Azərbaycan Respublikası adından HÖKM Zaqatala rayonu İş № 1(033)-29/2021 06.07.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X1 katibliyi, dövlət ittihаmçısı-Аzərbаycаn Respublikаsı Bаş Prоkurоrluğunun Dövlət ittihаmının müdаfiəsi üzrə idаrəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihаmının müdаfiəsi üzrə şöbəsinin prоkurоru, ədliyyə müşaviri Dövlət ittihamçısı оğlunun, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Zaqatala rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs: xx xxxxxxxx 1992-ci ildə Zaqatala rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, himayəsində bir azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli talama qərarına gələrək 13 fevral 2021-ci il tarixdə saat 14 radələrində Zərərçəkmiş şəxs Zaqatala rayonu Kebeloba kəndi ərazisində heyvanların müvəqqəti saxlaması üçün nəzərdə tutulmuş, dəmir setka ilə hasarlanmış ərazi sahəsinə, yəni başqa saxlanc yerinə qanunsuz daxil olaraq oradan 1920 manat dəyərində 8 baş boğaz qoyun, 576 manat dəyərində 3 baş doğmuş qoyun, 1760 manat dəyərində 8 baş erkək toğlu və 240 manat dəyərində 3 baş quzunu gizli olaraq talamaqla Zərərçəkmiş şəxs ümümlikdə 4496 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zaqatala rayonu ərazisində müxtəlif ünvanlarda çobanlıq etmiş, 13 fevral 2021-ci il tarixdə, saat təxminən 14 radələrində Zaqatala rayonu Kebeloba kəndinin kənarında çay kənarına gedən vaxt, çayın kənarında olan ətrafı bağlı torpaq sahəsində 19 baş qoyun və 3 baş quzunun sahibsiz vəziyyətdə otladığını görmüş, o bir qədər dayanıb qoyunların sahibinin olub-olmamasını yoxlamış, lakin həmin müddət ərzində qoyunların sahibi olmadığını görmüşdür. Bundan sonra həmin qoyunları oğurlamaq məqsədilə qoyunları həmin torpaq sahəsindən çıxardıb qabağına salıb aparmış, o qoyunları çayın içi ilə Zaqatala rayonu, Kebeloba kəndindən çıxartmış, bundan sonra qoyunları hara aparacağını fikirləşərək əvvəllər yanında çoban işlədiyi Şahinə zəng vuraraq qoyunları onun fermasına gətirmək istədiyini demiş, Şahin ona qoynuları fermasında saxlamağın xeyrinin nə olacağını soruşmuşdur. O, da Şahinə qoyunları fermasında 10 gün saxlayacağına görə 1 baş toğlu verə biləcəyini demişdir. Şahin də onunla razılaşaraq qoyunları fermasına aparmağına icazə vermişdir. Bundan sonra oğurladığı qoyunları Zaqatala şəhəri ilə Tala çayının kənarına gətirmiş, o qoyunları Zaqatala şəhəri, Şıxəli məktəbinin yanından Tala çayının kənarına saldıqdan sonra yenidən Şahinə zəng vuraraq qoyunları çaydan keçirtmək üçün kömək istəmiş, bir qədər sonra Şahin yenidən ona zəng vuraraq Sərxan adlı şəxsi qoyunları çaydan keçirtməyə kömək üçün onun yanına göndərdiyini demiş, bir qədər sonra Sərxan adlı şəxs Zaqatala şəhəri, «Şam Bağı» restoranının yanına «Tala» çayının kənarına onun yanına gəlmişdir. Bundan sonra o əvvəlcə quzuları Tala çayından keçirtmiş, o quzuları Tala çayından keçirən vaxt Sərxan qoyunların yanında dayanmış, o quzuların hər birini qucağına alıb təktək çaydan keçirtmişdir. Bundan sonra isə qoyunları çaydan keçirtmiş, o qoyunları çaydan keçirdən vaxt Şahinə zəng vuraraq Sərxanın ona kömək etmədiyini demişdir. Bundan sonra Şahin ona fermanın yanına çatdıqda özü yanına gələcəyini demişdir. O, Zaqatala rayonu Aşağı Tala kəndi ərazisində olan vaxt polis əməkdaşları onun yanına gəlib saxlayaraq rayon polis şöbəsinə gətirmişlər. O, oğurluq etməsi barədə Şahinə deməmişdir, Şahinə tutulduqdan sonra demişdir ki, həmin qoyunları oğurlamışdır. Zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı ödəmişdir. Etdiyi hərəkətlərdən peşmandır. Göstərdiklərinin nəzərə alınmasını və ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, 20 baş qoyun və 3 baş quzu saxlayaraq ailəsini dolandırır. Həmin qoyunları Kebeloba kəndində yaşadığı evdən təxminən 200 metr aralıda olan ətrafı taxta ilə çəpərlənmiş özünə məxsus pay torpaq sahəsinə salmışdır. Hər gün qoyunları saat 10 radələrində torpaq sahəsinə aparmış və saat təxminən 15 radələrində isə evinə gətirmişdir. Qoyunları saldığı torpaq sahəsinin ətrafı taxta çəpərlə bağlı olduğu üçün qoyunları həmin torpaq sahəsində rahat qoymuşdur. 13 fevral 2021-ci il tarixdə saat təxminən 10 radələrində yenə özünə məxsus qoyunları və quzuları torpaq sahəsinə aparmış, həmin vaxt qoyunlarından biri təzə doğduğu üçün həmin bir baş qoyunu torpaq sahəsinə aparmamışdır. Qalan 19 baş qoyunu və 3 baş quzunu saat təxminən 10 radələrində aparıb torpaq sahəsinə salmışdır. Bundan sonra isə yaşadığı evə gəlmiş, 13 fevral 2021-ci il tarixdə saat təxminən 15 radələrində yenə qoyunları gətirmək üçün torpaq sahəsinə getmiş, torpaq sahəsinə getdikdə qoyunların bağda olmadığını görmüşdür. Bundan sonra ətrafı axtarmağa başlamış, təxminən 1 saata qədər axtarsa da qoyunları tapa bilməmişdir. O, bundan sonra Zaqatala rayon polis şöbəsinə gələrək ərizə ilə müraciət etmişdir. Qoyunların 8 başı üç illik olmaqla, orta köklükdə, bir dəfə doğmuş, qarında balası olan qoyun olmuş, onların hər birinin diri çəkisi 32 kiloqram olan, 3 başı üç illik olmaqla, orta köklükdə, iki dəfə doğmuş, oğurlanmamışdan əvvəl doğmuş qoyun olmuş, həmin qoyunların hər birinin diri çəkisi 32 kiloqram olmuş, 8 başı isə bir illik olmaqla, orta köklükdə erkək toğlular olmuş, hər birinin diri çəkisi 22 kiloqram olmuş, üç baş quzu isə 2 aylıq olmaqla, hər birinin çəkisi 6 kiloqram olmuşdur. Qoyunların və quzuların hamısı yerli qoyun olmuş, qoyunlarını və quzularını gündüz vaxtı dörd tərəfi taxta ilə çəpərlənmiş torpaq sahəsinə salmış, həmin torpaq sahəsinin dörd tərəfi bağlıdır və torpaq sahəsinə girmək üçün taxta qapı olmuşdur. O, həmin qapının qabağına isə dəmir qoymuş, qoyunları gətirmək üçün bağa getdikdə həmin dəmirin kənara qoyulduğunu görmüşdür. Təqsirləndirilən şəxs ona vurduğu ziyanı tamamilə ödəmişdir. Ondan heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, Zaqatala şəhərində yerləşən çörəkbişirmə sexində işləyir, bir sutka işdə olub 2 gün də evdə dincəlir. Şahid2 3 ilə yaxın müddətdə tanımış, onun Şahid2lə yaxın münasibəti olmuşdur. 13 fevral 2021-ci il tarixdə saat təxminən 10 radələrində yaşadığı evdə olan vaxt Şahin istifadə etdiyi ***-***-**-** nömrəsindən onun istifadə etdiyi ***-***-**-** nömrəsinə zəng vuraraq harada olmasını soruşmuş, o isə Şahinə yaşadığı evdə olduğunu demişdir. Şahin ona «köməyinə ehtiyacım var fermaya gəl» demiş, o da bundan sonra yaşadığı evin yaxınlığında dayanaraq taksilik edən Bayram adlı şəxsə zəng vuraraq evlərinə çağırmış və həmin taksi ilə Şahinin Zaqatala rayonu Aşağı Tala kəndindən Muğanlı kəndinə gedən yolda yerləşən fermasına getmişdir. Buna görə taksiyə 2 manat pul vermişdir. O, fermaya gedən vaxt Şahin fermada olmuş, Şahin ona otların üyüdülməsinə kömək etməyi xahiş etmiş, o da Şahinə razılıq vermişdir. Həmin gün saat təxminən 14 radələrində fermaya ot üyütmək üçün traktor gəlmiş, o fermada olan adını bilmədiyi bir nəfərlə birlikdə otları üyütməyə başlamışdır. Həmin vaxt Şahin onun yanına gəlib Natiq adlı tanışının fermaya qoyun gətirdiyini, həmin qoyunların çaydan keçirilməsinə köməklik etmək lazım olduğunu bildirmişdir. O, da Şahinə Natiqə kömək edə biləcəyini demiş, bundan sonra Şahinlə küçəyə çıxaraq maşın gözləyən vaxt qırmızı rəngli VAZ-21099 markalı avtomobil gəlmiş və Şahin həmin maşını əl edib saxlatmışdır. Şahin həmin qırmızı rəngli VAZ-21099 markalı avtomobillə onu Zaqatala şəhərinə yola salmış, o restoranın qabağında avtomobildən düşdükdən sonra restoranın yanından keçib «Tala» çayının kənarına getmiş və Natiqlə görüşmüşdür. Natiqlə görüşdükdə qabağında 19 baş qoyun və 3 baş quzu olmasını görmüşdür. O, qoyunların yanında durmuş, Natiq isə həmin quzuları qucağına alaraq çaydan keçirtmişdir. Daha sonra isə bir yerdə həmin 19 baş qoyunu çaydan keçirtmişlər, o qoyunların çaydan keçirilməsinə kömək etdikdən sonra yenidən qayıtmış, Natiq isə qoyunları götürüb getmişdir. O, Şahini təxminən 3 ilə yaxındır müddətdir tanımış, Natiqi əvvəllər Şahinin fermasında görmüş, Şahin ona Natiqin fermaya qoyun gətirdiyini deyərək həmin qoyunların çaydan keçirilməsinə kömək etmək lazım olduğunu demişdir. Şahin ona Natiqin gətirdiyi qoyunların oğurluq olmasını deməmişdir. İşdə olmadığı vaxtlar boş olanda Şahinin fermasına gedib işləmiş və Şahin buna görə ona pul vermiş, ancaq qoyunları sudan keçirtməyə görə Şahin ona heç bir pul verməmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, atasının Zaqatala rayonu, Aşağı Tala kəndi ərazisində yerləşən fermaları var, həmin fermada qoyun və inək saxlayırlar. Zaqatala şəhər sakini Təqsirləndirilən şəxs təxminən 2-3 ilə yaxın müddətdir tanımışdır. Təqsirləndirilən şəxs onların fermasında çobanlıq etmiş, o da həmin vaxtdan Natiqi tanımış və Natiqlə normal münasibəti olmuşdur. Onun Təqsirləndirilən şəxs ilə heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Şahid1 isə təxminən 4-5 ilə yaxın müddətdir tanıyır. Şahid1 ilə münasibəti yaxşı olmuş, Sərxan hər dəfə işdə olmadığı müddətdə onun fermasına gəlib köməklik etmiş, bunun müqabilində hər dəfə Sərxana pul vermiş, Sərxan ilə də heç bir düşmənçilyi və ədavəti olmamışdır. 13 fevral 2021-ci il tarixdə saat təxminən 10 radələrində Sərxan az yaşlı oğlu ilə birlikdə yenə fermaya gəlmiş, Sərxan fermaya gəldikdən sonra həmin günü bir yerdə olmuşlar. 13 fevral 2021-ci il tarixdə saat təxminən 14 radələrində o fermada olan vaxt Təqsirləndirilən şəxs ona zəng vuraraq 30 baş qoyunu olduğunu, qoyunları satana qədər 10 gün fermada saxlamaq istədiyini demişdir. O, da Natiqə həmin qoyunları fermada saxlamağın ona nə xeyri olacağını soruşmuş, Natiq də ona həmin qoyunlardan bir baş quzunu ona verə biləcəyini demişdir. Bundan sonra o Natiqə qoyunları fermaya gətirə biləcəyini demişdir. Bir qədər sonra Natiq yenə ona zəng vuraraq Zaqatala şəhəri, «Balakən qapı» adlanan yerin yanında olduğunu deyərək oradan qoyunları fermaya necə gətirə biləcəyini soruşmuşdur. Təxminən 15-20 dəqiqə sonra Natiq yenidən ona zəng vuraraq «Şıxəli Məktəbi»nin yanından hansı tərəfə getməsini soruşmuş, o da Natiqə sağ tərəfə çayın kənarına düşməyi bildirmişdir. Bir qədər sonra Natiq yenə zəng vuraraq Tala çayının kənarında olduğunu və hansı istiqamətdə getməyi soruşmuş, o da Natiqə gəlmək üçün istiqamət vermişdir. Təxminən 20-25 dəqiqə sonra Natiq yenə ona zəng vuraraq «Şam bağı» restoranının arxa tərəfində olduğunu deyərək çaydan qoyunları keçirtməyə kömək istəmiş, o da Natiqə kömək edəcəyini deyərək fermadan çıxıb yola tərəf gedən vaxt ot üyütmək üçün traktorun gəldiyini görmüş, o həmin traktoru da 2-3 gün gözlədiyi üçün fermaya qayıtmışdır. O, fermaya qayıdıb Sərxana ya qoyunların arxası ilə Natiqə köməyə getməsini və ya traktora üyütmək üçün ot verməsini demişdir. Sərxan da ona ot verə bilməyəcəyini, Natiqə köməyə gedə biləcəyini demiş, o da bu məqsədlə Sərxanla bir yerdə fermadan asfalt yola çıxmış, asfalt yola çıxdıqdan sonra gələn maşınlara getmək üçün əl etsələr də bir neçə maşın dayanmayıb getmişdir. Bundan sonra qırmızı rəngli «VAZ-21099» markalı avtomobil gəlmiş, həmin avtomobilə əl etdikdə saxlamış və maşının arxa oturacağında orta yaşlı bir qadın oturmuş, o sürücüdən hara getməsini soruşduqda Zaqatala şəhər bazarının yanına getdiyini demiş, o da taksi sürücüsünə 3 manat pul verərək Sərxanı «Şam Bağı» restoranının qabağında düşürtməyi demişdir. Sərxanı yola saldıqdan sonra Natiqə zəng vuraraq özünün gələ bilmədiyini Sərxan adlı dostunu göndərdiyini demişdir. Bundan sonra fermaya qayıdıb ot üyütməyə başlamış, təxminən 15-20 dəqiqə sonra Sərxana zəng vuraraq harada olmasını soruşmuş, Sərxan ona «Şam Bağı» restoranının qabağında olduğunu demişdir. O, da bundan sonra Natiqə zəng vuraraq Sərxanın restoranın qabağında olduğunu deyərək yaxınlaşmasını demişdir. Bir qədər sonra Natiq ona zəng vuraraq Sərxanın kömək edə bilmədiyini demiş, sonra o Sərxana bir neçə dəfə zəng vursa da Sərxan onun telefonlarına cavab verməmişdir. Natiq ona zəng vuraraq 30 baş qoyununun olduğunu, həmin qoyunları fermada saxlamaq istədiyini bildirmiş, o da Natiqə xeyrinin nə olduğunu soruşduqda Natiq ona qoyunları 10 gün saxlamağa görə bir baş quzu verəcəyini dediyi üçün razılıq vermiş, Təqsirləndirilən şəxs ona həmin qoyunların oğurluq olmasını deməmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, 2012-ci ildən DİO-da xidmət edir. 2020-ci ilin avqust ayından Zaqatala rayon polis şöbəsinin cinayət axtarış bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Zaqatala şəhəri onun xidməti ərazisidir. 13 fevral 2021ci il tarixdə saat təxminən 15 radələrində Zaqatala şəhəri, Heydər Əliyev prospekti və Vidadi küçəsi ilə bir nəfər şəxsin 22 baş qoyunu «Tala» çayı istiqamətində aparması barədə məlumat almış, məlumat əsasında həmin ərazini yoxladıqda Təqsirləndirilən şəxs adlı şəxsin 22 baş qoyunu və quzunu «Şam Bağı» restoranının arxa tərəfindən «Tala» çayından keçirdərək Aşağı Tala kəndi istiqamətində aparmasını öyrənmişdir. Bundan sonra CAB-nin kiçik inspektoru Şahid4lə birlikdə Zaqatala rayonu Aşağı Tala kəndi ərazisindən Tala çayının kənarına tərəf getmişdir. Həmin vaxt şöbə rəhbərliyi tərəfindən Zaqatala rayonu Kebeloba kənd sakini Zərərçəkmiş şəxs adlı şəxsin 19 baş qoyununun və 3 baş quzusunun oğurlanması barədə rayon polis şöbəsinə ərizə verməsini bildirmişlər. Bundan sonra Zaqatala rayonu Aşağı Tala kəndi ərazisində Tala çayının kənarında Təqsirləndirilən şəxs qabağında 19 baş qoyun və 3 baş quzu aparmasını görmüş, buna görə də Şahid4lə birlikdə Təqsirləndirilən şəxs yaxınlaşaraq qoyunları haradan əldə etməsini və hara getməsini soruşmuşdur. Təqsirləndirilən şəxs əvvəlcə qoyunların ona məxsus olmasını deyərək həmin qoyunları Şahid2 fermasına aparmasını bildirmiş, daha sonra isə qoyunları Zaqatala rayonu Kebeloba kəndi ərazisindən çayın kənarında yerləşən torpaq sahəsindən oğurladığını bildirmişdir. Bu barədə dərhal rayon polis şöbəsinin rəhbərliyinə məlumat vermiş və bir qədər sonra polis şöbəsindən müstəntiq də yanlarına gələrək sənədləşdirmə aparmışlar, Təqsirləndirilən şəxs görən vaxt Natiq tək olmuşdur. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid4 Şahid3 ifadəsinə uyğun ifadə verərək onun ifadəsində göstərdiklərini təsdiq etmişdir. İşdə olan 13 fevral 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisənin baş verdiyi yer Zaqatala rayonu Kebeloba kəndində Zərərçəkmiş şəxs məxsus çay kənarı torpaq sahəsidir. Torpaq sahəsinin ətrafı dəmir setka ilə çəpərlənmişdir. Torpaq sahəsinə giriş çıxış üçün dörd tərəfi taxta olan arxası dəmir setka olan qapı vardır. Həmin qapı beton dirəklə bərkidilib. Qapı bağlandıqda da beton dirəyə bağlanır. Torpaq sahəsinə baxış keçirilən zaman torpaq sahəsinin hər bir tərəfdən çəpərlənmiş halda olduğu görünür. Bundan başqa torpaq sahəsinə baxış zamanı giriş üçün nəzərdə tutulmuş qapının açıq olduğu görünür. Həmin qapını qarşı tərəfdə olan beton dirəkdən ancaq insanın aça biləcəyi görünür. İşdə olan 13 fevral 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zaqatala rayonu Aşağı Tala kəndi ərazisində “Tala” çayına yaxın yerdə boş sahədə bir nəfər adam sonradan bildikləri Təqsirləndirilən şəxs qabağında qoyun və quzu apardığı müəyyən edilmişdir. Həmin qoyunlara baxdıqda 19 baş qoyunun və 3 baş quzunun olduğu müəyyən edilmişdir. Həmin qoyunlardan 8 başı boğaz olmaqla təxminən 30 kiloqram ağırlığında, 3 baş ana boğaz qoyun olmaqla, hər biri təxminən 30 kiloqram 8 baş bir illik erkək toxlular olmaqla təxmini 20 kiloqram ağırlığında, 3 baş isə təzə doğulmuş quzulardır. İşdə olan 13 fevral 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokolundan görünür ki, Təqsirləndirilən şəxs 13 fevral 2021-ci il tarixdə saat 21:40-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan 14 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğurlamış olduğu 22 baş qoyun tanınmaya təqdim edildikdən sonra saxlanması üçün sahibi Zərərçəkmiş şəxs verilmişdir. İşdə olan qəbzdən görünür ki, Zərərçəkmiş şəxs 19 baş qoyunu 3 baş quzunu Zaqatala Rayon Polis Şöbəsindən təhvil almışdır. İşdə olan 15 fevral 2021-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Qərar ona elan edilməklə dərhal MSY-dən azad edilməsi qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 20.02.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum edilməmişdir. İşdə olan Zaqatala rayonu, Əliabad qəsəbəsi həftəlik heyvan bazarından alınmış arayışdın görünür ki, 13 fevral 2021-ci il tarixdə 1 baş şişək qoyunun qiyməti 240 manat, 1 baş 3 illik, diri çəkisi 32 kiloqram olan, 2 dəfə doğmuş doğar qoyunun qiyməti (diri çəkinin bir kiloqramının qiyməti 6 manat) 192 manat, 1 baş 1 illik diri çəkisi 22 kiloqram olan erkək toğlunun qiyməti 220 manat, 1 baş təzə doğulmuş quzunun qiyməti 80 manat olmuşdur. 8 baş şişək qoyunun qiyməti 1920 manat, 3 baş doğar qoyunun qiyməti 576 manat, 8 baş bir illik erkək qoyunun qiyməti 1760 manat və 3 baş quzunun qiyməti 240 manat təşkil edir. İşdə olan Zaqatala Rayon Məhkəməsinin 1(033)-29/2021 20 may 2021-ci il tarixli qərarından görünür ki, xx xxxxxxxx 1992-ci ildə Zaqatala rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 4sin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin ləğv edilməsi, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi, həbsdə saxlanılma müddətinin 03 (üç) ay müəyyən edilməsi, həbs etmənin əvvəlinin onun tutulduğu andan hesablanması qərara alınmışdır. İş materiallarında olan Zaqatala rayon polis şöbəsinin 05.06.2021-ci il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, xx.xx.1992-cı ildə Zaqatala rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ünvan 5 ünvanında qeydiyyatında olmaqla ünvan 6ayon PŞ-si tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə barəsində 26.05.2021-ci il tarixdə 410307 nömrəli axtarış işi açılmış, Təqsirləndirilən şəxs 05.06.2021-ci il tarixdə saat 10:30 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Balakən rayonunda tutularaq Zaqatala rayon PŞ-nə gətirilərək Ədliyyə Nazirliyinin Şəki Penitensiar Müəssisəsinə təhvil verilməsi üçün NH-nə təhvil verilmişdir. İş materiallarında olan Zaqatala Bələdiyyəsi tərəfindən 09 aprel 2021-ci il tarixdə verilmiş 316 nömrəli arayışdan görünür ki, ünvan 7 ünvanında yaşayan xx xxxxxxxx 1992ci il təvəllüdlü Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmamışdır. İşdə olan Zaqatala Rayon Qeydiyyat Şöbəsi tərəfindən 06.07.2021-ci il tarixdə verilmiş Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 29.04.2021-ci il tarixdə anadan olmuş X2 atası Təqsirləndirilən şəxsdur. İş materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona vurduğu ziyanı tamamilə ödəmişdir. Təqsirləndirilən şəxs heç bir şikayəti yoxdur. Təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. Beləliklə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri ilə yanaşı, məhkəmə istintaqında tədqiq olunmuş digər dəlillərlə tam sübuta yetirildi. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli talama qərarına gələrək 13 fevral 2021-ci il tarixdə saat 14 radələrində Zərərçəkmiş şəxs Zaqatala rayonu Kebeloba kəndi ərazisində heyvanların müvəqqəti saxlaması üçün nəzərdə tutulmuş, dəmir setka ilə hasarlanmış ərazi sahəsinə, yəni başqa saxlanc yerinə qanunsuz daxil olaraq oradan 1920 manat dəyərində 8 baş boğaz qoyun, 576 manat dəyərində 3 baş doğmuş qoyun, 1760 manat dəyərində 8 baş erkək toğlu və 240 manat dəyərində 3 baş quzunu gizli olaraq talamaqla Zərərçəkmiş şəxs ümümlikdə 4496 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Oğurluq, yəni yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla özgənin əmlakının gizli talanmasına görə Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarının 1-ci bəndinə görə məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Həmin Qərarın 19-cu bəndində göstərilir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerinə qanunsuz daxil olmaq dedikdə, oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq bilavasitə məhkəmə iclasında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut kimi qəbul edərək, həmin sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış biri-digərini tamamlayan sübutlarla tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.1.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən hal qismində nəzərə alınır. Həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hal qismində nəzərə alınır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, həmçinin cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini və təqsirləndirilən şəxsin himayəsində azyaşlı uşağın olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyin olunması məsələsini müzakirə edərək, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, törətdiyi əməli etiraf etməklə peşmançılıq çəkməsini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, onun barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin olunmasını məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs 13 fevral 2021-ci il tarixdən 15 fevral 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 2 gün, 05 iyun 2021-ci il tarixdən 06 iyul 2021-ci il tarixədək həbsdə saxlanıldığı 1 ay 1 gün, yəni ümumilikdə 1 ay 3 gün nəzərə alınmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının müddəti Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli, o, dərhal məhkəmə zalında həbsdən azad edilməli, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəsini alana kimi qüvvədə saxlanılmalıdır. Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli, cəza çəkdiyi müddətdə günün müəyyən vaxtlarında yaşayış yerini tərk etməməli, cəza çəkdiyi müddətdə onun üzərinə yaşadığı Zaqatala rayonu ərazisini, eləcə də saat 23:00-dan saat 07:00-dək yaşayış yeri olan ünvan 7 ünvanında yerləşən evinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. İş üzrə 22 baş qoyun-quzunun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə ekspertiza xərcinin, maddi sübutun, xüsusi müsadirə olunmalı əmlakın və mülki iddianın olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında həm də hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə hakim tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməmişdir. Belə vəziyyətdə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan müsadirə edilməli olan əmlak mövcud deyildir. Azərbaycan Respublikası CPM-nin 349-cu maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasınа məhkum edilsin. Təqsirləndirilən şəxs 13 fevral 2021-ci il tarixdən 15 fevral 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 02 (iki) gün və 05 iyun 2021-ci il tarixdən 06 iyul 2021-ci il tarixədək həbsdə saxlanıldığı 01 (bir) ay 01 (bir) gün, cəmi 01 (bir) ay 03 (üç) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddətinin azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla cəmi 02 (iki) ay 06 (altı) gün müddət ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 03 (üç) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəsini alana kimi qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş 02 (iki) il 03 (üç) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəksin. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs üzərinə yaşadığı Zaqatala rayonu ərazisini, eləcə də saat 23:00-dan saat 07:00-dək yaşayış yeri olan ünvan 7 ünvanında yerləşən evinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti Zaqatala Rayon İcra və Probasiya Şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı Zaqatala Rayon İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablansın. İş üzrə 22 baş qoyun-quzunun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərcinin, maddi sübutun, xüsusi müsadirə olunmalı əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Sədrlik edən Tural Həsənov
Məhkəmə qərarları › İş №1(033)-29/2021
Zaqatala Rayon Məhkəməsi Hökm — İş №1(033)-29/2021
06.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver