Məhkəmə qərarları › İş №1(033)-28/2025

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №1(033)-28/2025

28.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 1(033)-28/2025 28.04.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədova Zərifə Faiq qızının sədrliyi X22 Əli qızının katibliyi ilə, Xüsusi ittiham qaydasında şikayət verən şəxs X3 nümayəndəsi Nümayəndə, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X4, müdafiəçi X14 iştirakları ilə, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə xüsusi ittiham qaydasında şikayət verən şəxs X3 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə müəyyənetdi: X9 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək həmin məcəllənin 147.1-ci maddəsi ilə min beş yüz manat məbləğində cərimə edilməsi barədə hökm çıxarılmasını xahiş etmişlər. X9 ərizəni onunla əsaslandırırlar ki, X10 dövləti aldadaraq 1/1 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə götürmüşdür. O, Zaqatala Rayon Məhkəməsinə müraciət etmiş, X6 2016cı ilin 25 fevralda verilmiş 1/1 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə 2021-ci il iyunun 3-də məhkəmə tərəfindən etibarsız hesab edilmişdir. X1 Rayon Məhkəməsinin 2021-ci ilin iyun ayının 3-də çıxartdığı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi haqqında qətnamədən Şəki Apellyasiya Məhkəməsinə və Ali Məhkəməyə müraciət etmişdir. Heç bir məhkəmə X4 şikayətini təmin etməmişdir. Ona görə də X6 2016-cı il fevralın 25də verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə Zaqatala rayon 2 saylı Notariat ofisinin xüsusi notariusu X11 tərəfindən 2022-ci il aprelin 4-də ləğv edilmişdir. X10 2021-ci il iyun ayında ondan heyfini çıxartmaq üçün Zaqatala Rayon Prokurorluğuna 2 dəfə şər-böhtan xarakterli şikayət ərizəsi ilə müraciət edərək onun hüquqlarını pozmuşdur. Həmin şikayət ərizələrində onun haqqında şər-böhtan xarakterli məlumatlar yazmaqla şər böhtan atmışdır. Abdullayev Ramazanın şər-böhtan xarakterli şikayət ərizəsinin məzmunu aşağıdakı kimidir: Zaqatala rayonu Mazıx kənd sakini X12 qanunsuz zəbt etdiyi və adına rəsmiləşdirilməmiş fərdi yaşayış evini qəzalı göstərməklə bərpa pulu almışdır. Bildiyiniz kimi 2012-ci ildə mayın 7-də Zaqatala rayonu ərazisində baş vermiş 7 bal gücündə olan zəlzələ nəticəsində yaşayış evlərinə ziyan dəymişdir. X12 dövləti aldadaraq bərpa pulu almışdır. Hesab edirəm ki, Tahirə Abdullayevə verilmiş bərpa pulunu dövlət büdcəsinə geri qaytarmalıdır. Ona görə ki, X12 bərpa pulunu təyinatdan kənar istifadə edərək, həyətyanı sahədə sanitar qovşaq və hamam inşa etmişdir. Abdullayev Ramazanın 1-ci şikayət ərizəsinə görə o, Zaqatala rayon Prokurorluğuna müstəntiq Rəsul Babayev tərəfindən çağırılaraq izahatı alınıb. İzahatından əlavə, hüquqi sənədlər tələb olunub. Abdullayev Ramazanın 2-ci şikayətinə görə o, Zaqatala rayon Prokurorluğuna prokuror müavini Orucov Vüqar tərəfindən çağırılaraq izahatı alınıb, izahatından əlavə hüquqi sənədlər tələb olunub. X4 Zaqatala rayon Prokurorluğuna yazdığı şikayət ərizələrindən başqa, 2021-ci ilin mayın 5-də Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin rəisinə göndərdiyi yalan xarakterli şikayət məktubunun məzmunu aşağıdakı kimidir: Onun bacısı X12 ilə aralarında vərəsəlik işi ilə əlaqədar mülki mübahisələri vardır. X2 müxtəlif yollarla Zaqatala rayonu Mazıx kəndində yerləşən miras əmlaklara sahiblənmək istəyir. Hal-X2nın yaşadığı evin mülkiyyət hüququnu təsdiq edən sənəd yoxdur. Qanunsuz yolla həmin evə Çıxarış almaq istəyir. Göründüyü kimi X10 onun haqqında şər-böhtan xarakterli məlumatlar yazmaqla öz elədiyi saxtakarlığı örtbasdır etmək üçün onun üstünə şər-böhtan atmışdır. Dövləti aldadan da özüdür, saxtakarlıq edən də. Onun haqqında şər-böhtan xarakterli şikayət ərizəsi yazan X10 barəsində məhkəməyə gec müraciət etməyinin səbəbini onunla izah edir ki, həmin vaxtı ona məxsus olan torpaq və evin xüsusi mülkiyyət hüququnun tanınması ilə bağlı işə Şəki İnzibati Məhkəməsində baxılırdı. Sübut olaraq 27 may 2024-cü il tarixli məhkəmədən ona gələn məktubu göstərə bilər. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət verən şəxs X3 nümayəndəsi Nümayəndə şikayətin məzmununa uyğun izahat verərək eyni zamanda onlara zərər vurulduğunu da qeyd etdi və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilərək məhkəmə baxışının təyin edilməsini məhkəmədən xahiş etdi. O, anası olan Tahirə Abdullayevaya şərböhtanın 2021-ci ildə atılmasını qeyd etdi. Məhkəmə hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X10 izahat verərək göstərdi ki, o prokurorluq orqanına araşdırılması üçün müraciət edib, lakin o, cinayət törətməyib. Nəzərə alınmasını xahiş edir. Məhkəmə xüsusi ittiham qaydasında şikayəti araşdırıb, belə nəticəyə gəlir ki, məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 299.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 299.3.3-cü maddəsinə əsasən, cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olubolmaması barədə məsələlərə baxılır. Həmin Məcəllənin 293.3-cü maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahişi, şikayətin verildiyi tarix (il, ay və gün) və yer və şikayəti vermiş şəxsin imzası göstərilir. Hazırki şikayətdən və ona əlavə edilmiş sənədlərdən görünür ki, hazırda cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 299.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 299.3.3-cü maddəsinə əsasən, cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olubolmaması barədə məsələlərə baxılır. Həmin Məcəllənin 293.3-cü maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahişi, şikayətin verildiyi tarix (il, ay və gün) və yer və şikayəti vermiş şəxsin imzası göstərilir. İş materiallarından görünür ki, xüsusi ittiham qaydasında şikayət verən X9 öz şikayətində və onun nümayəndəsi Nümayəndə X4 2021-ci ildə yol verdiyi hərəkətlərə, yəni, Zaqatala Rayon Prokurorluğuna edilmiş şikayətdə yer alan şər-böhtan xarakterli məlumatlara görə hazırki şikayətlə müraciət etmişdir. Xüsusi ittiham qaydasında şikayət isə məhkəməyə xx.xx.2025-ci ildə daxil olmuş, məhkəmənin hazırlıq iclası xx.xx.2025-ci il tarixinə təyin edilmişdir. Azərbaycan Respublikası CM-nin 75.1.1-ci maddəsinə əsasən «böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə» şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən «Müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır». Həmin Məcəllənin 147.1-ci maddəsinə əsasən (şikayətdə X15 həmin maddə ilə cinayət məsuliyyətinə cəlb edilməsi xahiş olunur) «Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma - min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır». Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinin tələbinə görə «Qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur». Qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına nəzər yetirdikdə görünür ki, Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət sayılır. Belə olan halda məhkəmə hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi müddəti keçmişdir. Azərbaycan Respublikası CPM-nin 302.1.4-cü maddəsinə əsasən «cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə» məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən məhkəmə «bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə» qərar çıxarır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X7 X6 qarşı xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən məhkəmənin hazırlıq iclasının nəticələri əsasında imtina olunması barədə qərar çıxarılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 300, 302, 381, 383 - 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə xüsusi ittiham qaydasında şikayət verən şəxs X3 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina olunsun. Qərardan, 20 (iyirmi) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zərifə Məmmədova.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar