Azərbaycan Respublikası adından HÖKM Zaqatala rayonu İş № 1(033)-21/2025 01.09.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X12 Əli qızının katibliyi, Dövlət ittihamçısı-Аzərbаycаn Respublikаsı Bаş Prоkurоrluğunun Dövlət ittihаmının müdаfiəsi üzrə İdаrəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihаmının müdаfiəsi üzrə şöbəsinin prоkurоru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs, Müdafiəçi Zaqatala Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1957-ci il tarixdə Qubadlı rayonunun Hal kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmuş, işsiz, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 01 sentyabr 2025-ci il tarixdə, saat 15:00-da Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ondan ötrü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur ki, o, yaxını Zaqatala rayon sakini X14 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid tamah niyyəti ilə və özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 Zaqatala şəhərində Fövqəladə Hallar Nazirliyinin xətti ilə onun üçün yeni təmirli evlər tikilməsini təşkil edəcəkləri adı ilə aldadaraq 2019-cu ilin iyun ayının əvvəllərində Zaqatala şəhərinin “Qaladüzü” adlanan hissəsində yerləşən mərkəzi futbol stadionunun qarşısında 3500 manat, daha sonra həmin ünvanda 2020-ci ilin iyun ayında 3500 manat olmaqla, ümumilikdə 7000 manat pulunu alıb ələ keçirməklə qoca vəziyyətdə olan Zərərçəkmiş şəxs1 qəsdən xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan sonra, o, təkrarən tamah niyyəti ilə və özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs3 Zaqatala rayonunda baş vermiş zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş, rayonun Yuxarı Tala kəndində yerləşən fərdi yaşayış evini Fövqəladə Hallar Nazirliyinin xətti ilə təmir etdirəcəyi adı ilə aldadaraq zərərçəkmiş şəxsin 17 iyun 2021-ci il tarixdə onun oğlu Şahid3 adına Kapital Bankdakı hesaba Zaqatala şəhəri F.Əmirov küçəsində yerləşən «Gold Market»də olan «MilliÖn» ödəmə terminalı vasitəsilə göndərdiyi 5000 manat pulu qəsdən ələ keçirərək Zərərçəkmiş şəxs3 ümumilikdə 5000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan əlavə o, təkrarən vahid tamah niyyəti ilə və özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs2 Zaqatala rayonunda baş vermiş zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş, rayonun Muxax kəndində yerləşən fərdi yaşayış evini Fövqəladə Hallar Nazirliyinin xətti ilə yenidən tikiləcəyi adı ilə aldadaraq 2018-ci ilin yayında sonuncunun yaşadığı həmin kənddə yerləşən evində 3000 manat, bundan bir ay sonra Zaqatala şəhəri, F.Əmirov küçəsində yerləşən “Ağ saray” şadlıq evinin qarşısında 500 manat pulunu, eləcə də 18 noyabr 2023-cü il tarixdə Muxax kəndindəki dükanda olan “Million” ödəmə terminalı vasitəsilə göndərdiyi 2000 (iki min) manat pulunu qəsdən ələ keçirərək qoca vəziyyətdə olan Zərərçəkmiş şəxs2 ümumilikdə xeyli miqdar hesab edilən 5500 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Zaqatala Rayon Məhkəməsinin 1(033)-21/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs verilmiş ittihamın zəzərçəkmiş şəxs Zərərçəkmiş şəxs3 qarşı 5000 manat dələduzluq etməsi epizodu üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti bitdiyindən həmin epizod üzrə ona qarşı cinayət təqibinə xitam verilmişdir. Məhkəmə iclasında iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş və ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs1 polis şöbəsində görmüşdür, həmin şəxsi əvvəllər tanımamışdır. Bildirir ki, mərhum Xəlilov Sabir ilə o, 1993-cü ildə Qarabağ müharibəsində tanış olmuşdur. Daha sonra Fövqəladə Hallar Nazirliyinin Tikintiyə Nəzarət Şöbəsində onun fəaliyyət göstərdiyi şirkət qeydiyyatdan keçdikdən sonra onlar Zaqatalada baş vermiş zərzələ ilə bağlı 460 ev tikmişlər. Bir gün Sabir müəllim Muxaxda səbəbi barədə bir kəlimə belə demədən ona 3500 manat pul göndərmişdir. Həmin pulu Bakı-Sumqayıt arasında, Saray postunun yanında traktor ehtiyyat hissələri satan mağazada olan şəxə çatdırmasını istəmişdir. Daha sonra Sabir müəllim ona Zaqatalada yaşayan bir qadından ev tikiləcəyi adı ilə ilə pul aldğını bildirmişdir. Lakin nə qədər pul götürdüyünü xatırlamır. Sabir müəllim ev tikintisi üçün hal-hazırda Tikintiyə Nəzarət Agentliyi ilə əlaqəsinin olub-olmamasını soruşmuş, o isə seçilən evlərin Agentlik tərəfindən şirkətlərə paylandığını bildirmiş, onlara məxsus şirkətə düşməsi üçün çalışacağını bildirmişdir. Odur ki, Sabir müəllim bu adla xanımdan pul götürmüşdür. O, həmin xanımı polis şöbəsində tanımışdır, belə ki, o nə həmin şəxsin evinə baxış keçirmiş, nə də ki həmin xanımı tanımışdır. Sabir müəllimə də həmin xanıma məxsus evi siyahıya salınmasının mümkün olmayacağını bildirmişdir. Zərərçəkmiş şəxs2lə bağlı bildirir ki, o burda böyük bir şirkətin zam direktoru olmuşdur. Bir gün Kürdəmirdən olan dostu onun yanına gəlmiş və iş istəmiş, o da həmin şəxsə iş vermiş, köməklik etmişdir. Həmin şəxs Zərərçəkmiş şəxs2 evini də siyahıya saldırmasını istəmişdir. Evlərinə getmiş baxış keçirmişdirlər. 3000 manat məbləğində pul da təklif olunmuş və götürülmüşdür. Həmin 3000 manat qaytarılmışdır. O sonradan ev tikintisi üçün 2000 manat pul götürmüşdür. Hazırda onun Bahaddinə 2700 manat pul borcu var. Eşqinin anası ilə isə o əvvəldən tanış olmuşdur. Eşqin özü isə burda yox, Dağıstanda olur. Ona həmin zaman xəstəliyi ilə bağlı pul lazım olmuş, qadın ona faizi ilə birgə 5000 manat pulu oğlu Şahid3 kartına göndərmişdir. Həmin pul da geri qaytarılmışdır. Azadlığa buraxılarsa, vurulmuş ziyanı ödəyəcəyinə söz verir. Bağışlanmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi tanıyır, aralarında ədavət və ya düşmənçilik olmamışdır. Əgər Zaqatalalıların 100 faizi ev tikilmişdirsə, 50 faizini Seyfəddin tikmişdir, yəni hər kəs pulunu verib evini tikdirmişdir. O, pulu 2019-cu ildə Sabir Xəlilova vermişdir. Belə ki, Sabir onun Qaladüzdən qonşusu olmuşdur, ona 7000 manata üç mərtəbə ev tikiləcəyini bildirmişdir. O, da ona polis olduğu üçün imanmışdır. Verdiyi 7000 manatının 3500 manatını Sabir almış, geri qalan 3500 manatını isə Seyfəddinə göndərmişdir. Həmçinin Seyfəddin 5000 manata ona Carda torpaq aldırmışdır. Həmin torpaqda onun üçün ev tikəcəyini bildirmişdir. Ona vurulmuş ziyandan 500 manat ödəniş edilmişdir. Ona vurulmuş ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, təqdirləndirilən şəxsi tanıyır, aralarında heç bir ədavət və ya düşmənçilik yoxudur. Bildirir ki, Seyfəddin onun evində olmuş, birlikdə yeyib-içmişlər. Seyfəddin ona üç mərtəbəli ev düşdüyünü bildirmişdir. O, ona bu məqsədlə öz həyətində 3000 manat pul vermişdir. Bir qədər keçdikdən sonra Seyfəddin işin düzəlmədiyini əlavə 500 manat pul lazım olduğunu bildirmiş, o da ona Ağ Sarayın qarşısında 500 manat pul vermişdir. 6-7 il keçdikdən sonra Seyfəddin işinin düzəldiyini bildirmiş, torpağın çıxarışlarını və 2000 manat pulun göndərməsini istəmişdir. O da çıxarışların kopyalarını və 2000 manat pulu göndərmişdir. Həmin zərərdən ona 1000 manat ödəniş edilmişdir. Halhazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi tanıyır, aralarında heç bir ədavət və ya düşmənçilik yoxdur. Bildirir ki, anası evin tikintisi üçün pul istədiklərini demiş, onlar da birinci səfər üçün 3500 manat pul vermişdirlər, həmin pul verilən zaman o anasının yanında olmuşdur, pulu Sabir müəllimə vermişdirlər. İkinci səfər nə qədər pul verildiyini bilmir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs3 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli teleqramdan görünür ki, xx.xx.2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasında səhhəti ilə əlaqədar iştirak edə bilməyəcəkdir. İstintaqda verdiyi ifadəsini təsdiq edir, ona dəymiş ziyan ödənilmişdir. Qarşı tərəfə qarşı heç bir şikayət və ya tələbi yoxdur. Məhkəmə iclasında ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 elan olunmuş ifadəsindən görünür ki, Zaqatala rayonu Yuxarı Tala kəndində tək yaşayır, uzun müddətdir ki, Bakı şəhəri, Bilgəh qəsəbəsində yerləşən bağ evində bağban işləyir. Təxminən 2012-ci ildə Zaqatala rayonunda zəlzələ baş verdiyi zaman zəlzələ nəticəsində Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən evinə maddi ziyanlıq dəymişdir. Həmin vaxt dövlət tərəfindən evlərə vurulmuş ziyanlığın müəyyən edilməsi üçün mütəxəssislər göndərilmiş, həmin mütəxəssislərdən biri də Təqsirləndirilən şəxs olmuşdur. Təqsirləndirilən şəxs onun evini müayinə edərək evinin sökülüb yenidən tikilməli olduğunu bildirmişdir. Təxminən 2021-ci ilin aprel-may aylarında Zaqatala rayon mərkəzi poçtuna onun adına evinin bərpası üçün 6000 manat pul köçmüşdür. Həmin pulu poçtdan götürdükdə bundan Təqsirləndirilən şəxs də xəbəri olmuşdur. Təqsirləndirilən şəxs ona həmin 6000 manat pulu ona verməsini bildirərək, bunun müqabilində bir müddət sonra evinin təmirinə başlayacağına söz vermişdir. Həmin vaxt Seyfəddinin oğlu Şahid3 də onun yanında olmuş və söhbətlərinə qulaq asmışdır. Seyfəddinə inandığı üçün Seyfəddinin oğlu Eldara “pulu sənin kartına göndərəcəyəm” dedikdə Seyfəddin onunla razılaşmışdır. 17 iyun 2024-cü il tarixdə ünvan 2 ünvanında yerləşən “Gold” marketdəki “Milliön” ödəmə terminalından 5000 manat pulu Eldarın ona göndərdiyi sonuncu rəqəmləri 0414 olan “Kapital bank” kartına göndərmiş və çeki də özündə saxlamışdır. Aradan bir müddət keçdikdən sonra Seyfəddinə zəng vurmuş və işinin nə yerdə olduğunu soruşduqda sonuncu müxtəlif bəhanələrlə onu aldatmışdır. Sonradan Seyfəddinin dələduzluqla tutulduğunu eşitmiş və aldadıldığını başa düşmüşdür. Son dövrdə Seyfəddin telefonlarına cavab verməmiş, buna görə məcbur qalıb polisə şikayət etmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala RİH-nin Çobankol kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş 02 iyul 2025-ci il tarixli, 5-82-18/2-417/2025 saylı arayışdan görünür ki, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Musayev X11 rayon, Bazar kənd sakinidir və o uzun müddətdir ki, nümayəndəlik ərazisində yaşamır (ölkə xaricindədir). Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 elan olunmuş ifadəsindən görünür ki, ailəsi ilə birlikdə Zaqatala rayonu Bazar kəndində yaşayır, Zərərçəkmiş şəxs1 onun qaynanasıdır, arvadı Firəngizin anasıdı, keçmiş polis əməkdaşı olan mərhum Sabir Xəlilovu şifahi olaraq tanımışdır. Təxminən 2019-cu ilin may-iyun aylarında Sabir Xəlilov ilə qaynanası Zərərçəkmiş şəxs1 ilə rastlaşdıqda, Sabir Xəlilov qaynanasına həmin vaxtı baş vermiş zəlzələdən sonra yaxın müddət ərzində Fövqalədə Hallar Nazirliyi tərəfindən Zaqatala rayon ərazisində köhnə tikili evlər sökülərək əvəzinə yeni evlər tikiləcəyini, 7 (yeddi) min manat verən şəxsə 3 otaqlı, 10 (on) min manat verən şəxsə isə 6 otaqlı mənzil tikilərək təhvil veriləcəyini bildirmiş, bunu qaynanası Mesed Sabirin sözlərindən ona bildirmişdir. Sabir Xəlilov FHN-də Təqsirləndirilən şəxs adlı yaxın tanışı olduğunu və bu məsələdə köməklik edə biləcəyini qaynanasına bildirmişdir. Qaynanası Mesed ondan xahiş etmişdir ki, ona borc pul tapsınlar, ona görə “Turan” banka arvadı Firəngizə məxsus olan qızıl zinət əşyalarını qoyaraq təxminən 1700 manat, növbəti səfər isə 2040 manat kredit əldə edib, qaynanası Zərərçəkmiş şəxs1 vermişlər. Həmin pulları qaynanası sonradan onlara qaytarmışdır. Qaynanası Zərərçəkmiş şəxs1 Sabir Xəlilovla o formada razılaşmışdır ki, ilkin olaraq o, 3500 manat pulu ona verəcək, geri qalan 3500 manat pulu isə evini sökməyə başladıqları zaman verəcəkdir. 2019-cu ilin iyun ayının əvvələrində qaynanası X16 Zaqatala şəhər ərazində yerləşən futbol stadionun yaxınlığında ona məxsus “VAZ-21099” markalı **-AB-*** qeydiyyat nişanlı avtomobilində görüşmüş, bu zaman avtomobildə özü, arvadı Firəngiz və azyaşlı oğlu Rəhim Musayev olmuşlar. Zərərçəkmiş şəxs1 3500 manat pulu Sabir Xəlilova vermiş, Sabir Xəlilov ona verilmiş pulu sayıb məbləğin 3500 manat olduğunu gördükdə, yaxın günlərdə qaynanasına məxsus olan Zaqatala şəhəri Gənclik küçəsində yerləşən fərdi yaşayış evinin sökülməyə başlanılacağını bildirmişdir. 2020-ci ilin təxminən iyun ayının ortalarında qaynanası Zərərçəkmiş şəxs1 Sabir Xəlilovla Zaqatala şəhər ərazisində yerləşən futbol stadionun yaxınlığında arvadı Firəngiz özünə məxsus “VAZ-21099” markalı **-AB-*** qeydiyyat nişanlı avtomobilində bir daha görüşmüş, bu zaman avtomobildə özü, arvadı Firəngiz və azyaşlı oğlu Rəhim Musayev də olmuşlar. Geri qalan 3500 manat pulu qaynanası Sabir Xəlilova vermişdir. Həmin gündən bir neçə gün sonra qaynanası Zərərçəkmiş şəxs1 Sabirlə yenidən dəfələrcə əlaqə saxlamış, Sabir pulu Təqsirləndirilən şəxs göndərdiyini bildirmiş və qaynanasından səbirli olmasını xahiş etmişdir. 2020-ci ilin yay aylarında Sabir Xəlilov qaynanası ilə görüşərək ona məxsus olan fərdi yaşayış evi söksələr müddət baxımından uzun çəkəcəyini, əgər boş torpaq sahəsi olarsa tez bir zaman ərzində yeni tikili inşa edərək ona təhvil verə biləcəyini demişdir. Qaynanası Zərərçəkmiş şəxs1 da öz növbəsində satın almaq üçün boş torpaq sahəsi axtarmağa başlamış və Zaqatala rayonu Car kəndində 2,5 sot torpaq sahəsini 3000 manata alıb bu barədə Sabir Xəlilova məlumat vermişdir. Bunu bildikdə Sabir Xəlilov qaynanamla telefon əlaqəsi saxlanılacağını və nə lazım olduğu barədə məlumat veriləcəyi barədə bildirmişdir. Lakin həmin müddətdən etibarən Sabir Xəlilov və Təqsirləndirilən şəxs tərəfindən hər hansı bir tədbir görülməmiş, yəni nə qaynanasının köhnə tikili evi sökülmüş, nə də almış olduğu torpaq sahəsində yeni ev tikilərək ona təhvil verilmişdir. Sabir Xəlilov hər dəfə həmin vaxtı pulun hamısını, yəni qaynanamdan götürdüyü 7000 manat pulu Təqsirləndirilən şəxs adlı FHN-nin işçisinə göndərdiyini bildirmiş, hər dəfə Sabir Xəlilov qaynanamın yanında həmin Təqsirləndirilən şəxs adlı FHN-nin işçisi ilə telefonla danışmış, sonuncu da Sabirə yaxında qaynanamın evi tikilməyə başlanacağına söz vermiş, lakin gec olsa da Sabir Xəlilov və ya həmin FHN-nin Təqsirləndirilən şəxs adlı işçisi tərəfindən aldadılaraq 7000 (yeddi min) manat qaynanasının pulunun ələ keçirildiyini başa düşmüşlər və bu barədə qaynanası Zaqatala RPŞ-yə şikayət ərizəsi ilə müraciət etmək qərarına gəlmişdir. X13 xəstəlikdən vəfat etməsi barədə eşitmişlər və bu məsələ ortalıqda qalmışdır. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 elan olunmuş ifadəsindən görünür ki, ailəsi ilə birlikdə Sumqayıt şəhərində yaşayır, iki azyaşlı övladı vardır, "xxxx" MMC-də anbardar vəzifəsində işləyir. Zaqatala rayon sakini olan Zərərçəkmiş şəxs3 Cərulla oğlunu tanımır, onu heç vaxt görməmişdir. Atası Təqsirləndirilən şəxs işi ilə bağlı ona zəng edən sonradan adını bildiyi Zərərçəkmiş şəxs3 atasına 5000 manat pul göndərdiyini, pulunu qaytarmadığını ona dedikdə Eşqinə həmin məsələnin özünə aidiyyəti olmadığını, atası Təqsirləndirilən şəxslə işini həll etməli olduğunu demişdir. Zərərçəkmiş şəxs3 isə ona həmin pulu onun adına olan hesab kartına göndərdiyini bildirmişdir. Şahid3 2022-ci ildən atası Təqsirləndirilən şəxslə ayrı yaşamış və ailədaxili problemlərə görə bir-biri ilə ünsiyyət saxlamamışlar. Atası arabir ondan dərman, siqaret, çörək pulu zəng edib göndərməsini istəmiş, 2021-ci ilin təxmini aprel-may aylarında atası Təqsirləndirilən şəxs ondan adına olan hesab kartını istəyərək ona pul gələcəyini, daha sonra kartı geri qaytaracağını bildirmişdir. Həmin vaxt kartı atasına vermiş, bundan sonra atası Seyfəddin ona zəng edərək karta 5000 manat pul gəldiyini, 2000 manatı çıxartdığını, lakin qalan 3000 manatı bankomatdan çıxarmağın mümkün olmadığını, buna görə atası ona bankın qaynar xəttinə zəng etməyini xahiş etmiş, buna görə qaynar xəttə zəng edərək bu barədə məlumat vermiş, bundan sonra limit artırıldığına görə kartda qalan 3000 manatı da atası çıxara bilmişdir. Həmin günün axşamı atası kartı gətirib qaytarmışdır. Onun adına olan hesab kartına gələn pulun kim tərəfindən və nə üçün göndərilməsindən məlumatı olmamış, sadəcə olaraq atası Seyfəddin kartı ondan istədiyinə görə ona vermişdir. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Polis X3 müstəntiqi, polis kapitanı X15 tərəfindən qəbul edilmiş 09 oktyabr 2024-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və ibtidai istintaqı aparılması üçün icraata qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli ********** nömrəli əməliyyat qəbzindən görünür ki, həmin tarixdə saat 13:38-də ünvan 3 ünvanında yerləşən “00388” nömrəli “Milli-ön” elektron ödəmə terminalından Şahid3 kartına 5000 (beş min) manat pul köçürülmüşdür. İş materiallarına əlavə edilmiş 19 oktyabr 2024-cü il tarixli “zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası vətəndaşı, xx.xx.1987-ci il təvəllüdlü, Zaqatala rayonu, Yuxarı Tala kəndində qeydiyyatda olan və Bakı şəhəri, Bilgəh qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarına əlavə edilmiş 25 oktyabr 2024-cü il tarixli “cinayət işi üzrə icraata hissəvi xitam verilməsi və əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, cinayət işində Şahid3 barəsində Azərbaycan Respublikası 178.2.1-ci maddəsi ilə olan hissəyə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən hissəvi xitam verilmiş və o məsuliyyətən azad edilmiş, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsindən 178.1-ci maddəsinə tövsif edilmişdir. Şahid3 barəsində xx.xx.2024-cü il tarixli qərarla seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinə xitam verilmişdir. İş materiallarına əlavə edilmiş 28 oktyabr 2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilmişdir. İş materiallarına əlavə edilmiş 03 iyul 2024-cü il tarixli “təqsirləndirilən şəxs ismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ittiham elan edilmişdir. İş materiallarına əlavə edilmiş 03 iyul 2024-cü il tarixli “ittihamın elan edilməsi üçün şəxsin tutulması məqsədilə axtarışının elan edilməsi haqqında” qərardan görünür ki, ittiham elan edilməsi üçün tutulması məqsədilə xx.xx.1957-ci ildə Qubadlı rayonunun, Hal kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 4 ünvanda yaşayan Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarına əlavə edilmiş 03 iyul 2024-cü il tarixli “cinayət işinin istintaq icraatının dayandırılması haqqında” qərardan görünür ki, barəsində axtarış verilmiş vətəndaş Təqsirləndirilən şəxs tutulub istintaqa təqdim olunana qədər cinayət işinin istintaq icraatı dayandırılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli “axtarışda olan şəxsin tutulması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 17:40da Yevlax şəhəri ərazisində saxlanılaraq xx.xx.2024-cü il tarixdə, saat 20:00-da Zaqatala RPŞ-ə gətirilmişdir. İş materiallarına əlavə edilmiş 24 sentyabr 2024-cü il tarixli “cinayət işinin istintaqı icraatının təzələnməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işinin istintaq icraatı təzələnmiş və istintaq davam etdirilmişdir. İş materiallarına əlavə edilmiş 26 sentyabr 2024-cü il tarixli “cinayət işinin və əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi və Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilərək, ona həmin maddələrlə yeni məzmunda ittiham elan edilmişdir. İş materiallarına əlavə edilmiş 26 sentyabr 2024-cü il tarixli “təqsirləndirilən şəxsə yeni məzmunda ittiham elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə yeni məzmunda ittiham elan edilmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Məhkəməsinin 4(033)-23/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, vəsatət rədd edilərərk, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs- xx xxxxxx 1957-ci il tarixdə Qubadlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, məhkumluğu olmayan, Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 25, mənzil 46 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir. İş materiallarına əlavə edilmiş 26 sentyabr 2024-cü il tarixli “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş 30 oktyabr 2024-cü il tarixli “240410029 nömrəli cinayət işinin icraata qəbul edilməsi və icraatda olan 24041005 nömrəli cinayət işinə bir icraatda birləşdirilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi icraata qəbul edilərək, icraatda olan ********* nömrəli cinayət işinə bir icraatda birləşdirilmişdir. İş materiallarına əlavə edilmiş 05 iyul 2024-cü il tarixli “220410052 nömrəli cinayət işinin icraata qəbul edilməsi və icraatda olan ********* nömrəli cinayət işinə bir icraatda birləşdirilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi icraatda qəbul edilərək, icraatda olan ********* nömrəli cinayət işinə birləşdirilməsi və işin nömrəsi ********* kimi saxlanması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş 28 dekabr 2022-ci il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” qərardan görünür ki, toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul edilməklə istintaqının aparılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş 06 yanvar 2023-cü il tarixli “zərərçəkmiş şəxs kimi tanınma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs1 iş üzrə zərərçəkmiş kimi tanınmış və ona hüquqları izah edilmişdir. İş materiallarına əlavə edilmiş 24 yanvar 2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, X14 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və qərar ona elan olunmaqla surəti təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 15 mart 2023-cü il tarixli, 611 saylı arayışdan görünür ki, X14 07 mart 2023-cü ildə ölmüşdür. İş materiallarına əlavə edilmiş 07 mart 2023-cü il tarixli “təqsirləndirilən şəxsin hüquqi varisi qismində tanınma haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə X9 təqsirləndirilən şəxs X7 hüquqi varisi qismində tanınmışdır. İş materiallarına əlavə edilmiş X5 ibtidai istintaq orqanına təqdim edilmiş 07 mart 2023-cü il tarixli ərizəsindən görünür ki, mərhum həyat yoldaşı X7 barəsində aparılan cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş 27 mart 2023-cü il tarixli “cinayət işi üzrə icraata xitam verilməsi barədə” qərardan görünür ki, X7 Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinin icraatına X14 öldüyü üçün Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsinə əsasən xitam verilmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala rayon prokuroru, baş ədliyyə müşaviri X10 03 aprel 2023-cü il tarixli “cinayət işi üzrə icraata xitam verilməsi barədə qərarın ləğv edilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə istintaq olunmuş ********* nömrəli cinayət işi üzrə icraata xitam verilməsi barədə Zaqatala Rayon Polis X3 baş müstəntiqi, polis leytenantı Pərvin Rüstəmovun xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməklə icraat təzələnmiş və cinayət işi ibtidai istintaqın davam etdirilməsi üçün Zaqatala RPŞ İB-yə qaytarılmışdır. İş materiallarına əlavə edilmiş 04 aprel 2023-cü il tarixli “cinayət işinin icraata qəbul edilməsi barədə” qərardan görünür ki, ********* nömrəli cinayət işi icraata qəbul edilməklə istintaqının aparılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş 05 aprel 2023-cü il tarixli “cinayət işinin icraatının dayandırılması haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirlən şəxs müəyyən olunmadığından cinayət işinin icraatı dayandırılmışdır. İş materiallarına əlavə edilmiş 20 avqust 2023-cü il tarixli “cinayət işi üzrə icraatın təzələnməsi barədə” qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən ********* nömrəli cinayət işi üzrə icraat təzələnmiş və icraata qəbul edilərək ibtidai istintaqı davam etdirilmişdir. İş materiallarına əlavə edilmiş 20 avqust 2023-cü il tarixli” cinayət işi üzrə icraata xitam verilməsi barədə” qərardan görünür ki, X7 Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsi dair ********* nömrəli cinayət işinin icraatına X14 ödlüyü üçün Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsinə əsasən xitam verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli “cinayət işi üzrə icraata xiatm verilməsi barədə qərarın ləğv edilməsi haqqında” qərardan görünür ki, Zaqatala RPŞ-nin İB-nin baş müstəntiqi, polis baş leytenantı Pərvin Rüstəmovun ********* nömrəli cinayət işi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarı əsassız olduğundan ləğv edilmiş və cinayət işi üzrə icraat təzələnməklə ibtidai istintaqı davam etdirilmişdir. İş materiallarına əlavə edilmiş 06 iyun 2024-cü il tarixli “ təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarına əlavə edilmiş 06 iyun 2024-cü il tarixli “cinayət işi üzrə icraatın dayandırılması barədə” qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə icrat dayandırılmışdır. İş materiallarına əlavə edilmiş 29 iyun 2024-cü il tarixli “cinayət işi üzrə icraatın təzələnməsi barədə” qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. İş materiallarına əlavə edilmiş 11 dekabr 2024-cü il tarixli “təqsirləndirilən şəxs barəsində axtarışın elan edilməsi və cinayət işinin istintaq icraatının dayandırılması barədə” qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və cinayət işinin istintaq icraatı dayandırılmışdır. İş materiallarına əlavə edilmiş 29 dekabr 2024-cü il tarixli “axtarışda olan şəxsin könüllü gəlməsi barədə” protokoldan görünür ki, keçirilmiş əməliyyat-axtarış və profilaktiki tədbir nəticəsində xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs Zaqatala RPŞ-yə könüllü olaraq gəlmişdir. İş materiallarına əlavə edilmiş 29 dekabr 2024-cü il tarixli “cinayət işinin istintaq icraatının təzələnməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə istintaq icraatı təzələnmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Məhkəməsinin 1(033)-1/2018 saylı, 31 yanvar 2018-ci il tarixli hökmündən görünür ki, 01 dekabr 2017-cı il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs X8 4000 (dörd min) manat məbləğində pulunu ələ keçirməsi epizodu üzrə verilmiş ittihamdan xeyli miqdarda ziyan vurma sözləri xaric edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, 5000 (beş min) manat miqdarında cərimə cəzasına məhkum olunmuş, Təqsirləndirilən şəxs 28 noyabr 2017-ci il tarixdən 31 yanvar 2018-ci il tarixə kimi həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən nəzərə alınaraq, təyin edilmiş cərimə cəzası yüngülləşdirilmiş və ona qəti olaraq 3500 (üç min beş yüz) manat miqdarında cərimə cəzası təyin edilmişdir. İş materiallarına əlavə edilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(105)-524/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə məhkum olunmasına dair Sumqayıt Şəhər Məhkəməsinin 14 iyun 2021-ci il tarixli hökmü dəyişdirilmiş, “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarının 1.1, 1.2, 1.14, 2.11, 2.5-ci maddələri tətbiq edilərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1 ci maddəsi ilə ona təyin edilmiş cəzadan azad edilmişdir. İş materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-35/2021 saylı, xx.xx.2021-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə o, Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmiş və iş üzrə icraata xitam verilmişdir. İş materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-233/2021 saylı, xx.xx.2021-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə 01 gün tutulduğu müddət 02 gününə bərabər tutulmaqla, ona təyin edilmiş cəzadan çıxılmış və Təqsirləndirilən şəxs üzərində 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Zaqatala rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 2440 manat cərimə cəzası yeni təyin edilmiş cəza ilə tam birləşdirilməklə ona 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması və 2440 manat cərimə cəzası təyin edilmişdir. İş materiallarına əlavə edilmiş 23 yanvar 2025-ci il tarixli “CD diskinə baxışın keçirilməsi haqqında” protokoldan görünür ki, ABB-dən əldə edilmiş CD diskinə baxış keçirilən zaman müəyyən edilmişdir ki, həqiqətən də 18 noyabr 2023-cü il tarixdə saat 19- 24-də həmin karta 2000 manat pul köçürülmüş, bundan sonra həmin günü, yəni xx.xx.2023-cü il tarixdə həmin kartdan saat 19-50-də 1150 (min yüz əlli) manat, saat 21- 01-də 350 (üç yüz əlli) manat, xx.xx.2023-cü il tarixdə isə 500 (manat) həmin məbləğdən çıxarılmışdır. Bu barədə müvafiq protokol tərtib olunaraq, həmin bank əməliyyatların cədvəli kompyuter vasitəsi ilə çap olunub çıxarılaraq həmin protokola və cinayət işinə əlavə edilmişlər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “ibtidai istintaq müddətinin uzadılması haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti 01 ay olmaqla 04 ayadək, yəni 02 fevral 2025-ci il tarixdən 02 mart 2025-ci il tarixədək uzadılmışdır. İş materiallarına əlavə edilmiş 28 yanvar 2025-ci il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham elan edilmişdir. İş materiallarına əlavə edilmiş 28 yanvar 2025-ci il tarixli “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən öz qüvvəsində saxlanmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək, 11 ay 15 gün müddətinə islah işlərinə məhkum edilmiş, xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli amnistiya haqqında qərarına əsasən təyin olunmuş cəzadan azad edilmişdir. Təqsirləndirilən şəxs Zaqatala Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-ci maddələri ilə təqsirli bilinərək 3500 manat cərimə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə o, Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmiş və iş üzrə icraata xitam verilmişdir. Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək, qəti olaraq 01 il 11 ya 28 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. xx.xx.2021-ci il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə xx.xx.2021-ci il tarixli hökmü dəyişdirilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 1.1, 1.2, 1.14, 2.11, 2.5-ci bəndləri əsasında cəzadan azad edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat İstehsalat Birliyinin 15 saylı MKS tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, qeydiyyatda olduğu müddət ərzində Təqsirləndirilən şəxs barəsində 15 saylı MKS-yə yazılı və ya şifahi surətdə heç bir şikayət daxil olmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-X2 Birliyinin 15 saylı MKS tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 376 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 25, mənzil 46 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-X2 Birliyinin 15 saylı MKS tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 377 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi yoldaşından və iki oğlundan ibarətdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs3 tərəfindən ibtidai istintaq dövründə təqdim edilmiş ərizədən görünür ki, ona dəymiş 5000 (beş min) manat maddi ziyan tam olaraq geri qaytarılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” X23 “Sumqayıt Tibb Mərkəzi” X20 tərəfindən verilmiş 18 oktyabr 2024-cü il tarixli, 18-1-66/2-1949/2024 nömrəli məktubdan görünür ki, xx.xx.1987-ci il təvəllüdlü Şahid3 və xx.xx.1957-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan ərazi Poliklinikasının psixiatrik kabinetinə müraciət etməmişdir və qeydiyyatda yoxdur. İş materiallarına əlavə edilmiş 28 yanvar 2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddaləri ilə cinayət əməllərini törətməsi istintaq zamanı toplanmış sübut və dəlillərlə kifayət qədər sübuta yetirildiyindən ona həmin maddələrlə elan olunmuş ittiham və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin dəyişdirilmədən öz qüvvəsində saxlanılması, istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsində Zərərçəkmiş şəxs1 mərhum Sabir Xəlilov vasitəsi ilə 7000 (yeddi min) manat yox, 3500 manat almasını göstərməsi özünün müdafiəsi üçün gətirdiyi dəlil kimi qiymətləndirilməsi, Təqsirləndirilən şəxs barəsində çıxarılmış hökmlər azadlıqdan məhrum etməsi ilə bağlı olmadığına görə onun əməllərində cinayətlərin residivi yaranmamasının nəzərə alınması, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 308-310-cu maddələrinin tərkibi yaranmaması səbəbindən onun barəsində həmin maddələrlə cinayət təqbinin başlanmasının rədd edilməsi, X14 “beyindaxili beyin kötüyünə qansızmadan” xx.xx.2023-cü il tarixdə ölməsi səbəbindən onun barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə olan cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsinə əsasən hissəvi xitam verilməsi, iş üzrə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, üzləşmə və digər istintaq hərəkəti protokolları, bank məlumatlarının əldə edilməsinə dair 01 ədəd CD diski, həmin diskdən çıxarışlar və digər istintaq materialları cinayət işi üzrə kifayət edən sübut növləri kimi qiymətləndirilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-168/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinmiş və o, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan bir günə iki gün hesabı ilə hesablanaraq, 04 (dörd) gün ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Sumqayıt şəhər Probasiya Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-16-21-2/2-70403/2025 saylı məktubdan görünür ki, xx.xx.1957-ci il təvəllüdlü Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 25, mənzil 46 ünvanında yaşadığı qeyd edilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək Sumqayıt şəhər məhkəməsinin 1(060)-168/2025 nömrəli xx.xx.2025-ci il tarixli hökmü ilə 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Hökm xx.xx.2025-ci il tarixində qanuni qüvvəsini alaraq xx.xx.2025-ci il tarixində Sumqayıt şəhər Probasiya şöbəsinin icraatına daxil olmuşdur. İcraata qəbul edilən gün məhkum Təqsirləndirilən şəxs ölkədən getmək hüququ, qanunvericiliyin tələblərinə müvafiq olaraq, məhdudlaşdırılmış və zəruri sənədlər hazırlanaraq müvafiq ünvanlara göndərilmişdir. Məhkum Təqsirləndirilən şəxs yaşayış yeri kimi qeyd edilmiş ünvan 5 ünvanına xəbərnaməli məktubla gəlib qeydiyyatdan keçməsi barədə bildiriş göndərilmiş, lakin o, hal-hazıradək Sumqayıt şəhər Probasiya şöbəsinə gəlməmiş və qeydiyyatdan keçməmişdir. Beləliklə, məhkum Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin 1(060)-168/2025 nömrəli xx.xx.2025-ci il tarixli hökmü ilə təyin edilmiş cəzasını çəkməmiş və 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəzası çəkilməmiş qalmışdır. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Məhkəməsinin 1(033)-21/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilərək barəsində axtarış elan olunmuşdur. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Polis Şöbəsi tərəfindən verilmiş 25 aprel 2025-ci il tarixli, 3-13-118/2-8405/2025 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Zaqatala şəhəri ərazisində tutularaq X4 yerləşdirilməsi üçün Zaqatala RPŞ-nin MSY-yə təhvil evrilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, saat 09:25-də tərtib edilmiş “axtarışda olan şəxsin tutulması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Zaqatala şəhəri ərazisində saxlanılaraq Zaqatala RPŞ-yə gətirilərək, MSY-yə təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət X6 tərəfindən verilmiş 26 aprel 2025-ci il tarixli, 3-16-17/37/2-1754/2025 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Zaqatala RPŞ-nin əməkdaşları tərəfindən tutularaq saxlanılması üçün xx.xx.2025-ci il tarixdə X4 gətirilmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə təqdim edilmiş 24 avqust 2025-ci il tarixli 2 saylı notariat ofisində təsdiq edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə aralarında mübahisə yoxdur, barışmışdır. Beləliklə, məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, bu sübutlar təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, eləcə də istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143- 146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş digər sübutlarla təsdiq edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar, xeyli miqdarda ziyan vurmaqla törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-nin 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə görə bu Məcəllənin 177- 182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 11 iyun tarixli 7 nömrəli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); oğurluqdan, soyğunçuluqdan və quldurluqdan fərqli olaraq dələduzluğun törədilməsi zamanı təqsirkar zərərçəkmişin əmlakını onun iradəsinə zidd olaraq hər hansı yolla (gizli şəkildə, zor tətbiq etməklə və zor tətbiq etmə hədəsi ilə) ələ keçirmir, həmin əmlak aldadılması və ya etibarından sui-istifadə edilməsi nəticəsində zərər çəkmiş şəxsin özü tərəfindən könüllü olaraq təqsirkara verilir (8-ci bənd); dələduzluq o halda cinayət hesab edilir ki, ələ keçirilmiş əmlakın dəyəri beş yüz manatdan artıq olsun (30-cu bənd); CM-nin 34.2-ci maddəsinin tələblərinə uyğun olaraq qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən dələduzluq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş dələduzluq (CM-nin 178.2.1-ci maddəsi) hesab edilir (34-cü bənd); dələduzluğun təkrar törədilməsi (Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi) məsələsi Cinayət Məcəlləsinin 16-cı maddəsinin və 177-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndinin tələblərinə əsasən həll edilməlidir (35-ci bənd). Hazırkı cinayət işinin istintaqı zamanı da müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkənlərin etibarından istifadə edərək, onlara yalan vədlər vermək və aldatma yolu ilə (fərdi yaşayış evini Fövqəladə Hallar Nazirliyinin xətti ilə yenidən tikiləcəyi adı ilə) onların pullarını ələ keçirmiş, daha sonra müxtəlif bəhanələrlə bu pulları geri qaytarmaqdan imtina etmişdir. Həmçinin məhkəmmə təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs1 qarşı özünü təqsirli bilməməsinə dair ifadəsi özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirilir və qeyd edir ki, ifadəsində göstərdiyi xüsusatlar məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib olunmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslərə dəymiş ziyanın qismən ödənilməsini Azərbaycan Respublikası CM-nin 59.1.14-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmçinin məhkəmə təqsirləndirilən şəxsin əvvəllər də analoji cinayətə görə məhkum olunmasını onun şəxsiyyətini xarakterizə edən hal kimi nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxs tərəfində dələduzluq yolu ilə zərərçəkənlərə vurulmuş zərərin əvəzinin tam ödənilməməsini, əvvəllər də analoji cinayətə görə məhkum olunmasını, məhkəmə iclaslarından yayındığı üçün Zaqatala Rayon Məhkəməsinin 1(033)-21/2025 saylı, xx.xx.2025-ci il tarixli axtarış qərarı ilə barəsində axtarış qərarının çıxarılmasını, eləcə də təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etməyə nisbətən yüngül cəza növünün təyin edilməsinin ona tərbiyəedici və xəbərdaredici təsir göstərməyəcəyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin təqsirli bilindiyi CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. CM-nin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 14 iyul 2022-ci il tarixli qərarına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, CM-nin 66.1-66.4cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 16-cı bəndində qeyd olunur ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə CMnin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Cinayət Məcəlləsinin 66.2-ci və yaxud 66.3-cü maddələri ilə, əlavə cəzalara münasibətdə isə CM-in 66.4-cü maddəsində nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilmişdirsə və əgər cinayətlər birinci və ikinci hökmlərdə CM-nin eyni maddəsi ilə (məsələn, CM-nin 120.2.1 120.2.12-ci, 126.2.1-126.2.5, 126.3-cü maddələri) ilə tövsif olunmuşdursa, qəti cəza CM-nin 66.5-ci maddəsinə əsasən təyin olunur, lakin bu zaman təyin olunan qəti cəza CM-nin Xüsusi hissəsinin müvafiq maddəsi ilə müəyyən edilmiş azadlıqdan məhrumetmə cəzasının yuxarı həddindən çox ola bilməz. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə cinayət əməlini Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-168/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü çıxarılmamışdan əvvəl törətmişdir. Ona görə də Təqsirləndirilən şəxs barəsində cəza Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən təyin edilməlidir. Qeyd olunanları nəzərə almaqla məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5 və 68.1.1-1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(060)- 168/2025 nömrəli hökmü ilə təyin edilmiş 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə müddətinə bir gününə bərabər hesablanmaqla 01 il 06 ay müddət hazırkı hökmlə təyin olunacaq cəza ilə qismən toplanılmaqla, ona qəti cəza təyin edilməli, cəzasının əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalı, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəlki iş üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutularaq həbsdə saxlanıldığı 02 gün müddət və hazır kı iş üzrə xx.xx.2024-ci il tarixdən xx.xx.2024-cü il tarixədək tutularaq həbsdə saxlanıldığı 02 gün müddət, ümumilikdə 04 gün müddət azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla həmin cəzadan çıxılmalı, barəsində Zaqatala Rayon Məhkəməsinin 1(033)-21/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalı, Zaqatala Rayon Məhkəməsinin 01 sentyabr 2025-ci il tarixli 1(033)-21/2025 saylı qərarı ilə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 qarşı törətdiyi əməl üzrə irəli sürülmüş ittihamdan dövlət ittihamçısının imtina edilməsi, həmin epizod üzrə cinayət təqibinə xitam verilməsi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs CM-nin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli təqsirləndirilən şəxsin tutulduğu xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Beynalxalq Bankın “5522-0993-4861-3977“ seriya nömrəli “Tam debitkredit” kartın kimin adına olması, həmin karta 2023-cü ilin noyabr ayı ərzində hansı məbləğlərdə, hansı tarixlərdə və haradan pul vəsaitlərin köçürülməsi, həmin kartdan həmin vəsaitlərin nə vaxt çıxarılması, eləcə də aparılmış digər maliyyə əməliyyatları (2023-cü ilin noyabr ayı ərzində), həmin əməliyyatların tarixi, aparılmasında istifadə olunmuş texniki elektron qurğuların ünvanları, növü, markası və yeri barədə məlumatların ələ keçirilməsi barədə məlumatları əks etdirən 01 ədəd CD disk hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində cinayət işində saxlanılmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. İş üzrə mülki iddia, məhkəmə xərcinin və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs оğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5 və 68.1.1-1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(060)- 168/2025 nömrəli hökmü ilə təyin edilmiş 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə müddətinin bir gününə bərabər hesablanmaqla 01 (bir) il 06 (altı) ay müddət hazırkı iş üzrə ona təyin edilmiş 02 (iki) il azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəlki iş üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutularaq həbsdə saxlanıldığı 02 (iki) gün müddət və hazırkı iş üzrə xx.xx.2024-ci il tarixdən xx.xx.2024-cü il tarixədək tutularaq həbsdə saxlanıldığı 02 (iki) gün müddət, ümumilikdə 04 (dörd) gün müddət azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla həmin cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs tutulduğu xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində Zaqatala Rayon Mhkəməsinin 1(033)-21/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlansın. Cinayət işi materiallarına əlavə edilmiş “ 01 “ ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Zaqatala Rayon Məhkəməsinin 01 sentyabr 2025-ci il tarixli, 1(033)-21/2025 saylı qərarı ilə Təqsirləndirilən şəxs verilmiş ittihamın zəzərçəkmiş şəxs Zərərçəkmiş şəxs3 qarşı 5000 manat dələduzluq etməsi epizodu üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti bitdiyindən həmin epizod üzrə ona qarşı cinayət təqibinə xitam verilməsi nəzərə alınsın. İş üzrə mülki iddianın, məhkəmə xərcinin və xüsusi müsadirə olunmalı əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan (Təqsirləndirilən şəxs hökmün surəti verildiyi andan) 20 gün müddətinə Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan (Təqsirləndirilən şəxs hökmün surəti verildiyi andan), 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №1(033)-21/2025
Zaqatala Rayon Məhkəməsi Hökm — İş №1(033)-21/2025
01.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver