Azərbaycan Respublikası adından HÖKM Zaqatala rayonu İş № 1(033)-28/2021 28.07.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Kərimova Şəhla Saleh qızının katibliyi, dövlət ittihаmçısı-Аzərbаycаn Respublikаsı Bаş Prоkurоrluğunun Dövlət ittihаmının müdаfiəsi üzrə idаrəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihаmının müdаfiəsi üzrə şöbəsinin prоkurоru, ədliyyə müşaviri X1 оğlunun, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Zaqatala rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs: xx xxxxxxxx 1985-cı ildə Zaqatala şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, Zaqatala şəhəri A.Həmidov küçəsi ev 109-da qeydiyyatda olmaqla Zaqatala rayon Göyəm kəndində yaşayan, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Təqsirləndirilən şəxs 21 oktyabr 2020-ci il tarixdə, saat 22 radələrində sərxoş vəziyyətdə tamah niyyəti ilə Zərərçəkmiş şəxs yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ətrafındakı daş hasarın üzərindən aşmaqla həyətə, oradan isə evə giriş qapısını sındırıb açdıqdan sonra fərdi yaşayış evinin mətbəx otağına, yəni yaşayış sahəsinə qanunsuz olaraq daxil olmuş, həmin otaqdan qonaq otağına keçərək otaqdakı divardan asılı vəziyyətdə olan 2018-ci ildə Özbəkistan istehsallı, “ShivakiLed TV” markalı, 32/9000 modelli televizoru götürsə də, həmin vaxt sərxoş və yorğun olduğundan qısa müddət istirahət etmək qərarına gəlmiş, bu məqsədlə otaqdakı divanda uzanaraq istəmədiyi halda sabahadək yatdığından cinayətkar niyyətini həmin gün tamamlaya bilməmiş, lakin 22 oktyabr 2020-ci il tarixdə sabah radələrində yuxudan oyandıqdan sonra həmin televizoru qanunsuz və əvəzsiz olaraq götürüb evi tərk etməklə gizli talamış və qəsdən Zərərçəkmiş şəxs 180 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, Zaqatala şəhəri A.Həmidov küçəsi ev 109-da qeydiyyatda olsa da, Zaqatala rayonu Göyəm kəndində yerləşən düyə birliyində ailəsi ilə birlikdə yaşayır. 21 oktyabr 2020-ci il tarixdə axşam radələrində o, tanışları Nasir və Ruslanla birlikdə Zaqatala şəhəri “Asma” körpü adlanan ərazidə spirtli içki qəbul etdikdən sonra həmin şəxlər yaşadıqları evə getmişlər. O, isə qeydiyyatda olduğu və atasının yaşadığı evin yaxınlığında yerləşən Sevdanın yaşadığı evdən oğurluq etmək qərarına gəlmişdir. O, evin yol tərəfdəki daş hasarın üstündən tullanıb aşaraq həyətə daxil olduqdan sonra Sevdanın yaşadığı evin birinci mərtəbəsindəki giriş qapısının bir tayını itələyib açaraq oğurluq etmək məqsədi ilə evin mətbəxinə oradan evə daxil olub evdəki divardan asılı vəziyyətdə olan televizoru gizli olaraq oğurlayıb çıxmaq istəyərkən sərxoş olduğu üçün yuxusu gəlmişdir. Həmin vaxt o, evdəki divanın üstündə yatmışdır. Səhərisi günü, yəni 22 oktyabr 2020-ci il tarixdə səhər vaxtı o, yuxudan oyandıqdan sonra Sevda və onun ailəsi evə gələcəklərini hiss edib oğurladığı televizoru götürüb evdən çıxmışdır. Bundan sonra əvvəllər tanıdığı Nadir adlı şəxslə görüşərək ona televizoru 3 manata satmışdır. Nadir onun satdığı televizora baxdıqdan sonra ona 3 manat pul verib televizoru almışdır. Sevdanın evindən televizoru pula ehtiyacı olduğu üçün, eləcə də spirtli içki almaq məqsədi ilə oğurlamışdır. Çünki o, mütamadi olaraq spirtli içki qəbul edir, alkoqol içkilər qəbul etməyəndə özünü pis hiss edir. Sevdanın evinin giriş qapısı açarla bağlı olduğunu görüb hiss etmişdir ki, Sevda və ailəsi evdə yoxdur. Onun pula ehtiyacı olduğu üçün əvvəlcədən məqsədi Sevdanın evindən oğurluq etmək olmuşdur. O, Sevdanın evinə oğurluq etmək məqsədi ilə girmişdir. Oğurladığı televizoru Nadirə satanda həmin televizorun oğurluq olduğunu Nadirə deməmişdir, eləcə də Nadir həmin televizorun oğurluq olmasından xəbəri olmamışdır. O, 21 oktyabr 2020-ci il tarixdə sərxoş olduğu üçün, eləcə də oğurluq etmək məqsədi ilə Sevdanın yaşadığı evə girmişdir. Zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı tam ödəmiş, etdiyi hərəkətlərə görə ondan üzr istəmiş və onunla barışmışdır. Zərərçəkmiş şəxsin ondan şikayəti yoxdur. Etdiyi hərəkətlərdən peşmandır. Göstərdiklərinin nəzərə alınmasını və ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Zaqatala şəhəri A.Həmidov küçəsi ev 193 ünvanında ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. 21 oktyabr 2020-ci il tarixdə səhər vaxtlarında o, ailəsi ilə birlikdə Balakən rayonunda yaşayan qardaşı Şahinin yaşadığı evə qonaq getmişdir. O, həmin evdə bir gün qaldıqdan sonra 23 oktyabr 2020-ci il tarixdə təxminən saat 12 radələrində yaşadığı evə qayıtdıqda görmüşdür ki, evin giriş qapısının üst hissəsi sınmış açıq vəziyyətdədir. Həmin vaxt o, mətbəxə oradan isə evə daxil olduqda orada divardan asılı vəziyyətdə olan televizoru görməmişdir. Həmin vaxt yaşadığı evdə oğurluq hadisəsi baş verməsindən şübhələnib mobil telefonu ilə DİN-nin 102 xidmətinə zəng vurub məlumat vermişdir. Bundan sonra polis əməkdaşları yaşadığı evə gəlib onun iştirakı ilə yaşadığı evə baxış keçirmişlər. Bir neçə gündən sonra polis əməkdaşları tərəfindən ona məlum olmuşdur ki, yaşadığı evə daxil olub televizor oğurlayan şəxs Zaqatala şəhər sakini Təqsirləndirilən şəxsdur. Elnurun atası Cuma onun yaşadığı küçədə yaşayır. 4-5 il əvvəl Elnur və onun ailəsi onlara gəlib getmişlər. Son 4-5 ildə Elnur və onun ailəsi onlara gəlməmişlər. Cuma kişi oğlu Elnuru spirtli içki qəbul etdiyinə görə yaşadığı evdən qovmuşdur. Elnur özü 4-5 il olar ki, onun yaşadığı evə gəlməmişdir. Yaşadığı evdən oğurlanmış televizoru 2 il əvvəl 300 manata almışdır. 21 oktyabr 2020-ci il tarixdə səhər vaxtlarında o, Balakən rayonuna gedərkən evin giriş qapısını və həyət qapısını bağlayıb açarları qonşusu Əliyə vermişdir. Elnur evin divar hasarından tullanıb aşaraq evin giriş qapısının üst hissəsini vurub sındıraraq həmin yerdən əlini salıb qapının bir tayını açıb həmin yerdən evə daxil olmuşdur. Evin giriş qapısına qıfıl vurmasına baxmayaraq Elnur giriş qapısının bir tayını açmış və qıfıl isə qapının digər tayında qalmışdır. Ona elə gəlir ki, Elnur evə daxil olaraq evin mətbəxində olan divanın üstündə yatmışdır. Çünki divanın üstündə yorğan olmuşdur. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid2 oğlu ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, Zaqatala şəhəri A.Həmidov küçəsi ev 21-də ailəsi ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs uzun müddətdir ki tanıyır, onunla həmişə münasibəti yaxşı olmuşdur. 22 oktyabr 2020-ci il tarixdə təxminən saat 11 radələrində o, yaşadığı evdə olarkən Elnur onun yaşadığı evə gələrək satlıq televizor olduğunu və həmin televizoru 3 manata satacağını bildirmişdir. O, Elnurun əlindəki televizora baxdıqda televizordan xoşu gəldiyi üçün 3 manat pulu Elnura verərək televizoru ondan almışdır. 23 oktyabr 2020-ci il tarixdə polis əməkdaşları onun yaşadığı evə gəlib Elnurun ona satdığı televizorun oğurluq olduğunu bildirib onun iştirakı ilə baxış keçirərək televizoru götürmüşlər. Həmin vaxt ona məlum olmuşdur ki, Elnurun 3 manata ona satdığı televizor oğurluqdur. Sonralar isə ona məlum olmuşdur ki, Elnurun ona satdığı televizoru Sevda adlı qadının evindən oğurlamışdır. Elnurun ona satdığı televizorun dəyər qiyməti təxminən 150-200 manat olduğunu düşünmüşdür. Elnur televizoru ona satanda elə bilmişdir ki, həmin televizor işləmir. Eləcə də, Elnur ona yalvararaq spirtli içki qəbul etmək üçün televizoru satmaq istədiyini bildirmişdir. Onun Elnura yazığı gəldiyi üçün 3 manat ona verib televizoru götürmüşdür. Elnur ona televizoru satanda həmin televizorun özünə məxsus olduğunu, eləcə də televizorun oğurluq olduğunu ona deməmişdir. O, Elnurun satdığı televizorun əvvəlcədən oğurluq olduğunu bilsəydi həmin televizoru almayacaqdır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, uzun müddətdir ki, Zaqatala RPŞ-nin CAB-nin kiçik inspektoru vəzifəsində işləyir, polis baş serjantıdır. 23 oktyabr 2020-ci il tarixdə Zaqatala şəhər sakini Zərərçəkmiş şəxs Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə müraciət edərək yaşadığı evdən 1 ədəd televizorun oğurlanmasını bildirmişdir. Zərərçəkmiş şəxs müraciəti əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Şahid2 televizor satdığı barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı əsasında Şahid2 polis şöbəsinə dəvət olunmuş, onunla şifahi söhbət zamanı 22 oktyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs onun yaşadığı evə gəlib ona 3 manata televizor satdığını bildirmiş və bundan sonra polis əməkdaşları ilə birlikdə Şahid2 yaşadığı ünvana gedərək onun və Şahid2 iştirakı ilə qeyd olunan televizora baxış keçirilərək götürülmüşdür. Bundan sonra, Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət edilərək onunla söhbət zamanı 21 oktyabr 2020-ci il tarixdə Zərərçəkmiş şəxs yaşadığı evə sərxoş vəziyyətdə daxil olub orada spirtli içki qəbul edərək yatdıqdan sonra səhərisi günü, yəni 22 oktyabr 2020-ci il tarixdə həmin evdən televizor oğurlamasını səmimi etiraf etmişdir. Təqsirləndirilən şəxs 21 oktyabr 2020-ci il tarixdə başqa-başqa şəxslərlə yeyib içərək spirtli içki qəbul etdiyini göstərsə də, lakin Zərərçəkmiş şəxs yaşadığı evə təkbaşına girmiş və həmin vaxtı onun yanında heç kim olmamışdır. 22 oktyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs təkbaşına televizoru oğurlamışdır. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, əvvəllər ünvan 2-də anası Sevda ilə birlikdə yaşamışdır. Son vaxtlar isə Bakı şəhərində yaşamışdır. 23 oktyabr 2020-ci il tarixdə o, Bakı şəhərində olarkən anası Sevda onun mobil telefonuna zəng vurub naməlum şəxslərin yaşadığı evdən televizor oğurladığını bildirmişdir. Bir neçə gündən sonra Zaqatala rayon polis şöbəsinin əməkdaşları tərəfindən onlara məlum olmuşdur ki, yaşadıqları evdən televizor oğurlayan şəxs Təqsirləndirilən şəxsdur. Elnur və onun atası onun yaşadığı küçədə yaşamışlar. 4-5 il əvvəl Elnur və atası onun yaşadığı evə gəlib getmişlər. Elnur mütəmadi olaraq spirtli içki qəbul etdiyi üçün atası onu evdən qovmuşdur. Həmin vaxtdan sonra onun Elnurla heç bir münasibəti olmamışdır. Təqsirləndirilən şəxs onun evindən oğurluq etməmişdən 10 gün əvvəl onunla görüşməmiş, eləcə də ona qalası yeri olmadığı halda ona məxsus olan evdə qalmağına icazə verməmişdir. İşdə olan 23 oktyabr 2020-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan müəyyən edilmişdir ki, baxış Zaqatala şəhəri A.Həmidov 93 ünvanında keçirilmişdir. Zərərçəkmiş şəxs yaşadığı evin giriş qapısının üst hissəsi sındırılaraq evdən bir ədəd Şhivaki led TV” markalı televizor gizli olaraq oğurlanmışdır. İşdə olan 23 oktyabr 2020-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan müəyyən edilmişdir ki, baxış ünvan 4 ünvanında keçirilmişdir. Şahid2 yaşadığı evdən Elnur Əlievdən almış olduğu Şhivaki led TV” markalı televizoru könüllü olaraq təqdim etmiş və qeyd olunan televizor götürülmüşdür. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza mərkəzinin 16 dekabr 2020-ci il tarixli 9/5141 nömrəli ekspert rəyindən görünür ki, 01 ədəd 2018-ci il Özbəkistan istehsalı olan “Şhivaki led TV” markalı 32/9000 modelli televizorun istifadədə olunması nəzərə alınmaqla 2020-ci ilin oktyabr ayında olan orta bazar qiyməti təxminən 180 manat müəyyən edilir. İşdə olan Azərbaycann Respublikası DİN BƏSİİ-nin 27.01.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması ilə əlaqədar DİN BƏSİİ-nin əməliyyat sorğu kartotekasında hər hansı məlumat yoxdur. İşdə olan Zaqatala Bələdiyyəsi tərəfindən verilmiş 86 nömrəli, 19 fevral 2021-ci il tarixli xasiyyətnamədən örünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan 05 mart 2021-ci il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokolundan görünür ki, Təqsirləndirilən şəxs 05.03.2021-ci il tarixdə saat 17:30-da keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində tutulmuşdur. İşdə olan qətimkan tədbirinin seçilməsi haqında 06 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İşdə olan 27 mart 2021-ci il tarixli Zərərçəkmiş şəxs tərəfindən imzalanmış qəbzdən görünür ki, o, 22 oktyabr 2020-ci il tarixdə yaşadığı evdən Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış televizoru Zaqatala Rayon Polis Şöbəsindən təhvil almışdır. İşdə olan Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Ondan heç bir şikayət və tələbi yoxdur. Beləliklə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri ilə yanaşı, məhkəmə istintaqında tədqiq olunmuş digər dəlillərlə tam sübuta yetirildi. Belə ki, Təqsirləndirilən şəxs 21 oktyabr 2020-ci il tarixdə, saat 22 radələrində sərxoş vəziyyətdə tamah niyyəti ilə Zərərçəkmiş şəxs yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ətrafındakı daş hasarın üzərindən aşmaqla həyətə, oradan isə evə giriş qapısını sındırıb açdıqdan sonra fərdi yaşayış evinin mətbəx otağına, yəni yaşayış sahəsinə qanunsuz olaraq daxil olmuş, həmin otaqdan qonaq otağına keçərək otaqdakı divardan asılı vəziyyətdə olan 2018-ci ildə Özbəkistan istehsallı, “ShivakiLed TV” markalı, 32/9000 modelli televizoru götürsə də, həmin vaxt sərxoş və yorğun olduğundan qısa müddət istirahət etmək qərarına gəlmiş, bu məqsədlə otaqdakı divanda uzanaraq istəmədiyi halda sabahadək yatdığından cinayətkar niyyətini həmin gün tamamlaya bilməmiş, lakin 22 oktyabr 2020-ci il tarixdə sabah radələrində yuxudan oyandıqdan sonra həmin televizoru qanunsuz və əvəzsiz olaraq götürüb evi tərk etməklə gizli talamış və qəsdən Zərərçəkmiş şəxs 180 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Oğurluq, yəni yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla özgənin əmlakının gizli talanmasına görə Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarının 1-ci bəndinə görə məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Həmin Qərarın 19-cu bəndində göstərilir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerinə qanunsuz daxil olmaq dedikdə, oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq bilavasitə məhkəmə iclasında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut kimi qəbul edərək, həmin sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış biri-digərini tamamlayan sübutlarla tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən hal qismində nəzərə alınır. Həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hal qismində nəzərə alınır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, həmçinin cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyin olunması məsələsini müzakirə edərək, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, onun barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin olunmasını məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs 05 mart 2021-ci il tarixdən 06 mart 2021-ci il tarixədək tutularaq saxlanıldığı 1 (bir) gün, nəzərə alınmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının müddəti Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi qüvvədə saxlanılmalıdır. Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli, cəza çəkdiyi müddətdə günün müəyyən vaxtlarında yaşayış yerini tərk etməməli, cəza çəkdiyi müddətdə Zaqatala rayonu ərazisini, eləcə də saat 23:00-dan saat 07:00-dək yaşayış yeri olan ünvan 5 ünvanında yerləşən evinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. İş üzrə 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut olan “Shivaki led TV” markalı televizorun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə xüsusi müsadirə olunmalı əmlakın və mülki iddianın olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında həm də hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə hakim tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməmişdir. Belə vəziyyətdə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan müsadirə edilməli olan əmlak mövcud deyildir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda,bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasınа məhkum edilsin. Təqsirləndirilən şəxs 05 mart 2021-ci il tarixdən 06 mart 2021-ci il tarixədək tutularaq saxlanıldığı 01 (bir) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddətinin azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla cəmi 2 (iki) gün həmin cəzadan çıxılsın və onun üzərində qəti cəza olaraq 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəksin. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs üzərinə yaşadığı Zaqatala rayon ərazisini, eləcə də saat 23:00-dan saat 07:00-dək yaşayış yeri olan ünvan 5 ünvanında yerləşən evinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti Zaqatala Rayon İcra və Probasiya Şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı Zaqatala Rayon İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablansın. İş üzrə 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan “Shivaki led TV” markalı televizorun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə xüsusi müsadirə olunmalı əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Sədrlik edən Tural Həsənov
Məhkəmə qərarları › İş №1(033)-28/2021
Zaqatala Rayon Məhkəməsi Hökm — İş №1(033)-28/2021
28.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver