Azərbaycan Respublikası adından HÖKM Zaqatala rayonu İş № 1(033)-26/2023 24.06.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Əliyeva Ayşə İsrafil qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi – Zaqatala Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1980-ci il tarixdə Zaqatala şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmuş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş, Zaqatala şəhəri, 28 May küçəsi ev 33 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 24 iyun 2023-cü il tarixdə saat 15:00-da açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs ondan ötrü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir ki, o, istintaqa dəqiq məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 14,885 qram olan, xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək əldə edib üzərində saxlamış, 15 mart 2023cü il tarixdə, saat 17:55 radələrində həmin narkotik vasitəni satış məqsədi olmadan Zaqatala şəhəri, V.İsmayılov 44 ünvanında yerləşən Zaqatala rayon bazarının yaxınlığında qanunsuz daşıyarkən Zaqatala rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Zaqatala rayon polis şöbəsinə gətirilmiş və üzərində həmin gün saat 18:44 radələrində şəxsi axtarış aparılarkən əynində olan şalvarın sağ yan cibində 01 ədəd şəffaf sellefon bükümdə, təmiz çəkisi 14,885 qram olan, xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş, 16 dekabr 2022-ci ildə vaxtından əvvəl şərti azad edilmişdir. xx.xx.2023-cü il tarixdə saat 15 radələrində Zaqatala şəhəri F.Əmirov küçəsində yerləşən “Köhnə avtovaqzal” adlanan ərazidə yerdən şəffaf sellofan büküm tapmış, həmin bükümün içinə baxdıqda şəffaf selofan bükümə narkotik vasitə olan tiryəkin olduğunu görmüşdür. Həmin narkotik vasitəni görüb o istifadə etmək qərarına gəlmiş və buna görə cibinə qoyub şəhər ərazisində istifadə etmək üçün əlverişli yer axtarmağa başlamışdır. Şəhər ərazisində gəzəndə bir qədər sonra ona polis əməkdaşları yaxınlaşmış və narkotik vasitəsinin istifadəsində, üzərində daşımaqda şübhəli olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişlər. O, polis əməkdaşları ilə razılaşmış və könüllü olaraq onlarla Zaqatala rayon polis şöbəsinin inzibati binasına getmişdir. Orada onu şübhəli şəxs qismində tutmuş və müdafiəçisin iştrakı ilə üzərində şəxsi axtarış aparmışlar. Şəxsi axtarış keçirilməmişdən əvvəl ona üzərində olan hər hansı bir qanunsuz əşya, maddə olub olmadığını, olduğu halda könüllü təqdim etməyi ona təklif etmişlər. O, könüllü olaraq əynindəki şalvarın yan cibinə qoyduğu 1 ədəd şəffaf sellofan bükümdəki tiryəki polis əməkdaşlarına təqdim etmişdir. Həmin kütlə şəffaf sellofan bükümləri ilə birlikdə elektron tərəzidə çəkiləndə ümumi çəkisi 15.04 qram təşkil etmişdir. Bundan sonra həmin kütlə bir ədəd ağ rənqli zərfdə qablaşdırılmışdır. O, polis tərəfindən heç bir təziqə məruz qalmamış, öz əməlindən peşman olmuşdur. O, əlavə olaraq ifadəsində bildirmişdir ki, o, həmin bükümü tapan zaman orada tək olmuş, yanında heç kəs olmamışdır. Onun yaşadığı evdə və yaxud başqa yerdə heç bir narkotik tərkibli maddələri yoxdur. Barəsində əməliyyat-axtarış tədbirləri aparılarkən, təhqiqat və istintaq dövründə rəsmiləşdirmə zamanı ona qarşı hər hansı qanunsuz hərəkətlərə yol verilməmişdir. Bununla əlaqədar hər hansı bir vəsatəti və şikayəti yoxdur. Əməlindən peşman olduğunu, cəza təyin edilərkən nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və ifadəsində göstərdi ki, 2010-cu ildən DİO-da xidmət edir, 2018-ci ildən etibarən isə Zaqatala rayon polis şöbəsinin X4 baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Zaqatala şəhəri 28 may küçəsi ev 33-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsində və üzərində daşıması ilə bağlı şübhəli olduğu üçün o, polis baş serjantı Şahid2 tərəfindən 15 mart 2023-cü il tarixdə saat 17:55 radələrində olduğu Zaqatala şəhəri, V.İsmayılov 44 ünvanında yerləşən Zaqatala rayon bazarının yaxınlığında saxlanılaraq Zaqatala RPŞ-yə gətirilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsində və üzərində daşıması ilə əlaqədar şübhəli şəxs qismində saxlanılması barədə məlumat verilmiş, bundan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən dövlət hesabına müdafiəçi ilə təmin olunmaq hüququ izah edilmişdir. Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs dövlət hesabına təyin edilmiş Müdafiəçi ilə təmin olunmuşdur. Zaqatala rayon polis şöbəsinin inzibati binasında müdafiəçinin iştirakı ilə baş təhqiqatçı polis mayoru Kamil Qurbanov tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsinə başlanılmış, Təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl baş təhqiqtaçı Kamil Qurbanov ona üzərində qanunsuz saxladığı narkotik vasitə və cinayət xarakterli digər əşyalar olduğu halda təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofan bükümdə olan kütləni təqdim etmiş, həmin sellofan büküm açıldıqda içərisində narkotik vasitə olan tiryəkə oxşar kütlə müşahidə edilmişdir. Həmin kütlə sellofan bükümləri ilə birlikdə elektron tərəzidə çəkilərkən ümumi çəkisi 15,04 qram təşkil etmişdir. Şəffav seloffan bükümdə narkotik vasitə tiryəkə oxşar kütlə 1 ədəd ağ rəngli zərfdə qablaşdırılaraq götürülmüş, bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və digər qanunsuz maddə və ya əşya aşkar edilməmişdir. Bu barədə protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalanmış, həmin maddə zərfə qoyularaq qablaşdırılmış və zərfin ağzı möhürlənmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid3 və Şahid2 ibtidai istintaq zamanı verdikləri ifadələrni təsdiq etdiklərini bildirdilər və Şahid1 ifadəsinə uyğun ifadə verərək onun ifadəsində göstərdiklərini təsdiq etdilər. İş materiallarında olan “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 16 mart 2023-cü il tarixli qərardan görünür ki, material üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Zaqatala RPŞ-nin təhqiqat bölməsinin baş təhqiqatçısı, polis mayoru X10 tərəfindən ********* №-li cinayət işi başlanmış və icraata qəbul edilmişdir. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan “cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” 15 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 15 mart 2023-cü il tarixdə saat 17:55-dən tutulmuşdur. İş materiallarına əlavə edilmiş 15 mart 2023-cü il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan və həmin protokola əlavə edilmiş video çəkilişdən görünür ki, Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı ona üzərində qanunsuz saxladığı narkotik vasitə və cinayət xarakterli digər əşyalar olduğu halda təqdim etməsini təklif edilmiş. Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən 1 ədəd şəffav sellofan bükümdə olan kütləni təqdim etmiş, həmin sellofan büküm açıldıqda içərisində narkotik vasitə olan tiryəkə oxşar kütlə müşahidə edilmiş, həmin kütlə sellofan bükümləri ilə birlikdə elektron tərəzidə çəkilərkən ümumi çəkisi 15,04 qram təşkil etmiş, şəffav seloffan bükümdə narkotik vasitə tiryəkə oxşar kütlə 1 ədəd ağ rəngli zərfdə qablaşdırılaraq zaqatala RPŞ-nin Təhqiqat bölməsinin baş təhqiqatçısı, polis mayoru Kamil Qurbanov tərəfindən götürülmüş, bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və digər qanunsuz maddə və ya əşya aşkar edilməmiş, bu barədə protokol tərtib edilmiş, iştirak edən şəxslər tərəfindən heç bir ərizə və şikayət daxil olmamış və protokol iştirakçılar tərəfindən imzalanmışdır. İstintaq hərəkətinin görüntüləri 01 ədəd “DVD” diskə köçürülməklə cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 17/257 saylı, 16 mart 2023-cü il tarixli ekspert rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş, üzərində “xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən aşkar edilmiş 1 ədəd sellafan bükümdə” sözləri yazılmış zərfin içərisindəki 01(bir) ədəd sellofan bükümdə təmiz çəkisi – 14,885 qram olan maddə xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - tiryəkdir. Təhqiqata sərf edildi 0,100 qr, qalıq – 14,785 qram. Tiryək 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir. (İ siyah). İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, 17/257 saylı, 16 mart 2023-cü il tarixdə aparılmış tədqiqatının dəyəri 71,94 (yetmiş bir manat doxsan dörd qəpik) manat təşkil etmişdir. İş materiallarında olan “cinayət işinin istintaq aidiyyatı üzrə göndərilməsi haqqında” 16 mart 2023-cü il tarixli qərardan görünür ki, ********* №-li cinayət işi Zaqatala Rayon Polis X6 göndərilmişdir. İş materiallarında olan “Cinayət işinin icraata qəbul edilməsi haqqında” 17 mart 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi Zaqatala RPŞ-nin İB-nin baş müstəntiqi, polis leytenantı Pərvin Rüstəmovun icraatına qəbul edilmişdir. İş materiallarında olan “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 17 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan Zaqatala Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli 4(033)-9/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş və o, məhkəmə iclas zalından həbsdən dərhal azad edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Zaqatala rayon X7 Hüquqi Şəxsin 27 mart 2023-cü il tarixli, PHŞ-6-78/2-330/2023 nömrəli məktubundan görünür ki, Hüseynov X5 rayon X7 X9 şöbəsinin narkoloji xəstəlikləri kabinetində qeydiyyatdadır. Diaqnozu: F12.8 Kannabioidlərin qəbulundan yaranan psixi və davranış pozğunluğu. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Zaqatala rayon X7 Hüquqi Şəxsin 27 mart 2023-cü il tarixli, PHŞ-6-78/2-331/2023 nömrəli məktubundan görünür ki, Hüseynov X5 rayon X7 X9 şöbəsinin psixatrik xəstəlikləri kabinetində qeydiyyatda yoxdur. İş materiallarında olan Zaqatala RİHB-nin Zaqatala Rayon Mənzil İstismar İdarəsi tərəfindən verilmiş 28 mart 2023-cü il tarixli 178 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi: özü- Təqsirləndirilən şəxs (1980), qardaşı- X2 (1978), bacısı- X1 (1985) ibarətdir. İş materiallarında olan Zaqatala RİHB-nin Zaqatala Rayon Mənzil İstismar İdarəsi tərəfindən verilmiş 28 mart 2023-cü il tarixli 179 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən ünvan 4 ünvanında yaşayır. İş materiallarında olan Zaqatala RİHB-nin Zaqatala Rayon Mənzil İstismar İdarəsi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” 04 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 240 saat ictimai işlər cəzasına məhkum edilmiş, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 93.1.4-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 178.1-ci maddələri ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1, 234.1, 66.2 və 69.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 16 dekabr 2022-ci il tarixdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qərarı ilə 01 ay 01 gün vaxtından əvvəl şərti azad edilmiş, cəzanın müddəti xx.xx.2023-cü ildə başa çatmışdır. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(007)-146/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 139-1.1 və 234.1-ci maddələri ilə təqsirli bilinib üzərində qəti olaraq 01 il 11 ay 28 gün müddətində azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 7(002)-1544/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs azadlıqan məhrumetmə cəzasından 01 ay 01 gün şərti olaraq vaxtından əvvəl azad edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri narkoloji dispanserin 18 aprel 2023-cü il tarixli 661 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün, şahidlərin ifadələri, ekspert rəyləri, şəxsi axtarış və baxış protokolları, maddi sübut və məhkəmə istintaqında tədqiq olunmuş digər dəlillərlə tam sübuta yetirildi. Belə ki, Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 14,885 qram olan, xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək əldə edib üzərində saxlamış, 15 mart 2023-cü il tarixdə, saat 17:55 radələrində həmin narkotik vasitəni satış məqsədi olmadan Zaqatala şəhəri, V.İsmayılov 44 ünvanında yerləşən Zaqatala rayon bazarının yaxınlığında qanunsuz daşıyarkən Zaqatala rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Zaqatala rayon polis şöbəsinə gətirilmiş və üzərində həmin gün saat 18:44 radələrində şəxsi axtarış aparılarkən əynində olan şalvarın sağ yan cibində 01 ədəd şəffaf sellefon bükümdə, təmiz çəkisi 14,885 qram olan, xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq bilavasitə məhkəmə iclasında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini, maddi sübutu və digər sənədləri sübut kimi qəbul edərək, həmin sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış biri-digərini tamamlayan sübutlarla tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və onun ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olması onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrumetməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs məhkumluğu ilə əlaqədar azadlığa çıxmasından iki il keçmədən yenidən qəsdlə cinayət törətdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ona cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 65-ci maddəsinə uyğun olaraq residivə görə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 61-ci maddəsində nəzərdə tutulmuş cinayətin residivini cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, X3 özünü təqsirli bilməsini və yaşayış yeri üzrə müsbət xaralterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırkı iş üzrə cəza təyin edilməsinin məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyin olunması məsələsini müzakirə edərək, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini, təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, onun üzərində saxlayaraq daşıdığı narkotik vasitə olan tiryəkin çəkisinin şəxsi istehlak miqdarından çox olmasını, onun məhkumluğu ilə əlaqədar azadlığa çıxmasından iki il keçmədən yenidən qəsdlə cinayət törətməsini, əvvəllər analoji cinayət əməlinə görə məhkum olunmasını, şəxsin azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməsinin ağlabatan və cəzanın məqsədinə nail olunması baxımından yetərli vasitə hesab oluna bilmədiyini nəzərə alaraq hesab edir ki, onun barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunmalı, onun barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək onun barəsində həbs qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalından həbsə alınmalı, cəzasının əvvəli tutulduğu 15 mart 2023-cü il tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməli, onun barəsində seçilmiş həbs qətimkan hökm qanuni qüvvəyə minənə kimi öz qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə - cəzaçəkmə müəssisəsinin “ciddi rejimli” növü müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3-cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. İş üzrə Təqsirləndirilən şəxs aşkar edilən və Zaqatala Rayon Polis Şöbəsində saxlanılan ekspert tədqiqatından sonra qalıq çəkisi 14,785 qram tərkibində narkotik maddələr olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- tiryək hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə 71,94 (yetmiş bir manat doxsan dörd qəpik) manat məbləğində eksperiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında həm də hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə hakim tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. İş üzrə xüsusi müsadirə olunmalı əmlakın olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəza çəkmə müddətinin əvvəli tutulduğu 15 mart 2023-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək, onun barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs CM-nin 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə Təqsirləndirilən şəxs aşkar edilən və Zaqatala Rayon Polis Şöbəsində saxlanılan ekspert tədqiqatından sonra qalıq çəkisi 14,785 qram tərkibində narkotik maddələr olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- tiryək hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə 71,94 (yetmiş bir manat doxsan dörd qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Hökm elan olunduğu andan (Təqsirləndirilən şəxs hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan (Təqsirləndirilən şəxs hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Sədrlik edən: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №1(033)-26/2023
Zaqatala Rayon Məhkəməsi Hökm — İş №1(033)-26/2023
24.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver