Azərbaycan Respublikası adından HÖKM Zaqatala rayonu İş № 1(033)-2/2022 18.02.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X1 katibliyi, dövlət ittihamçısı-Аzərbаycаn Respublikаsı Bаş Prоkurоrluğunun Dövlət ittihаmının müdаfiəsi üzrə idаrəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihаmının müdаfiəsi üzrə şöbəsinin prоkurоru, ədliyyə müşaviri Dövlət ittihamçısı оğlunun, Təqsirləndirilən şəxs2, onun müdafiəçisi Müdafiəçi2, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi3 iştirakları ilə xx xxxx 1988-ci ildə Zaqatala şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işsiz, məhkumluğu olmayan, Zaqatala şəhəri, A.Həmidov küçəsi ev 153-də qeydiyyatında olmaqla yaşayan, barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair və xx xxxxxx 1987-ci il tarixdə Zaqatala rayonu, Çökək kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, himayəsində iki nəfər azyaşlı uşağı olan, məhkumluğu olmayan, Zaqatala rayonu, Çökək qeydiyyatda olmaqla ünvan 3-da yaşayan, barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs2 2020-ci ilin avqust ayında günü istintaqa dəqiq məlum olmayan tarixdə Zaqatala rayonu, Aşağı Tala kəndi ərazisində yerləşən meşəyanı sahədən keçən su arxı boyunca sahibsiz ərazidə yabanı halda bitmiş narkotik tərkibli çətənə (kannabis) bitkilərini qanunsuz olaraq yığaraq yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində qurudub satış məqsədi ilə kustar üsulla şəxsi istehlak miqdarından artıq yəni, ümumi təmiz çəkisi 11,93 qram narkotik vasitə qurudulmuş marixuananı hazırlayıb 2 ədəd kibrit qutusunda qablaşdırmaqla üzərində və yaşadığı evdə daşıyaraq saxlamış, 02.05.2021-ci il tarixdə saat 22 radələrində satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı 11,93 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın 5,54 qramını 1 ədəd Fesko yazılı kibrit qutusunda qablaşdırılmış halda yaşadığı küçədə etibarnamə əsasında idarə etdiyi Daewoo Nexia markalı ** RP *** dövlət qeydiyyat nişanlı avtomobilin içərisində 50 manat müqabilində tanışı Təqsirləndirilən şəxs1 satmış, 04.05.2021-ci il tarixdə saat 16:30 radələrində Zaqatala rayon polis şöbəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs1 yaşadığı Zaqatala rayonu, Bakı prospekti ərazisində saxlanılaraq Zaqatala rayon polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılarkən əynində olan idman şalvarının sağ yan cibindən həmin 1 ədəd Fesko yazılı kibrit qutusunda qablaşdırılmış şəxsi istehlak miqdarından artıq, təmiz çəkisi 5,54 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, daha sonra 04.05.2021-ci il tarixdə saat 19 radələrində narkotik vasitə satmaqda şübhəli olduğuna görə Zaqatala rayon polis şöbəsinin əməkdaşları tərəfindən o, yaşadığı Zaqatala rayonu, Anar Həmidov küçəsində Daewoo Nexia markalı ** RP *** dövlət qeydiyyat nişanlı avtomobilində əyləşən zaman saxlanılaraq Zaqatala rayon polis şöbəsinə gətirilib həmin gün saat 20 radələrində polis şöbəsinin inzibati binasının həyətində Daewoo Nexia markalı ** RP *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən sürət qutusunun yanındakı kül qabının içərisindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı 1 ədəd Fesko yazılı kibrit qutusunda qablaşdırılmış şəxsi istehlak miqdarından artıq, təmiz çəkisi 6,39 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 02 may 2021-ci il tarixdə saat 22 radələrində Zaqatala rayonu, Anar Həmidov küçəsində tanışı Təqsirləndirilən şəxs2 etibarnamə əsasında idarə etdiyi Daewoo Nexia markalı ** RP *** dövlət qeydiyyat nişanlı avtomobilin içərisində Təqsirləndirilən şəxs2 50 manat məbləğində pul ödəyərək satış məqsədi olmadan qanunsuz olaraq 1 ədəd Fesko yazılı kibrit qutusunda qablaşdırılmış şəxsi istehlak miqdarından artıq, təmiz çəkisi 5,54 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edib üzərində saxlayaraq daşımış, 04.05.2021-ci il tarixdə saat 16:30 radələrində üzərində narkotik vasitə saxlamaqda və istifadə etməkdə şübhəli olduğuna görə Zaqatala rayon polis şöbəsinin əməkdaşları tərəfindən yaşadığı Zaqatala rayonu, Bakı prospekti ərazisində saxlanılaraq Zaqatala rayon polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılarkən əynindəki idman şalvarının sağ yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşıdığı həmin 1 ədəd Fesko yazılı kibrit qutusunda qablaşdırılmış şəxsi istehlak miqdarından artıq, təmiz çəkisi 5,54 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən beş ildir ki, narkotik vasitə olan marixuana istifadə etmişdir. Marixuana istifadəçisi olduğu üçün 2020-ci ilin avqust ayında Zaqatala rayonu, Aşağı Tala kəndi ərazisində meşə kənarında yabanı halda bitmiş çətənə kolarını yığıb yaşadığı evə gətirmiş və yaşadığı evdə qurudaraq marixuana əldə etmişdir. Həmin marixuananı öz istifadəsi üçün əldə edib saxlamış və istifadə etmişdir. Tanışı Təqsirləndirilən şəxs1 onun marixuana istifadəçisi olduğunu bilmişdir. Təxminən 02 may 2021-ci il tarixdə saat 22 radələrində Təqsirləndirilən şəxs1 zəng vurub ondan marixuana istəmiş, İlqamdan harada olduğunu soruşmuş, İlqam ona yaşadığı evdə olduğunu dedikdə “küçəyə çıx gəlirəm” deyib telefonu söndürmüş və idarə etdiyi ağ rəngli “Daewoo Nexia” markalı **-RP-*** dövlət qeydiyyat nişanlı avtomobillə İlqamın yaşadığı evin qarşısına getmişdir. İlqam onu küçədə gözləmiş, İlqamın yanına çatdığı zaman İlqam avtomobilinə oturmuşdur. O, İlqama özündə marixuana olduğunu, bir kibrit qutusu marixuananı 50 (əlli) manata satacağını bildirmişdir. İlqam razılaşmış və ona 50 manat pul vermişdir. Həmin vaxt o, üzərində olan 2020-ci ilin avqust ayında Zaqatala rayonu Aşağı Tala kəndi ərazisində meşə kənarında yabanı halda bitmiş çətənə kollarını yığaraq əldə etdiyi marixuanadan bir ədəd kibrit qutusunda İlqama verib getmişdir. Sonra 04 may 2021-ci il tarixdə təxminən saat 19 radələrində Zaqatala şəhəri ərazisində polis əməkdaşları yaxınlaşıb özlərini təqdim edib onu rayon polis şöbəsinə dəvət etmişlər. Zaqatala RPŞ-nə gələrkən yolda o, İlqamın onun satdığı bir kibrit qutusu marixuana ilə tutulduğunu bilmişdir. Sonra Zaqatala RPŞ-nin inzibati binasında o, şübhəli şəxs kimi tutulmuşdur. Sonra videoçəkilişlə üzərində şəxsi axtarış aparılmış, üzərində qanunsuz hər hansı bir əşya aşkar edilməmişdir. Daha sonra idarə etdiyi “Daewoo Nexia” markalı **-RP-*** dövlət qeydiyyat nişanlı avtomobilə razılığı ilə baxış keçirilmiş, baxış zamanı o, polis əməkdaşlarına avtomobilinin salonunda maqnitofonun altındakı külqabında saxladığı bir ədəd kibrit qutusundakı marixuananı təqdim etmişdir. Həmin kibrit qutusu elektron tərəzidə çəkilmiş, kibrit qutusunun ümumi çəkisi 9,6 qram olduğu müəyyən olunmuşdur. Sonra həmin içərisində marixuana olan kibrit qutusu ağ rəngli zərfdə qablaşdırılaraq götürülmüşdür.Təqsirləndirilən şəxs2 əlavə olaraq ifadəsində göstərdi ki, avtomobilində aşkar olunmuş marixuanı 2020-ci ilin avqust ayında Zaqatala rayonu, Aşağı Tala kəndi ərazisində meşə kənarında yabanı halda bitmiş çətənə kolarını yığıb qurutmaqla əldə edib saxlamış, saxladığı həmin marixuanadan bir ədəd kibrit qutusunu da İlqama satmışdır. O, şəxsi istifdəsi üçün avtomobilində marixuana gəzdirmişdir. Təqsirləndirilən şəxs1 başqa hər hansı bir şəxsə narkotik vasitəni əvəzli və ya əvəzsiz olaraq verməmişdir. O, başqa cinayət əməlləri törətməmişdir. Törətdiyi əməldən peşman olmasını, xəstəliyini və əlil olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən iki ildir ki, narkotik vasitə olan marixuana istifadə etmişdir. 02 may 2021-ci il tarixdə saat 22 radələrində o, tanışı Zaqatala şəhər sakini Təqsirləndirilən şəxs2 zəng vurub marixuana almaq istədiyini bildirərək onun üçün marixuana təşkil etməsini xahiş etmişdir. Həmin vaxt Ramil ondan harada olduğunu soruşduqda yaşadığı evdə olduğunu bildirmiş, Ramil ona “küçəyə çıx gəlirəm” deyib telefonu söndürmüş, buna görə də o, yaşadığı evdən küçəyə çıxmışdır. Təxminən 20 dəqiqə sonra Ramil idarə etdiyi ağ rəngli “Daewoo Nexia” markalı **-RP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yaşadığı evin qarşısına gəlmiş, o, avtomobildə oturmuşdur. Ramil ona özündə marixuana olduğunu, bir kibrit qutusu marixuananı 50 (əlli) manata satdığını bildirdikdə Ramilə 50 manat pul verib Ramildən bir kibrit qutusunda marixuana almışdır. Ramil getdikdən sonra o, aldığı marixuanadan istifadə etmiş və kibrit qutusunda olan marixuananı yaşadığı evə aparıb gizlətmişdir. 04 may 2021-ci il tarixdə təxminən saat 16:30 radələrində o, evdə saxladığı 02 may 2021-ci il tarixdə tanışı Ramildən almış olduğu kibrit qutusundakı marixuananı gizlətdiyi yerdən götürüb əynindəki idman şalvarının sağ yan cibinə qoyub “Tala çayının” kənarına gedib marixuana istifadə etmək üçün evdən küçəyə çıxmışdır. Yaşadığı evdən küçəyə çıxan zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edib onu rayon polis şöbəsinə gətirmişlər. Zaqatala RPŞ-in inzibati binasında o, şübhəli şəxs kimi tutulmuş, sonra üzərində şəxsi axtarış aparılmışdır. Üzərində şəxsi axtarış aparılan zaman o, əynindəki idman şalvarının sağ ön çibindən içərisində marixuana olan kibrit qutusunu çıxarıb təqdim etmiş, həmin kibrit qutusu elektron tərəzidə çəkilmiş, kibrit qutusunun ümumi çəkisi 8,6 qram olduğu müəyyən olunmuşdur. Sonra içərisində marixuana olan həmin kibrit qutusu ağ rəngli zərfdə qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs1 əlavə olaraq ifadəsində göstərdi ki, üzərindən aşkar olunmuş içərisində qurudulmuş marixuana olan kibrit qutusunu 02 may 2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 50 manata öz istifadəsi üçün almışdır. O, əvvəllər Təqsirləndirilən şəxs2 marixuana almamışdır. Təqsirləndirilən şəxs2 digər şəxslərə narkotik vasitə satmasından məlumatı olmamış, Ramilin narkotik vasitə qurudulmuş marixuana istifadə etməsini bildiyi üçün istəmişdir. O, istifadə etmək üçün üzərində narkotik vasitə gəzdirmişdir. O, hər hansı bir şəxsə əvəzli və ya əvəzsiz olaraq narkotik vasitə verməmişdir. Onun üzərində narkotik vasitə saxlamasından hər hansı bir şəxsin məlumatı olmamışdır. Törətdiyi əməldən peşman olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, Zaqatala RPŞ-in PPXB-in polis nəfəri vəzifəsində xidmət edir. ünvan 2 ünvanında yaşayan xx.xx.1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqda və narkotik vasitə istifadə etməkdə şübhəli olduğu üçün o və əməliyyat müvəkkili Şahid2 tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 04.05.2021-ci il tarixdə saat 16:30 radələrində yaşadığı Bakı prospekti ərazisində saxlanılaraq Zaqatala RPŞ-nə gətirilmişdir. Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə saxlaması və istifadə etməsi ilə əlaqədar şübhəli şəxs qismində saxlanılması barədə məlumat verilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 hüquq və vəzifələri, o cümlədən dövlət hesabına müdafiəçi ilə təmin olunmaq hüququ izah edilmişdir. Təqsirləndirilən şəxs1 ərizə ilə müraciət edərək dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs1 dövlət hesabına təyin edilmiş Müdafiəçi1 ilə təmin olunmuşdur. Zaqatala RPŞ-in inzibati binasında yerləşən xidməti otaqda Təqsirləndirilən şəxs1 üzərində müdafiəçisinin iştirakı ilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində olan idman şavarının sağ yan cibindən Fesko yazılı 1 ədəd kibrit qutusunu təqdim etmiş və içərisində narkotik vasitə olmasını bildirmişdir. 1 ədəd kibrit qutusu açılmış və içərisindən kəskin iyli narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 üzərindən digər heç bir qanunsuz əşya və predmet aşkar edilməmişdir. Həmin narkotik vasitə qurudulmuş marixuana kibrit qutusu ilə birlikdə elektron tərəzidə çəkilmiş və kütlənin içərisində olduğu kibrit qutusu ilə birlikdə ümumi çəkisi 8.6 qram olmuşdur. Daha sonra isə narkotik vasitə qurudulmuş marixuana içərində olduğu kibrit qutusu ilə kağız zərfdə qablaşdırılmış və zərfin ağzı möhürlənmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunub götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananı 02.05.2021-ci il tarixdə Zaqatala rayon sakini Təqsirləndirilən şəxs2 50 manat pul ödəyərək almışdır. Şəxsi axtarış aparılması barədə protokol tərtib edilmiş və protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Daha sonra o və əməliyyat müvəkkili Şahid3 tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 narkotik vasitə qurudulmuş marixuana satmaqda şübhəli olan ünvan 1-də yaşayan Təqsirləndirilən şəxs2 04.05.2021-ci il tarixdə saat 19 radələrində yaşadığı küçədə olan idarə etdiyi DAEWOO Nexia markalı ** RP *** dövlət qeydiyyat nişanlı avtomobilin içərisində əyləşdiyi zaman saxlanılaraq Zaqatala RPŞ-nə gətirilmişdir. Təqsirləndirilən şəxs2 narkotik vasitə saxlaması və satması ilə əlaqədar şübhəli şəxs qismində saxlanılması barədə məlumat verilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 hüquq və vəzifələri, o cümlədən dövlət hesabına müdafiəçi ilə təmin olunmaq hüququ izah edilmişdir. Təqsirləndirilən şəxs2 ərizə ilə müraciət edərək dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmiş, Təqsirləndirilən şəxs2 dövlət hesabına təyin edilmiş Müdafiəçi2 ilə təmin olunmuşdur. Zaqatala RPŞ-in inzibati binasında yerləşən xidməti otaqda Təqsirləndirilən şəxs2 üzərində müdafiəçisinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən heç bir qanunsuz əşya və predmet aşkar edilməmişdir. Şəxsi axtarış aparılması barədə protokol tərtib edilmiş və protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs2 ərizə ilə müraciət edərək idarə etdiyi DAEWO Nexia markalı ** RP *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Həmin avtomobilə baxış keçirilən zaman Təqsirləndirilən şəxs2 sürət qutusunun yanında olan kül qabının içərisindən bir ədəd Fesko yazılı kibrit qutusunu təqdim edərək içərisində narkotik vasitə qurudulmuş marixuana olmasını bildirmişdir. 1 ədəd kibrit qutusu açılmış və içərisindən kəskin iyli narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobildən digər heç bir qanunsuz əşya və predmet aşkar edilməmişdir. Həmin narkotik vasitə qurudulmuş marixuana kibrit qutusu ilə birlikdə elektron tərəzidə çəkilmiş və kütlənin içərisində olduğu kibrit qutusu ilə birlikdə ümumi çəkisi 9.6 qram olmuşdur. Daha sonra isə narkotik vasitə qurudulmuş marixuana içərisində olduğu kibrit qutusu ilə kağız zərfdə qablaşdırılmış və zərfin ağzı möhürlənmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs2 avtomobildən aşkar olunub götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananı 2020-ci ilin avqust ayında Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən meşəyanı sahədən yabanı yalda bitmiş çətənə bitkisinin kollarını yığaraq qurudub əldə etməsini və saxlamasını bildirmişdir. Baxış keçirilməsi barədə protokol tərtib edilmiş və protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid3 ibtidai istintaq zamanı verdikləri ifadələri təsdiq etdiklərini bildirdilər və şahid qismində dindirilniş Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdiklərini təsdiq etdilər. İşdə olan 04 may 2021-ci il tarixli şəxsi axtarış aparılması haqqında protokoldan görünür ki, Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 təklif olunmuşdur ki, üzərində qanunsuz saxladığı maddə, narkotik vasitə, həmçinin cinayət xarakterli digər əşya və predmetlər vardırsa onları təqdim etsin. İlqar Uvuzov əynindəki idman şalvarının sağ yan cibindən 1 ədəd üzərində “ФECKO" yazısı olan kibrit qutusunu təqdim etmişdir. Həmin kibrit qutusunu açdıqda içərisində yaşıl rəngli narkotik vasitə marixuanaya bənzər kütlə olduğu müşahidə edilmişdir. İlqar Uvuzov əynində olan idman şalvarının sağ yan cibindən çıxardaraq təqdim etdiyi kibrit qutusundakı yaşıl rəngli kütlənin narkotik vasitə hesab edilən marixuana olduğunu, həmin narkotik vasitənin özünə məxsus olduğunu, şəxsi istifadəsi üçün üzərində daşıdığını bildirmişdir. Həmin kütlə elektron tərəzidə çəkilmiş və kibrit qutusu ilə birlikdə ümumi çəkisinin 8,6 qram olması müəyyən edilmişdir. Həmin kütlə tərəzidə çəkildikdən sonra 1 ədəd ağ rəngli zərfə qablaşdırılaraq bağlanıb möhürlənmişdir. İşdə olan 04 may 2021-cu il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 üzərində aparılan şəxsi axtarış zamanı qanunsuz maddə, vasitə və əşya aşkar edilməmişdir. İşdə olan baxış keçirilməsi haqqında 04 may 2021-cu il protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs2 idarə etdiyi “DAEWOO NEXİA” markalı **-RP-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapısını açaraq baxış üçün təqdim etmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs2 təklif olunmuşdur ki, idarə etdiyi “Daewoo Nexia” markalı **-RP-*** dövlət qeydiyyat nişanlı avtomobilində qanunsuz saxladığı maddə, narkotik vasitə, həmçinin cinayət xarakterli digər əşya və predmetlər vardırsa onları təqdim etsin. Təqsirləndirilən şəxs2 idarə etdiyi “Daewoo Nexia" markalı **-RP-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda sürət qutusunun önündə yerləşən kül qabından bir ədəd üzərində “FESKO” yazısı olan kibrit qutusu götürüb təqdim etmiş və təqdim etdiyi 1 ədəd kibirit qutusunda olan kütlənin narkotik tərkibli marixuana olduğunu bildirmişdir. Həmin kibrit qutusundakı kütlə elektron tərəzidə çəkilmiş və 1 ədəd üzərində “FESKO” yazısı olan kibrit qutusundakı kütlənin, kibrit qutusu ilə birlikdə ümumi çəkisi 9,6 qram olması müəyyən edilmişdir. Həmin üzərində “FESKO” yazısı olan kibrit qutusundakı kütlə tərəzidə çəkildikdən sonra 1 ədəd ağ rəngli zərfə qablaşdırılaraq möhürlənib götürülmüşdür. Baxış zamanı “Daewoo Nexia” markalı **- RP-*** dövlət qeydiyyat nişanlı avtomobildə Təqsirləndirilən şəxs2 təqdim etdiyi bir ədəd üzərində “FESKO” yazısı olan kibrit qutusunadakı qurudulmuş marixuanaya bənzər kütlədən başqa bər hansı bır qanunsuz əşya, maddə və iş üçün əhəmiyyət kəsb edən izlər, sübutlar aşkar edilməmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs2 ifadələrində göstərdiyi xüsusatları yerində yoxlamaq və dəqiqləşdirmək məqsədi ilə ifadənin yerində yoxlanılması istintaq hərəkəti keçirilmiş, Təqsirləndirilən şəxs2 göstərməsi ilə Zaqatala rayonu Aşağı Tala kəndi ərazisində yerləşən əsas yoldan təxminən 100 aralıda yerləşən meşəyanı sahəyə gedilmiş, Təqsirləndirilən şəxs2 su arxının boyunca uzanan kolluqları və ağacların arasını göstərib 04.05.2021-ci il tarixdə idarə etdiyi avtomobilindən və Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananı təxminən 2020-ci ilin avqust ayında həmin kolluqların və ağacların arasında yabanı halda yetişən çətənə bitkisi kollarını yığıb qurudaraq hazırlamasını bildirmişdir. İstintaq hərəkəti zamanı həmin ərazidən ilk baxışdan narkotik tərkibli çətənə bitkisinə oxşar kol nümunələri müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X9 bölməsinin 05 may 2021-ci il tarixli 17/325 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs1 üzərindən götürülmüş içərisində qurudulmuş marixuanaya bənzər kütlə olan bir ədəd kibrit qutusu sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd kibrit qutusunda, təmiz çəkisi 5,54 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs2 məxsus...avtomobildən götürülmüş bir ədəd kibrit qutusunda içərisində qurudulmuş marixuanaya bənzər kütlə.” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədə kibrit qutusunda, təmiz çəkisi 6,39 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 02 (iki) ədəd kibrit qutularında olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserin 08 iyun 2021-ci il tarixli 671 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyaya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserin 08 iyun 2021-ci il tarixli 670 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 narkotik vasitədən istifadə edir. Narkotik vasitə olan kannobionidlərdən sui-istifadə nəticəsində yaranmış narkomanlıq xəstəliyindən əzab çəkir. Narkomanlıq xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata götürülməsi məsləhət görülür. İş materiallarına əlavə edilmiş şübhəli şəxsin tutulması haqqında 04 may 2021-ci il tarixli qərardan görünür ki, Uvuzov X5 rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru X7 tərəfindən həmin gün saat 17:05-də Azərbaycan Respublikası CM-in 234.1ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş şübhəli şəxsin tutulması haqqında 04 may 2021-cu il tarixli qərardan görünür ki, Şabanov X8 rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru X7 tərəfindən həmin gün saat 21:50-də Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Zaqatala rayon polis şöbəsinin istintaq bölməsinin rəisi, polis mayoru Mehrab Məmmədovun 06 may 2021-ci il tarixli “polisin nəazəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 06 may 2021-ci il tarixli təqsirləndirilən şəxsin X6 azad edilməsi haqqında qərarından görünür ki, barisində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 saxlandıqı Zaqatala RPŞ-nin X6 azad edilmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala rayon polis şöbəsinin istintaq bölməsinin rəisi, polis mayoru Mehrab Məmmədovun 06 may 2021-ci il tarixli “polisin nəazəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 06 may 2021-ci il tarixli təqsirləndirilən şəxsin X6 azad edilməsi haqqında qərarından görünür ki, barisində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 saxlandıqı Zaqatala RPŞ-nin X6 azad edilmişdir. İş materiallarında olan Zaqatala Bələdiyyəsi tərəfindən 07.05.2021-ci il tarixdə verilmiş 202 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində Bələdiyyəyə yazılı və ya şifahi olaraq heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan Səyyar-Asan2 tərəfindən verilmiş AZE seriyalı 11097129 nömrəli Azərbaycan Respublikası vətəndaşının Şəxsiyyət vəsiqəsindən görünür ki, 23.06.2016-cı il tarixdə anadan olmuş Gülay Uvuzovanın atası Təqsirləndirilən şəxs1dur. İş materiallarında olan Səyyar-Asan2 tərəfindən verilmiş AZE seriyalı 11097180 nömrəli Azərbaycan Respublikası vətəndaşının Şəxsiyyət vəsiqəsindən görünür ki, 02.08.2014-cü il tarixdə anadan olmuş Fatimə Uvuzovanın atası Təqsirləndirilən şəxs1dur. İş materiallarında olan Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının Göyəm kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 07.05.2021-ci il tarixdə verilmiş 370 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 ailəsi, özündən, 1989-cu il təvəllüdlü arvadı X2, qızı 2014-cü il təvəllüdlü X3, qızı 2016-cı il təvəllüdlü X4 ibarətdir. İş materiallarında olan Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının Göyəm kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 07.05.2021-ci il tarixdə verilmiş 369 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 07.06.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 08.06.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X15 tərəfindən verilmiş 10.12.2021-ci il tarixli 161 saylı rəyindən görünür ki, motivləşdirici hissə. Yuxarıda göstərilənləri nəzərə alan ekspert komissiyası belə qənaətə gəlir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı bir psixi xəstəlik əlaməti müəyyən olunmur. Bunu cinayət işi materiallan, həmin cinayət işindəki tibbi sənədlər, verilmiş ifadələr, anamnestik məlumatlar (anamnestik məlumatlara əsasən normal keçən hamiləlik və doğuşdan vaxtında və sağlam doğulması, irsiyyətinin psixi xəstəliklərlə ağırlaşmaması, psixofiziki inkişafına görə həmyaşıdlanndan fərqlənməməsi, heç vaxt qıcolma tutmalarının olmaması, kəllə-beyin travması almaması, yaşadığı ərazi üzrə xəstəxananın poliklinika şöbəsinin narkoloji və psixiatrik kabinetlərində qeydiyyata düşməməsi, olmuş hadisələri kifayət qədər ardıcıllıqla xronoloji qaydada \ə həqiqətə uyğun şəkildə çatdırması, intellektual səviyyəsi, bilik ehtiyatı, təsəvvür zənginliyi və təcrübi imkanlarının xronoloji yaşına, aldığı təhsilə və keçirdiyi həyat tərzinə uyğun gəlməsi, əhvali-ruhiyyəsində sabitlik müşahidə edilməsi, hal-hazırkı psixi vəziyyətinə və yaranmış situasiyaya qarşı kifayət qədər aydın tənqidi münasibət bəsləməsi, göndərildiyi ekspertizanın keçirilməsi məqsədini düzgün başa düşməsi, onun gedişinə və nəticəsinin necə olacağına maraq göstərməsi, özünün gələcək aqibətinə diqqətlə yanaşması və s.) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (yoxlanılan şəxsin şöbədə müayinədə olduğu müddət .ərzində özünü sakit aparması, şöbədaxili rejimə tabe olması, geyiminə və təmizliyinə fikir verməsi, əhvali-ruhiyyəsinin sabit olması, müayinə gedişində düşüncəsinin pozulmaması, öz şəxsiyyətinə, zamana, məkana və ətraf mühitə görə bələdliyinin qənaətbəxş səviyyədə saxlanılması, zahiri görünüşünə görə səliqəli olması, produktiv verbal kontakt qurmağın mümkün olması, söz ünsiyyəti zamanı söhbətə sərbəst şəkildə qoşulması, aydın səslə danışması, suallara yubanmadan və məzmunlu cavab verməyə başlaması, onlan mahiyyətinə uyğun şəkildə və əsasən ətraflı cavablandırması, kifayət qədər anlaşıqlı 'ifadələr işlətməsi, təfəkkürünün adi tempdə, ardıcıl və məntiqli olması, nitqində ardıcıllıq, mülahizə və mühakimələrində məntiqlilik müşahidə edilməsi, aparılan sorğu-sual gedişatında kəskin produktiv psixopatoloji simptomatika müəyyən edilməməsi, mnestik-koqnitiv funksiyalarında kobud pozuntu nəzərə çarpmaması, hal-hazıtkı psixi vəziyyətinə və yaranmış situasiyaya qarşı kifayət qədər aydın tənqidi münasibət bəsləməsi, göndərildiyi ekspertizanın keçirilməsi məqsədini düzgün başa düşməsi, onun gedişinə və nəticəsinin necə olacağına maraq göstərməsi, özünün gələcək aqibətinə diqqətlə yanaşması və $.) sübut edir.İİ. Yekun hissəsi. Ekspert komissiyası cinayət işi materiallarının, həmin cinayət işindəki tibbi sənədlərin, toplanmış anamnestik məlumatların, həmçinin hal-hazırkı stasionar məhkəmə psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin bütün nəticələrinin tədqiqi və hərtərəfli təhlili sayəsində yekun nəticəyə gələrək qarşıya qoyulmuş sualları aşağıdakı kimi cavablandırır:Sual 1. xx xxxx 1988-ci ildə Zaqatala şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işsiz, məhkumluğu olmayan, Zaqatala şəhəri, A.Həmidov küçəsi ev 153-də qeydiyyatında olmaqla yaşayan Təqsirləndirilən şəxs2 xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlikdən əziyyət çəkirmi və onun psixi qüsuru hansı vaxtdan etibarən meydana gəlmişdir?Cavab. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik aşkarlanmır. Bununla yanaşı qeyd olunmalıdır ki, cinayət işində olan tibbi sənədlərə görə Təqsirləndirilən şəxs2 cinayət əməlini törətdikdən sonra Şəki Rayon Psixiatriya Xəstəxanasında 14.07.2021-ci il tarixdən 31.07.2021-ci il tarixədək stasionar müalicədə olmuş və ona «Paronoid şizofreniya, hallüsinator-paranoid sindromla» diaqnozu qoyulmuşdur. Hal-hazırkı ekspertiza zamanı aparılan müayinə gedişində Təqsirləndirilən şəxs2 hər hansı bir psixi xəstəlik əlaməti müəyyən olunmur.Sual 2. Təqsirləndirilən şəxs2 öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya həmin əməli idarə etmək iqtidarına malikdirmi?Cavab. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə edə bilmək iqtidarındadır.Sual 3. Təqsirləndirilən şəxs2 2020-ci ilin avqust ayında anlaqlı olmuşdurmu? Əgər o, psixi xəstəlik keçirirsə, o, ona istinad olunan əmələ münasibətdə anlaqlı, yoxsa anlaqsızdır?Cavab. Yoxlanılan şəxs X10 təqsirləndirildiyi cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Odur ki, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlinə görə anlaqlı hesab edilməlidir.Sual 4. Təqsirləndirilən şəxs2 anlaqsız olduğunu istisna etməyən psixi pozuntusu varmı?Cavab. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 hər hansı psixi pozuntudan əziyyət çəkmir.Sual 5. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və ya 22-ci maddəsinin təsiri altına düşürmü?Cavab. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 ittiham olunduğu cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X15 tərəfindən verilmiş 02.02.2022-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-cı maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs, 1988-ci ıl təvəllüdlü Şabanov X8 Rayon Məhkəməsinin (sədrlik edən hakim Həsənov Tural Həsən oğlunun) 26 oktyabr 2021- ci il tarixli qərarına əsasən stasionar məhkəmə psixiatrik ekspertizasından keçirilmək məqsədilə 30.11.2021-ci il tarixdən 10.12.2021-ci il tarixədək Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X15nin stasionar ekspertiza şöbəsində müayinədə olmuşdur. Beləliklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlləri özlərinin, şahidlərin ifadələri, ekspert rəyləri, protokollar, maddi sübut və məhkəmə istintaqında tədqiq olunmuş digər dəlillərlə tam sübuta yetirildi. Belə ki, Təqsirləndirilən şəxs2 2020-ci ilin avqust ayında günü istintaqa dəqiq məlum olmayan tarixdə Zaqatala rayonu, Aşağı Tala kəndi ərazisində yerləşən meşəyanı sahədən keçən su arxı boyunca sahibsiz ərazidə yabanı halda bitmiş narkotik tərkibli çətənə (kannabis) bitkilərini qanunsuz olaraq yığaraq yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində qurudub satış məqsədi ilə kustar üsulla şəxsi istehlak miqdarından artıq yəni, ümumi təmiz çəkisi 11,93 qram narkotik vasitə qurudulmuş marixuananı hazırlayıb 2 ədəd kibrit qutusunda qablaşdırmaqla üzərində və yaşadığı evdə daşıyaraq saxlamış, 02.05.2021ci il tarixdə saat 22 radələrində satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı 11,93 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın 5,54 qramını 1 ədəd Fesko yazılı kibrit qutusunda qablaşdırılmış halda yaşadığı küçədə etibarnamə əsasında idarə etdiyi Daewoo Nexia markalı ** RP *** dövlət qeydiyyat nişanlı avtomobilin içərisində 50 manat müqabilində tanışı Təqsirləndirilən şəxs1 satmış, 04.05.2021-ci il tarixdə saat 16:30 radələrində Zaqatala rayon polis şöbəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs1 yaşadığı Zaqatala rayonu, Bakı prospekti ərazisində saxlanılaraq Zaqatala rayon polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılarkən əynində olan idman şalvarının sağ yan cibindən həmin 1 ədəd Fesko yazılı kibrit qutusunda qablaşdırılmış şəxsi istehlak miqdarından artıq, təmiz çəkisi 5,54 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, daha sonra 04.05.2021-ci il tarixdə saat 19 radələrində narkotik vasitə satmaqda şübhəli olduğuna görə Zaqatala rayon polis şöbəsinin əməkdaşları tərəfindən o, yaşadığı Zaqatala rayonu, Anar Həmidov küçəsində Daewoo Nexia markalı ** RP *** dövlət qeydiyyat nişanlı avtomobilində əyləşən zaman saxlanılaraq Zaqatala rayon polis şöbəsinə gətirilib həmin gün saat 20 radələrində polis şöbəsinin inzibati binasının həyətində Daewoo Nexia markalı ** RP *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən sürət qutusunun yanındakı kül qabının içərisindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı 1 ədəd Fesko yazılı kibrit qutusunda qablaşdırılmış şəxsi istehlak miqdarından artıq, təmiz çəkisi 6,39 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 02 may 2021-ci il tarixdə saat 22 radələrində Zaqatala rayonu, Anar Həmidov küçəsində tanışı Təqsirləndirilən şəxs2 etibarnamə əsasında idarə etdiyi Daewoo Nexia markalı ** RP *** dövlət qeydiyyat nişanlı avtomobilin içərisində Təqsirləndirilən şəxs2 50 manat məbləğində pul ödəyərək satış məqsədi olmadan qanunsuz olaraq 1 ədəd Fesko yazılı kibrit qutusunda qablaşdırılmış şəxsi istehlak miqdarından artıq, təmiz çəkisi 5,54 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edib üzərində saxlayaraq daşımış, 04.05.2021-ci il tarixdə saat 16:30 radələrində üzərində narkotik vasitə saxlamaqda və istifadə etməkdə şübhəli olduğuna görə Zaqatala rayon polis şöbəsinin əməkdaşları tərəfindən yaşadığı Zaqatala rayonu, Bakı prospekti ərazisində saxlanılaraq Zaqatala rayon polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılarkən əynindəki idman şalvarının sağ yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşıdığı həmin 1 ədəd Fesko yazılı kibrit qutusunda qablaşdırılmış şəxsi istehlak miqdarından artıq, təmiz çəkisi 5,54 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə görə narkotik vasitələr-BMT-nin 1961-ci il tarixli «Narkotik vasitələr haqqında» Vahid Konvensiyasında, 1971-ci il tarixli «Psixotrop maddələr haqqında» Konvensiyasında, 1988-ci il tarixli «Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında» Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir. Həmin Qanunun 1.0.5-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli Qərarının 8-ci bəndində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına Qanunun 1.0.11-ci maddəsində şərh verilmişdir. Məhkəmələrə izah edilmişdir ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. 9-cu bənddə isə qeyd olunur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq bilavasitə məhkəmə iclasında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, təqsirləndirilən şəxslərin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onların xeyrinə şərh edərək, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini, maddi sübutu və digər sənədləri sübut kimi qəbul edərək, həmin sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətmişlər. Onların əməllərində cinayət tərkibi vardır. Onların törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq olaraq 234.1 və 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və onlar, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməlləri məhkəmə istintaqında cinayət işi üzrə toplanmış biri-digərini tamamlayan sübutlarla tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.1.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşaqlarının olması cəzanı yüngülləşdirən hal qismində nəzərə alınır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, həmçinin cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində 2 nəfər azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 hansı cəza növünün təyin olunması məsələsini müzakirə edərək, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, onun barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin olunmasını məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs1 04 may 2021-cu il tarixdən 06 may 2021-ci il tarixədək şübhəli şəxs qismində tutularaq saxlanıldığı 2 (iki) gün, nəzərə alınmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının müddəti Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi qüvvədə saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli, cəza çəkdiyi müddətdə günün müəyyən vaxtlarında yaşayış yerini tərk etməməli, cəza çəkdiyi müddətdə Zaqatala rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs1 cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs1 CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və narkomaniyadan məcburi müalicə olunmalıdır. O, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, həmçinin cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs2 əməlində onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamında ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunması, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilməsi tövsiyə olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxslərin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən halın, onun mahiyyəti, həmçinin onların şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, əməllərini etiraf etməsi onların ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılıqlarını bildirmələri tutduğu əməllərə görə özü-özlərini məzəmmət etdikləriini təsdiq edir. Bütün bunlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 xəstə olmaqla İİİ qrup əlil olmasını nəzərə alır, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş minumum həddə azadlıqdan məhrum etmə cəzası təyin olunmalı, onun şübhəli şəxs qismində tutularaq saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddətinin azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, həmçinin Azərbaycan Respublikası CM-nin 99-cu maddəsinə əsasən məhkəmə qərarı ilə psixiatriya stasionarlarında məcburi müalicədə bir gün olma müddəti bir gün azadlıqdan məhrum edilmə hesabı ilə hesablanmaqla həmin cəzadan çıxılmalı, onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək onun barəsində həbs qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalından həbsə alınmalı, cəzasının əvvəli həbsə alınacağı tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməli, onun barəsində seçilmiş həbs qətimkan hökm qanuni qüvvəyə minənə kimi öz qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut qismində tanınmış, Zaqatala RPŞ-in maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobildən aşkar olunaraq götürülmüş 1 ədəd kibrit qutusunda qalıq çəkisi 6,34 qram narkotik vasitə qurudulmuş marixuana, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş qalıq çəkisi 5,49 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə 34,55 (otuz dörd manat əlli beş qəpik) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. İş üzrə xüsusi müsadirə olunmalı əmlakın və mülki iddianın olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında həm də hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə hakim tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 04 may 2021-cu il tarixdən 06 may 2021-ci il tarixədək şübhəli şəxs qismində tutularaq saxlanıldığı 2 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddətinin azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla və məhkəmə psixiatrik ekspertizasından keçirilmək məqsədilə 30.11.2021-ci il tarixdən 10.12.2021-ci il tarixədək Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X15nin stasionar ekspertiza şöbəsində qaldığı 11 (on bir) gün Azərbaycan Respublikası CM-nin 99cu maddəsinə əsasən məhkəmə qərarı ilə psixiatriya stasionarlarında məcburi müalicədə bir gün olma müddəti bir gün azadlıqdan məhrum edilmə hesabı ilə hesablanmaqla cəmi 13 (on üç) gün həmin cəzadan çıxılsın və onun üzərində qəti cəza olaraq 2 (iki) il 11 (on bir) ay 17 (on yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində 06 may 2021-cu il tarixdə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək onun barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbsə alınsın. Cəzasının əvvəli həbsə alındığı tarixdən, yəni 18 fevral 2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan hökm qanuni qüvvəyə minənə kimi öz qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasınа məhkum edilsin. Təqsirləndirilən şəxs1 04 may 2021-cu il tarixdən 06 may 2021-cu il tarixədək şübhəli şəxs qismində tutularaq saxlanıldığı 2 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddətinin azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla cəmi 4 (dörd) gün həmin cəzadan çıxılsın və onun üzərində qəti cəza olaraq 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəksin. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs1 üzərinə yaşadığı Zaqatala rayonu ərazisini, eləcə də saat 22:00-dan saat 06:00-dək yaşayış yeri olan ünvan 3 ünvanında yerləşən evinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və narkomaniyadan məcburi müalicə olunsun. O, yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 cəzasının icrasına nəzarəti Zaqatala Rayon İcra və Probasiya Şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı Zaqatala Rayon İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut qismində tanınmış, Zaqatala RPŞ-də saxlanılan Zaqatala RPŞ-in maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobildən aşkar olunaraq götürülmüş 1 ədəd kibrit qutusunda qalıq çəkisi 6,34 qram narkotik vasitə qurudulmuş marixuana, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş qalıq çəkisi 5,49 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə 34,55 (otuz dörd manat əlli beş qəpik) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. İş üzrə xüsusi müsadirə olunmalı əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. Hökm elan olunduğu andan (Təqsirləndirilən şəxs2 hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan (Təqsirləndirilən şəxs2 hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Sədrlik edən Tural Həsənov
Məhkəmə qərarları › İş №1(033)-2/2022
Zaqatala Rayon Məhkəməsi Hökm — İş №1(033)-2/2022
18.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver