Azərbaycan Respublikası adından HÖKM Zaqatala rayonu İş № 1(033)-24/2025 12.05.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədova Zərifə Faiq qızının sədrliyi, Məhkəmənin iclas katibi X7 qızının katibliyi, Dövlət ittihamçısı - Аzərbаycаn Respublikаsı Bаş Prоkurоrluğunun Dövlət ittihаmının müdаfiəsi üzrə İdаrəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihаmının müdаfiəsi üzrə şöbəsinin prоkurоru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Zaqatala rayon Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx xxxxx 1972-ci il tarixdə Zaqatala rayonu, Yuxarı Tala kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, İİ qrup əlil, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, işsiz, Zaqatala rayonu, Aşağı Tala kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, xx.xx.2025-ci il tarixdən barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə saat 12:00-da məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Təqsirləndirilən şəxs 2024-cü ilin iyun ayında Zaqatala rayonu Çüdülübinə kəndinin ərazisində yabanı halda bitmiş narkotik xassəli çətənə (kannabis) bitkilərinin yarpaqlarından yığıb qurutmaqla satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni, təmiz çəkisi 231,94 qram, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana əldə etmiş və Zaqatala rayonu Yuxarı Tala kəndi ərazisindəki “Pərzivan” adlanan sahədə kol-kosların arasında gizlətməklə qanunsuz olaraq saxlamış, 06 fevral 2025-ci il tarixdə həmin narkotik vasitəni gizlətdiyi yerdən götürüb qeyd edilən tarixdə saat 13-27 radələrində “Pərzivan” adlanan həmin yerdə satış məqsədi olmadan qanunsuz daşıyarkən Zaqatala RPŞ-nin əməkdaşları tərəfindən saxlanılmış və saxlanıldığı yerdə üzəri yoxlanılarkən əynindəki qara rəngli gödəkçənin sol iç cibində 01 ədəd sellofan torbada təmiz çəkisi 231,94 qram olan bitki mənşəli kütlə - tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək bildirdi ki, subaydır, Zaqatala rayonu Aşağı Tala kəndində tək yaşayır. 2024cü ilin iyun ayının əvvəllərində Zaqatala rayon ərazisində “Çüdülübinə” adlanan yerdə yerləşən fındıq bağlarından evinə qayıdan zaman həmin yerdə çöllük ərazidə kol-kosun dibindən marixuanaya bənzər bitkilərin olduğunu görmüş, həmin marixuanaya bənzər bitkiləri yığmış və üzərində olan sellofan torbaya qoyaraq marixuanaya bənzər kütləni Zaqatala rayonu, Yuxarı Tala kəndi ərazisində “Pərzivan” adlanan yerdə sellofan torbaya yığıb elə oradaca kol-kosların içərisində gizlətmişdir. 06 fevral 2025-ci il tarixdə marixuananı gizlətdiyi yerə getmiş və içərisində marixuana olan bükümü evinə aparmaq istəmişdir. Qurutduğu marixuananı sellofan torbada qoyduğu yerdən götürüb evinə tərəfə qayıdan zaman iki nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini polis əməkdaşları olduğunu təqdim etmişlər və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu deyərək, elə həmin yerdə üzərinə baxış keçirdikdə həmin sellofan bükümü çıxarıb onlara təqdim etmişdir. Sellofan torbadakı bükümə baxış keçirilən zaman içərisində narkotik vasitə qurutduğu qurudulmuş marixuana aşkar edilərək, elektron tərəzidə çəkildikdə çəkisi 250 qram gəlmişdir. Bundan sonra ona Zaqatala rayon polis şöbəsinə getməyi təklif etmişlər, heç bir etiraz etmədən onlarla birlikdə Zaqatala rayon polis şöbəsinə gəlmişdir. Polis şöbəsində ona təqdim edilmiş vəkil Rəcəb Rəcəbovun iştirakı ilə yenidən üzərində aşkar edilmiş sellofan torbaya baxış keçirilmiş və bükümdə olan marixuana göy naxışlı bükümlə birlikdə elektron tərəzidə çəkildikdə 250 qram çəkidə olması təsdiqlənmişdir. Həmin büküm müvafiq protokol tərtib edilməklə 1 ədəd zərfə qoyulub möhürlənərək qablaşdırılmışdır. Təqsirləndirilən şəxs həmin narkotik maddəni gələcəkdə istifadə etmək üçün gizlətdiyini və tutulan gün də istifadə etmək üçün evinə aparmaq istədiyini bildirmişdir. Həmçinin, bildirmişdir ki, özünü qismən təqsirli bilir, sonuncu dəfə narkotik vasitələrdən 19 il əvvəl istifadə etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Zaqatala RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və ifadəsində göstərdi ki, 2020-ci ilin aprel ayından Zaqatala RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 06 fevral 2025-ci il tarixdə şöbənin əməliyyat aparatına Zaqatala rayonu Aşağı Tala kəndində yaşayan Təqsirləndirilən şəxs adlı şəxsin narkotik vasitələrin əldə edilməsi, saxlaması, istifadə edilməsi ilə məşqul olması barədə məlumat daxil olduqda dərhal yaradılmış əməliyyat qrupunun tərkibində Zaqatala RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Fuad Köngulov və RPŞ-nin KTQ-nun baş inspektor kriminalisti Şahid3lə birlikdə həmin məlumatla əlaqədar Zaqatala rayonun Yuxarı Tala kəndinin ərazisində yerləşən “Pərzivan” adlanan sahəyə gəlib Təqsirləndirilən şəxs yaxınlaşaraq, özlərini polis əməkdaşları kimi təqdim etmiş və ona narkotik vasitələr və ya psixotrop maddələrin əldə edilməsi, saxlaması və istifadə edilməsində şübhəli olduğu bildirib üzərinə baxış keçirəcəkləri barədə onu məlumatlandırmış, ona Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş şübhəli şəxsin hüquq və vəzifələrini izah edilməklə üzərində narkotik vasitə və ya psixotrop maddələrin olduğu halda təqdim etməsini ona təklif etmişlər. Təqsirləndirilən şəxs əynində olan qara gödəkçənin sol iç cibi tərəfindən üzərində göy rəngli naxışlar olan içi dolu sellofan torbanı çıxarıb təqdim etmiş və həmin torbada özü çöllüklərdən yabanı halda bitmiş narkotik xassəli çətənə bitki kollarından yarpaqlarını yığıb özünün istifadəsi üçün qurutduğu marixuana olduğunu bildirmişdir. Həmin torbanı qayçı ilə kəsib araladıqda içərisində kəskin spesifik iyli yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsi aşkar olunmuş, özləri ilə gətirdikləri elektron tərəzidə həmin bitki kütləsi çəkildikdə çəkisi 250 qram olmuşdur. Torbanın kəsdikləri yeri skoçla bitişdirib bağladıqdan sonra həmin göy naxışlı sellofan torbanı kağız paketə qoyub paketin üstünü polis möhürü ilə möhürləmiş və bu qaydada qablaşdırmış, bütün bunlar baş inspektor kriminalist Şahid3 tərəfindən foto və videoçəkilişlə aparılmış və müvafiq protokol tərtib olunmuş, Təqsirləndirilən şəxs da həmin protokola imza etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət etmiş və Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dəvət olunmuş müdafiəçinin iştirakı ilə onun üzərində aşkar edilib götürülmüş və kağız zərfdə qablaşdırılmış göy naxışlı sellofan torbaya təhqiqatçı tərəfindən əlavə baxış keçirilmiş, baxış zamanı həmin bitki kütləsi təkrar elektron tərəzidə çəkildikdə çəkisi 250 qram olması təsdiqlənmiş və Təqsirləndirilən şəxs həmin içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni özünə məxsus olmasını bir daha etiraf etmiş, aşkar olunmuş bitki kütləsi həmin kağız paketdə cə qablaşdırılıb möhürlənmiş, həmin baxış da foto videoçəkilişlə aparılmış, bu barədə müvafiq protokol tərtib olunaraq bütün iştirakçılar, o, cümlədən Təqsirləndirilən şəxs da həmin protokola imza etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Zaqatala RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid2 istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək Şahid1 ilə eyni məzmunda izahat vermişdir. Şahid Zaqatala Rayon Polis Şöbəsinin KTQ-in baş inspektor kriminalisti Şahid3 məhkəmə iclasında iştirak etməmiş, məhkəmə tərəfindən onun istintaqda verdiyi ifadəsi elan edilmiş və Şahid1 ilə eyni məzmunda izahat verdiyi müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Ekspertizası Mərkəzinin Şəki Regional bölməsinin məhkəmə-bioloji ekspertizasının xx.xx.2025-ci il tarixli 17/98-/2025 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 01 ədəd sellofan torbada təmiz çəkisi 231,94 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin 28 fevral 2025-ci il tarixli 319 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edib. Narkotik vasitə olan marixuana sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Hal-hazırda narkotik abstensiya (narkotik maddələrin aclığı) əlamətləri olmadığı üçün narkomaniyadan xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Aslanov X3 rayon Xalq Məhkəməsinin xx.xx.1995-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin (köhnə redaksiyada) 226 maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinib 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqdan sonra Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2001-ci il tarixli Amnistiya Qərarının 1.5 maddəsinə əsasən azad edilmiş, eyni zamanda Zaqatala rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Zaqatala RİHBnın Aşağı Tala kənd İƏD üzrə nümayəndəsinin xx.xx.2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş videoçəkilişlə əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üstünün yoxlanması zamanı onun üzərində olan qara rəngli gödəkçənin sol iç cibindən 250 qram çəkidə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 06 fevral 2025-ci il tarixli qərardan və həmin tarixli protokoldan görünür ki, Aslanov X3 RPŞ-in TB-nin təhqiqatçısı X6 tərəfindən həmin gün saat 13:27-də Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Zaqatala rayon X1 Hüquqi Şəxsin xx.xx.2025-ci il tarixli, 18-1-78/2-216/2025 nömrəli məktubundan görünür ki, Aslanov X3 Rayon X1 Hüquqi Şəxsin Poliklinika şöbəsinin psixiatrik və narkoloji kabinetində qeydiyyatda yoxdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş 08 fevral 2025-ci il tarixli təqsirləndirilən şəxsin həbsdən azad edilməsi və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün, şahidlərin ifadələri, ekspert rəyləri, şübhəli şəxsin üstünün yoxlanılması və təqdim olunmuş protokollara baxış keçirilməsi protokolları, maddi sübut və məhkəmə istintaqında tədqiq olunmuş digər dəlillərlə tam sübuta yetirildi. Belə ki, Təqsirləndirilən şəxs 2024-cü ilin iyun ayında Zaqatala rayonu, Çüdülübinə kəndinin ərazisində yabanı halda bitmiş narkotik xassəli çətənə (kannabis) bitkilərinin yarpaqlarından yığıb qurutmaqla satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni təmiz çəkisi 231,94 qram, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana əldə etmiş və Zaqatala rayonu, Yuxarı Tala kəndi ərazisindəki “Pərzivan” adlanan sahədə kol-kosların arasında gizlətməklə qanunsuz olaraq saxlamış, 06 fevral 2025-ci il tarixdə həmin narkotik vasitəni gizlətdiyi yerdən götürüb qeyd edilən tarixdə saat 13-27 radələrində “Pərzivan” adlanan həmin yerdə satış məqsədi olmadan qanunsuz daşıyarkən Zaqatala RPŞ-nin əməkdaşları tərəfindən saxlanılmış və saxlanıldığı yerdə üzəri yoxlanılarkən əynindəki qara rəngli gödəkçənin sol iç cibində 01 ədəd sellofan torbada təmiz çəkisi 231,94 qram olan bitki mənşəli kütlə - tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq bilavasitə məhkəmə iclasında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini, maddi sübutu və digər sənədləri sübut kimi qəbul edərək, həmin sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış biri-digərini tamamlayan sübutlarla tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, həmçinin cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunma imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasına alternativ olaraq nəzərdə tutulmuşdur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli qərarında (50-ci bənd) qeyd edilmişdir ki, məhkəmə residivin müəyyən olunması zamanı CM-in 18-ci maddəsinin tələblərinə əməl etməli və bu zaman CM-in 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı bütün hüquqi nəticələri ləğv etdiyindən, belə məhkumluqlar istər residivin müəyyən edilməsi, istərsə də başqa şəkildə, o cümlədən təqsirləndirilənin şəxsiyyətini xarakterizə edən hal qismində nəzərə alınmamalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamında ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunması, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilməsi tövsiyə olunmuşdur. Məhkəmənin fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil, əks halda, bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan, dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və ədalət prinsipinə zidd olardı. Onun əməlində cəzanı ağırlaşdıran halların mövcud olmaması, şəxsiyyəti, özünün həyat şəraiti, etdiyi əməlin az ağır cinayətlər qrupuna aid edilməklə, xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az təhlükəli olması, törətdiyi əmələ görə səmimi peşman olması bunu deməyə əsas verir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyin olunması məsələsini müzakirə edərək, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, əldə edib üzərində saxladığı narkotik vasitəsinin həcminin çox olmamasını, onun şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini, əməlindən peşman olmasını nəzərə alaraq, onun barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin olunmasını məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs 06 fevral 2025-ci il tarixdən 08 fevral 2025-ci il tarixə kimi həbsdə saxlanıldığı 2 (iki) gün müddət nəzərə alınmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının müddəti Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hesablanmalı, onun barəsində seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi qüvvədə saxlanılmalıdır. Təqsirləndirilən şəxs ona təyin edilmiş 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəksin. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs üzərinə yaşadığı Zaqatala rayonu ərazisini, eləcə də axşam saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yeri olan X11 kəndi ünvanında yerləşən evinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. İş üzrə maddi sübut qismində Zaqatala RPŞ-də saxlanılan Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd bükümdə narkotik vasitə - qurudulmuş marixuana kütləsinin 231,89 qram çəkidə ekspertizadan sonraki qalığı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Cinayət iş üzrə sübut kimi tanınmış 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profiloktik qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs X5 yaşayış yeri üzrə narkoloji kabinetdə profiloktik qeydiyyata alınsın. İş üzrə 35,97 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülsün keçirilməlidir. İş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında həm də hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə hakim tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. İş üzrə xüsusi müsadirə olunmalı əmlakın olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 06 fevral 2025-ci il tarixdən 08 fevral 2025-ci il tarixədək şübhəli şəxs qismində tutularaq saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddətinin azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla cəmi 04 (dörd) gün müddət həmin cəzadan çıxılsın və onun üzərində qəti cəza olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəksin. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs üzərinə yaşadığı Zaqatala rayonu ərazisini, eləcə də axşam saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yeri olan X11 kəndi ünvanında yerləşən evinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti Zaqatala Rayon İcra və Probasiya Şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı Zaqatala Rayon İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut qismində Zaqatala RPŞ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə narkotik vasitə - qurudulmuş marixuana kütləsinin 231,89 qram çəkidə ekspertizadan sonrakı qalığı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət iş üzrə sübut kimi tanınmış 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profiloktik qeydiyyata alınsın. İş üzrə 35.97 (otuz beş manat doxsan yeddi qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Azərbaycan Respublikasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülsün keçirilməlidir. İş üzrə xüsusi müsadirə olunmalı əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Sədrlik edən : Zərifə Məmmədova.
Məhkəmə qərarları › İş №1(033)-24/2025
Zaqatala Rayon Məhkəməsi Hökm — İş №1(033)-24/2025
12.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver