Azərbaycan Respublikası adından HÖKM Zaqatala rayonu İş № 1(033)-18/2024 03.04.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4, Müdafiəçi Zaqatala Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 2001-ci ildə Zaqatala rayonu Mamrux kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Zaqatala rayonu Mamrux kəndində qeydiyyatda olmaqla X8 saxlanılan, barəsində Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(033)-34/2023 saylı qərarına əsasən “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 03 aprel 2024-cü il tarixdə saat 15:30da Zaqatala Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə ondan ötrü təqsirləndirilən şəxs qismində cəlb edilmişdir ki, o, təkrarən yaşayış sahəsinə və başqa saxlanc yerinə qanunsuz daxil olaraq xeyli miqdarda özgə əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, 03 dekabr 2023-cü tarixdə, saat 10:30 radələrində vahid tamah niyyəti ilə əhatə edilən qəsdlə, özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə yaşayış sahəsinə, yəni Zərərçəkmiş şəxs2 ailə üzvləri ilə birlikdə yaşadığı Zaqatala rayonu Mamrux kəndində yerləşən fərdi yaşayış evinin plastik pəncərəsini burğacla açaraq qanunsuz daxil olub evin ikinci mərtəbəsindəki qonaq otağında olan sandığın qıfılını kəlpətin vasitəsilə açıb sonuncuya məxsus 1,8 qram çəkidə, 585 əyarlı, 360 manat dəyərində 01 ədəd qızıl kişi üzüyü, arvadı Zərərçəkmiş şəxs3 məxsus olub cəmi 4800 manat dəyərində - 585 əyarlı xırda briliant qaşlı 01 cüt qızıl sırğa, 585 əyarlı üzərində briliant qaşla bəzədilmiş klonlu nazik 01 ədəd qızıl boyunbağ, 585 əyarlı üzərində briliant qaşlar olan 01 ədəd qızıl qolbaq, 585 əyarlı üzərində briliant qaşları olan 01 ədəd qızıl üzük, 585 əyarlı, sadə qaşlı 3,4 qram çəkidə 01 ədəd qızıl üzük, həmin mərtəbədə yerləşən yataq otağındakı köhnə sandığın içindən 300 manat pulu götürərək Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 ümumilikdə 5460 manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla özgə əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, tamah niyyəti və özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə 12 dekabr 2023-cü il tarixdə, saat 21 radələrində yaşayış sahəsinə, yəni Zərərçəkmiş şəxs4 ailə üzvləri ilə birlikdə yaşadığı, Zaqatala rayonu Mamrux kəndində yerləşən fərdi yaşayış evinə plastik pəncərəni burğacla açaraq qanunsuz daxil olub yataq otağında olan kamotun 1-ci gözündəki plastmas qabın içərisindən 184 manat dəyərində, 2.16 qram çəkidə, üzərində rəngsiz, şəffaf qaşlar olan, sarı rəngli, 583/585 əyarlı 01 ədəd qızıl üzük, 135 manat dəyərində, 1.59 qram çəkidə, üzərində rəngsiz, şəffaf qaşlar olan, sarı rəngli, 583/585 əyarlı 01 ədəd qızıl üzük, 5 manat dəyərində, 1,86 qram çəkidə, üzərində rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli qiymətsiz metal ərintisindən hazırlanmış 01 cüt sırğa, 5 manat dəyərində 3,80 qram çəkidə, üzərində zərli qeyri metal hissəsi olan, sarı rəngli, qiymətsiz metal ərintisindən hazırlanmış 01 cüt sırğa, 3 manat dəyərində, 0.67 qram çəkidə, sarı rəngli, qiymətsiz metal ərintisindən hazırlanmış 01 cüt sırğa, 3 manat dəyərində, 0.68 qram çəkidə, sarı rəngli, qiymətsiz metal ərintisindən hazırlanmış 01 cüt sırğa, dəyəri olmayan, 4.27 qram çəkidə, üzərində rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli tayı qiymətsiz metal ərintisindən hazırlanmış 01 ədəd sırğa, dəyəri olmayan, 0.50 qram çəkidə, sarı rəngli, tayı qiymətsiz metal ərintisindən hazırlanmış 01 ədəd sırğa, dəyəri olmayan, 0.97 qram çəkidə, üzərində rəngsiz şəffaf qaşlar olan, sarı rəngli, tayı qiymətsiz metal ərintisindən hazırlanmış 01 ədəd sırğa, 2 manat dəyərində, 1,74 qram çəkidə, üzərində rəngsiz şəffaf qaşlar olan, sarı rəngli, qiymətsiz metal ərintisindən hazırlanmış 01 ədəd kulon, 5 manat dəyərində 6,24 qram çəkidə, gümüşü rəngli məmulat hisəssi qiymətsiz metal ərintisindən hazırlanmış 01 ədəd boyunbağı və həmin yataq otağında olan sandığı açaraq içərisində olan çantadan 1 manat 88 qəpik ekvivalentində olan 100 rus rublu götürərək Zərərçəkmiş şəxs4 ümumilikdə 343,88 manat məbləğində maddi ziyan vurmaqla özgə əmlakını qəsdən gizli talayaraq təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrar tamah niyyəti və özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə 13 dekabr 2023-cü il tarixdə, saat 03:30 radələrində başqa saxlanc yerinə, yəni Zaqatala rayonu Mamrux kəndində yerləşən, Zərərçəkmiş şəxs1 məxsus ərzaq mağazasına plastik pəncərəni burğacla açaraq qanunsuz daxil olmuş və həmin mağazadan 2550 manat ekvivalentində olan 1500 ABŞ dolları, 1000 manat pul, 60 manat məbləğində 1 və 5 manatlıqlar, 6 manat məbləğində qəpik pullar, "xxxx" MMC-yə aid 8 manat dəyərində 8 ədəd olmaqla 1 manatlıq, 30 manat dəyərində 15 ədəd olmaqla 2 manatlıq, 27 manat dəyərində 9 ədəd olmaqla 3 manatlıq, "xxxx" MMC-yə aid 8 manat dəyərində 8 ədəd olmaqla 1 manatlıq, 12 manat dəyərində 6 ədəd olmaqla 2 manatlıq, 15 manat dəyərində 5 ədəd olmaqla 3 manatlıq, "xxxx" MMC-yə aid 12 manat dəyərində 6 ədəd olmaqla 2 manatlıq danışıq kartlarını, siqaret gözlüyündən 01 qutusu 2,8 manat olmaqla 14 manat dəyərində 5 qutu silver compact imperial classic, 01 qutusu 2,8 manat olmaqla 14 manat dəyərində 5 qutu silver slim imperial classic, 01 qutusu 2,8 manat olmaqla 2.8 manat dəyərində 1 qutu blue slim imperial classic, 01 qutusu 2,6 manat olmaqla 28.60 manat dəyərində 11 qutu blue viceroy, 01 qutusu 2,6 manat olmaqla 26 manat dəyərində 10 qutu silver viceroy, 01 qutusu 3.1 manat olmaqla 18.6 manat dəyərində 6 qutu silver Winchester, 01 qutusu 3.10 manat olmaqla 6.2 manat dəyərində 2 qutu compact silver Winchester, 01 qutusu 2.5 manat olmaqla 12.5 manat dəyərində 5 qutu compact argo, 01 qutusu 2.6 manat olmaqla 7.8 manat dəyərində 3 qutu blue prima deluxe, 01 qutusu 2.4 manat olmaqla 19.2 manat dəyərində 8 qutu nano platinum keno club, 01 qutusu 2.4 manat olmaqla 2.4 manat dəyərində 1 qutu nano night keno club, 01 qutusu 2.6 manat olmaqla 26 manat dəyərində 10 qutu black carbon magna, 1 qutusu 2.6 manat olmaqla 7.8 manat dəyərində 3 qutu silver carbon magna, 1 qutusu 3.1 manat olmaqla 3.1 manat dəyərində 1 qutu palmall, 1 qutusu 3.4 manat olmaqla 6.8 manat dəyərində 2 qutu LD compact markalı siqaretləri və 20 ədəd olmaqla 30 manat dəyərində, “Cookie” yazıları olan İran İR istehsalı şirniyyat götürərək Zərərçəkmiş şəxs1 ümumilikdə 3953,8 manat məbləğində maddi ziyan vurmaqla özgə əmlakını qəsdən gizli talayaraq təkrar oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailəsilə birlikdə Zaqatala rayon Mamrux kəndində yaşayır. Zərərçəkmiş Zərərçəkmiş şəxs3 və onun əri Zərərçəkmiş şəxs2 tanıyır, o, onlarla həm qonşu həm də qohumluq münasibətləri var. Səhər saat 10:00 radələrində Ayselgilin ailəlikcə maşınla harasa getdiklərini gördükdən sonra onların həyətinə daxil olmuş, evdə heç kimin olmadığına əmin olmuşdur. Təndir olan tərəfdən pəncərəni açaraq evə daxil olmuş, otaqları axtarmış, sandıqlar görmüş, kəlbətinlə qıfıllarını qıraraq açmış, birindən qızıl-zinət əşyalarını, digərindən isə 300 manat pul götürmüşdür. Daha sonra tanışına yaxınlaşmış, ata-anasının xəstə olduğunu bildirmiş, Zaqatalada qızılların ucuza alındığından gileylənərək, onunla Bakıya gələrək satmasına köməklik etməsini istəmiş və Bakıda qızılları satmışdır. Əldə etdiyi pulları şəxsi ehtiyacları üçün xərcləmişdir. Daha sonra xalası Zərərçəkmiş şəxs4 evinə girmək qərarına gəlmişdir. Evdə işiqların yanmaması səbəbindən xalasının və ailə üzvlərinin evdə olmamasını anlamışdır. Evə pəncərədən daxil olmuş tapdığı qızıl-zinət əşyalarını, rus pulu rublu, əl çantasını oğurlamışdır. Xalası Zərərçəkmiş şəxs4 dəymiş ziyan ödənilmişdir. Bundan başqa o, qonşuları kimi tanıdığı Zərərçəkmiş şəxs1 kəndə fəaliyyət göstərən mağazasına daxil olub oradan oğurluq etmək qərarına gəlmişdir. Həmin mağazaya gecə yarısı pəncərədən daxil olmuş, tapdığı pulu, siqaret bloklarını və s. götürmüşdür. Aldğı siqaret bloklarını, 900 ABŞ dollarını və 230 manat pulu geri qaytarmış, geri qalanını Bakıda xərcləmişdir. Etdiyi əməllərdən peşmandır, səhvini başa düşür, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, o, onun bacısı oğludur. Hadisə, o və ailə üzvləri evdə olmayan zaman törədilmişdir. Onlar evə qayıtdıqdan sonra evə kənar şəxsin girməsi ilə əlaqədar gəlinləri şübhələnmiş və dərhal qızıllarını saxladığı yerə baxış keçirmiş və qızıllarının və bijuteriyalar yerində olmadığını bildirmişdir. Onlar dərhal polisə şikayət etmişdilər. Araşdırma nəticəsində onlara məlum olmuşdur ki, oğurluğu onun bacısı oğlu Təqsirləndirilən şəxs törətmişdir. Ona dəymiş ziyan öənilmişdir, təqsirləndirilən şəxs barəsində heç bir şikayəti yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, hazırda ailəsi ilə Mamrux kəndində yaşayır, sahibkarlıq fəaliyyəti ilə məşğul olur, belə ki, Zaqatala rayonu, Mamrux kəndinin mərkəzində ərzaq dükanı işlədir. Hər səhər saat 05 radələrində dükanı açır. 13 dekabr 2023-cü il tarixdə dükanı açan zaman pəncərə tərəfdə nərdivan olduğunu görmüş və dükana kənar şəxsin girməsindən şübhələnmişdir. Daha sonra qapıya yaxınlaşmış və qapının açıq olduğunu görmüş, dükana daxil olduqda malların həmçinin ona məxsus pulun oğurlandığını bilmiş, polisə zəng etmişdir. Oğurluq əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədildiyi aşkar olunmuşdur. Oğurlanmış ümumi puldan 900 ABŞ dolları, 235 manat pul, mallardan isə siqaret blokları, danışıq kartları geri qaytarılmışdır. Hal-hazırda şikayətçidir, qalıq qalmış borcun qaytarılmasını tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs tanıyır həm qonşu həm də qohumdurlar. Özü hazırda ailəsi ilə birlikdə Mamrux kəndində yaşayır. Qardaşının uşağı xəstələndiyindən ailəvi onu görməyə xəstəxanaya getmişdirlər. Bu zaman evdə heç kəs qalmamışdı. Qayıtdıqda evdən hər hansı oğurluğun olmasını bilməmişlər, bir neçə gün sonra yoldaşı ona zəng edərək qızılların evdə olmadığını bildirmişdir. Onlar evi axtamışlar lakin qızılları tapmadıqlarından o, “102” xidmətinə müraciət etmişdir. Məlum olmuşdur ki, Təqsirləndirilən şəxs evindən qızıl-zinət əşyaları və 300 manat pulu oğurlamışdır. Oğurlanmış qızıl-zinət əşyaları və 300 manat pul geri ödənilmişdir. Təqsirləndirilən şəxs barəsində heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində zərərçəkmiş Zərərçəkmiş şəxs2 ilə eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiklərini təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Zaqatala şəhərində yaşayır. Təqsirləndirilən şəxs tanıyır, onunla aralarında düşmənçilik və ədavət yoxdur. Ailəvi icarəyə mağaza işlədirlər. Bir gün Təqsirləndirilən şəxs ona yaxınlaşaraq anasının xəstə olduğunu bildirmiş və anasına dərman almaq üşün anasına məxsus qızılları satmaq qərarına gəldiklərini ona bildirmişdir. Lakin rayonda qızıl ucuz qiymətə alındığından Bakıda satılmasına ona köməklik etməsini xahiş etmişdir. Bu məqsədlə onlar Bakıya getmişlər. Təqsirləndirilən şəxs vəsiqəsi üzərində olmadığından, o öz vəsiqəsi ilə qızılları satıb, dəyərini Heydərə vermişdir. Heydər isə ona nahar və yol üçün pul verərək onu rayona yola salmışdır. Daha sonra rayonda Heydərlə qarşılaşmış, Heydər anasının hələ də xəstə olduğunu bildirərərk müalicə üçün qohumlarından pul yığıldığını bildirərərk ona 100 ABŞ dollar bir də qızıl üzük verərək saxlamasını ondan xahiş etmiş və qohumlardan pul əvəzi götürdüyünü bildirmişdir. Daha sonra polis əməkdaşları ona yaxınlaşmış və onu şöbəyə ifadə vermək üçün dəvət etmişdirlər. O, polis şöbəsində qızılların oğurluq olduğunu bilmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Polis X6 baş müstəntiqi, polis baş leytenentı X9 tərəfindən qəbul edilmiş 14 dekabr 2023-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və ibtidai istintaqın aparılması üçün icraata qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş 13 dekabr 2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri Zaqatala rayonu Mamrux kəndində yerləşir, yaşayış evinin dəmirdən hazırlanmış giriş darvazası vardır, ətrafı kərpiclə hörülmüşdür, yaşayış evinin həyətinə daxil olduqda görünür ki, yaşayış evinə daxil olmaq üçün taxtadan hazırlanmış qapı mövcuddur, yaşayış sahəsi hündür kürsüllü evdir. Yaşayış evinə daxil olmaq üçün giriş qapısından istifadə etmək mütləqdir. Yaşayış sahəsinə giriş qapısından daxil olduqda 1 qonaq otağı, 2 yataq otağı və bir mətbəxdən ibarət olması müşahidə edilir. Yaşayış evində yerləşən otaqların hər birində həyətə doğru açılan pəncərələr mövcuddur. Hadisə yerinə baxış keçrilməsində iştirak edən Elgün Əliyev qızıl-zinət əşyaları, bijuteriyalar və rus rubl pulun yataq otağından oğurlandığını və yaşayaış evinə pəncərədən daxil olunduğunu bildirmişdir. İş materiallarına əlavə edilmiş 16 dekabr 2023-cü il tarixli “zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası vətəndaşı, Zaqatala rayonu Mamrux kənd sakini X13 zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarına əlavə edilmiş 16 dekabr 2023-cü il tarixli raportdan görünür ki, keçirilmiş istintaq əməliyyat tədbirləri nəticəsində X10 yaşayış evindən oğurluq etmiş şübhəli şəxsin Zaqatala rayonu Mamrux kənd sakini Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş 16 dekabr 2023-cü il tarixli Təqsirləndirilən şəxs tərəfindən Zaqatala RPŞ-nin İB-nin rəisi, polis mayoru Mehrab Məmmədova ünvanlanmış ərizədən görünür ki, Paşayev X4 rayonu Mamrux kəndində yerləşən X10 yaşadığı evdən oğurladığı qızıl-ziynət əşyalarını, bijuteriyaları və 100 rubl pulu könüllü olaraq istintaqa təqdim etmişdir. İş materiallarına əlavə edilmiş 16 dekabr 2023-cü il tarixli “əşyanın götürülməsi və baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, 02 ədəd üzərində qaş olan qızıl üzük, 01 ədəd cüt qızıl sırğa olmuş, geri qalan 01 ədəd dairəvi formalı gümüşü rəngli cüt sırğa, 01 ədəd xırda kvadrat formalı gümüşü rəngli cüt sırğa, 01 ədəd düzbucaqlı formasında gümüşü rəngli tək sırğa, 01 ədəd gümüşü rəngli tək sırğa, 01 ədəd qızılı rəngli yarpaq formalı tək sırğa, 01 ədəd qızılı rəngli ucunda sonsuzluq klonu olan cüt sırğa, 01 ədəd qızılı rəngli ucunda kvadrat olan tək sırğa və 01 ədəd gümüşü rəngli boyunbaq tərkibində qızıl olmayan bijuteriyalar və 100 rubl pul Zaqatala rayonu Mamrux kəndində yerləşən X10 yaşayış evindən gizli talanaraq əldə edilmiş əşyalardır. Həmin əşyalar götürülməklə möhürlənib qablaşdırılmışdır. İş materiallarına əlavə edilmiş 14 dekabr 2023-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və ibtidai istintaq aparılması üçün icraata qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş 14 dekabr 2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri Zaqatala rayonu Mamrux kəndində Zərərçəkmiş şəxs1 məxsus ərzaq mağazasında yerləşir, dükanın ön tərəfdən daxil olmaq üçün bir plastik qapısı vardır, həmin qapı qıfılla bağlanır, dükana daxil olduqda sıra ilə düzülmüş gündəlik tələbat malları vardır, dükanda olan rəflərin bir qismi dağıdılmışdır, ərzaq mağazasının kassasına baxdıqda kassa açılmış və içi boş vəziyyətdə olduğu müəyyən edilir, hadisə yerinə baxış keçirilməsində iştirak edən Zərərçəkmiş şəxs1 səhər saatlarında mağazanı açmağa gəldikdə giriş qapısının qıfıllarının açıq olduğunu, lakin qapıda hər hansı bir bir zorakılıq əlamətlərinin olmadığını, naməlum şəxs(lər) dükanın havalandırılması üçün nəzərdə tutulmuş yan pəncərədən daxil olduqdan sonra plastik qapının içəridən qıfıl olmadan açılması mümkün olduğu üçün buradan çıxaraq getdiyini bildirmişdir. Eyni zamanda Zərərçəkmiş şəxs1 pul əskinazlarını, siqaret qutularını, danışıq kartlıarını və şirniyyat blokunu oğurlandığını qeyd etmişdir. Bundan başqa baxış zamanı ərzaq mağazasına sağ yan kənardan baxdıqda naməlum şəxs(lər)in nərdivan vasitəsi ilə pəncərədən ərzaq mağazasına daxil olunması müşahidə edilir. İş materiallarına əlavə edilmiş 15 dekabr 2023-cü il tarixli “zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası vətəndaşı, Zaqatala rayonu Mamrux kənd sakini Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarına əlavə edilmiş 16 dekabr 2023-cü il tarixli raportdan görünür ki, keçirilmiş istintaq əməliyyat tədbirləri nəticəsində Zərərçəkmiş şəxs1 istifadəsində olan ərzaq mağazasından oğurluq etmiş şübhəli şəxsin Zaqatala rayonu Mamrux kənd sakini Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş 16 dekabr 2023-cü il tarixli Təqsirləndirilən şəxs tərəfindən Zaqatala RPŞ-nin İB-nin rəisi, polis mayoru Mehrab Məmmədova ünvanlanmış ərizədən görünür ki, Paşayev X4 rayonu Mamrux kəndində yerləşən Zərərçəkmiş şəxs1 istifadəsində olan ərzaq mağazasından oğurlayaraq əldə etdiyi pul əskinzalarını, müxtəlif siqaret qutuları və danışıq kartlarını könüllü olaraq istintaqa təqdim etmişdir. İş materiallarına əlavə edilmiş 16 dekabr 2023-cü il tarixli “əşyanın götürülməsi və baxış keçirilməsi haqqında” protokoldan və fotocədvəldən görünür ki, təqdim edilmiş 900 ABŞ dollarını, 230 manat pul, "xxxx" MMC-yə aid 6 manat dəyərində 6 ədəd olmaqla 1 manatlıq, 30 manat dəyərində 15 ədəd olmaqla 2 manatlıq, 27 manat dəyərində 9 ədəd olmaqla 3 manatlıq, "xxxx" MMC-yə aid 8 manat dəyərində 8 ədəd olmaqla 1 manatlıq, 12 manat dəyərində 6 ədəd olmaqla 2 manatlıq, 15 manat dəyərində 5 ədəd olmaqla 3 manatlıq, "xxxx" MMC-yə aid 12 manat dəyərində 6 ədəd olmaqla 2 manatlıq danışıq kartlarını və müxtəlif növ siqaret qutularını Zaqatala rayonu Mamrux kəndində yerləşən Zərərçəkmiş şəxs1 istifadəsində olan ərzaq mağazasından gizli talayaraq əldə edilmiş əşyalardır. Həmin əşyalar götürülərək möhürlənib qablaşdırılmışdır. İş materiallarına əlavə edilmiş 15 dekabr 2023-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CMnin 177.2.3 və 177.2.4-cü maddələri ilə cinayət başlanmış və icraata qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş 14 dekabr 2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri Zaqatala rayonu Mamrux kəndində yerləşir, yaşayış evinin dəmirdən hazırlanmış giriş darvazası vardır, ətrafı kərpiclə hörülmüşdür, yaşayış evinin həyətinə daxil olduqda görünür ki, yaşayış evinə daxil olmaq üçün taxtadan hazırlanmış qapı mövcuddur, yaşayış sahəsi hündür kürsüllü iki mərtəbəli evdir. Yaşayış evinə daxil olmaq üçün giriş qapısından istifadə etmək mütləqdir. Yaşayış sahəsinə giriş qapısından daxil olduqda birinci mərtəbədə 1 qonaq otağı, 1 mətbəx və ikinci mərtəbəyə pilləkən vasitəsi ilə qalxdıqda üç yataq otağından ibarət olması müşahidə edilir. Yaşayış evində yerləşən otaqların hər birində həyətə doğru açılan pəncərələr mövcuddur. Hadisə yerinə baxış keçrilməsində iştirak edən Zərərçəkmiş şəxs2 qızıl-zinət əşyalarını və azərbaycan manatının yataq otağında yerləşən sandıqcalardan oğurlandığını bildirmişdir. İş materiallarına əlavə edilmiş 15 dekabr 2023-cü il tarixli “zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası vətəndaşı, xx.xx.1996-cı il təvəllüdlü, Zaqatala rayonu, Mamrux kəndində yaşayan Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarına əlavə edilmiş 16 dekabr 2023-cü il tarixli raportdan görünür ki, keçirilmiş istintaq əməliyyat tədbirləri nəticəsində Zərərçəkmiş şəxs2 yaşayış sahəsinə daxil olaraq oğurluq etmiş şübhəli şəxsin Zaqatala rayonu Mamrux kənd sakini Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş 16 dekabr 2023-cü il tarixli “cinayət işlərinin bir icraatda birləşdirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, 230410054, ********* və ********* nömrəli cinayət işləri üzrə cinayət əməllərini Təqsirləndirilən şəxs törətdiyini nəzərə alıb, 230410054, ********* nömrəli cinayət işləri ********* nömrəli cinayət işinə bir icraatda birləşdirilmiş və istintaq ********* nömrədi ilə davam etdirilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş 16 dekabr 2023-cü il tarixli “cinayət törətməkdə şübəhli şəxsin tutulması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulması və bu barədə protokol tərtib olunması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş 16 dekabr 2023-cü il tarixli “cinayət törətməkdə şübəhli şəxsin tutulması haqqında” parotokoldan görünür ki, faktiki olaraq azadlığı 16 dekabr 2023-cü il tarixdə saat 14:45-də məhdudlaşdırılmış, Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsinə kifayət qədər şübhələr olduğundan Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi iştirakı ilə 16 dekabr 2023-cü il tarixdə, saat 20:45-də Zaqatala RPŞ-nin inzibati binasında tutulmuşdur. İş materiallarına əlavə edilmiş 18 dekabr 2023-cü il tarixli “təsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(033)-34/2023 saylı qərarından görünür ki, vəsatət qismən təmin olunaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs – xx xxx 2001-ci ildə Zaqatala rayonu Mamrux kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Zaqatala rayonu Mamrux kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs barəsində əvvəli 16 dekabr 2023-cü il tarixdən hesablanmaqla 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə, yəni 15 mart 2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilmiş, vəsatət qalan hissədə təmin olunmamışdır. İş materiallarına əlavə edilmiş 18 dekabr 2023-cü il tarixli “ifadələrin yerində yoxlanması haqqında” protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş 18 dekabr 2023-cü il tarixli Şahid tərəfindən Zaqatala RPŞ-nin İB-nin rəisi, polis mayoru Mehrab Məmmədova ünvanlanmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən cinayət yolu ilə əldə olunmuş 01 ədəd qızıl üzüyü və 01 ədəd 100 ABŞ dollarını könüllü olaraq istintaqa təqdim etmişdir. İş materiallarına əlavə edilmiş 18 dekabr 2023-cü il tarixli “əşyanın götürülməsi və baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, təqdim edilmiş 01 ədəd qızıl üzük və 100 ABŞ dollar pul Zaqatala rayonu, Mamrux kənd sakini X1 ona məlum olmaqla cinayət yolu ilə əldə edib saxlanc üçün ona təqdim etdiyi üzük və pul əskinazıdır. Əşyalar götürülməklə möhürlənib qablaşdırılmışdır. İş materiallarına əlavə edilmiş 18 dekabr 2023-cü il tarixli “əşyanın tanınmaya təqdim edilməsi haqqında” protokoldan gorunur ki, cinayət işi üzrə əşyanın tanınmaya təqdim edilməsi haqqında istintaq hərəkəti həyata keçirilən zaman iş üzrə zərərçəkmiş şəxs X13 ona təqdim edilmiş əşyaları nəzərdən keçirib həmin əşyaların onun yaşadığı evdən oğurlandığını və xüsusiyyətlərinə görə eynilik təşkil etməsini, həmin əşyalara heç bir zərər yetirilməməsini bildirmişdir. İş materiallarına əlavə edilmiş 19 dekabr 2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs DrugSense ORASCAN adlı SERİAL №**********47 nömrəli narkotester vasitəsilə testən keçirilmiş, nəticəsi olaraq şəxsin nako kitdə olan THC (marixuana), OPİ (opium və onun sintetikləri), MOR (morfin), AMP (amfetamin) və BZO (benzodiazepin)-nun istifadə etməsi akşar edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən verilimiş 20 dekabr 2023-cü il tarixli 3-13-11/2- 15572/2023 saylı məktubundan görünür ki, tədqiqata təqdim edilmiş əl izləri DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl izləri ilə müqayisə edilmiş, müqayisəli tədqiqat nəticəsində yararlı olan əl izlərindən 01 ədədi (ADİS-in məlumat bankına Zaqatala RPŞdən daxil olmuş) xx.xx.2001-ci ildə Zaqatala şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin çeçelə (C1 pəncərə açılan hissə iç tərəfindən götürülümş) barmağın əksi ilə eynilik təşkil etmişdir. Digər eynilik aşkar olunmadı. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən verilimiş 21 dekabr 2023-cü il tarixli 3-13-11/2- 15644/2023 saylı məktubundan görünür ki, tədqiqata təqdim edilmiş əl izləri DİN-in KTİ-nin ADİS-in məlumat bazasında olan şəxslərin əl əksləri ilə müayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində eynilik aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən verilimiş 21 dekabr 2023-cü il tarixli 3-13-11/2- 15660/2023 saylı məktubundan görünür ki, tədqiqata təqdim edilmiş əl izləri KTİ-nin ADİSin məlumat bankında olan şəxslərin əl əskləri ilə müqayisə edilmiş, müqayisəli tədqiqat nəticəsində əl-izlərindən 02 ədədi (ADİS məlumat banlna Zaqatala RPŞ-dən daxil olan) xx.xx.2001-ci ildə Zaqatala rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin orta və adsız barmaqlarıəksi ilə eynilik təşkil etmişdir. Digər eynilik aşkar olunmadı. İş materiallarına əlavə edilmiş 29 dekabr 2023cü il tarixli “əşyaların məhsul saxlanca verilməsi barədə” protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, LE10404932D, LC80514772A, LC79992192A, PB4615266M, LC805147774A, KB98295072A, LF65302337D, PG70654505B, MA51279993A, seriyalı 900 (doqquz yüz) ABŞ dolları, A08266699, C89750553 seriyalı 100 (yüz), A08494103 seriyalı 20 (iyirmi), A66377079 seriyalı 10 (on) AZN pul, "xxxx" MMC aid 1 manatlıq 08 ədəd, 2 manatlıq 15 ədəd, 3 manatlıq 9 ədəd, "xxxx" MMC-yə aid 1 manatlıq 8 ədəd, 2 manatlıq 6 ədəd, 3 manatlıq 5 ədəd, "xxxx" MMC-yə aid 2 manatlıq 6 ədəd danışıq kartları, 5 qutu silver compact imperial classic, 5 qutu silver slim imperial classic, 1 qutu blue slim imperial classic, 11 qutu blue viceroy, 10 qutu silver viceroy, 6 qutu silver Winchester, 2 qutu compact silver Winchester, 5 qutu compact argo, 3 qutu blue prima deluxe, 8 qutu nano platinum keno club, 1 qutu nano night keno club, 10 qutu black carbon magna, 3 qutu silver carbon mağna, 1 qutu palmall, 2 qutu LD compact markalı siqaretlər Zərərçəkmiş şəxs1 iş üzrə məhkəmənin hökmü qanuni qüvvəyə minənədək məsul saxlanca verilmişdir. İş materiallarına əlavə edilmiş 19 yanvar 2024-cü il tarixli “zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası vətəndaşı, xx.xx.2003-cü il təvəllüdlü, Zaqatala rayonu, Mamrux kəndində yaşayan Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Neyrocərrahlıq Xəstəxanası tərəfindən 305 saylı verilmiş xəstənin stasionar tibbi kartından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs sağ OBA anevrizmasının partlaması. Kəskin subaraxnoidal və intraparenximatoz qansızma diaqnozu qoyulmuş. xx.xx.2019-cü il tarixdə cərrahi əməliyyat keçirmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X17 “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxs tərəfindən verilmiş 02 fevral 2024-cü il tarixli 18-1-78/2-185/2024 saylı məktubdan görünür ki, Zaqatala rayonu Mumrux kənd sakini Paşayev X4 RMX PHŞ-nin Psixiatrik və Narkoloji kabinetində qeydiyyatda yoxdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən 15 fevral 2024-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Beynəlxalq Bankın Zaqatala filialın 16 feval 2024-cü il tarixli 6-2-937QT/2-14/2024-cü il tarixli məktubundan gorunu ki, 04 dekabr 2023-cü tarixli valyuta məzənəsinə əsasən 1 rusiya rublunun AZN-ə olan ekvivakenti- 0,0188 və 13 dekabr 2023-cü il tarixli valyuta məzənnəsinə əsasən 1 ABŞ dollarının AZNə olan ekvivalenti-1.7000-dür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Zaqatala RİHB-nın Mamrux kənd İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş 16 fevral 2024-cü il tarixli 5-82-27/2- 66/2024 saylı və eyni tarixli 5-82-27/2-58/2024 saylı arayışlarından görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Mamrux kənd sakinidir. Onun ailə tərkibi özü, atası, anası və iki qardaşından ibarətdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Zaqatala RİHB-nın Mamrux kənd İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Paşayev X2 anadan olub, Mamrux kənd tam orta məktəbində təhsil alıb, hərbi xidmətdə olmamışdır. Yaşadığı müddət ərzində ərazi nümayəndəliyinə barəsində kənd ərazisində dəfələrlə oğurluq hadisəsi törətməsi barədə vətəndaşlar tərəfindən şifahi şəkildə məlumat və şikayətlər daxil olmuşdur. İş materiallarına əlavə edilmiş 17 fevral 2024-cü il tarixli arayışdan görünür ki, ümumi çəkisi 20,53 qram olmaqla 1,8 qram çəkidə 585 əyarlı qızıl üzüyün, 585 əyarlı xırda briliant qaşlı bir cüt qızıl sırğanın, 01 ədəd 585 əyarlı üzərində briliant qaşla bəzədilmiş klonlu nazik qızıl boyunbağın, 01 ədəd 585 əyarlı üzərində briliant qaşlar olan qızıl qolbağın, 01 ədəd 585 əyarlı üzərində briliant qaşlar olan qızıl üzüyün və 585 əyarlı sadə qaşlı 3,4 qram çəkidə 01 ədəd qızıl üzüyün ümumi qiyməti 03 dekabr 2023-cü il tarixinə münasibətdə 4955-5160 manat aralığında təşkil edir. İş materiallarına əlavə edilmiş 17 fevral 2024-cü il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, üzləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı deyərək istifadəsində olan ərzaq mağazasındakı pul kisəssindən 1500 ABŞ dolları və 1000 AZN məbləğində pulu oğurlayaraq ona maddi ziyan vurmasını bildirmişdir. İş materiallarına əlavə edilmiş 17 fevral 2024-cü il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, üzləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı deyərək yaşadığı evin ikinci mərtəbəsində yerləşən otaqadkı sandıqdan 300 manat məbləğində pulu oğurlayaraq ona maddi ziyan vurmasını bildirmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X15 tərəfindən verilmiş 08 fevral 2024-cü il tarixli 84 saylı rəydən görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyindən əziyyət çəkmir. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməllərini törədərəkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmiş və ya onları idarə edə bilmək iqtidarında olmuşdur, yəni ANLAQLİ vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs anlaqlılığı istinta etməyən psixi pozuntu aşkar edilmir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarına əlavə edilmiş 20 fevral 2024-cü il tarixli “zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası vətəndaşı, Zaqatala rayonu Mamrux kənd sakini Zərərçəkmiş şəxs4 zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 21 fevral 2024-cü il tarixli 3-16-16/2-6/433-9/493 nömrəli ekspert rəyindən görünür ki, təqdim edilən 24 adda mallar-567,80 manat, 03 ədəd sırğa tayları təyinatı üzrə istifadəyə yararsız olduğundan qiymətsiz müəyyən edilir. Təqdim edilməyən 07 adda mallar nəzəri qaydada-112,00 manat təşkil edir. Tədqiqata təqdim edilmiş: -2.16 qram kütləli, üzərində rəngsiz, şəffaf qaşlar olan, sarı rəngli 1 ədəd üzük 583/585 əyarlı qızıldan hazırlanmışdır; -1.59 qram kütləli, üzərində rəngsiz, şəffaf qaşlar olan, sarı rəngli 1 ədəd üzük 583/585 əyarlı qızıldan hazırlanmışdır; -1,86 qram kütləli, üzərində rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli 1 cüt sırğa qiyməstiz metal ərintisindən(mis, sink, dəmir və s) hazırlanmışdır; -3,80 qram kütləli, üzərində zərli qeyri metal hissəsi olan, sarı rəngli, 1 cüt sırğa qiyməstiz metal ərintisindən(mis, sink, dəmir və s) hazırlanmışdır; -0.67 qram kütləli, sarı rəngli 1 ədəd cüt sırğa qiyməstiz metal ərintisindən(mis, sink, dəmir və s) hazırlanmışdır; -0.68 qram kütləli, sarı rəngli 1 ədəd cüt sırğa qiyməstiz metal ərintisindən(mis, sink, dəmir və s) hazırlanmışdır; -4.27 qram kütləli, üzərində rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli 1 ədəd sırğa tayı qiyməstiz metal ərintisindən (mis, sink, dəmir və s) hazırlanmışdır; -0.50 qram kütləli, sarı rəngli 1 ədəd sırğa tayı qiyməstiz metal ərintisindən (mis, sink, dəmir və s) hazırlanmışdır; -0.97 qram kütləli, üzərində rəngsiz şəffaf qaşlar olan, sarı rəngli 1 ədəd sırğa tayı qiyməstiz metal ərintisindən (mis, sink, dəmir və s) hazırlanmışdır; -1,74 qram kütləli, üzərində rəngsiz şəffaf qaşlar olan, sarı rəngli 1 ədəd kulon qiyməstiz metal ərintisindən(mis, sink, dəmir və s) hazırlanmışdır; -6,24 qram kütləli, gümüşü rəngli 1 ədəd boyunbağına bənzər məmulat hisəssi qiyməstiz metal ərintisindən(mis, sink, dəmir və s) hazırlanmışdır;
1. Təqdim edilən 24 adda mallar-567,80 manat, 03 ədəd sırğa tayları təyinatı üzrə istifadəyə yararsız olduğundan qiymətsiz müəyyən edilir.
2. Təqdim edilməyən 07 adda mallar nəzəri qaydada-112,00 manat təşkil edir. Qiymətləndirilən malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində aşağıdakı kimi göstərilmişdir: -2.16 qram kütləli, üzərində rəngsiz, şəffaf qaşlar olan, sarı rəngli 1 ədəd üzük 583/585 əyarlı qızıldan hazırlanmışdır-184 manat -1.59 qram kütləli, üzərində rəngsiz, şəffaf qaşlar olan, sarı rəngli 1 ədəd üzük 583/585 əyarlı qızıldan hazırlanmışdır-135 manat -1,86 qram kütləli, üzərində rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli 1 cüt sırğa qiyməstiz metal ərintisindən(mis, sink, dəmir və s) hazırlanmışdır-5 manat -3,80 qram kütləli, üzərində zərli qeyri metal hissəsi olan, sarı rəngli, 1 cüt sırğa qiyməstiz metal ərintisindən(mis, sink, dəmir və s) hazırlanmışdır-5 manat -0.67 qram kütləli, sarı rəngli 1 cüt sırğa qiyməstiz metal ərintisindən(mis, sink, dəmir və s) hazırlanmışdır -5 manat 0.68 qram kütləli, sarı rəngli 1 ədəd cüt sırğa qiyməstiz metal ərintisindən(mis, sink, dəmir və s) hazırlanmışdır-3 manat 4.27 qram kütləli, üzərində rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli 1 ədəd sırğa tayı qiyməstiz metal ərintisindən (mis, sink, dəmir və s) hazırlanmışdır-0 manat 0.50 qram kütləli, sarı rəngli 1 ədəd sırğa tayı qiyməstiz metal ərintisindən (mis, sink, dəmir və s) hazırlanmışdır-0 manat 0.97 qram kütləli, üzərində rəngsiz şəffaf qaşlar olan, sarı rəngli 1 ədəd sırğa tayı qiyməstiz metal ərintisindən (mis, sink, dəmir və s) hazırlanmışdır-0 manat 1,74 qram kütləli, üzərində rəngsiz şəffaf qaşlar olan, sarı rəngli 1 ədəd kulon qiyməstiz metal ərintisindən(mis, sink, dəmir və s) hazırlanmışdır-2 manat 6,24 qram kütləli, gümüşü rəngli 1 ədəd boyunbağına bənzər məmulat hisəssi qiyməstiz metal ərintisindən(mis, sink, dəmir və s) hazırlanmışdır-5 manat 5 qutu olmaqla silver compact imperial classic markalı siqaret-14 manat 5 qutu olmaqla silver slim imperial classic markalı siqaret-14 manat 1 qutu olmaqla blue slim imperial classic markalı siqaret-2.80 manat 11 qutu olmaqla blue viceroy markalı siqaret-28.6 manat 10 qutu olmaqla silver viceroy markalı siqaret-26 manat 10 qutu olmaqla silver compact imperial classic markalı siqaret-14 manat 6 qutu olmaqla silver Winchester markalı siqaret-18.6 manat 2 qutu olmaqla compact silver Winchester markalı siqaret-6.2 manat 5 qutu olmaqla compact argo markalı siqaret-12.5 manat 3 qutu olmaqla blue prima deluxe markalı siqaret-7.8 manat 8 qutu olmaqla nano platinum keno club markalı siqaret-19.2 manat 1 qutu olmaqla nano night keno club markalı siqaret -2.4 manat 10 qutu olmaqla black carbon magna markalı siqaret- 26 manat 3 qutu olmaqla silver carbon mağna markalı siqaret- 7.8 manat 1 qutu olmaqla palmall markalı siqaret 3.1 manat 2 qutu olmaqla LD compact markalı siqaret-6.8 manat 20 ədəd olmaqla “Cookie” yazıları olan İran istehsalı şirniyyat-30 manat Təqdim edilməyən mallar nəzəri qaydada: 8 ədəd olmaqla 1 manatlıq "xxxx" MMC-yə aid danışıq kartı 8 manat 15 ədəd olmaqla 2 manatlıq "xxxx" MMC-yə aid danışıq kartı 30 manat 9 ədəd olmaqla 3 manatlıq "xxxx" MMC-yə aid danışıq kartı 27 manat 8 ədəd olmaqla 1 manatlıq "xxxx" MMC-yə aid danışıq kartı 8 manat 6 ədəd olmaqla 2 manatlıq "xxxx" MMC-yə aid danışıq kartı 12 manat 5 ədəd olmaqla 3 manatlıq "xxxx" MMC-yə aid danışıq kartı 15 manat 6 ədəd olmaqla 2 manatlıq "xxxx" MMC-yə aid danışıq kartı 12 manat İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 21 fevral 2024-cü il tarixli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 140 (bir yü qırx) manat təşkil etmişdir. İş materiallarına əlavə edilmiş “cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, istintaqla müəyyən edilməli hallar üzrə mümkün sübutların həcmi cinayət işi üzrə mötəbər və yekun nəticəyə gəlməyə imkan verdiyindən toplanmış sübutların kifayət etmiş hesab olunması, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsini və ona elan olunmuş ittihama dəyişikliklər və əlavələr edilməsi zərurətinin yaranmasını nəzərə alaraq ona Cinayət Məcəlləsinin həmin maddəsi ilə yenidən ittiham elan edilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınması, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 ümumilikdə dəymiş maddi ziyannın ifadələrində göstərdikləri məbləğdə, yəni 5460 manat məbləğdə olmasının qiymətləndirilməsi, Təqsirləndirilən şəxs və X13 tərəfindən verilmiş ifadələrdə oğurlanmış sırğanın qızıl olması barədə məlumat yanılma nəticəsində həqiqəti əks etdirməməsi və faktiki olaraq oğurlanmış sırğanın qızıl sırğa olmaması, həmin sırğanın qiymətsiz metal ərintisindən hazırlanması barədə Zərərçəkmiş şəxs4 ifadəsi və kompleks məhkəmə fizikikimyəvi və əmtəəşünaslıq ekspertizasının 21 fevral 2024-cü il tarixli 3-16-16/2-6/433- 9/493-nömrəli ekspert rəyinin nəzərə alınması, ekspert rəyi daha mötəbər və dəqiq olmasını nəzərə alaraq geri qalan predmentlər ekspertiza rəyində adlı siyahıda göstərildiyi kimi qiymətləndirilməsi, cinayət işi üzrə 2.16 qram kütləli, üzərində rəngsiz, şəffaf qaşlar olan, sarı rəngli 1 ədəd 583/585 əyarlı qızıl üzük, 1.59 qram kütləli, üzərində rəngsiz, şəffaf qaşlar olan, sarı rəngli 1 ədəd 583/585 əyarlı qızıl üzük, 1,86 qram kütləli, üzərində rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli 1 cüt sırğa, 3,80 qram kütləli, üzərində zərli qeyri metal hissəsi olan, sarı rəngli, 1 cüt sırğa, 0.67 qram kütləli, sarı rəngli 1 cüt sırğa, 0.68 qram kütləli, sarı rəngli 1 ədəd cüt sırğa, 4.27 qram kütləli, üzərində rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli 1 ədəd sırğa tayı, 0.50 qram kütləli, sarı rəngli 1 ədəd sırğa tayı, 0.97 qram kütləli, üzərində rəngsiz şəffaf qaşlar olan, sarı rəngli 1 ədəd sırğa tayı, 1,74 qram kütləli, üzərində rəngsiz şəffaf qaşlar olan, sarı rəngli 1 ədəd kulon, 6,24 qram kütləli, gümüşü rəngli 1 ədəd boyunbağı və чE 84009081 seriyalı 100 rus rublu maddi sübut kimi tanınsın və sonra Zaqatala RPŞ-in maddi sübutlar otağında saxlanılması, cinayət işi üzrə LE10404932D, LC80514772A, LC79992192A, PB4615266M, LC805147774A, KB98295072A, LF65302337D, PG70654505B, MA51279993A, seriyalı 900 (doqquz yüz) ABŞ dolları, A08266699, C89750553 seriyalı 100 (yüz), A08494103 seriyalı 20 (iyirmi), A66377079 seriyalı 10 (on) AZN pul, "xxxx" MMC aid 1 manatlıq 08 ədəd, 2 manatlıq 15 ədəd, 3 manatlıq 9 ədəd, "xxxx" MMC-yə aid 1 manatlıq 8 ədəd, 2 manatlıq 6 ədəd, 3 manatlıq 5 ədəd, "xxxx" MMC-yə aid 2 manatlıq 6 ədəd danışıq kartları, 5 qutu silver compact imperial classic, 5 qutu silver slim imperial classic, 1 qutu blue slim imperial classic, 11 qutu blue viceroy, 10 qutu silver viceroy, 6 qutu silver Winchester, 2 qutu compact silver Winchester, 5 qutu compact argo, 3 qutu blue prima deluxe, 8 qutu nano platinum keno club, 1 qutu nano night keno club, 10 qutu black carbon magna, 3 qutu silver carbon mağna, 1 qutu palmall, 2 qutu LD compact markalı siqaretlər maddi sübut kimi tanınsın və Zərərçəkmiş şəxs1 iş üzrə məhkəmənin hökmü qanuni qüvvəyə minənədək məsul saxlanca verilməsinin nəzərə alınması, X13 tərəfindən cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanındıqdan sonra şəxsin zərərçəkmiş şəxs qismində qalmasına əsaslar olmadığı müəyyən edildiyindən Elgün Əliyevin cinayət prosesində zərərçəkmiş şəxs qismində iştirakına xitam verilməsi, 04 dekabr 2023-cü tarixli valyuta məzənəsinə əsasən 1 rusiya rublunun AZN-ə olan ekvivakenti-0,0188 və 13 dekabr 2023cü il tarixli valyuta məzənnəsinə əsasən 1 ABŞ dollarının AZN-ə olan ekvivalenti-1.7000 olmasının nəzərə alınması, Şahid əməlində cinayət tərkibinin olması sübuta yetirilmədiyindən barəsində Azərbaycan Respublikası CM-nin 32.5, 177.2.3-cü maddəsi ilə cinayət işinin başlanmasının rədd edilməsi, istintaqa dəqiq məlum olmayan şəxs(lər)in əməlində cinayət tərkibinin olması sübuta yetirilmədiyindən barəsində Azərbaycan Respublikası CM-nin 194.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilməsi, cinayət işi üzrə təqsirləndirilən şəxsin etirafedici ifadəsi, hadisə yerinə baxış protokolları, zərərçəkmiş şəxslərinin, şahidin ifadəsi, kompleks məhkəmə fiziki-kimyəvi və əmtəəşünaslıq, kompleks məhkəmə psixiatrik-psixoloji ekspertizasının rəyləri, ifadənin yerində yoxlanılması istintaq hərəkətinin protokolu, üzləşdirmə istintaq hərəkətinin protokolları istintaq materiallarına uyğun verildiyi üçün sübut kimi tanınması və cinayət işinə əlavə edilməsi qərara alınmışıdır. İş materiallarına əlavə edilmiş 21 fevral 2024-cü il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddələr ilə yenidən ittiham elan edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş 21 fevral 2024-cü il tarixli “əşyaların məhsul saxlanca verilməsi barədə” protokoldan görünür ki, Zərərçəkmiş şəxs4 məxsus iş üzrə maddi subut hesab edilən 2.16 qram kütləli, üzərində rəngsiz, şəffaf qaşlar olan, sarı rəngli 1 ədəd 583/585 əyarlı qızıl üzük, 1.59 qram kütləli, üzərində rəngsiz, şəffaf qaşlar olan, sarı rəngli 1 ədəd 583/585 əyarlı qızıl üzük, 1,86 qram kütləli, üzərində rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli 1 cüt sırğa, 3,80 qram kütləli, üzərində zərli qeyri metal hissəsi olan, sarı rəngli, 1 cüt sırğa, 0.67 qram kütləli, sarı rəngli 1 cüt sırğa, 0.68 qram kütləli, sarı rəngli 1 ədəd cüt sırğa, 4.27 qram kütləli, üzərində rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli 1 ədəd sırğa tayı, 0.50 qram kütləli, sarı rəngli 1 ədəd sırğa tayı, 0.97 qram kütləli, üzərində rəngsiz şəffaf qaşlar olan, sarı rəngli 1 ədəd sırğa tayı, 1,74 qram kütləli, üzərində rəngsiz şəffaf qaşlar olan, sarı rəngli 1 ədəd kulon, 6,24 qram kütləli, gümüşü rəngli 1 ədəd boyunbağı və чE 84009081 seriyalı 100 rus rublu saxlanılması üçün Zərərçəkmiş şəxs4 təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş 21 fevral 2024-cü il tarixli “əşyaların məhsul saxlanca verilməsi barədə” protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus iş üzrə maddi sübut hesab olan LE10404932D, LC80514772A, LC79992192A, PB4615266M, LC805147774A, KB98295072A, LF65302337D, PG70654505B, MA51279993A, seriyalı 900 (doqquz yüz) ABŞ dolları, A08266699, C89750553 seriyalı 100 (yüz), A08494103 seriyalı 20 (iyirmi), A66377079 seriyalı 10 (on) AZN pul, "xxxx" MMC aid 1 manatlıq 08 ədəd, 2 manatlıq 15 ədəd, 3 manatlıq 9 ədəd, "xxxx" MMC-yə aid 1 manatlıq 8 ədəd, 2 manatlıq 6 ədəd, 3 manatlıq 5 ədəd, "xxxx" MMC-yə aid 2 manatlıq 6 ədəd danışıq kartları, 5 qutu silver compact imperial classic, 5 qutu silver slim imperial classic, 1 qutu blue slim imperial classic, 11 qutu blue viceroy, 10 qutu silver viceroy, 6 qutu silver Winchester, 2 qutu compact silver Winchester, 5 qutu compact argo, 3 qutu blue prima deluxe, 8 qutu nano platinum keno club, 1 qutu nano night keno club, 10 qutu black carbon magna, 3 qutu silver carbon mağna, 1 qutu palmall, 2 qutu LD compact markalı siqaretlər və iş üzrə əhəmiyyət kəsb edən “Cookie” yazıları olan İran İR istehsalı şirniyyatı saxlanılması üçün Zərərçəkmiş şəxs1 təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəmişdir. Barışmışdırlar və onun təqsirləndirilən şəxs barəsində heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs3 tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəmişdir. Barışmışdırlar və onun təqsirləndirilən şəxs barəsində heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs4 tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəmişdir. Barışmışdırlar və onun təqsirləndirilən şəxs barəsində heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsi barədə” 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, Cinayət Məcəlləsində oğurluq cinayətinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir, yəni mənzildə, binada, anbarda, digər saxlanc yerində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə edilən əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. Maddədə qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqları, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi təchiz edilmiş binalar, qurğular, xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Eyni zamanda, həmin qərarda qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz girmə kimi qiymətləndirilməli, açıq və gizli maneələri aradan qaldırmaqla, oradakı insanların, mühafizəçilərin müqavimətini qırmaqla, ya onları aldatmaqla və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi mülkiyyətin xüsusi mülkiyyət, dövlət mülkiyyəti və bələdiyyə mülkiyyəti kimi üç növünü nəzərdə tutmaqla toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğunu təsbit edir. Mülki qanunvericilikdə mülkiyyətin bütün formalarının bərabərliyi və mülkiyyət hüququnun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə edildiyi, habelə cinayət qanununda bütün mülkiyyət formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət əleyhinə cinayətlərdə talama cinayəti öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Mülkiyyətin müxtəlif obyektinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayəti adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanuna zidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. «Oğurluq, soyğunçuluq və quldurluğa dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması, yəni oğurluq kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və yaxud onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir(7-ci bənd); özgənin əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən bilavasitə özgənin əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək cinayət iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər hansı icraçı və digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçıların, təhrikçilərin, köməkçilərin) barəsindəki sübutlara qiymət verilməlidir (10-cu bənd); Cinayət Məcəlləsinin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları rolların bölgüsünə əsasən cinayətin törədilməsində icraçıya birbaşa kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapı, cəftə və qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət əməli aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar Cinayət Məcəlləsinin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün həmin normaya istinad edilməsinə ehtiyac yoxdur (11-ci bənd); bu Məcəllənin 177-ci maddəsi “Qeyd” hissəsinin 3-cü bəndinə görə oğurluq, soyğunçuluq və ya quldurluq cinayətlərinin “təkrarlıq” əlamətləri üzrə tövsif edilməsi üçün həmin Məcəllənin 177, 178, 180 və 181-ci maddələri ilə, habelə 179, 182, 183, 184 və 185-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsi (hər hansı ardıcıllıqla) əsas ola bilər (15-ci bənd); şəxs tövsifedici əlamətlər olmadan özgənin əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, həmin hərəkətlər, Cinayət Məcəlləsinin 16.2-ci maddəsinə əsasən bu Məcəllənin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir (18-ci bənd); yaşayış sahəsinə, binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə - oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); talanmış əmlakının qiyməti müəyyən olunarkən, cinayətin törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda, talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxslərin, şahidin ifadəsinə, hadisə yerinə baxış protokollarına, kompleks məhkəmə fiziki-kimyəvi və əmtəəşünaslıq, kompleks məhkəmə psixiatrik-psixoloji ekspertizasının rəylərinə, ifadənin yerində yoxlanılması istintaq hərəkətinin protokollarına, üzləşdirmə istintaq hərəkətinin protokollarına, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən “Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla, təkrar və xeyli miqdarda ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası CM-nin: 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxsnın təqsirini etiraf edib peşiman olmasını(CM-in 59.2-ci maddəsi), xx.xx.2019-cu il tarixdə ağır cərrahi əməliyyat keçirməsini, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 vurduğu zərəri tam aradan qaldırmasını və onların təqsirləndirilən şəxsə qarşı şikayət və tələblərinin olmamasını (CM-nin 59.1.12, 59.1.13-cü maddəsi)cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İttiham aktından görünür ki, Azərbaycan Respublikası CM-nin 61.1.7-ci maddəsinə əsasən cinayətin qoca olan şəxsə qarşı törədilməsi Təqsirləndirilən şəxs cəzasının ağırlaşdırıan hal kimi nəzərə alınmışdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin qəsdi şəxsə qarşı deyil, əmlaka qarşı yönəldiyindən, həmçinin zərərçəkmiş şəxsin yaşnın və vəziyyətinin təqsirləndirilən şəxsə məlum olmaması nəzərə alınaraq həmin hal cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmamalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, əməlini etiraf etməsini və peşman olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2,177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, “məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi və 03 epizoddan ibarət mülkiyyət əleyhinə oğurluq cinayəti törətməsini və şəxsiyyətini nəzərə alaraq hesab edir ki, yalnız cəmiyyətdən təcrid edilməklə ona azadlıqdan məhrum etmə cəzasının təyin olunması cəzanın məqsədini təmin edə bilər. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi 03 epizoddan ibarət oğurluq cinayətlərinə görə cəza təyini məsələsini müzakirə edərkən, törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirini səciyyələndirən halları, zərərçəkmiş şəxslərə dəymiş ziyanın tam ödənilməməsini, cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı, cəzanı yüngülləşdirən halların olmasını, habelə müvafiq icra hakimiyyəti orqanı verdiyi xasiyyətnaməyə əsasən mülkiyyət əleyhinə cinayət əməli törətməyə meyilli şəxs olmasını nəzərə alaraq hesab etmişdir ki, təqsirli bilindiyi maddələrin sanksiyasının aşağı həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi ilk əvvəl cəzanın məqsədini təmin etməklə yanaşı, qanuni, əsaslı və ədalətli hesab edilməlidir. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilərək cəza “ümumi” rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, cəzaçəkmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin materiallarında olan Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(033)-34/2023 saylı qərarından görünür ki, vəsatət qismən təmin olunaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs – xx xxx 2001-ci ildə Zaqatala rayonu Mamrux kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Zaqatala rayonu Mamrux kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs barəsində əvvəli 16 dekabr 2023-cü il tarixdən hesablanmaqla 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə, yəni 15 mart 2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilmiş, vəsatət qalan hissədə təmin olunmamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi taınmış LE10404932D, LC80514772A, LC79992192A, PB4615266M, LC805147774A, KB98295072A, LF65302337D, PG70654505B, MA51279993A seriyalı 900 (doqquz yüz) ABŞ dolları, A08266699, C89750553 seriyalı 100 (yüz), A08494103 seriyalı 20 (iyirmi), A66377079 seriyalı 10 (on) AZN pul, "xxxx" MMC aid 1 manatlıq 08 ədəd, 2 manatlıq 15 ədəd, 3 manatlıq 9 ədəd, "xxxx" MMC-yə aid 1 manatlıq 8 ədəd, 2 manatlıq 6 ədəd, 3 manatlıq 5 ədəd, "xxxx" MMC-yə aid 2 manatlıq 6 ədəd danışıq kartları, 5 qutu silver compact imperial classic, 5 qutu silver slim imperial classic, 1 qutu blue slim imperial classic, 11 qutu blue viceroy, 10 qutu silver viceroy, 6 qutu silver Winchester, 2 qutu compact silver Winchester, 5 qutu compact argo, 3 qutu blue prima deluxe, 8 qutu nano platinum keno club, 1 qutu nano night keno club, 10 qutu black carbon magna, 3 qutu silver carbon magna, 1 qutu palmall, 2 qutu LD compact markalı siqaretlərin Zərərçəkmiş şəxs1 verilməsi nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi taınmış 2.16 qram kütləli, üzərində rəngsiz, şəffaf qaşlar olan, sarı rəngli 1 ədəd 583/585 əyarlı qızıl üzük, 1.59 qram kütləli, üzərində rəngsiz, şəffaf qaşlar olan, sarı rəngli 1 ədəd 583/585 əyarlı qızıl üzük, 1,86 qram kütləli, üzərində rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli 1 cüt sırğa, 3,80 qram kütləli, üzərində zərli qeyri metal hissəsi olan, sarı rəngli, 1 cüt sırğa, 0.67 qram kütləli, sarı rəngli 1 cüt sırğa, 0.68 qram kütləli, sarı rəngli 1 cüt sırğa, 4.27 qram kütləli, üzərində rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli 1 ədəd sırğa tayı, 0.50 qram kütləli, sarı rəngli 1 ədəd sırğa tayı, 0.97 qram kütləli, üzərində rəngsiz şəffaf qaşlar olan, sarı rəngli 1 ədəd sırğa tayı, 1,74 qram kütləli, üzərində rəngsiz şəffaf qaşlar olan, sarı rəngli 1 ədəd kulon, 6,24 qram kütləli, gümüşü rəngli 1 ədəd boyunbağı və чE 84009081 seriyalı 100 rus rublun Zərərçəkmiş şəxs4 verilməsi nəzərə alınmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 140 (bir yüz qırx) manat pul təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM 198.1.) «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilmasi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Zərərçəkmiş şəxs1 mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə
H Ö K M E T D İ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, o 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını “ümumi” rejimli cəzaçəkmə müəsissəsində çəkməklə, cəzaçəkmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 140 (bir yüz qırx) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE0000**********088501, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. İş üzrə maddi sübut kimi taınmış Zərərçəkmiş şəxs1 məxsus LE10404932D, LC80514772A, LC79992192A, PB4615266M, LC805147774A, KB98295072A, LF65302337D, PG70654505B, MA51279993A seriyalı 900 (doqquz yüz) ABŞ dolları, A08266699, C89750553 seriyalı 100 (yüz), A08494103 seriyalı 20 (iyirmi), A66377079 seriyalı 10 (on) AZN pul, "xxxx" MMC aid 1 manatlıq 08 ədəd, 2 manatlıq 15 ədəd, 3 manatlıq 9 ədəd, "xxxx" MMC-yə aid 1 manatlıq 8 ədəd, 2 manatlıq 6 ədəd, 3 manatlıq 5 ədəd, "xxxx" MMC-yə aid 2 manatlıq 6 ədəd danışıq kartları, 5 qutu silver compact imperial classic, 5 qutu silver slim imperial classic, 1 qutu blue slim imperial classic, 11 qutu blue viceroy, 10 qutu silver viceroy, 6 qutu silver Winchester, 2 qutu compact silver Winchester, 5 qutu compact argo, 3 qutu blue prima deluxe, 8 qutu nano platinum keno club, 1 qutu nano night keno club, 10 qutu black carbon magna, 3 qutu silver carbon magna, 1 qutu palmall, 2 qutu LD compact markalı siqaretlərin Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi taınmış Zərərçəkmiş şəxs4 məxsus 2.16 qram kütləli, üzərində rəngsiz, şəffaf qaşlar olan, sarı rəngli 1 ədəd 583/585 əyarlı qızıl üzük, 1.59 qram kütləli, üzərində rəngsiz, şəffaf qaşlar olan, sarı rəngli 1 ədəd 583/585 əyarlı qızıl üzük, 1,86 qram kütləli, üzərində rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli 1 cüt sırğa, 3,80 qram kütləli, üzərində zərli qeyri metal hissəsi olan, sarı rəngli, 1 cüt sırğa, 0.67 qram kütləli, sarı rəngli 1 cüt sırğa, 0.68 qram kütləli, sarı rəngli 1 cüt sırğa, 4.27 qram kütləli, üzərində rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli 1 ədəd sırğa tayı, 0.50 qram kütləli, sarı rəngli 1 ədəd sırğa tayı, 0.97 qram kütləli, üzərində rəngsiz şəffaf qaşlar olan, sarı rəngli 1 ədəd sırğa tayı, 1,74 qram kütləli, üzərində rəngsiz şəffaf qaşlar olan, sarı rəngli 1 ədəd kulon, 6,24 qram kütləli, gümüşü rəngli 1 ədəd boyunbağı və чE 84009081 seriyalı 100 rus rublun Zərərçəkmiş şəxs4 qaytarılması nəzərə alınsın. Zərərçəkmiş şəxs1 vurularaq ödənilməmiş maddi ziyanın tələbi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökm elan olunduğu andan (Təqsirləndirilən şəxs hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan (təqsirləndirilən şəxs X5 hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Sədrlik edən: Vüqar Məmmədov