Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 1(033)-20/2022 25.01.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X5 katibliyi, dövlət ittihamçısı-Аzərbаycаn Respublikаsı Bаş Prоkurоrluğunun Dövlət ittihаmının müdаfiəsi üzrə idаrəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihаmının müdаfiəsi üzrə şöbəsinin prоkurоru, ədliyyə müşaviri Dövlət ittihamçısı оğlunun, zərərçəkmiş şəxs X2, Təqsirləndirilən şəxs Mömin oğlunun və onun müdafiəçisi Zaqatala rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs: xx xxx 1984-cü ildə Zaqatala rayonu Sabunçu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Zaqatala rayonu Lahıc kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Mömin oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Mömin oğlu cavabdeh kimi ondan 19 iyul 2018-ci il tarixdən hesablanmaqla 14 aprel 2007-ci il tarixdə anadan olmuş X3, 24 iyul 2008-ci il tarixdə anadan olmuş X4 və 19 oktyabr 2010-cu il tarixdə anadan olmuş X7 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 100,00 manat sabit pul məbləğində alimentin tutularaq Süleymanova (Musayeva) Günel Sadiq qızına verilməsinə dair Zaqatala Rayon Məhkəməsinin 01.10.2018-ci il tarixli 2(033)-1027/2018 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə həmin rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 14 yanvar 2019-cu il, 15 aprel 2020-ci il və 30 noyabr 2020-ci il tarixlərdə hər dəfə 10 gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra üçün yeni müddətin təyin edilməsinə, həmçinin məsuliyyəti barədə 07.01.2021-ci il və 25.01.2021-ci il tarixlərdə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq hərəkətlərindən nəticə çıxarmamış və cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 26 avqust 2021-ci il tarixədək şəxsi maraq niyyətilə cəmi 6820,00 manat aliment borcunu tələbkara ödəməməklə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməyərək və zərər çəkmiş şəxsə qeyd olunan məbləğdə maddi ziyan vuraraq ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Məhkəmə baxışı iclasında dindirilən Təqsirləndirilən şəxs Mömin oğlu ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, həqiqətən o, 28 iyul 2006-cı ildə Süleymanova (Musayeva) Günel Sadiq qızı ilə rəsmi nikah bağlamaqla ailə qurmuşdur. Birgə nikahdan 14 aprel 2007-ci il tarixdə Havva, 24 iyul 2008-ci il tarixdə Aysun və 19 oktyabr 2010-cu il tarixdə Emil adını verdikləri övladları anadan olmuşdur. Ailə qurduqdan sonra uzun müddət səmimi ailə münasibətləri olsa da sonradan münasibətləri pozulduğundan 2018-ci ilin oktyabr ayında Günellə ayrılmışlar. Bir müddət ayrı yaşadıqdan sonra Günel aralarında bağlanmış nikahın pozulması və aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Zaqatala Rayon Məhkəməsi nikahın pozulması, həmçinin ondan 19 iyul 2018-ci il tarixdən hesablanmaqla 14 aprel 2007-ci il tarixdə anadan olmuş X3, 24 iyul 2008-ci il tarixdə anadan olmuş X4 və 19 oktyabr 2010-cu il tarixdə anadan olmuş X7 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 100,00 manat sabit pul məbləğində alimentin tutularaq Süleymanova (Musayeva) Günel Sadiq qızına verilməsinə dair 01 oktyabr 2018-ci il tarixli qətnamə çıxarmışdır. İcra məmurları qətnamənin icrasını dəfələrlə ondan tələb etmişlər. O, Güneldən ayrıldıqdan sonra ikinci dəfə ailə qurmuşdur. Təsərrüfatla məşğul olaraq, həmçinin fəhləlik etməklə hazırki ailəsinin maddi tələbatını çətinliklə ödəyir. Həmçinin müəyyən edilmiş aliment məbləği çox olduğundan və həmin məbləği ödəməyə maddi imkanı olmadığından alimenti tam ödəməmişdir. Məhkəmə istintaqı dövründə yaranmış aliment borcunu tam şəkildə ödədiyindən barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında dindirilən zərərçəkmiş şəxs X9 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, həqiqətən o, 28 iyul 2006-cı ildə Təqsirləndirilən şəxs Mömin oğlu ilə rəsmi nikah bağlamaqla ailə qurmuşdur. Birgə nikahdan 14 aprel 2007-ci il tarixdə Havva, 24 iyul 2008-ci il tarixdə Aysun və 19 oktyabr 2010-cu il tarixdə Emil adını verdikləri övladları anadan olmuşdur. Ailə qurduqdan sonra xeyli müddət səmimi ailə münasibətləri olsa da sonradan münasibətləri pozulduğundan 2018-ci ilin oktyabr ayında ayrılmışlar. Ayrılarkən uşaqlar onun himayəsində qalmışdır. Buna baxmayaraq ayrı yaşadıqları müddətdə Məhəmməd uşaqlarla maraqlanmamış və onların saxlanılmasına maddi köməklik göstərməmişdir. Həmçinin bir ailə kimi birgə yaşamaları da mümkünsüz olmuşdur. Odur ki, aralarında bağlanmış nikahın pozulması və aliment tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Zaqatala Rayon Məhkəməsi iddiasını təmin edərək nikahın pozulması, həmçinin Təqsirləndirilən şəxs Mömin oğlundan 19 iyul 2018-ci il tarixdən hesablanmaqla 14 aprel 2007-ci il tarixdə anadan olmuş X3, 24 iyul 2008-ci il tarixdə anadan olmuş X4 və 19 oktyabr 2010-cu il tarixdə anadan olmuş X7 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 100,00 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsinə dair 01 oktyabr 2018-ci il tarixli qətnamə çıxarmışdır. Qətnamənin qəbul edilməsindən xeyli müddətin keçməsinə baxmayaraq Məhəmməd məhkəmə qətnaməsinə məhəl qoymamış və müəyyən olunmuş alimenti ödəməmişdir. Halbuki, Məhəmməd fərdi qaydada işlədiyindən, həmçinin təsərrüfatla məşğul olduğundan onun alimenti ödəməyə maddi imkanı vardır. Buna baxmayaraq o, aralarında olan münasibətlərə görə qərəzli olaraq alimenti ödəməmişdir. Uşaqlar böyüdüyündən onların maddi tələbatları xeyli artmışdır. Alimenti ala bilmədiyinə görə təkbaşına uşaqların zəruri xərclərini ödəməkdə çətinliklər çəkir. Buna görə də müəyyən edilmiş aliment məbləğinə ehtiyacı çoxdur. Ötən müddətdə dəfələrlə icra məmurlarına da müraciət edərək maddi çətinliklərini bildirib alimentin alınmasını xahiş etmişdir. İcra məmurları tərəfindən də zəruri tədbirlərin görülməsinə baxmayaraq Məhəmməd yalnız barəsində ciddi tədbirlər görüldükdən sonra cüzi məbləğlərdə ödənişlər etmişdir. Odur ki, maddi çətinliklərini nəzərə alaraq Təqsirləndirilən şəxs qətnamə üzrə ödənilməmiş qalan aliment borcunun alınaraq ona verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Cinayət işinə Zaqatala Rayon Məhkəməsində baxılmağa başlandıqdan sonra Məhəmməd ona ödəməli olduğu aliment borcunu tam ödəmişdir. Ondan hər hansı şikayət və tələbi yoxdur. Odur ki, Təqsirləndirilən şəxs barəsində başlanılmış cinayət işi üzrə icraata xitam verilməsini, onun cəzadan və cinayət məsuliyyətindən azad edilməsini xahiş edərək, bu xahişini əks etdirən rəsmi ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə baxış iclasında şahid qismində dindidirilmiş Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin rəisi Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, Zaqatala Rayon Məhkəməsinin 01 oktyabr 2018-ci il tarixli 2(033)-1027/2018 saylı qətnaməsinə əsasən Təqsirləndirilən şəxs Mömin oğlundan cavabdeh kimi 19 iyul 2018-ci il tarixdən hesablanmaqla 14 aprel 2007-ci il tarixdə anadan olmuş X3, 24 iyul 2008-ci il tarixdə anadan olmuş X4 və 19 oktyabr 2010-cu il tarixdə anadan olmuş X7 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 100,00 manat sabit pul məbləğində alimentin tutularaq X13 verilməsi qət edilmişdir. Həmin qətnamə əsasında verilmiş icra sənədi 16 noyabr 2018-ci il tarixdə Zaqatala rayon İcra və Probasiya şöbəsinə daxil olmuşdur. İcra sənədi üzrə həmin tarixli qərarla icraata başlanılmış və tələbin icrası barədə borclu Təqsirləndirilən şəxs Mömin oğluna müvafiq bildiriş verilmişdir. Lakin borclu tələbin icrasını könüllü olaraq təmin etmədiyindən məcburi icra tədbirlərinə başlanılmışdır. Borclunun adına tələbin yönəldilə biləcək əmlak və gəlirlərinin olub-olmamasının öyrənilməsi məqsədi ilə müvafiq sorğular göndərilmiş, nəticədə tələbin yönəldilə biləcək hər hansı əmlak və gəliri aşkar edilməmişdir. Borclu icra qurumuna dəvət edilərək icra sənədinin mahiyyəti ona izah olunmuş, müəyyən edilmiş alimentin ödənilməsi tələb olunmuşdur. Lakin Təqsirləndirilən şəxs heç bir ödəniş etməmiş və izahat verərək ayda 200 manat ödəyəcəyini, qalan məbləği isə fındıq mövsümündə ailələrinə məxsus fındıq bağından tədarük etdiyi məhsulu sataraq ödəyəcəyini bildirmişdir. Odur ki, alimentin ödənilməsi üçün borcluya vaxt verilmişdir. Lakin xeyli müddətin keçməsinə baxmayaraq borclu cüzi məbləğlərdə ödəniş etməklə kifayətlənmişdir. Borclu icra və probasiya şöbəsinə çağırılaraq yaranmış aliment borcunun ödənilməsi bir daha ondan tələb edilmişdir. Lakin borclu heç bir ödəniş etməmişdir. İcra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə verilmişdir. Zaqatala Rayon Məhkəməsinin 14.01.2019-cu il tarixli 3(033)- 32/2019 saylı qərarı ilə Təqsirləndirilən şəxs Mömin oğlu Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra da alimentin ödənilməsi borcludan tələb edilmiş, məsuliyyəti barədə xəbərdarlıqlar edilmişdir. Lakin xeyli müddətin keçməsinə baxmayaraq borclu alimentin ödənilməsindən yayınmaqda davam etmişdir. Odur ki, borclunun inzibati məsuliyyətə cəlb edilməsi istiqamətində tədbirlər görülmüş və Təqsirləndirilən şəxs Mömin oğlu Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib Zaqatala Rayon Məhkəməsinin 15 aprel 2020-ci il tarixli 3(033)-142/2020 saylı və 30 noyabr 2020-ci il tarixli 3(033)-401/2020 saylı qərarı ilə hər dəfə 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. İnzibati məsuliyyətə cəlb edildikdən sonra da məcburi icra tədbirləri davam etdirilmiş, alimentin ödənilməsi borcludan tələb edilmiş, məsuliyyəti barədə dəfələrlə xəbərdarlıq olunmuşdur. Lakin görülmüş icra tədbirləri nəticəsiz qalmış, Təqsirləndirilən şəxs aliment borcunu ödəməkdən yayınmaqda davam etmişdir. İcra müddətində tələbkar Zərərçəkmiş şəxs isə dəfələrlə İcra və Probasiya şöbəsinə müraciət edərək uşaqların məktəbli olduqlarını, təkbaşına onların maddi təlabatını ödəməkdə çətinliklər çəkdiyini bildirərək Təqsirləndirilən şəxs qətnamə üzrə yaranmış aliment borcunun alınıb ona verilməsini xahiş etmişdir. Göstərilənlərə əsasən borclu Təqsirləndirilən şəxs Mömin oğlu qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etmədiyinə görə onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsilə cinayət məsuliyyətinə cəlb olunması məqsədəmüvafiq hesab edildiyi üçün Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə müvafiq təqdimat göndərilmişdir. Təsdiq olunmuş surəti iş materallarına əlavə edilmiş Zaqatala Rayon Məhkəməsinin 01 oktyabr 2018-ci il tarixli 2(033)-1027/2018 nömrəli qətnaməsindən görünür ki, iddia ərizəsi qismən təmin edilərək cavabdeh Təqsirləndirilən şəxs Mömin oğlu ilə iddiaçı X15 arasında Zaqatala RİHB-in Lahıc ərazi nümayəndəliyində 28 iyul 2006-cı il tarixdə bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin gün 03 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin nikahından 14.04.2007-ci il tarixdə anadan olmuş X10, 24.07.2008-ci il tarixdə anadan olmuş X11 və 19.10.2010-cu il tarixdə X7 boşanmadan sonra anaları yəni, iddiaçı X12 yanında saxlanılmaları, tərəflərin nikahından 14.04.2007-ci il tarixdə anadan olmuş X3, 24.07.2008-ci il tarixdə anadan olmuş X4 və 19.10.2010-cu il tarixdə anadan olmuş X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh Təqsirləndirilən şəxs Mömin oğlundan hər ay hər uşaq üçün 100 (bir yüz) manat sabit pul məbləğində alimentin alınaraq iddiaçı X13 verilməsi, sabit pul məbləğində həmin alimentin tutulmasının əvvəlinin iddia ərizəsinin məhkəməyə daxil olduğu 19 iyul 2018-ci il tarixdən hesablanması, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi, iddiaçı X12 nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə əlaqədar ödədiyi 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun onun özünə aid edilməsi, cavabdeh Təqsirləndirilən şəxs Mömin oğlundan 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməsi, qətnamənin alimentin alınması hissəsində dərhal icra edilməsi qət edilmişdir. Təsdiq olunmuş surəti iş materallarına əlavə edilmiş Zaqatala Rayon Məhkəməsinin 01 oktyabr 2018-ci il tarixli 2(033)-1027/2018 nömrəli icra vərəqəsinə əsasən tərəflərin nikahından 14.04.2007-ci il tarixdə anadan olmuş X3, 24.07.2008-ci il tarixdə anadan olmuş X4 və 19.10.2010-cu il tarixdə anadan olmuş X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh Təqsirləndirilən şəxs Mömin oğlundan hər ay hər uşaq üçün 100 (bir yüz) manat sabit pul məbləğində aliment alınaraq, iddiaçı X13 verilməlidir. Sabit pul məbləğində həmin alimentin tutulmasının əvvəli iddia ərizəsinin məhkəməyə daxil olduğu 19 iyul 2018-ci il tarixdən hesablanmalıdır. İş materallarında olan Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vüqar Musayevin “İcraata başlamaq haqqında” 16.11.2018-cı il tarixli qərarın surətindən görünür ki, Zaqatala Rayon Məhkəməsinin 01 oktyabr 2018-ci il tarixli 2(033)-1027/2018 nömrəli icra vərəqəsi üzrə icraata başlanmış və borclu Təqsirləndirilən şəxs Mömin oğluna hər ay mütəmadi icra vərəqəsini könüllü təmin etməsi qərara alınmışdır. İş materallarında olan Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vüqar Musayev tərəfindən borclu Təqsirləndirilən şəxs Mömin oğluna göndərilmiş 16.11.2018-cı il tarixli 228437/2018-22-5 nömrəli surəti təsdiq edilmiş bildirişdən görünür ki, borclu Təqsirləndirilən şəxs Mömin oğluna Zaqatala Rayon Məhkəməsinin 01 oktyabr 2018-ci il tarixli 2(033)-1027/2018 nömrəli icra vərəqəsinə əsasən icraata başlanmaq haqqında qərarın qəbul edilməsi və qeyd olunan tələbin hər ay mütəmadi olaraq könüllü icra edilməsi üçün bildiriş verilmişdir. Təsdiq olunmuş surəti iş materallarına əlavə edilmiş Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X14 tərəfindən 14 yanvar 2019-cu il tarixdə tərtib olunmuş inzibati xəta haqqında protokoldan görünür ki, həmin protokol Zaqatala Rayon Məhkəməsinin 01 oktyabr 2018-ci il tarixli 2(033)-1027/2018 nömrəli icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə borclu Təqsirləndirilən şəxs Mömin oğlunun Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirləndirilməsi ilə bağlı tərtib olunmuşdur. Təsdiq olunmuş surəti iş materallarına əlavə edilmiş Zaqatala Rayon Məhkəməsinin 14 yanvar 2019-cu il tarixli 3(033)-32/2019 nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Təqsirləndirilən şəxs Mömin oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 10 (on) gün müddətinə inzibati həbs edilmişdir. Təsdiq olunmuş surəti iş materallarına əlavə edilmiş Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X14 tərəfindən 15 aprel 2020-ci il tarixdə tərtib olunmuş inzibati xəta haqqında protokoldan görünür ki, həmin protokol Zaqatala Rayon Məhkəməsinin 01 oktyabr 2018-ci il tarixli 2(033)-1027/2018 nömrəli icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə borclu Təqsirləndirilən şəxs Mömin oğlunun Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirləndirilməsi ilə bağlı tərtib olunmuşdur. Təsdiq olunmuş surəti iş materallarına əlavə edilmiş Zaqatala Rayon Məhkəməsinin 15 aprel 2020-ci il tarixli 3(033)- 142/2020 nömrəli qərarına əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Təqsirləndirilən şəxs Mömin oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 10 (on) gün müddətinə inzibati həbs edilmişdir. Təsdiq olunmuş surəti iş materallarına əlavə edilmiş Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X14 tərəfindən 30 noyabr 2020-ci il tarixdə tərtib olunmuş inzibati xəta haqqında protokoldan görünür ki, həmin protokol Zaqatala Rayon Məhkəməsinin 01 oktyabr 2018-ci il tarixli 2(033)-1027/2018 nömrəli icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə borclu Təqsirləndirilən şəxs Mömin oğlunun Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirləndirilməsi ilə bağlı tərtib olunmuşdur. Təsdiq olunmuş surəti iş materallarına əlavə edilmiş Zaqatala Rayon Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli 3(033)- 401/2020 nömrəli qərarına əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Təqsirləndirilən şəxs Mömin oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 10 (on) gün müddətinə inzibati həbs edilmişdir. Təsdiq olunmuş surəti iş materallarına əlavə edilmiş Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin 08 fevral 2021-cu il tarixli 228437 nömrəli bildirişindən görünür ki, Zaqatala Rayon Məhkəməsinin 01 oktyabr 2018-ci il tarixli 2(033)-1027/2018 nömrəli icra vərəqəsinin mütəmadi icra edilməməsi nəticəsində yaranmış 5360 manat aliment borcunun 10 gün müddətində könüllü olaraq ödənilməsi, aliment borcu ödənildiyi halda bu barədə məlumat verilməsi barədə bildiriş verilmişdir. İş materallarında olan Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin rəisi Şahid tərəfindən borclu Təqsirləndirilən şəxs Mömin oğluna göndərilmiş 07.01.2021-ci il tarixli 228437/2018-22 nömrəli surəti təsdiq edilmiş xəbərdarlıqdan görünür ki, Zaqatala Rayon Məhkəməsinin 01 oktyabr 2018-ci il tarixli 2(033)-1027/2018 nömrəli icra vərəqəsinin icrasını 10 (on) gün müddətində təmin etməsi ondan tələb edilmiş, əks təqdirdə, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunacağına dair qanuni tədbirlər görüləcəyi ona bildirilmişdir. İş materallarında olan borclu Zaqatala rayonu Bəhmətli kənd sakini Təqsirləndirilən şəxs Mömin oğlu tərəfindən 08.02.2021-ci il tarixdə verilmiş izahatından görünür ki, o, Zaqatala Rayon Məhkəməsinin 01 oktyabr 2018-ci il tarixli 2(033)-1027/2018 nömrəli icra vərəqəsinə əsasən ayda 300 manat sabit pul məbləğində alimentin 5360 manat borcunu tələbkar X13 ödəməli olduğunu bilir, lakin bu günə qədər borcunu ödəmədiyini, heç yerdə işləmədiyini, icra məmuru tərəfindən xəbərdarlıqlara, göndərilmiş bildirişlərə baxmayaraq borcunu ödəyə bilmədiyini, borcu bir dəfəyə ödəməyəcəyini, ödəməyəcəyi təqdirdə cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdar olduğunu bildirmişdir. İş materallarında olan və məhkəmə baxışı iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsindən verilmiş 05.11.2021ci il tarixli tələbnamədən görünür ki, Musayev X8 Rayon Məhkəməsinin 13.05.2009-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir. İş materallarında olan və məhkəmə baxışı iclasında elan olunmaqla tədqiq edilmiş Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin 02 dekabr 2021-ci il tarixli məktubundan görünür ki, Musayev X8 Rayon Məhkəməsinin 1(033)-19/2009 saylı 13 may 2009-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinib qazancının 10 faizi dövlət nəfinə tutulmaqla 1 il 6 ay müddətinə islah işləri növündə cəzaya məhkum olunmuş və cəzasını çəkib bitirmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” 03 dekabr 2021ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Mömin oğlu barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materallarında olan Zaqatala RİHB-nin Lahıc kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Mömin oğlu yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materallarında olan və məhkəmə baxışı iclasında elan olunmaqla tədqiq edilmiş zərərçəkmiş şəxs X2 məhkəməyə 25 yanvar 2022-ci il tarixdə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs Mömin oğlu zərərçəkmiş şəxs X6 Zaqatala Rayon Məhkəməsinin 01.10.2018-ci il tarixli 2(033)-1027/2018 saylı qətnaməsi ilə təyin olunmuş 6820 manat aliment borcunu tam həcmdə ödəmişdir, zərərçəkmiş şəxs X9 Təqsirləndirilən şəxs Mömin oğlu ilə barışmışdır. Ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Onun barəsində cinayət təqibinə xitam verilməsini xahiş edir. İş materallarında olan və məhkəmə baxışı iclasında elan olunmaqla tədqiq edilmiş Təqsirləndirilən şəxs Mömin oğlunun məhkəməyə 25 yanvar 2022-ci il tarixdə təqdim etdiyi ərizəsindən görünür ki, aliment borcunu tam həcmdə ödəmişdir, zərəçəkmiş şəxslə barışmışdır. Odur ki, barəsində olan cinayət işinə xitam verilməsini xahiş edir. Məhkəmə istintaqında təsdiq olundu ki, Təqsirləndirilən şəxs Mömin oğlu cavabdeh kimi ondan 19 iyul 2018-ci il tarixdən hesablanmaqla 14 aprel 2007-ci il tarixdə anadan olmuş X3, 24 iyul 2008-ci il tarixdə anadan olmuş X4 və 19 oktyabr 2010-cu il tarixdə anadan olmuş X7 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 100,00 manat sabit pul məbləğində alimentin tutularaq Süleymanova (Musayeva) Günel Sadiq qızına verilməsinə dair Zaqatala Rayon Məhkəməsinin 01.10.2018-ci il tarixli 2(033)-1027/2018 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə həmin rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 14 yanvar 2019-cu il, 15 aprel 2020-ci il və 30 noyabr 2020-ci il tarixlərdə hər dəfə 10 gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra üçün yeni müddətin təyin edilməsinə, həmçinin məsuliyyəti barədə 07.01.2021-ci il və 25.01.2021-ci il tarixlərdə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq hərəkətlərindən nəticə çıxarmamış və cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 26 avqust 2021ci il tarixədək şəxsi maraq niyyətilə cəmi 6820,00 manat aliment borcunu tələbkara ödəməməklə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməyərək və zərər çəkmiş şəxsə qeyd olunan məbləğdə maddi ziyan vuraraq ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin cinayət işi üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli, obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Mömin oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Mömin oğlunun törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı onun özünün, zərərçəkmiş şəxsin və şahidin ifadələri, məhkəmə qərarları, eləcə də işin digər obyektiv halları ilə tam sübuta yetirildi və heç bir şübhə doğurmur. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai araşdırma zamanı Təqsirləndirilən şəxs Mömin oğlunun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs X9 ərizə təqdim edərək, Təqsirləndirilən şəxs Mömin oğlunun ona olan borcunu tamamilə ödədiyini, onunla barışdığını, ondan heç bir şikayətinin və tələbinin olmadığını bildirmiş, onun barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs Mömin oğlu da törətdiyi əməli etiraf etdiyini, əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışaraq, ona olan borcunu tam ödədiyinin nəzərə alınmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306-cı maddəsinin “Qeyd” hissəsindən görünür ki, bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini məhkəmə tərəfindən hökm çıxarılanadək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Təqsirləndirilən şəxs Mömin oğlu zərərçəkmiş şəxslə barışmış və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini tam icra etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Mömin oğlu zərərəçəkmiş şəxslə barışdığına və Zaqatala Rayon Məhkəməsinin 01 oktyabr 2018-ci il tarixli 2(033)- 1027/2018 nömrəli qətnaməsini tam icra etdiyinə görə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə olan cinayət təqibinə məhkəmə iclasında xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Həmçinin, Təqsirləndirilən şəxs Mömin oğlu barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 344-347, 356, 358 və 384-cü maddələrinə əsaslanaraq, məhkəmə q ə r a r a a l d ı : Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Musayev X8 Rayon Məhkəməsinin 01 oktyabr 2018-ci il tarixli 2(033)-1027/2018 nömrəli qətnaməsini tam icra etdiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin “Qeyd” hissəsinin tələbinə əsasən, onun barəsində olan cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Mömin oğlu barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, elan edildiyi andan 20 (iyirmi) gün keçdikdən sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov
Məhkəmə qərarları › İş №1(033)-20/2022
Zaqatala Rayon Məhkəməsi Qərar — İş №1(033)-20/2022
25.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver