Məhkəmə qərarları › İş №1(033)-25/2023

Zaqatala Rayon Məhkəməsi Hökm — İş №1(033)-25/2023

06.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Zaqatala rayonu İş № 1(033)-25/2023 06.09.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Əliyeva Ayşə İsrafil qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi Zaqatala Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Zaqatala rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, rəsmi işsiz, ünvan 1 ünvanında yaşayan barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 06 sentyabr 2023-cü il tarixdə saat 16:30-da açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ondan ötrü Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir ki, o, etibardan sui istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tanışı X2 ona qarşı yaranmış inam və etibardan suiistifadə edərək həmin şəxsə məxsus əmlakı tamah niyyəti ilə, qanunsuz və əvəzsiz olaraq ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə həmin şəxsə özünün qızıl-zinət əşyalarının hazırlanması və satışı ilə məşğul olması, bu məqsədlə onun oxşarının hazırlanmasında istifadə edilməsi üçün belə əşyalara ehtiyacının olması barədə yalan məlumatlar, eləcə də geri qaytarmaq niyyəti olmadığı halda iki saat ərzində istifadə edib geri qaytaracağı, bunun müqabilində 150 manat pul verəcəyi barədə yalan vədlər verməklə aldadıb 2022-ci ilin noyabr ayında Zərərçəkmiş şəxs yaşadığı Zaqatala rayonu Sumaylı kəndində yerləşən fərdi yaşayış evinin qarşısında sonuncuya məxsus – 382,5 manat dəyərində 01 ədəd qızıl qolbaq, 297,5 manat dəyərində 01 cüt qızıl sırğa, 717 manat dəyərində 01 ədəd qızıl üzük və 1537 manat dəyərində 01 ədəd qızıl boyunbağını qəsdən ələ keçirib zərərçəkmiş şəxsə ümumilikdə 2934 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilməyib göstərmişdir ki, ona qrşı elan olunmuş ittihamın mahiyyəti və mənası ona tam aydındır, o, ailəlidir, himayəsində bir azyaşlı övladı var. Rəsmi olaraq heç bir yerdə işləmir. 2020-ci ildə 44 günlük Vətən Müharibəsinə könüllü olaraq getmiş və bütün döyüşlərdə iştirak edərək Şuşa uğrunda gedən döyüşlərdə minaya düşüb ağır yaralanmışdır. Torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən vətən müharibəsi döyüşlərində yüksək peşəkarlıqla düşmənə qarşı vuruşmuş və buna görə də cənab Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamları ilə “Cəsur döyüşçü”, “Şuşanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, medalları təltif olunmuşdur. Bundan başqa Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə ona “Vətən müharibəsi iştirakçısı” medalı verilmiş və müharibədə döyüşlərdə aldığı ağır travmalar nəticəsində psixoloji sarsıntılar keçirmişdir. Uzun müddətdir psixoloji və nevroloji müalicələr alır. 2021ci ildən etibarən Zaqatala RMX PHŞ-nin Poliklinika şöbəsinin Psixiatrik kabinetində “Üzvi mənşəli və davranış pozuntusu” diaqnozu ilə qeydiyyatdadır. X4 tanıyır. Belə ki, o, “İnstagram” sosial şəbəkəsindən “Təqsirləndirilən şəxs” adı ilə istifadə edir. 2022-ci ilin təxminən noyabr ayının ortalarında Rəbiyyət Qurbanova “İnstagram” sosial şəbəkəsində “Zərərçəkmiş şəxs6” adı ilə onun hesabında olan şəkillərini bəyənmiş və İnstagram hesabına özünün və onun uşaqlarının bir yerdə olan şəkillərini ona göndərmişdir. Rəbiyyət Qurbanova ona övladlarının eyni bağçaya getdiyini demişdir. Daha sonra Rəbiyyət onunla tanış olmaq istədiyini bildirmiş və onlar tanış olmuşdur. Onlar bir neçə gün İnstagram sosial şəbəkəsində yazışdıqdan sonra Rəbiyyət öz mobil telefon nömrəsini ona göndərmişdir. O, Rəbiyyətlə instagram sosial şəbəkəsində yazışan vaxt ailəli olduğunu, lakin əri ilə ər-arvad münasibətində yaşamadığını, münasibətlərinin soyuq olduğunu, həmçinin ondan xoşunun gəldiyini bildirmişdir. Bundan başqa Rəbiyyət özünə məxsus bir neçə şəkilləri, həmçinin bədəninin müxtəlif yerlərinin açıq şəkillərini ona göndərərərk, ondan xoşunun gəlib-gəlmədiyini soruşmuşdur. Təxminən 4-5 gün keçdikdən sonra Rəbiyyət ondan çox xoşunun gəldiyini, onu sevdiyini bildirərərk ona hədiyyə etmək istədiyini demişdir. O, Rəbiyyətin nə hədiyyə edəcəyini bilməmiş, lakin hədiyyəni qəbul etməyə razılaşmışdır. Rəbiyyət hədiyyəni ona vermək üçün yaşadığı Zaqatala rayonu Sumaylı kəndində yerləşən evinin yanına çağırmış və əvvəlcədən ona ərinin evdə olmadığını və narahat olmamağı bildirmişdir. O, idarə etdiyi avtomaşınla onun yaşadığı evin yanına getmiş və Rəbiyyət evinin yanına çatan vaxt onu görmüşdür. Lakin maşından düşüb onunla danışmamış, Rəbiyyət ona instaqramda yazaraq qırmızı rəngli torbanın içərisində olan hədiyyəni orada olan ağac kötüyünün içərisinə qoyduğunu bildirmişdir. Bundan başqa o, hədiyyəni qoyduğu yerin şəklini də çəkib ona göndərmişdir. Həmçinin Rəbiyyət öz evinin internetinin şifrəsini də ona əvvəlcədən vermişdir ki, o həmin yerə çatan vaxt interneti olsun. Rəbiyyət özü kənardan kimsə görməsin deyə hədiyyəni şəxsən ona verə biləməyəcəyini öncədən demişdir. O, gedib həmin kötüyü tapmış, ətrafda heç kimin olmadığını görüb, orada olan qırmızı torbada olan hədiyyəni götürmüş və maşına oturub çıxıb getmişdir. O, yaşadığı evə gedib öz otağına keçmiş və həmin torbada olan hədiyyəni çıxarıb baxdıqda orada 1 ədəd qızıl qadın üzüyü, 1 ədəd qızıl boyunbağı, 1 ədəd qızıl qolbağı və 1 cüt qızıl sırğa olan qızıl-zinət əşyalarının olduğunu görmüşdür. O,Rəbiyyətə instagram hesabında yazıb həmin əşyaların qadın üçün olduğunu və hansı səbəbə görə ona qızıl əşyalarını hədiyyə etdiyini soruşmuşdur. Rəbiyyət həmin əşyalara ehtiyacının olmadığını, həmin əşyaları ümumiyyətlə istifadə etmədiyini bildirmişdir. Rəbiyyət ondan çox xoşunun gəldiyi və həmçinin onu sevdiyi üçün hədiyyə etdiyini bildirmişdir. Təxminən 2-3 gün keçdikdən sonra o, Bakı şəhərinə getmiş və həmin qızıl-zinət əşyalarını da özü ilə aparmışdır. Bakıda pula ehtiyacı olduğu üçün o, 1 ədəd qızıl qolbağını və 1 cüt qızıl tananı Bakı şəhərində Memar Əcəmi metrostansiyasının yaxınlığında tanımadığı və dəqiq xatırlamadığı bir şəxsə 550 (beş yüz əlli) manata satmışdır. 1 ədəd qızıl üzük və 1 ədəd qızıl boyunbağı isə onda qalmışdır. Həmin pulu o, şəxsi ehtiyacları üçün xərcləmişdir. Təxminən 10 gün keçdikdən sonra Rəbiyyət ona yazaraq qızıl-zinət əşyalarının evdən yoxa çıxmasından əri Şaiqin xəbəri olduğunu və həmin qızılları ondan geri qaytarmağını istəmişdir. O, əvvəlcə Rəbiyyətə iradını bildirərək əgər geri istəyəcəkdisə niyə həmin əşyaları hədiyyə etdiyini soruşmuşdur. Sonra o, Rəbiyyətə qızıl tana və qolbağını satdığını, üzük və boyunbağını geri qaytara biləcəyini, satdığı qızılın isə pulunu verəcəyini bildirdikdə Rəbiyyət razı olmamışdır. Bundan sonra Rəbiyyətin bacısının əri X13 onun yanına gələrək həmin qızıl-zinət əşyalarının özünə məxsus olduğunu bildirərək hədəqorxu gəlib həmin əşyaları geri qaytarmağını tələb etmişdir. O isə Sadiqə ondan heç nə almadığını və heç nə qaytarmayacağını demişdir. Bir neçə gün sonra Rəbiyyətin əri Şaiq onun yanına gəlmiş və o da qızıl-zinət əşyalarını ondan tələb edərək mübahisə etmişdir. O isə bir ay müddətində həmin əşyaları tam şəkildə Rəbiyyətə geri qaytara biləcəyini demişdir. Bundan sonra Göyəm kəndinin icra nümayəndəsi Şahid3 onunla Zaqatala rayonunda yerləşən “Bəkməz” çay evində görüşmüş və Rəbiyyətə görə söhbət etmək istədiyini bildirmişdir. Cuma Rəbiyyətin əri Şaiqin əmisi oğlu olduğunu bildirərək onun tərəfində olduğunu, onda heç bir günah görmədiyini bildirmişdir. Həmçinin Cuma ona qızılları da qaytarmamasını, Rəbiyyətin könüllü şəkildə verdiyini dediyini bildirmişdir. Sonra Cuma ondan xahiş edərək Rəbiyyətin ona göndərdiyi şəkilləri və Rəbiyyətlə aralarında olan yazışmaları ona göstərməyi xahiş etmişdir. O, Cumaya şəkilləri və yazışmaları heç kimə göstərmədiyini demişdir. Cuma ona and içərək və öz payına nalayiq söyüş söyərək bu barədə heç kimə bir söz deməyəcəyini, sadəcə özü həqiqəti bilmək üçün şəkillərə və yazışmalara baxmaq istədiyini bildirmişdir. O, Cumaya inanaraq Rəbiyyətin ona göndərdiyi şəkilləri və yazışmaların şəklini Cumaya göndərmiş və Cumadan baxdıqdan sonra silməsini və heç kimə göstərməməsini xahiş etmişdir. Cuma da onunla razılaşmişdir. Bundan sonra o, özündə olan 1 ədəd qızıl üzüyü və 1 ədəd qızıl boyunbağını Rəbiyyətə qaytarmış və Rəbiyyət öz xətti ilə iltizam yazaraq qızılları qəbul etmişdir. O, satdığı qızılların əvəzində Rəbiyyətə pul verib ziyanı tam ödəmək istəsə də o razılaşmamışdır. O, hətta Rəbiyyətin ona hədiyyə kimi verdiyi 1 ədəd qızıl qolbaq və 1 cüt qızıl tananın oxşarını almışdır. O, Rəbiyyətə vurduğu ziyanı tam ödədiyini bildirsə də sonuncu onunla barışıq ərizəsi verməmişdir. O, barəsində ədalətli qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, 2016-cı ilin yanvar ayında Şahid5la ailə həyatı qurmuş və bu nigahdan iki övladı vardır. Son dövrlərə kimi əri ilə münasibəti normal olmuşdur. Təqribən 2 il əvvəl "İnstagram" sosial şəbəkəsində "Zərərçəkmiş şəxs6" adı ilə qeydiyyatdan keçərək istifadə etməyə başlamış, həmin hesabı kənar şəxslər görməməsi üçün bağlı etmişdir. 2022-ci ilin noyabr ayının ortalarında "anar.motu.eminov" adlı istifadəçidən hesabının izlənilməsi üçün istək göndərilmiş və həmin istifadəçini tanımadığı üçün izləmə istəyini rədd etmişdir. Lakin yenidən eyni istifadəçi tərəfindən istək göndərilmişdir. O, bu zaman həmin istifadəçinin hesabının açıq şəkildə olmasını görüb paylaşımlarına baxdıqda azyaşlı qız uşağı şəklini görmüşdür. Həmin uşağı 2 il əvvəl onun qızı ilə birlikdə Göyəm kənd bağçasında eyni qrupda təhsil aldığı uçun tanımış və həmin şəxsə "İnstagram" sosial şəbəkəsi vasitəsilə mesaj yazaraq uşağının onun olub-olmaması ilə maraqlanmışdır. Həmin şəxs onun sualına cavab olaraq şəkildəki uşağın öz qızı olduğunu bildirdikdən sonra hesabını izləmə istəyini qəbul eməyi xahiş etmişdir. O, həmin şəxsin xahişini nəzərə alaraq izləmə istəyini qəbul etmişdir. Bir neçə saat sonra həmin şəxs ona "instagram" sosial şəbəkəsində mesaj yazaraq adının Anar olduğunu, 44 günlük Vətən Müharibəsində iştirak etdiyini, müharibədə yaralandığını bildirərək qol və ayaq nahiyələrində olan yara izlərının şəkillərını göndərmişdir. Həmin şəkilləri gördükdən sonra o, Anara "Allah köməyin olsun" məzmunlu mesaj yazaraq danışığı bitirmişdir. Səhəri gün Anar ona mesaj yazaraq qızıl işləri ilə məşğul olduğunu və onun qızıl-zinət əşyalarının fotoşəkillərini ona göndərməyi xahiş etmiş, həmin şəkillər əsasında qızıl-zinət əşyalarının oxşarını hazırladacağını bildirmişdir. O, Anarın xahişini nəzərə alaraq özünə məxsus bir dəst - 1 ədəd üzük, 1 ədəd qolbaq, 1 ədəd boyunbağı və 1 cüt sırğa şəklini Anara göndərmişdir. Bundan sonra Anar oxşarının hazırlanması məqsədi ilə qızıl-zinət əşyalarını ona verməyı xahiş edərək 2 saat ərzində geri qaytarcağını və bunun müqabilində ona 150 AZN məbləğində pul verəcəyini bildirmişdir. O, Anarın sözünə inanıb özünə məxsus 1 ədəd üzük, 1 ədəd qolbaq, 1 ədəd boyunbağı və 1 cüt sırğanı Anara vermişdir. Danışıqlarına əsasən o, qızıl zinət əşyalarını Sumaylı kəndində yaşadığı evin qarşısında "Azəriqaz”-a məxsus qutuya qoymuş və Anar da qızılları oradan götürmüşdür. Qızılları Anara verdikdən bir neçə saat sonra Anara İnstagram sosial şəbəkəsində mesaj yazaraq qızılları gətirməsını tələb etdikdə o, əvvəlcə saat 19:00-da, daha sonra 20:00-da deyərək qızıllarını həmin gün qaytarmaqdan yayınmışdır. Səhəri gün yenidən Anara mesaj yazaraq qızılları qaytarmasını tələb etdikdə Anar ona mesaj yazaraq ondan xoşunun gəldiyini, onunla daha yaxından tanış olmaq istədiyini deyib Anara özünə aid şəkil göndərməyi xahiş etmişdir. Anarın onunla mülayim danışığına inanıb Anara öz şəklini göndərmişdir. Bundan sonra Anar onunla cinsi əlaqədə olmaq istədiyini bildirdikdə o, Anara evli olduğunu deyərək etirazını bildirmişdir. Bu cavabdan sonra Anar israrla onun sinəsinin şəklini ona göndərməyi istəmiş əks halda o, qızılları ona qaytarmayacağı ilə hədələmişdir, O, qızıllarının Anarda olmasını, sonradan geri qaytarmacayağını fikirləşib və qızılları başqa adama verməsindən ərinin xəbərinin olacağından qorxaraq ona sinənin şəkilini göndərib dərhal da həmin şəkli yazışmadan silmişdir. Bundan sonra o, Anardan qızıllarını qaytarmasını xahiş etdikdə o, ustanın anasının vəfat etdiyini, bir neçə günə qızılları qaytarcağını demişdir. Bir həftə Anar müxtəlif bəhanələrlə qızılları qaytarmaqdan yayınmış və sonradan Anar ona mesaj yazıb işi görmək üçün ustaya 100 manat pul verməli olduğunu deyərək ona həmin məbləğdə pul verməyini istəmişdir. O, Anara pulunun olmadığını demişdir. Bundan sonra Anar hədə qorxu gələrək səhərə kimi evinin qarşısında olan "Azəriqaz"-a məxsus qutuya 150-200 manat pul qoymağını, əks halda onun Anara göndərdiyi şəkillərlə onu rüsvay edəcəyini, ərinə və kənd camaatına onun haqqında nalayiq sözlər deyəcəyini bildirmişdir. O, Anara polisə şikayət edəcəyini, Anarın ailə üzvlərini tapdığını bildirdikdə Anar cavab olaraq onun çılpaq şəkillərının və videolarının onda olduğunu bildirərək hamıya yayacağını demişdir. Anar onun xahişlərinə heç bir məhəl qoymayaraq səhəri gün ona mesaj yazaraq evinin qarşısında olan "Azəriqaz"-a məxsus qutuya 300 manat pul qoymağını, əks halda butun şəkil və videolarını yayacağını və qızılları da qaytarmayacağını demişdir. Rəbiyyət artıq Anarın onu aldatmasını başa düşərək məsələnin həll olunması üçün bacısının əri Sadiqə baş verənləri danışmış və ona kömək etməsini xahiş etmişdir. Sadiq də onun xahişi ilə Anarı axtarıb Çokək kəndində yaşadığı evdə taparaq qızılları qaytarmasını bildirmişdır. Anar isə qızılları qaytarmaq əvəzinə Sadıqə də hədə qorxu gələrək bu məsələdən əri Şaiqin xəbəri olduğu halda onu rayonda rüsvay edəcəyini demişdir. O, hər şeyi gözə alaraq baş verənlər barədə ərinə məlumat vermişdir və əri Şaiq Anarla bu barədə danışmışdır. Lakin onların arasında olan danışıq barədə ətraflı məlumatı olmamışdır. Əri Anarın atası Nazimlə danışaraq qızılların qaytarılmasını xahiş etdikdə həmin şəxs Anarın qızılları əvvəlcə Bakı şəhəri, daha sonra Gəncə şəhərində lombarda qoyduğunu, 1300 manat pul verəcəyi halda qızılları qaytaracağını demişdir. O, Nazimə qızılları qaytaracağı halda pul verəcəyini bildirdikdə Nazim qızılların bir hissəsinin onlarda, digər hissəsinin isə Gəncə şəhərində olduğunu, bir-iki günə həmin hissələri də gətirəcəyini demişdir. O, Nazimə qızılları bütöv şəkildə gətirdikdə pulu verəcəyini söylədikdə Nazim pulu aldıqdan sonra qızılları əri Şaiqə verəcəyini demiş və o, Nazimlə razılaşmışdır. Anarın şantajı nəticəsində onun ailəsi tam dağılmışdır, uşqları atasız böyüyür, o, baş verən hadisədən sonra atasının yaşadığı Dardoqqaz kəndinə yaşayır. 2023-cü ilin yanvar ayının əvvəllərində Anarın qardaşı Hikmət hazırda yaşadığı Dardoqqaz kəndinə gələrək bir ədəd boyunbağı və bir ədəd üzərində 3 ədəd briliant qaş olan üzüyü ona vermiş, lakin bir cüt sırğanı və bir ədəd qolbağı geri qaytarmayaraq Anarın həmin qızılları itirdiyini bildirmişdir. Məhkəmə gedişində ona vurulmuş ziyan tam ödənilmişdir. Lakin o, Anarla barışmır və Anar onun ailəsini dağıtdığı üçün barəsində ən ağır cəza təyin olunmasını xahiş etmişdir. O, sonradan eşitmişdir ki, Anar bu yolla bir neçə ailə dağıdıbdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, 2015ci ilin yanvar ayında Zaqatala rayonu Dardoqqaz kənd sakini X8 ilə ailə həyatı qurmuş və həmin nigahdan iki övladı vardır. 7 il ərzində arvadı Rəbiyyat Qurbanova ilə aralarında heç vaxt mübahisə və ya ailə münaqişəsi baş verməmişdir. Təxminən 2022-ci ilin noyabr ayında arvadi Rəbiyyat istifadə etdiyi qızıl qolbağının qolunda olmaması diqqətini çəkmiş və ondan qolbağının harada olmasını soruşduqda, Rəbiyyət ona qızılı dayısı qızı Uneyzətə müvəqqəti istifadə üçün verdiyini söyləmişdir. O, qabaqcadan ona məlumat vermədən bu hərəkəti etdiyi üçün Rəbiyyətə öz iradını bildirmişdir. Həmin hadisədən 5 gün sonra axşam saat 03:00 radələrində Rəbiyyət qəflətən yuxudan oyanıb ona bütün qızıllarını onu şantaj edən tanımadığı bir nəfər şəxsə verdiyini söyləmiş və o, ilk öncə Rəbiyyətin ona dediklərinə inanmamışdır. Bu barədə ətraflı açıqlama verməsini tələb etmişdir. Rəbiyyət “İnstagram" sosial şəbəkəsində tanımadığı bir şəxsin ona dostluq təklifi göndərdiyini, həmin təklifi qəbul etdikdən sonra həmin şəxslə sosial şəbəkədə yazışdığını, daha sonra həmin şəxsə açıq-saçıq şəkillərini göndərdiyini, həmin şəkillər yaymaq və ailəsini dağıtmaq hədəsi ilə onu şantaj etdiyini, qızıllarının həmin şəxs də olduğunu, hazırda isə əlavə 300 manat tələb etdiyini, verməsə həmin şəxsin onun şəkilləri ərinə göndərəcəyi ilə hədələdiyini söyləmişdir. Həmçinin Rəbiyyət həmin şəxsin istəyi ilə özünə məxsus qızıl-zinət əşyalarını yaşadığı evin darvazası ilə üzbəüz yerləşən qaz reduktur yeşiyinin içərisinə qoyduğunu, həmin qızıl-zinət əşyalarını oradan götürdüyünü və bu zaman həmin şəxsi ilk dəfə gördüyünü bildirmişdir. Rəbiyyətin ona dediyinə görə həmin şəxslə heç vaxt görüşməmiş, ona pul verməmiş, yalnız "İnstagram" sosial şəbəkəsində yazışmışdır. Rəbiyyat mobil telefonundan "İnstagram" programını sildiyi üçün o, dərhal həmin programı yükləyib profilə daxil olmuş və sonra arvadını şantaj edən şəxsin profilinə daxil olub şəkillərə baxdıqda həmin şəxsin Çökək kənd sakini "Motu" ləqəbli Anar adlı şəxs olduğunu müəyyən etmiş və həmin şəxsi tanımışdır. O, Anarın əvvəllər də ayrı-ayrı qadınları şantaj etməklə əmlaklarını ələ keçirdiyini bilmişdir. O, həmin gün Anarın yaşadığı ünvana gedib Anar və qardaşı Hikmətlə görüşmüş, Anar ona "İnstagram" sosial şəbəkəsində ilk öncə arvadı Rəbiyyətin ona dostluq təklifi göndərdiyini, həmin təklifi qəbul etdikdən sonra bir müddət yazışdıqlarını, daha sonra isə Rəbiyyətin özünə məxsus intim şəkillərini ona göndərdiyini söyləmişdir. Bundan əlavə həmin şəxs Rəbiyyəti həmin şəkilləri başqa şəxslərə və ona göndərərək yaymaqla şantaj edib 300 manatını tələb etdiyini, qızılzinət əşyalarını isə surətini çıxarmaq adı ilə Rəbiyyətdən aldığını, qızılları isə Bakı şəhərində ona yaxın olan şəxsə verdiyini, lakin tezliklə qaytaracağını bildirmişdir. Anar ona Rəbiyyətin onun arvadı olduğunu bilmədiyini, Rəbiyyətin əxlaqsız qadın olduğunu zənn edib belə bir addım atdığını, götürdüyü qızıl-zinət əşyalarını Bakı şəhərində kiməsə verdiyini, qızıl-zinət əşyalarını 24 saat ərzində geri qaytaracağına söz vermişdir. Bundan sonra o, evə qayıdıb arvadı Rəbiyyətlə mübahisə etmiş, lakin onu döyməmiş və heç bir xəsarət yetirməmişdir. O, növbəti gün səhər saatlarında Rəbiyyəti evdən qovmuş və baş verənlər barədə qayınatası Şahid4 məlumat vermişdir. Arvadı Rəbiyyətin ona şər atılması ilə bağlı dediklərinə inanmadığı üçün ondan boşanmaq məqsədi ilə rəsmi qaydada məhkəməyə müraciət etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 2013cü ildə Zaqatala rayonu Dardoqqaz kənd sakini Məhəbbət İsmayılova ilə evlənmişdir, Rəbiyyət Qurbanova arvadının bacısıdır. xx.xx.2022-ci il tarixdə Rəbiyyət Qurbanovanın yaşadığı, Zaqatala rayonu Sumaylı kəndində yerləşən evdə sonuncunun ad günü məclisinin səhəri gün saat 09 radələrində Rəbiyyət ona zəng edərək aralarında münasibət olan Anar adlı şəxsin ona məxsus təxminən 5000 manat dəyərində olan 01 ədəd qızıl üzük, 01 ədəd qızıl boyunbağı, 01 ədəd qızıl qolbağı və 01 cüt qızıl sırğanı oxşarının hazırlanmasında istifadə edilməsi məqsədilə ondan aldığını, lakin geri qaytarmadığını bildirmişdir. Hazırda isə Anarın ondan (Rəbiyyətdən) 300 manat pul tələb etdiyini, verməyəcəyi halda göndərdiyi şəkilləri yayacağı ilə hədələdiyini bildirmişdir. Rəbiyyət hələlik baş verənlərlə bağlı ərinə deməməyi ondan xahiş edərək gedib həmin şəxslə görüşüb qızılları geri almasını istəmişdir. O, həmin gün Anarın yaşadığı, Zaqatala rayonu Çökək kəndində yerləşən evinin qarşısında həmin şəxslə görüşmüş, Anara öz iradlarını bildirərək evli qadınla münasibət qurmaqda günahlandırıb aldığı qızılları geri vermesini istəmişdir. Anar ona əslində Rəbiyyətin onunla münasibət qurmaq istədiyini, hətta bu məqsədlə özünün çılpaq şəkillərini ona göndərdiyini demişdir. O, inanmağı üçün Anar həmin şəkilləri votsap proqramı vasitəsilə ona da göndərmişdir. O şəkillərə baxıb evli qadının yol verdiyi həmin hərəkətlərə görə çox təəssüflənmişdir. Həmin vaxt Anar qızılları Zaqatala rayonundan olan bir şəxsə girov kimi qoyaraq faizlə pul götürdüyünü, həmin adamın hazırda uşağının müalicəsi ilə bağlı Bakı şəhərində olduğunu, Bakı şəhərindən qayıdan kimi qızılları alıb ona verəcəyini bildirmişdir. O, daha sonra bu işi araşdırdıqda müəyyən etmişdir ki, Rəbiyyət Anar tərəfindən aldılmış və Anarın əxlaqsızlığının qurbanı olmuşdur. Anar bütün bu işləri Rəbiyyətdən pul tələb etmək məqsədi ilə elədiyini bilmişdir. Rəbiyyətin pulu olmadığı və ondan pul çəkə bilməyəcəyinə əmin olandan sonra hadisəni Rəbiyyətin ərinə danışmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, yuxarıda göstərilən ünvanda ailəsi ilə birlikdə yaşayır. X19 2016-cı ildə Şahid5 ilə ailə həyatı qurmuş və bu evlilikdən 2 öladları vardır. Rəbiyyətlə Şaiqin ailə kimi münasibətləri yaxşı olmuş və onlar ailə qurduqdan sonra Zaqatala rayonu, Sumaylı kəndində yaşamışdırlar. 2022-ci ilin dekabr ayında qızı Rəbiyyət onun yaşadığı Dardoqqaz kəndindəki evinə gələrək Rəbiyyətə məxsus mobil telefona sms gəldiyini və onu şantaj edərək qızına məxsus qızılları əlindən aldığını bildirmişdir. Rəbiyyət ona həmin şəxsin Zaqatala rayonu, Çökək kənd sakini onun tanıdığı Nazim adlı şəxsin oğlu Anar olduğunu bildirmişdir. O dərhal Nazimin qapısına getmiş və ona baş vermiş hadisə barədə danışmışdır. Nazim oğlu Anara zəng edib onu evə çağırmış və ondan qızılları qaytarmasını istəmişdir. Anar qızılları Rasim adlı şəxsə verərək əvəzinə faizə pul götürdüyünü və Rasimin hazırda uşağının xəstəliyi ilə əlaqədar Bakı şəhərində olduğunu, bir həftəyə qayıdıb gələcəyini demişdir. Anar Rasim gələn kimi qızılları geri qaytaracağını bildirmişdir. O bir həftə gözləmiş, lakin qızıllar geri qaytarılmamışdır. Anarın hərəkətləri nəticəsində qızının ailəsi dağılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, yuxarıda göstərilən ünvanda ailəsi ilə birlikdə yaşayır. 2022-ci ilin dekabr ayının axırları Dardoqqaz kənd sakini Əhməd və Sadiq adlı şəxs onun evinə gələrək oğlu X7 məxsus qızılları götürməsi barədə bildirmişlər. O, Anara zəng vurub bu barədə maraqlanıb evə gəlməsini istəmiş və təxminən 5-10 dəqiqə sonra Anar evə gəlmişdir. O, Anardan bu barədə maraqlandıqda Anar Rəbiyyətdən qızılları zorla almadığını, Rəbiyyətin özü könüllü olaraq qızılları Anara verdiyini bildirmişdir. Əlavə olaraq Anar Rəbiyyətlə instaqram vasitəsi ilə tanış olduğunu, Rəbiyyətin instaqram sosial şəbəkəsində Anara yazaraq ondan xoşu gəldiyini, münasibət qurmaq istədiyini bildirdiyini ona demişdir. O Anardan qızılları nə etdiyini soruşduqda Anar Rəbiyyətin ona bir ədəd boyunbağı, bir ədəd üzük, bir ədəd qolbağı və bir cüt sırğa verdiyini, həmin qızıllardan bir ədəd qolbağı və bir cüt sırğanı Rəbiyyətin qızılları ona verdiyi gündən təxminən 2-3 gün sonra Bakı şəhərində Memar Əməmi metrostansiyası yaxınlığında tanımadığı şəxsə satdığını bildirmişdir. Qalan bir ədəd boyunbağı və bir ədəd üzüyün isə onda olduğunu bildirərək qaytarmaq üçün ona vermişdir. Təxminən 3-4 gün sonra o, Anara Şaiqlə danışıb bu məsələni həll etmək üçün görüşməyi təklif etməyi bildirmişdir. Anar Şaiqin mobil nömrəsini bilmədiyi üçün Şaiqin əmisi oğlu Cuma ilə əlaqə saxlayıb görüş təyin etmiş və həmin gün o, Anar, Şaiq və Cuma Göyəm kəndində yerləşən “Nar” adlı kafedə bağlı kabinetdə görüşmüşlər. Söhbət zamanı o, Şaiqə qızıllardan bir ədəd boyunbağı və bir ədəd üzüyün onlarda olduğunu, qalan bir ədəd qolbağı və bir cüt sırğanı Anarın satdığını bildirmişdir. O, Şaiqə onlara təxminən 10- 15 gün vaxt verməsini istəyərək qalan bir ədəd qolbağı və bir cüt sırğanı da düzəltdirib hamısını birlikdə verəcəyini bildirmişdir. Şaiqdə onunla razılaşmışdır. 2023-cü iln yanvar ayının əvvəllərində onlar qızılları düzəltdirib Rəbiyyətə verdikdə sonuncu özünə məxsus bir ədəd boyunbağı və bir ədəd üzüyü qəbul etmiş, lakin düzəltdirilmiş bir ədəd qolbağı və bir cüt sırğanı qəbul etməyərək özünün qızılını istəmişdir. O, təxminən 10-15 gündən sonra Rəbiyyətin Anar barəsində Zaqatala rayon prokurorluğuna şikayət etdiyini eşitmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, X8 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir və ona həmin maddə ilə ittiham elan edilməsi qərara alınmışdır. İş materiallarına olan “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” X22 13 yanvar 2023-cü il tarixli PHŞ-6-78/2-33/2023 nömrəli məktubunda gösərilmişdir ki, xx.xx.1989-cu il təvəllüdlü, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən Zaqatala RMX PHŞ-nin Poliklinika şöbəsinin Psixiatrik kabinetdə “Üzvi mənşəli şəxsiyyət və davranış pozuntusu” diaqnozu ilə qeydiyyatdadır. İş materiallarına olan məhkəmə-kompüter-texniki ekspertizasının təyin edilməsi barədə xx.xx.2023-cü il qərarından görünür ki, iş üzrə məhkəmə-kompüter-texniki ekspertizası təyin edilmiş və ekspertizanın aparılması ƏN MEM-nin exspertlərinə həvalə edilmişdir. İş materiallarına olan kompleks məhkəmə psixoloji və ambulator məhkəmə psixiatrik ekspertizasının təyin edilməsi barədə xx.xx.2023-cü il qərarından görünür ki, iş üzrə məhkəmə psixoloji və ambulator məhkəmə psixiatrik ekspertizası təyin edilmiş və ekspertizanın aparılması X27 dispanserinin exspertlərinə həvalə edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “Zərərçəkmiş şəxsin nümayəndəsinin tanınması haqqında” qərardan görünür ki, X18 zərərçəkmiş şəxs X3 nümayəndəsi qismində tanınmışdır. İş materiallarına olan X8 tərəfindən təqdim edilmiş iltızamdan görünür ki, X1 Anar Nazim oğlundan bir ədəd qızıl üzüyü və bir ədəd boyunbağını geri almışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarına olan məhkəmə əmtəəşünaslıq ekspertizasının təyin edilməsi barədə xx.xx.2023-cü il qərarından görünür ki, iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. İş materiallarına olan Məhkəmə-kompüter-texniki ekspertizasının 17 fevral 2023-cü il tarixli 5/127 nömrəli rəyində göstərilmişdir ki, 1.Təqdim edilmiş bir ədəd sensor ekranlı "Android 12" əməliyyat sistemi ilə təhciz olunmuş "Realme GT Master Edition" markalı "RMX3363" modelli "**********05996, **********05988" "imei" kodlu mobil smartfon halhazırda işlək vəziyyətdədir. 2.Təqdim edilmiş "Realme GT Master Edition" markalı "RMX3363" modelli mobil telefonun yaddaşında hal hazırda "WhatsApp" proqram təminatı, "İnstagram" və digər sosial şəbəkələrə aid proqram təminatı müəyyən olunmadı. 3.Rəyin "Tədqiqi hissəsi"nin 3-cü bəndində göstərilən səbəblərə görə tədqiq olunan "Realme GT Master Edition" markalı "RMX3363" modelli mobil smartfonun yaddaşından ("WhatsApp" proqram təminatı, "İnstagram" və digər sosial şəbəkələr vasitəsilə aparılmış məlumat mübadilələri və sairə) hər hansı bir məlumatların pozulub-pozulmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmadı. 4.Təqdim edilmiş "Realme GT Master Edition" markalı "RMX3363" modelli mobil telefonun yaddaşında hal hazırda "WhatsApp" proqram təminatı, "İnstagram" və digər sosial şəbəkələrə aid proqram təminatı müəyyən olunmadığından ekspertizanın təyini haqqında qərarda ekspert qarşısında qoyulmuş "X5 məxsus Zərərçəkmiş şəxs6 adlı istifadəçi ile Təqsirləndirilən şəxs məxsus “anar motu eminov (mo.tu7503)” adlı istifadəçi arasında 01 noyabr 2022-ci il tarixdən 15 dekabr 2022ci il tarixədək olan yazışmaların olub-olmaması müəyyən edilsin" sual üzrə tədqiqat işləri aparılmadı. İş materiallarına olan Məhkəmə-əmtəəşünsalıq ekspertizasının 14 mart 2023-cü il tarixli 6/1180-9/1434 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən əşyalann modeli ve digər göstəriciləri nəzərə alınmaqla orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən edilir. 1) 3,56 qram kütləli, 750 əyarlı qızıldan hazırlanmış, üzərində 7 ədəd brilyant qaşlar olan, sarı rangli 1 ədəd üzük - 717,00 manat, 2) 18,08 qram kütləli, 583/585 əyarlı qızıldan hazırlanmış, üzərində rəngsiz, şəffaf qaşlar olan, sarı rəngli 1 ədəd boyunbağı-1537.00 manatdır. İş materiallarına olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Psixonevroloji Dispanserinin 04 aprel 2023-cü il tarixli, 195 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə (şəxsiyyətin psixopatik çizgiləri) baxmayaraq o, hazırki cinayət əməlini törədən zaman öz hərəkətlərini qiymətləndirmək və hərəkətlərinə hesabat vermək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda tibbi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini qiymətləndirmək, hərəkətlərinə hesabat vermək və ya hərəkətlərini idarə etmək iqtidarındadır. İş materiallarına olan məhkəmə-əmtəəşünsalıq ekspertizasının 17 aprel 2023-cü il tarixli, 9/2708 nömrəli rəyinə əsasən ekspertiza təyini haqqında qərarda qeyd ediləm qızılzinət əşyalarının 2022-ci ilin noyabr ayına olan orta bazar qiyməti ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 680 ,0 manat müəyyən edilir. 1) bir ədəd 585 əyarlı, 2015ildə alınmış, sepin üzəri qaşdan ibarət olan və ortası gül formalı adi qaşlarla bəzədilmiş, Türkiyə Respublikası istehsalı, sarı qızıldan ibarət və təxminən 4,5 (4-5 qr) qram çəkidə olan qolbaq-382,5 (4,5qr x 85man) manat, 2) bir cüt 585 əyarlı, 2015-ci ildə alınmış, yumru oval formasında, içərisi aypara şəklində adi qaşdan bəzədilmiş ağac budağına oxşar formada, sarı qızıldan ibarət, Türkiyə Respublikası istehsalı, təxminən 3,5 (3-4qr) qram çəkidə sırğa-297,5 (3,5qr x 85 man) manatdır. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, 5/127 saylı, 17 fevral 2023-cü il tarixdə aparılmış tədqiqatının dəyəri 80 (səksən) manat təşkil etmişdir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, 6/1180-9/1434 saylı, 14 mart 2023-cü il tarixdə aparılmış tədqiqatının dəyəri 140 (bir yüz qırx) manat təşkil etmişdir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, 9/2708 saylı, 14 aprel 2023-cü il tarixdə aparılmış tədqiqatının dəyəri 50 (əlli) manat təşkil etmişdir. İş materiallarında olan İ-6962 nömrəli Azərbaycan Respublikası Medalının vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. İş materiallarında olan İ-22680 nömrəli Azərbaycan Respublikası Medalının vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. İş materiallarında olan İ-3490 nömrəli Azərbaycan Respublikası Medalının vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir. İş materiallarında olan İ-6130 nömrəli Azərbaycan Respublikası Medalının vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilmişdir. İş materiallarında olan İ-2125 nömrəli Azərbaycan Respublikası Medalının vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs “Cəsur döyüşçü” medalı ilə təltif edilmişdir. İş materiallarına əlavə edilmiş DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən məlum olur ki, Eminov X15 RPŞ-nin İB-nin sabiq müstəntiqi, polis kapitanı X10 tərəfindən ********* nömrəli cinayət işi üzrə xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və xx.xx.2018-ci il tarixdə cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən xitam verilmişdir. İş materiallarında olan Zaqatala şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 43 nömrəli arayışdan görünür ki, Eminov X15 şəhəri Çökək küçəsində yaşayır. İş materiallarında olan Zaqatala şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 41 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi: arvadı- X11, qızı- 2016 – cı il təvəllüdlü X14, atası- Şahid2, anası- X9 ibarətdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Zaqatala bələdiyyəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir yazılı və şifahi şikayət ərizəsi daxil olmamışdır. İş materiallarında xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMin 178.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. İş materiallarına olan X8 tərəfindən imzalanmış qəbzdən görünür ki, X6 Təqsirləndirilən şəxs atası Şahid2 tərəfindən 680 manat ödənilmişdir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 №-li Qərarında qeyd edilmişdir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirlməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi başa düşülür. Məhkəmə iş üzrə mövcud sübutları qiymətləndirib, iş materiallarını təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə tam təqsirli olduğu özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin verdikləri ifadələrlə və cinayət işinin bütün materialları ilə tam sübuta yetirilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin böyük ictimai təhlükə törətməyən cinayət olmasını, cinayətin xarakteri və ictimai təhlükəlik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailəli olmaqla ailəsinin ona maddi və mənəvi ehtiyacının olmasını, himayəsində azyaşlı övladının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, 44 günlün Vətən müharıbəsinin iştirakçısı olaraq medallarla təltif olunduğunu, zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödəməsini cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halların olmasını müəyyən etməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CPM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamı”nın 10.2-ci bəndində cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi prioritet məsələlər kimi qoyulmuşdur. Həmin sərəncamın 8-ci bəndində qeyd olunmuşdur ki, cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün həbsə alternativ cəzaların tətbiqi genişləndirilsin. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törədilmiş olduğu cinayətin böyük ictimai təhlükə törətməyən cinayət olmasını, zərərçəkmiş şəxsə vurulmuş ziyanın ödənilməsini, müharibə iştirakçısı olmasını, zərərşəkənin təqsirləndirilən şəxsin hərəkətləri nəticəsində ailəsinin dağıldığı üçün Təqsirləndirilən şəxs ilə barışmamasını nəzərə alaraq ona cərimə növündə cəza təyin edilməlidir. İş üzrə 270 (iki yüz yetmiş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və onun ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. İş üzrə mülki iddia verilməmişdir və məhkəmə məsrəfləri yoxdur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlin törədilməsində təqsirli bilinərək 1500 (bir min beş yüz) manat cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş cərimə məbləğini hökm qanuni qüvvəsini aldıqdan sonra 1 (bir) ay müddətində müvafiq bank hesabına köçürməklə ödəsin. İş üzrə 270 (iki yüz yetmiş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti Zaqatala Rayon İcra və Probasiya Şöbəsi həyata keçirsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar