Azərbaycan Respublikası adından HÖKM Zaqatala rayonu İş № 1(033)-2/2023 01.02.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Əliyev Fərrux Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi – Zaqatala Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1994-cü ildə Azərbaycan Respublikası, Zaqatala rayonu Sumaylı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Zaqatala rayonu Sumaylı kəndində qeydiyyatda olan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 01 fevral 2023-cü il tarixdə saat 15:00-da açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs ondan ötrü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir ki, o vahid tamah niyyəti və özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirtmək məqsədilə 2021-ci ilin noyabr ayının ortalarında saat 21 radələrində Zaqatala rayonu Göyəm kəndində yerləşən, Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin həyətinə dam örtüklərindən hazırlanmış hasarı aşmaqla qanunsuz daxil olmuş və həmin həyətdə yerləşən, maddi nemətlərin daimi saxlanması üçün nəzərdə tutulmuş (hasarla təmin edilmiş), yaşayış evindən təcrid edilmiş təsərrüfat tikilisinə, yəni anbara qanunsuz daxil olaraq oradan 150 manat dəyərində, Marks markalı 01 ədəd su nasosunu, 01 ədədinin qiyməti 25 manat olan, cəmi 12 ədəd və 300 manat dəyərində “bronzo” su kranlarını, 50 manat dəyərində kondisionerin mühərriklə birlikdə 01 ədəd radiatorunu, 01 ədədinin qiyməti 40 manat olan, cəmi 02 ədəd və 80 manat dəyərində seyf qapı üçün nəzərdə tutulmuş qapı kilidlərini gizli olaraq talamaqla oğurlamış, anbarda olan digər əşyları oğurlamaq istəsə də oğurladığı yuxarıda qeyd edilən əşyaların çox olması səbəbli gizli şəkildə asanlıqla daşıya bilməyəcəyini görüb götürməmiş, lakin iki gün sonra, 2021-ci ilin noyabr ayının ortalarında saat 22 radələrində eyni üsulla yuxarıda qeyd edilən anbara yenidən qanunsuz daxil olaraq oradan 35 manat dəyərində 01 ədəd elektrik tənzimləyicisini, 01 ədədinin qiyməti 3 manat olan, cəmi 14 ədəd və 42 manat dəyərində su kranlarını, 01 ədədinin qiyməti 120 manat olan, cəmi 04 ədəd və 480 manat dəyərində kombi üçün dövriyyə nasoslarını, 80 manat dəyərində 01 ədəd Aqidel markalı su nasosunu gizli olaraq talamaqla oğurlamış, cinayətkar əməllərini vahid məqsədlə davam etdirərək iki gün sonra 2021-ci ilin noyabr ayının ortalarında saat 21 radələrində eyni üsulla həmin fərdi yaşayış evinin həyətinə, həyətdən isə pəncərədən keçməklə qanunsuz olaraq fərdi yaşayış evinə, yəni yaşayış sahəsinə qanunsuz daxil olmuş və oradan 500 manat dəyərində 01 ədəd 107 sm ölçülü “Samsung” markalı televizoru, 60 manat dəyərində 01 ədəd “HP LaserJet” markalı printeri, 20 manat dəyərində 01 ədəd çanaq anten aparatını (modem) və 01 ədədinin qiyməti 30 manat olan, cəmi 02 ədəd və 60 manat dəyərində aliminium qazanları gizli yolla ələ keçirib talamaqla zərərçəkmiş şəxsə ümumilikdə 1857 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona qarşı elan olunmuş ittihamda təqsirli bilərək gəstərmişdir ki, 2021-ci ilin iyun ayında Zaqatala rayon ərazisindən üzdən tanıdığı, lakin adını bilmədiyi bir nəfər qonşuluğunda yaşayan Zərərçəkmiş şəxs adlı şəxs yaşadığı evdə bir-sıra görüləsi işlər olduğunu ona bildirərərk ondan kömək istəmişdir. O, Zərərçəkmiş şəxs təklifi ilə razılaşaraq sonuncunun Zaqatala rayonu Göyəm kəndində yerləşən yaşayış evinə getmiş, həmin evdə bir-sıra təmir işləri görmüş və onun qarşılığında Zərərçəkmiş şəxs ona 15 manat pul vermişdir. O, həmin evdə işəyən zaman nahar fasiləsində Zərərçəkmiş şəxsla birlikdə yemək yeməyə başlamışlar, söhbət əsnasında Vuqar ona bildirmişdir ki, o hərbiçidir, Qazax rayonunda yaşayır, orada işləyir, yalnız məzuniyyətə çıxan zaman il ərzində bir dəfə gəlib evə baş çəkir. O, həmin gündən sonra Vuqarı bir daha görməmişdir. O, bir neçə dəfə məqsədli şəkildə həmin evin yaxınlığından keçərək orada yaşayış olub-olmamasını dəqiqləşdirmişdir. O, işləmədiyindən maddi vəziyyəti yaxşı olmamış və pula ehtiyacı olmuşdur. O, həmin evə vahid niyyətlə ümumilikdə 3 dəfə qanunsuz daxil olaraq hər dəfəsində müxtəlif məişət əşyaları oğurlamışdır. İlk dəfə o, Zərərçəkmiş şəxs məxsus yaşayış evində yaşayışın olmadığını dəqiqləşdirdikdən sonra təxminən 2021-cilin noyabr ayının ortalarında təqribən saat 21 radələrində o, həmin evə gəlmiş, metal dam örtüyündən hasarlanmış barıdan içəriyə düşmüş, evin içərinsə daxil olmadan yaşayış evinin həyətində yerləşən anbardan 1 ədəd markasını xatırlamadığı su nasosunu, hər biri 12 ədəd “bronza” su kranlarını, 1 ədəd markasını xatırlamadığı kondisionerin mühərriklə birlikdə radiatorunu, 02 ədəd seyf qapıların kilidlərini oğurlamış, evin həyətindən çölə çıxartmış və daha sonra həmin oğurladığı əşyaları evin yaxınlığında gizlətmiş, həmin yaşayış evində oğurlanası əşyalar çox olduğundan, tək olduğu üçün daşıması çətin olduğundan və oğurluq edən zaman kənardan kimlərinsə görəcəyi qorxusundan o, həmin yaşayış evinə təxminən 1 həftə ərzində 3 dəfə qanunsuz daxil olmuşdur. İlk oğurluğundan 2 gün keçdikdən sonra, yəni 2021-ci ilin noyabr ayının ortalarında gecə saat 22 radələrində həmin evin yaxınlığına gəlmiş, metal dam örtükdən hasarlanmış barıdan həyətə düşmüş, həyətdə yerləşən anbardan 1 ədəd elektrik tənzimləyicisini, 14 ədəd su kranlarını, 4 ədəd kombi üçün dövriyyə nasoslarını, 1 ədəd markasını xatırlamadığı su nasosunu oğurlayıb əvvəlcə oğurladığı əşyaları gizlətdiyi yerə apararaq həmin əşyaları da orada gizlətmişdir. Təxminən həmin gündən 1 gün keçdikdən sonra rayon ərazisində dəmir alan şəxslərə elə həmin yerdəcə bütün əşyaları ümumilikdə 300 manat qarşılığında satmışdır. O, həmin 300 manatı şəxsi ehtiyacları üçün xərcləmişdir. Həmin gündən 2 gün keçdikdən sonra təxminən 21 radələrində yenidən həmin evin yaxınlığına gəlmiş, metal dam örtüyündən hasarlanmış barıdan içəriyə düşmüş, həyətdə taxtadan hazırlanmış stulu ayağı altına qoyub evin yataq otağına açılan plastik pəncərəni açaraq içəri daxil olmuş, yataq otağından içəri keçmiş və ilk növbədə markasını bilmədiyi 01 ədəd televizoru götürmüş, daha sonra həmin televizoru içəri daxil olduğu pəncərədən çölə çıxartmış, daha sonra yenidən həmin plastik pəncərədən içəri daxil olaraq yataq otağında olan markasını bilmədyi 01 ədəd internet modemini və printeri, mətbəxdən isə 02 ədəd orta ölçülü qazanı oğurlayıb həmin pəncərədən çölə çıxmışdır. Həmin gün hava yağışlı olduğundan evin içərinsindən 01 ədəd böyük dəsmal götürmüşdür ki, həm televizoru, həm də printerin üstünü onunla bağlasın. Həmin televizorla printeri yaşadıqları evin həyətində yerləşən istifadəsiz otağa qoymuş, həmin gündən bir neçə gün keçdikdən sonra Zaqatala şəhər ərazisində yerləşən bazara gəlmiş və orada 01 ədəd modemi və 02 ədəd orta ölçülü qazanı, hamsını birlikdə 30 manata əvvəlcədən tanımadığı bir nəfər şəxsə satmış, daha sonra da həmin pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Sorğu-sual zamanı əlavə olaraq göstərmişdir ki, həmin evdən əşyaları tək başına oğurlamışdır. O, vahid niyyətlə həmin evə 1 həftə ərzində 3 dəfə daxil olmağının səbəbi oğurluğu tək etməsi və həmin əşyalar çox olduğundan, daşımaq çətin olduğundan və kənardan digər şəxslərin görməsindən qorxması olmuşdur. Zərərçəkmiş şəxs məxsus yaşayış evinin yaxınlığında yaşayış az olduğundan onu heç kəs görməmişdir. Dəmir alan həmin şəxsləri tanımamış, dəmir alan şəxslərə həmin əşyaların öz evinin əşyaları olduğunu və maddi ehtiyacı olduğu üçün satdığını bildirmiş, dəmir alan şəxslər həmin əşyaların oğurluq olduğunu bilməmişlər. Həmin evə daxil olmaq üçün evin qapısını və yaxud pəncərəsini sındırmamış, həmin yaşayış evinə plastik pəncərəni itələyib açaraq girmişdir. Televizoru və printeri yaşadığı evin həyətindəki istifadəsiz otağa qoyan zaman onu ailə üzvlərindən və yaxud digər şəxslərdən heç kəs görməmişdir. Çünki o, həmin əşyaları gecə saatlarında qoyduğundan ailə üzvləri həmin vaxt yatmışdırlar. Televizoru 400 manat qarşılığında rayon ərazisindən şifahi tanıdığı Samir adlı şəxsə, printeri isə 65 manata Zaqatala şəhərin mərkəzində yerləşən “Elit” adlı restoranın qarısında tanımadığı bir nəfər şəxsə satmış, Samirə həmin televizorun yaşadıqları evdə istifadə etdiklərini, borcunu ödəməli olduğu üçün təcili olaraq satmalı olduğunu bildirmiş, printeri satdığı şəxsi əvvəllər tanımırmış və həmin şəxsin nömrəsini elektron əşyalar satılan mağazadan götürmüş, onunla telefon əlaqəsi saxlayaraq printer satdığını bildirmiş və satılması barədə razılaşmışlar, həmin şəxsin mobil nömrəsini hal-hazırda xatırlamır. Əməlindən peşman olmuşdur. Əməlindən peşman olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin 25 yanvar 2023-cü il tarixli baxış iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 1992-ci ildən bəri hərbi qulluqçu kimi xidmət göstərirmiş, 2018-ci ildən bəri X5 Divizyası N saylı hərbi hissəsində Təminat şöbəsinin rəis müavini vəzifəsində xidmət edir. Zaqatala rayonu Göyəm kəndində yerləşən ərazidə ona məxsus olan yaşayış evi var. Həmin evin onun xüsusi mülkiyyətində olması ilə bağlı rəsmi çıxarış yoxdur. O, il ərzində Qazax rayonunda işləyib faktiki yaşadığı üçün həmin ev il ərzində nəzarətsiz qalır. O, son dəfə 2021-ci ilin may ayında məzuniyyətə çıxaraq 45 günlük Zaqatala rayonuna gəlmiş və ona məxsus olan Göyəm kəndində yerləşən yaşayaş evində qalmış, məzuniyyət müddəti bitdikdən sonra o, yenidən Qazax rayonuna qayıtmışdır. O, 2022-ci ilin iyulun 12-si yenidən məzuniyyətə çıxaraq həyat yoldaşı-X4 ilə birlikdə Zaqatala rayonu Göyəm kəndində yerləşən ona məxsus evə gəlmişlər. Həyat yoldaşı evə daxil olmuş, o isə avtomobildə olan əşyaları evə daşımağa başlamış, elə bu zaman həyat yoldaşı-Raisə Tahirova ona səslənərək evlərindən 01 ədəd Samsung markalı 107 sm ölçülü televizorun oğurlandığını bildirmişdir. O, bunu eşidən kimi içəri daxil olmuş, daha sonra həyat yoldaşı ilə birlikdə evdən digər əşyaların oğurlanıboğurlanmamasını bilmək üçün evi ümumi olaraq axtarmağa başlamışdır. Yataq otağına daxil olduqda orada 1 nəfər şəxsə məxsus olan ayaq izləri görmüşdür. Həmin otaqda masanın altında məişət əşyalarını yerləşdirmişlər. O, həmin yerə, evin digər otaqlarına və anbara baxış keçirdikdən sonda nəticədə ona məlum olmuşdur ki, evin qonaq otağında olan 1 ədəd 1700 manat dəyərində “Samsung” markalı televizoru, evin yataq otağında olan 1 ədəd 100 manat dəyərində printeri, 1 ədəd 50 manat dəyərində modemi, evin mətbəxindən hər biri 40 manat olmaqla cəmi 80 manat dəyərində 2 ədəd qazanları, evin həyətində olan anbardan 1 ədəd 35 manat dəyərində elektrik tənzimləyicisini, hər biri 3 manat olmaqla cəmi 42 manat dəyərində 14 ədəd su kranları, hər biri 150 manat olmaqla cəmi 600 manat dəyərində 4 ədəd kombi üçün dövriyyə nasosları, hər biri 45 manat olmaqla cəmi 90 manat dəyərində 2 ədəd seyf qapılar üçün nəzərdə tutulan qapı kilidləri, 1 ədəd 320 manat dəyərində “MARKS” markalı su nasosu, 1 ədəd 150 manat dəyərində “Aqidel” markalı su nasosu, hər biri 28 manat olmaqla cəmi 336 manat dəyərində 12 ədəd “bronza” su kranları, 1 ədəd 50 manat dəyərində “Samsung” markalı kondisionerin mühərriklə birlikdə radiatoru oğurlanmışdır. O, ifadəsində daha sonra göstərmişdir ki, Zaqatala rayonunda olmayan zaman həmin evinə yaxınlıqda yaşayan qonşusu-Nərgiz adlı şəxs nəzarət etmiş, heç kimlə ədavəti olmamış, kiminləsə arasında düşmənçilik olmadığından evindən oğurluq olunması ilə bağlı əvvəlcə heç kimdən şübhələnməmiş, evindən oğurluq olunması ilə bağlı ona heç kəs məlumat verməmişdir. Yaşadığı evə baxış keçirən zaman evin yataq otağına daxil olması üçün evin həyətində 01 ədəd stulun plastik pəncərənin qarşısna qoyulduğunu görmüş. Plastik pəncərə itələnib açılmaqla qanunsuz daxil olunmuş, yaşayış evinin qapısı və yaxud pəncərələri sındırılmamışdır. Yaşadığı evdən oğurluq edilməsi nəticəsində ona ümümilikdə 1857 manat məbləğində maddi ziyan vurulmuşdur. Yaşağıdı evdən oğurlanmış 500 manat dəyərində hesablanmış Samsung markalı 107 sm dioqanallı televizor ona qaytarılsa da, həmin televizor yararsız vəziyyətə düşmüşdür. O, polisə şikayət etdikdən sonra onun evindən oğurluğun Təqsirləndirilən şəxs tərəfindən törədildiyini bilmişdir. Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyandan heç nə ödəməmişdir. Hazırda o, şikayətçidir. Ona dəymiş maddi ziyanın ödənilməsini tələb edir. Odur ki, nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə prosesində şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, əvvəllər iki dəfə Azərbaycan Respublikası CM-nin 234-cü maddəsi ilə məhkum olmuşdur. Dilqəm adlı şəxsi Zaqatala rayonu ərazisindən şifahi olaraq tanımış, bir neçə dəfə onu Zaqatala şəhəri Bayraq meydanı adlanan ərazidə yerləşən çayçıda görmüş, onunla heç bir şəxsi münasibəti olmamışdır. Təxminən 3-4 ay əvvəl o, Zaqatala şəhəri Bayraq meydanı adlanan ərazidə yerləşən çayçıda dostları ilə birlikdə əyləşərkən, bu zaman içəriyə Dilqəm yanında 3 nəfər şəxslə birlikdə daxil olmuşdur. Dilqəmin yanındakı digər şəxsləri tanımamışdır. Onlar onun əyləşdiyi masanın yaxınlığında əyləşmişlər. Dilqəm və onunla birlikdə əyləşən digər şəxslər söhbət edərkən Dilqəm yanında əyləşən şəxslərə Samsung markalı televizor satdığını bildirmiş və o da bunu eşitmiş və Dilqəmə tərəf dönərək həmin televizoru neçəyə satdığı soruşmuşdur. Dilqəm həmin televizorun bahalı olduğunu, lakin borcu olduğu üçün dəyərindən aşağı qiymətə satacağını bildirmişdir. O, televizoru almaq isdədyini, lakin həmin televizora baxmadan ala bilməyəcəyini bildirmişdir. Daha sonra Dilqəm onu gözləməyini və gedib televizoru gətirəcəyini bildirmiş, o da Dilqəmi həmin çayçıda gözləmişdir. Bir müddət sonra Dilqəm televizoru gətirərək onun yanına gəlmiş və 500 manata sata biləcəyini bildirmişdir. O, isə Dilqəmə 400 manat pulu olduğundan həmin məbləğə ala bilcəyini demiş və onunla həmin məbləğə razılaşaraq almışdır. Şahid2 əlavə sorğu-sual zamanı göstərmişdir ki, Dilqəm televizoru satmağa gətirən zaman onun yanında tanımadığı bir nəfər şəxs olmuş, lakin o kənarda onları gözləmişdir. Dilqəmin oraya taksiylə yaxud necə gəldiyini görməmişdir. Dilqəmdən televizoru bu qədər ucuz qiymətə satmasının səbəbini soruşduqda Dilqəm ona borcu olduğunu və təcili olaraq televizoru sataraq həmin borcu qaytarmalı olduğunu bildirmişdir, həmin televizorun öz yaşadığı evdə istifadə etdiyi televizor olduğunu bildirmişdir. O, həmin televizorun oğurlandığını bilməmiş və Dilqəmin bu dediklərinə inanaraq həmin televizoru almışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə baxış iclasında ifadəsi elan olunmuş şahid X3in elan olunmuş ifadəsindən məlum olur ki, o, iş üzrə Zərərçəkmiş şəxs verdiyi ifadəyə uyğun ifadə verərək onun göstərdiyi xususatları təsdiq etmişdir. İş materiallarında olan “baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, oğurluq cinayətinin baş verdiyi Zərərçəkmiş şəxs məxsus Zaqatala rayonu Göyəm kəndində yerləşən həyətyanı sahə və fərdi yaşayış evinə baxış keçirilmiş, bu barədə protokol tərtib olunmuş, hadisə yerinin fotoşəkilləri çəkilərək cinayət işinə əlavə olunmuşdur. İş materiallarında olan “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* №-li cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli olan şəxs qismində xx.xx.2022ci il tarixdə saat 18:10-da tutulmuşdur. İş materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlb edilmə haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan “qətimkan tədbirinin seçilməsi və saxlandığı MSY-dən azad edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və saxlanıldığı Zaqatala RPŞ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan “götürmə haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Şahid2 satdığı və Şahid2 könüllü olaraq istintaqa təqdim etdiyi 01 ədəd Samsung markalı televizor Şahid2 götürülmüşdür. İş materiallarında olan “əşyanın maddi sübut kimi tanınması haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Samsung markalı televizor iş üzrə maddi sübut hesab edilmiş və saxlanılması üçün Məmmədov Vüqar Adiş oğluna verilmişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 29 avqust 2022-ci il tarixli 9/5198 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 10 adda malların orta istismar müddəti və orta istismar parametrlərinə uyğun olaraq 2021-ci ilin noyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 1780,00 manat müəyyən olunur. Qiymətləndirilən malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində aşağıdakı kimi göstərilmişdir: • 01 ədəd 107 sm ölçülü Samsung markalı televizor 500 manat • 01 ədəd HP Laserjet markalı printer 60 manat • 1 ədəd çanaq antena aparatı(modem) 60 manat • alminuman hazırlanmış orta ölçülü 02 ədəd qazan 01 ədədi 30 manat olmaqla 60 manat • 04 ədəd kombi üçün dövriyyə nasosları01 ədədi 120 manat olmaqla 480 manat • 02 ədəd seyf qapıları üçün nəzərdə tutulan qapı kilidləri 01 ədədi 40 manat olmaqla 80 manat • 01 ədəd “MARKS” markalı su nasosu 150 manat • “Aqidel” markalı su nasosu 80 manat • 12 ədəd “bronza” su kranları 01 ədədi 25 manat olmaqla 300 manat • Samsung markalı kondisionerin mühərriklə birlikdə radiotoru 50 manat məbləğində. Digər 2 adda mal haqqında kifayət qədər məlumat (markası, modeli və sairə) olmadığından həmin mallar üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, təqsirləndirilən şəxs Qurbanov X2 Rayon Məhkəməsinin 03 fevral 2021-ci il tarixli, 1(033)- 15/2021 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası CiM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Zaqatala Rayon Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli 7(033)-16/2021 nömrəli qərarına əsasən Zaqatala rayon Məhkəməsinin 03 fevral 2021-ci il tarixli 1(033)-15/2021 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək qəti olaraq 01 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırlması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs barəsində “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisin 05 noyabr 2021-ci il tarixli qərarının 2.5-ci bəndi tətbiq edilərək azadlığın məhdudlaşdırılması cəzasından azad edilərək üzərindən məhkumluğu götürülmüşdür. İş materiallarında olan Zaqatala Rayon Məhkəməsinin 03 fevral 2021-ci il tarixli, 1(033)-15/2021 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CiM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. İş materiallarında olan Zaqatala Rayon Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli 7(033)-16/2021 nömrəli qərarından görünür ki, Zaqatala rayon Məhkəməsinin 03 fevral 2021-ci il tarixli 1(033)-15/2021 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək qəti olaraq 01 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırlması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs barəsində “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisin 05 noyabr 2021-ci il tarixli qərarının 2.5-ci bəndi tətbiq edilərək azadlığın məhdudlaşdırılması cəzasından azad edilərək üzərindən məhkumluğu götürülmüşdür. İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Tacəddin oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsini və ona elan olunmuş ittihama dəyişikliklər və əlavələr edilməsi zərurətinin yaranmasını nəzərə alaraq ona Cinayət Məcəlləsinin həmin maddəsi ilə yenidən ittiham elan edilməsi, Təqsirləndirilən şəxs Tacəddin oğlunun barəsində seçilmiş polisin nəzarəti altına vermə haqqında qətimkan tədbiri dəyişdirilmədən öz qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs Tacəddin oğlunun əməllərində Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsinin tərkibi olmadığından barəsində həmin maddə ilə cinayət işinin başlanması rədd edilməsi, Şahid2 əməlində Azərbaycan Respublikası CM-nin 194.1-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət işinin başlanması rədd edilməsi, Təqsirləndirilən şəxs Tacəddin oğlunun oğurladığı printeri və digər məişət əşyalarının satdığı istintaqa məlum olmayan şəxslərin əməlində cinayət tərkibinin olmadığı sübuta yetirilmədiyindən barəsində Azərbaycan Respublikası CM-nin 194.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilməsi, zərərçəkmiş şəxsin ifadəsində göstərdiyi məbləğlərə uyğun olaraq 1 ədəd elektrik tənzimləyicisin dəyəri 35 manat məbləğində, 14 ədəd su kranı hər biri 3 manat olmaqla ümumilikdə dəyəri 42 manat məbləğində və ekspert rəyi daha mötəbər, dəqiq və zərərçəkmiş şəxsin həmin rəylə razı olmasını nəzərə alaraq digər predmetlər isə ekspertiza rəyində göstərildiyi kimi qiymətləndirilməsi, Zərərçəkmiş şəxs məxsus yaşayış evindən və saxlanc yerindən oğurluq nəticəsində dəymiş maddi ziyanın 1857 manat məbləğində qəbul edilməsi, cinayət işi üzrə zərərçəkmiş şəxsin, şahid ifadələri və məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi istintaq materiallarına uyğun verildiyi üçün sübut kimi tanınması və cinayət işinə əlavə edilməsi qərara alınmışdır. İş materiallarında olan Zaqatala RİHB-nın Göyəm kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin məhkəmə iclasında verdiyi ifadəsi və digər iş materialları ilə təsdiq olunur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmiş şəxsin əməlinin «yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olmaq» əlaməti ilə tövsif edilməsi məsələsi həll edilərkən, məhkəmələr təqsirli şəxsin həmin yerlərdə hansı məqsədlə olmasını, həmçinin onun özgə əmlakına yiyələnmək qəsdinin hansı anda meydana gəlməsini aydınlaşdırmalıdır. Ədalətli məhkəmə araşdırması hüquqi ilə bağlı Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, “ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini, törətdiyi cinayət əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxs Məmmədov Vüqar Adiş oğluna vurulmuş ziyanı qismən ödəməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdırıcı hal müəyyən etmədi. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırkı iş üzrə cəza təyin edilməsinin məqsədini təmin edir. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə növündə cəza təyin olunmasını əsaslandırarkən xüsusilə qeyd edir ki, təqsirləndirilən şəxs Qurbanov X2 Rayon Məhkəməsinin 03 fevral 2021-ci il tarixli, 1(033)-15/2021 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası CiM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmasından özü üçün nəticə çıxartmayaraq o, öz cinayətkar əməllərini davam etdirərək yenidən 2021-ci ilin noyabr ayının ortalarında oğurluq cinayəti törətmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs məhkəmə prosesində özünü təqsirli hesab edərək törətdiyi əməldən peşmançılıq hissi keçirdiyini söyləsə də o, islah olunmamışdır və ona həbslə əlaqədar olmayan cəza təyin olunduğu təqdirdə o, öz cinayətkar əməllərini davam etdirərək yenidən oğurluq cinayətləri törədəcəkdir. Bundan başqa məhkəmə əvvəllər də onun bir dəfə oğurluq cinayəti ilə məhkum edilməsini onun şəxsiyyətini xarakterizə edən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, törətdiyi oğurluqlar nəticəsində vurduğu ziyanı tam ödəməməsini nəzərə alaraq hesab edir ki, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan aşağı həddində azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17 iyun 2022-ci il tarixdən 19 iyun 2022-ci il tarixədək həbsdə saxlandığı 2 (iki) gün müddət ona təyin edilən azadlıqdan məhrum etmə cəzasına bir günə bir gün hesabı ilə hesablanmaqla, 2 (iki) gün həmin cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə eytiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün – ümumi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkməlidirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Zərərçəkmiş şəxs Məmmədov Vüqar Adiş oğluna vurulmuş 1357 (bir min üç yüz əlli yeddi) manat maddi ziyanın tələbi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ olması izah edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 500 manat dəyində olan 01 ədəd Samsung markalı (107 sm) televizorun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə 50 (əlli) manat təşkil edən məhkəmə məsrəfi təqsirləndirilən Təqsirləndirilən şəxs alınaraq, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilməlidir. İş üzrə mülki iddia və əmlak müsadirəsi yoxdur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 381-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər həbsdə saxlandığı 02 (iki) gün müddət ona təyin olunmuş 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasının çəkilməsinin əvvəli həbsə alındığı gündən xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, onun barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən qüvvədə saxlanılsın. Zərərçəkmiş şəxs Məmmədov Vüqar Adiş oğluna vurulmuş 1357 (bir min üç yüz əlli yeddi) manat maddi ziyanın tələbi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. İş üzrə maddi sübut kimi tanınmış 1 (bir) ədəd Samsung markalı televizorun zərərçəkmiş şəxs Məmmədov Vüqar Adiş oğluna qaytarılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə 50 (əlli) manat təşkil edən məhkəmə məsrəfi təqsirləndirilən Təqsirləndirilən şəxs alınaraq, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilsin. Hökmdən onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, elan edildiyi andan (Təqsirləndirilən şəxs hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün keçdikdən sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №1(033)-2/2023
Zaqatala Rayon Məhkəməsi Hökm — İş №1(033)-2/2023
01.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver