Azərbaycan Respublikası adından HÖKM Zaqatala rayonu İş № 1(033)-24/2022 15.03.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X3 katibliyi, dövlət ittihаmçısı-Аzərbаycаn Respublikаsı Bаş Prоkurоrluğunun Dövlət ittihаmının müdаfiəsi üzrə idаrəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihаmının müdаfiəsi üzrə şöbəsinin prоkurоru, ədliyyə müşaviri Dövlət ittihamçısı оğlunun, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Zaqatala rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs: xx xxxxxxxx 1988-ci ildə Zaqatala rayonu, Əliabad qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, usta işləyən, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Zaqatala rayonu, Əliabad qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında saat 15:30-da baxaraq, məhkəmə müəyyən etdi : Təqsirləndirilən şəxs 22 oktyabr 2019-cu il tarixdə, saat 02 radələrində onun yaşadığı Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən evinin həyətyanı sahəsində dostluq münasibətində olduğu həmkəndlisi Şahid1 tərəfindən uzunluğu 129 sm, eni 6 sm, qalınlığı isə 4 sm olan ağac parçası ilə X4 baş nahiyəsinə qəsdən zərbə endirilərək sağlamlığına ağır zərər vurulmaqla ağır cinayət törədildikdən sonra gələcəkdə hüquqmühafizə orqanları əməkdaşlarının əldə etməməsi üçün onlardan gizlətmək məqsədilə hadisədən 1-2 gün sonra cinayətin törədildiyi alət olan həmin ağac parçasını yaşadığı, Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən fərdi yaşayış evinin birinci mərtəbəsindəki təsərrüfat təyinatlı əşyaların saxlandığı yerə qoymaqla qabaqcadan vəd etmədən ağır cinayəti qəsdən gizlətmiş, X13 Ramazanovun cinayətkar hərəkətləri nəticəsində aldığı xəsarətlərdən 26 oktyabr 2019-cu il tarixdə Bakı şəhərində yerləşən Respublika Neyro- Cərrahiyyə Xəstəxanasında ölməsini bildiyi vaxtdan sonra da öz cinayətkar əməllərini davam etdirmiş, yalnız 02 noyabr 2019-cu il tarixdə şahid qismində verdiyi ifadəsi hadisə yerində yoxlanılarkən müstəntiqin tələbi ilə cinayətin yuxarıda qeyd edilən alətini gizlətmə ilə bağlı iradəsinə zidd olaraq istintaqa təqdim etmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zaqatala rayonunun Əliabad qəsəbəsində tək yaşayır. Tikintidə usta kimi işləyir. Zaqatala rayonunun Əliabad qəsəbə sakini X5 tanıyır. Şaban Xəlilovla hər hansı bir yaxın münasibəti və ya ədavəti, düşmənçiliyi olmamışdır. 21 oktyabr 2019-cu il tarixdə həmkəndliləri Rauf, Rüstəm, Mamuk, İbu ilə birlikdə Əliabad pavilyonunda kafedə yemək yeyərək 0,5 və 0,7 litrlik araq içmiş, təxminən saat 00:00 radələrində həmin kafe bağlanacağına görə həmkəndliləri ilə birgə oradan çıxmış, birlikdə Zaqatala rayonunun Əliabad qəsəbəsindəki mədrəsənin girəcəyində yerləşən İsa adlı şəxsin mağazasına gedərək 2 ədəd 2 litrlik pivə aldıqdan sonra yolun digər tərəfində olan oturacaqda həmin pivələri içmişdir. Daha sonra Raufun alıb gətirdiyi 2 ədəd 2 litlik pivəni içdikdən sonra təxminən saat 02 və ya 03 radələrində Rüstəmlə birlikdə yaşadığı evə getmiş, evin əsas giriş darvazasından deyil arxa tərəfdən, fındıq bağı olan hissədən keçərək evin yerləşdiyi həyətyanı sahəyə gəlmişdir. Tövlənin yerləşdiyi həyətin digər tərəfindən səs gəldiyini eşidib bu barədə Rüstəmə məlumat vermiş, evin həyətyanı sahəsinin tövlə olan hissəsinə keçən zaman həyəti qonşu Nəsimin həyətindən ayıran şifer arakəsmənin yanında bir nəfərin şalvarı aşağıya doğru dizindən bir qədər yuxarı salınmış vəziyyətdə dayandığını görmüşdür. Həmin şəxsin həmkəndlisi Şaban olduğunu görüb ondan həyətdə nə işinin olduğunu, niyə gəldiyini soruşmuşdur. Şaban bilmirəm deyərək yerindən tərpənməmiş, Şabandan yenidən hansı səbəbdən həyətə daxil olduğunu soruşduqda, o əli ilə qonşu Nəsiminin həyətini göstərib onlardan gəldiyini demişdir. Bundan sonra Nəsimini səsləsə də, cavab ala bilmədiyi üçün, ona zəng edərək bu barədə məlumat vermiş, bir neçə dəqiqə sonra Nəsimi həyəti onların həyətindən ayıran şifer arakəsmənin üzərindən aşıb onların yanına gəlmişdirŞahid3 Şabandan hansı səbəbə onun həyətinə daxil olduğunu soruşduqda Şaban həmin həyətdən gəlmədiyini, əli ilə evin arxa hissəsində olan fındıqlığı göstərib oradan gəldiyini demişdir. Həmin vaxt Rüstəm Şabanı yerə yıxmış, daha sonra isə ayağa qaldırıb aparıb fındıqlıq tərəfə keçən dəmir barmaqlığa çırparaq “burdanmı gəlmisən” deyərək ona sual vermiş, Şaban yenidən haradan gəldiyini bilmədiyini demişdirŞahid3 bir daha ondan haradan gəlməsini soruşduqda, Şaban Xəlilov yenə bilmirəm demiş, bu zaman Rüstəm yenidən Şabanı yerə yıxaraq qaldırmış, Şabanın sifətinə sağ əli ilə bir dəfə sillə vurmuş, Şaban Rüstəmin əlindən çıxıb Nəsimigillə həyəti ayıran şifer arakəsmənin üzərindən çıxıb qaçmaq istəsə də, çıxa bilməmişdir. Daha sonra isə oradan qaçıb tövlənin ətrafına çəkilmiş dəmir barmaqlıqlara dəymiş, sonra isə dəmir barmaqlıqlardan tövlənin içərisinə atılıb girmişdir. Bundan sonra Nəsimi ilə birlikdə tövlənin pəncərələri tərəfə gəlib pəncərədən içəri tövlənin içərisinə işıq salmış, lakin Şabanı görə bilməmişdir. Həmin vaxt Nəsimi anasının təzyiqi qalxdığı üçün barıdan aşaraq evinə qayıtmış, bir neçə saniyə sonra Şaban əlində lapatka ilə tövlənin içərisindən çıxıb tövlənin ətrafına çəkilmiş dəmir barmaqlıqlardan da bir qədər önə gəlib “gəlin sizin ananızı” deyib onu və Şahid1 söymüş, həmin vaxt Rüstəm əlində təxminən 120-130 sm olan bir qalın taxta ilə Şabana tərəf gəlib, təxminən 5 metr Şabana çatmağa qalmış əlindəki qalın taxta parçasını iki əli ilə onun baş nahiyyəsinə çırpmış və taxta Şabanın başına dəymişdir. Zərbənin təsirindən Şaban yerə yıxılmış, bundan sonra Rüstəm Şabanı ayağa qaldırmış, Rüstəm onu qaldıran zaman Şabanın burun və baş nahiyəsində xəsarət görmüş, arxadan onun paltarından tutub Rüstəmlə birlikdə evlərinə aparmışlar. Yolda onların evlərinə çatmamış bulaqda Şabanın ayılması məqsədilə əl-üzünü yumuş, Şabanı evə aparan zaman həmkəndlisi Raufla rastlaşmış, Raufa Şabanın yaşadığı evin həyətinə daxil olduğunu və onu evinə apardığını söyləmişdir. Rauf da onlara kömək məqsədilə yanlarında getmiş, evə çatmağa 50-60 metr qalmış Şaban qışqırdığı üçün səsinə qonşuları Maarif çölə çıxmış, baş verənləri Maarifə danışdıqdan sonra Rauf polisə məlumat verməyi təklif etmişdir. X15 yazıq adam olduğunu söyləyərək polisə məlumat verməməyi məsləhət görmüş, həmin vaxt Şaban əlindən çıxaraq yerə yıxılmış, Rauf onun köynəyindən tutub qaldırmaq istəsə də, Şaban ayağa qalxmamışdır. Bu zaman üzərində olan köynəyi əynindən çıxmışdır. Daha sonra Rauf köynəyi Şabanın üstünə atıb dur get evinə demiş, Şaban da köynəyini götürüb evlərinə doğru getmiş, darvazanın səsindən onun evə daxil olduğunu bilmiş, həmin vaxt Şabanın ayaqqabısının bir tayı yolda qaldığı üçün Maarif oğlu Təbrizə ayaqqabını götürməsini, səhər tezdən aparıb Şabangilə təhvil verməsini söyləmişdir. Təbriz Şabanın arxasınca getdikdən sonra onun evə daxil olduğunu söyləmiş, Rauf ayrılıqda öz evinə getdikdən sonra Rüstəmlə evə geri qayıtmışdır. Şabanı evlərinə apardıqdan sonra Rüstəmin Şabanı vurduğu yerə, tövlə tərəfə gəlmiş, Rüstəm Şabanı vurduğu taxtanı götürüb həyətdə olan gavalı ağacı tərəfə atmış, hadisədən 1 və ya 2 gün sonra hadisənin üstünün açılacağını bildiyi üçün heç kimin tapa bilməməsi məqsədilə etdiyi əməlin cinayət olduğunu dərk etməsinə baxmayaraq Rüstəmin Şabana xəsarət yetirdiyi ağacı götürüb aparıb evin birinci mərtəbəsində yığılmış təsərrüfat təyinatlı əşyaların yanında, küncdə, divara söykənmiş digər taxtaların arxa tərəfində gizlətmişdir. Şahid1 belə bir cinayət hadisəsi törətməsi yəni, Şaban Xəlilova taxta ilə xəsarət yetirməsi barədə kiməsə bir söz söyləməmiş, baş verənlərdən sonra həbs olunacağından qorxuğu və Şahid1la bu barədə heç kimə məlumat verməməklə bağlı razılaşdığı üçün nə həmin vaxt, nə də ki Şaban Xəlilov öldükdən sonra hüquq mühafizə orqanlarına hadisənin hansı şəraitdə və necə baş verməsi barədə məlumat verməmişdir. 24 oktyabr 2019-cu il tarixdə hadisənin üstünün açılacağından qorxduğu üçün Şahid1la birgə özünə məxsus avtomobillə Nəsimigilin evinin qarşısına gələrək ona Şaban Xəlilova hər hansı bir xəsarət yetirilmədiyini, ailə üzvlərinə hansı qaydada məlumat verilibsə eyni qaydada onlara məlumat verməsini, beləcə deyilən sözlərin üst-üstə düşməsini tapşırmışdır. Etdiyi hərəkətdən peşmandır, qorxduğu üçün gördükləri barədə hüquq-mühafizə orqanına məlumat verməmişdir. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və Təqsirləndirilən şəxs ilə oxşar məzmunlu ifadə verərək əlavə olaraq göstərdi ki, Şaban Xəlilova xəsarət yetirdiyi taxta parçasını hadisə vaxtı Mövlüdgilin həyətindəki darvazanın tövləyə bitişdiyi hissədə barının dibindən götürmüş, həmin taxta parçasının Təqsirləndirilən şəxs tərəfindən gizlədilməsindən xəbəri olmamış, hadisədən sonrakı günlərdə həmin taxta parçasını Mövlüdgilin həyətində axtarsa da, tapa bilməmiş, bu barədə Təqsirləndirilən şəxs soruşduqda həmin taxta parçasını atdığını söyləmiş, evin birinci mərtəbəsində gizlətməsi barədə ona bir söz deməmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Nəsimi Babək oğlu ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və ifаdəsində göstərdi ki, Şahid1 müəyyən aralıqla üç dəfə Şabanın ayaqlarına badalaq verib onu yerə yıxmış, əli ilə Şabanın boğazından tutub düzgün danışmasını tələb etmiş, Şaban tövləyə daxil olub geri çıxdıqdan sonra əlində payaya oxşar bir şey olmuş, X10 arasında bir xətt üzrə düzülmüş vəziyyətdə dayanmış, Rüstəm Şabanın kürək tərəfindən arxa hissəsində təxminən 4-5 metr məsafədə olmuş, Rüstəm əlində olan 150 sm uzunluğunda, təxminən 15 sm diametrdə taxta parçasını Şabanın başı istiqamətində atmış və həmin taxta parçası Şabanın başına dəymiş, Şaban dizi üstə yerə çökmüşdür. Rüstəmin Şabanı vurmasını arvadı Şahid4 də görmüş, Şaban Xəlilov sərxoş vəziyyətdə olmuş, ondan kəskin spirt iyi gəlmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və Nəsimi Babək oğlu ilə oxşar məzmunlu ifadə verərək əlavə olaraq göstərdi ki, 22 oktyabr 2019-cu il tarixdə təqribən saat 02:30 - 03:00 radələrində gəlini Şahid4 onu yuxudan oyadaraq qonşuları Təqsirləndirilən şəxs Nəsimiyə zəng edərək həyətinə oğru girdiyini və həmin şəxsin onlar tərəfdən keçərək həyətə girməsini söylədiyini, Nəsiminin Mövlüdgilə getdiyini söyləmişdir. Dərhal seyvana çıxıb Nəsimini səsləyərək evə qayıtmasını bildirmiş, bundan sonra Nəsimi aradakı çəpərdən aşaraq evə qayıtmış, evə daxil olduqdan sonra gəlini Mariqa və oğlu Nəsimi seyvanda dayanaraq söhbət etmişdir. Daha sonra oğlu Nəsimi evə daxil olub Mövlüdgilin həyətinə girən şəxsin X2 Xəlilov olduğunu, içkili olduğunu, toydan gəldiyini və onların həyətindən Mövlüdgilə keçmədiyini söyləmiş, həmin vaxt təzyiqi qalxdığı üçün, Nəsimi onun təzyiqini ölçmüş, bu zaman Nəsimiyə zəng gəlsə də, o telefona cavab verməmişdir. Daha sonra telefonu götürərək ona zəng edən şəxsi yığmış, öz yataq otağına gedərək həmin şəxslə danışdığı üçün, kiminlə və nə danışdığını eşitməmişdirŞahid3 telefonla danışandan sonra, zəng edənin Mövlüd olduğunu və Şabanı sağ-salamat evə ötürdüyünü söylədiyini bildirmişdir. Bir neçə gün sonra Şabanın komaya düşdüyünü, təcili olaraq Bakı şəhərinə xəstəxanaya aparıldığını, xəstəxanada öldüyünü eşitmişdir. Şahid2 oğlu Nəsimiyə təzyiqindən sonra, həmçinin oğlu Nəsiminin vicdan əzabı çəkməsi ilə əlaqədar Nəsimiyə bildikləri barədə rayon prokurorluğuna gedərək məlumat verməsini söyləmiş, oğlu Nəsimi onunla razılaşaraq rayon prokurorluğuna gedib bildikləri barədə məlumat vermişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi, Nəsimi Babək oğlu və Şahid5 ilə oxşar məzmunlu ifadə verərək əlavə olaraq göstərdi ki, 22 oktyabr 2019-cu il tarixdə, təqribən saat 02:00 - 02:30 radələrində əri Nəsimi ona edilən zəngdən sonra telefon danışığını bitirib zəng edənin qonşu Mövlüd olduğunu, yaşadığı evin həyətində oğru tutduğunu, oğrunun onlar tərəfindən Mövlüdgilin həyətinə keçdiyini söylədiyini bildirmişdir. İlk öncə Mövlüdgil tərəfə keçmək istəməsə də, daha sonra fikrini dəyişib onlar tərəf keçmiş, Nəsimi Mövlüdgil tərəfə keçdikdən sonra, onun yubandığını görüb qayınanası Şahid5 yuxudan oyadaraq baş verənləri ona danışmış, Nəsimi anasının çağırışından sonra evə qayıtmış, seyvanda durub Mövlüdgilin həyətinə baxan zaman Şabanın Mövlüd və Rüstəmlə üzbəüz dayandığını görmüşdür. Həmin vaxt Mövlüd, Rüstəm və Şaban bir-birlərinə qarşı söyüşlər söyməklə, əxlaqsız ifadələr işlətmişlər. Həmin vaxt Rüstəm yerdən odun parçasına oxşayan bir şey götürüb Şabanın üstünə çırpmış, zərbənin təsirindən həmin vaxt Şaban dizi üstə çömələrək oturmuş, bir müddət sonra Mövlüd Nəsimiyə zəng etsə də, Nəsimi anasının təzyiqini ölçdüyü üçün telefona cavab verə bilməmişdir. Daha sonra Nəsimi Mövlüdun özünə zəng edərək Şabana nə etdiklərini soruşduqda Mövlüd həmin vaxt Şabanı aparıb evlərinə ötürdüklərini söyləmişdir. Bir neçə gün sonra Şabanın komaya düşdüyünü, təcili olaraq Bakı şəhərinə xəstəxanaya aparıldığını, xəstəxanada öldüyünü eşitmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid2 ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsində göstərmişdir ki, Zaqatala rayonunun Əliabad qəsəbəsində qeydiyyatda olsa da, Bakı şəhərində tək yaşayır. Valideynləri uzun müddət əvvəl xəstəlikdən dünyasını dəyişmişdir. Qardaşı Təqsirləndirilən şəxs fərdi əmək fəaliyyəti ilə məşğul olur. 26 oktyabr 2019-cu il tarixdə yeznəsi Nadir ona zəng edərək həmkəndlisi Şaban Xəlilovun ölümü ilə bağlı qardaşı Təqsirləndirilən şəxs rayon polisə şöbəsinə aparıldığını söyləmiş, həmin gün axşam saatlarında Zaqatala rayonunun Əliabad qəsəbəsində yerləşən evinə gəlmiş, evdə heç kim olmadığından, yeznəsi Nadirə zəng edərək bu barədə məlumat vermiş, həmin vaxt qardaşı Təqsirləndirilən şəxs yeznəsigildə olduğunu öyrənmiş, yeznəsigilə gedərək qardaşı Təqsirləndirilən şəxs hansı səbəbdən polis şöbəsinə aparıldığını soruşmuş, Mövlüd ona Şaban Xəlilovun sərxoş vəziyyətdə yaşadığı evin həyətinə girdiyini, daha sonra Şabanı həmkəndlisi Şahid1la birgə evlərinə ötürdüyünü, həmin vaxt yolda həmkəndlisi Rauf Nurməmmədovun da onlara kömək etməsini söyləmişdir. 31 oktyabr 2019-cu il tarixdə səhər saatlarında qardaşı Təqsirləndirilən şəxs yeznəsi Nadirlə evə gələrək evin həyətyanı sahəsinə hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən baxış keçiriləcəyini söyləmiş, həmin gün də qardaşı Təqsirləndirilən şəxs ona hadisənin necə və hansı şəraitdə baş verməsi barədə bir söz söyləməmiş, qardaşı Təqsirləndirilən şəxs həmkəndlisi Şaban Xəlilova hadisə vaxtı xəsarət yetirməmiş, Şahid1 da qardaşının dediklərini təsdiq etmiş, 02 noyabr 2019-cu il tarixdə həmkəndlisi Şahid1 yaşadıqları evin həyətyanı sahəsində hadisə vaxtı, yəni 22.10.2019-cu il tarixdə, axşam saatlarında Şaban Xəlilova taxta parçası ilə başına zərbə vurduğunu öyrənmişdir. İş materiallarında olan 04 may 2020-ci il tarixli ********* nömrəli cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, həmin cinayət işi ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs aşağıdakı məzmunda ifadə vermişdir “İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Məmmədov X8 Rüstəm Davud oğlu ilə oxşar məzmunlu ifadə verməklə yanaşı əlavə olaraq göstərmişdir ki, Şahid1 hadisənin bəzi detallarını düz demir. Belə ki, hadisə vaxtı Şaban Xəlilov onun həyətinə necə və haradan gəlməsini izah edə bilmədikdə Şahid1 onu ilkin olaraq yerə yıxmış, daha sonra isə onu ayağa qaldırıb aparıb fındıqlıq tərəfə keçən dəmir barmaqlığa çırpmışdır. Şaban yenə də həyətə haradan gəlməsini deyə bilmədikdə Rüstəm Şabanı yenidən yerə yıxmış, sifətinə sağ əli ilə bir dəfə sillə vurmuşdur. Şaban Rüstəmin əlindən çıxıb qaçıb tövləyə girib onları söyərək tövlədən çıxan zaman Rüstəm əlində uzunluğu təxminən 120 sm olan bir qalın taxta ilə Şabana tərəf gedib, təxminən 5 metr məsafədən Şabana çatmağa qalmış əlindəki qalın taxta parçasını iki əli ilə onun baş nahiyyəsinə atmış və taxta Şabanın başına dəymiş, zərbənin təsirindən Şaban yerə yıxılmışdır. Şabanı yerdən qaldıran zaman onun burnunda və başında qırmızı rəngli xəsarət əmələ gəldiyini görsə də, başqa yerində xəsarət görməmişdir. Qorxduğu üçün ilkin izahatlarında hadisənin real mahiyyətini deyə bilməmişdir. Şabanı evlərinə apardıqdan sonra Rüstəmin onu həyətdə vurduğu yerə gəlmişlər. Rüstəm Şabanı vurduğu taxtanı götürüb həyətdə olan Gavalı ağacı tərəfə atmış, 1 ya, 2 gün sonra o, Rüstəmin Şabana xəsarət yetirdiyi ağacı götürüb aparıb evin padvalında divarın yanında gizlətmişdir. Çünki bilmişdir ki, bu işin gectez üstü açılacaqdır. Şahid1 törətdiyi cinayət barədə kimsəyə bir söz deməmişdir. Sonradan eşitmişdir ki, Şabanın anası gəlib onu axtarıb. Bunu ona qonşular demişdir. Daha sonra Şabangilə getmiş, anası ilə söhbət zamanı da Rüstəmin onu vurduğunu deməmiş, yalnız demişdir ki, Şaban onun həyətinə içkili halda girmiş, tövləyə qaçıb apataka ilə üzərlərinə cumub onları söymüş və onu tutub evə gətirmişlər. Lakin Şabanın anası demişdir ki, oğlunu xəstəxanada yoxlayıb beyninə qan sızdığını müəyyən ediblər və Bakı şəhərində əməliyyat olunub. Şabanın anası demişdir ki, oğlumu vurubsunuzmu? O, isə “yox” demiş və evə qayıtmışdır. Səhv etmirsə 26 oktyabr 2019-cu il tarixdə Şabanın öldüyünü bilmişdir. Rüstəmin Şabanı vurması və törətdiyi cinayət barədə heç bir hüquq mühafizə orqanına nə Şaban ölənə qədər, nə də öləndən sonra məlumat verməmişdir. Hadisə vaxtı əynində qara rəngli gödəkcə, göy rəngli qısaqol kofta, tünd rəngli şalvar, qara rəngli krasovka olmuşdur. Tibbi ekspertiza zamanı bədənində döş qəfəsində və sol bazuda 1 ədəd sıyrıq izləri aşkar olunsa da, həmin xəsarətləri hadisə günü almamış, hadisə vaxtı Şaban ümumiyyətlə ona hər hansı bir xəsarət yetirməmişdir. O cümlədən də, o, hər hansı əşya və ya predmetə dəyib həmin xəsarətləri almamışdır. Əvvəlki ifadəsində göstərdiyi kimi tintidə işləyir ola bilsin ki, hadisədən qabaq həmin xəsarətləri tikintidə işlədiyi vaxt almış olsun”. Həmin qərardan və 02 noyabr 2019-cu il tarixli şahidin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması zamanı ifadəsində göstərdiyi xüsusatları hadisə yerində bir daha əyani şəkildə göstərərək təsdiq etmişdir. Həmçinin həmin istintaq hərəkəti zamanı şahid Təqsirləndirilən şəxs hadisə günü təqsirləndirilən şəxs Şahid1 X6 xəsarət yetirdiyi və onun tərəfindən yaşadığı evin birinci mərtəbəsində gizlətdiyi taxta parçasını təqdim etmişdir. İş materiallarında olan 02 noyabr 2019-cu il tarixli taxta parçasına baxış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi Şahid1 zərərçəkmiş Ş.Xəlilova xəsarət yetirdiyi taxta parçasının uzunluğu 129 sm, eni mərkəz hissədə 6 sm, qalınlığı 4 sm-dır. Taxta parçasının bir üzü hamar, digər üzü kələkötürlüdür. Həmin hissədə taxta parçası çürüməyə məruz qalmışdır, taxta parçasının yuxarı və aşağı qurtaracaqlarında əyilmiş mismarlar müşahidə edilir. Taxta parçası üzərində gözlə görünəbilən qanabənzər ləkələr müşahidə edilmir. Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanması zamanı ona məxsus həyətyanı sahədə yerləşən tövlənin küncündən aşkar edilərək götürülmüş ikinci taxta parçasının uzunluğu 127 sm, mərkəz hissədə eni 9 sm, qalınlığı 4 sm təşkil edir. Taxta parçasının bir üzü hamar, digər üzü kələkötürlüdür. Həmin hissədə taxta parçası çürüməyə məruz qalmışdır. Taxta parçasının yuxarı və aşağı qurtaracaqlarında əyilmiş mismarlar müşahidə edilir. Taxta parçası üzərində gözlə görünəbilən qanabənzər ləkələr müşahidə edilmir. Taxta parçasının üzərində taxtanın sol qurtaracağından 30 sm məsafədə 01 ədəd paltar lifinə bənzər obyekt müşahidə edilir. Həmin paltar lifinə bənzər obyekt müvafiq formada qablaşdırılmaqla götürüldü. Taxta parçasının sağ qurtaracağından 23 sm məsafədə qurumuş ot kütləsi müşahidə edilir. Həmin qurumuş ot kütləsinin üzərində 01 ədəd tükə bənzər obyekt müşahidə edilir. Həmin tükə bənzər obyekt müvafiq formada qablaşdırılmaqla götürüldü. Hər iki tarxta parçası ortadan bölünmə hissələri üzrə biriləşdirildikdə tamlıq təşkil edir. Bununla da, baxış başa çatdı, yuxarıda qeyd olunanlardan savayı əhəmiyyət kəsb edə biləcək hər hansı hal müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş 31 oktyabr 2019-cu il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yerinə baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirdi ki, 22 oktyabr 2019-cu il tarixdə, təqribən saat 02-03 radələrində dostu və həmkəndlisi Şahid1la birlikdə digər tanışları ilə spirtli içki qəbul etdikdən sonra, yaşadığı evə qayıdarkən “Mədrəsə yolu” adlanan tərəfdən həyətlərinə daxil olaraq yaşadığı evin yaxınlığına gəlmiş və həmin vaxt həyətlərinin sağ tərəfində qonşuları olan Nəsimi Babək oğlu ilə sərhəddə səs gəldiyini eşitmiş, birlikdə kiçik ölçülü qapıdan həmin əraziyə keçərkən qonşu ilə sərhəddə azbest şiferlərin yanında bir nəfərin arxası ilə onlara tərəf durduğunu görmüş, ona yaxınlaşmış, həmin şəxsin üzünə baxan zaman onun həmkəndlisi Şaban Xəlilov olduğunu görmüşlər. Həmin vaxt Şaban Xəlilovdan buraya nə üçün gəldiyini soruşmuş, Şaban Xəlilov qonşu Nəsimigildən gəldiyini söyləmiş, buna görə də, o, qonşusu Nəsimiyə zəng edərək öz həyətlərinə çağırmış, Nəsimi gəldikdən sonra, Şaban Xəlilov dediyini danaraq Nəsimigildən gəmədiyini bildirmişdir. Bundan sonra, Şaban Xəlilov dəmir barmaqlıqları olan şahmat şəkilli qapıya tərəf qaçaraq həmin qapıya dəymiş, Şahid1 onu ayağa qaldıraraq qapıdan uzaqlaşdırmış, qapıdan uzaqlaşdıqdan sonra, Şaban yenidən qonşu Nəsimi ilə sərhədə tərəf qaçaraq şiferlə örtülmüş arakəsmədən qarşı tərəfə keçmək istəmiş, bunu bacarmamış, həmin hasarın dibi ilə irəliləyərək tövlənin qarşısındakı dəmir barmaqlıqlara tərəf getmiş, bu dəfə də, həmin barmaqlıqlara dəymiş, lakin yıxılmamış, təkrar həmin barmaqlıqları aşarkən əks tərəfdə yerə yıxılmış, ayağa qalxaraq tövləyə tərəf getmiş, tövlədən lapatkanı götürərək çölə çıxıb onun və Şahid1 ünvanına nalayiq ifadələr işlətmiş, çəpərlənmiş sahədən kənara çıxdıqdan sonra, Rüstəm onu arxadan qucaqlayaraq tutmuş, o, lapatkanı Şabanın əlindən alaraq yerinə qoymuş və bundan sonra Şaban Xəlilovu evlərinə aparmışlar. Baxış zamanı Şaban Xəlilovun dəmir barmaqlıqları aşaraq tövlənin ərazisinə daxil olduğu yerdə həm çöl, həm də iç hissədən topa halında çəpər boyu, hündürlüyü 20 sm-dən 90 sm-dək olan gicitkən kolları nəzərdən keçirilərkən gicitkən kollarında hər hansı qırılma, əzilmə və ya bükülmə, o cümlədən də həmin kolların hər hansı birinin quruması halı aşkar edilmədi. Baxış zamanı yuxarıda qeyd edilənlərdən başqa iş üçün əhəmiyyət kəsb edən digər əşya və hal müəyyən olunmadı. Baxış gündüz vaxtı, təbii işıqlandırma şəraitində keçirildi. Həmçinin, hadisə yerinə baxış zamanı maddi sübut əhəmiyyəti kəsb edəcək hər hansı əşya yaxud predmet götürülmədi. Baxış zamanı “Canon” markalı rəqəmsal fotoaparatla hadisə yerinin fotoşəkilləri çəkilərək fotocədvəl formasında protokola əlavə edildi. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi-Təcrübə və Tədris Birliyinin 85 /Meş nömrəli 27.11.2019-cu il tarixli ekspert rəyindən görünür ki, 1978-ci il təv. X4 meyitinin məhkəmətibbi müayinəsinə, tibbi sənəddə yazılanlara və əlavə laborator tədqiqatların cavablarına əsaslanaraq, qərarda hadisə haqqında göstərilənləri nəzərə alaraq və ekspertiza qarşısında qoyulmuş suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlinir: X4 meyitində aşağıdakı xəsarətlər aşkar edilmişdir: Baş-beyinin ağır dərəcəli əzilməsi, sıxılması və sol alın-təpə-gicgah nahiyəsinin epidural və beyindaxili hematoması, sol alın-təpə-gicgah sümüklərinin sınıqları, başın sol alın-təpə-gicgah nahiyəsinin yumşaq toxumlarına qansızma; burunun, sol alın-təpə-gicgah nahiyəsinin, sol diz oynağının və baldırın sıyrıqları, döş qəfəsinin sol yarısının məməüstü nahiyəsinin qançırı. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən 23.10.2019-cu il tarixdə Zaqatala MRX-na daxil olmasından bir qədər əvvələ uyğun gəlir və dərəcəsinə görə, baş nahiyəsində olan xəsarətlər həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə malikdirlər və ölümlə birbaşa səbəbli əlaqələri vardır. Burunun, sol diz oynağının və baldırın sıyrıqları, döş qəfəsinin sol yarısının məməüstü nahiyəsinin qançırı sağlamlığa zərərvurmayan xəsarətlərin əlamətlərinə malik olduqlarından dərəcələri təyin edilmir, qarşılıqlı mübarizə zəminində yarana bilərdilər və ölümlə səbəbli əlaqələri yoxdur. Şaban S.Xəlilovun ölümünün bilavasitə səbəb başın ağır küt travması ilə əlaqədar baş beyin toxumasına, qişaları altına qansızma, kəllə tağı sümüklərinin sınığı, beynin və beyin kötüyünün ödemi olmuşdur, ölüm 26.10.2019-cu il tarixdə, saat 11:45-də Neyrocərrahlıq Xəstəxanasında baş vermişdir. X4 meyitin götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində zəhərləyici maddələr aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi-Təcrübə və Tədris Birliyinin 2 /Meş nömrəli 29.01.2020-ci il tarixli ekspert rəyindən görünür ki, 1978-ci il təv. X4 meyitinin 85/MEŞ saylı məhkəmə-tibbi ekspertizası rəyində yazılanlara və müddi sübutun xüsusatlarına əsaslanaraq, qərarda hadisə haqqında göstərilənləri nəzərə alaraq və ekspertiza qarşısında qoyulmuş əlavə suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlinir: X4 meyitində aşkar edilmiş xəsarətlərin xarakterini, lokalizasiyalarını və maddi sübutun (iki hissəyə ayrılmış taxta parçalarının) xüsusatlarını nəzərə alaraq bu nəticəyə gəlmək olar ki, baş nahiyəsində qeyd olunan xəsarətlər - baş beyinin ağır dərəcəli əzilməsi və sıxılması ilə müşaiyət olunan sol alın, təpə, gicgah nahiyəsinin epidural və beyindaxili hematoması, sol alın, təpə, gicgah sümüklərinin sınıqları və həmin nahiyələrə uyğun yumşaq toxumlara qansızma ekspertizaya təqdim edilmiş (maddi sübut) taxta parçalarının tam vəziyyətində deyil, ayrı-ayrılıqda hər bir hissəsi ilə yetirilən zərbəsi nəticəsində yarana bilərdilər. X4 meyitində aşkar edilmiş digər xəsarətlər - burunun, sol alın, təpə, gicgah nahiyəsinin, sol diz oynağı nahiyəsinin və baldırın sıyrıqları, döş qəfəsinin sol yarısının ön səthinin qançırı ekspertizaya təqdim edilmiş iki hissəyə ayrılmış taxta parçalarının hər birinin ayrı-ayrılıqda təsirindən yaranmaları inkar olunmur. X4 baş nahiyəsində qeyd olunan zədə nahiyəsinin anatomik quruluşundan, xəsarətlərin həcminə və xüsusiyyətlərinə təsir edən küt əşyanın kütləsindən və sərtliyindən, zərbə səthinin ölçülərindən, zərbənin gücündən asılı olaraq demək olar ki, baş beyinin sıxılması tədricən baş verdiyinə görə «işıqlı dövr» adlanan bir dövr olur ki, bu dövrdə zərərçəkən aktiv hərəkətlər etmək iqtidarında olur (yerimək, mübarizəyə qoşulmaq, ağır yükün yerini dəyişmək, qaçmaq, hətta hücum çəkənə ölümcül xəsarət belə yetirə bilmə və s.), bəzən belə hərəkətlərin həcmi daha böyük olur. Belə hərəkətlər bir-neçə dəqiqələr, hətta saatlar ərzində baş verə bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2118 nömrəli 21 fevral 2020-ci il tarixli ekspert rəyindən görünür ki, təqdim edilmiş “X6 məxsus... ” yazı qeydləri olan bükülüdən aşkar edilmiş şalvarın və üzərində “Şahid1..." məxsus yazı qeydləri :lan bükülüdən aşkar edilmiş gödəkçənin köynəyin, şalvarın səthində rəyin tətbiqi Hissəsində yerləşmə sahəsi göstərilməklə təsvir edilən zədələr vardır. X1 məxsus...” yazı qeydləri olan bükülüdən aşkar edilmiş şalvarın və üzərində “Şahid1 məxsus... ” yazı ceydləri olan bükülüdən aşkar edilmiş köynəyin, şalvarın səthində olan zədələr ilişmə nəticəsində yaranmağa xarakterik cırılma zədələridir. Üzərində "Şahid1 məxsus..." yazı qeydləri olan bükülüdən aşkar edilmiş gödəkçənin iç səthində olan zədə isə fiziki qüvvənin təsirindən yaranmağa xarakterik sökülmə zədəsidir.- Xüsusi ədəbiyyatlarda qeyd edilən xarakterə malik zədələrin yaranma mexanizminin müəyyən olunması ilə bağlı tədqiqat metodu olmadığından zədələrin əmələ gəlmə mexanizminin kriminalistik tədqiqat aparılması yolu ilə müəyyən edilməsi mümkün deyil.- Təqdim edilmiş üzərində "X6 məxsus..." yazı qeydləri olan bükülüdən aşkar edilmiş köynəyin, üzərində "X9 məxsus..." yazı qeydləri olan bükülüdən aşkar edilmiş gödəkçənin, köynəyin, şalvarın və üzərində "Təqsirləndirilən şəxs məxsus...” yazı qeydləri olan bükülüdə aşkar edilmiş gödəkçənin, köynəyin, şalvarın, ayyaqqabının səthində trasoloji zədə yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2119 nömrəli 18 fevral 2020-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş X6 məxsus olduğu qeyd olunan paltarlar üzərindəki kənar lif mikrohissəcikləri arasında Təqsirləndirilən şəxs, Şahid1, Rauf Nurməmmədova məxsus olduğu qeyd edilən paltarların tərkib liflərindən yoxdur.- Təqsirləndirilən şəxs, Şahid1, Rauf Nurməmmədova məxsus olduğu qeyd edilən paltarlar X1 məxsus olduğu qeyd edilən paltarların tərkib liflərindən yoxdur. Təqdim edilmiş qara rəngli sap uzunluğu 4 sm olub, sintetik tərkibli hamar polyester liflidir, tədqiqata təqdim edilmiş geyim əşyaların tərkib liflərinə uyğun gəlmir. İş materiallarında olan Şəki Ağır Cinayətlər Məhkəməsinin 1(091)-11/2021 nömrəli 01.09.2021-ci il traixli hökmündən görünür ki, Şahid1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib on il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17.11.2021-ci il tarixli 1(107)-394/2021 nömrəli qərarından görünür ki, təqsirləndirilən şəxs Şahid1 müdafiəçisi X7 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şahid1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının Əliabad qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən 22.05.2020-ci il və 28.12.2021-ci il tarixli xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs haqqında qəsəbə sakinlərindən nümayəndəliyə heç bir şikayət daxil olmayıb. O yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 17.06.2020-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan 11 yanvar 2022-ci il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün, şahidlərin ifadələri və məhkəmə istintaqında tədqiq olunmuş digər dəlillərlə tam sübuta yetirildi. Belə ki, Təqsirləndirilən şəxs 22 oktyabr 2019-cu il tarixdə, saat 02 radələrində onun yaşadığı Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən evinin həyətyanı sahəsində dostluq münasibətində olduğu həmkəndlisi Şahid1 tərəfindən uzunluğu 129 sm, eni 6 sm, qalınlığı isə 4 sm olan ağac parçası ilə X4 baş nahiyəsinə qəsdən zərbə endirilərək sağlamlığına ağır zərər vurulmaqla ağır cinayət törədildikdən sonra gələcəkdə hüquqmühafizə orqanları əməkdaşlarının əldə etməməsi üçün onlardan gizlətmək məqsədilə hadisədən 1-2 gün sonra cinayətin törədildiyi alət olan həmin ağac parçasını yaşadığı, Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən fərdi yaşayış evinin birinci mərtəbəsindəki təsərrüfat təyinatlı əşyaların saxlandığı yerə qoymaqla qabaqcadan vəd etmədən ağır cinayəti qəsdən gizlətmiş, X13 Ramazanovun cinayətkar hərəkətləri nəticəsində aldığı xəsarətlərdən 26 oktyabr 2019-cu il tarixdə Bakı şəhərində yerləşən Respublika Neyro- Cərrahiyyə Xəstəxanasında ölməsini bildiyi vaxtdan sonra da öz cinayətkar əməllərini davam etdirmiş, yalnız 02 noyabr 2019-cu il tarixdə şahid qismində verdiyi ifadəsi hadisə yerində yoxlanılarkən müstəntiqin tələbi ilə cinayətin yuxarıda qeyd edilən alətini gizlətmə ilə bağlı iradəsinə zidd olaraq istintaqa təqdim etmişdir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq bilavasitə məhkəmə iclasında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut kimi qəbul edərək, həmin sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış biri-digərini tamamlayan sübutlarla tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, həmçinin cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamında ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunması, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilməsi tövsiyə olunmuşdur. Həmin Sərəncamın 8-ci bəndində qeyd olunmuşdur ki, cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün həbsə alternativ cəzaların tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, əməlini etiraf etməsi onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyin olunması məsələsini müzakirə edərək, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, törətdiyi əməli səmimi etiraf etməklə peşmançılıq çəkməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını, ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb edilməsini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, onun barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin olunmasını məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs ona təyin edilmiş cərimə məbləğini hökm qanuni qüvvəsini aldıqdan sonra 1 (bir) ay müddətində müvafiq bank hesabına köçürməklə ödəməlidir. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. İş üzrə maddi sübutun, məhkəmə xərclərinin və mülki iddianın olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında həm də hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə hakim tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir.Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməmişdir. Belə vəziyyətdə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan müsadirə edilməli olan əmlak mövcud deyildir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda,bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 4000 (dörd min) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş cərimə məbləğini hökm qanuni qüvvəsini aldıqdan sonra 1 (bir) ay müddətində müvafiq bank hesabına köçürməklə ödəsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti Zaqatala Rayon İcra və Probasiya Şöbəsi həyata keçirsin. İş üzrə maddi sübutun, məhkəmə xərclərinin və mülki iddianın olmaması nəzərə alınsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Sədrlik edən Tural Həsənov
Məhkəmə qərarları › İş №1(033)-24/2022
Zaqatala Rayon Məhkəməsi Hökm — İş №1(033)-24/2022
15.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver