Azərbaycan Respublikası adından HÖKM Zaqatala rayonu İş № 1(033)-19/2021 12.02.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X1 katibliyi, dövlət ittihаmçısı- Azərbaycan Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Zaqatala rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs: xx.xx.1965-ci il tarixdə Zaqatala rayon Qımır kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmuş, evli, işləməyən, Zaqatala rayon Qımır kəndində daimi qeydiyyatda olmaqla yaşamış, Zaqatala rayon məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 09 oktyabr 2020-ci il tarixdə, saat 13 radələrində Zərərçəkmiş şəxs və ailə üzvlərini guya sonuncunun satdığı qoyunları almaq məqsədilə adlarına Zaqatala şəhər mərkəzi poçtuna pul göndərəcəyini bildirib aldatmaqla yaşadıqları evi tərk etmələrinə nail olduqdan sanra tamah niyyəti ilə Zərərçəkmiş şəxs ailə üzvləri ilə birgə yaşadığı, Zaqatala rayonu, Əliabad qəsəbəsindəki fərdi yaşayış evinin həyətində yerləşən, qoyunların müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş və hasarla təchiz olunmuş, həmin yaşayış evindən təcrid edilmiş ərazi sahəsinə, yəni başqa saxlanc yerinə qanunsuz daxil olaraq oradan saxlanılan və Zərərçəkmiş şəxs məxsus olan 60 baş yerli cins qoyunu onlardan daha ağır çəkililərini rahat şəkildə seçmək və sonradan avtomobilə yükləmək məqsədilə oradan çıxararaq evdən təxminən 500-600 metr məsafədə yerləşən fındıq bağına aparmış, həmin yerdə 60 baş qoyunun içərisindən hər birinin çəkisi 45 kq olan 20 ədəd cəmi 4500 manat dəyərində və hər birinin çəkisi 40 kq olan 10 ədəd cəmi 2000 manat dəyərində qoyunları qanunsuz və əvəzsiz olaraq götürməklə qəsdən gizli talayaraq sonuncuya ümumilikdə 6500 manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, o, 2019-cu il tarixdə əvvəl törətmiş olduğu cinayətə görə cəzasını başa vurduqdan sonra Salyan rayonunda olan 5 nömrəli cəzaçəkmə müəssisəsindən azadlığa buraxılmış, azadlığa buraxıldıqdan sonra bir çox yerlərə işləmək üçün müraciət etsə də iş tapa bilməmişdir. O, 2020-ci ilin yanvar ayından Bakı şəhərində yaşamış, 2020-ci ilin sentyabr ayının 6-7 tarixlərdə Zaqatala rayonuna oğlunun yanına gəlmiş, Bakıda qaldığı müddət ərzində bir neçə dəfə Zaqatala rayonuna gəlib getmişdir. Həmin müddət ərzində kirayədə Bakı şəhərində yaşamış, bir müddət iş tapıb işləmiş, lakin iki üç ay ərzində isə işi olmamışdır. O, iş tapa bilmədiyi üçün Zaqatala rayonuna oğlunun yanına geri qayıtmış, Bakı şəhərində son iki üç ay ərzində işsiz olduğu üçün evində kirayə yaşadığı Telman adlı şəxsə kirayə olaraq evində qaldığı üçün evinə münasibətdə 510 manat borcu olmuş, həmçinin ondan borc olaraq 900 manat pul borc almışdır. Həmin pulu geri qaytara bilməmiş, oğlu Mövludun şəraiti normal olmadığı üçün normal yaşaya bilməmişdir. Onların maddi cəhətdən çətinlikləri olduğu üçün adam tapıb aldadıb heyvanlarını satıb borcunu geri qaytarmaq qərarına gəlmişdir. O, bundan sonra tanış adam fikirləşən zaman keçmiş dostu Bədir yadına düşmüşdür. O, Bədirin Rusiya Federasiyasında olduğunu, lakin onun qardaşının Əliabad qəsəbəsində yaşadığını bilmişdir. O, Əliabad qəsəbəsinə gedib Orucu tapmaq, onunla danışıb satdıq heyvanı varsa onu aldadıb heyvanlarını ələ keçirmək qərarına gəlmişdir. Əgər onda olmasa onun vasitəsilə adam tapıb həmin adamı aldadıb heyvanları ələ keçirmək haqqında fikirləşmiş, Əliabad qəsəbəsinə Orucun atası Şakirin yaşadığı evə getmiş, həmin vaxt evdəkiləri nə qədər çağırsa da cavab verən olmamış, tanımadığı adamdan soruşduqda həmin şəxs Orucun həmin ünvanda yaşamadığını, Mosul yolunda yaşadığını demişdir. O, Mosul yoluna gedib Orucun ailə üzvləri ilə birlikdə yaşadığı evlərini tapmış, Oruc ilkin olaraq onu tanımamış, ona tanışlıq verib ona qardaşı Bədirin dostu olduğunu demişdir. Ona Qımır kəndindən olduğunu, adının Mövləm olduğunu demiş, təxminən 10-15 dəqiqə onunla söhbət etdikdən sonra ona heyvan almaq istədiyini demiş, Oruc onun satdıq heyvanı olmadığını demişdir. O, onunla söhbət edəndə ona qonşuluqda olan başqa kimdəsə heyvan olub-olmadığını demiş, Oruc qonşuluqda Qurban olduğunu həmin şəxsin heyvan alıb satmaq işinə baxdığını demişdir. Orucla birlikdə Qurbanın yaşadığı evə getmişlər, Oruc Qurbanı çağırsa da Qurban evdə olmamış, onun qızı həyətə çıxmış, Oruc ondan Qurbanın yerini soruşduqda qızı Qurbanın fındıq bağında olduğunu heyvanları otarmağa apardığını demişdir. Oruc onun qızından telefon nömrəsini alaraq Qurbana zəng etmiş, Qurbanla Oruc danışan zaman Qurban 10-15 dəqiqəyə gələcəyini demişdir. Qurban 10-15 dəqiqədən sonra gəlmiş, heyvanları həyətə saldıqdan sonra oturub söhbət edən zaman Qurban 60 baş xırdabuynuzlu heyvanı satdığını demiş, Qurbanla heyvanları almaq barədə danışan zaman ilkin olaraq Qurban ona diri çəkisi bir kiloqramı 5 manatdan satdığını demiş, bundan sonra onunla razılaşıb getmişdir. O, Qurbanın telefon nömrəsini ondan almış, onun nömrəsinin ***-***-**-** saylı mobil nömrəni özündə qeyd edib götürmüş, həmin günün sabahısı Qurbanın yaşadığı evə gedən zaman Qurban heyvanları Orucla birlikdə çəkdiyini, heyvanların bəzisinin 25 kq, bəzisini 30 kq və bəzisinin isə 40 kq olduğunu demişdir. Həmin heyvanların ümumilikdə ortalama 1700 kq çəkiləri olduğunu, həmin heyvanların qiymətinin 8900 manat olduğunu demişdir. 4 baş xırdabuynuzlu heyvanın isə boğaz qoyun olduğunu onların hər birini 250 manata verdiyini demişdir. O, ümumilikdə həmin heyvanları 9900 manata satmağa razılaşmış, həmin gün sabahısı təkrar onun yaşadığı ünvana getmiş, onunla söhbət edən zaman heyvanları aparmaq üçün yük avtomobili gələcəyini demişdir. Qurban isə ona axşam heyvanlar çəkdiyi xərci hesabladığını həmin qiymətə satmağın ona sərf etmədiyini demiş, onlar onunla danışan zaman 56 baş heyvanı hamısı birlikdə ümumilikdə 11000 manata satın almağı barədə razılaşmışlar, onunla söhbət edib çay içmiş, həmin vaxt telefonla İmişli rayonundan olan heyvan daşıyan tanımadığı yük avtomobilinin sürücüsünə bir neçə dəfə zəng edib heyvanı olduğunu yükü aparmağa gəlməsini bildirmişdir. O, isə bir neçə dəfə zəng etdikdən sonra işi olduğunu ona zəng etməməyini bildirmiş, bundan sonra Qurbana heyvanları heç kimə satmamasını demişdir. O, həmin vaxt şəxsiyyət vəsiqəsini ona vermiş, Qurban vəsiqəyə baxıb ehtiyac olmadığını deyib vəsiqəni qaytarmışdır. O, həmin gün Qurbanın yanından ayrıldıqdan sonra Bakı şəhərinə getmiş, Bakı şəhərində olan zaman heyvanları satmağa yer axtarsa da tapa bilməmiş, Bakı şəhərindən qayıtdıqdan sonra mütəmadi olaraq heyvanları satmağa yer və aparmağa avtomobil axtarmışdır. 27 sentyabr 2020-ci il tarixdə Qurbana zəng etmiş, Qurban ona Əliabadda heyvan bazarında olduğunu demiş, Qurbana onun olduğu yerə gəldiyini demişdir. Qurban ona bazarda yerini demiş, onun yanına getdikdə heyvanlar barədə danışıb, heyvanları evdən gətirib satıb-satmadığını soruşmuşdur. Qurban söz verdiyini heyvanları satmadığını demiş, Qurban bazarda yerində heyvan alıb-satdığını demişdir. O, həmin vaxt bazarda Faldardan olan bir nəfər adını dəqiq bilmədiyi yük avtomobili sürücüsü tapıb ona heyvanları onun avtomobili ilə aparmaq haqqında danışmış, Qurbana həmin oğlanı göstərib heyvanları onun avtomobili ilə aparmaq istədiyini demiş, həmin oğlan Qurbanı tanıyıb onun həyətinə ot bağlaması apardığını demişdir. Onlar Qurbanın yanında danışan zaman həmin oğlan aparacağını problem olmadığını desə də, daha sonra bir qədər uzaqlaşdıqda heyvanları hara aparacaqlarını soruşmuş, ona Bakı şəhərinə aparacağını demişdir. O, müharibə şəraiti olduğunu, yük avtomobilinin əlindən alınmasından qorxduğunu deyib onunla razılaşmamışdır. Təxminən 4-5 gün keçdikdən sonra əvvəllər Şirvan rayonunda təsadüfən avtovağzalda tanış olduğu Anar adlı şəxsə zəng etmiş, onunla söhbət edərək onların rayonunda heyvanın necə vəziyyətdə olduğunu satmaq mümkün olub-olmadığını demişdir. Anara 60 baş xırda buynuzlu heyvanı olduğunu satmaq istədiyini demişdir. Anar ona qəssabları çox olduğunu satmağa köməklik edə biləcəyini demişdir. O, ona heyvanları aparmaq üçün yük avtomobili tapa bilmədiyini demişdir. O, problem olmadığını avtomobil tapacağını demiş, daha sonra ona zəng edib yaxın adam olduğunu, həmin adamın 350 manat yol haqqı istədiyini demişdir. O, onunla razılaşmış, təxminən iki gün sonra Vaqif adlı şəxs ona zəng edərək nömrəni Anardan aldığını demiş, onunla danışan zaman o həmin gün axşam çıxacağını demiş, ona həmin gün axşam yox, sabahısı axşam gəlməsini demişdir. O, heyvanların yaylaqda olduğunu düşürmək lazım olduğunu demiş, həmin gün onun işini ləngitdiyini demiş, bu səbəbdən ondan 400 manat alacağını demiş, onunla razılaşmışdır. Sabahısı gün axşam saat 18 radələrində Qurbanla danışaraq ona Bakı şəhərində olduğunu onun adına poçtla 20000 manat pul göndərəcəyini demişdir. Ona öz heyvanlarının pulunu götürməsini, qalan pula isə ona heyvan almasını demiş, Qurban onunla razılaşmışdır. Vaqiflə danışan zaman yola çıxdığını demiş, ona Zaqatala yazısı yazılan yerə gəlib gözləməsini demiş, Vaqif onunla razılaşmışdır. O, 09 oktyabr 2020-ci il tarixdə saat 09 radələrində Qurbana zəng etmiş, onunla danışıb pulu poçtla onun adına göndərəcəyini demiş, Qurban ona heyvanların yanında olduğunu 15-20 dəqiqəyə evə gedib çay içib çıxacağını demişdir. O, ona evə getdikdə xəbər etməsini demiş, təxminən 10-15 dəqiqə sonra zəng edib evdə olduğunu demişdir. O, ona poçta getməsini çatanda xəbər etməsini demiş, ona pulun çox olduğunu bir adamın adına göndərməyin çətin olduğunu demiş, onunla razılaşaraq arvadı ilə qızını da aparacağını bildirmişdir. O, əvvəllər onun evində iki dəfə olduğu üçün evində yalnız qızı və arvadı olduğunu bilmişdir. O, onlar evdə olmadığı vaxtda gizli olaraq onun heyvanlarını oğurlamağı fikirləşmiş, Qurbana Bakı şəhərində olduğunu dediyi üçün Qurbanın heyvanları onun aparmağından məlumatsız olacağını, heyvanları gizli olaraq aparacağını fikirləşmişdir. Qurban evdən çıxdıqdan sonra ona xəbər etmiş, ona poçta çatanda xəbər etməsini demişdir. O, həmin vaxt evdən çıxıb Əliabad qəsəbəsinə getmiş, Vaqif həmin yerə gəlmiş onunla görüşmüş, Vaqifdən borc olaraq 600 manat pul istəmişdir. Vaqif borc olaraq ona 600 manat pul vermiş, Qurban zəng etdikdə Vaqifin yanından uzaqlaşıb Qurbanla telefonla danışdıqda Qurban ona poçtda olduğunu demişdir. Onlar çay içib çıxmışlar, Vaqifə məxsus “Kamaz” markalı **-DC-*** nömrəli yük avtomobili ilə Qurbanın evinin yanına getmişlər, Qurbanın evinin yanına çatdıqda həyətə baxmış, Vaqifə həyətdə odun olduğunu maşın salmaq mümkün olmadığını demişdir. O, Vaqifə evin dostunun evi olduğunu heyvanların isə onun heyvanları olduğunu demiş, heyvanları yaylaqdan gətirdiyi üçün həmin həyətə gətirdiyini demişdir. O, Vaqifə avtomobili qabağa sürməsini heyvanları yükləmək üçün yer tapmaq lazım olduğunu demiş, təxminən 200 metr qabağa getmişlər. Lakin heyvanları yükləməyə yer tapa bilməmişlər, Vaqifə gözləməsini demişdir. O, təkrar Qurbangilin həyətinə gedib heyvanları həyətdən çıxarmış, heyvanları yük avtomobilin yanına aparıb yaxınlıqdakı bağa salmış, Vaqif yük avtomobilini bağın içinə salmışdır. Vaqif avtomobili rahat şəkildə saxlamış, Vaqifə kömək etməsini demişdir. Onunla birlikdə 25 baş qoyunu avtomobilin üzərinə yığmışlar. Heyvanların içinin yaxşı olanlarını seçib yığmışlar. O, bundan sonra bəs olduğunu demiş, Vaqif nəyə görə qalan heyvanları saxladığını soruşduqda ona onların zəif olduğunu bu səbəbdən damazlıq kimi saxladığını demişdir. Onlar həmin vaxt yük avtomobili ilə hərəkətə başlamışlar. O, qalan heyvanların necə olacağını dedikdə ona həmin heyvanları dostunun gəlib aparacağını demişdir. Onlar yolda təxminən Qax rayonun ərazisində olan zaman Qurban zəng etmiş, ona pulu göndərdiyini günorta yemək fasiləsindən sonra poçtdan pulu götürməsini bildirmişdir. Onlar həmin gün axşam saat 23 radələrində Salyan rayonunun Qarabağlı kəndinə çatmışlar. Həmin yerə çatdıqdan sonra Anarla söhbət edərək heyvanları hara boşalda biləcəklərini demiş, Anar yeri olmadığını demişdir. Onun tanımadığı Ruslan adlı şəxs həmin yerə gəlmiş, Anarla söhbət edən zaman Ruslan problem olmadığını heyvanları onların həyətinə boşalda biləcəklərini demişdir. Onlar birlikdə heyvanları aparıb Ruslangilin həyətinə boşaltmışlar. Sabahısı gün həmin heyvanları satmaq istəmiş, Anar kömək edib bir neçə qəssaba xəbər etmiş, həmin gün bir neçə nəfər qəssab gəlsə də, onlarla qiymətdə razılaşmamışdır. Həmin gün axşam saat 14 radələrində Elman adlı şəxsə 25 baş xırda buynuzlu heyvanı bir başı 100 manata olmaqla, ümumilikdə 2500 manata satmış, həmin yerdə Vaqifə 1000 manat pul vermişdir. 1500 manat pul isə özünə qalmışdır. O, təxminən saat 16 radələrinədək Salyan rayonu Qarabağlı kəndində olmuş, saat təxminən 17 radələrində Vaqif ona onu polis şöbəsinə çağırdıqlarını demişdir. Vaqif ondan heyvanların oğurluq olub-olmadığını soruşmuş, ona heyvanların onun özünə məxsus olduğunu demişdir. Vaqif polis şöbəsinə gedəcəyini demiş, həmin vaxt yanlarında Anar olmuş, Anar bəlkə başqa səbəbdən çağırdıqlarını demişdir. O, bazarlıq edib Anara bacısıgilə gedəcəyini, bacısının Lənkəranda yaşadığını demişdir. O, bazarlıq edib taksi ilə Lənkəran rayonuna Tural adlı türmə yoldaşının yanına getmiş, həmin gecə Tural İsayevgildə qalmışdır. Sabahısı gün Lerik rayonuna Ruslan adlı türmə yoldaşının qardaşının yas mərasiminə getmiş, orada iştirak etdikdən sonra Lənkəran rayonuna qayıdıb saat 01 radələrində Lənkəran rayonundan Bakı şəhərinə getmişdir. Təxminən iki-üç gün Bakı şəhərində oteldə qalmış, 17 oktyabr 2020-ci il tarixdə Zaqatala rayon Qımır kəndinə oğlu Mövludun yanına gəlmişdir. O, polis şöbəsinə gələrək təslim olmaq istəmiş, həmin günü səhər saatlarında polis əməkdaşları həmin ünvana gələrək onu polis şöbəsinə dəvət etmişlər. O, Zərərçəkmiş şəxs məxsus ümumilikdə 25 baş xırda buynuzlu heyvanı oğurlamış, oğurladığı qoyunları Salyan rayonu Qarabağlı kəndinə apararaq Elman adlı şəxsə satmışdır. O, ilkin olaraq Zərərçəkmiş şəxs məxsus heyvanları onu aldadaraq ələ keçirmək istəmiş, lakin Qurban pulu almamış heyvanları verməyə razı olmamış, bundan sonra onu aldadaraq ailə üzvləri ilə birlikdə evdən uzaqlaşdırmış, gizli olaraq ona məxsus heyvanları oğurlamışdır. Qurban evdə olmadığı üçün və onun Bakı şəhərində olduğunu bildiyi üçün heyvanların onun tərəfindən oğurlandığını bilməyəcəyini fikirləşmişdir. Zərərçəkmiş şəxs məxsus heyvanları saymadan ona məxsus həyətyanı sahədən çıxarıb aparmış, həmin heyvanlardan ona məxsus 25 baş xırdabuynuzlu heyvanı oğurlamış, qalan heyvanları isə fındıq bağının yaxınlığında qoyub getmişdir. Şahid2 ondan həmin heyvanların necə olacağını soruşduqda heyvanları dostunun gəlib aparacağını demişdir. Zərərçəkmiş şəxs məxsus heyvanları oğurlayıb Salyan rayonuna aparan zaman yolda Ucar rayonu ərazisində Ləki restoranında çörək yemişlər, lakin həmin yerdə və ümumiyyətlə yolda hər hansı yerdə heyvan satmamışlar. Onların qoyunları apardıqları yük avtomobilində yük yerində her yer bağlı olmuş, avtomobildən qoyun düşməsi mümkün olmamışdır. Vaqif ondan heyvanların kimə məxsus olduğunu soruşduqda heyvanların özünə məxsus olduğunu bildirmiş, Salyan rayonunda olduqda da heyvanların oğurluq olmasından Vaqifin xəbəri olmamışdır. O, 25 baş xırdabuynuzlu heyvan oğurlamışdır. Heyvanları oğurlayan zaman heç bir problem yaranmadığı üçün həmin pullar barədə Vaqifə heçnə deməmişdir. Salyan rayonu ərazisində heyvanları Elman adlı şəxsə satdıqdan sonra Anarın yanında Vaqifə 1000 manat pul vermiş, Vaqifə ona olan borcunu qaytardığını demişdir. Həmin günü Vaqif onların yanında olan zaman ona polisdən zəng gəldikdə Anargilin yanında Vaqif ondan birdən heyvanlar oğurluq olar deyə soruşmuş, ona heyvanların özünə məxsus olduğunu, heç bir narahatçılıq olmadığını demişdir. Dəymiş 6500 manat maddi ziyanın 5375 manatı zərərçəkmiş şəxsə ödənilmişdir. Həmin zərər nağd şəklində deyil, ancaq Elmana satdığı qoyunlar qaytarılmaqla ödənilmişdir. Barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclası zamanı Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, təxminən 2020-ci ilin sentyabr ayının sonuncu on günlüyündə Əliabad qəsəbəsində ona məxsus fındıq bağında heyvanları otaran zaman qonşuluqda yaşayan Oruc adlı şəxs zəng edib satdıq heyvan olub-olmadığını soruşmuş, ona heyvanlar olduğunu deyib heyvanları götürüb beş on dəqiqəyə həyətə gələcəyini demişdir. O, Oruca satdıq heyvanı olduğunu, heyvan almaq istəyən olduğunu dediyi üçün heyvanları gətirib gələcəyini demişdir. O, təxminən 10-15 dəqiqə içərisində heyvanları həyətə gətirmiş, heyvanları həyətə gətirib boş əraziyə buraxdıqdan sonra Oruc və yanında bir nəfər tanımadığı şəxs gəldiyini görmüşdür. Onlar onun yanına gəldikdən sonra Oruc həmin şəxsin heyvan almaq istədiyini demiş, Orucdan həmin şəxsi haradan tanıdığını soruşmuş, Oruc ona həmin şəxsin onun qardaşının dostu olduğunu, onlara gedib gələn adam olduğunu demiş, həmin şəxsin Qımırdan olduğunu, onların tanışı olduğunu adının isə Mövləm olduğunu demişdir. Həmin şəxsin heyvan almaq istədiyini demiş, o, Mövləmlə söhbət edib onun heyvanlarına baxmışlar, onunla heyvanlara baxdıqdan sonra heyvanları diri çəkisi ilə kiloqramı 5 manatdan ona satmaq haqqında razılaşmışdır. Mövləm bundan sonra heyvanları sabah gəlib aparacağını demiş, Mövləm getdikdən sonra heyvanları təxminən beş kateqoriyaya bölüb hər birinə uyğun bir heyvan tutub çəkilərini çəkmiş, həmin vaxt ortalama 52 heyvana münasibətdə 1780 kq olmuş, həmin çəkiyə münasibətdə ortalama 8900 manat hesablamış, dörd ədəd dişi boğaz heyvanı biri 250 manatdan hesablamışdır. Ümumilikdə heyvanlara 9900 manat dəyər müəyyən etmiş, həmin günün sabahısı Mövləm onun yaşadığı ünvana tək gəlmiş, Mövləm gəldikdən sonra onunla söhbət edən zaman Mövləm ona heyvanları aparmaq üçün 10-15 dəqiqəyə yük avtomobili gələcəyini demiş, ona axşam heyvanları çəkib daha sonra onlara çəkdiyi xərcləri hesabladığını demişdir. Kilosu 5 manatdan satmağın ona sərf etmədiyini demişdir. Mövləmlə heyvanların dəyəri barədə söhbət edib 56 baş heyvanı ümumilikdə 11000 manata ona satmağa razılaşmış, onlar təxminən yarım saat bir saat çay içib söhbət etmişlər, həmin vaxt Mövləm dəfələrlə kiməsə zəng etmiş, özünü narahat kimi apararaq yük avtomobilinin İmişli rayonundan yük götürüb Zaqatalaya gələcəyini demişdir. Mövləm buradan isə Bakı şəhərinə gedəcəklərini demişdir. Lakin həmin gün təxminən iki saat gözləsələr də, avtomobil gəlməmiş, bundan sonra Mövləm ona heyvanları heç kimə satma istəyirsən şəxsiyyət vəsiqəsini götür amma heyvanları keç kimə satma demiş, O, iki-üç günə heyvanları gəlib alacağını demişdir. Mövləm ona şəxsiyyət vəsiqəsinin ona lazım olmadığını demiş, Mövləm bundan sonra getmişdir. Mövləm təkrarən 25 sentyabr 2020-ci il tarixdə yaşadığı evə gəlmiş, həmin vaxt heyvanları satmamağını deyib, Bakı şəhərinə gedəcəyini pulu oradan ona göndərəcəyini demişdir. O, Mövləmə gözləyəcəyini demişdir. Mövləm onun ad familya və ata adını götürüb pulu göndərəcəyini demişdir. İki gün sonra yəni 27 sentyabr 2020-ci il tarixdə o, Əliabad qəsəbəsində heyvan bazarında olmuş, həmin vaxt təsadüfən Mövləm ona zəng etmiş, onunla danışan zaman harada olduğunu soruşmuş, ona heyvan bazarında olduğunu demişdir. Mövləm özünün də bazarda olduğunu demiş, Mövləm ona bazarın giriş hissəsində qapı tərəfdə olduğunu deyərək həmin yerə gəlməyini bildirmişdir. Mövləm həmin yerə gedib onunla görüşmüş, Mövləm onunla görüşən zaman ona Bakıya gedəsi olmadığını, birinci gün Bakı şəhərinə gedəcəyini demişdir. Mövləm bir-iki günə gəlib heyvanları aparacağını demiş, o Mövləmə gözləyəcəyini demişdir. Həmin vaxt Mövləm mal bazarında olan tanımadığı bir nəfər şəxsi özü gedib gətirib heyvanları götürmək üçün həmin adamın gələcəyini demişdir. Mövləm pulu göndərdikdən sonra həmin adamın gəlib heyvanları aparacağını demişdir. O, həmin adamı tanımasa da, heyvanları gəlib aparacağını demişdir. Həmçinin şəxs əvvəllər onun yaşadığı evə ot bağlamaları gətirdiyini evini tanıdığını demişdir. Mövləm isə iki-üç gün keçdikdən sonra zəng edib qarantin şəraiti olduğunu ona görə gələ bilmədiyini demişdir. Mövləm heyvanları yükləyib Bakı şəhərinə gəlməsini, orada heyvanların və onun yol xərcini verəcəyini demişdir. Mövləmlə razılaşmamış, ona heyvanları bəyənməsələr boş yerə əlavə xərcə düşəcəyini demişdir. Mövləmə pulunu göndərməsini daha sonra heyvanları aparmasını bildirmişdir. Mövləm ona “sən yaxşı oğlansan əgər gətirsən biz sənə heyvanların dəyərindən əlavə 9000 manat əlavə pul verəcəyik” demiş, Mövləm ümumilikdə ona 20000 manat verəcəklərini demişdir. Mövləm ona gələndə şəxsiyyət vəsiqəsini gətirməyini bildirib onu qeydiyyata alaraq işlədikləri təşkilatda daimi olaraq onunla işləyəcəklərini demişdir. Mövləm həmçinin ona “pikap” markalı avtomobil verəcəklərini, onun da işinin rahat olacağını demiş, onunla razılaşmamışdır. O, Mövləmə əvvəlcə pulunu göndərmələrini bildirib təklifi ilə razılaşmamışdır. 08 oktyabr 2020-ci il tarixdə Mövləm təkrarən ona zəng edib pulu sabah göndərəcəyini demişdir. Mövləm ona “sabah 20000 manat pul göndərirəm sonra sənə yenə zəng edəcəm” demişdir. Mövləm həm heyvanların pulunu, həmçinin gələcəkdə edəcəkləri alqı-satqının behini əvvəlcədən verəcəyini demişdir. Mövləm ona 09 oktyabr 2020-ci il tarixdə saat 09 radələrində zəng edib heyvanların pulunu göndərəcəyini demiş, Mövləm ona “bu gün yüz faiz pulunu göndərəcəm, narahat olma” demişdir. Mövləm saat 11 radələrində ona zəng edib yoldaşını da götürüb poçta getməsini istəmiş, ona yoldaşının nə üçün lazım olduğunu dedikdə pulun çox olduğunu bir nəfərin adına göndərmək olmadığını demişdir. Mövləm təxminən yarım saatdan sonra zəng edib ona qızını da götür üç nəfərin adına pulu göndərməyin daha rahat olduğunu demişdir. O, Mövləmə inanıb arvadı Güldənə və qızı Mayanı götürüb poçta getmiş, təxminən saat 12-yə on-on beş dəqiqə işləmiş evdən çıxıb poçta getmişlər. Onlar saat 12 radələrində Zaqatala şəhərində mərkəzi poçtda olmuş, təxminən 2-3 saat poçtda olmuşlar, həmin vaxt Mövləm ilə əlaqə saxladıqda o, pulu beş-on dəqiqəyə göndərəcəyini deyərək onu aldatmış, həmin müddət ərzində pulu göndərməmişdir. Təxminən saat 16 radələrində onlar Zaqatala şəhərində poçtdan evə qayıtmışlar. Onlar saat 16 olmağa onon beş dəqiqə qalmış artıq evə çatmışlar. Onlar evə çatdıqdan sonra həyətə yaxınlaşdıqda darvazanın qarşısında yerdə yük avtomobili izləri olduğunu görmüş, həmin an artıq onu aldatdıqlarını heyvanlarını apardıqlarını başa düşmüşdür. Onlar həyətə baxdıqda heyvanların artıq yerində olmadığını görmüş, o, bundan sonra qonşulardan həyətlərində heyvanları aparan avtomobili və şəxsləri görüb-görmədiklərini soruşmuş, sonra DİN-nin “102 zəng” xidməti mərkəzinə müraciət edərək məlumat vermişdir. O, ona məxsus heyvanları ələ keçirmiş Mövləm adlı şəxsin tapılmasını ona məxsus heyvanların geri qaytarılması barədə polisə müraciət etmişdir. O, 27 sentyabr 2020-ci il tarixdə bazarda üç baş erkək heyvan və 04 oktyabr 2020-ci il tarixdə isə 3 baş xırdabuynuzlu erkək heyvan almış, həmin heyvanlardan iki başını satmış, Mövləm ona məxsus ümumilikdə 60 baş heyvanı ələ keçirməsi haqqında müraciət etmişdir. O, 56 baş heyvana münasibətdə 11000 manat dəyər müəyyən etmişlər, daha sonra aldığı altı baş heyvanlardan ilk bazar aldıqlarını 150, 155 və 180 manata, 04 oktyabrda aldıqlarını isə 190, 160 və 170 manata almışdır. Həmin heyvanlardan 160 manata aldığını və 155 manata aldığı iki baş heyvanları satmışdır. Ümumilikdə ona məxsus 60 baş heyvanın ələ keçirilməsi nəticəsində ona 11690 manat ziyan dəyməsi haqqında müraciət etmiş, 10 oktyabr 2020-ci il tarixdə səhər saat 08-09 radələrində küçəyə çıxan zaman ona məxsus oğurlanmış heyvanlardan 30 baş xırdabuynuzlu heyvanın küçədə olduğunu görmüşdür. Həmin heyvanları öz həyətyanı sahəsinə aparmış, lakin ona məxsus 30 baş xırdabuynuzlu heyvanları həmin vaxt tapmamışdır. O, tapdığı xırda buynuzlu heyvanlara baxan zaman həmin heyvanların seçildiyini başa düşmüş, həmin heyvanlar ona məxsus oğurlanmış heyvanların ən arıqları olmuşdur. Həmin heyvanların içərisindən yaxşıları seçilib oğurlanmış, ona məxsus olan daha iri 30 baş xırdabuynuzlu heyvan qoyunlar oğurlanmışdır. Həmin heyvanlardan 25 baş qoyun 11 oktyabr 2020-ci il tarixdə polis əməkdaşları tərəfindən tapılaraq onun özünə geri qaytarılmışdır. Ona məxsus 30 baş qoyun oğurlanmış, həmin qoyunların hamısı yerli cins heyvanlar olmaqla erkək heyvanlar olmuş, qoyunlardan 25 baş qoyun onun özünə geri qaytarılmışdır. Onun özünə geri qaytarılmış 25 baş qoyundan 15 baş qoyunun diri çəkisi hər biri 45 kiloqram, 10 qoyunun hər birinin diri çəkisi isə 40 kiloqram olmuşdur. Ona məxsus 5 baş qoyun isə geri qaytarılmamışdır. 5 baş qoyunun isə təxminən hər birinin diri çəkisi 45 kiloqram olan bir illik erkək quzular olmuşdur. Ümumilikdə həmin qoyunlardan 20 baş qoyunun təxminən diri çəkisi 45 kq olmaqla bir baş qoyunun qiyməti oğurlandığı tarixdə təxminən 210 manat olmaqla ümumilikdə 20 baş qoyunun qiyməti 4200 manat, 10 baş diri çəkisi 40 kq olan qoyunun bir başının qiyməti isə 180 manat olmuşdur. Ümumilikdə ona 6000 manat ziyan dəydiyini bildirmişdir. Oğurlanmış qoyunlardan 25 baş qoyun geri qaytarılmış, beş baş qoyunun isə qaytarılması təmin edilməmişdir. Təqsirləndiriən şəxs ona dəymiş maddi zərərdən oğurlanmış qoyunlar qaytarılmaqla 5375 manatını ödəmiş, qalan 1125 manatını ödəməmişdir və aralarında barışıq əldə olunmamışdır. Təqsirləndirilən şəxs şikayətçidir, dəymiş maddi zərərini tləb edir, barəsində qanuni tədbirlərin görülməsini xahiş edir. Məhkəmə baxışı iclası zamanı şahid qismində dindirilmiş Şahid1, Şahid5 və Şahid6ovna Zərərçəkmiş şəxs verdiyi ifadəyə oxşar məzmunda ifadə verərək, ibtidai istintaq zamanı verdikləri ifadələrini təsdiq etdilər. Məhkəmə baxışı iclası zamanı şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, o, Zaqatala rayon sakini Mövləm adlı şəxsi təxminin 2020-ci ilin may ayında Şirvan şəhərində olan zaman tanımış, həmin vaxt Bakı şəhərinə getməli olduğu üçün təsadüfən Mövləm avtovağzalda çayxanada ona yaxınlaşmışdır. Mövləm onunla söhbət edərək Zaqatala rayon sakini olduğunu demişdir. Mövləm ona yaxşı qoz-fındığının olduğunu, onların qiymətinin Salyan rayonundakından çox ucuz olduğunu demiş, ondan nömrəsini götürməsini, onunla əlaqə saxlamasını istəmiş, lazım olsa gətirib satacaqlarını demişdir. Mövləm onun ***-***-**-** saylı mobil nömrəsini qeyd etmiş, müxtəlif vaxtlarda onunla telefon vasitəsilə əlaqə saxlayıb hal-əhval tutmuşdur. O, onunla danışan zaman Mövləm Hacıqabul rayonunda qızının ərdə olduğunu yeznəsinin tutulduğunu türmədə olduğunu demişdir. Bundan sonra təxminən 2020-ci ilin oktyabr ayının əvvəllərində onunla əlaqə saxlayıb 57 baş heyvanı olduğunu demiş, ona onlar tərəfdə heyvanın ucuz olduğunu demişdir. Mövləm ondan əgər onların rayonuna heyvan gətirsə satmağın mümkün olub-olmadığını soruşmuşdur. O, Mövləmə onlar tərəfdə qəssab çox olduğunu, heyvanları kök olsa yaxşı olsa sata biləcəyini demişdir. Mövləm ona məxsus heyvanların diri çəkisinin 50-60 kq olduğunu demiş, təxminən bir həftə keçdikdən sonra Mövləm ona zəng edib bazara gedəcəyini heyvanları gətirmək üçün avtomobil tapacağını demiş, təxminən iki gündən sonra zəng edib heyvan çox olduğunu, böyük yük avtomobili tapa bilmədiyini demişdir. Mövləm onun üçün avtomobil tapa bilib bilməyəcəyini soruşmuş, o, Mövləmə problem olmadığını demişdir. O, bundan sonra həmkəndlisi Vaqif adlı şəxsin telefon nömrəsini tapıb onunla əlaqə saxlamış, Vaqif Zaqataladan heyvanları 350 manata gətirə biləcəyini demişdir. O, Mövləmə zəng edib demiş, Mövləm problem olmadığını iki günə heyvanları yaylaqdan düşürüb yerləşdirib Vaqiflə özü əlaqə saxlayıb Vaqifi çağıracağını demişdir. Vaqifin telefon nömrəsini Mövləmə vermişdir. 09 oktyabr 2020-ci il tarixdə Vaqiflə əlaqə saxlayan zaman Zaqatala rayonunda olduğunu, hələki yatdığını demişdir. Təxminən on dəqiqə keçdikdən sonra Mövləm zəng edib Vaqiflə danışdığını Vaqifin Zaqatala olduğunu, onun yanına gəldiyini demişdir. Vaqif ona zəng edib Mövləmin ondan borca 600 manat pul istədiyini demiş, Vaqifə normal adam olduğunu demişdir. Həmin günü axşam Mövləm Vaqifə məxsus **-DC-*** yük avtomobili ilə Salyan rayonuna Qarabağlılar kəndinə gəlmiş, axşam heyvanları saxlamağa yer olmadığı üçün heyvanları həmkəndlisi Ruslan adlı şəxsin evinin həyətinə yerləşdirmişlər. Həmin vaxt heyvanları boşaldan zaman 25 baş heyvan olmuşdur. Mövləm gecəni ona məxsus çayçıda qalmışdır. Vaqif həmin gün ona Mövləm heyvanları satsa onsuz Mövləmə pul verməmələrini demiş, Mövləmə 600 manat borca pul verdiyini demişdir. Mövləm 10 oktyabr 2020-ci il tarixdə saat 17 radələrinədək heyvanları satmağa çalışmış, həmin gün Mövləm heyvanları Elman adlı şəxsə 2500 manata satmışdır. O, heyvanları satdıqdan sonra kənd ərazisində çayçıda Vaqifə 1000 manat pul vermişdir. Həmin heyvanları satdıqdan sonra həm gün Mövləm taksi ilə Lənkəran rayonuna bacısının evinə gedəcəyini demiş, Mövləm bacısı ilə danışdığını bacısının ona buğda un və digər ərzaq məhsulları almağı tapşırdığını demişdir. Bundan sonra taksi ilə Mövləm Lənkəran rayonuna getmişdir. Vaqiflə həmin şəxsi tanış edən zaman Vaqifə həmin adamı tanıdığını, bir–iki dəfə oturub çay içdiyini normal adam olduğunu demişdir. Vaqif ondan həmin adamı necə tanıdığını, nəsə problem olub-olmayacağını dedikdə ona problem olmayacağını, normal adam olduğunu demişdir. Bundan başqa, baş vermiş hadisə haqqında hər hansı məlumatı olmamışdır. Təqsirləndirilən şəxs həmin heyvanları oğurluq yolu ilə əldə etməsindən hər hansı məlumatı olmamışdır. Suala cavab olaraq Təqsirləndirilən şəxs ifadəsində 10 oktyabr 2020-ci il tarixdə Şahid2 yük avtomobili ilə oğurladığı 27 baş xırdabuynuzlu heyvanı Salyan rayonuna gətirdiyini, həmin heyvanların oğurluq olduğunu bildiyi üçün iki baş xırda buynuzlu heyvanın Şahid2 yük avtomobilində qaldığını, Vaqifin özünə götürdüyünü, heyvanları boşaldan zaman onun bunu gördüyünü bildirməsi xüsusatı ilə əlaqədar olaraq Mövləmin yalan ifadə verdiyini bildirmişdir. O, heyvanları yük yerindən boşaldan zaman Şahid2 yük avtomobilinin yük yerinə baxdığını, orada heyvan qalmadığını bildirmişdir. O, daha sonra Mövləmə 30 yaxın heyvan gətirəcəyini demiş, bəs niyə 25 heyvan olduğunu soruşduqda Mövləm ona cavab verməmişdir. Şahid2 ona əvvəlcədən Mövləmin ondan borca 600 manat pul istədiyini demiş, daha sonra isə 1000 manat Mövləm heyvanları satdıqdan sonra Vaqifə pul vermişdir. Mövləm özü də onun yanında ona borcunu qaytardığını demişdir. Məhkəmə baxışı iclası zamanı şahid qismində dindirilmiş Şahid4 Əmrəslan oğlu ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, 10 oktyabr 2020-ci il tarixdə Salyan rayon Qarabağlı kəndi ərazisində olan çayxanada olan zaman əvvəllər tanımadığı sonradan adını bildiyi Mövləm adlı şəxsin heyvan satdığını görmüşdür. Həmin vaxt kənd ərazisində heyvan alqı-satqısı ilə məşğul olan şəxslər çayxananın qarşısında gəlib Mövləmin satmaq istədiyi heyvanlara baxıb getmişlər. O, həmin vaxt Mövləmə yaxınlaşıb heyvanların qiymətini soruşduqda heyvanları ortalama bir başını 120 manatdan satmaq istədiyini demiş, o, ilkin olaraq onunla razılaşmamışdır. Təxminən 10-15 dəqiqə keçdikdən sonra Mövləmin söhbət edərək həmin heyvanları 2500 manata satmaq istədiyini dediyini eşitmiş, ona yaxınlaşıb həmin heyvanları 2500 manata ona satmasını istəmişdir. Mövləm onunla razılaşmış, həmin heyvanları 2500 manat Mövləmə pul verərək satın almışdır. Daha sonra Mövləm həmin pulun 1000 manatın çayxananın içərisində onun yanında Vaqif adlı həmkəndlisinə sayıb vermişdir. O, həmin heyvanları öz yaşadığı evin həyətinə aparmışdır. Həmin gün axşam Salyan rayon polis şöbəsindən ona ərazilərinin polis sahə rəisi zəng edərək heyvanların oğurluq olduğunu demişdir. Həmin heyvanlarla heç bir şey etməməsini bildirmişdir. Həmin günün sabahısı 11 oktyabr 2020-ci il tarixdə Zaqatala rayon polis şöbəsinin əməkdaşları Salyan rayon Qarabağlı kəndinə gəlmişlər, onlara heyvanları Mövləm adlı şəxsdən 2500 manata satın aldığını bildirmiş, polis əməkdaşları ona heyvanların həmin şəxs tərəfindən oğurlandığını, ona məxsus olmadığını bildirmişlər. Bundan sonra həmin heyvanları könüllü olaraq polis əməkdaşlarına təhvil vermiş, həmin heyvanların oğurluq olduğunu bilməmişdir. Təqsirləndirilən şəxs həmin 25 baş xırdabuynuzlu heyvanı onun özünə məxsus olduğunu bildirərək ona satmış, həmin heyvanların oğurluq olmasından məlumatsız olmuşdur. 11 oktyabr 2020-ci il tarixdə həmin heyvanları polis əməkdaşları gəldikdən sonra oğurluq olduğunu bilmişdir. Həmin heyvanları könüllü olaraq təhvil vermiş, heyvanları satın almaq üçün Təqsirləndirilən şəxs 2500 manat pul vermiş, Mövləm ona 2500 manat pulunu geri qaytarmamışdır. Həmin pulu hazırda tələb edir. Məhkəmə iclası zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Salyan rayonun Qarabağlı kəndində ailə üzviləri ilə birlikdə yaşayır. “Kamaz” markalı **-DC-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ona məxsusdur. “Kamaz” markalı 90 DC-676 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Cəlilabad rayonundan vətəndaşlardan ot bağlaması alıb müəyyən rayonlara aparıb sataraq ailəsini saxlayır. Həmkəndlisi Anar kimi tanıdığı şəxsi uzun müddətdir ki, tanıyır, onunla həmişə münasibəti yaxşı olmuşdur. Təxminən 2020-ci ilin oktyabr ayının əvvəllərində Anar onun mobil telefonuna zəng vurub Zaqatala rayonundan dostunun qoyunlarını Salyan rayonuna gətirmək lazım olduğunu demiş, telefonda ona avtomobilinin yüklü olduğunu demişdir. Hazırda qoyunları yükləyə bilməyəcəyini demiş, Anar telefonda ona qoyunları bir neçə günə gətirmək lazım olduğunu demişdir. O, Anarın təklifi ilə razılaşmış, avtomobilində olan yükü boşaldıb bir neçə günə qoyunları gətirə biləcəyini demişdir. Anar ondan qoyunları Zaqatala rayonundan Salyan rayonuna neçəyə gətirəcəyini soruşmuş, ona 350 manat versələr qoyunları Zaqatala rayonundan Salyan rayonuna gətirəcəyini demişdir. Anar onunla razılaşaraq zəng edəcəyini demişdir. Təxminən 2-3 gündən sonra o, avtomobilindən yükü boşaltdıqdan sonra Anarın mobil telefona zəng vurub yükü boşaltdığını demiş, Anar dostunun mobil telefon nömrəsini ona verərək həmin nömrə ilə özünün əlaqə saxlamasını demişdir. O, Anarın verdiyi mobil telefon nömrəsinə zəng vurub telefon nömrəsini ona Anar verdiyini avtomobilinin boş olduğunu demişdir. Həmin şəxs ona axşam vaxtı zəng edəcəyini demiş, həmin günü axşam həmin şəxs onun mobil telefonuna zəng vurub qoyunlar yaylaqdan düşmədiyini, bir gün onu gözləməsini demişdir. O, həmin şəxsə əgər iş alınmırsa əvvəlcədən ona deməsini bildirmişdir. Həmin şəxs isə ona qiymətdən 50 manat artıq pul verəcəyini demiş, sabah axşam Salyan rayonundan çıxmasını, ertəsi günü Zaqatala rayonunda olmasını istəmişdir. O, həmin şəxsin təklifi ilə razılaşmışdır. 08 oktyabr 2020-ci il tarixdə təxminən saat 22:30 radələrində Səlyan rayonundan idarə etdiyi “Kamaz” markalı **-DC-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Zaqatala rayonuna xırda buynuzlu heyvanlar aparmaq məqsədi ilə yola çıxmış, ertəsi günü yəni 09 oktyabr 2020-ci il tarixdə təxminən saat 07 radələrində Zaqatala rayonun girəcəyində avtomobilini yolun kənarında saxlayıb yorğunluğunu almaq məqsədi ilə avtomobildə yatmışdır. Təxminən saat 09-10 radələrində Mövləm kimi tanıdığı şəxs onun mobil telefonuna zəng vurub gəlib-gəlmədiyimi soruşmuşdur. O, telefonda ona Zaqatala rayonun girəcəyində olduğunu demiş, Mövləm ona Əliabad pavilyonu deyilən əraziyə gəlməsini deyib özünün də ora gələcəyini bildirmişdir. O, avtomobili ilə Əliabad pavilyona Mövlanın dediyi çayxananın yanına gedib avtomobilini saxlayıb avtomobilindən düşərək çayxanada Mövləmlə birlikdə oturub çay içmişlər. Çay içən vaxt Mövləm ona oğlunun qoyunları gətirdiyini, gözləmək lazım olduğunu demişdir. Həmin vaxt Mövləm ona əvvəlcədən dediyi üçün Mövləmə 600 manat borca pul vermiş, Mövləm iki-üç dəfə çayçıdan kənara çıxmışdır. Lakin onun kimləsə görüşüb görüşmədiyini bilməmiş, birlikdə çayxanada çay içdikdən sonra Mövləm ona qoyunun yanına getmək lazım olduğunu demişdir. Onlar birlikdə idarə etdiyi avtomobillə Mövləmlə Əliabad qəsəbəsində yerləşən yerə getmişlər. O, tanımadığı həyət qapısının yanında avtomobilini saxladıqda Mövləm avtomobilindən düşərək həyətə daxil olmuş, təxminən 3-4 dəqiqədən sonra Mövləm həyətdən çıxaraq həyətə odun töküldüyünü, qoyunları maşına yükləmək mümkün olmadığını demişdir. Onlar birlikdə idarə etdiyi avtomobillə Mövləmin dediyi yerə gəlmişlər. Lakin Mövləm yenə qoyunları avtomobilə yükləmək üçün yer axtarmış, o, avtomobilinin sükan arxasında oturmuş, Mövləm isə yerə düşüb qoyunları yükləmək üçün münasib yer axtarmışdır. Mövləm onun mobil telefonuna zəng vurub dayandığın yerdən təxminən 200 metr arxaya gəlməsini, həmin yerdə dostunun fındıq bağında qoyunları maşına yükləmələrini demişdir. O, idarə etdiyi avtomobili Mövləmin dediyi yerə sürdükdə Mövləm qoyunları avtomobilinin yanına gətirib birlikdə qoyunları avtomobilinə yükləmişlər. Bundan sonra idarə etdiyi avtomobillə Mövləmlə birlikdə qoyunları Salyan rayonun Qarabağlı kəndinə aparıb Anarın dostu Ruslanın yaşadığı evin həyətinə düşürmüşlər. Qoyunları avtomobilindən düşürdükdə Mövləm qoyunları sayaraq 25 baş olduğunu demiş, eləcə də Mövləm ona pulunu sabah səhər verəcəyini demişdir. O, Mövləmin təklifi ilə razılaşıb yaşadığı evə getmişdir. Sabahısı gün 10 oktyabr 2020-ci il tarixdə Qarabağlı kənd çayxanasında olarkən Mövləm Anarla birlikdə gəlib orada ona 1000 manat pul vermişdir. Mövləmin 1000 manat pulu verməyinin səbəbi Zaqatala rayonunda olarkən Mövləm ehtiyacı olduğu üçün ondan 600 manat pul istəməsinə görə borc pul vermiş, buna görə də Mövləm ona 400 manat pulu heyvanları Zaqatala rayonundan gətirdiyi üçün 600 manat pulu isə ona borclu olduğu üçün vermişdir. Bundan sonra onlardan ayrılaraq öz işi ilə məşğul olmuş, həmin günü axşam vaxtı kəndlərində sahə rəisi Qismət onun mobil telefonuna zəng vurub ərazi icra nümayəndəliyinə gəlməsini istəmişdir. O, onun təklifi ilə razılaşıb ərazi icra nümayəndəliyinə getmişdir. X4 rayon polis şöbəsinin əməkdaşı ilə telefonla danışdırmış, həmin əməkdaş telefonda ona dünən idarə etdiyi “Kamaz” markalı avtomaşınla harada olduğunu soruşmuşdur. O, telefonda polis əməkdaşına Zaqatala rayonundan xırda buynuzlu heyvanlar gətirdiyini demişdir. Həmin vaxt polis əməkdaşı telefonda ona həmin qoyunların oğurluq olmasından sənin xəbərin varmı demiş, o, gətirdiyi qoyunların oğurluq olmasından xəbəri olmadığını demişdir. Bundan sonra Salyan rayon polis şöbəsinə çağrılmış, orada Zaqatala rayon polis əməkdaşları ilə birlikdə izahat vermək məqsədi ilə Zaqatala rayon polis şöbəsinə getmişdir. Mövləmin Zaqatala rayon Əliabad qəsəbəsində onun idarə etdiyi “Kamaz” markalı avtomobilə yüklədiyi xırda buynuzlu heyvanların oğurluq olmasından xəbəri olmamışdır. Həmin heyvanların oğurluq olmasından xəbəri olsaydı, həmin heyvanları avtomobilinə yükləməyə razılıq verməyəcəyini bildirmişdir. Mövləm ona əvvəlcədən qoyunların onun özünə məxsus olduğunu demişdir. İşdə olan 09 oktyabr 2020-ci il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, hadisə yeri Zaqatala rayon Əliabad qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs məxsus yaşayış evidir. Həmin evin giriş hissəsində hasarlar olmaqla boz rəngli darvaza vardır. Həmin evin həyətyanı sahəsinə daxil olduqda giriş qapısından sağ tərəfdə odun vardır. Həmin evin giriş hissəsindən sol tərəfdə kürsülü birmərtəbəli yaşayış evi vardır. Evin həyətyanı sahəsində gümüşü rəngli dəmir lövhələrlə həyətdən ayrılmış heyvan saxlamaq üçün olan yer vardır. Zərərçəkmiş şəxs həmin yeri göstərərək həmin yerdə ona məxsus heyvanları saxladığını bildirmişdir. Həmin yerdə saxlanan heyvanlarının Mövləm adlı şəxs tərəfindən oğurlandığını bildirmişdir. İşdə olan Zaqatala RPŞ-nin CAB-nin 06.12.2020-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs 09 oktyabr 2020-ci il tarixdə Zaqatala rayon Əliabad qəsəbə sakini Zərərçəkmiş şəxs məxsus 60 baş qoyunu yaşayış sahəsinin həyətindən çıxararaq yaxınlıqda yerləşən fındıq bağına apararaq həmin heyvanların içərisində bir qismini seçərək oğurlamışdır. Təqsirləndirilən şəxs oğurladığı heyvanlardan 25 baş qoyunu Salyan rayon Qarabağlı kəndinə apararaq həmin kənd sakini Şahid4 Əmraslan oğluna 2500 manata satmışdır. Təqsirləndirilən şəxs heyvanları Salyan rayonuna aparmaq üçün istifadə etdiyi yük avtomobilinin sürücüsü Şahid2 Təqsirləndirilən şəxs oğurluq etməsində məlumatı olmamışdır. Salyan rayon Qarabağlı kəndi ərazisində olan çayxanada olan zaman Şahid2 polis şöbəsinə dəvət edildikdə, Şahid3 yanında Təqsirləndirilən şəxs heyvanların oğurluq olub-olmadığını soruşmuş, Təqsirləndirilən şəxs həmin heyvanların təkrarən onun özünə məxsus olduğunu, heç bir problem olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs oğurluq yolu ilə əldə etdiyi qoyunları Salyan rayonuna aparan zaman yolda hər hansı şəxsə heyvan satmamışdır. 09 oktyabr 2020-ci il tarixdə Gözəlov X2 rayon Əliabad qəsəbə sakini Zərərçəkmiş şəxs məxsus 60 baş qoyunun içərisindən bir qismini seçib oğurladıqdan sonra fındıq bağında qalmış qoyunların qalan hissəsini heç kim sahiblənməmiş, həmin heyvanların sahibsiz qalmasından istifadə edərək hər hansı şəxs onların içərisindən qoyun götürməmişdir. İşdə olan 11 oktyabr 2020-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Salyan rayon Qarabağlı kənd sakini Şahid4 Əmrəslan oğlu 10 oktyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs ona satdığı 25 baş qoyunu könüllü olaraq təqdim edərək həmin heyvanların oğurluq olmasından məlumatsız olduğunu bildirmişdir. O, könüllü olaraq 25 baş qoyunu təqdim etmiş, həmin heyvanlara baxış keçirilərək götürülmüşdür. İşdə olan 11 oktyabr 2020-ci il tarixli baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs ələ keçirərək Salyan rayon Qarabağlı kənd sakini Şahid4 Əmrəslan oğluna satdığı 25 baş qoyunlar Zərərçəkmiş şəxs təqdim edilmişdir. Zərərçəkmiş şəxs həmin qoyunların ona məxsus oğurlanmış heyvanlar olduğunu bildirmiş, heyvanlar həmin şəxsə təqdim edilmişdir. İşdə olan Təqsirləndirilən şəxs ifadələrin yerində yoxlanılması protokolundan görünür ki, o, istintaq hərəkəti zamanı bir daha ifadəsində göstərilən xüsusatları təsdiq edərək Zaqatala rayon Əliabad qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs məxsus yaşayış evinin həyətyanı sahəsinə 09 oktyabr 2020-ci il tarixdə oğurluq etmək məqsədilə daxil olduğunu, evin həyətyanı sahəsindəki qoyunları saxlamaq üçün gümüşü rəngli dəmirlərdən düzəldilmiş heyvan saxlamaq üçün olan yeri göstərərək həmin yerdə olan sayını dəqiq bilmədiyi qoyunları çıxardığın bildirmiş, ifadələrin yerində yoxlanılması istintaq hərəkəti davam etdirilərək təxminən 500-600 metr məsafədə yerləşən fındıq bağını göstərərək qoyunları həmin yerə gətirdiyini həmin yerdə qoyunların içərisindən yaxşılarını seçərək yük avtomobilinə yığdığını, qalan qoyunları isə orada qoyduğunu bildirmişdir. Həmi yük avtomobilinə qoyunları yığdıqdan sonra Əliabad qəsəbəsi istiqamətində olan yolu göstərərək həmin istiqamətdə hərəkət edərək Salyan rayonuna getdiklərini bildirmişdir. İşdə olan Zaqatala rayonunun Əliabad qəsəbəsi həftəlik heyvan bazarından daxil olmuş 05.12.2020-ci il tarixli məktubdan görünür ki, 09 oktyabr 2020-ci il tarixində bazarda bir illik, yerli cins qoyunların bazar qiyməti diri çəkisi bir kiloqramı 5 (beş) manat dəyərində götürülərək qiymətləndirilmişdir. Bir baş yerli cins diri çəkisi 45 kiloqram olan bir illik qoyunun dəyəri 225 manat olmaqla, 20 baş yerli cins diri çəkisi 45 kiloqram olan bir illik qoyunların ümumi dəyəri 4500 (dörd min beş yüz) manat dəyərində, bir baş yerli cins diri çəkisi 40 kiloqram olan bir illik qoyunun dəyəri 200 manat olmaqla, 10 baş yerli cins diri çəkisi 40 kiloqram olan bir illik qoyunların ümumi dəyəri 2000 (iki min) manat dəyərində olmuşdur. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs 12.05.1994-cü il tarixli Zaqatala rayon Xalq məhkəməsinin hökmü ilə 36142 nömrəli material üzrə həmin vaxt qüvvədə olan CM-nin 143-cü maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinərək 03 il 06 ay azadlıqdan məhrumetmə cəzasına, Zaqatala rayon Məhkəməsinin 21.04.2002-ci il tarixli hökmünə əsasən CM-nin 178.2.2 və 326.2-ci maddələri ilə təqsirli bilinərək 06 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Ağcabədi rayon məhkəməsinin 09.12.2015-ci il tarixli hökmünə əsasən ********* nömrəli cinayət işi üzrə CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 04 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Salyan rayon məhkəməsinin 16.07.2018-ci il tarixli qərarı ilə əməli CM-nin 177.2.2-ci maddəsinə tövsif edilib, cəzası 04 il 03 aya endirilib. 30.11.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. İşdə olan Ağcabədi rayon məhkəməsinin 09 dekabr 2015-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzanın əvvəli 30.08.2015-ci il tarixdən hesablanmışdır. İşdə olan Salyan rayon məhkəməsinin 16 iyul 2018-ci il tarixli qərarına əsasən məhkum Təqsirləndirilən şəxs Ağcabədi rayon məhkəməsinin 09.12.2015-ci il tarixli hökmü üzrə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə 4 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. İşdə olan Zaqatala rayon mərkəzi xəstəxanasından daxil olmuş məktubla müəyyən edilmişdir ki, Gözəlov X2 RMX-nin polikilinika şöbəsinin psixiatrik və narkoloji kabinetlərində dispanser qeydiyyatında yoxdur. İşdə olan 17 oktyabr 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs saat 16:05-də Azərbaycan Resppublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan Zaqatala Rayon Məhkəməsinin 19.10.2020-ci il tarixli 4(033)-71/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə, yəni 17 oktyabr 2020-ci il tarixdən hesablanmaqla 17 yanavr 2021-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, məhkəmə istintaqında tədqiq olunmuş digər dəlillərlə tam sübuta yetirildi. Belə ki, Təqsirləndirilən şəxs 09 oktyabr 2020-ci il tarixdə, saat 13 radələrində Zərərçəkmiş şəxs və ailə üzvlərini guya sonuncunun satdığı qoyunları almaq məqsədilə adlarına Zaqatala şəhər mərkəzi poçtuna pul göndərəcəyini bildirib aldatmaqla yaşadıqları evi tərk etmələrinə nail olduqdan sanra tamah niyyəti ilə Zərərçəkmiş şəxs ailə üzvləri ilə birgə yaşadığı, Zaqatala rayonu, Əliabad qəsəbəsindəki fərdi yaşayış evinin həyətində yerləşən, qoyunların müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş və hasarla təchiz olunmuş, həmin yaşayış evindən təcrid edilmiş ərazi sahəsinə, yəni başqa saxlanc yerinə qanunsuz daxil olaraq oradan saxlanılan və Zərərçəkmiş şəxs məxsus olan 60 baş yerli cins qoyunu onlardan daha ağır çəkililərini rahat şəkildə seçmək və sonradan avtomobilə yükləmək məqsədilə oradan çıxararaq evdən təxminən 500-600 metr məsafədə yerləşən fındıq bağına aparmış, həmin yerdə 60 baş qoyunun içərisindən hər birinin çəkisi 45 kq olan 20 ədəd cəmi 4500 manat dəyərində və hər birinin çəkisi 40 kq olan 10 ədəd cəmi 2000 manat dəyərində qoyunları qanunsuz və əvəzsiz olaraq götürməklə qəsdən gizli talayaraq sonuncuya ümumilikdə 6500 manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Oğurluq, yəni yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla özgənin əmlakının gizli talanmasına görə Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarının 1-ci bəndinə görə məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Həmin Qərarın 19-cu bəndində göstərilir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerinə qanunsuz daxil olmaq dedikdə, oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq bilavasitə məhkəmə iclasında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut kimi qəbul edərək, həmin sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir və o, həmin maddələr ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış biri-digərini tamamlayan sübutlarla tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. İş materiallarından göründüyü kimi Gözəlov X3 rayon məhkəməsinin 09 dekabr 2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzanın əvvəli 30.08.2015-ci il tarixdən hesablanmış, Salyan rayon məhkəməsinin 16 iyul 2018-ci il tarixli qərarına əsasən məhkum Təqsirləndirilən şəxs Ağcabədi rayon məhkəməsinin 09.12.2015-ci il tarixli hökmü üzrə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə 4 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. 30.11.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilsə də, məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətmişdir ki, bu da cinayətlərin residivini yaratmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin residivə görə cəzanın təyin edilməsini tənzimləyən 65.2-ci maddəsində göstərilir ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün-ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, həmçinin cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci və 61.1.1-ci maddələrinə əsaslanaraq, Təqsirləndirilən şəxs əməlinin cinayətin residivini yaratmasını onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bütün bunlara əsasən məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməklə peşmançılıq çəkməsini və dəymiş ziyanın könüllü ödənilməməsini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs hansı cəza növünün təyin olunması məsələsini müzakirə edərək, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı ağırlaşdıran halın olmasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini, təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, əməlində cinayətin residivi olması nəzərə alınmaqla təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək cəzasının əvvəli onun şübhəli şəxs qismində tutulduğu 17 oktyabr 2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi qüvvədə saxlanılmalıdır. İş üzrə maddi sübutlar – Zərərçəkmiş şəxs məxsus 25 baş qoyunun həmin şəxsə təhvil verilməsi nəzərə alınmalıdır. Cinayət işi üzrə 6500 manat məbləğində maddi ziyanın 5375 manatının ödənilməsi nəzərə alınmalıdır. İş üzrə məhkəmə xərcinin, xüsusi müsadirə olunmalı əmlakın və mülki iddianın olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında həm də hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə hakim tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməmişdir. Belə vəziyyətdə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan müsadirə edilməli olan əmlak mövcud deyildir. Zərərçəkmiş şəxs vurulmuş maddi ziyan tələbi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cu maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəli tutulduğu tarixdən, yəni 17 oktyabr 2020-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi qüvvədə saxlanılsın. İş üzrə maddi sübutlar – Zərərçəkmiş şəxs məxsus 25 baş qoyunun həmin şəxsə təhvil verilməsi nəzərə alınsın. Cinayət işi üzrə 6500 manat məbləğində maddi ziyanın 5375 manatının ödənilməsi nəzərə alınsın. İş üzrə məhkəmə xərcinin, xüsusi müsadirə olunmalı əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. Zərərçəkmiş şəxs vurulmuş maddi ziyan tələbi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Hökm elan olunduğu andan (Təqsirləndirilən şəxs hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan (Təqsirləndirilən şəxs hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Sədrlik edən Tural Həsənov
Məhkəmə qərarları › İş №1(033)-19/2021
Zaqatala Rayon Məhkəməsi Hökm — İş №1(033)-19/2021
12.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver