Məhkəmə qərarları › İş №1(033)-29/2023

Zaqatala Rayon Məhkəməsi Hökm — İş №1(033)-29/2023

07.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Zaqatala rayonu İş № 1(033)-29/2023 07.08.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X7 qızının katibliyi, dövlət ittihаmçısı-Аzərbаycаn Respublikаsı Bаş Prоkurоrluğunun Dövlət ittihаmının müdаfiəsi üzrə idаrəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihаmının müdаfiəsi üzrə şöbəsinin prоkurоru, İİ dərəcəli hüquqşunas Dövlət ittihamçısı оğlunun, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Zaqatala rayon Vəkil Bürosunun vəkili X1 iştirakları ilə Təqsirləndirilən şəxs: xx xxxxx 1991-ci ildə Zaqatala rayon Yuxarı Tala kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Zaqatala rayon Yuxarı Tala kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə saat 17:00-da məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Təqsirləndirilən şəxs tamah niyyəti ilə, qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını ələ keçirmək məqsədilə 2022-ci ilin iyul ayının ortalarında saat 22:00 radələrində başqa saxlanc yerinə, yəni Şahid5 məxsus, ünvan 1ində yerləşən qaraja divarla dam örtüyü arasında olan açıq sahədən keçməklə qanunsuz daxil olub, oradan Şahid5 oğlu Zərərçəkmiş şəxs məxsus 140 manat dəyərində, 05 litr su tutumlu 01 ədəd odun samovarını gizli talayaraq sonuncuya 140 manat məbləğində maddi ziyan vurmaqla qəsdən oğurluq cinayət əməlini etmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ünvan 1 sakini Zərərçəkmiş şəxs, Şahid2 və Şahid1 tanıyır, qohum deyil, ədavəti yoxdur. Elçin, o və Şakir birlikdə boş karton qutular toplayıb Şakirin idarə etdiyi maşınla yığıb aparıb Yuxarı Tala kənd bələdiyyəsinin həyətində olan altıaçığa, yəni navesə yığmışlar ki, sonda aparıb satsınlar. Karton yığdıqları navesin yanında Şahinə məxsus avtoyuma məntəqəsi vardır. Həmin avtoyumanın həyətində əvvəlcə samovar görmüş, həmin samovarda çay qaynadıb içildiyini, moykaya bitişik olan qaraja moykaya aid əşyalar yığıldığını bilmişdir. 2022-ci ilin iyul ayının ortalarında dəqiq tarixi yadında olmayan vaxtı o, Elçin və Şakir ünvan 1inin ərazisində «Opit» adlanan restoranında yemək yedikdən sonra Şakir demişdir ki, «gedək bələdiyyənin həyətinə yığdığımız kartonlara baxaq başqaları yığıb aparmasınlar». Sonra birlikdə bələdiyyənin həyətinə getmişlər. Şakir maşını moyka ilə üzbəüz karton yığdıqları açıq navesin yanında saxlamış, Elçin və o maşından düşmüşlər. O, maşından düşəndə moykanın yanındakı qarajdan samovarı götürməyə getdiyini demiş, Şakir və Elçin ona bildirmişlər ki, «lazım deyil, olmaz» o da onlarla razılaşmışdır. Sonra Elçinlə birlikdə maşından düşüb qaranlıqda navesin altında olan kartonlara baxmışlar. Şakir isə hər iki ayaqları işləmədiyinə görə maşından düşə bilmədiyi üçün maşında gözləmiş, navesin altında olan kartonlara baxandan sonra qayıdıb maşına minəndə Elçinə demişdir ki, gedib maşına minsin, iş paltarını götürüb gəlir. Elçin gedib Şakirin maşınına minmiş, qaranlıqda aralaşıb qaraja yaxınlaşmış, qarajın divarı ilə dam örtüyünün arasından divara dırmaşıb qaraja girmiş, saat təxminən 22:00 radələri, hava qaranlıq olmuşdur. Qarajın qapısı qıfılla bağlı olduğuna görə divara dırmaşıb dəmir borudan yapışıb çıxmış və divarın üstündən tullanıb qaraja düşmüş, qarajın giriş qapısının yanında olan samovarı götürmüş, qarajın arxa hissəsində olan qapının içərisindən açılan qıfılını açmış və samovarı gətirib Şakirin maşınının baqajına qoymuş, maşına minəndə Şakir baqaja nə qoyduğunu soruşmuş, Şakirə iş paltarı olduğunu demiş, sonra birlikdə Zaqatala şəhəri köhnə bazar tərəfdə «Topazın» qabağına getmişlər. O, maşından düşmüş, metal alveri edən Zeynal adlı şəxslə orada təsadüfən görüşmüş, Zeynal təsadüfən orada olmuşdur. Zeynala samovar satdığını demiş, maşından samovarı düşürdəndə Şakir və Elçin ona irad bildirib «utanmırsanmı bizi aldadırsan» demişlər. O, «samovar olduğunu desəydim məni maşına minməyə qoymayacaqdınız» demiş, Şakir və Elçin çıxıb getmişlər. Zeynalla danışığı o etmiş, samovarı 50 manata satdığını demiş, Zeynal samovara baxıb 40 (qırx) manat pul verdiyini bildirmiş, razılaşmış və oğurladığı samovarı Zeynala 40 manata satmış, 40 manat pulu alıb evə getmiş, oğurluqdan əldə etdiyi 40 manat pulu özü üçün xərcləmişdir. Zərərçəkmiş şəxs məxsus bir ədəd samovarı avtoyuma məntəqəsinə bitişik qarajdan özü tək oğurlamış, onunla birlikdə Şakirin və Elçinin iştirakı olmamış, Zeynal samovarın oğurluq olduğunu bilməmiş, bundan başqa oğurluq etməmişdir. Zərərçəkmiş şəxsə dəymiş zərəri ödəmiş, onunla barışmışdır. Zərərçəkmiş şəxsin ondan şikayət və tələbi yoxdur. Etdiyi hərəkətlərdən peşmandır. Göstərdiklərinin nəzərə alınmasını və ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, Təqsirləndirilən şəxs tanımır, qohum deyil, ədavəti yoxdur. ünvan 1ində yerləşən ona məxsus işlətdiyi avtoyuma məntəqəsinə bitişik qaraja avtoyuma məntəqəsinin fəaliyyət göstərməsi üçün zəruri olan əşya və aparatlar, eləcə də bir ədəd samovar saxlanılmışdır. Samovar atasının anasından atasına, atasından ona hədiyyə edilmiş köhnə, 05 litrlik, üst hissəsində oraq-çəkic şəkli və kiril əlifbasında "ştamp" sözü yazılmış, 01 lüləli samovar olmuşdur. Hansı materialdan olması, istehsal tarixi və yeri barədə dəqiq heç nə bilmir, həmin samovarda arada bir çay qaynadıb istifadə etmişdir. Dəqiq tarixi yadında olmayan vaxtı 2022-ci ilin iyul ayının ortalarında avtoyumanı işlətmək üçün avdanlıqları götürəndə samovarın qarajda olmadığını bilmiş, həqiqətən də samovarı qoyduğu yerə baxanda görmüşdür ki, samovar yerində yoxdur, oğurlanmışdır. Həmin günü axşamtərəfi tanımadığı sonradan adını Camal kimi bildiyi şəxs tərəfindən oğurlanmış samovar ona qaytarılmışdır. Sonradan Zaqatala rayon prokurorluğuna dəvət olunmuş və oğurlanmış samovarı təqdim etmişdir. Oğurlanmış samovarın qiyməti ekspert rəyində göstərilən kimi təxminən 140 (yüz qırx) manat olmuşdur. Əlavə olaraq bildirdi ki, oğurluq hadisəsindən bir gün qabaq həmin samovardan özü istifadə etmiş, həmin gün saat 23 radələrində işinin sonunda qarajın qapısını açarla bağlayaraq evinə getmiş, samovarı isə qarajın içərisinə qoymuşdur. Qarajın həyət tərəfdən böyük bir taylı dəmir qapısı olmuş, yol tərəfdən isə bir taylı bir ədəd alkapon materialından qapısı olmuş, hər iki qapı daxili qıfılla bağlanmış, qarajın böyük giriş qapısının hər iki yan tərəfində şüşədən pəncərəsi olmuş, qapıların qıfılında və pəncərələrdə sındırma əlamətləri olmamış, samovarı oğurlayan şəxs isə həmin gündən sabahısı günə keçən gecə qarajın damı ilə divarı arasında qalan boş sahədən qaraja daxil olmaqla yalnız ona məxsus bir ədəd samovarı oğurlamış, başqa heç nə oğurlamamışdır. Məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış bir ədəd samovarın özünə qaytarıldığını, ona dəymiş maddi ziyanın tamamilə ödənildiyini, Təqsirləndirilən şəxsla barışdığını, heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. Təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanımır, qohum deyil, ədavəti yoxdur. Onlardan yalnız Camalı Zaqatala şəhərində «Topaz»da işləyən qardaşı Elvinin yanına gedib gələndə görüb tanımışdır. Dəqiq tarixi yadında olmayan vaxtı 2022-ci ilin iyul ayının ortalarında saat təxminən 22:00 radələrində Zaqatala şəhərində köhnə bazarın yanında «OBA» marketin üst tərəfində çayxananın qarşısında tək dayanmış, həmin vaxt Camal tək ona yaxınlaşmış satılası samovar olduğunu, təcili pul lazım olduğunu, 50 manata satdığını, özünün olduğunu bildirmişdir. Camal tanımadığı göy rəngli markasını və nömrəsini bilmədiyi maşınla gəlmiş, həmin maşın Camalı düşürüb çıxıb getmişdir. Camala samovar almadığını demiş, həmin ərəfədə tanışı Car kəndində yaşayan Elmar ona ucuz samovar düşsə ona deməsini, çox baha olsa almayacağını, qayınanasına lazım olduğunu demiş, o, Elmara zəng etmiş, Elmar bir az aşağı qiymətə verə bilməsini soruşmuş, o, Camalla danışıb 40 manata razılaşmışlar. Elmara zəng edib 40 manata satdığını demiş, Elmarın xahişi ilə özü 40 (qırx) manat pulu Camala vermiş, samovarı aldıqdan sonra Car kəndinə Elmargilə getmiş, Elmar evdə olmamış, Elmara zəng edib demiş, Elmar evdə olmadığını samovar qayınanasına lazım olduğunu, qayınanası pulunu verəcəyini bildirmiş, samovarı Elmarın qayınanasına vermiş, Elmarın qayınanası onun 40 manat pulunu vermişdir. O, çıxıb getmiş, səhəri günü dəqiq tarixi yadında olmayan vaxtı saat təxminən 11 radələrində o evdə olanda Camal gəlib dünən aldığı samovar oğurluq olduğunu, həmin samovarı geri qaytarmalı olduğunu, polis bildiyini demiş, o, Camala samovarı tanışı Elmarın qayınanası üçün aldığını, samovarın indi onda olduğunu, gedib geri alıb gətirəcəyini bildirmiş və Elmarın yaşadığı evə getmişdir. Elmar evdə olmamış, Elmarın qayınanası onun 40 manat pulunu verəndən sonra samovarı qaytaracağını bildirmiş, 40 manat pulu Camaldan alıb Elmarın qayınanasına qaytarmış, samovarı aparıb Camala təhvil vermiş, bundan sonra nə baş verməsini bilməmiş və çıxıb evinə getmişdir. Camal həmin samovarı hara apardığını, haradan oğurluq olduğunu, kim oğurluq etdiyini bilməmiş və soruşmamış, Camaldan samovarı alanda oğurluq olduğunu bilməmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanımır, qohum deyil, ədavəti yoxdur. Şahid3 əvvəllər tanımamış, qohum deyil, ədavəti yoxdur. X8 qızı Arzunun əridir. Elmar çox vaxt Rusiya Federasiyası Maxaçkala şəhərində yaşayır, Rusiya Federasiyası vətəndaşıdır, orada işləyir, arabir gəlib ailəsinə baş çəkib gedir. Elmar Maxaçkalada yaşadığına görə qızı Arzu azyaşlı uşağı ilə birlikdə onun yanında Car kəndində yaşayırlar. Dəqiq tarixi yadında olmayan vaxtı 2022-ci ilin iyul ayının ortalarında Elmar ona tanışı Zeynal adlı şəxsdə satılası samovar olduğunu demişdir. Zeynal həmin samovarı yaşadığı evə Car kəndinə gətirmiş və 40 manata satdığını bildirmiş, həmin samovara baxıb bəyənmiş və 40 manat pul verib Zeynaldan həmin bir ədəd samovarı almış, təxminən üç gün sonra Zeynal Elmara zəng edib satdığı samovarın oğurluq olduğunu bildirmiş və samovarı sahibinə qaytarmağını demiş, o, etiraz etməmişdir. Zeynal dəqiq tarixi yadında olmayan vaxtı tək yaşadığı ünvana gəlmiş, onun 40 manat pulunu qaytarmış, ona satdığı samovarı da götürüb aparmışdır. Bundan sonra nə baş verdiyini bilməmişdir. Zeynal samovarı gətirəndə tək olmuş, yanında heç kim olmamış, Zeynalın həmin samovarı kimdən aldığını bilməmişdir. Zeynal samovarı geri qaytaranda onun yanında heç kim olmamış, özü tək gəlmişdir. Zeynal samovarı ona satanda oğurluq olduğunu bilməmiş, bilsəydi almazdı. Zeynal sonradan gəlib samovarın oğurluq olduğunu və sahibinə qaytarmalı olduğunu bildirmiş, o, samovarı qaytarmış, onun pulunu da Zeynal özü qaytarmışdır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, oğlu Zərərçəkmiş şəxs ailəsi ilə onunla birlikdə yaşayır. Təqsirləndirilən şəxs tanımır, qohum deyillər, ədavətləri yoxdur. Əvvəllər Zaqatala rayonunda fəaliyyət göstərmiş Sabir adına kolxozun islahat komissiyasının 1996-cı il tarixli qərarı ilə ona kolxozun mülkiyyətində olmuş, ünvan 1ində yerləşən anbar təyinatlı tiklilidən əmlak payı verilmiş və həmin pay 150 kvadrat metr torpaq sahəsində yerləşən altıaçıqdan ibarət olmuşdur. Sonradan o, həmin altıaçıqlardan ikisinin kənarını çay daşı ilə hörməklə qaraj halına salmış, həmin qarajlardan birinin qapısı daimi olaraq kilidlə bağlanmış, üzərində isə dəmir materialdan olan listlərdən hazırlanmış dam örtüyü olmuşdur. Həmin qaraj və onun kənarındakı üzəri açıq olan digər qarajdan o və oğlu Şahin avtoyuma məntəqəsi kimi istifadə etmişlər. Qarajda isa avtoyuma məntəqəsinin fəaliyyət göstərməsi üçün zəruri olan əşya və aparatlar, eləcə də bir ədəd samovar saxlanılmışdır. Samovar ona mərhum anasından miras qalmış, o da anasından ona miras qalmış samovarı oğlu Şahinə hədiyyə etmişdir. Həmin samovar köhnə, 5 litrlik, üst hissəsində oraq-çəkic şəkli və kiril əlifbasında "ştamp" sözü yazılmış, 01 lüləli odun samovarı olmuşdur. Hansı materialdan olması, istehsal tarixi və yeri barədə dəqiq heç nə bilmir. Həmin samovardan arada bir çay hazırlayaraq istifadə etmişlər. Dəqiq tarixi yadında olmayan vaxtı 2022-ci ilin iyul ayının ortalarında Şahin ona demişdir ki, samovarı qarajdan oğurlayıb sonra da qaytarmışlar. Kim oğurladığını və kim qaytardığını bilməmişdir. Bundan sonra dəqiq tarixi yadında olmayan vaxtı o qarajda fotoşəkil çəkildiyini görmüş və bilmişdir ki, Zaqatala rayon prokurorluğunun əməkdaşları gəlib samovarın oğurlandığına görə hadisə yerinin fotoşəklini çəkmişlər. Qarajın həyət tərəfdən boyük bir taylı dəmir qapısı olmuş, yol tərəfdən isə bir taylı bir ədəd alkapon materialından qapısı olmuşdur. Hər iki qapı daxili qıfılla bağlanır. Qarajın böyük giriş qapısının hər iki yan tərəfində şüşədən pəncərəsi olmuşdur. Qapıların qıfılında və pəncərələrdə sındırma əlamətləri olmamış, samovarı oğurlayan şəxs gecə saatlarında qarajın damı ilə divarı arasında qalan boş sahədən qaraja daxil olmaqla yalnız oğlu Şahinə məxsus samovarı oğurlamış, başqa heç nə oğurlamamışdır. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Şahid2 tanıyır, qohum deyil, ədavəti yoxdur. Zərərçəkmiş şəxs tanımır, qohum deyil, ədavəti yoxdur. Dəqiq tarixi yadında olmayan vaxtı 2022-ci ilin iyul ayının ortalarında o, Camal və Şakir Zaqatala şəhərində yol kənarında olan mağazaların qarşısına tullanmış kartonları X11 markalı 99- 402 nömrəli seriyasını bilmədiyi maşına yığıb aparıb Yuxarı Tala kəndində bələdiyyənin həyətində olan navesin altına boşaltmışlar ki, sonra aparıb karton alan məntəqələrə satsınlar. Dəqiq tarixi yadında olmayan vaxtı 2022-ci ilin iyul ayının ortalarında gecə saat təxminən 22:00 radələrində o, Camal və Şakir «Opit» yeməkxanasında yemək yeyib çıxanda Şakir demişdir ki, getsinlər kartonlara baxsınlar, aparan olmasın. Şakir birinci qrup əlil olduğuna görə hər iki ayaqları işləmədiyindən maşından düşməmiş, Yuxarı Tala kənd bələdiyyəsinin həyətində kartonlara baxmaq üçün maşından düşəndə Camal demişdir ki, yaxınlıqda olan moykada samovar görmüş, gedir onu oğurlamağa. Şakir və o, Camala demişlər ki, lazım deyil götürmə. Camal da razılaşmış samovarı götürməyəcəyini bildirmişdir. Camalla birlikdə navesin altında olan kartonlara baxmış, qayıdıb maşına minəndə Camal demişdir ki, «sən get, mən də iş paltarlarımı götürüb gəlirəm». O, gedib maşına minmiş, təxminən 5 dəqiqə sonra Camal gəlib maşına minmiş, Camal özü dediyinə görə iş paltarını gətirib maşının baqajına qoymuş, Şakir baqaja qoyduğunun nə olduğunu soruşanda ona da iş paltarı olduğunu bildirmişdir. Sonra birlikdə Zaqatala şəhər Mədəniyyət evinin yanına getmişlər. Camal orada təsadüfən Zeynal adlı şəxslə görüşmüş, sonra Camal maşının baqajından samovarı düşürtmüş, Şakir Camala demişdir ki, «bu nə samovardır, sənə dedim axı oğurlama məni niyə aldadıb iş paltarıdır deyirsən. Niyə mənim maşınıma oğurluq samovar qoyursan». Camal Şakirə, «sənə desəydim maşına minməyə qoymayacaqdın, ona görə də səni aldatdım və iş paltarıdır dedim». Camal orada düşüb evə gedəcəyini bildirmiş, oğurladığı samovarı Zeynala satmış, neçə manata satdığını bilməmiş, sonra o, həmin yerdən Şakirin maşınından aralaşıb «Ağsaray»ın yanında maşından düşüb çıxıb evə getmiş, Camal isə həmin yerdə qalmışdır. Şakir onu düşürəndən sonra çıxıb evinə getmişdir. Camal oğurladığı samovarı neçə manata satdığını o və Şakir bilməmiş, Camalı düşürəndən sonra o və Şakir çıxıb getmiş, Camal samovarın satışından ona və Şakirə pul verməli olmamış və pul verməmiş, aralarında bu barədə heç bir razılıq olmamış, onun həmin oğurluqda heç bir iştirakı olmamışdır. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Şahid1 tanıyır, qohum deyil, ədavəti yoxdur. Zərərçəkmiş şəxs tanımır, qohum deyil, ədavəti yoxdur. Camal, Elçin və o birlikdə ona məxsus olan Opel Zafira markalı, **-BG-*** dövlət nömrə nişanlı avtomobillə tullantı karton toplayıb aparıb Yuxarı Tala kəndində bələdiyyənin həyətində olan navesin altına yığmışlar ki, sonra aparıb satsınlar. Dəqiq tarixi yadında olmayan vaxtı 2022-ci ilin iyul ayının ortalarında o, Elçin və Camal birlikdə görüşmüş, yemək yemiş, sonra razılaşmışlar ki, birlikdə gedib kartonlara baxsınlar, aparan olmasın. Birlikdə gedib Yuxarı Tala kəndində bələdiyyənin həyətində olan navesin altında topladıqları kartonlara baxmışlar. Onun səhhətində problem olduğuna görə onurğa sümüyündə qırıq olduğu üçün beldən aşağı hər iki ayaqları işləmir. Ona görə də o maşından düşməmiş, maşında gözləmişdir ki, qaranlıqda Camal və Elçin kartonlara baxsınlar. Maşından düşəndə Camal demişdir ki, orada moykada samovar görmüş, gedir onu götürməyə. O və Elçin Camala demişdir ki, «lazım deyil». Camal razılaşıb götürməyəcəyini bildirmiş, həmin vaxt saat təxminən 22:00 radələri, hava qaranlıq olmuşdur. Karton yığdıqları naveslə orada olan avtoyumanın arasında təxminən 30-40 metr məsafə olmuş, qaranlıq olduğuna görə avtoyuma görünməmişdir. Elçin və Camal kartona baxmağa getmişlər. Ayaqları işləmədiyinə görə maşında oturub gözləmiş, təxminən beş dəqiqə sonra Elçin gəlib maşına minib demişdir ki, «Camal iş paltarını götürüb gəlir». Sonra Camal gəlmiş və maşının baqajını açıb nəsə maşının baqajına qoymüş, Camaldan baqaja nə qoyduğunu soruşmuş, Camal iş paltarı olduğunu, evə getmək üçün onu «Topaz»ın yanında düşürməsini demiş, birlikdə Zaqatala şəhərinə Topazın qabağına getmişlər. Topazın qabağında Camal maşından düşmüş və baqajı açıb samovarı əlinə alıb tanımadığı şəxsin yanına getmiş, o, Camala irad tutub «bu nə samovardır, məni niyə aldadıb iş paltarımdır deyirsən. Mən sənə dedim ki, oğurluq etmə. Sən də razılaşdın, indi bu nədir oğurluq samovarı niyə mənim maşınıma qoymusan» demiş, Camal ona «sənə samovarı oğurladığımı desəydim samovarı maşına baqaja qoymağa qoymayacaqdın, ona görə səni aldadıb dedim ki iş paltarımdır» demişdir. Camal oğurladığı samovarı kimə və neçə manata satdığını bilməmiş, Camal samovarı tək aparıb satmış, Camal orada qalmış, Elçini də «Ağsaray»ın yanında düşürüb oradan çıxıb evə getmiş, bundan sonra Camalı və Elçini görməmişdir. Camal samovarın satışındın ona və Elçinə pul verməmişdir. Onun və Elçinin oğurluqda heç bir iştirakı olmamış, Camal samovarı tək oğurlamış, Camalın samovarı neçə manata və kimə satdığını bilməmiş, Camalın samovar oğurladığını bilsəydi nə samovarı, nə də Camalı maşına minməyə qoymazdı. Samovarı aparmaqda Camala köməklik etməmiş, bu barədə nə əvvəlcədən, nə də sonradan aralarında heç bir razılıq olmamışdır. İşdə olan 13 sentyabr 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs məxsus 01 ədəd samovarın oğurlandığı yer Zaqatala rayon Yuxarı Tala kəndində Meşleş yolunun sağ tərəfində yerləşən saxlanc kimi istifadə edilən qarajdır. Obyekt 01 mərtəbəli olmaqla daxili sahəsi 7x5 m ölçüdədir. Qapısı 2 taylı kilidli olan dəmir qapıdır. Dam örtüyü metal materialından olan lövhələrdən ibarətdir. Divarın daxili hündürlüyü 3,3 metrdir. Ondan sonrakı dam örtüyü ilə bitişən hissəsi açıq qalır. Təqsirləndirilən şəxs məhz həmin açıq yerdən daxil olub içəridə olan bir ədəd samovarı oğurlamışdır. Baxış iştirakçısı Yuxarı Tala kənd bələdiyyəsinin sədri X6 bildirmişdir ki, həmin tikili Sabir adına kolxozun idarə binasının həyətində yerləşmiş, əmlak payı kimi Şahid5 verilmişdir. Baxış zamanı foto şəkillər çəkilmiş və protokola əlavə edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza mərkəzinin 15 sentyabr 2022-ci il tarixli 9/6556 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd təxminən 5 litr su tutumlu odun samovarının istifadədə olması nəzərə alınmaqla orta bazar qiyməti təxminən 140.00 manat müəyyən olunur. Ekspertiza təyini haqqında qərarda göstərilən 50 kq alüminium məftil qırıntısının orta bazar qiyməti nəzəri qaydada təxminən 160 (50 kq x 3,20 m) manat müəyyən edilir. İşdə olan 11 mart 2023-cü il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokolundan görünür ki, Təqsirləndirilən şəxs 11 mart 2023-cü il tarixdə saat 09:00-da Bakı şəhəri Səbail rayon ərazisində tutularaq Zaqatala RPŞ-nə gətirilmişdir. İşdə olan başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqında 11 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İşdə olan barəsində qətimkan tədbirinin seçilmiş şəxsin MSY-dən tutulmadan azad edilməsi haqqında 11 mart 2023-cü il tarixli qərardan görünür ki, Muradov X4 RPŞ-nin Müvəqqəti saxlama yerindən tutulmadan azad olunmuşdur. İşdə olan Zaqatala rayon X3 Hüquqi Şəxsin xx.xx.2023-ci il tarixli, PHŞ-6-78/2- 398/2023 nömrəli məktubundan görünür ki, Muradov X4 rayon X3 X5 şöbəsinin Psixiatrik və Narkoloji xəstəliklər kabinetində qeydiyyatda yoxdur. İşdə olan Azərbaycan Respublikası DİN BƏSİİ-nin xx.xx.2023-ci il tarixli tələbnaməsindən görünür ki, Muradov X4 Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 3500 manat cərimə cəzasına məhkum edilmişdir. İşdə olan Zaqatala Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 3500 manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. İşdə olan Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin 23 aprel 2023-cü il tarixli 145 nömrəli arayışından görünür ki, Zaqatala Rayon Məhkəməsinin 1(033)-12/2016 nömrəli xx.xx.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 3500 manat miqdarında cərimə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs barəsində xx.xx.2016-cı il tarixli amnistiya tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarına əsasən amnistiya tətbiq edilmiş və o xx.xx.2016-cı il tarixdə Probasiya qeydiyyatından çıxarılmışdır. İşdə olan Zaqatala rayon İcra Hakimiyyəti Başçısının Yuxarı Tala kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 25 aprel 2023-cü il tarixli arayışdan görünür ki, Muradov X4 rayonu Yuxarı Tala kəndində yaşayır. İşdə olan Zaqatala Bələdiyyəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində yazılı və ya şifahi olaraq heç bir şikayət daxil olmamışdır. İşdə olan Zaqatala Rayon Qeydiyyat Şöbəsi tərəfindən 08 fevral 2022-ci il tarixdə verilmiş AZ-İV seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2022-ci il tarixdə anadan olmuş X2 atası Təqsirləndirilən şəxsdur. İşdə olan Zərərçəkmiş şəxs tərəfindən Zaqatala RPŞ-yə verilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, ona məxsus 1 ədəd samovar ona qaytarılmış və ona dəyən maddi zərər tamamilə ödənmişdir. Təqsirləndirilən şəxs ilə barışmışdır. Onun heç bir şikayəti və tələbi yoxdur. Nəzərə alınmasını xahiş edir. İşdə olan Zərərçəkmiş şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona vurduğu ziyanı tamamilə ödəmişdir, ondan hər hansı şikayəti və tələbi yoxdur. Beləliklə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri ilə yanaşı, məhkəmə istintaqında tədqiq olunmuş digər dəlillərlə tam sübuta yetirildi. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə, qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını ələ keçirmək məqsədilə 2022-ci ilin iyul ayının ortalarında saat 22:00 radələrində başqa saxlanc yerinə, yəni Şahid5 məxsus, ünvan 1ində yerləşən qaraja divarla dam örtüyü arasında olan açıq sahədən keçməklə qanunsuz daxil olub, oradan Şahid5 oğlu Zərərçəkmiş şəxs məxsus 140 manat dəyərində, 05 litr su tutumlu 01 ədəd odun samovarını gizli talayaraq sonuncuya 140 manat məbləğində maddi ziyan vurmaqla qəsdən oğurluq cinayət əməlini etmişdir. Oğurluq, yəni yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla özgənin əmlakının gizli talanmasına görə Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarının 1-ci bəndinə görə məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Həmin Qərarın 19-cu bəndində göstərilir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerinə qanunsuz daxil olmaq dedikdə, oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq bilavasitə məhkəmə iclasında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik halları araşdırıb, özünün etirafedici ifadəsini, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ekspert rəyini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut kimi qəbul edərək, həmin sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış biri-digərini tamamlayan sübutlarla tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.1.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən hal qismində nəzərə alınır. Həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən hal qismində nəzərə alınır. Həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hal qismində nəzərə alınır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, həmçinin cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə cinayət nəticəsində dəymiş ziyanın tamamilə ödənilməsini, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini və himayəsində 1 azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunma imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasına alternativ olaraq nəzərdə tutulmuşdur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli qərarında (50-ci bənd) qeyd edilmişdir ki, məhkəmə residivin müəyyən olunması zamanı CM-in 18-ci maddəsinin tələblərinə əməl etməli və bu zaman CM-in 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı bütün hüquqi nəticələri ləğv etdiyindən, belə məhkumluqlar istər residivin müəyyən edilməsi, istərsə də başqa şəkildə, o cümlədən təqsirləndirilənin şəxsiyyətini xarakterizə edən hal qismində nəzərə alınmamalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamında ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunması, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilməsi tövsiyə olunmuşdur. Bu baxımdan Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin barəsində CM-nin 70 və 62-ci maddəsinin tətbiq edilməklə onun daha yüngül cəzaya məhkum edilməsinin ağlabatan və cəzanın məqsədinə nail olunması baxımından yetərli vasitə hesab oluna bilmədiyini nəzərə alır və ona Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan aşağı həddə azadlığın məhdudlaşdırılması cəzası təyin olunmasını məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs 11 mart 2023-cü il tarixdən tutularaq saxlanıldığı 1 (bir) gün, nəzərə alınmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının müddəti Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi qüvvədə saxlanılmalıdır. Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli, cəza çəkdiyi müddətdə günün müəyyən vaxtlarında yaşayış yerini tərk etməməli, cəza çəkdiyi müddətdə Zaqatala-Qax rayonları ərazisini, eləcə də saat 23:00-dan saat 07:00-dək yaşayış yeri olan ünvan 1i ünvanında yerləşən evinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. İş üzrə 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut olan bir ədəd samovarın saxlanılması üçün qəbzlə sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə xüsusi müsadirə olunmalı əmlakın və mülki iddianın olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında həm də hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə hakim tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməmişdir. Belə vəziyyətdə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan müsadirə edilməli olan əmlak mövcud deyildir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda,bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasınа məhkum edilsin. Təqsirləndirilən şəxs 11 mart 2023-cü il tarixdə tutularaq saxlanıldığı 01 (bir) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddətinin azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla cəmi 2 (iki) gün həmin cəzadan çıxılsın və onun üzərində qəti cəza olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəksin. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs üzərinə yaşadığı Zaqatala-Qax rayonları ərazisini, eləcə də saat 23:00-dan saat 07:00-dək yaşayış yeri olan ünvan 1i ünvanında yerləşən evinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti Zaqatala Rayon İcra və Probasiya Şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı Zaqatala Rayon İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablansın. İş üzrə 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan bir ədəd samovarın saxlanılması üçün qəbzlə sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. İş üzrə xüsusi müsadirə olunmalı əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar