Məhkəmə qərarları › İş №1(033)-22/2023

Zaqatala Rayon Məhkəməsi Hökm — İş №1(033)-22/2023

07.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Zaqatala rayonu İş № 1(033)-22/2023 07.07.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X9 katibliyi, dövlət ittihаmçısı-Аzərbаycаn Respublikаsı Bаş Prоkurоrluğunun Dövlət ittihаmının müdаfiəsi üzrə idаrəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihаmının müdаfiəsi üzrə şöbəsinin prоkurоru, ədliyyə müşaviri Dövlət ittihamçısı оğlunun, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi və tərcüməçi X13 iştirakları ilə Təqsirləndirilən şəxs: xx xxxx 1985-ci ildə Zaqatala rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Zaqatala rayonu, Kebeloba kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında saat 16:30-da baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə qanunsuz olaraq 01 ədəd 6589 nömrəli, zavod üsulu ilə keçmiş SSRİ dövlətində Tula silah zavodunda istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı, odlu yivli silah hesab edilən 5.6 mm kalibrli, TOZ-8 modelli tüfəngi və 20 ədəd zavod üsulu ilə istehsal olunmuş, təyinatı üzrə istifadə və atəş üçün yararlı, 5,6 mm kiçik kalibrli olmaqla həmin X5 tapançalardan və TOZ modelli yivli tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatları hesab edilən patronları əldə edib üzərində gəzdirməklə etibarnamə əsasında idarə etdiyi “Nissan Murano” markalı 20EB595 dövlət nömrə nişanlı avtomobildə saxlayaraq daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 15 fevral 2023-cü il tarixdə saat 16.30-da Zaqatala şəhəri, F.Əmirov küçəsində yerləşən “Bəkməz” çay evinin qarşısında saxlanılaraq ünvan 2 ünvanında yerləşən Zaqatala Rayon Polis Şöbəsinə dəvət olunub həmin gün saat 19.06-da şöbənin həyətində idarə etdiyi “Nissan Murano" markalı 20EB595 dövlət nömrə nişanlı avtomobilə baxış keçirilən zaman avtomobilin arxa saxlanc yerindən qanunsuz olaraq əldə edib gəzdirməklə daşıyaraq saxladığı 01 ədəd 6589 nömrəli, zavod üsulu ilə keçmiş SSRİ dövlətində Tula silah zavodunda istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı, odlu yivli silah hesab edilən 5,6 mm kalibrli, TOZ-8 modelli tüfəng və 20 ədəd zavod üsulu ilə istehsal olunmuş, təyinatı üzrə istifadə və atəş üçün yararlı, 5,6 mm kiçik kalibrli olmaqla həmin X5 tapançalardan və TOZ modelli yivli tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatları hesab edilən patronlar aşkar edilərək götürülmüşdür. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, o, 2013-cü ildə X10 ilə ailə həyatı qurmuş, 3 azyaşlı övladı vardır. X7 vəfat etdikdən sonra ona yadigar TOZ8 markalı odlu yivli silah patronları ilə birlikdə qalmışdır. Həmin silahı o, heç kimin əlinə düşməməsi və xəbərləri olmaması üçün idarə etdiyi "Nissan Murano” markalı 20EB595 nömrəli avtomobildə gizlədib saxlamışdır. 15 fevral 2023-cü il saat 16:30-da Zaqatala şəhəri. F.Əmirov küçəsində yerləşən «Bəkməz» çay evinin qarşısında idarə etdiyi **-EB-*** qeydiyyat nişanlı "Nissan Murano" markalı avtomobilin yanında olduğu zaman o, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq ona qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə edib saxlamaqda və üzərində gəzdirməkdə şübhəli olduğu bildirilmişdir. Daha sonra o, Zaqatala Rayon Polis Şöbəsinə dəvət edilmiş və orada o müdafiəçi ilə təmin edildikdən və ona hüquq və vəzifələri izah edildikdən sonra ona şəxsi axtarış və götürmənin video çəkiliş əsasında həyata keçiriləcəyi barədə məlumat verilmiş, o, buna etiraz etmədiyini bildirdikdən sonra onu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, üzərində olması ehtimal edilən odlu silah və döyüş sursatları, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra o, üzərində odlu silah, döyüş sursatları, o cümlədən digər qanunla qadağan edilmiş əşya və predmetlər olmadığını bildirib, əynindəki tünd boz rəngli cins şalvarının sol yan cibindən "İphone" markalı mobil telefonu, əynindəki qara rəngli gödəkçənin sol yan cibindən avtomobil və mənzil açarını, həmin gödəkçənin sol ön cibindən şəxsiyyət vəsiqəsini, əynindəki şalvarın sağ yan cibindən 51 manat pulu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Şəxsi axtarış davam etdirilərkən üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş "İphone" markalı mobil telefon və şəxsiyyət vəsiqəsi əhəmiyyət kəsb etdiyindən polis əməkdaşı tərəfindən götürülmüş, pul vəsaiti, avtomobil və mənzil açarları ona geri qaytarılmışdır. Şifahi sorğu zamanı o, üzərində odlu silah, döyüş sursatları olmasa da, Zaqatala Rayon Polis Şöbəsinin inzibati binasının həyətində saxlanılan, idarə etdiyi **-EB-*** qeydiyyat nişanlı "Nissan Murano" markalı avtomobildə 01 ədəd tüfəng və 20 ədəd patron saxladığını və həmin avtomobilə baxış keçiriləcəyi halda tüfəngi və patronları təqdim edə biləcəyini bildirmişdir. Şəxsi axtarış bitdikdən sonra bu barədə protokol tərtib edilmiş, ucadan oxunduqdan sonra düzgün olduğu üçün o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Daha sonra onun icazəsi və razılığı ilə idarə etdiyi **-EB-*** qeydiyyat nişanlı "Nissan Murano" markalı avtomobilə baxış keçirilmiş, baxış zamanı ona təklif edilmişdir ki, idarə etdiyi **- EB-*** qeydiyyat nişanlı "Nissan Murano" markalı avtomobildə qanunsuz saxladığı əşyaları könüllü surətdə təqdim etsin. Bu təklifdən sonra o, idarə etdiyi avtomobildə odlu silah tüfəng və patron saxladığını bildirmiş və avtomobili açaraq baxışa təqdim etmişdir. Daha sonra o, arxa saxlanc hissədən şəffaf rəngli sellofana bükdüyü tüfəngi və plastik qutunu göstərib sellofanın içində tüfəng, plastik qutunun içərisində isə patronlar olduğunu qeyd edərək baxışa təqdim etmişdir. Həmin sellofan açılarkən sellofanın içərisindən 01 ədəd tüfəng, plastik qutu açılarkən isə içərisindən 20 ədəd patron aşkar edilmişdir. Daha sonra **-EB-*** qeydiyyat nişanlı "Nissan Murano" markalı avtomobilin yük yerindən ona məxsus 01 ədəd tüfəng və 20 ədəd patron polis əməkdaşı tərəfindən qablaşdırılıb götürülmüşdür. Baxış davam etdirilərkən idarə etdiyi avtomobildən digər əşya və ya predmet aşkar edilməmişdir. O, tüfəng və patronların atasından yadigar qaldığını, hər hansı məqsədlər üçün istifadə etmədiyini, atasından xatirə olaraq saxladığını, başqa şəxslərin əlinə keçməməsi üçün yerini dəyişmək məqsədi ilə avtomobilində saxladığını bildirdi. Etdiyi hərəkətdən peşmandır. Göstərdiklərinin nəzərə alınmasını və ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşıdır. 15 fevral 2023-cü il tarixdə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumatda xx.xx.1985-ci ildə Zaqatala rayonunda anadan olmuş, Zaqatala rayonu, Kebeloba kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatlarını əldə edərək saxlaması və üstündə daşıyaraq gəzdirməsi bildirilmişdir. Daxil olmuş məlumat əsasında 15 fevral 2023-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək o, həmin günü saat 16:30-da Zaqatala şəhəri. F.Əmirov küçəsində yerləşən “Bəkməz" çay evinin qarşısında idarə etdiyi **-EB-*** qeydiyyat nişanlı “Nissan Murano” markalı avtomobilin yanında olduğu zaman saxlanılaraq Zaqatala Rayon Polis Şöbəsinə qanunsuz olaraq odlu silah, döyüş sursatları saxlamaqda və daşımaqla üzərində gəzdirməkdə şübhəli olaraq gətirilmiş və barəsində şübhəli şəxs qismində tutma haqqında qərar qəbul edilmiş Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində odlu silah, döyüş sursatları, o cümlədən qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmağa başlanmış, öncədən Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmənin video çəkiliş vasitəsi ilə çəkiliş aparılacağı barədə məlumat verilmişdir. Təqsirləndirilən şəxs buna etiraz etmədiyini bildirdikdən sonra onu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən odlu silah və ya döyüş sursatları, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində odlu silah, döyüş sursatları, o cümlədən digər qanunla qadağan edilmiş əşya və predmetlər olmadığını bildirib, əynindəki tünd boz rəngli cins şalvarının sol yan cibindən “İphone” markalı mobil telefonu, əynində olan qara rəngli gödəkçənin sol yan cibindən avtomobil və mənzil açarını, həmin gödəkçənin sol ön cibindən şəxsiyyət vəsiqəsini, əynində olan şalvarının sağ yan cibindən 51 manat pulu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “İphone” markalı mobil telefon və şəxsiyyət vəsiqəsi əhəmiyyət kəsb etdiyindən götürülmüş, aşkar edilmiş 51 manat pul, avtomobil və mənzil açarı onun özünə geri qaytarılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərində odlu silah, döyüş sursatları olmasa da Zaqatala Rayon Polis Şöbəsinin inzibati binasının həyətində saxlanılan, idarə etdiyi **-EB- *** qeydiyyat nişanlı “Nissan Murano" markalı avtomobildə 01 ədəd tüfəng və 20 ədəd patron saxladığını və həmin avtomobilə baxış keçirələcəyi halda tüfəngi və 20 ədəd patronu təqdim edə biləcəyini və bununla bağlı idarə etdiyi avtomobilə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Bundan sonra müvafiq protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, protokol düzgün tərtib edildiyi imzalarla təsdiq edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi **-EB-*** qeydiyyat nişanlı "Nissan Murano” markalı avtomobildə odlu silah, döyüş sursatı, həmçinin qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan Zaqatala Rayon Polis Şöbəsinin inzibati binasının həyətində video çəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs razılığı və iştirakı ilə həmin avtomobilə baxış keçirilməyə başlanılmışdır. Baxış keçirilməsindən öncə Təqsirləndirilən şəxs baxışın video çəkilişdən istifadə edilməklə həyata keçirilməsi, o cümlədən baxışda iştirak edən şəxslərin adları barədə məlumat verilmiş, Təqsirləndirilən şəxs baxış iştirakçılarına və baxışın video çəkilişdən istifadə edilməklə həyata keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs təklif edilmişdir ki, idarə etdiyi **-EB-*** qeydiyyat nişanlı “Nissan Murano" markalı avtomobildə odlu silah, döyüş sursatı, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar gizlədib saxlayırsa könüllü surətdə təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə odlu silah tüfəng və patron saxladığını bildirib avtomobili açaraq baxışa təqdim etmiş və daha sonra Təqsirləndirilən şəxs arxa saxlanc hissədən şəffaf rəngli sellofanı və plastik qutunu göstərib içərisində 01 ədəd tüfəng və qutunun içində patron olduğunu qeyd edərək baxışa təqdim etmişdir. Həmin sellofan açılarkən sellofana bükülmüş vəziyyətdə 01 ədəd tüfəng tipli predmet, plastik qutuya baxış keçirilərkən qutunun içindən 20 ədəd patron aşkar edilmişdir. Daha sonra həmin tüfəng tipli silaha oxşar dəmir predmet və 20 ədəd patron cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Baxış davam etdirilərkən Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən digər əşya və ya predmet aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs tüfəng və patronların atasından yadigar qaldığını, hər hansı məqsədlər üçün istifadə etmədiyini, atasından xatirə olaraq saxladığını, başqa şəxslərin əlinə keçməməsi üçün yerini dəyişmək məqsədi ilə avtomobilində saxladığını bildirmişdir. Bundan sonra müvafiq protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş, iştirakçılar tərəfindən protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Əlibala oğlu ibtidai istintaq zamanı verdikləri ifadələrini təsdiq edərək şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadə ilə eyni məzmunlu ifadə verdilər. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş 15 fevral 2023-cü il tarixli baxış keçirilməsi və əşyaların götürülməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 15 fevral 2023-cü il tarixdə saat 16:30-da Zaqatala şəhəri, F.Əmirov küçəsində yerləşən “Bəkməz" çay evinin qarşısında saxlanılaraq ünvan 4 ünvanında yerləşən Zaqatala Rayon Polis Şöbəsinə dəvət olunub həmin gün saat 19:06-da şöbənin həyətində idarə etdiyi “Nissan Murano” markalı 20EB595 dövlət nömrə nişanlı avtomobilə baxış keçirilən zaman Təqsirləndirilən şəxs arxa saxlanc hissədən şəffaf rəngli sellofanı və plastik qutunu göstərib içərisində 01 ədəd tüfəng və qutunun içində patron olduğunu qeyd edərək baxışa təqdim etdi. Həmin sellofan açılarkən sellofana bükülmüş vəziyyətdə 01 ədəd tüfəng tipli predmet, plastik qutuya baxış keçirilərkən qutunun içindən 20 ədəd patron aşkar edildi. Daha sonra, **-EB-*** qeydiyyat nişanlı “Nissan Murano” markalı avtomobilin yük yerindən Təqsirləndirilən şəxs məxsus 01 ədəd tüfəng tipli silaha oxşar dəmir predmet və 20 ədəd patron cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 01 ədəd sellofan bağlamada qablaşdırılıb Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Baxış davam etdirilərkən Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən digər əşya və ya predmet aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin 16 fevral 2023-cü il tarixli 23/133R nömrəli rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş, 01 ədəd 6589 №-li silah, keçmiş SSRİ dövlətində Tula silah zavodunda istehsal olunmuş 5,6 mm Kalibrli, TOZ-8 modelli ov tüfəngidir, odlu yivli silahdır. Həmin silah quş və xırda heyvan ovlamaq üçün nəzərdə tutulmuşdur, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır Silahın hissə və mexanizmlərinin üzərində sonradan təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 20 ədəd patronlar zavod üsulu ilə istehsal olunmuş 5,6 mm kiçik Kalibrli olmaqla həmin X5 tapançalardan və TOZ modelli yivli tüfənglərdən atəş açmaq üçün nəzərdə tutuİmuş döyüş sursatıdırlar və atəş üçün yararlıdırlar. (Bax: silahının tədqiqi hissəsinə). Təqdim edilmiş 20 ədəd patronlardan 03 ədədi eksperimental atəşlər zamanı istifadə olundu. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş 15 fevral 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan və qərardan görünür ki, Təqsirləndirilən şəxs 15 fevral 2023-cü il tarixdə saat 16:30-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-205/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 15 fevral 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş “Azərovçu” Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti İctimai Birliyinin xx.xx.2023-cü il tarixli 06 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti İctimai Birliyində qeydiyyatdan keçməmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs Respublika Narkoloji Mərkəzində müalicədə olmayıb və qeydiyyatda yoxdur. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası Publik hüquqi şəxsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, 01 ədəd 5,6 mm kalibrli, 6589 nömrəli TOZ-8 modelli tüfəngdən eksperimental qaydada atılmış güllə-giliz nümunələri idarənin güllə-giliz kartotekasında “Arsenal” avtomatlaşdırılmış ballistik sistemi vasitəsi yoxlanılmış və müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş 28 fevral 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinin materiallarından odlu silah və döyüş sursatlarının mənbə xüsusatına görə cinayət işi ayrılmışdır. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Baqayev X8 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 5 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və xx.xx.2021-ci il tarixdə cəzasını çəkib qurtarmışdır. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Zaqatala Rayon Məhkəməsinin 1(033)-4/2021 nömrəli xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs 12 mart 2020-ci il tarixdən 16 mart 2021-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 01 (bir) il 04 (dörd) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddətinin azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla cəmi 02 (iki) il 08 (səkkiz) gün müddət ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmış və Təqsirləndirilən şəxs qəti olaraq 05 (beş) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Zaqatala rayonu İcra Hakimiyyəti Başçısının Kebeloba kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 17 fevral 2023-cü il tarixli xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Zaqatala rayonu İcra Hakimiyyəti Başçısının Kebeloba kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 17 fevral 2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Soltan oğlunun ailə tərkibi özündən, xx.xx.1994-cü il təvəllüdlü arvadı X2, xx.xx.2014-cü il təvəllüdlü qızı X4, xx.xx.2016-cı il təvəllüdlü oğlu X1, xx.xx.2021-ci il təvəllüdlü qızı X6 ibarətdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, X12 19 noyabr 2014-cü il tarixdə, X3 26 aprel 2016-cı il tarixdə və X14 05 oktyabr 2021-ci il tarixdə anadan olmuşlar. Beləliklə Təqsirləndirilən şəxs yuxarıda şərh edilən ona istinad edilən cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, həm də şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və cinayət işinin digər obyektiv halları ilə məhkəmə istintaqında tam sübuta yetirilmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə qanunsuz olaraq 01 ədəd 6589 nömrəli, zavod üsulu ilə keçmiş SSRİ dövlətində Tula silah zavodunda istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı, odlu yivli silah hesab edilən 5.6 mm kalibrli, TOZ-8 modelli tüfəngi və 20 ədəd zavod üsulu ilə istehsal olunmuş, təyinatı üzrə istifadə və atəş üçün yararlı, 5,6 mm kiçik kalibrli olmaqla həmin X5 tapançalardan və TOZ modelli yivli tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatları hesab edilən patronları əldə edib üzərində gəzdirməklə etibarnamə əsasında idarə etdiyi “Nissan Murano” markalı 20EB595 dövlət nömrə nişanlı avtomobildə saxlayaraq daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 15 fevral 2023-cü il tarixdə saat 16.30-da Zaqatala şəhəri, F.Əmirov küçəsində yerləşən “Bəkməz” çay evinin qarşısında saxlanılaraq ünvan 2 ünvanında yerləşən Zaqatala Rayon Polis Şöbəsinə dəvət olunub həmin gün saat 19.06-da şöbənin həyətində idarə etdiyi “Nissan Murano" markalı 20EB595 dövlət nömrə nişanlı avtomobilə baxış keçirilən zaman avtomobilin arxa saxlanc yerindən qanunsuz olaraq əldə edib gəzdirməklə daşıyaraq saxladığı 01 ədəd 6589 nömrəli, zavod üsulu ilə keçmiş SSRİ dövlətində Tula silah zavodunda istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı, odlu yivli silah hesab edilən 5,6 mm kalibrli, TOZ-8 modelli tüfəng və 20 ədəd zavod üsulu ilə istehsal olunmuş, təyinatı üzrə istifadə və atəş üçün yararlı, 5,6 mm kiçik kalibrli olmaqla həmin X5 tapançalardan və TOZ modelli yivli tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatları hesab edilən patronlar aşkar edilərək götürülmüşdür. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq bilavasitə məhkəmə iclasında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut kimi qəbul edərək, həmin sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış biri-digərini tamamlayan sübutlarla tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.1.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən hal qismində nəzərə alınır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, həmçinin cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs himayəsində 3 azyaşlı uşağın olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyin olunması məsələsini müzakirə edərək, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini, təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum ediləcəyinin ağlabatan və cəzanın məqsədinə nail olunması baxımından yetərli vasitə hesab oluna bilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli onun şübhəli şəxs qismində tutulduğu 15 fevral 2023-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi qüvvədə saxlanılmalıdır. İş üzrə maddi sübutlar – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş 01 ədəd 6589 nömrəli TOZ-8 modelli ov tüfəngi və 17 ədəd patron məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra DİN-nin Silah-Sursat Anbarına təhvil verilməli, 02 ədəd DVD disk isə cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərclərinin və mülki iddianın olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında həm də hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə hakim tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməmişdir. Belə vəziyyətdə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan müsadirə edilməli olan əmlak mövcud deyildir. Azərbaycan Respublikası CPM-nin 349-cu maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəli tutulduğu tarixdən, yəni 15 fevral 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi qüvvədə saxlanılsın. İş üzrə üzrə maddi sübutlar – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş 01 ədəd 6589 nömrəli TOZ-8 modelli ov tüfəngi və 17 ədəd patron məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra DİN-nin Silah-Sursat Anbarına təhvil verilsin. İş üzrə maddi sübut olan 02 ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərclərinin, xüsusi müsadirə olunmalı əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. Hökm elan olunduğu andan (Təqsirləndirilən şəxs hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan (Təqsirləndirilən şəxs hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar