Azərbaycan Respublikası adından HÖKM Zaqatala rayonu İş № 1(033)-27/2023 25.07.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X9 qızının katibliyi, dövlət ittihаmçısı- Azərbaycan Respublikası Baş prokurorluğunun X4 üzrə İdarənin rayon (şəhər) məhkəmələrində X4 şöbəsinin prokuroru, ikinci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Zaqatala rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Zaqatala şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, Şəki Ağır Cinayətlər məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.3.2, 320.1, 320.2, 66.3-cü maddələri ilə təqsirli bilinib 07 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə CM-nin 177.3.2-ci maddəsi CM-nin 177.2.3, 177.2.4-cü maddələrinə tövsif edilməklə 04 il, CM-nin 320.1-ci maddəsi ilə 01 il, CM-nin 320.2-ci maddəsi ilə 06 ay, CM-nin 66.3-cü maddəsi ilə qəti 05 il cəza təyin edilmiş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 11 ay 16 gün vaxtından əvvəl şərti azad olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla tutulanadək həmin ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X3 həbsdə saxlanılan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə saat 15:30-da məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan tarixdə və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda yəni, təmiz çəkisi 1,381 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlamış, 28 mart 2023-cü il tarixdə saat 19:30 radələrində Zaqatala RPŞnin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin psixotrop maddəni satış məqsədi olmadan üzərində qanunsuz daşıyarkən Zaqatala şəhəri, Ü.Hacıbəyov küçəsində, H.Əliyev parkının yaxınlığında saxlanılaraq Zaqatala RPŞ-yə gətirilmiş, polis şöbəsində üzərində həmin gün saat 20:14-dən 20:34-dək şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli şalvarın sağ yan cibindən 01 (bir) ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 1,381 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, narkotik vasitələrdən istifadə etməmiş, ancaq aşkar olunan narkotik vasitəni üzərində gəzdirmişdir. Ekspertiza zamanı da onun qanından narkotik vasitə aşkar edilməmişdir. Təxminən 18 mart 2023-cü il tarixdə saat 17 radələrində Zaqatala şəhəri N.Nərimanov küçəsi ilə piyada üzü park istiqamətində gedən zaman siqaret qutusunun içərisində toz şəklində şüşəyə bənzər maddə görmüş, narkotik vasitələri tanıdığı üçün həmin maddənin metamfetamin olduğunu bilmiş və götürüb cibinə qoymuş, daha sonra o, həmin metamfetamini üzərində daşımışdır. 28 mart 2023-cü il tarixdə saat təxminən 19:30 radələrində Zaqatala şəhərində yerləşən H.Əliyev parkının yanında olduğu zaman ona bir neçə nəfər mülki geyimdə olan polis əməkdaşları yaxınlaşaraq özlərini təqdim etmiş və onlarla birlikdə Zaqatala rayon Polis şöbəsinə getməyi təklif etmişlər. O, heç bir etiraz etməmiş və onlarla birlikdə Zaqatala rayon Polis Şöbəsinə getmişdir. Orada ona təqdim edilmiş vəkil Müdafiəçi iştirakı ilə üzərində şəxsi axtarış aparılmış və o, cibində olan 01 (bir) ədəd şəffaf sellofan bükümdə olan metamfetamini təqdim etmiş, bundan sonra müvafiq protokol tərtib edilmiş və şəffaf sellofan büküm zərfə qoyularaq qablaşdırılmışdır. Həmin metamfetamin şəffaf sellofanla birlikdə elektron tərəzi vasitəsi ilə çəkilmiş və 1,44 qram çəkidə olması müəyyən edilmişdir. Həmçinin bildirmişdir ki, onun evində və ya digər yerdə qanunsuz saxladığı hər hansı qanunsuz maddə yoxdur. O, metamfetamini üzərində gəzdirmişdir. Ancaq səbəbini bilmir ki, niyə üzərində gəzdirib. Tapılmadığından və bahalı narkotik vasitə olduğundan həmin narkotik vasitəni üzərində gəzdirmişdir. Onun narkotik vasitəni satmaq fikri olmamışdır. Etdiyi hərəkətdən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və ifadəsində göstərdi ki, 2004-cü il tarixdən DİO-da, 2019-cu ildən Zaqatala RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 28 mart 2023-cü il tarixdə ünvan 1-də yaşayan Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetaminin istifadəsində və üzərində daşımasında şübhəli olması barədə Zaqatala rayon polis şöbəsinin narkotiklərlə mübarizə qrupuna daxil olmuş əməliyyat məlumatı əsasında Zaqatala RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid2 ilə birlikdə 28 mart 2023-cü il tarixdə saat 19:30 radələrində tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Zaqatala şəhər Ü.Hacıbəyov küçəsində, H.Əliyev parkının yanında müəyyən etmiş, özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirmiş, Zaqatala rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində ona təhqiqatçı tərəfinən hüquq vəzifələri izah olunduqdan sonra ona vəkil təqdim edilmişdir. Daha sonra üzərində narkotik maddələrin qanunsuz daşınmasında və istifadəsində şübhəli olunduğunu dedikdən sonra video çəkiliş vasitəsilə təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah edilmiş, həmin vaxt təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs Sülemanoviçə könüllü olaraq üzərində olan narkotok maddə, qeyri qanuni nə kimi əşya varsa həmin əşyaları təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs Sülemanoviç əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir ədəd içərisində ağ rəngli şəffaf sellofan bükümü çıxardaraq təqdim etmiş və bildirmişdir ki, həmin bükümdə olan maddə metamfetamindir. Həmin metamfetamini təxminən 10 gün əvvəl Qala düzü adlanan ərazidə mozaikanın yanında yerdən tapmış və öz istifadəsi üçün üzərində gəzdirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd şəffaf selofan bükümə baxış keçirildikdə içərisində ağ rəngli metamfetaminə bənzər kütlə aşkar olunmuş, Təqsirləndirilən şəxs üstündə əlavə qeyri qanuni əşya, narkotik maddə olmadığını bildirmişdir. Bundan sonra, onun üzərində özünün razılığı ilə şəxsi axtarış keçirilmiş, başqa qeyri qanuni əşya aşkar olunmamışdır. Həmin bir ədəd ağ rəngli metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş, dəqiq çəkisi isə yadında qalmamışdır. Qablaşdırılmış, zərfə qoyularaq möhürlənmiş, üzəri möhürləndikdən sonra iştirakçılar tərəfindən imzalanmış, Rasim özü də imza etmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, əvvəllər narkotik maddə olan marixuanadan istifadə etmiş, üzərində aşkar olunmuş metamfetamini özü istifadə etmək məqsədi ilə üzərində gəzdirmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmiş və Şahid1 ifadəsinə uyğun ifadə verərək onun ifadəsində göstərdiklərini təsdiq etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X5 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və ifadəsində göstərdi ki, 2013-cü il tarixdən DİO-da, 2016-cı il tarixdən Zaqatala rayon polis şöbəsinin X1 baş inspektoru vəzifəsində xidmət edir. 28 mart 2023-cü il tarixdə ünvan 1-də yaşayan Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetaminin istifadəsində və üzərində daşımasında şübhəli olması barədə Zaqatala rayon polis şöbəsinin narkotiklərlə mübarizə qrupuna daxil olmuş əməliyyat məlumatı əsasında Zaqatala RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 və Zaqatala RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid2 ilə birlikdə 28 mart 2023-cü il tarixdə saat 19:30 radələrində tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Zaqatala şəhər Ü.Hacıbəyov küçəsində yerləşən H.Əliyev parkının yanında müəyyən etmiş, özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirmiş, Zaqatala rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində ona təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah olunduqdan sonra ona vəkil təqdim edilmiş, daha sonra üzərində narkotik vasitələrin qanunsuz daşımasında və istifadəsində şübhəli olunduğunu dedikdən sonra video çəkiliş vasitəsilə təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah edilmişdir. Videoçəkilişi o etmişdir. Həmin vaxt təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs Sülemanoviçə könüllü olaraq üzərində olan narkotok maddə, qeyri qanuni nə kimi əşya varsa həmin əşyaları təqdim etməsi bildirilmişdir. Təqsirləndirilən şəxs Sülemanoviç əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir ədəd içərisində ağ rəngli şəffaf sellofan bükümü çıxardaraq təqdim etmiş və bildirmişdir ki, həmin bükümdə olan maddə metamfetamindir. Həmin metamfetamini təxminən 10 gün əvvəl Qala düzü adlanan ərazidə mozaikanın yanında yerdən tapmış və öz istifadəsi üçün üzərində gəzdirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd şəffaf selofan bükümə baxış keçirildikdə içərisində ağ rəngli metamfetaminə bənzər kütlə aşkar olunmuş, Təqsirləndirilən şəxs üstündə əlavə qeyri qanuni əşya, narkotik maddə olmadığını bildirmişdir. Bundan sonra onun üzərində özünün razılığı ilə şəxsi axtarış keçirilmiş başqa qeyri qanuni əşya aşkar olunmamışdır. Həmin bir ədəd ağ rəngli metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş, dəqiq neçə qram olması yadında qalmamışdır. Qablaşdırılmış, zərfə qoyularaq möhürlənmiş, üzəri möhürləndikdən sonra iştirakçılar tərəfindən imzalanmış, Rasim özü də imza etmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, əvvəllər narkotik maddə olan marixuanadan istifadə etmiş, üzərində aşkar olunmuş metamfetamini özü istifadə etmək məqsədi ilə üzərində gəzdirmişdir. Şəxsi axtarış və götürmə hərəkəti bitdikdən sonra tərəfindən videolentə alınmış görüntülər bir ədəd DVD diskə köçürülərək təhqiqatçıya təqdim edilmiş, təhqiqatçı bu barədə tərtib etdiyi protokola əlavə etmişdir. İş materiallarına əlavə edilmiş 28 mart 2023-cü il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, Zaqatala RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısının, NMQ-nun, CAB-nin və KTQ-nin əməkdaşlarının iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, Təqsirləndirilən şəxs bildirmişdir ki, özünün istifadəsi üçün üzərində qanunsuz saxladığı psixotrop maddə metamfetamin var. Axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ yan cibində olan 01 (bir) ədəd şəffaf sellofan bükümü könüllü olaraq təqdim etmiş, təqdim edilmiş bir ədəd şəffaf rəngli sellofan bükümün içərisində olan psixotrop maddə elektron tərəzidə çəkilmiş, müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İstintaq hərəkətinin görüntüləri 01 ədəd “DVD” diskə köçürülməklə cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X8 Bölməsi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 29 mart 2023-cü il tarixli 17/287 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd şəffaf rəngli ağ sellofan bükümdə içərisində 1.44 qram olan psixotrop maddə metamfetaminə bənzər kütlə.” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd şəffaf rəngli sellofan bükümdə, təmiz çəkisi -1,381 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə – metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı» na daxildir. (İ siyahı) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Zaqatala Rayon Mənzil İstismar İdarəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs haqqına Zaqatala rayon Mənzil İstismar İdarəsinə yaşadığı müddət ərzində yazılı və şifahi şikayət daxil olmamışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər səhiyyə idarəsinin rayonlararası narkoloji dispanserinin 27 aprel 2023-cü il tarixli 724 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş şübhəli şəxs qismində tutma haqqında 28 mart 2023-cü il tarixli qərardan və həmin tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zaqatala RPŞ-nin TB-nin təhqiqatçısı X6 tərəfindən həmin gün saat 19:45-də Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Zaqatala Rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli 4(033)-11/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 28 mart 2023-cü il tarixdən hesablanmaqla 02 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Zaqatala Rayon Mərkəzi X7 şəxs tərəfindən 24 aprel 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Zaqatala RMX PHŞ-in X2 və Narkoloji xətəlikləi kebinetində qeydiyyatda yoxdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Zaqatala Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 2000 manat cərimə cəzasına məhkum edilmiş, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə təqsirli bilinib və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsi tətbiq edilməklə 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə və 2000 manat cərimə cəzasına məhkum edilmiş, Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə təqsirli bilinib və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 66.3-cü maddələri tətbiq edilməklə 2 il müddətinə azadlıqdan məhrumetmə və 2000 manat cərimə cəzasına məhkum edilmiş və Suraxanı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.3.2, 320.1, 320.2, 66.3-cü maddələri ilə təqsirli bilinib 07 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə CM-nin 177.3.2-ci maddəsi CM-nin 177.2.3, 177.2.4-cü maddələrinə tövsif edilməklə 04 il, CM-nin 320.1-ci maddəsi ilə 01 il, CM-nin 320.2-ci maddəsi ilə 06 ay, CM-nin 66.3-cü maddəsi ilə qəti 05 il cəza təyin edilmiş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 11 ay 16 gün vaxtından əvvəl şərti azad edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(107)-13/2019 nömrəli xx.xx.2019-cu il tarixli qərarından görünür ki, zərərçəkmiş və təqsirləndirilən şəxslərin apelyasiya şikayətlərinin təmin edilməməsi, Şəki Ağır Cinayətlər Məhkəməsinin 20 sentyabr 2018-ci il tarixli hökmü dəyişdiriərək, Təqsirləndirilən şəxs əməli CM-in 177.3.2-ci maddəsindən həmin Məcəllənin 177.2.3-cü və 177.2.4-cü maddələrinə tövsif edilmiş və onun, CM-in 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib dörd il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-in 66.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs CM-in 177.2.3 və 177.2.4-cü maddələri ilə təyin edilmiş dörd il müddətə azadlıqdan məhrum etmə cəzasının ona Şəki Ağır Cinayətlər Məhkəməsinin 20 sentyabr 2018-ci il tarixli hökmü ilə CM-in 320.1-ci maddəsinə əsasən təyin edilmiş bir il müddətə, 320.2-ci maddəsinə əsasən isə təyin edilmiş altı ay müddətə azadlıqdan məhrum etmə cəzaları ilə qismən toplanılması və onun üzərində qəti olaraq beş il müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, apelyasiya protestinin qismən təmin edilməsi, Təqsirləndirilən şəxs məhkum edildiyi CM-in 320.1 və 320.2-ci maddələrinə münasibətdə “tamah niyyəti”-nin ağırlaşdırıcı hal kimi hökmə daxil edilməsi, Şəki Ağır Cinayətlər Məhkəməsinin 20 sentyabr 2018-ci il tarixli hökmünün baxılmış apelyasiya şikayətləri və apelyasiya protestinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 7(011)-724/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə təyin edilmiş 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 11 (on bir) ay 16 (on altı) gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, narkotik vasitələrdən istifadə etməmiş, ancaq aşkar olunan narkotik vasitəni üzərində gəzdirmişdir. Ekspertiza zamanı da onun qanından narkotik vasitə aşkar edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadəsinin dəlilləri ilə razılaşmır. Çünki, məhkəmənin fikrincə Təqsirləndirilən şəxs bu xüsusatlarla bağlı verdiyi ifadələr, eləcə də bununla bağlı göstərdiyi dəlillər obyektiv gerçəkliyi əks etdirmədiyindən inandırıcı qəbul edilməməli və təqsirləndirilən şəxsin bu ifadəsi özünü müdafiə xarakteri daşıyan ifadə kimi qiymətləndirilməlidir. Məhkəmə onun verdiyi ifadəsinə hüquqi qiymət verərək, onun özünün həm ibtidai istintaq zamanı, həm də barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətə məhkəmə iclasında baxılan zaman verdiyi ifadəsini, şahidlərin ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı verdikləri ifadələrini və digər sübutları qiymətləndirərək hesab edir ki, təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs bu xüsusatlarla bağlı məhkəmədə verdiyi ifadəsi iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər səhiyyə idarəsinin rayonlararası narkoloji dispanserinin ekspertiza rəyi ilə, şəxsi axtarış və götürmə haqqında protokolla və şahidlərin ifadələri ilə, məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübutlarla təkzib edilir və o, belə bir ifadə verməklə törətdiyi cinayət əməlinə görə ala biləcəyi cəzadan yayınmağa çalışır. Göründüyü kimi, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla (təqsirləndirilən şəxsin, şahidlərin ibtidai istintaq və məhkəmədə verdikləri ifadələrlə, eksperiza rəyləri, işdə olan digər sənədlərlə) təqsirləndirilən şəxsin məlum cinayət əməlini törətməsi heç bir şübhə və ehtimal olmadan təsdiq edilir. Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 145.2-ci maddəsinə əsasən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmənin fikrinə görə sübutların həcmi və ümumiyyətlə işin gerçək hallarının tərkib əlamətləri təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət törətdiyini deməyə kifayət qədər əsas verir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün, şahidlərin ifadələri, ekspert rəyləri, şəxsi axtarış və baxış protokolları, maddi sübut və məhkəmə istintaqında tədqiq olunmuş digər dəlillərlə tam sübuta yetirildi. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan tarixdə və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda yəni, təmiz çəkisi 1,381 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlamış, 28 mart 2023-cü il tarixdə saat 19:30 radələrində Zaqatala RPŞnin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin psixotrop maddəni satış məqsədi olmadan üzərində qanunsuz daşıyarkən Zaqatala şəhəri, Ü.Hacıbəyov küçəsində, H.Əliyev parkının yaxınlığında saxlanılaraq Zaqatala RPŞ-yə gətirilmiş, polis şöbəsində üzərində həmin gün saat 20:14-dən 20:34-dək şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli şalvarın sağ yan cibindən 01 (bir) ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 1,381 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq bilavasitə məhkəmə iclasında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini, maddi sübutu və digər sənədləri sübut kimi qəbul edərək, həmin sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış biri-digərini tamamlayan sübutlarla tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. İş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315.1-ci nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin Məcəllənin 66.3-cü və 66.5-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə və 2000 manat cərimə cəzasına məhkum edilmiş və həmin hökmlə yaranmış məhkumluğu ödənilmədən Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2, 320.1 və 320.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2019- cu il tarixli qərarı ilə Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü dəyişdirilərək əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsindən həmin Məcəllənin 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilməklə hökm qalan hissədə dəyişdirilmədən üzərində qəti olaraq 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 7(011)-724/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə təyin edilmiş 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 11 (on bir) ay 16 (on altı) gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətmişdir ki, bu da cinayətlərin residivini yaratmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin residivə görə cəzanın təyin edilməsini tənzimləyən 65.2-ci maddəsində göstərilir ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4 və 83.3.2-ci maddələrinin həmin Məcəllənin 8, 9, 61.1.1 və 65.2-ci maddələri baxımından şərh edilməsinə dair 28 sentyabr 2022-ci il tarixli qərarında göstərilmişdir ki, cinayətlərin residivinə görə Cinayət Məcəlləsində göstərilən əsaslarla və hədlərdə daha sərt cəzanın tətbiq edilməsi nəzərdə tutulmuşdur. Belə ki, məhkumluğun ödənilmədiyi və ya götürülmədiyi dövrdə şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi həmin şəxsdə cinayət törədilməsinin vərdişə çevirilməsinə, fərdi maraqları ilə cəmiyyətin maraqları arasında davamlı ziddiyyətin olmasına dəlalət edir ki, bu da həmin şəxsin törətdiyi əməlin ictimai təhlükəliliyinə və onun şəxsiyyətinə adekvat qiymətin verilməsini zəruri edir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Qərarında qeyd olunmuşdur ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən, qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün-ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Göründüyü kimi, Təqsirləndirilən şəxs əvvəllər qəsdən törədilmiş cinayət əməlinə görə dəfələrlə məhkum olunmasından lazımi nəticə çıxarmayaraq yenidən cinayət törətmişdir. Bu isə onun islah olunmaq istəməməsinə, qeyd olunan cinayəti törətməsini özünə peşə və həyat tərzi seçməsinə, cəmiyyət üçün hələ də təhlükə yaratmasına, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci və 61.1.1-ci maddələrinə əsaslanaraq, Təqsirləndirilən şəxs əməlinin cinayətin residivini yaratmasını onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, həmçinin cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyin olunması məsələsini müzakirə edərək, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmamasını və ağırlaşdıran halın olmasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini, təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, onun üzərində saxlayaraq daşıdığı narkotik vasitələrin çəkisinin şəxsi istehlak miqdarından dəfələrlə çox olmasını, onun barəsində Cinayət Məcəlləsinin 62 və ya 70-ci maddələrini tətbiq etməklə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməsinin ağlabatan və cəzanın məqsədinə nail olunması baxımından yetərli vasitə hesab oluna bilmədiyini nəzərə alaraq hesab edir ki, onun barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunmalı, cəzasının əvvəli həbsə alındığı 28 mart 2023-cü il tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməli, onun barəsində seçilmiş həbs qətimkan hökm qanuni qüvvəyə minənə kimi öz qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə Təqsirləndirilən şəxs aşkar edilən və Zaqatala Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən götürülmüş və ekspert tədqiqatından sonra qalıq qalmış 01 (bir) ədəd şəffaf rəngli sellofan bükümdə 1,381 qram, ekspertiza tədqiqatından sonra qalıq təmiz çəkisi 1,331 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə 69,10 manat məbləğində eksperiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında həm də hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə hakim tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. İş üzrə xüsusi müsadirə olunmalı əmlakın olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzasının əvvəli həbsə alındığı tarixdən, yəni 28 mart 2023-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi öz qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə Təqsirləndirilən şəxs aşkar edilən və Zaqatala Rayon Polis Şöbəsində saxlanılan 01 (bir) ədəd şəffaf rəngli sellofan bükümdə 1,381 qram, ekspertiza tədqiqatından sonra qalıq təmiz çəkisi 1,331 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə 69,10 (altmış doqquz manat on qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. İş üzrə xüsusi müsadirə olunmalı əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. Hökm elan olunduğu andan (Təqsirləndirilən şəxs hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan (Təqsirləndirilən şəxs hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.
Məhkəmə qərarları › İş №1(033)-27/2023
Zaqatala Rayon Məhkəməsi Hökm — İş №1(033)-27/2023
25.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver