Azərbaycan Respublikası adından HÖKM Zaqatala rayonu İş № 1(033)-22/2024 15.05.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, X7 katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Zaqatala Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, X2 iştirakları ilə, xx.xx.1993-cü ildə Zaqatala rayonu Kebeloba kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvəllər məhkum olunmayan, Zaqatala rayonu, Kebeloba kəndində qeydiyyatda olmaqla tutulanədək həmin ünvanda yaşamış, barəsində 02 (iki) ay müddətinə, yəni 10 aprel 2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilmiş, hazırda X8 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 15 may 2024-cü il tarixdə, saat 17:00-da Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ondan ötrü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq xeyli miqdarda, yəni 11,122 qram çəkidə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki əldə etmiş, 10 fevral 2024-cü il tarixdə, saat 22:20 radələrində Zaqatala rayonu, Kebeloba kəndində həmin narkotik vasitəni satış məqsədi olmadan qanunsuz olaraq daşıyarkən Zaqatala RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Zaqatala rayon polis şöbəsinə gətirilmiş və həmin gün saat 23:11-dən saat 23:26-dək olan müddət ərzində üzərinə vəkilinin iştirakı ilə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş xeyli, yəni 11,122 qram çəkidə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Beləliklə o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə əldə etmiş və daşımışdır. Məhkəmə iclasında iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilirək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və ifadəsində göstərdi ki, 10 fevral tarixdə axşam saatlarında Zaqatala rayonu Kebeloba kənd ərazisində polis əməkdaşları ona yaxınlaşıb onu polis şöbəsinə dəvət etmişlər. Baxış keçirilən zaman üzərində tiryək aşkar edilmiş, həmin tiryəki çay kənarında tapmış, cibinə qoymuşdur. Vəkilin iştirakı ilə üzərinə baxış keçirilmiş, ona heç bir təzyiq olmamışdır. Həmçinin bildirmişdir ki, anası ürək-damar xəstəliyindən əziyyət çəkir, himayəsində yataq xəstəsi nənəsi var. O, məhkəmədə əməlindən peşiman olduğunu bildirərərk barəsində yüngül cəza tədbirinin tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zaqatala RPŞ-nin PPXB-nin polis nəfəri vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında ədavət və ya düşmənçilik yoxdur. xx.xx.2024-cü il tarixdə Şahid1 ilə birgə Zаqаtаlа rayonu, Kebeloba kəndi ərazisində üzərində narkotik vasitə istifadəsində və daşımasında əsaslı şübhələr olduğu bilinən Təqsirləndirilən şəxs saxlayaraq polis şbəsinə dəvət etmişdirlər. Üzərində şəxsi axtarış kеçirilmiş və narkotik vasitə aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə büküldüyü sellofanla birlikdə elektron tərəzidə çəkilmiş, həmin kütlə еkspеrtizаyа göndərilməsi üçün qаblаşdırılmişdır. Təqsirləndirilən şəxs həmin kütləni çaylaqdan tapdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadələr verərək Şahid3 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İbtidai istintaqı vaxtı ifadə vermiş və məhkəmə prosesində ifadəsi elan olunmuş Şahid1 elan olunmuş ifadəsindən görünür ki, 2004-cü ildən DİO-da, 2019-cu ildən Zaqatala RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, qohum deyil, ədavəti yoxdur. xx.xx.1993-cü ildə Zaqatala rayonu Kebeloba kəndində аnаdаn оlmuş, Zaqatala rayonu Kebeloba kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələrin istifadəsində və daşımasında şübhəli olduğundan xx.xx.2024-cü il tarixdə saat 22:20 radələrində Zаqаtаlа rayonu, Kebeloba kəndi ərazisində o və Zaqatala RPŞ-nin PPXB-nün polis nəfəri, polis baş serjantı Şahid3 tərəfindən saxlanılaraq Zаqаtаlа RPŞ-nə gətirilmişdir. Zаqаtаlа RPŞ-də Təqsirləndirilən şəxs üzərində narkotik vasitə istifadəsində və daşımasında əsaslı şübhələr olduğu bildirilərək onun şübhəli şəxs qismində saxlanılması barədə məlumat verilmiş və sonra isə Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən dövlət hesabına müdafiəçi ilə təmin olunmaq hüququ izah edilmişdir. Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək öz şəxsi hesabına müdafiəçi tutmaq üçün vəsaitinin olmadığını bildirərək, dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmişdir. Bundan sonra Zaqatala RPŞ-nə Təqsirləndirilən şəxs dövlət hesabına təyin edilmiş müdаfiəçi Müdafiəçi1 dəvət еdilmiş və müdаfiəçinin iştirаkı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış kеçirilmiş və axtarış zаmаnı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümü çıxardıb təqdim edərək bükümün içərisində narkotik vasitə olan tiryək olduğunu və həmin narkotik vasitəni çaylaqdan tapdığını bildirmişdir. Həmin bükümün içərisində tünd qəhvəyi rəngli, spesifik iyə malik, xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryəkə bənzər maddə olduğu müəyyən edilmişdir. Daha sonra onun üzərinə baş təhqiqatçı Kamil Qurbanov tərəfindən şəxsi axtarış keçirilmiş və onun üzərindən qadağan olunmuş hər hansı maddə, vasitə və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə büküldüyü sellofanla birlikdə elektron tərəzidə çəkilərək çəkisinin 11,32 qram olduğu müəyyən edilmiş və həmin kütlə еkspеrtizаyа göndərilməsi üçün qаblаşdırılmişdir. Bu bаrədə prоtоkоl tərtib еdilmiş və iştirаkçılаr tərəfindən imzаlаnmışdır. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Polis Şöbəsinin, Təhqiqat Bölməsinin baş təhqiqatçısı, polis mayoru X15 tərəfindən qəbul edilmişi 11 fevral 2024-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq icraata qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş 10 fevral 2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, xx.xx.1993-cü ildə Zaqatala rayonu Kebeloba kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, Zaqatala rayonu Kebeloba kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində 10 fevral 2024-cü il tarixdə Zaqatala Rayon Polis Şöbəsində saat 23:00-da müdafiəçi, Zaqatala rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə tutulmuşdur. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması müddəti onun azadlığının faktiki məhdudlaşdırıldığı 10 fevral 2024-cü il tarixdən saat 22:20-dən hesablanması müəyyənləşdirilmişdir. İş materiallarına əlavə edilmiş 10 fevral 2024-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan, ona əlavə edilmiş fotocədvəldən və “01” ədəd DVD diskdən görünür ki, 10 fevral 2024-cü il tarixdə saat 23:11-dən saat 23:26-dək olan müddət ərzində vəkil Müdafiəçi1 və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra isə şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən bir ədəd şəffaf sellofanı çıxardıb təqdim edərək içərisində narkotik vasitə olduğunu və həmin narkotik vasitəni çaylaqdan tapdığını bildirdi. Həmin şəffaf sellofana təhqiqatçı tərəfindən baxış keçirilən zaman həmin maddənin spesifik qoxulu tünd rəngli narkotik vasitə olan tiryəkə oxşar maddə olduğunu bildirməsi və həmin zaman Təqsirləndirilən şəxs də təhqiqatçı K.Qurbanovun sözlərini təsdiqləyərək həmin maddənin tiryək olduğunu deməsi müşahidə olundu. Daha sonra onun üzərinə təhqiqatçı, polis mayoru Kamil Qurbanov tərəfindən şəxsi axtarış keçirildi və onun üzərindən qadağan olunmuş hər hansı maddə, vasitə və ya predmet aşkar edilmədi. Təqsirləndirilən şəxs təhqiqatçı, polis mayoru Kamil Qurbanovun şifahi sualına cavab olaraq üzərindən aşkar edilmiş həmin narkotik vasitəni maraq xətrinə üzəndə saxladığını və narkotik vasitə ilə heçnə etməyəcəyini bildirdi. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş tiryək sellofon ilə birlikdə elektron tərəzidə çəkilərək çəkisinin 11,122 qram olduğu müəyyən edildi və həmin maddə еkspеrtizаyа göndərilməsi üçün qаblаşdırıldı. Eləcə də, üzərində şəxsi axtarış keçirilərkən qeydə alınmış video çəkiliş və foto görüntü DVD diskə köçürülərək protokola əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X17 Bölməsi tərəfindən verilmiş 11 fevral 2024-cü il tarixli 3-16-16-2-17/140 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 (bir) ədəd sellofan bükümdə narkotik vasitə olan tiryəkə oxşar kütlə.” sözləri, adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi-11.122 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- tiryəkdir. Tiryək 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir. Təhqiqata sərf edildi 0,100 qr, qalıq 11.022 qr. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X17 Bölməsi tərəfindən verilmiş 11 fevral 2024-cü il tarixli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 69.10 (altmış doqquz manat on qəpik) manatdır. İş materiallarına əlavə edilmiş 11 fevral 2024-cü il tarixli “cinayət işinin istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq davam etdirilməsi üçün Zaqatala RPŞ-nin İB-nə göndərilmişdir. İş materiallarına əlavə edilmiş 11 fevral 2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(033)-4/2024 saylı qərarından görünür ki, vəsatət verən şəxs Zaqatala Rayon Polis X11 müstəntiqi, polis kapitanı X9 vəsatəti təmin edilərək ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs - xx.xx.1993-cü ildə Zaqatala rayonu Kebeloba kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, Zaqatala rayonu Kebeloba kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs barəsində 10 fevral 2024-cü il tarixdən hesablanmaqla 02 (iki) ay müddətinə, yəni 10 aprel 2024-cü il tarixə saat 22:20- dək həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Zaqatala RİHB-nın Kebeloba kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 19 fevral 2024cü il tarixli 5-82-24/2-39/2024 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Kebeloba kənd sakinidir və hal-hazırda ailəsi ilə birlikdə Kebeloba kəndində yaşayır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Zaqatala RİHB-nın Kebeloba kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 19 fevral 2024cü il tarixli 5-82-24/2-40/2024 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs subaydır, anası X4 ürək-damar xəstəliyindən əziyyət çəkir, Kebeloba kənd ümumi orta məktəbində həm gözətçi vəzifəsində çalışır və qış aylarında orada məktəbin otaqlarında sobaları yandırmağa yardım edir. X3 ərdədir, nənəsi X16 yataq xəstəsidir. Ailənin vəziyyəti orta ağırdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Zaqatala RİHB-nın Kebeloba kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 19 fevral 2024cü il tarixli 5-82-24/2-37/2024 saylı arayışdan görünür ki, Baqqayev X1 yaşayır və ailə tərkibi özündən, anasından və nənəsindən ibarətdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Zaqatala RİHB-nın Kebeloba kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs haqqında Kebeloba kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə ərazisində yaşadığı müddət ərzində şikayət ərizəsi və şifahi müraciət daxil olmamışdır. Kənd ərzisində yaşadığı müddət ərzində özünü müsbət cəhətdən göstərmiş, davranışında nöqsanlara yol verməmişdir. Kənd ictimaiyyəti tərəfindən keçirilən tədbirlərdə və iməciliklərdə fəal iştirak etmiş özünü sakit təmkinli aparmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X22 “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxs tərəfindən verilmiş 19 fevral 2024-cü il tarixli 18-1-78/2-253/2024 saylı məktubdan görünür ki, xx.xx.1993-cü il təvəllüdlü Zaqatala rayonu Kebeloba kəndində qeydiyyatda olmaqla həmin ünvanda yаşаyаn Baqqayev X6 RMX PHŞ-nin Narkoloji və Psixiatrik kabinetində qeydiyyatda yoxdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən 01 mart 2024-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs оğlu əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 07 mart 2024-cü il tarixli 3-10/2-99/2024 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs barəsində xarici dövlətlərin məhkəmələrinin hökmlərinin Azərbaycan Respublikasında tanınması ilə əlaqədar Şəki Apellyasiya Məhkəməsində hər hansı bir işə baxılması halı müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş 05 mart 2024-cü il tarixli 377 saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarına əlavə edilmiş 08 mart 2024-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, istintaqla müəyyən edilməli hallar üzrə mümkün sübutların həcmi cinayət işi üzrə mötəbər və yekun nəticəyə gəlməyə imkan verdiyindən toplanmış sübutlar kifayət etmiş hesab olunmuş, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmış, Təqsirləndirilən şəxs 11 fevral 2024-cü il tarixdə Azərbaycan Respublikası Cinаyət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham onun törətmiş olduğu cinayət əməlini tam əhatə etdiyindən, həmçinin ittihama əlavə və düzəlişlər edilməsi zərurəti olmadığından dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, Təqsirləndirilən şəxs götürülmüş еkspеrtizа tədqiqаtındаn sоnrа qalıq qalmış 01 (bir) ədəd zərfdə təmiz çəkisi 11,022 qram tiryək cinаyət işi üzrə mühüm əhəmiyyət kəsb еtdiyindən mаddi sübut kimi tаnınmış və Zаqаtаlа RPŞ-nin mаddi sübutlаrın sахlаmа оtаğındа sахlаnılmış, şəxsi axtarış protokolu, şahidlərin və təqsirləndirilən şəxsin dindirilməsi barədə protokollar, məhkəmə-bioloji ekspertizasının 11 fevral 2024-cü il tarixli 3-16-16-2-17/140 nömrəli rəyi, Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin 05 mart 2024-cü il tarixli 377 nömrəli nömrəli rəyi ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirilmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Məhkəməsinin 1(033)-22/2024 saylı 27 mart 2024-cü il tarixli qərarından görünür ki, hazırki iş üzrə məhkəmənin hazırlıq iclasının təmin edilməsi 30 gün müddətinədək uzadılmışdır. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Məhkəməsinin 1(033)-22/2024 saylı 09 aprel 2024-cü il tarixli qərarından görünür ki, məhkəmənin hazırlıq iclası keçirilənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş 15 may 2024-cü il tarixli 3-13-12/2-81863/2024 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Rusiya Federasiyası məhkəməsi tərəfindən təqsirləndirilməsinə dair məhkəmə hökmü barədə DİN-in müvafiq uçotlarında məlumat yoxdur. Həmçinin qeyd edilmişdir ki, Rusiya Federasiyası məhkəməsinin hökmünün Azərbaycan Respublikasında tanınması DİN-in səlahiyyətində deyildir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi toplanmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş obyektiv sübutların məcmusu, özünün etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, şəxsi axtarış və baxış protokolu, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif olunmuş, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar aşkar edilməmişdir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən “narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyənləşdirilir, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının xeyli, külli və xüsusilə külli miqdarları müvafiq qanunlarla müəyyən olunur.” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının” İ siyahısının 182-ci bəndinə görə tiryəkin xeyli miqdarı (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 0,5 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 50 qramdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8, 1.0.9 və 1.0.10-cu maddələrinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li Qərarının 25-ci bəndinin mənasına görə məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-in 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə etməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.), təqsirkarın şəxsiyyətinə (residivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onlardan müalicə və digər məqsədlər üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf edib, səmimi peşmançılıq hissi keçirməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunması, anasının ürək-damar xəstəliyindən əziyyət çəkməsini, himayəsində yataq xəstəsi nənəsinin olmasını (CM 59.2) onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasına alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin yeganə qazanc mənbəyi olması, onun barəsində maddənin yuxarı həddində cəza təyin olunması ailəsinin əlverişsiz vəziyyətə düşməsinə səbəb olacağını, bununla da onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamını da nəzərə alınmalı və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növü kimi azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Bu zaman onun həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsi ilə müəyyən edilmiş qaydada nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmin Məcəllənin 52-1.3.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək əlavə vəzifəsi müəyyən edə bilər. Odur ki, məhkəmə hesab edir ki, cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs üzərinə yaşadığı Zaqatala rayonu ərazisini, eləcə də axşam saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yeri olan Zaqatala rayonu, Kebeloba kəndi ünvanında yerləşən evinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş 05 mart 2024-cü il tarixli 377 saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Bundan başqa iş materiallarından görünür ki, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(033)-4/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində 10 fevral 2024-cü il tarixdən hesablanmaqla, 02 (iki) ay müddətinə, yəni 10 aprel 2024-cü il tarixə saat 22:20-dək həbs qətimkan tədbiri seçilmiş, Zaqatala Rayon Məhkəməsinin 1(033)-22/2024 saylı 09 aprel 2024-cü il tarixli qərarı ilə məhkəmənin hazırlıq iclası keçirilənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış və Zaqatala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(033)-22/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 06 (altı) ay 10 (on) gün müddət təqsirləndirilən şəxsə təyin ediləcək cəzadan çıxılmalıdır. Bununla yanaşı, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və məhkəmə iclas zalından dərhal azad edilməlidir. Bundan başqa, məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə maddi sübut kimi tanınmış və Zaqatala Rayon Polis Şöbəsinin maddi sübutların saxlanma otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş еkspеrtizа tədqiqаtındаn sоnrа qalıq qalmış 01 (bir) ədəd zərfdə təmiz çəkisi – 11,022 qram tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarışın videogörüntüləri əks olunmuş 01 ədəd DVD diski hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində cinayət işində saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 69.10 (altmış doqquz manat on qəpik) manat pul təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM 198.1.) Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəm H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 10 fevral 2024-cü il tarixdən 15 may 2024-cü il tarixədək 03 ay 05 gün həbsdə saxlanılması nəzərə alınmaqla həbsdə saxlamanın bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, cəmi 06 (altı) ay 10 (on) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 20 (iyirmi) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal azad edilsin. Təqsirləndirilən şəxs qəti olaraq ona təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 20 (iyirmi) gün azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəksin. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs üzərinə yaşadığı Zaqatala rayonu ərazisini, eləcə də axşam saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yeri olan Zaqatala rayonu, Kebeloba kəndi ünvanında yerləşən evinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Probasiya İdarəsinə həvalə edilsin. Cinayət işi üzrə maddi sübut olan və Zaqatala Rayon Polis Şöbəsinin maddi sübutların saxlanma otağında saxlanılan- Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş еkspеrtizа tədqiqаtındаn sоnrа qalıq qalmış 01 (bir) ədəd zərfdə təmiz çəkisi – 11,022 qram tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut olan 1 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 69.10 (altmış doqquz manat on qəpik) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. İş üzrə mülki iddianın və xüsusi müsadirə olunmalı əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkum tərəfindən hökmün surəti ona verildiyi andan) 20 gün müddətinə Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №1(033)-22/2024
Zaqatala Rayon Məhkəməsi Hökm — İş №1(033)-22/2024
15.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver