Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 1(033)-23/2023 27.09.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Əliyeva Ayşə israfil qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi – Zaqatala Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1995-ci ildə Zaqatala rayonu, Aşağı Tala kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, işləməyən, əvvəllər məhkum olunmamış, himayəsində bir azyaşlı uşağı olan, Zaqatala rayonu Aşağı Tala kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 27 sentyabr 2023-cü il tarixdə saat 16:00-da açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyənetdi: Təqsirləndirilən şəxs ondan ötrü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir ki, o Təqsirləndirilən şəxs hüquqi ünvanı Zaqatala rayonu, Əliabad ŞTQ olan Zərərçəkmiş şəxs MMC-nin distribüteri olduğu müddətdə tamah niyyəti ilə öz qulluq mövqeyindən istifadə etməklə həmin MMC ilə arasında bağlanılmış 11 nömrəli, xx.xx.2021-ci il tarixli distribüter müqaviləsinin 2-ci hissəsinə görə tələbnamə əsasında malı bütövlükdə qəbul edib ödəniş etmək, satıcı ilə razılığa gələrək hazır məhsulun satışını həyata keçirmək, malın satışı ilə bağlı olan rəsmi prays-vərəqlərinin və digər sənədlərin satıcının tələbinə görə təqdim olunması kimi öhdəliklərinin olmasına baxmayaraq həmin müqavilənin 4-cü hissəsinin 5-ci bəndinə görə yola salınmış malın borcunu 20 təqvim günü ərzində ödəməli olduğu halda alıcıların müqavilədə göstərilmiş müddət ərzində borclarını tam şəkildə ödəmək iqtidarında olub-olmamasını dəqiqləşdirmədən ona Zərərçəkmiş şəxs MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 1 nömrəli qaimə faktura ilə bir tonu 750 manatdan olmaqla 6 ton həcmində ümumilikdə 4500 manat dəyərində “nitroammofoska” adlı gübrəni, xx.xx.2021-ci il tarixli, 1 nömrəli qaimə-faktura ilə 1 tonu 540 manat olmaqla 30 ton həcmində ümumilikdə 16200 manat dəyərindən “karbomid” adlı gübrəni, xx.xx.2021-ci il tarixli, 1 nömrəli qaimə faktura ilə hər bir tonu 750 manat olmaqla 15 ton həcmində ümumi dəyəri 11250 manat olan “nitroammofoska” adlı gübrəni, bir tonu 500 manat olmaqla 5 ton həcmində ümumi dəyəri 2500 manat olan Gürcüstan Respublikasında istehsal olunmuş “amonium nitrat” adlı gübrəni, bir tonu 520 manat olan 1 ton həcmində Rusiya Federasiyasında istehsal olunmuş “Amonium nitrat yevroxim” adlı gübrəni, bir kiloqramının dəyəri 70 qəpik olan ümumilikdə 780 kiloqram həcmində dəyəri 546 manat olan “KAS-32” adlı maye azotu, xx.xx.2021-ci il tarixli, 1 nömrəli qaimə faktura ilə bir kiloqramı 75 qəpik olan 400 kiloqram həcmində ümumi dəyəri 300 manat təşkil edən “nitroammofoska” adlı gübrəni, bir kisəsi 320 manat olmaqla 2 kisə ümumi dəyəri 640 manat olan “Pioner P-09- 37” növünə məxsus qarğıdalı toxumunu, xx.xx.2021-ci il tarixli, 1 nömrəli qaimə faktura ilə bir tonu 750 manat olmaqla 4 ton həcmində ümumi dəyəri 3000 manat olan “nitroammofoska” adlı gübrəni cəmi 39456 manat dəyərində malı qəbul edib Zaqatala rayonu ərazisində müxtəlif şəxslərə satdıqdan sonra Zərərçəkmiş şəxs MMC-nə 3370,27 manat ödəniş etmiş, qalıq qalan ümumi dəyəri 36085,73 manat təşkil edən əmlakı vahid niyyətlə mənimsəmə və israf etmə yolu ilə talayıb zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nə xeyli miqdarda ziyan vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2021ci il tarixdə Zərərçəkmiş şəxs MMC-nin direktoru Nümayəndə ilə arasında 11 nömrəli distribüter müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin 4-cü maddəsinin 5-ci bəndinə görə yola salınmış mala ödəniş üçün 20 təqvim günü vaxt verilir və bu vaxt ərzində distribüter yola salınmış borcları ödəməlidir. O da həmin müqavilənin əsasında müraciət edərək anbardan malları götürmüşdür. Belə ki, xx.xx.2021-ci il tarixli qaimə faktura ilə ona bir tonu 750 manatdan olmaqla 6 ton həcmində ümumilikdə 4500 manat dəyəri “nitroammofoska” adlı gübrə, xx.xx.2021-ci il tarixli qaimə faktura ilə hər bir tonu 750 manat olmaqla 15 ton həcmində ümumi dəyəri 11250 manat olan “nitroammofoska” adlı gübrə, bir tonu 500 manat olmaqla 5 ton həcmində ümumi dəyəri 2500 manat olan Gürcüstan Respublikasında istehsal olunmuş “amonium nitrat” adlı gübrə, bir tonu 520 manat olan 1 ton həcmində Rusiya Federasiyasında istehsal olunmuş “Amonium nitrat yevroxim” adlı gübrə, bir kiloqramının dəyəri 70 qəpik olan ümumilikdə 780 kiloqram həcmində dəyəri 546 manat olan “KAS-32” adlı maye azot, xx.xx.2021-ci il tarixli qaimə ilə bir tonu 540 manat olmaqla 30 ton həcmində 16200 manat dəyərində “Karbomid” adlı gübrə, xx.xx.2021-ci il tarixli qaimə faktura ilə bir kiloqramı 75 qəpik olan 400 kiloqram həcmində ümumi dəyəri 300 manat təşkil edən “nitroammofoska” adlı gübrə, bir kisəsi, kisədə 80000 ədəd toxum olmaqla 320 manat olan 2 kisə ümumi 640 manat dəyərində “Pioner P-09-37” növünə məxsus qarğıdalı toxumu, xx.xx.2021-ci il tarixli qaimə faktura ilə bir tonu 750 manat olmaqla 4 ton həcmində ümumi dəyəri 3000 manat olan “nitroammofoska” adlı gübrə verilmişdir. Malların verilməsi ilə əlaqədar qaimə fakturalar tərtib edilərək onun, mühasibin və anbardarın imzaları ilə təsdiq edilmişdir. Agrovit MMCdən müqavilə əsasında götürdüyü məhsulları Zaqatala rayonu ərazisində müxtəlif şəxslərə satmışdır. Həmin şəxslərin hər birinin Kənd Təsərrüfatı Nazirliyindən ayrılmış yardımların köçürülməsi üçün nəzərdə tutulmuş plastik kartları vardır. Həmin plastik kartda olan hesablara adıçəkilən Nazirlik tərəfindən pul köçürüldükcə o, həmin şəxslərin özlərinin razılığı köçürmə yolu ilə Agrovit MMC-nin hesabına köçürməklə şəxslərin borclarından silmişdir. Bir müddət sonra isə malları satdığı şəxslərə subsidiyaların ayrılması dayandırılmış və nəticədə o, Agrovit MMC-dən götürdüyü malların pulunu verə bilməmişdir. Hazırda Zaqatala rayonu, Yuxarı Tala kənd sakini Fərhad Ömərov 220 AZN, Aşağı Tala kənd sakini Səfər Musayev 5 AZN, Bəhmətli kənd sakini Rövşən Baliyev 143 AZN, Aşağı tala kənd sakini Akif Ramazanov 162 AZN, Aşağı Tala kənd sakini Maarif Məmmədov 127 AZN, Ələsgər kənd sakini Qudavasova Xalisət 432 AZN, Aşağı Tala kənd sakini Osman Həsənov 185 AZN, Aşağı Tala kənd sakini Tahir Potiyev 20 AZN, Üçüncü Tala kənd sakini Tural Abdurahmanov 540 AZN, Üçüncü Tala kənd sakini Qardaşov Rəhman 81 AZN, Aşağı Tala kənd sakini, Qurban Qaziyev 352 AZN, Aşağı Tala kənd sakini Elman Yunusov 110 AZN, Aşağı Tala kənd sakini Həmid Həsənov 108 AZN, Aşağı Tala kənd sakini famil Tərlanov 297 AZN, Aşağı Tala kənd sakini Qurban Məmmədov 132 AZN, Aşağı Tala kənd sakini Rəcəb Əhmədov 100 AZN, Aşağı Tala kənd sakini Əmrullah Hüseynov 132 Azn, Aşağı Tala kənd sakini Tahir Mehdiyev 132 Azn, Aşağı Tala kənd sakini Eyvaz Tərlanov 12 AZN, Muxax kənd sakini Səməd Gəncəliyev 270 AZN, Aşağı Tala kənd sakini Vahid Abdullayev 189 AZN, Aşağı Tala kənd sakini Akif Əliyev 135 AZN, Aşağı Tala kənd sakini Azad Qardaşov 238 AZN, Muxax kənd sakini Ramiz Ömərov 102 Azn, Aşağı Tala kənd sakini İsa Babayev 54 AZN, Aşağı Tala kənd sakini rəcəb Rəcəbov 242 AZN, Aşağı Tala kənd sakini Famil Qaziyev 216 AZN, Aşağı Tala kənd sakini Didiy Qaziyev 352 AZN, Aşağı Tala kənd sakini Xanım Şabanova 343 AZN, Muxax kənd sakini Nəsrəddin Şabanov 162 Azn, Yuxarı Tala kənd sakini Nemət Camalov 245 azn, Aşağı Tala kənd sakini İsmayıl Abakarov 245 azn, Aşağı tala kənd sakini Nuriddin Canımov 368 azn, Ələsgər kənd sakini Həsən İsmayılov 249 azn, Aşağı Tala kənd sakini Mehrus Ərəbov 179 azn, Aşağı tala kənd sakini Nasir Hacıyev 135 azn, Aşağı Tala kənd sakini İsmayıl Qazıyev 253 azn, Muxax kənd sakini Fikrət Nurayev 99 azn, Yuxarı Tala kənd sakini Elmira Qurbanova 199 azn, Aşağı Tala kənd sakini Abdulətif Musayev 204 azn, Yuxarı Tala kənd sakini Mövləddin Ömərov 216 azn, Üçüncü Tala kənd sakini Gülmə Qardaşova 162 azn, Göyəm kənd sakini Kamil Şabanov 162 azn, Aşağı tala kənd sakini Əhməd Əbdürəhmanov 181 azn, Aşağı Tala kənd sakini Üzeyir Qaracayev 197 azn, Aşağı Tala kənd sakini Nəsrullah Mehdiyev 270 azn, Aşağı Tala kənd sakini Adil Şamayev 189 azn, Yuxarı Tala kənd sakini Rəcəb Əliyev 189 azn, Aşağı Tala kənd sakini Qurban Musayev 220 azn, Aşağı tala kənd sakini Qasım Şabanov 75 azn, Aşağı Tala kənd sakini rüstəm Zeynalov 220 azn, Aşağı tala kənd sakini Vasif Qarəhmədov 54 azn, Aşağı tala kənd sakini Vidadi Ömərov 270 azn, Qandax kənd sakini Eldar Əliyev 141 azn, Aşağı Tala kənd sakini Akif Kazımov 205 azn, Aşağı Tala kənd sakini Sabir Dilanov 82 azn, Aşağı Tala kənd sakini Rauf Əliyev 126 azn, Aşağı Tala kənd sakini Etibar Qardaşov 293 azn, Ələsgər kənd sakini Nadir Mahmudov 49 azn, Aşağı Tala kənd sakini Eldar Məmmədov 368 azn, Aşağı Tala kənd sakini Aslan Davudov 154 azn, Aşağı Tala kənd sakini Məzahir Qurbanov 110 azn, Göyəm kənd sakini İmran Qandaxov 54 azn borclu qalmışlar. Bundan əlavə Qandax kənd sakini Mövlud Yusifov adlı şəxsə 16411 manat dəyərində məhsul vermişdir. Həmin şəxslərə dəfələrlə borclarını ödəmələrini bildirsə də, onların hər biri subsidiyaların ayrılmadığını, maddi imkanlarının olmadığını deyərək pulu ödəməkdən yayınmışlar. Malları onlara şifahi razılaşma əsasında satmışdır. Bildiyi qədəri ilə Mövlud Yusifov ondan məhsulları aldıqdan sonra onun kimi kənd sakinlərinə məhsulları satmış, lakin subsidiyalar ayrılmadığı üçün malların pulunu yığa bilməmişdir. Mövlud Yusifovun özündə kimlərin nə qədər borclu olmasını təsdiq edən sənədlər vardır. Ümumilikdə Agrovit MMC-dən müqavilə əsasında qaimə faktura ilə götürdüyü mallara görə səhv etmirsə 32000 manat borclu qalmışdır. Həmin şəxslər subsidiyaların ayrılmadığını və maddi imkanlarının olmadığını deyərək pulu ödəməkdən yayınmışlar. Agrovit MMC-nə borclu olduğu məbləğ xeyli miqdar təşkil etdiyi üçün Rusiya Federasiyasında yaşayan tanışlarının yanına gedərək orada müxtəlif işlər görərək pul qazanıb borcunu ödəmək qərarına gəlmişdir. Lakin mövcud vəziyyətlə əlaqədar Rusiya Federasiyasında işlər alınmadığı üçün geri qayıtmışdır. Həqiqətən də o, Agrovit MMC-dən xx.xx.2021-ci il tarixli qaimə faktura ilə bir kiloqramı 75 qəpik olan 400 kiloqram həcmində ümumi dəyəri 300 manat təşkil edən “nitroammofoska” adlı gübrə, bir kisəsi, kisədə 80000 ədəd toxum olmaqla 320 manat olmaqla 2 kisə ümumi dəyəri 640 manat olan “Pioner P-09-37” növünə məxsus qarğıdalı toxumu, xx.xx.2021-ci il tarixli qaimə faktura ilə bir tonu 750 manat olmaqla 4 ton həcmində ümumi dəyəri 3000 manat olan “nitroammofoska” adlı gübrəni təhvil aldıqdan sonra satıb, əldə etdiyi pul vəsaitini öz şəxsi ehtiyaclarına xərcləmişdir. O, heç kimin pulunu və ya məhsulunu mənimsəməmişdir. Əziz pulu onun xahişinə görə vermişdir. Əzizdən pul aldıqda hissə - hissə qaytaracağını da demişdir. Əzizlə onun əvvəldən tanışlığı vardır. İşlərinin yolunda getmədiyi üçün bir qədər borclarının olduğundan Əziz məlumatlı olmuşdur. Əzizə də pul verməsini, gübrə alqı-satqısı ilə məşğul olub, bir qədər gəlir əldə etməyi təklif etmişdir. Əzizlə də danışanda aldığı pulu bir dəfəyə yox, hissə-hissə qaytaracağını demişdir. Əziz də onunla razılaşıb pul vermişdir. Əzizlə arasında olan məsələnin Pərvinə heç bir aidiyyəti yoxdur. Pərvinlə də danışdıqda ona tanıdığı adamlar varsa danışmasını satmaq üçün gübrə əldə etməsini, pulunu da borc kimi hesablanmasını, bir hissəsini satış etdikdə, qalanı hissəni isə bir az vaxt sonra ödəməyi demişdir. Belə olub Pərvin Ağarəhim və İsmayıl adlı şəxslərlə danışıb gübrə gətirib. Götürdüyü məhsulun müqabilində Ağarəhim adlı şəxsə 9900 manat, İsmayıl adlı şəxsə 14500 manat pul ödəmişdir. Əgər kiminsə malını mənimsəmək kimi niyyəti var idisə kifayət qədər borcları olduğu halda o qədər ödəniş etməz, elə həmin pulu götürərdi. Ağarəhim və İsmayılla danışan Pərvindir, Pərvin həmin adamlarla danışıb. Pərvinin təmsil etdiyi Agroline MMC-nə məxsus malları da Pərvinin özünün məlumatı olaraq satmışdır. Həmin mallara görə Pərvin cavabdehdir. Pərvinə borclarının olduğunu, gübrəni satmaq üçün ona verməsini, onun pulunu da bir neçə dəfəyə verəcəyini, əldə pul olsa hər kisəyə görə də qazanc kimi 50 qəpik verəcəyini demişdir. Pərvin onu xeyli müddətdir ki, tanıyır və çətin vəziyyətdə olduğunu bilir. Pərvin də onun təklifilə razılaşdığı üçün təmsil etdiyi MMC-nə məxsus malı götürüb satmışdır. Əgər Pərvin dedikləri ilə razılaşmasa idi, ondan məhsulu götürüb satmazdı. Pərvinə də bir qədər pul vermişdir. Pərvinin Ağarəhim və İsmayıl adlı şəxslərlə hansı formada danışıq aparmasından məlumatı yoxdur. Pərvinə də əvvəlcədən götürülən məhsula görə pulun bir hissəsini satış edilən zaman, digər hissəni isə bir az vaxt keçəndən sonra qaytaracağını demişdir. Fikrincə Pərvinin məhsul götürdüyü şəxslər ondan pullarını tələb etdiyi üçün onun barəsində fikir bildirmişdir. Bərdə rayon sakini Məzahir adlı şəxsə təqribən 15000 manat dəyərində gübrə satmışdır. Həmin pulun bir qismini Pərvinə razılaşmalarına əsasən borclara görə ödəniş etməsi üçün vermişdir. Qalan pula isə əlavə gəlir əldə edib borcları tez bir zamanda bağlamaq üçün buğda almışdır. Pərvin həmin ərəfədə İsmayıl, Ağarəhimin borclarına görə ödəniş etməyini tələb etdikdə adını bildirmək istəmədiyi tanışından 20000 manat borc almaq üçün Bərdə rayonuna getmişdir. Lakin həmin gün pul tapa bilmədiyi üçün Pərvinlə əlaqə saxlaya bilməmişdir. Pərvinlə danışdıqda xahişini, aldığı məhsullara görə nə vaxt ödəniş edəcəyini demişdir. Pərvin də razılaşıb gübrələri sifariş vermişdir. Onun buğda və yaxud digər məhsul almasının Pərvinə heç bir aidiyyəti yoxdur, çünki ona malı satıb dərhal ödəniş edəcəyini deməmişdir. Pərvin, İsmayıl və Ağarəhim adlı şəxslərə borcunun olmasını inkar etmir. Pərvinlə danışdığı kimi onların pulunu hissə-hissə qaytaracaqdır. Pərvinin Ağarəhimə və İsmayıla nə vəd verməsi, onlarla nə formada danışması barədə məlumatı yoxdur. Əzizi xeyli müddətdir ki, tanıyır. Pərvinlə Əzizin heç bir tanışlığı yoxdur. Əziz onunla telefonda danışan vaxt verdiyi pula görə gübrə alıb-almadığını maraqlandığına görə əgər inanmırsa gedib obyektə baxmasını, gübrə alıb yığdığını, Pərvinin nəzarət etdiyini demişdir. Əziz də həmin vaxt obyektə gedib gübrənin orada olmasını görüb Pərvinə işində ciddi olmasını demişdir. Əzizlə onun heç bir problemi yoxdur. Əziz həmin pulu onun xahişinə görə vermişdir. Əzizin elə bir tanışlığı yoxdur ki, Pərvinə pul versin. Əziz onun çətin vəziyyətdə olduğunu bilir. Borclara görə atasının avtomobilini, anasının, həyat yoldaşının qızıllarını, torpaq sahələrini satmışlar. Fikrincə Əziz elə ifadə verməklə ona kömək etmək niyyətindədir. Agrovit MMC-nin direktoru Nümayəndələ razılaşmasına görə ümumi məbləğin 4 % miqdarında əməyinin qarşılığı kimi ona ödəniş olmalı idi. Satdığı gübrələrin müqabilində istər fermer kartı, istərsə də nağd formada alıcılar tərəfindən yaranmış borca görə ödənişləri onun digər şirkətlərə olan borcuna görə ödəməsi üçün Pərvinə göstəriş vermişdir. Pərvin də onun göstərişi ilə həmin pulları digər şirkətlərə olan borca görə ödəmişdir. O, hazırda zərərçəkmiş şəxslərə vurduğu ziyanı tam ödəməklə onlarla barışıq əldə etmiş, eyni zamanda cinayət nətcəsində vurulmuş ziyanın 25 faizi miqdarında, yəni 3500 manat məbləğində pul vəsaitini dövlət büdcəsinə ödəmişdir. Zərərçəkmiş şəxslərlə barışdığını, dəymiş ziyanı tam olaraq ödədiyini, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbinin olmadığını və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini bildirib, barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi – Zərərçəkmiş şəxs MMC-nin direktoru Nümayəndə ifadələrində göstərmişdir ki, Zərərçəkmiş şəxs MMC-nin direktorudur, rəhbərlik etdiyi müəssisə toxum tədarükü, gübrə və müəyyən kənd təsərrüfatı texnikalarının satışı ilə məşğuldur. 2021-ci ilin fevral ayının sonları mart ayının əvvəllərində Zaqatala RİH-də çalışan Valeh Qazilov onunla əlaqə yaradaraq oğlu Təqsirləndirilən şəxs işləməkdə köməklik etməyini xahiş etmişdir. Bələdiyyə sədri işlədiyi müddətdə Valeh Qazilovu tanımış və belə olub münasibəti yaranmışdır. O da Valeh Qazilovdan oğlu üçün nə köməklik edə biləcəyini maraqlandıqda sonuncu ona oğlunun ticarətlə məşğul olması üçün gübrə verməsini xahiş etmişdir. O da Valeh Qazilovun sözünə inanıb oğlu Ramazanla görüşmüş, görüş zamanı Ramazan ona gübrə verilməsini xahiş edərək satıb, pulunu gətirəcəyini demişdir. Bunun nəticəsində Ramazanla rəsmi olaraq xx.xx.2021-ci il tarixdə 11 nömrəli distribüter müqaviləsi bağlanılmışdır. Müqavilənin şərtinə görə Ramazan hər dəfə ona verilmiş malı satdıqca ödəniş etməli idi. Beləliklə, xx.xx.2021-ci il tarixli qaimə faktura ilə Təqsirləndirilən şəxs bir tonu 750 manatdan olmaqla 6 ton həcmində ümumilikdə 4500 manat dəyəri “nitroammofoska” adlı gübrə, xx.xx.2021-ci il tarixli qaimə faktura ilə hər bir tonu 750 manat olmaqla 15 ton həcmində ümumi dəyəri 11250 manat olan “nitroammofoska” adlı gübrə, bir tonu 500 manat olmaqla 5 ton həcmində ümumi dəyəri 2500 manat olan Gürcüstan Respublikasında istehsal olunmuş “amonium nitrat” adlı gübrə, bir tonu 520 manat olan 1 ton həcmində Rusiya Federasiyasında istehsal olunmuş “Amonium nitrat yevroxim” adlı gübrə, bir kiloqramının dəyəri 70 qəpik olan ümumilikdə 780 kiloqram həcmində dəyəri 546 manat olan “KAS-32” adlı maye azot, xx.xx.2021-ci il tarixli qaimə ilə bir tonu 540 manat olmaqla 30 ton həcmində 16200 amnat dəyərində “Karbomid” adlı gübrə, xx.xx.2021-ci il tarixli qaimə faktura ilə bir kiloqramı 75 qəpik olan 400 kiloqram həcmində ümumi dəyəri 300 manat təşkil edən “nitroammofoska” adlı gübrə, bir kisəsi, kisədə 80000 ədəd toxum olmaqla 320 manat olmaqla 2 kisə ümumi dəyəri 640 manat olan “Pioner P-09-37” növünə məxsus qarğıdalı toxumu, xx.xx.2021-ci il tarixli qaimə faktura ilə bir tonu 750 manat olmaqla 4 ton həcmində ümumi dəyəri 3000 manat olan “nitroammofoska” adlı gübrə verilmişdir. Malların verilməsi ilə əlaqədar qaimə fakturalar tərtib edilərək Ramazanın özünün, satış meneceri Şahid4, anbardar Şahid2 imzaları ilə təsdiq edilmişdir. Həmin qaimə fakturalar malların Ramazana verilməsini təsdiq edir. Götürdüyü malların pullarını ödəmədiyi üçün əlaqə saxlayaraq niyə ödəniş etmədiyini maraqlandıqda Ramazan guya malları satdığını, lakin pulları ala bilmədiyini qeyd etmişdir. Belə olduqda Ramazanın X17u da tanıdığı üçün ona malları kimə satdığını deməsini, həmin adamlarla danışaraq bəlkə pulları ala biləcəyini söyləmişdir. Bu zaman Ramazan Yengiyan kənd sakini Telman Həsrətova gübrə verib pulu ala bilmədiyini demişdir. O da əlaqə saxlayıb görüşdükdə Telman Ramazandan aldığı gübrəyə görə tam şəkildə pulu verdiyini bildirmişdir. Bundan sonra Ramazanla əlaqə saxlayaraq ona Telmanın gübrəyə görə ödəniş etdiyini bildirdikdə Ramazan ona cavab verə bilməmişdir. Bir qədər sonra Valeh Qazilov, Ramazan və yanlarında tanımadığı Ramazanın şəriki kimi təqdim olunan bir nəfər şəxslə birlikdə onunla görüşərək qısa müddət ərzində pulu hissə-hissə də olsa ödəyəcəklərini bildirsələr də, heç bir ödəniş edilməmişdir. Şikayət edilməmişdən bir qədər əvvəl də Valeh Qazilovla görüşüb ona vəziyyəti izah edib borcu ödəməyə niyyətlərinizin olduğundan əmin olmaq üçün heç olmasa hissə-hissə də olsa ödəniş etmələrini söyləmişdir. Valeh Qazilov ona bir ay içərisində 10000 manat ödəniş ediləcəyini söz versə də heç bir ödəniş olmadığı üçün məcburiyyət qarşısında qalaraq şikayət etmişdir. Təqsirləndirilən şəxs ona vurduğu maddi ziyanı tam ödəmişdir, ona qarşı heç bir iddiası yoxdur. Məhkəmə baxışı iclasında şahid qismində dindirilən Şahid1 məhkəmə prosesində verdiyi ifadəsində göstərmışdir ki, 2020-ci ilin aprel ayından etibarən Agrovit MMC-nin mühasibi işləyir. xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs MMC-nin direktoru Nümayəndə ilə Təqsirləndirilən şəxs arasında 11 nömrəli distribüter müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin 4-cü maddəsinin 5-ci bəndinə görə yola salınmış mala ödəniş üçün 20 təqvim günü vaxt verilir və bu vaxt ərzində distribüter yol salınmış borcları ödəməlidir. Təqsirləndirilən şəxs da həmin müqavilənin əsasında müraciət edərək anbardan mallar götürmüşdür. Belə ki, xx.xx.2021-ci il tarixli qaimə faktura ilə Təqsirləndirilən şəxs bir tonu 750 manatdan olmaqla 6 ton həcmində ümumilikdə 4500 manat dəyəri “nitroammofoska” adlı gübrə, xx.xx.2021-ci il tarixli qaimə faktura ilə hər bir tonu 750 manat olmaqla 15 ton həcmində ümumi dəyəri 11250 manat olan “nitroammofoska” adlı gübrə, bir tonu 500 manat olmaqla 5 ton həcmində ümumi dəyəri 2500 manat olan Gürcüstan Respublikasında istehsal olunmuş “amonium nitrat” adlı gübrə, bir tonu 520 manat olan 1 ton həcmində Rusiya Federasiyasında istehsal olunmuş “Amonium nitrat yevroxim” adlı gübrə, bir kiloqramının dəyəri 70 qəpik olan ümumilikdə 780 kiloqram həcmində dəyəri 546 manat olan “KAS-32” adlı maye azot, xx.xx.2021-ci il tarixli qaimə ilə bir tonu 540 manat olmaqla 30 ton həcmində 16200 manat dəyərində “Karbomid” adlı gübrə, xx.xx.2021-ci il tarixli qaimə faktura ilə bir kiloqramı 75 qəpik olan 400 kiloqram həcmində ümumi dəyəri 300 manat təşkil edən “nitroammofoska” adlı gübrə, bir kisəsi, kisədə 80000 ədəd toxum olmaqla 320 manat olan 2 kisə ümumi 640 manat dəyərində “Pioner P-09-37” növünə məxsus qarğıdalı toxumu, xx.xx.2021-ci il tarixli qaimə faktura ilə bir tonu 750 manat olmaqla 4 ton həcmində ümumi dəyəri 3000 manat olan “nitroammofoska” adlı gübrə verilmişdir. Malların verilməsi ilə əlaqədar qaimə fakturalar tərtib edilərək Ramazanın özünün, anbardarın və satış menecerinin imzaları ilə təsdiq edilmişdir. Kənd Təsərrüfatı Nazirliyi, Kapital Bank ASC və Agrovit MMC arasında bağlanılmış 3 tərəfli müqaviləyə əsasən Agrovit MMC “Tapagro” sisteminə qoşulmuşdur. Həmin sistemin mahiyyəti ondan ibarətdir ki, sistemə qoşulmuş müəssisə orada özünün anbarında olan satış üçün nəzərdə tutulmuş məhsulları bəyan edir. Respublika ərazisində həmin sistemə daxil olmaq imkanı olan fiziki və hüquqi şəxslər ehtiyac olan kənd təsərrüfatı məhsulunu (gübrə, toxum və s.) axtarırlar. Distribüter müqaviləsi olan şəxslərdə satıcı qismində çıxış etdikləri üçün onların da satdıqları mallar görünür. Hər hansı müəssisə, təşkilat və ya distribüter satış elanı verdiyi mallar satılması halında mütləq şəkildə alıcı barədə məlumatları və ödəniş üsulunu daxil etməlidir. Bununla da vergidən yayınmanın qarşısı alınır. Təqsirləndirilən şəxs verilmiş malların müqabilində o cəmi olaraq 3370,27 AZN ödəniş etmişdir. Belə ki, Təqsirləndirilən şəxs ona verilmiş malları satdıqdan sonra alıcıların müəyyən bir qisminin adını sistemə daxil etmişdir. MMC tərəfindən ona verilmiş malların qalığının harada olması barədə Ramazandan soruşduqda o malları satdığını, lakin pulları ala bilmədiyini qeyd etmişdir. Bu zaman nəyə görə alıcılar barədə məlumatları sistemə daxil etmədiyini maraqlandıqda isə heç bir əsaslı cavab verməmişdir. Sonradan edilmiş zənglərə isə ümumiyyətlə cavab verməmişdir. Müəssisədə keçirilmiş audit yoxlaması ilə də Təqsirləndirilən şəxs Agrovit MMC-yə vurduğu ziyanın yekun məbləği müəyyən edilmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilən Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, xx.xx.2020-ci il tarixdən rəsmi əmək müqaviləsi üzrə Zərərçəkmiş şəxs MMC-də satış meneceri vəzifəsində işləyir. xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs MMC-nin direktoru Nümayəndə ilə Təqsirləndirilən şəxs arasında 11 nömrəli distribüter müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin 4-cü maddəsinin 5-ci bəndinə görə yola salınmış mala ödəniş üçün 20 təqvim günü vaxt verilir və bu vaxt ərzində distribüter yol salınmış borcları ödəməlidir. Təqsirləndirilən şəxs da həmin müqavilənin əsasında müraciət edərək anbardan mallar götürmüşdür. Belə ki, xx.xx.2021ci il tarixli qaimə faktura ilə Təqsirləndirilən şəxs bir tonu 750 manatdan olmaqla 6 ton həcmində ümumilikdə 4500 manat dəyəri “nitroammofoska” adlı gübrə, xx.xx.2021-ci il tarixli qaimə faktura ilə hər bir tonu 750 manat olmaqla 15 ton həcmində ümumi dəyəri 11250 manat olan “nitroammofoska” adlı gübrə, bir tonu 500 manat olmaqla 5 ton həcmində ümumi dəyəri 2500 manat olan Gürcüstan Respublikasında istehsal olunmuş “amonium nitrat” adlı gübrə, bir tonu 520 manat olan 1 ton həcmində Rusiya Federasiyasında istehsal olunmuş “Amonium nitrat yevroxim” adlı gübrə, bir kiloqramının dəyəri 70 qəpik olan ümumilikdə 780 kiloqram həcmində dəyəri 546 manat olan “KAS-32” adlı maye azot, xx.xx.2021-ci il tarixli qaimə ilə bir tonu 540 manat olmaqla 30 ton həcmində 16200 manat dəyərində “Karbomid” adlı gübrə, xx.xx.2021-ci il tarixli qaimə faktura ilə bir kiloqramı 75 qəpik olan 400 kiloqram həcmində ümumi dəyəri 300 manat təşkil edən “nitroammofoska” adlı gübrə, bir kisəsi, kisədə 80000 ədəd toxum olmaqla 320 manat olan 2 kisə ümumi 640 manat dəyərində “Pioner P-09-37” növünə məxsus qarğıdalı toxumu, xx.xx.2021-ci il tarixli qaimə faktura ilə bir tonu 750 manat olmaqla 4 ton həcmində ümumi dəyəri 3000 manat olan “nitroammofoska” adlı gübrə vermişik. Malların verilməsi ilə əlaqədar qaimə fakturalar tərtib edilərək Ramazanın özünün, onun və anbardar Şahid2 imzaları ilə təsdiq edilmişdir. Sonuncu qaimə üzrə mal verildikdən sonra o, satış meneceri olduğu üçün dəfələrlə Təqsirləndirilən şəxs özü ilə əlaqə saxlayaraq götürdüyü mallara görə ödəniş etməsini bildirdikdə o, hər dəfə müxtəlif bəhanlərlə ödəniş etməkdən yayınmışdır. Belə ki, o, hər dəfə malları payladığını, camaatdan pulu ala bilmədiyini, ona görə yubanmalar olduğunu, kartlara pul vurulmadığını, kartlarda pul olmadığını, pul vurulan kimi gətirib borcları bağlayacağını demişdir. Ramazanln özünün deməsinə görə kimə mal veribsə həmin şəxslərdən kəndlilərə verilmiş fermer kartlarını götürmüşdür. Bu günə kimi Təqsirləndirilən şəxs götürdüyü mallara nə qədər ödəniş barədə heç bir məlumatı yoxdur. Bildiyim qədəri ilə Nümayəndə Təqsirləndirilən şəxs atasını tanıdığı üçün ona mal vermişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilən Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, Təqsirləndirilən şəxsı "xxxx" MMC-də birgə işlədikləri vaxtlarda həmkəndlisi kimi tanımış, aralarında heç vaxt narazılıq, ədavət olmamışdır. Azərtütün MMC-də işdən ayrıldıqdan sonra Bakı şəhərində 1-2 ay müxtəlif işlərlə məşğul olub Zaqatala rayonuna geri qayıtdıqdan sonra X16 kəndi ərazisində “Tala opit” restoranı yaxınlığında yerləşən anbarda gübrə satışı həyata keçirdiyini öyrənmişdir. Həmin vaxt işsiz olduğu üçün Ramazanla əlaqə saxlayaraq gübrə satışında ona mühasibatlıq işlərinin aparılmasında kömək edə biləcəyini dedikdə Ramazan əvvəlcə heç bir köməyə ehtiyacının olmadığını bildirsə də, 2021-ci ilin aprel ayının 1-dən etibarən Ramazanla birgə işləməyə başlamışdır. Bildiyi qədəri ilə Ramazan Zərərçəkmiş şəxs MMC ilə arasında olan müqaviləyə əsasən həmin müəssisədən gübrə almışdır. Satış şərtləri də Ramazan tərəfindən müəyyən edilmişdir. Belə ki, gübrə almaq istəyən şəxslər müraciət etdikdə onların torpaq sahələrinə dair sənədləri tələb olunur, fermer kartları alıcının öz yanında yoxlanılmaqla balansda nə qədər pul vəsaitinin olması dəqiqləşdirildikdən sonra kəndliyə hər ay ayrılacaq subsidiyanın məbləği müəyyənləşdirilməklə gübrə verilmişdir Alıcı da fermer kartını öz razılığı əsasında anbarda saxlamışdır. Hər ay karta yüklənmiş məbləğ borclu şəxslərə məlumat verilməklə borcdan silinmişdir. Ramazanın adına “Tapagro” elektron informasiya sistemində səhifə açılmış həmin səhifədə Ramazanın kimlərə fermer kartı ilə gübrə satışı həyata keçirməsi, kimlərin nə qədər borcunun olması, nə qədər ödəniş olması barəd məlumatlar görünmüşdür. İlk vaxtlarda subsidiyalar ayrıldığı üçün müəyyən ödənişlər olunmuşdur. Lakin sonradan torpaq sahələrinə dair çıxarışları olmayan şəxslərin fermer kartlarına yardımların ayrılması dayandırıldığından yaranmış borcu ödəmək mümkün olmamışdır. Buna baxmayaraq borclu olan şəxslərlə dəfələrlə əlaqə saxlanılsa da, onlar maddi imkanlarının olmadığını deyərək borcları ödəməkdən yayınmış və fermer kartlarına yardımlar yenidən ayrıldığı halda borclarını ödəməyə imkanlarının olduğunu bildirmişlər. Belə olub fermer kartları ilə Zaqatala rayonu, Yuxarı Tala kənd sakini Fərhad Ömərova xx.xx.2021-ci il tarixdə birinin qiyməti 22 manat olmaqla ümumi dəyəri 220 manat təşkil edən 10 kisə karbomid, xx.xx.2021-ci il tarixdə Aşağı Tala kənd sakini Səfər Musayevə birinin qiyməti 27 manat olan ümumi dəyəri 135 manat təşkil edən 5 kisə Rusiyada istehsal olunmuş azot gübrəsi vermişdir. Səfər Musayev nağd şəkildə 130 manat ona ödəniş etmiş o da həmin pulu Təqsirləndirilən şəxs vermişdir. Qalıq qalmış 5 manat borcunu isə Səfər Musayev xx.xx.2022-ci il tarixdə ödəmişdir. Bundan başqa Bəhmətli kənd sakini Rövşən Baliyevə xx.xx.2021-ci il tarixdə birinin qiyməti 27 manat olmaqla 7 kisə azot, birinin qiyməti 22 manat olmaqla 7 kisə karbomid gübrəsi götürmüşdür. Rövşən Baliyevin ümumi borcu 343 manat təşkil etmiş, ondan 200 manat fermer kartına köçürülmüş maddi yardım hesabına ödənilmiş, qalıq borc isə 143 AZN-dir. Qandax kənd sakini Akif Ramazanova xx.xx.2021-ci il tarixdə birinin qiyməti 27 manat olmaqla 6 kisə azot gübrəsi verilmişdir. Akif Ramazanovun ümumi borcu 162 AZN təşkil etmiş, lakin fermer kartına yardım köçürülmədiyindən borc ödənişi olmamışdır. Aşağı Tala kənd sakini Maarif Məmmədova xx.xx.2021-ci il tarixdə birinin dəyəri 27 manat olmaqla 8 kisə Rusiya Federasiyasında istehsal olunmuş azot gübrəsi verilmişdir. Ümumi borcu 216 manat təşkil etmiş, fermer kartına köçürülmüş maddi yardım hesabına onun borcundan 79 manat ödəniş edilmişdir. X11 127 AZN borcludur. Ələsgər kənd sakini Qudavasova Xalisətə xx.xx.2022-ci il tarixdə birinin dəyəri 27 manat olmaqla 16 kisə Rusiya Federasiyasında istehsal olunmuş azot gürbəsi verilmişdir. Xalisət Qudavasovanın ümumi borcu 432 AZN təşkil etməsinə baxmayaraq bu günə kimi heç bir ödəniş olmamışdır. Aşağı Tala kənd sakini Osman Həsənova xx.xx.2022-ci il tarixdə birinin qiyməti 22 manat olan 12 kisə karbomid verilmiş, ümumi borcdan fermer kartına köçürülmüş məbləğ hesabına 79 manat silinmiş, hazırda 185 AZN ödənilməmiş borc məbləği vardır. Tahir Potiyevə xx.xx.2022-ci il tarixdə birinin qiyməti 27 manat olmaqla 8 kisə Rusiya Federasiyasında istehsal olunmuş azot gübrəsi verilmiş, 216 manat ümumi borcdan 196 manat fermer kartına köçürülmüş maddi yardım hesabına ödənilmiş 20 AZN borc qalmışdır. Üçüncü Tala kənd sakini Tural Abdurahmanova xx.xx.2021-ci il tarixdə birinin dəyəri 27 manat olmaqla Rusiya Federasiyasında istehsal olmunmuş 20 kisə azot gübrəsi verilmiş, yaranmış 540 AZN bu günədək ödənilməmişdir. Üçüncü Tala kənd sakini Qardaşov Rəhmana xx.xx.2021-ci il tarixdə birinin dəyəri 27 manat olmaqla Rusiya Federasiyasında istehsal olmunmuş 3 kisə azot gübrəsi verilmiş, yaranmış 81 manat borc bu günədək ödənilməmişdir. Aşağı Tala kənd sakini Qurban Qaziyevə xx.xx.2021-ci il tarixdə birinin qiyməti 22 manat olmaqla 16 kisə karbomid gübrəsi verilmişdir. Qurban Qaziyev borclu olduğu 352 AZN pulu bu günə qədər ödəməmişdir. Aşağı Tala kənd sakini Elman Yunusova xx.xx.2021-ci il tarixdə birinin dəyəri 22 manat olmaqla 5 kisə karbomid gübrəsi verilsə də, o, yaranmış 110 AZN məbləğində borcu ödəməmişdir. Aşağı Tala kənd sakini Həmid Həsənova xx.xx.2021-ci il tarixdə birinin qiyməti 27 manat olmaqla 4 kisə Rusiya Federasiyasında istehsal olunmuş azot gübrəsi verilmişdir. Həmid Həsənov yaranmış 108 AZN borcu bu günədək ödəməmişdir. Aşağı Tala kənd sakini Famil Tərlanova xx.xx.2021-ci il tarixdə birinin qiyməti 27 manat olmaqla 11 kisə Rusiya Federasiyasında istehsal olunmuş azot gübrəsi verilmiş, 297 AZN borc bu günə qədər ödənilməmişdir. xx.xx.2021-ci il tarixdə Aşağı Tala kənd sakini Şəmi Poladovaya birinin qiyməti 22 manat olmaqla 5 kisə karbomid adlı gübrə verilmiş, yaranmış 110 manat borcdan bu günə qədər ödəniş edilməmişdir. Aşağı Tala kənd sakini Qurban Məmmədova xx.xx.2021-ci il tarixdə birinin qiyməti 27 manat olmaqla 10 kisə Rusiya Federasiyasında istehsal olunmuş azot gübrəsi götürmüşdür. Yaranmış ümumi borcdan 138 manat fermer kartına ayrılmış vəsait hesabına ödənilmiş 132 AZN qalıq borc qalmışdır. Aşağı Tala kənd sakini Rəcəb Əhmədova xx.xx.2021-ci il taridə birinin qiyməti 27 manat olmaqla 8 kisə Rusiya Federasiyasında istehsal olunmuş azot gürbəsi verilmiş, ümumi borcdan fermer kartı hesabına 24 manat silinmiş, nağd şəkildə 90 manat ödənilmiş və 102 AZN qalıq borc qalmışdır. Aşağı Tala kənd sakini Əmrullah Hüseynova xx.xx.2021-ci il tarixdə birinin dəyəri 22 manat olmaqla 6 kisə karbomid gübrəsi verilmişdir. Yaranmış ümumi 132 Azn məbləğində borcdan heç bir ödəniş olmamışdır. Aşağı Tala kənd sakini Tahir Mehdiyevə xx.xx.2021-ci il tarixdə birinin dəyəri 22 manat olmaqla 6 kisə karbomid gübrəsi verilmişdir. Yaranmış 132 Azn borc bu günə qədər ödənilməmişdir. Aşağı Tala kənd sakini Eyvaz Tərlanova xx.xx.2021-ci il tarixdə birinin dəyəri 22 manat olmaqla 7 kisə karbomid gübrəsi verilmişdir. Yaranmış 154 manat borcun 142 manatı əvvəllər, qalıq qalmış 12 manat isə xx.xx.2022-ci il tarixdə nağd şəkildə ödənilmişdir. Eyvaz Tərlanovun aldığı gübrəyə görə borcu qalmamışdır. Muxax kənd sakini Səməd Gəncəliyevə xx.xx.2021-ci il tarixdə birini dəyəri 27 manat olmaqla 10 kisə Rusiya Federasiyasında istehsal olunmuş azot gürbəsi verilmiş, yaranmış 270 manat ümumi borcdan bu günə qədər ödəniş olmamışdır. Aşağı Tala kənd sakini Vahid Abdullayevə xx.xx.2021-ci il tarixdə birinin dəyəri 27 manat olmaqla 7 kisə Rusiya Federasiyasında istehsal olunmuş azot gürbəsi verilmiş, yaranmış 189 manat ümumi borcdan bu günə qədər ödəniş olmamışdır. Aşağı Tala kənd sakini Akif Əliyevə xx.xx.2021-ci il tarixdə birinin dəyəri 27 manat olmaqla 5 kisə Rusiya Federasiyasında istehsal olunmuş azot gürbəsi verilmiş, yaranmış 135 manat ümumi borcdan bu günə qədər ödəniş olmamışdır. xx.xx.2021-ci il tarixdə Anar adlı şəxsə birinin dəyəri 50 manat olan 3 kisə amofos, birinin dəyəri 22 manat olan 4 kisə karbomid gübrəsi verilmişdir. Onu qeyd edim ki, Anar adlı şəxsə Ramazanın göstərişi ilə gübrələr verilmişdir. Belə ki, həmin şəxs Aşağı Tala kənd sakini Azad Qardaşov adlı şəxsin torpaq sahəsindən istifadə etdiyi üçün onun fermer kartı ilə gübrə almaq üçün müraciət etmiş o da Ramazanın göstərişi ilə həmin şəxsə gübrə verib Azad Qardaşovun adına verilmiş kimi qeydiyyat aparmışdır. Yaranmış 238 manat borc bu günə qədər ödənilməmişdir. Muxax kənd sakini Ramiz Ömərova xx.xx.2021-ci il tarixdə birinin dəyəri 27 manat olmaqla 5 kisə Rusiya Federasiyasında istehsal olunmuş azot gürbəsi verilmiş, birinin dəyəri 22 manat olmaqla 4 kisə karbomid gübrəsi verilmişdir. Yaranmış borcdan 21 manat həmin günü fermer kartına ayrılmış yardım hesabına ödənilmiş, qalıq 202 manat pul isə iki dəfəyə 100 manat olmaqla ödəniş edilmiş, 2 X20 borclu qalmışdır. Aşağı Tala kənd sakini İsa Babayevə xx.xx.2021-ci il tarixdə birinin dəyəri 27 manat olmaqla 6 kisə Rusiya Federasiyasında istehsal olunmuş azot gürbəsi verilmiş, birinin dəyəri 22 manat olmaqla 6 kisə də karbomid gübrəsi verilmişdir. Yaranmış borcdan 240 manat fermer kartına ayrılmış maddi yardım hesabına ödənilmiş, 54 AZN borc qalıq qalmışdır. Aşağı Tala kənd sakini Rəcəb Rəcəbova xx.xx.2021-ci il tarixdə birinin dəyəri olmaqla 22 manat olmaqla 11 kisə karbomid gübrəsi verilmiş, yaranmış 242 AZN borc bu günə qədər ödənilməmişdir. Aşağı Tala kənd sakini Famil Qaziyevə xx.xx.2021-ci il tarixdə birinin dəyəri 22 manat olmaqla 8 kisə karbomid, birinin dəyəri 50 manat olan bir kisə amofos gübrəsi verilmişdir. Amofos gübrəsi sonradan geri qaytarılmış və qalıq qalmış 176 manat borc bu günə qədər ödənilməmişdir. Aşağı Tala kənd sakini Didiy Qaziyevə xx.xx.2021-ci il tarixdə birinin dəyəri 22 manat olmaq 16 kisə karbomid gübrəsi verilmiş, yaranmış 352 AZN borc bu günə qədər öədnilməmişdir. Aşağı Tala kənd sakini Xanım Şabanovaya xx.xx.2021-ci il tarixdə birinin dəyəri 27 manat olmaqla 7 kisə Rusiya Federasiyasında istehsal olunmuş azot gübrəsi, birinin dəyəri 22 manat olmaqla 7 kisə də karbomid gübrəsi verilmişdir. Cəmi borcun 343 AZN olmasına baxmayaraq bu günə qədər ödəniş edilməmişdir. Muxax kənd sakini Nəsrəddin Şabanova xx.xx.2021-ci il tarixdə birinin dəyəri 27 manat olmaqla 6 kisə Rusiya Federasiyasında istehsal olunmuş azot gübrəsi verilmiş, ümumi 162 Azn borc bu günə qədər ödənilməmişdir. Yuxarı Tala kənd sakini Nemət Camalova xx.xx.2021-ci il tarixdə birinin dəyəri 27 manat olmaqla 5 kisə Rusiya Federasiyasında istehsal olunmuş azot gübrəsi, birinin dəyəri 22 manat olmaqla 5 kisə karbomid gübrəsi verilmişdir. Yaranmış 245 azn borc bu günə qədər ödənilməmişdir. Xatırladığı qədəri ilə Nemət Camalova gübrə Ramazanın göstərişi ilə verilmişdir. Nemət Camalovun fermer kartı olmamışdır. Aşağı Tala kənd sakini İsmayıl Abakarova xx.xx.2021-ci il tarixdə birinin dəyəri 27 manat olmaqla 5 kisə Rusiya Federasiyasında istehsal olunmuş azot gübrəsi, birinin dəyəri 22 manat olmaqla 5 kisə karbomid gübrəsi verilmişdir. 245 azn borc bu günə qədər ödənilməmişdir. Aşağı tala kənd sakini Nurəddin Canımova xx.xx.2021-ci il tarixdə birinin dəyəri 22 manat olmaqla 14 kisə karbomid gübrəsi, birinin dəyəri 27 manat olmaqla 2 kisə Rusiya Federasiyasında istehsal olunmuş azot gübrəsi verilmişdir. Yaranmış ümumi 368 azn borcdan bu günə qədər ödəniş edilməmişdir. Ələsgər kənd sakini Həsən İsmayılova xx.xx.2021-ci il tarixdə birinin dəyəri 27 manat olmaqla 6 kisə Rusiya Federasiyasında istehsal olunmuş azot gübrəsi, birinin dəyəri 50 manat olmaqla bir kisə amofos, birinin dəyəri 37 manat olmaqla Rusiya Federasiyasında istehsal olunmuş “karbomid Yevroxim” adlı gübrə verilmişdir. Yaranmış 249 azn borc bu günə kimi ödənilməmişdir. Aşağı Tala kənd sakini Mehrus Ərəbovaya xx.xx.2021-ci il tarixdə birinin dəyəri 27 manat olmaqla 5 kisə Rusiya Federasiyasında istehsal olunmuş azot gübrəsi, birinin dəyəri 22 manat olmaqla 2 kisə karbomid gübrəsi verilmişdir. Ümumi borc 179 azn təşkil etməsinə baxmayaraq heç bir ödəniş olmamışdır. Aşağı tala kənd sakini Nasir Hacıyevə xx.xx.2021ci il tarixdə birinin dəyəri 27 manat olmaqla 5 kisə Rusiya Federasiyasında istehsal olunmuş azot gübrəsi verilmiş, 135 azn borc bu günə qədər ödənilməmişdir. Aşağı Tala kənd sakini İsmayıl Qazıyevə birinin dəyəri 27 manat olmaqla 8 kisə Rusiya Federasiyasında istehsal olunmuş azot gübrəsi, birinin dəyəri 37 manat olmaqla Rusiya Federasiyasında istehsal olunmuş 1 kisə “karbomid Yevroxim” adlı gübrə verilmişdir. Yaranmış 253 manat borc bu günə qədər ödənilməmişdir. Muxax kənd sakini Fikrət Nurayevə xx.xx.2021-ci il tarixdə birinin dəyəri 22 manat olmaqla 6 kisə karbomid, birinin dəyəri 37 manat olmaqla 1 kisə Rusiya Federasiyasında istehsal olunmuş 1 kisə “karbomid Yevroxim” adlı gübrə verilmişdir. Yaranmış 169 manat borcdan 100 manat fermer kartına köçürülmüş maddi yardım hesabına ödənilmiş, 69 manat borclu qalmışdır. Yuxarı Tala kənd sakini Elmira Qurbanovaya xx.xx.2021-ci il tarixdə birinin dəyəri 27 manat olmaqla 6 kisə Rusiya Federasiyasında istehsal olunmuş azot gübrəsi, birinin dəyəri 37 manat olmaqla bir kisə Rusiya Federasiyasında istehsal olunmuş 1 kisə “karbomid Yevroxim” adlı gübrə verilmişdir. Yaranmış 199 manat borc ödənilməmişdir. Aşağı Tala kənd sakini Abdulətif Musayevə xx.xx.2021-ci il tarixdə birinin dəyəri birinin dəyəri 37 manat olmaqla 6 kisə Rusiya Federasiyasında istehsal olunmuş “karbomid Yevroxim” adlı gübrə verilmişdir. Yaranmış borcdan 18 manat fermer kartına ayrılmış maddi yardım hesabına ödənilmiş, qalan 204 azn borc isə bu günə qədər ödənilməmişdir. Yuxarı Tala kənd sakini Mövləddin Ömərova xx.xx.2021-ci il tarixdə birinin dəyəri 27 manat olmaqla 8 kisə Rusiya Federasiyasında istehsal olunmuş azot gübrəsi verilmişdir. Yaranmış 216 azn borc bu günə qədər ödənilməmişdir. Üçüncü Tala kənd sakini Gülmə Qardaşovaya xx.xx.2021-ci il tarixdə birinin dəyəri 27 manat olmaqla 6 kisə Rusiya Federasiyasında istehsal olunmuş azot gübrəsi verilmişdir. Yaranmış 162 azn borc ödənilməmişdir. Göyəm kənd sakini Kamil Şabanovaxx.xx.2021-ci il tarixdə birinin dəyəri 27 manat olmaqla 6 kisə Rusiya Federasiyasında istehsal olunmuş azot gübrəsi verilmişdir. Yaranmış 162 azn borc ödənilməmişdir. Aşağı tala kənd sakini Əhməd Əbdürəhmanova birinin dəyəri 27 manat olmaqla 13 kisə Rusiya Federasiyasında istehsal olunmuş azot gübrəsi verilmişdir. Yaranmış ümumi borcdan 70 manat fermer kartına ayrılmış maddi yardım hesabına ödənilmiş, 100 manat nağd qaydada ödənilmiş, qalıq 181 azn olmuşdur. Həmin 181 manat borc bu günə qədər ödənilməmişdir. Aşağı Tala kənd sakini Üzeyir Qaracayevə xx.xx.2021-ci il tarixdə birinin dəyəri 27 manat olmaqla 8 kisə Rusiya Federasiyasında istehsal olunmuş azot gübrəsi verilmişdir. Yaranmış ümumi borca görə 19 manat fermer kartına ayrılmış maddi yardım hesabına terminal vasitəsilə ödənilmiş, qalıq qalmış 197 manat pul isə 2022-ci lin aprel ayında Ramazanın şəxsən özünə nağd qaydada verilmişdir. Üzeyir Qaracayevin aldığı gübrəyə görə borcu yoxdur. Üzeyir Qaracayev ondan gəlib fermer kartını istədikdə onun hələ borcunun olduğunu bildirdiyi zaman Üzeyir Qaracayev borcunu nağd qaydada Ramazan ödədiyini söylədikdə Ramazanla əlaqə saxlayıb Üzeyir Qaracayevin sözlərini ona demiş, Ramazan da həqiqətən Üzeyir Qaracayevin borcunu ödədiyini deyib kartını qaytarmağını tapşırmışdır. Belə olub Üzeyir Qaracayevin kartını özünə qaytarmışdır. Aşağı Tala kənd sakini Nəsrullah Mehdiyevə xx.xx.2021-ci il tarixdə birinin dəyəri 27 manat olmaqla 10 kisə Rusiya Federasiyasında istehsal olunmuş azot gübrəsi verilmişdir. X9 tərəfindən bu günə qədər borc ödənilməmişdir. Aşağı Tala kənd sakini Adil Şamayevə xx.xx.2021-ci il tarixdə birinin dəyəri 27 manat olmaqla 7 kisə Rusiya Federasiyasında istehsal olunmuş azot gübrəsi verilmiş, yaranmış 189 azn ödənilməmişdir. Mazıx kənd sakini Rəcəb Əliyevə xx.xx.2021ci il tarixdə birinin dəyəri 27 amant olmaqla 7 kisə Rusiya Federasiyasında istehsal olunmuş azot gübrəsi verilmiş, yaranmış 189 azn ödənilməmişdir. Aşağı Tala kənd sakini Qurban Musayevə xx.xx.2021-ci il tarixdə birinin dəyəri 22 manat olmaqla ümumi 220 azn dəyərində 10 kisə karbomid gübrəsi verilmişdir. Qurban Musayev tərəfindən borc ödənilməmişdir. Aşağı tala kənd sakini Qasım Şabanova xx.xx.2021-ci il tarixdə birinin dəyəri 27 manat olmaqla 4 kisə Rusiya Federasiyasında istehsal olunmuş azot gübrəsi, birinin dəyəri 22 manat olmaqla 3 kisə karbomid gübrəsi verilmişdir. Ümumi 174 manat borcdan 99 manat fermer kartına ayrılmış maddi yardım hesabına ödənilmiş, 75 azn borc qalıq qalmışdır. Aşağı Tala kənd sakini Rüstəm Zeynalova xx.xx.2021-ci il tarixdə birinin dəyəri 22 manat olmaqla ümumi 220 azn dəyərində 10 kisə karbomid gübrəsi verilmiş, borc ödənilməmişdir. Aşağı tala kənd sakini Vasif Qarəhmədova xx.xx.2021-ci il tarixdə birinin dəyəri 22 manat olmaqla 5 kisə karbomid verimiş, ümumi 110 manat borcdan 56 manat fermer kartına ayrılmış maddi yardım hesabına ödənilmiş, 54 azn borc qalmışdır. Aşağı tala kənd sakini Vidadi Ömərova xx.xx.2021-ci il tarixdə birinin dəyəri 27 manat olmaqla 10 kisə Rusiya Federasiyasında istehsal olunmuş azot gübrəsi verilmişdir. Vidadi Ömərov tərəfindən 270 manat borc hazıradək ödənilməmişdir. Qandax kənd sakini Eldar Əliyevə xx.xx.2021-ci il tarixdə birinin dəyəri 22 manat olmaqla 16 kisə karbomid verilmiş, ümumi borcdan 211 manat fermer kartına ayrılmış maddi yardım hesabına ödənilmiş, 141 azn borc qalmışdır. Aşağı Tala kənd sakini Akif Kazımova xx.xx.2021-ci il tarixdə birinin dəyəri 22 manat olan 9 kisə karbomid, birinin dəyəri 38 manat olan bir kisə “nitroammofoska” verilmiş, ondan 31 manat fermer kartına ayrılmış maddi yardım hesabına ödənilmiş, 5 kisə karbomid geri qaytarılmış, 95 azn Akif Kazımov hazıradək borcludur. Aşağı Tala kənd sakini Sabir Dilanova xx.xx.2021-ci il tarixdə birinin dəyəri 22 manat olmaqla 2 kisə karbomid, birinin dəyəri 38 manat olmaqla 1 kisə “nitroammofoska” verilmişdir. Yaranmış 82 manat borcdan 57 manat fermer kartına ayrılmış maddi yardım hesabına ödənilmiş 25 manat borc qalmışdır. Aşağı Tala kənd sakini Rauf Əliyevə birinin dəyəri 22 manat olmaqla 4 kisə karbomid, birinin dəyəri 38 manat olmaqla bir kisə “nitroammofoska” verilmiş, yaranmış 126 azn borc bu günə qədər ödənilməmişdir. Aşağı Tala kənd sakini Etibar Qardaşova xx.xx.2021-ci il tarixdə birinin dəyəri 22 manat olmaqla 8 kisə karbomid, birinin dəyərinin 27 manat olmaqla 7 kisə Rusiya Federasiyasında istehsal olunmuş azot gübrəsi verilmiş, yaranmış 361 manat borcdan 68 manat fermer kartına ayrılmış maddi yardım hesabına ödənilmiş, 293 azn borc qalmışdır. Ələsgər kənd sakini Nadir Mahmudova xx.xx.2021-ci il tarixdə birinin dəyəri 22 manat olmaqla 7 kisə karbomid verilmiş, ümumi borcdan 105 manat fermer kartına ayrılmış maddi yardım hesabına ödənilmiş, 49 azn borc qalmışdır. Aşağı Tala kənd sakini Eldar Məmmədova xx.xx.2021-ci il tarixdə birinin dəyəri 22 manat olmaqla 19 kisə karbomid verilmişdir. Eldar Məmmədov ümumi borcdan 50 manat nağd qaydada ödəniş etmiş, 368 azn borclu qalmışdır. Aşağı Tala kənd sakini Aslan Davudova xx.xx.2021-ci il tarixdə birinin dəyəri 22 manat olmaqla 7 kisə karbomid verilmişdir. Yaranmış 154 azn borc bu günə qədər ödənilməmişdir. Aşağı Tala kənd sakini Məzahir Qurbanova birinin dəyəri 22 manat olmaqla 5 kisə karbomid verilmiş, yaranmış 110 azn borc bu günə qədər ödənilməmişduir. Göyəm kənd sakini İmran Qandaxova xx.xx.2021-ci il tarixdə birinin dəyəri 27 manat olmaqla iki kisə Rusiya Federasiyasında istehsal olunmuş azot gübrəsi verilmiş, ümumi 54 azn borclu qalmışdır. Bundan əlavə Qandax kənd sakini Mövlud Yusifov adlı şəxsə Ramazanın göstərişi ilə müxtəlif vaxtlarda gübrə verilmişdir. Mövlud Yusifova verilən malların qeydiyyatı aparılmışdır. Mövlud Yusifovun apardığı gübrəni kimə satması və yaxud istifadə edib-etməməsi barədə heç bir məlumatı yoxdur. Ona nağd şəkildə verilmiş pul vəsaitlərini Təqsirləndirilən şəxs özünə vermişdir. Azərbaycan Respublikasında istehsal olunmuş karbomid gübrəsinin bir kisəsi 40 kq, Rusiya Federasiyasında istehsal olunmuş azot gübrəsinin bir kisəsi 50 kq, Rusiya Federasiyasında istehsal olunmuş “Ammofoska” gübrəsinin bir kisəsi 50 kq, Rusiya Federasiyasında istehsal olunmuş “kabromid Yevroxim” gübrəsinin bir kisəsi 50 kq, Gürcüstan Respublikasında istehsal olunmuş azot gübrəsinin bir kisəsi 50 kq olmuşdur. Təqsirləndirilən şəxsla birlikdə işlədiyi zaman onun "xxxx" MMC ilə münasibəti yaranmışdır. "xxxx" MMC-nin rəhbəri səhv etmirsə Qədir adlı şəxsdir. Həmin müəssisə Bakı şəhərində yerləşir. Təqsirləndirilən şəxs Rusiya Federasiyasına getdikdən sonra birlikdə gübrə satışı həyata keçirdiyi obyekti Məcid adlı sahibindən icarəyə götürüb "xxxx" MMC ilə müqavilə bağlayıb onların gübrələrinin satışı ilə məşğul olmağa başlamışdır. Zərərçəkmiş şəxs MMC-nin rəhbərliyi tərəfindən edilmiş şikayət əsasında araşdırma aparılan zaman 2022-ci ilin dekabr ayının ortalarında Ramazan ona yaxınlaşıb Əziz adlı tanışının olduğunu, Əzizin pul verəcəyini, gübrə gətirib satmaqla birlikdə gəlir əldə edəcəklərini bildirmişdir. O, Ramazanla işə başlamazdan öncə X17a zəng edərək Ramazanla gübrə al-veri etmək istədiklərini bildirdikdə Valeh Qazilov da Ramazanın əlavə borclarının olduğunu deyərək məbləğin çox olmamasını xahiş etmişdir. Bundan sonra Ramazanla bir neçə dəfə satış etmiş və Əziz pullarını ödəmişdir. Daha sonra öncədən tanıdığı gübrə satan Ağarəhim adlı şəxsdən 28400 manat dəyərində və İsmayıl adlı şəxsdən isə 29500 manat dəyərində gübrə alıb satması üçün Ramazana vermişdir. Əlavə olaraq Əziz onu tanıdıqdan sonra cavabdehliyi ona verərək verdiyi pul müqabilində alınan gübrələrə nəzarət etməyini istəmişdir. Bütün alınan gübrələr onun icarəyə götürdüyü dükana yığılıb, daha sonra oradan satılmışdır. Ağarəhimdən aldığı 28400 manat dəyərində olan gübrənin 9900 manatı və İsmayıldan aldığı 29500 manat dəyərində olan gübrənin pulundan isə 14500 manat pulu Ramazan ona verdikdən sonra həmin pulları ödəniş terminalı və “Kapitalbank”ın “BirBank” tətbiqi vasitəsi ilə ödəmişdir. Bundan əlavə Ramazan Əzizə məxsus 30000 manat dəyərində və onun 8000 manat dəyərində "xxxx" MMC-dən götürüb verdiyi gübrəni də satmaq adı ilə götürüb pulunu verməmişdir. Ramazan ümumilikdə 71.500 manat dəyərində gübrəni satmaq adı ilə aparmış və pulunu ödəməmişdir. xx.xx.2022-ci il tarixdə Ramazan Bərdə şəhəri Toxumçuluq zavodunun müdiri Məzahir adlı şəxsin gübrə istədiyini bildirib bir kisəsi 40 manat olan 196 kisə 7840 manat dəyərində və bir kisəsi 17,5 manat olan 420 kisə 7350 manat dəyərində olmaqla ümumilikdə 15190 manat dəyərində gübrəni həmin tarixdə özünün sifariş verdiyi Kamaz markalı avtomaşına yükləyib Bərdə rayonuna aparmışdır. Həmin vaxt Ramazanla birlikdə o da Bərdə rayonuna getmişdir. Bərdə rayonuna axşam saat 21 radələrində çatıb Məzahir adlı şəxslə görüşdükdə sonuncu hazırda pulunun olmadığını, səhəri gün pulun verəiləcəyini dediyindən geri qayıtmışlar. Səhəri gün yəni xx.xx.2022-ci il tarixdə Ramazan ona Bərdə rayonuna getdiyini, Məzahirdən pulu götürüb gələcəyini bildirmişdir. Ramazan həmin gün Bərdə rayonundan qayıtdıqda pulu Məzahirdən aldığını və həmin pulun bir hissəsinə satmaq üçün 178 kisə buğda aldığını, qalan pula isə gübrə alacağını bildirmişdir. İsmayılın pulundan 15000 manat və Ağarəhimin pulundan isə 18500 manat borc qaldığı üçün həmin şəxslər onunla tez-tez əlaqə saxlayıb qalan borcu istədikləri üçün Ramazana borcları ödəmək üçün satdığı gübrələrin pulunu verməsini söyləmişdir. Ramazan isə yeni gübrə sifariş etdiyini, xx.xx.2022-ci il tarixdə gələcəyini qeyd etmişdir. xx.xx.2022-ci il tarixdə saat 16 radələrində Ramazan ona zəng edərək borcları ödəmək üçün tanışından 20000 manat almaq üçün Bərdə rayonuna getdiyini bildirmişdir. Saat 21 radələrində Ramazanla telefon əlaqəsi saxladıqda o, Bərdə rayonuna çatdığını, borc alacağı adamla görüşüb pulu götürüb borcu dömək üçün onun kartına göndərəcəyini söyləmişdir. 21:30 radələrində Ramazana məxsus 055 *** ** ** saylı mobil nömrəsinə zəng etdikdə telefonu söndürülmüş olduğundan dərhal X17la əlaqə saxladıqda Ramazanla danışdığını və Ramazanın ona mobil telefonunun bir saatlıq sönülü olacağını bildirməsini demişdir. Bundan sonra bir neçə dəfə Ramazanla əlaqə saxlamaq istəsə də telefonu sönülü olduğundan saat 23:40 radələrində Ramazanın yaşadığı evə getmişdir. X13 qarşılayıb, borcları olduğunu, borc sahiblərinin borclarını istədiyini, Ramazanın telefonu söndürüb yoxa çıxdığını bildirdikdə dəfələrlə Ramazanla əlaqə saxlamağa çalışsa da heç bir nəticə əldə edə bilməmişdir. Aralarında olan razılaşmaya görə Ramazan ona satılacaq bir kisə gübrəyə görə 50 qəpik pul verməli idi. Zərərçəkmiş şəxs MMC-nin direktoru Nümayəndə tərəfindən aralarında bağlanmış müqaviləyə əsasən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixli qaimə faktura ilə bir kiloqramı 75 qəpik olan 400 kiloqram həcmində ümumi dəyəri 300 manat təşkil edən “nitroammofoska” adlı gübrə, bir kisəsi, kisədə 80000 ədəd toxum olmaqla 320 manat olmaqla 2 kisə ümumi dəyəri 640 manat olan “Pioner P-09-37” növünə məxsus qarğıdalı toxumu, xx.xx.2021-ci il tarixli qaimə faktura ilə bir tonu 750 manat olmaqla 4 ton həcmində ümumi dəyəri 3000 manat olan “nitroammofoska” adlı gübrənin verilməsindən onun heç bir məlumatı yoxdur. Adları qeyd edilmiş məhsullar nəzarət etdiyi anbara daxil olmamışdır. Zərərçəkmiş şəxs MMC-nin şikayəti əsasında araşdırma aparılmasından o, xəbərdar olduqda artıq bütün malları vermişdir. Gübrələr Agroline MMC, Ağarəhim və İsmayıl adlı şəxslərdən alınmışdır. Nə qədər gübrə alınmasını təsdiq edən hər hansı bir sənəd yodur. Təqsirləndirilən şəxs nə qədər gübrə verilməsini təsdiq edən sənəd yoxdur. Ancaq öz aralarında olan şifahi razılaşma əsasında Ramazana gübrə verilmişdir. Alqısatqı şifahi qaydada razılaşma əsasında aparıldığından heç bir rəsmi sənəd yoxdur. Birlikdə işlədikləri zaman o, cəmi 583 manatlıq gübrə satışı həyata keçirmişdir. Həmin satış da fermer kartı ilə həyata keçirilməklə müştərinin hesabında olan məbləğ silinmişdir. Onun həyata keçirdiyi satışa görə borc yoxdur. Ramazanın gübrə satdığı şəxslərdən ancaq Məzahiri tanıyır. Bundan əlavə Rəvan adlı şəxsə Ramazan səhv etmirsə 240 kisə gübrə vermişdir. Başqa kimlərə nə qədər gübrə satılması barədə məlumatı yoxdur. Ramazanı əvvəldən tanıdığı üçün onu belə bir addım atacağını düşünməmişdir. fermer kartı ilə gübrə almaq üçün gələn alıcının kartı yoxlanılmış, kartda olan məbləğ borca görə silinmişdir. Ramazanın Agrovit MMC-dən gətirdiyi gübrələrin satışı həyata keçirilən zaman da alıcının kartı yoxlanılmış, həmin vaxt Ramazanın göstərişi ilə alıcının borcuna uyğun olaraq kartdakı məbləği silinmişdir. Həmin vaxt Ramazanın göstərişi ilə fermer kartları əsasında olan ödənişlər Agrovit MMC-nin deyil Ramazanın digər borclarına görə silinmişdir. Bu barədə Ramazana iradını bildirdikdə isə sonuncu ona gübrə onun olmadığını, gübrəni özü aldığı üçün cavabdehliyi də özünün daşıdığını, ona nə deyirsə etməli olduğunu, problem yaranarsa özünün cavab verəcəyini bildirmişdir. O da Ramazanın işçisi olduğu üçün göstərişini icra etməyə məcbur qalıb dediyi kimi ödənişləri Ramazanın digər borclarına silmiş və qeydiyyatını aparmışdır. Ramazanın deməsinə görə Zərərçəkmiş şəxs MMC ilə müqavilə bağlamışdır. Müqavilənin şərtlərindən onun məlumatı olmadığı üçün Ramazanın dedikləri ilə razılaşmağa məcbur olmuşdur. Ramazan bu işləri ondan daha yaxşı bildiyini, şirkətlə arasında razılaşma ehtimalını fikirləşmiş, ona görə də nə şirkətə, nə də hüquq mühafizə orqanlarına əvvəlcədən məlumat verməmişdir. Ağarəhim, İsmayıl və Əzizlə onun heç bir problemi yoxdur. Onlar sadəcə pulu istədikləri üçün müraciət etmişdir. Onlar Ramazanla danışıb razılığa gəlmişdirlər. Məhkəmə baxışı iclasında şahid qismində dindirilən Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, Təqsirləndirilən şəxsı 2018-2019-cu ildən tanıyır. Belə ki, ailəsinin maddi ehtiyaclarını qarşılamaq üçün həmin vaxt tütünçülüklə məşğul olan zaman Ramazan həmin vaxt Aşağı Tala kəndində yerləşən tütün qəbulu məntəqəsində işləmişdir. O da tütünü həmin yerə təhvil verən zaman Ramazanla tanışlığı yaranmışdır. Aralarında heç bir narazılıq, ədavət yoxdur. 2021-ci ilin aprel ayının əvvəllərində Zaqatala rayonu Aşağı Tala kəndi ərazisində “Tala opit” restoranı yaxınlığında təsadüfən Ramazanı görmüş, görüşüb bir qədər söhbət etdikdə gübrə satışı ilə məşğul olduğunu bildirmişdir. Həmin vaxt Qandax və Faldarlı kəndləri ərazisində də gübrə satışının mümkün olduğunu bildirdikdə Ramazan ondan həmin kəndlərdə satışı həyata keçirə bilib-bilməyəcəyini maraqlandıqda Ramazana müsbət cavab vermişdir. Belə olduqda Ramazan ona satılan hər kisə gübrəyə görə bonus veriləcəyini desə də, konkret olaraq bonusun nə qədər olmasını bildirməmişdir. Həmin ərəfədə işsiz olduğundan pula ehtiyacı olduğu üçün Ramazanla razılaşmışdır. Belə olub Ramazan ona gübrə göndərmişdir. Həmin gübrələri həmkəndlisi Arif adlı şəxsə məxsus anbarda saxlamışdır. Ramazanın göstərişi ilə gübrə üçün müraciət edən şəxslərin “e-agro” portalında qeydiyyatının olub-olmaması yoxlanıldıqdan sonra fermer kartına köçürülmüş məbləğin 25%-i çıxılmaq şərti ilə qalan 75% vəsaitin həcmində gübrə verilmişdir. Çünki fermer kartına köçürülmüş məbləğin 25%ni fermerin nağdlaşdırmaq kimi səlahiyyəti vardır. O da gübrə üçün müraciət etmiş şəxslərin hər birinə ayrılmış subsidiya məbləğini müəyyən etdikdən sonra onlara gübrə vermişdir. Ramazan səhv etmirsə ona “amofos”, “azot”, “karbomid” növlü gübrələr göndərmişdir. Ramazanın şərtinə görə alıcı gübrəni əldə etdikdən sonra fermer kartını təqdim etməli və onun kartına köçürüləcək məbləğ borca görə silinməli idi. O da müraciət edən hər bir alıcıya Ramazanın bu təklifini bildirmiş və alıcıların hər biri də bu təkliflə razılaşaraq fermer kartını təqdim etmiş o da həmin kartları Ramazanın işçisi Pərvinə təhvil vermişdir. Sonradan pay torpaqları ilə əlaqədar çıxarışların verilməsi zamanı sənədləşmə işlərində müəyyən problemlər yarandığı üçün fermer kartlarına subsidiyaların ayrılması dayandırılmışdır. Çünki hər bir şəxsə düşən torpaq sahəsi dəqiqləşdirilməli və buna uyğun yardım ayrılmalıdır. Təkidi ilə hissə-hissə də olsa ödənişlər edilmişdir. Bildiyi qədəri ilə hazırda pay torpaqlarına görə çıxarışlarla əlaqədar sənədləşmə işləri artıq başa çatmışdır. Bu prosesdən sonra fermer kartlarına yardımların ödənilməsi yenidən davam etdiriləcəkdir. Hər bir kəndli də fermer kartlarına yardım ayrıldıqda borclarını ödəyəcəklərini qeyd edirlər. Ramazan ona gübrəni şifahi razılıq əsasında vermişdir. O da şifahi razılıqla kənd camaatına gübrəni verib, onların öz razılığı ilə kartlarını götürüb Pərvinə təhvil vermişdir. Gübrənin qəbulu, alqı-satqısına dair heç bir sənəd yoxdur. Üzərindən xeyli vaxt keçdiyi üçün Ramazandan dəqiq olaraq hansı vaxtlarda gübrə götürdüyünü xatırlamır. Səhv etmirsə aprel ayının sonları may ayının əvvəllərində Ramazandan gübrə götürmüşdür. Həmin tarixi Ramazan daha dəqiq göstərə bilər. Məhkəmə baxışı iclasında şahid qismində dindirilən Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, xx.xx.2020-ci il tarixli rəsmi əmək müqaviləsi ilə Agrovit MMC-də anbardar qismində işləyir. xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs MMCnin direktoru Nümayəndə ilə Təqsirləndirilən şəxs arasında 11 nömrəli distribyutor müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin 4-cü maddəsinin 5-ci bəndinə görə yola salınmış mala ödəniş üçün 20 təqvim günü vaxt verilir və bu vaxt ərzində distribyutor yol salınmış borcları ödəməlidir. Təqsirləndirilən şəxs da həmin müqavilənin əsasında müraciət edərək anbardan mallar götürmüşdür. Anbardan malın götürülməsi üçün mütləq şəkildə mühasibatlığın razılığı lazımdır. Belə ki, müştəri anbardan mal aparmaq istədiyini mühasibatlığa bildirir, mühasibatlıqdan verilmiş sənəd əsasında anbardar tərəfindən ona mal verilir. Belə olub, xx.xx.2021-ci il tarixli qaimə faktura ilə Təqsirləndirilən şəxs bir tonu 750 manatdan olmaqla 6 ton həcmində ümumilikdə 4500 manat dəyəri “nitroammofoska” adlı gübrə, xx.xx.2021-ci il tarixli qaimə faktura ilə hər bir tonu 750 manat olmaqla 15 ton həcmində ümumi dəyəri 11250 manat olan “nitroammofoska” adlı gübrə, bir tonu 500 manat olmaqla 5 ton həcmində ümumi dəyəri 2500 manat olan Gürcüstan Respublikasında istehsal olunmuş “amonium nitrat” adlı gübrə, bir tonu 520 manat olan 1 ton həcmində Rusiya Federasiyasında istehsal olunmuş “Amonium nitrat yevroxim” adlı gübrə, bir kiloqramının dəyəri 70 qəpik olan ümumilikdə 780 kiloqram həcmində dəyəri 546 manat olan “KAS-32” adlı maye azot, xx.xx.2021-ci il tarixli qaimə ilə bir tonu 540 manat olmaqla 30 ton həcmində 16200 manat dəyərində “Karbomid” adlı gübrə, xx.xx.2021-ci il tarixli qaimə faktura ilə bir kiloqramı 75 qəpik olan 400 kiloqram həcmində ümumi dəyəri 300 manat təşkil edən “nitroammofoska” adlı gübrə, bir kisəsi, kisədə 80000 ədəd toxum olmaqla 320 manat olan 2 kisə ümumi 640 manat dəyərində “Pioner P-09-37” növünə məxsus qarğıdalı toxumu, xx.xx.2021-ci il tarixli qaimə faktura ilə bir tonu 750 manat olmaqla 4 ton həcmində ümumi dəyəri 3000 manat olan “nitroammofoska” adlı gübrə verilmişdir. Malların verilməsi ilə əlaqədar qaimə fakturalar tərtib edilərək Ramazanın özünün, onun və satış menecerinin imzaları ilə təsdiq edilmişdir. Təqsirləndirilən şəxs götürdüyü malların müqabilində ödəniş edib-etməməsi barədə heç bir məlumatı yoxdur. Təqsirləndirilən şəxsı əvvəllər tanımamış, mal götürməyə gəldikdə onu görmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “cinayət işinin başlanılması haqqında” qərardan görünür ki, cinayət işi 30 dekabr 2022-ci il tarixdə Zaqatala rayon prokuroru baş ədliyyə müşaviri X10 tərəfindən fakta görə Azərbaycan Respubliksının CM-nin 179.1-ci maddəsi ilə başlanmışdır. İş materiallarında olan “cinayət işinin icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, cinayət işi Zaqatala rayon prokurorluğunun böyük müstəntiqi, İİ dərəcəli hüquqşünas Vüsal Süleymanov tərəfindən icraata qəbul edərək istintaqı davam etdirilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs MMC iş üzrə zərərçəkmiş hüquqi şəxs qismində tanınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınma haqqında” qərardan görünür ki, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC nümayəndəsi qismində Zərərçəkmiş şəxs MMC-nin direktoru Nümayəndə tanınmışdır. İş materiallarında olan Zaqatala RİHB-nin Aşağı Tala KİƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 19 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən nümayəndəliyin Bozbinə kənd sakinidir. İş materiallarında olan Zaqatala RİHB-nin Aşağı Tala KİƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 20 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi: atası- X2, anası- X1, bacısı- X4, yoldaşı- X8 və oğlu 2020-ci il təvəllüdlü X5 ibarətdir. İş materiallarına əlavə edilmiş Zaqatala rayon İcra Hakimiyyəti başçısının Aşağı Tala kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/7992 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən gübrələrin 2021-ci ilin may-iyun aylarına olan orta bazar qiyməti ilə nəzəri hesablama yolu ilə təxminən 23256,00 manat müəyyən edilir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, 9/7992 saylı, xx.xx.2022-ci il tarixli ekspert tədqiqatının dəyəri 50 (əlli) manat təşkil etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/30 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs MMC tərəfindən Təqsirləndirilən şəxs təhvil verilmiş malların ümumi dəyəri 39456,00 manat müəyyən edilir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, 9/30 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert tədqiqatının dəyəri 50 (əlli) manat təşkil etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixdə bağlanılmış 11 nömrəli distribyutorluq müqaviləsindən görünür ki, Zərərçəkmiş şəxs MMC ilə Təqsirləndirilən şəxs arasında xx.xx.2021-ci il tarixdə distribyutorluq müqaviləsi bağlanılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli müstəqil auditor hesabatından görünür ki, Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən verilən SA/328 qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli icazəyə əsasən fəaliyyət göstərən sərbəst auditor X6 tərəfindən Zərərçəkmiş şəxs MMC ilə bağlanılmış xx.xx.2022-ci il tarixli müaviləyə əsasən cəmiyyətin distribüteri olan Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC ilə bağlamış olduğu distribüter müqaviləsinə əsasən öhdəliklərinə dair icra vəziyyətinin auditi aparılmışdır. Aparılmış audit nəticəsində müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs MMC tərəfindən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə 4500 manat, xx.xx.2021-ci il tarixdə 16200 manat, xx.xx.2021-ci il tarixdə 14816 manat, xx.xx.2021-ci il tarixdə 940 manat, xx.xx.2021-ci il tarixdə 3000 manat məbləğində olmaqla ümumilidə 39456 manat məbləğində mal satılması üçün verilmiş, Təqsirləndirilən şəxs tərəfindən hissə-hissə olmaqla 2021-ci ilin avqust ayı ərzində 2451,93 manat və 2021-ci ilin noyabr ayı ərzində 918.34 manat, ümumilikdə 3370,27 manat məblğində pul vəsaiti “Tapagro” pul köçürmə sistemi vasitəsilə Zərərçəkmiş şəxs MMC-nə ödənilmişdir. Yekun olaraq müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs MMC ilə Təqsirləndirilən şəxs arasında xx.xx.2021-ci il tarixdə bağlanılmış distribüterlik müqaviləsi üzrə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC qarşısında müqavilədən irəli gələn icra edilməmiş öhdəliklərinin məbləği 36085,73 manat təşkil edir. İş materiallarında olan zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi – Zərərçəkmiş şəxs MMC-nin direktoru Nümayəndə notarial qaydada təsdiqlənmiş ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs ona vurduğu maddi ziyanı tam ödəmişdir, onunla barışmışdır və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. İş materiallarına olan cinayət işi üzrə ibtidai istintaq müddətinin uzadılması barədə xx.xx.2023-cü il tarixli qərardan məlum olur ki, cinayət işi üzrə ibtidai istintaq müddəti Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavini İİ dərəcəli dövlət ədliyyə müşaviri Elçin Məmmədov tərəfindən 1 ay, yəni 11 mart 2023-cü il tarixdən 11 aprel 2023cü il tarixədək uzadılmışdır. İş materiallarında olan “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 36085,73 manat miqdarında təşkil edən əmlakı vahid niyyətlə mənimsəmə və israf etmə yolu ilə taladığı üçün Azərbaycan Respublikası CM-in 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə dair” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan ********** nömrəli qəbzdən görünür ki, vurulmuş zərərə dair dövlət büdcəsinə Təqsirləndirilən şəxs tərəfindən 2800 (iki min səkkiz yüz) manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan ********** nömrəli qəbzdən görünür ki, vurulmuş zərərə dair dövlət büdcəsinə Təqsirləndirilən şəxs tərəfindən 5322 (beş min üç yüz iyirmi iki) manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan ********** nömrəli qəbzdən görünür ki, vurulmuş zərərə dair dövlət büdcəsinə Təqsirləndirilən şəxs tərəfindən 1000 (bir min) manat məbləğində pul ödənilmişdir. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsi onların etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin məhkəmə iclasında verdikləri ifadələri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir və onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, cinayət yolu ilə talanmış əmlakın 25% miqdarında pul vəsaiti təqsirləndirilən şəxs tərəfindən dövlət büdəsinə ödənildiyi üçün işinin icraatına xitam verilməklə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Cinayət Məcəlləsinin 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.1 -ci maddələrinə əsasən məhkəmə baxışı gedişində dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə işin hallarını, Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsin işin icraatına xitam verilməsini xahiş etmələrini, cinayət prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə olan cinayət təqibinə xitam verilməli və onlar, cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Yuxarıda qeyd olunan normanın məzmunundan da göründüyü kimi, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv olunmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat pul Təqsirləndirilən şəxs tutulub X3, (KOD 210005, VÖEN **********, müxbir–hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilməli. İş materiallarına əlavə edilmiş qəbzlərdən görünür ki, təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə vurulmuş ziyanın 25% miqdarında pul dövlət büdcəsinə ödənilərkən yalnışlığa yol verilmişdir, belə ki, verilmiş ittihama əsasən mənimsənilmiş məbləğin, yəni 36085,73 manat pulun 25% 9,021,43 manat təşkil etdiyi halda təqsirləndirilən şəxs tərəfindən yalnış olaraq 9,122 manat miqdarında pul vəsaiti dövlət büdcəsinə ödənilmişdir. Məhkəmə hesab edir ki, artıq ödənilmiş 100 manat 57 qəpik manat Dövlət büdcəsindən Təqsirləndirilən şəxs geri qaytarılmalıdır. İş üzrə maddi sübut, maddi ziyan və mülki iddia yoxdur. Qeyd olunanlara və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384-cü maddələrinə əsaslanaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, zərərçəkmiş şəxslə barışaraq ona dəymiş ziyanı tamamilə ödədiyinə və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinin tələbinə əsasən, onun barəsində olan cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat pul Təqsirləndirilən şəxs tutulub X3, (KOD 210005, VÖEN **********, müxbir–hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. İş üzrə maddi sübut, maddi ziyan və mülki iddianın olmaması nəzərə alınsın. İş üzrə artıq ödənilmiş 100 (bir yüz) manat 57 (əlli yeddi qəpik) Dövlət büdcəsindən Təqsirləndirilən şəxs geri qaytarılsın. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, elan edildiyi andan 20 (iyirmi) gün keçdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №1(033)-23/2023
Zaqatala Rayon Məhkəməsi Qərar — İş №1(033)-23/2023
27.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver