Məhkəmə qərarları › İş №1(033)-22/2022

Zaqatala Rayon Məhkəməsi Hökm — İş №1(033)-22/2022

22.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Zaqatala rayonu İş № 1(033)-22/2022 22.02.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X1 katibliyi, dövlət ittihаmçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Zaqatala rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs: xx xxxxxx 1991-ci ildə Zaqatala rayonu Yuxarı Çardaxlar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, Zaqatala rayonu Yuxarı Çardaxlar kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında saat 16:00-da baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgəsinə məxsus əmlakı qanunsuz və əvəzsiz ələ keçirmək məqsədilə 24 oktyabr 2021-ci il tarixdə, saat 04 radələrində başqa saxlanc yerinə, yəni Zaqatala şəhəri, F.Əmirov küçəsində yerləşən, Zərərçəkmiş şəxs məxsus “Goldmart” adlanan ərzaq mağazasının yan qapısının şüşəsini sındırmaqla qanunsuz olaraq daxil olmuş, oradan 489 manat 60 qəpik məbləğində nağd pul, 1 ədədinin qiyməti 3 manat 60 qəpik olan cəmi 130 ədəd 468 manat dəyərində Kent markalı siqaretlər, 1 ədədinin qiyməti 2 manat 50 qəpik olan cəmi 116 ədəd 290 manat dəyərində Rothmans markalı siqaretlər, 1 ədədinin qiyməti 2 manat 50 qəpik olan cəmi 139 ədəd 347 manat 50 qəpik dəyərində Pall Mall markalı siqaretlər, 1 ədədinin qiyməti 2 manat 50 qəpik olan cəmi 133 ədəd 332 manat 50 qəpik dəyərində Viceroy markalı siqaretlər, 1 ədədinin qiyməti 3 manat 90 qəpik olan cəmi 140 ədəd 546 manat dəyərində Sobranie markalı siqaretlər, 1 ədədinin qiyməti 3 manat 40 qəpik olan cəmi 119 ədəd 404 manat 60 qəpik dəyərində Winston markalı siqaretlər, 1 ədədinin qiyməti 2 manat 80 qəpik olan cəmi 43 ədəd 120 manat 40 qəpik dəyərində LD Kompakt markalı siqaretlər, 1 ədədinin qiyməti 2 manat 80 qəpik olan cəmi 35 ədəd 98 manat dəyərində LD Nazik markalı siqaretlər, 1 ədədinin qiyməti 2 manat 20 qəpik olan cəmi 52 ədəd 114 manat 40 qəpik dəyərində Want markalı siqaretlər, 1 ədədinin qiyməti 2 manat olan cəmi 16 ədəd 32 manat dəyərində Keno nazik markalı siqaretlər, 1 ədədinin qiyməti 2 manat olan cəmi 20 ədəd 40 manat dəyərində Keno qalın markalı siqaretlər, 1 ədədinin qiyməti 2 manat 20 qəpik olan cəmi 16 ədəd 35 manat 20 qəpik dəyərində Senate nazik markalı siqaretlər, 1 ədədinin qiyməti 2 manat 20 qəpik olan cəmi 2 ədəd 4 manat 40 qəpik dəyərində Senate qalın, 1 ədədinin qiyməti 2 manat 10 qəpik olan cəmi 16 ədəd 33 manat 60 qəpik dəyərində Kingston qalın markalı siqaretlər, 1 ədədinin qiyməti 2 manat 10 qəpik olan cəmi 9 ədəd 18 manat 90 qəpik dəyərində Kingston nazik markalı siqaretlər, 1 ədədinin qiyməti 2 manat 10 qəpik olan cəmi 16 ədəd 33 manat 60 qəpik dəyərində Kingston kompakt markalı siqaretlər, 1 ədədinin qiyməti 1 manat 50 qəpik olan cəmi 6 ədəd 9 manat dəyərində GO markalı içkilər, 1 ədədinin qiyməti 5 manat 40 qəpik olan cəmi 2 ədəd 10 manat 80 qəpik dəyərində Xirdalan markalı pivə, 1 ədədinin qiyməti 35 manat olan cəmi 1 ədəd modem (HUB), 1 ədədinin qiyməti 250 manat olan cəmi 2 ədəd 500 manat dəyərində UPS elektrik tənzimləyicisi, 1 ədədinin qiyməti 35 manat olan cəmi 4 ədəd 140 manat dəyərində adaptorları gizli olaraq götürüb qəsdən talayaraq, dəyəri 80 manat olan 1 ədəd şüşə, dəyəri 300 manat olan işıq paylayıcısı və dəyəri 150 manat olan lazer barkod oxuyucusunu isə sındıraraq, Zərərçəkmiş şəxs ümumilikdə 4633 manat 50 qəpik məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 23 oktyabr 2021-ci il tarixdə axşam saatlarında adını bilmədiyi restoranların birində spirtli içki qəbul etmiş, daha sonra isə mağazaların birindən pivə alaraq içə-içə yaşadığı ev istiqamətində getmiş, yaşadığı evin yaxınlığında yerləşən “Goldmart” mağazasının bağlı olduğunu görmüşdür. O, mağazanın çölündə olan soyuducudan “Go” adlı içkini götürüb yerinə pulunu qoyub getmək istəmiş, soyuducunun qapısı qıfılla bağlı olduğuna görə o, soyuducunun qapısını dartmağa başlamış, bu vaxt soyuducuda olan bütün içkilər yerə dağılmışdır. O, dağılan içkiləri yerinə qoya bilməmiş, daha sonra mağazanın müşahidə kamerasının onu çəkdiyini görmüş və etdiyi hərəkətin oğurluq kimi qiymətləndiriləcəyini düşünərək oğurluq etmək qərarına gəlmişdir. O, bu məqsədlə əvvəlcə yaşadığı evə gedib əski parçası götürərək əlinə sarımış və Goldmart mağazasının yan tərəfinə gələrək əliylə mağazanın yan tərəfindəki şüşəni qırmış və mağazaya daxil olmuşdur. Mağazaya daxil olmaqda onun əsas məqsədi siqaretləri götürərək həbsxanada cəza çəkən dostlarına göndərmək və mağazada olan müşahidə kamerasının “hard disk” deyilən hissəsini məhv etmək olmuşdur. Buna görə də o, əvvəlcə mağazada olan şunurlarını kəsməyə başlamış, orada olan 2 ədəd elektrik tənzimləyicilərini çıxartmış, modemi yerindən qopartmış və qarşısına çıxan gördüyü bütün şunurları kəsmişdir. Daha sonra o, mağazanın içində kassa yerləşən yerdə vitrində olan bütün siqaretləri mağazanın içindən götürdüyü ağ rəngli torbaya yığmış, siqaretləri torbaya yığan zaman bir ədəd 1 litrlik pivə götürüb içməyə başlamışdır. O, siqaretləri torbaya yığdıqdan sonra kassaya baxmış və kassanın çəkməcəsinin yerində olmadığını görmüşdür. Bundan sonra o, masanın çəkməsini yoxlamış və orada olan 9 manat pulu götürüb göyə atmışdır. O, götürdüyü əşyaları əvvəlcədən bildiyi F.Əmirov küçəsində yerləşən köhnə qaraja aparıb orada saxlamışdır. O, həmin əşyaları qaraja yığmaq üçün təxminən 5 dəfə mağazaya getmişdir. Bundan sonra isə o, yaşadığı evə getmiş, bir müddət keçdikdən sonra polis əməkdaşları yaşadığı evə gələrək onu polis şöbəsinə dəvət etmişlər. O, polis şöbəsində etdiyi əməli etiraf etmişdir. O, həmçinin ifadəsində göstərdi ki, oğurladığı əşyaları qaraja yığdıqdan sonra 2 ədəd elektrik tənzimləyicisini götürüb Tala çayının üzərində olan körpüyə gedərək oradan tulladıqdan sonra evə qayıtmışdır. Etdiyi əməldən peşmandır və zərərçəkmiş şəxsə dəymiş zərəri tam ödəməklə onunla barışıq əldə etmişdir. Barəsində yüngül cəza növünün təyin edilməsini xahiş edir. Məhkəmə baxışı iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, yaşadığı evin yaxınlığında ona məxsus olan “Goldmart” ərzaq mağazasını işlədir. Ona məxsus Goldmart mağazasını hər gün səhər 06 radələrində qardaşı Səbuhi və ya atası Elman açır, saat 16-17 radələrində isə o, mağazaya gələrək gecə saat 01-02 radələrinədək mağazada işləyir. O, 23.10.2021-ci il tarixdən 24.10.2021-ci il tarixə keçən gecə təxminən saat 01 radələrində mağazanı bağlayaraq evə getmiş və yatmışdır. O, mağazanı bağlasa da müxtəlif içkilərin olduğu soyuducular mağazanın yan və qarşı tərəfində bayırda qalır və o, həmin soyuducuları qıfılla bağlayır. 24.10.2021-ci il tarixdə onun qardaşı Səbuhi 055 663 40 04 nömrəli mobil telefonla ona məxsus 070 299 00 62 nömrəli mobil telefona zəng etməsinə baxmayaraq o, yuxudan oyanmamış, daha sonra onu atası Elman yuxudan oyadaraq mağazaya getməsini demişdir. O, mağazaya gedib oradakı insanları görəndə mağazadan oğurluq hadisəsi olduğunu başa düşmüş, mağazaya daxil olduqda yan qapının şüşəsinin sındırılmış və mağazanın içərisinin dağılmış vəziyyətdə olduğunu görmüşdür. O, dərhal polis şöbəsinə gedərək bu barədə ərizə ilə müraciət etmiş, polis əməkdaşları hadisə yerinə gəlmiş, hadisə yerinə baxış keçirilmiş və şəkillər çəkilmişdir. Daha sonra o, mağazadan baş vermiş oğurluq hadisəsi nəticəsində ona dəymiş maddi ziyanı hesablamış və ona məlum olmuşdur ki, mağazadan 489 manat 60 qəpik nəğd pul, 1 ədədinin qiyməti 3 manat 60 qəpik olan 130 ədəd 468 manat dəyərində Kent markalı siqaretlər, 1 ədədinin qiyməti 2 manat 50 qəpik olan 116 ədəd 290 manat dəyərində Rothmans markalı siqaretlər, 1 ədədinin qiyməti 2 manat 50 qəpik olan 139 ədəd 347 manat 50 qəpik dəyərində Pall Mall markalı siqaretlər, 1 ədədinin qiyməti 2 manat 50 qəpik olan 133 ədəd 332 manat 50 qəpik dəyərində Viceroy markalı siqaretlər, 1 ədədinin qiyməti 3 manat 90 qəpik olan 140 ədəd 546 manat dəyərində Sobranie markalı siqaretlər, 1 ədədinin qiyməti 3 manat 40 qəpik olan 119 ədəd 404 manat 60 qəpik dəyərində Winston markalı siqaretlər, 1 ədədinin qiyməti 2 manat 80 qəpik olan 43 ədəd 120 manat 40 qəpik dəyərində LD Kompakt markalı siqaretlər, 1 ədədinin qiyməti 2 manat 80 qəpik olan 35 ədəd 98 manat dəyərində LD Nazik markalı siqaretlər, 1 ədədinin qiyməti 2 manat 20 qəpik olan 52 ədəd 114 manat 40 qəpik dəyərində Want markalı siqaretlər, 1 ədədinin qiyməti 2 manat olan 16 ədəd 32 manat dəyərində Keno nazik markalı siqaretlər, 1 ədədinin qiyməti 2 manat olan 20 ədəd 40 manat dəyərində Keno qalın markalı siqaretlər, 1 ədədinin qiyməti 2 manat 20 qəpik olan 16 ədəd 35 manat 20 qəpik dəyərində Senate nazik markalı siqaretlər, 1 ədədinin qiyməti 2 manat 20 qəpik olan 2 ədəd 4 manat 40 qəpik dəyərində Senate qalın, 1 ədədinin qiyməti 2 manat 10 qəpik olan 16 ədəd 33 manat 60 qəpik dəyərində Kingston qalın markalı siqaretlər, 1 ədədinin qiyməti 2 manat 10 qəpik olan 9 ədəd 18 manat 90 qəpik dəyərində Kingston nazik markalı siqaretlər, 1 ədədinin qiyməti 2 manat 10 qəpik olan 16 ədəd 33 manat 60 qəpik dəyərində Kingston kompakt markalı siqaretlər, 1 ədədinin qiyməti 1 manat 50 qəpik olan 6 ədəd 9 manat dəyərində GO markalı içkilər, 1 ədədinin qiyməti 5 manat 40 qəpik olan 2 ədəd 10 manat 80 qəpik dəyərində Xirdalan markalı pivə, 1 ədədinin qiyməti 35 manat olan 1 ədəd modem, 1 ədədinin qiyməti 250 manat olan 2 ədəd 500 manat dəyərində UPS elektrik tənzimləyicisi, 1 ədədinin qiyməti 35 manat olan 4 ədəd 140 manat dəyərində adaptoru oğurlanmış, dəyəri 80 manat olan 1 ədəd şüşə, dəyəri 300 manat olan işıq paylayıcısı və dəyəri 150 manat olan lazer barkod oxuyucusu sındırılaraq ümumilikdə 4633 manat 50 qəpik məbləğində ziyan dəymişdir. Zərərçəkmiş şəxs 17 dekabr 2021-ci il tarixdə əlavə olaraq ifadəsində Məhkəmə-Ekspertiza Mərkəzinin vermiş olduğu rəydə göstərilən qiymətlərlə ümumilikdə razı olsa da, rəydə UPS elektrik tənzimləyicisinin qiyməti ilə razı olmadığını göstərmişdir. O, ən ucuz UPS elektrik tənzimləyicisinin qiymətinin 65 manat olduğunu, onun aldığı UPS elektrik tənzimləyicisinin isə mağazalarda uzun müddət elektrik saxlayan UPS olduğuna görə 1 ədədini 250 manata aldığını bildirmiş, həmçinin rəydə adaptorun və modemin qiyməti ilə də razı olmadığını, o bir ədəd adaptoru 35 manata, bir ədəd modemi isə 35 manata aldığını göstərmişdir. Bundan başqa o, ifadəsində mağazada olan barkod oxuyucusunun qiymətinin də ekspertin verdiyi qiymətlə razı olmadığını, həmin barkod oxuyucusunu 150 manata aldığını göstərmişdir. Həmçinin o ifadəsində elektrik qutusunun Təqsirləndirilən şəxs tərəfindən zədələməsi nəticəsində qutunun yenidən bərpası üçün 300 manat xərc çəkdiyini bildirmişdir. O, ekspertiza rəyində göstərilən digər qiymətlərlə razı olduğunu bildirmişdir. O, həmçinin göstərdi ki, oğurlanmış əmlaklarla bağlı olan hissədə ona 4103 manat 50 qəpik, əmlakın məhv edilməsi ilə bağlı olan hissədə isə ona 530 manat ziyan dəymişdir. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi zəzər tam ödənilmiş, ondan heç bir şikayəti və tələbi yoxdur.Təqsirləndirilən şəxslə barışmışdır. Təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclası zamanı şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, o, heç bir yerdə işləmir, lakin qardaşı Zərərçəkmiş şəxs məxsus Zaqatala şəhəri F.Əmirov küçəsində yerləşən “Goldmart” mağazasında ona köməklik edir. Hər gün səhər saat 06:00-da atası Elman Şərifov ona zəng vuraraq yuxudan oyadır, o, mağazanı hər gün səhər saat 06 radələrində açır, daha sonra isə axsam saat 17-18 radələrinədək orada həm işləyir, həm də işçilərə nəzarət edir, axsam saat 18:00-dan sonra isə qardaşı Zərərçəkmiş şəxs mağazaya gəlir və gecə saat 01 radələrinədək Zərərçəkmiş şəxs mağazada olur. 23.10.2021-ci il tarixdən 24.10.2021-ci il tarixə keçən gecə onun qardaşı Zərərçəkmiş şəxs saat 01 radələrində mağazanı bağlayaraq evə getmiş, 24.10.2021-ci il tarixdə həmişə olduğu kimi səhər saat 06 radələrində atası Elman ***-***-**-** mobil nömrə ilə ona məxsus ***-***-**-** mobil nömrəsinə zəng edərək onu yuxudan oyatmışdır. O, hər səhər çörək sexində işləyən Ümidlə birlikdə mağazaya gəldiyi üçün həmin gün də Ümidlə birlikdə çörək sexindən mağazaya veriləcək çörək miqdarını götürüb, Ümidin idarə etdiyi avtomaşınla mağazaya gəlmişlər. O, səhər saat 06:30 radələrində mağazanın qapısını açarla açmış və içəri daxil olduqda mağazanın içinin dağınıq vəziyyətdə olduğunu və rəflərdə olan malların yerə töküldüyünü görmüşdür. Bundan sonra o, mağazanın işığını yandırmaq üçün kassanın yanına getmiş və işığı yandırmaq üçün düyməni basdıqda işıqlar yanmamışdır. Bundan sonra o, çörəklərin olduğu rəflərin yanında olan rubilniklərin yerləşdiyi elektrik qutusunun yanına getmiş, bu zaman mağazanın yan tərəfində malların qəbulu üçün nəzərdə tutulmuş yan qapının şüşəsinin sındırıldığını görmüş və ona mağazadan oğurluq hadisəsi olduğu məlum olmuşdur. Daha sonra o, elektrik qutusunda olan rubilnikləri aşağı yuxarı etsə də, işıqlar yanmamışdır. O, elektrik qutusunun yanında yerləşən mağazanın kamera müşahidəsinin yaddaş aparatını dərhal yoxlamış və aparatın yerində olduğunu görmüşdür. Bundan sonra o, mağazanın arxasında yerləşən elektrik hesablayıcısını yoxlamış və orada hər şey qaydasında olduğunu görmüşdür. O, yenidən mağazaya qayıdaraq mağazanın ikinci mərtəbəsində yerləşən generatorun elektrik hesablayıcısını yoxlamaq məqsədilə ikinci mərtəbəyə qalxmış və orada elektrik hesablayıcısının dağıldıldığını və şunurların kəsildiyini aşkar etmişdir. O, qardaşı Zərərçəkmiş şəxs zəng vurmuş, Sənan əvvəlcə telefona cavab verməsə də, sonradan mağazaya gəlmiş və o, Sənana mağazadan oğurluq olması barədə məlumat vermişdir. Onun qardaşı X2 şöbəsinə ərizə ilə müraciət etmiş, dərhal polis əməkdaşları mağazaya gəlmişdir, mağazaya baxış keçirilmiş, şəkillər çəkilmiş və əl-barmaq izləri götürülmüşdür. Daha sonra o, qardaşı Sənanla birlikdə mağazaya dəymiş ziyanı hesablamış və mağazadan 489 manat 60 qəpik nəğd pul, 1 ədədinin qiyməti 3 manat 60 qəpik olan 130 ədəd 468 manat dəyərində Kent markalı siqaretlər, 1 ədədinin qiyməti 2 manat 50 qəpik olan 116 ədəd 290 manat dəyərində Rothmans markalı siqaretlər, 1 ədədinin qiyməti 2 manat 50 qəpik olan 139 ədəd 347 manat 50 qəpik dəyərində Pall Mall markalı siqaretlər, 1 ədədinin qiyməti 2 manat 50 qəpik olan 133 ədəd 332 manat 50 qəpik dəyərində Viceroy markalı siqaretlər, 1 ədədinin qiyməti 3 manat 90 qəpik olan 140 ədəd 546 manat dəyərində Sobranie markalı siqaretlər, 1 ədədinin qiyməti 3 manat 40 qəpik olan 119 ədəd 404 manat 60 qəpik dəyərində Winston markalı siqaretlər, 1 ədədinin qiyməti 2 manat 80 qəpik olan 43 ədəd 120 manat 40 qəpik dəyərində LD Kompakt markalı siqaretlər, 1 ədədinin qiyməti 2 manat 80 qəpik olan 35 ədəd 98 manat dəyərində LD Nazik markalı siqaretlər, 1 ədədinin qiyməti 2 manat 20 qəpik olan 52 ədəd 114 manat 40 qəpik dəyərində Want markalı siqaretlər, 1 ədədinin qiyməti 2 manat olan 16 ədəd 32 manat dəyərində Keno nazik markalı siqaretlər, 1 ədədinin qiyməti 2 manat olan 20 ədəd 40 manat dəyərində Keno qalın markalı siqaretlər, 1 ədədinin qiyməti 2 manat 20 qəpik olan 16 ədəd 35 manat 20 qəpik dəyərində Senate nazik markalı siqaretlər, 1 ədədinin qiyməti 2 manat 20 qəpik olan 2 ədəd 4 manat 40 qəpik dəyərində Senate qalın, 1 ədədinin qiyməti 2 manat 10 qəpik olan 16 ədəd 33 manat 60 qəpik dəyərində Kingston qalın markalı siqaretlər, 1 ədədinin qiyməti 2 manat 10 qəpik olan 9 ədəd 18 manat 90 qəpik dəyərində Kingston nazik markalı siqaretlər, 1 ədədinin qiyməti 2 manat 10 qəpik olan 16 ədəd 33 manat 60 qəpik dəyərində Kingston kompakt markalı siqaretlər, 1 ədədinin qiyməti 1 manat 50 qəpik olan 6 ədəd 9 manat dəyərində GO markalı içkilər, 1 ədədinin qiyməti 5 manat 40 qəpik olan 2 ədəd 10 manat 80 qəpik dəyərində Xirdalan markalı pivə, 1 ədədinin qiyməti 35 manat olan 1 ədəd modem, 1 ədədinin qiyməti 250 manat olan 2 ədəd 500 manat dəyərində UPS elektrik tənzimləyicisi, 1 ədədinin qiyməti 35 manat olan 4 ədəd 140 manat dəyərində adaptor oğurlanmış, dəyəri 80 manat olan 1 ədəd şüşə, dəyəri 300 manat olan işıq paylayıcısı və dəyəri 150 manat olan lazer barkod oxuyucusu sındırılaraq ümumilikdə 4633 manat 50 qəpik məbləğində ziyan dəydiyi məlum olmuşdur. Məhkəmə baxışı iclası zamanı şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, “Sahib un məmulatları” şirkətində sürücü ekspeditor vəzifəsində işləyir və o, şirkətə məxsus avtomobillə gün ərzində Zaqatala şəhərində və rayonun kəndlərində mağazalara və digər obyektlərə çörək, digər un məmulatlarını daşıyaraq çatdırır. O, adətən saat 05:30 radələrində evdən çıxaraq şirkətə gedib oradan çörək götürüb qabaqcadan çörək sifariş etmiş obyektlərə paylayır, Zaqatala rayonu Muğanlı dairəsi yaxınlığındakı mağazaya isə çörəyi verdikdən sonra orada yaşayan “Goldmart” mağazasında işləyən Şahid1 yoldan götürərək “Goldmart” mağazasına gedir və həmin mağazanın gündəlik çörək sifarişini verdikdən sonra işini davam etdirir. O, 24 oktyabr 2021-ci il tarixdə saat 06 radələrində Zaqatala rayonu Göyəm kəndində olan mağazalara çörək sifarişlərini çatdırıb Muğanlıya qayıdan zaman Zaqatala şəhəri F.Əmirov küçəsi ilə hərəkətdə olan zaman “Goldmart” mağazasının işıqlarının yanmadığını görmüş və işıqların söndüyünü düşünmüşdür. O, Muğanlı dairəsinə getmiş, orada mağazaların çörək sifarişlərini yerinə yetirdikdən sonra idarə etdiyi avtomobillə Zaqatala rayonu Yuxarı Tala kəndində yaşayan Şahid1 da götürərək Zaqatala şəhəri F.Əmirov küçəsində yerləşən “Goldmart” mağazasına gəlmişlər. Mağazanın qarşısına çatdıqda mağazanın işığının yanmadığını görmüş, o, Səbuhiyə Göyəm kəndindən qayıdarkən mağazanın işığının yanmadığını gördüyünü bildirmişdir. Şahid1 mağazanın qapısını açmaq üçün qapıya tərəf yaxınlaşanda o da idarə etdiyi avtomobilin yük yerinə yaxınlaşaraq oradan “Goldmart” mağazası üçün gətirdiyi çörəkləri karton qutuya yığmağa başlamışdır. O, içərisində çörəklər olan qutunu götürüb Şahid1 arxasınca mağazaya girmək istədikdə mağazanın içərisinin dağıdılmış vəziyyətdə olduğunu görmüşlər. Səbuhi ona mağazadan oğurluq olduğunu demiş və o, əlində olan karton qutunu yenidən geri qaytarıb maşının yük yerinə qoymuşdur. Daha sonra o, Səbuhi ilə birlikdə mağazaya girəndə giriş qapısının sağ tərəfində olan kassa aparatının yerləşdiyi yerdəki kompyuterlərin şunurlarının kəsik vəziyyətdə olduğunu, siqaretlərin yerləşdiyi vitrinin boş olduğunu, biraz da qabağa tərəf getdikdə yan qapının şüşəsinin qırılmış vəziyyətdə olduğunu görmüşlər. Bundan sonra o, Səbuhi ilə birlikdə heç bir şeyə toxunmadan polisə məlumat vermək qərarına gəlmişlər və mağazadan çölə çıxaraq mağazaya gələn müştərilərə mağazanın işləmədiyini bildirmişlər. O, təxminən 5 dəqiqə Şahid1la birlikdə dayandıqdan sonra yenidən idarə etdiyi avtomobilə əyləşərək işə getmişdir. İşdə olan “Baxış keçirilməsi haqqında” 24 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən yer Zaqatala şəhəri F.Əmirov küçəsində yerləşən “Goldmart” mağazasıdır. Mağaza ümumilikdə 100 kv. metrdir. Mağaza iki mərtəbəli tikilinin 1-ci mərtəbəsində yerləşir. Mağazanın ətrafı şüşə pəncərələrlə əhatə olunmuşdur. Mağazaya giriş üçün 2 qapı nəzərdə tutulmuşdur. 1-ci qapı F.Əmirov küçəsi tərəfdən müştərilərin giriş-çıxışı üçün nəzərdə tutulmuşdur. 2-ci qapı isə Vidadi küçəsi tərəfindən mağazaya gətirilən malların qəbulu üçün nəzərdə tutulmuşdur. Hər iki qapı aliminiumdur və qapının böyük hissəsi şüşədən ibarətdir. Mağazaya baxış zamanı mağazanın mal qəbulu üçün nəzərdə tutulmuş qapısının sınıq olduğu aşkar edilmişdir. Bundan başqa kassa aparatının yerləşdiyi yerin arxasında siqaretlərin saxlanılması üçün vitrində siqaretlərin yerində olmadığı aşkar edilmişdir. Eyni zamanda həmin yerdə pulların yığılması üçün nəzərdə tutulmuş dolab açıq və boş vəziyyətdə aşkar edilmişdir. Daha sonra mağazanın F.Əmirov küçəsi tərəfindən giriş qapısının sol tərəfindən üzərində “Bizon” yazısı olan soyuducunun içində olan enerji içkiləri dağıdılmış vəziyyətdə aşkar edilmişdir. Bundan başqa, kassa aparatı yerləşən masanın altında olan elektrik naqillər kəsilmiş vəziyyətdə aşkar edilmişdir. Baxış zamanı mağazanın ikinci mərtəbəsində yerləşən elektrik qutusunun qapısı açıq və naqillər kəsilmiş vəziyyətdə aşkar edilmişdir. Baxış zamanı Zərərçəkmiş şəxs mağazanın kassasından 1500 manat pul, 2000 manat dəyərində siqaret, enerji içkiləri, UPS-lər və modem, adaptor oğurlandığını bildirmişdir. Baxış zamanı mağazanın yan qapısının sınmış şüşəsinin üstündən və üzərində “Bizon” yazısı olan soyuducunun şüşəsinin üzərindən əl-barmaq izləri götürülmüşdür. İş materiallarında olan 24 oktyabr 2021-ci il tarixli video görüntünün götürülməsi və baxış keçirilməsi haqqında protokoldan görünür ki, 24 oktyabr 2021-ci il tarixdə saat 04:21 radələrində “Goldmart” marketin müşahidə kamerasına düşmüş görüntüləri əks etdirir. 24 oktyabr 2021-ci il tarixdə, saat 04:21-də naməlum şəxsin mağazanın ətrafına yaxınlaşması və yan qapının şüşəsini sındırması, 04:23 dəqiqədə marketə daxil olması, 04:25 dəqiqədə əlində olan selofan torbalarla mağazanın kassa yerləşən hissəsinə yaxınlaşdığı və daha sonra mağazanın ikinci mərtəbəsinə qalxdığı görünür. İş materiallarında olan 24 oktyabr 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs “Goldmart” mağazasından oğurlamış olduğu maddi sübutlar olan 6 ədəd Kent kompakt, 7 ədəd Want ağ nazik, 16 ədəd Kingston kompakt, 26 ədəd Want Linex, 14 ədəd X3, 3 ədəd Sobranie qalın göy, 1 ədəd Sobranie ağ kompakt, 1 ədəd Sobranie qara nazik, 4 ədəd Winston kompakt, 6 ədəd Winston nazik, 14 ədəd LD nazik, 67 ədəd Rothmans kompakt, 58 ədəd Viceroy nazik, 10 ədəd Keno nazik, 20 ədəd Keno qalın, 20 ədəd LD ağ kompakt, 9 ədəd Pallmall qalın, 23 ədəd Palmall nazik, 9 ədəd Kingstone nazik, 16 ədəd Kingstone qalın, 2 ədəd Senate qalın markalı siqaretləri, 1 ədəd modem və 2 ədəd adaptoru onun tərəfindən könüllü olaraq istintaqa təqdim etmişdir. İş materiallarında olanşübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 24 oktyabr 2021-ci il tarixdə saat 13:40-da Müdafiəçi iştirakı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əm\lini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 26.10.2021-ci il tarixli şəxsin həbsdən azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və qərar ona elan edilməklə dərhal MSY-dən azad edilməsi qərara alınmışdır. İş materiallarında olan 30.10.2021-ci il tarixli Zərərçəkmiş şəxs tərəfindən verilmiş qəbzdən görünür ki, maddi sübutlar olan 6 ədəd Kent kompakt, 7 ədəd Want ağ nazik, 16 ədəd Kingston kompakt, 26 ədəd Want Linex, 14 ədəd X3, 3 ədəd Sobranie qalın göy, 1 ədəd Sobranie ağ kompakt, 1 ədəd Sobranie qara nazik, 4 ədəd Winston kompakt, 6 ədəd Winston nazik, 14 ədəd LD nazik, 67 ədəd Rothmans kompakt, 58 ədəd Viceroy nazik, 10 ədəd Keno nazik, 20 ədəd Keno qalın, 20 ədəd LD ağ kompakt, 9 ədəd Pallmall qalın, 23 ədəd Palmall nazik, 9 ədəd Kingstone nazik, 16 ədəd Kingstone qalın, 2 ədəd Senate qalın markalı siqaretləri, 1 ədəd modem və 2 ədəd adapter məhkəmənin hökmü çıxarılana qədər saxlamaq üçün onun tərəfindən təhvil alınmışdır. İşdə olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 30.10.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İşdə olan Zaqatala RİHB-nın Yuxarı Çardaxlar kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs onun barəsində nümayəndəliyə şifahi və yazılı şəkildə heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan 13.11.2021-ci il tarixli 011-10645-1221 nömrəli Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin məktubundan görünür ki, Zərərçəkmiş şəxs məxsus “Goldmart” mağazasında baş vermiş oğurluq faktı ilə bağlı hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izlərindən 04 ədədi Təqsirləndirilən şəxs sağ əlinin şəhadət, orta, adsız və çeçələ barmaqları ilə eynilik müəyyən edilmişdir. İş materiallarında olan 11 dekabr 2021-ci il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları əyani şəkildə göstərməsi üçün Müdafiəçi ilə birlikdə Zaqatala şəhəri F.Əmirov küçəsində yerləşən “Goldmart” mağazasına gəlmişdir. İfadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs mağazanın qarşısında olan soyuducunu göstərərək əvvəlcə oradan enerji içkisi götürmək istədiyini, daha sonra mağazanın yan qapısını göstərərək həmin qapının şüşəsini sındıraraq mağazaya daxil olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs mağazanın içində kassanın yerləşdiyi yerin arxasındakı siqaretlər olan vitrini göstərərək orada olan siqaretləri sellofan torbaya yığaraq oğurladığını bildirmişdir. Təqsirləndirilən şəxs kassanın da olduğu masanın çəkməcəsini göstərərək oradan 9 manat pul götürdüyünü və yerə atdığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs həmin masanın altını göstərərək orada olan şunurları kəsdiyini, 2 ədəd adaptor, 2 ədəd elektrik tənzimləyici olan qurğu (UPs) və 1 ədəd modemi, eyni zamanda 4 ədəd qeydlər üçün nəzərdə tutulmuş dəftəri götürdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs daha sonra mağazanın 2-ci mərtəbəsində ortada olan sütunu göstərərək hadisə zamanı orda elektrik qutusu yerləşdiyini və həmin elektrik qutusunda olan şunurları kəsdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçilə birlikdə Zaqatala şəhəri F.Əmirov küçəsi 19 saylı evin qarşı tərəfində yerləşən yerə getmişdirlər. Orada Təqsirləndirilən şəxs qapısı açıq vəziyyətdə olan saxlanc yerini göstərərək “Goldmart” mağazasından oğurladığı siqaretləri modem və adaptoru, eyni zamanda 4 ədəd qeydlər olan dəftərləri orada saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs və Müdafiəçilə birlikdə Tala çayı olan körpünün yaxınlığına getmişlər. Təqirləndirilən şəxs Təqsirləndirilən şəxs körpünün üstündə dayanaraq durduğu yerdən “Goldmart” mağazasından oğurladığı 2 ədəd elektrik tənzimləyici qurğu olan UPS-i Tala çayına atdığını bildirmişdir. İfadənin yerində yoxlanılması zamanı təqsirləndirilən şəxs “Goldmart” mağazasından oğurladığı siqaret və digər əşyaları istintaq zamanı könüllü olaraq istintaqa təqdim etdiyini bildirdi. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 16 dekabr 2021-ci il tarixdə verilmiş 9/8122 nömrəli ekspert rəyindən görünür ki, hadisə baş verən tarixə orta bazar qiyməti Kent markalı siqaret 1 ədədinin qiyməti 3 manat 60 qəpik, Rothmans markalı siqaret 1 ədədinin qiyməti 2 manat 50 qəpik, Pall Mall markalı siqaret 1 ədədinin qiyməti 2 manat 50 qəpik, Viceroy markalı siqaret 1 ədədinin qiyməti 2 manat 50 qəpik, Sobranie markalı siqaret 1 ədədinin qiyməti 3 manat 90 qəpik, Winston markalı siqaret 1 ədədinin qiyməti 3 manat 40 qəpik, LD Kompakt markalı siqaretlər 1 ədədinin qiyməti 2 manat 80 qəpik, LD Nazik markalı siqaret 1 ədədinin qiyməti 2 manat 80 qəpik, Want markalı siqaret 1 ədədinin qiyməti 2 manat 20 qəpik, Keno nazik markalı siqaret 1 ədədinin qiyməti 2 manat, Keno qalın markalı siqaretlər 1 ədədinin qiyməti 2 manat, Senate nazik markalı siqaret 1 ədədinin qiyməti 2 manat 20 qəpik, Senate qalın markalı siqaret 1 ədədinin qiyməti 2 manat 20 qəpik, Kingston qalın markalı siqaret 1 ədədinin qiyməti 2 manat 10 qəpik, Kingston nazik markalı siqaret 1 ədədinin qiyməti 2 manat 10 qəpik, Kingston kompakt markalı siqaret 1 ədədinin qiyməti 2 manat 10 qəpik, GO markalı içki 1 ədədinin qiyməti 1 manat 50 qəpik, Xirdalan markalı 2 lt. pivə 1 ədədinin qiyməti 5 manat 40 qəpik, modem (HUB) 1 ədədinin qiyməti 20 manat, UPS elektrik tənzimləyicisi 1 ədədinin qiyməti 250 manat, üzərində “posiflex” sözləri yazılmış adaptor 1 ədədinin qiyməti 10 manat, üzərində “HP” sözləri yazılmış adaptor 1 ədədinin qiyməti 15 manat, eni 62 sm, hündürlüyü 190 sm, qalınlığı isə 6 mm olan 2 qat şəffaf şüşə 1 ədədinin qiyməti 80 manat, lazer barkod oxuyucusu 1 ədədinin dəyəri 40 manat olan olmaqla 232 manat 80 qəpik təşkil edir. İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona vurulmuş maddi ziyanı tam şəkildə ödəmişdir. Ondan heç bir şikayəti və tələbi yoxdur. Onunla barışmışdır və ərizəsinin nəzərə alınmasını xahiş edir. Beləliklə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun özünün, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, məhkəmə istintaqında tədqiq olunmuş digər dəlillərlə tam sübuta yetirildi. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgəsinə məxsus əmlakı qanunsuz və əvəzsiz ələ keçirmək məqsədilə 24 oktyabr 2021-ci il tarixdə, saat 04 radələrində başqa saxlanc yerinə, yəni Zaqatala şəhəri, F.Əmirov küçəsində yerləşən, Zərərçəkmiş şəxs məxsus “Goldmart” adlanan ərzaq mağazasının yan qapısının şüşəsini sındırmaqla qanunsuz olaraq daxil olmuş, oradan 489 manat 60 qəpik məbləğində nağd pul, 1 ədədinin qiyməti 3 manat 60 qəpik olan cəmi 130 ədəd 468 manat dəyərində Kent markalı siqaretlər, 1 ədədinin qiyməti 2 manat 50 qəpik olan cəmi 116 ədəd 290 manat dəyərində Rothmans markalı siqaretlər, 1 ədədinin qiyməti 2 manat 50 qəpik olan cəmi 139 ədəd 347 manat 50 qəpik dəyərində Pall Mall markalı siqaretlər, 1 ədədinin qiyməti 2 manat 50 qəpik olan cəmi 133 ədəd 332 manat 50 qəpik dəyərində Viceroy markalı siqaretlər, 1 ədədinin qiyməti 3 manat 90 qəpik olan cəmi 140 ədəd 546 manat dəyərində Sobranie markalı siqaretlər, 1 ədədinin qiyməti 3 manat 40 qəpik olan cəmi 119 ədəd 404 manat 60 qəpik dəyərində Winston markalı siqaretlər, 1 ədədinin qiyməti 2 manat 80 qəpik olan cəmi 43 ədəd 120 manat 40 qəpik dəyərində LD Kompakt markalı siqaretlər, 1 ədədinin qiyməti 2 manat 80 qəpik olan cəmi 35 ədəd 98 manat dəyərində LD Nazik markalı siqaretlər, 1 ədədinin qiyməti 2 manat 20 qəpik olan cəmi 52 ədəd 114 manat 40 qəpik dəyərində Want markalı siqaretlər, 1 ədədinin qiyməti 2 manat olan cəmi 16 ədəd 32 manat dəyərində Keno nazik markalı siqaretlər, 1 ədədinin qiyməti 2 manat olan cəmi 20 ədəd 40 manat dəyərində Keno qalın markalı siqaretlər, 1 ədədinin qiyməti 2 manat 20 qəpik olan cəmi 16 ədəd 35 manat 20 qəpik dəyərində Senate nazik markalı siqaretlər, 1 ədədinin qiyməti 2 manat 20 qəpik olan cəmi 2 ədəd 4 manat 40 qəpik dəyərində Senate qalın, 1 ədədinin qiyməti 2 manat 10 qəpik olan cəmi 16 ədəd 33 manat 60 qəpik dəyərində Kingston qalın markalı siqaretlər, 1 ədədinin qiyməti 2 manat 10 qəpik olan cəmi 9 ədəd 18 manat 90 qəpik dəyərində Kingston nazik markalı siqaretlər, 1 ədədinin qiyməti 2 manat 10 qəpik olan cəmi 16 ədəd 33 manat 60 qəpik dəyərində Kingston kompakt markalı siqaretlər, 1 ədədinin qiyməti 1 manat 50 qəpik olan cəmi 6 ədəd 9 manat dəyərində GO markalı içkilər, 1 ədədinin qiyməti 5 manat 40 qəpik olan cəmi 2 ədəd 10 manat 80 qəpik dəyərində Xirdalan markalı pivə, 1 ədədinin qiyməti 35 manat olan cəmi 1 ədəd modem (HUB), 1 ədədinin qiyməti 250 manat olan cəmi 2 ədəd 500 manat dəyərində UPS elektrik tənzimləyicisi, 1 ədədinin qiyməti 35 manat olan cəmi 4 ədəd 140 manat dəyərində adaptorları gizli olaraq götürüb qəsdən talayaraq, dəyəri 80 manat olan 1 ədəd şüşə, dəyəri 300 manat olan işıq paylayıcısı və dəyəri 150 manat olan lazer barkod oxuyucusunu isə sındıraraq, Zərərçəkmiş şəxs ümumilikdə 4633 manat 50 qəpik məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarının 1-ci bəndinə görə məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Həmin Qərarın 19-cu bəndində göstərilir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerinə qanunsuz daxil olmaq dedikdə, oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq bilavasitə məhkəmə iclasında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut kimi qəbul edərək, həmin sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış biri-digərini tamamlayan sübutlarla tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hal qismində nəzərə alınır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, həmçinin cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyin olunması məsələsini müzakirə edərək, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, həmçinin onun oğurluq cinayətini törətdikdən sonra cinayət əməlinin gizlədilməsi yönündə hərəkətlər etməsini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini, təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməsinin ağlabatan və cəzanın məqsədinə nail olunması baxımından yetərli vasitə hesab oluna bilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində 26 oktyabr 2021-ci il tarixdə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək onun barəsində həbs qətimkan tədbiri seçilməli, və o, məhkəmə iclas zalından həbsə alınmalıdır. Cəzasının əvvəli həbsə alınacağı tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçiləcək həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi öz qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən şəxs 24 oktyabr 2021-ci il tarixdən 26 oktyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində tutularaq saxlanıldığı 2 (iki) gün, nəzərə alınmaqla ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının müddəti Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hesablanmalıdır. İş üzrə 100 (bir yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinin hesabına ödənilsin. Hadisə yerindən götürülmüş əl-barmaq izlərinin əks olunduğu lent kəsiklərinin yerləşdiyi zərf cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ürzə 6 ədəd Kent kompakt, 7 ədəd Want ağ nazik, 16 ədəd Kingston kompakt, 26 ədəd Want Linex, 14 ədəd X3, 3 ədəd Sobranie qalın göy, 1 ədəd Sobranie ağ kompakt, 1 ədəd Sobranie qara nazik, 4 ədəd Winston kompakt, 6 ədəd Winston nazik, 14 ədəd LD nazik, 67 ədəd Rothmans kompakt, 58 ədəd Viceroy nazik, 10 ədəd Keno nazik, 20 ədəd Keno qalın, 20 ədəd LD ağ kompakt, 9 ədəd Pallmall qalın, 23 ədəd Palmall nazik, 9 ədəd Kingstone nazik, 16 ədəd Kingstone qalın, 2 ədəd Senate qalın markalı siqaretləri, 1 ədəd modem, 2 ədəd adaptorun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə xüsusi müsadirə olunmalı əmlakın və mülki iddianın olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında həm də hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə hakim tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməmişdir. Belə vəziyyətdə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan müsadirə edilməli olan əmlak mövcud deyildir. Azərbaycan Respublikası CPM-nin 349-cu maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 24 oktyabr 2021-ci il tarixdən 26 oktyabr 2021-ci il tarixədək tutularaq saxlanıldığı 2 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddətinin azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla 2 (iki) gün həmin cəzadan çıxılsın və onun üzərində qəti cəza olaraq 01 (bir) 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasının əvvəli həbsə alındığı tarixdən, yəni, 22 fevral 2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi öz qüvvəsində saxlanılsın. İş üzrə ekspertiza xərci olan 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət büdcəsinə keçirilsin. Hadisə yerindən götürülmüş əl-barmaq izlərinin əks olunduğu lent kəsiklərinin yerləşdiyi zərf cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 6 ədəd kent kompakt, 7 ədəd Want ağ nazik, 16 ədəd Kingston kompakt, 26 ədəd Want Linex, 14 ədəd X3, 3 ədəd Sobranie qalın göy, 1 ədəd Sobranie ağ kompakt, 1 ədəd Sobranie qara nazik, 4 ədəd Winston kompakt, 6 ədəd Winston nazik, 14 ədəd LD nazik, 67 ədəd Rothmans kompakt, 58 ədəd Viceroy nazik, 10 ədəd Keno nazik, 20 ədəd Keno qalın, 20 ədəd LD ağ kompakt, 9 ədəd Pallmall qalın, 23 ədəd Pallmall nazik, 9 ədəd Kingstone nazik, 16 ədəd Kingstone qalın, 2 ədəd Senate qalın markalı siqaretlərin, 1 ədəd modemin, 2 ədəd adaptorun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə xüsusi müsadirə olunmalı əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. Hökm elan olunduğu andan (Təqsirləndirilən şəxs hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan (Təqsirləndirilən şəxs hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar