Məhkəmə qərarları › İş №1(033)-25/2021

Zaqatala Rayon Məhkəməsi Hökm — İş №1(033)-25/2021

07.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Zaqatala rayonu İş № 1(033)-25/2021 07.09.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X3 katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1, onun müdafiəçiləri Müdafiəçi3 və Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi1 iştirakları ilə Təqsirləndirilən şəxs: xx xxx 1990-cı ildə Zaqatala rayonu, Mazıx kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Zaqatala rayonu, Ciciğana kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs: xx xxx 1994-cü ildə Zaqatala rayonu, Mazıx kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Zaqatala rayonu, Ciciğana kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci və 315-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs2 13.10.2020-ci il tarixdə qardaşı Təqsirləndirilən şəxs1lə birlikdə Zaqatala X13 direktoru Zərərçəkmiş şəxs döyərək hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar zor tətbiq edib onun sağlamlığına qəsdən yüngül zərər vurmuşlar. Belə ki, 13.10.2020-ci il tarixdə saat 17 radələrində Zaqatala rayonu Ciciğana kəndində Zaqatala X13 yaxınlığında sərxoş vəziyyətdə Təqsirləndirilən şəxs2, qardaşı Təqsirləndirilən şəxs1lə birgə “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən xüsusi mühafizə olunan Zaqatala X13 ərazisindən heyvanların suya olan tələbatının ödənilməsi üçün yerüstü sulardan, həmçinin bitki aləmindən otlaq kimi istifadə edilməsi qadağan olunmasına baxmayaraq ailə təsərrüfatına məxsus xırda buynuzlu heyvanların qoruq ərazisində otarılması və suvarılmasına görə qoruğun əməkdaşları tərəfindən bir daha belə əməllərə yol verməmələri barədə əvvəllər xəbərdar edilsələr də buna məhəl qoymayaraq həmin gün belə əməllərə yol verdikləri üçün Qoruq ərazisindən heyvanların çıxarılması barədə X14 Qoruğunu mühafizə üzrə direktor müavini Şahid2 göstəriş verib qeyd edilən əraziyə gələn Zaqatala X13 direktoru kimi ayrı-ayrı şəxslər barəsində icrası məcburi olan tələblər irəli sürmək və qərarlar qəbul etmək üçün səlahiyyətlərə malik hakimiyyət nümayəndəsi olan Zərərçəkmiş şəxs yuxarıda göstərilən xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar hər ikisi döyərək burnunun yuxarı üst səthində qançır – burun sümüklərinin yerini dəyişməyən qapalı sınığı xarakterli, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olub sağlamlığa yüngül zərər vurmaya aid, eləcə də alın nahiyəsindən sıyrıq, hər iki göz altında qansızmalar, gövdənin sol aşağı hissəsində və sol bazuda qançır və sağ baldırında sıyrıq xarakterli, sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs qarşı zor tətbiq etməklə müqavimət göstərib onun sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Təqsirləndirilən şəxs1 13.10.2020-ci il tarixdə qardaşı Təqsirləndirilən şəxs2lə birlikdə Zaqatala X13 direktoru Zərərçəkmiş şəxs döyərək hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar zor tətbiq edib onun sağlamlığına qəsdən yüngül zərər vurmuşlar. Belə ki, 13.10.2020-ci il tarixdə saat 17 radələrində Zaqatala rayonu Ciciğana kəndində Zaqatala X13 yaxınlığında Təqsirləndirilən şəxs1, qardaşı sərxoş vəziyyətdə Təqsirləndirilən şəxs2lə birgə “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən xüsusi mühafizə olunan Zaqatala X13 ərazisindən heyvanların suya olan tələbatının ödənilməsi üçün yerüstü sulardan, həmçinin bitki aləmindən otlaq kimi istifadə edilməsi qadağan olunmasına baxmayaraq ailə təsərrüfatına məxsus xırda buynuzlu heyvanların qoruq ərazisində otarılması və suvarılmasına görə qoruğun əməkdaşları tərəfindən bir daha belə əməllərə yol verməmələri barədə əvvəllər xəbərdar edilsələr də buna məhəl qoymayaraq həmin gün belə əməllərə yol verdikləri üçün Qoruq ərazisindən heyvanların çıxarılması barədə X14 Qoruğunu mühafizə üzrə direktor müavini Şahid2 göstəriş verib qeyd edilən əraziyə gələn Zaqatala X13 direktoru kimi ayrı-ayrı şəxslər barəsində icrası məcburi olan tələblər irəli sürmək və qərarlar qəbul etmək üçün səlahiyyətlərə malik hakimiyyət nümayəndəsi olan Zərərçəkmiş şəxs yuxarıda göstərilən xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar hər ikisi döyərək burnunun yuxarı üst səthində qançır – burun sümüklərinin yerini dəyişməyən qapalı sınığı xarakterli, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olub sağlamlığa yüngül zərər vurmaya aid, eləcə də alın nahiyəsindən sıyrıq, hər iki göz altında qansızmalar, gövdənin sol aşağı hissəsində və sol bazuda qançır və sağ baldırında sıyrıq xarakterli, sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs qarşı zor tətbiq etməklə müqavimət göstərib onun sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, Zaqatala rayonunun Ciciğana kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Hal –hazırda ailə təsərrüfatlarında 210 baş qoyun vardır. Həmin qoyunları o, qardaşı Feyzullah və çoban Şamil ilə növbə ilə otarırlar. Hər il may ayının ortalarında heyvanları “Ellisit” adlanan dağa qaldırırlar. Dağa qalxan vaxt təqribən 400-500 baş qoyun, 10-15 baş da keçi olur. Yay aylarında heyvanları həmin dağda otarıb sentyabr ayının ortalarında Ciciğana kəndində Mazıx bələdiyyəsindən icarəyə götürdükləri torpaq sahəsində saxlayırlar. Sentyabr ayının ortalarında dağdan düşən zaman quzuları satırlar, bu zaman 400-500 baş qoyun, 10-15 baş keçi olur. Ciciğana kəndində təqribən 1 ay heyvanları saxladıqdan sonra, Balakən rayonu ərazisində otlaq sahələrini icarəyə götürüb heyvanları otarırlar. Qoyunların doğum vaxtı, yəni fevral-mart aylarında yenidən Ciciğana kəndində qayıdıb may ayının ortalarına kimi orada heyvanlara baxırlar. Heyvanların su tələbatını isə Zaqatala X13 ərazisinə düşüb-düşmədiyini dəqiq bilmədiyi qədim kilsənin yaxınlığında olan su arxı vasitəsilə ödəyirlər. Həmin su arxı ilə onların Mazıx bələdiyyəsindən icarəyə götürdükləri torpaq sahəsi arasındakı məsafə təxminən 400-500 metrdir. Həmin su arxına getməyə başqa yol da vardır. Lakin həmin yolun da qoruq ərazisinə düşüb düşmədiyini bilmir. Həmin arx icarəyə götürdükləri torpaq sahəsinin yanından keçsə də, kənd camaatının etirazına görə heyvanları kilsənin yanında suya aparmağa məcburdur. 13 oktyabr 2020-ci il tarixdə o, avtomobillə özünə məxsus binəyə getmək istəyərkən qardaşı Feyzullah zəng edərək Şamilin sürünü icarəyə götürülən sahəyə gətirən zaman Şahid2la rastlaşdığını, Cavanşirin sürünün şəkillərini çəkdiyini söyləmişdir. O, Feyzullaha sürünü icarəyə götürdükləri sahəyə gətirməsini demişdir. Özünə məxsus binə yaşadığı evdən 300-400 metr kənarda yerləşir. Evdən təxminən 200 metr uzaqlaşdıqda qardaşı Feyzullah ilə çoban Şamilin qoyun sürüsünü icarəyə götürdükləri sahəyə sayıb buraxdıqlarını görmüşdür. Zaqatala X13 mühafizə üzrə müavini Şahid2 da orada olmuş, kənarda dayanaraq qardaşı Feyzullahı və çoban Şamili seyr etmişdir. O, bunu görüb Feyzullah və Şamilə kömək etmək məqsədilə avtomobildən düşərək yanlarına getmiş, birlikdə qoyunları sayıb icarəyə götürdükləri sahəyə buraxmışlar. Qoyunları sayıb sahəyə buraxan zaman Zaqatala X13 direktoru Zərərçəkmiş şəxs xidməti “Niva” markalı avtomobillə həmin yerə gəlmişdir. Zərərçəkmiş şəxs müavini Cavanşirlə birgə onlardan təxminən 20 metr kənarda dayanmışlar. Təxminən 90-100 ədəd heyvan qoruq ərazisindən kəndin içərisinə gedən yolda qaldığına görə məhz bu səbəbdən qardaşı Feyzullah həmin qoyunların arxasınca getmişdir. Şamil isə icarəyə götürdükləri sahəyə buraxılan qoyunların yanında qalmışdır. Bundan sonra Zərərçəkmiş şəxs və müavini Şahid2la görüşmək məqsədilə onların yanına getmiş, Zərərçəkmiş şəxslə salamlaşmaq üçün ona əl uzatsa da, sonuncu ona yumruğu ilə salam verərək pandemiya ilə əlaqədar belə görüşdüyünü bildirsə də, Zərərçəkmiş şəxs müavini Şahid2la isə adi qaydada görüşmüşdür. Bundan sonra Zərərçəkmiş şəxs qoyun sürüsünü nəyə görə qoruq ərazisinə buraxmağını soruşduqda cavab olaraq ona əgər sürünü qoruğun ərazisində otarmışdırsa, barəsində protokol tərtib etməsini, cəriməsini ödəməyə hazır olduğunu bildirərək həmin vaxt sürünün qoruq ərazisində otarılmadığını bildirmişdir. Qardaşı Feyzullah və çoban Şamilin sürünü su içmək məqsədilə sahəyə apardığını bildirmişdir. Həmin sahəyə gedən yol qoruq ərazisindən keçir və qoruq ərazisi hesab edilir. Eyni zamanda qardaşı Feyzullahın və çoban Şamilin qoyun sürüsünü su ilə təmin etdikdən sonra icarəyə götürdükləri, yaşadıqları evdən 200 metr kənarda olan sahəyə gətirdiklərini bildirmişdir. Bu vaxt Zərərçəkmiş şəxs ona hədə qorxu gələrək lazımsız söhbətlər etməyə başlayaraq özünün keçmiş polis işçisi olduğunu, əlinin hər yerə uzandığını, onu narkotiklə tutduracağını söyləmişdir. Uzun illərdir ki, onların qoyun sürüsü eyni qaydada qoruq ərazisindən keçərək su tələbatının ödənilməsi məqsədilə kilsə adlanan yerə aparılmışdır. Qoruğun direktoru Zərərçəkmiş şəxs də bunu həmişə bilmişdir. Hətta sürünün həmin yerə suya aparılması qarşılığında hər il onda 5 baş heyvan və müxtəlif məbləğlərdə pul götürmüşdür. Sadəcə pandemiya ilə əlaqədar heyvan satışından gəlir əldə edə bilmədiyi üçün Zərərçəkmiş şəxs 300 manat pul verəcəyini söyləmiş, Zərərçəkmiş şəxs isə razılaşmamışdır. Buna görə də artıq 2020-ci ilin sentyabr ayının axırından Zərərçəkmiş şəxslə aralarında mübahisələr başlamışdır. Dəfələrlə ona sahə müfəttişi Şahid6 vasitəsi ilə xəbər göndərərək ondan 600 manat pul istəmiş, o, isə həmin pulu verə bilmədiyi üçün aralarındakı mübahisə gün getdikcə daha da böyümüşdür. Söhbət zamanı Zərərçəkmiş şəxs nə gəldi danışmamasını bildirmişdir. Çünki, Zərərçəkmiş şəxs açıq-aşkar onu narkotiklə şərləyəcəyi ilə hədə-qorxu gəlmişdir. Həmin ifadəni işlədən kimi Zərərçəkmiş şəxs onun boğazından tutub sifətinə 3 dəfə sillə vurmuş, bu zaman tutaşmışlar. O, özünü müdafiə etmək üçün Zərərçəkmiş şəxs sinəsindən əli ilə itələmiş, Zərərçəkmiş şəxs arxaya doğru gedib yenidən onu vurmaq məqsədilə nalayiq söyüşlər söyə-söyə üstünə tərəf gələn zaman ayağı yerdə olan daş parçalarından birinə ilişib kənardakı daş anbarının üstünə yıxıldığı üçün sifət nahiyəsindən xəsarət almışdır. Bu zaman Zərərçəkmiş şəxs üst-başı da batmışdır. Həmin vaxt artıq qardaşı Feyzullah əskik gələn qoyunları gətirib sahəyə salaraq onların yanına gəlmişdir. Çoban Şamili isə ətraf ərazidə görə bilməmişdir. Qardaşı Feyzullah baş verənlərin hamısını görmüşdür. Feyzullah və Şahid2 onları bir-birilərindən uzaqlaşdırmışdır. Həmin gün evdə yemək yeyən zaman iki stəkan çaxır içmişdir. Bundan sonra Şahid2 Zərərçəkmiş şəxs ayağa qaldırmışdır. O, isə qardaşı ilə bir qədər kənara çəkilmişdir. Zərərçəkmiş şəxs dərhal telefonunu götürərək Balakən rayon polis şöbəsinə zəng etmiş, lakin onun telefonda nə danışdığını eşitməmişdir. Telefonu yerə qoyandan sonra Zərərçəkmiş şəxs üzünü ona tutaraq narkotiklə həbs etdirəcəyini, Balakən rayon polis şöbəsində tanışlarının olduğunu, hər yerə əlinin uzandığını, onu həbsdə çürüdəcəyini söyləmişdir. Bu zaman ətrafa baxdıqda təxminən 30 metr kənarda yaşadıqları evin qabağında anası X5 dayanaraq onları izlədiyini görmüşdür. Ramazanın dediklərini qardaşı Feyzullah və anası Firuzə də eşitmişdir. Təxminən yarım saat sonra Balakən rayon polis şöbəsinin əməkdaşları hadisə yerinə gələrək onu və qardaşı Feyzullahı şöbəyə aparmışlar. Şöbədə izahatları alınmış, o, məhkəmə-tibb ekspertizasından keçirilmişdir. Bundan sonra o da ərizə ilə Balakən rayon polis şöbəsinə Zərərçəkmiş şəxs onu döyməsi barədə şikayət etmişdir. Zərərçəkmiş şəxslə aralarında olan mübahisədən sonra qoruğun işçiləri Ramuni, Saleh və Ömər yaşadıqları evin qabağına gəlmişlər. Salehlə Ömər bir qədər kənarda dayanmış, Ramuni onun atası ilə söhbət edən zaman ona 300 manat versə idi, bu problemlərin yaşanmayacağını bildirmişdir. X6 bu danışığını telefonla videoya çəkərək araşdırmaya təqdim etmişdir. Həmin videodan açıq aydın görünür ki, Ramazan onlardan dəfələrlə Ramuni vasitəsi ilə pul istəmişdir. 2020-ci ilin sentyabr ayında Ellisit adlanan dağdan Mazıx bələdiyyəsindən icarəyə götürdükləri torpaq sahəsinə gələrkən təqribən 400-500 baş qoyunu və 10-15 baş keçiləri olmuşdur. Həmin vaxt təqribən 100- 150 baş heyvanı satmaq üçün ayırmışlar. X7 Təbiət Qoruğunun ərazisinə salınmaması ilə əlaqədar onlara heç bir xəbərdarlıq edilməmişdir. Çünki heyvanları qoruğun ərazisinə salınıb suya aparılması üçün hər il Zərərçəkmiş şəxs pul, heyvan vermişlər. Qoruğun ərazisində heyvan otarmağa sahə yoxdur. Onlar həmin yerdən ancaq heyvanın suvarılması üçün istifadə edirlər. Zaqatala X13 mühafizə üzrə müavini Şahid2 tərəfindən tərtib edilmiş hesabatda heyvanların sayı şişirdilmişdir. Həmin vaxt onların o qədər heyvanı olmamışdır. Həmin gün onların təxminən 360 baş qoyunu, 5-6 baş keçiləri olmuşdur. Zərərçəkmiş şəxs yalan danışır. Nə o, nə də qardaşı Feyzullah onu vurmamışdır. İndiyə kimi də Ramazanla aralarında heç bir mübahisə, narazılıq olmamışdır. Şahid2 da yalan deyir. Zərərçəkmiş şəxs ayağının daşa ilişməsi nəticəsində yıxılaraq xəsarət almışdır. 3-4 il qabaq Zərərçəkmiş şəxs X14 Qoruğuna müdir təyin edilmişdir. Onun atası həmin qoruqda işləməsinə baxmayaraq heyvanları qoruq ərazisindən keçirməklə sulamağa apardıqlarına görə onlardan illik haqq istəməyə başlamışdır. Təxminən 2018-ci ilin noyabr ayının ortalarında şəxsən o, özü təsərrüfatlarına məxsus 05 baş qoyunu yataqdan götürüb Zərərçəkmiş şəxs yaşadığı, Zaqatala rayonu, Mazıx kəndində yerləşən evinə aparıb ona vermişdir. Belə ki, Zərərçəkmiş şəxs ondan 300 manat pul istəmiş, o da nağd pulu olmadığına görə verə bilməmişdir. Aralarında olan şifahi razılaşmaya görə o, Ramazana həmin vaxt 5 baş qoyun verməli olmuşdur. Təxminən 10 gün sonra onunla kənddə görüşərək verdiyi heyvanlardan birinin öldüyünü bildirmiş və ondan əlavə 01 baş heyvan da istəmiş, eləcə də heyvanı maşınla aparıb Mazıx kəndindəki çaylağın yaxınlığında yaşayan qohumuna verməsini xahiş etmişdir. O da Mazıxda çaylaq adlanan həmin yerə gəlib 01 baş qoyunu Zərərçəkmiş şəxs həmin qohumuna təhvil vermişdir. Zərərçəkmiş şəxs adını bilmədiyi qohumu həmin ərazidə həm yaşayır, həm də heyvandarlıqla məşğul olur. 2019-cu ilin may ayında heyvanları dağa qaldırmamışdan qabaq X14 Qoruğunda inspektor vəzifəsində işləyən Ramuni ona yaxınlaşaraq qoruğun müdirinin onlardan 500 manat pul istədiyini bildirmişdir. Eləcə də Zərərçəkmiş şəxs özü bu barədə işdə onun atasına bildirmişdir. O, həmin vaxt 500 manatı tam verə bilməmiş, Ramuni ilə onun arasında olan razılaşmaya görə o, 200 manat verməli, yerdə qalan 300 manatı isə dağdan heyvanları düşürdükdən sonra sentyabr ayında verməli idi. Ramuni bu barədə müdirinə demiş və müdiri də bununla razılaşmışdır. 2019-cu ilin sentyabr ayının ortalarında heyvanları dağdan düşürəndən sonra Ramuni yatağa gələrək yerdə qalan 300 manatı ondan tələb etməyə başlamışdır. Lakin o vermədiyi üçün aralarında ciddi narazılıq yaranmışdır. 2020-ci ilin səhv etmirsə 28 sentyabr tarixində heyvanları dağdan endirib Ciciğana kəndindəki yatağa gətirmişlər. Ramuni yenə də yatağa gələrək ondan pul tələb etməyə başlamış və əks halda müdirin heyvanları sulamağa aparmağa icazə verməyəcəyini bildirmişdir. O, Ramuniyə 300 manat verəcəyini bunun müqabilində heyvanları qoruğun ərazisində otarmağa icazə verməsini bildirmişdir. Cavab olaraq Ramuni ona hələ keçən ildən 300 manat borcunun olduğunu bildirib, bu il üçün də əlavə 300 manat olmaqla cəmi 600 manat pul istəmişdir. Lakin o, razılaşmayaraq bir qəpik belə verməyəcəyini bildirmişdir. Aralarında olan narazılıq bir az da böyümüş və həmin şəxs müdirinin onların qoruq ərazisindən keçməklə heyvanları sulamağa aparmağa heç vaxt imkan verməyəcəyini bildirmişdir. 13.10.2020-ci ildə Zərərçəkmiş şəxs əvvəlcə onlara yaxınlaşaraq bir qəpik vermədikləri halda nəyə görə qoruğun ərazisində heyvan otardıqlarına irad tutmuş və aralarında mübahisə yaranmışdır. Çünki, həmin vaxt ona heç bir qəpik də verməyəcəklərini bildirmişlər. Həmin mübahisə zamanı isə nə o, nə də qardaşı Feyzullah Ramazana zərbə endirməmiş və ya zor tətbiq etməmişlər. Əslində isə həmin gün heyvanlar qoruq ərazisində otarılmamış, sulanmaları məqsədilə kəndin yuxarısındakı qoruq ərazisində yerləşən su hövzəsinə aparılmış, qayıdarkən müdirin müavini Cavanşir tərəfindən aşkarlanmışdır. Mübahisə zamanı isə Zərərçəkmiş şəxs özü ona hücum etmiş, o da özünü qorumaq üçün Zərərçəkmiş şəxs itələmişdir. Ramazan isə yenidən onun üzərinə gələrkən ayağı ilişib yerə yıxılaraq xəsarət almışdır. Zərərçəkmiş şəxs üzü üstə öz boyu hündürlüyündən daşlıq sahəyə yıxılması nəticəsində xəsarət almışdır. Həmin yerdə daşlar müxtəlif forma və ölçülərdə olmaqla çay daşlarına oxşar, eləcə də kənarları nahamar daşları hazırda da həmin yerdə müşahidə etmək olar. O ittiham edildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə özünü təqsirli bilmir və barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, ailə təsərrüfatlarında hazırda təxminən 250 baş qoyun vardır. Heyvanların sayımını qardaşı Kamil aparır. Heyvanların da dəqiq sayını o bilir. Ailə təsərrüfatında olan qoyunları o, qardaşı Kamil və çoban Şamil növbə ilə otarırlar. Hər il may ayının ortalarında heyvanları “Ellisit” adlanan dağa qaldırırlar. Dağa qalxan vaxt təqribən 400-500 baş qoyun, 10-15 baş da keçi olur. Yay aylarında heyvanları həmin dağda otarıb sentyabr ayının ortalarında Ciciğana kəndində Mazıx bələdiyyəsindən icarəyə götürdükləri torpaq sahəsində saxlayırlar. Sentyabr ayının ortalarında dağdan düşən zaman quzuları satırlar. Bu zaman 400-500 baş qoyun, 10-15 baş keçi olur. Ciciğana kəndində təqribən 1 ay heyvanları saxladıqdan sonra, Balakən rayonu ərazisində otlaq sahələrini icarəyə götürüb heyvanları otarırlar. Qoyunların doğum vaxtı, yəni fevral-mart aylarında yenidən Ciciğana kəndində qayıdıb may ayının ortalarına kimi orada heyvanlara baxırlar. Heyvanların su tələbatını isə Zaqatala X13 ərazisinə düşüb-düşmədiyini dəqiq bilmədiyi qədim kilsənin yaxınlığında olan su arxı vasitəsilə ödəyirlər. Həmin su arxı ilə Mazıx bələdiyyəsindən icarəyə götürdükləri torpaq sahəsi arasındakı məsafə təxminən 400-500 metrdir. Həmin su arxına getməyə başqa yol da vardır. Lakin həmin yolun da qoruq ərazisinə düşüb düşmədiyini bilmir. Həmin arx icarəyə götürdükləri torpaq sahəsinin yanından keçsə də, kənd camaatının etirazına görə heyvanları kilsənin yanında suya aparmağa məcburdurlar. Heyvanları kilsənin yaxınlığında olan su arxına aparmaq üçün demək olar ki, hər il Zaqatala X13 direktoru Ramazana pul, heyvan vermişlər. O, özü təqribən 3 il qabaq Ramazanın həyətinə aparıb 7 baş qoyun vermişdir. Pul və heyvan verdikləri üçün Ramazan onlara heyvanları kilsənin yanında suya aparmağa icazə vermişdir. Heyvanları Ramazan özü istəsə də, pulu ancaq Ramuni istəmişdir. Bildiyi qədəri ilə atası Məhəmməd Ramuniyə bir neçə dəfə müxtəlif məbləğlərdə pul vermişdir. Buna görə də aralarında heç vaxt narazılıq olmamışdır. 13 oktyabr 2020-ci il tarixdə təxminən saat 16 radələrində çoban Şamil ona zəng edərək sürünü su ilə təmin etmək məqsədilə qoruq ərazisindən keçərək sahəyə aparan zaman Zaqatala X13 mühafizə üzrə direktor müavini Şahid2 qabağını kəsərək telefonu ilə şəkillər çəkdiyini söyləmişdir. O, həmin vaxt evdə olmuşdur. Dərhal bu barədə qardaşı Kamilə məlumat verib çoban Şamilin yanına getmiş və sürünü icarəyə götürdükləri sahəyə aparması bardə göstəriş vermişdir. Həmin vaxt Şahid2la görüşmüşdür. Şahid2 sürünün ona məxsus olub-olmadığını soruşduqda sürünün ailə təsərrüfatına aid olmasını bildirmişdir. Şahid2 həmin vaxt ondan sürünün nəyə görə qoruq ərazisinə salındığını soruşduqda ona çobanın sürünü su ilə təmin etmək məqsədilə qoruq ərazisindən keçərək sahəyə aparıldığını söyləmişdir. Həmin vaxt Şahid2 müdir Zərərçəkmiş şəxslə münasibəti bərpa etməyi, Ramazana hörmət edilməli olduğunu, bundan sonra sürünün su ilə təmin etmək məqsədilə qoruq ərazisinə salına biləcəyini demişdir. O da Cavanşirlə razılaşaraq birlikdə özlərinə məxsus örüş sahəsinə qayıtmışdır. O, sürünü çoban Şamillə birgə sayıb özlərinə məxsus sahəyə buraxan zaman 90 baş qoyun əksik gəlmişdir. Bu zaman qardaşı Kamil də oraya gəlib çıxmışdır. O, mövcud vəziyyəti Kamilə başa salmış, təxminən 10 dəqiqə sonra isə Zaqatala X13 direktoru Zərərçəkmiş şəxs də xidməti “Niva” markalı avtomobili ilə ora gəlmişdir. O, bundan sonra əksik gələn qoyunların arxasınca getmişdir. 30-40 metr oradan uzaqlaşdıqda sürünün meşədə qalan hissəsinin sahəyə tərəf geri qayıtdığını görüb, dərhal həmin hissəni qabağına qatıb sahəyə salmışdır. Həmin vaxt Zərərçəkmiş şəxslə qardaşı Kamil söhbət edirmişlər. Şahid2 da onların yanında dayanmışdır. Çoban Şamil isə sürünün böyük hissəsini götürərək oradan uzaqlaşmışdır. O, Ramazan, qardaşı Kamil və Şahid2 yanına gələrkən birdən Zərərçəkmiş şəxs avar dilində söyüş söyərək qardaşı Kamilin boğazından tutub sifətinə 3-4 dəfə sillə vurmasını görmüşdür. X12 Çuxullayev tutaşmış, qardaşı Kamil özünü müdafiə etmək üçün Ramazanın sinəsindən əli ilə itələmiş, Ramazan arxaya doğru gedib yenidən qardaşı Kamili vurmaq məqsədilə nalayiq söyüşlər söyə-söyə üstünə tərəf gələn zaman ayağı yerdə olan daş parçalarından birinə ilişib kənardakı daş anbarının üstünə yıxılaraq sifət nahiyəsindən xəsarət almışdır. Bu zaman Zərərçəkmiş şəxs üst-başı da batmışdır. O, tez özünü yetirib qardaşını kənara çəkmiş, Cavanşir isə Zərərçəkmiş şəxs ayağa qaldırmışdır. O, qardaşı Kamillə kənara çəkilmişdir. Zərərçəkmiş şəxs dərhal telefonunu götürərək Balakən rayon polis şöbəsinə zəng etmiş, onun telefonda nə danışdığını eşitməmişdir. Telefonu yerə qoyandan sonra Zərərçəkmiş şəxs üzünü qardaşına tutaraq onu narkaotiklə həbs elətdirəcəyini, Balakən rayon polis şöbəsində tanışlarının olduğunu, hər yerə əlinin uzandığını, onu həbsdə çürüdəcəyini söyləmişdir. Bu zaman ətrafa baxan zaman təxminən 30 metr kənarda yaşadıqları evin qabağında anası X5 dayanaraq onları izlədiyini görmüşdür. Anası Firuzə şoka düşdüyü üçün heç bir şey söyləməmişdir. Lakin baş verən mübahisəni görmüş və Ramazanın dediklərinin hamısını eşitmişdir. Bundan başqa orada kənar adam görməmişdir. Təxminən yarım saat sonra Balakən rayon polis şöbəsinin əməkdaşları hadisə yerinə gələrək onu və qardaşı Kamili şöbəyə aparmışlar. Şöbədə izahatları alınmış, qardaşı Kamil məhkəmə-tibb ekspertizasından keçirilmişdir. Bundan sonra qardaşı Kamil ərizə ilə Balakən rayon polis şöbəsinə Zərərçəkmiş şəxs onu döyməsi barədə şikayət etmişdir. Hadisədən bir gün sonra Ramuni ilə Şahid2 onların heyvanları saxladığı sahəyə gələrək akt yazmalı olduqlarını bildirdikdə onlara “sizə dünən dedik ki, akt yazın cəriməni ödəyək. İndi nəyə gəlmisiz?” deyərək akt yazacaqları halda onları telefona çəkəcəyini bildirdikdə onlar heç bir akt tərtib etmədən çıxıb getmişlər. Bir neçə gün sonra isə Ramuni, Saleh və Ömər onların qapısına gəlmişlər. Ramuni onun atası ilə söhbət edən zaman nəyə görə Ramazanın istədiklərini vermədiyini bildirmişdir. Bu zaman o, Ramuninin danışıqlarını öz telefonu ilə qeydə almışdır. 2020-ci ilin sentyabr ayında “Ellisit” adlanan dağdan Mazıx bələdiyyəsindən icarəyə götürdükləri torpaq sahəsinə gələrkən təqribən 400-500 baş qoyun və 10-15 baş keçiləri olmuşdur. Dağdan düşən kimi də heyvanları satmağa başlayırlar. Həmin ərəfədə də təqribən 200 baş heyvan satmışlar. X7 Təbiət Qoruğunun ərazisinə salınmaması ilə əlaqədar onlara heç bir xəbərdarlıq edilməmişdir. Çünki heyvanları qoruğun ərazisinə salınıb suya aparılması üçün hər il Zərərçəkmiş şəxs pul, heyvan vermişlər. Qoruğun ərazisində heyvan otarmağa sahə yoxdur. Onlar həmin yerdən ancaq heyvanın suvarılması üçün istifadə edirlər. Zaqatala X13 mühafizə üzrə müavini Şahid2 tərəfindən tərtib edilmiş hesabatda heyvanların sayı şişirdilmişdir. Həmin vaxt onların o sayda heyvanı olmamışdır. Həmin gün onların təxminən 200-250 baş qoyunları, 15 baş da keçiləri olmuşdur. Kamil heyvanların sayını səhv demişdir. Həmin vaxt onların 360 baş qoyunu olmamışdır. Zərərçəkmiş şəxs yalan danışır. Nə o, nə də qardaşı, Ramazanı vurmamışdır. İndiyə kimi də Ramazanla aralarında heç bir mübahisə, narazılıq olmamışdır. Şahid2 Ramazandan qorxduğu üçün yalan deyir. Nə o, nə də ki, qardaşı Kamil Ramazanı vurmamışdır. Ramazan ayağının daşa ilişməsi nəticəsində yıxılaraq xəsarət almışdır. İndiyə kimi Ramazanla aralarında heç vaxt mübahisə olmamışdır. Ramazan qardaşı Kamili vurmuşdur. O, ittiham olunduğu maddələr üzrə özünü təqsirli bilmir və barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, Zaqatala rayonu Ciciğana kəndi üç tərəfdən Zaqatala X13 ərazisi ilə əhatə olunmuşdur. Həmin kənddə yaşayan və qoruqda mühafizə yegeri işləyən Şahid9 şəxsi təsərrüfatında 500 başdan yuxarı xırda buynuzlu heyvan vardır. Həmin heyvanlar qışda icarəyə götürdükləri sahələrdə, yayda isə yay-otlaq səhələrində Şahid9 oğlanları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən otarılır. 2020-ci ilin sentyabr ayının sonlarında Şahid9 şəxsi təsərrüfatında olan 500 başdan yuxarı heyvan dağdan aşağı düşürüldükdən sonra Təqsirləndirilən şəxs2, qardaşı Təqsirləndirilən şəxs1 və çoban Şamil tərəfindən vaxtaşırı qanunsuz olaraq X14 Qoruğuna məxsus dövlət tərəfindən xüsusi mühafizə olunan ərazilərdə otarılmışdır. Bir neçə dəfə həm onun, həm Zaqatala X13 mühafizə üzrə direktor müavini Şahid2, həmin ərazinin sahə müfəttişi Şahid6 və ərazinin mühafizə yegeri Şahid3 tərəfindən Kamil və qardaşı Təqsirləndirilən şəxs1 heyvanları X13 xüsusi mühafizə olunan ərazilərinə salınmaması barədə xəbərdarlıq olunmasına baxmayaraq Kamil və Təqsirləndirilən şəxs1 öz qanunsuz əməllərindən əl çəkməyərək heyvanları həmin ərazilərdə otarmağa davam etmişlər. 13 oktyabr 2020-ci il tarixdə Zaqatala X13 mühafizə üzrə direktor müavini Şahid2la birgə xidməti ərazidə reyd keçirən zaman Katex sahəsinin 01 saylı dolayının 77-ci kvartalında qoyunların otarılması barədə məlumat almışlar. Həmin məlumat əsasında o, Ciciğana kəndinin günbatan tərəf meşəsinə piyada getmişdir. Şahid2 isə günçıxan tərəfə “Kilsəburun” adlanan əraziyə getmişdir. Təxminən 15-20 dəqiqə sonra Şahid2 ona zəng edərək Şamil adlı çobanın sürünü qoruq ərazisində otardığını bildirmişdir. O, dərhal Şahid2 sürünü qoruq ərazisindən çıxarması barədə tapşırıq vermişdir. Cavanşir və çoban Şamil sürünü meşədən Ciciğana kəndinə düşürmüşlər. O, isə geri qayıdaraq xidməti “Niva” markalı avtomobil ilə onların olduğu yerə getmişdir. Şahid2 qoyun sürüsünü qoruq ərazisində müəyyən edən zaman çoban Şamil dərhal Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məlumat vermiş, hər ikisi qoyun sürüsünün qabağına Ciciğana kəndinin meşə ilə sərhəd olan hissəsinə gəlmişlər. O, ora çatan zaman Kamil, Feyzullah və çoban Şamilin sürüdə olan qoyunları sayaraq icarəyə götürdükləri əraziyə buraxdıqlarını görmüşdür. O, avtomobili onların olduğu ərazidən 30 metr kənarda saxlayaraq Şahid2la bu barədə söhbət etmişdir. Kamil və Feyzullah qoyunları sayıb çobana təhvil verdikdən sonra çoban Şamil sürünü icarəyə götürdükləri öz ərazilərinə aparmışdır. Təqsirləndirilən şəxs1 öz bağlarının giriş darvazasının yanında qalmışdır. Təqsirləndirilən şəxs2 isə onlara doğru gəlməyə başlamışdır. Təqsirləndirilən şəxs2 yaxınlaşaraq nalayiq söyüşlərlə onu təhqir edərək “bizim ailədən nə istəyirsən, qoymursan sürümüzü otaraq. Gah müavini, gah sahə müfəttişini, gah da mühafizə yegerini göndərərək sürünü qoruq ərazisində otarmağa mane olursan” demişdir. Bu sözləri bitirən kimi Təqsirləndirilən şəxs2 yumruqla iki qaşının ortasından vurmuş, bu zaman o, özünü müdafiə etmək üçün Təqsirləndirilən şəxs2 boğazından yapışmış və tutaşmışlar. Bu zaman arxadan gələn qardaşı Feyzullah onun burun nahiyəsindən və sol çiyin nahiyəsindən yumruqla iki dəfə zərbə vurmuşdur. Təqsirləndirilən şəxs2 ucadan ədəbsiz söyüşlər söyərək bir neçə gün əvvəl yaşadığı Mazıx kəndinə tüfənglə gələrək onu öldürmək niyyəti ilə axtardığını, onu öldürücəyini söyləmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 hərəkətlərini davam etdirərək onu arxaya doğru itələdiyi üçün o, ağac budaqlarından olan çəpərə sıxılmışdır. Bu zaman qardaşı Feyzullah onun üzərinə tullanaraq təpiklə qarnının sol tərəfinə bir dəfə zərbə endirmişdir. Şəkər və təzyiq xəstəsi olduğu üçün vəziyyəti pisləşmiş, Şahid2 onların hərəkətlərinin qarşısını almağa çalışsa da, bacarmamışdır. Həmin vaxt ora Kamil və Feyzullahın anası və qonşu Şahid5 gəlmiş, Kamil və Feyzullahı sakitləşdirmişlər. Kamil və Feyzullahın hərəkətlərindən onların sərxoş olmaları hiss olunmuşdur. O, dərhal Balakən rayon polis şöbəsinə məlumat vermiş, hadisə yerinə gələn polis əməkdaşları Kamil və Feyzullahı şöbəyə aparmışlar. Feyzullah həmin vaxt ona əli ilə işarə edərək şikayət etməməsini, polisdən çıxan kimi onu öldürəcəyini bildirmişdir. Bunu Şahid2 da eşidib görmüşdür. Daha sonra o, özü də polis şöbəsinə gedərək izahat vermiş və tibbi ekspertizadan keçmişdir. Növbəti gün Zaqatala MRX-də rentgen müayinəsi olunduqda onda burun sümüyünün sınığı aşkarlanaraq müalicə təyin olunmuşdur. 14 oktyabr 2020-ci il tarixdə direktor müavini Şahid2 aidiyyəti şəxslərlə qanunsuz otarılmış sahəyə baxış keçirmiş, təbiətə dəymiş ziyan 2812 manat müəyyən edilərək tərəfindən müvafiq akt tərtib edilmiş və həmin sənədlər, 03 ədəd fotoşəkil Balakən rayon polis şöbəsində araşdırmaya təqdim edilmişdir. Xidməti vəzifələrini icra edən zaman ona qarşı zor tətbiq etməklə ölümlə hədələmiş Zaqatala rayonunun Mazıx kənd sakinləri Təqsirləndirilən şəxs2 və qardaşı Feyzullah Mahayevin qanunsuz hərəkətlərinə qiymət verilməsini, barələrində qanuna uyğun müvafiq tədbir görülməsini xahiş edir. Təqsirləndirilən şəxs2 dedikləri yalandır. O, Kamilə keçmiş polis işçisi olduğunu, əlinin hər yerə uzandığını, onu narkotiklə tutduracağını deməmişdir. Qohumluq əlaqələri olduğu üçün onun keçmiş polis əməkdaşı olduğunu bilir, ona görə də yalan danışır. O, heç nə tələb etməmiş, Kamilə sillə vurmamışdır. Həmin vaxt yanında olan Şahid2 da onun dediklərini təsdiq edə bilər. Mübahisə vaxtı o, özünü müdafiə etmək üçün Kamilin boğazından yapışmışdır. Təqsirləndirilən şəxs1 yalan deyir, o, əgər elə bir hal olsaydı ona şikayət edərdilər. Feyzullahın belə ifadə verməkdə əsas məqsədi məsuliyyətdən yayınmaqdır. Xəsarəti ilə bağlı ekspert rəyi də mövcuddur. O, heç kimdən heç nə tələb etməmişdir. Heç kimi şərləmək kimi fikri yoxdur. Dəfələrlə heyvanların qoruq ərazisinə salınmaması barədə onun və qoruğun əməkdaşları tərəfindən xəbərdarlıq edilmişdir. Lakin Mahayevlər heç kəsə əhəmiyyət verməyərək öz bildiklərini etmişlər. Sonuncu dəfə də heyvanları qoruğa saldıqda qoruğun direktor müavini tərəfindən heyvanlar sayılmışdır. Deyilənlər hamısı yalandır. O, heç vaxt heç kimdən nə pul nə də ki, heyvan tələb etməmişdir. Direktor təyin olunduğu gündən vəzifəsini layiqli şəkildə icra etməyə çalışmışdır. Qanun pozuntuları olduqda isə dərhal tədbir görmüşdür. Kamil onu vurduğu üçün məsuliyyətə cəlb olunacağını bilir və bu səbəblə öz əməlinə haqq qazandırmaq üçün uydurma ifadələr verir. O, Mazıxda öz ailə üzvləri ilə birlikdə yaşayır, onun heç bir heyvanı yoxdur. Mahayevlərin hamısı yalan danışır. Bu ifadələrin hamısı Kamil və Feyzullahı məsuliyyətdən yayındırmaq üçün müdafiə xarakterlidir. Əgər o, indiyə kimi Mahayevlərdən nəsə istəmiş olsaydı onlar elə həmin anda ondan şikayət edərdilər. Zaqatala X13 sərhədlərinə yaxın ərazilərində yaşayan sakinlər tərəfindən qoruğun ərazisindən istifadə edilməsi halları mövcud deyildir. Sakinlər tərəfindən qoruq ərazisinə daxil olmalar aşkarlandıqda dərhal qanuni tədbirlər görülür. Hazırda təqsirləndirilən şəxslərlə barışıq əldə etməmiş, barışmaq kimi fikri də yoxdur və onların qanuna müvafiq qaydada cəzalandırılmalarını məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, ailə təsərrüfatlarında 360 ədəd keçi və qoyunları vardır. Həmin heyvanları oğlanları Kamil və Feyzullah, çoban Şamil növbə ilə otarırlar. 13 oktyabr 2020-ci il tarixdə o, həyətə çıxan zaman Zaqatala X13 direktoru Zərərçəkmiş şəxs xidməti avtomobilinin yaşadığı evdən təxminən 200 metr kənarda dayandığını görmüşdür. O, bir az da yaxına getdikdə Zərərçəkmiş şəxs oğlu Kamilin boğazından tutaraq ona sillə vurmasını görmüşdür. Həmin vaxt Zərərçəkmiş şəxs avar dilində nalayiq söyüşlər söymüşdür. Eyni zamanda orada digər oğlu Feyzullah və qoruğun direktor müavini Şahid2 da olmuşdur. Çoban Şamil sürünü icarəyə götürdükləri sahəyə apardığı üçün baş verənləri görməmişdir. Adlarını çəkdiyi şəxslərdən başqa həmin vaxt orada başqa adam olmamışdır. Zərərçəkmiş şəxs oğluna sillə vurduqdan sonra oğlu Ramazanla tutaşmış və özünü müdafiə etmək üçün Ramazanın sinəsindən əli ilə itələdi və Ramazan arxaya doğru gedib yenidən onu vurmaq məqsədilə nalayiq söyüşlər söyə-söyə üstünə tərəf gələn zaman ayağı yerdə olan daş parçalarından birinə ilişib kənardakı daş anbarının üstünə yıxıldı və sifət nahiyəsindən xəsarət aldı. Bu zaman Zərərçəkmiş şəxs üst-başı da batmışdır. Oğlu Feyzullah tez özünü yetirib Kamili kənara çəkmiş, Cavanşir isə Zərərçəkmiş şəxs ayağa qaldırmışdır. O, dərhal Zərərçəkmiş şəxs yanına gedərək oğlu yaşda uşağı hansı səbəbə görə döydüyünü söylədikdə Zərərçəkmiş şəxs qadın olmağına məhəl qoymayaraq avar dilində onu nalayiq ifadələrlə təhqir etmişdir. Daha sonra hər iki oğlunu polis vasitəsi ilə həbs etdirəcəyini bildirmişdir. Daha sonra Zərərçəkmiş şəxs dərhal telefonunu götürərək Balakən rayon polis şöbəsinə zəng etsə də onun telefonda nə danışdığını tam olaraq eşitməmişdir. Telefonu yerə qoyandan sonra üzünü onun oğlanlarına tutaraq onları narkotiklə həbs elətdirəcəyini, Balakən rayon polis şöbəsində tanışlarının olduğunu, hər yerə əlinin uzandığını, oğlanlarını həbsdə çürüdəcəyini söyləmişdir. O da dayısı oğlu Ramazanın söylədiklərindən şoka düşdüyü üçün heç bir şey söyləməmişdir. Təxminən yarım saat sonra Balakən rayon polis şöbəsinin əməkdaşları hadisə yerinə gələrək Kamili və Feyzullahı şöbəyə aparmışlar. Şöbədə izahatları alınmış, oğlu Kamil məhkəmə-tibb ekspertizasından keçirilmişdir. Bundan sonra oğlu Kamil ərizə ilə Balakən rayon polis şöbəsinə Zərərçəkmiş şəxs onu döyməsi barədə şikayət etmişdir. Onu da bildirir ki, Ramazan da Cavanşir də yalan danışırlar. Şahid5 orada olmamışdır. Şahid5 yalnız oraya gəlib salamlaşaraq getmişdir. Oğlanları ilə Ramazan arasında olan mübahisənin şahidi olmamışdır. Onun oğlanları Ramazanı vurmamışlar. Sadəcə olaraq Kamil özünü müdafiə etmək üçün Ramazanı itələmiş, o, yenidən Kamili vurmaq üçün üstünə gəldikdə ayağı ilişərək yıxılıb xəsarət almışdır. Eyni zamanda nə Kamil, nə də ki Feyzullah onu öldürməklə hədələməmişlər. Zərərçəkmiş şəxs dayısı oğludur. X19 isə Zərərçəkmiş şəxs işçisidir. O, X14 Qoruğunda mühafizə yegeri işləyir. Hadisə vaxtı əri Məhəmməd məzuniyyətdə olduğu üçün Bakı şəhərinə müalicə almaq məqsədilə getmişdir. Əvvəllər Zərərçəkmiş şəxslə aralarında heç bir mübahisə olmamışdır. Neçə illərdir ki, öz təsərrüfatları ilə məşğul olurlar. Sadəcə Zərərçəkmiş şəxs hər il olduğu kimi bu il onlardan istədiyi pulu və heyvanı ala bilmədiyi üçün qeyri-qanuni yollarla övladlarını şərləmək istəmişdir. Sürünün qoruq ərazisindən keçirilərək suya aparılmaması ilə bağlı övladlarına heç kim tərəfindən xəbərdarlıq edilməmişdir. Bu yalandır. Növbəti gün isə Şahid2 sahə müfəttişi Şahid6la yaşadıqları evə gələrək sürünün qoruq ərazisində otarılması ilə bağlı cərimə yazacaqlarını söyləmişlər. Oğlu Kamil ondan nəyə görə dünən yox, bu gün cərimə yazılacağını soruşduqda, onlar Zərərçəkmiş şəxs tapşırığı ilə burada olduqlarını söyləmişlər. Oğlu Kamil də ona nə istəyirsə etməsini demişdir. Digər oğlu Feyzullah da həmin vaxt evdə olmuşdur. Daha sonra isə onlar çıxıb getmişlər. Zərərçəkmiş şəxs göstərdikləri şər və böhtandır. Oğlu Kamil və Feyzullah Balakən rayon polis şöbəsindən çıxıb evə birlikdə qayıtdıqdan sonra ona Zərərçəkmiş şəxs hər il olduğu kimi bu il də 600 manat pul və bir neçə baş heyvan istədiyini, əks təqdirdə sürünü su ilə təmin etmək məqsədilə qoruq ərazisindən keçərək sahəyə getməsinə icazə verməyəcəyini bildirmişlər. Pandemiya ilə bağlı olaraq heyvan sata bilmədikləri üçün maddi durumları aşağıdır. Bu barədə Zərərçəkmiş şəxs dəfələrlə desələr də, 300 manat pula güclərinin çatdığını söyləsələr də, Zərərçəkmiş şəxs onlarla razılaşmamış, başqa variantlara əl ataraq oğlanları Kamil və Feyzullahı şərləmək istəyir. Ola bilsin ki, Zərərçəkmiş şəxs qonşu Şahid5 pulla ələ alaraq oğlanları Kamil və Feyzullaha qarşı qoymaq istəyir. Zərərçəkmiş şəxs bu yolla oğlu Kamili və Feyzullanı guya onu döymələri ilə bağlı şərləmək istəyir. Əslində isə belə bir şey olmamışdır. Əksinə Zərərçəkmiş şəxs oğlu Kamili döymüşdür. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, 1989-cu ildən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində olan Zaqatala və Balakən rayonu inzibati ərazisində yerləşən müxtəlif təşkilatlarda müəyyən vəzifələrdə işləmişdir. Son 5 ildə isə, yəni 2015-ci ildən Zaqatala X13 mühafizə üzrə direktor müavini vəzifəsində çalışır. Hal-hazırda da həmin vəzifəni icra edir. Zaqatala rayonunun Ciciğana kəndi üç tərəfdən Zaqatala X13 ərazisi ilə əhatə olunmuşdur. Həmin kənddə yaşayan və qoruqda mühafizə yegeri işləyən Şahid9 şəxsi təsərrüfatında 500 başdan yuxarı xırda buynuzlu heyvan vardır. Həmin heyvanlar qışda icarəyə götürdükləri sahələrdə, yayda isə yay-otlaq səhələrində Şahid9 oğlanları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən otarılır. 2020-ci ilin sentyabr ayının sonlarında Şahid9 şəxsi təsərrüfatında olan 500 başdan yuxarı heyvan dağdan aşağı düşürüldükdən sonra Təqsirləndirilən şəxs2, qardaşı Təqsirləndirilən şəxs1 və çoban Şahid4 tərəfindən vaxtaşırı qanunsuz olaraq Zaqatala X13 ərazisində qoruğun xüsusi mühafizə rejimini pozaraq otarılmışdır. Bir neçə dəfə həm o, həm Zaqatala X13 direktoru Zərərçəkmiş şəxs, həmin ərazinin sahə müfəttişi Şahid6 və ərazinin mühafizə yegeri Şahid3 tərəfindən Kamil və qardaşı Feyzullaha heyvanları X13 ərazisinə salınmaması barədə xəbərdarlıq olunmasına baxmayaraq Kamil və Feyzullah öz qanunsuz əməllərindən əl çəkməyərək heyvanları həmin ərazilərdə otarmağa davam etmişlər. 13 oktyabr 2020-ci il tarixdə Zaqatala X13 direktoru Zərərçəkmiş şəxslə birgə xidməti ərazidə qəfləti reyd keçirən zaman Katex sahəsinin 01 saylı dolayının 77 və 90-cı kvartalında qoruq ərazisində qoyunların otarılması barədə məlumat almışlar. Həmin məlumat əsasında qoruğun direktoru Zərərçəkmiş şəxs Ciciğana kəndinin günbatan tərəf meşəsinə piyada getmiş, o isə günçıxan tərəfə “Kilsəburun” adlanan əraziyə getmişdir. O, həmin əraziyə çatan zaman çoban Şahid4 təxminən 500 başdan yuxarı heyvanı qoruq ərazisindən çıxardığının şahidi olmuşdur. Dərhal Zərərçəkmiş şəxs zəng edərək Şamil adlı çobanın sürünü qoruq ərazisindən qovaraq çıxardığını bildirdikdə Zərərçəkmiş şəxs sürünün qoruq ərazisindən çıxarılması ilə bağlı ona göstəriş verərək sürünün qoruq ərazisində olmasını təsdiq edən fotoşəkillər çəkməyini tapşırmışdır. Çünki sürünün qoruq ərazisinə daxil olması ilə bağlı akt tərtib olunmalı və həmin şəkillər akta əlavə olunmalıdır. Çoban Şahid4 sürünü meşədən Ciciğana kəndinə düşürən zaman həmin yerə Təqsirləndirilən şəxs1 gəlmişdir. O, da çoban Şamilə sürünü qoruq ərazisindən çıxarmaqda köməklik göstərmişdir. Hiss olunurdu ki, onların əraziyə gəlməklərindən xəbər tutaraq dərhal sürünü qoruq ərazisindən qovaraq çıxardırlar. O, həmin vaxt Təqsirləndirilən şəxs1 yaxınlaşaraq onunla görüşüb, dəfələrlə ona və qardaşı Təqsirləndirilən şəxs2 xəbərdarlıq olunmasına baxmayaraq nəyə görə sürünü qoruq ərazisinə salmasını soruşduqda Feyzullah həmin vaxt çoban Şamilin səhlənkarlığından sürünün qoruq ərazisinə daxil olduğunu söyləmişdir. Daha sonra isə bir söz deməmişdir. Feyzullah çoban Şamillə sürünü meşə ərazisindən yaşadıqları Ciciğana kəndindəki evlərinin yaxınlığında olan bələdiyyəyə məxsus əraziyə salan zaman Təqsirləndirilən şəxs2 da oraya gələrək sürünü sayıb sahəyə salmaqda qardaşı Feyzullaha və çoban Şamilə köməklik etmişdir. Bu zaman həmin yerə “Niva” markalı xidməti avtomobili ilə qoruğun direktoru Zərərçəkmiş şəxs də gəlmişdir. O, Zərərçəkmiş şəxslə birgə onlardan təxminən 30 metr kənarda dayanmışdır. Onlar qoyunu sayıb qurtarandan sonra Təqsirləndirilən şəxs2 onlara yaxınlaşaraq 150 baş qoyunun meşədə qalmasını söyləyərək çoban Şamili qoyunların arxasınca meşəyə göndərmişdir. Zərərçəkmiş şəxs həmin vaxt Kamildən nəyə görə sürünü qoruq ərazisinə salaraq otardığını soruşduqda Təqsirləndirilən şəxs2 cavabında əgər heyvanlar otarılmışdırsa, bununla bağlı protokol yazılmasını söyləmişdir. Təqsirləndirilən şəxs2 hərəkətlərindən onun içkili olması hiss olunmuşdur. Söhbət zamanı Zərərçəkmiş şəxs bir qədər də yaxınlaşmış, Təqsirləndirilən şəxs2 danışıqlarından aqressiv olması görünmüşdür. Söhbət zamanı Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs avar dilində ifadələr işlətmişdir. Lakin o, avar dilini bilmədiyi üçün Kamilin Zərərçəkmiş şəxs nə deməsini və aralarında hansı məzmunda danışıq getdiyini anlaya bilməmişdir. Söhbət zamanı Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs sifət nahiyyəsinə bir dəfə yumruq vurmuşdur. Bu zaman o, onları ayırmağa çalışmışdır. Təqsirləndirilən şəxs2 Azərbaycan dilində ona “Cavanşir müəllim sən bu işə qarışma, bu bizi bezdiribdir, bir neçə gün əvvəl tüfənglə Mazıx kəndinə gələrək öldürmək niyyəti ilə onu axtarmışam” söyləmişdir. Bundan sonra Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2 boğazından yapışmış və onlar tutaşmışlar. Onları heç cürə ayıra bilməmiş, bu zaman qəflətən Feyzullah Mahayev arxadan gələrək Zərərçəkmiş şəxs sifət və bədən nahiyyələrinə yumruqla zərbələr endirmişdir. O, dərhal “siz nə edirsiniz” deyərək Feyzullahı qolundan tutaraq kənara çəkmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 hərəkətlərini davam etdirərək Zərərçəkmiş şəxs ağac budaqlarından olan çəpərə doğru itələyib arxası üstə yıxmışdır. Bu zaman qardaşı Feyzullah onun əlindən çıxaraq Zərərçəkmiş şəxs üzərinə tullanıb təpiklə qarnının sol tərəfinə bir dəfə zərbə endirmişdir. Zərərçəkmiş şəxs şəkər və təzyiq xəstəsi olduğu üçün vəziyyəti pisləşmişdir. O, Kamil və Feyzullahın hərəkətlərinin qarşısını almağa çalışsa da, bacarmamışdır. Həmin vaxt ora Kamil və Feyzullahın anası və qonşu Şahid5 gəlmişdir. Onlar Kamil və Feyzullahı sakitləşdirmişlər. Zərərçəkmiş şəxs dərhal Balakən rayon polis şöbəsinə məlumat vermiş, hadisə yerinə gələn polis əməkdaşları Kamil və Feyzullahı şöbəyə aparmışlar. Bu zaman Zərərçəkmiş şəxs ona Feyzullah tərəfə baxmağını və onun barmağı ilə nəsə işarə göstərdiyini söyləmişdir. O, bu zaman Zərərçəkmiş şəxs Feyzullahın nə işarə etdiyini görmədiyini bildirmiş, nə olduğunu Ramazandan soruşmuşdur. Həmin vaxt Zərərçəkmiş şəxs Feyzullahın şikayət etməməsini, polisdən çıxan kimi onu öldürəcəyini dediyini bildirmişdir. Lakin o, bunu eşitməmişdir. Daha sonra Ramazan müəllim özü də polis şöbəsinə gedərək izahat verib, tibbi ekspertizadan keçirilmişdir. Növbəti gün Zərərçəkmiş şəxs ona Zaqatala MRX-də rentgen müayinəsi olunduğunu, onda burun sümüyünün sınığı aşkarlandığını və həkim tərəfindən ona müalicə təyin olunduğunu demişdir. 14 oktyabr 2020-ci il tarixdə o, qoruğun sahə müfəttişi Şahid6 və Katex sahəsinin 01 satlı dolayının mühafizə yegeri Şahid3lə birgə mühafizə rejiminin pozulması faktı ilə bağlı qanunsuz otarılmış qoruq sahəsində operativ yoxlama keçirmiş, həmin əraziyə tam və hərtərəfli baxış keçirilmiş, təbiətə dəymiş ziyan 2812 manat müəyyən edilərək müvafiq akt tərtib edilmiş və həmin sənədlər və 03 ədəd fotoşəkil Balakən rayon polis şöbəsində araşdırmaya təqdim edilmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq sürünü Zaqatala X13 ərazisinə salaraq otarmaqla xüsusi mühafizə rejimini pozduğuna və xidməti vəzifələrini icra edən zaman qoruğun direktoru Zərərçəkmiş şəxs qarşı zor tətbiq etməklə ölümlə hədələdiklərinə görə Zaqatala rayonunun Mazıx kənd sakinləri Təqsirləndirilən şəxs2 və qardaşı Təqsirləndirilən şəxs1 qanunsuz hərəkətlərinə qiymət verilməsini, barələrində qanuna uyğun müvafiq tədbir görülməsini xahiş edir. Heyvanların qoruq ərazisinə salınaraq otarılması nəticəsində ümumi olaraq 2812 manat ziyan vurulmuşdur. Həmin ziyan Nazirlər Kabinetinin 30.01.2019-cu il tarixli qərarına əsasən hesablanmışdır. Hadisə vaxtı özü orada olmuş və baş verənləri öz gözləri ilə əyani formada görmüş və olduğu kimi qeyd etmişdir. Təqsirləndirilən şəxs2 dedikləri həqiqətə uyğun deyil və tamamilə yalandır. Düzdür, tutaşma zamanı Kamil Ramazanı vurduğu üçün Zərərçəkmiş şəxs əli ilə Kamilin boğazından tutmuşdur. Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs ağac budaqlarından olan çəpərə doğru itələmiş və arxası üstə yıxmışdır. Zərərçəkmiş şəxs ayağı ilişib yıxılaraq xəsarət almamışdır. O, Kamil və Feyzullahın onu döyməsi nəticəsində sifət və bədən nahiyəsindən xəsarətlər almışdır. Mübahisənin əvvəlində Kamillə Ramazan avar dilində danışdığı üçün onlar arasında olan danışığın mənasını anlaya bilməmişdir. Çünki avar dilini bilmir. Zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı heç bir qanunsuz hərəkət edilməmiş, nalayiq ifadələr işlədilməmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, 2013-cü ildən Zaqatala X13 Katex sahəsinin 01 saylı dolayının mühafizə yegeri vəzifəsində işləyir. Hal-hazırda da həmin vəzifəni icra edir. Onun vəzifəsi Qoruq sahəsinin ona təhkim olunmuş hissəsinin mühafizəsini həyata keçirməkdən ibarətdir. Zaqatala rayonunun Ciciğana kəndi üç tərəfdən Zaqatala X13 ərazisi ilə əhatə olunmuşdur. Həmin kənddə yaşayan və qoruqda mühafizə yegeri işləyən Şahid9 şəxsi təsərrüfatında neçə baş heyvan olması barədə məlumatı yoxdur. Həmin heyvanlar qışda icarəyə götürdükləri sahələrdə, yayda isə yay-otlaq sahələrində Şahid9 oğlanları Kamil və Feyzullah tərəfindən otarılır. Bir neçə dəfə həm o, həm Zaqatala X13 direktoru Zərərçəkmiş şəxs, qoruğun mühafizə üzrə direktor müavini Şahid2 və ərazinin sahə müfəttişi Şahid6 tərəfindən Kamil və qardaşı Feyzullaha heyvanları X13 ərazisinə salınmaması barədə xəbərdarlıq olunmasına baxmayaraq Kamil və Feyzullah öz qanunsuz əməllərindən əl çəkməyərək heyvanları həmin ərazilərdə otarmağa davam etmişlər. 13 oktyabr 2020-ci il tarixdə qoruğun Katex sahəsinin sahə müfəttişi Şahid6 ona zəng edərək Şahid9 şəxsi təsərrüfatında olan sürünün qoruğun ərazisinə daxil olduğunu söyləmişdir. O, bir qədər uzaqda olduğu üçün təxminən 40 dəqiqəyə ora gəlib çatmışdır. Həmin əraziyə çatan zaman heç kimi orada görməmişdir. Yalnız çoban Şamil onu görərək özü ona yaxınlaşmışdır. O, Şamildən nə baş verdiyini soruşduqda sonucu ona Zərərçəkmiş şəxslə Şahid9 oğlanları Kamilin dalaşdığını, daha sonra aralaşıb ərazini tərk etdiyini bildirmişdir. Həmin vaxt ona ərazinin sahə müfəttişi Şahid6 zəng edən zaman bu barədə ona məlumat vermişdir. Növbəti gün, yəni 14 oktyabr 2020-ci il tarixdə qoruğun mühafizə üzrə direktor müavini Şahid2, onun və Katex sahəsinin sahə müfəttişi Şahid6 iştirakı ilə mühafizə rejiminin pozulması faktı ilə bağlı qanunsuz otarılmış qoruq sahəsində operativ yoxlama keçirilmiş, həmin əraziyə tam və hərtərəfli baxış keçirilmiş, təbiətə dəymiş ziyan 2812 manat müəyyən edilərək müvafiq akt tərtib edilmiş və həmin sənədlər və 03 ədəd fotoşəkil Balakən rayon polis şöbəsində araşdırmaya təqdim edilmişdir. Sonradan kənd camaatından Ramazanla Kamil dalaşan vaxt Feyzullahın da orada olmasını eşitmişdir. Şahid9 məxsus heyvanın sayının dəqiq nə qədər olması barədə heç bir məlumatı yoxdur. Ramuni ona Kamil, Feyzullah və Ramazan arasında olan dava dalaşdan heç nə deməmişdir. O, Kamillə Ramazanın dalaşmasını adının sonradan Şamil olduğunu bildiyi çobandan, Feyzullahın orada olmasını isə kənd camaatından eşitmişdir. Ramazan, Kamil və Feyzullah arasında dava dalaşın nəyə görə yaranmasını bilmir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, 2020-ci ilin oktyabr ayının ortasında qonşusu Təqsirləndirilən şəxs2 və anası Şahid1 ilə söhbət zamanı Təqsirləndirilən şəxs2 13 oktyabr 2020-ci il tarixdə Zaqatala X13 direktoru Zərərçəkmiş şəxs ilə sürünün su təchizatının təmin edilməsi məqsədilə qoruq ərazisindən keçirilməsinə görə aralarında mübahisə baş verdiyini söyləmişdir. Bundan başqa nə Təqsirləndirilən şəxs2, nə də ki anası Şahid1 ona bir söz söyləmədikləri üçün onlara artıq sual verməmişdir. Təqsirləndirilən şəxs2, anası Fizuzə Mahayeva və qardaşı Təqsirləndirilən şəxs1lə Zaqatala X13 direktoru Zərərçəkmiş şəxs arasında əvvəllər mübahisə baş veribverməməsi barədə heç bir məlumatı yoxdur. Bu barədə Təqsirləndirilən şəxs2 və onun ailə üzvləri ona bir söz deməmişlər. Zərərçəkmiş şəxs Fizuzə Mahayevanın dayısı oğludur. Şahid1 əri Şahid9 Zərərçəkmiş şəxs işçisidir. O, X14 Qoruğunda mühafizə yegeri işləyir. Həmin məsələ ilə bağlı heç bir məlumatı yoxdur. Zərərçəkmiş şəxslə Təqsirləndirilən şəxs2 və Feyzulla Mohoyev arasında olan mübahisəni görməmişdir. 13.10.2020-ci il tarixdə dəqiq saatını xatırlamır, yaşadığı evdən çıxaraq bağda olan arı yeşiklərinə nəzarət etməyə getmişdir. Onun bağı ilə Təqsirləndirilən şəxs2 heyvanları saxladığı ərazi ilə qonşuluqda yerləşir. Bağına tərəf gəldikdə Zərərçəkmiş şəxs, onun müavini Cavanşir, Kamil və onun anası Firuzənin birlikdə dayanıb söhbət etdiklərini görmüşdür. O da yaxınlaşıb salam vermişdir. Bu zaman onlar aralarında qoyunlarla bağlı söhbət etmişlər. Bu zaman Feyzullah da gəlmiş, Kamil Feyzullaha qoyunların yanına gedərək orada durmasını bildirmişdir. Buna görə də Feyzullah qoyunların yanına getmişdir. O da bağda gəzərək hər şeyin qaydasında olduğunu gördüyü üçün evinə qayıtmışdır. Bundan sonra onların aralarında nə söhbət olmasını bilməmişdir. 2-3 gün sonra söhbət edən zaman Firuzə Kamil və Feyzullah ilə Ramazan arasında söz söhbət düşdüyünü demişdir. Lakin onların arasında nə söz söhbət düşməsini maraqlanmamışdır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, 2011-ci ildən Zaqatala X13 Katex sahəsinin sahə müfəttişi vəzifəsində işləyir. Hal-hazırda da həmin vəzifəni icra edir. Zaqatala rayonunun Ciciğana kəndi üç tərəfdən Zaqatala X13 ərazisi ilə əhatə olunmuşdur. Həmin kənddə yaşayan və qoruqda mühafizə yegeri işləyən Şahid9 şəxsi təsərrüfatında 500 başdan yuxarı xırda buynuzlu heyvan vardır. Həmin heyvanlar qışda icarəyə götürdükləri sahələrdə, yayda isə yay-otlaq səhələrində Şahid9 oğlanları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən otarılır. 2020-ci ilin sentyabr ayının sonlarında Şahid9 şəxsi təsərrüfatında olan 500 başdan yuxarı heyvan dağdan aşağı düşürüldükdən sonra Təqsirləndirilən şəxs2, qardaşı Təqsirləndirilən şəxs1 və çoban Şahid4 tərəfindən vaxtaşırı qanunsuz olaraq Zaqatala X13 ərazisində qoruğun xüsusi mühafizə rejimini pozaraq otarılmışdır. Bir neçə dəfə həm o, həm Zaqatala X13 direktoru Zərərçəkmiş şəxs, qoruğun mühafizə üzrə direktor müavini Şahid2 və ərazinin mühafizə yegeri Şahid3 tərəfindən Kamil və qardaşı Təqsirləndirilən şəxs1 heyvanları X13 ərazisinə salınmaması barədə xəbərdarlıq olunmasına baxmayaraq Kamil və Feyzullah öz qanunsuz əməllərindən əl çəkməyərək heyvanları həmin ərazilərdə otarmağa davam etmişlər. 13 oktyabr 2020-ci il tarixdə Zaqatala X13 direktoru Zərərçəkmiş şəxs ona zəng edərək Şahid9 şəxsi təsərrüfatında olan sürünün qoruğun ərazisinə daxil olduğunu söyləmişdir. O, bir qədər uzaqda olduğu üçün mühafizə yegeri Şahid3 zəng edərək təcili olaraq Katex sahəsinin 01 saylı dolayına getməsini söyləmişdir. Təxminən 1 saatdan sonra Şahid3 zəng edərək nə baş verməsini soruşmuşdur. Saleh əraziyə gələn zaman heç kimi tapa bilmədiyini, çoban Şamillə rastlaşıb ondan nə baş verdiyini soruşduqda Şamilin ona Zərərçəkmiş şəxslə Şahid9 oğlanları Kamil və Feyzullahın dalaşdığını, daha sonra aralaşıb ərazini tərk etdiklərini söylədiyini bildirmişdir. Elə həmin gün axşam saatlarında xəbər almaq məqsədilə qoruğun mühafizə üzrə direktor müavini Şahid2 zəng etmiş, Şahid2 “tərbiyəsizlər Ramazan müəllimə əl-qol atdılar” ifadəsini işlətmişdir. Daha sonra isə “sonra danışarıq” deyərək telefonu yerə qoymuşdur. Növbəti gün, yəni 14 oktyabr 2020-ci il tarixdə qoruğun mühafizə üzrə direktor müavini Şahid2, onun və Katex sahəsinin 01 saylı dolayının mühafizə yegeri Şahid3 iştirakı ilə mühafizə rejiminin pozulması faktı ilə bağlı qanunsuz otarılmış qoruq sahəsində operativ yoxlama keçirilmiş, həmin əraziyə tam və hərtərəfli baxış keçirilmiş, təbiətə dəymiş ziyan 2812 manat müəyyən edilərək müvafiq akt tərtib edilərək həmin sənədlər və 03 ədəd fotoşəkil Balakən rayon polis şöbəsində araşdırmaya təqdim edilmişdir. Həmin gün Şahid2la söhbət edən zaman Cavanşir Təqsirləndirilən şəxs2 içkili vəziyyətdə Zərərçəkmiş şəxs vuraraq ona xəsarətlər yetirdiyini, nalayiq ifadələr işlətdiyini, dava zamanı qardaşı Feyzullahın Zərərçəkmiş şəxs əl və ayaqla zərbələr endirdiyini söyləmişdir. Zaqatala rayonu, Ciciğana kənd sakinləri Şahid9, sonuncunun oğlanları Kamil və Feyzullahla onun arasında əvvəllər heç bir narazılıq, ədavət və ya ziddiyyət olmamış, hazırda da yoxdur. Şahid9 onun tabeliyində X14 Qorğunda yeger vəzifəsində işləyir. Onun tərəfindən Şahid9 onun oğlanları Kamil və Feyzullahdan hər hansı məqsədlə pul istənilməmişdir. Birinci dəfə prokurorluqda olduğundan qorxudan, həyəcandan nə izahat verdiyini anlaya bilməmişdir. Sonradan ərizə ilə qoruğun direktoru Zərərçəkmiş şəxs müraciət edərək yenidən izahat yazıb rayon prokurorluğuna göndərməsini xahiş etmişdir. Ona qarşı heç kim, təzyiq, təsir etməmişdir. Mahayevlərin heyvanları dağdan təzə enən vaxt Zərərçəkmiş şəxs ona Şahid9 heyvanları qoruq ərazisinə daxil olarsa dərhal bu barədə protokol yazıb ona verməsini bildirmişdir. Dəqiq vaxtını xatırlamır, ərazini gəzən vaxt Şahid9 qoruq ərazisinə sərhəd yerləşən bağından bir neçə baş keçinin qoruğa keçərək otlamasını görüb bu barədə çoban Şahid4 şifahi qaydada xəbərdarlıq edərək bir də belə hal təkrarlanarsa dərhal protokol yazacağını bildirmişdir. Səhəri gün Məhəmmədin özü ona zəng edib, iş yoldaşı Ömərlə birlikdə Zaqatala şəhərində Çökək kəndində görüşmüşdür. Çayxanada oturub çay içərək söhbət edib Məhəmmədə çobanın heyvanları qoruğa buraxmasına görə cərimə yazmaq istədiyini demişdir. Bundan sonra Məhəmməd pulunun olmadığını, vəziyyətinin pis olduğunu, karantinlə bağlı heyvanların satılmadığını demişdir. O da bu zaman Məhəmmədə 300 manatı ödəməsini qalan məbləği isə hissə-hissə ödəməsini demişdir. Məhəmməd də sonradan razılaşmadığı üçün ona protokol yazmamışdır. Məhəmməd onun işçisi olduğu üçün söz söhbət yaranmasın deyə ona protokol yazmamışdır. Lakin birdə görərsə protokol yazacağı barədə xəbərdarlıq etmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi görüntülərə baxmışdır. Onun nəzarət etdiyi ərazi Katex Kombinat, Katex və Ciciğana kəndlərinin sərhəddidir. Qoruğun sərhəddində bələdiyyə torpaqlarıdır. Ayrıcı çəpər yoxdur. Kəndin bütün əhalisi sərhəddə heyvan otardığı üçün bəzən bir neçə baş heyvan qoruğun ərazisində keçdikdə o da həmin heyvan sahiblərinə şifahi xəbərdarlıq edir. O, Məhəmməddən heç vaxt heç nə tələb etməmişdir. Sonuncu dəfə onunla arasında olan söhbət zamanı onu kameraya çəkmişlər. Həmin videoda da o Məhəmməddən cərimə ödəməsini nəzərdə tutmuşdur. Məhəmmədin hər iki oğlu Zərərçəkmiş şəxs döydüyünə görə onun vasitəsi ilə Zərərçəkmiş şəxs təsir etmək istəyir. Kamil yalan danışır. O, Kamildən heç nə istəməmişdir. Kamilin əsas məqsədi cinayət məsuliyyətindən yayınmaqdır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid8 oğlu ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, 2013-cü ildən X14 Qoruğunda mühafizə yegeri vəzifəsində işləyir. Onun əsas vəzifəsi qoruq sahəsinə daxil olmaların qarşısını almaq, qanun pozutunsu aşkar etdikdə bu barədə sahə müfəttişinə məlumat verməkdən ibarətdir. Onun aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar tədbir görmək kimi səlahiyyəti yoxdur. Onun tabe olduğu sahə müfəttişi Şahid6dur. Onunla münasibəti yaxşıdır. Şahid9 və onun ailə üzvlərini tanıyır. Onlarla da ailəvi münasibəti vardır. Aralarında heç vaxt narazılıq, mübahisə olmamışdır. Şahid9 və onun oğlanları Kamil, Feyzullah birlikdə heyvandarlıqla məşğuldurlar. Təsərrüfatı birgə idarə edirlər. Ona təhkim olunmuş ərazi Balakən rayonu, Katex kəndi ərazisindədir. Kamil, Feyzullah və Zaqatala X13 direktoru Zərərçəkmiş şəxs arasında səhv etmirsə 2020-ci ilin oktyabr ayının 13-də mübahisə olmuşdur. Həmin vaxt orada olmadığı üçün onlar arasında mübahisənin nəyə görə olması barədə heç bir məlumatı yoxdur. Lakin eşitdiyinə görə X10 Çuxullayevi döymüşdürlər. Bu hadisədən sonra Şahid6 ona zəng edərək “Məhəmmədə zəng elə gedək bir söhbət edək, görək bu nə məsələdi, mübahisə necə olub” demişdir. Bundan sonra o, Məhəmmədə zəng edərək “gəlirik fermanın qabağına çıx biraz söhbət edək” demişdir. Beləliklə Ramuni, o və Şahid3 birlikdə Ciciğana kəndinə Şahid9 yaşadığı evin yanına gedərək orada görüşmüşlər. Söhbət zamanı Şahid6 Məhəmmədə “gör sən bu işi hara gətirib çatdırdın. Sənə dedim 300 manatı keçir, amma sən keçirmədin. 3000 cərimə yazdı sənə lazım idimi?” demişdir. X11 nə cavab verməsini xatırlamır. Məhəmmədlə söhbəti yekunlaşdırıb getmişlər. Bundan sonra Zərərçəkmiş şəxs şikayət etməsi məlum olmuşdur. Şahid6 tərəfindən Şahid9 və onun ailə üzvlərindən heyvanların qoruq sahəsinə buraxılması müqabilində pul və yaxud hər hansı bir qanunsuz tələb edilməsi barədə heç bir məlumatı yoxdur. Xeyli vaxt keçdiyi üçün Ramuninin Məhəmmədə konkret olaraq nə dediyini xatırlamır. Onların arasında əvvəllər hər hansı bir razılaşma olub-olmaması barədə heç bir məlumatı yoxdur. Lakin dəqiq vaxtını xatırlamır, Ramuni, o və Məhəmməd Ramuninin işlətdiyi çayxanada oturub söhbət edən zaman Ramuni Məhəmmədə heyvanların qoruğa girdiyinə görə ona cərimə yazılmasını, 300 manatı banka ödəməsini, qalan pulu da maaş aldıqca hissə-hissə banka ödəməsini demişdir. Məhəmməd Ramuni ilə razılaşaraq pulu həftənin 1-ci günü banka keçirəcəyini demişdir. Bir neçə gün sonra Ramuni ona zəng edərək Məhəmmədə zəng etməsini, bankın qabağında onu gözlədiyini demişdir. O, Məhəmmədə zəng edərək harada olmasını soruşub, Ramuninin onu bankın qabağında gözlədiyini dedikdə Məhəmməd satdığı balın pulunun çatmadığını bildirərək evdə olduğunu demişdir. Bu barədə Ramuniyə məlumat vermişdir. Qeyd etdiklərindən başqa onun heç bir məlumatı yoxdur. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid9 oğlu ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, təqribən 20 ilə yaxın olar ki, X14 Qoruğunda mühafizə yegeri işləyir. Onun əsas vəzifəsi qoruq ərazisinə daxil olmaların və qoruq ərazisində olan torpaq sahəsinin zəbt olunmasının qarşısını almaqdan ibarətdir. O, əgər qoruq ərazisinə daxil olma və torpaq sahəsinin zəbt olunması faktını aşkar etdikdə bu barədə sahə müfəttişi Şahid6 məlumat verir. Yeger kimi onun qanun pozuntuları ilə əlaqədar inzibati qaydada protokol tərtib etmək səlahiyyəti yoxdur. Ona təhkim olunmuş ərazi Qoruğun 04 saylı dolayı, yəni Balakən rayonu Katex kəndinin ətrafıdır. O, Zaqatala rayonu Ciciğana kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Ailə təsərrüfatlarında hazırda təxminən 10 baş keçi və 300 baş ana qoyun vardır. Yaz aylarında heyvanları “Ellisit” dağına aparırlar. Həmin ərəfədə heyvanların sayı təqribən 500-550 baş heyvan olur. Sentyabr ayının ortalarında heyvanları dağdan düşürüb, Mazıx kəndində bələdiyyədən icarəyə götürdükləri yerdə saxlayırlar. Həmin vaxtdan etibarən satışa yararlı erkək qoçları satırlar. Yaz aylarında isə toxumu dəyişərək fərqli cinslərdən olan erkək qoçlar alıb sürüyə qataraq yenidən dağa qalxırlar. Əvvəllər təsərrüfatla o, özü məşğul olmuşdur. Hazırda isə heyvanların otarılması, saxlanılması və digər zəruri işlərlə oğlanları Kamil və Feyzullah, çoban Şamil məşğul olurlar. Şamilin qoyun-quzudan kifayət qədər anlayışı olmadığı üçün ona Kamil və Feyzullah köməklik edirlər. Heyvanlar yaz-yay aylarında dağda olan otlaq sahələrində otarılır, payız-qış aylarında isə Mazıx və Katex kənd bələdiyyələrindən icarəyə götürdükləri torpaq sahələrində otarılmaqla yanaşı yem də verilir. Payız-qış aylarında heyvanların su tələbatının ödənilməsi zamanı isə müəyyən qədər problemlər yaranır. Belə ki, Mazıx kəndində icarəyə götürdükləri torpaq sahəsinə yaxın olan su arxlarından biri 1 km məsafədə yerləşir. Həmin əraziyə getmək üçün heyvanlar mütləq şəkildə kənd yolu ilə kəndin içərisindən keçməlidir. Sürüdə olan heyvanlara çaqqal, canavar hücum etməsin deyə daimi olaraq 6 ədəd el arasında “çoban iti” deyilən cinsdən it saxlayırlar. Sürü hara hərəkət etsə həmin itləri də sürü ilə birlikdə aparırlar. Bu səbəblərə görə Ciciğana kənd sakinləri onlara öz narazılıqlarını bildirərək sürünü kəndin içərisindən aparmamağı bildirmişlər. Həmin yer Katex kəndinin yaxınlığında yerləşən “Dəliçay”-dır. Həmin çaya getmək üçün heyvanlar yol ilə aparılan zaman bəzən olur ki, yoldan çıxaraq meşə sahəsinə keçirirlər. Bildiyi qədəri ilə həmin meşə sahəsi Zaqatala X13 ərazisinə düşmür. Lakin Qoruğun direktoru Zərərçəkmiş şəxs heyvanları “Dəliçay”-a rahat şəkildə aparıb gətirməkləri üçün ondan pul istəmişdir. Zərərçəkmiş şəxs direktor təyin olunduğu gündən ondan qanunsuz tələblər etmişdir. O, Ramazana dəfələrlə başqa çarələrinin olmadığını bildirsə də, Ramazan öz dediyindən əl çəkməmişdir. Buna görə də o məcbur qalaraq Ramazanın dediklərini etməli olmuşdur. Zərərçəkmiş şəxs hər dəfə ondan 300-600 manat arası pul tələb etmişdir. O, Ramazana pulunun olmadığını bildirdikdə isə sürüdən həmin pulun müqabilində heyvan tələb etdiyinə görə məcburən heyvan vermişdir. Dəqiq vaxtını xatırlamasa da deyə bilər ki, Zərərçəkmiş şəxs bəzən 300, 400 manat pul, bəzən isə 4-5 baş heyvan vermişdir. Ramazan hər dəfə nəsə tələb etdikdə müfəttiş Şahid6 göndərmişdir. Ramuni də onunla görüşərək Zərərçəkmiş şəxs tələblərini çatdırmışdır. O da tələbləri yerinə yetirib Ramuniyə vermişdir. 2019-cu ildə oğlu Kamil Ramazanın qohumunun qulluq etdiyi Mazıx kəndində yerləşən bağa aparıb 6 baş heyvan vermişdir. Sonradan o, Ramuni və Zərərçəkmiş şəxs həmin heyvanlara baxdıqda Zərərçəkmiş şəxs öz narazılığını bildirərək heyvanların hamısının kirpi boyda olmasını bildirmişdir. Belə olduqda Ramazana cavab olaraq dağdan düşürdüyü toğlulardan hamısının satışa yararlı olduğunu bildirmişdir. Sonuncu dəfə 2020-ci ilin sentyabr ayının ortalarında heyvanları dağdan düşürdükdən sonra Ramuni Ciciğana kəndinə onun yaşadığı evə gəlmişdir. Görüşdükdə Ramuni onu Zərərçəkmiş şəxs göndərdiyini və heyvanları suya aparmağa icazə verməsi üçün 300 manat pul tələb etdiyini bildirmişdir. Bu zaman razılaşaraq 300 manat verəcəyini bildirmişdir. Bu zaman Şahid6 ona 300 manatın keçən ildən qalan qalıq olduğunu, bundan əlavə də 300 manat cəmi olaraq 600 manat pul vermsini, heyvanları suya rahat aparıb gətirməsini demişdir. Ramuninin bu sözündən əsəbiləşərək ona heç nə verməyəcəyini bildirmişdir. 2020-ci il sentyabr ayının sonunda o, əmək məzuniyyətinə çıxmışdır. Oktyabr ayının 1-də isə Bakı şəhərinə həm dizində olan ağrılara görə müayinə olunmaq, həm də bal satmaq üçün getmişdir. Bakı şəhərində olan zaman səhv etmirsə oktyabr ayının 15-də arvadı Firuzə zəng edərək Zərərçəkmiş şəxs gəlib onları söydüyünü, buna görə də söz söhbət düşdüyünü bildirmişdir. Bir qədər sonra isə o, Bakı şəhərində işlərini yekunlaşdırıb Ciciğana kəndində qayıtmışdır. Dəqiq xatırlamır, səhv etmirsə 16-17 oktyabr 2020-ci il tarixdə Ramuni onun istifadəsində olan mobil telefona zəng edərək bağın arxa tərəfinə gəlməsini, onunla söhbətinin olduğunu demişdir. O da razılaşıb bağın arxa tərəfinə keçdikdə X14 Qoruğunda mühafizə yegeri işləyən Şahid3lə birlikdə Şahid6 onu gözləməsini görmüşdür. Həmin vaxt onların yanında başqa kiminsə olub-olmamasını xatırlamır. Ramuni ilə görüşən vaxt oğlanları Kamil və Feyzullah gəlmişlər. Ramuni ilə aralarında orada olan söhbət zamanı Ramuni ona “sən vaxtında pulu versəydin söhbət bu yerə gəlib çatmazdı. Bu dəqiqə hər şeyi pul həll edir, qohum da əqraba da puldur” demişdir. O isə bu zaman yenidən Şahid6 pulunun olmadığını bildirmişdir. Bir müddət sonra isə oğlu Kamil ona Ramuni ilə olan danışığın videosunun olduğunu demişdir. Bundan sonra həmin video araşdırmaya təqdim edilmişdir. Sonradan ona məlum olmuşdur ki, çoban Şamil heyvanları suya aparan zaman Ramazan və onun müavini Cavanşir heyvanların şəklini çəkmişlər. Arvadı Firuzənin ona deməsinə görə Zərərçəkmiş şəxs oğlu Kamili döymüşdür. Zaqatala X13 hər hansı bir işçisi tərəfindən ona, övladları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmçinin çoban Şahid4 heyvanların qoruq ərazisinə salınmaması ilə əlaqədar xəbərdarlıq edən olmamışdır. Çünki onlar heyvanları qoruq ərazisinə salmırlar. Ola bilər ki, Zərərçəkmiş şəxs Şamilə xəbərdarlıq etmiş olsun. Lakin bu barədə Şamilin özü ona heç nə demədiyi üçün məlumatı yoxdur. Ciciğana kəndində “Kilsəburun” adlanan ərazini tanıyır. Həmin yerdə albanlar vaxtından qalma kilsə vardır. Həmin kilsə Mazıx kəndində heyvanları payız qış aylarında saxlamaq üçün bələdiyyədən icarəyə götürdüyü torpaq sahəsinin yaxınlığında yerləşir. Lakin həmin ərazinin qoruq sahəsinə düşüb-düşməməsi barədə məlumatı yoxdur. Həmin kilsədən təqribən 150-200 metr aralıda arx vardır. Həmin arx bildiyi qədəri ilə qoruq ərazisinə düşmür. Şamilin dedikləri qismən doğrudur. Ramazan ondan nə tələb edibsə onu da vermişdir. Buna görə heyvanları Kilsəburun adlanan əraziyə suya aparmışlar. Lakin həmin ərazidə heyvanın otarılması üçün yer yoxdur. O, Ramazana pulu və heyvanları ancaq suya görə vermişdir. Ümumilikdə heyvanları iki yerə, yəni Dəliçay adlanan Katex kəndinin yaxınlığında yerləşən əraziyə və onun bələdiyyədən icarəyə götürdüyü torpaq sahəsindən təqribən 150-200 metr aralıda yerləşən Kilsəburun adlanan əraziyə aparırlar. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2020-ci ilin may ayından Mahayevlər ailəsinə məxsus təxminən 250 baş qoyun və keçidən ibarət sürüyə çobanlıq edir. Həmin sürünü o, Təqsirləndirilən şəxs2 və qardaşı Feyzullah ilə növbə ilə otarırlar. Bir qayda olaraq may ayının ortasında sürünü “Ellisit” adlı dağa aparırlar. Sentyabr ayının sonlarında isə sürünü qışlağa, Təqsirləndirilən şəxs2 bələdiyyədən icarəyə götürdüyü sahəyə gətirirlər. O dağdan Mahayevlərin heyvanlarını düşürdükdən sonra Şahid9 ona heyvanları meşənin içərisində olan kilsənin yanında suya apardıqlarını, onun da heyvanları suya ora aparmasını bildirmişdir. Sonradan o, həmin ərazisinin qoruq olduğunu bilmişdir. 13 oktyabr 2020-ci il tarixdə təxminən saat 14-15 radələrində sürünün su ehtiyacını qarşılamaq məqsədilə qoruğun ərazisinə daxil olmuşdur. “Kilsəburun” adlanan əraziyə çatdıqda yaxınlıqdan keçən çayın yanında adi duzun ətrafa səpələndiyini görmüşdür. Bu zaman heyvanlar duza tərəf getmişdir. O, tək olduğu üçün heyvanları bir yerə cəmləyə bilməmişdir. Elə bu vaxt qoruğun direktor müavini Şahid2 heyvanların şəklini çəkdiyini görmüşdür. O, bu zaman Şahid2 şəkilləri çəkməməsini, heyvanları bir yerə yığıb aşağı düşüb orada söhbət etməyi demişdir. Belə deməkdə məqsədi heyvanlar itmədən onların hamısını yığması olmuşdur. Şahid2 isə onunla bir kəlmə belə danışmayaraq cibindən çıxardığı telefonla heyvanların şəkillərini çəkməyə davam edərək heyvanları çıxarmasını, bir də qoruğa heyvan salmamalarını demişdir. Bundan sonra o, heyvanları yığıb aşağı, yəni Kamilgilin bələdiyyədən götürdükləri əraziyə düşürmüşdür. Bu zaman o, Feyzullaha zəng edərək ona heyvanların yanına gəlməsini, tək olduğunu, Cavanşirin heyvanların şəklini çəkdiyini demişdir. Feyzullah bu zaman ona qoyunları yığıb aşağı salmasını, qalanların onlara aid olduğunu bildirmişdir. Təxminən 15 dəqiqə sonra Feyzullah onlarına yanına gəlmişdir. O, Şahid2la görüşərək kənarda söhbət etmişdir. Daha sonra Feyzullah ona sürünü icarəyə götürdükləri sahəyə gətirməyi söyləmişdir. O, Feyzullah və Cavanşirlə birgə sürünü qabağına qataraq icarəyə götürülən sahəyə aparmışdır. İcarəyə götürülən örüş sahəsinə çatdıqdan sonra Cavanşir kənarda dayanmışdır. O, Feyzullahla birgə heyvanları sayıb sahəyə buraxan zaman Feyzullahın qardaşı Təqsirləndirilən şəxs2 də oraya gəlmişdir. Hər üçü birlikdə heyvanları sayıb sahəyə buraxmışlar. Bu zaman 90 baş heyvan əskik gəlmişdir. Feyzullah baş verənləri qardaşı Kamilə danışdıqdan sonra ona sürünün qalan hissəsinin arxasınca özünün gedəcəyini söyləmişdir. O, isə sahəyə salınan sürünü otarmaq məqsədilə qabağıma qataraq oradan uzaqlaşmışdır. Növbəti gün səhər saatlarında sürünü icarəyə götürülən sahədə otaran zaman Kamil ona yaxınlaşaraq Zərərçəkmiş şəxs əvvəlki gün onu nalayiq söyüşərlə söyərək döydüyünü söyləyərək probleminin olduğunu, bir-iki gün onu yola verməsini dedikdə Kamillə razılaşmışdır. Həmin hadisə baş verməmişdən qabaq Zərərçəkmiş şəxs özü ona heyvanları qoruğa salmamaqla bağlı xəbərdarlıq etmişdir. Lakin Şahid9 ona deməsinə görə heyvanları qoruq ərazisinə salıb otarmaq, sulamaq üçün Zərərçəkmiş şəxs onlarla işləməyə başlamazdan əvvəl 1000 manat pul və bir neçə qoyun vermişdir. Zərərçəkmiş şəxs də Şahid9lə razılaşaraq ona heyvanları dağda otarması üçün icazə vermişdir. Mahayevlərin yanında çoban işləməyə başladığım zaman Məhəmməd ona heyvanları kilsənin yanına su içməyə apardıqlarını, onun da heyvanları su üçün ora aparmasını demişdir. Buna görə də o, heyvanları qoruğun içərisində yerləşən “Kilsəburun” adlanan əraziyə aparmışdır. Həmin gün konkret olaraq ona heç bir göstəriş verilməmişdir. Bu hadisədən sonra ona 400 manat cərimə yazılmış və həmin cəriməni ödəmişdir. Şahid9 Zərərçəkmiş şəxs 1000 manat, qoyun-quzu verib razılaşdıqlarını bildirdiyi üçün heyvanları oraya aparmışdır. Daha sonra ifadəsində göstərmişdir ki, 13.10.2020-ci il tarixdə Mahayevlərə məxsus X7 Təbiət Qoruğunun ərazisində yerləşən kilsənin yaxınlığına su hövzəsinə aparmaq barədə konkret olaraq heç kim tərəfindən ona göstəriş verilməmişdir. O, Mahayevlərin heyvanlarına baxmağa başladığı gündən Məhəmməd ona Ramazanla danışıb 1000 manat pul və bir neçə heyvan verdiyini, heyvanları suya kilsənin yanına aparmasını dediyi üçün o da həmin gündən sonra ehtiyac olanda heyvanları suya həmin əraziyə aparmışdır. X7 Təbiət Qoruğunun ərazisində yerləşən kilsə yaxınlığında su hövzəsinə aparılması ilə əlaqədar Kamil və Feyzullah ona heç nə deməmişdirlər. İşləməyə başladığı gün Məhəmməd heyvanları ora aparmasını bildirmişdir. 13.10.2020-ci il tarixdə Zaqatala X13 ərazisində yerləşən kilsə yaxınlığında su hövzəsinə apardığı heyvanların sayını bilmir. Heyvanların sayını Kamil, Feyzullah bilirlər. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Şahid7 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, həkim narkoloq xəstəxanada olmadığından 26 ildir ki, həmin vəzifəsini icra edir. Narkoloq kimi müayinəyə gətirilmiş şəxslərin sərxoşluq dərəcələrini müəyyən edib bu barədə akt tərtib edir. 0.423 promil alkoqol miqdarı şəxsdə yüngül dərəcəli sərxoşluq vəziyyətini yaradır. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X21 tərəfindən verilmiş 302 nömrəli 14.11.2020-ci il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs burnun yuxarı üst səthində qançır- burun sümüklərinin yerini dəyişməyən qapalı sınığı, alın nahiyədə sıyrıq, hər iki göz altında qansızmalar, gövdənin sol aşağı hissəsində qançır, sol bazuda qançır, sağ baldırında sıyrıq xəsarətləri aşkar edilmişdir. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, 13.10.2020-ci ildə əmələ gələ bilərdilər. Dərəcəsinə görə burnun yuxarı üst səthində qançır- burun sümüklərinin yerini dəyişməyən qapalı sınığı onun sağlamlığının qısa müddətə pozulmasına səbəb olan YÜNGÜL zərərvurmaya aid xəsarətlərə aiddir. Alın nahiyədə sıyrıq, hər iki göz altında qansızmalar, gövdənin sol aşağı hissəsində qançır, sol bazuda qançır, sağ baldırında sıyrıq xəsarətləri birlikdə və ayrıayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəli təyin edilmir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X21 tərəfindən verilmiş 303 nömrəli 18.10.2020-ci il tarixli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 bədən səthində boyunun sol orta səthində aşkar edilmiş qançırlar bərk küt əşyanın təsirindən törənmişlər, 13.10.2020-ci il tarixdə əmələ gələ bilərdilər, birlikdə və ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X21 tərəfindən verilmiş 05-Ə nömrəli 09.12.2020-ci il tarixli ekspert rəyindən görünür ki, Çuxullayevin bədəni üzərində aşkar edilmiş xəsarətlərin yerləşmə nahiyələrinə və xarakterinə görə demək olar ki, həmin xəsarətlər başqa bir şəxsin bədəninin hissələrinin (əl, ayaq və s.) təsirindən əmələ gəlməsi daha uyğundur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 fevral 2021-ci il tarixli 9/641 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş Zaqatala X13 əməkdaşları tərəfindən tərtib edilmiş 14.10.2020ci il tarixli akt və ona əlavə edilmiş hesabata əsasən 14 oktyabr 2020-ci il tarixdə X14 Qoruğu Katex sahəsi dolayı 01, kvartal 77, 90 ərazisinidə aparılan operativ yoxlama zamanı aşkar edilmiş qanunsuz mal-qara, yəni 410 baş qoyun və 32 baş keçinin otarılmasına və bitki örtüynə vurulmuş ziyana görə təbiətə dəymiş ziyanın ümumi məbləği nəzəri qaydada 2812,00 manat müəyyən edilir. Hesablama Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 dekabr 1993-cü il tarixli 636 saylı və 30 sentyabr 2004-cü il traixli 145 saylı Qərarlarına əsasən aparılmışdır. İşdə olan 14.10.2020-ci il tarixli aktdan görünür ki, Zaqatala DTQ-nin Katex sahəsinin 01 saylı dolayın 77 və 90 saylı kvadratlarında qoruq ərazisinin mühafizə rejiminin pozulması faktı ilə bağlı alınmış məlumat əsasında operativ yoxlama keçirilmiş və yoxlama zamanı 03 ha sahədə bitən yeniyetmə və cücərtilərin xırda buynuzlu mal qara tərəfindən yeyilərək məhv edilməsi aşkar edilmişdir. Çoban Şahid4 qoyunları qoruq ərazisindən çıxararkən foto şəkilləri çəkilmiş, Feyzulla Mohoyev yaxınlşaraq xırda buynuzlu heyvnların qoruğun ərazisindən çıxarılmasına köməklik etmiş, daha sonra Feyzulla Mohoyevin qardaşı X9 yaxınlaşmış və onlar birlikdə qoyunları sayaraq çobandan təhvil almış və icarəyə götürdükləri torpaq sahəsinə salmışlar. Say zamanı 410 baş xırda buynuzlu qoyun, 32 baş keçinin qoruq ərazisində otarılması və bunun nəticəsində 3 ha torpaq sahəsində yeniyetmə və cücərtilərin tamami ilə yeyilərək məhv edilməi aşkar edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 03.09.2018-ci il tarixli 626/K nömrəli əmrindən görünür ki, Zərərçəkmiş şəxs 03.09.2018-ci il tarixdən Zaqatala X13 direktoru vəzifəsinə təyin edilmişdir. İşdə olan “Alcovisor” cihazı vasitəsi 13.10.2020-ci il tarixində keçirilmiş 01936 nömrəli müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 qanında alkoqolun konsentrasiyasının 0,423 promil miqdarında olması müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməlliyat və Statistik İnformasiya İdarəsi tərəfindən 25.02.2021-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməlliyat və Statistik İnformasiya İdarəsi tərəfindən 25.02.2021-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İşdə olan Zaqatala rayonu İcra Hakimiyyəti Başçısının Mazıx kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 11.11.2020-ci il tarixdə vcerilmiş 495 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan Zaqatala rayonu İcra Hakimiyyəti Başçısının Mazıx kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 11.11.2020-ci il tarixdə vcerilmiş 497 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Məhəmmədoviç yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan 05 mart 2021-ci il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İşdə olan 05 mart 2021-ci il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İşdə olan Zaqatala rayonu İcra Hakimiyyəti Başçısının Mazıx kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 11.11.2020-ci il tarixdə vcerilmiş 494 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 ailə üzvləri özündən, həyat yoldaşı X1, 19.12.2016-cı il tarixdə anadan olmuş qızı X4 və 25.10.2019-cu il tarixdə doğulmuş oğlu X2 ibarətdir. Beləliklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdikləri cinayət əməlləri zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, ekspertiza rəyləri, cinayət işinə əlavə olunmuş arayışlar və məhkəmə istintaqında tədqiq olunmuş digər dəlillərlə tam sübuta yetirildi. Belə ki, Təqsirləndirilən şəxs2 13.10.2020-ci il tarixdə saat 17 radələrində Zaqatala rayonu Ciciğana kəndində Zaqatala X13 yaxınlığında sərxoş vəziyyətdə Təqsirləndirilən şəxs2, qardaşı Təqsirləndirilən şəxs1lə birgə “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən xüsusi mühafizə olunan Zaqatala X13 ərazisindən heyvanların suya olan tələbatının ödənilməsi üçün yerüstü sulardan, həmçinin bitki aləmindən otlaq kimi istifadə edilməsi qadağan olunmasına baxmayaraq ailə təsərrüfatına məxsus xırda buynuzlu heyvanların qoruq ərazisində otarılması və suvarılmasına görə qoruğun əməkdaşları tərəfindən bir daha belə əməllərə yol verməmələri barədə əvvəllər xəbərdar edilsələr də buna məhəl qoymayaraq həmin gün belə əməllərə yol verdikləri üçün Qoruq ərazisindən heyvanların çıxarılması barədə X14 Qoruğunu mühafizə üzrə direktor müavini Şahid2 göstəriş verib qeyd edilən əraziyə gələn Zaqatala X13 direktoru kimi ayrı-ayrı şəxslər barəsində icrası məcburi olan tələblər irəli sürmək və qərarlar qəbul etmək üçün səlahiyyətlərə malik hakimiyyət nümayəndəsi olan Zərərçəkmiş şəxs yuxarıda göstərilən xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar hər ikisi döyərək burnunun yuxarı üst səthində qançır – burun sümüklərinin yerini dəyişməyən qapalı sınığı xarakterli, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olub sağlamlığa yüngül zərər vurmaya aid, eləcə də alın nahiyəsindən sıyrıq, hər iki göz altında qansızmalar, gövdənin sol aşağı hissəsində və sol bazuda qançır və sağ baldırında sıyrıq xarakterli, sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs qarşı zor tətbiq etməklə müqavimət göstərib onun sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Təqsirləndirilən şəxs1 13.10.2020-ci il tarixdə saat 17 radələrində Zaqatala rayonu Ciciğana kəndində Zaqatala X13 yaxınlığında Təqsirləndirilən şəxs1, qardaşı sərxoş vəziyyətdə Təqsirləndirilən şəxs2lə birgə “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən xüsusi mühafizə olunan Zaqatala X13 ərazisindən heyvanların suya olan tələbatının ödənilməsi üçün yerüstü sulardan, həmçinin bitki aləmindən otlaq kimi istifadə edilməsi qadağan olunmasına baxmayaraq ailə təsərrüfatına məxsus xırda buynuzlu heyvanların qoruq ərazisində otarılması və suvarılmasına görə qoruğun əməkdaşları tərəfindən bir daha belə əməllərə yol verməmələri barədə əvvəllər xəbərdar edilsələr də buna məhəl qoymayaraq həmin gün belə əməllərə yol verdikləri üçün Qoruq ərazisindən heyvanların çıxarılması barədə X14 Qoruğunu mühafizə üzrə direktor müavini Şahid2 göstəriş verib qeyd edilən əraziyə gələn Zaqatala X13 direktoru kimi ayrı-ayrı şəxslər barəsində icrası məcburi olan tələblər irəli sürmək və qərarlar qəbul etmək üçün səlahiyyətlərə malik hakimiyyət nümayəndəsi olan Zərərçəkmiş şəxs yuxarıda göstərilən xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar hər ikisi döyərək burnunun yuxarı üst səthində qançır – burun sümüklərinin yerini dəyişməyən qapalı sınığı xarakterli, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olub sağlamlığa yüngül zərər vurmaya aid, eləcə də alın nahiyəsindən sıyrıq, hər iki göz altında qansızmalar, gövdənin sol aşağı hissəsində və sol bazuda qançır və sağ baldırında sıyrıq xarakterli, sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs qarşı zor tətbiq etməklə müqavimət göstərib onun sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə məhkəmə iclası zamanı verdiyi ifadəsində göstərirlər ki, baş vermiş hadisədə təqsirsizdirlər, həmin ərazinin Təbiət Qoruğunun ərazi olduğunu bilməmişlər və Təqsirləndirilən şəxs2 yeganə təqsiri Zərərçəkmiş şəxs itələməsi və sonuncunun yıxılaraq xəsarət alması olmuşdur. Lakin, məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs2 ifadəsində göstərmişdir ki, həmin sahəyə gedən yol qoruq ərazisindən keçir və qoruq ərazisi hesab edilir. Uzun illərdir ki, onların qoyun sürüsü eyni qaydada qoruq ərazisindən keçərək su tələbatının ödənilməsi məqsədilə kilsə adlanan yerə aparılmışdır. O, özünü müdafiə etmək üçün Zərərçəkmiş şəxs sinəsindən əli ilə itələmiş, Zərərçəkmiş şəxs arxaya doğru gedib yenidən onu vurmaq məqsədilə nalayiq söyüşlər söyə-söyə üstünə tərəf gələn zaman ayağı yerdə olan daş parçalarından birinə ilişib kənardakı daş anbarının üstünə yıxıldığı üçün sifət nahiyəsindən xəsarət almışdır. Bu zaman Zərərçəkmiş şəxs üst-başı da batmışdır. X7 Təbiət Qoruğunun ərazisinə salınmaması ilə əlaqədar onlara heç bir xəbərdarlıq edilməmişdir. Onun atası həmin qoruqda işləməsinə baxmayaraq heyvanları qoruq ərazisindən keçirməklə sulamağa apardıqlarına görə zərərçəkmiş şəxs onlardan illik haqq istəməyə başlamışdır. Həmin gün heyvanlar qoruq ərazisində otarılmamış, sulanmaları məqsədilə kəndin yuxarısındakı qoruq ərazisində yerləşən su hövzəsinə aparılmış, qayıdarkən müdirin müavini Cavanşir tərəfindən aşkarlanmışdır. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs1 ifadəsində göstərmişdir ki, heyvanların su tələbatını isə Zaqatala X13 ərazisinə düşüb-düşmədiyini dəqiq bilmədiyi qədim kilsənin yaxınlığında olan su arxı vasitəsilə ödəyirlər. Heyvanları kilsənin yaxınlığında olan su arxına aparmaq üçün demək olar ki, hər il Zaqatala X13 direktoru Ramazana pul, heyvan vermişlər. O, özü təqribən 3 il qabaq Ramazanın həyətinə aparıb 7 baş qoyun vermişdir. Pul və heyvan verdikləri üçün Ramazan onlara heyvanları kilsənin yanında suya aparmağa icazə vermişdir. X12 Çuxullayev tutaşmış, qardaşı Kamil özünü müdafiə etmək üçün Ramazanın sinəsindən əli ilə itələmiş, Ramazan arxaya doğru gedib yenidən qardaşı Kamili vurmaq məqsədilə nalayiq söyüşlər söyə-söyə üstünə tərəf gələn zaman ayağı yerdə olan daş parçalarından birinə ilişib kənardakı daş anbarının üstünə yıxılaraq sifət nahiyəsindən xəsarət almışdır. Heyvanları qoruğun ərazisinə salınıb suya aparılması üçün hər il Zərərçəkmiş şəxs pul, heyvan vermişlər. Qoruğun ərazisində heyvan otarmağa sahə yoxdur. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs oğluna sillə vurduqdan sonra oğlu Ramazanla tutaşmış və özünü müdafiə etmək üçün Ramazanın sinəsindən əli ilə itələdi və Ramazan arxaya doğru gedib yenidən onu vurmaq məqsədilə nalayiq söyüşlər söyə-söyə üstünə tərəf gələn zaman ayağı yerdə olan daş parçalarından birinə ilişib kənardakı daş anbarının üstünə yıxılmış və sifət nahiyəsindən xəsarət almışdır. Onun oğlanları Ramazanı vurmamışlar. Sadəcə olaraq Kamil özünü müdafiə etmək üçün Ramazanı itələmiş, o, yenidən Kamili vurmaq üçün üstünə gəldikdə ayağı ilişərək yıxılıb xəsarət almışdır. Sadəcə Zərərçəkmiş şəxs hər il olduğu kimi bu il onlardan istədiyi pulu və heyvanı ala bilmədiyi üçün qeyri-qanuni yollarla övladlarını şərləmək istəmişdir. Sürünün qoruq ərazisindən keçirilərək suya aparılmaması ilə bağlı övladlarına heç kim tərəfindən xəbərdarlıq edilməmişdir. Bu yalandır. Oğlu Kamil və Feyzullah Balakən rayon polis şöbəsindən çıxıb evə birlikdə qayıtdıqdan sonra ona Zərərçəkmiş şəxs hər il olduğu kimi bu il də 600 manat pul və bir neçə baş heyvan istədiyini, əks təqdirdə sürünü su ilə təmin etmək məqsədilə qoruq ərazisindən keçərək sahəyə getməsinə icazə verməyəcəyini bildirmişlər. Pandemiya ilə bağlı olaraq heyvan sata bilmədikləri üçün maddi durumları aşağıdır. Bu barədə Zərərçəkmiş şəxs dəfələrlə desələr də, 300 manat pula güclərinin çatdığını söyləsələr də, Zərərçəkmiş şəxs onlarla razılaşmamış, başqa variantlara əl ataraq oğlanları Kamil və Feyzullahı şərləmək istəyir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, bir neçə dəfə həm o, həm Zaqatala X13 direktoru Zərərçəkmiş şəxs, həmin ərazinin sahə müfəttişi Şahid6 və ərazinin mühafizə yegeri Şahid3 tərəfindən Kamil və qardaşı Feyzullaha heyvanları X13 ərazisinə salınmaması barədə xəbərdarlıq olunmasına baxmayaraq Kamil və Feyzullah öz qanunsuz əməllərindən əl çəkməyərək heyvanları həmin ərazilərdə otarmağa davam etmişlər. Çoban Şahid4 təxminən 500 başdan yuxarı heyvanı qoruq ərazisindən çıxardığının şahidi olmuşdur. Çoban Şahid4 sürünü meşədən Ciciğana kəndinə düşürən zaman həmin yerə Təqsirləndirilən şəxs1 gəlmişdir. O, da çoban Şamilə sürünü qoruq ərazisindən çıxarmaqda köməklik göstərmişdir. Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs sifət nahiyyəsinə bir dəfə yumruq vurmuşdur. Bu zaman o, onları ayırmağa çalışmışdır. Təqsirləndirilən şəxs2 Azərbaycan dilində ona “Cavanşir müəllim sən bu işə qarışma, bu bizi bezdiribdir, bir neçə gün əvvəl tüfənglə Mazıx kəndinə gələrək öldürmək niyyəti ilə onu axtarmışam” söyləmişdir. Bundan sonra Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2 boğazından yapışmış və onlar tutaşmışlar. Onları heç cürə ayıra bilməmiş, bu zaman qəflətən Feyzullah Mahayev arxadan gələrək Zərərçəkmiş şəxs sifət və bədən nahiyyələrinə yumruqla zərbələr endirmişdir. O, dərhal “siz nə edirsiniz” deyərək Feyzullahı qolundan tutaraq kənara çəkmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 hərəkətlərini davam etdirərək Zərərçəkmiş şəxs ağac budaqlarından olan çəpərə doğru itələyib arxası üstə yıxmışdır. Bu zaman qardaşı Feyzullah onun əlindən çıxaraq Zərərçəkmiş şəxs üzərinə tullanıb təpiklə qarnının sol tərəfinə bir dəfə zərbə endirmişdir. Zərərçəkmiş şəxs ayağı ilişib yıxılaraq xəsarət almamışdır. O, Kamil və Feyzullahın onu döyməsi nəticəsində sifət və bədən nahiyəsindən xəsarətlər almışdır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, bir neçə dəfə həm o, həm Zaqatala X13 direktoru Zərərçəkmiş şəxs, qoruğun mühafizə üzrə direktor müavini Şahid2 və ərazinin sahə müfəttişi Şahid6 tərəfindən Kamil və qardaşı Feyzullaha heyvanları X13 ərazisinə salınmaması barədə xəbərdarlıq olunmasına baxmayaraq Kamil və Feyzullah öz qanunsuz əməllərindən əl çəkməyərək heyvanları həmin ərazilərdə otarmağa davam etmişlər. 13 oktyabr 2020-ci il tarixdə qoruğun Katex sahəsinin sahə müfəttişi Şahid6 ona zəng edərək Şahid9 şəxsi təsərrüfatında olan sürünün qoruğun ərazisinə daxil olduğunu söyləmişdir. O, Kamillə Ramazanın dalaşmasını adının sonradan Şamil olduğunu bildiyi çobandan, Feyzullahın orada olmasını isə kənd camaatından eşitmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2, qardaşı Təqsirləndirilən şəxs1 və çoban Şahid4 tərəfindən vaxtaşırı qanunsuz olaraq Zaqatala X13 ərazisində qoruğun xüsusi mühafizə rejimini pozaraq otarılmışdır. Bir neçə dəfə həm o, həm Zaqatala X13 direktoru Zərərçəkmiş şəxs, qoruğun mühafizə üzrə direktor müavini Şahid2 və ərazinin mühafizə yegeri Şahid3 tərəfindən Kamil və qardaşı Təqsirləndirilən şəxs1 heyvanları X13 ərazisinə salınmaması barədə xəbərdarlıq olunmasına baxmayaraq Kamil və Feyzullah öz qanunsuz əməllərindən əl çəkməyərək heyvanları həmin ərazilərdə otarmağa davam etmişlər. 13 oktyabr 2020-ci il tarixdə axşam saatlarında xəbər almaq məqsədilə qoruğun mühafizə üzrə direktor müavini Şahid2 zəng etmiş, Şahid2 “tərbiyəsizlər Ramazan müəllimə əl-qol atdılar” ifadəsini işlətmişdir. Daha sonra isə “sonra danışarıq” deyərək telefonu yerə qoymuşdur. Növbəti gün, yəni 14 oktyabr 2020-ci il tarixdə Şahid2la söhbət edən zaman Cavanşir Təqsirləndirilən şəxs2 içkili vəziyyətdə Zərərçəkmiş şəxs vuraraq ona xəsarətlər yetirdiyini, nalayiq ifadələr işlətdiyini, dava zamanı qardaşı Feyzullahın Zərərçəkmiş şəxs əl və ayaqla zərbələr endirdiyini söyləmişdir. Dəqiq vaxtını xatırlamır, ərazini gəzən vaxt Şahid9 qoruq ərazisinə sərhəd yerləşən bağından bir neçə baş keçinin qoruğa keçərək otlamasını görüb bu barədə çoban Şahid4 şifahi qaydada xəbərdarlıq edərək bir də belə hal təkrarlanarsa dərhal protokol yazacağını bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxslərin törətdikləri cinayət əməllərində təqsirli bilməmələrinə dair ifadələrinə də hüquqi qiymət verərək, onların özlərinin məhkəmə istintaqı zamanı, zərərçəkmiş şəxsin və şahidlərin ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı verdikləri ifadələrini, eyni zamanda onların özlərinin istintaq zamanı verdiyi ifadələrini və digər sübutları qiymətləndirərək hesab edir ki, təqsiləndirilən şəxslərin ifadələrində bu xüsusatlarla bağlı göstərdikləri iş materiallarında olan ekspertiza rəyləri, fotoşəkillər, məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübutlarla təkzib edilir və onlar, belə bir ifadə verməklə törətdiyi cinayət əməllərinə görə ala biləcəkləri cəzadan yayınmağa çalışırlar. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq bilavasitə məhkəmə iclasında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, təqsirləndirilən şəxslərin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onların xeyrinə şərh edərək, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri sübut kimi qəbul edərək, həmin sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 315-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişlər. Onların əməllərində cinayət tərkibi vardır. Onların törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq olaraq 128 və 315-ci maddələri ilə düzgün tövsif edilmişdir və onlar, həmin maddələr ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməlləri məhkəmə istintaqında cinayət işi üzrə toplanmış biri-digərini tamamlayan sübutlarla tam sübuta yetirilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.1.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşaqlarının olması cəzanı yüngülləşdirən hal qismində nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, həmçinin cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində 2 nəfər azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 hansı cəza növünün təyin olunması məsələsini müzakirə edərək, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini, eyni zamanda cinayət hadisəsinin bilavasitə onun hərəkətləri nəticəsində baş verməsini nəzərə alır. Bütün bunlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 128-ci və 315-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunmalı, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək onun barəsində həbs qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalından həbsə alınmalı, cəzasının əvvəli həbsə alınacağı tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməli, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi öz qüvvəsində saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, həmçinin cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs1 əməlində onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hal yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs1 hansı cəza növünün təyin olunması məsələsini müzakirə edərək, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini. Eyni zamanda bir ailədən iki qardaşın azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinin məqsədə müvafiq olmadığını nəzərə alaraq, onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci və 315-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin olunmasını məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi qüvvədə saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli, cəza çəkdiyi müddətdə günün müəyyən vaxtlarında yaşayış yerini tərk etməməli, cəza çəkdiyi müddətdə Zaqatala-Balakən rayonları ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs1 cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. İş üzrə məhkəmə xərclərinin, maddi sübutun, xüsusi müsadirə olunmalı əmlakın və mülki iddianın olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında həm də hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə hakim tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci və 315ci maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 128-ci maddəsi ilə 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, həmin Məcəllənin 315-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq təyin edilən cəzalar tamamilə toplanmaqla Təqsirləndirilən şəxs2 üzərində qəti cəza olaraq 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində 05 mart 2021-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək onun barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbsə alınsın. Cəzasının əvvəli həbsə alındığı tarixdən, yəni 07 sentyabr 2021-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi öz qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci və 315ci maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 128-ci maddəsi ilə 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, həmin Məcəllənin 315-ci maddəsi ilə 04 (dörd) il müddətə azadlığın məhdudlaşdırılması cəzasınа məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq təyin edilən cəzalar tamamilə toplanmaqla Təqsirləndirilən şəxs1 üzərində qəti cəza olaraq 04 (dörd) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş 4 (dörd) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəksin. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs1 üzərinə yaşadığı Zaqatala-Balakən rayonları ərazisini, eləcə də saat 23:00-dan saat 07:00-dək yaşayış yeri olan Zaqatala rayonu Ciciğana kəndində yerləşən evinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəzasının icrasına nəzarəti Zaqatala Rayon İcra və Probasiya Şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı Zaqatala Rayon İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablansın. İş üzrə məhkəmə xərclərinin, maddi sübutun, xüsusi müsadirə olunmalı əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. Hökm elan olunduğu andan (Təqsirləndirilən şəxs2 hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan (Təqsirləndirilən şəxs2 hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar