Məhkəmə qərarları › İş №1(033)-24/2023

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №1(033)-24/2023

02.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 1(033)-24/2023 02.05.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlu sədrliyi, məhkəmə iclasının katibi X1 katibliyi, dövlət ittihаmçısı-Аzərbаycаn Respublikаsı Bаş Prоkurоrluğunun Dövlət ittihаmının müdаfiəsi üzrə idаrəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihаmının müdаfiəsi üzrə şöbəsinin prоkurоru, ədliyyə müşaviri Dövlət ittihamçısı оğlunun, Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Zaqatala rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1991-ci ildə Zaqatala rayonu Maqov kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Zaqatala rayonu Maqov kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına məhkəmənin binasında saat 14:10-da açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 29 mart 2023-cü il tarixdə, saat 23 radələrində Zaqatala rayonu Maqov kənd sakinləri Zərərçəkmiş şəxs ilə əri Təqsirləndirilən şəxs arasında yaşadıqları həmin kənddə yerləşən evdə Zərərçəkmiş şəxs əri Təqsirləndirilən şəxs sonuncunun tanışı Murad Məmmədovun arvadı Şahid qısqanması səbəbli yaranmış mübahisə zamanı Rustam Mehdiyeviç qisas almaq niyyəti ilə arvadı Zərərçəkmiş şəxs yumruq zərbələri vuraraq üst dodağın selikli qişasında bir ədəd səthi əzilmiş yara xarakterli, sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən, eləcə də, sol 6-7-ci qabırğaların qapalı yerdəyişən sınığı xarakterli, dərəcəsinə görə birlikdə və ayrı-ayrılıqda sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə baxışı iclasında dindirilən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun arvadıdır və sonuncunun xx.xx.2023-cü il tarixdə Zaqatala RPŞ-yə barəsində etdiyi müraciətlə tanış olmuşdur. O, 2014-cü ildə Zaqatala rayonu Yolayrıc kəndində yaşayan Zərərçəkmiş şəxs ilə ailə qurmuşdur. Birgə nikahdan iki azyaşlı övladları var. xx.xx.2023-cü il tarixdə axşam yaşadığı evdə olarkən saat 23 radələrində arvadı Zərərçəkmiş şəxs ilə aralarında ailə-məişət münasibətləri zəminində mübahisələri yaranmışdır. Arvadı Mesed səbəbsiz mübahisə yaradaraq onu Zaqatala şəhər sakini Şahid ilə zəngləşərək görüşməkdə günahlandırmışdır. Həmin vaxt o, əsəbiləşmiş və arvadı Mesedin ağzına bir dəfə sillə vuraraq döymüşdür. O, sillə vurandan sonra arvadı Mesed sakitləşərək öz otağına keçmişdir. Ondan sonra o, təmiz hava alıb sakitləşmək məqsədilə evdən küçəyə çıxıb yaşadığı evin qarşısında dayanmışdır. Arvadı Mesed və azyaşlı övladları isə evdə qalmışdır. O, həmin gün gecə təxminən 30-40 dəqiqə küçədə dayandıqdan sonra yenidən evə qayıtmış və evə daxil olduqda arvadı Mesedlə azyaşlı övladlarının yatdığını gördükdə qapını bağlayıb girişdə olan divanda yatmışdır. O, xx.xx.2023-cü il tarixdə səhər tezdən durub işlə bağlı Zaqatala şəhərinə gəlmişdir. Baş vermiş mübahisə zamanı evdə iki azyaşlı övladlarından başqa heç kim olmamışdır. O, qeyd olunan tarixdə arvadı Mesedlə aralarında yaranmış mübahisə zamanı əsəbləşib Mesedi vurduğunu səmimi etiraf edir və etdiyi hərəkətindən peşmandır. Hazırda Zərərçəkmiş şəxs ilə barışmışdır. Odur ki, barəsində başlanmış cinayət təqibinə xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Zərərçəkmiş şəxs (şikayət vermiş şəxs) Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun əridir. O, 2014-cü ildə Zaqatala rayonu Maqov kəndində yaşayan X5 ilə ailə həyatı qurmuşdur. Birgə nikahdan onun iki azyaşlı övladları var. Əri Rüstəm 2017-ci ildən “A-Klas” şirkətində sürücü ekspeditor vəzifəsində çalışır və eyni zamanda ailəsini dolandırmaq məqsədilə hazırda idarə etdiyi özünə məxsus “Mercedes- Benz” markalı avtomaşınla kənddə taksi fəaliyyəti göstərir. xx.xx.2023-cü il tarixdə o, himayəsində olan iki azyaşlı övladı ilə birlikdə yaşadığı Maqov kəndində evdə olarkən təxminən saat 23 radələri olardı ki, həmin vaxt əri Rüstəm evə gəlmişdir. O, əri Rüstəm evə gəldikdə onunla söhbət edən zaman Rüstəmə tanışı Zaqatala şəhər sakini Şahid “Watsap” vasitəsilə ona yazıb şər-böhtan ataraq təhqir etdiyini demişdir. Həmin vaxt əri Rüstəm Şahid ilə olan münasibətini danaraq onunla mübahisə yaratmışdır. Həmin mübahisə zamanı əri Rüstəm onun ağzına bir dəfə sillə və bədəninə yumruqlar vuraraq döymüşdür. Şahid əri Rüstəmlə münasibəti var, ailəsinə müdaxilə edir və “Watsap” vasitəsilə yazaraq onu narahat edərək əri Rüstəmlə telefon əlaqəsi saxlayaraq barəsində şayiələr yaymışdır. Mütəmadi olaraq əri Rüstəmlə aralarında ailə-məişət münasibətləri zəminində mübahisələr olur, dəfələrlə həmin mübahisə zamanı Rüstəm onu döymüşdür. Lakin o, himayəsində olan iki azyaşlı uşaqlarına görə heç bir orqana məlumat verməmişdir. O, xx.xx.2023-cü il tarixdə Zaqatala RPŞ-yə ərizə ilə müraciət edərək gələcəkdə baş verə biləcək xoşagəlməz halların qarşısının alınmasına köməklik göstərilməsini və əri Rüstəm barəsində tədbir görülməsini xahiş etmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona dəymiş ziyan tam şəkildə ödənilmişdir, heç bir şikayət və tələbi yoxdur. Odur ki, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, hazırda Zaqatala şəhəri bazar ərazisində yerləşən qızıl-zinət əşyaların satışı mağazasında satıcı işləyir. xx.xx.2023-cü il tarixdə Zaqatala rayonu Maqov kəndində yaşayan Zərərçəkmiş şəxs Zaqatala RPŞ-nə etdiyi müraciətlə tanış olmuşdur. Zaqatala rayonu Maqov kənd sakini Təqsirləndirilən şəxs onun əri X3 tanışıdır və Rüstəmi əri Muradın sayəsində tanımışdır. Rüstəm hazırda idarə etdiyi “Mercedes-Benz” markalı avtomaşınla taksi fəaliyyəti göstərdiyi üçün hərdən əri Murad Rüstəmi taksi kimi sifariş edir, onu iş yerinə, azyaşlı qızı Xədicəni isə Zaqatala şəhər İnteqrasiya təlimli internat tipli Gimnaziyaya aparıb gətirir. O, Rüstəmin arvadı Zərərçəkmiş şəxs şifahi tanıyır və Mesed bir neçə dəfə onun işlədiyi mağazaya gəlib onunla yersiz mübahisələr yaradaraq ailəsinə müdaxilə etdiyi barədə böhtan atmışdır. Eyni zamanda Mesed onun istifasində olan mobil telefonuna Whatsapp vasitəsilə mesaj yazaraq Rüstəmlə zəngləşib görüşdüyü barədə cəmiyyət arasında şayiələr yaydığını demişdir. Onun Zərərçəkmiş şəxs əri Rüstəmlə heç bir əlaqəsi yoxdur, görüşməmiş və ailəsinə müdaxilə etməmişdir. O, axırıncı dəfə Rüstəmi 2023-cü ilin yanvar ayında idarə etdiyi “Mercedes” markalı avtomaşınla əri Muradı iş yerindən yaşadıqları evə gətirdikdə görmüşdür. O, həmin vaxtdan sonra Rüstəmi görməmiş və Zərərçəkmiş şəxs müraciətdə onun barəsində yazdıqları yalan və böhtan xarakterlidir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibb Ekspertizası və X6 publik hüquqi şəxsin Zaqatala rayon şöbəsinin xx.xx.2023-cü il tarixli 83 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər: üst dodağın selikli qişasında 1 (bir) ədəd səthi əzilmiş yara, sol tərəfli Vİ-Vİİ qabırğaların qapalı yerdəyişən sınıqları- bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, xx.xx.2023-cü il tarixdə insanın bədənin hissələrinin (əl, ayaq və s.) təsirindən əmələ gələ bilərdilər, sol tərəfli Vİ və Vİİ qabırğaların yerdəyişən sınığı dərəcəsinə görə, birlikdə və ayrı-ayrılıqda sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir, üst dodağın selikli qişasında qeyd edilmiş səthi əzilmiş yara isə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının Maqov Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən 05 aprel 2023-cü il tarixdə verilmiş 241 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi özündən, arvadı Zərərçəkmiş şəxs, 2015-ci il tarixdə doğulmuş X4 və 2018-ci il tarixdə doğulmuş X2 ibarətdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı özünün etirafedici ifadəsindən əlavə, zərərçəkmiş şəxsin, şahidin ifadəsi, məhkəmə-tibbi ekspertizanın rəyi, eləcə də işin digər obyektiv halları ilə tam sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, təhqiqat zamanı Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə baxışı iclasında Zərərçəkmiş şəxs ərizə təqdim edərək, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona vurduğu ziyanı tamamilə ödədiyini, onunla barışdığını, ondan heç bir şikayəti və tələbinin olmadığını bildirməklə, onun cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs də məhkəməyə ərizə təqdim edərək, zərərçəkmiş şəxslə barışdığını, ona vurduğu ziyanı tamamilə ödədiyini bildirmiş və cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Buna görə də məhkəmə hesab edir ki, qeyd edilən cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Republikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 127.1, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1-ci və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. İş materiallarından görünür ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs - Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyanı tamamilə aradan qaldırmışdır. Belə olan halda Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini və cinayət məsuliyyətindən azad olunmasını məhkəmə qanuni, ədalətli və əsaslı hesab edir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 344-347, 356, 358, 384 və 385-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA A L D İ: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, zərərçəkmiş şəxslə barışaraq ona dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tələbinə əsasən, onun barəsində olan cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərar ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, elan edildiyi andan 20 (iyirmi) gün keçdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar