Məhkəmə qərarları › İş №1(033)-25/2024

Zaqatala Rayon Məhkəməsi Hökm — İş №1(033)-25/2024

15.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Zaqatala rayonu İş № 1(033)-25/2024 15.05.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, X2 katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Zaqatala rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1972-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla tutulanadək həmin ünvanda yaşamış, əvvəllər dəfələrlə məhkum edilmiş, məhkumluğu olmayan, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuş və həmin məhkəmənin 24 fevral 2023-cü il tarixli hökmü ilə ona təyin edilmiş 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə birinci qeyd edilən hökmlə təyin olunmuş cəza ilə qismən toplanılmaqla qəti olaraq 05 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Penitensiar Xidmətin 5 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən, Salyan rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə xx.xx.2024-cü il tarixdə 2 ay müddətinə X4 keçirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında saat 15:00-da baxaraq, MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 2022-ci ilin təxminən may-iyun aylarında Zərərçəkmiş şəxs Əmrulla qızının qardaşı X5 1997-ci ildə hərbi xidmət keçərkən vəfat etməsi barədə məlumatı və Zərərçəkmiş şəxs ilə əlaqə nömrəsini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial şəbəkələrdə olan səhifələri vasitəsilə öyrəndikdən sonra Zərərçəkmiş şəxs məxsus əmlakı tamah niyyəti ilə, qanunsuz və əvəzsiz ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə 05 iyul 2022-ci il tarixdə ***-***-**-** nömrəsindən Zərərçəkmiş şəxs ərinin istifadəsində olan 050 ***-**-** nömrəsinə zəng edib özünü Bəxtiyar Cavadov adı ilə həmin nazirliyin əməkdaşı kimi təqdim etmiş, Zərərçəkmiş şəxs ilə apardığı telefon danışıqları zamanı qardaşı şəhid olduğundan ailə üzvlərinə sığorta və müavinət pulları, torpaq payı ayrılmalı olduğunu, bununla bağlı köməklik edəcəyi barədə yalan vəd verib aldatmaqla, yəni zərərçəkmiş şəxsin xeyrinə faktiki olaraq hər hansı iş görmədiyi və ümumiyyətlə reallıqda belə bir niyyəti də olmadığı halda Zərərçəkmiş şəxs onun adına "xxxx" KB ASCdə olan hesaba 05 iyul 2022-ci il tarixdə Zaqatala rayonu Yuxarı Tala kəndindəki «Selin» marketdə olan «Emanat» ödəmə terminalı vasitəsilə göndərdiyi 350 manat, 06 iyul 2022-ci il tarixdə Zaqatala rayonu Yuxarı Tala kəndindəki «İpək Yolu» marketdə olan «Emanat» ödəmə terminalı vasitəsilə göndərdiyi 400 manat, 07 iyul 2022-ci il tarixdə Zaqatala rayonu Yuxarı Tala kəndindəki «Selin» marketdə olan «Emanat» ödəmə terminalı vasitəsilə göndərdiyi 255 manat, həmin tarixdə eyni terminalla göndərdiyi 302 manat, 09 iyul 2022-ci il tarixdə Zaqatala rayonu Yuxarı Tala kəndindəki «Selin» marketdə olan «Emanat» ödəmə terminalı vasitəsilə göndərdiyi 205 manat, 11 iyul 2022-ci il tarixdə Zaqatala rayonu Yuxarı Tala kəndindəki «İpək Yolu» marketdə olan «Emanat» ödəmə terminalı vasitəsilə göndərdiyi 282 manat, həmin tarixdə Zaqatala rayonu Yuxarı Tala kəndindəki «Selin» marketdə olan «Emanat» ödəmə terminalı vasitəsilə göndərdiyi 303 manat, həmin tarixdə eyni terminal vasitəsilə göndərdiyi 352 manat, 12 iyul 2022-ci il tarixdə Zaqatala rayonu Yuxarı Tala kəndindəki «İpək Yolu» marketdə olan «Emanat» ödəmə terminalı vasitəsilə göndərdiyi 202 manat, həmin tarixdə eyni terminalla göndərdiyi 255 manat, 13 iyul 2022-ci il tarixdə üç ayrı-ayrı vaxtda Zaqatala rayonu Yuxarı Tala kəndindəki «İpək Yolu» marketdə olan «Emanat» ödəmə terminalı vasitəsilə göndərdiyi 278 manat, 506 manat və 202 manat məbləğlərində pul vəsaitlərini vahid niyyətlə qəsdən ələ keçirərək zərərçəkmiş şəxsə ümumilikdə 3892 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və ifadəsində göstərdi ki, o bu cinayəti törətmiş və çox peşmandır, zərəçəkmiş nə deyirsə düz deyir. İfadələrin də hamısını oxuyub. O cəzaçəkmə müəssisəsindən gəlmişdir və cəzaçəkmə müəssisəsində işlə təmin olunmuşdur. Əmək haqqı alır və əmək haqqı hesabına zərərçəkmişə dəymiş zərərin hamısını ödəyəcəkdir. Qisməndə olsa ödəyib tez bir zamanda zərərçəkmişə vurduğu zərəri ödəyib qurtaracaq. Müqəssir hesab etsə də özünü hazırda 4 övladı var və onlar körpədilər. Cəza çəkdiyi üçün 5 aydır onları görə bilmir və məsafə uzaq olduğundan onlar gələ bilmir bura və onlarla görüşə də bilmir. Buna görə işin tez yekunlaşdırılmasını istəyir. Təkrar olaraq özünü müqəssir hesab etdiyini və peşman olduğunu bildirir. Balaca övladı xəstədi və onun müalicəsi üçün 15000 manat pul tələb olunduğu üçün o, bu yola əl atmışdı. O, bir daha vurduğu zərəri ödəyəcəyini bildirərək yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və ifadəsində göstərdi ki, bu iş uzun müddətdir gedir. Bu işdən 3 nəfər xəbərdar idi, lakin təqsirləndirilən şəxs boynuna alıb ki, cinayəti tək törədib. Onlar barəsində məlumat təqsirləndirilən şəxsə hardansa sızdırılıb. O, onlara zəng edərək özünü Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işçisi kimi Bəxtiyar Cavadov adı ilə təqdim etmişdi. İşlərini düzəltməyə söz vermişdir. Qardaşı İ Qarabağ müharibəsində şəhid olub və qardaşının ölümü ilə bağlı alınmalı olan 11000 manat sığorta haqının verilməsində köməklik etməyi vəd edib. Nazirlikdə onların işlərinə baxan adamın adı da Bəxtiyar olub. Lakin təqsirləndirilən şəxs cinayəti tək törətdiyini bildirir. Müəyyən vaxtlarda 200, 300, 400, 500 manat pullar istəmişdir və ona həmin pullar göndərilmişdir. Axırda işlərinin hazır olduğunu demiş və Kapital Bankda kart açıldığını, pulların yükləndiyini, bu qədər də pul olduğunu, ora gedərək ordan pulu götürə biləcəklərini demişdir. Kapital Banka müraciət edəndə dələduzluğun qurbanı olduğunu onlara demişdirlər. Heç bir kartın açılmadığını, elə bir şey olmadığı onlara deyilmişdir. Onlar yenidən telefonla əlaqə saxlamaq istəyəndə telefonların bağlı olduğunu, nömrələrin işləmədiyini görmüşlər. Bundan sonra polisə müraciət olunmuşdur. Sığorta pulunu qanuni yolla həll etməyə çalışıb, lakin belə olacağını bilməmişdir. Onlara 3892 manat zərər vurulmuşdur. O, dəymiş zərərin ödənilməsini tələb edir və təqsirləndirilən şəxslə barışıq əladə olunmadığını bildirir. O, hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və zərərçəkmiş Zərərçəkmiş şəxs əri olduğunu bildirərək onunla eyni məzmunlu iafadə vermişdir. İş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə qəraraın ləğv edilməsi, cinayət işinin başlanması və adiyyəti üzrə göndərilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarlan məlum olur ki, material üzrə fakta görə Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və adiyyəti üzrə Zaqatala rayon PŞ-in İB-nə göndərilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan məlum olur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə taqsirləndirilən şəxs qismində cəlb olunmuşdur. İş materiallarında olan cinayətin könüllü etiraf edilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan məlum olur ki, X3 törətdiyi cinayəti könüllü etiraf edərək Zərərçəkmiş şəxs 3892 manat miqdarında ziyan vurduğunu etiraf etmişdir. İş materiallarına əlavə edilmiş e-manat ödəmə sistemindən verilmiş müxtəkif tarixli və nömrəli qəbzlərdən məlum olur ki, Təqsirləndirilən şəxs hesabına ümumilikdə 3892 manat ödəniş həyata keçirilmişdir. İş materiallarında olan 5 saylı CÇM tərəfindən ünvanlanmış məktubdan məlum olr ki, məhkum Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən 5 saylı CÇM-də cəza çəkir. İş materiallarında olan Azərbaycan Respublikası Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimayi birliyi tərəfindən verilmiş Ş 007852 nömrəli vəsiqədən görünür ki, X8 şəhid ailəsidir. İş materiallarında olan Zaqatala rayonu Yuxarı Tala kənd nümayəndəliyi tərəfindən 09 aprel 1997-ci il tarixdə verilmiş Ölüm haqqında şəhadətnamədən görünür ki, 11.2.1997ci il tarixdə ölmüş X5 ölüm səbəbi xidməti vəzifəsini yerinə yetirərkən düçar olduğu xəstəlikdir. İş materiallarında olan 17 mart 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs ilkin araşdırma zamanı təqdim etdiyi xx.xx.2022-ci il tarixli izahatına əlavə edərək təqdim etdiyi, özünü Bəxtiyar Cavadov kimi təqdim etən şəxsin ona WhatsApp sosial şəbəkəsində göndərdiyi səs yazışmaların mətnini özündə əks etdirən 1 (bir) ədəd diskə baxış zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs aldaraq 05 iyul 2022-ci il tarixdən 13 iyul 2022-ci il tarixədək ümumilikdə 3892 manat məbləğində pulunu vahid niyyətlə ələ keçirərək qəsdən maddi ziyan vurmaqla dələduzluq etmişdir. Diskə baxış zamanı müəyyən edilmişdir ki, diskdə 86 ədəd səs yazısı faylları vardır. Həmin 86 ədəd səs yazısı fayllarında kişi səsi ilə danışan şəxsin səsləri eyni şəxsin səslərinə, yəni bir nəfər şəxs tərəfindən danışılan səs yazılarından ibarətdir. Həmin səs yazılarının mətnində bir nəfər şəxsin qarşı tərəfi tələsdirərək pul göndərməsini tələb etdiyi, Müdafiə Nazirliyi ilə danışıdığı, Müdafiə Nazirliyində şəhidə status verilməsi üçün danışdığı şəxsə pul verilməsi lazım olduğu, Müdafiə Nazirliyi ilə danışıb 18 ay Prezident təqaüdü yazdırdığı, 18000 manatdan yuxarı pul yazdırdığını, 10000 manat pulu sabah göndəriləcəyini, aylıq təqaüd əvvəlcə 317 manat daha sonra hər ay üçün 500 manat pul yazdırdığını, onlara şəhidin adına ayırılmış təqaüqü almaq üçün bank kartı göndərdəcəyini, kartı gətirib yaşadığı ünvanda təqdim edəcəklərini, onlara şifrə veriləcəyini, kart veriləndə 10000 manat pul vurulacağını, daha sonra 8000 manat da vurulacağını vəd verib müxtəlif məbləğlərdə ona pul göndərilməsini onun kartına həmin məbləğlərin vurulmasını tələb etməsi öz əksini tapmışdır. İş materiallarında olan 07 fevral 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Unibank ASC tərəfindən göndərilmiş 1 (bir) ədəd diskə baxış zamanı Uni Banka məxsus **********22 saylı hesab sahibinin Təqsirləndirilən şəxs məxsus olması müəyyən edilmiş, müştəri məlumatları hissəsi 01 vərəqədə çıxarılaraq protokola əlavə edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(003)-86/2023 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4, 310, və 32.4, 312.1-ci maddələri ilə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına və Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Quba Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə hazırkı hökmlə təyin edilmiş 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmış və ona qəti olaraq 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş,cəzaçəkmənin əvvəli 14 oktyabr 2022-ci il tarixdən hesablanması hökm edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-404/2023 nömrəli xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərik ona 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmuş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-86/2022 saylı 24 fevral 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə hazırki hökmlə təyin olunmuş cəza ilə qismən toplanılmaqla, ona qəti olaraq 05 (beş) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmənin əvvəlinin xx.xx.2022-ci il tarixdən hesablanması hökm edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs, Bakı şəhər Sabunçu rayon xalq məhkəməsinin xx.xx.1995-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 147-ci maddəsinin 3-cü hissəsi ilə təqsirli bilinərək əmlakı müsadirə olunmaqla 05 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.1999-cu ildə Azərbaycan Respublikası Milli Məclisin xx.xx.1998-ci il tarixli amnistiya qərarının 1.5-ci bəndinə əsasən azad edilmiş, Bakı şəhər Binəqədi rayon xalq məhkəməsinin xx.xx.1999-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 226-1-ci maddəsinin 3-cü hissəsi ilə təqsirli bilinərək 01 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2001-ci ildə cəzasının sonu ilə azad olunmuş, Bakı şəhər Sabunçu rayon məhkəməsinin xx.xx.2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2003-cü ildə cəzasının sonu ilə azad olunmuş, Bakı şəhər Nəsimi rayon məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2006-cı ildə cəzasının sonu ilə azad olunmuş, Bakı şəhər Nizami rayon məhkəməsinin xx.xx.2009-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2010-cı ildə cəzasının sonu ilə azad olunmuş, Bakı şəhər Səbail rayon məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il 06 azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2013-cü ildə cəzasının sonu ilə azad olunmuş, Bakı şəhər Sabunçu rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 05 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2014-cü ildə Bakı Apellyasiya Məhkəməsinin Qərarı ilə cəza müddəti 05 İlə endirilmiş, xx.xx.2016-cı ildə Bakı şəhər Xəzər rayon məhkəməsinin qərarı ilə CM-nə dəyişikliklər olunması haqqında qanun tətbiq olunaraq əməli CM-nin 178.1-ci maddəsinə tövsif olunub, 02 il azadlıqdan məhrumetmə cəzası təyin edilib və cəza müddəti, çəkməsini nəzərə alınaraq xx.xx.2016-cə il tarixdə azad olunmuş, Bakı şəhər Xəzər rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 08 ay 29 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu ildə cəzasının sonu ilə azad olunmuş, Quba rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhər Xəzər rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4, 310 va 32.4, 312.1-ci maddələri ilə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına və Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə Azərbaycan Respublikasının CM-nin 66.2-ci maddəsinə əsasən təyir edilmiş cəzaları qismən toplamaq yolu ilə 04 (dörd il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Quba Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə hazırki hökmlə təyin edilmiş 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzas ilə qismən toplanılmaqla qəti olaraq 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-404/2023 saylı xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək ona 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmüş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-86/2023 saylı 24 fevral 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə hazırki hökmlə təyin olunmuş cəza ilə qismən toplanılmaqla, ona qəti olaraq 05 (beş) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 5 saylı cəzaçəkmə müəssisəsinin xx.xx.2024-cü il tarixli 3-16-17/20/240-2024 nömrəli məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs, xx.xx.2023-cü il tarixli Bakı şəhər, Xəzər rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.1, 66.5-ci maddəsi təqsirli bilinərək 5 il 9 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Məhkum Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixldən 5 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. İş materiallarında olan AA4036407 seriya nömrəli Şəxsiyyət vəsiqəsindən görünür ki, X6 xx.xx.2017-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan AA4036408 seriya nömrəli Şəxsiyyət vəsiqəsindən görünür ki, X7 xx.xx.2012-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan AA5944957 seriya nömrəli Şəxsiyyət vəsiqəsindən görünür ki, X10 xx.xx.2019-cu il tarixdə anadan olmuşdur. İş materiallarında olan AA4036405 seriya nömrəli Şəxsiyyət vəsiqəsindən görünür ki, X11 xx.xx.2020-ci il tarixdə anadan olmuşdur. Beləliklə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, məhkəmə istintaqında tədqiq olunmuş digər dəlillərlə tam sübuta yetirildi. Belə ki, Təqsirləndirilən şəxs 2022-ci ilin təxminən may-iyun aylarında Zərərçəkmiş şəxs Əmrulla qızının qardaşı X5 1997-ci ildə hərbi xidmət keçərkən vəfat etməsi barədə məlumatı və Zərərçəkmiş şəxs ilə əlaqə nömrəsini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial şəbəkələrdə olan səhifələri vasitəsilə öyrəndikdən sonra Zərərçəkmiş şəxs məxsus əmlakı tamah niyyəti ilə, qanunsuz və əvəzsiz ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə 05 iyul 2022-ci il tarixdə ***-***-**-** nömrəsindən Zərərçəkmiş şəxs ərinin istifadəsində olan 050 ***-**-** nömrəsinə zəng edib özünü Bəxtiyar Cavadov adı ilə həmin nazirliyin əməkdaşı kimi təqdim etmiş, Zərərçəkmiş şəxs ilə apardığı telefon danışıqları zamanı qardaşı şəhid olduğundan ailə üzvlərinə sığorta və müavinət pulları, torpaq payı ayrılmalı olduğunu, bununla bağlı köməklik edəcəyi barədə yalan vəd verib aldatmaqla, yəni zərərçəkmiş şəxsin xeyrinə faktiki olaraq hər hansı iş görmədiyi və ümumiyyətlə reallıqda belə bir niyyəti də olmadığı halda Zərərçəkmiş şəxs onun adına "xxxx" KB ASCdə olan hesaba 05 iyul 2022-ci il tarixdə Zaqatala rayonu Yuxarı Tala kəndindəki «Selin» marketdə olan «Emanat» ödəmə terminalı vasitəsilə göndərdiyi pul vəsaitlərini vahid niyyətlə qəsdən ələ keçirərək zərərçəkmiş şəxsə ümumilikdə 3892 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarının 1-ci bəndinə görə törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Sözügedən Qərarın 3-cü bəndində göstərilmişdir ki, dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq bilavasitə məhkəmə iclasında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut kimi qəbul edərək, həmin sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməllərində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddələr ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış biri-digərini tamamlayan sübutlarla tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.1 və 59.1.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən haldır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, həmçinin cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməsini və himayəsində 4 azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-404/2023 nömrəli xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinərək ona 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin olunmuş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-86/2022 saylı 24 fevral 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə hazırki hökmlə təyin olunmuş cəza ilə qismən toplanılmaqla, ona qəti olaraq 05 (beş) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs hazırkı cinayəti ona Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-404/2023 nömrəli xx.xx.2023-cü il tarixli hökmü qanuni qüvəyə minmədiyi dövrdə törətdiyi üçün hazırda ona cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyin olunması məsələsini müzakirə edərək, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini, təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, eyni zamanda təqsirləndirilən şəxsin işləmədiyini, gəlirinin olmadığını və cərimə cəzasının icrasının mümkün olmadığını, həmçinin, zərərçəkmiş şəxsə vurduğu zərərin ödənilməsini təmin etməmiş şəxsin azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməsinin ağlabatan və cəzanın məqsədinə nail olunması baxımından yetərli vasitə hesab oluna bilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməli, cəzasının əvvəli tutulduğu xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-404/2023 nömrəli xx.xx.2023-cü il tarixli hökmü ilə ona əsas cəza kimi qəti olaraq təyin edilmiş 05 (beş) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilən cəzaya qismən toplamaq yolu qəti cəza təyin edilməlidir. Zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs təqdim etdiyi bir ədəd disk və Unibank ASC tərəfindən göndərilmiş bir ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərclərinin, xüsusi müsadirə olunmalı əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında həm də hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə hakim tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməmişdir. Belə vəziyyətdə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan müsadirə edilməli olan əmlak mövcud deyildir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-404/2023 nömrəli xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 05 (beş) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə hazırki hökmlə təyin olunmuş cəza ilə qismən toplanılmaqla, ona qəti olaraq 06 (altı) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasının əvvəli 14 oktyabr 2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs hazırda 5 saylı CÇM – də azadlıqdan məhrumetmə növündə cəza çəkməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs təqdim etdiyi bir ədəd disk və Unibank ASC tərəfindən göndərilmiş bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərclərinin, xüsusi müsadirə olunmalı əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. Zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Hökm elan olunduğu andan (Təqsirləndirilən şəxs hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan (Təqsirləndirilən şəxs hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Sədrlik edən: Vüqar Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar