Azərbaycan Respublikası adından HÖKM Zaqatala rayonu İş № 1(033)-21/2023 30.05.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Əliyev Ayşə İsrafil qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi – Zaqatala Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1975-ci il tarixdə Zaqatala şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, evli, məhkumluğu olmayan, Zaqatala rayon Aşağı Tala kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 30 may 2023-cü il tarixdə saat 14:30-da açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan tarixdə və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda yəni, təmiz çəkisi 435 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edərək üzərində saxlamış, 17 yanvar 2023-cü il tarixdə saat 19:30 radələrində Zaqatala RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin narkotik vasitəni satış məqsədi olmadan üzərində qanunsuz daşıyarkən Zaqatala şəhəri, V.İsmayılov 44 ünvanında yerləşən bazar ərazisində saxlanılaraq Zaqatala RPŞ-yə gətirilmiş, polis şöbəsində üzərində həmin gün saat 20:33-dən 21:16-dək şəxsi axtarış keçirilən zaman əlində olan 01 (bir) ədəd ağ rəngli sellofan torbanın içərisindəki digər 01 (bir) ədəd sellofan torbada təmiz çəkisi 435 qram bitki mənşəli kütlə - tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, o, 2022-ci ilin oktyabr ayında Zaqatala rayon Tala çayının dəmir yolun yaxınlığından keçən kənarında yabanı halda bitən quru halda olan çətənə kollarından bir ədəd torbaya yığıb çaylaqda kolluğun içərisində gizlətmiş, 17 yanvar 2022-ci il tarixdə saat təxminən 19:00 radələrində hava qaralanda gedib çaylaqda gizlətdiyi bir ədəd sellofan torbada olan quru halda marixuananı götürüb özü istifadə etmək üçün bazar ərazisinin yaxınlığında gedəndə polis əməkdaşları ona yaxınlaşıb narkotik vasitələrin istifadəsində və üzərində daşımağında şübhəli olduğunu bildirib onu Zaqatala rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində ona vəkil təqdim edilmiş, bundan sonra videoçəkilişdən istifadə edilməklə vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış və götürmə keçirilmiş, şəxsi axtarış keçirilərkən ona üzərində olan qanunsuz əşya və ya predmetin olub-olmaması soruşulmuş, o, əlndə olan bir ədəd sellofan torbanı masanın üzərinə qoymuş və içərisində nəyşə, yəni quru halda marixuana olduğunu, öz istifadəsi üçün saxladığını, üzərində başqa heç bir qanunsuz əşya və ya predmetin olmadığını bildirmişdir. Bundan sonra üzərində özünün razılığı ilə şəxsi axtarış aparılmış, başqa qeyri qanuni əşya aşkar olunmamışdır. Vəkilin iştirakı ilə üzərindən götürülmüş bir ədəd sellofan torbadakı quru halda olan marixuana tərəzidə çəkilmiş, 460 qram olmuş, elektron tərəzidə çəkildikdən sonra zərfdə qablaşdırılmış, möhürlənərək ekspertizaya göndərilməsi üçün götürülmüş, iştirakçılar tərəfindən imzalanmış, özü də imza etmiş, təhqiqatçı tərəfindən götürülmüşdür. Üzərində aşkar edilmiş qurudulmuş marixuananı öz şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Narkotik vasitə saxlamağını heç kim bilməmiş, bu barədə heç kimə heç nə deməmiş, saxladığı qurululmuş marixuanadan heç kimə satmamış və heç kimə verməmiş, arabir gedib özü gizlətdiyi yerdən üstündən götürüb çəkmişdir. Tşrətdiyi hərəkətdən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və ifadəsində göstərdi ki, 2004-cü il tarixdən DİO-da, 2019-cu ildən Zaqatala RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 17 yanvar 2023-cü il tarixdə Zaqatala rayon Aşağı Tala kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə olan qurudulmuş marixuananın istifadəsində və üzərində daşımasında şübhəli olması barədə Zaqatala rayon polis şöbəsinin narkotiklərlə mübarizə qrupuna daxil olmuş əməliyyat məlumatı əsasında Zaqatala RPŞ-nin CAB-nin kicik inspektoru polis baş leytenantı Şahid2 ilə birlikdə 17 yanvar 2023-cü il tarixdə saat 19:30 radələrində keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Zaqatala şəhər V.İsmayılov 44 ünvanında yerləşən bazar ərazisində müəyyən edib, özlərini təqdim edib polis əməkdaşı oldqlarını bildirib, Zaqatala rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən hüquq vəzifələri izah olunduqdan sonra vəkil təqdim edilmiş, daha sonra üzərində narkotik vasitələrin qanunsuz daşımasında və istifadəsində şübhəli olunduğunu dedikdən sonra video çəkiliş vasitəsilə təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah edilmiş, Təqsirləndirilən şəxs könüllü olaraq üzərində olan narkotok maddə, qeyri qanunu nə kimi əşya varsa həmin əşyaları təqdim etməsi bildirilmiş, Təqsirləndirilən şəxs əlində olan bir ədəd ağ rəngli sellofan torbanı təqdim etmiş, bildirmişdir ki, həmin torbanın içərisində qurudulmuş marixuana vardır, öz istifadəsi üçün üzərndə saxladığını və ona məxsus olduğunu, üstündə əlavə qeyri qanunu əşya, narkotik maddə olmadığını demişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində özünün razılığı ilə şəxsi axtarış keçirilmiş, başqa qeyri qanuni əşya aşkar olunmamış, aşkar olunmuş bir ədəd ağ rəngli sellofan torbadanın içərisindəki digər bir ədəd sellofan torbada olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsinə baxış keçirildikdən sonra elektron tərəzidə çıkilmiş, dəqiq neçə qram olması yadında qalmamış, qablaşdırmış, möhürlənmiş, üzəri möhürləndikdən sonra iştirakçılar tərəfindən imzalanmış, Nail özü də imza etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs narkotik maddə qəbul etdiyini, 2022-ci ilin oktyabr ayında Zaqatala rayon Tala çayın dəmir yolun yaxınlığından keçən kənarında yabanı halda bitən quru halda olan çətənə kollarından bir ədəd torbaya yığıb çaylaqda kolluğun içərisində gizlətdiyini, özü istifadə etmək üçün saxladığını bildirmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirdi və Şahid1 ifadəsinə uyğun ifadə verərək onun ifadəsində göstərdiklərini təsdiq etdi. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və ifadəsində göstərdi ki, 2013-ci il tarixdən DİO-da, 2016-cı il tarixdən Zaqatala rayon polis şöbəsinin X1 baş inspektoru vəzifəsində xidmət edir. 17 yanvar 2023-cü il tarixdə Zaqatala rayon Aşağı Tala kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə olan qurudulmuş marixuananın istifadəsində və üzərində daşımasında şübhəli olması barədə Zaqatala rayon polis şöbəsinin narkotiklərlə mübarizə qrupuna daxil olmuş əməliyyat məlumatı əsasında Zaqatala RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 və CAB-nin kicik inspektoru polis baş serjantı Şahid2 tərəfindən xx.xx.2023-cü il tarixdə saat 17:30 radələrində Təqsirləndirilən şəxs olduğu yeri Zaqatala şəhər bazar ərazisində müəyyən edərək Zaqatala rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs videoçəkilişdən istifadə ediməklə hüquq və vəzifələri izah edilimiş, videoçəkilişi o etmiş, vəkil təqdim edilmiş, polis şöbəsinə hansı səbəbə görə gətirildiyi, narkotik maddələrin qanunsuz istifadə və gəzdirməsində şübhəli olunduğunu bildilmiş, Təqsirləndirilən şəxs könüllü olaraq üzərində olan nə kimi qanunsuz əşya varsa təqdim etməyi təklif edilmişdir. Təqsirləndirilən şəxs əlində bir ədəd ağ rəngli sellofan torbanı təqdim etmiş, bildirmişdir ki, içərisində qurudulmuş marixuana vardır, çətənə kolundan yığmışdır, öz istifadəsi üçün üzərində saxlamış, üstündə qeyri qanunu başqa heç nə olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində özünün razılığı ilə şəxsi axtarış aparılmış, narkotok maddə yaxud başqa qeyri qanuni əşya aşkar olunmamış, Nailin üstündə aşkar olunmuş bir ədəd ağ rəngli sellofan torbadanın içərisindəki digər bir ədəd sellofan torbada olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsinə baxış keçirildikdən sonra elektron tərəzidə çıkilmiş, dəqiq neçə qram olması yadında qalmamış, qablaşdırılmış, möhürlənmiş, üzəri möhürləndikdən sonra iştirakçılar tərəfindən imzalanmış, Nail özü də imza etmişdir. Təhqiqatçı tərəfindən sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, 2022-ci ilin oktyabr ayında Zaqatala rayon Tala çayının dəmir yolun yaxınlığından keçən kənarında yabanı halda bitən quru halda olan çətənə kollarından bir ədəd torbaya yığıb çaylaqda kolluğun içərisində gizlətmiş, özü istifadə etmək üçün saxlamışdır. Şəxsi axtarış və götürmə hərəkəti bitdikdən sonra tərəfindən videolentə alınmış görüntülər bir ədəd DVD diskə köçürülərək təhqiqatçıya təqdim edilmiş, təhqiqatçı bu barədə tərtib etdiyi protokola əlavə etmişdir. İş materiallarında olan “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 18 yanvar 2023-cü il tarixli qərardan görünür ki, material üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Zaqatala RPŞ-nin təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru X8 tərəfindən ********* №-li cinayət işi başlanmış və icraata qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş 17 yanvar 2023-cü il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan və həmin protokola əlavə edilmiş video çəkilişdən görünür ki, Zaqatala RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısının və NMQ-nun əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilmiş, axtarış zamanı Təqsirləndirilən şəxs könüllü olaraq əlində olan bir ədəd ağ rəngli sellofan torbanı könüllü olaraq təqdim etmiş, təqdim edilmiş bir ədəd sellofan torbanın içərisində olan digər bir ədəd sellofan torbada olan narkotik vasitə elektron tərəzidə çəkilmiş, müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İstintaq hərəkətinin görüntüləri 01 ədəd “DVD” diskə köçürülməklə cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Ədliyyə Nazirliyi Məhkəmə X3 Regional Bölməsinin məhkəmə-bioloji ekspertizasının 18 yanvar 2023-cü il tarixli 17/74 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərinə yapışdırılmış vərəqədə “...Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir ədəd sellofan torbada içərisində qurudulmuş marixuanaya bənzər kütlə” sözləri, adlar və imzalar yazılmış sellofan torbanın içərisindəki bigər 01 (bir) ədəd sellofan torbada, təmiz çəkisi 435 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qurudulmuş marixuana 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına daxildir (İ siyahı). Ekspertiza təhqiqatına sərf edildi 0,10 qr, qalıq 434,90 qramdır. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, 17/74 saylı, 18 yanvar 2023-cü il tarixdə aparılmış tədqiqatının dəyəri 35,97 (otuz beş manat doxsan yeddi qəpik) manat təşkil etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri narkoloji dispanserin 28 yanvar 2023-cü il tarixli 154 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 17 yanvar 2023-cü il tarixli qərardan və həmin tarixli protokoldan görünür ki, Hüseynov X10 RPŞ-in TB-nin təhqiqatçısı X8 tərəfindən həmin gün saat 20:05-də Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan “cinayət işinin istintaq aidiyyatı üzrə göndərilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* №-li cinayət işi Zaqatala Rayon Polis X4 göndərilmişdir. İş materiallarında olan “Cinayət işinin icraata qəbul edilməsi haqqında” 19 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi Zaqatala RPŞ-nin İB-nin müstəntiqi, polis polkovnik-leytenantı İlqar Əliyevin icraatına qəbul edilmişdir. İş materiallarında olan “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 19 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş 19 yanvar 2023-cü il tarixli polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Hüseynov X10 RPŞ-nin MSY-dən azad edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Hüseynov X10 rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 02 il 05 ay 13 gün müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublıkası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 2.4-cü bəndinə uyğun olaraq, Amnistiya qərarının 36-cı bəndinə əsasən barəsində olan narkomaniyadan məcburi müalicə ləğv edildikdən sonra cəzadan azad edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Ədliyyə Nazirliyi Penitensiar Xidməti 14 saylı cəzaçəkmə müəssisəsinin xx.xx.2022-ci il tarixli 05 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublıkası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 2.4, 36-cı bəndinə əsasən xx.xx.2022-ci il tarixdə cəzadan azad edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublıkası Milli Məclisinin 8 noyabr Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 7-ci bəndində göstərilmişdir ki, bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülsün. İş materiallarında olan Zaqatala RİHB-nin Aşağı Tala KİƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 5-82-15/2-101/2023 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən nümayəndəliyin Aşağı Tala kənd sakinidir. İş materiallarına əlavə edilmiş Zaqatala rayon İcra Hakimiyyəti başçısının Aşağı Tala kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Zaqatala rayon X6 Hüquqi Şəxsin xx.xx.2023-cü il tarixli, PHŞ/6.78-2-151-2023 nömrəli məktubundan görünür ki, Hüseynov X10 rayon X6 X9 şöbəsinin psixatrik və narkoloji kabinetində qeydiyyatda yoxdur. İş materiallarında olan Zaqatala rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(033)-27/2019 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tuutlmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, xx.xx.2008-ci il tarixdə doğulmuş X5 atası Təqsirləndirilən şəxs, anası Aynur Hüseynovadır. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamənin surətindən məlum olur ki, Təqsirləndirilən şəxs ilə X2 xx.xx.2001-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün, şahidlərin ifadələri, ekspert rəyləri, şəxsi axtarış və baxış protokolları, maddi sübut və məhkəmə istintaqında tədqiq olunmuş digər dəlillərlə tam sübuta yetirildi. Belə ki, Təqsirləndirilən şəxs, satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan tarixdə və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda yəni, təmiz çəkisi 435 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edərək üzərində saxlamış, 17 yanvar 2023-cü il tarixdə saat 19:30 radələrində Zaqatala RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin narkotik vasitəni satış məqsədi olmadan üzərində qanunsuz daşıyarkən Zaqatala şəhəri, V.İsmayılov 44 ünvanında yerləşən bazar ərazisində saxlanılaraq Zaqatala RPŞ-yə gətirilmiş, polis şöbəsində üzərində həmin gün saat 20:33-dən 21:16-dək şəxsi axtarış keçirilən zaman əlində olan 01 (bir) ədəd ağ rəngli sellofan torbanın içərisindəki digər 01 (bir) ədəd sellofan torbada təmiz çəkisi 435 qram bitki mənşəli kütlə - tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq bilavasitə məhkəmə iclasında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini, maddi sübutu və digər sənədləri sübut kimi qəbul edərək, həmin sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış biri-digərini tamamlayan sübutlarla tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərini etiraf etməsini, səmimi peşman olmasını, himayəsində azyaşlı övladının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Zəfər Günü münasibəti ilə qəbul edilmiş Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 7-ci bəndinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən məhkumkuğu götürülmüş şəxslərin dairəsinə aid olduğu üçün onun əməlində cinayətin residivi yaranmır. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyin olunması məsələsini müzakirə edərək, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini, təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, onun üzərində saxlayaraq daşıdığı narkotik vasitə olan marixuananın çəkisinin şəxsi istehlak miqdarından dəfələrlə çox olmasını, barəsində Amnistiya aktının tətbiq olunaraq cəzadan azad olunmasına baxmayaraq özü üçün düzgün nəticə çıxartmayaraq yenidən cinayət törətməsini, şəxsin azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməsinin ağlabatan və cəzanın məqsədinə nail olunması baxımından yetərli vasitə hesab oluna bilmədiyini nəzərə alaraq hesab edir ki, onun barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunmalı, onun həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddətinin azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla həmin cəzadan çıxılmalı, onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək onun barəsində həbs qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalından həbsə alınmalı, cəzasının əvvəli həbsə alınacağı tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməli, onun barəsində seçilmiş həbs qətimkan hökm qanuni qüvvəyə minənə kimi öz qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə Təqsirləndirilən şəxs aşkar edilən və Zaqatala Rayon Polis Şöbəsində saxlanılan ekspert tədqiqatından sonra qalıq çəkisi 434,90 qram tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə 35,97 (otuz beş manat doxsan yeddi qəpik) manat məbləğində eksperiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında həm də hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə hakim tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. İş üzrə xüsusi müsadirə olunmalı əmlakın olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 17 yanvar 2023-cü il tarixdən 19 yanvar 2023-cü il tarixədək şübhəli şəxs qismində tutularaq saxlanıldığı 02 (iki) gün müddət CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddətinin azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla 02 (iki) gün həmin cəzadan çıxılsın və onun üzərində qəti cəza olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş cəzasının əvvəli həbsə alındığı tarixdən, yəni 30 may 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, onun barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə Təqsirləndirilən şəxs aşkar edilən və Zaqatala Rayon Polis Şöbəsində saxlanılan ekspert tədqiqatından sonra qalıq çəkisi 434,90 qram tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə 35,97 (otuz beş manat doxsan yeddi qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Hökm elan olunduğu andan (Təqsirləndirilən şəxs hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan (Təqsirləndirilən şəxs hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Sədrlik edən: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №1(033)-21/2023
Zaqatala Rayon Məhkəməsi Hökm — İş №1(033)-21/2023
30.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver