Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 1(033)-19/2025 21.07.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədova Zərifə Faiq qızı sədrliyi, Məhkəmə iclasının katibi X3 qızının katibliyi, Dövlət ittihamçısı - Аzərbаycаn Respublikаsı Bаş Prоkurоrluğunun Dövlət ittihаmının müdаfiəsi üzrə İdаrəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihаmının müdаfiəsi üzrə şöbəsinin prоkurоru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Zaqatala rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1986-cı ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Yevlax rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(039)-12/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Daşkəsən rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(030)-4/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsi tətbiq edilməklə qəti olaraq 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, X4 MMC-nin Yevlax şəhər filialında briqadir işləyən, hazırda ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respubllikasının müharibə veteranı, şəhid ailəsinin üzvü Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında saat 12:00-da baxaraq, məhkəmə m ü ə y y ə n e t d i : Təqsirləndirilən şəxs 2023-cü ilin təxminən oktyabr ayında Zərərçəkmiş şəxs övladı Şahid2 əlillik dərəcəsinin verilməsi barədə məlumatı əldə etdikdən sonra Zərərçəkmiş şəxs məxsus əmlakı tamah niyyəti ilə, qanunsuz və əvəzsiz ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə əvvəllər tanımadığı Zərərçəkmiş şəxs əri Şahid1la telefonda danışarkən özünü həkim kimi təqdim etmiş, Zərərçəkmiş şəxs ilə apardığı telefon danışıqları zamanı sonuncunun övladının əlillik dərəcəsinin verilməsinə köməklik edəcəyi barədə yalan vəd verib aldatmaqla, yəni, zərərçəkmiş şəxsin xeyrinə faktiki olaraq hər hansı iş görmədiyi və ümumiyyətlə reallıqda belə bir niyyəti də olmadığı halda Zərərçəkmiş şəxs 2023-cü ilin oktyabr-noyabr aylarında Zaqatala şəhərində 650 manat bir, 300 manat bir, 150 manat bir olmaqla cəmi 1100 manat, Zərərçəkmiş şəxs onun adına olan 416973......5458 nömrəli hesaba xx.xx.2023-cü il tarixdə Zaqatala şəhər Ş.Qurbanov küçəsində yerləşən «Bazarstore» mağazasında olan «MPAY» ödəmə terminalı vasitəsilə göndərdiyi 800 manat, xx.xx.2023-cü il tarixdə Zaqatala şəhər Ş.Qurbanov küçəsində yerləşən «Bazarstore» mağazasında olan «MPAY» ödəmə terminalı vasitəsilə göndərdiyi 300 manat, xx.xx.2023-cü il tarixdə ünvan 2 ünvanda yerləşən «Büllur» marketdə olan «PashaPay» ödəmə terminalı vasitəsilə göndərdiyi 800 manat məbləğlərində pul vəsaitlərini vahid niyyətlə ələ keçirərək qəsdən zərərçəkmiş şəxsə ümumilikdə 3000 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə baxışı iclasında dindirilən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, ittihamda göstərilən cinayət əməlini törətməkdə özünü təqsirli bilir, dəymiş zərəri ödədiyini və eyni zamanda zərərçəkmiş şəxslə barışdığını bildirərək cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi izahatdan görünür ki, Zərərçəkmiş şəxs tanıyır, qohum deyil, ədavəti yoxdur. O, ikinci Qarabağ müharibəsi qazisidir, atası Faxrəddin birinci Qarabağ müharibəsi zamanı şəhid olmuşdur. Şahid3 təxminən iki ildir tanıyır, onunla Bakı şəhərində təsadüfən tanış olmuşdur. Ulduzla tanışlığı zamanı bir neçə dəfə Bakı və Sumqayıt şəhərində görüşüb söhbət etmişlər. Ulduzla tanış olanda birbirilərinin telefon nömrəsini götürmüşlər. Dəqiq tarixi yadında olmayan vaxtı 2023-cü ilin oktyabr ayında təsadüfən Ulduzla Bakı şəhərində 20 Yanvar dairəsi yaxınlığında görüşmüş, Ulduz söhbət zamanı demişdir ki, tanışı var Zaqataladandır, onun uşağının əlillik dərəcəsinin bərpası ilə əlaqədar ona köməklik edir. Ulduz ona başqa söz deməmiş, nə də o Ulduzdan bu barədə başqa heç nə soruşmamışdır. Çay içəndə Ulduza zəng gəlmiş, Ulduz onunla sağollaşıb çıxıb getmiş, o, çayxanada qalmışdır. Ulduz gedəndən sonra stolun üstündə yadından çıxıb sənədlərin surətləri qalmış, o, çayxanadan gedəndə stolun üstündə qalan sənədləri götürmüş, sənədlərə baxanda Zaqataladan olan Dilarənin oğlunun xəstəlik sənədlərinin kserosurətləri olduğunu və həmin sənədlərin üstündə Dilarənin əri Nazimin telefon nömrəsini görmüşdür. O, Nazimin yadında qalmayan telefon nömrəsini həmin səndlərin üstündən götürmüş və ona zəng etmiş, «sizin uşağın sənədləri məndədir» demiş, onlara özünü qazi kimi təqdim etmiş, sənədləri onlara göndərdiyini bildirmişdir. Həmin vaxt Nazimin arvadı Dilarə ona demişdir ki, oğlunun əlillik dərəcəsini düzəltmək və pensiyasını bərpa etmək üçün Ulduza 3000 (üç min) manat pul vermişdir. O, Dilarəyə bu barədə heç bir məlumatı olmadığını, sənədlərin onda olduğunu, Ulduzun heç bir iş görmədiyini, onlara kömək edə biləcəyini demiş, Nazimə zəng etməyini Ulduz bilməmiş və bu barədə Ulduza heç nə deməmiş, Dilarəyə demişdir ki, 3000 (üç min) manat pul versin oğlunun əlillik sənədlərini düzəldəcək. Dilarə razılaşmış, Dilarənin əri Nazim ona demişdir ki, Zaqatalaya gəlsin danışsınlar. Dəqiq tarixi yadında olmayan vaxtı 2023-cü ilin oktyabr ayının sonlarında Zaqatalaya gəlmiş və Dilarənin əri Nazimlə görüşmüş, həmin günü ona 300 manat pul vermişlər. Dilarənin oğlu Sərxanı Zaqatalada adlarını bilmədiyi həkimlərdən müayinədən keçirtmiş, xəstəliyi ilə əlaqədar zəruri sənədləri almış, sonra Sərxanı sənədlərlə birlikdə Bakı şəhərinə aparmış, Sərxanı Bakı şəhərində travmatologiya institutunda tanımadığı həkim komissiyasından müayinədən keçirtmiş, sənədləri gətirib Dilarəyə vermiş, sənədləri Zaqataladan özləri Sosial Müdafiə Nazirliyinə vurmuşlar. Bir aydan sonra imtina gəlmiş, sonra işi olduğuna görə Bakı şəhərinə gedə bilməmiş və bu işlə məşğul ola bilməmiş, Sərxanın əlilliyi ilə əlaqədar əlillik dərəcəsi verilməmiş və pensiyası bərpa edilməmişdir. Dilarə ona oğlunun əlillik dərəcəsinin verilməsinə görə müxtəlif vaxtlarda ümumilikdə 3000 (üç min) manat pul vermiş, həmin pulu ona məxsus Kapital banka aid indi istifadə etmədiyi, nömrəsi yadında qalmayan pul kartına bir neçə dəfəyə vurmuşlar. Bundan sonra əlillik dərəcəsinin verilməsi ilə bağlı qanunda dəyişikliklər olduğuna görə Dilarənin oğlunun işini düzəldə bilməmiş, işə imtina gələndən sonra Dilarə və Nazim hər gün ona zəng edib ona verdikləri pulu istəmişlər. Onlara imkanı olmadığını, aldığı pulu qaytara bilmədiyini demiş, həmin vaxt imkanı olmadığına görə onlardan aldığı pulu qaytara bilməmişdir. Etdiyi əməldən peşiman olduğunu, Dilarədən aldığı 3000 manat puldan 1500 (min beş yüz) manat pulu Dilarəyə ödədiyini, qalan 1500 manat pulu tezliklə ödəyəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs aldığı 3000 (üç min) manat pulu Dilarənin oğlu Sərxanın əlillik dərəcəsinin verilməsi adı ilə almış, Zərərçəkmiş şəxs aldığı 3000 (üç min) manat pulu özü üçün xərcləmiş, heç kimə verməmiş, Dilarədən aldığı 3000 (üç min) manat puldan Şahid3 verməmiş, Dilarədən aldığı 3000 (üç min) manat puldan Şahid3 məlumatı və iştirakı olmamış, bu barədə Ulduza ümumiyyətlə heç nə deməmişdir. Dilarənin əri Nazimin istifadə etdiyi mobil telefona zəng vuraraq özünü həkim kimi təqdim etməsi dəqiq yadında deyil, lakin özünü qazi kimi təqdim etmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi izahatından görünür ki, ikinci qrup əlildir. Şahid3 və Təqsirləndirilən şəxs tanıyır, qohum deyil, ədavəti yoxdur. xx.xx.2005-ci il təvəllüdlü oğlu Şahid2 anadan gəlmə əlil olmaqla, 18 yaşına kimi sağlamlıq imkanları məhdud uşaq kimi dövlət tərəfindən 2023-cü ilədək təqaüdlə təmin edilmişdir. Oğlu Sərxanın 18 yaşı bitdikdə təqaüdü kəsildiyindən oğluna əlillik dərəcəsi verilməsi üçün bir çox yerlərə müraciət etmiş, xəstəxanalara getmişdir. Təxminən 2018-ci ildə səhhəti ilə bağlı Bakı şəhərində yerləşən Akademik Mirqasımov adına Respublika Klinik xəstəxanasında müalicə alarkən orada Bakı şəhər sakini Şahid3 ilə tanış olmuş, birbirilərinin telefon nömrəsini götürmüşlər. 10 (on) gün müalicə aldıqdan sonra həmin xəstəxanadan evə buraxılmışdır. 2023-cü ilin yanvar ayında oğlu Sərxanın əlillik pulu kəsilmiş, Sərxana əlilllik dərəcəsi verilməsi üçün müəyyən yerlərə müraciət etsə də, nəticəsi olmamışdır. 2023-cü ilin təxminən oktyabr ayının əvvəllərində dəqiq tarixi yadında olmayan vaxtı istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonla Ulduzun istifadə etdiyi ***-***-**-** mobil nömrəsinə zəng vuraraq oğlu Sərxanın əlilillik pulunun kəsilməsi ilə bağlı söhbət edərək əlillik pulunun yenidən bərpa olunmasını köməklik etməsini xahiş etmiş, Ulduz həmin vaxt Bakı şəhərində Respublika Əlillər Bərpa Mərkəzində işlədiyini demişdir. Eyni zamanda Ulduz oğlu Sərxanın əlillik dərəcəsinin verilməsinə köməklik edəcəyini bildirərək həmin mərkəzdə yaxın tanışlarının olduğunu demiş, Ulduzun dediklərinə inanaraq ona köməklik etməsini xahiş etmiş, 2023-cü ilin oktybr ayının əvvəllərində dəqiq tarixi yadında olmayan vaxtı oğlu Sərxanla birlikdə Bakı şəhərinə getmiş, Ulduz onları Bakı şəhəri Beynəlxalq avtovağzalında qarşılayıb Elmlər Akademiyası metrosunun yaxınlığında yerləşən evinə aparmış, oğlu Sərxanla birlikdə Ulduzun yaşadığı evə getmiş, söhbət zamanı Ulduz Sərxanın əlillik pulunun bərpası üçün 5.000 manat pul lazım olacağını demiş, həmin vaxt Ulduza üstündə o qədər məbləğin olmadığını, hazırda üstündə 1700 manat pulun olduğunu demişdir. Ulduz ondan 1700 manat pulu və Sərxanın sənədlərini götürərək qalan pulu qısa müddətdə göndərməsini tələb etmiş, iki ay ərzində Sərxanın işlərini həll edərək əlillik pulunun bərpa olanacağını vəd etmiş, Ulduzun evində oğlu Sərxanın yanında 1700 (min yeddi yüz) manat pulu və Sərxanın sənədlərini verdikdən sonra öz Zaqatala rayonuna qayıtmış, qısa müddətdə qalan 1300 (min üç yüz) manat pulu Zaqatala şəhəri, Vidadi küçəsində yerləşən “Bazarstore” ticarət mərkəzindəki «MPAY» ödəmə teriminalı vasitəsilə Ulduzun ona göndərdiyi kart hesabına göndərmş, göndərdiyi pulun qəbzini ilkin araşdırma zamanı təqdim etmişdir. Həmin vaxtdan bir neçə ay keçdikdən sonra narahat olmuş və yenidən Ulduzla telefon əlaqəsi saxlamış, Ulduz onu dolayı yollarla inandıraraq hər şeyin yaxşı olacağını deyib işin tez vaxta düzələcəyini bildirmiş, lakin Ulduz ona yalan danışaraq işi həll etməmiş, bundan sonra Ulduzun onu aldatdığını bilib dəfələrlə ona zəng vuraraq oğlu Sərxanın sənədlərini və verdiyi pulu geri göndərməsini xahiş etmişdir. Ulduzdan pulu qaytarmasını tələb etdikdə həmin ərəfədə İlkin adlı şəxs istifadəsində olan mobil telefona zəng vuraraq özünü həkim kimi təqdim etmiş, sonra isə Ulduzun ona yalan danışdığını və işlə bağlı heç bir hərəkət etmədiyini demiş, həmin vaxt İlkin adlı şəxslə əri Şahid1 danışmış, İlkin onlara oğlunun sənədləri onda qaldığını, telefon nömrəsi sənədlərin üstündə olduğuna görə zəng etdiyini, Ulduza verdikləri pul həkimlərə çatmadığını, sənədlər ortalıqda qaldığını demiş, oğlunun əlillik sənədlərinin düzəltməsi üçün 3000 (üç min) manat pul istəmiş, o, razılaşmış, əri Nazim İlkinlə danışmaq üçün Zaqatalaya gəlməsini demiş, İlkin Zaqatala şəhərinə gəlmişdir. İlkin oğlu Sərxanla birlikdə Zaqatala rayon Diaqnostika Mərkəzinə və mərkəzi xəstəxanaya getmiş, Sərxanı həkim müafinəsindən keçirtmiş, lazımi sənədləri alimış, sonra İlkin tək Bakı şəhərinə getmiş, bir neçə gündən sonra Sərxanı İlkinin deməsinə görə Bakı şəhərinə tək göndərmişlər. Bakı şəhərində X1 İnstitutuna aparmış, sonra əlillərin bərpa mərkəzinə aparmış, oradan qeydiyyatdan keçirmiş, lakin həkim komissiyasından keçirtməmiş, İlkin oğlunun əlillik dərəcəsinin verilməsi üçün ondan 3000 (üç min) manat pul istəmiş, xx.xx.2023-cü il tarixdə İlkinin ona verdiyi bank kartına Zaqatala şəhər Bazarstoredən 800 manat, xx.xx.2023-cü il tarixdə 300 manat, xx.xx.2023-cü il tarixdə 800 manat, olmaqla ümumilikdə 1900 manat pulu kart vasitəsilə göndərmiş, həmin qəbzləri ilkin araşdırma zamanı təqdim etmiş, 2023-cü ilin oktyabr-noyabr ayında dəqiq tarixləri yadında olmayan vaxtı İlkinə Zaqatala şəhərində 650 manat bir, 300 manat bir 150 manat da bir olmaqla cəmi 1100 manat pulu əlbəəl vermiş, İlkin oğlu Sərxanın əlillik dərəcəsinin verilməsi adı ilə ondan ümumilikdə 3000 manat pul almışdır. İlkin ondan pulu alandan sonra bir həftəyə oğlunun əlillik dərəcəsi veriləcyini və pensiyası bərpa olunacağını demiş, İlkinin dediyi vaxtdan sonra ona zəng etmiş, yenə onu aladaraq düzələcəyini demiş, hər dəfə bir bəhanə etmiş, sonradan iki ay İlkin onun zənglərinə cavab verməmiş, İlkin onu aldadıb 3000 manat pulunu ələ keçirdiyini bilmiş, bu barədə Daxili İşlər Nazirliyinə şikayət etmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, oğlunun əlillk dərəcəsinin verilməsi adı ilə İlkin onunla ayrılıqda danışmış, İlkinin onlarla danışmasından və ondan pul almasından, İlkinə oğlunun xəstəlik sənədləri necə çatmasından Ulduzun heç bir xəbəri olmamışdır. Zərərçəkmiş şəxs məhkəmə iclasında Təqsirləndirilən şəxs ona olan borcunu ödədiyini və onunla barışıq əldə edildiyini bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Yevlax rayon Mhkəməsinin xx.xx.2024-cü il tarixli 1(039)-12/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Daşkəsən rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(030)-4/2024 nömrəli hökmü ilə 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsi tətbiq edilməklə qəti olaraq 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə Sumqayıt RPİ-də Azərbaycan Respublikası CMnin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata CPM-nin 40.3-cü maddəsinə əsasən xitam verilmiş, məhkumluğu ödənilməmişdir. İş materiallarında olan 30 avqust 2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə Zaqatala şəhər Ş.Qurbanov küçəsində yerləşən «Bazarstore» mağazasında olan «MPAY» ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs Fəxrəddin oğlunun adına kart nömrəsi 416973.....5458 olan hesaba 800 manat, xx.xx.2023-cü il tarixdə Zaqatala şəhər Ş.Qurbanov küçəsində yerləşən «Bazarstore» mağazasında olan «MPAY» ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs Fəxrəddin oğlunun adına kart nömrəsi 416973.......5458 olan hesaba 300 manat, xx.xx.2023-cü il tarixdə Zaqatala şəhər Nizami küçəsin 36-da yerləşən «Büllur ma» marketdə olan «PashaPay» ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs Fəxrəddin oğlunun adına kart nömrəsi 416973.........5458 olan hesaba 800 manat pul göndərməsi öz əksin tapmışdır. Bundan başqa baxış zamanı müəyyən edildi kı, Zərərçəkmiş şəxs xx.xx.2023- cü il tarixdə Zaqatala şəhər Ş.Qurbanov küçəsində yerləşən «Bazarstore» mağazasında olan «MPAY» ödəmə terminalı vasitəsilə Şahid3 adına kart nömrəsi 416973.........0591 olan hesaba 1300 manat pul göndərməsi öz əksini tapmışdır. İş materiallarında olan Daşkəsən rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(030)- 4/2024 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs barəsində Yevlax Rayon Məhkəməsin xx.xx.2024-cü il tarixli 1(039)-12/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanılaraq qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş Yevlax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(039)-20/2025 nömrəli qərarına əsasən, Təqsirləndirilən şəxs barəsində xx.xx.2025-ci il tarixədək həbs qətiimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş xx.xx.2025-ci il tarixli Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona vurduğu ziyanı tam ödəmişdir və ondan şikayəti yoxdur. Aralarında barışıq əldə edilmişdir və işə xitam verilməsinə etiraz etmir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş xx.xx.2025-ci il tarixli Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, o, Zərərçəkmiş şəxs vurduğu ziyanı tam ödəmiş və barışmışdır. İş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş vəsiqələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs “Zəngilanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi onun ifadəsi və ərizəsi ilə yanaşı, zərərçəkmiş şəxsin verdikləri ifadələri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsnın əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, qanunvericiliyin aşağıda sadalanan müddəalarına görə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2022-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndi həmin Məcəllənin 72–73-2 və 74-1-ci maddələri ilə cinayət məsuliyyətindən azad edilmiş şəxsin məsuliyyətdən azad edilənədək törətmiş olduğu digər cinayət əməlinə görə cinayət məsuliyyətindən azad olunmasının mümkünlüyünü istisna etmir. Buna əsasən Sumqayıt RPŞ-nin xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata CM-nin 73-1-ci maddəsinə əsasən xitam verilməsi hazırki cinayət işi üzrə cinayət məsuliyyətindən azad olunmasını istisna etmir. Belə ki, iş materiallarından görünür ki, o, hazırki cinayət əməllərini Azərbaycan Respublikası CM-nin 73-1-ci maddəsinə əsasən cinayət məsuliyyətdən azad edilənədək, yəni, Sumqayıt RPŞ-nin xx.xx.2024-cü il tarixli qərarı qəbul edilənədək törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73 3-1.1-ci maddəsinə əsasən, bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 72–73-2-ci maddələrində nəzərdə tutulan cinayət əməli iştirakçılıqla törədildiyi hallarda, zərərçəkmiş şəxsə dəymiş ziyan və bu Məcəllənin 73-1.2, 73-1.3 və 73-2.2-ci maddələrində nəzərdə tutulan dövlət büdcəsinə ödəniş cinayətin iştirakçılarının hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətindən, vurulmuş zərərin həcminə və xarakterinə onun təsirindən asılı olaraq məhkəmə tərəfindən müəyyən olunmuş pay üzrə ödənilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinin tələblərinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində hazırki cinayət işi üzrə qətimkan tədbirinin ləğv edilmişdir. İş üzrə maddi sübut, maddi ziyan və mülki iddianın olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, zərərçəkmiş şəxslə barışaraq ona dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinin tələbinə əsasən, onun barəsində olan cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. İş üzrə maddi sübut, maddi ziyan və mülki iddianın olmaması nəzərə alınsın. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, elan edildiyi andan 20 (iyirmi) gün keçdikdən sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zərifə Məmmədova.
Məhkəmə qərarları › İş №1(033)-19/2025
Zaqatala Rayon Məhkəməsi Qərar — İş №1(033)-19/2025
21.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver