Azərbaycan Respublikası adından HÖKM Zaqatala rayonu İş № 1(033)-19/2022 25.05.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Əliyev Fərrux Elman oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Müdafiəçi Zaqatala Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Azərbaycan Respublikası, Zaqatala şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 25 may 2022-ci il tarixdə saat 17:20-də açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ondan ötrü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir ki, o, yaxın münasibətdə olduğu Zərərçəkmiş şəxs ilə əri X5 arasında məhkəmə mübahisəsinin olmasını bildikdən sonra aralarında yaxın münasibətlə bağlı yaranmış etibardan suiistifadə edərək Zərərçəkmiş şəxs məxsus əmlakı qanunsuz və əvəzsiz olaraq tamah niyyəti ilə ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə həmin şəxsə Zaqatala rayon məhkəməsinin hakimi ilə yaxın münasibətinin olması barədə yalan məlumat və hakimə veriləcək pul müqabilində məhkəmə qərarının xeyrinə qəbul olunmasına köməklik edəcəyi barədə yalana vəd verməklə inandırıb aldatmış, həmin vədinə əməl etmək və Zərərçəkmiş şəxs xeyrinə hər hansı iş yerinə yetirmək niyyəti olmadan 2020-ci ilin mart ayının sonlarında Zaqatala şəhəri, Faiq Əmirov küçəsində yerləşən kafedə 600 manat pulunu, 2020-ci ilin aprel ayının əvvəllərində həmin küçədə yerləşən yeraltı keçidin yaxınlığnda 420 manat pulunu, 2020-ci ilin aprel ayının ortalarında Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən "xxxx" MMC-nin qarşısında 500 manat dəyərində 01 ədəd qızıl boyunbaq, 150 manat dəyərində 01 ədəd qızıl qolbaq, 150 manat dəyərində 01 ədəd qızıl üzük və 50 manat dəyərində 01 ədəd qızıl klonunu qəsdən ələ keçirərək dələduzluq cinayəti etmişdir. Bundan sonra o, həmin vaxt kirayədə yaşayan Zərərçəkmiş şəxs ev tikdirmək məqsədilə torpaq sahəsi aldığını, gələcəkdə həmin torpaq sahəsində ev tikdirməklə bağlı planlarının olduğunun bildiyindən cinayət əməllərini davam etdirərək yenidən Zərərçəkmiş şəxs məxsus əmlakı qanunsuz və əvəzsiz olaraq tamah niyyəti ilə ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə Zərərçəkmiş şəxs tikinti materiallarının qiymətinin ucuz olduğunu, tezliklə qiymətlərin qalxacağını bildirməklə qiymət artımına qədər tikinti materiallarının indidən alınıb saxlanmasının zəruriliyinə və maddi cəhətdən sərfəli olmasına inandırmış, lakin zərərçəkmiş şəxsin xeyrinə hər hansı iş görmək və sonuncu üçün tikinti materialları almaq niyyəti olmadan 2020-ci ilin iyun ayında Zaqatala şəhəri, Faiq Əmirov küçəsində yerləşən “Araz” marketin qarşısında tikinti materialları almaq məqsədilə ona verdiyi 1500 manat pulunu aldatma və etibardan sui-istifadə etmə yolu ilə qəsdən ələ keçirməklə təkrarən dələduzluq cinayəti etmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs 2015-ci ildən tanımış, həmin vaxtdan da Fatma ilə yaxın münasibəti yaranmışdır. Zərərçəkmiş şəxs tanıyan vaxt Fatma ərindən ayrılmaq istəmiş, sonradan Fatma ayrılmaq üçün məhkəməyə müraciət etmişdir. O, 2020-ci ildə Zərərçəkmiş şəxs ərindən ayrılmaqla bərabər əmlak bölgüsü ilə bağlı da məhkəməyə müraciət etməsini bilmişdir. Fatmaya əmlak bölgüsünü onun xeyrinə həll etmək üçün məhkəmələrdə tanışlarının olduğunu deyərək pul istəmiş, məhkəmədə Fatmanın işlərini həll etmək üçün 700 manat pul almış, ancaq həmin pulu öz ehtiyacları üçün xərcləmiş, məhkəmədə heç bir hakimlə və məhkəmə işçisi ilə münasibəti olmamışdır. Atası xəstə olduğu üçün pul ehtiyacı olmuş, buna görə də Fatmadan həmin pulu məhkəmə adı ilə almışdır. Bundan başqa Fatmadan borc olaraq 2600 manat da pul almışdir. Hazırda o, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəmiş, onunla barışıq əldə etmişdir. Əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini nəzərə alaraq barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 2012-ci ilin noyabr ayında Zaqatala rayonu Yuxarı Tala kənd sakini X5 ilə ailə qurmuş, birgə nigahdan 2013-cü ildə bir qız övladı dünyaya gəlmişdir. Sonralar Vasiflə yola getmədiyi üçün ayrılmaq qərarına gəlmiş, bu məqsədlə də Zaqatala rayon məhkəməsinə boşanma üçün müraciət etmiş, o Vasifdən ayrılan vaxt birlikdə yaşayan zaman əldə etdiyi əmlakın bölünməsi ilə bağlı Zaqatala rayon məhkəməsinə ərizə ilə müraciət etmişdir. Onun müraciəti ilə bağlı Zaqatla rayon məhkəməsində proses gedən vaxt 2020-ci ilin mart ayında Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Arzuman ona məhkəmənin hakimi ilə yaxın münasibəti olduğunu və bütün işlərdə lazımi köməklik edəcəyinə söz vermiş, o da Arzumanın səmimiyyətinə inanaraq, 3-4 min manat pul düzəldə biləcəyimi demiş, bundan sonra Arzuman ona hakimlə danışıb deyəcəyini bildirmişdir. 2020-ci ilin mart ayının sonlarında yenə Arzumanla görüşmüş, həmin vaxt Arzuman ona hakimə vermək üçün 600 manat pul lazım olduğunu bildirmiş, o da Arzumana inanaraq 600 manat pulu anası ilə bir yerdə Zaqatala şəhəri, Faiq Əmirov küçəsində yerləşən Araz marketin üst tərəfindəki kafedə görüşüb vermişdir. Bundan təxminən 10 gün sonra Arzuman yenə onunla görüşən vaxt 420 manat pul vermək lazım olduğunu bildirmiş, o da Arzumana inanaraq 2020-ci ilin aprel ayının əvvəllərində 420 manat pulu Zaqatala şəhəri, Faiq Əmirov küçəsində yerləşən keçidin yanında Arzumanla görüşərək vermişdir. Bundan bir müddət sonra Arzuman onunla görüşərək işlərin yarımçıq qaldığını bildirib pul lazım olduğunu demiş, onun pulu olmadığı üçün 2020-ci ilin aprel ayının ortalarında bir ədəd Rusiya istehsalı 585 əyyarlı 7 qram çəkidə 500 manat dəyərində olan qızıl boyunbağı, bir ədəd Rusiya istehsalı 585 əyyarlı 2 qram çəkidə 150 manat dəyərində qızıl qolbağı, bir ədəd Rusiya istehsalı 585 əyyarlı 2 qram çəkidə 150 manat dəyərində tək qaş qızıl üzüyü və bir ədəd Türkiyə istehsalı 50 manat dəyərində üstündə “Allah” sözü yazılmış qızıl klonu işlərinin düzəlməsi üçün Zaqatala rayonu ərazisində yerləşən "xxxx" MMC-nin qarşısında Arzumana vermiş, bundan sonra Arzuman ona işlərinin 2-3 ay ərzində həll olacağını bildirmişdir. Həmçinin Arzuman onun evinin olmadığını, kirayədə yaşadığını bildiyini, ev tikmək üçün özünə torpaq sahəsi aldığını bilmişdir. Buna görə də təxminən 2020-ci ilin may ayının ortalarında Arzuman onunla telefon əlaqəsi saxlayaraq tikinti materiallarında qiymətlərin aşağı düşdüyünü, bir müddət sonra isə bahalaşacağını deyərək ucuz qiymətə tikinti materialları alıb bir yerə yığmağı bildirmiş, Arzuman ona özünü geniş əlaqələri olan insan kimi təqdim etdiyi üçün sözlərinə inanmışdır. Arzuman ona plastik qapı-pəncərə işinə baxdığını demiş, buna görə də o Arzumanın sözü ilə tikinti materialları almaq qərarına gələrək nə qədər pul lazım olduğunu soruşmuşdur. Arzuman ona tikinti materialları almaq üçün təxminən 2000 manat lazım olacağını demişdir. O, Arzumana həmin məbləğdə pulunun olmadığını bildirdikdə Arzuman ona "xxxx" ASC-dən kredit götürməyi məsləhət görmüşdür. O da Arzumana inandığı üçün 19 iyun 2020-ci ildə "xxxx"ın Şəki filialından 1500 manat kredit götürüb tikinti materialları alması üçün Zaqatala şəhəri Faiq Əmirov küçəsində yerləşən Araz marketin qarşısında Arzumana vermişdir. Bundan sonra o Arzumanla tikinti materiallarının nə yerdə olması barədə telefon əlaqəsi saxlamaq istəyərkən Arzumanın telefonu bağlı olduğu üçün danışmaq mümkün olmamış, sonra o Arzumanla danışan vaxt ondan tikinti materiallarının nə yerdə olduğunu soruşduqda Arzuman ona bəhanələr gətirməyə başlamışdır. Arzumanın onun etibarından sui-istifadə edib aldatmasını başa düşərək verdiyi pulların qaytarılması üçün bir neçə dəfə Arzumanla danışmış, Arzuman hər dəfə bir bəhanə gətirmişdir. Arzumanın ondan məhkəmə üçün aldığı pulları da aldadıb almasını başa düşmüş, dəfələrlə Arzumanla danışaraq barəsində şikayət edəcəyini demiş, lakin Arzuman hər dəfə bir bəhanə gətirərək onu hədələmişdir. O, heç vaxt Arzumana borc pul verməmişdir, Arzumanın bu barədə dedikləri düz deyil. Ona görə də, o pulunu Arzumandan alınıb qaytarılmasına köməklik olunması məqsədi ilə Azərbaycan Respublikası Baş prokrorluğuna, Daxili İşlər Nazirliyinə və Zaqatala RPŞ-nə ərizə ilə müraciət etmişdir. Hazırda Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tamamilə ödəmişdir. Ondan heç bir şikayət və tələbi yoxdur. Ona görə də, onun barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında zərəçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ilə eyni məzmunlu ifadə vermişdir. İbtidai istintaq vaxtı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs doğma xalası qızıdır. Təqsirləndirilən şəxs isə tanımır, Təqsirləndirilən şəxs ilə heç bir düşmənçiliyi və ədavəti yoxdur. Zərərçəkmiş şəxs 2012-ci ilin noyabr ayında Zaqatala rayonu Yuxarı Tala kənd sakini X5 ilə ailə qurmuş, Zərərçəkmiş şəxs əri Vasif ilə yola getmədiyi üçün ayrılmış, Fatma Vasifdən ayrıldığı vaxt birlikdə yaşayan zaman əldə etdiyi əmlakın bölünməsi ilə bağlı Zaqatala rayon məhkəməsinə müraciət etmiş, həmin vaxt yəni 2020-ci ilin mart ayında Fatma ona Arzuman adlı bir nəfərlə tanış olduğunu və Arzumanın ona köməklik edəcəyini bildirmiş, o da Fatmaya tanımadığı adama etibar etməməyi demişdir. Lakin Fatma ona Arzumana inandığını demiş, bir müddət sonra yəni 2020-ci ilin avqust ayında o, Fatmanın Təqsirləndirilən şəxs 3370 manat məbləğində pul verməsini bilmiş, belə ki, Fatma ona Arzumana məhkəmədə işlərinə kömək etmək üçün 1020 manat pul, 850 manat dəyərində qızıllarını verməsini, ev tikilməsinə kömək etməsi üçün ucuz qiymətə tikinti materialları almaq adı ilə 1500 manat pulunu aldığını bildirmişdir. O, Fatmaya pullarını almağı məsləhət görmüşdir. O, Fatmadan Arzumana nəyə görə bu qədər inanmasını soruşmuş, həmin vaxt Fatma ona Arzumanın yüksək vəzifədə işləyən şəxslərlə əlaqəsinin olduğuna inandırdığı üçün aldanıb pul verdiyini bildirmişdir. İş materiallarında olan “cinayət işi başlamaq və icraata qəbul etmək haqqında” 02 avqust 2021-ci il tarixli qərardan məlum olur ki, Zərərçəkmiş şəxs müraciəti əsasında Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə cinayət işi başlanaraq icraata qəbul edilmişdir. İş materiallarında olan “Zərərçəkmiş şəxs kimi tanıma haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan “məcburi gətirmə haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zaqatala rayon Yuxarı Tala kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs məcburi qaydada polis vasitəsi ilə xx.xx.2021-ci il tarixədək Zaqatala RPŞ-nin İstintaq Bölməsinə gətirilməsi qərara alınmışdır. İş materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlb edilmə haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilməsi qərara alınmışdır. İş materiallarında olan “cinayət işi üzrə icraatın dayandırılması haqqında” xx.xx.2021ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işinin icraatı o, Azərbaycan Respublikasının hüdudlarından kənarda olduğuna görə dayandırılması qərara alınmışdır. İş materiallarında olan Zaqatala RPŞ-nin rəisi Vəfadar Orucovun X6 İdarəsinin rəisi polis general-mayoru Novruz Novruzova ünvanladığı xx.xx.2021-ci il tarixli 201-27345- 1221 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs “Bakı Beynəlxalq Hava Limanında” saxlanılaraq X6 İdarəsinə təqdim edilmişdir Təqsirləndirilən şəxs iltizam alınaraq buraxılması xahiş edilmişdir. İş materiallarında olan “cinayət işi üzrə icraatın təzələnməsi barədə” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraatın təzələnmişdir. İş materiallarında olan “qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Zaqatala rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(033)- 357/2020 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Zərərçəkmiş şəxs cavabdeh X4 qarşı əmlak tələbinə dair iddiası qismən təmin edilərək iddiaçı Zərərçəkmiş şəxs məxsus olan 1 dəst mebel 2800 (iki min səkkiz yüz) manat dəyərində, 1 dəst mətbəx mebeli 380 (üç yüz səksən) manat dəyərində, 1 ədəd qazan dəsti 280 (iki yüz səksən) manat dəyərində, 1 ədəd yorğan-döşək dəsti 140 (bir yüz qırx) manat dəyərində, 1 ədəd çılçıraq 150 (bir yüz əlli) manat dəyərində, 1 ədəd uşaq çarpayısı 150 (bir yüz əlli) manat dəyərində, 1 ədəd beşik 250 (iki yüz əlli) manat dəyərində, 2 ədəd ütü hər birinin dəyəri 22,5 (iyirmi iki manat əlli qəpik) manat olmaqla, 45 (qırx beş) manat dəyərində, 1 ədəd ətçəkən 60 (altmış) manat dəyərində, 1 ədəd mikser 30 (otuz) manat dəyərində, 1 ədəd ütü stolu 45 (qırx beş) manat dəyərində, 1 ədəd xalça 3x2 60 (altmış) manat dəyərində, 4 ədəd pərdə hər birinin dəyəri 50 (əlli) manat olmaqla, 200 (iki yüz) manat dəyərində, 1 ədəd uşaq stolu 55 (əlli beş) manat dəyərində, 2 ədəd vanna hər birinin dəyəri 4 (dörd) manat olmaqla, cəmi 8 (səkkiz) manat dəyərində, 1 ədəd paltar yığan setka 5 (beş) manat dəyərində, 1 ədəd qaz plitəsi 20 (iyirmi) manat dəyərində, 1 ədəd divar saatı 16 (on altı) manat dəyərində, 1 ədəd tefal çaydan 12 (on iki) manat dəyərində, 1 ədəd adyal 80 (səksən) manat dəyərində, 1 ədəd rakvina 19 (on doqquz) manat dəyərində və 1 ədəd soba (duxovka) 100 (bir yüz) manat dəyərində olan əmlak, olmadıqda onların dəyəri cavabdeh X2 alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli kredit müqaviləsini surətindən görünür ki, kreditor "xxxx" ASC tərəfindən borcalan Zərərçəkmiş şəxs 60 ay müddətinə 10000 manat məbləğində kredit xətti ayrılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə tərtib edilmiş AA 628529 nömrəli “Torpaq sahəsinin plan və ölçüsü”ndən görünür ki, Şahid1 adına xüsusi mülkiyyət hüququ ilə 0,3597 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Zaqatala Rayon Mənzil istismar İdarəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Zaqatala Rayon Mənzil istismar İdarəsi tərəfindən verilmiş arayışdan görünür ki, Atayev X1 şəhəri, SMD-20, ev 2, mənzil 5 ünvanında qeydiyyatdadır. İş materiallarında olan fərdi qaydada fəaliyyət göstərən sahibkar X3 RPŞ-nin İB-nin rəisi, polis mayoru Mehrab Məmmədova ünvanladığı xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, 2020-ci ilin aprel ayında bir ədəd 7 qram çəkidə Rusiya istehsalı olan qızıl boyunbağının qiyməti 500 manat, bir ədəd 2 qram çəkidə Rusiya istehsalı olan qızıl üzüyün qiyməti 150 manat, bir ədəd 2 qram çəkidə Rusiya istehsalı olan qızıl qolbağının qiyməti 150 manat və bir ədəd Türkiyə istehsalı olan üzərində “Allah” yazısı yazılmış qızıl klonun qiyməti isə 50 manat təşkil etmişdir. İş materiallarında olan “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair olan cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsinə tövsif edilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə ittiham elan edilməsi, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası CM-nin 32.4, 312 və 312-ci maddələrinin əlamətləri mövcud olmadığı üçün ona həmin maddə ilə ittiham elan edilməməsi, Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası CM-nin 312 və 29. 312-ci maddələri ilə cinayət işinin başlanmasının rədd edilməsi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində Zərərçəkmiş şəxs borc pul almasını deməsi özünü müdafiə kimi qiymətləndirilməsi qərara alınmışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs məhkəməyə ünvanlandığı xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tamamilə ödənilmişdir. Hazırda onunla barışmışdır. Ondan heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə tövsif edilmişdir və o, törətdiyi cinayətə görə cəza almalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsinə tənqidi yanaşır, belə ki, onun məhkəmə iclası zamanı 2600 manat pulu borc olaraq götürməsi barədə ifadəsinə hüquqi qiymət verərək, məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs bankdan kredit götürərək Təqsirləndirilən şəxs borc verməsi iş materialları ilə təsdiq olunmur, təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs bu xüsusatlarla bağlı məhkəmədə verdiyi ifadəsi, iş materiallarında olan, məhkəmə istintaqı zamanı tədqiq edilən sübutlarla təkzib edilir və onun, belə bir ifadə verməklə törətdiyi cinayət əməlinə görə ala biləcəyi cəzadan yayınmaq istəməsi kimi qiymətləndirilir. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsin əsasən məhkəmə baxaşı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əməlindən peşman olmasını və Zərərçəkmiş şəxs vurduğu ziyanı tamamilə ödəməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olması cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamı”nın 10.2-ci bəndində cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi prioritet məsələlər kimi qoyulmuşdur. Həmin sərəncamın 8-ci bəndində qeyd olunmuşdur ki, cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün həbsə alternativ cəzaların tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah olunmaq imkanlarının tükənmədiyini, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, vurulmuş ziyanın ödənildiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazır kı iş üzrə cəza təyin edilməsinin məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Zaqatala şəhəri, SMD-20, ev 2, mənzil 5 ünvanında yerləşən fərdi yaşayış evində çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 21:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Zaqatala rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri tapşırılmalı, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Zaqatala rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut, məhkəmə xərci yoxdur, mülki iddia verilməmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlin törədilməsində təqsirli bilinərək 01 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Zaqatala rayonunun ərazi hüdudlarını tərk etməmək, gün ərzində saat 21:00-dan 07:00-dək yaşayış yeri olan Zaqatala şəhəri, SMD-20, ev 2, mənzil 5 ünvanında yerləşən fərdi yaşayış evini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası daimi yaşayış yeri üzrə Zaqatala rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №1(033)-19/2022
Zaqatala Rayon Məhkəməsi Hökm — İş №1(033)-19/2022
25.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver