Məhkəmə qərarları › İş №1(033)-2/2025

Zaqatala Rayon Məhkəməsi Hökm — İş №1(033)-2/2025

17.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Zaqatala rayonu İş № 1(033)-2/2025 17.02.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi, Dövlət ittihamçısı-Аzərbаycаn Respublikаsı Bаş Prоkurоrluğunun Dövlət ittihаmının müdаfiəsi üzrə İdаrəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihаmının müdаfiəsi üzrə şöbəsinin prоkurоru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs, Müdafiəçi Zaqatala Rayon Vəkil Bürosunun vəkili X7 iştirakları ilə, xx xxxxx 1971-ci ildə Zaqatala rayonu, Bəhmətli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, məhkumluğu olmayan, Zaqatala rayon Bəhmətli Bələdiyyəsinin sədri vəzifəsində işləmiş, halhazırda işsiz, Zaqatala rayonu, Bəhmətli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 17 fevral 2025-ci il tarixdə, saat 15:30-da Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ondan ötrü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur ki, o, Bəhmətli bələdiyyəsinin xx.xx.2018-ci il tarixli yığıncağının qərarına əsasən bələdiyyə sədri seçilərək Zaqatala rayonunun Bəhmətli bələdiyyəsinin sədri vəzifəsində işləməklə xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyi tələb etdiyi halda istifadə etməyərək vəzifə səlahiyyətlərindən sui-istifadə edib Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinə əsasən bələdiyyə iclaslarında baxılan məsələlərə dair bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qərarlar qəbul etməli olduğu, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1 və 16-cı maddələrinə əsasən bələdiyyələr kollegial orqan olub bələdiyyənin iclası bələdiyyə üzvlərinin yarıdan çoxunun iştirakı ilə səlahiyyətli sayıldığı, “X4”nin 4-cü bəndinə əsasən bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam verilməsi, yerli ekoloji proqramların qəbulu və icra edilməsi bələdiyyənin iclasında, yəni bələdiyyə üzvlərinin ümumi yığıncağında həll edilməli olduğu halda həmin tələbləri pozaraq bələdiyyə iclası keçirmədən və bu barədə heç bir bələdiyyə üzvünə məlumat vermədən bələdiyyə mülkiyyətində olan Bəhmətli kənd qəbistanlığı ərazisində aşma təhlükəsi olan ağacların budanması və kəsilmiş ağac oduncaqlarının satılaraq əldə edilmiş vəsait hesabına həmin qəbiristanlığın yolun kənarında hündürlüyü təxminən 1 metr olan daş barısının sökülməklə çay və mişar daşlarından yeni hasar inşa edilməsi ilə bağlı öncədən kənd sakinləri ilə şifahi şəkildə danışıqlar aparmaqla kifayətlənib qəbirstanlığın ətrafında olan daş hasar boyunca yerləşən müxtəlif növ və diametrdə 24 ədəd ağacın yolun instensiv hərəkət hissəsinə və qəbiristanlığın divarına doğru yönələn çətir budaqlarının və qəbir daşlarına təhlükə yaradan 19 ədəd ağacın isə kök boğazından 6-7 m məsafədən yalnız budanılması ilə bağlı 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən xx.xx.2023-cü il tarixli, 3- 14-46/2-114/2023 saylı rəy alsa da, xeyriyyə işi ilə məşğul olduğunu göstərmək məqsədilə kənd əhalisi arasında özünə nüfuz qazanmaq və öz niyyətinə nail olmaq üçün ağacların budanmasının müvafiq mövsüm müddətində bu işdə təcrübəsi olan qurum və ya şəxs tərəfindən aparılması, ağacların budanması zamanı təhlükəsizlik tədbirlərinin görülməsinin Bəhmətli bələdiyyəsi tərəfindən təmin edilməsi, ağacların budanması zamanı əmələ gələn oduncağın torpaq mülkiyyətçisi tərəfindən qanuna uyğun idarə olunmasının təmin edilməsi, ağacların budanması zamanı 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşının iştirakının təmin edilməsi kimi həmin rəydə göstərilmiş şərtlərin heç birinə əməl etmədən ağaclar kəsilən zaman nə özünün, nə də ki Bəhmətli bələdiyyəsinin üzvlərindən heç kimin iştirakını təmin etməyərək budanmanın aparılacağı vaxt barədə həmin idarəyə şifahi və ya rəsmi qaydada məlumat verməyib, Şahid1 ilə ağacların budanması, 1 “Kamaz” markalı yük avtomobilinin yük yeri həcmində ağac oduncağına görə 1000 AZN məbləğində ödəniş etməsi barədə razılığa gəlsə də, 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi və Zaqatala rayon Bəhmətli Bələdiyyəsi tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində Şahid1 tərəfindən 20-22 mart 2023cü il tarixlərində ümumilikdə 27 (iyirmi yeddi) ədəd müxtəlif növ və diametrdə ağaclar dib kökündən kəsilməsi ilə hüquqi şəxs olan Bəhmətli bələdiyyəsinin hüquqlarına və qanuni mənafelərinə, həmçinin dəyəri 26050 (iyirmi altı min əlli) manat olan, ümumilikdə 27 (iyirmi yeddi) ədəd müxtəlif növ və diametrdə ağacların kəsilməsi ilə təbiətə, o cümlədən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2023-cü il 13 fevral tarixli 126/Ü nömrəli Əmri ilə təsdiq edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi haqqında Əsasnaməsi ilə müəyyən edilmiş təbii sərvətlərin öyrənilməsi, bərpası və mühafizəsi, onlardan səmərəli istifadə olunması, bu sahədə ekoloji təhlükəsizliyin təmin edilməsi və bioloji müxtəlifliyin qorunub saxlanılması, bitki örtüyünün, meşələrin, mühafizəsi, bərpası və səmərəli istifadəsi, həmçinin atmosfer havasının və yaşıllıqların mühafizəsi sahəsində qanunvericiliyin tələblərinə riayət olunması, ətraf mühitin mühafizəsi və təbii ehtiyatların monitorinqinin aparılması sahəsində dövlət nəzarətinin təmin edilməsi ilə əlaqədar adıçəkilən idarə tərəfindən həyata keçirilən tədbirlərin stabilliyinə mənfi təsir göstərib normal fəaliyyətin pozulmasında, əhali arasında nüfuzuna xələl gətirilməsində ifadə olunan qanuni mənafelərinə mühüm zərər vurmuşdur. Məhkəmə iclasında iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, ağsaqqaların xahişini nəzərə alaraq kənd qəbristanlığının hasarının bərpa olunması ilə əlaqədar aralarında olan söhbət əsasında qəbirsandıqda olan ağacların budanması fikrinə gəlinmişdir. Bunun əsası kimi ağacların qəbirlərin üzərinə düşərək onları yararsız hala salması olmuşdur. Bu məqsədlə o, Ekoloğiya İdarəsinə müraciət edərək ağacların budanmasına dair rəy almışdır. Məqsədləri kəsilmiş odunları satıb əldə olunan pul vəsaitinə kəndin qəbirsandığının hasarını bərpa etmək olmuşdur. Onun əsas səhvi bu qərarı Bələdiyyə üzvlərinin ümumi yığıncağının razılığı olmadan, yəni təkbaşına qəbul etməsi olmuşdur. Bələdiyyə üzvlərinə şifahi formada məlumat versə də, bu işi protokollaşdırmamışdır. Ağacların kəsilməsi məqsədi ilə o, Şahid1 adlı şəxslə əlaqə saxlamış, həmin şəxs ağaclara yerində baxış keçirdikdən sonra onun təklifi ilə razılaşaraq öz dəstəsi ilə gəlib işi icra etməyə başlamışdır. O, rəyin bir nüsxəsini də Şahid1 vermişdir. O, arxayın olmuşdur ki, Elçin rəyə uyğun olaraq ağacları kəsəcəkdir. Səhhəti yaxşı olmadığı üçün o, axıra qədər nəzarət edə bilməmişdir. Bu məqsədlə görülən işə nəzarəti Nuran adlı kənd sakininə tapşırmışdır. Lakin bir müddət sonra ona məlumat daxil olmuşdur ki, Elçin ağacları budamaq əvəzinə dibindən kəsir. Polis əməkdaşları gəlib hadisə yerinə baxış keçirib işi dayandırmışlar. Fakt üzrə cinayət işi başlanmışdır. Kəsilən ağaclar da hələ də sahədədir, yağışın altında demək olar ki, məhv oluşlar. Kəsilmiş ağacların əksəriyyəti isə pöhrə verərək öz inkişaf dövürlərini yaşayırlar. Bu işdə onun məqsədi sadəcə kəndi üçün yaxşılıq etmək olmuşdur. Verilmiş suallara cavab olaraq bildirir ki, o, Elçindən və ya hər hansı şəxsdən bu məsələ ilə bağlı pul almamışdır. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hüquq məsələləri üzrə baş məsləhətçisi Nümayəndə1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi ibtidai istintaq zamanı tanımışdır, aralarında heç bir ədavət və ya düşmənçilik yoxdur. Qeyd edir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, əlavə olaraq bildirir ki, bələdiyyə 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə yolun intensiv hissəsinə və qəbir daşlarına təhlükə yaradan 24 ədəd ağacın çətir budaqların budanılmasını və 19 ədəd ağacın kök boğazından 6-7 metr hündürlükdən budanılması ilə bağlı müraciət etmiş, idarə tərəfindən xx.xx.2023-cü il tarixli rəy verilmişdir. Rəydə ağacların budanması qeyd edilsə də, ağaclar kökdibindən kəsilmişdir. İbtidai istindaqda bu halla bağlı bütün sübutları təqdim etmişdirlər. Təqsirləndirilən şəxsə qarşı hər hansı tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Zaqatla Rayon Bəhmətli Bələdiyyəsinin nümayəndəsi qismində dindirilmiş Nümayəndə2 ifadəsində göstərmişdir ki, ağacların kəsilməsi ilə bağlı bələdiyyə iclası keçirilməmiş, qeyd edilən pul məbləği ilə bağlı məlumatı yoxdur, bələdiyyənin hesabına keçirilməmişdir. Ekologiya tərəfindən ağacların budanması üçün icazə verildiyini bilmişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, əvvəllər aralarında qərəzli münasibətlər olmasa da, halhazırda aralarında qərəzli münasibətlər yaranmışdır. O, bir gün Zaqatala şəhərində olan zaman, ona tanımadığı nömrədən zəng gəlmiş, həmin vaxt o “Oppit” adlanan restoranı yaxınlığında olmuşdu. Zəng edən şəxs özünü Bəhmətli kəndinin Bələdiyyə sədri olduğunu və onun telefon nömrəsini hansısa başqa bələdiyyə sədrindən aldığını bildirmişdir. O, telefonda adının Həsrət olduğunu və onunla işi olduğunu və görüşmək istədiyini bildirmişdir. Onlar “Oppit” restoranında görüşmüşlər. Təqsirləndirilən şəxs Bəhmətli kənd bələdiyyəsinin sədri olduğunu vurğulayaraq bildirmiş, bələdiyyə məxsus qəbristanlıq ərazisində ağacların kəsilməli olduğunu demiş, kəsilən ağacları sataraq həmin pula hasar çəkdirəcəklərini qeyd etmişdir. Kənd camaatının da, icra hakimiyyətinin də razılığının və məlumatının olduğunu bildirmişdir. Hər kamaz reyisi üçün 1000 manatdan razılaşmışdırlar. Digər xərcləri də o, qarşılamalı idi. Daha sonra onu həmkəndlisi Şahid2lə tanış edəcəyini demiş, o olmayan zamanlarda hansı ağacların kökdibindən kəsiləcəyini daha yaxşı bildiyini bildirmişdir. O, isə Həsrətin bələdiyyə sədri olmasına, əminliklə danışmasına inanmış, onunla razılaşmışdır. O, ekologiyadan rəy alıb-almadığını soruşmuş, Həsrət hətta “super” rəy aldığını demişdir, bu sonuncu cümləsini həmçinin kənd nümayəndəsinə də demişdir. Ondan həmin yerdə 1000 manat pul almış, həmin vaxt Nurlana zəng vurmuş, demişdir ki, ona Elçin adında şəxs zəng vuracaq, ola bilsin sabah da gəlsin, ağaclara baxış keçirsin, onları qarşılamasını, kəsiləsi ağacları onlara göstərməsini demişdir. Üstündən 2-3 gün keçdikdən sonra Həsrət yenə həmin nömrədən ona zəng edərək, fəhlələri də hazırlayaraq gətirməsini demişdir. O, Muradxan Şirinov, Rəhim Mustafayev, Fərhad Həsətovla birlikdə öz maşını ilə kənd qəbristanlığına getmiş, Təqsirləndirilən şəxs Nuranla birgə onları qarşılamışdır. Daha sonra onlar qəbristanlığın uçan hasarından içəri keçmişlər, Həsrət ağacları göstərmişdir. Həmçinin qoz ağacının yanında qəbristanlığa bitişik Şahid2 ət dükkanı var. Həmin qoz ağacı dükkan üçün təhlükə yaratdığından kəsilməsini istəmişdirlər. X14 birgə bir-bir kökdibindən kəsilməli ağacları göstərmişdir. Həmçinin sahəyə ekskavatorda dəvət edilmişdi, lakin o, ekskavator sürəni tanımırdı, onu Həsrətgil dəvət etmişdir. Kamazların və digər texnikaların rahat keçməsi üşün, hasarın bir hissəsini də dağıtmışdırlar. İlkin olaraq bir neçə ağac onların qarşısında kökdibindən kəsilmiş, işlər belə davam etmişdir. O, rəyi soruşduqda, Həsrət idarədə olduğunu demiş verəcəyini bildirmişdir. Beləliklə camaatın gözü qarşısında kənddə iş getmiş, heç kəs onlara heç nə deməmişdir. Təqsirləndirilən şəxs isə bütün fəhlələrin qarşısında sahədə gedən işlərlə, yəni ağacların kökdibindən kəsilməsi ilə tanış olmuş, əlavə olaraq həmin ağaclara görə ondan 500 manat pul almışdır. İşin ikinci günü kənd nümayəndəsi içəri çox girdiklərini demişdir. Həsrət isə həmin gün sərxoş vəziyyətdə ora gəlmişdir. İcra nümayəndəsi daha sonra Həsrətə zəng edərək, icraya bu barədə məlumat veribvermədiyini soruşmuşdur, Həsrət isə məlumat verdiyini və super rəyinin olduğunu demişdir. Üçüncü gün isə qovaq ağacının kəsilməli olduğunu bildirmişdirlər, həmin vaxt Həsrətin və Nurlanın orda olmasını təqsdiq edən video götüntü də var, həmçinin mağazanın yanında olan qoz ağacı da kəsilmişdir, yenə də Həsrət və Nurlan orda olmuşdurlar. Daha sonra Piri ləqəbli şəxs ora gəlmiş, Həsrətə demişdir ki, bu ağacları kim kəsdirir, Həsrət də demişdir ki, o özü kəsdirir. Piri ləqəbli şəxs Həsrətə yaxınlaşaraq demişdir ki, bəsdir kəndin torpaqlarını, örüş sahələrini satdın, ağacları kəsdirdin, bütün kənd camaatının ondan bezdiyini demişdir. Həsrət bundan sonra sahədən ayrılmış, o Həsrətə zəng etdikdə, Həsrət şöbəyə getdiyini, danışıb gələcəyini demişdir. Daha sonra Həsrət özü ona zəng edərək meydanda görüşmələrini istəmişdir. Görüş zamanı kəsilən ağacların pulundan ona verilməsini istəmiş və polislə danışdığını, polisin beş min pul istədiyini bildirmişdir. O, isə ordakı Kamazın çıxmasını istəmiş, yəni bilmək istəmişdir ki, iş gedəcək, ya yox. Lakin Kamaz çıxmamışdır. Polis əməkdaşları işi dayandırmışlar. O, Həsrətə zəng edib nə olduğunu soruşduqda, Həsrət həll edəcəyini demiş, əks halda ona başqa yerdən ağac verəcəyini, o da olmadığı halda torpaq sahəsi verəcəyini demişdir. Lakin sonradan ona məlum olmuşdur ki, Həsrət onu aldatmışdır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Həsrətə ağacların kəsilməsi üçün 1500 manat pul vermişdir və ekologiyanın rəyi isə ona təqdim edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 18- 19 tarixlərdə axşam radələrində Təqsirləndirilən şəxs ona zəng edərək bildirmişdir ki, kəndin qəbristanlığının ağacları ilə bağlı ekologiyadan rəy alımışdır, həmin rəyin icrası ilə bağlı bir vətəndaşla görüşəcəyini demiş, zəng edəndə telefonu açmasını xahiş etmişdir. Hadisədən 5-6 ay əvvəl kənd yığıncağında iclas keçirilmiş həmin iclasda təşkilatçılıq etmiş, kənd ağsaqqalarından 4-5 nəfər iclasda olmuşdur. İclasda rəyə gəlinmişdir ki, divarın kənarında olan 10-15 metr hündürlükdə olan ağaclar götürlənsin, satılsın əldə edilən gəlirlə qəbristanlığın divarının tikintisinə başlanılsın, bu iş ona həvalə edilmişdir. Daha sonra ona zəng gəlmiş, birinci dəfə idi ki, həmin şəxsin səsini eşitmişdir, həmin şəxs bildirmişdir ki, Təqsirləndirilən şəxs də onun yanındadır, ağac məsələsi ilə bağlı Təqsirləndirilən şəxs deyir ki, burdan gələn gəlir, yəni hər maşın üçün 1000 manat Nurana veriləcək, o da cavab olaraq onlarla razılaşaraq, problem olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs təkrar ona bildirmişdir ki, o səhər idarəyə gələcək orda sənədlər var, həmin sənədləri oğlana təqdim edilməsi üçün ona verəcək, özü isə Novruz Bayramı ilə bağlı tədbirdə olacaqdır. Səhəri gün bələdiyyənin qarşısında görüşmüş, taksi ilə qəbristanlığın ərazisinə getmişdirlər, həmin ərazidə ona 17 ədəd ağac göstərmiş, həmin ağaclar qovaq ağacı, palıd ağacı, qoz ağacı olmuşdur, Təqsirləndirilən şəxs həmçinin göstərdiyi kanaldan digər tərəfə keçməmələrini demişdir. Daha sonra idarəyə qayıtmış, Təqsirləndirilən şəxs ona faylda iki nüsxə kağız vermiş, lakin o həmin kağızlara baxmamış, onları oxumamışdır. Axşam saat 5-də həmin alıcı Şahid1 adlı şəxs ona zəng edərək harda olduğunu soruşmuş və “Vita” markalı maşında təxmini 7-8 nəfər şəxslə birgə qəbristanlıq ərazisinə getmişdirlər. Ərazidə kənd camaatı da olmuşdur. Həmin 17 ağacı göstərmiş və kanaldan o tərəfə keçməmələrini demişdir, lakin necə kəsilsin söhbəti aralarında olmamışdır. Həstət Musayevin verdiyi sənədləri də Elçin adlı şəxsə vermişdir. Həmin şəxs rəyi götürmüş, açıb oxumuş və sol pencəyinin cibinə qoymuşdur. Yerdə də yıxılan qoz ağaclar olmuşdur, Elçin demişdir ki, ilk onları təmizlənsinlər, yol açılsın, sabah işə başlayarlar. Səhəri gün 12-13 radələrində o, görmüşdür ki, göstərilən kanaldan da o tərəfə keçmişdirlər, iri həcmi olan ağacı yıxmışdırlar, həmin ağacla birgə 4-5 ağac da yıxılmışdır. Yaxınlaşıb görmüşdür ki, göstərilməyən ağacı kəsmişdirlər, göstərilənlərdən birini isə dibindən kəsmişdir. O, həmin şəxslərin içkili olduqlarını hiss etmişdir. O, onlara yaxnlaşıb nə etdiklərini soruşduqda Elçin, qorxmamasını demiş, Prokuror Rasim müəllimlə ailəvi getgəlini olmasını bildirmişdir. Həmçinin Daşqın müəllimin, Vəfadar müəllimin, Samir müəllimin, Cabir müəllimin adlarını demiş, telefonunu çıxarıb Yexlavın postunun və s, hamısının onun adamı olmasını demişdir. O dərhal Təqsirləndirilən şəxs zəng etmiş vəziyyəti bildirmiş, gəlməsini istəmişdir. 10-15 dəqiqədən sonra Təqsirləndirilən şəxs gəlmiş və işi saxlamışdır. O, ilk gündən Təqsirləndirilən şəxs də demişdir ki, onun işi var və həmin ərazidə nəzarətçi kimi qala bilməz. Daha sonra Firuddin adlı şəxs gəlmiş qanunsuz işlər gördüklərini demiş, şikayət etmişdir. Kəsilmiş ağaclar bugünkü gündə də orda qalmaqdadır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Bəhmətli kənd icra nümayəndəsi vəzifəsində işləyir, təqsirləndirilən şəxsi tanıyır, aralarında heç bir ədavət və ya düşmənçilik yoxdur. Bildirir ki, 2023-cü ilin mart ayında xidməti otağında olan zaman Həstət Musayev ona zəng edərək, qəbristanlıqda işə başladığını demişdir, belə ki, yol kənarında, barıların yaxınlığında olan ağacları kəsilib, puluna əlavə kubikdən barı çəkilməli idi. O, həmin zaman Həsrətə nazalığını bildirmiş, ona niyə əvvəlcədən məlumat verməməsini demiş, Həsrət isə demişdir ki, asfaltın çəkilişinədək barıların tikintisinin qurtarmasını istəyir. O, ekologiyadan rəyinin olub-olmamasını soruşmuş, Həsrət rəyinin olduğunu demişdir. Ertəsi gün o, nümayəndəliyin qarşısındakı çayxanada olan zaman camaatın narazı olduğunu görmüş, söhbəti eşidib, qəbristanlığa getmişdir. Ordakı şəxslərin heç birini tanımamış, yanlarında nə Həsrət, nə də Nuran olmamışdır. O, sahədən çıxıb Həsrətə zəng etmiş, yekə palıd ağacının kəsildiyini demişdir. Ertəsi gün onu polisdən çağırdıqlarını, Piri adlı şəxsin şikayət etdiyini demiş, o isə rəyi olduğu halda narahat olmamasını bildirmiş, rəyin məzmunu sonradan ona məlum olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs dayısı qızının əridir, aralarında heç bir ədavət və ya düşmənçilik yoxdur. Bildirir ki, o, kəndin ictimai həyatında fəal iştirak edən şəxsdir. Evdə dincəldiyi zaman səs gəlmiş, həmin səsin hardan gəldiyini soruşduqda qəbristanlıqda ağac kəsildiyini demişdirlər. Tez ora getmiş, görmüşdür ki, qəbrlərin üstündən Niva keçir, həmin qəbrlər də köhnə qəbrlərdir. Bu səbəbdən Həsrətlə sözü çəp gəlmişdir. O, ekologiyaya zəng etmiş, lakin hadisədən xəbərlərinin olmadığını demişdirlər. Həsrət demişdir ki, Şəki icazəsini vermişdir. O, qərara gəlmişdir ki, bu məsələni ictimailəşdirsin. Şikayət etmişdir. Lakin hasar söhbətini sonradan bilmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, o qəbristanlığa gedəndə ağaclar artıq kəsilmişdir, Həsrət isə çöldə camaatın yanında olmuşdur. Ağacların necə kəsildiyini görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsidir. Təqsirləndirilən şəxs Bələdiyyə sədri kimi tanıyır, aralarında heç bir ədavət və ya düşmənçilik yoxdur. Bildirir ki, idarəyə daxil olan müraciətin icrası onlara yönləndirilmiş, onlar da yerində baxış keçirilməsi üçün qəbristanlıq ərazisinə getmişdirlər. Baxış zamanı ağacların qəbristanlığa və ətrafındakı əraziyə həqiqətən təhlükə yaratması aşkar edilmiş, hətta bəzi hissələrdə divarın dağılması halları müşahidə edilmişdir. Odur ki, vəziyyətə uyğun akt tərtib edilmiş, fotoşəkillər əlavə edilərək idarəyə təqdim edilmiş və ağacların budanmasına rəy verilmişdir. Qeyd edir ki, ilkin baxış aktını onlar tərtib edib, mövcud vəziyyəti sənədləşib təqdim etmişlər, buna uyğun olaraq rəy tərtib edilmişdir. Həmin rəydə Ekologiya İdarəsinin nümayəndəsinin iştirakı da qeyd edilmişdir. Lakin ağaclar kəsilən vaxt onlar tərəfindən nümayəndə iştirak etməmişdir. Rəyin icrasına nəzarət isə müfəttişin üzərinə yönləndirilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində baş məsləhətçi vəzifəsin də işləyir. Bildirir ki, Təqsirləndirilən şəxs tərəfindən 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə müraciət daxil olmuş, həmin müraciət əsasında tərəflərindən qəbristanlıq ərazisinə baxış keçirilmiş, baxış aktı tərtib etmişdirlər. Baxış əsasında 19 ədəd divarın kənarında, 24 ədəd də qəbirlərin ətrafında ağacın budanması barədə rəy verilmişdir. Rəyin icrası nəzarət sektoruna aid olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs istintaq zamanı tanımışdır, aralarında heç bir ədavət və ya düşmənçilik yoxdur. Bildirir ki, onun sosial şəbəkə hesabları var, ona Piri ləqəbli şəxs zəng etmiş, kəndi-meşəni talan etdiklərini demiş, sosial şəbəkə hesabında paylaşmasını iştəmiş və telefonuna video atmışdı. O da paylaşmışdır. Daha sonra oranın qəbristanlıq ərazisi olduğunu bilmişdir. Prokurorluqdan hadisə ilə bağlı onu çağırmışdırlar. İş materiallarına əlavə edilmiş Zaqatala rayon prokuroru, baş ədliyyə müşaviri X16 tərəfindən qəbul edilmiş 12 aprel 2023-cü il tarixli “cinayət işinin başlanması haqqında” qərardan görünür ki, Zaqatala rayon Bəhmətli bələdiyyəsinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri və Bəhmətli kənd qəbristanlığında ağacların qanunsuz kəsilməsi ilə bağlı toplanmış materiallar əsasında fakta görə Azərbaycan Respublikası CM-nin 259.2.4-cü və 314.1-ci maddələri ilə ********* saylı cinayət işi başlanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli “baxış aparılması” haqqında protokoldan görünür ki, baxış keçirilən CD disk HP markalı kompüterə daxil edilərək açıldıqda, diskdə 02 ədəd “VİD-20230417-WA0024” və “VİD-20230417-WA0025” adlı 02 ədəd video faylın olması müəyyən edilmiş, “VİD-20230417-WA0024” adlı video fayıla baxış keçirilən zaman müəyyən edilmişdir ki, həmin video fayl 20 saniyəni əhatə etməklə Zaqatala rayonun, Bəhmətli kəndi ərazisində yerləşən kənd qəbristanlığındakı kəsilmiş ağacların görüntülərindən ibarətdir. “VİD-20230417-WA0025” adlı video fayla baxış keçirilən zaman müəyyən edilmişdir ki, həmin video fayl 48 saniyəni əhatə etməklə Zaqatala rayonun, Bəhmətli kənd ərazisində yerləşən kənd qəbristanlığındakı kəsilmiş ağacların görüntülərindən ibarətdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, baxış zamanı diametrləri 24 sm, 85 sm, 190 sm, 55 sm, 72 sm, 61 sm, 35 sm, 36 sm, 62 sm, 50 sm olan ağacların qoz cinsinə, diametrləri 44 sm, 34 sm, 32 sm, 36 sm, 29 sm, 28 sm, 42 sm, 22 sm, 25 sm, 10 sm olan ağacların qafqaz xurması cinsinə, diametrləri 32 sm, 39 sm, 37 sm, 49 sm, 38 sm, 42 sm, 35 sm, 36 sm, 52 sm, 46 sm, 36 sm, 26 sm, 4 sm , 32 sm, 56 sm, 34 sm, 27 sm, 30 sm, 90 sm, 12 sm, 21 sm, 52 sm, 40 sm, 37 sm, 12 sm olan ağacların ağcaqayın cinsinə, diametrləri 36 sm, 45 sm, 26 sm, 38 sm olan ağacların göyrüş cinsinə, diametrləri 102 sm olan ağacın palıd, diametri 28 sm olan ağacın əncir, diametri 250 sm olan ağacın isə qovaq cinsinə məxsus olması, qeyd olunan bütün ağacların yaş köküstə olması və son 2-3 gün ərzində kəsilməsi müəyyən edilmişdir. Bundan əlavə hadisə yerində aşkar edilmiş diametrləri 23 sm və 28 sm olan olan ağacların qafqaz xurması cinsinə məxsus olması, diametri 18 sm olan ağacın ağcaqayın cinsinə məxsus olması, həmin ağacların kökündən çıxarılmaqla məhv edilməsi və son 2-3 gün ərzində doğranması müəyyən edilmişdir. Baxışda aşkar edilən diametrləri 26 sm, 26 sm,18 sm,18 sm, 33 sm, 33 sm, 40 sm, 8 sm, 24 sm, 27 sm, 30 sm, 18 sm və 16 sm olan ağacların qafqaz xurması cinsinə, diametrləri 18 sm, 46 sm, 21 sm, 41 sm, 66 sm, 48 sm, 66 sm, 47 sm, 53 sm, 50 sm və 24 sm olan ağacların qoz cinsinə, diametrləri 27 sm və 26 sm olan ağacların əncir cinsinə, diametri 33 sm olan ağacın göyrüş, diametri 23 sm olan ağacın tut, diametri 36 sm olan ağacın vələs, diametrləri 33 sm, 33 sm, 51 sm, 30 sm, 55 sm, 48 sm, 66 sm, 26 sm, 49 sm, 4 sm və 18 sm olan ağacların ağcaqayın cinsinə məxsus olması, qeyd olaunan bütün ağacların yaş köküstə olması və 3-4 ay əvvəl kəsilməsi müəyyən edilmişdir. Bundan əlavə hadisə yerində aşkar edilmiş diametrləri 48 sm və 18 sm olan olan ağacların ağcaqayın cinsinə məxsus olması, həmin ağacların kökündən çıxarılmaqla məhv edilməsi və 3-4 ay əvvəl doğranması müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 3-14346/2-114/2023 saylı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, baş verə biləcək təhlükəsinin qarşısının əvvəlcədən alınması üçün qəbristanlığın ətrafında olan daş divar boyunca yerləşən köküstə yaş 10 (on) ədəd qoz, 04 (dörd) ədəd tut, 05 (beş) ədəd ağacqayın, 01 (bir) ədəd əncir, 01 (bir) ədəd palıd, 02 (iki) ədəd xurma, 01 (bir) ədəd göyrüc cinsindən olmaqla, cəmi 24 (iyirmi dörd) ədəd ağacın yolun intensiv hərəkət hissəsinə və qəbristanlığın divarına doğru yönələn çətir budaqların budanılmasını və eyni zamanda qabristanlığın ərazsinində qəbir daşlarına təhlükə yaradan 16 (on alt) ədəd qoz, 02 (iki) ədəd palıd, 01 (bir) ədəd qovaq cinsindən olmaqla, cəmi 19 (on doqquz) ağacın isə kök boğazından 6-7 metr hündürlükdən budanılmasını 7 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsi aşağıdakı şərtlər daxilində məqsədə uyğun hesab etmişdir. 1. Ağacların budanması müvafiq mövsüm müddətində aparılmalı, 2. Ağacların budanılması bu işdə təcrübəsi olan qurum və ya şəxs tərəfindən aparılmalı, 3. Ağacların budanılması zamanı təhlükəsizlik tədbirlərinin görülməsi Bəhmətli bələdiyyəsinə tərəfindən təmin edilməli, 4. Ağacların budanılması zamanı əmələ gələn oduncaq torpaq mülkiyyətçisi tərəfindən qanunauyğun idarə olunması təmin edilməli, 5. Ağacların budanılması 7 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinini əməkdaşlarının iştirakı ilə aparılmalıdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, X6 fərdi yaşayış evinin həyətində ağac oduncağı müşahidə edilmişdir. Həmin oduncaq haça formasında olmaqla ölçüləri 90x85, 70x60, hündürlüyü 110 sm-dir. Baxışda iştirak edən Cəmil Həsənov həmin oduncağı X3 aldığını, oduncağın bir hissəsindən taxta materialı hazırladığını və həmin taxta materialını fərdi yaşayış evinin talvar hissəsində saxladığını bildirmiş, baxış zamanı həmin fərdi yaşayış evinin talvar hissəsinin altında 23 ədəd taxta materialı müşahidə edilmişdir. Baxışda iştirak edən mütəxəssis Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsininin məsləhətçi müfəttişi X11 həm həyətdə müşahidə edilən haça formasında ölçüləri 90x85, 70x60 olmaqla hündürlüyü 110 sm olan oduncağın, həm də fərdi yaşayış evinin talvar hissəsinin altında aşkar edilən 23 ədəd taxta materiallarının Bəhmətli kənd qəbiristanlığında qanunsuz ağacların kəsilməsi ilə bağlı xx.xx.2023-cü il tarixində keçirilən baxış zamanı kəsilmiş vəziyyətdə aşkar edilmiş 190 sm diametrli qoz ağacının ölçü və xüsusiyyətləri ilə uyğunluq təşkil etdiyini bildirmiş, fərdi yaşayış evinin talvar hissəsinin altında aşkar edilən 23 ədəd taxta materialları maddi sübut qismində götürülmüşdür. Hadisə yerinə baxış keçirilməsi haqqında protokola əsasən götürülmüş 23 ədəd taxta materiallar öz xüsusiyyətinə, əlamətlərinə üzərində hadisənin izlərini saxladığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən maddi sübut kimi tanınmış və Zaqatala RPŞ-in maddi sübutlar otağında saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Ç-HM/4623-039 saylı, xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, 7 saylı RETSİ-nin əməkdaşları tərəfindən 07 aprel 2023-cü il tarixdə Zaqatala rayonunun Bazar kəndində X6 həyətində keçirilmiş baxış zamanı tərtib edilmiş aktlar təqdim edilmişdir İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli “zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, ********* saylı cinayət işi üzrə 7 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsi zərərçəkmiş hüquqi şəxs qismində tanınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Zaqatala RİHB-nın Bəhmətli kənd inzibati dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Bəhmətli kənd sakini, ali təhsilli, ailəli, xx.xx.1971-ci il təvəllüdlü, Bəhmədli kənd bələdiyyə sədri vəzifəsində işləyən, əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs ailəsi nümunəvi ailələrdən olmuş, ailə daxili münasibətlərdə ailə üzvləri ilə heç bir problemi olmamış, ictimai işlərdə yüksək səviyyədə təşkilatçılıq etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Zaqatala RİHB-nın Bəhmətli kənd inzibati dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Musayev X2 yaşayır, ailə tərkibi özündən, yoldaşından və oğlundan ibarətdir. İş materiallarına əlavə edilmiş Zaqatala rayonunun Bəhmədli bələdiyyəsinin 04 oktyabr 2019-cu il tarixli iclasının 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Zaqatala rayonunun X1” 1.5-ci maddəsindən görünür ki, Zaqatala rayonun Bəhmədli bələdiyyəsi Zaqatala rayonun Bəhmədli və Kürdəmir kəndlərinin ərazi sərhədləri daxilində özünü idaretmə formasında fəaliyyət göstərir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli “zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınma haqqında” qərardan görünür ki, ********* saylı cinayət işi üzrə 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi-müfəttişi X12 zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınmış, ona hüquq və vəzifələri izah edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 12 may 2023-cü il tarixli, 9/2620-9/2488 saylı ekspert rəyindən görünür ki, AR-nın Ekologiya və Təbii Sərvətlər Nazirliyi 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, Ç- HM/4623-032 nömrəli akt və ona əlavə edilmiş “Ziyanın hesablanması cədvəli”nə əsasən müxtəlif diametrli, müxtəlif cinsli ağacın tikinti və abadlaşdırma məqsədi ilə məhv edilməsi nəticəsində dəymiş ziyanın məbləği 201570,00 manat müəyyən edilmişdir. AR-nın Ekologiya və Təbii Sərvətlər Nazirliyi 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, Ç-HM/4623-032 nömrəli akt və ona əlavə edilmiş “Ziyanın hesablanması cədvəli”ndə qəbirstanlıqdan 01 (bir) ədəd 36 sm diametrdə köküstə quru yunan qozu ağacının kəsilməsi nəticəsində vurulmuş ziyanın hesablanması üçün hər hansı bir hüquqi sənəd müəyyən edilmədiyindən tədqiqat aparılmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X15 Bölməsi tərəfindən verilmiş 12 may 2023-cü il tarixli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 (əlli) manatdır. İş materiallarına əlavə edilmiş 30 may 2023-cü il tarixli “üzləşmə protokolundan görünür ki, iş üzrə təsirləndirilən şəxs Təqsirləndirilən şəxs Şahid1 ilə üzləşdirilən zaman ifadəsində göstərdiyi xüsusatları həmin şəxsin üzünə qarşı bir daha təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş 30 may 2023-cü il tarixli “üzləşmə protokolundan görünür ki, iş üzrə Şahid2 təqsirləndirilən şəxs Şahid1 ilə üzləşdirilən zaman ifadəsində göstərdiyi xüsusatları həmin şəxsin üzünə qarşı bir daha təsdiq etmişdir. İş üzrə təqsirləndirilən şəxs Şahid1 Təqsirləndirilən şəxs ilə üzləşdirilən zaman ifadəsində göstərdiyi xüsusatları həmin şəxsin üzünə qarşı bir daha təsdiq etmiş və əlavə olaraq bildirmişdir ki, Bəhmətli kənd qəbirstanlığı ərazisində işlədikləri xx.xx.2023-cü il tarixində Təqsirləndirilən şəxs əraziyə gəldikdən sonra onun göstərişi ilə ağacların yıxılması dayandırılmış, növbəti gün yalnız doğranma işləri aparılmışdır. İş üzrə təqsirləndirilən şəxs Şahid1 Şahid2 ilə üzləşdirilən zaman ifadəsində göstərdiyi xüsusatları həmin şəxsin üzünə qarşı bir daha təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş 07 iyun 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4 və 314.1-ci maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işindən fakta görə CM-nin 314.1-ci maddəsi ilə olan hissənin başqa nömrə verilməklə ayrıca icraata ayrılması və icraata qəbul edilməkə istintaqının aparılması, həmin qərara işə daxil edilən materialların siyahısı və qərarların, protokolların, sənədlərin surətlərinin əlavə edilməsi, qərarın və ona daxil edilən materialların siyahısının birinci nüsxəsi cinayət işi üzrə ilkin icraata, ikinci nüsxəsi isə ayrılan cinayət işi üzrə icraata əlavə edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi istintaqın davam etdirilməsi üçün istintaq aidiyyəti üzrə Zaqatala Rayon Polis X5 göndərilməsi, istintaq zamanı alınmış ifadələr, istintaq hərəkətlərinin protokolları və digər sənədlər də iş üzrə sübut kimi qiymətləndirilməsi, 07 aprel 2023-cü il tarixli baxış protokolu əsasında götürülmüş 23 ədəd taxta materialı istintaq üçün əhəmiyyət kəsb etdiyindən Zaqatala RPŞ-nin saxlancına təhvil verilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş 03 iyul 2023-cü il tarixli “cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. İş materiallarına əlavə edilmiş 29 sentyabr 2023-cü il tarixli “cinayət işi üzrə icraatın təzələnməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnərək, ibtidai istintaqının davam etdirilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli “zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, ********* saylı cinayət işi üzrə 7 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsi zərərçəkmiş hüquqi şəxs qismində tanınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli “zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınma haqqında” qərardan görünür ki, ********* saylı cinayət işi üzrə 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hüquqi məsələri üzrə baş məsləhətçisi Nümayəndə1 zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınmış, ona hüquq və vəzifələri izah edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 314.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs xx xxxxx 1971-ci ildə Zaqatala rayonu, Bəhmətli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmuş, Zaqatala rayon Bəhmətli bələdiyyəsinin sədri vəzifəsində işləyən, Zaqatala rayonu, Bəhmətli kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs barəsinə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli “zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zaqatala rayon Bəhmətli bələdiyyəsi zərərçəkmiş hüquqi şəxs qismində tanınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli “zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınma haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zaqatala rayon Bəhmətli bələdiyyəsinin üzvü Nümayəndə2 zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınmış, ona hüquq və vəzifələri izah edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxsin əməlinin tövsif edilməsi haqqında” qərardan görünür ki, Zaqatala rayon prokurorluğunda istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 314.1-ci maddəsindən həmin Məcəllənin 308.1-ci maddəsinə tövsif edilmiş və Təqsirləndirilən şəxs həmin maddə ilə yenidən ittiham edilmişdir, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 259.3-cü maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs ağacların budanılması müqabilində Şahid1 500 manat məbləğində pul vəsaiti götürülməsi aparılmış istintaq zamanı öz təsdiqini tapmaması birinciyə yenidən ittiham verilən zaman nəzərə alınması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 314.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona yenidən həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X23 “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxs tərəfindən verilmiş 20 noyabr 2024-cü il tarixli 18-1-78/2-1356/2024 saylı məktubdan görünür ki, xx.xx.1971-ci il təvəllüdlü, Zaqatala rayon Bəhmətli kənd sakini Təqsirləndirilən şəxs “Hoçkin limfoması” diaqnozu ilə Zaqatala RMX PHŞ-də dispanser qeydiyyatdadır, mütəmadi olaraq müalicə alır, vətəndaş Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə göndərişlə təkrar müayinə və müalicə üçün Milli Onkologiya Mərkəzinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş Azırbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə- Tibbi Ekspertiza və X10” X22 tərəfindən verilmiş 05 dekabr 2023-cü il tarixli KEŞ-897 saylı “canlı şəxsin məhkəmə tibbi ekspertizası” haqqında ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən onun “Hoçkin limfoması, boyun körpücüküstü limfa düyünlərin zədələnməsi ilə; PKT-dən sonrakı vəziyyət; Proqressivləşmə” xəstəliyindən əziyyət çəkdiyi müəyyən edilmişdir. Qeyd olunan xəstəlik xroniki gedişlidir. Təqsirləndirilən şəxs kimya terapiya müalicəsinin aparılmasını nəzərə alaraq hal-hazırda onunla istintaq hərəkətlərinin aparılması məqsədə müvafiq sayılmır. İş materiallarına əlavə edilmiş 01 aprel 2024-cü il tarixli “cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. İş materiallarına əlavə edilmiş Azırbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə- Tibbi Ekspertiza və X10” X22 tərəfindən verilmiş 29 mart 2024-cü il tarixli KEŞ-297 saylı “canlı şəxsin məhkəmə tibbi ekspertizası” haqqında ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən onun “Hoçkin limfoması, boyun körpücüküstü limfa düyünlərin zədələnməsi ilə. PKT-dən sonrakı vəziyyət. Proqressivləşmə” xəstəliyindən əziyyət çəkdiyi müəyyən edilmişdir. Qeyd olunan xəstəlik xroniki gedişlidir. Təqsirləndirilən şəxs hazırkı vəziyyətinin kafi olmasını nəzərə alaraq hal-hazırda onunla istintaq hərəkətlərinin aparılması məqsədə müvafiq sayılır. İş materiallarına əlavə edilmiş 29 aprel 2024-cü il tarixli “cinayət işi üzrə icraatın təzələnməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnərək, ibtidai istintaqının davam etdirilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavini, İİ dərəcəli dövlət ədliyyə müşaviri Elçin Məmmədov tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli 2-2/1-060353/2024 saylı qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti 2 (iki) ay, yəni xx.xx.2024-cü il tarixdən xx.xx.2024cü il tarixədək uzadılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3-cü və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair materiallar üzrə Zaqatala Rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CPM-nin 40.3-cü əsasən cinayət işinin icraatına xitam verilmişdir. Bundan başqa Musayev X9 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 308.1, 313, 66.2-ci maddələri ilə təqsirli bilinib 2500 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə cəriməni tam ödədiyi üçün qeydiyyatdan çıxarılmışdır. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Məhkəməsinin 1(033)-33/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1ci maddəsi ilə 2000 (iki min) manat məbləğində cərimə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə 1500 (bir min beş yüz) manat məbləğində cərimə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2500 (iki min beş yüz) manat məbləğində cərimə cəzası saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Məhkəməsinin 7(033)-5/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs ərizəsi təmin edilərək, məhkum Təqsirləndirilən şəxs Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022- ci il tarixli, 1(033)-33/2022 nömrəli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə təqsirli bilinərək təyin edilmiş 2500 manat miqdarında ödənilməmiş cərimə cəzası 5 (beş) ay müddət verilməklə hər ay 500 (beş yüz) manat miqdarında olmaqla hissə-hissə ödənilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, istintaqla müəyyən edilməli hallar üzrə mümkün sübutların həcmi cinayət işi üzrə mötəbər və yekun nəticəyə gəlməyə imkan verdiyindən toplanmış sübutların kifayət etmiş hesab olunması, “Təqsirləndirilən şəxsin əməlinin tövsif edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi, Şahid1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinin cinayət işi materialları ilə tam şəkildə sübut olunduğunu nəzərə alaraq ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs barəsində CM-nin 308.1-ci maddəsi ilə olan ********* nömrəsi ilə cinayət işi ayrıca icraata ayrılması və istintaq aparılması, təqsirləndirilən şəxs Şahid1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi istintaqın davam etdirilməsi məqsədilə istintaq aidiyyəti üzrə Zaqatala RPŞ-nin İstintaq Bölməsinə göndərilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini və ona elan olunmuş ittihamın məzmununa dəyişikliklər edilməsi zərurətinin yaranmasını nəzərə alaraq yenidən Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunması və ona həmin maddə ilə yenidən ittiham elan edilməsi, Təqsirləndirilən şəxs ağacların budanılması müqabilində Şahid1 müxtəlif vaxtlarda 500 və 1000 manat məbləğində pul vəsaiti götürməsinin aparılmış istintaq zamanı öz təsdiqini tapmaması birinciyə yenidən ittiham verilən zaman nəzərə alınması, həmin qərara işə daxil edilən materialların siyahısı və qərarların, protokolların, sənədlərin surətlərinin əlavə edilməsi, qərarın və ona daxil edilən materialların siyahısının birinci nüsxəsi cinayət işi üzrə ilkin icraata, ikinci nüsxəsi isə ayrılan cinayət işi üzrə icraata əlavə edilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri öz qüvvəsində saxlanılması, təqsirləndirilən şəxs Şahid1 hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 03 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılmasının nəzərə alınması, Zaqatala rayonu Bəhmətli kənd qəbirstanlığından kəsilmiş digər ağaclar barəsində araşdırma aparılması məqsədilə Zaqatala RPŞ-nin İstintaq Bölməsində 23 oktyabr 2023-cü il tarixli qərarla cinayət işindən material ayrılması, həmçinin cinayət işi üzrə toplanmış yuxarıda qeyd olunan digər sübutlara həmin tarixli qərarla hüquqi qiymət verilməsi nəzərə alınması, hadisə yerinə baxış keçirilməsi haqqında protokola əsasən götürülmüş 23 ədəd taxta materiallar və haça formasında ölçüləri 90x85, 70x60 olmaqla hündürlüyü 110 sm olan oduncaq öz xüsusiyyətinə, əlamətlərinə üzərində hadisənin izlərini saxladığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən maddi sübut kimi tanınması və Zaqatala RPŞ-in maddi sübutlar otağında saxlanılmasının nəzərə alınması, istintaq zamanı alınmış ifadələr, istintaq hərəkətlərinin protokolları və digər sənədlərin də iş üzrə sübut kimi qiymətləndirilməsinin nəzərə alınması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş 27 may 2024-cü il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsi ilə elan edilmiş ittihamın məzmununa dəyişikliklər edilərək, yenidən Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona yenidən həmin maddə ilə ittiham edlən elan edilmişdir. İş materiallarına əlavə edilmiş 27 may 2024-cü il tarixli “qətimkan tədbirinin təsdiq edilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində 29 sentyabr 2023-cü ildə seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri təsdiq edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi toplanmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş obyektiv sübutların məcmusu, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsi ilə tövsif olunmuş, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar aşkar edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir.Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, birbiri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə ilk növbədə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə təqsirlilik məsələsini müzakirə edərək hesab edir ki, onun həmin maddə ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması, düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmiş və həmin hal cinayət işinin materialları ilə hazırda məhkəmə iclasında da Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-birilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə bir daha öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinə əsasən, vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurması bu əməlləri törətmiş şəxsin göstərilən maddə ilə cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb olur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin məzmunundan və mənasından göründüyü kimi, vəzifə səlahiyyətlərindən sui-istifadənin obyektiv cəhətinə daxil olan hərəkət və ya hərəkətsizlik vəzifəli şəxsin qanuni səlahiyyətlərindən irəli gəlməlidir, vəzifəli şəxsin qulluq mənafeyinə zidd olaraq istifadə etdiyi qulluq səlahiyyətləri isə müvafiq normativ aktlarla və qanunvericiliyə müvafiq fəaliyyət göstərən dövlət və bələdiyyə idarə, müəssisə və təşkilatları, kommersiya və qeyri-kommersiya təşkilatları ilə bağlanan əmək müqaviləsində əks olunan vəzifələrin həcmi ilə müəyyən olunur. Bu isə o deməkdir ki, şəxsə qarşı vəzifədən sui-istifadəyə görə ittiham irəli sürülərkən ilk növbədə onun malik olduğu səlahiyyətlərinə istinad edilməklə bu səlahiyyətlərin nədən ibarət olması və hansı normativ və ya qeyri-normativ aktlarla tənzimlənməsi ittihamda əksini tapmalı, digər tərəfdən isə onun məhz həmin səlahiyyətlərindən və ya onların bir hissəsindən suiistifadə etməsi müəyyən edilməldir. Vəzifə səlahiyyətlərindən sui-istifadə etmə obyektiv cəhətdən aşağıdakı zəruri əlamətlərin məcmusu ilə xarakterizə olunur: - vəzifəli şəxsin qulluq səlahiyyətlərindən qulluq mənafeyinə zidd olaraq istifadə etməsi növündə əməl; - fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasından ibarət nəticənin baş verməsi; - əməllə nəticə arasında səbəbli əlaqənin olması. Vəzifə səlahiyyətlərindən sui-istifadə vəzifəli şəxsin qulluq səlahiyyətlərindən irəli gələn və tutduğu vəzifəyə görə ona verilmiş hüquq və vəzifələrin həyata keçirilməsi ilə bağlı hərəkətlərdə ifadə oluna bilər. Lakin cinayət tərkibi belə hərəkətlər qulluq mənafeyinə qəsdən zidd olaraq həyata keçirildikdə yaranır. Fiziki və ya hüquqi şəxslərin hüquqlarına və ya qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmada ifadə olunan ictimai təhlükəli nəticə real maddi ziyanda, əldən çıxmış mənfəətdə, eləcə də, qanunla qorunan müxtəlif dəyərlərə dəymiş zərərdə (vətəndaşların konstitusiya hüquq və azadlıqlarının pozulması, hakimiyyət orqanlarının nüfuzdan salınması, onların işində maneələr yaradılması, ictimai qaydanın pozulması və s.) ifadə oluna bilər. Hüquqlara və ya qanuni mənafelərə vurulmuş zərərin mühümlüyü isə zərərçəkmişlərin sayı, onlara vurulmuş mənəvi, fiziki və ya əmlak ziyanının ağırlığı, idarənin, müəssisənin, təşkilatın normal işinə vurulan mənfi təsirin dərəcəsi, vurulmuş maddi ziyanın həcmi xarakterində ifadə oluna bilər. Ağır nəticələr dedikdə isə, dövlət idarə və müəsssəsinin işini pozma, vətəndaşların hüquq və azadlıqlarının kütləvi şəkildə pozulması, dövlətə və ya ayri-ayrı təşkilatlara əmlak xarakterli ziyan vurma və s.başa düşülür. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstutisiya Məhkəməsinin 19 iyul 2013-cü il tarixli qərarından qeyd edilmişdir ki, göstərilən cinayətlərin ictimai təhlükəliliyi ondan ibarətdir ki, şəxs qulluq səlahiyyətlərindən qulluq mənafelərinə zidd olaraq istifadə etməklə hüquqi və ya fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə, habelə cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə zərər vurur, vətəndaşların konstitusiya hüquq və azadlıqlarını pozur, hakimiyyət orqanlarını əhali arasında nüfuzdan salır. İstənilən dövrdə, idarəetmə formasından və quruluşundan asılı olmayaraq dövlət vəzifəli şəxslərə öz xidməti öhdəliklərini icra etməyə dair xüsusi tələblər irəli sürür. Belə şəxslər tərəfindən həmin tələblərin pozulması müəyyən məsuliyyətə səbəb olur. Bu tamamilə başa düşüləndir və hakimiyyətin buna hüququ vardır. İctimai münasibətlərin normal tənzimlənməsi dövlətin cəmiyyət həyatının müxtəlif sahələrində iştirak etmək, əhalinin fəaliyyətinin ən müxtəlif aspektlərinin təşkilini həyata keçirmək və onlara nəzarət etmək zərurətini yaradır. Bununla da dövlət tərəfindən səlahiyyətli orqanlar vasitəsilə ictimai hakimiyyətin həyata keçirilməsi zamanı yaranan münasibətlərin müxtəlifliyi şərtləndirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsinin mənasına görə: - qanunvericiliklə müəyyən edilmiş qaydada tabeçiliyində olan və ya olmayan şəxslər barəsində sərəncam vermək səlahiyyətlərinə və ya hüquqi və fiziki şəxslər üçün icrası məcburi olan qərarlar qəbul etmək hüququna malik olan dövlət qulluqçuları, bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları, zabit, gizir və ya miçman olan hərbi qulluqçular hakimiyyət nümayəndəsi kimi vəzifəli şəxs hesab olunurlar; - dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, habelə digər kommersiya və qeyri-kommersiya təşkilatlarının işçiləri, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər yalnız hüquqi əhəmiyyət kəsb edən, yəni başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən və ya nəticələnə bilən hərəkətlər etdikdə vəzifəli şəxs hesab olunurlar. İşin mübahisəsiz hallarından göründüyü kimi, təqsirləndirilən şəxsin əməlləri nəticəsində, hüquqi şəxs olan Bəhmətli bələdiyyəsinin hüquqlarına və qanuni mənafelərinə, həmçinin dəyəri 26050 (iyirmi altı min əlli) manat olan, ümumilikdə 27 (iyirmi yeddi) ədəd müxtəlif növ və diametrdə ağacların kəsilməsi ilə təbiətə, o cümlədən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2023-cü il 13 fevral tarixli126/Ü nömrəli Əmri ilə təsdiq edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi haqqında Əsasnaməsi ilə müəyyən edilmiş təbii sərvətlərin öyrənilməsi, bərpası və mühafizəsi, onlardan səmərəli istifadə olunması, bu sahədə ekoloji təhlükəsizliyin təmin edilməsi və bioloji müxtəlifliyin qorunub saxlanılması, bitki örtüyünün, meşələrin, mühafizəsi, bərpası və səmərəli istifadəsi, həmçinin atmosfer havasının və yaşıllıqların mühafizəsi sahəsində qanunvericiliyin tələblərinə riayət olunması, ətraf mühitin mühafizəsi və təbii ehtiyatların monitorinqinin aparılması sahəsində dövlət nəzarətinin təmin edilməsi ilə əlaqədar adıçəkilən idarə tərəfindən həyata keçirilən tədbirlərin stabilliyinə mənfi təsir göstərib normal fəaliyyətin pozulmasında, əhali arasında nüfuzuna xələl gətirilməsində ifadə olunan qanuni mənafelərinə mühüm zərər vurmuşdur. Odur ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi üçün hər hansı şübhə və ehtimal qalmadığından, sübutların məcmusu həmin nəticəyə gəlinməsi üçün kifayət etdiyindən və qeyd edilən əməli törətməsinə dair məhkəmədə daxili inam yaratadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddəylə təyin ediləcək cəzaya münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsini rəhbər tutaraq Təqsirləndirilən şəxs cəza təyin edərkən onun “Hoçkin limfoması, boyun körpücüküstü limfa düyünlərin zədələnməsi ilə; PKT-dən sonrakı vəziyyət; Proqressivləşmə” xərşəng xəstəliyindən əziyyət çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən əməlində ağırlaşdırıcı halların olması müəyyən olunmadı. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Məhkəmə Təqsirləndirilən şəxs Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə eyni kateqoriyadan olan cinayət əməlini törətməkdə təqsirli bilinərək cərimə cəzasına məhkum edilməsini və ona təyin edilmiş cəzadan nəticə çıxarmamasını nəzərə alaraq hesab edir ki, onun barəsində daha ağır cəza olan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri və onun barəsində maddənin yuxarı həddində cəza təyin olunması ailəsinin əlverişsiz vəziyyətə düşməsinə səbəb olacağını, bununla da onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamını da nəzərə alınmalı və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə əlavə cəza - müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.3-cü maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün cərimə və digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Həmin Məcəllənin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Odur ki, məhkəmə hesab edir ki, cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs üzərinə yaşadığı Zaqatala rayonu ərazisini, eləcə də axşam saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yeri olan Zаqаtаlа rayonu, Bəhmətli kəndində yerləşən evinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” haqqında qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan 1 (bir) il 06 (altı) ay müddətinə məhrum edilməklə, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs məhkum edildiyi əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs qəti olaraq ona təyin edilmiş 02 (iki) il azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəksin. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs üzərinə yaşadığı Zaqatala rayonu ərazisini, eləcə də axşam saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yeri olan Zаqаtаlа rayonu, Bəhmətli kəndində yerləşən evinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. İş üzrə mülki iddianın, məhkəmə xərcinin və xüsusi müsadirə olunmalı əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkum tərəfindən hökmün surəti ona verildiyi andan) 20 gün müddətinə Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar