Azərbaycan Respublikası adından HÖKM Zaqatala rayonu İş № 1(033)-21/2021 01.03.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X1 katibliyi, dövlət ittihamçısı - Аzərbаycаn Respublikаsı Bаş Prоkurоrluğunun Dövlət ittihаmının müdаfiəsi üzrə idаrəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihаmının müdаfiəsi üzrə şöbəsinin prоkurоru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Zaqatala Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs: xx xxxxxxxx 1976-cı il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 228.4 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs, satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarlarda, yəni 0,431 qram çəkidə psixotrop maddə metafetamini və 0,176 qram çəkidə narkotik vasitə olan heroini, eləcə də qanunsuz olaraq AX-0119 nömrəli, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1975-ci ildə istehsal edilmiş, 9 mm kalibrli, PM modelli, Makarov konstruksiyalı, texniki cəhətdən saz və atəş üçün yararlı 01 ədəd yivli odlu silahı, həmin silahın komplekt hissəsi olan – zavod üsulu ilə hazırlanmış, bircərgəli, 08 ədəd 9x18 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuş 01 ədəd darağı, döyüş sursatlarını, yəni zavod üsulu ilə hazırlanmış, 9x18 mm kalibrli, istifadə və atəş üçün yararlı, həmin kalibrli Makarov (PM) və Steçkin (APS) konstruksiyalı silahların 03 ədəd ştat patronlarını, zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik, soyuq silah hesab edilən 01 ədəd ümumi təyinatlı ov bıçağını əldə etmiş, 03 noyabr 2020-ci il tarixdə Yevlax şəhərində həmin predmetlərdən 0,431 qram çəkidə psixotrop maddə olan metafetamini əynində olan şalvarın yan cibinə, 0,176 qram çəkidə narkotik vasitə olan heroini, 01 ədəd odlu silah, onun komplekt hissəsi olan 01 ədəd daraq və döyüş sursatı olan 03 ədəd patronu isə etibarnaməsiz idarə etdiyi, qohumu Şahid1 faktiki olaraq mülkiyyətində olmaqla sonuncudan Zaqatala şəhərinə getmək məqsədilə müvəqqəti olaraq götürdüyü ** LO *** dövlət nömrə nişanlı, “Mercedes- Benz” markalı avtomaşına qoymaqla qanunsuz olaraq saxlamış və həmin gün yuxarıda qeyd edilən predmetləri idarə etdiyi həmin avtomaşında özü ilə Zaqatala şəhərinə gətirməklə qanunsuz olaraq daşımış, həmçinin soyuq silah hesab edilən 01 ədəd ümumi təyinatlı ov bıçağını qanunsuz olaraq həmin avtomaşında gəzdirmiş, 03 noyabr 2020-ci il tarixdə, saat 18:10 radələrində avtomaşını Zaqatala şəhəri, Heydər Əliyev prospektində idarə edərkən yol hərəkəti qaydalarını pozduğuna görə ərazidə xidmət aparan Zaqatala RPŞ DYPB-nin yol-patrul xidməti baş inspektoru Şahid2 tərəfindən saxladılmış, avtomaşını etibarnaməsiz idarə etməsi müəyyən edildiyindən, eləcə də avtomaşınla bağlı çoxlu sayda qanunla müəyyən edilmiş müddət ərzində ödənilməmiş cərimələr olması ilə əlaqədar BDYPİ-nin mərkəzi axtarış bazasında avtomobilin saxlanılaraq duracaqda yerləşdirilməsi barədə göstəriş olduğundan avtomaşın Zaqatala RPŞ-nin müvəqqəti duracağında yerləşdirilərkən o, cinayət məsuliyyətindən yayınmaq məqsədilə 0,431 qram çəkidə psixotrop maddə olan metafetamini əynində olan şalvarın yan cibindən çıxardaraq udmağa cəhd etsə də, yol-patrul xidməti baş inspektoru Şahid2 diqqət və çevikliyi sayəsində onun bu hərəkətinin qarşısı alınaraq həmin psixotrop maddə ondan götürülmüş, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinməsi ilə bağlı 03 noyabr 2020-ci il tarixdə, saat 18:35-də şübhəli şəxs qismində tutulduqdan dərhal sonra üzərində şəxsi axtarış aparılarkən yol-patrul xidməti baş inspektoru Şahid2 ondan götürdüyü, içərisində cüzi miqdarda heroin hissəcikləri olan 01 ədəd qızılı-ağ rəngli kağız büküm, içərisində cüzi miqdarda metafetamin hissəcikləri olan 01 ədəd qızılı-ağ rəngli kağız büküm və 01 ədəd sellofan bükümdə kustar üsulla hazırlanmış, təmiz çəkisi 0,431 qram olan psixotrop maddə olan metafetamin sonuncu tərəfindən araşdırmaya təqdim edilərək götürülmüş, eləcə də həmin gün idarə etdiyi avtomaşına baxış keçirilərkən qabaq oturacaqların arasındakı saxlanc yerində zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik, soyuq silah hesab edilən 01 ədəd ümumi təyinatlı ov bıçağı, qızılı-ağ rəngli kağıza bükülmüş 01 ədəd sellofan bükümdə kustar üsulla hazırlanmış, təmiz çəkisi 0,176 qram olan narkotik vasitə heroin, içərisində cüzi miqdarda heroin hissəcikləri olan 01 ədəd gümüşü-ağ rəngli kağız büküm, sürücü oturacağının altında isə AX-0119 nömrəli, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1975-ci ildə istehsal edilmiş, 9 mm kalibrli, PM modelli, Makarov konstruksiyalı, texniki cəhətdən saz və atəş üçün yararlı 01 ədəd yivli odlu silahı, həmin silahın komplekt hissəsi olan zavod üsulu ilə hazırlanmış, bircərgəli, 08 ədəd 9x18 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuş 01 ədəd daraq, döyüş sursatı hesab edilən zavod üsulu ilə hazırlanmış, 9x18 mm kalibrli, istifadə və atəş üçün yararlı, həmin kalibrli Makarov (PM) və Steçkin (APS) konstruksiyalı silahların 03 ədəd ştat patronları aşkar edilərək götürülmüşdür. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, narkotik vasitələrdən vaxtaşırı olaraq istifadə edir. 2020-ci ilin avqust ayında Yevlax rayonu ərazisində Kür çayının sahilinə gəzmək üçün getmiş, həmin vaxt çayın sahilində bərk şəkildə bükülmüş sellofan büküm görmüş, marağına səbəb olduğu üçün həmin bükümü götürüb açaraq içərisində nə olduğuna baxmışdır. Həmin bükümün içərisinə baxan zaman orada əvvəllər də narkotik istifadə etdiyi üçün tanıdığı qəhvəyi rəngli narkotik vasitə “Cocos” kimi tanıdığı heroin və ağ rəngli psixotrop maddə olan metafetamin olduğunu görmüşdür. O, narkotik maddələri özü istifadə etdiyi üçün bir hissəsini daim üzərində və idarə etdiyi avtomobildə saxlamışdır. 03 noyabr 2020-ci il tarixdə səhər saatlarında kürəkəni Feyruz Mustafayevə məxsus «Mercedes-benz» markalı **-LO-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnaməsiz idarə edərək Zaqatala şəhərinə gəlmişdir. O, gün ərzində Zaqatala şəhərində olmuş, həmin gün saat 18:10-da Zaqatala şəhəri H.Əliyev prospektində hərəkətdə olduğu zaman DYPB-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Onun sənədləri yoxlanılarkən etibarnaməsi olmadığı, eləcə də avtomobil həbsdə olduğu üçün onu Zaqatala RPŞ-nə dəvət etmişlər. O, DYPB-nin əməkdaşları ilə birlikdə Zaqatala RPŞ-nin duracağına gəlmiş, avtomobil duracağa yerləşdiyi zaman narahat olmuş, şalvarının cibində olan, qızılı rəngli siqaret kağızına bükülmüş psixotrop maddə metafetamini ağzına ataraq udmaq istədikdə yol patrul xidmətinin inspektorları tərəfindən həmin bükülü onun ağzından çıxarılmış, onu Zaqatala RPŞ-nin inzibati binasına dəvət etmişlər. Ona şübhəli şəxs qismində tutulacağı bildirilərək müdafiəçi seçməsi təklif edilmişdir. Daha sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılmış, yol patrul xidməti əməkdaşı onun ağzından çıxardıqları narkotik maddələri təqdim etdikdə həmin narkotik maddələrin ona məxsus olmasını, özünün istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Onun üzərində şəxsi axtarış aparılması istintaq hərəkəti başa çatdıqdan sonra onun özünün razılığı və iştirakı ilə onun idarə etdiyi avtomobilə baxış keçirilmiş, baxış zaman oturacaqların arasında olan 2 ədəd siqaret kağızının bükümündə olan heroin, eləcə də özü ilə gəzdirdiyi, 2006-cı illin yay aylarında Ağdam rayonu ərazisində tapdığı «Makarov» tipli tapançanı və həmin tapançaya məxsus sandığı 3 ədəd patronla birlikdə saxladığı sürücü oturacağının altından çıxarıb təqdim etmişdir. Onun udmaq istədiyi, həmçinin idarə etdiyi avtomobildən aşkar edilmiş narkotik və psixotrop maddələri bir neçə hissəyə bölməkdə məqsədi yalnız özünün istifadə etməsi üçün olmuşdur. O, lazım olan vaxtı götürüb istifadə etmək üçün onların bir hissəsini avtomobildə bir hissəsini isə üzərində gəzdirmişdir. Onun idarə etdiyi avtomobildən aşkar edilmiş «Makarov» tipli tapançanı, ona aid sandıq və 3 ədəd patronları 2006-cı ildə Ağdam rayonunun dörd yol adlanan ərazisində tikintidə işlədiyi vaxt qazıntı zamanı tapmış, həmin vaxtdan üzərində və yaxud avtomobildə gəzdirmişdir. O, heç vaxt həmin tapançadan atəş açmamışdır. O, Zaqatala şəhərində yaşayan 19 yaşlı övladını gömək məqsədi ilə 03 noyabr 2020-ci il tarixdə Zaqatala şəhərinə gəlmişdir. Etdiyi hərəkətlərdən peşmandır. Göstərdiklərinin nəzərə alınmasını və ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, o Zaqatala rayon polis şöbəsinin DYPB-nin Yol Patrul xidmətinin baş inspektoru vəzifəsində xidmət edir. 03 noyabr 2020-ci il tarixdə gündəlik xidmətini davam etdirmiş, 03 noyabr 2020-ci il tarixdə saat 18:10-da Zaqatala şəhəri Heydər Əliyev prospektində Zaqatala RPŞ-nin DYPB-nin YPX-nin inspektoru, polis baş serjantı Şahid3lə birlikdə xidmət aparan zaman “Mercedes Benz” markalı, **-LO-*** dövlət qeydiyyat nişanlı avtomobilin 1.1 üfüqi nişanlanma xəttinin tələbini pozduğunu görmüşdür. Onlar tərəfindən həmin avtomobil saxlanılmış, avtomobil saxlanıldıqdan sonra yoxlama zamanı avtomobili idarə edən sürücü Təqsirləndirilən şəxs avtomobili idarə etmək üçün etibarnaməsinin olmadığı müəyyən edilmişdir. Bundan başqa avtomobilin çoxlu sayda ödənilməmiş cərimələri olduğundan BDYPİ-nin mərkəzi axtarış bazasında avtomobilin saxlanılaraq duracaqda yerləşdirilməsi elan edildiyi üçün sürücü Təqsirləndirilən şəxs RPŞ-yə dəvət etmişlər. Həmin avtomobili Zaqatala RPŞ-nin duracağına yerləşdirdikləri zaman sürücü Təqsirləndirilən şəxs əyninə geydiyi boz rəngli cins şalvarının yan cibindən bükülüləri çıxararaq ağzına atmışdır. O, həmin bükülüləri onun ağzından çıxarmış, həmin bükülülərə baxan zaman qızılı rəngli siqaret kağızının içərisində sarımtıl toz şəklində maddə və siqaret qutusunun sellofan torbasında şüşəyə bənzər maddələr olmuşdur. O, həmin bükülüləri salfet kağızına büküb Təqsirləndirilən şəxs polis şöbəsinin inzibati binasına dəvət edərək aidiyyatı üzrə raportla məruzə etmişdir. Təqsirləndirilən şəxs müdafiəçi dəvət edilərək şübhəli şəxs qismində tutulmuş, videoçəkiliş aparılaraq Zaqatala RPŞ-nin TB-nin təhqiqatçısı Namiq Orucov tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində saxladığı narkotik vasitə, eləcə də silah, döyüş sursatı, cinayət xarakterli digər əşya və predmetlər vardırsa onları təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs üzərində qanunsuz saxladığı narkotik vasitə və yaxud başqa qanunsuz əşyalar olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sol yan cibindən bir ədəd ümumi vətəndaşlıq pasportu, bir ədəd şəxsiyyət vəsiqəsi, bir ədəd bank kartı, onun öz adına olan VÖEN, avtomobil açarlarını, sağ yan cibindən müxtəlif əskinazlarla olan 817 (səkkiz yüz on yeddi) manat pulu təqdim etmişdir. O, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs yanında bir ədəd salfet bükülüsünü təqdim edərək Təqsirləndirilən şəxs Zaqatala şəhəri Heydər Əliyev prospektində idarə etdiyi “Mercedes Benz” markalı **-LO-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman yol hərəkəti qaydalarını pozduğu üçün saxlanıldığını, onun sənədlərinin yoxlanılması zamanı onun həmin avtomobili idarə etmək üçün etibarnaməsinin olmadığını, eləcə də avtomobilinin ödənilməmiş cərimələri olduğundan avtomobilin Zaqatala RPŞ-nin duracağına gətirildiyini bildirmişdir. O, duracaqda Təqsirləndirilən şəxs əlində olan bükülüləri ağzına qoyaraq udmaq istədiyini, həmin bükülüləri Təqsirləndirilən şəxs ağzından çıxardığını bildirmişdir. Həmin salfet bükülüsünün içərisinə baxdıqda orada 3 ədəd qızılı-ağ rəngli cırılmış, yəni çeynənilmiş vəziyyətdə kağız büküm və 1 ədəd sellofan büküm olmuş, kağız bükümlərin içərisində qəhvəyi rəngə çalan toz şəkilində narkotik maddə heroinə bənzər maddə hissəcikləri olmuş, bir ədəd sellofan bükümün içərisində isə psixotrop maddə metafetaminə bənzər maddə olmuşdur. Aşkar edilmiş kütlələr çox az miqdarda hissəciklər şəklində olduğundan qorumaq məqsədi ilə ölçülməmiş, həmin kütlələr bükülərək birlikdə qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs təqdim edilən bükülülərin ona məxsus olduğunu, həmin bükülüləri şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Zaqatala RPŞ-nin duracağına çatdıqdan sonra qorxduğu üçün bükülüləri ağzına qoyaraq udmaq istədiyini demişdir. Təqsirləndirilən şəxs üzərində başqa qanunsuz maddə və ya əşya aşkar edilməmişdir. Aşkar edilmiş sənədlər, avtomobil açarları, pul və bükülülər qablaşdırılaraq götürülmüş, Təqsirləndirilən şəxs razılığı ilə onun avtomobilinə baxış keçirilmiş, baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs baxışın video çəkiliş vasitəsilə keçiriləcəyi barədə məlumat verilmişdir. Zaqatala RPŞ-nin duracağında saxlanılmış Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz” markalı, **-LO-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, avtomobilin yük yerində bir ədəd yeşiyin içərisində və sellofan torbanın içərisində xurma olmuş, avtomobilin yük yerində avtomobilə aid maye və digər əşyalar olmuşdur. Avtomobilin arxa oturacağında və şüşənin qarşısında iş üçün əhəmiyyətli əşya olmamış, avtomobilin qabaq oturacaqlarının arasında olan saxlanc yerində müxtəlif ətirlər və digər əşyalar olmuş, Təqsirləndirilən şəxs həmin yerdən bir ədəd üzərində “Oxotnik” yazısı olan bıçaq təqdim edərək zavod üsulu ilə hazırlandığını bildirmişdir. O, həmin əşyaları çıxardıqdan sonra saxlanc yerində kağız bükümlər aşkar edilmiş, həmin bükümlərdən bir ədəd qızılı-ağ rəngli kağız bükümün içərisində qəhvəyi rəngə çalan, toz şəkilində olan narkotik vasitə heroinə bənzər maddə aşkar edilmiş, həmin bükümlərdən 1 ədəd gümüşü-ağ rəngli kağız bükümün içərisində qəhvəyi rəngə çalan, toz şəkilində olan narkotik vasitə heroinə bənzər maddənin hissəcikləri aşkar edilmişdir. Həmin bükümlərdən 3 ədəd gümüşü-ağ rəngli bükümlərin içərisində hər hansı bir maddə aşkar edilməmiş, Təqsirləndirilən şəxs bükümlərin içərisində aşkar edilmiş maddələrin narkotik tərkibli maddə olduğunu və özünün istifadə etməsi üçün saxladığını qeyd etmiş, baxış davam etdirilmişdir. Təqsirləndirilən şəxs avtomobilinin qabaq sol, yəni sürücü oturacağının altından bir ədəd “Makarov” tipli tapançanı çıxarıb təqdim edərək 2006-cı ildə Ağdam rayonu ərazisində tapdığını bildirmiş, təqdim olunmuş tapançanın sandığı çıxarılmış, içərisində 3 ədəd patron olması müəyyən edilmişdir. Tapançaya baxış zamanı tapançanın 1975-ci il buraxılışlı, üzərində AX 0119 nömrəsinin olması müşahidə edilmişdir. Baxış davam etdirilmiş, avtomobildən iş üçün əhəmiyyət kəsb edən digər silah sursat və narkotik tərkibli əşya, maddə aşkar edilməmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş 5 ədəd siqaret kağızı bükümlərinin içərisində olan narkotik vasitə heroinə bənzər maddələr bir ədəd siqaret qutusunun sellofanına qoyularaq elektron tərəzi vasitəsi ilə çəkilərək 1 qram olması müşahidə edilmişdir. Bundan sonra təqdim edilmiş narkotik vasitə heroinə bənzər maddələr qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş şahidlər Şahid3 Əziz oğlu, Şahid4 və Şahid5 Şahid2 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə iclası zamanı elan olunaraq tədqiq edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Yevlax şəhəri M.Hüseyn küçəsi ev 29-da ailəsi ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun qaynıdır. Əvvəllər onunla həmişə münasibəti yaxşı olmuşdur. 03 noyabr 2020-ci il tarixdə qaynı Zaur onun yaşadığı evə gələrək idarə etdiyi “Mersedes Benz” markalı **-LO-*** dövlət qeydiyyat nişanlı avtomobilini Zaqatala şəhərinə getmək üçün istəmişdir. O, Zaurun xahişini nəzərə alıb avtomobilinin açarlarını Zaura vermişdir. Həmin günü axşam radələrində ona qaynı Zaurun Zaqatala şəhərində polis əməkdaşları tərəfindən idarə etdiyi, onun verdiyi ona məxsus avtomobillə tutularaq polis şöbəsinə aparılması məlum olmuşdur. Zaqatala rayon polis şöbəsində Zaurun üzərinə şəxsi axtarış və idarə etdiyi avtomobilinə baxış keçirilən zaman üzərindən narkotik vasitə, avtomobilindən isə silah sursat aşkar olunması barədə məlumatı olmuşdur. Qaynı Zaurun onun avtomobilini idarə etmək üçün sürücülük vəsiqəsi olsa da etibarnaməsi olmamışdır. Zaur ondan avtomobilini yalnız Zaqatala şəhərinə getmək məqsədi ilə götürmüş, Zaurun üzərində narkotik vasitə avtomobildə silah sursat daşımasında heç bir xəbəri olmamış, eləcə də qaynı Zaur bu barədə ona heç bir söz deməmişdir. “Mersedes Benz” markalı **-LO-*** dövlət qeydiyyat nişanlı avtomobil dayısı oğlu Sərxana məxsus olsa da, həmin avtomobili faktiki olaraq Sərxandan təxminən 10 il əvvəl almış, həmin avtomobili etibarnamə əsasında idarə edir. İşdə olan 03 noyabr 2020-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq saxladığı narkotik vasitə, eləcə də silah və döyüş sursatı, həmçinin cinayət xarakterli digər əşya və predmetlər vardırsa onları təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq saxladığı hər hansı əşya və ya predmet olmadığını bildirmişdir. Şəxsi axtarışda iştirak edən Zaqatala RPŞ-nin DYPB-nin YPXB-nin inspektoru Şahid2 bir ədəd salfet bükülüsü təqdim edərək Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz” markalı, **-LO-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobillə Zaqatala şəhəri, H.Əliyev prospektində yol hərəkəti qaydalarını pozduğu üçün saxlanılmış, sənədlərinin yoxlanılması zamanı onun həmin avtomobili idarə etmək üçün etibarnaməsi olmadığı müəyyən edilmiş, həmçinin avtomobilin ödənilməmiş cərimələri olduğundan Zaqatala RPŞ-nin duracağına gətirilmişdir. Həmin duracaqda olan zaman Təqsirləndirilən şəxs əlində olan bükülüləri ağzına qoyaraq udmaq istəmiş, Şahid2 həmin bükülüləri onun ağzından çıxarmışdır. Salfet bükülüsünün içərisinə baxdıqda orada 3 ədəd qızılı-ağ rəngli cırılmış, yəni çeynənilmiş vəziyyətdə kağız büküm və 1 (bir) ədəd sellofan büküm olmuşdur. Kağız bükümlərin içərisində qəhvəyi rəngə çalan toz şəkilində narkotik maddə heroinə bənzər maddə hissəcikləri olmuşdur. Bir ədəd sellofan bükümün içərisində isə psixotrop maddə metafetaminə bənzər maddə olmuşdur. Aşkar edilmiş kütlələr çox az miqdarda hissəciklər şəklində olduğundan qorumaq məqsədi ilə ölçülməmiş və həmin kütlələr bükülülərlə birlikdə qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs Şahid2 tərəfindən təqdim edilmiş bükülülərin ona məxsus olduğunu, şəxsi istifadəsi üçün üzərində saxladığını, Zaqatala RPŞ-nin duracağında qorxduğu üçün həmin bükülüləri ağzına qoyaraq udmaq istədiyini bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz saxladığı başqa narkotik vasitə və yaxud psixotrop maddə olmamışdır. Şəxsi axtarış zamanı aparılmış video çəkilişə aid görüntülər iki ədəd DVD diskə köçürülərək qablaşdırılıb protokola əlavə edilmişdir. İşdə olan 03 noyabr 2020-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz” markalı, **-LO-*** dövlət nömrə nişanlı avtomobilin yük yerində bir ədəd yeşiyin içərisində və sellofan torbanın içərisində xurma olmuşdur. Bundan sonra avtomobilin yük yerinə avtomobilə aid maye və digər əşyalar olmuşdur. Avtomobilin arxa oturacağında və şüşənin qarşısında iş üçün əhəmiyyətli əşya olmamışdır. Avtomobilin qabaq oturacaqlarının arasında olan saxlanc yerində müxtəlif ətirlər və digər əşyalar olmuş, Təqsirləndirilən şəxs oradan bir ədəd üzərində “Oxotnik” yazısı olan bıçaq təqdim edərək zavod üsulu ilə hazırlandığını bildirmişdir. Bundan başqa o, həmin əşyalar çıxardıqdan sonra saxlanc yerində kağız bükümlər aşkar edilmişdir. Həmin bükümlərdən 1 ədəd qızılı-ağ rəngli kağız bükümün içərisində qəhvəyi rəngə çalan, toz şəkilində olan narkotik vasitə heroinə bənzər maddə aşkar edilmişdir. Həmin bükümlərdən 1 ədəd gümüşü-ağ rəngli kağız bükümün içərisində qəhvəyi rəngə çalan, toz şəkilində olan narkotik vasitə heroinə bənzər maddənin hissəcikləri aşkar edilmişdir. Həmin bükümlərdən 2 (üç) ədəd gümüşü-ağ rəngli bükümlərin içərisində hər hansı bir maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs bükümlərin içərisində aşkar edilmiş maddələrin narkotik tərkibli maddə olmasını və özünün istifadə etməsi üçün saxladığını qeyd etmişdir. Bundan sonra baxış davam etmiş, Z.Süleymanov avtomobilin qabaq sol, yəni sürücü oturacağının altında bir ədəd “Makarov” tipli tapançanı çıxarıb təqdim edərək 2006-cı il tarixdə Ağdam rayonu ərazisində tapdığını bildirmişdir. Təqdim edilmiş tapançanın sandığı çıxarılmış, sandığın içərisində 3 ədəd patron olması müəyyən edilmişdir. Tapançaya baxış zamanı tapançanın 1975-ci il buraxılışlı, üzərində AX 0119 nömrəsinin olması müşahidə edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş 5 (beş) ədəd siqaret kağızı bükümlərinin içərisində olan narkotik vasitə heroinə bənzər maddələr bir ədəd siqaret qutusunun sellofanına qoyularaq elektron tərəzi vasitəsilə çəkilərək 1 qram olması müşahidə edilmişdir. Bundan sonra narkotik vasitə olan heroinə bənzər maddələr qablaşdırılaraq götürülmüş, həmçinin Təqsirləndirilən şəxs təqdim etdiyi “Makarov” tipli tapança, həmin tapançaya aid bir ədəd daraq və 3 ədəd patronlar, eyni zamanda bir ədəd bıçaq qablaşdırılaraq götürülmüşdür. Baxış zamanı videoçəkiliş “Redmi” markalı mobil telefon vasitəsilə aparıldığından çəkiliş mobil telefonun proqramı vasitəsi ilə bir neçə hissəyə bölünmüşdür. Aparılmış video çəkilişin görüntüləri 01 ədəd DVD diskə köçürülərək protokola əlavə edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X2 Bölməsinin 04 noyabr 2020-ci il tarixli, 17/588 nömrəli rəyindən görünür ki, “ Təqsirləndirilən şəxs götürülmüş .. kütlələr....” sözləri yazılmış 01 (bir) ədəd zərfin içərisindəki: -salfet kağızına bükülmüş 03 (üç) ədəd qızılı-ağ rəngli kağız bükümlərdən; 01(bir) ədəd qızılı-ağ rəngli kağız bükümün içərisində cuzi miqdarda olan, qəhvəyi rəngli maddə hissəcikləri-heroin hissəcikləridir. Heroin hissəcikləri cüzi miqdarda olduğuna görə təmiz çəkisini müəyyən etmək mümkün olmamış, digər 01(bir) ədəd qızılı-ağ rəngli kağız bükümdə, cüzi miqdarda olan, ağ rəngli maddə hissəcikləri-metamfetamin hissəcikləridir. Sonuncu 01(bir) ədəd qızılı-ağ rəngli kağız bükümün içərisində narkotik və psixotrop maddə hissəcikləri aşkar edilməmişdir. 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi-0,431 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs idarə etdiyi Mercedes Benz markalı, **-LO- *** d.q.n avtomobildən götürülmüş .... kütlə...” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə -qızılı-ağ rəngli kağız bükülmüş 01(bir) ədəd sellofan bükümdə, təmiz çəkisi-0.176 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir, -01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümün içərisində cüzi miqdarda olan qəhvəyi rəngli maddə hissəcikləri-heroin hissəcikləri olmuş, heroin hissəcikləri cüzi miqdarda olduğuna görə təmiz çəkisini müəyyən etmək mümkün olmamışdır. -digər 03(üç) ədəd gümüşü-ağ rəngli kağız bükümlərin içərisində narkotik və psixotrop maddə hissəcikləri aşkar edilməmişdir. Tədqiqata təqdim edilmiş 01 (bir) ədəd qızılı-ağ rəngli və 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümlərdən aşkar edilmiş heroin hissəcikləri cüzi miqdarda olduğuna görə onlarla qızılı-ağ rəngli kağıza bükülmüş 01 (bir) ədəd sellofan bükümdəki heroinin müqayisəli tədqiqatını aparmaq mümkün olmamışdır. Tədqiqata təqdim edilmiş 01 (bir) ədəd qızılı-ağ rəngli kağız bükümdən aşkar edilmiş metamfetamin hissəcikləri cüzi miqdarda olduğuna görə onunla 01 (bir) ədəd sellofan bükümdəki metamfetaminin müqayisəli tədqiqatını aparmaq mükün olmamışdır. İşdə olan məhkəmə-ballistik ekspertizasının 20 noyabr 2020-ci il tarixli, 20/612R nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş 01 ədəd AX 0119 nömrəli silah zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1975-ci ildə istehsal olunmuş 9 mm kalibrli, PM modelli, Makarov konstruksiyalı tapançadır. Yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində sonradan kustar üsulla heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 01 ədəd əşya, zavod üsulu ilə istehsal olunmuşdur. Makarov konstruksiyalı silahların komplekt hissəsi olan darağdır, texniki cəhətdən sazdır, bircərgəlidir və 08 ədəd 9x18 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuşdur. Tədqiqata təqdim edilmiş 03 ədəd patronlar, zavod üsulu ilə istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla həmin kalibrli Makarov (PM), Steçkin (APS) konstruksiyalı silahların ştat patronlarıdır, döyüş sursatıdır, istifadəyə və atəş üçün yararlıdırlar. Eksperimental atəşlər zamanı əldə olunmuş güllə və gilizlər DİN-nin KTİ-də yerləşən “güllə-giliz” kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə-gilizlərlə müqayisə edilib nəticəsi haqqında əlavə məlumat veriləcəyi göstərilmişdir. Qeyd: Təqdim edilmiş 03 ədəd 9 mm kalibrli patronlardan 02 ədədi eksperimental atəşlər zamanı istifadə olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin 23 noyabr 2020-ci il tarixli 011-11288-1220 nömrəli məktubu ilə müəyyən edilmişdir ki, təqdim edilmiş 9 mm kalibrli, AX 0119 nömrəli Makarov konstruksiyalı tapançadan eksperimental qaydada atılmış güllə və giliz nümunələri idarənin “güllə-giliz” kartotekasında “ARSENAL” formatlaşdırılmış ballistik sistemi vasitəsilə yoxlanıldı. Müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 07 dekabr 2020-ci il tarixli 3/919 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik ümumi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilir və üzərində hər hansı əlavə və dəyişikliklər edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri narkoloji dispanserinin 07 dekabr 2020-ci il tarixli 1015 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İşdə olan 03 noyabr 2020-ci il tarixli şübhəli şəxsin tutulması protokolundan görünür ki, Təqsirləndirilən şəxs 03 noyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan Zaqatala Rayon Məhkəməsinin 4(033)-78/2020 nömrəli 05.11.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 noyabr 2020-ci il tarixdən hesablanmaqla 3 (üç) ay, yəni 03 fevral 2021-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış 28.12.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin 14.12.2010cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsı ilə təqsirli bilinərək 500 manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. Cəriməni tam ödəmişdir. İşdə olan Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının Yevlax şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan 16 dekabr 2020-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs 03 noyabr 2020-ci il tarixdə Zaqatala rayon polis şöbəsinin inzibati binasında üzərində şəxsi axtarış aparılan zaman aşkar olunmuş ümumvətəndaşlıq pasportunu, şəxsiyyət vəsiqəsini, bank kartını, vöeni, sürücülük vəsiqəsini, avtomobil aşarlarını və müxtəlif əskinazlarla olan 817 manat pulu təhvil almışdır. Beləliklə Təqsirləndirilən şəxs oğlunun yuxarıda şərh edilən ona istinad edilən cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, həm də şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və cinayət işinin digər obyektiv halları ilə məhkəmə istintaqında tam sübuta yetirilmişdir. Belə ki, Təqsirləndirilən şəxs, satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarlarda, yəni 0,431 qram çəkidə psixotrop maddə metafetamini və 0,176 qram çəkidə narkotik vasitə olan heroini, eləcə də qanunsuz olaraq AX-0119 nömrəli, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1975ci ildə istehsal edilmiş, 9 mm kalibrli, PM modelli, Makarov konstruksiyalı, texniki cəhətdən saz və atəş üçün yararlı 01 ədəd yivli odlu silahı, həmin silahın komplekt hissəsi olan – zavod üsulu ilə hazırlanmış, bircərgəli, 08 ədəd 9x18 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuş 01 ədəd darağı, döyüş sursatlarını, yəni zavod üsulu ilə hazırlanmış, 9x18 mm kalibrli, istifadə və atəş üçün yararlı, həmin kalibrli Makarov (PM) və Steçkin (APS) konstruksiyalı silahların 03 ədəd ştat patronlarını, zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik, soyuq silah hesab edilən 01 ədəd ümumi təyinatlı ov bıçağını əldə etmiş, 03 noyabr 2020-ci il tarixdə Yevlax şəhərində həmin predmetlərdən 0,431 qram çəkidə psixotrop maddə olan metafetamini əynində olan şalvarın yan cibinə, 0,176 qram çəkidə narkotik vasitə olan heroini, 01 ədəd odlu silah, onun komplekt hissəsi olan 01 ədəd daraq və döyüş sursatı olan 03 ədəd patronu isə etibarnaməsiz idarə etdiyi, qohumu Şahid1 faktiki olaraq mülkiyyətində olmaqla sonuncudan Zaqatala şəhərinə getmək məqsədilə müvəqqəti olaraq götürdüyü ** LO *** dövlət nömrə nişanlı, “Mercedes-Benz” markalı avtomaşına qoymaqla qanunsuz olaraq saxlamış və həmin gün yuxarıda qeyd edilən predmetləri idarə etdiyi həmin avtomaşında özü ilə Zaqatala şəhərinə gətirməklə qanunsuz olaraq daşımış, həmçinin soyuq silah hesab edilən 01 ədəd ümumi təyinatlı ov bıçağını qanunsuz olaraq həmin avtomaşında gəzdirmiş, 03 noyabr 2020-ci il tarixdə, saat 18:10 radələrində avtomaşını Zaqatala şəhəri, Heydər Əliyev prospektində idarə edərkən yol hərəkəti qaydalarını pozduğuna görə ərazidə xidmət aparan Zaqatala RPŞ DYPB-nin yol-patrul xidməti baş inspektoru Şahid2 tərəfindən saxladılmış, avtomaşını etibarnaməsiz idarə etməsi müəyyən edildiyindən, eləcə də avtomaşınla bağlı çoxlu sayda qanunla müəyyən edilmiş müddət ərzində ödənilməmiş cərimələr olması ilə əlaqədar BDYPİ-nin mərkəzi axtarış bazasında avtomobilin saxlanılaraq duracaqda yerləşdirilməsi barədə göstəriş olduğundan avtomaşın Zaqatala RPŞ-nin müvəqqəti duracağında yerləşdirilərkən o, cinayət məsuliyyətindən yayınmaq məqsədilə 0,431 qram çəkidə psixotrop maddə olan metafetamini əynində olan şalvarın yan cibindən çıxardaraq udmağa cəhd etsə də, yol-patrul xidməti baş inspektoru Şahid2 diqqət və çevikliyi sayəsində onun bu hərəkətinin qarşısı alınaraq həmin psixotrop maddə ondan götürülmüş, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinməsi ilə bağlı 03 noyabr 2020-ci il tarixdə, saat 18:35-də şübhəli şəxs qismində tutulduqdan dərhal sonra üzərində şəxsi axtarış aparılarkən yol-patrul xidməti baş inspektoru Şahid2 ondan götürdüyü, içərisində cüzi miqdarda heroin hissəcikləri olan 01 ədəd qızılı-ağ rəngli kağız büküm, içərisində cüzi miqdarda metafetamin hissəcikləri olan 01 ədəd qızılı-ağ rəngli kağız büküm və 01 ədəd sellofan bükümdə kustar üsulla hazırlanmış, təmiz çəkisi 0,431 qram olan psixotrop maddə olan metafetamin sonuncu tərəfindən araşdırmaya təqdim edilərək götürülmüş, eləcə də həmin gün idarə etdiyi avtomaşına baxış keçirilərkən qabaq oturacaqların arasındakı saxlanc yerində zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik, soyuq silah hesab edilən 01 ədəd ümumi təyinatlı ov bıçağı, qızılı-ağ rəngli kağıza bükülmüş 01 ədəd sellofan bükümdə kustar üsulla hazırlanmış, təmiz çəkisi 0,176 qram olan narkotik vasitə heroin, içərisində cüzi miqdarda heroin hissəcikləri olan 01 ədəd gümüşü-ağ rəngli kağız büküm, sürücü oturacağının altında isə AX-0119 nömrəli, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1975-ci ildə istehsal edilmiş, 9 mm kalibrli, PM modelli, Makarov konstruksiyalı, texniki cəhətdən saz və atəş üçün yararlı 01 ədəd yivli odlu silahı, həmin silahın komplekt hissəsi olan zavod üsulu ilə hazırlanmış, bircərgəli, 08 ədəd 9x18 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuş 01 ədəd daraq, döyüş sursatı hesab edilən zavod üsulu ilə hazırlanmış, 9x18 mm kalibrli, istifadə və atəş üçün yararlı, həmin kalibrli Makarov (PM) və Steçkin (APS) konstruksiyalı silahların 03 ədəd ştat patronları aşkar edilərək götürülmüşdür. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq bilavasitə məhkəmə iclasında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut kimi qəbul edərək, həmin sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 228.4 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 228.4 və 234.1-ci ilə düzgün tövsif edilmişdir və o, həmin maddələr ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış biri-digərini tamamlayan sübutlarla tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, həmçinin cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyin olunması məsələsini müzakirə edərək, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini, təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum ediləcəyinin ağlabatan və cəzanın məqsədinə nail olunması baxımından yetərli vasitə hesab oluna bilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.1, 228.4 və 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs hazırki iş üzrə təyin edilən cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq qismən toplanmaqla ona qəti cəza təyin olunmalı, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli onun şübhəli şəxs qismində tutulduğu 03 noyabr 2020-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək onun barəsində həbs qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalından həbsə alınmalı, həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi qüvvədə saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut qismində Zaqatala RPŞ-nin saxlanc yerində saxlanılan iş üzrə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı aşkar edilmiş üç ədəd qızılı-ağ rəngli,- yəni 01 ədəd üzərində kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hissəcikləri olan, 01 ədəd üzərində metafetamin hissəcikləri olan, 01 ədəd üzərində heç bir maddə hissəcikləri aşkar edilməmiş bükümlər, 01 ədəd sellofan bükümdə, təmiz çəkisi 0,431 qram olmaqla tədqiqatdan sonra 0,381 qram qalıq olan metafetamin, Təqsirləndirilən şəxs avtomobilinə baxış zamanı aşkar edilmiş bir ədəd üzərində “Oxotnik” yazısı olan bıçaq, bir ədəd qızılı-ağ rəngli kağıza bükülmüş 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 0,176 qram olmaqla tədqiqatdan sonra təmiz çəkisi 0,126 qram qalmış narkotik vasitə olan heroin, 01 (bir) ədəd üzərində heroin hissəcikləri aşkar edilmiş gümüşü-ağ rəngli kağız büküm, 03 ədəd üzərində hər hansı maddə hissəcikləri aşkar edilməmiş kağız bükümlər hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, iş üzrə maddi sübut qismində Zaqatala RPŞ-nin saxlanc yerində saxlanılan 01 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1975-ci ildə istehsal olunmuş 9 mm kalibrli PM modelli, Makarov konstruksiyalı tapança, 01 (bir) ədəd zavod üsulu ilə istehsal olunmuş, Makarov konstruksiyalı silahların komplekt hissəsi darağı, zavod üsulu ilə istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla Makarov (PM), Steçkin (APS) konstruksiyalı silahların ştat patronları olan 03 (üç) ədəd patronlardan 02 ədəd eksperimental atəşlər zamanı istifadə edildiyindən 01 ədəd patron DİN-nin Silah-Sursat Anbarına təhvil verilməlidir. İş üzrə ekspertiza xərci olan 135,94 manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət büdcəsinə keçirilməlidir.. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında həm də hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə hakim tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməmişdir. Belə vəziyyətdə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan müsadirə edilməli olan əmlak mövcud deyildir. Azərbaycan Respublikası CPM-nin 349-cu maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, həmin Məcəllənin 228.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, həmin Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq təyin edilən cəzalar qismən toplanmaqla Təqsirləndirilən şəxs üzərində qəti cəza olaraq 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində 17 dekabr 2020-ci il tarixdə seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək onun barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbsə alınsın. Cəzasının əvvəli onun şübhəli şəxs qismində tutulduğu tarixdən, yəni 03 noyabr 2020-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və narkomaniyadan məcburi müalicə olunsun. O, yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut qismində Zaqatala RPŞ-nin saxlanc yerində saxlanılan iş üzrə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı aşkar edilmiş üç ədəd qızılı-ağ rəngli,- yəni 01 ədəd üzərində kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hissəcikləri olan, 01 ədəd üzərində metafetamin hissəcikləri olan, 01 ədəd üzərində heç bir maddə hissəcikləri aşkar edilməmiş bükümlər, 01 ədəd sellofan bükümdə, təmiz çəkisi 0,431 qram olmaqla tədqiqatdan sonra 0,381 qram qalıq olan metafetamin, Təqsirləndirilən şəxs avtomobilinə baxış zamanı aşkar edilmiş bir ədəd üzərində “Oxotnik” yazısı olan bıçaq, bir ədəd qızılı-ağ rəngli kağıza bükülmüş 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 0,176 qram olmaqla tədqiqatdan sonra təmiz çəkisi 0,126 qram qalmış narkotik vasitə olan heroin, 01 (bir) ədəd üzərində heroin hissəcikləri aşkar edilmiş gümüşü-ağ rəngli kağız büküm, 03 ədəd üzərində hər hansı maddə hissəcikləri aşkar edilməmiş kağız bükümlər hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut qismində Zaqatala RPŞ-nin saxlanc yerində saxlanılan 01 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1975-ci ildə istehsal olunmuş 9 mm kalibrli PM modelli, Makarov konstruksiyalı tapança, 01 (bir) ədəd zavod üsulu ilə istehsal olunmuş, Makarov konstruksiyalı silahların komplekt hissəsi darağı, zavod üsulu ilə istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla Makarov (PM), Steçkin (APS) konstruksiyalı silahların ştat patronları olan 03 (üç) ədəd patronlardan 02 ədəd eksperimental atəşlər zamanı istifadə edildiyindən 01 ədəd patron DİN-nin Silah-Sursat Anbarına təhvil verilsin. İş üzrə ekspertiza xərci olan 135,94 manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət büdcəsinə keçirilsin. İş üzrə xüsusi müsadirə olunmalı əmlakın olmaması nəzərə alınsın. Hökm elan olunduğu andan (Təqsirləndirilən şəxs hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan (Təqsirləndirilən şəxs hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Sədrlik edən Tural Həsənov
Məhkəmə qərarları › İş №1(033)-21/2021
Zaqatala Rayon Məhkəməsi Hökm — İş №1(033)-21/2021
01.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver