük avtomobilində olan taxılı boşaltmağa qoymadığını, taxılı geri istədiyini, Fazilin həmin taxılı gətirib Zaqatala rayonunda özünə məxsus anbara boşaltdığını bilmişdir. Ondan şikayət etdikdən sonra Zərərçəkmiş şəxs1 poçt vasitəsi ilə 2000 manat pul göndərmiş, lakin Zərərçəkmiş şəxs1 həmin pulu götürmədiyi üçün həmin pulu poçtdan geri götürmüş, Telli ondan pulu götürmək istəmədiyini bildirmiş və ondan aldığı buğdanı bütövlükdə geri qaytarmağını istəmişdir. Tellidən aldığı 15 ton buğdanı geri qaytarmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir. Zərərçəkmiş şəxs2 tanıyır, qohum deyil, ədavəti yoxdur. 26 sentyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs2 məxsus 1357 kq fındığın bir kilosunu 2 manat 85 qəpiyə almağa razılaşmış və ümumilikdə 3867 (üç min səkkiz yüz altmış yeddi) manat 45 (qırx beş) qəpiyə almağa razılaşıb, öz xeyrini götürüb, yəni ona çatası 127 manat 45 qəpik pulu özünə götürəcəyinə və 3740 (üç min yeddi yüz qırx) manat pulu Paşaya verməyinə razılaşıb nisyə aldıqdan sonra özü ilə gətirdiyi Qazel markalı avtomobilə yükləyib əvvəlcə Zaqatala şəhərində yerləşən Azpetrol yanacaq doldurma məntəqəsinin arxa tərəfində yerləşən “Azərsun Holdinq”-in fındıq sexinə aparmışdır. Lakin orada analiz edib kilosunu bir manat əlli qəpiyə aldıqlarını dediklərinə görə razılaşmamış, sonra Tala kəndində Abakarın sexinə satmağa aparmışdır. Fındıq sexində analiz edib bir kilosunu 2 manata almağa razılaşmışlar. Fındığı boşaldandan sonra kilosunu bir manat səksən qəpiyə götürməsini demişlər və ona 2442 (iki min dörd yüz qırx iki) manat 60 qəpik pul vermişlər. Paşa fındığı ona nisyə verib çıxıb getmişdir. Sonrakı günü fındığın pulunu Paşaya verməsi üçün zəng edəndə Paşa həmin pulu istəməmiş, pulunu bütövlükdə istəmiş və 3740 (üç min yeddi yüz qırx) manat pulunu tələb etmişdir. Paşaya hazırda həmin pulu verə bilməyəcəyini, alver edib sonra verəcəyini, bu səbəbdən gözləməsini bildirmiş, Paşa ilə söhbəti həmin vəziyyətdə qalmış, sonradan Paşa gedib ondan polis şöbəsinə şikayət etmişdir. Bundan başqa Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 tanıyır, qohum deyil, ədavəti yoxdur. 23 oktyabr 2022-ci il tarixdə Oğuz rayon sakini Zərərçəkmiş şəxs3 məxsus 1018 kq fındığı bir kilosu 3 manat 30 qəpiyə olmaqla ümumilikdə 3359 (üç min üç yüz əlli doqquz) manata almağa razılaşıb aldıqdan sonra Kənanla birlikdə Zaqatala rayonu Yuxarı Tala kəndində Taleh adlı şəxsin fındıq sexinə aparmışdır. Fındıq sexində analiz etdikdən sonra bir kilosunu 2 manat 40 qəpiyə alıb ona 2441 (iki min dörd yüz qırx bir ) manat pul vermişlər. Kənan fındığı ona nisyə vermiş, o, Kənana demişdir ki, fındığın bir kilosunu iki manat qırx qəpiyə almışlar, 2441 manat pul etmişdir. Lakin Kənan razılaşmamış və demişdir ki, pulunu bütöv, yəni 3359 manat istəmiş, sonra çıxıb getmişdir. Kənan ona demişdir ki, «mən fındığın bir kilosunu 3 manat 30 qəpiyə satıram, səndən həmin pulu alacam». Sonradan Kənan gedib ondan şikayət etmiş, ona ittiham elan ediləndə bilmişdir ki, həmin fındığın 708 (yeddi yüz səkkiz) kiloqramı Kənana, 310 (üç yüz on) kiloqramı isə Zərərçəkmiş şəxs4 məxsusdur. Lakin onunla bütün danışıqları Kənan özü etmiş, sürücü və Niyaz isə aralıda dayanmışdır. Bundan başqa, Zərərçəkmiş şəxs5 tanıyır, qohum deyil, ədavəti yoxdur. 2022-ci ilin oktyabr ayının əvvəllərində Zərərçəkmiş şəxs5 məxsus 2505 kq fındığın bir kilosunu 2 manat 75 qəpiyə olmaqla ümumilikdə 6888 (altı min səkkiz yüz səksən səkkiz) manata almağa razılaşıb nisyə aldıqdan sonra həmin fındığın bir ton bir yüz kilosunu Qax rayon Zəyəm kəndində tanımadığı sexə bir kilosunu 2 manat 40 qəpiyə satmış, 2640 manat pul etmiş, 1405 kilosunu isə 1 manat 80 qəpiyə Kəpənəkçi kəndində olan tanımadığı şəxsə satmış, 2529 manat pul etmiş, cəmi 5169 manat pul olmuşdur. Anarla aralarında olan şifahi razılığa görə Anardan fındığı nisyə almış, bir aydan sonra pulunu qaytaracağına söz vermişdir. Sonra həmin pula fındıq almış və Bakı şəhərində yaşayan tanışı İlham adlı şəxsə ləpə şəklində göndərmiş, İlham da bir dəfə satıb pulunu göndərmiş, ikinci dəfə 3200 (üç min iki yüz) manatlıq fındıq ləpəsi göndərmişdir. Lakin İlham həmin pulu ona göndərməmiş, sonradan bilmişdir ki, İlham Gürcüstana getmişdir. Ona görə də, Anarın pulunu verə bilməmişdir. Bundan başqa, Tərtər rayon sakini Zərərçəkmiş şəxs6 türmədə onunla birlikdə həbsdə olan əmisi oğlu Teymurun vasitəsi ilə tanımış, qohum deyil, ədavəti yoxdur. 19 dekabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs6 məxsus 12400 (on iki min dörd yüz) manat dəyərində 40 baş ana qoyun və 23 baş quzu olmaqla hər birini 310 manata almağa razılaşmış, bu məqsədlə Tərtər rayonuna getmişdir. Natiqlə heyvanları Əliabad bazarına aparıb satmaq üçün Zaqatala rayonu Lahıc kəndində gətirmiş, sonra Bakı şəhərinə getmişdir ki, orada ət dükanları ilə danışsın. Natiq və əmisi oğlu Teymur da onunla birlikdə getmişlər. Bakı şəhərində tanıdığı qəssabı tapa bilməmiş, Natiqə və Teymura demişdir ki, «gözləyin həmin şəxsi tapım ya da Tərtərə gedin. Qoyunları satan kimi pulu ya karta, ya da gətirib Tərtərdə sizə əlbəəl verərəm». Natiq və əmisi oğlu Teymur Tərtər rayonuna getmişlər. Bakı şəhərinə gedəndə Zaqatala rayon Kürdəmir kənd sakini, qoyun alveri ilə məşğul olan İntiqama zəng edib onda satılası qoyun quzu olduğunu bildirmiş və demişdir ki, qoyunlar evinin həyətndədir, getsin qohumu Qabilə tapşırmışdır. Heyvanlara baxıb qiymətini Qabillə razılaşıb almasını bildirmişdir. Bakı şəhərinə gedəndə heyvanları atasının əmisi nəvəsi Qabilə tapşırdığına görə İntiqam gedib qoyunlara baxmış və Qabillə danışıb birini 235 manata danışıb razılaşmışlar. O, İntiqamla danışandan sonra Qabilə zəng etmiş və demişdir ki, «İntiqam adında qoyun alveri edən adam gələcək qoyunlara baxıb qiymətini danışıb razılaşıb ona verərsən, pulunu da alıb mənə göndərərsən. Əgər İntqam hamısını almasa qalanını da satıb pulunu mənə göndərərsən». Qabil və İntiqam qoyunların satışına görə ona cəmi 8520 (səkkiz min beş yüz iyirmi) manat pul göndərmişlər. Həmin pulun bir hissəsini Bakı şəhərində xərcləmiş, bir hissəsini borclarına paylamışdır. Qabil ona demişdir ki, İntiqam hamısını almadı. Sonradan Qabil onun xahişi ilə dörd baş, yəni iki baş ana və iki baş da balalarını 420 manata başqa adama satıb pulunu ona göndərmiş, sonra yenə bir baş qoyun və bir baş da əkiz balası olan qoyunu da Qabil tanımadığı şəxsə 400 manata satıb pulunu ona göndərmişdir. Qoyanların satışına görə ümumilikdə 9340 (doqquz min üç yüz qırx) manat pul əldə etmişdir. Sonra ləpə verdiyi İlham adlı şəxsin arxasınca Gürcüstana gedib pulunu alıb geri qayıtmaq istəmiş, Bakı şəhərində Heydər Əliyev aeroportunda onu polis saxlamış və ölkə hüdudlarından kənara çıxışına qadağa qoyulduğunu bildirmişlər. Natiq zəng edib ondan heyvanları geri istəmiş, Natiqdən aldığı heyvanların hamısını kimə satdığını demiş və həmin heyvanları geri qaytarmış, tutulanda qoyunların satışından üstündə olan 1000 (bir min) manat pulu da Natiqə yerdə qalan qoyunlarının əvəzinə ödəmişdir. Sonradan İntiqama qoyunların pulunu ödəmişdir. Daha sonra ifadəsində göstərdi ki, zərərçəkmiş şəxsləri aldadıb pullarını ələ keçirəndə özü tək olmuş, başqa heç kimin iştirakı olmamışdır. Qohumu Qabilin və Kamilin onunla birlikdə iştirakı olmamışdır. Kamil əvvəllər fındıq sexi işlətmişdir. Fındıq satan şəxsləri tanımışdır. O, Kamilə fındıq alveri etdiyini bildirib ona görə ondan fındıq satan şəxslərin telefon nömrələrini alıb həmin şəxslərdən Paşaya və Anara zəng etmişdir. Kənan isə özü ona zəng etmişdir. Qəbələ rayon sakini Zərərçəkmiş şəxs2 və Zaqatala rayon Danaçı kənd sakini Zərərçəkmiş şəxs5 məxsus fındığı özü ilə gətirdiyi Zaqatala rayon Dardoqqaz kənd sakini Araz adında şəxsə məxsus «Qazel» markalı avtomobilə yığıb aparmış, Araza fındıq alveri etdiyini demiş, fındığı aparıb satandan sonra Arazın maşın pulunu vermiş çıxıb getmişdir. Oğuz rayon sakini Zərərçəkmiş şəxs3 ifadəsində ona məxsus fındığı Tale adlı şəxsin fındıq sexinə satıb pulunu alandan sonra Vaz 2106 markalı avtomobilə minib qaçıb getməsi və həmin vaxt yanında bir nəfər şəxs olması barədə Təqsirləndirilən şəxs bildirdi ki, həmin avtomobili və avtomobildə olan sərnişini tanımır, o, həmin vaxt Zaqatala şəhərində bazarın yanında Əliabada gedən taksilərdən birinə minib getmiş, ondan başqa taksidə tanımadığı bir sərnişin olmuş, Kənan zəng edib fındığı gətirdiyini, Şimşək adlanan yerə çatdığını bildirmiş, o, X19 kəndində Tale adlı şəxsin sexinə gəlməsini bildirmiş, həmin taksi sürücüsündən xahiş etmişdir ki, onu ora aparıb beş dəqiqə gözləsin sonra getsinlər. Kənandan aldığı fındığı Talehin sexinə satandan sonra həmin Vaz 2106 markalı maşına minib Əliabad qəsəbəsinə, oradan da çıxıb evə getmişdir. Abakar adlı şəxsin sexi, Tale adlı şəxsin sexi və Zəyəm kəndində olan fındıq qəbulu sexlərinə fındığı satanda fındığın ona məxsus olduğunu və alıb satdığını bildirmiş, həmin sexlərdə ondan fındıq qəbul edən şəxslər zərərçəkmiş şəxsləri aldadıb aldığını bilməmişlər. Fındıq aldığı şəxslərə özü zəng etmiş, fındıq alanda danışıqlarda heç kim iştirak etməmiş, özü danışmış, Kamilin və Qabilin heç bir məlumatı və iştirakları olmamışdır. Zərərçəkmiş şəxs2 fındığının alınmasında Qabilin və Kamilin heç bir iştirakı olmamış, hətta sonradan Paşa onunla görüşəndə Kamili çağırıb demişdir ki, «əmin oğlu mənim pulunu vermir». Kamil də ona irad tutub demişdir ki, «Paşanın pulunu niyə vermirsən» o, Paşadan fındığı nisyə aldığını və pulunu verəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs3 ifadəsində onun Bakı şəhərində yaşayan əmisi oğlu Fazil ona deyib ki, Zaqataladan tanışı Kamil var, onun dostu Rəsul var, fındıq alır və onun nömrəsini Kənana verməsi ilə əlaqədar Təqsirləndirilən şəxs bildirdi ki, o, Kənana zəng etməmiş, Kənan özü ona zəng etmişdir. Onun nömrəsini Kənana əmisi oğlu Fazil vermişdir. Kənandan fındığı alanda Kamil və Fazilin heç bir iştirakı və məlumatları olmamışdır. Kənanla və Talehlə danışanda onun yanında heç kim olmamış, danışıqları özü tək etmişdir. Zərərçəkmiş şəxs5 ifadəsində 2022-ci ilin oktyabr ayının sonlarında Rəsul ona zəng edib onun nömrəsini tanışı Kamil verdiyini bildirib fındıq alıb bir qədər baha qiymətə satışı ilə məşğul olduğunu göstərməsi ilə əlaqədar Təqsirləndirilən şəxs bildirdi ki, Anarı əvvəlcədən Kamilin fındıq sexinə fındıq satanda görüb tanımış, Anarın nömrəsini də o vaxtdan Kamilin sexindən götürmüş, Anardan fındığı alanda və yaxud satanda, danışıqları aparanda Kamilin məlumatı və iştirakı olmamışdır. Tərtər rayon sakini Zərərçəkmiş şəxs6 məxsus xırdabuynuzlu heyvanları aldadıb ələ keçirəndə heç kimin iştirakı və məlumatı olmamış, özü tək Tərtər rayonuna gedib alıb öz həyətinə gətirmiş, Kamilin və Qabilin heç bir iştirakı və məlumatı olmamışdır. Qabilə xahiş edib demişdir ki, heyvanları almışam, Bakıya gedirəm, gələnə kimi baxarsan, otunu suyunu verərsən. Həmin günü Natiqi aldadıb demişdir ki, Bakı şəhərində alası pulu var, pulunu verəcəkdir. Natiqlə birlikdə Bakı şəhərinə gedəndə Qabilə zəng edib demişdir ki, qoyunları Kürdəmir kəndindən olan İntiqama satmış, gəlib aparacaqlar heyvanları ona verib pulunu da alıb ona göndərsin. Qabil onun Tərtər rayonundan olan Natiqi aldatdığını bilməmiş, Natiqin xırdabuynuzlu heyvanlarını aldadıb ələ keçirəndə onunla birlikdə heç kimin iştirakı və məlumatı olmamış, özü tək etmişdir. Zərərçəkmiş şəxslərə vurduğu zərərin 21000 manat hissəsini ödəmişdir və zərərin digər hissəsini də hissə-hissə ödəmək niyyətindədir. Belə ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs6 dəymiş zərər tam şəkildə ödənilib, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 vurulmuş zərəri isə hazırda maddi imkanı olmadığından ödəyə bilmir. Gələcəkdə ödəməyə söz verir. Törətdiyi əməlindən peşmandır. Göstərdiklərinin nəzərə alınmasını və ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tanıyır, qohum deyil, ədavəti yoxdur. X1 ilə birlikdə əkinçiliklə məşğul olur. 2021-ci ilin oktyabr ayında Əliabad qəsəbə sakinlərindən torpaq sahələrini icarəyə götürməklə təxminən 20 hektar sahəyə buğda əkmiş, 2022-ci ilin iyul ayında həmin sahədən buğdanı biçmiş, nəticədə 20 ton taxıl əldə etmişlər. İcarəyə götürdüyü torpaq sahəsinin sahibləri ilə onlara icarə haqqını taxıl biçildikdən sonra verməyi razılaşmışlar. Torpaq sahələrinin sahibləri icarə haqqlarını istədikləri üçün əldə etdikləri taxılı satıb onların pulunu vermək istəmişlər. Buna görə də taxılı satmaqları barədə qohum-əqrabaya, tanışlara məlumat vermişlər. Yaşadığı evin qarşısındakı avtomobil təmiri sexində adını sonradan bildiyi Zaqatala rayonu Lahıc kənd sakini Rəsul adlı şəxs həmkəndlilərinə taxıl satdığını görüb ona yaxınlaşıb taxılı neçəyə satdığını soruşmuş, Rəsula taxılın 1 kiloqramını 60 (altmış) qəpiyə satdığını bildirmiş, Rəsul taxılın qiymətini öyrənib getmiş, bir neçə gün sonra Rəsul tək yaşadığı evə gəlib 7 ton taxıl almaq istədiyini bildirmiş, onunla razılaşmamış, taxılın hamısını bir yerdə satmaq istədiyini demişdir. xx.xx.2022-ci il tarixdə Rəsul gəlib 15 ton taxıl almaq istədiyini bildirmiş, onunla razılaşmış, Rəsul xx.xx.2022-ci il tarixdə səhər saatlarında yük avtomobili ilə gəlib taxılı aparacağını bildirmiş, saat 08 radələrində Rəsul yük avtomobili və fəhlələrlə yaşadığı ünvana gəlib taxılı kisələrə qablaşdırdıqdan sonra tərəzidə çəkib yük avtomobilinə yığmağa başlamışlar. Saat 17 radələrində Rəsul 302 ədəd sintetik kisədə olmaqla 15 ton taxılı avtomobilə yığmış, həmin 15 ton taxıl üçün Rəsul ona 9000 manat pul verməyinə söz vermişdir. Taxılı avtomobilə yüklədikdən sonra Rəsul cibindən 1500 manat pul çıxarıb ona uzatmış və qalan 7500 manat pulu sonra verəcəyini demiş, o, 1500 manat pulu götürməmiş və Rəsuldan pulun hamısını istəmiş, Rəsul ondan aldığı taxılı baha qiymətə Qax rayon sakininə satdığını bildirmiş və ona yük avtomobilinin arxasınca getməsini, Qax rayonunda taxılı satdığı şəxsin anbarına boşaldıb ondan pulu götürüb 9000 manat pulunu verəcəyini demişdir. O, razılaşmış, yük avtomobili həyətindən çıxıb Qax rayonu istiqamətində getmiş, Rəsul ona "siz öz avtomobilinizlə gəlin, Lahıc kəndinin girişində məni gözləyin, mən gedib yaşadığım evdə tərli paltarlarımı dəyişib yanınıza gələcəyəm, birlikdə Qaxa gedərik" deyib həyətdən çıxmışdır. Rəsul həyətdən çıxdıqdan təxminən 5 dəqiqə sonra o, əri ilə yaşdığı evdən çıxıb öz avtomobili ilə Lahıc kəndinin girişinə getmiş, bir müddət gözlədikdən sonra Rəsulun gəlmədiyini görüb ona zəng vurmuş, Rəsul gəldiyini desə də onların yanına gəlməmişdir. Həmin vaxt o, Qax rayonu Almalı kənd sakini Nəzir adlı şəxsə zəng vurub ona məxsus yük avtomobilinə həyətindəki taxılın yükləndiyini bildirib ondan yük avtomobilinin sürücüsünün telefon nömrəsini istəmiş, Nəzir ona Zaqatala rayonu Aşağı Tala kənd sakini Fazil adlı şəxsdən 1 kiloqramı 58 qəpiyə taxıl aldığını, yük avtomobilini həmin taxılı gətirmək üçün Zaqatala rayonuna göndərdiyini bildirmiş və ona sürücünün telefon nömrəsini vermişdir. O, zəng vurub sürücü ilə əlaqə saxlamış, sürücü ona Qax rayonu Qaxbaş kəndində olduğu yerin ünvanını vermişdir. Bundan sonra o, əri ilə birlikdə Qaxbaş kəndində həyətindən taxıl yüklənmiş yük avtomobili olan yerǝ getmişlər. Yük avtomobilinin yanına çatanda Fazil ona yaxınlaşmış, Fazil ona həyətindən yüklənmiş 15 ton taxılı 1 kiloqramı 55 (əlli beş) qəpiyə Rəsuldan alıb Nəzirə 1 kiloqramı 58 (əlli səkkiz) qəpiyə satdığını bildirərək "get pulunu Rəsuldan al" demişdir. Orada ona məlum olmuşdur ki, Rəsul ondan 60 qəpiyə aldığı taxılı 55 qəpiyə Fazilə satmış, Fazil isə həmin taxılı 58 qəpiyə Nəzirə satmışdır. Qaxbaş kəndində Rəsulun onu aldatdığını, Rəsulun onu aldadaraq 9000 manat dəyərində olan 15 ton taxılı ələ keçirib həmin taxılı Fazilə satdığını bilmişdir. Fazildən taxılını ona qaytarmasını tələb etmiş, sonra həmin taxılı gətirib Zaqatala rayonunda Fazilə məxsus anbara boşaltmışlar. Fazil taxılı Rəsuldan 1 kiloqramı 55 qəpiyə aldığını iddia edib həmin taxılı ona qaytarmamışdır. Bundan sonra o, 08 avqust 2022-ci il tarixdə bu barədə DİN-nin 102 xidmətinə və Zaqatala rayon polis şöbəsinə Rəsulun barəsində tədbir görülməsi və 15 ton taxılını və ya 9000 manat pulunun ona qaytarılması barədə ərizə ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs tərəfindən götürülmüş 15 ton taxılın özünə qaytarılmışdır. Məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam ödənildiyini, ondan heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, qohum deyil, ədavəti olmamışdır. İlk dəfə xx.xx.2022-ci il tarixdə Rəsul ondan fındığı alanda üzbəüz görmüşdür. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə ona məxsus ***-***-**-** saylı nömrəyə ***-***- **-** saylı mobil nömrədən zəng edərək özünü Zaqatala rayon sakini kimi təqdim edib fındıq alveri ilə məşğul olduğunu, ondan fındıq almaq istədiyini, Zaqatalada fındığın daha baha satıldığını, fındıq gətirsə ona da sərf etdiyini bildirmiş, bu söhbətdən sonra bir neçə dəfə telefonla danışmışlar. Telefon danışıqları zamanı Rəsul ona bildirmişdir ki, nə qədər istəsə fındıq gətirsin, ona fındıq zavodunda tanışı var, danışmışdır fındığın bir kiloqramını təxminən 03 (üç) manatdan alacaqlar. xx.xx.2022-ci il tarixdə Rəsulla telefonla söhbət zamanı Ford markalı avtomobillə təxminən 1500 kq-a yaxın fındıq yığdığını, xx.xx.2022-ci il tarixdə gətirəcəyini bildirmişdir. xx.xx.2022-ci il saat 06 radələrində Qəbələ rayonundan özünə məxsus **-OB-*** dövlət qeydiyyat nişanlı Ford Transit markalı yük avtomobili ilə yola çıxaraq Zaqatala rayonuna gəlmiş, saat 10 radələrində Zaqatala rayonu Lahıc kəndinin mərkəzindəki çayxanada Rəsulla görüşmüş və onunla çay içmişlər. Söhbət zamanı Rəsul fındığı yükləyib zavoda aparması üçün Qazel çağırdığını bildirmiş, o, Rəsula digər avtomobilə ehtiyac olmadığını, onun avtomobili ilə aparmalarını demiş, Rəsul ona demişdir ki, fındığı zavoda Zaqatala fındığı kimi təqdim edib satacaq ki, başqa rayondan gəldiyi bilinməsin, eyni zamanda onun gətirdiyi fındığı başqa fındıqlarla qarışdırıb zavoda verəcəkdir. Bundan əlavə söhbət zamanı Rəsul onun nömrəsini Qabilin qardaşı Kamilin verdiyini bildirmişdir. O, təxminən 5 il bundan əvvəl fındıq alveri ilə məşğul olan zaman Kamil ilə tanış olmuşdur. Çayxanada oturduqdan təxminən 30 dəqiqə sonra Qazel markalı avtomobil gəlmiş, avtomobil gəldikdən sonra onun avtomobilində olan kisələrə yığılmış fındıqları dövlət qeydiyyat nişanı yadında qalmayan Qazel markalı avtomobilə yığmışlar. Fındıqları qazel markalı avtomobilə yükləyən zaman qazeldə olan tərəzi ilə çəkmişlər və onun gətirdiyi fındıqların çəkisi 1357 kq olmuşdur. Rəsuldan fındığın pulunu istədikdə, gedib fındığı zavoda verib təxminən 30 dəqiqəyə qayıdacağını, çayxanada onu gözləməsini bildirmişdir. O, təxminən 1 saat çayxanada gözləyib Rəsulun əmisi oğlu Qabillə söhbət etmişdir. Saat 12 rədələrində o, Rəsula zəng vurmuş, Rəsul zavodda növbə olduğunu, birazdan gələcəyini bildirmişdir. Olduğu kafedə yemək verilmədiyi üçün oranı tərk edib kəndin yola çıxış hissəsində olan kafeyə getmiş, yemək yedikdən sonra təkrar Rəsulla əlaqə saxlamış, Rəsul fındığın bir kiloqraminı 2 manat 85 qəpiyə verdiyini, hazırda kassadan pulun verilməsini gözlədiyini bildirmişdir. Saat 18 radələrinə kimi kafedə Rəsulu gözləmiş və onunla əlaqə saxladıqda pulun hələ verilmədiyini demiş, o, Rəsula burda qalmasını, yaxud gecə düşməmiş getməsini dedikdə Rəsul bildrimişdir ki, «sən get və mənə bank kartı şəkli at, mən sabah pulu alıb sənin kartına yükləyərəm». O, Rəsula bank kartının şəklini atıb Qəbələyə qayıtmış, xx.xx.2022ci il tarixdə, saat 09 radələrində Rəsula zəng vurub pulunu istədikdə hazırda taksi ilə zavoda getdiyini və saat 11 radələrində pulu vuracağını bildirmişdir. Saat 11-dən saat 18 radələrinə kimi Rəsula zəng vurduqda onun telefonu sönülü olmuş, saat 18 radələrində tanışı və Rəsulun əmisi oğlu olan Kamilə zəng vurmuş, hazırda sahədə olduğunu, telefonun enerjisinin az olduğunu bildirib daha sonra ona zəng edəcəyini bildirmişdir. Lakin danışa bilməmişlər. xx.xx.2022-ci il tarixdə, saat 08 radələrində Rəsulun onu aldatdığından şübhələnib Qəbələ rayonundan Zaqatala rayonu Lahıc kəndinə gəlib Rəsulun yaşadığı evə getmiş, Rəsul çölə çıxaraq onu görüb onun ünvanına getməyini irad tutmuş, çayxanaya gedib orada onu gözləməsini demişdir. Çayxanada olarkən Kamili görmüş, Rəsul onu aldadıb ona yalan danışdığını, aldığı fındığın pulunu vermədiyini bildirmişdir. Kamilə irad bildirib Rəsul bu cür yalançıdırsa nə üçün nömrəni ona verdiyini demişdir. Kamil ona bildirmişdir ki, onun nömrəsini Rəsula içkili olub vermişdir. Daha sonra Kamil Rəsulla telefon əlaqəsi saxlayıb Rəsulu çayxanaya çağırmış, Rəsul çayxanaya gəlmiş və söhbət zamanı Kamil Rəsulun ondan fındıq aldığını soruşmuş, Rəsul ondan fındıq aldığını təsdiqləmiş və ona 3740 manat pul verməli olduğunu bildirmişdir. Kamil Rəsuldan nə üçün onun pulunu vermədiyini soruşduqda o, zavoddan pulu almadığını və sabah alacağını bildirmişdir. O, Kamilə Rəsul haqqında maraqlandığını, Rəsulun yalançı olduğunu və insanları aldatmasını eşitdiyini, bu səbəbdən Rəsulun sabah da pulu verməsinə şübhə etdiyini demişdir. Kamil Rəsula irad bildirmiş, Rəsul pulu alıb göndərəcəyinə söz vermişdir. Bundan sonra o, Qəbələyə qayıtmış, səhəri gün kartına pul göndərilmədiyini görüb Rəsula zəng vurmuş, Rəsul təkrar olaraq ona pulu ala bilmədiyini bildirmişdir. xx.xx.2022-ci il tarixədək Rəsul müxtəlif bəhanələrlə pulu göndərəcəyinə söz versə də, pulu verməmişdir. xx.xx.2022-ci il tarixdə o, Rəsula zəng vuraraq ona qarşı dələduzluq etdiyinə görə onu polisə verəcəyini bildirmişdir. Rəsul məsuliyyətdən yaxasını qurtarmaqdan ötrü ona sms yazaraq fındığı nisyə aldığını demişdir. Daha sonra ifadəsində göstərdi ki, Rəsul ondan aldığı 1357 kiloqram fındığın bir kiloqramını 3 (üç) manata almağa söz versə də, fındığı ondan alıb aparıb fındıq sexinə təhvil verəndən sonra fındığın bir kilosunu 2 (iki) manat 85 qəpiyə verdiyini, cəmi 3867 (üç min səkkiz yüz altmış yeddi) manat 45 qəpik pul etdiyini, öz xeyrini çıxacağını, yəni, 127 manat 45 qəpik götürəcəyini, ona 3740 (üç min yeddi yüz qırx) manat pul verəcəyini bildirmiş, o da razılaşmışdır. Rəsul ondan aldığı fındığa görə ona 3740 (üç min yeddi yüz qırx) manat pul verməli olduğu halda həmin məbləği verməyərək ona 3740 manat maddi ziyan vurmuşdur. O, fındığı öz evində tərəzidə çəkəndə 1367 kiloqram olmuşdur. Lakin Rəsul gətirən qazel markalı maşına yığanda həmin maşında tərəzidə çəkiləndə 1357 kiloqram olmuş və o, 1357 (bir min üç yüz əlli yeddi) kiloqramla razılaşmışdır. Təqsirləndirilən şəxs şikayətçidir, ona dəymiş 3740 manat zərər ödənməmişdir. Həmin zərərin ödənməsində ona köməklik göstərilməsini xahiş edir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və ifadəsində göstərdi ki, Zaqatala rayon sakini Təqsirləndirilən şəxs tanıyır, qohum deyil, ədavəti yoxdur. Özünə məxsus fındığı satmaq üçün 20 oktyabr 2022-ci il tarixdə Bakı şəhərində yaşayan əmisi oğlu Fazilə zəng edib fındığı yığıb saxladığını, qiyməti bahalaşanda satacağını bildirmiş, Fazil ona Zaqataladan tanışı Kamilin dostu Rəsulun istifadə etdiyi telefon nömrəsini vermişdir. 21 oktyabr 2022-ci il tarixdə Rəsula zəng edib kombayndan çıxma, qabıqlı fındıq olduğunu demiş, Rəsul fındığı Zaqatala rayonuna gətirməsini, bir kilqramını üç manat otuz qəpiyə almasını bildirmişdir. xx.xx.2022-ci il tarixdə özünə məxsus 708 (yeddi yüz) kiloqram fındığı və həmkəndlisi Zərərçəkmiş şəxs4 məxsus 310 (üç yüz on) kiloqram fındığı, cəmi 1018 (bir min on səkkiz) kiloqram fındığı həmkəndlisi Seymur adlı şəxsin Ford markalı yük maşınına yığıb Zaqatala rayonu Tala kəndinə gətirmişlər. xx.xx.2022-ci il tarixdə saat təxminən 17:00 radələrində Zaqatala rayon Əliabad qəsəbəsində Rəsulla görüşmüşlər. Rəsul ona demişdir ki, fındığı ona nisyə versin sabah pulunu verəcək, o, razılaşmamış, pulunu nəğd verəndən sonra fındığı verəcəyini bildirmişdir. Rəsul indi pulu olmadığını, sabah kartına pul göndəriləcəyini, fındığı sabah gətirəndə pulunu verəcəyini bildirmişdir. Fındığı nisyə Rəsula satmayıb geri Oğuz rayonu Kərimli kəndinə qayıtmışlar. 23 oktyabr 2022-ci il tarixdə o, həmkəndlisi Niyazla birlikdə Seymura məxsus Ford markalı yük avtomobilinə özlərinə məxsus olan cəmi 1018 (bir min on səkkiz) kiloqram fındığı yığıb saat 13:00 radələrində Zaqatala rayonu Tala kəndinə gəlmişlər. Rəsulla Tala kəndində görüşmüş, yaxınlıqda fındıq sexi olmuşdur. Rəsula fındığı həmin sexə verdiyini bildirmiş, demişdir ki, «Oğuz fındığı olduğunu bilməsin, sən içəri girmə, mən öz adımdan fındığı bu sexə verəcəm. Mən bu sexnən işləyirəm». Rəsulla birlikdə həmin fındıq sexinə girmiş, fındığı qapana qoyub çəkmişlər. 1018 kq gəlmişdir. Analiz üçün nümunə götürmüşlər. Kisələrdə olan fındığı maşından sexə boşaltmışlar. Fındığın sexdə quruluğunu və çürüklüyünü yoxladıqdan sonra götürəsi olmuşlar. Rəsul onların yanına gəlib fındığın bir kilosunu iki manat qırx qəpiyə götürdüklərini demiş, onların fındığının bir kilosunu danışdıqları kimi üç manat otuz qəpiyə pulunu verəcəyini bildirmişdir. Sexdən çölə çıxanda Rəsula pulunu indi verməsini demiş, Rəsul onda pulun dollar olduğunu bildirmiş, o Rəsuldan fındığı istəmişdir. Rəsul onu yeməyə dəvət etmiş, lakin o, Rəsuldan pulunu istəmiş, Rəsul onda dollar olduğunu bildirib pulunu manatla verəcəyini demişdir. Rəsuldan pulunu dollar şəklində istəmiş, Rəsul banka gedərək pulu xırdaladıb gələcəyini bildirmiş, orada onu gözləyən ağ rəngli, nömrəsini bilmədiyi Vaz 2106 markalı maşına minib çıxıb getmişdir. O, fındıq sexinə girib sexin müdiri Taleh adlı şəxsə onun fındığını qaytarmasını bildirmiş, Taleh fındığı Rəsuldan aldığını, ondan almadığını, pulunu Rəsula verib çek yazdığını, niyə fındığın onların olduğunu demədiyini bildirmişdir. Rəsulun onlara Talehin sexi ilə işlədiyini, öz adından baha qiymətə satacağını, ona görə də fındığın onların olduğunu demədiklərini bildirmişdir. Taleh ona, fındığın bir kiloqramını iki manat qırx qəpiyə götürdüyünü, Rəsula iki min dörd yüz qırx bir manat pul verdiyini bildirmişdir. Rəsulu orada bir qədər gözlədiklərini, lakin gəlmədiyini görüb, Rəsula zəng edib harda olduğunu soruşmuş və pulunu istəmişdir. Rəsul onu Əliabada görüşmək üçün çağırmış, Əliabada getmişlər, lakin Rəsul gəlməmiş, sonra yenə zəng edəndə Qax rayonundakı kilsənin yanında restoranda olduğunu, orda gözlədiyini demiş, həmin yerə getmişlər, lakin orada olmamışdır. Sonra Rəsul həmkəndlisi, Ford sürücüsü Seymura zəng edib ondan polisə şikayət etsələr başlarına oyun açacağını bildirmiş, o, bu barədə 102 xidmətinə zəng edib məlumat vermişdir. Rəsul ona məxsus 708 kiloqram qabıqlı fındığın bir kiloqramını üç manat otuz qəpiyə almağa razılaşaraq ona 2336 (iki min üç yüz otuz altı) manat 40 (qırx) qəpik, onunla eyni vaxtda həmkəndlisi Zərərçəkmiş şəxs4 310 kiloqram fındığı bir kiloqramını 3 manat 30 qəpiyə almağa razılaşaraq aldadıb 1023 (bir min iyirmi üç) manat maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi zərər ödənməmiş və o Təqsirləndirilən şəxs şikayətçidir. Həmin zərərin ödənməsində ona köməklik göstərilməsini və ona ədalətli cəza verilməsini xahiş edir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və Zərərçəkmiş şəxs3 ilə eyni məzmunlu ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs həmkəndlisi Kənanın vasitəsilə tanımış, Rəsul Kənana məxsus 708 kiloqram qabıqlı fındığın bir kiloqramını üç manat otuz qəpiyə almağa razılaşaraq Kənana 2336 (iki min üç yüz otuz altı) manat 40 (qırx) qəpik maddi ziyan vurmuşdur. Rəsul eyni vaxtda ona məxsus 310 kiloqram qabıqlı fındığın bir kiloqramını 3 manat 30 qəpiyə almağa razılaşaraq onu aldadıb 1023 (bir min iyirmi üç) manat maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi zərər ödənməmiş və o Təqsirləndirilən şəxs şikayətçidir. Həmin zərərin ödənməsində ona köməklik göstərilməsini xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid19 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 ilə eyni məzmunlu ifadə verərək sonuncuların ifadələrində göstərdikləri xüsusatları təsdiq etdi. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, qohum deyil, ədavəti olmamışdır. 2015-ci ildən fındiq alqı-satqısı ilə məşğul olur. Yerli əhalidən fındığı ucuz qiymətə alır, qismən baha qiymətə sahibkarlara satır. Səyyar alıcı kimi fəaliyyət göstərir. Dəqiq tarixi yadında olmayan vaxtı 2022-ci ilin oktyabr ayının sonlarında özünü Rəsul kimi təqdim edən şəxs ona zəng edərək fındıq alıb bir qədər baha qiymətə satışı ilə məşğul olduğunu, onda satlıq fındıq olub-olmamasını soruşmuşdur. Səhəri gün saat 09 radələrində Zaqatala rayonu Yuxarı Tala kəndinin ərazisində Şimşək adlanan yerdə Rəsulla görüş təyin etmiş, telefonda aralarında olan söhbətə görə Rəsula cəmi 2505 kq orta kalibrli qərzəksiz qabıqlı findığı 01 kiloqramı 2 manat 75 qəpikdən olmaqla 6888 manat 75 qəpiyə satmalı, həmin fındığı öz hesabına maşınla Şimşək adlanan yerə çatdırmalı, həmin findığı qeyd edilən maşından Rəsulun gətirəcəyi yük maşınına boşaltmalı, sonra birlikdə apararaq Bəhmətli kəndində özünün, yəni Rəsulun tanışının fındıq qəbulu məntəqəsinə baha qiymətə, yəni 2 manat 90 qəpiyə satmalı, sonra əldə edilən gəlirin ona çatan hissəsini, yəni 6888 manat 75 qəpiyi ona verməli, qalanını isə Rəsul özü götürməli olmuşdur. Səhəri günü, yəni 27 oktyabr 2022-ci il tarixdə Şimşək adlanan yerə öz sürücüsü Şahid16 ilə birlikdə getmiş, Rəsulla görüşmüş, Şimşək adlanan yerdə fındığı gətirdiyi Sprinter markalı maşından Rəsulun gəldiyi qazel markalı, **-SM-*** dövlət nömrə nişanlı yük maşınına boşaltmışlar. Sonra onunla gələn maşın geri qayıtmış, o Rəsulla birlikdə Azadın idarə etdiyi qazel markalı maşında Bəhmətli kəndinin girəcəyinə getmişlər. Bəhmətli kəndinin girəcəyində Rəsul ona demişdir ki, onlarla birlikdə getməsin, əgər fındığın sahibinin Rəsul deyil, başqası olduğunu bilsələr şübhələnib malı baha qiymətə almayacaqlar. Rəsul ona maşından düşüb orada, yəni Bəhmətli kəndinin girəcəyində onları gözləməyi demiş, özü həmin fındıqları, yəni 2505 kq fındığı 1 kq-nı 2 manat 90 qəpiyə satıb gözlədiyi yerdə onun 6888 manat 75 qəpik pulunu verəcəyini bildirmişdir. O, razılaşmış və Rəsulla birlikdə getməmişdir. Həmin yerdə gözləmiş, lakin Rəsul gəlməmişdir. Zəng edib Rəsuldan gəlməmələrinin səbəblərini soruşmuş, Rəsul fındığı satdığını, lakin fındıq qəbulu məntəqəsinin müdirində pul qurtardığına göra pulu verə bilmədiyini, müdirin pul götürmək maqsədilə X13 filialına getdiyini, onun da Zaqatala şəhər Kapital bankın filialında mudiri gözlədiyini, müdir oradan çıxıb pulunu verəcəyini bildirmişdir. O, X13 filialına getmiş, orada saat 15:00-a kimi gözləmiş, zəng edib təkrar Rəsulla əlaqə saxlamış, Rəsul zavodun müdirinin nahara getdiyini, qayıdıb pulunu verəcəyini bildirmişdir. Rəsula nahardan kifayət qədər vaxt keçdiyini bildirib artıq şübhələnməyə başlamış və ona öz iradını bildirmişdir. Bir müddət sonra Rəsul ona zəng edərək fındıq qəbulu məntəqəsinin müdirinin Kapital bankdan götürdüyü 15000 (on beş min) manat pulu ondan əvvəlki müştərilərə xərclədiyini, pulunun qurtardığını, sabahısı günü özü Zaqatala şəhərinə gələrək ona çatası 6888 manat 75 qəpik pulu verəcəyini bildirmiş, o, razılaşmışdır. Səhəri günü Rəsula dəfələrlə zəng etsə də zənglərinə cavab verməmişdir. Həmin gün axşam Rəsul zənginə cavab verib bildirmişdir ki, işi çıxıb Bakı şəhərinə gedibdir, hazırda Bakı şəhərindədir, qayıdıb pulunu verəcəkdir. X15 rayonuna qayıtsa da onun pulunu verməmişdir. Rəsula Whatsapp proqramı vasitəsilə dəfələrlə yazıb pulunu tələb etsə də həmin şəxs müxtəlif bəhanələr gətirərək pulunu verməkdən yayınmışdır. O, qazel sürücüsü Arazla görüşdükdə Araz ona bildirmişdir ki, Rəsul onun idarə etdiyi qazel markalı maşınla fındığı satmaq məqsədilə Bəhmətli kəndinə aparsa da, fındığı satmaq üçün qonşu Qax rayonu Zǝyǝm kəndinə aparmışlar. Orada Rəsul fındığı Sabit adlı şəxsə fındıq qəbulu məntəqəsinə ondan aldığı qiymətdən ucuz qiymətə, yəni bir kiloqramını 2 manat 40 qəpiyə satmaqla onu aldatmışdır. Rəsula fındığın qalanını sata bilməmiş, sonra Rəsul ona satılmayan fındığı aparıb Zaqatala rayonu Lahic kəndində yerləşən yaşadığı evinə tökməsini xahiş etmişdir. Araz qalan fındığı aparıb Rəsulun həyətinə boşaltmışdır. Araz ona dəqiq neçə kiloqramını satmasını deyə bilməmiş, çox hissəsini orada satdığını, qalan hissəsini Rəsulun həyətinə gətirib boşaltdığını bildirmişdir. O, hər ehtimala qarşı öz işini möhkəm tutmaq məqsədilə fındığı Arazın idarə etdiyi qazel markalı maşına boşaltdıqdan sonra Arazla Rəsula bildirmişdir ki, onların fındıqla birlikdə şəklini çəksin. Həmin vaxt Araz razılıq versə də Rəsul razılıq verməmiş, sürücüsü Şahid16 istifadəsində olan Samsung markalı mobil telefonla Arazın şəklini çəkmiş, həmin şəkli rayon prokurorluğunda izahat verəndə izahatına əlavə etmişdir. Rəsulla apardığı whatsapp yazışmalarında ondan aldığı fındığı baha qiymətə satmalı olduğu halda ucuz qiymətə satmasının səbəblərini soruşmuş, Rəsul isə izah edə bilməmiş, planlı şəkildə ona yaxınlaşaraq aldadıb fındığını ələ keçirmişdir. Həmin yazışmaları da rayon prokurorluğunda izahat verəndə təqdim etmişdir. Rəsul ondan fındığı alanda Şahid16, Araz və Rəsul özü olmuş, başqa heç kim olmamışdır. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi zərər ödənməmiş və o şikayətçidir. Dəymiş zərərin ödənməsində ona köməklik göstərilməsini xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid16 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əmisi oğlu Şahid4 vasitəsilə tanımış, qohum deyil, ədavəti yoxdur. 10-12 ildir ki, ailəsi ilə birlikdə xırdabuynuzlu heyvanları saxlamaqla və satmaqla məşğuldur. xx.xx.2022-ci il tarixdə əmisi oğlu Şahid4 ona zəng edərək Rəsul adlı tanışının qoyun almaq istədiyini bildirmiş, o, Teymura satlıq qoyunları olduğunu demişdir. Daha sonra Teymur onun nömrəsini Rəsula verdiyini, Rəsulun özünün onunla əlaqə saxlayacağını bildirmişdir. Təxminən bir neçə dəqiqə sonra Rəsul ona zəng edərək 40-50 baş qoyun almaq istədiyini bildirmiş, Rəsula onun 40 ədəd satılası qoyunu olduğunu bildirmiş, Rəsul ondan qoyunların video və şəklini istəmiş, qoyunları çəkib Rəsula atmış, Rəsul qoyunları bəyənmiş və aldığını bildirmişdir. xx.xx.2022-ci il tarixdə saat 07:30 radələrində Rəsul əmisi oğlu Teymurla yaşadığı Qaradağlı kəndindəki evinə gəlmiş, təxminən 30 dəqiqə onlarda oturmuş, söhbət zamanı qoyunları avtomaşına yükləyib Zaqatala rayonuna aparıb ora boşaltdıqdan sonra onlarla birlikdə Bakı şəhərinə gedib orada pulunu verəcəyini bildirmişdir. O, Ford markalı yük maşınını idarə edən həmkəndlisi Şahid18 zəng vuraraq ona məxsus qoyunları Zaqatala rayonuna aparmaq lazım olduğunu bildirmiş, Natiq qoyunları Zaqatala rayonuna 200 manat qarşılığında aparmağa razılaşmış, təxminən 20-30 dəqiqə sonra Natiq qoyunları aparmaq üçün gəlmiş, həmin gün 40 baş qoyun və 23 ədəd quzunu Natiqin idarə etdiyi Ford markalı yük avtomobilinə yükləyib Zaqatala rayonuna yola salmışdır. Daha sonra özü, Rəsul və əmisi oğlu Teymur Rəsulun özü ilə gətirdiyi tanımadığı taksi ilə birlikdə qoyunların arxası ilə Zaqatala rayonuna getmişlər. Təxminən saat 14 radələrində Zaqatala rayonu, Lahıc kəndində çatıb qoyunları Lahıc kəndində Rəsulun evinin həyətinə boşaltmışlar. Rəsul əmisi oğlu Qabil adlı şəxsə zəng vurub çağırmış, Qabil gəldikdən sonra Rəsul Qabilə bildirmişdir ki, «qoyunları almışam, mən gələnə kimi qoyunlara bax, otunu suyunu verərsən, mən gedirəm Bakı şəhərinə, orada pulum var, alıb qoyunların pulunu verib qayıdacam». Həmin gün Rəsulla birlikdə Bakı şəhərinə getmişlər. Bakı şahərinə təxminən saat 19 radələrində çatdıqdan sonra taksi sürücüsü onları avtovoğzalda düşürdükdən sonra çıxıb getmişdir. Rəsul mobil telefonla guya kiminləsə danışıb bildirmişdir ki, qoyunları başqa şəxs alır, qoyunları alan şəxs saat 22 radələrində onlarla görüşüb pulu verəcəkdir. Sonra Rəsulla birlikdə Bakı şəhərində Nərimanov rayonunda ünvanını dəqiq bilmədiyi Şəki kafesinə şam yeməyinə getmişlər. Saat 22 radələrində Rəsul kənara çəkilib kiminləsə əlaqə saxlamış, sonra onlara demişdir ki, həmin şəxsin hazırda vaxtı yoxdur, özü əlaqə saxlayacaq. Daha sonra isə səhəri gün görüşəcəyini bildirmişdir. Onlar gecəni Bakı şəhərində oteldə qalmış, səhəri gün Rəsul həmin şəxsin hazırda Tərtər rayonunda olduğunu bildirmiş, onlara demişdir ki, getsinlər, Tərtər rayonunda onların pulunu verəcəkdir. Birlikdə Tərtər rayonuna getmək üçün avtovoğzala getmişlər. Avtovağzalda Rəsul ona demişdir ki, anasının ayağı sınıb, o, təcili Zaqatala rayonuna getməlidir. Avtovağzalda o, əmisi oğlu Teymurla birlikdə tanımadığı taksi ilə Tərtər rayonuna getmişlər. Rəsul onlara demişdir ki, «siz Tərtərə çatanda mənə zəng edin, mən həmin adamla sizi görüşdürəcəm». Rəsul isə Zaqatala rayonuna gedəcəyini bildirmişdir. O, Teymurla birlikdə Tərtər rayonuna çatan kimi Rəsula zəng etmiş, Rəsul bildirmişdir ki, «həmin adamın təcili işi çıxdığına görə Bakı şəhərinə qayıdası olmuş, narahat olmayın sizin pulunuzu mən verəcəm». Lakin müxtəlif bəhanələr gətirərək onun pulunu verməmişdir. Rəsulun onu aldadıb 40 baş qoyun və 23 baş quzu olmaqla cəmi 63 baş xırdabuynuzlu heyvanlarını ələ keçirdiyini bilmişdir. 22 baş qoyunlar yanı balalı olmuş, onlardan birinin əkiz balası olmuş, qalan 18 baş qoyunlar isə boğaz qoyunlar olmuşdur. Rəsulla aralarında qoyunları boğaz və yanı balalı hər birini 310 (üç yüz on) manata almağa razılaşmışlar. Bundan sonra dəfələrlə Rəsula zəng etsələr də onun zənglərinə cavab verməmişdir. Ona görə də Rəsul onu aldadıb xırdabuynuzlu heyvanlarını ələ keçirdiyinə görə Zaqatala rayon polis şöbəsinə gəlib ərizə ilə müraciət etmişdir. Rəsulla aralarında olan razılaşmaya görə qoyunların birini 310 (üç yüz on) manata danışmış, 40 baş qoyunlar hər biri 310 manatdan ümumilikdə 12400 (on iki min dörd yüz) manat pul etmiş, Rəsul ona ümumilikdə 12400 (on iki min dörd yüz) manat maddi ziyan vurmuşdur. Heyvanların qiyməti 12400 (on iki min dörd yüz) manat etmiş, 200 (iki yüz ) manat isə həmin heyvanları Tərtərdən Zaqatalaya gətirməyə görə Ford markalı yük maşını idarə endən həmkəndlisi Şahid18 verdiyinə görə cəmi ona 12600 (on iki min altı yüz) manat maddi ziyan dəymişdir. Məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tamamilə ödənildiyini, ondan heç bir şikayət və tələbinin olmadığını, onunla barışdığını bildirmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid4 və Şahid18 ibtidai istintaq zamanı verdikləri ifadələrini təsdiq etdiklərini bildirdilər və Zərərçəkmiş şəxs6 ilə eyni məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etdilər. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və ifаdəsində göstərdi ki, Qax rayon Almalı kənd sakini, iş adamı, taxıl alveri ilə məşğul olan Nəzir adlı şəxsin Kamaz markalı **-BB-*** dövlət qeydiyyat nişanlı bortlu yük avtomobilini idarə edir. Həmin yük avtomobili ilə Nəzirə məxsus un, kərək, buğda, arpa daşıyır. Dəqiq tarixi yadında olmayan vaxt yay aylarında Nəzir ona zəng edib Zaqatala rayon sakini Fazil adlı şəxsin ona zəng vuracağını, taxıl olduğunu, onu gətirməyini demişdir. Fazil özü də taxıl alveri etdiyini, eyni zamanda Nəzirlə taxıl alveri etdiyindən Fazili tanıdığı üçün ona zəng etmiş, Fazil ona uşaqlar taxılı kisələrə yığdıqlarını, hazır olanda ona deyəcəyini, təxminən 2-3 saatdan sonra Fazil ona zəng edb Əliabadda bazarın yanında gəlib dayanmasını demişdir. İdarə etdiyi Kamaz markalı avtomobillə Əliabad qəsəbəsinə getmiş, Fazil orada yanında Rəsulla birlikdə dayandığını görmüş, Fazil ona selofan torbada təxminən 1-2 kiloqram çəkidə nümunə üçün gətirdiyi buğdanı verib həmin buğdanı üzləşdirib, hamısı belədirsə maşına yığmasını demişdir. Lakin Fazil özü onunla getməmiş, Rəsul özü onun idarə etdiyi Kamaz markalı avtomobilə minib onunla birlikdə Əliabad qəsəbəsinin girişində olan Tellinin həyətinə getmişlər. Həyətə girəndə buğdanın tanımadığı dörd nəfər fəhlə tərəfindən kisələrə yığılıb hazır qoyulduğunu görmüş, buğdanı əlində olan nümunəsi ilə üzləşdirmiş, sonra buğda idarə etdiyi Kamaz markalı maşına yığılmışdır. O və Telli özü də buğdanın çəkilərini yazmış, təmiz çəki 15 (on beş) ton buğda olmuşdur. Fazil ona zəng edib buğdanı yığıb çıxanda ona zəng etməsini demişdir ki, sonra Rəsulun pulunu versin. Buğdanı Kamaza yığıb qurtaranda Fazilə zəng edib yığıldığını, təmiz çəkisi 15 ton olduğunu demiş, neçə manata razılaşdıqlarını bilməmişdir. Həmin vaxt Rəsul ona demişdir ki, sən get, biz də gəlirik. Fazilə zəng edib buğdanın hara gedəcəyini soruşmuş, Fazil ona, Nəzirə deməsini bildirmişdir. Nəzirə zəng etmiş, sonuncu ona Qax rayonu Qaxbaş kəndində Cumberin mağazasının yanına aparmasını, orada 3 ton mağazaya boşaltmasını, sonra qalanını hara boşaltmaq lazım olduuğunu deyəcəyini bildirmişdir. Taxılı Qaxbaş kəndinə Cumberin mağazasına aparmış, maşını mağazanın həyətinə salmış, təxminən bir saat dayanıb maşının boşaldılması üçün fəhlələrin gəlməsini gözləmiş, həmin vaxt tanımadığı nömrədən ona zəng gəlmiş, harada olduğu soruşulmuş, o da yerini demişdir. Həmin şəxs ona danışanın Telli olduğunu bildirmiş «maşını boşaltma indi gəlirik» demişdir. Təxminən 10-15 dəqiqədən sonra Telli, adını bilmədiyi yeznəsi və xəstə əri gəlmiş, ona maşının arxasını bağlayıb maşını geri kəndə sürməsini, Rəsul onların pulunu vermədiyini, onları aldatdığını demişlər. Nəzirə zəng etməsini bildirib Nəzirə zəng etmiş, Nəzir ona demişdir ki, «Telli mənə də zəng edib deyib taxıl mübahisəlidir, mən Fazilə demişəm, o taxılı almıram, sən də Fazilə zəng elə gəlib taxılı geri qaytarsın». O, Fazilə zəng etmiş, Fazil Rəsula pulunu verib taxıl aldığını və həmin yerə gəldiyini demişdir. Sonra Fazil də gəlmiş, Fazildən nə baş verməsini öyrənmiş, orada bilmişdir ki, Fazil buğdanın pulunu Rəsula vermiş, Rəsul isə Tellini aldadıb buğdanın pulunu verməmişdir. Telli Rəsul tərəfindən aldadıldığını bilib onun arxasınca gəlmişdir. Telli ona «maşını boşaltma geri qaytar mənim taxılımı öz həyətimə boşaldacam» demiş, Fazil isə Telliyə Rəsula pulunu verib taxılı aldığını bildirmiş, zəng edib Nəzirə demiş, həmin vaxt Nəzir Telliyə zəng edib «sənə hörmət mənasında belə edə bilərəm ki, Kamazı qıfılla, apar mənim anbarımda saxla, sən Rəsulu tapıb pulunu alandan sonra buğda maşından boşaldılacaqdır». Onlar razılaşmış, maşını qıfıllamışlar, maşını Qax şəhərində Nəzirin anbarına salmışlar, anbarın qıfılını da Telliyə vermişlər. Sonra Nəzir telefonda Tellini başa salıb Zaqatala polis şöbəsinə şikayət etməsini, ona zəng edib polis şöbəsindən gələn olmasa buğdanı heç yerə aparmamasını bildirmişdir. Səhəri günü Fazil ona zəng edib Qax rayonuna gəldiyini, Zaqatala rayon polis şöbəsinə gətirmək lazım olduğunu bildirmişdir. Qax şəhərinə gedib maşını taxıl dolu yüklə birlikdə Zaqatala rayonuna aparmış, Fazil taxılın maddi sübut kimi polis şöbəsinə gəlməli olduğunu bildirmiş, sonra Tac şadlıq sarayının yanında ona göstərilən yerdə maşını saxlamış, maşında olan 15 ton buğdanı həmin yerə boşaltmışlar, sonra o, çıxıb getmişdir. Bundan sonra nə baş verməsini bilməmiş, Nəzir buğda mübahisəli olduğuna görə də almamış, Fazilə zəng edib buğdanı almadığını, qaytarmasını bildirmiş, Nəzir buğdanın pulunu Fazilə verməmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid7 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və ifаdəsində göstərdi ki, Zaqatala rayonu Lahic kand sakini Təqsirləndirilən şəxs 2022-ci ilin sentyabr ayının əvvəllarındə tanımış, qohum deyil, ədavəti yoxdur. Belə ki, dəqiq tarixi yadında olmayan vaxtı 2022-ci ilin sentyabr ayının sonlarında Rəsul ona zəng edib Qəbələdən fındıq gəldiyini, onu Zaqatala şəhərində Azərsunun fındıq zavoduna aparmaq lazım olduğunu bildirmişdir. Həmin ərəfədə özünə məxsus olan Qaz 3321, qazel markalı **-SM-*** dövlət nömrə nişanlı maşınla Lahıc kəndindən Zaqatala şəhərində olan tütün zavoduna tütün daşımışdır. Rəsul onu həmin ərəfədə tanımışdır. Rəsul ona zəng edəndə özünə məxsus olan qazel markalı maşınla Lahıc kəndinə getmiş, orada Qəbələdən olan adını bilmədiyi şəxsin idarə etdiyi Ford markalı yük maşını ilə təxminən bir ton iki yüz kiloqram çəkidə kisələrə yığılımış fındıq gətirildiyini görmüşdür. Lahıc kəndində Qəbələdən olan şəxsin ford markalı yük maşınında olan kisələrə yığılmış fındığı onun idarə etdiyi qazel markalı yük maşınına yığmışlar. Sonra Qəbələdən olan şəxs çıxıb getmişdir. Rəsul həmin vaxt həmin şəxsin pulunu verməmiş, demişdir ki, fındığı aparıram, analizdən yaxşı çıxsa, ona uyğun da satıb pulunu verəcəm. Rəsulla birlikdə həmin fındığı onun maşınında Azərsunun fındıq zavoduna aparmışlar. Orada analiz etmişlər, fındıq zəif olduğuna görə aşağı qiymətə istədiklərinə görə Rəsul fındığı həmin zavoda satmamış demişdir ki, aparaq Zaqatala rayonu Yuxarı Tala kəndində Abakarın sexinə ora satacaq. Həmin fındığı öz maşını ilə Abakarın sexinə aparıb həmin sexə boşaldıb çıxıb getmişdir. Fındığı daşımağa görə zəhmət haqqı 80 manata razılaşsa da, Rəsul fındığı satmadığını, pulu olmadığını bildirib əvəzində ona bir kisə fındıq vermiş, bir kisə fındığı zəhmət haqqı olaraq almış və çıxıb getmiş, fındığı alan tanımadığı şəxslərə satıb zəhmət haqqını götürmüşdür. Bundan təxminən bir ay sonra Rəsul yenidən ona zəng etmiş, Lahıc kəndinə fındıq gələcəyini bildirib səhər saat 09-da gəlməsini demişdir. Səhəri günü 27 oktyabr 2022-ci il tarixdə saat 09-da Lahıc kəndinə getmiş, Rəsula saat 12-yə kimi vaxtı olduğunu, sonra öz işi olacağını bildirmişdir. Rəsul onun yanına gəlib fındıq gətirən maşının resoru qırılıb, məcburi köçkünlərin binasının qabağında qaldığını demişdir. Rəsulla birlikdə idarə etdiyi qazel markalı maşınla Zaqatala rayonu Yuxarı Tala kəndinin ərazisində olan şimşək adlanan yerə gəlmiş, Rəsul fəhlə olmadığına görə, əlavə fəhlə pulu da verəcəyini, fındığı maşına yığmağa kömək eləməsini bildirmiş, o da, razılaşmışdır. Oradan "Mercedes sprinter" markalı nömrəsini xatırlamadığı maşında olan taxminan 2 ton 500 kq kisələrə yığılmış fındığı idarə etdiyi yük maşınına yükləmişlər. Orada həmin fındığın sahibi Anarla Rəsul arasında olan söhbətdən belə başa düşmüşdür ki, Rəsul findığı Anardan ucuz qiymətə alıb Bəhmətli kəndində özünün tanıdığı səxsə baha qiymətə satmalı, oradan əldə etdiyi pulla həm öz gəlirini götürməli, həm də Anarın pulunu verməli idi. Onun idarə etdiyi maşınla Bəhmətli kəndinə tərəf getmişlər. Bəhmətli kəndinin girəcəyində Rəsul Anara maşından düşüb kəndin girəcəyində onların geri qayıtmağını gözləməsini demiş, bildirmişdir ki, fındığı ondan alan adam malın Rəsula maxsus olmadığını bilsə malı baha deyil, ucuz qiymətə alacaqdır. Anar maşından düşmüşdür. Bəhmətli kəndinin içərilərinə doğru hərəkət etsələr də, Rəsul ona məlum olmayan səbəbdən fikrini dəyişib, maşını Lahıca sürməsini, oradan da Zəyəm kəndinin girəcəyində olan fındıq zavoduna getmələrini demişdir. Bəhmətli kəndində ara yolla Lahıc kəndinə, oradan magistral yolla çıxıb Qax rayonunun Zəyəm kəndinə olan fındıq qəbulu mantəqəsinə getmişlər. Orada fındıqlar üç hissəyə bölünərək çəkilmiş, analiz edib findığı qəbul edən adını bilmədiyi şəxslər findığın yalnız bir hissəsinin onların alış tələblərinə uyğun olduğunu bildirib təxminən 1 ton çəkidə olan hissəsini 2 manat 40 qəpikdən hesablayaraq nağd qaydada almışlar. Rəsula neçə manat pul verdiklərini bilməmiş, qarışmamış, yerdə qalan fındıqlar məntəqədə çəkilsə də almamışlar va geri qaytarmışlar. Yerdə qalan fındıqlar təkrar maşına yüklənmiş və onlar çıxıb getmişlər. Rəsul maşını özünün yaşadığ Lahic kəndinə sürdürmüş, qalan fındığı Rəsulun yaşadığı evin həyətinə boşaltmışdır. Bundan sonra sürücü va fəhlə kimi daşıma xərci olaraq 100 manat pul istəsə də Rəsul yenə ona pul verməmiş, əvəzində 1 kisə fındıq vermişdir. Bundan sonra çıxıb tütün daşımağa getmiş, Rəsulun zəhmət haqqı olaraq verdiyi bir kisə fındığı da tanımadığı fındıq alan şəxslərə satıb zəhmət haqqını götürmüşdür. Rəsulun yerdə qalan fındığı hara və neçə manata satmasından məlumatı olmamışdır. Bundan başqa Rəsula fındıq və yaxud başqa yük daşımamışdır. Təqsirləndirilən şəxs Qəbələ rayon sakini Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs5 aldadıb pullarını və yaxud fındığını ələ keçirməsi barədə heç bir məlumatı və iştirakı olmamış, Rəsul bu barədə ona heç nə deməmişdir. Rəsul ona fındıq alıb satdığını demişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid8 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və ifаdəsində göstərdi ki, Təqsirləndirilən şəxs və Qəbələ rayon sakini Zərərçəkmiş şəxs2 tanımır, qohum deyil, ədavəti yoxdur. Zaqatala rayonu Yuxarı Tala kəndində X6 məxsus fındıq sexini işlədir. 27 sentyabr 2022-ci il tarixdə Rəsul adlı şəxs Zaqatala rayonu Yuxarı Tala kəndində işlədiyi fındıq qəbulu sexinə gələrək özünə məxsus satlıq fındıq olduğunu bildirmişdir. Rəsulun gətirdiyi fındığı analiz etmiş, 500 qram fındıqdan 171 qram ləpə vermiş, 16,4 faiz nəmliyi olmuş, elə də yaxşı fındıq olmadığına və onların alışına görə zəif fındıq olduğuna görə bir kiloqramını 1 (bir) manat 80 (səksən) qəpiyə almağa razılaşmışlar. Rəsul fındığı tanımadığı qazel markalı yük maşınında tək gətirmişdir. Tərəzidə çəkilmiş, 1354 kq 200 qram fındıq olmuş, həmin fındıqdan 4 kq 200 qram kisə tarasına çıxılmış, 170 kq Rəsul özü geri götürəndən sonra, yerdə qalan 1180 kq fındığın bir kiloqramının qiyməti 1 manat 80 qəpikdən hesablamışlar, 2124 manat pul etmişdir. Rəsuldan 1180 kq fındıq almış və ona 2124 (iki min yüz iyirmi dörd) manat pul vermis, Rəsul çıxıb getmişdir. Bundan əvvəl və bundan sonra Rəsuldan fındıq almamış, Rəsuldan aldığı fındığı özünə aid olan kitabçada qeyd etmiş, həmin qeydin kserosurətini təqdim etmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 məxsus 1357 kiloqram fındığı aldadıb ələ keçirməsi barədə heç nə bilməmiş, Rəsul fındığı işlətdiyi sexə satanda özünə məxsus fındıq olduğunu demişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid9 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və ifаdəsində göstərdi ki, Oğuz rayon sakinləri Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4, Zaqatala rayon sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, qohum deyil, ədavəti yoxdur. Zaqatala rayonu Yuxarı Tala kəndində icarə əsasında üçüncü ildir fındıq emalı müəssisəsi işlədir. 23 oktyabr 2022-ci il tarixdə saat təxminən 12:00 radələri, 01:00-a işləmiş sexdə olanda Rəsul sexə gəlmiş fındıq olduğunu, Zaqatala rayonu Lahıc kəndinin məhsulu olduğunu bildirmişdir. Rəsula analiz olunacağını, keyfiyyətinə görə qiymətləndiriləcəyini, onlar üçün xoşagələn olsa və qiymət onun üçün münasib olsa götürəcəyini bildirmişdir. Həmin vaxt Rəsul danışığı özü tək aparmış, onunla birlikdə gələn üç nəfər tanımadığı şəxs isə aralıda dayanmış, qarışmamışlar. Ağ rəngli nömrəsini bilmədiyi ford yük markalı maşınla gətirdikləri fındığı kisələrə yığılmış vəziyyətdə sexə boşaltmışlar. Sonra nümunə götürülmüş, quruluğu və çürük olub-olmaması, çıxarışı barədə analiz etmişlər. Fındığın bir kiloqramını 2 manat 40 qəpiyə almağa razılaşmışlar. Fındığın qiymətini də Rəsul onlarla danışmış, Rəsul həmin fındığı ona öz məhsulu kimi, Lahıc kəndinin məhsulu kimi təqdim edib satmışdır. Onunla birlikdə gələn şəxslər isə qeyd etdiyi kimi qarışmamış, aralıda dayanmışlar. Rəsulun satdığı fındığın bir kiloqramını 2 manat 40 qəpiyə hesablayıb 1017 kiloqram fındığa görə 2441 (iki min dörd yüz qırx bir) manat pul Rəsula vermişdir. Dəqiq məbləğ fakturada da var, ilkin araşdırma zamanı təqdim etmişdir. Rəsula pulu milli valyuta ilə vermiş, həmin vaxt Rəsulla birlikdə gələn üç nəfər şəxs bir az aralıda dayanmışlar. Rəsul pulu alandan sonra sexin həyətindən çıxmış, həmin şəxslər də onunla birlikdə çıxmışlar. Təxminən 2-3 dəqiqə sonra onların aralarında sexin giriş darvazasının çöl tərəf yanında sözlə mübahisə baş vermiş, Rəsulla birlikdə olan şəxslər onlara yaxınlaşıb Rəsul pulu alıb qaçıb getdiyini demişlər. O, həmin şəxslərə «Rəsul qaçıb gedib onun mənə nə aidiyyəti varki. Onu mənə nəyə görə deyirsənki» demişdir. Həmin şəxslər Oğuz rayonundan gəldiklərini, onların fındığı olduğunu, demiş, o həmin şəxslərə onun fındığı idisə niyə kənarda dayandığını, niyə gəlib yaxınlaşmadığını, niyə qiyməti ilə maraqlanmadığını, onların kənarda dayandığını və onları tanımadığını, fındığı Rəsuldan aldığını, Rəsul fındığı satanda Lahıc fındığı olduğunu dediyini, pulunu da nəğd şəkildə Rəsula verdiyini bildirmişdir. Sonra həmin şəxslərdən Kənan adlı şəxs fındığın hamısının onun olmadığını, 7-8 kisəsi yanında olan şəxsin olduğunu, anası xəstə olduğunu bildirib ona köməklik etməsini xahiş etmişdir. O, həmin şəxslərə «Rəsula zəng edin mənə verin mən də onunla danışım» demişdir. Həmin şəxs Rəsula zəng etmiş, o, Rəsula telefonda niyə belə etdiyini, camaatı aldatdığını bildirmiş, «sən mənə dedin ki, Lahıc fındığıdır, gəl camaatın pulunu ver» demiş, Rəsul telefonda «onlar sənə fındıq satmayıblar, sənə fındığı mən satmışam, gəlib onların pulunu verəcəm» demişdir. Sonra Rəsul onları Əliabada çağırmışdır. Həmin vaxt tanışı Fəriddən xahiş etmişdir ki, qonaq olduqlarına görə onlarla birlikdə getsin görsün Rəsul onların pulunu verirmi. Fərid həmin şəxslərlə birlikdə getmiş, Kənan isə sexdə qalmış, sonra onlar geri qayıdıb Rəsulun görüşməyə gəlmədiyini, onları aldatdığını bildirmişlər. Sonra yenə Rəsul onları Əliabada çağırmış, həmin şəxslər Əliabada gedib yenə qayıdıb gəlib, Rəsulun yenə onları aldatdığını demişlər. Kənan ona «sən yerli adamsan, onu taparsan mən fındığımı götürüm aparım, anam xəstədir» demiş, o, Kənana ondan fındıq almadığını, onu tanımadığını, fındığı Rəsuldan aldığını, pulunu da Rəsula verdiyini bildirmiş, fındığı alanda, analiz edəndə, qiymətini razılaşanda nə də pulunu verəndə yaxınlaşıb heç nə demədiyinə görə onu tanımadığını, ondan fındıq almadığını, məsələnizi gedib Rəsulla həll etməsini demişdir. Sonra həmin şəxslər çıxıb getmiş, ona zəng edib 102 xidmətinə zəng məlumat verdiklərini bildirmişlər. Əlavə olaraq bildirdi ki, Rəsul ona satdığı kisələrdə olan fındığı orada olan qurutma çənində olan ümumi fındığın içərisinə qatmış, həmin fındıq bir az yaş olduğuna görə onu kisələrdə saxlaya bilməzdi, onu alan kimi dərhal yaş olduğuna görə qurutma çəninə boşaltmış, həmin çəndə ona aid olan fındıq da olmuşdur. Qurutma çəni xüsusi aparatla fırlanaraq fındığı qurudur, ona görə də Rəsuldan aldığı fındıq digər aldığı fındıqlara qarışdığına görə Kənan ona deyən kimi həmin fındığı kənara qoya bilməmişdir. Rəsul fındığı ona satanda həmin şəxsləri aldatdığını əvvəlcədən bilməmiş, Rəsul ona əvvələr fındıq satmamış, onu birinci dəfə görurmüşdür. Rəsul fındığın pulunu ondan alandan sonra sexin qapısındın çıxıb getmiş, kim ilə və nə ilə getdiyini görməmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid20 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və şahid qismində dindirilmiş Şahid9 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid10 oğlu ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və ifаdəsində göstərdi ki, Təqsirləndirilən şəxs fındıq alana kimi tanımamış, qohum deyil, ədavəti yoxdur. Zaqatala rayonu Danaçı kənd sakini Zərərçəkmiş şəxs5 tanımır, qohum deyil, ədavəti yoxdur. 3 ildir fındıq alqısatqısı ilə məşğul olur. Qax rayonu Zəyəm kəndində fındıq qəbulu məntəqəsi vardır. Yerli əhali eləcə də qonşu rayonların əhalisi fındığı satmaq məqsədilə həmin məntəqəyə gəlirlər. 27 oktyabr 2022-ci il tarixdə saat taxminan 10-12 radələrində sonradan adının Rəsul olduğunu öyrəndiyi şəxs tək satmağa fındıq gətirmiş, fındığı qazel markalı maşınla gətirmişdir. Qazel sürücüsü aralıda maşında dayanmış, qarışmamış, Rəsul fındığı nömrəsini xatırlamadığı qazel markalı maşınla gətirmiş, məntəqənin videokemaraları vasitəsilə qeydə alınmış, həmin videogörüntüləri prokurorluqda izahat verəndə təqdim etmişdir. Maşında olan ağ rəngli polietilen kisələrə yığılmış fındıqlar üç hissǝyǝ ayrılmaqla cəmi üç dəfəyə çəkilmiş, ümumilikdə təmiz çəkisi 2530,8 kq olan fındıqdan birinci çəkilmiş, yəni 1002,8 kq olan hissəsi 2 manat 40 qəpikdən alınmış və satıcı Rəsula 2406 manat nağd pul verilmiş, fındığın qalan hissəsi isə içərisində çürük və keyfiyyəti onların alışımına uyğun olmadığına görə Rəsula qaytarılmışdır. Bundan sonra Rəsul fındığın qalan hissəsini özü ilə gətirdiyi qazel markalı maşına yığıb çıxıb getmişdir. Bu rəqəmləri fındıq alarkən bu barədə özünün tərtib etdiyi kitabda qeyd etmiş, həmin qeyd kitabının kserosurətini də prokurorluqda izahat verəndə təqdim etmişdir. Bundan sonra Rəsuldan fındıq almamış, prokurorluqda izahat verəndə sonradan bilmişdir ki, Rəsul ona satdığı fındığı Anar adlı şəxsdən aldadıb gətirib satmışdır. Rəsul fındığı ona satanda öz fındığı olduğunu demiş, Rəsuldan fındığı aldığı ərəfədə fındığın bir kiloqramını 2 manatla 2 manat 60 qəpik arasında analizin nəticəsinə görə almışlar. Bir kiloqramının qiyməti 2 manat 60 qəpikdən yuxarı qiymətə həmin ərəfədə fındıq olmamışdır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid11 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və ifаdəsində göstərdi ki, fərdi əməklə məşğul olur, qardaşı İntiqamla birlikdə xırdıbuynuzlu heyvanlar alıb satır. xx.xx.2022-ci il tarixdə Rəsul ona zəng vurub qoyun alveri etdiyini bildiyini deyərək onda satılası qoyunlar olduğunu bildirmişdir. O, Rəsula bazar günü olduğunu, sabah, yəni birinci gün gedib qoyunlara baxacağını demiş, Rəsul ona Cavanşirin yeznəsi olduğunu, Lahıc kəndindən olduğunu bildirmişdir. xx.xx.2022-ci il tarixdə saat təxminən 15:00 radələrində Rəsula zəng edib heyvanlara baxmağa gəldiyini bildirmişdir. Rəsul ona, qoyunların evinin həyətində olduğunu, özü evdə olmayacağını, işi çıxıb Bakı şəhərinə getdiyini, heyvanları ona əmisi oğlu Qabilin göstərəcəyini demişdir. Qabilin telefon nömrəsini ona votsapda yazmışdır. Qardaşı İntiqamla birlikdə Lahıc kəndinə Rəsulgilin evlərinə getmiş, gözləmiş, sonra Qabil gəlmiş, Qabillə birlikdə evin həyətində olan damın qarşısında setka ilə əhatələnmiş yerdə olan qoyunlara baxmışlar. Qoyunlardan boğaz olanı, yanı balalı olanı da olmuşdur. Qoyunlara baxandan və Qabil Rəsulla danışandan sonra qoyunların qiymətini Rəsuldan öyrənib əvvəlcə birini 250 manata demiş, lakin onlar razılaşmamış, sonra Qabil yenə Rəsulla telefonda danışmış, Rəsulun Qabilə dediyi qiyməti Qabil onlara demiş, qoyanların birini yanı balalı və boğaz olmaqla bir yerdən 235 manata razılaşmışlar. Qabilin telefonu ilə Rəsula zəng edib danışanda demişdir ki, «halallaşaq qoyunları alıram». Rəsul ona demişdir ki, «birdə zəng etməyin elə yerdəyəm ki, danışa bilmirəm, Qabilə demişəm Qabillə danışın, pulu da Qabilə verin mənə çatdıracaq». Həmin vaxt 34 baş qoyun və 18 baş quzu almış, hamısına birlikdə 7900 (yeddi min doqquz yüz) manat pulu qardaşı İntiqam sayıb Qabilə vermişdir. 34 baş qoyunların birini quzuları da yanında yuvarlaq hesablayıb 232 manata almışlar. Həmin 34 baş qoyunlardan yanı balalı olanı və boğaz olanı da olmuşdur. Aldıqları 34 baş qoyunu və 18 baş quzunu özünə məxsus qazel markalı maşına yığıb aparmış, yerdə bir neçə baş qoyun və quzu qalmış, dəqiq sayını bilməmişdir. Səhəri günü Rəsul yenə ona zəng edib həyətdə qalan üç baş boğaz qoyunu da gedib almasını demişdir. Səhəri günü 20 dekabr 2022-ci il tarixdlə Lahıc kəndinə Rəsulgilin məhləsinə getmiş, Qabil orada olmamış, Rəsul ona demişdir ki, pulu anama verərsən. O, üç baş boğaz qoyunu almış və Rəsulun adını bilmədiyi anasına 550 manat pul vermiş, qoyunların qiymətini Rəsulla danışıb razılaşmış, birinin qiymətini yuvarlaq 183 manata hesablamışlar. Bundan sonra aldığı üç baş boğaz qoyunları özünə məxsus olan qazel markalı maşına yığıb Kürdəmir kəndinə evlərinin həyətinə aparmış, ümumilikdə Rəsuldan 37 (otuz yeddi) baş qoyun və 18 (on səkkiz) baş quzu almış, aldığı xırdabuynuzlu heyvanları evinin həyətinə aparıb saxlamışdır ki, bir az qulluq edib kökəldib baha qiymətə satsın. 25 dekabr 2022-ci il tarixdə saat təxminən 12:00 radələrində polis əməkdaşları Tərtər rayonundan olan Natiq adlı şəxslə birlikdə yaşadığı evə gəlmiş, Rəsuldan qoyunlar alıb almadığını soruşmuşlar. O, Rəsuldan qoyunları aldığını səmimi etiraf etmiş, Natiq həmin qoyunlara və quzulara baxıb tanımış və özünə məxsus heyvanlar olduğunu bildirmişdir. Həmin vaxt Rəsul Natiqi aldadıb heyvanları alıb pulunu vermədiyini bilmişdir. Sonra həmin günü özü Rəsuldan aldığı 37 (otuz yeddi) baş qoyun və 18 (on səkkiz) baş quzuları könüllü surətdə təqdim etmiş, o, pulu Rəsula çatdırılması üçün Qabilə verdiyinə görə Qabildən ona verdiyi pulu Rəsuldan alıb geri qaytarmasını xahiş etmiş, Qabil onun Rəsula verdiyi pulu Rəsuldan alıb tamamilə ona qaytarmışdır. Rəsuldan və Qabildən heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs ona satdığı xırdabuynuzlu heyvanları Tərtər rayon sakini Zərərçəkmiş şəxs6 aldadıb ələ keçirdiyini bilməmiş, Rəsul ona qoyunları və quzuları satanda demişdir ki, almışam, satıram. Ona görə də Rəsula inanmış, bundan başqa Rəsuldan xırdıbuynuzlu heyvanlar almamışdır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid12 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və şahid qismində dindirilmiş qardaşı Şahid11 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid14 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və ifаdəsində göstərdi ki, Zaqatala rayonu Lahıc kəndində özünə məxsus çayxana işlədib ailəsini dolandırır. Rəsul arabir gəlib ona məxsus olan çayxanada çay içib söhbət edib alver etdiyi, işlərinin arxasınca getdiyini bildirib çıxıb gedir. 2022-ci ilin sentyabr ayının sonlarında dəqiq tarixi yadında olmayan vaxtı Qəbələ rayon sakini sonradan adını Paşa kimi tanıdığı şəxs Rəsulla birlikdə ona məxsus çayxanaya gəlmiş, onlara çay vermiş, çöldə Paşanın maşınında olan fındığı tərəzidə çəkib Rəsulun gətirdiyi tanımadığı qazelə yığmışlar. Rəsul fındığı özü ilə gətirdiyi qazelə yığıb çıxıb getmiş, Paşa isə getməmiş, çayxanada təxminən 10 dəqiqə oturub çay içmiş və çıxıb getmişdir. Rəsulun hara getdiyini, sonra Paşanın hara getdiyini bilməmiş, fındığın çəkisini və neçə manata alıb satmaları barədə ona heç nə deməmişlər. Bundan sonra Paşanı görməmiş, arabir Rəsul çayxanaya gəlib çay içib çıxıb getmişdir. 19 dekabr 2022-ci il tarixdə saat təxminən 15:00 radələrində evdə olmuş, Rəsul ona zəng edib evlərinə çağırmış, Tərtərdən nisyə qoyunlar alıb gətirdiyini, evlərinin həyətində olduğunu, Bakı şəhərinə getdiyini, o gələnə kimi qoyunlara baxıb, otunu, suyunu verməsini demişdir. Rəsulgildə heç kim olmadığdan, o yaşlı qoca anası ilə qaldığına görə razılaşmış və Rəsulgilə getmiş, ora çatanda qoyunları Ford markalı yük maşınından düşürdüklərini, 40 baş ana qoyun, 23 baş quzular olduğunu görmüşdür. Rəsul qoyunları aldığı iki nəfər tanımadığı şəxslə birlikdə çıxıb Bakı şəhərinə getmişlər. Ford markalı yük maşını isə qoyunları boşaldıb çıxıb getmişdir. Rəsul qoyunları aldığı şəxslərin kim olduqlarını bilməmiş, o çatana kimi onlar çıxıb getmişlər. Qoyunlara ot, su verib evə getmiş, təxminən iki saatdan sonra Rəsul ona zəng edib qoyunları satdığını, Kürdəmirdən olan İntiqamgil gəlib alacaqlarını, öz aralarında danışdıqlarını, qoyunları bir yerdən 235 manata danışdığını demişdir. O, yenidən Rəsulgilə gedəndə İntiqam və adını bilmədiyi qardaşı qazel markalı maşınla gəlmiş, İntiqam 34 baş ana qoyun və 19 baş quzular alıb ona 7900 (yeddi min doqquz yüz) manat pul vermiş, yerdə qalan qoyunların otunu suyunu verib evə getmişdir. O, həmin 7900 manat pulu Rəsula göndərmiş, səhəri günü İntiqam özü Rəsulla telefonda danışıb üç baş qoyunu öz aralarında qiymətini də razılaşıb gəlib evlərinin həyətindən anasından alıb aparmışdır. Özləri Rəsulla danışdıqlarına görə neçə manat pul verdiklərini bilməmişdir. Axşam tərəfi Rəsul ona zəng edib yerdə qalan qoyunları həyətinə aparıb satıb pulunu ona göndərməsini demişdir. Yerdə qalan 3 baş qoyunu və 4 baş quzuları yaşadığı evin həyətində olan tövləyə salmış, xx.xx.2022-ci il tarixdə həmkəndlisi qoyun alveri edən Elmara onda satılası qoyunlar olduğunu demiş, iki baş ana və iki baş bala quzuları ümumilikdə Elmara 420 (dörd yüz iyirmi) manata satmış, yerdə qalan üç baş xırdabuynuzlu heyvanları kəndə qoyun almağa gələn tanımadığı şəxsə 250 (iki yüz əlli) manata satıb həmin pulu da birlikdə iki gündən sonra kənddə Rəsulun özünə vermişdir. 25 dekabr 2022-ci il tarixdə Rəsul tutulandan sonra bilmişdir ki, Rəsul həmin heyvanları Tərtər rayon sakini adını bilmədiyi şəxsdən nisyə alıb sonradan pulunu verməmişdir. Sonra polis əməkdaşları Tərtər rayon sakini Natiq adlı şəxslə birlikdə İntiqamgilin həyətində olan heyvanlara baxış keçirəndə Natiq öz qoyunlarını tanımış, və İntiqam həmin heyvanları sahibinə qaytarmışdır. İntiqam ona verdiyi 7900 manat pulu Rəsuldan alıb qaytarmasını xahiş etmiş, o, Rəsula göndərdiyi 7900 (yeddi min doqquz yüz) manat pulu qaytarıb İntiqama vermişdir. Təqsirləndirilən şəxs Əliabad qəsəbə sakini Zərərçəkmiş şəxs1 məxsus taxıl məhsulunu, Qəbələ rayon sakini Zərərçəkmiş şəxs2 məxsus fındıq məhsulunu, Oğuz rayon sakini Zərərçəkmiş şəxs3 məxsus fındıq məhsulunu, Zərərçəkmiş şəxs4 məxsus fındıq məhsulunu, Zaqatala rayon Danaçı kənd sakini Zərərçəkmiş şəxs5 məxsus fındıq məhsulunu, Tərtər rayon sakini Zərərçəkmiş şəxs6 məxsus xırdabuynuzlu heyvanları ələ keçirməsini bilməmiş, Rəsul bu barədə ona heç nə deməmiş, onunla aralarında heç bir danışıq və razılıq olmamışdır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid15 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və ifаdəsində göstərdi ki, 2022-ci ilin sentyabr ayının sonlarında dəqiq tarixi yadında olmayan vaxtı Qəbələ rayon sakini Paşa adlı şəxs ona zəng vurub yaşadığı Lahıc kəndində görüşmüş, Paşa Rəsula fındıq satdığını, lakin Rəsul fındığı aparıb pulunu vermədiyini ona demiş, o, Rəsula zəng vurub çağırmış və Paşadan fındıq alıb almadığını soruşmuş, Rəsul, Paşadan fındıq aldığını bildirmişdir. Rəsula irad tutub nəyə görə Paşanın pulunu vermədiyini demiş, Rəsul, fındığı zavoda verdiyini, lakin zavoddan pulunu ala bilmədiyini, fındığın pulunu sabah alacağını, Paşanın da pulunu sabah pulu alan kimi çatdıracağını bildirmişdir. Sonra Paşa çıxıb getmiş, bundan sonra nə baş verdiyini bilməmiş və bu barədə maraqlanmamışdır. 25 dekabr 2022-ci il tarixdə Rəsulun tutulduğunu eşitmişdir. O, əvvəllər fındıq alveri ilə məşğul olmuş, 2016-2017-ci illərdə Zaqatala rayonu Yuxarı Tala kəndi ərazisində fındıq qəbulu sexi işlətmişdir. Həmin ərəfələrdə ona ətraf rayonlardan və Zaqatalanın kəndlərinddən fındıq satmağa gələn şəxslər olmuş, həmin şəxslərdən aldığı fındığı kitabçaya qeyd etmiş və telefon nömrələrini də yazmışdır. Rəsul həmin vaxtlar onun yanına gəlib getmiş, ola bilsin ki, Rəsul həmin şəxslərin telefon nömrələrini oradan götürsün və həmin şəxsləri inandırmaq üçün onun adından istifadə etmiş olsun. O, Rəsula fındıq alması üçün heç kimin telefon nömrəsini verməmişdir. Təqsirləndirilən şəxs Oğuz rayon sakini Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 fındıq məhsullarını, Tərtər rayon sakini Zərərçəkmiş şəxs6 məxsus xırdabuynuzlu heyvanları ələ keçirməsi barədə heç bir məlumatı olmamış, Rəsul qohumu olsa da onun nə işlə məşğul olduğunu bilmir və bu barədə maraqlanmamışdır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid21 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və ifаdəsində göstərdi ki, iki övladı var, böyük qızı Gülnar və ikinci oğlu Rəsul. Təqsirləndirilən şəxs kiçik oğludur. Gülnar evlidir, ailəsi ilə birlikdə Zaqatala rayonu Bəhmətli kəndində yaşayır. Lahıc kəndində olan evində Rəsul və o birlikdə yaşayır, başqa heç kim yaşamır. Tərtər rayonu Yuxarı Qaradağlı kənd sakini Zərərçəkmiş şəxs6 tanımır, qohum deyil, ədavəti yoxdur. 2022-ci ilin dekabr ayında dəqiq tarixi yadında olmayan vaxtı axşam evə gələndə yaşadığı evin həyətində qoyunlar olduğunu görmüş, Qabil ona demişdir ki, Rəsul Tərtərdən alıb gətiribdir. Sonra Rəsul ona zəng edib Bakı şəhərində olduğunu demiş, bildirmişdir ki, «sən evdəsənmi, Qabil gəlib həyətdə olan qoyunları yığıb aparacaq». Sonra Qabil gəlmiş, Zaqatala rayonu Kürdəmir kəndindən olan tanımadığı şəxslər də gəlmiş, həyətdə olan qoyunları maşına yığıb aparmışlar. Oğlu Rəsulun Zərərçəkmiş şəxs6 məxsus xırdabuynuzlu heyvanları, Zərərçəkmiş şəxs1 məxsus 15 ton buğda məhsulunu, Zərərçəkmiş şəxs2 məxsus 1367 kq fındığı, Zərərçəkmiş şəxs3 məxsus 708 kq fındığı, Zərərçəkmiş şəxs4 məxsus 310 kq fındığı, Zərərçəkmiş şəxs5 məxsus 2505 kq fındığı aldadıb ələ keçirməsi barədə heç bir məlumatı olmamış, Rəsul özü ona bu barədə heç nə deməmişdir. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, fərdi əməklə məşğul olub, fəhləlik edir. Həmkəndlisi Təqsirləndirilən şəxs 2022-ci ilin avqust ayında dəqiq tarixi yadında olmayan vaxtı ona zəng edib Əliabadda altıaçığın altında 15 ton buğda olduğunu, həmin buğdanı kisələrə yığıb maşına yükləmək lazım olduğunu, özündən başqa fəhlə tapmasını, neçə manata yığdığını soruşmuşdur. O, da taxılın bir tonunu 10 (on) manata yığmağa razılaşmışlar. O, həmkəndliləri Şəhriyar, Namiq və Siruza demiş, birlikdə Zaqatala rayonu Əliiabad qəsəbəsinə getmişlər. Orada Telli adlı qadının həyətində olan 15 ton buğdanı kisələrə yığmış, oradan tərəzidə çəkilmiş, tanmadıqları Kamaz markalı maşına yükləmiş, zəhmət haqqı 150 (yüz əlli) manat pullarını Rəsuldan alıb çıxıb evlərinə getmişlər. Həmin buğdanın hara və kimə getdiyini, bundan sonra nə baş verdiyini bilməmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 aldadıb 15 ton buğdasını ələ keçirməsi barədə heç bir məlumatı olmamış, buğdanı kisələrə və oradan maşına yükləyəndə Rəsulun yanında heç kim olmamış, tək olmuşdur. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş şahidlər Şahid2 və Şahid3 ibtidai istintaq zamanı verdikləri ifadələrində Şahid1 ilə eyni məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Şahid22 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, buğda alveri edir, özünə məxsus anbar və buğda satışı mağazaları var. Buğdanı kəndçilərdən alıb mağazalara satır və özünə məxsus mağazada satdırır. Dəqiq tarixi yadında olmayan vaxtı 2022-ci ilin avqust ayında Rəsul ona nümunə üçün üç kiloqram buğda gətirmiş və satdığını bildirmiş, o, buğdaya baxıb, münasib olduğuna görə almağa qərar vermişdir. Rəsul ona 15 (on beş) ton buğdası olduğunu, buğdanın bir kiloqramını 55 (əlli beş) qəpiyə satdığını bildirmişdir. Rəsulun nümunə üçün göstərdiyi buğdaya baxmış, tozuna və içərisində əlavə toxumlar olmadığına baxıb bəyənmişdir. Rəsul ona buğdanın Əliabad qəsəbəsində olduğunu, özünün buğdası olduğunu demişdir. Elnur adlı Kamaz markalı maşının sürücüsünə Rəsulla birlikdə buğdanı maşına yükləyib ona məxsus anbara gətirməyi bildirmiş, Rəsul və Elnur birlikdə Əliabad qəsəbəsinə getmişlər. 15 ton buğdanı Kamaz markalı maşına yüklədikdən sonra Rəsul ona zəng edib buğdanı maşına yığdıqlarını bildirmiş, o, da Kamazın sürücüsü Elnurdan soruşmuş, Elnur da ona 15 ton buğdanı maşına yığdıqlarını bildirmişdir. Rəsula 2-ci Tala kəndində yaşadığı evin yanında olan mağazasında satıcısı Muraddan 15 ton buğdanın pulunu götürməsini bildirmiş, 15 ton buğdanın bir kilosu 55 qəpikdən 8250 (səkkiz min iki yüz əlli) manat pul etmişdir. Rəsulla aralarında olan razılığa görə maşını o göndərdiyinə görə 50 manat maşın pulu çıxmış, qalan 8200 (səkkiz min iki yüz) manat pulu Rəsul gedib ona məxsus mağazadan onun razılığı ilə Muraddan götürmüşdür. O, həmin vaxt Qax rayonu Almalı kənd sakini Nəzir adlı buğda alveri edən şəxsə zəng edib onda 15 ton buğda olduğunu və həmin buğdanı satdığını demiş, Nəzir buğdanın bir kilosunu 58 qəpiyə götürəcəyini bildirmişdir. Rəsuldan aldığı buğdanı maşına yığandan sonra Elnura demişdir ki, buğdanı Nəzirə satmış, Nəzirin Qax rayonu Qaxbaş kəndində olan anbarına aparıb boşaltsın. Təxminən iki saat sonra Elnur ona zəng edib, taxıl sahiblərinin gəlib taxılı anbara boşaltmağa və ödənişinin edilməsinə icazə vermədiklərini bildirmiş, o, Elnura buğdanı Rəsuldan aldığını bildirmiş, lakin Elnur ona zəng edib taxılın sahibi Elnur deyil, Telli adında başqa bir qadın olduğunu bildirmişdir. Həmin vaxt Rəsulun ona buğdanı Tellidən alıb satdığını bilmiş və məsələyə aydınlıq gətirmək üçün Qax rayonu Qaxbaş kəndinə Nəzirin anbarına getmişdir. Ora gedəndə Telli, əri Oruc, kürəkəni Natiq orada olmuş, Telli orada ona demişdir ki, Rəsul ona buğdanın pulunu verməyib, onun buğdasını qaytarsın. Telli ona demişdir ki, Rəsul ona buğdanın bir kilosunu 60 qəpiyə alacağına söz vermiş, sonra alıb aparmış, lakin pulunu verməmişdir. Telliyə buğdanın bir kilosunu 55 (əlli beş) qəpiyə aldığını bildirmiş və demişdir ki, «sən özün də bilirsən ki, buğdanın bu günə satış qiyməti 55 qəpikdir, kimə vermisən get ondan da buğdanı al, mən Rəsula buğdanın pulunu verib almışam». Nəzir buğdanın mübahisəli olduğunu görüb həmin buğdanı ondan almamış o, həmin buğdanı gətirib anbarına boşaltmışdır. Telliyə polis şöbəsinə şikayət etməsini, onunla birlikdə polis şöbəsinə getdiyini demiş, Telli ilə birikdə Zaqatala rayon polis şöbəsinə gəlmişdir. Telli ərizə ilə polis şöbəsinə müraciət etmişdir. Təxminən bir aydan sonra dəqiq tarixi yadında olmayan vaxtı 2022-ci ilin sentyabr ayında Telli yenə onun yanına gəlib buğdanı istəmiş, yenə ona buğdanın pulunu verib aldığını bildirmiş, buğdanı kimə satmışdırsa ondan da pulunu almasını bildirmişdir. Sonra polis əməkdaşlarının iştirakı ilə 15 (on beş) ton buğdanı könüllü surətdə Telliyə qaytarmışdır. Lakin Təqsirləndirilən şəxs tərəfindən onun 8200 (səkkiz min iki yüz) manat pulu özünə qaytarılmamışdır. Bir neçə dəfə Rəsula pulunu qaytarmasını desə də pulunu qaytaracağına söz vermiş, lakin qaytarmamışdır. Təqsirləndirilən şəxs ona satdığı buğdanı aldadıb əldə etdiyini bilməmişdir. Rəsuldan aldığı buğdanı nəyə görə həmin günü Nəzir adlı şəxsə satması ilə əlaqədar bildirmişdir ki, buğda alveri etdiyinə görə müştəri olan kimi satır, müştəri olmayanda anbara boşaldır. 15 ton buğdanın bir kilosunu 55 qəpiyə alıb 58 qəpiyə satdığında xeyiri olduğuna görə buğdanı həmin günü Nəzirə satmış, lakin Nəzir buğdanın mübahisəli olduğunu görüb həmin buğdanı ondan almamış, həmin buğdanı geri qaytarıb anbarına boşaltmışdır. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Şahid13 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 20 dekabr 2022-ci il tarixdə həmkəndlisi Şahid14 iki baş ana qoyun, iki baş da balası olmaqla cəmi dörd baş xırdabuynuzlu heyvanları birlikdə 420 (dörd yüz iyirmi) manata almış, Qabil ona demişdir ki, satılası qoyunlar var, lakin kimə məxsus olduğunu bilməmişdir. Həmin xırdabuynuzlu heyvanları alandan sonra evlərinin həyətinə aparmış və qulluq edib saxlamışdır. 25 dekabr 2022-ci il tarixdə saat taxminan 10:00 radələrində həmin heyvanlan dördünü də Zaqatala rayon Əliabad bazarında tanıdığı Bərdə rayonundan olan Baxtiyar adlı şəxsə 500 (beş yüz) manata satmış, saat təxminan 13:30 radələrində Bəxtiyar ona zəng edib qoyunları haradan aldığını, aldığı adamı tanıyıb tanımadığını soruşmuş, o qoyunları kənddən aldığını, aldığı adamı tanıdığını bildirmiş, Baxtiyar ona, qoyunların sahibi orada olduğunu bildirib çağırmışdır. Həmin vaxt evdə olmuş, Əliabad bazanına gedəndə dörd nəfər şəxslər olduğunu görmüş, Bəxtiyarın 500 manat pulunu vermiş Bəxtiyar çıxıb getmişdir. Həmin şəxslər Tərtər rayonundan olduqlarını bildirmişlər və həmin qoyunların onların olduğunu demişlər. Həmin qoyunları iki həftə bundan əvvəl Rəsula verdiklərini, Rəsul onların pulunu vermədiyini, həmin şəxslər daha sonra Rəsula 40 baş qoyunlar verdiklərini, neçə gündür Rəsulun arxasınca düşdüklərini, lakin Rəsulun aldadıb onların pulunu vermədiyini bildirmişlər. Sonra həmin dord nəfər şəxslər dörd baş qoyunları öz maşınlarına yığıb Zaqatala rayon polis şöbəsinə gəlmiş, o da həmin şəxslərlə birlikdə polis şöbəsinə gəlmişdir. Həmin şəxslər xx.xx.2022-ci il tarixdə Zaqatala rayon polis şöbəsinə ərizə verdiklərini bildirmişlər. Həmin dörd baş qoyunları Tərtər rayonundan olan şəxslərə təhvil vermiş, eyni zamanda Qabilə zəng edib demiş, Qabil ona demişdir ki, «Rəsul mənə deyib ki, almışam satıram». O, baş verənləri Qabilə deyəndə Qabil bu barədə heç bir məlumatı olmadığını, Rəsul ona bu barədə heç nə demədiyini bildirmişdir. O, Qabilə verdiyi 420 manat pulu qaytarmasını və qoyunları Tərtər rayonundan olan şəxslərə polis əməkdaşlarının iştirakı ilə təhvil verdiyini bildirmiş, Qabil həmin 420 manat pulu Rəsuldan alıb ona qaytarmışdır. Şahid13 ifadəsində heç kimdən şikayəti və tələbi olmadığını bildirmişdir. X7 ilə aralarında qoyunların satışı və alışı barədə hər hansı bir razılıq olmamış, Rəsulu görməmiş, onunla heç bir əlaqəsi və danışığı olmamışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs6 məxsus xırdabuynuzlu heyvanları aldadıb ələ keçirdiyini bilməmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Şahid6 məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram göndərərək, işə onun iştirakı olmadan baxılmasını xahiş edərək, istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Bu halda məhkəmə istintaqında Şahid6 ibtidai araşdırma zamanı verdiyi ifadəsi elan edilmişdir. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 əvvəlki illərdə ona buğda satmışdır. Təqsirləndirilən şəxs tanımır, qohum deyil, ədavəti yoxdur. Şahid5 ona məxsus Kamaz markalı **-BB-*** dövlət qeydiyyat nişanlı bortlu yük avtomobilini idarə edir. Həmin yük avtomobili ilə ona məxsus un, kərək, buğda, arpa daşıyır. Dəqiq tarixi yadında olmayan vaxtı 2022-ci ilin sentyabr ayının əvvəllərində tanışı Zaqatala rayon sakini Fazil adlı şəxs ona zəng vuraraq taxıl olduğunu, satdığını bildirmiş və demişdir ki, maşın göndər bəyənsən alarsan, bəyənməsən maşının pulunu verərəm. Fazil taxılın bir kilorqamını 56 qəpiyə demişdir. Elnura zəng edib demişdir ki, «Fazil zəng edəcək, taxıl var, gedib baxarsan əgər normal taxıl olsa baxandan sonra mənə deyərsən, mən deyəndən sonra maşina yükləyərsən». Həmin günü Elnur Fazillə danışıb görüşmüş, taxıla baxandan sonra Elnur zəng edib taxılın normal taxıl olduğunu bildirmiş, Elnura əgər normaldırsa maşına yüklənilməsini, çəkisinə dəqiq fikir verməsini demişdir. Elnur bir ildir onun yanında işlədiyinə görə ona inanır. Taxılı maşına yüklədikdən sonra Elnur zəng edib taxılı hara aparmağını demiş, 15 ton taxıl olduğunu bildirmişdir. Fazillə aralarında olan şifahi razılığa görə buğdanı anbara boşaldandan sonra Fazilin pulunu verməli imiş. Elnura demişdir ki, Qax rayonu Qaxbaş kəndinə Cumberin mağazasına aparsın, əgər Cumber bəyənsə hamısını ora boşaltsın, bəyənməsə Qax şəhərində onun taxıl anbarı var, ora boşaltsın. Bundan sonra Telli ona zəng edib taxılın hara getdiyini soruşanda Telliyə Qax rayonuna getdiyini bildirmiş, Telli həmin taxılın onun taxılı olduğunu, kamaz sürücüsünə taxılı boşaltmamağı tapşırmasını demiş, o, Telliiyə taxılı Fazildən aldığını, Telli ona Rəsul adında bir nəfər aldadıb buğdanı alıb pulunu vermədiyini, o Rəsulu tanımadığını deyib Fazilə zəng edib nə məsələ olduğunu soruşmuşdur. Fazil ona Tellini tanımadığını, taxılı Rəsuldan alıb pulunu verdiyini demişdir. O, Fazildən təcili Qax rayonuna getməsini tələb etmiş, mübahisəli taxıl istəmədiyini, həmin taxılı almadığını, maşını onun anbarına boşaltmamasını bildirmişdir ki, «get mübahisənizi həll elə, taxılı qaytar». Sonra Elnura zəng edib demişdir ki, maşının qapısını qıfıllasın, taxıl mübahisəlidir, «Telli zəng edib onu aldatdıqlarını deyib. Taxılı heç yerə boşalma, mən taxılı almıram». Daha sonra Elnura Telli və Fazilin də gəldiyini demiş, Telli özü də Elnura zəng edib taxılı boşalmamağı demişdir. Telli onunla telefonda Zaqatala polis şöbəsinə ərizə verməsini, araşdırılmasını bildirmişdir. Telli Zaqatala rayon polis şöbəsinə gedib ərizə ilə müraciət etmiş, polisin araşdırmasına kömək etmək məqsədi ilə buğda dolu kamaz maşınını Qax şəhərində olan taxıl anbarında saxlamasını Elnura demiş və orada olan qarovulçuya tapşırmışdır ki, polis gəlməyincə heç kimə taxılı verməsinlər. Səhəri Elnur zəng edib Zaqatala rayon polis şöbəsinin əməkdaşları gəldiyini demiş, Zaqatala rayon polis şöbəsinin əməkdaşları gəlib buğdanı kamaz markalı maşında maddi sübut kimi Zaqatala rayon polis şöbəsinə aparmışlar. Lakin bunu o, görməmiş, bundan sonra nə baş verməsini bilmir. Rəsulu tanımadığını ümumiyyətlə Rəsulu görmədiyini, taxılı Fazildən şifahi razılıq əsasənda telefonla danışıb almaq istədiyini, Telli ona zəng edəndən sonra Rəsul adlı şəxs Tellini aldadıb taxılı alıb Fazilə satıb, Fazildən pulunu alıb Telliyə vermədiyini bilmiş, dərhal buna reaksiya vermiş, buğdanı almaqdan imtina etmiş, Fazilə də zəng edib təcili Qax rayonuna gedib buğdanı geri qaytarmasını, həmin taxılı almadığını bildirmiş, taxılın pulunu Fazilə verməmişdir. Aralarında olan razılığa görə buğdanı anbara boşaldandan sonra nə vaxt Fazil yanına gəlsə pulunu onda verəcəkmiş, lakin taxılın Tellidən aldadılıb alındığını biləndə almaqdan imtina etmişdir. Məhkəmə istintaqı zamanı aralarında keçirilmiş üzləşdirmə zamanı şahid qismində dindirilmiş Şahid14 təqsirləndirilən şəxs Şahid14 üzünə demişdir ki, Rəsulun etdiyi işlərdən onun heç bir xəbəri və iştirakı olmamışdır. Sonuncu dəfə təxminən 19 dekabr 2022-ci il tarixdə Rəsul Tərtər rayonundan olan adını bilmədiyi şəxslə evlərinə gələndən sonra həmin şəxslə birlikdə Bakı şəhərinə gedəndə ona demişdir ki, qoyunları almışam, mən gələnə kimi onlara baxarsan və çıxıb həmin gün Bakı şəhərinə getmişdir. O, heyvanlara ot vermiş, sonra çıxıb evinə getmiş, heyvanlar Rəsulun həyətində olmuş, təxminən üç saatdan sonra ona zəng edib heyvanları Kürdəmir kəndindən olan İntiqam adlı şəxsə satdığını, gəlib aparacaqlarını, pulunu alıb ona göndərməsini demiş, ondan təxminən iki saat sonra axşam tərəfi İntiqam gəlib öz qazel markalı maşınları ilə qoyunları yığıb aparmışlar, ona 7900 (yeddi min döqquz yüz) manat pul vermişlər. Həmin pulu Rəsula göndərmişdir. Təxminən 24 dekabr 2022-ci il tarixə Tərtər rayonundan olan şəxslər şikayət edəndə və qoyunları satdığı şəxsdən qaytarılıb Tərtər rayonundan olan sahibinə qaytarılanda bilmişdir ki, Rəsul həmin şəxsi aldatmışdır. Onun Rəsulun işlərindən heç bir məlumatı və iştirakı olmamışdır. Rəsul bu barədə əvvəlcədən və sonradan ona bir söz deməmiş, ona hər hansı bir məbləğdə pul verməmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs Şahid14 onun üzünə qarşı dediklərini dediklərini dəfələrlə tam təsdiq etmiş və bildirmişdir ki, Qabil düz danışır. Onun etdiyi əməllərin, dələduzluq cinayətlərinin heç birində Qabilin iştirakı və məlumatı olmamış, nə əvvəldən, nə də sonradan Qabilə bu barədə heç nə deməmiş, vətəndaşları aldadıb əldə etdiyi pullardan Qabilə heç nə verməmişdir. İş materiallarına əlavə edilmiş Şahid9 (VÖEN**********) təqldim etdiyi 001355 nömrəli 23 oktyabr 2022-ci il tarixli malların alış aktından görünür ki, Təqsirləndirilən şəxs 23 oktyabr 2022-ci il tarixdə Oğuz rayon Kərimli kənd sakinləri Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 məxsus ümumilikdə 1017 kq fındığı 2 manat 40 qəpikdən Şahid9 satmış və satıcı Rəsula 2441 manat nağd pul vermişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli kartın yaddaşına baxış keçirilməsi barədə protokoldan görünür ki, kart Şahid10 oğlu tərəfindən təqdim edilmiş, kartda əks olunan MP4 formatlı cəmi həcmi 549 MB olan 2 ədəd fayldan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 10:20 radələrində yük yerində 76 ədəd ağ rəngli kisələr olan qazel markalı yük maşını məntəqəyə daxil olur, içərisində iki nəfər şəxs olur, kisələr fəhlələr vasitəsilə bir-bir yük yerindən yerə düşürülür, tərəzidə çəkiilir, təxminən 30 kisə qəbul edilsə də qalanı geri qaytarılır. Baxış zamanı Şahid10 qazel markalı maşında olan şəxslərdən birinin sürücü, digərinin isə fındığını satıcısı Rəsul adlı şəxs olduğunu bildirmişdir. İş materiallarına əlavə edilmiş Şahid10 oğlunun təqdim etdiyi bir vərəqdən ibarət yazı qeydindən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs 27 oktyabr 2022-ci il tarixdə Zaqatala rayon Danaçı kənd sakini Zərərçəkmiş şəxs5 məxsus fındığın 1002,8 kq olan hissəsi 2 manat 40 qəpikdən Şahid10 oğluna satmış və satıcı Rəsula 2406 manat nağd pul verilmişdir. İş materiallarına əlavə edilmiş Şahid8 təqdim etdiyi iki vərəqdən ibarət yazı qeydindən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs 27 sentyabr 2022-ci il tarixdə Qəbələ rayon Vəndam qəsəbə sakini Zərərçəkmiş şəxs2 məxsus 1180 kq fındığı 1 manat 80 qəpikdən Şahid8 satmış və satıcı Rəsula 2124 manat nağd pul verilmişdir. İş materallarına əlavə edilmiş Zaqatala Bazar Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş məktubdan görünür ki, 1 kq fındığın pərakəndə satış qiyməti keyfiyyətindən asılı olaraq 2-2.50 manat arasında dəyişir. İş materallarına əlavə edilmiş Zaqatala Bazar Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş məktubdan görünür ki, 07 avqust 2022-ci il tarixdə orta keyfiyyətli 15 ton buğdanın faktiki dəyəri 8000-9000 manat, xx.xx.2022-ci il tarixində 1357 kq orta ölçü və keyfiyyətli qabıqlı fındığın faktiki dəyəri 3000-3600 manat, xx.xx.2022-ci il tarixdə orta ölçü və keyfiyyətli 1018 kq qabıqlı fındığın faktiki dəyəri 2000-2400 manat arasında dəyişmişdir. İş materallarına əlavə edilmiş Zaqatala rayon Əliabad həftəlik mal bazarının müdiri tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli 05 nömrəli məktubundan görünür ki, yanında 2 aylıq, bir həftəlik bir baş balası olmaqla diri çəkisi 45 kq olan 1-2 qarın doğmuş bir baş ana qoyunun 19 dekabr 2022-ci il tarixə orta bazar qiyməti 300 manat -320 manat arasında olmuşdur. 21 baş, onlardan 10 baş yanında 2 aylıq, 11 baş yanında bir həftəlik bir baş balası olan hər birinin diri çəkisi 45 kq olan 1-2 qarın doğmuş ana qoyunların ümumilikdə orta bazar qiyməti 6300 manat -6720 manat arasında olmuşdur. 1 baş, yanında əkiz balası olan, diri çəkisi 45 kq olan 2 qarın doğmuş ana qoyunun 19 dekabr 2022-ci il tarixə orta bazar qiyməti 350 manat -380 manat arasında olmuşdur. Çəkisi 45 kq olan 2 qarın doğmuş 4 aylıq boğaz bir baş ana qoyunun 19 dekabr 2022-ci il tarixə orta bazar qiyməti 200 manat -250 manat arasında olmuşdur. 18 baş, 4 aylıq boğaz, 2 qarın doğmuş, diri çəkisi 45 kq olan qoyunların ümumilikdə orta bazar qiyməti 3600 manat -4500 manat arasında olmuşdur. Quzular ana qoyunların yanında birlikdə satıldığına görə onlara ayrıca qiymət kimi hesablanmır. Ümumilikdə 63 baş xırdabuynuzlu heyvanların 19 dekabr 2022-ci il tarixə orta bazar qiyməti 10250 (on min iki yüz əlli) manat -11600 (on bir min altı yüz) manat arasında olmuşdur. İş materallarına əlavə edilmiş 06 sentyabr 2022-ci il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə 09:20-də tutulmuşdur. İş materallarına əlavə edilmiş 06 sentyabr 2022-ci il tarixli polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və qərar ona elan edilməklə o dərhal MSY-dən azad edilmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ondan götürülmüş 15 ton taxıl məhsulu ona qaytarılmışdır. Ona dəymiş ziyan tamamilə ödənilmişdir. Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş X9 tərəfindən verilmiş 25 dekabr 2022-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs onu aldadıb ələ keçirdiyi ona məxsus olan 39 baş qoyun və 20 baş quzu olmaqla cəmi 59 baş xırda buynuzlu heyvanlar gündəlik qulluğa ehtiyacı olduğu üçün istintaq dövründə ona təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş X9 tərəfindən verilmiş 25 dekabr 2022-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs onu aldadıb ələ keçirdiyi 63 baş xırdabuynuzlu heyvandan 59 baş heyvan ona qaytarılmış, qalan 4 baş heyvanın yerinə Təqsirləndirilən şəxs üzərində olan 1000 manat pul Rəsulun razılığı ilə ona verilmişdir. İş materiallarına əlavə edilmiş 25 dekabr 2022-ci il tarixli qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirilən şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 00:06 radələrində Azərbaycan Respublikasının hüdudlarını tərk etmək istəyərkən saxlanılmış və qərara əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin şərtlərini pozduğuna görə tutulması və Zaqatala Rayon Polis Şöbəsinin MSY-nə təhvil verilməsi qıərara alınmışdır. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli 4(033)-32/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 25 dekabr 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Mərkəzi Xəstəxanası Publik hüquqi şəxsin 10 yanvar 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Zaqatala RMX PHŞ-nin Poliklinik şöbəsinin Psixiatrik və Narkoloji kabinetində qeydiyyatda yoxdur. İş materallarına əlavə edilmiş Zaqatala RİHB-nın Lahıc kənd İƏD üzrə nümayəndəli tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə mənfi xarakterizə olunmur. İş materallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Tərtər Hərbi Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 333.3, 333.4-cü maddələri ilə təqsirli bilinərək və həmin Məcəllənin 66.3-cü mddəsi tədbiq edilməklə 2 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Tərtər Hərbi Məhkəməsinin xx.xx.2017-ci il tarili hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3cü maddəsi ilə təqsirli bilinərək 04 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə CM-nin 177.2.3, 66.2, 66.5-ci maddələri ilə təqsirli bilinərək 04 il azadlıqdan məhrum edilmiş, Azərbaycan Respubublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 1049 saylı sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. İş materallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş 9000 manat ziyanı tam ödəmişdir, ondan şikayəti və tələbi yoxdur. İş materallarına əlavə edilmiş Zərərçəkmiş şəxs6 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tamamilə ödəmişdir və ona qarşı şikayət və tələbi yoxdur. Onunla barışmışdır və qeyd etdiklərinin nəzərə alınmasını xahiş edir. Beləliklə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, məhkəmə istintaqında tədqiq olunmuş digər dəlillərlə tam sübuta yetirildi. Belə ki, Təqsirləndirilən şəxs Zaqatala rayonu Əliabad qəsəbə sakini Zərərçəkmiş şəxs1 taxıl satışı ilə məşğul olduğunu bildikdən sonra həmin şəxsə məxsus buğdanı qanunsuz və əvəzsiz olaraq ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə tamah niyyəti ilə Zərərçəkmiş şəxs1 sonuncuya məxsus 15 000 kq (və ya 15 ton) buğdanı 01 kiloqramını 60 qəpikdən olmaqla 9000 manata alacağı barədə vəd versə də 07 avqust 2022-ci il tarixdə, saat 17 radələrində həmin buğdanı Zərərçəkmiş şəxs1 kürəkəni X4 yaşadığı Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən evinin həyətindən Şahid5 idarə etdiyi ** BB *** dövlət nömrə nişanlı, Kamaz markalı yük avtomobilinə yükləndikdən sonra vədinə əməl etməyərək cəmi 1500 manat pul vermiş, onun bu hərəkəti, yəni 9000 manat pul verməli olduğu halda cəmi 1500 manat pul verməsi Zərərçəkmiş şəxs1 haqlı narazılığına səbəb olduğundan o, cinayətkar niyyətini tamamlamaq məqsədilə Zərərçəkmiş şəxs1 onun həmin buğdanı satacağı yerə, yəni Qax rayonu Qaxbaş kəndinə məhsulla birlikdə getməyi, faktiki olaraq Zərərçəkmiş şəxs1 pul vermək niyyəti olmadığı halda onun orada həmin buğdanı satıb əldə edəcəyi pul hesabına 9000 manat verəcəyi barədə yalan vədlər verib aldadaraq yüklənmiş buğdanın həmin yerdən çıxarılmasına nail olmuş, verdiyi vədə qəsdən əməl etməyərək Zərərçəkmiş şəxs1 həmin ünvana buğda ilə birlikdə getməsinə mane olmuş, əldə etdiyi 15 ton buğdanı isə 01 kiloqramını 55 qəpiyə olmaqla Zaqatala rayonu Aşağı Tala kənd sakini Şahid22 satmaqla qoca vəziyyətdə olan zərərçəkmiş şəxsin xeyli miqdarda, yəni 9000 manat dəyərində olan 15 ton buğdasını dələduzluq yolu ilə qəsdən ələ keçirmiş, bundan sonra isə nəinki hər hansı üzrlü səbəb olmadan vədinə əməl etməmiş, eləcə də ələ keçirdiyi özgə əmlakını geri qaytarmamışdır. Eləcə də o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx.xx.2022-ci il tarixdə, saat 10 radələrində Zaqatala rayonu Lahıc kəndində Qəbələ rayonu Vəndam qəsəbə sakini Zərərçəkmiş şəxs2 1357 kq qabıqlı fındığı 01 kiloqramı 2 manat 85 qəpiyə olmaqla satdıqdan sonra 3740 manat pul ödəyəcəyi, qalanını isə özü götürəcəyi barədə yalan vədlər verib aldatmaqla qanunsuz ələ keçirdiyi həmin fındığın 1180 kq çəkidə olan hissəsini Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən, Şahid8 işlətdiyi fındıq qəbulu məntəqəsinə bildirdiyi qiymətə satmalı olduğu halda, əksinə ucuz, yəni 01 kiloqramı 1 manat 80 qəpiyə olmaqla cəmi 2124 manata satsa da əldə etdiyi həmin puldan zərərçəkmiş şəxsə hər hansı məbləğdə pul ödəməmiş, fındığın qalan hissəsini isə Zərərçəkmiş şəxs2 qaytarmamış, Zərərçəkmiş şəxs2 məxsus 3740 (üç min yeddi yüz qırx) manat dəyərində 1357 kq qabıqlı fındığını ələ keçirib Zərərçəkmiş şəxs2 qəsdən maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Oğuz rayonu Kərimli kənd sakinləri Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 özlərinə məxsus fındığı satmaq məqsədilə ona müraciət etməsindən istifadə edib həmin şəxslərə məxsus əmlakı vahid niyyətlə qanunsuz və əvəzsiz olaraq ələ keçirmək qərarına gəlmiş, bu məqsədilə xx.xx.2022-ci il tarixdə, saat 13 radələrində Zaqatala rayonu Yuxarı Tala kəndində faktiki olaraq pul vermək niyyəti olmadığı halda həmin şəxslərin özləri ilə Oğuz rayonundan gətirdikləri cəmi 1018 kq qabıqlı fındığı (həmin fındığın 708 kq hissəsi Zərərçəkmiş şəxs3, 310 kq hissəsi Zərərçəkmiş şəxs4 məxsus olmuşdur) həmin kənddə yerləşən, Şahid9 işlətdiyi fındıq emalı müəssisəsinə 01 kiloqramı 3 manat 30 qəpiyə satdıqdan sonra pullarını ödəyəcəyi barədə yalan vədlər, habelə müəssisəsini işlədən şəxslərlə yaxın münasibətlərinin olması, bu münasibətlərdən istifadə edib fındığı baha qiymətə satacağı, fındığın Oğuz rayonundan gətirildiyi aşkarlansa baha qiymətə sata bilməyəcəyi barədə yalan məlumatlar verib aldatmaqla zərərçəkmiş şəxslərin cəmi 1018 kq qabıqlı fındığını dələduzluq yolu ilə qəsdən ələ keçirmiş, qanunsuz ələ keçirdiyi fındığı həmin fındıq emalı müəssisəsinə 01 kiloqramı 2 manat 40 qəpiyə olmaqla cəmi 2441 manata satsa da əldə etdiyi həmin puldan zərərçəkmiş şəxslərə hər hansı məbləğdə pul ödəməmiş, pulu ələ keçirdikdən dərhal sonra hadisə yerindən uzaqlaşmaq məqsədilə zərərçəkmiş şəxslər hansı pulla ödənilməsinin onlar üçün heç bir əhəmiyyətinin olmadığını aşkar şəkildə ona bildirmələrinə baxmayaraq, satdığı fındığın dəyəri ona faktiki Azərbaycan manatı ilə ödənildiyi halda guya ABŞ dolları ilə ödənilməsi, bu səbəbdən onun həmin şəxslərə çatacaq pulu Azərbaycan manatı ilə qaytarmalı olması barədə yalan məlumatlar verməklə bu adla həmin yerdən uzaqlaşmış, Zərərçəkmiş şəxs3 məxsus 1699 manat 20 qəpik dəyərində 708 kq qabıqlı fındığı, Zərərçəkmiş şəxs4 məxsus isə 744 manat dəyərində 310 kq qabıqlı fındığı ələ keçirib Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 qəsdən maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx.xx.2022-ci il tarixdə, saat 09 radələrində Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən “Şimşək” adlanan yerdə faktiki olaraq pul vermək niyyəti olmadığı halda Zərərçəkmiş şəxs5 məxsus 2505 kq orta kalibrli qabıqlı fındığın 01 kiloqramı 2 manat 75 qəpikdən cəmi 6888 manat 75 qəpiyə alaraq baha qiymətə yəni, 1 kiloqramı 2 manat 90 qəpiyə satacağı, əldə edəcəyi puldan Zərərçəkmiş şəxs5 çatan hissəni verəcəyi, qalanını isə özünün götürəcəyi barədə yalan məlumatlar verib aldatmaqla qanunsuz ələ keçirdiyi həmin fındığın 1002,8 kq çəkidə olan hissəsini Qax rayonu Zəyəm kəndində yerləşən, Şahid10 oğlunun işlətdiyi fındıq qəbulu məntəqəsinə bildirdiyi qiymətə satmalı olduğu halda, əksinə ucuz, yəni 01 kiloqramı 2 manat 40 qəpiyə olmaqla cəmi 2406 manata satsa da əldə etdiyi həmin puldan zərərçəkmiş şəxsə hər hansı məbləğdə pul ödəməmiş, fındığın qalan hissəsini isə Zərərçəkmiş şəxs5 qaytarmamış, Zərərçəkmiş şəxs5 məxsus 6888 manat 75 qəpik dəyərində 2505 kq qabıqlı fındığı ələ keçirib Zərərçəkmiş şəxs5 qəsdən xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 19 dekabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs6 sonuncuya məxsus 12400 (on iki min dörd yüz) manat dəyərində 40 baş qoyun və 23 baş quzunun pulunun Bakı şəhərində adını bildirmədiyi şəxs tərəfindən veriləcəyi barədə yalan vəd verib aldatmaqla həmin heyvanları Zaqatala rayon Lahıc kəndində ələ keçirmiş, lakin bundan sonra Zərərçəkmiş şəxs6 ilə birlikdə həmin kənddən Bakı şəhərinə getsələr də guya həmin şəxsin Tərtər rayonuna getməsini bəhanə gətirərək pulun ödənilməsindən qəsdən yayınmış, həmin heyvanlardan 37 baş qoyun və 18 baş quzunu 8450 manata Şahid11, 2 baş qoyun və 2 baş quzunu 420 manata Şahid13, 1 baş qoyun və 3 baş quzunu isə şəxsiyyəti istintaq yolu ilə müəyyən edilməmiş şəxsə 250 manata satsa da həmin puldan zərərçəkmiş şəxsə hər hansı məbləğdə pul ödəməmiş, bununla da Zərərçəkmiş şəxs6 məxsus 12400 manat dəyərində 63 baş xırdabuynuzlu heyvanlarını aldadıb ələ keçirərək sonuncuya qəsdən xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarının 1-ci bəndinə görə törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Sözügedən Qərarın 3-cü bəndində göstərilmişdir ki, dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq bilavasitə məhkəmə iclasında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut kimi qəbul edərək, həmin sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməllərində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir və o, həmin maddələr ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış biri-digərini tamamlayan sübutlarla tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.1 və 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi cəzanı yüngülləşdirən haldır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Həmin Məcəllənin 61.1.7-ci maddəsinə əsasən cinayətin təqsirkar üçün aşkar surətdə hamilə vəziyyətində olan qadın, habelə azyaşlı, qoca və ya köməksiz vəziyyətdə olan və ya təqsirkardan asılı vəziyyətdə olan şəxsə qarşı törədilməsi cəzanı ağırlaşdıran haldır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, həmçinin cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. İş materillarından görünür ki, istintaqı orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayəti aşkar surətdə qoca vəziyyətdə olan Zərərçəkmiş şəxs1 qarşı törətməsi Azərbaycan Respublikası CM-nin 61.1.7-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Məhkəmə isə bu hala qiymət verərək qeyd edir ki, iş materiallarından görünür ki, Zərərçəkmiş şəxs1– xx.xx.1958-ci ildə Zaqatala rayonunda anadan olmuşdur. Eyni zamanda təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs1 aşkar surətdə qoca olmasını bilməsi öz təsdiqini tapmamışdır. Sosial Xidmət Haqqında Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsindən də görünür ki, ahıl (qoca) – yaşı 70-ə çatmış şəxs hesab edilir. Göründüyü kimi, Zərərçəkmiş şəxs1 67 yaşı tamam olmuşdur. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməsini və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs6 vurulmuş zərəri tam şəkildə ödəməsini, sonuncuların ona qarşı heç bir şikayət və tələblərinin olmamasını və onlarla barışıq əldə etməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyin olunması məsələsini müzakirə edərək, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini, təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, eyni zamanda təqsirləndirilən şəxsin işləmədiyini, gəlirinin olmadığını və cərimə cəzasının icrasının mümkün olmadığını, həmçinin, zərərçəkmiş şəxsə vurduğu zərərin ödənilməsini təmin etməmiş şəxsin azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməsinin ağlabatan və cəzanın məqsədinə nail olunması baxımından yetərli vasitə hesab oluna bilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməli, cəzasının əvvəli tutulduğu 25 dekabr 2022-ci il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs 06 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutularaq saxlanıldığı 1 (bir) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddətinin azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılmalı, onun barəsində seçilmiş həbs qətimkan hökm qanuni qüvvəyə minənə kimi öz qüvvəsində saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs1 məxsus 15 ton buğda və Zərərçəkmiş şəxs6 məxsus 39 baş qoyun və 20 baş quzu olmaqla cəmi 59 (əlli doqquz) baş xırdabuynuzlu heyvanların saxlanılması üçün sahiblərinə təhvil verilməsi nəzərə alınmalıdır. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir. İş üzrə məhkəmə xərclərinin və mülki iddianın olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında həm də hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə hakim tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməmişdir. Belə vəziyyətdə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan müsadirə edilməli olan əmlak mövcud deyildir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 06 sentyabr 2022-ci il tarixdə tutularaq saxlanıldığı 01 (bir) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddətinin azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla cəmi 01 (bir) gün həmin cəzadan çıxılsın və onun üzərində qəti cəza olaraq 2 (iki) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasının əvvəli həbsə alındığı tarixdən, yəni, 25 dekabr 2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi öz qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs1 məxsus 15 ton buğda və Zərərçəkmiş şəxs6 məxsus 39 baş qoyun və 20 baş quzu olmaqla cəmi 59 (əlli doqquz) baş xırdabuynuzlu heyvanların saxlanılması üçün sahiblərinə təhvil verilməsi nəzərə alınsın. İş üzrə məhkəmə xərclərinin, xüsusi müsadirə olunmalı əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. Hökm elan olunduğu andan (Təqsirləndirilən şəxs hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan (Təqsirləndirilən şəxs hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.
Məhkəmə qərarları › İş №1(033)-18/2023
Zaqatala Rayon Məhkəməsi Hökm — İş №1(033)-18/2023
07.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver