Azərbaycan Respublikası adından HÖKM Zaqatala rayonu İş № 1(033)-3/2023 14.03.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Əliyeva Ayşə İsrafil qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxsn yanında Meşələrin İnkişafı Xidmətinin Zaqatala X14 Mərkəzinin nümayəndəsi nümayəndəsi – Nümayəndə, Zərərçəkmiş hüquqi şəxs- mülki iddaçı Zərərçəkmiş şəxs 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi – X6 Müdafiəçi Zaqatala Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2002-ci ildə Zaqatala rayonu, Bozbinə kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsizdir, əvvəllər məhkum olunmamış, Zaqatala rayonu, Bozbinə kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 14 mart 2023-cü il tarixdə saat 15:00-da açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ondan ötrü təqsirləndirilən şəxs qismində cəlb edilmişdir ki, o, tamah niyyəti ilə 2022-ci ilin aprel ayının əvvəlində meşə ərazisində, yəni X17 X3 meşəbəyliyinin 2 saylı dolayında, dövlət mülkiyyətindəki torpaq sahəsində yerləşən yalanqoz cinsindən - diametri 16 sm olan 1, 32 sm olan 1, 36 sm olan 2, 40 sm olan 2, 44 sm olan 2, 48 sm olan 3, 52 sm olan 1, 56 sm olan 2, 60 sm olan 1, 64 sm olan 1, 68 sm olan 2 ədəd, qızılağac cinsindən - diametri 36 sm olan 1, 48 sm olan 1, 68 sm olan 1, 84 sm olan 1 ədəd olmaqla ümumilikdə 22 ədəd yaş köküstə ağacları motorlu mişarla qəsdən qanunsuz dibdən kəsərək təbiətə 4445 manat 04 qəpik olmaqla xeyli miqdarda ziyan vurmuşdur. Həmçinin Təqsirləndirilən şəxs təkrar olaraq tamah niyyəti ilə 2022-ci ilin aprel ayının ortalarında meşə ərazisində, yəni X17 X3 meşəbəyliyinin 3 saylı dolayında, dövlət mülkiyyətindəki torpaq sahəsində yerləşən ağcaqayın cinsindən - diametri 48 sm olan 1 ədəd, diametri 52 sm olan 5 ədəd, göyrüş cinsindən - diametri 52 sm olan 2 ədəd olmaqla ümumilikdə 08 ədəd yaş köküstə ağacları motorlu mişarla qəsdən qanunsuz dibdən kəsərək təbiətə 1491 manat 41 qəpik olmaqla xeyli miqdarda ziyan vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 259.2.1-ci maddəsi ilə ona qarşı elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, O, 2022-ci ilin aprel ayının əvvəllərində (dəqiq tarixi xatırlamır) Muğanlı meşəbəyliyinin 2 saylı dolayının 4-cü kvartalında yerləşən ərazidə müxtəlif diametrdə 18 ədəd yalanqoz cinsindən, 4 ədəd isə qızılağac cinsindən olan ağacları ağac kəsmə matoru ilə tək halda kəsmişdir. Qanunsuz olaraq kəsdiyi 22 ədəd ağacdan 10 dənəsini 1 həftə ərzində özünə məxsus at arabası ilə kəndə evinə apararaq odun kimi istifadə etmiş, bir hissəsini isə adlarını və kimliklərini xatırlamadığı ayrı-ayrı adamlara satmışdır. 12 aprel 2022-ci il tarixdə yerdə qalan 12 ədəd ağacı aparmaq məqsədilə həmin əraziyə gəlsə də, Zaqatala X14 Mərkəzinin əməkdaşları tərəfindən qanunsuz olaraq ağac kəsməsi aşkar edildiyinə, yəni ifşa edildiyinə görə həmin ağacları apara bilməmişdir. Bundan sonra dərhal əraziyə onun da iştirakı ilə yerində aparılmış baxış zamanı 18 ədəd yalanqoz cinsindən və 4 ədəd qızılağac cinsindən olmaqla ümumilikdə 22 ədəd ağacın tərəfindən qanunsuz kəsilib 10 ədədini aparmağı, qalan 12 ədədinin isə kəsdiyi yerdə qalması müəyyən edilmişdir. Yoxlama zamanı müxtəlif növ və diamterdə ümumilikdə yaş kök üstə 22 ədəd ağacın tərəfindən qanunsuz kəsilib aparılması faktı əsasında akt tərtib edilmişdir. Lakin o, həmin akta imza atmaqdan və izahat verməkdən imtina edib qaçaraq oradan uzaqlaşmışdır. Bundan sonra 2022-ci ilin aprel ayının ortalarında X17 X3 Meşəbəyliyinin 3 saylı meşə dolayının ərazisində axşam saat 20 radələrində 5 ədəd ağcaqayın və 2 ədəd göyrüş ağacını özünə məxsus mühərrikli mişarla tək kəsib meşə ərazisində qoymuşdur ki, daha sonra gəlib birini də kəsdikdən sonra aparsın. Yəni, onun həmin vaxt 08 ağacı kəsmək fikri olsa da həmin vaxt yorulduğundan yalnız 07-ni kəsə bilmişdir. 18 aprel 2022-ci il tarixdə həmkəndliləri Şahid4 Ramil oğlu və X5 bildirmişdir ki, o, meşədə cəmi 07 ədəd ağac kəsmiş, birini də kəsəcək, cəmi 08 ədəd ağacın daşınmasında ona köməklik etsinlər, bunun da müqabilində onlara evlərində yandırmaq üçün odun verəcəyinə söz vermişdir. Yəni, həmin şəxslər ona cəmi bir ağacın kəsilməsində kömək edərək digər onun tərəfindən kəsilmiş 07 ağacın daşınmasında ona köməklik etmişlər. Onlar 19 aprel 2022-ci il tarixdə, saat 01:00 radələrində meşəyə çatmışlar. Lakin onlar meşədə öncədən kəsdiyi yeddi ədəd ağacların olduğu yerə çatanda həmin ağacları orada tapmamışdır. Daha sonra o, orada diamteri 52 sm olan 01 ədəd ağcaqayın cinsindən olan ağacı tək halda ağac kəsmə matoru ilə kəsən zaman X17 Tasarrüfatı Mərkəzinin keçmiş əməkdaşı Şahid5 onları görmüşdür. Həmin şəxs ondan hansı səbəbdən meşə fonduna məxsus ağacı kəsdiyini soruşduqda ona maddi vəziyyəti ilə əlaqədar ağacı kəsdiyini söyləmişdir. O, dərhal meşəbəyi Şahid2 və müəssisənin hüquqşünası Nümayəndə zəng edərək bu barədə məlumat vermişdir. Meşəbəyi Şahid2 və müəssisənin hüquqşünası Nümayəndə ora gəldikdən sonra o, həmin şəxslərlə mübahisə etmişdir. Nümayəndə onu nalayiq söyüşlərlə təhqir edərək üstünə gəldiyi üçün həmkəndliləri ilə birlikdə ərazini tərk etmişlər. Daha sonra yol kənarında olan özünə məxsus at arabası ilə kəndə geri qayıtmışlar. Qeyd olunan ərazidən həmin tarixdə diamteri 52 sm olan yanız 01 ədəd ağcaqayın cinsindən olan ağac kəsmişdir. Həmin vaxt X17 Təsərrufatı Mərkəzinin əməkdaşları tərəfindən qanunsuz olaraq kəsdiyi ağcaqayın cinsindən olan 01 ədəd ağac yerindəcə onlar tərəfindən aşkar edilərək götürülmüşdür. Ağacları kəsdiyi özünə məxsus matoru yaşadığı, rayonun İİİ Tala kəndində yerləşən evin həyətyanı sahəsində saxlasa da bu işdən əl çəkmək qərarına gəldiyinə görə sonradan Zaqatala şəhər bazarında tanımadığı şəxsə satmışdır. Bundan başqa o, məhkəməyə verdiyi ifasdəsində qeyd etmişdir ki, təxminən 2 il bundan əvvəl X17 X3 meşəbəyliyinin 3 saylı meşə dolayının meşə gözətçisi Musa adlı şəxs meşəbəyliyin ərazisini ona göstərərək 1000 manat məbləğində pul qarşılığında həmin ərazidə olan ağacları kəsib fındıq bağı salmağını təklif etdi. O meşə gözətçisi Musaya 1000 manat məbləğində pul verib ona təklif olunan ərazidə yerləşən yalanqoz cinsindən olan ümumilikdə 15 ədəd ağacı fasilələrlə 3-4 ay ərzində kəsib odun məqsədilə aparmışdır. Həmin ağacları ağac kəsmə matoru ilə tək kəsmişdir. Meşə gözətçisi Musaya 1000 manat məbləğində pul verən zaman yanında heç kim olmamış və həmin pulu ona təxminən 2 il bundan əvvəl İİİ Tala kəndində yaşadığı evin qarşısında vermişdir. Meşə gözətçisi Musa hal-hazırda təqaüd yaşına çatması ilə əlaqədar Zaqatala X14 Mərkəzində işləmir. Lazım olarsa o, həmin ərazini göstərə bilər. Həmin ağacların Muğanlı meşəbəyliyinin hansı kvartalında yerləşməsi barədə məlumatı yoxdur belə ki, o, ərazini kvadratlarla tanımır. Təxminən 3-4 ay sonra Muğanlı meşəbəyliyinin meşəbəyı Şahid2 Şahid1lə birlikdə onu yuxarıda qeyd etdiyi 15 ədəd ağacı qanunsuz olaraq kəsən zaman hadisə yerində tutdular. Onlar ona qanunsuz ağac kəsdiyinə görə cərimə olunacağını bildirərək cərimə yazmamaqları qarşılığında ondan 500 manat məbləğində pul istədilər. O qeyd olunan məbləğdə pulu həmin gün onlara Muğanlı meşəbəyliyinin ərazisində təklikdə verdikdən sonra onlar oradan uzaqlaşdı. O, həmçinin qeyd etdi ki, Muğanlı meşəbəyliyinin meşəbəyi Şahid2, nə meşə gözətçisi, nə də Zaqatala X14 Mərkəzinin rəhbərliyi tərəfindən barəsində qanuna uyğun tədbir görülməmiş, yalnız bir dəfə təxminən 1 il bundan əvvəl Muğanlı meşəbəyliyinin ərazisindən qanunsuz olaraq 13 ədəd ağac kəsdiyinə görə Zaqatala X14 Mərkəzinin əməkdaşları tərəfindən tərtib olunan protokol əsasında dövlət büdcəsinə 1072 manat məbləğində cərimə ödəmişdir. Həmin pulun 450 manatını o, yerdə qalan məbləği isə Zaqatala X14nın əməkdaşları ödəyiblər. Ondan ötrü onun yerinə cərimə ödəmişlər ki, əks halda o, rüşvət verməsi ilə əlaqədar onlardan şikayət edəcəyini bildirmişdir. Bundan başqa o, ifadəsində qeyd etmişdir ki, Şahid5 o, “Roşka” kimi tanımışdır. Roşka 3-cu Tala ərazisində yerləşən meşədə meşə gözətçisi işləyib. O, əvvəllər heç vaxt Kamili meşədə gözətçi kimi görməyib. Bunu bütün kənd sakinləri təsdiq edə bilərlər. Roşka Kamilin yerinə işləyirdi. Əməlindən peşiman olmasını, dəymiş ziyanın tamamilə ödənilməsini nəzərə alaraq barəsində yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxsn yanında Meşələrin İnkişafı Xidmətinin Zaqatala X14 Mərkəzinin nümayəndəsi Nümayəndə ifаdəsində göstərdi ki, 2019-cu idən Zaqatala X14 Mərkəzinin hüqaqşünası vəzifəsində işləyir. Şahid3 isə Muğanlı meşəbəyliyinin 3 saylı dolayının 10, 11, 12, 13, 14 və 15-ci kvartallarının meşə gözətçisi vəzifəsində işləyir. 19 aprel 2022-ci il tarixdə saat 00:30 radələrində Muğanlı meşəbəyliyinin meşəbəyi Şahid2 ona zəng vuraraq gözətçi Şahid3 Əsməndar oğlunun ona zəng edərək Muğanlı meşəbəyliyinin 3 saylı dolayının 14-cü kvartalındakı sahədən diamteri 52 sm olan 01 ədəd ağcaqayın cinsindən olan ağacın rayonun İİİ Tala kənd sakinləri Təqsirləndirilən şəxs, Şahid4 və X9 tərəfindən qanunsuz olaraq kəsilməsi barədə məlumat verməsini bildirmişdir. O, dərhal Şahid2 yaşadığı ünvana gedib onunla birlikdə meşəyə getmişlər. Onlar meşəyə çatanda orada meşə gözətçisi Şahid3 və Muğanlı meşəbəyliyinin 3 saylı dolayının keçmiş işçisi Şahid5 olmuşdur. Onlar birlikdə əraziyə baxış keçirtmiş və baxış zamanı həmin şəxslər tərəfindən yuxarıda qeyd edilən ağacdan əlavə ağcaqayın cinsindən 5 ədəd, göyrüş cinsindən 2 ədəd olmaqla ümumilikdə yaşları təxminən 35-40 olan 8 ədəd ağacın qanunsuz kəsilib aparılması aşkar edilmişdir. Meşə gözətçisi Şahid3 və rayonun Yuxarı Tala kənd sakini Şahid5 həmin şəxsləri qanunsuz olaraq ağac kəsən zaman yerində aşkar etmiş və bu barədə dərhal Şahid2 və meşə mühafizə mühəndisi Şahid1 məlumat vermişdir. Onlar hadisə yerinə çatan zaman həmin şəxsləri bilavasitə ərazidə aşkar etmişlər. Həmin vaxt hadisə yerində kəsilərək qalmış diametri 52 sm olan 01 ədəd ağcaqayın cinsindən olan 01 ədəd işlik müsadirə olunaraq mərkəzin anbarına təhvil verilmişdir. 22 aprel 2022-ci il tarixdə Zaqatala X14 Mərkəzinin əməkdaşlarının iştirakı ilə Muğanlı meşəbəyliyinin 3 saylı dolayının 14-cü kvartalında yoxlama aparılmış, yoxlama zamanı müxtəlif növ və diamterdə ümumilikdə yaş köküstə 8 ədəd ağacın qanunsuz olaraq kəsilib aparılması faktı əsasında 001885 nömrəli Akt tərtib edilmiş, qanunsuz olaraq kəsilmiş 8 ədəd müxtəlif diamterdə ağcaqayın və göyrüş cinsindən olan ağacların dib kötük hissələrinin Muğanlı meşəbəyliyinin meşəbəyi Şahid2 məxsus N010 nömrəli meşə damğası ilə damğalanmış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli qərarı əsasən təsdiq edilmiş 7 saylı əlavəyə görə həcm-qiymət cədvəli tərtib edilərək ümumilikdə 8 ədəd yaş köküstə ağacın qanunsuz olaraq kəsilməsi nəticəsində təbiətə 1491,41 manat (min dörd yüz doxsan bir, qırx bir) ziyan vurulması müəyyən edilmişdir. Bundan başqa Nümayəndə 12 aprel 2022-ci il tarixdə meşə gözətçisi X12 verdiyi məlumat əsasında Təqsirləndirilən şəxs tərəfindən X17 X3 meşəbəyliyinin 2 saylı dolayının 4-cü kvartalında yerləşən ərazidən müxtəlif diametrdə 18 ədəd yalanqoz cinsindən, 4 ədəd isə qızılağac cinsindən olan ağacları özünə məxsus motorlu mişarla kəsib aparması müəyyən edilmiş, Təqsirləndirilən şəxs hadisə yerinə çağırıldıqdan sonra onun iştirakı ilə əraziyə baxış keçirilərək 001884 nömrəli Akt tərtib edilmiş, Təqsirləndirilən şəxs ərazidən ümumilikdə 22 ədəd ağacı kəsib apardığını etiraf etmiş, lakin həmin Akta imza atmaqdan və izahat verməkdən imtina edib qaçaraq oradan uzaqlaşmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli qərarına əsasən təsdiq edilmiş 7 saylı əlavəyə görə həcm-qiymət cədvəli tərtib edilərək ümumilikdə 22 ədəd yaş kök üstə ağacın qanunsuz olaraq kəsilməsi nəticəsində təbiətə 4445,04 manat ziyan vurulması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs tərəfindən dəymiş zərər tam ödənilmişdir. Həmin şəxs barədə şikayət və tələbləri yoxdur. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X13 ifаdəsində göstərdi ki, cinayət işi üzrə dövlətə dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxs dövlətə dəymiş ziyandan heç bir borcu qalmamışdır. Bu səbədən o, mülki iddiadan imtina etməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, 2014cü idən X17 X10 Meşəbəyliyinin 3 saylı dolayında meşə gözətçisi, 2015-ci ildən Muğanlı Meşəbəyliyinin meşəbəyi vəzifəsində işləyir, Şahid3 isə Muğanlı meşəbəyliyinin 3 saylı dolayının 10, 11, 12, 13, 14 və 15-ci kvartallarının meşə gözətçisi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs tanıyır, onunla aralarında heç bir ədavət və düşmənçiliyi yoxdur. 19 aprel 2022-ci il tarixdə Muğanlı meşəbəyliyinin 3 saylı dolayının 14-cü kvartalındakı sahədən diamteri 52 sm olan 01 ədəd ağcaqayın cinsindən olan ağacın rayonun İİİ Tala kənd sakinləri Təqsirləndirilən şəxs, Şahid4 və X9 tərəfindən qanunsuz olaraq kəsilib aparılması barədə meşə gözətçisi Şahid3 Əsməndar oğlunun verdiyi şifahi məlumat əsasında əraziyə yerində aparılmış baxış zamanı həmin şəxslər tərəfindən yuxarıda qeyd edilən ağacdan əlavə ağcaqayın cinsindən 5 ədəd, göyrüş cinsindən 2 ədəd olmaqla ümumilikdə yaşları təxminən 35-40 olan 8 ədəd ağacın qanunsuz kəsilib aparılması aşkar edilmiş, meşə gözətçisi Şahid3 və rayonun Yuxarı Tala kənd sakini Şahid5 həmin şəxsləri qanunsuz olaraq ağac kəsən zaman yerində aşkar etmiş və bu barədə dərhal ona və meşə mühafizə mühəndisi Şahid1 məlumat vermiş, o hadisə yerinə çatan zaman həmin şəxsləri bilavasitə özü ərazidə aşkar etmiş, rayonun İİİ Tala kənd sakinləri Təqsirləndirilən şəxs, Şahid4 və X9 onun əraziyə gəldiyini görərək oradan uzaqlaşmış, meşə mühafizə mühəndisi Şahid1 hadisə yerinə çatan zaman isə həmin şəxslər artıq ərazini tərk etmiş, həmin vaxt hadisə yerində kəsilərək qalmış diametri 52 sm olan, ağcaqayın cinsindən olan 01 ədəd işlik müsadirə olunaraq mərkəzin anbarına təhvil verilmiş, bundan əlavə 22 aprel 2022-ci il tarixdə Zaqatala X14 Mərkəzinin əməkdaşlarının iştirakı ilə Muğanlı meşəbəyliyinin 3 saylı dolayının 14-cü kvartalında yoxlama aparılmış, yoxlama zamanı müxtəlif növ və diametrdə ümumilikdə yaş köküstə 8 ədəd ağacın qanunsuz olaraq kəsilib aparılması faktı əsasında 001885 nömrəli Akt tərtib edilmiş, qanunsuz olaraq kəsilmiş 8 ədəd müxtəlif diametrdə ağcaqayın və göyrüş cinsindən olan ağacların dib kötük hissələrinin Muğanlı meşəbəyliyinin meşəbəyi Şahid2 məxsus N010 nömrəli meşə damğası ilə damğalanmış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019cu il tarixli qərarı əsasən təsdiq edilmiş 7 saylı əlavəyə görə həcm-qiymət cədvəli tərtib edilərək ümumilikdə 8 ədəd yaş kök üstə ağacın qanunsuz olaraq kəsilməsi nəticəsində təbiətə 1491,41 manat ziyan vurulması müəyyən edilmişdir. O, izahatında əlavə olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllərdə kənd sakini kimi tanımış, və qanunsuz ağac kəsdiyinə görə inzibati məsuliyyətə cəlb olunmuşdur. Təqsirləndirilən şəxs onun üzünə qarşı dediklərini eşitdi, onun Dadalovan 500 manat miqdarında rüşvət alması həqiqətə uyğun deyil, təqsirləndirilən şəxsin nə üçün ona qarşı bu cür ifadə verməsi ona məlum deyil. O, heç vaxt Təqsirləndirilən şəxs və ya başqa şıxsin yerinə cərimə ödəməyib. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Şahid2la eyni məzmunlu ifadə verərək göstərmişdir ki, o, 2015-cü idən X17 X10 Meşəbəyliyinin 3 saylı dolayında meşə gözətçisi vəzifəsində işləyir, Təqsirləndirilən şəxs tanıyır, onunla aralarında heç bir ədavət və düşmənçiliyi yoxdur. O, ifadəsinə əlavə olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs heç vaxt rüşvət istəməmişdir və almamışdır, təqsirləndirilən şəxsin nə üçün ona qarşı bu cür ifadə verməsi ona məlum deyil. O, heç vaxt Təqsirləndirilən şəxs və ya başqa şıxsin yerinə cərimə ödəməyib. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid2 ilə eyniməzmunlu ifadə verərək onun dediklərini təsdiq etmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid6 ifadəsində bildirmişdir ki, o əvvəllər X17 X10 Meşəbəyliyinin 3 saylı dolayında meşə gözətçisi vəzifəsində işləmişdir. Lakin hal-hazırda təqayüddədir. O, Təqsirləndirilən şəxs tanıyır, onunla hər hansı ədavəti, düşmənçiliyi yoxdur. Təqsirləndirilən şəxsin ona qarşı verdiyi ifadəsini eşitdi, bununla əlaqədar bildirmək istəyir ki, Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi məsələlər şər böhtan xarakterli məlumatlardır. O Təqsirləndirilən şəxs ilə 1000 manat müqabilində meşə ərazisinin kəsilməsi barədə heç bir razılığa gəlməmişdir. Həmin sahəni ona satmamışdır və bununla bağlı səlahiyyəti olmadığını bildirdi. Orucun ona qarşı hansı səbədən bu məzmunda ifadə verməsi ona məlum deyil. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, bir müddət əvvəl X17 X3 meşəbəyliyinin 3 saylı meşə dolayının meşə gözətçisi vəzifəsində işləmişdir. 2013-cü ildə səhhətində olan problemlə əlaqədar öz istəyilə işdən çıxmışdır. xx.xx.2016-cı ildə o, yenidən həmin vəzifəyə təyin edilmiş və xx.xx.2018-ci ildə işdən azad edilmişdir. Həmin vaxtdan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olur. O, arada Şahid3 əvəz edir. Şahid3 2016-cı idən X17 X10 Meşəbəyliyinin 3 saylı dolayının 10, 11, 12, 13, 14 və 15-ci kvartallarının meşə gözətçisi vəzifəsində işləyir. 2022-ci ilin aprel ayının əvvəlindən Muğanlı meşəbəyliyinin 2 saylı dolayında qanunsuz ağac kəsmə faktı aşkar edilməsi ilə bağlı, Muğanlı meşəbəyliyinin bütün dolaylarında mühafizənin gücləndirilməsi ilə əlaqədar ərazidə xidmət sistemli şəkildə gücləndirilmişdi. 19 aprel 2022-cı il tarixdə saat 01:30 radələrindən Muğanlı meşəbəyliyinin 3 saylı dolayının 14-cü kavrtalının yerləşdiyi ərazini meşə gözətçisi Şahid3la birlikdə gəzən zaman sahədən diamteri 52 sm olan 01 ədəd ağcaqayın cinsindən olan ağacın rayonun İİİ Tala kənd sakinləri Təqsirləndirilən şəxs, Şahid4 oglu və X9 tərəfindən qanunsuz olaraq kəsilb aparılmasını aşkar etmişlər. Qeyd olunan şəxlər onları gördükdən sonra əllərindəki işi saxlayıb kənara çəkildilər. O onlardan hansı səbəbdən meşə fonduna məxsus ağacı kəsdiklərini soruşduqda həmin şəxslər maddi vəziyyətləri ilə əlaqədar ağac kəsdiklərini söylədilər. Onlar 01 ədəd ağcaqayın cinsindən olan ağacı kəsmişdilər. Qaranlıq olduğu üçün onlar həmin şəxslərin şəkilini çəkə bilməmişlər. Şahid3 dərhal bu barədə meşəbəyi Şahid2 və meşə mühafizə mühəndisi Şahid1 məlumat verdi. Təxminən 10 dəqiqə sonra meşəbəyi Şahid2 hadisə yerinə gəldi. Həmin şəxslər meşəbəyinin əraziyə gəldiyini görüb oradan uzaqlaşdılar. Bir müddət sonra isə meşə mühafizə mühəndisi Şahid1 hadisə yerinə gəldi. Bundan sonra dərhal əraziyə yerində aparılmış baxış zamanı həmin şəxslər tərəfindən yuxarıda qeyd edilən ağacdan əlavə ağcaqayın cinsindən 5 ədəd, göyrüş cinsindən 2 ədəd olmaqla ümumilikdə yaşları təxminən 35-40 olan 8 ədəd ağacın qanunsuz kəsilib aparılması aşkar edilmişdir. Həmin vaxt hadisə yerində kəsilərək qalmış diametri 52 sm olan 01 ədəd ağcaqayın cinsindən olan 01 ədəd işlik müsadirə olunaraq mərkəzin anbarına təhvil verilmişdir. 22 aprel 2022-ci il tarixdə Zaqatala X14 Mərkəzinin əməkdaşlarının iştirakı ilə Muğanlı meşəbəyliyinin 3 saylı dolayının 14-cü kvartalında yoxlama aparılmış, yoxlama zamanı müxtəlif növ və diamterdə ümumilikdə yaş kök ustə 8 ədəd ağacın qanunsuz olaraq kəsilib aparılması faktı əsasında 001885 nömrəli Akt tərtib edilmiş, qanunsuz olaraq kəsilmiş 8 ədəd müxtəlif diamterdə ağcaqayın və göyrüş cinsindən olan ağacların dib kötük hissələrinin Muğanlı meşəbəyliyinin meşəbəyi Şahid2 məxsus N010 nömrəli meşə damğası ilə damğalanmış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019cu il tarixli qərarına əsasən təsdiq edilmiş 7 saylı əlavəyə görə həcm-qiymət cədvəli tərtib edilərək ümumilikdə 8 ədəd yaş kök üstə ağacın qanunsuz olaraq kəsilməsi nəticəsində təbiətə 1491,41 manat (min dörd yüz doxsan bir, qırx bir) ziyan vurulması müəyyən edilmişdir. O, ifadəsinə əlavə olaraq göstərmişdir ki, 2018-ci ildə işdən azad olunsa da qeyri rəsmi olaraq meşəbəyi vəzifəsini icra edir və onun bu vəzifəni icra etməsindən idarənin rəhbərliyinin də xəbəri var. İş materiallarında xx.xx.2022-ci il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 259.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir və ona həmin maddə ilə ittiham elan edilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxsn yanında Meşələrin İnkişafı Xidmətinin Zaqatala X14 Mərkəzi iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxsn yanında Meşələrin İnkişafı Xidmətinin Zaqatala X14 Mərkəzinin nümayəndəsi qismində Nümayəndə tanınmışdır. İş materiallarında olan Zaqatala Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli 1(033)-59/2022 nömrəli “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi zərərçəkmiş hüquqi şəxs kimi tanınmışdır. İş materiallarında olan “Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, tutulan təqdirdə Zaqatala RPŞ-nin MSY-yə təhvil verilməsi qərara alınmışdır. İş materiallarında olan “cinayət işi üzrə icraatın dayandırılması haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tutulub istintaqa təqdim edilənə kimi cinayət işi üzrə icraat dayandırılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “axtarışda olan şəxsiin tutulması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Zaqatala rayonu ərazisində tutularaq xx.xx.2022-ci il tarixdə saat 10:10 radələrində Zaqatala RPŞ-yə gətirilmiş və MSY-ə təhvil verilmişdir. İş materiallarında olan “cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 259.2.1-ci maddəsi ilə olan ********* saylı cinayət işi üzrə icraatın təzələnməsi və icraata qəbul edilərək istintaqının davam etdirilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi” haqqında qə rardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir.. İş materiallarına əlavə edilmiş Zaqatala X14 Mərkəzindən daxil olmuş xx.xx.2022-ci il tarixli 91 və 92 nömrəli məktublar və həmin məktublarla təqdim edilmiş sənədlərdən görünür ki, Muğanlı Meşəbəyliyinə məxsus torpaq sahəsinin 3 saylı dolayının 14-cü kvartalından kəsilmiş ağcaqayın cinsindən 6 ədəd, göyrüş cinsindən 2 ədəd olmaqla ümumilikdə 08 ədəd ağacların dib kökündən qanunsuz olaraq kəsilməsi nəticəsində vurulmuş ziyan 1491,41 manat və 2 saylı dolayının 4-cü kvartalından kəsilmiş yalanqoz cinsindən 18 ədəd, qızılağac cinsindən isə diametri 4 ədəd olmaqla ümumilikdə 22 ədəd yaş köküstə ağacların qanunsuz olaraq kəsilməsi nəticəsində vurulmuş ziyan 4445, 04 manat təşkil edir İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş “Hadisə yerinə baxış keçirilməsi haqqında” 27 aprel 2022-ci il tarixli protokollardan və həmin protokollara əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, X17 X3 meşəbəyliyinin 3 saylı dolayının 14-cü kvartalında yerləşən ağcaqayın cinsindən diametri 48 sm olan 1 ədəd, diametri 52 sm olan 5 ədəd, göyrüş cinsindən diametri 52 sm olan 2 ədəd olmaqla cəmi 08 ədəd yaş köküstə ağac və X17 X3 meşəbəyliyinin 2 saylı dolayının 4-cü kvartalında yerləşən yalanqoz cinsindən diametri 16 sm olan 1 ədəd, 32 sm olan 1 ədəd, 36 sm olan 2 ədəd, 40 sm olan 2 ədəd, 44 sm olan 2 ədəd, 48 sm olan 3 ədəd, 52 sm olan 1 ədəd, 56 sm olan 2 ədəd, 60 sm olan 1 ədəd, 64 sm olan 1 ədəd, 68 sm olan 2 ədəd, qızılağac cinsindən isə diametri 36 sm olan 1 ədəd, 48 sm olan 1 ədəd, 68 sm olan 1 ədəd, 84 sm olan 1 ədəd olmaqla cəmi 22 ədəd yaş köküstə ağac qanunsuz olaraq kəsilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 18 saylı Zaqatala Ərazi İdarəsinin 13 oktyabr 2022-ci il tarixli, **********84 nömrəli məktubundan görünür ki, çöl ölçmə işlərinin nəticəsinə və məlumat bazasına əsasən məlum olmuşdur ki, ağacların kəsildiyi torpaq sahələri Zaqatala rayonu Muğanlı inzibati ərazi dairəsinin hüdudları daxilində dövlət mülkiyyətində saxlanılan dövlət meşə fondu torpaqlarına aid ərazidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 24 avqust 2022-ci il tarixli 9/5606 nömrəli rəyindən görünür ki, tədqiqatın nəticəsi olaraq birinci sual üzrə Azərbaycan Respublikası ETSN yanında Meşələrin İnkişafı xidmətinin Zaqatala rayonu Regional Meşə X3 meşəbəyliyinin 2 saylı dolayının 4-cü kvartalı tərəfindən tərtib edilmiş aprel 2022-ci il tarixli akta əsasən ümumilikdə 22 ədəd müxtəlif diametrli, müxtəlif cinsli ağaclarının qanunsuz götürülməsinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 30 nömrəli Qərarına əsasən təbiətə dəymiş ziyanın ümumi məbləği 4445,04 manat müəyyən edilir və ikinci sual üzrə isə Azərbaycan Respublikası ETSN yanında Meşələrin İnkişafı xidmətinin Zaqatala rayonu Regional Meşə X3 meşəbəyliyinin 3 saylı dolayının 14-cü kvartalı tərəfindən tərtib edilmiş aprel 2022-ci il tarixli akta əsasən ümumilikdə 8 ədəd müxtəlif diametrli, müxtəlif cinsli ağaclarının qanunsuz götürülməsinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019cu il tarixli 30 nömrəli Qərarına əsasən təbiətə dəymiş ziyanın ümumi məbləği 1491.41 manat müəyyən edilir. İş materiallarında olan Zaqatala RİHB-nin Üçüncü Tala KİƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 719 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən nümayəndəliyin Bozbinə kənd sakinidir. İş materiallarında olan Zaqatala RİHB-nin Üçüncü Tala KİƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 716 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi: atası- X1, anası- X2, bacısı- X7 ibarətdir. İş materiallarına əlavə edilmiş Zaqatala rayon İcra Hakimiyyəti başçısının Üçüncü Tala kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən məlum olur ki, xx.xx.2002-ci il təvəllüdlü Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN BƏSİİ-nin əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Məhkum olmamışdır. İş materiallarına əlavə edilmiş mülki iddia ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində vurulmuş maddi ziyana görə 5936.45 manat pulun mülki cavabdeh Təqsirləndirilən şəxs alınaraq mülki iddiaçı Azərbaycan Respublikası ETSN – nin 7 saylı Reqional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 2800 nömrəli və xx.xx.2023-cü il tarixli 8393 nömrəli ödəniş qəbzlərindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 7 saylı regional ETSİ-nin hesabına ümumilikdə 5940 manat ödəniş edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Zərərçəkmiş şəxs 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli Ç-HM/4623-017 nömrəli arayışından görünür ki, 1(033)-3/2023 nömrəli cinayət işi üzrə dövlətə dəymiş 5936,45 manat ziyan Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxs dövlətə dəymiş ziyandan heç bir borcu qalmamışdır. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Zərərçəkmiş şəxs 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli ərizəsindən məlum olur ki, Təqsirləndirilən şəxs tərəfindən təbiətə dəymiş ziyan tam olaraq ödənildiyindən hazır ki cinayət işi üzrə verdikləri mülki iddiadan imtina edirlər. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli 3-14-27-14/2-009/2023 saylı Zərərçəkmiş şəxs yanında Meşələrin inkişafı xidmıtinin X18 Təsərrüfatı Mərkəzinin direktoru Rəşad Mahmudov tərəfindən imzalanmış arayışdan məlum olur ki, Şahid5 1994cu ildə X8 Muğanlı meşəbəyliyinin 3 saylı dolayında meşə gözətçisi vəzifəsinə təyin edilmiş, xx.xx.2013-cü ildə 9 №-li əmir ilə işdən azad edilmişdir. xx.xx.2016-cı ildə yenidən həmin vəzifəyə təyin edilib və xx.xx.2018-ci il 41 saylı əmirlə işdən azad edilmişdir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə iş üzrə mövcud sübutları qiymətləndirib, iş materiallarını təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 259.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə tam təqsirli olduğu özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin, şahidlərin verdikləri ifadələrlə və cinayət işinin bütün materialları ilə tam sübuta yetirilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsə vurulmuş ziyanın tam olaraq ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olamaması, cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halların olmasını müəyyən etməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CPM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hal qismində nəzərə alınır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamı”nın 10.2-ci bəndində cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi prioritet məsələlər kimi qoyulmuşdur. Həmin sərəncamın 8-ci bəndində qeyd olunmuşdur ki, cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün həbsə alternativ cəzaların tətbiqi genişləndirilsin. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hansı cəza növünün təyin olunması məsələsini müzakirə edərək, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini, əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və onun ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli, cəza çəkdiyi müddətdə günün müəyyən vaxtlarında yaşayış yerini tərk etməməli, cəza çəkdiyi müddətdə Zaqatala rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. İş üzrə 50 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında həm də hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə hakim tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməmişdir. Belə vəziyyətdə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan müsadirə edilməli olan əmlak mövcud deyildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-in 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zərurui olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Azərbaycan Respublikası MPM-in 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul edilmişsə iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası CPM-in 354-cü maddəsinə asasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianını tam və ya qismən təmin edilməsi; iddianın rədd edilməsi; iddianın baxılmamış saxlanması haqqında qərarlardan biri qəbul edilir. Məhkəmə hesab edir ki, CPM-də cinayət işi üzrə məhkəmənin yekun qərarında mülki iddia üzrə icraata xitam verilməsi nəzərdə tutulmadığından və bu hal cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadığından mülki prosessual qanunvericiliyin normaları tətbiq edilərək iş üzrə mülki iddia üzrə icraata mülki iddiaçı mülki iddadan imtina etdiyi üçün xitam verilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, hazırki iş üzrə Təqsirləndirilən şəxs ilə birlikdə Şahid4 Ramil oğlu və X9 2022-ci ilin aprel ayının ortalarında X17 X3 meşəbəyliyinin 3 saylı dolayında diametri 0,52 sm olan bir ədəd ağcaqayın cinsindən olan ağacı ağac kəsmə motoru ilə kəsmələri halı məhkəmə iclasında öz təsdiqini tapsada istintaq orqanı bu hala cinayət hadisəsi kimi yanaşaraq barələrində cinayət işinin başlanmasının rədd edilməsinə dair qərar qəbul etmişdir. Lakin həmin şəxslərin əməlində Azərbaycan Respublikası İXM-in 253-cü maddəsinin tərkibinin olub-olmamasına hüquqi qiymət verməmişdir. Azərbaycan Respublikası CPM-in 204.2-ci maddəsinə əsasən istintaq hərəkətlərinin aparılması və ya məhkəmə baxışı zamanı, törədilmiş və ya hazırlanan cinayət haqqında verilmiş şifahi məlumat müvafiq olaraq istintaq hərəkəti və ya məhkəmə iclas protokolunda yazılır. Belə məlumat məhkəmə baxışı zamanı verildikdə həmçinin məhkəmə iclasında elan olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə prosesində X17 X3 meşəbəyliyinin əməkdaşlarına rüşvət vermə faktı ilə əlaqədar verdiyi ifadəsi törədilmiş cinayət haqqında verilmiş şifahi məlumat kimi nəzərə alınaraq bu barədə Zaqatala rayon prokurorluğuna məlumat verilməlidir. Azərbaycan Respublikası CPM-in 355.1.1-ci maddəsinə əsasən fiziki şəxslərin cinayət məsuliyyətinə səbəb olmayan hərəkət və hərəkətsizliyinin, dövlət orqanlarının vəzifəli şəxslərinin fəaliyytindəki çatışmazliqların və ya səhvlərin cinayətin törədilməsinə səbəb olduğu və şərait yaratdığı hallar müəyyən olunarsa məhkəmə baxışının nəticələrinə dair xüsusi qərar çıxarıla bilər. Məhkəmədə cinayət işinə baxılarkən müəyyən olunmuşdur ki, məhkəmə prosesində əlavə şahid qismində dindirilmiş Şahid5 xx.xx.2018-ci ildə X17 X3 meşəbəyliyinin 3 saylı meşə dolayının meşə gözətçisi vəzifəsindən azad edilsə də bu günə qədər həmin vəzifəsinin icrasını həmin vəzifədə rəsmi işləyən Şahid3 Əsməndar oğlunun yerinə davam etdirir. Məhkəmə hesab edir ki, iş üzrə heç bir hüquqi məsuliyyəti olmayan şəxsin qeyri rəsmi olaraq X17 X3 meşəbəyliyinin 3 saylı meşə dolayının meşə gözətçisi vəzifəsini yerinə yetirməsi və həmin vəzifədə işləyən Şahid3 Əsməndar oğlunun öz vəzifəsini lazımnca icra etməyərək vaxtı-vaxtənda işə çıxmaması 3 saylı meşə dolayının lazımı qaydada mühafəzəsinin təmin olunmamsına şərait yaradaraq nəticədə hazır ki, cinayət hadisəsinin baş verməsinə yol açmışdır. Azərbaycan Respublikası CPM-nin 349-cu maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda,bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. İş üzrə maddi sübut yoxdur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasınа məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər həbsdə saxlandığı 2 (iki) gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq 4 (dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəksin. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs üzərinə yaşadığı Zaqatala rayonu ərazisini, eləcə də axşam saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yeri olan Zaqatala rayonunun Bozbinə kəndində yerləşən evinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Zərərçəkmiş hüquqi şəxs – mülki iddiaçı Zərərçəkmiş şəxs 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə təqsirləndirilən şəxs tərəfindən dəyən maddi ziyanın tam ödənilməsinə, onunla barışıq əldə edilməsinə, və mülki iddiadan imtina edilməsini nəzərə alaraq mülki iddia üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti Zaqatala Rayon İcra və Probasiya Şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı Zaqatala Rayon İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablansın. İş üzrə ekspertiza xərci olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq məhkəmə ekspertiza mərkəzinin X4, Kod : 210005; VÖEN **********; Müxbir hesab: AZ41NABZ********************; SWİFT BİK CTREAZ22; VÖEN **********; hesab № AZ34CTRE********************) ödənilsin. Şahid4 Ramil oğlu və X9 barələrində Azərbaycan Respublikası İXM-in 253-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmaları üçün Zaqatala rayon Prokurorluğuna məlumat verilsin. Təqsirləndirilən şəxs məhkəmə prosesində X17 X3 meşəbəyliyinin əməkdaşlarına rüşvət vermə faktı ilə əlaqədar verdiyi ifadəsi törədilmiş cinayət haqqında verilmiş şifahi məlumat kimi nəzərə alınaraq bu barədə Zaqatala rayon prokurorluğuna məlumat verilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Sədrlik edən: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №1(033)-3/2023
Zaqatala Rayon Məhkəməsi Hökm — İş №1(033)-3/2023
14.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver