Azərbaycan Respublikası adından HÖKM Zaqatala rayonu İş № 1(033)-20/2025 30.09.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədova Zərifə Faiq qızı sədrliyi, Məhkəmə iclasının katibi X9 qızının katibliyi, dövlət ittihamçısı - Аzərbаycаn Respublikаsı Bаş Prоkurоrluğunun Dövlət ittihаmının müdаfiəsi üzrə İdаrəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihаmının müdаfiəsi üzrə şöbəsinin prоkurоru ədliyyə müşaviri X8, Təqsirləndirilən şəxs, Müdafiəçi Zaqatala Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, xx xxxx 1993-ci ildə Zaqatala rayonun Fındıqlı kənində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, rəsmi işsiz, Zaqatala rayonu Fındıqlı kəndində qeydiyyatda olmaqla tutulanadək həmin kənddə yaşamış, hazırda X4 saxlanılan 24 yanvar 2025-ci il tarixdə barəsində Zaqatala rayon Məhkəməsinin hakimi Zərifə Məmmədova tərəfindən rayon Məhkəməsinin 4(033)-1/2024 nömrəli qərarı ilə 02 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə saat 16:00-da Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 15 yanvar 2025-ci tarixdə, saat 22:30 radələrində sərxoş vəziyyətdə tamah niyyəti ilə əhatə edilən qəsdlə, özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə yaşayış sahəsinə, yəni qoca vəziyyətdə olan Zərərçəkmiş şəxs tək yaşadığı Zaqatala rayonu Fındıqlı kəndində yerləşən fərdi yaşayış evinin plastik pəncərəsini güc göstərib açaraq qanunsuz daxil olub evin yataq otağında olan güzgülü komatonu açıq gözündən 3200 manat nağd pul və evin digər yataq otağındakı olan taxta sandıqdan, yəni başqa saxlanc yerindən dəyəri 610 manat olan 5,3 qram çəkidə 583 əyarlı 5 ədəd sıra ilə düzülmüş silikon qaşlı qızıl üzüyü götürərək Zərərçəkmiş şəxs ümumilikdə 3810 (üç min səkkiz yüz on) manat mələğində maddi ziyan vurmaqla özgə əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Məhkəmə iclasında iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilirək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun həmkəndlisidir və eyni zamanda qonşusudur, aralarında düşmənçilik və ədavət yoxdur. Zərərçəkmiş şəxs şikayət ərizəsi ilə tanış olmuş, bununla bağlı bildirmək istəyir ki, 15 yanvar 2025-ci il tarixdə Zaqatala şəhər bazarı ərazisində yerləşən kafelərin birində tək başına spirtli içki içməyə başlamış, tam sərxoş vəziyyətə gəldikdən sonra yaşadığı Zaqatala rayonu Fındıqlı kəndində qayıtmış, o yaşadığı ünvana çatan zaman qonşusu Zərərçəkmiş şəxs qohumlarıgildə qaldığını, hazırda evin boş olduğunu və uzun müddətdir ki, aldığı pensiyadan kənara pul yığdığını bilirmiş, bu səbəbdən də oğurluq etmək qərarına gəlmiş, belə ki, 15 yanvar 2025-ci il tarixdə saat 22:30 radələrində o yaşayış evinin dəmir darvazasını açıq olub-olmadığını yoxlamış, görmüş ki qapı bağlıdır, o da dəmir darvazanı aşaraq həyətə daxil olmuş, yaşayış evinin qonaq otağından həyətə açılan pəncərəyə əli ilə güc göstərərək açmış və qonaq otağına daxil olmuş, qonaq otağından yataq otağına keçmiş, yataq otağına daxil olan zaman orada olan şkafları açaraq pul və digər dəyərli əşyalar axtarmağa başlamış, həmin otaqda güzgülü termo var idi, həmin termonun açıq gözündə künc tərəfdə səliqə ilə üst üstə yığılmış pullar var idi, o həmin pulları götürüb saymış və ona məlum olmuş ki, oğurladığı pullar ümumilikdə 3200 manat təşkil edir, daha sonra o yenidən həmin otağı axtarsa da nəsə tapmadığı üçün digər yataq otağına keçmiş, həmin yataq otağında taxta sandıq var idi, taxta sandığı açmış və 01 ədəd qızılı rəng 5 qaşlı qızıl üzük görmüş və onu götürüb evə daxil olduğu qaydada plastik pəncərədən həyətə tullanıb, daha sonra darvazanı aşaraq yaşadığı ünvana yollanıb tez oradan uzaqlaşmış, həmin vaxdı qaranlıq olduğundan ətrafda heç kəs yox idi, onu heç kim görməmişdir. Təqsirləndirilən şəxs ifadəsində əlavə olaraq göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qonşuluğunda yaşayır, həmin yaşayış evindən oğurluq etməzdən qabaq oraya heç vaxt daxil olmamış, plastik pəncərəni sındırmamış, sadəcə olaraq pəncərəyə əli ilə güc göstərib açaraq daxil olmuş, yaşayış evində olan hər hansı bir əşyanı sındırmamış, o qızıl üzüyün çəkisi və əyarı barədə heçnə deyə bilməz, çünkü bu barədə hər hansı bir anlayışı yoxdur, o taxta sandıqdan 01 ədəd 5 qaşlı qızıl üzük oğurlamış, həmin qızıl üzüyü də Zaqatala şəhər bazarında satmış, lakin hazırda məbləğini dəqiq xatırlamır, çünki o oğurluq etdikdən sonra hər gün spirtili içki qəbul edirmiş, həmin qızıl üzüyü satıb onun əvəzində ucuz qiymətə keçmiş həyat yoldaşı Nərminin xalası qızı X2 azyaşlı qızına sırğa almış, bunu almaqda məqsədi Şahid2 Nərmin ilə Qax rayonun Güllük kəndində qonşuluqda yaşadığınan onu yenidən Nərminlə barışdırmasını düşünmüş, o bundan əlavə olaraq Aygülə və sonuncunun azyaşlı qızına yemək almış və Aygüldən xahiş etmiş ki, onu Nərminlə barışdırsın, Aygül ondan soruşdu ki, həmin qızıl üzük kimindir, o da sonuncuya həmin qızıl üzüyün anasına məxsus olduğunu bildirmiş, həmin yalanı Aygüllə yanaşı adını dəqiq bilmədiyi qızıl alıcısına da bildirmiş, eyni zamanda alıcıya pula ehtiyacı olduğunu da demiş, o, qızıldan əldə etdiyi pulu və evdən oğurladığı pulu bir neçə gündür ki, spirtli içki qəbul etdikdən sonra kəndin uşaqlarına vermiş, restoranlarda xərcləmişdir. Hazırda həmin puldan 1 manat belə qalmamışdır. Etdiyi əməldə peşmandır. Barəsində yüngül cəza təyin edilməsinin məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, tək yaşayır, təxminən 2025-ci ilin yanvar ayının 3-dən etibarən müalicə almağa başlamış, həmin müalicə prosesində dərman qəbul etməklə yanaşı dərialtına iynələr də vurulurmuş. Bu səbəbdən o gəlini X1 yaşadığı evə gedib iynələrini vurdurub orada qalırmış. Bu proeses təxminən 15 gün idi ki davam edirmiş, belə ki, səhər açılanda o səhər yeməyini yeyib Nəzmiyyətgildən yaşadığı evə gəlirmiş, evdə təmizlik işləri görüb, daha sonra isə axşamlar saat 18-19 radələrində gəlinigilə yenidən qayıdıb orada qalırmış. 15 yanvar 2025-ci il tarixdə saat 19:30 radələrində o eyni qayda olaraq gəlinigilə gəlmiş, səhhətində ciddi problemlər olduğu üçün 19 yanvar 2025-ci il tarixədək orada qalmışdı. 19 yanvar 2025-ci il tarixdə o yaşadığı evə gələn zamanı kəndin mərkəzində kənd camaatı və azyaşlı uşaqlar üzbəüz qonşusu Təqsirləndirilən şəxs 16 yanvar 2025-ci il tarixdən etibarən kənd ərazisində uşaqlara pul payladığını, üzərində çoxlu yüz manatlıqlarla gəzdiyi eşitmiş, o dərhal evə gəlmiş, dəmir darvazanın açarla açmış evin həyətinə daxil olmuş, həyətə daxil olan zamanı evin plastik pəncərəsinin açıq olduğunu görmüşdü. O evə daxil olmuş və illərdir ki, aldığı pensiya ilə yığdığı 3200 manat pulu saxladığı termonun açıq gözünə baxmış və görmüşdür ki, oradan pulu oğurlanmışdır. Daha sonra o digər otaqda yerləşən sandığın içini açıb baxmış ki, oradan da rus istehsalı olan beş qaşlı qızıl üzüyü oğurlanmış, həmin qızılı o təxminən 10 il bundan qabaq 350 manat qarşılığında almış, lakin hazırda həmin qızılın əyarı, çəkisi və digər göstəricilərini xatırlamır. O həmin qızıl üzüyü gündəlik olaraq istifadə etmədiyi üçün onun fotoşəkili də yoxdur. Onun yaşadığı evdə saxladığı başqa qiymətli əşya yaxud pul vahidi yoxdur. Onun yaşadığı evdən oğurluq olduğunu bildikdən dərhal sonra o Nəzmiyyətgilə gəlmiş və baş verən hadisəni ona danışmışdır. Həmin günü o oğlu ila birlikdə rayon polis şöbəsinə gəlib bu barədə rəsmi qaydada şikayət etmişdir. Zərərçəkmiş şəxs ifadəsində əlavə olaraq göstərmişdir ki, yaşadığı evdən 3200 manat pul və 350 manat dəyərində qızıl-zinət əşyası oğurlanması nəticəsində ona ümumilikdə 3550 manat məbləğində maddi ziyan dəymiş, o konkret olaraq üzbəüz qonşusu və həmkəndlisi olan Təqsirləndirilən şəxs şübhələnir, çünkü sonuncu əvvəllər də kənd ərazisində yerləşən yaşayış olmayan bir neçə evdən oğurluq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki,, təxminən 15 ildir ki, qızılın alış və satışı ilə məşğul olur, Təqsirləndirilən şəxs və Şahid2 tanımır, ilk dəfə o onları 16 yanvar 2025-ci il tarixdə günün ilk hissəsində istifadəsində olan dükana daxil olan zamanı görmüş, adı ona indi məlum olan Təqsirləndirilən şəxs üzərində anasına məxsus qızıl üzüyün olduğunu, ailəsinin pula ehtiyacı olduğu üçün satdığını bildirib, ailəsinin maddi durumu aşağı olması səbəbilə qızılı baha qiymətə almağısını xahiş etmiş, o da onun dediklərinə inanıb, həm də ona yazığı gəlib ona təqdim etdiyi qızıla baxmış, həmin qızıl 5,3 qram çəkidə 583 əyarlı 5 ədəd sıra ilə düzülmüş silikon qaşlı qızıl üzük idi. O Talehlə hazırda xatırlamadığı məbləğdə razılaşmış, daha sonra da Taleh ondan azyaşlı qızların taxdığı qızıl sırğa almış, o da Talehin satdığı qızıl üzüyə hesabladığı məbləğdən satdığı qızılın qiymətini çıxıb geri qalan pulu Talehə vermişdir. O alış-satışla bağlı qeydlər kitabçası olsa da, xırda çəkili qızılların satışını və köhnə qızılların alışının qeydiyyatını aparmır, yalnız ağır çəkili satdığı və nisyə verdiyi qızılların qeydiyyatını aparmır, Şahid1 əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs oğurluq edərək qızıl zinət əşyası və pul əldə etməsi barədə məlumatı yox imiş, rayon polis şöbəsinə dəvət olunduqdan sonra məlumatı olmuş, o həmin qızıl üzüyün oğurluq olduğunu bilsəydi almazmış və bu barədə dərhal polisə məlumat verərmiş, Talehin satdığı qızıl xırda çəkili idi, onun xarici görünüşü kasıb birinin olmasının göstərgəsi idi, əgər sonuncu ona ağır çəkili qızıl, yaxud bir neçə növdə qızıl gətirsəydi o Talehdən şübhələ bilərmiş ki, belə kasıb birisində belə qızılların olması mümkün deyildir, həmçinin o Talehdən aldığı qızıl üzüyü lom edilməsi üçün digər qızıllarla birlikdə həmin günü Bakı şəhərinə göndərmiş, hazırda həmin qızıl lom qızıl vəziyyətinə gətirilmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, o Rusiya Federasiyasında doğulsa da, Azərbaycan dilində sərbəst danışa bilir, danışılanları tam mahiyətini ilə başa düşür, bu səbəbdən də tərcüməçi istəmir, Təqsirləndirilən şəxs uzun illərdir ki, tanıyır, belə ki, Təqsirləndirilən şəxs onun xalası qızı Nərminin keçmiş həyat yoldaşıdır, aralarında düşmənçilik və ədavət yoxdur, o Zaqatala şəhəri bazar ərazisində dilənir, bazarda tez-tez Taleh ilə raslaşır, söhbətləşirlər, Taleh ona Nərminlə barışıb yenidən ailə həyat qurmaq isdədiyini bildirib hər dəfəsində onu Nərmingilə aparmağını və sonuncu ilə barışdırmağımı xahiş edirmiş, o da öz növbəsində Talehə söz verməmiş, köməklik edəcəyini bildirirmiş, 16 yanvar 2025-ci il tarixdə Təqsirləndirilən şəxs onu yenidən bazarda görüb ona yaxınlaşmış, üzərində anasının qızılı satmaq üçün gətirdiyini, ailəsinin təcili pula ehtiyacı olduğunu bildirib və satmaqda ona köməklik etməyini xahiş etmiş, o da onunla birlikdə qızıl dükanlarından birinə daxil olmuş, Taleh həmin qızılı çıxardıb alıcıya təqdim etmiş, o isə orada olan qızıllara baxırmış, Taleh alıcı ilə aralarında nə danışması, qızılın qramı, əyarı və yaxud qızılı neçəyə satması barədə bir şey eşitməmiş və soruşmamış, Taleh ona Nərminlə barışmağa köməklik etməyi qarşılığında övladına qızıl sırğa ala biləcəyini bildirmiş və qızıllların içindən hər hansı birini bəyənməyini demiş o da qızıların içərisindən xırda olan birini bəyənmiş, Taleh isə həmin qızılı almış, lakin həmin qızılı hansı məbləğ qarşılığında alması barədə məlumatı olmamış, onlar qızıl dükanından çıxdıqdan sonra Taleh ona və övladına orada olan kafelərin birində yemək almış, orada da Nərminlə olan söz-söhbətlərini danışmağa başlamış və kafedən çıxdıqdan sonra o yaşadığı ünvana yolanmış, Taleh isə onlarla sağollaşıb getmişdir. Şahid2 ifadəsində əlavə olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs oğurluq edərək qızıl zinət əşyası və pul əldə etməsi barədə məlumatım yox imiş, rayon polis şöbəsinə dəvət olunduqdan sonra məlumatı olmuş, o həmin qızıl üzüyün oğurluq olduğunu bilsəydi satmağa qoymazmış və həmin qızılı Nərminin xətrinə geri qaytarmasını bildirəcəkmış, bundan başqa Talehin azyaşlı qızına qızıl sırğanı həmin qızıl üzüyü satdığı haram pulla aldığını bilsəydi qətiyyən icazə verməzmiş. İş materiallarına əlavə edilmiş 21 yanvar 2025-ci il tarixli baxış keçirilməsi haqqında protokolundan görünür ki, hadisə yeri Zaqatala rayonu Fındıqlı kəndində yerləşir, yaşayış evinin dəmirdən hazırlanmış giriş darvazası vardır, ətrafı kərpiclə hörülmüşdür, yaşayış evinə daxil olmaq üçün taxtadan hazırlanmış qapı vardır, yaşayış evinə daxil olmaq üçün giriş qapısından istifadə etmək mütləqdir, yaşayış sahəsinin giriş qapısından daxil olduqda 1 qonaq otağı, 2 yataq otağı və 1 mətbəx olması görünür, qonaq otağından həyətə doğru açılan plastik pəncərələr mövcuddur, iz üzrə Zərərçəkmiş şəxs naməlum şəxsin yaşayış evinə qonaq otağındakı pəncərədən istifadə etməklə daxil olduğunu bildirmiş, daha sonra yataq otağında yerləşən termoda 3200 manatın, daha sonra isə digər yataq otağında yerləşən taxta sandıqdan rus istehsalı olan qızılın oğurlandığını göstərərək bildirmişdir. İş materiallarına əlavə edilmiş Kriminalistik tədqiqatlar idarəsinin 03 fevral 2025-ci il tarixli 3-13-11/2-1486/2025 nömrəli məktubundan görünür ki, tədqiqata təqdim edilmiş əl izləri DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əskləri ilə müqayisə edilmiş, müqayisəli tədqiqat nəticəsində 04 ədədi (ADİS-in məlumat bankına Zaqatala RPŞ-dən daxil olan) xx.xx.1993-cü il tarixdə Zaqatala rayonunda nadan olmuş Təqsirləndirilən şəxs sol əlinin şəhadət, orta və adsız(02 dəfə) barmaqlarının (“TP link” yazısı olan qutunun üzərindən götürülmüş izlər) əksləri ilə eynilik müəyyən edilmişdir. Digər eyniliklər müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 31 yanvar 2025-ci il tarixli 9/701 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən 5,3 qram çəkidə 583 əyarlı 5 ədəd sıra ilə düzülmüş silikon qaşlı qızıl üzüyün 2025-ci ilin yanvar ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 610,00 manat müəyyən edilir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Xəlilov X5 rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilmişdir. Bundan başqa Xəlilov X5 rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29, 177.2.3, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinib 01 il 06 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2022-ci ildə Zaqatala rayon məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 2,5-ci bəndinə əsasən azadlığın məhdudlaşdırılması cəzasından azad edilib və məhkumluğu üzərindən götürülmüşdür. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Məhkəməsinin 1(033)-54/2024 nömrəli xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Məhkəməsinin 1(033)-11/2025 nömrəli xx.xx.2025-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Zaqatala Rayon Məhkəməsinin 1(033)-54/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər hesablanmaqla həmin cəza hazırki hökm ilə ona təyin edilmiş cəzaya qismən toplanaraq üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Zaqatala Rayon Məhkəməsinin 1(033)-54/2024 saylı xx.xx.2024-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi 12 (on iki) gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq azadlığın məhdudlaşdırılmasının iki gününün azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla, cəmi 06 (altı) gün və Təqsirləndirilən şəxs 11 sentyabr 2024-cü il tarixdən 13 sentyabr 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir gününə bir gün hesabı ilə hesablanmaqla, cəmi 2 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 5 (beş) ay 22 (iyirmi iki) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Zaqatala Rayon Məhkəməsinin 17 fevral 2025-ci il tarixli, 1(033)- 11/2025 nömrəli hökmü cəzaya aid hissədə dəyişdirilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Zaqatala Rayon Məhkəməsinin 1(033)- 54/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər hesablanmaqla həmin cəza Zaqatala Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(033)-11/2025 saylı hökmü ilə ona təyin edilmiş 1 (bir) il müddətə azadlıqdan məhrum etmə növündə cəzaya qismən toplanaraq ona 1 (bir) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilmiş, Zaqatala Rayon Məhkəməsinin 1(033)-54/2024 saylı xx.xx.2024-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi 12 (on iki) gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq azadlığın məhdudlaşdırılmasının iki gününün azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla, cəmi 6 (altı) gün və Təqsirləndirilən şəxs 11 sentyabr 2024-cü il tarixdən 13 sentyabr 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir gününə bir gün hesabı ilə hesablanmaqla, cəmi 8 (səkkiz) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1 (bir) il 8 (səkkiz) ay 22 (iyirmi iki) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. İş materiallarına əlavə edilmiş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 22 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs azadlığı həmin gün saat 11:35-də məhdudlaşdırılmışdır. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 22 yanvar 2025-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala rayon İcra Hakimiyyəti Maqov kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Xəlilov X3 sakinidir, 2 övladı var, boşanmışdır, övladlarına baxmır, ümumilikdə mənfi xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs 15 yanvar 2025-ci tarixdə, saat 22:30 radələrində sərxoş vəziyyətdə tamah niyyəti ilə əhatə edilən qəsdlə, özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə yaşayış sahəsinə, yəni qoca vəziyyətdə olan Zərərçəkmiş şəxs tək yaşadığı Zaqatala rayonu Fındıqlı kəndində yerləşən fərdi yaşayış evinin plastik pəncərəsini güc göstərib açaraq qanunsuz daxil olub evin yataq otağında olan güzgülü komatonu açıq gözündən 3200 manat nağd pul və evin digər yataq otağındakı olan taxta sandıqdan, yəni başqa saxlanc yerindən dəyəri 610 manat olan 5,3 qram çəkidə 583 əyarlı 5 ədəd sıra ilə düzülmüş silikon qaşlı qızıl üzüyü götürərək Zərərçəkmiş şəxs ümumilikdə 3810 (üç min səkkiz yüz on) manat mələğində maddi ziyan vurmaqla özgə əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli qərarının 2ci bəndində qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 fevral 2012-ci il tarixli qərarına əsasən cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə cinayət əməlini Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 iyul 2025-ci il tarixli, 1(107)-159/2025 nömrəli qərarı çıxarılmamışdan əvvəl törətmişdir. Ona görə də Təqsirləndirilən şəxs barəsində cəza Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.2.-ci maddəsinə əsasən cərimə növlərində cəza islah işləri intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün– ümumi rejimli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. Həmçinin cəza çəkmə müddətinin əvvəli həbsə alındığı vaxtdan – xx.xx.2025-ci il tarixdən hesablanmalı, barəsində Zaqatala Rayon Məhkəməsinin 4(033)-1/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmalı və Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübut kimi tanınmış 04 ədəd əl-barmaq izi cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində cinayət işində saxlanılmalıdır. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs dəymiş maddi ziyanla bağlı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. İş üzrə mülki iddia, məhkəmə xərclərinin və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 iyul 2025ci il tarixli, 1(107)-159/2025 nömrəli qərarı ilə qəti olaraq təyin edilmiş 1 (bir) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla, ona qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Zaqatala Rayon Məhkəməsinin 1(033)-54/2024 saylı xx.xx.2024-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs çəkdiyi 12 (on iki) gün azadlığın məhdudlaşdırılması cəzasının Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən iki gününün azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, cəmi 6 (altı) gün və 11 sentyabr 2024-cü il tarixdən 13 sentyabr 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir gününə bir gün hesabı ilə hesablanmaqla, cəmi 8 (səkkiz) gün müddət ona qəti olaraq təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, Təqsirləndirilən şəxs üzərində 2 (iki) il 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu gündən, yəni, 22 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvədə saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan 04 ədəd əl-barmaq izi cinayət işi materiallarında saxlanılsın. Zərərçəkmiş şəxs dəymiş maddi ziyanla bağlı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunsun. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. İş üzrə mülki iddianın və xüsusi müsadirə olunmalı əmlakın olmaması nəzərə alınsın. Hökmdən, elan olunduğu andan (Təqsirləndirilən şəxs hökmün surəti verildiyi andan) 20 gün müddətinə Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan (Təqsirləndirilən şəxs hökmün surəti verildiyi andan), 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zərifə Məmmədova
Məhkəmə qərarları › İş №1(033)-20/2025
Zaqatala Rayon Məhkəməsi Hökm — İş №1(033)-20/2025
30.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver