Azərbaycan Respublikası adından HÖKM Zaqatala rayonu İş № 1(033)-3/2025 16.05.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi, Dövlət ittihamçısı-Аzərbаycаn Respublikаsı Bаş Prоkurоrluğunun Dövlət ittihаmının müdаfiəsi üzrə İdаrəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihаmının müdаfiəsi üzrə şöbəsinin prоkurоru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs, Müdafiəçi Zaqatala Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1989-cu ildə Ağsu rayonunun Qaraqoyunlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, Şamaxı rayon məhkəməsinin 1(074)-2/2023 nömrəli xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə 1 il 6 ay müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli 1(105)-30/2024 nömrəli qərarına əsasən Şamaxı Rayon Məhkəməsinin 1(074)-2/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmü cəza təyin edilməsi hissəsində dəyişdirilməklə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə 2 il 6 ay müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 3 (üç) il 3 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Ali Məhkəmənin 1(102)-1899/2024 saylı, xx.xx.2024cü il tarixli qərarı ilə cəza dəyişdirilmədən saxlanılmış, Ağsu rayonu, Qaraqoyunlu kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X1 saxlanılmaqla cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 16 may 2025-ci il tarixdə, saat 11:00-da Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ondan ötrü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur ki, o, 20-22 mart 2023-cü il tarixlərində tamah niyyəti ilə qanunsuz olaraq, yəni qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan Zaqatala rayonu, Bəhmədli kəndi ərazisindəki qəbirstanlığında yerləşməklə həmin kənd bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsində köküstə yaş vəziyyətdə olan, meşə fonduna daxil olmayan– yunan qozu cinsindən diametrləri 190 sm olan 1, 24 sm olan 1, 35 sm olan 1, 36 sm olan 1, ağcaqayı cinsindən diametrləri 4 sm olan 1, 18 sm olan 1, 34 sm olan 1, 35 sm olan 1, 12 sm olan 2, 21 sm olan 1, 26 sm olan 1, 27 sm olan 1, 30 sm olan 1, 32 sm olan 2, 36 sm olan 2, 38 sm olan 1, 39 sm olan 1, 40 sm olan 1, 37 sm olan 2, qovaq cinsindən diametri 250 sm olan 1, əncir cinsindən diametri 28 sm olan 1, göyrüş cinsindən diametrləri 26 sm olan 1, 36 sm olan 1 ədəd olmaqla ümumilikdə 27 ədəd ağacı qəsdən motorlu odun kəsənlə kökündən ayırıb kəsdirməklə təbiətə ümumilikdə 26050 manat, yəni külli miqdarda ziyan vurmuşdur. Məhkəmə iclasında iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zaqatala rayonu Bəhmətli kənd bələdiyyə sədri Şahid10 onun istfadəsində olan telefona öz istifadəsində olan telefon ilə zəng vuraraq, onun nömrəsini digər rayonun bələdiyyə sədrindən götürdüyünü bildirərək onunla görüşmək istədiyinin bildirmişdir. O, telefonda nə üçün onunla görüşmək istədiyini soruşduqda, sonuncu ona demişdir ki, telefon söhbəti deyil, görüşəndə deyər. Onlar Zaqatala rayonu “Opit” restoranında görüşmüşlər. Görüş zamanı Həsrət özünü Zaqatala rayonu, Bəhmətli kənd bələdiyyəsi sədri kimi təqdim etmiş və bildirmişdir ki, ərazisində Ekologiyanın rəyi əsasında kök dibindən kəsilməli ağaclar var və həmin ağacları satdığını demişdir. O, Həsrətdən tam üç dəfə ağacların kəsilməsindən Ekologiyanın, İcra Hakimiyyətinin və digər orqanların xəbərdar olub-olmamasını soruşmuş, cavab olaraq Həsrət özünün bələdiyyə sədri olduğunu, qəbristanlığın isə bələdiyyənin mülkiyyətində olduğunu, heç bir problem olmayacağını və özünün bütün proseslərdə iştirak edəcəyini, o olmadıqda isə nümayəndəsi Nuranın orda olacağını bildirmişdir. O, onun yanından Nuran adlı şəxsə zəng vuraraq demişdir ki, “sənə Elçin adında oğlan zəng vuracaq, sahəyə gələcək, o birdən icra hakimiyyətində iclas olsa və gələ bilməsə, onu Nuran özü qarşılasın və kəsiləsi ağacları onlara göstərsin”. Onlar isə hər Kamaz maşınının reysinə görə 1000 manat alacaqları barədə razılaşmışlar. Fəhlələrin ödənişini isə o edəcəkdi. Razılaşmaya əsasən ilkin olaraq Həsrət ondan “Opit” restoranında 1000 manat pul almışdır. Bu söhbətlərdən sonra Həsrət ondan fəhlələri hazırlamasını istəmiş və onlar ayrılmışlar. İki gün sonra onun istifadəsində olan mobil nömrəsinə öz istifadəsində olan nömrə ilə Həsrət zəng edərək, yəni Həsrətin ona zəng etdiyi mobil operator vasitəsi ilə də yoxlanıla bilər, onu Bəhmətli kənd qəbristanlığına dəvət etmişdir. Zaqatala rayonu, Faldarlı kəndində yaşayan kənd sakinləri Şahid6, Şahid7 və Yengiyan kənd sakini Şahid14 ilə birgə Bəhmətli kənd qəbristanlığına getmişlər. Orada Şahid10 bələdiyyə sədri olaraq şəxsən onları qarşılamış və nümayəndəsi Nuranla onları tanış etmiş, söyləmişdir ki, o iclaslar, tədbirlər olduğundan kənddə ola bilmir, lakin Nuralanın burda olacağını bildirmişdir. Bunların hamsı Şahid6, Şahid7 və Yengiyan kənd sakini Şahid14 gözü qarşısında olmuşdur. Həsrət Nuranın sözünü onun sözü olduğunu bildirmişdir, ona hansı ağacların kəsilməli olduğunu daha yaxşı bildiyini bildirmişdir. O, Həsrətdən Ekologiyanın rəyini soruşduqda, rəyin hazırda onun üzərində olmadığını, idarədə olduğunu bildirmiş və sonra verəcəyini bildirmişdir. Bundan sonra ağacları onlara bir-bir göstərərək ilkin olaraq hasardan 9 metr içəri doğru ağacları kəsilməsini istəmişdir. Lakin aralarında budama söhbəti olmamış, elə onun yanında da ağacların bir neçəsi kəsilmişdir. Video çəkilişdə də ağaclar kəsilərkən Həsrət və Nuranın hər ikisinin orda olduğu görünür. Belə olan halda ağaclar kök dibindən kəsilməyə başlanmış və orda ilk gün ərzində iş getmişdir. Bu halda necə ola bilər ki, yol kənarında qəbirstanlıqda, camaatın daim gəldiyi, qarşısında böyük mağaza, yanında isə Nuranın mağazası olan bir yerdə kamaz, ekskavator, fəhlələr işləyir, camaatın gözü qarşısında ağaclar kəsilir amma heç kəs onun yanlış etdiyinin fərqinə varmır, nə Həsrət, nə də Nuran orda olduqları halda ona yanlış ağacları kəsdiyini deməmişdir, görünüdüyü kimi bələdiyyə sədri və nümayəndəsi orda olduğu halda heç bir irad bildirməmiş, Ekologiyadan və İcra Hakimiyyətindən heç kəs gəlməmişdir. Ağacların kəsildiyi ikinci gün Həsrət də, Nuran da yenə orda olmuş, heç kəs onalara heç nə deməmişdir. Ağaclar kəsilmiş, Həsrət isə işçilərə uğurlar arzulamışdır, 500 manat da ondan əlavə pul alıb, getmişdir. Amma prokurorluqda Həsrətə ittiham səhlənkarlıq formasında verilmiş, güya Həsrət onlara nəzərət etməmiş və onlar bu hadisəni törətmişdirlər. Üçüncü günün videosu məhkəməyə təqdim edilmişdir, həmin videodan da görünür ki, Həsrət və Nuran ağaclar kəsilən sahədə durublar və işin getdiyini müşayət edirlər. O, Həsrət və Nuranın iştirakından kənar heç bir hərəkətə yol verməmiş, hər bir şey onların iştirakı ilə edilib, onlar tam olaraq bütün işlərə nəzarət etmişdirlər. Qeyd etdiklərinə əsasən o, qətiyyən ittihamı qəbul etmir, ona verilən ittiham qanunsuz, qərəzli, əsassız və ədalətsizdir, bu səbəbdən ona bəraət verilməsini məhkəmədən xahiş edir. Həmçinin Həsrət və Nuran ağacların kəsilməsindən xəbərsiz olduqlarını bildirsələrdə, videoda göründüyü kimi Həsrət və Nuran qovaq ağacının kəsilməsində orda olmuş və Ekologiya Nazirliyi tərəfindən ən böyük ziyan həmin ağacın kəsilməsinə görə hesablanmışdır. Həsrət isə daima əlində “super” rəyi olduğunu, heç bir problemin olmayacağını bildirmişdir. Həmçinin qeyd etmişdir ki, Şahid16 və Şahid1 yalan, öyrədilmiş, öncədən planlaşdırılmış bir şəkildə ifadə vermişdirlər. O heç bir ağacı göstərib kəsdirməmişdir. O, ağaclar kəsilən yerə dəvət olunub, aldadılıb pulu alınan adamdır. Kəsilən hər bir ağacı bələdiyyə sədri Şahid10 və Şahid12 ikisi əlbir olub, ağacları tək-tək göstərib kəsdirmişdirlər. Bu baxımdan Şahid4, Şahid1, Şahid16 cinayət məsuliyyətinə cəlb edilməlidirlər. Belə ki, məhkəmədə şahid qismində ifadə verən Şahid1 yalan, qeyri-dəqiq, öyrədilmiş ifadə vermişdir və dedikləri həqiqəti əks etdirmir. Həmçinin Şahid16 də yalan, bəzi qeyri-dəqiq ifadələr vermişdir. Belə ki, Sübhan, Şahid16 adlı tanışı ilə birlikdə qoz ağacını kökündən kəsib tanışları onun tanımadığı Cəmil adlı şəxsə qazanc müqabilində satdıqlarını özləri etiraf etmişdirlər. Nə o, Cəmili tanıyır, nə də ki, Cəmil onu. Sübhan demişdir ki, qoz ağacını Taryel motorlu mişarla kəsmişdir. Sübhan da fəhləlik edib ağacın kökünü qazıb, torpağı çıxarıb, yəni motorlu mişar işlətməyib və yalan deyir ki, guya o ona ağac kəs demişdir. Hətta Sübhan tam yalan şər-böhtan xarakterli ifadə verərək demişdir ki, guya o qovaq ağacını kəsməyi təklif etmiş, o da kəsmişdir. Belə ki, ərazidə cəmi 1 ədəd qovaq ağacı yuxarı hissəsindən kəsilmiş həmin ağacın kəsilməsinin göstərişini isə digər ağaclarda olduğu kimi Həsrət və Nuran vermişlər. Kənd camaatının istəyi, israrı ilə real təhlükə yaratdığı üçün kəsdiklərini Həsrət və Nuran özləri etiraf etmişdirlər. Həmçinin Taryel məhkəmədə demişdir ki, qoz ağacını kökdən öz motorlu mişarı ilə kəsib, qoz ağacının kəsilmə götərişini isə onun vermədiyini demişdir. Təqsirləndirilən şəxs konkret olaraq bildirmidir ki, həmin qoz ağacları iki günə kəsilib və bu müddətdə bələdiyyə sədri Həsrət və Nuran orda olduğu halda və onların gözü önündə kəsildiyi halda heç kim ona maneə olmamışdır. Şahid1 özü məhkəmədə bildirmişdir ki, bələdiyyə sədri və Nuranın ağaclar kəsilən və yüklənən zaman qəbristanlıq ərazisində olmasını kənd camaatından dəqiqləşdirib və əmin olub ki, Bələdiyyə sədri və Nuran ərazidədirlər. Həmçinin yazılı ifadəsində də qəbristanlıq ərazisində Bələdiyyə sədrini, icra nümayəndəsini, Şahid12 gördüyü üçün inandığını, işi gördüyünü, ağacları kəsib satdığını demişdir. Qoz ağaclarının kök hissəsini alan Şahid4 məhkəmdə bildirmişdir ki, aldığı qoz ağacına baxmaq üçün Bəhmətli kənd qəbristanlığına gələndə onu orda görmədiyini də deyib. Əgər o işə “rəhbərlik” etmişdirsə, onda Cəmil onu görməli və tanımalı idi. Sübhan özü yazılı ifadəsində Əlixan adlı kamaz sürücüsünə və kon və traktor sürücüsünə ayrılıqda 50 manat pul verib. O, Əlixanı və ya kon traktoru çağırmamışdır və onları tanımır. Kon traktor sürücüsü özü ifadəsində qeyd etmişdir ki, köməyə gəlib və heç bir pul almayıb və onu tanımır. Taryel məhkəmədə qeyd etmişdir ki, Əlixanı və kon traktor sürücüsünü Şahid1 çağırıb və qoz ağacını kəsib, əsas kötük hissəsini aparmışdırlar. Qazanc əldə etmək məqsədi ilə isə Cəmilə satıblar. Bu halı özləri etiraf etmişdirlər. Ağac halında aparılan qozun material halında hissələri Şahid4 həyətində tapılmışdır. Beləliklə Cəmil, Taryel, Sübhan istintaqda qanunsuz, yalan ifadə vermişdirlər. Şahid14 isə hər şeyi açıq-aydın məhkəmədə danışmış, rəsmi teleqramlar ünvanlayaraq ağacların göstərilməsi, kəsilməsi göstərişinin Həsrətlə, Nuranın verdiyini, Həsrətlə Nuranın daimi orada olduğunu demişdir və Həsrətin ondan ağaclar kəsilən yerdə həmin kəsilən ağaclara görə pul aldığını qeyd etmişdir. Həmçinin Şahid7 ağaclar kəsilən zaman Həsrət və Nuranın daim orda olduqlarını, Həsrətin ona “problem yoxdur”, “kənd camaatı ilə razılaşmışam”,”ağacların pulu ilə qəbristanlığa hasar çəkəcəm” və s dediyini bildirmişdir. Eyni zamandan ağaclar kəsilən yerdə Həsrətin ondan pul aldığını da demişdir. Şahid6 da, məhkəmədə səmimi ifadə verən Şahid8 da bu halları məhkəməyə verdikləri ifadələrində bir daha təsdiq etmişdirlər. İş materiallarına əlavə edilmiş 16 oktyabr 2023-cü il tarixli “baxış” protokolu əsasında qeyd edilən ziyan isə tam əsassız və qanunsuzdur. Bu məsələdə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 03 mart 2025-ci il tarixli, 917/30-9/55 nömrəli rəyinin nəzərə alınmasını məhkəmədən xahiş edir. 7900 manat hesablanan yunan qozu hər ikisi eynidir. Yəni bu qiymət fərqindən tam aydın olur ki, 16 oktyabr 2023-cü il tarixli “baxış” protokolu tam əsasızdır, ağaclar necə ölçülüb, necə baxılıb, kimlər göstərib, kimlər baxıb naməlumdur. Həmçinin digər ağacların hesablanması da qeyri-dəqiqdir və həqiqəti əks etdirmir. Bir daha qeyd edir ki, istintaqa təqdim etdiyi maddi sübutlar yox edilib, saxtakarlıq edilib. İstintaqa təqdim etdiyi vəsatətləri verdiyi rəsmi yazılı sənədləri, ifadələri, ərizələri, 000051 saylı vəkil orderi, xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixlərdəki istintaq hərəkətləri protokolları, faktlar-sübutlar, foto-video, etirafedici səs və digər sənədlər işə daxil edilməyib, gizlədilib. Ona verilən ittiham tam qanunsuz, qərəzli, qeyri-obyektiv, əsassız və ədalətsizdir. Bələdiyyənin mülkiyyətində olan kəsilən ağacları bələdiyyə sədri Şahid10 və həmkəndlisi Şahid12 ikisi əlbir olub kəsdiriblər. Bələdiyyə sədri Şahid10 ağaclar kəsilən yerdə olub, fəhlələrin işinə heç bir reaksiya verməyib. O, barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs hüquqi şəxs Zərərçəkmiş şəxs 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi qismində dindirilmiş X12 ifadəsində bildirmişdir ki, ibtidai istintaq zamanı verdikləri ifadəni təsdiq edirlər. Əlavə olaraq bildirir ki, Bəhmətli kənd qəbristanlığında müxtəlif diamertli 27 ədəd ağac kəsilmiş, nəticədə təbiətə 26050 manat məbləğində ziyan dəymiş, həmin ziyandan isə 10000 manat idarəsinin hesabına ödənilmişdir, o, ziyanın ödənilməsinin təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində bildirmişdir ki, Zaqatala rayon Bəhmətli kəndində Bələdiyyə sədri vəzifəsində işləyir. Təqsirləndirilən şəxsi tanıyır və aralarında heç bir ədavət və ya düşmənçilik yoxdur. O, prokurorluqda gedən istintaq zamanı da öz izahatlarında qeyd etmişdir ki, o xərçəng xəstəsi olduğu və kimya qəbul etdiyi zaman kənd ağsaqqaları ona baş çəkərkən qəbristnalıq ərazisində yerləşən ağacların kəsilməsini məsləhət görmüşdürlər, belə ki, həmin ağaclar məzarlar üçün təhlükə yaradırdı. Bir neçə ağac məzarların üzərinə düşərək qəbirləri zədələmişdi. O, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etmiş, Ekologiya isə ona 43 ağacın budanması barədə rəy vermişdir. O, bu məqamda ağacları kəsəbilən adam axtarmağa başlamış və tanışlarından Təqsirləndirilən şəxs nömrəsini alaraq ona zəng edərək Bələdiyyə ərazisində müəyyən ağacların kəsilməsi üçün onlara köməklik lazım olduğunu bildirmişdir. Bu məqsədlə o, Elçinlə görüşüb, vəziyyəti olduğu kimi ona izah edib, Ekologiyadan da rəy alındığını bildirərək rəyə uyğun hərəkət etməsini istəmişdir. Ağacların kəsilməsinin səbəbi kimi həm onların məzarlara təhlükə törətmələri, həm də ağacların satışından əldə olunmuş vəsait hesabına kənd qəbirstanlığına hasar çəkmək istəmələri olmuşdur. Qeyd edilən tarixlərdə isə o, xəstə olmuş və kimyaterapiya alması səbəbindən proseslərdə iştirak edə bilməmişdir. Elçinin dediyi kimi, onlara səhər-səhər ət mağazasının arxasında 17 ağacı göstərərək, kəsməsini bildirmişdir. O, Elçinlə danışanda 4 və ya 5 reys olacağını bildirmiş, onların pulunu isə Nurana verilməsinin istəmişdir. 17 ağacı o göstərib getmiş, onlar isə kəsmişdirlər. O, qəbristnalıqda olmayan zaman isə Nuran ona zəng etmiş və bildirmişdir ki, o göstərən ağaclar qalmış, qəbristanlığın içərisindən ağaclar kəsilmişdir. O, şəxsən Elçinə zəng vurmuş içəridən ağaclar kəsildiyini üçün işin dayandırılmasını istəmişdir. Kəsilən ağacları görmüş, onların daha düzəlməyəcəyini anlamış, kəsinti işlərinin dayandırılmasını, kəsilənlərin isə aparaılmasını istəmişdir. Elçin isə rəyin ona verilmədiyini bildirsə də, əksinə rəyin bir surəti Nuran tərəfindən ona verilmişdir. O, ifadəsində həmçinin qəbristanlığa baxış keçirilməsinin məhkəmədən xahiş etmişdir, belə ki, sözü gedən qovaq ağacının kəsilməsi ilə təbiətə vurulan ziyan 10900 manat məbləğində hesablanmışdır. Həmin qovaq ağacı üç haçalıdır, budaqları isə 25-30 metrdir ki, həmin həçələr müəyyən təhlükələr yardırdı. Həmin qovaq ağacı isə dibindən kəsilməmişdir, ağac qanuni budanmışdır. 3 mertə yaxın haçalardan kəsilmişdir və bu gün artıq inkişaf dövrünü yaşayır. Həmçinin o biri məhv olmuş kimi rəydə qeyd olunan ağaclar pohrə verərək inkişaf edirlər. Qəbristanlığa baxış keçirilərsə, onun dediklə təsdiq olunacaqdır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, səhhəti imkan vermədiyindən prosesə nəzarət edə bilməmiş, Elçinin özünə güvəndiyindən nəzarəti başqa heç kəsə həvalə etməmişdir. Ona demişdirlər ki, Elçin ağackəsmə işi ilə məşğuldur və ən baha qiymətə kəsdiyi ağacları o götürür, bu səbəbdən də o, məhz Elçini çağırmışdır. Ağacların satışından əldə etdikləri pula qəbirsandığın hasarını düzəltməli idilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid12 ifadəsində bildirmişdir ki, bu hadisəyədək Təqsirləndirilən şəxs tanımamış, aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. Mart ayının 19 ya da 20-si günü axşam saat 21-22 radələrində ona Şahid10 zəng etmiş və rayona getdiyini həmçinin qəbristanlığın ağacları ilə bağlı müştəri tapdığını demişdir. Bundan əvvəl də kənd ağsaqqaları ilə birgə iclas olmuş, iclasda qəbristanlığın hasarının içərisində təxminən 10-15 mert dərinliyədək olan hasara yaxın ağacların bələdiyyə tərəfindən Ekologiya Nazirliyinə müraciət etməklə kəsilməsi və yerində hasar çəkilməsi barədə qərar qəbul edilmiş, lakin protokollaşdırılmamışdır. Bu hadisədən bir ay sonra Şahid10 ona zəng edərək ona gələn zəngi açmasını istəmiş, zəng edən şəxsin ağacla bağlı onun tapdığı həmin adamın olduğunu bildirmişdir. Daha sonra Elçin ona zəng etmiş özünü Elçin kimi təqdim edərək telefon nömrəsini Həsrət verdiyini bildirmişdir. Həmin vaxt Həsrət də onun yanında olmuşdur. Həsrət ona demişdir ki, o Elçinlə razılaşmışdır, sahədən kəsilən ağaclar bir ya da iki Kamaza yəğılacaq və hər Kamaza görə 1000 manat pul veriləcək, bütün xərclər Elçinə aid olacaq və 1000 manatı gətirib onun iş yerinə verəcəkdir. Daha sonra Həsrət səhər saatlarında Novruz bayram ilə bağlı tədbirdə olacağını bildirmiş, səhər bələdiyyəyə gəlməsini istəmiş, ona kəsiləsi ağacları göstərəcəyini və sənədləri verəcəyini bildirmişdir. Səhər 9-da taksi ilə qəbristanlıq ərazisinə getmişdirlər, orada Həsrət 17 ağac göstərmişdir, hansı ki, hal-hazırla qəbir daşlarının üzərində durur. Daha sonra idarəyə getmişlər, idarədə Həsrət müəllim iki nüsxədə faylda ona sənəd vermiş, Elçinə verməsini istəmişdir, özünün isə iclasa gedəcəyini bildirmişdir. Axşam 4-5 radələrində Elçindən zəng gəlmiş, görüşüb qəbristanlığın ərazisinə getmişdirlər. Qəbristnalıq ərazisinə gələrkən şöferdən başqa, adamların hamısı içkili olmuşdur. O, Həsrət müəllimin ona göstərdiyi ağacları onlara göstərmiş və göstərdiyi kanaldan digər tərəfə keçməmələrini bildirmişdir və sənədi də ona təqdim etmişdir, lakin özü sənəddə nə yazıldığına baxmamışdır. Elçin sənədə baxmış və “aydındır” deyərək, cibinə qoymuşdur. Bu zaman yerdə olan köhnədən qalan qoz ağaclarını götürmüşdürlər, lakin əsas işə sabah başlayacaqlarını bildirmişdirlər. O, isə problem olmadığını demişdir. Elçinlə Həsrət müəllim ona zəng edən zaman da bir yerdə olmuşlar, o ağacları aparıb göstərə biləcəyini desə də lakin cavadeh şəxs qismində orada dayana bilməyəcəyini demişdir, çünki o mağazada işləyir və oranı qoyub qəbristanlığa gedə bilməz. Səhər saatlarında on iki-bir arası qəbristanlığın yanından keçərkən görmüşdür ki, onun göstərdiyi ağaclardan başqa iki qoz ağacı yıxılıb. Həmin ağaclar göstərilməyən ağaclardır. O, Elçinə yaxınlaşıb, nə etdiyini soruşmuşdur. Daha sonra isə Həsrət müəllimə zəng etmişdir, baş verən hadisəni bildirmişdir. O, Həsrətə zəng edən əsnada, Elçin demişdir ki, kiməsə deməyə ehtiyac yoxdur, lazımsız yerə söhbəti şişirdirsən, Daşqın müəllimin, Samir müəllimin ailəvi get-gəl etdiyi insanlar olduğunu bildirmiş və telefonunu açıb nömrələrini göstərmişdir. Həsrət müəllim gəldikdən sonra isə iş dayanmışdır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, o ağacların kök dibindən kəsilməsini və ya budanmasını deməmiş, Həsrət müəllimin ona verdiyi sənədləri təqdim etmişdir, Elçin isə hər şeyin ona aydın olduğunu bilirmişdir. Qovaq ağacı kəsilərkən isə o və Həsrət müəllim orda olmuşdur. Həmin hadisədə Həsrət müəllim Elçinə və adamlarına qovaq ağacının budanmalı olduğunu bildirmişdir. Elçin həmçinin apardığı ağacların pulunu ona verməmiş, lakin Həsrətə verilib-verilməməsindən məlumatlı deyil. Həmçinin Elçin qoz ağacının kökünü onun satdığını bildirsə də, prokrorluqda aparılan araşdırma zamanı da həmin kökün Elçin tərəfindən çıxarılıb, satıldığı müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxsi tanıyır və aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. Onları qəbristanlığa Elçin aparmışdır, kötük yığmaq lazım olduğunu bildirmişdir. Orada Nuran da olmuşdur, kəndin Bələdiyyəsinin isə Həsrət olduğunu bilmiş, o da orda olmuşdur. Onlar demişlər ki, bura qəbristanlıqdır və ağacların kəsilməsi üçün onların əllərində sənədlər vardır. Onlar orda gün yarım işləmiş, ağacları daşıyıb kamaza yığmışdırlar. O ağac kəsməmiş, kötük yığmışdır, lakin ağacların kəsildiyini görmüşdür. Bələdiyyə sədri onlara demişdir ki, ağacları satacaq və yerinə hasar çəkəcəklər. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, o ağacları daşıyarkən, Şahid10 orda olmuşdur. Həsrətgil də, Elçingil də əllərində sənədlər olduğunu demişdirlər. Elə onları da Elçin aparmışdı, onlara 20 manat fəhlə pulu verəcəkdi. Hansı ağacların kəsiləcəyini isə Həsrət, Elçin və Nuran göstərmişdir. Onlar qəbristanlıqda işləyəcəkləri üçün narahatlıqlarını bildirmişlər, amma Elçinə bu barədə sənəd verilmişdir, lakin Həsrətin və ya Nuranın verdiyini bilmir. Həmin sənədi onlara da göstərmişdirlər, onlar daha sonra qəbristanlığa daxil olmuşdurlar. İşlər Həsrət və Nuranın gözü qarşısında olmuş və heç kəs onlardan işin dayandırılmasını istəməmişdir. Həmçinin Elçinin qəbristanlıqda Həsrətə pul verdiyini görmüş amma məbləğin nə qədər olduğunu bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində bildirmişdir ki, sosial şəbəkədə Zaqatala qrupları var və həmin sosial şəbəkədə “Piri” adı ilə qeydiyyatdan keçmiş şəxs ona video atmış, meşəni talan edildiyini demiş və ondan videonu paylaşmasını istəmişdir. Sonradan isə ərazinin meşə yox, qəbristanlıq olduğu məlum olmuş və videonu silmişdirlər. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, sözü gedən qruplarda Zaqatala ilə bağlı problemləri paylaşılır. Həmin paylaşılan videoda isə vətəndaşların üzləri seçilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxsi tanıyır, aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. 2023-cü ilin təxminən mart ayında çayxananın qarşısına çıxmış və qəbristanlıqdakı ağacların kəsilməsi ilə bağlı söhbətlər eşitmişdir. İcra nümayəndəsi kimi məslənin nədən ibarət olduğunu öyrənmək üçün qəbristanlığa getmişdir. O vaxtadək Elçini tanınmamışdır, ora çatdıqda özünü təqdim etmiş, kəndin icra nümayəndəsi olduğunu bildirmişdir. Elçin isə ağac aldığını bildirmişdir. Elçinin yanında başqa adamalarda olmuşdur, kənd sakinləri olmadığı üçün tanımamşdır, hesab edir ki, fəhlələr olmuşdurlar. O, onlara yaxınlaşıb, özünün, həmçinin camaatın narazılığını bildirmiş, qəbristanlığın içərisinə girməməsini istəmişdir. Elçin isə “başüstə” demişdir. Həsrət isə ona yolun kənarında olan ağacları kəsdirəcəyini bildirmişdir. Elçin razılaşdığı üçün o da qəbristanlıqdan çıxmışdır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, o rəyi görməmişdir, sadacə Həsrətdən rəyin olubolmamasını soruşmuşdur, Həsrət isə rəyin olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid16 ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxsi hadisə ilə bağlı tanımışdır. Aralarında heç bir ədavət və ya düşmənçilik yoxdur. Bildirir ki, bir ədəd qoz ağacı almış, onu da Şahid4 satmışdır. Həmin ağacı Elçindən almışdır. Belə ki, Faldardan Sübhan adlı şəxs ona zəng edərək filan yerdə ağac kəsildiyini bildirmişdir. Gedib ora baxmışdırlar, orda qoz ağacı olmuşdur, həmin ağacı Elçinlə danışıb almışdırlar. Daha sonra isə Şahid4 satmışdırlar. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, ağacın alınması üçün Elçinə 600 manat pul vermişdir. Pulu verəndə yanında Sübhan olmuşdur. Ağacı kəsməyə Sübhan onu dəvət etmişdir. Belə ki, o ara-sıra ağac kəsir. Lakin onu Elçin çağırmamışdır. Sübhan isə Faldardandır. Ağacı 600 manata alıb, 880 manata satmışdırlar. Pulu isə aralarında bölmüşdürlər. Orada adamlar olub amma o oradakı heç kəsi tanımır. Ağacı isə o Sübhanla birgə kəsmişdir. Həmin vaxt Elçini tanımamışdır. Pulu Elçinə vermişdir. Sübhan ağacın kəsilməsi üçün icazənin olduğunu demişdir. Elçinlə Sübhanın arasında olan sövdələşmədə o orada olmuş, səhv etmirsə, pulu o Elçinə vermişdir. Elçin ona ağacın hardan kəsilməsi ilə bağlı göstəriş verməmişdir. Ağacın dibini Sübhan qazmış, kökündən kəsmişdirlər. Bütün ağacı yox, kökü daxil olmaqla 2 m hündürlüyədək almışdırlar. Sürücünü Sübhan zəng edib çağırmışdır. Həmin şəxs Sübhanın həmkəndlisi olmuşdur. Məhkəmə iclasında ibtidai istintaq vaxtı şahid qismində dindirilmiş Şahid16 elan edilmiş ifadəsindən görünür ki, Zaqatala rayonu, Bazar kəndində yaşayır. Hal-hazırda işsizdir. 2023-cü ilin mart ayının ortalarında, təxminən 20-21 mart tarixlərində əvvəlcədən tanıdığı Sübhan adlı şəxs ona zəng edərək Bəhmətli kənd qəbiristanlığında onun tanıdığı bir nəfər şəxsin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəyi əsasında ağaclar kəsdiyini, həmin ərazidə qoz ağacının olduğunu, həmin ağacı almaqla daha sonra baha qiymətə satmağı təklif etmişdir. O, da Sübhanla razılaşmış və ona məxsus **-CT-*** dövlət qeydiyyat nişanlı “Vaz 2109” markalı avtomobillə həmin əraziyə getmişdirlər. Həmin qəbiristanlığa çatanda qəbiristanlığın ərazisində çoxsaylı ağacların kəsildiyini və kəsimin davam etdiyini görmüşdürlər. Sübhan həmin ərazidə olan adının sonradan Elçin olduğunu bildiyi şəxslə danışmağa başlamışdır. Elçin orada görülən işlərə rəhbərlik etmişdir. Sübhan Elçinlə qoz ağacının kökünü neçəyə satmasına dair sövlələşməyə başlamış və sövdələşmənin sonunda Elçin 600 manat müqabilində həmin qoz ağacının kök hissəsini onlara satmağa razılıq vermişdirlər. Həmin gün axşam saatlarında təxminən 1.9 metr diametrli qoz ağacını Sübhanın köməyi ilə kəsmişdir. Belə ki, Sübhan ağacın dibini qazmış, o da matorlu ağac mişarı ilə onu kəsmiş və kök hissə daxil olmaqla 2 m hündürlüyündə olan oduncağı daşımaq üçün hazır vəziyyətə gətirmişdir. Növbəti gün Sübhan tanımadığı kon sürücüsünə, o isə Əlixan adlı kamaz sürücüsünə zəng edərək onları qəbiristanlığa çağırmışdır. Kon sürücüsü Ramiz və kamaz sürücüsü Əlixan əraziyə gəlməzdən öncə həmkəndlisi Camil Hüseynovla danışmış, ona qoz oduncağı aldıqlarını və satmaq istədiyini bildirmişdir. Cəmil ondan ağacın qanuni, yoxsa qanunsuz kəsildiyini soruşmuşdur. O. Camilə ağacın 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəyi əsasında kəsildiyini bildirmişdir. Belə olduğu halda Camil oduncağı almaq istədiyini bildirmişdir. Onlar da oduncağı onun Bazar kəndində yerləşən həyətinə aparıb boşaltmışdırlar. Daha sonra Camil gələrək oduncağa baxmış və 880 manat verməyə razılaşmışdır. Onlar da həmin vəsaiti Cəmildən götürmüşdürlər. Qoz ağacının oduncağını Bazar kəndində aparmaq üçün 50 manat kon sürücüsünə verilmişdir. Həmin pulu Ramiz adlı şəxsə çatdırması üçün Elçinə vermişdir. 50 manat məbləğində pulu isə kamaz sürücüsü Əlixana daşı haqqı olaraq vermişdir. Onlara götürdükləri 880 manat məbləğində puldan 180 manat məbləğində əlavə pul qalmışdır. Həmin vəsaiti isə Sübhanla aralarında hər biri ilə 90 manat olmaqla bərabər şəkildə bölmüşdürlər. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, o həmin rəyi oxumamışdır. Sübhan ona sonradan adının Elçin olduğunu bildiyi şəxsin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəyi əsasında həmin ərazidə ağac kəsdiyini söylədiyi üçün o həmin əraziyə onunla birlikdə getmişdir. Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid13 ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxsi tanımır, qeyd edir ki, Bəhmətli kəndində texnikası xarab olduğu üçün onu təmir edən zaman bir nəfər şəxs ona yaxınlaşmış, kömək istəmişdir, lakin o texnikasının xarab olduğunu bildirmişdir. Daha sonra şəxs axşam tərəfi yenidən yaxınlaşmış onlara kömək lazım olduğunu bildirmiş, o da baxacağını demişdir. Gedib görmüşdür ki, mağazanın üstünə ağac düşür, kömək etmişdir ki, düşməsin. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, o bu köməklik üçün hər hansı ödəniş almamışdır. Ağac kəsilməsi ilə bağlı məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxsi tanımır, onu əvvəllər görməmişdir. Qeyd edir ki, o pulu Taryelə vermişdir. Traiyel ona satılıq ağac olduğunu demiş, o ilk öncə sənədinin olub-olmamsını soruşmuşdur. Ağaclar yıxıldıqdan sonra onlara baxmağa getmişdir. Yəni kəsildikdən sonra baxmışdır. Orada Taryel və Sübhandan başqa tanıdığı hər hansı şəxs olmamışdır. Bildirir ki, materialı onlardan 880 manata almışdır, ağacları gətirib həyətə boşaltmışdırlar, o isə daha sonra gəlmişdir. Yəni ağac boşaldılanda orda olmamış, kimin ağacları boşaltdığını görməmişdir. O, danışılan zaman ağacın kəsimi üçün kağızı olmasa gətirməmələrini demişdir, lakin kağızının olduğunu demişdirlər. O özü şəxsən kağızı yoxlamamışdır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, həmin ağacların qanunsuz kəsildiyini bilməmiş, ona kağızının olduğunu demişdirlər. Qeyd edir ki, ağaclar yüklənən zaman o orda olmamışdır. Həmçinin bildirir ki, nümunələri götürülən zaman prokurorluq işçiləri və ekologiyanın əməkdaşları olmuşdur. Onu isə ancaq prokurorluqda dindirmişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində bildirmişdir ki, o, Balakəndən Yevlaxa kərpiç zavoda gedən zaman kruqda təqsirləndirilən şəxs “Mercedes” markalı maşınla marqat etmiş, nə məsələ oduğunu öyrənmək üçün qarşıda saxlamışdır. Təqsirləndirilən şəxs bir az yükünün olduğunu, sexə daşıya bilib-bilməyəcəyini soruşmuş, bu işə görə ona 90-100 manat pul verəcəyini bildirmiş, o da razılaşmışdır. Kürdəmir kəndindən keçib Bəhmətli kəndində qəbristanlıq ərazisində saxlamışdır. Orada bələdiyyə sədri də olmuşdur. Demişdirlər ki, maşını içəri sal və yükü doldur. O isə qəbristanlığa maşın salmayacağını ya yolda dordurulacağını, ya da gedəcəyini bildirmişdir. Yolda doldurulacağına razılaşmışdırlar, daha sonra “Niva” markalı maşınla Rəhim adlı şəxs gəlmiş, maşını iki dəfə doldurmuşdur. O bu zaman ağacların kəsilməsinə dair sənədlərinin olub-olmamasını bələdiyyə sədrindən soruşmuşdur. Bələdiyyə sədri isə olduğunu demiş, Şəki Regionalın sənədini göstərmişdir. Daha sonra o, çayxanaya gedən zaman “Piri” adlı bir şəxs gəlmiş, bələdiyyə sədrinə nalayiq ifadələr işlətmiş, bunun ardınca şöbədən polislər gəmişdir. Maşına doldurulmuş materialları da Əliabad kəndində suanbarı adlı yerdə boşaltmış, Yevlaxa kərpiç gətirmək üçün yola düşmüşdür. Daha sonra onu şöbədən çağırmışdırlar, o da ifadəsini vermişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Elçini əvvəllər kafedə görmüş, oradan tanımışdır. Qeyd edir ki, o, Yevlaxdakı kərpiç zavoda gedən zaman “ASAN Xidmət”i keçib kuruqa çatanda arxadan “Mercedes” markalı maşın ona marqat etmiş, o da avtovağzalın qarşısında maşınını saxlamışdır. Təqsirləndirilən şəxs yanına gəlib belə bir iş olduğunu demiş, o da onu tanıdığını bildirmişdir. İşlə bağlı isə birinci sənədinin olub-olmamsını soruşmuşdur. Zəngi isə sonra o Kürdəmir kəndinə çatanda etmişdir, ona 3-4 reys olacağını bildirmiş və hər reys üçün 90 manat pul təklif etmişdir. O, isə 100-130 manata razılaşacığını demişdir. Bələdiyyə sədri isə ona gerbli sənəd göstərmişdir. Məhkəmə iclasında ibtidai istintaqda şahid qismində dindirilmiş Şahid8 elan edilmiş ifadəsindən görünür ki, hal-hazırda özünə məxsus olan **-BJ-*** dövlət qeydiyyat nişanlı “Kamaz” markalı yük avtomobili ilə mişar daşı daşıma fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs təxminən 7-8 aydır ki, tanıyır. Təqsirləndirilən şəxs 2023-ci ilin mart ayının ortalarında ona zəng edərək Zaqatala rayonunun Bəhmətli kəndində ağac oduncaqlarının olduğunu, həmin ağac oduncaqlarının Əliabad qəsəbəsində “PMK 5” adlanan sahədə yerləşən sexə daşınacağını, hər reys üçün 130 manat məbləğində pul verəcəyini bildirmişdir. O, ağac kəsilməsinin qanuni olub-olmamasını soruşduqda sənədlərinin qaydasında olduğunu, ekologiyadan rəy alındığını bildirmişdir. O, Təqsirləndirilən şəxs bir daha sənədlərin qaydasında olub-olmamasını soruşan zaman o, “Qaqa canı sənədlər qaydasındadır, narahat olma” söyləmişdir. xx.xx.2023-cü il tarixdə ona zəng edərək növbəti gün səhər 11:00 radələrində Bəhmətli qəbiristanlığına gəlməyini bildirmişdir. Növbəti gün özünə məxsus “Kamaz” markalı yük avtomobili ilə Bəhmətli kənd qəbirstanlığına getdikdən sonra qəbirstanlıq ərazisində ağacların artıq kəsildiyinə və doğrama işlərinin aparılmasına şahid olmuşdur. Bundan əlavə təxminən 70-80 nəfər kənd camaatı qəbirstanlığın yanına toplaşaraq ağacların doğranmasını izləmişdirlər. Həmin vaxt adlarını bilmədiyi Bəhmətli kənd icra nümayəndəsi, bələdiyyə sədri və Nuran adlı şəxs də orada olmuşdurlar. O, Elçinin özündən ağacların kəsiməsinin qanuni olub-olmamasını soruşmuşdur. O da həmin vaxt ona ekologiyanın rəyinin olduğunu bildirərək, rəyi ona təqdim etmişdir. O, rəyi götürməmişdir. Sadəcə kənardan rəyə baxaraq rəyin ekologiya idarəsi tərəfindən verildiyini, rəsmi blankda olduğunu, yəni üzərində gerb möhürü olduğunu görüb rəyi götürüb oxumamışdır. Həmin vaxt təxminən 500 nəfərə yaxın adam həmin ərazinin yanından keçərək bayramla əlaqədar yeni qəbirstanlığa qəbirüstünə getmişdirlər. Orada olan çoxsaylı adamlardan heç kim ağacların kəsilməsinə etiraz etməmişdir. Sadəcə kənardan gedən prosesləri izləmişdirlər. O, özünə məxsus “Kamaz" markalı yük avtomobilini qəbirstanlığın giriş hissəsində yolun kənarında saxlamışdır. Qəbirstanlıq ərazisinin içərisinə isə arxasında qonşusu olan “Niva” markalı avtomobil daxil olmuşdu. Ağac oduncaqları həmin "Niva markalı avtomobilə yüklənərək ona məxsus “Kamaz" markalı yük avtomobilinə doldurulmuşdur. Yük avtomobilinin yük yerinin 2/3 hissəsi doldurulmuşdur. Ərazidə işləyən fəhlə və digər şəxslərdən heç kimi tanımamışdır, ətrafda baş verən prosesləri diqqətlə izləmədiyi üçün kimin nə işlə məşğul olması barədə dəqiq bir söz deyə bilmir. O həmin ərazidən bir qədər uzaqlaşıb yük avtomobilinin dolmasını gözləmişdir. O, orada işlərə nəzarət edən Təqsirləndirilən şəxs tanıyır və onun təklifi ilə həmin yerə gəlmişdir. Digər şəxsləri isə tanımamışdır. Təxminən saat 19:00 radələrində “Piri” ləqəbli Firudin Qazıyev gələrək səs-küy salmışdır. Ağacların kəsilməsi və doğranması işini dayandırmışdır. Daha sonra polisə zəng edərək məlumat vermişdir. Bundan sonra Eşqin adlı polis əməkdaşı həmin yerə gələrək ondan telefon nömrəsini istəmişdir. Yük maşını qəbiristanlığın kənarında saxlamağını, heç yerə aparmamağını tələb edərək bu məsələ ilə əlaqədar araşdırma aparılacağını bildirmişdir. Məhz bu səbəbdən o özünə məxsus “Kamaz” markalı yük avtomobilini içərisində yığılmış ağac oduncaqları ilə birlikdə həmin ərazidə saxlayaraq evə getmişdir. Növbəti gün səhər saatlarında Elçin onu təkrar qəbiristanlığın yanına çağırmışdır. Həmin vaxt adını bilmədiyi icra nümayəndəsi, onun müavini, bələdiyyə sədri və ekologiya işçiləri əraziyə toplaşmışdırlar. O, həmin vaxt yük avtomobilindəki ağac oduncaqlarını qabirstanlıq ərazisinə boşaldıb Balakən rayonuna qayıtmaq istəmişdir. Lakin Təqsirləndirilən şəxs məsələni həll etdiyini, həmin ağac oduncaqlarını Qarabağ veteranlarına paylayacağını söyləyib yük avtomobilini göstərəcəyi sexə boşaltmağını tələb etmişdir. Bundan sonra o özünə məxsus yük avtomobili ilə Elçinin dediyi Əliabad qəsəbəsində “PMK 5” adlanan sahəyə getmişdir. Elçin isə özünə məxsus “Mercedes-Benz” markalı avtomobil ilə onun qabağınca hərəkət etmişdir. O, Elçinin göstərdiyi həmin sexə çatdıqdan sonra yük avtomobilini orada saxlayıb Elçinlə Əliabad qəsəbəsində yerləşən çayxanaya getmişdir. Elçin ona fəhlələrin yükü boşaldacağını, axşam tərəfi yük avtomobilini götürə biləcəyini bildirmişdir. Həmin vaxt orada adını bilmədiyi bir nəfər şəxs olmuşdur. Yükü boşaldacaq digər şəxslər isə sexə hələ gəlməmişdirlər. Məhz bu səbəbdən o, onları orada görməmişdir. Elçin onu çayxanaya ötürüb Bəhmətlı kəndinə geri qayıtmışdır. O, ona 120 manat məbləğində daşıma xərci vermişdir. Həmin gün axşam saatlarında yük avtomobilini götürmüşdür. Həmin vaxt sexdə heç kim olmamışdır. Ondan ağacların kəsilməsinin qanunsuz olması ilə bağlı Firudin Qazıyev əraziyə gələn zaman şübhə yaramışdır. Lakin növbəti gün həmin ərazidə kənd icra nümayəndəsi, bələdiyyə sədri və digər şəxsləri görüb görülən işin qanunsuz olmadığı fikrinə gəlmişdir. Həmin ağacların qanunsuz olaraq kəsilməsini bilsəydi, Elçinlə həmin ağac oduncaqlarının daşınması ilə bağlı razılaşmazdı. Qeyd etdiklərindən başqa hadisə ilə bağlı başqa məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxsi tanımır. Bildirir ki, hadisə yerindən odun daşıyan maşının yiyəsi, rəhmətə gedən Əlixan kişiyə kömək etmişdir, lakin Əlixan kişinin təqsirləndirilən şəxsi tanıyıb-tanımamasını, aralarında nə danışıq olduğunu bilmir. Rəhmətlinin maşınına bir dənə kötük qoymuşdurlar, o da həmin kötüyü Qımır kəndində boşatmışdır. Orada demişdirlər ki, kötükləri yığıb qəbristanlığın ətrafına barı çəkəcəklər, xeyriyə iş olduğundan pul da almamışdırlar. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, onu qəbristanlığa Əlixan kişi çağırmışdır. Ağacları kim kəsib, orda kimlər işləyib bilmir, hadisəni görməmişdir. O sadəcə sürücü kimi orda olmuşdur. Şahid10 və ya Şahid12 orda görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid14 ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxsi bir dəfə Bəhmətli kəndində görmüşdür. Bəhmətli kəndinə ağac kəsmək üçün getmişdir. Onu ora Elçin çağırmışdır. Orada Bələdiyyə sədri, və çox sayda insan var idi, hansı ağacları kəsmək lazım olduğunu ona göstərəndən sonra, onlar da kəsmişdirlər. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, ona Elçin tərəfindən 50 manat pul verilmişdir. Bələdiyyə sədri ağacları kəsin demiş, onlar da kəsmişdirlər, qanuni və ya qanunsuz olmasını bilməmişdir. Dəqiq neçə ağacın kəsildiyini bilmir. Həmçinin orda Faldardan İbrahim kişi də olmuşdur. Əvvəllər Elçinin tanımamış, Elçin ona zəng edib, iş olduğunu demiş, o da getmişdir, 50 manat da pul almışdır. Şahid10 və Nuran da orda olmuş, kəsiləcək ağacları da göstərmişdirlər. Onlar orda olanda kəsməyə başlamışdırlar. Onların göstərmədiyi ağacı kəsməmişdirlər. Ya Həsrət, ya da Nuran orda olmuşdurlar. Elçinin Həsrətə pul verdiyini də görmüşdür. Elçin orda alıcı olmuşdur. Pulu Eçin qəbristanlıqda vermişdir, lakin nə qədər verdiyini bilmir, soruşmamışdır. Oradakı qovaq ağacını Rəhim kişi kəsmişdir. Ağac üst hissəsindən kəsilmişdir. Hardan kəsiləcəyini Həsrət və ya Nuran demişdir, lakin dəqiq hansının dediyini xatırlamır. O, özü 4-5 ağac kəsmişdir. Heç birinin kəsilməsinə Elçin göstəriş verməmişdir. Bütün ağacların kəsilməsini görmüşdür. Kəsdiyi ağacların sayını tam xatırlamır. İstintaq zamanı müstəntiq tərəfindən ona nə sual verilmişdirsə, o, həmin sualları cavablandırmışdır, yəni o cavablandırmış, müstəntiq isə cavablarını yazmışdır. O oxuya-yaza bilmir, yeddinici sinifi belə bitirməmişdir. Qeyd edir ki, onları Elçin ora aparmış, Həsrət və Nuranı isə orda görmüşdür. Məhkəmə iclasında ibtidai istintaqda şahid qismində dindirilmiş Şahid14 elan edilmiş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs tanıyır. Belə ki, xx.xx.2023-cü il tarixdə Faldarlı kənd sakini əvvlcədən tanıdığı Şahid7 ona zəng edərək Bəhmətli kənd qəbirstanlığında kəsilməli olan ağaclar olduğunu, günlük 25 manat müqabilində ərazidə işləməyi təklif etmişdir. O, Rəhimə razılıq verdikdən yarım saat sonra isə adının sonradan Elçin olduğunu bildiyi şəxs ona zəng edərək dəqiqləşdirmək məqsədilə təklifi qəbul edibetmədiyini soruşmuşdur. O, razılaşdığını bildirdikdən sonra gəlib onu kənddən götürəcəklərini bildirmişdilər. Həmin gün günorta saatlarında Elçin, Şahid7 və Şahid6 arxasıyca kəndə gələrək onu evdən götürmüşdürlər. Daha sonra birlikdə Bəhmətli kənd qəbirstanlığına getmişdirlər. Qəbirstanlıq ərazisinə çatdıqdan sonra onları adını bilmədiyi bələdiyyə sədri və Nuran adlı kənd sakini qarşılamışdır. O, ilk öncə Elçindən, daha sonra isə Nurandan işin qanuni olub-olmadığını soruşmuşdur. Hər ikisi ona işin qanuni olduğunu bildirmişdirlər. Həmin vaxt Nuranin əlində sənəd var idi. Lakin o həmin sənədi oxumamışdır. Elçin narahat olmamağını, heç bir problemin olmayacağını deyib bələdiyyə sədrini ona göstərmişdir. Həmçinin sənədlə tanış olduğunu söyləmişdir. Elçinin ona deməsinə görə kəsilmiş ağaclara görə toplanan vəsaitlə qəbirstanlıq ərazinin daş barısı yenidən təmir edilməli idi. Həmin işin bələdiyyə sədri və kənd camaatının təşəbbüsü ilə olunduğunu söyləmişdir. O, da ona inanmışdır. O, orada 3 gün, yəni 22,23, 24 mart 2023cü il tarixdə işləmişdir. Onun işi göstərilən ağacları dib kökündən kəsmək olmuşdur. Hansı ağacların hansı qaydada kəsilməsi ilə bağlı ona Təqsirləndirilən şəxsla Nuran adlı şəxs göstəriş vermişdir. O, da göstərilən həmin ağacları kəsmişdir. İşlədiyi müddətdə təxminən 25 ədəd ağac kəsmişdir. Həmin ağacların əksəriyyəti qoz və lapan cinsinə aid olmuşdur. Ondan başqa ərazidə Şahid7, Şahid6, Mais adlı kamaz sürücüsü var idi. Rəhim Muradxanla birgə odunları özünə məxsus “Niva” markalı avtomobillə kamaza daşıyırdı. 23 mart 2023-cü il tarixdə eyni qaydada ərazidə işləmişdirlər. Ərazidə həmçinin çoxlu sayda kənd camaatı var idi. Heç kim ərazidə gedən işə müdaxilə etməmişdir. Həmçinin həmin gün traktor əraziyə cəlb edilmiş, köməkli şəkildə qovaq ağacı Rəhim tərəfindən kəsilmişdir. Həmin vaxt traktorun əraziyə daxil olması məqsədilə qəbirstanlıq ərazisinin barısı dağıdılmışdır. Bir müddət sonra isə “Piri” ləqəbli adını bilmədiyi şəxs əraziyə gələrək səsküy salmışdır. Bundan sonra onlar ərazidən uzaqlaşmışdırlar. Həmin şəxsin hansı səbəbdən narazılıq etməsini anlamamışdır. Belə ki, ağacların kəsilməsi ilə bağlı ekologiyadan rəy alındığını bilmişdir. Lakin həmin rəyi oxumamışdır. Həmin vaxt yarıya kimi dolmuş 01 ədəd kamaz ərazidə qalmışdır. Növbəti gün Elçin ona zəng edərək qəbirstanlıq ərazisinə çağırmışdır. O, da səhər tezdən qəbirstanlıq ərazisinə getmişdir. Həmin vaxt ekologiyanın əməkdaşları əraziyə baxış keçirirdilər. Kamaz isə ərazidə idi. Bundan sonra o, orada dayanmadan geri qayıtmışdır. Lakin daha sonra öyrənmişdir ki, kamaz yüklə birgə Əliabad qəsəbəsi “PMK 5” alanan əraziyə getmiş və yük oraya boşaldılmışdır. Rəhim və Muradxan həmin yükü boşaltmaqda Elçinə köməklik etmişlər. Bundan sonra baş verənlərdən məlumatı olmamışdır. Təxminən 2 gün sonra Rəhim kənddə onunla görüşərək iki gün ərazidə gördüyü işlə əlaqədar ona 50 manat məbləğində pul vermişdir. Həmin gün məlumat almışdır ki, qəbirstanlıq ərazisində ağaclar budanmalı olduğu halda qanunsuz olaraq kəsilmişdir. Lakin həmin məsələ ilə bağlı nə Təqsirləndirilən şəxsla, nə də ki Şahid6 və Rəhimlə telefon danışığı olmamışdır. Lakin Rəhim və Muradxanla kənddə görüşərək bu barədə söhbət etmişdir. Onlar da məsələdən sonradan xəbər tutduqlarını, budanmalı olan ağacları kəsdiklərini söyləmişdirlər. O, Elçinə, Nurana və bələdiyyə sədrinə inanıb həmin ağacları kəsmişdir. Əks təqdirdə həmin işi görməzdi. Bundan başqa hadisə ilə bağlı məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxsi tanıyır, aralarında ədavət və ya düşmənçilik yoxdur. Bildirir ki, o evdə olan zaman qonşusu Rəhim kişi qoz ağacı olduğunu və kiminsə istəyib-istəmədiyini soruşduqda, o, ağacların kimdə olduğunu soruşmuşdur. O, ağacların Elçində, Bəhmətli kəndində olduğunu bildirmişdir. O, da ağac istəyən bir şəxsə zəng edəcəyini demişdir. Bundan sonra Taryelə zəng etmiş, də ağaca baxmasa, deyə bilməyəcəyini demişdir. Elçin ona demişdir ki, getsin Bəhmətlidə qəbristanlığın qarşısında dayansın. Lakin o, Elçin özü gəlmədən, qəbristnalığa girməməsini tapşırmışdır. O, da razılaşmış, gedib qəbristanlığın qarşısında dayamışdır. Daha sonra Taryel, ardından da Elçin gəlmiş, qəbristanlığa girib ağaca baxmışdırlar. Ağaca baxdıqdan sonra Taryel icazələrinin olub-olmadığını soruşmuş, Elçin əlində kağızın olduğunu və bələdiyyə sədrinin də, müavinin də, hamısının bildiyini demişdir. Taryel ağacın qiymətini soruşmuş, Elçin 1000 manat demiş, lakin Taryel razılaşmamışdır. Taryel ağac üçün 600 manatdan artıq pul verməyəcəyini bildirmişdir. Elçin qiymətlə razılaşmış, Taryel 600 manatı Elçinə vermiş, o da fəhlə kimi haranı demişlərsə, oranı da qazmış, Taryel isə ağacı yıxmışdır. İki gün orda işləmişdirlər. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, ağacı onlara Elçin göstərmişdir. Ağac qəbrlərin üstünə yıxılmasın deyə o ağacın qarşısını qazmış, ağac kökündən çıxarılmışdır. Ağacın kəsilməsi ilə bağlı Elçindən başqa heç kəslə danışmamışdırlar. O, Elçindən bələdiyyə sədrinin xəbərinin olub-olmadığını soruşmuş, Elçin əli ilə göstərərək bələdiyyə sədrinin orda olduğunu demişdir. Amma o bələdiyyə sədrini tanımır. Həmçinin Elçin əlində kağız olduğunu demişdir, o isə onun oxuma-yazması olmadığı üçün sənədə baxmamışdır. Amma kənd camaatı hamısı demişdir ki, Elçin oxumuş onlar da qulaq asmışdırlar. İşə Elçin rəhbərlik etmişdir. Bu işdən ona 90 manat pul çatmışdır, həmin pulu da Taryel ona vermişdir. Həmçinin Elçin ona zəng edərək prokurorluğa ifadə verən zaman ağacı ona pay verdiyini bildirməsini istəmişdir. O isə hadisə necə olubdursa, istintaqda da elə də yazdırmışdır. Əlixana 50 manat pulu Taryel vermiş, Ramizə isə Elçin vermişdir, yəni 600 manatı Taryel Elçinə verəndə, 50 manatı da Ramizə verəcəyini demiş, Elçin də ona özü verəcəyini bildirmişdir. Orada işlədikləri müddət ərzində heç kəs onları saxlamamış, ağacı yıxmalarına maneə olmamışdır. Bələdiyyə sədrinin və müavninin orda olamsını isə ilk Elçin demiş, onlar isə Elçinə inanmayaraq bir də kənd camaatından soruşmuşdurlar. Bir daha qeyd edir ki, orda işləyərkən heç kəs onları saxlamamış, işlərinə mane olmamış qanunsuz iş göürdüklərini dəməmişdir. Onlar qəbristanlıqda bir dənə qoz ağacını kəsmişdirlər, həmçinin Elçin qovaq ağacını da göstərmiş, lakin ağac böyük olduğu üçün razılaşmamışdırlar. Həmin vaxt Ramiz də orda olmuşdur. Elçin ağacları göstərəndə orada atasının dayısı oğlu Murad da olmuşdur. Məhkəmə iclasında ibtidai istintaqda şahid qismində dindirilmiş Şahid1 Bahaddin oğlunun elan edilmiş ifadəsindən görünür ki, 2023-cü ilin mart ayının 21-22-də qonşusu “Niva” markalı nəqliyyat vasitəsi olan Şahid7 ona yaxınlaşaraq ekologiyanın rəyi əsasında Bəhmətli kənd qəbirstanlığı ərazisində ağaclar kəsildiyini və həmin rəy əsasında kəsilməli olan qoz ağacının da olduğunu, həmin ağacı tanışı Təqsirləndirilən şəxs adlı şəxsin satdığını söyləmiş, həmin qoz ağacını alıb daha sonra baha qiymətə satmaq məqsədilə motoru olan tanışı Şahid16 məlumat vermiş, Şahid16 onunla razılaşdıqdan sonra həmin vaxt yaşadığı Faldarlı kəndində Təqsirləndirilən şəxsla görüşmüş, Təqsirləndirilən şəxs ona Bəhmətli kənd qəbirstanlığına getməyini və onu orada gözləməyini söyləmişdir. O, Şahid16lə birgə Bəhmətli kənd qəbirstanlığına getdikdən sonra orada Təqsirləndirilən şəxs gözləmiş, həmin vaxt kənd qəbirstanlığında 2 motoristlə birgə təxminən 5-6 nəfər şəxs işləyirdi. Tanımadığı iki nəfər şəxs isə kəsilmiş oduncaqları “Kamaz” markalı yük maşınına yığırdılar. Ərazidə həmin vaxt bələdiyyə sədri, sədr müavini, icra nümayəndəsi, Bəhmətli kənd sakini Şahid12 və digər adlarını bilmədiyi kənd sakinləri olmuşdur. Təxminən yarım saat sonra Təqsirləndirilən şəxs qonşusu Şahid7lə birgə həmin yerə gəlmiş və kəsiləsi qoz ağacını onlara göstərmişdir. O, Təqsirləndirilən şəxs həmin ağacı kəsməklə bağlı müvafiq dövlət qurumlarından razılıq alıb-almamasını soruşmuş, Təqsirləndirilən şəxs ona həmin ağacı kəsməklə bağlı 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsindən rəy aldığını, qəbiristanlıqda olan ağacları göstərərək kənd bələdiyyəsi və icra nümayəndəsinin məsələdən məlumatlı olduğunu, birgə razılıq əsasında qəbirstanlığın kənarında olan ağacların kəsiləcəyini, əldə olunmuş pul vəsaitinə isə qəbirstanlığa daş barı tikiləcəyini bildirmişdir. Bundan sonra Şahid16lə birgə qoz ağacı olan istiqamətdə getmiş, Təqsirləndirilən şəxs ağacı 600 manata satacağını söyləmiş, Təqsirləndirilən şəxsla razılaşdıqdan sonra ağacı qəbir olmayan tərəfə aşırmalarını bildirmişdir. O, ilk öncə ağacın dibini bellə qazmış, bir qədər dərinliyə kimi qazdıqdan sonra Şahid16 ağacın dib hissəsindən mator ilə yarım halqa kəsib ağacı qəbirstanlığın içərisinə doğru yıxmışdır. Ağac həmin istiqamətdə əyildikdən sonra Şahid16 matorla ağacın arxa tərəfindən kəsmiş və birlikdə ağacı yerə aşırmışlar. Artıq hava qaraldığından Təqsirləndirilən şəxs ağacı növbəti gün səhər tezdən gəlib aparmalarını söyləmişdir. Növbəti gün səhər saat 10:00 radələrində Şahid16lə birgə Bəhmətli kənd qəbirstanlığına gəlmiş, həmin vaxt Təqsirləndirilən şəxs zəng edərək Bəhmətli kənd qəbirstanlığında olduğunu və onu orada gözlədiyini bildirmiş, Təqsirləndirilən şəxs onlara onu orada gözləmələrini, o gələnədək əraziyə daxil olmamalarını söyləmişdir. Təxminən yarım saat sonra Təqsirləndirilən şəxs qonşusu Şahid7lə birgə həmin yerə gəlmiş, Şahid16 Təqsirləndirilən şəxs 600 manat pulu verdikdən sonra onunla birgə aşırdıqları qoz ağacının kökündən gövdə hissəsinə qədər təxminən 2 metrə yaxın hissəsini kəsib daşımaq üçün hazır vəziyyətə gətirmiş, Şahid16 ağacı satmaq üçün öz həmkəndlisi Şahid4 zəng edib məlumat vermiş, Şahid4 Şahid16 ağacın qanuni və ya qanunsuz kəsilib-kəsilmədiyini soruşduqda Şahid16 7 saylı Regional Ekologiya və Təbii Səvətlər idarəsinin rəyi əsasında ağacların kəsildiyini, həmin ağaclardan birinin, yəni qoz ağacının oduncağını aldıqlarını söyləmişdir. Şahid4 onlarla razılaşdıqdan sonra oduncağı onun Bazar kəndindəki həyətinə aparmalarını bildirmiş, bundan sonra Faldarlı kənd sakini Şahid13 ekskavatoru ilə həmin hissəni Şahid16 zəng edib əraziyə çağırdığı Şahid15 məxsus “Kamaz” markalı yük avtomobilinə qoymuş, Şahid4 yaşadığı Bazar kəndinə çatdıqdan sonra Şahid15 adını bilmədiyi tanışı ilə birlikdə onların göstərişi ilə yük avtomobilini evin həyətyanı sahəsinə sürmüş, daha sonra yük avtomobilinin yük yerini qaldırıb qoz ağacının gövdə hissəni həmin yerə düşürmüşdür. Onlar ekskavator sürücüsü Şahid13 və “Kamaz” markalı yük avtomobilin sahibi Şahid15 ayrı-ayrılıqda 50 manat məbləğində pul vermişlər. Şahid15 yükü düşürdükdən sonra özünə məxsus yük avtomobilinə əyləşib oradan uzaqlaşmışdır. Daha sonra onlar Şahid4la söhbət edərək qoz ağacının gövdə hissəni ona 880 manata satmış, qazancları 180 manat məbləğində pul olmuşdur. Həmin pulu Şahid16lə birgə aralarında bərabər şəkildə bölmüşlər. Nəticədə hər birinin qazancı 90 manat məbləğində pul olmuşdur. Şahid16 öz avtomobili ilə onu Əliabad qəsəbəsinin giriş hissəsinə kimi gətirmiş, oradan yol maşını ilə kəndə evə geri qayıtmışdır. Həmin gün axşam saatlarında əraziyə ekologiyanın əməkdaşlarının gəldiyini eşidib qonşusu Şahid7 zəng edib nə baş verdiyini soruşmuş, Şahid7 ona qoz ağacı ilə bağlı problem olmadığını, ərazidən materialla dolu çıxması nəzərdə tutulmuş “Kamaz” markalı yük avtomobilinin saxlanıldığını və problemin bundan ibarət olduğunu söyləmişdir. O, Təqsirləndirilən şəxs ona pul verməli olduğunu, lakin onu bloka atdığını, öz nömrəsindən Təqsirləndirilən şəxs zəng etməsini bildirmiş, Təqsirləndirilən şəxs zəng edən zaman ona zəng çatmamış, Təqsirləndirilən şəxs tərəfindən blok olunduğunu anlamışdır. Daha sonra Bəhmətli kənd qəbirstanlığında ağacların qanunsuz kəsilməsi ilə bağlı araşdırma aparıldığını öyrənmişdir. Təqsirləndirilən şəxs onu Şahid16 aldadaraq ağacların kəsilməsi ilə bağlı aidiyyətı dövlət qurumlarının məlumatlı olduğunu bildirmiş, hadisə vaxtı ərazidə bələdiyə sədri və icra nümayəndəsini gördüyü üçün Təqsirləndirilən şəxs dediklərinin həqiqət olduğuna inanmış və həmin hərəkəti etmişdir. Etdiyim əməldən peşmandır. xx.xx.2023-cü il tarixdə rayon prokurorluğuna dəvət edilən zaman Şahid6 oğlu Turaldan Təqsirləndirilən şəxs nömrəsini götürmüş, Təqsirləndirilən şəxs zəng etsə də, ona zəng çatmamış, təxminən 10 dəqiqə sonra Təqsirləndirilən şəxs özünə məxsus ***-***-**-** mobil nömrəsindən ona zəng etmiş, telefon danışığı zamanı Təqsirləndirilən şəxs apardığı qoz ağacı ilə bağlı prokurorluğa dəvət olunduğunu, ona inandığı üçün problem yaşadığını bildirmiş, Təqsirləndirilən şəxs ona narahat olmamasını, prokurorluqda ağacları ondan pay götürdüyünü, ona heç bir məbləğdə pul vermədiyini söyləməsini, belə izahat verəcəyi təqdirdə nə ona, nə də ki özünə heç bir problem yaranmayacağını, özünün də izahat verdiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs həqiqəti söyləyəcəyini bildirib telefonu yerə qoymuşdur. Daha sonra ona zəng etsə də, zənglərinə cavab verməmişdir. 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəyini oxumamış, Təqsirləndirilən şəxs və Şahid7 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəyi əsasında həmin ərazidə ağacların kəsildiyini dediyi üçün həmin əraziyə getmiş, ağacı ondan alaraq kəsib aparmış, daha sonra isə başqasına satmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxsi tanıyır, aralarında ədavət və ya düşmənçilik yoxdur. Həmçinin Elçin onun qohumu Şahid6 tələbə yoldaşının oğludur. Elçin rayona gəzmək üçün gələndə Muradxan vasitəsilə tanış olmuşdur. Onun da “Pikap” markalı maşını var, həmin maşınla taksi fəaliyyət ilə məşğul olur. Elçin ağaclarının olduğunu və daşımaq lazım olduğunu demiş, o razılaşmışdır. Maşına ağaclar doldurulan zaman bir kişi gəlib Bəhmətli bələdiyyəsi ilə hay-küy salmış, onlar da dağlışmışdırlar. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, istintaqda verdiyi ifadəsini təsdiq edir. O, sənədləri görmüş inanmışdır. İşlə bağlı Elçinlə danışmışdır. Həmçinin əvvəl bələdiyyə sədri ağacları kəsəcəklərini və ordan əldə edilən pulla hasar çəkəcəklərini demiş, lakin o bu işin xoşa gələn iş olmadığını bildirmiş, razılaşmamışdır. Daha sonra Elçin ona xahiş edərək hadisə yerində doğranmış odunun qaldığını demişdir. O xətirə görə getmiş, amma bir qəpikdə olsun pul almamışdır. Pulun əvəzinə odun götürməsini istəmişdirlər. Həmin odunu götürməkdə də səhv etmişdir. Qəbristanlıqdan nəsə götürmək də düz deyil. Həmin şəxsin bələdiyyə sədri olduğunu ona demişdirlər. İş gedən müddətdə onları da görmüşdür. Həmçinin Elçinin pul verdiyini görmüşdür. Rəyi isə Nuran ona göstərmişdir. O, Nuranı tanımamışdır. Nuran ona prokurorluqda o dediyi tərzdə ifadə verməli olduğunu bildirmişdir. Nuran ondan ifadəsini dəyişməsini istəmişdir Məhkəmə iclasında ibtidai istintaqda şahid qismində dindirilmiş Şahid7 elan edilmiş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs ağacların alınması və oduncaqların daşınmasının qanuni olub-olmadığını soruşan zaman Təqsirləndirilən şəxs ona işin qanuni olduğunu bildirərək Şahid6la birlikdə onu Zaqatala rayonunun Bəhmətli kəndinə dəvət etmiş, qəbirstanlıq ərazisində görülən işlərə Təqsirləndirilən şəxs rəhbərlik etmiş, ərazidə işləyən tanıdığı şəxslərdən Fərhad motorist kimi ağacları kəsib doğramış, Ramiz adlı şəxs isə kran sürücüsü kimi təxminən 2.5 metr diametrdə qovaq ağacının kəsilməsində iştirak etmişdir. Bundan başqa orada olduğu müddətdə Şahid13 görülən işi tezləşdirmək məqsədilə qəbiristanlığın divarının bir hissəsini dağıtmışdır. Həmin müddətdə ərazidə bələdiyyə sədri Şahid10, adını bilmədiyi kənd icra nümayəndəsi, Şahid12 və çoxlu sayda kənd sakinləri olmuşdur. Şahid6la birlikdə Elçinə yaxınlaşaraq bu işin qanuni olubolmadığını təkrar dəqiqləşdirmiş, Təqsirləndirilən şəxs onlara 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəyinin olduğunu, ağac kəsiminin qanuni olduğunu söyləyib rəyi Şahid6 təqdim etmiş, həmin rəyi görsə də, Şahid6 götürüb oxumamış, daha sonra Şahid6 rəyi Təqsirləndirilən şəxs qaytarmışdır. Təqsirləndirilən şəxs ağacların kəsilməsi ilə bağlı ekologiyanın rəyinin olduğunu və görülən işin qanuni olduğunu söylədiyi üçün ərazidə işləməyə razılıq vermişdir. O, qəbiristanlığın ərazisində doğranmış oduncaqları özünə məxsus arxasında qoşqu olan “Niva” markalı avtomobillə həmin əraziyə çağırılmış “Kamaz” markalı yük avtomobilinə daşımışdır.Gördüyü iş müqabilində Təqsirləndirilən şəxs ona pul verməmiş, işi yarımçıq gördüklərini söyləyib pul verməkdən imtina etmiş və bazaya boşaltdıqları oduncaqların bir hissəsini götürməyi təklif etmişdir.Şahid6 bundan imtina etsə də, o gördüyü iş müqabilində bazaya boşaldılan ağac oduncaqlarından 10 ədədini özünə məxsus “Niva” markalı avtomobilə yükləyib yaşadığı evə gətirmişdir. Yaşadığı kənddə qaz olmadığı üçün həmin oduncaqlardan evi istimək məqsədilə istifadə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxsi tanımır, onu görməmişdir. Qeyd edir ki, ona heç kim ağac gətirməmişdir. Ağacların kəsilməsi ilə bağlı heç bir məlumatı yoxdur. Məhkəmə iclasında ibtidai istintaqda şahid qismində dindirilmiş Şahid3 elan edilmiş ifadəsindən görünür ki, Balakən rayonunun Qullar kəndində yaşayır. Hal-hazırda fərdi əməklə məşğul olmaqla ailəsini dolandırır. Araşdırmaya verdiyi izahatında da qeyd etdiyi kimi Şahid9 tanımır və onunla heç vaxt görüşməmişdir. O, Balakən rayon sakinidir və həmin rayonda yaşayır. Zaqatala rayonunun Bəhmətli kəndində, eləcə də həmin kənddə yerləşən qəbristanlıqda ümumiyyətlə heç vaxt olmamışdır. Sadəcə həmin kəndin adını eşitmişdir. Zaqatala rayonunun Bəhmətli kəndində yerləşən qəbiristanlıda ağacların qanunsuz olaraq kəsilməsi ilə bağlı heç bir məlumatım yoxdur. Bu barədə yalnız rayon prokurorluğura aparılmış araşdırma zamanı izahatının alınması üçün dəvət olunan zaman bilmişdir. Bəhmətli qəbiristanlığında ağacların kimlər tərəfindən, nə vaxt kəsilməsi barədə heç bir məlumatı yoxdur. Məhz bu səbəbdən istintaqa həmin hadisə ilə bağlı məlumat verə bilmir. Məhkəmə iclasında ibtidai istintaqda şahid qismində dindirilmiş Şahid11 elan edilmiş ifadəsindən görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 16 radələrində yaşadığı evdə olan zaman kənd qəbirstanlığı tərəfdən gurultulu səs eşitmişdir. Dərhal evdən çıxaraq kənd qəbirstanığına doğru gəlmişdir. Həmin vaxt arxasında qoşqu olan 01 ədəd “Niva” markalı avtomobilin qəbirstanlıq ərazisinin içərisinə daxil olmasının, ərazinin beton divarının dağıdılmasının və qəbirstanlıq ərazidən çöl tərəfdə isə 01 ədəd ağır tonnajlı yük maşınının dayanmasının şahidi olmuşdur. Lakin nə “Niva” markalı avtomobilin, nə də ki həmin yük avtomobilinin qeydiyyat nişanın xatırlamır. Həmin vaxt qəbirstanlıq ərazisində təxminən 7- 8 nəfər şəxs 02 ədəd motopila ilə ağacları kəsirdilər. Qəbirstanlıq ərazisindən isə çöl tərəfdə kənd sakinləri toplaşaraq həmin şəxslərə tamaşa edirdilər. Ərazidə işləyən həmin şəxslərdən heç birini tanımamışdır. O, dərhal qışqıraraq həmin şəxslərin işlərini dayandırmış və qəbirstanlıq ərazisindən çıxartmışdır. Qəbirstanlıq ərazisindən müxtəlif növ və diametrdə çoxlu sayda ağaclar kəsilmişdir. Qəbirstanlıq ərazisindən çöl tərəfdə olan yük avtomobilinə ağac gövdələri qoyulmuşdur. Yerdə qalan ağac gövdələri isə yerdə olmuşdur və daşınmamışdır. O, həmin şəxsləri qəbirstanlıq ərazisindən çıxardıqdan sonra yük avtomobilinin də hərəkət etməsinə imkan verməmişdir. Bu zaman üzərində olan mobil telefonla həmin ərazidə baş verən prosesləri görüntüləyib, ictimailəşdirilməsi məqsədilə blogger fəaliyyəti ilə məşğul olan Şahid9 göndərmişdir. Bundan sonra Zaqatala RPŞ-yə bu barədə məlumat vermişdir. Əraziyə çoxlu sayda insan toplaşdığından həmin şəxsləri bir müddət sonra orada görə bilməmişdir. “Niva” markalı avtomobil artıq həmin ərazidən uzaqlaşmışdır. Daha sonra ona Bəhmətli bələdiyyəsinin sədri Həsrət və kənd sakini Nuran yaxınlaşaraq onun hərəkətinə irad tutub hansı səbəbdən belə etdiyini soruşmuşdurlar. Bələdiyyə sədri Həsrət və Nuran kənd sakinlərinin rəyin aldıqlarını, ağacları kəsdirdikdən sonra satıb əldə olunan vəsaitə qəbirstanlığın ərazisinə mişar daşından barı çəkəcəklərini bildirdirmişdirlər. O, onlardan rayon icra hakimiyyətinə və ekologiyaya məlumat veribverməmələrini maraqlandıqda, onlar rayon icra hakimiyyətinə məlumat vermədiklərini, lakin ekologiyadan qəbirstanlıq ərazisində olan ağacların kəsilməsi ilə bağlı rəy aldıqlarını söyləmişdirlər. Rayon polis şöbəsinin əməkdaşları hadisə yerinə gəldikdən sonra bələdiyyə sədri Həsrət ekologiyadan ağacların kəsilməsi ilə bağlı yox, budanması ilə bağlı rəy aldığını bildirmişdir. Bundan sonra Həsrət Zaqatala RPŞ-nin əməkdaşları ilə birgə polis şöbəsinə getmişdir. Ərazidə olan ağac kəsimi işi tamamilə dayandırılmış və kənd sakinləri həmin ərazidən uzaqlaşmışdır. Daha sonra polis şöbəsinə gedib baş verənlər barədə şifahi məlumat vermişdir. Rayon polis şöbəsindən bildirilmişdir ki, tam və obyektiv araşdırma aparılacaqdır. Elə həmin gün qeydə aldığı videogörüntülər sosial şəbəkələrdə paylaşılmışdır və bütün rayon rəhbərliyinin bundan məlumatı olmuşdur. Lakin növbəti gün qəbirstanlıq ərazisindən çöldə saxlanılaraq hərəkətinə icazə vermədiyi, yük yerinə ağac gövdələri yerləşdirilmiş həmin yük avtomobilini orada görə bilməmişdir. Kənd sakinlərindən bu barədə maraqlanan zaman onlar həmin yük avtomobilinin günorta saatlarında şəhər istiqamətində hərəkət etdiyini bildirmişdirlər. Lakin həmin yük avtomobilin dəqiq hansı istəqamətdə hərəkət etməsi barədə məlumatı yoxdur. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, həmin şəxslərin kimliyi barədə dəqiq bir məlumatı yoxdur. Lakin dəqiq bilir ki, onlar Bəhmətli kənd sakinləri deyildirlər. Yük avtomobilinin sürücü isə özünün ona deməsinə görə Balakən rayonundandır. Qeyd etdiklərindən başqa hadisə barədə ətraflı məlumatı yoxdur. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X21 ifadəsində bildirmişdir ki, Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi vəzifədində işləyir, polis polkovnikidir. Təqsirləndirilən şəxs tanıyır. Aralarında hər hansı ədavət və ya düşmənçilik yoxdur. Bildirir ki, Təqsirləndirilən şəxs o çoxdan, yəni “Odlar Yurdu” Universitetindən işlədiyi zamandan tanıyır. Həmçinin Təqsirləndirilən şəxs 2021-ci ildə 44 Günlük Müharibədə, hər iki gündən bir gecə Kamazlarla təkərləri öz hesabına alıb müharibə bölgələrinə daşımışdır. Təqsirləndirilən şəxsla mütəmadi əlaqə saxlamışdır. Qeyd edir ki, Qurbanov Kənan, o, İdarədə birinci müavin işləyən zaman onun əməkdaşı olmuşdur. Dövlət nəfinə ödənilmiş pulu da o, Kənana vermiş, Kənan isə Ekologiya İdarəsinin hesabına ödəniş etmişdir. Onun tərəfindən ödənilmiş məbləğin miqdarı 10 000 manat təşkil edir. Belə ki, onun Təqsirləndirilən şəxs qarşı simpatiyası hələ 2021-ci ildə yaranmışdır. Elçin əsgərlərimiz sayperlə vurulmasın deyə təkər alıb Kamazlarla cəbhə bölgəsinə daşıyırdı. Həmçinin Elçin özü bir çox insana yaxşılıq etmişdir. Elə bu hadisələr baş verən zaman Elçinin atası Belarusiyada olmuş və onunla əlaqə saxlamışdır ki, Elçinin saxlamışlar və onun buraxılması üçün cərimə ödənilməlidir. O, da Elçingilin maddi vəziyyətinin yaxşı olmadığını bildiyindən, imkan daxilində kömək edəcəyini bildirmişdir. Amma aydın məsələdir ki, heç kim heç kimə əvəzsiz heç bir şey etmir. O, da düşünmüşdür ki, bunu etdikdən sonra nə vaxtsa, qarşılığını verərələr. O, işi maraqlanmış, 22-26 min manat cərimə edildiyini bilmişdir. Həmin məsələni atasına bildirmiş və köməklik edəcəyini demişdir. Atası isə demişdir ki, o işin mahiyyətini tam bilmir, yaxın zamanda gələcək və işin mahiyyətinin öyrəndikdən sonra bir söz deyəcək. Bu hadisədən 10-15 gün keçdikdən sonra atası gəlmiş, onlar söhbət etmişdirlər və o atasına bildirmişdir ki, 10 000 manat pul ödəmişdir, atası isə nahaq ödəniş etdiyini bildirmiş və ona əlindəki görüntünü göstərmişdir. O, da bunun həqiqətən ağackəsmə məsələsi olduğunu, bələdiyyə sədrinin də həmin işdə təqsirinin olduğunu bilmişdir. Atası məhkəmədə onun tərəfindən ödənilmiş pulun dövlətdən geri qaytarılmasını tələb edəcəyini bildirmişdir və səhv etmirsə də, bu barədə müraciəti də olub. O, bir daha qeyd edir ki, pulu Elçinin ailəsinin maddi vəziyyətlərinin yaxşı olmadığı, anasının vəziyyəti ağır olduğu üçün köməklik etmək məqsədi ilə ödəmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, heç kim ona Elçinin üçün ödəniş etməsi ilə bağlı ona hər hansı xahiş etməmişdir. Elçinin atası ona yalnız nə köməklik edə biləcəyini demiş, o isə cərimə məbləği böyük olduğundan hal pisləşəcəyindən heç bildirmədən, özü ziyandan 10 min manatı könüllü olaraq ödəmişdir. Həmin pulu da geri tələb etmir. Elçinin atası bilir ki, o nə vaxtsa, ödədiyi pulu onlardan istəyəcək, lakin o evi satmaları üçün və ya başqa məsələdə hər hansı təzyiq göstərməmişdir. Qeyd edir ki, onun Zaqatala rayon prokuroru Rasim müəllimlə hər hansı şəxsi tanışlığı yoxdur. O, əvvəllər Suraxanıda əməliyyat üzrə müavin işləyən zaman Rasim müəllim Yasamalda prokuror müavini olmuş və aralarında işlə bağlı telefon əlaqəsi olmuş heç vaxt üz-üzə gəlməmişlər. Aralarındakı danışıq da cərimənin hansı hesaba ödənilməsi ilə əlaqədar olmuşdur. Ona ödəniş etməsi ilə bağlı prokurorluqdan heç kəs göstəriş verməmiş və ya xahiş etməmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X19 ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxs onun oğludur, bildirir ki, o, Famil Vəliyevi qısa müddətdir ki, tanıyır. Həmin şəxsin Rasim Musayevlə bu işlə bağlı danışıqları olmuş və Rasim Musayev demişdir ki, ziyan ödənilsə, iş tam sona çatar. Bu məlumat ona çatandan sonra o iş uzanmasın deyə razılaşmış, lakin ödəniş edildikdən sonra Rasim Musayev tam başqa mövqe tutmuşdur. Bələdiyyənin pulunu ayrı tərəfə yönəltmiş, digər pulu isə ayrı tərəfə yönəltmişdir. Həmçinin onlara göndərdiyi məktubda bildirmişdir ki, Elçin bu pulu ödədiyi halda cinayəti etiraf etmiş olur. Həmin məktub da onda var. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, dekabr ayının 30-u Elçin tutulmuş, pul da elə həmin gün keçirilmiş, ardınca Elçin buraxılmışdır. O, Belarusiyada olanda işdən xəbərdar ola bilməzdi. Famil Vəliyev bunlardan məlumatlı olmuşdur. O, Famil Vəliyevlə danışmış və ondan pulun ödənilməsini xahiş etmişdir. X13 Rasim Musayevlə etmiş və şəxsən Rasim Musayevin göstərişi əsasında pul köçürülmüşdür. O, hər ikisini aldatmışdır. O, ifadəsində qeyd etmişdir ki, heç kəs onu pulun qaytarılması ilə bağlı məcbur etməmişdir, lakin Famil Vəliyevin pulu qaytarılmalıdır. O, onlara köməklik olsun deyə Familin güya onlara pulun qaytarılmasını tələb etməsi ilə əlaqədar Baş Prokurora teleqram vurmuşdur. Rasim Musayev onları aldadaraq ziyanın yarısının Elçin, yarısının isə Həsrət tərəfindən ödəniləcəyini desə də sonda bütün məbləği Elçinin üzərinə qoymuşdur. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Zaqatala Rayon Polis X2 baş müstəntiqi, polis baş leytenantı X8 ifadəsində bildirmişdir ki, qeyd edilən tarixdə Təqsirləndirilən şəxs axtarışda olmuş, o isə işi ilə əlaqədar Bakıya getməli olmuşdur, həmin zaman Şöbədən ona zəng gəlmiş, bildirilmişdir ki, Təqsirləndirilən şəxs Şamaxı Rayon Polis Şöbəsində barəsində olan başqa cinayət işi ilə bağlı saxlanılıb. Təqsirləndirilən şəxs qismində cəlb edildiyi cinayət işi üzrə ifadələr arasındakı zidiyyətlərin həll edilməsi üçün əlavə dindirmə istintaq həkətinin həyata keçirilməsi zərurəti yaranmışdır. O, Şamaxı Rayon Polis Şöbəsinə getmiş, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1lə əlaqə saxlaya bilmədiyi üçün Şamaxı hüquq məsləhətxanasından Tural adlı vəkili ona dövlət hesabına müdafiyəçi kimi təqdim etmişdir. Lakin müdafiəçi Tural orderi Büroda unutduğundan və həm zaman orderini təqdim edə bilmədiyindən Təqsirləndirilən şəxs barəsində Şamaxı Rayon Polis Şöbəsində istintaq hərəkətinin aparılması mümükün olmamışdır. İş materiallarına əlavə edilmiş X14 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025ci il tarixli teleqqramdan görünür ki, o Nizami Rayon Polis İdarəsində sürücü işləyən zaman Nizami Rayon Polis İdarəsinin rəis müavini vəzifəsində işləyən Famil Vəliyev ondan dövlət hesabına 10000 manat ödəniş etməyini xahiş etmiş və bu məqsədlə ona 10000 manat pul verilmişdir. O, da Famil Vəliyevin xahişinə əsasən həmin pulu “Kapital Bank” vasitəsilə ağackəsmə işi üzrə 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına ödəmişdir. Bildirir ki, o nə Təqsirləndirilən şəxs, nə də ki, onun atasını tanıyır, onlarla heç bir əlaqəsi olmamışdır. İş materiallarına əlavə edilmiş Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, iş üzrə şahid olan xx.xx.1958-ci il təvəllüdlü Şahid15 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala rayon prokuroru X22 tərəfindən qəbul edilmiş 12 aprel 2023-cü il tarixli “cinayət işinin başlanması haqqında” qərardan görünür ki, Zaqatala rayon Bəhmətli bələdiyyəsinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri və Bəhmətli kənd qəbirstanlığında ağacların qanunsuz kəsilməsi ilə bağlı toplanmış materiallar əsasında fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4 və 314.1-ci maddələri ilə ********* saylı cinayət işi başlanmışdır. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-14-46/2-114/2023 saylı məktububdan görünür ki, baş verə biləcək təhlükənin qarşısının əvvəlcədən alınması üçün qəbristanlığın ətrafındaolan daş divar boyunca yerləşən köküstə yaş 10 (on) ədəd qoz, 4 (dörd) ədəd tut, 5 (beş) ədəd ağacqayın, 1 (bir) ədəd əncir, 1 (bir) ədəd palıd, 2 (iki) ədəd xurma, 1 (bir) ədəd göyrüc cinsindən olmaqla, cəmi 24 (iyirmi dörd) ədəd ağacın yolun intensiv hərəkət hissəsinə və qəbristanlığın divarına doğru yönələn çətir budaqlarının budanılması və eyni zamanda qəbristanlığın ərazisində qabir daşlarına təhlükə yaradan 16 (on altı) ədəd qoz, 2 (iki) ədəd palıd, 1 (bir) ədəd qovaq cinsindən olmaqla, cəmi 19 (on doqquz) ədəd ağacın isə kök boğazından 6-7 metr hündürlükdən budanılmasını 7 saylı Regional və Təbii Sərvətlər İdarəsi aşağıdakı şərtlər daxilində məqsədə uyğun hesab etmişdir: 1. Ağacların budanılması müvafiq mövsüm müddətində aparılsın. 2. Ağacların budanılması bu işdə təcrübəsi olan qurum və ya şəxs tərəfindən aparılsın. 3. Ağacların budanılması zamanı təhlükəsizlik tədbirlərinin görülməsi Bəhmətli bələdiyyəsi tərəfindən təmin edilsin. 4. Ağacların budanılması zamanı əmələ gələn oduncaq torpaq mülkiyyətçisi tərəfindən qanunauyğun idarə olunması təmin edilsin. 5. Ağacların budanılması 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarının iştirakı ilə aparılsın. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli “baxışın aparılması haqqında” protokoldan və ona əlavə edilmiş 01 ədəd CD diskdən görünür ki, Şahid9 rayon prokurorluğuna daxil olmuş müraciətinə əlavə edilən kağız daşıyıcıda olan 01 CD diskə sonuncunun iştirakı ilə baxış keçirilmiş, baxış keçirilən CD disk HP markalı kompüterə daxil edilərək açıldıqda , diskdə 02 ədəd “VİD-20230417-WA024” və “VİD-20230417- WA025” adlı 02 ədəd video faylın olması müəyyən edilmişdir. “VİD-20230417-WA024” adlı video fayla baxış keçirilən zaman müəyyən edilmişdir ki, həmin video fayl 20 saniyəni əhatə etməklə Zaqatala rayonunun Bəhmətli kəndi ərazisində yerləşən kənd qəbristanlığındakı kəsilmiş ağacların görüntülərindən ibarətdir. “VİD-20230417-WA025” adlı video fayla baxış keçirilən zaman müəyyən edilmişdir ki, həmin video fayl 48 saniyəni əhatə etməklə Zaqatala rayonunun Bəhmətli kəndi ərazisində yerləşən kənd qəbristanlığındakı kəsilmiş ağacların görüntülərindən ibarətdir. Qeyd edilənlərdən başqa diskdə araşdırma baxımından əhəmiyyət kəsb edən hər hansı bir xüsusata rastlanmamışdır. Baxış keçirilən CD disk protokola əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, baxış zamanı diametrləri 24 sm, 85 sm, 190 sm, 55 sm, 72 sm, 61 sm, 35 sm, 36 sm, 62 sm, 50 sm olan ağacların qoz cinsinə, diametrləri 44 sm, 34 sm, 32 sm, 36 sm, 29 sm, 28 sm, 42 sm, 22 sm, 25 sm, 10 sm olan ağacların qafqaz xurması cinsinə, diametrləri 32 sm, 39 sm, 37 sm, 49 sm, 38 sm, 42 sm, 35 sm, 36 sm, 52 sm, 46 sm, 36 sm, 26 sm, 4 sm , 32 sm, 56 sm, 34 sm, 27 sm, 30 sm, 90 sm, 12 sm, 21 sm, 52 sm, 40 sm, 37 sm, 12 sm olan ağacların ağcaqayın cinsinə, diametrləri 36 sm, 45 sm, 26 sm, 38 sm olan ağacların göyrüş cinsinə, diametrləri 102 sm olan ağacın palıd, diametri 28 sm olan ağacın əncir, diametri 250 sm olan ağacın isə qovaq cinsinə məxsus olması, qeyd olunan bütün ağacların yaş köküstə olması və son 2-3 gün ərzində kəsilməsi müəyyən edilmişdir. Bundan əlavə hadisə yerində aşkar edilmiş diametrləri 23 sm və 28 sm olan olan ağacların qafqaz xurması cinsinə məxsus olması, diametri 18 sm olan ağacın ağcaqayın cinsinə məxsus olması, həmin ağacların kökündən çıxarılmaqla məhv edilməsi və son 2-3 gün ərzində doğranması müəyyən edilmişdir. Baxışda aşkar edilən diametrləri 26 sm, 26 sm,18 sm,18 sm, 33 sm, 33 sm, 40 sm, 8 sm, 24 sm, 27 sm, 30 sm, 18 sm və 16 sm olan ağacların qafqaz xurması cinsinə, diametrləri 18 sm, 46 sm, 21 sm, 41 sm, 66 sm, 48 sm, 66 sm, 47 sm, 53 sm, 50 sm və 24 sm olan ağacların qoz cinsinə, diametrləri 27 sm və 26 sm olan ağacların əncir cinsinə, diametri 33 sm olan ağacın göyrüş, diametri 23 sm olan ağacın tut, diametri 36 sm olan ağacın vələs, diametrləri 33 sm, 33 sm, 51 sm, 30 sm, 55 sm, 48 sm, 66 sm, 26 sm, 49 sm, 4 sm və 18 sm olan ağacların ağcaqayın cinsinə məxsus olması, qeyd olaunan bütün ağacların yaş köküstə olması və 3-4 ay əvvəl kəsilməsi müəyyən edilmişdir. Bundan əlavə hadisə yerində aşkar edilmiş diametrləri 48 sm və 18 sm olan olan ağacların ağcaqayın cinsinə məxsus olması, həmin ağacların kökündən çıxarılmaqla məhv edilməsi və 3-4 ay əvvəl doğranması müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Zaqatala rayonu Bəhmətli Bələdiyyəsinin 58 saylı, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Bəhmətli kəndinin qəbristanlığı Bəhmədli Bələdiyyəsinin mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Ç-HM/4623-032 saylı, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, tərəflərindən 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə ünvanlanmış 24 mart 2023-cü il tarixli 50C-23 nömrəli müraciətdə qeyd olunan Zaqatala rayonunun Bəhmətli kəndində yerləşən qəbirstanlığın ərazisindən qanunsuz olaraq ağacların kəsildiyi torpaq sahəsinə idarənin əməkdaşları tərəfindən aidiyyəti şəxslərin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı Zaqatala rayonu Bəhmətli kəndində yerləşən qəbirstanlığın ərazisindən qanunsuz olaraq köküstə yaş olmaqla 10(on) ədəd 10 sm, 22 sm, 25 sm, 28 sm, 28 sm, 32 sm, 34 sm, 36 sm, 42 sm, 44 sm dm-də qafqaz xurması, 10(on) ədəd 24 sm, 35 sm, 36 sm, 50 sm, 55 sm, 61 sm, 62 sm, 72 sm, 85 sm, 190 sm dm-də yunan qozu, 25 (iyirmi beş) ədəd 4 sm, 12 sm, 12 sm, 21 sm, 26 sm, 27 sm, 30 sm, 32 sm, 32 sm, 34 sm, 35 sm, 36 sm, 36 sm, 37 sm, 37 sm, 38 sm, 39 sm, 40 sm, 42 sm, 46 sm, 49 sm, 52 sm, 52 sm, 56 sm, 90 sm dm-də ağcaqayın, 4(dörd) ədəd 26 sm, 36 sm, 38 sm, 45 sm dm-də göyrüş 1 (bir) ədəd 102 sm dm-də palıd, 1 (bir) ədəd 28 sm dm-də əncir, 1(bir) ədəd 250 sm dmdə qovaq cinsinə aid ağacların təxminən 2-3 gün əvvəl dib kökündən kəsildiyi, digər 2(iki) ədəd 23 sm, 28 sm dm-də qafqaz xurması və 1 (bir) ədəd 18 sm dm-də ağcaqayın cinsinə aid ağacların isə dib kökündən çıxarılaraq məhv edilməsi nəticəsində təbiətə vurulmuş ziyan cədvəldə qeyd edilən qaydada hesablanmışdır. Cəmi 120800 (bir yüz iyirmi min səkkiz yüz) manat təşkil etmişdir. Bundan başqa sözügedən həmin ərazidən qanunsuz olaraq köküstəyaş olmaqla 13 (on üç) ədəd 8 sm, 16 sm, 18 sm, 18 sm, 18 sm, 24 sm, 26 sm, 26 sm, 27 sm, 30 sm, 33 sm, 33 sm, 40 sm dm-də qafqaz xurması, 11 (on bir) ədəd 18 sm, 21 sm, 24 sm, 41 sm, 46 sm, 47 sm, 48 sm, 50 sm, 53 sm, 66 sm, 66 sm dm-də yunan qozu, 11(on bir) ədəd 4 sm, 18 sm, 26 sm, 30 sm, 33 sm, 33 sm, 48 sm, 49 sm, 51 sm, 55 sm, 66 sm dm-də ağcaqayın, 2(iki) ədəd 26 sm, 27 sm dm-də əncir, 1(bir) ədəd 33 sm dm-də göyrüş, 1 (bir) ədəd 23 sm dm-də tut, 1(bir) ədəd 36 sm dm-də vələs cinsinə aid ağacların təxminən 3-4 ay əvvəl dib kökündən kəsildiyi, 2(iki) ədəd 18 sm və 48 sm dm-də ağcaqayın ağaclarının sə dib kökündən çıxarılaraq məhv edilməsi nəticəsində təbiətə vurulmuş ziyan aşağıdakı qaydada hesablanmışdır. Cəmi 80770 (səksən min yeddi yüz yetmiş) manat təşkil etmişdir. Həmçinin qəbirstanlıqdan 1 (bir) ədəd 36 sm dm-də köküstə quru yunan qozu ağacının kəsilməsi nəticəsində təbiətə vurulmuş ziyanlığın hesablanması üçün hər hansı bir hüquqi sənəd müəyyən edilməmişdir. Qeyd: Qiymətlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 27 oktyabr tarixli 421 №-li Qərarının 1 nömrəli əlavəsinə əsasən hesablanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Şahid4 fərdi yaşayış evinin həyətində ağac oduncağı müşahidə edilmişdir. Həmin oduncaq haça formasında olmaqla ölçüləri 90x85, 70x60, hündürlüyü 110 sm-dir. Baxışda iştirak edən Şahid4 həmin oduncağı Şahid16 Nərbala oğlundan aldığını, oduncağın bir hissəsindən taxta materialı hazırladığını və həmin taxta materialını fərdi yaşayış evinin talvar hissəsində saxladığını bildirmiş, baxış zamanı həmin fərdi yaşayış evinin talvar hissəsinin altında 23 ədəd taxta materialı müşahidə edilmişdir. Baxışda iştirak edən mütəxəssis Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsininin məsləhətçi müfəttişi Nümayəndə Müslim oğlu həm həyətdə müşahidə edilən haça formasında ölçüləri 90x85, 70x60 olmaqla hündürlüyü 110 sm olan oduncağın, həm də fərdi yaşayış evinin talvar hissəsinin altında aşkar edilən 23 ədəd taxta materiallarının Bəhmətli kənd qəbiristanlığında qanunsuz ağacların kəsilməsi ilə bağlı xx.xx.2023-cü il tarixində keçirilən baxış zamanı kəsilmiş vəziyyətdə aşkar edilmiş 190 sm diametrli qoz ağacının ölçü və xüsusiyyətləri ilə uyğunluq təşkil etdiyini bildirmiş, fərdi yaşayış evinin talvar hissəsinin altında aşkar edilən 23 ədəd taxta materialları maddi sübut qismində götürülmüşdür. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Ç-HM/4623-039 saylı, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən 07 aprel 2023-cü il tarixdə Zaqatala rayonu Bazar kəndində X7 həyətində keçirilmiş baxışa dair tərtib edilmiş aktlar 04 vərəqdə təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş 01 may 2023-cü il tarixli “zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi zərərçəkmiş hüquqi şəxs qismində tanınmışdır. İş materiallarına əlavə edilmiş 04 may 2023-cü il tarixli “zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınma haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi- müfəttişi Nümayəndə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınmış və ona hüquq və vəzifələri izah edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 12 may 2023-cü il tarixli, 9/2620-9/2488 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, Ç-HM/4623-032 nömrəli akt və ona əlavə edilmiş “X6”nə əsasən müxtəlif diametrli, müxtəlif cinsli ağacın tikinti və abadlaşdırma məqsədi ilə məhv edilməsi nəticəsində dəymiş ziyanın məbləği 201570.00 manat müəyyən edilmişdir. Zərərçəkmiş şəxs 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, Ç-HM/4623-032 nömrəli akt və ona əlavə edilmiş “X6”də qəbristanlıqdan 1 (ədəd) 36 sm dm-də köküstə quru yunan qozu ağacının kəsilməsi nəticəsində barədə vurulmuş ziyanlığın hesablanması üçün hər hansı bir hüquqi sənəd müəyyən edilmədiyindən tədqiqt aparılmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 12 may 2023-cü il tarixli, 9/2620-9/2488 nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 (əlli) manatdır. İş materiallarına əlavə edilmiş 07 iyun 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4 və 314.1-ci maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işindən fakta görə CM-nin 314.1-ci maddəsi ilə olan hissə başqa nömrə verilməklə ayrıca icraata ayrılması və icraata qəbul edilməkə istintaqın aparılması, həmin qərara işə daxil edilən materialların siyahısı və qərarların, protokolların, sənədlərin surətlərinin əlavə edilməsi, qərarın və ona daxil edilən materialların siyahısının birinci nüsxəsi cinayət işi üzrə ilkin icraata, ikinci nüsxəsi isə ayrılan cinayət işi üzrə icraata əlavə edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi istintaqın davam etdirilməsi üçün istintaq aidiyyəti üzrə Zaqatala rayon polis şöbəsinin İstintaq Bölməsinə göndərilməsi, istintaq zamanı alınmış ifadələr, istintaq hərəkətlərinin protokolları və digər sənədlər də iş üzrə sübut kimi qiymətləndirilməsi, 07 aprel 2023-cü il tarixli baxış protokolu əsasında götürülmüş 23 ədəd taxta materialı istintaq üçün əhəmiyyət kəsb etdiyindən Zaqatala RPŞ-nin saxlancına təhvil verilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Polis X2 müstəntiqi, polis baş leytenantı Pərvin Rüstəmov tərəfindən qəbul edilmiş 07 iyun 2023-cü il tarixli “cinayət işinin icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, qərarın təsviri hissəsində görüntülərə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi icraata qəbul edilərərək istintaqı davam etdirilmişdir. İş materiallarına əlavə edilmiş 12 iyun 2023-cü l tarixli “cinayət işinin icraatının dayandırılması haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs müəyyən olunmadığından cinayət işinin icraatı dayandırılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X33 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 8810 saylı məktubdan görünür ki, xx.xx.1989-cu il təvəllüdlü, Ağsu rayonu, Qaraqoyunlü kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 40B ünvanında yaşayan Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicə olunmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ağsu RİHB-nın Qaraqoyunlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 03 iyul 2023-cü il tarixli, 5-34-15/2-2-67/2023 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Ağsu rayonu Qaraqoyunlu kəndində qeydiyyatda olmasına baxmayaraq uzun illərdir Ağsu rayonunun Qaraqoyunlu kəndində yaşamır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ağsu RİHB-nın Qaraqoyunlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 03 iyul 2023-cü il tarixli, 5-34-15/2-2-67A/2023 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi atasından, anasından və iki bacısından ibarətdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ağsu RİHB-nın Qaraqoyunlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 03 iyul 2023-cü il tarixli, 5-34-15/2-2-67B/2023 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1989-cu il tarixdə Ağsu rayonunun Qaraqoyunlu kəndində doğulmuşdur. Təqsirləndirilən şəxs Ağsu rayonunun Qaraqoyunlu kəndində qeydiyyatda olmasına baxmayaraq uzun illərdir həmin kənddə yaşamır. Təqsirləndirilən şəxs Ağsu rayonunun Qaraqoyunlu kəndində yaşadığı müddətdə özünü münunəvi bir gənc kimi aparmışdır. Lakin vətəndaş uzun ilərdir ki, kənddə yaşamadığı üçün onun barəsində dəqiq və dolğun məlumatın verilməsi mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, keçirilmiş təbdirlər zamanı Zaqatala rayonu, Bəhmətli kəndi ərazisində yerləşən qəbristanlıqdan müxtəlif cinsli və diametrli ağaclar 2023-cü ilin mart ayında Təqsirləndirilən şəxs tərəfindən kəsdirilməsi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş 06 sentyabr 2023-cü il tarixli “cinayət işi üzrə icraatın təzələnməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. İş materiallarına əlavə edilmiş 06 sentyabr 2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, baxış zamanı müəyyən edilmişdir ki, hadisə yeri Zaqatala rayonu Bəhmədli kəndində yerləşən Bəhmədli kənd qəbirsanlığının ərazisidir. Baxış zamanı Təqsirləndirilən şəxs ərazinin göstərərək 2023-cü ilin mart ayının 20-23 tarixlərdində müxtəlif diametrli və cins ağaclar olmaqla ümumilikdə 11 ədəd ağac kəsdirdiyini bildirmişdir. Belə ki, həmin kəsilmiş ağaclar müxtəlif diametrli yunan qozu cinsinə aid 03 ədəd ağac, müxətlif diametrli olan ağcaqayı cinsinə aid olan 04 ədəd ağac, müxtəlif diametrli olan əncir cinsinə aid 01 ədəd ağac, müxtəlif diametrli olan göyrüş cinsinə aid 02 ədəd ağac və müxtəlif diametrli qovaq cinsinə aid ağacları idi. Təqsirləndirilən şəxs ərazidə kəsilən digər ağacların kim tərəfindən kəsildiyini və nə zaman kəsilməsi barədə hər hansı bir məlumatı olmadığını əlavə olaraq qeyd etmişdir. Nümayəndə göstərilən ağaclara baxaraq yunan qozu cinsinə aid 03 ədəd ağacların müvafiq olaraq diametrlərinin 190, 24, 35 sm, ağcaqayı cinsinə aid olan 04 ədəd ağacların müvafiq olaraq diametrləri 4, 18, 35, 34 sm, əncir cinsinə aid 01 ədəd ağacın diametri 28 sm, göyrüş cinsinə aid 02 ədəd ağacların müvafiq olaraq diametrləri 23, 36 sm və qovaq cinsinə aid 01 ədəd ağacın diamteri isə 250 sm olmasını, bütün ağacların yaş köküstə olması və həmin ağacların təxminən 2023-cü ilin mart ayında dib kökündən kəsildiyini bildirdi. Baxış zamanı əhəmiyyət kəsb edən əlavə xüsusat aşkar edilmədi. Baxış zamanı baxışda iştirak edən şəxslər xəbərdarlıq edilməklə hadisə yerinin fotoşəkilləri fotocədvəl formasında protokola əlavə edildi. İş materiallarına əlavə edilmiş 08 sentyabr 2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və qərar ona elan edilməklə surəti təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş 08 sentyabr 2023-cü il tarixli “polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, xx.xx.1989-cu ildə Ağsu rayon, Qaraqoyunlu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, ünvan 5 ünvanında yaşayan Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş 15 sentyabr 2023-cü il tarixli “cinayət işi üzrə icraatın dayandırılması barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə icraat Təqsirləndirilən şəxs müəyyən edilib tutularaq istintaqa gətirilənədək dayandırılmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nizami RİHB-nın Keşlə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, xx.xx.1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs ünvan 6 ünvanında Nizami rayon Polis İdarəsinin verdiyi müvəqqəti qeydiyyat vəsiqəsinə əsasən xx.xx.2023-cü ildən xx.xx.2024-cü ilədək müvəqqəti qeydiyyatdadır. O, yaşadığı müddətdə özünü nümunəvi bir gənc kimi aparmışdır. O, Nizami rayonu, Keşlə qəsəbəsində olan xeyir və şər işlərdə yaxından iştirak etmişdir. Təqsirləndirilən şəxs Keşlə qəsəbəsində yaşadığı müddətdə onun barəsində Nizami RİHB0-nın Keşlə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir mənfi xarakterli məlumat daxil olmamış və qəsəbə ictimayyəti arasında müsbət xarakterizə olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Zaqatala rayonu Bəhmətli Bələdiyyəsi tərəfindən verilmiş 26 sentyabr 2023-cü il tarixli, 112 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zaqatala rayon Bəhmətli kənd qaəbristanlığda ağacların kəsdirilməsi nəticəsində təbiətə vurmuş olduğu külli miqdarda ziyandan bələdiyyə büdcəsinə tam yaxud qismən ödəniş edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X33 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş 27 sentyabr 2023-cü il tarixli, 3-21- 3-47/2-3533/2023 saylı məktubdan görünür ki, kəsilmiş müxtəlif diametrli və cinsli ağacların yerləşdiyi torpaq sahəsi Zaqatala rayonu, Bəhmətli bələdiyyəsinin mülkiyyətinə aid ümumi istifadədə olan qəbristanlıq ərazisidir. İş materiallarına əlavə edilmiş Şamaxı Rayon Məhkəməsinin 1(074)-2/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə, 1 (bir) il 6 (altı) ay müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə, Təqsirləndirilən şəxs 1 (bir) il 8 (səkkiz) ay 1 (bir) gün həbsdə saxlanıldığı və ev dustaqlığında olduğu müddət 3 (üç) il 4 (dörd) ay 2 (iki) gün azadlığın məhdudlaşdırılması cəzası ilə hesablanaraq, Təqsirləndirilən şəxs əsas cəzasını çəkmiş hesab edilmişdir. İş materiallarına əlavə edilmiş 10 oktyabr 2023-cü il tarixli “axtarışda olan şəxsin könüllü gəlməsi haqqında” protokoldan görünür ki,230416006 nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində axtarışda olan Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 09:30-da Zaqatala RPŞ-yə könüllü olaraq gələrək özünü təqdim etmişdir. İş materiallarına əlavə edilmiş 10 oktyabr 2023-cü il tarixli “cinayət işinin icraatının təzələnməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini, İİ dərəcəli dövlət ədliyyə müşaviri Elçin Məmmədov tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 2-2/1-028867/2023 saylı qərardan görünür ki, Zaqatala Rayon Polis X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti 2 (iki) ay – 5 (beş) aya kimi, yəni 31 oktyabr 2023-cü il tarixdən 31 dekabr 2023-cü il tarixədək uzadılmışdır. İş materiallarına əlavə edilmiş 16 oktyabr 2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, baxış zamanı müəyyən edilmişdir ki, hadisə yeri Zaqatala rayonu Bəhmədli kəndində yerləşən Bəhmədli kənd qəbirsanlığının ərazisidir. Baxış zamanı Şahid10 ərazinin göstərərək 2023-cü ilin mart ayının 20-23 tarixlərdində Təqsirləndirilən şəxs tərəfindən müxtəlif diametrli və cins ağaclar olmaqla ümumilikdə 27 ədəd ağac kəsdirildiyini bildirmişdir. Belə ki, həmin kəsilmiş ağaclar müxtəlif diametrli yunan qozu cinsinə aid 04 ədəd ağac, müxətlif diametrli olan ağcaqayı cinsinə aid olan 19 ədəd ağac, əncir cinsinə aid 01 ədəd ağac, müxtəlif diametrli olan göyrüş cinsinə aid 02 ədəd ağac və 01 ədəd qovaq cinsinə aid ağacları idi. Şahid10 ərazidə kəsilən digər ağacların mart ayından əvvəl kəsildiyini əlavə olaraq qeyd etmişdir. Nümayəndə və Rəşad İsayev göstərilən ağaclara baxaraq yunan qozu cinsinə aid 04 ədəd ağacların müvafiq olaraq diametrlərinin 190, 24, 35, 36 sm, ağcaqayı cinsinə aid olan 19 ədəd ağacların müvafiq olaraq diametrləri 4, 18, 34, 35, 12, 12, 21,26, 27, 30, 32, 32, 36, 36, 38, 39,40, 37, 37 sm, əncir cinsinə aid 01 ədəd ağacın diametri 28 sm, göyrüş cinsinə aid 02 ədəd ağacların müvafiq olaraq diametrləri 26, 36 sm ə qovaq cinsinə aid 01 ədəd ağacın diamteri isə 250 sm olmasını, bütün ağacların yaş köküstə olması və həmin ağacların təxminən 2023-cü ilin mart ayında dib kökündən kəsildiyini bildirmişdirlər. Baxış zamanı əhəmiyyət kəsb edən əlavə xüsusat aşkar edilməmişdir. Baxış zamanı baxışda iştirak edən şəxslər xəbərdarlıq edilməklə hadisə yerinin fotoşəkilləri foto-cədvəl formasında protokola əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, haça formasında ölçüləri 90x85, 70x60 olmaqla hündürlüyü 110 sm olan oduncaq bələdiyyə sədri Abdurahman Hacıyevdən təhvil alınaraq saxlanması üçün Zaqatala Rayon Polis Şöbəsinin məhsul saxlanc otağına təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş 23 oktyabr 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, istintaqla müəyyən edilməli hallar üzrə mümkün sübutların həcmi cinayət işi üzrə mötəbər və yekun nəticəyə gəlməyə imkan verdiyindən toplanmış sübutların kifayət etmiş hesab olunması, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsini və ona elan olunmuş ittihama dəyişikliklər və əlavələr edilməsi zərurətinin yaranmasını nəzərə alaraq ona Cinayət Məcəlləsinin həmin maddəsi ilə yenidən ittiham elan edilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin öz qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 259.2.1-ci maddəsinin tərkibi olmadığından barəsində həmin maddə ilə cinayət işinin başlanmasının rədd edilməsi, X15, Şahid14, Şahid7, Şahid6, Şahid13 və Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 259.3-cü maddəsinin tərkibi olmadığından barələrində həmin maddə ilə cinayət işinin başlanmasının rədd edilməsi, Şahid4 və naməlum şəxsin əməlində Azərbaycan Respublikası CM-nin 194.1-ci maddəsinin tərkibi olmadığından barələrində həmin maddə ilə cinayət işinin başlanmasının rədd edilməsi, cinayətin törədildiyi yer Zaqatala rayonu Bəhmədli bələdiyyəsinin mülkiyyətində olan kənd qəbirsanlığının hesab edilməsi, Təqsirləndirilən şəxs tərəfindən Zaqatala rayonu Bəhmədli kənd qəbirsanlığmda müxtəlif diametrli və cinsli ağacların kəsdirilməsi nəticəsində təbiətə vurulmuş ziyanın ümumi məbləği 26050 manat kimi qiymətləndirilməsi, Zaqatala rayonu Bəhmədli kənd qəbirsanlığmdan kəsilmiş digər ağaclar barədəsində araşdırma aparılması məqsədilə cinayət işindən materialının ayrılması, hadisə yerinə baxış keçirilməsi haqqında protokola əsasən götürülmüş 23 ədəd taxta materiallar və haça formasında ölçüləri 90x85, 70x60 olmaqla hündürlüyü 110 sm olan oduncaq öz xüsusiyyətin əlamətlərinə üzərində hadisənin izlərini saxladığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən maddi sübut kimi tanınması və sonra Zaqatala RPŞ-in maddi sübutlar otağında saxlanılması, istintaq zamanı alınmış ifadələr, istintaq hərəkətlərinin protokolları və digər sənədlər də iş üzrə sübut kimi qiymətləndirilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş 24 oktybar 2023-cü il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarına əlavə edilmiş 25 oktyabr 2023-cü il tarixli “təqsirlındirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında” protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsini yerində bildirə biləcəyini bildirərək şəxsi istifadəsində olan **-CD-*** dövlət qeydiyyat nişanlı Hyundani Sanata markalı minik avtomobilinə əyləşib ondan avtomaşını Zaqatala rayonu Bəhmətli kəndinə sürməyini xahiş etmişdir. Təqsirləndirilən şəxs Zaqatala rayonu Bəhmədli kəndində yerləşən hadisə yerinə çatanda ondan avtomaşını saxlamağını xahiş etmişdir. Sonra Təqsirləndirilən şəxs avtomaşından düşüb hadisə yerini göstərib 2023-cü ilin mart ayının 20, 21 və 22-si tarixlərində kənd ərazisindəki qəbirstanlığmda yerləşməklə həmin kənd bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsində köküstə yaş vəziyyətdə olan, meşə fonduna daxil olmayan - müxtəlif cinsli və diametrli ağaclar kəsdirdiyini bildirmişdir, belə ki, qanunsuz kəsilmiş ağacların 4 ədədi yunan qozu, 19 ədədi ağcaqayı, 1 ədədi qovaq, 1 ədədi əncir, 2 ədədi isə göyrüş cinsinə aid olan köküstə yaş olan ağaclar olmasını qeyd etmişdir. Bununla da ifadənin yerində yoxlanılması istintaq hərəkəti başa çatmışdır. İş materiallarına əlavə edilmiş 01 noyabr 2023-cü il tarixli “cinayət işi üzrə icraatın dayandırılması barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə icraat Təqsirləndirilən şəxs müəyyən edilib tutularaq istintaqa gətirilənlədək dayandırılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsi ilə axtarışı elan olunmuş, xx.xx.1989-cu il təvəllüdlü Ağsu rayon, Qaraqoyunlu kəndində qeydiyyatda olan Əhmədov X10 RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə Zaqatala rayon ərazisində tutularaq Zaqatala RPŞ-yə gətirilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli “axtarışda olan şəxsin tutulması barədə” protokoldan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bakı şəhər, Sabunçu rayon ərazisində tutularaq, xx.xx.2023-cü il tarixdə saat 02:50 radələrində Zaqatala RPŞ-yə gətirilmiş və MYS-yə yerləşdirilməsi üçün NH-yə təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş 30 dekabr 2023-cü il tarixli “cinayət işinin icraatının təzələnməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzlənmişdir. İş materiallarına əlavə edilmiş 30 dekabr 2023-cü il tarixli “sənədlərin cinayət işinə əlavə olunması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 7 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin bank hesabına 10 min manat pulun ödənilməsi əks etdirən qəbzdən ibarətdir. İstintaqa təqdim olunmuş həmin sənəd iş üzrə əhəmiyyət kəsb etdiyinə görə həmin sənəd götürülmüş və cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, X14 tərəfindən Zərərçəkmiş şəxs 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına 10000 manat pul ödənilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin rədd edilməsi haqqında” qərardan görünür ki, Zaqatala Rayon Polis X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair istintaq bölməsinin müstəntiqi Pərvin Rüstəmovun vəsatəti rədd edilmişdir. İş materiallarına əlavə edilmiş 30 dekabr 2023-cü il tarixdə, saat 18:50-də tərtib edilmiş “təqsirləndirilən şəxsin həbsdən azad edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı Zaqatala RPŞ-nin X11 azad edilmişdir. İş materiallarına əlavə edilmiş 11 yanvar 2024-cü il tarixli “ cinayət işi üzrə təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması barədə” qərardan görünür ki, qərarın təsviri hisəssindəkilərə əsasən xx.xx.1989-cu ildə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsili, məhkum olunmuş, Ağsu rayonu, Qaraqoyunlu kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və iş üzrə icraat dayandırılmışdır. İş materiallarına əlavə edilmiş Şamaxı Rayon Polis Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-13-108/2-1303/24 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu ərazisində tutularaq Şamaxı RPŞyə gətirilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin 03 saylı İstintaq Təcridxanasına etap olunması üçün Şamaxı RPŞ-nin MSY-nə təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş 29 fevral 2024-cü il tarixli “cinayət işinin icraatın təzələnməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. İş materiallarına əlavə edilmiş 01 mart 2024-cü il tarixli “230416006 nömrəli cinayət işinin ********* nömrəli cinayət işinə birləşdirilməsidən ötrü istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi Şahid10 barəsində Zaqatala Rayon Prokurorluğunun icraatında olan ********* nömrəli cinayət işinə birləşdirilməsindən ötrü aidiyyəti üzrə Zaqatala rayon Prokurorluğuna göndərilmişdir. İş materiallarına əlavə edilmiş 25 may 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, istintaqla müəyyən edilməli hallar üzrə mümkün sübutların həcmi cinayət işi üzrə mötəbər və yekun nəticəyə gəlməyə imkan verdiyindən toplanmış sübutların kifayət etmiş hesab olunması, “Təqsirləndirilən şəxsin əməlinin tövsif edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinin cinayət işi materialları ilə tam şəkildə sübut olunduğunu nəzərə alaraq ********* nömrəli cinayət işindən təqsirləndirilən şəxs Şahid10 barəsində CM-nin 308.1-ci maddəsi ilə olan ********* nömrəsi ilə cinayət işinin ayrıca icraata ayrılması və icraata qəbul edilməklə istintaq aparılması, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi istintaqın davam etdirilməsi məqsədilə istintaq aidiyyəti üzrə Zaqatala RPŞ-nin İstintaq Bölməsinə göndərilməsi, təqsirləndirilən şəxs Şahid10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini və ona elan olunmuş ittihamın məzmununa dəyişikliklər edilməsi zərurətinin yaranmasını nəzərə alaraq yenidən Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunması və ona həmin maddə ilə yenidən ittiham elan edilməsi, təqsirləndirilən şəxs Şahid10 ağacların budanılması müqabilində Təqsirləndirilən şəxs müxtəlif vaxtlarda 500 və 1000 manat məbləğində pul vəsaiti götürməsinin aparılmış istintaq zamanı öz təsdiqini tapmamasının birinciyə yenidən ittiham verilən zaman nəzərə alınması, həmin qərara işə daxil edilən materialların siyahısı və qərarların, protokolların, sənədlərin surətlərinin əlavə edilməsi, qərarın və ona daxil edilən materialların siyahısının birinci nüsxəsi cinayət işi üzrə ilkin icraata, ikinci nüsxəsi isə ayrılan cinayət işi üzrə icraata əlavə edilməsi, təqsirləndirilən şəxs X5 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin öz qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 03 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılmasının nəzərə alınması, Zaqatala rayonu Bəhmətli kənd qəbirsanlığından kəsilmiş digər ağaclar barəsində araşdırma aparılması məqsədilə Zaqatala RPŞ-nin İstintaq Bölməsində 23 oktyabr 2023-cü il tarixli qərarla cinayət işindən material ayrılması, həmçinin cinayət işi üzrə toplanmış yuxarıda qeyd olunan digər sübutlara həmin tarixli qərarla hüquqi qiymət verilməsinin nəzərə alınması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Zaqatala rayon prokurorluğunun müstəntiqi, İİ dərəcəli hüquqşünası X20 tərəfindən qəbul edilmiş 19 mart 2024-cü il tarixli “cinayət işinin icraata qəbul etmək haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi icraata qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş 19 mart 2024-cü il tarixli “cinayət işinin bir icraatda birləşdirilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilməsi və istintaqının ********* nömrəsi ilə davam etdirilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş 19 mart 2024-cü il tarixli “təsirləndirlən şəxsin əməlinin tövsif edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs və Şahid10 əməli müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4 və 308.1-ci maddələrindən 259.3-cü maddəsinə tövsif edilmişdir. İş materiallarına əlavə edilmiş 01 aprel 2024-cü il tarixli “cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. İş materiallarına əlavə edilmiş 29 aprel 2024-cü il tarixli “cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmiş və icraat davam etdirilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavini, İİ dərəcəli dövlət ədliyyə müşaviri Elçin Məmmədov tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli “cinayət işi üzrə ibtidai istintaq müddətinin üzadılması haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti 2 (iki) ay, yəni- xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixdək uzadılmışdır. İş materiallarına əlavə edilmiş Zaqatala RPŞ-nin İstintaq Bölməsinin baş müstəntiqi, polis baş leytenantı X8 tərəfindən qəbul edilmiş 31 may 2024-cü il tarixli “cinayət işinin icraata qəbul etmək haqqında” qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi icraatına qəbul edilməklə iş üzrə ibtidai istintaq davam etdirilmişdir. İş materiallarına əlavə edilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(105)-30/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Şamaxı Rayon Məhkəməsinin 1(074)-2/2023 nömrəli, 05 sentyabr 2023-cü il tarixli hökmü cəza təyin edilməsi hissəsində dəyişdirilərək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təyin edilmiş Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsi tətbiq edilməklə, 1 (bir) il 6 (altı) ay müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsi tətbiq edilməklə 2 (iki) il, 6 (altı) ay müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 3 (üç) il, 3 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 1 (bir) il 8 (səkkiz) ay 1 (bir) gün həbsdə saxlanıldığı və ev dustaqlığında olduğu müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmış və üzərində qəti olaraq Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsi tətbiq edilməklə 2 (iki) il, 6 (altı) ay müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 1 (bir) il, 6 (altı) ay, 29 (iyirmi doqquz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)-1899/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, kassasiya şikayəti təmin edilməmişdir. Məhkum Təqsirləndirilən şəxs barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 aprel 2024-cü il tarixli qərarı məhkum və onun müdafiəçisi tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli hökmü ilə 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il 04 ay 02 gün müddətə azadlığın məhdudlaşdırılması, 01 il 06 ay müddətə dövlət və yerli özünü iadrəetmə orqanlarında rəhbər və maddi-məhsul vəzifə tutma hüququndan məhrum edilməsi cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixli Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə 02 il 06 ay müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məhsul vəzifə tutma hüququndan məhrum edilməklə, 03 il 03 ay azalıqdan məhrumetmə cəsaına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə və ev düstaqlığında olduğu müddət cəzadan çıxılmaqla, 01 il 06 ay 29 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. İş materiallarına əlavə edilmiş 10 iyun 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, istintaqla müəyyən edilməli hallar üzrə mümkün sübutların həcmi cinayət işi üzrə mötəbər və yekun nəticəyə gəlməyə imkan verdiyindən toplanmış sübutların kifayət etmiş hesab olunması, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsini və ona elan olunmuş ittihama dəyişikliklər və əlavələr edilməsi zərurətinin yaranmasını nəzərə alaraq ona Cinayət Məcəlləsinin həmin maddəsi ilə yenidən ittiham elan edilməsi, Təqsirləndirilən şəxs hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında cəza çəkməsinin nəzərə alınması, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri tətbiqinə xitam verilməsi və məlumat üçün sürəti İTŞ-nə göndərilməsi, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 259.2.1-ci maddəsinin tərkibi olmadığından barəsində həmin maddə ilə cinayət işinin başlanmasının rədd edilməsi, X15, Şahid14, Şahid7, Şahid6, Şahid13 və Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 259.3-cü maddəsinin tərkibi olmadığından barələrində həmin maddə ilə cinayət işinin başlanmasının rədd edilməsi, Şahid4 və naməlum şəxsin əməlində Azərbaycan Respublikası CM-nin 194.1-ci maddəsinin tərkibi olmadığından barələrində həmin maddə ilə cinayət işinin başlanmasının rədd edilməsi, cinayətin törədildiyi yer Zaqatala rayonu Bəhmədli bələdiyyəsinin mülkiyyətində olan kənd qəbirsanlığının hesab edilməsi, Təqsirləndirilən şəxs tərəfindən Zaqatala rayonu Bəhmədli kənd qəbirsanlığında müxtəlif diametrli və cinsli ağacların kəsdirilməsi nəticəsində təbiətə vurulmuş ziyanın ümumi məbləği 26050 manat kimi qiymətləndirilməsi, Zaqatala rayonu Bəhmədli kənd qəbirsanlığından kəsilmiş digər ağaclar barədəsində araşdırma aparılması məqsədilə 23 oktyabr 2023-cü il tarixli qərarla cinayət işindən material ayrılmasının nəzərə alınması, hadisə yerinə baxış keçirilməsi haqqında protokola əsasən götürülmüş 23 ədəd taxta materiallar və haça formasında ölçüləri 90x85, 70x60 olmaqla hündürlüyü 110 sm olan oduncaq öz xüsusiyyətinə, əlamətlərinə üzərində hadisənin izlərini saxladığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən maddi sübut kimi tanınması və sonra Zaqatala RPŞ-in maddi sübutlar otağında saxlanılmasının nəzərə alınması, istintaq zamanı alınmış ifadələr, istintaq hərəkətlərinin protokolları və digər sənədlərin də iş üzrə sübut kimi qiymətləndirilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş 27 iyun 2024-cü il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən X16 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir. İş materiallarına əlavə edilmiş 27 iyun 2024-cü il tarixli “vəsatətə baxılması haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda təqsirli bilməməsi ilə bağlı xx.xx.2024-cü il tarixli yazılı vəsatəti rədd edilmişdir. İş materiallarına əlavə edilmiş Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs ümumi xəstəlik-üçüncü qrup əlillik təyinatı ilə 150 (bir yüz əlli) manat pensiya alır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Vəkillər X4 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 1422 saylı məktubdan görünür ki, Zaqatala Rayon Polis Şöbəsinin müstəntiqi Pərvin Rüstəmovun xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işinin materialları ilə tanış edilməsində iştirak etmək üçün müdafiəçi qismində vəkil X9 təyin edilmişdir. Həmin qərar əsasında vəkil T.Y.Baloğlanov xx.xx.2024-cü il tarixdə 000051 saylı order təqdim edərək cinayət işinin materialları ilə tanış olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şamaxı Rayon Polis Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-13-108/2-6951/2024 saylı məktubdan görünür ki, Zaqatala Rayon Polis X2 baş müstəntiqi, polis baş leytenantı Pərvin Rüstəmovun 29 fevral 2024-cü il tarixdə Şamaxı Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə daxil olmamış və həmin vət. MSY-də saxlanılan Təqsirləndirilən şəxs ilə hər hansı istintaq hərəkəti həyata keçirilməmiş, eləcə də bu barədə Şamaxı RPŞ-nin MSY-də heç bir qeydiyyat aparılmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 03 mart 2025-ci il tarixli, 7/30-9/55 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Zaqatala rayonu Bəhmətli kəndi ərazisindəki qəbristanlığında yerləşən kəsilmiş 10(on) ədəd 10 sm, 22 sm, 25 sm, 28 sm, 28 sm, 32 sm, 34 sm, 36 sm, 42 sm, 44 sm, dm-də qafqaz xurması, 10(on) ədəd 24 sm, 35 sm, 36 sm, 50 sm, 55 sm, 85 sm dm-də yunan qozu, 25(iyirmi beş) ədəd 4 sm, 12 sm, 12 sm, 21 sm, 26 sm, 27 sm, 30 sm, 32 sm, 32 sm, 34 sm, 35 sm, 36 sm, 36 sm, 37 sm, 37 sm, 38 sm, 39 sm, 40 sm, 42 sm, 46 sm, 49 sm, 52 sm, 52 sm, 56 sm, 90 sm dm-də ağcaqayın, 4(dörd) ədəd 26 sm, 36 sm, 38 sm, 45 sm dm-də göyrüş, 1 (bir) ədəd 102 sm dm-də palıd, 1 (bir) ədəd 28 sm dm-də əncir, 1 (bir) ədəd 250 sm dm-də qovaq cinsinə aid ağaclar, digər 2(iki) ədəd 23 sm, 28 sm dm-də qafqaz xurması və 1 (bir) ədəd 18 sm dmdə ağcaqayın cinsinə aid ağaclar, 13(on üç) ədəd 8 sm, 16 sm, 18 sm, 18 sm, 18 sm, 24 sm, 26 sm, 26 sm, 27 sm, 30 sm, 33 sm, 33 sm, 40 sm dm-də qafqaz xurması, 11 (on bir) ədəd 18 sm, 21 sm, 24 sm, 41 sm, 46 sm, 47 sm, 48 sm, 50 sm, 53 sm, 66 sm, 66 sm dmdə yunan qozu, 11 (on bir) ədəd 4 sm, 18 sm, 26 sm, 30 sm, 33 sm, 33 sm, 48 sm, 49 sm, 51 sm, 55 sm, 66 sm dm-də ağcaqayın, 2(iki) ədəd 26 sm, 27 sm dm- də əncir, 1 (bir) ədəd 33 sm dm-də göyrüş, 1 (bir) ədəd 23 sm dm-də tut, 1 (bir) ədəd 36 sm dm-də vələs, 2(iki) ədəd 18 sm və 48 sm dm-də ağcaqayın cinsinə aid olan bitki gövdələri kök üstə yaş vəziyyətdə kəsilsədə, kəsim yerindən pöhrə verərək canlanmış, tam bioloji inkişafda olub, kök sistemi, gövdə hissəsi, gövdə üzərində olan vegetativ və generativ tumurcuqlar tam inkişafda olub gələn vegetasiya illərində orqanların sonrakı tam inkişafı mümkündür. Tədqiqata təqdim edilmiş diametri 61 sm, 62 sm, 72 sm, 190 sm diametrdə yunan qozu ağacları köküstə yaş vəziyyətdə kəsilərək, kəsilmə səbəbindən tam bioloji inkişafdan dayanıb kəsim yerindən pöhrə verərək canlanmamış və qurumuşdurlar. Ekspertiza tədqiqatına təqdim edilmiş, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli Ç-HM/4623 saylı akta, rəyin bioloji tədqiqat hissəsində göstərilənlərə və “Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 421 nömrəli Qərarına əsasən ümumilikdə 4 ədəd diametrləri 61 sm, 62 sm, 72 sm və 190 sm olan yunan qozu ağaclarının qanunsuz kəsilməsi (məhv edilməsi) nəticəsində, tikinti və abadlaşdırma məqsədi istisna olmaqla təbiətə dəymiş ziyanın ümumi məbləği 12.850,00 müəyyən edilir. Rəyin bioloji tədqiqat hissəsində ekspertiza təyini haqqında qərarda qeyd edilən digər ağacların bitki gövdələrinin tam bioloji inkişafda olub, kəsim yerindən pöhrə verərək canlanmış, kök sistemi, gövdə hissəsi, gövdə üzərində olan vegetativ və generativ tumurcuqlar tam inkişafda olub gələn vegetasiya illərində orqanların sonrakı inkişafı mümkünlüyü qeyd edilmişdir. Qeyd edilən ağaclara görə dəymiş ziyanın müəyyən edilməsi hüquqi xarakter daşıdığından məhkəmə-əmtəəşünaslıq ekspertizasının predmetinə aid deyildir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 03 mart 2025-ci il tarixli ekspert xərclərinə dair bildirişdən görünür ki, aparılmış təqdiqatının dəyəri 100 (bir yüz) manatdır. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş 01 ədəd DVD diskdən görünür ki, Şahid10 və Şahid12 ağacların kəsilməsi zamanı qəbristanlıq ərazisində olmuşdur. Şahid10 xx.xx.2024-cü il “Whatsapp” səsli yazısında “mən səndən 1500 manat götürməmişəm demirəm, özümü haqlı yerə qoymuram” sözlərini demişdir. İş materiallarına əlavə edilmiş Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatının sədri T.Tağıyev tərəfindən verilmiş fəxri fərmandan görünür ki, Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyi münasibəti ilə, Nərimanov Rayonnun ictimai-siyasi həyatında və dövlət gənclər siyasətinin həyata keçirilməsində göstərdiyi xidmərlərinə görə “Odlar Yurdu” universitetinin hazırlıq fakultəsinin dekanı Təqsirləndirilən şəxs təltif olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respubikası Mərkəzi Seçki Komitəsi tərəfindən verilmiş vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs 2024-cü il tarixdə keçirilən Prezident seçkilərində müşahidəçi qismində iştirak etmişdir. İş materiallarına əlavə edilmiş Adil İbrahimov tərəfindən verilmiş fəxri fərmandan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Ordusuna göstərdiyi maddi və mənəvi dəstəyə, qayğı və diqqətə görə təltif olunmuşdur. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Cinayət məsuliyyətinin əsaslarına dair CM-in 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsinə əsasən ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda törədildikdə cinayət məsuliyyətinə səbəb olur. İbtidai araşdırma orqanı Təqsirləndirilən şəxs 20-22 mart 2023-cü il tarixlərində tamah niyyəti ilə qanunsuz olaraq, yəni qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan Zaqatala rayonu, Bəhmədli kəndi ərazisindəki qəbirstanlığında yerləşməklə həmin kənd bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsində köküstə yaş vəziyyətdə olan, meşə fonduna daxil olmayan– yunan qozu cinsindən diametrləri 190 sm olan 1, 24 sm olan 1, 35 sm olan 1, 36 sm olan 1, ağcaqayı cinsindən diametrləri 4 sm olan 1, 18 sm olan 1, 34 sm olan 1, 35 sm olan 1, 12 sm olan 2, 21 sm olan 1, 26 sm olan 1, 27 sm olan 1, 30 sm olan 1, 32 sm olan 2, 36 sm olan 2, 38 sm olan 1, 39 sm olan 1, 40 sm olan 1, 37 sm olan 2, qovaq cinsindən diametri 250 sm olan 1, əncir cinsindən diametri 28 sm olan 1, göyrüş cinsindən diametrləri 26 sm olan 1, 36 sm olan 1 ədəd olmaqla ümumilikdə 27 ədəd ağacı qəsdən motorlu odun kəsənlə kökündən ayırıb kəsdirməklə təbiətə ümumilikdə 26050 manat, yəni külli miqdarda ziyan vurmaqda ittiham etmiş, öz mövqeyini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipinin (33-cü maddəsinin) müddəalarına, cinayət-mühakimə icraatının digər prinsiplərinə, sübutlar və sübutetməyə dair cinayət-prosessual normaların tələblərinə müvafiq olaraq tədqiq edilmiş sübutlara, o cümlədən təqsirləndirilən şəxsin ifadəsinə, şahidlərin ifadələrinə, müvafiq istintaq hərəkətlərinin protokollarına əsaslandırmışdır. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs isə ona elan olunan ittiham üzrə özünü təqsirli bilməyərək, hər hansı ağacı kəsdirmədiyini, orada sadəcə olaraq alıcı qismində iştirak etdiyini bildirərək ona bəraət verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayəti ağırlaşdıran bu və ya digər tövsifedici əlamətin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Təqsirləndirilən şəxs elan olunmuş və məhkəmənin də razılaşdığı ittihama əsasən o, 20-22 mart 2023-cü il tarixlərində tamah niyyəti ilə qanunsuz olaraq, yəni qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan Zaqatala rayonu, Bəhmədli kəndi ərazisindəki qəbirstanlığında yerləşməklə həmin kənd bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsində köküstə yaş vəziyyətdə olan, meşə fonduna daxil olmayan– yunan qozu cinsindən diametrləri 190 sm olan 1, 24 sm olan 1, 35 sm olan 1, 36 sm olan 1, ağcaqayı cinsindən diametrləri 4 sm olan 1, 18 sm olan 1, 34 sm olan 1, 35 sm olan 1, 12 sm olan 2, 21 sm olan 1, 26 sm olan 1, 27 sm olan 1, 30 sm olan 1, 32 sm olan 2, 36 sm olan 2, 38 sm olan 1, 39 sm olan 1, 40 sm olan 1, 37 sm olan 2, qovaq cinsindən diametri 250 sm olan 1, əncir cinsindən diametri 28 sm olan 1, göyrüş cinsindən diametrləri 26 sm olan 1, 36 sm olan 1 ədəd olmaqla ümumilikdə 27 ədəd ağacı qəsdən motorlu odun kəsənlə kökündən ayırıb kəsdirməklə təbiətə ümumilikdə 26050 manat, yəni külli miqdarda ziyan vurmuşdur. Bu şahidlərinin ifadələri, baxış keçirilməsi barədə protokollar, Zərərçəkmiş şəxs 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Ç-HM/4623-032 saylı, xx.xx.2023-cü il tarixli məktub, maddi sübutlar, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 12 may 2023-cü il tarixli, 9/2620-9/2488 nömrəli və 03 mart 2025-ci il tarixli, 7/30-9/55 saylı ekspert rəyləri ilə təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs isə şahid ifadələri arasındakı “ziddiyyətlərə” istinad etməklə özünün təqsirsiz olduğunu, tərəfindən heç kəsə ağac kəsilməsi ilə bağlı göstəriş verilmədiyini, əksinə bu işə bələdiyyə sədri Şahid10 və Şahid12 tərəfindən rəhbərlik edildiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, ifadə maddi faktlara dair qaynağı insan olan bu səbəbdən də xəta və ya yanılma ehtimalı digər sübut növlərinə nəzərən daha yüksək olan bir sübut növüdür. Şəxslər tərəfindən verilmiş ifadələrində əksər hallarda özlərinin lehinə olan bəzi xüsusatları önə çıxarmaq, əleyhinə olan xüsusatları isə gizlətmək, həqiqəti əks etdirməmək kimi ehtimallar mövcud olur. Belə ki, Təqsirləndirilən şəxs “lehinə” ifadə vermiş şahidlər Şahid14, Şahid6, Şahid8 və başqalarının ifadələrini obyektiv həqiqəti əks etdirən sübut kimi qəbul edilməsi, “əleyhinə” izahat vermiş digərlərinin ifadələrini isə özü-özlüyündə ziddiyyətli, qeyd edilən şahidlərin ifadələri ilə uzlaşmayan ifadələr kimi qiymətləndirilməsini xahiş etmişdir. Halbuki, Təqsirləndirilən şəxs “lehinə” və ya “əlehinə” ifadə vermiş şahidlər artıq cinayət işi materiallarda mövcud olan digər sübutlarla uzlaşan ifadələr verərək baş vermiş cinayət əməlinin müəyyən bir aspektini aydınlaşdırmış, həmin ifadələr cinayət əməli üzrə obyektiv həqiqəti əks etdirmişdir. Bu ifadələr ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsasını təşkil etməklə yanaşı bələdiyyə sədri Şahid10 və Şahid12 əməllərində də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin tərkib əlamətlərinin olmasına dəlalət edir. Eyni zamanda iş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş 01 ədəd DVD diskdən görünür ki, Şahid10 və Şahid12 ağacların kəsilməsi zamanı qəbristanlıq ərazisində olmuşlar. Bu baxımdan məhkəmə hesab edir ki, həmin şəxslərin əməllərinə hüquqi qiymət verilməsi üçün ibtidai araşdırmaya prosessual rəhbəliyi həyata keçirən Zaqatala rayon prokurorluğuna məlumat verilməlidir. Məhkəmə işdəki mötəbər sübutlarla təsdiq olunmadığı üçün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 259.2.4-cü maddəsi ilə verilmiş ittiham üzrə özünü təqsirli bilməməsi barədə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi və özünü qismən təqsirli bilməsi barədə ibtidai istintaqda verdiyi ifadəsi üzrə xüsusatı özünümüdafiə kimi qiymətləndirir və əsassız hesab edir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun, cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, o, CM-in 259.2.4-cü maddəsi ilə təqsirli bilinərək ona həmin maddədə nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya gəldikdə isə məhkəmə qeyd edir ki, Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlkəlilik dərəcəsinə, onun tərədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 4-cü bəndinə əsasən CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. Belə halların cəzanın yüngülləşdirici hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “CM-in 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub, onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qeyd olunan cinayət – hüquqi normaları işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, aşağıdakılar müəyyən olunur. Cinayət nəticəsində 26050 manat məbləğində ziyan vurulmuş, təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin bank hesabına vurulmuş ziyanın bir hissəsi olan 10000 (on min) manat pul vəsaiti ödənilmişdir. Məhkəmə bu halı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. İş materiallarından müəyyən olunur ki, təqsirləndirilən şəxs üçüncü qrup əlildir və himayəsində xəstə anası var. Eyni zamanda təqsirləndirilən şəxs ölkənin ictimai-siyasi həyatında fəal iştirak etmişdir və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 03 mart 2025-ci il tarixli, 7/30-9/55 saylı ekspert rəyindən də göründüyü kimi kəsilən ağacların bitki gövdələrinin tam bioloji inkişafda olub, kəsim yerindən pöhrə verərək canlanmışdır. Məhkəmə bu halları Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.6-cı maddəsinə əsasən cinayətin tamah məqsədi ilə törədilməsi cəzanı ağırlaşdıran hal hesab edilir. Məhkəmə təqsirləndirilən şəxs tərəfindən cinayətin tamah məqsədilə törədilməsini ağırlaşdıran hal kimi nəzərə alır. Təqsirləndirilən şəxsin törətdiyi həmin əmələ görə cinayət qanununun əvvəlki redaksiyasının 259.2-ci maddəsinin müəyyən etdiyi məhrumiyyət yeddi min manatdan doqquz min manatadək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmədən ibarətdir və həmin əməl cinayət Məcəlləsinin 15.3-cü maddəsində az ağır cinayət kimi təsnif edilmişdir. 29 noyabr 2024-cü il tarixli Azərbaycan Respublikasının Qanunu ilə Cinayət Məcəlləsinin 259.2-ci maddənin sanksiyasında “yeddi min manatdan doqquz min manatadək” sözləri “cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək” sözləri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Göründüyü kimi, şəxsin təqsirli bilindiyi maddənin sanksiyasında azadlıqdan məhrum etmə ilə yanaşı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza olduğu halda məhz nəyə görə azadlıqdan məhrum etmə cəzasının, o cümlədən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin edilməsinin zəruriliyini əsaslandırmağı, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməyi qanunvericilik tələb edir. Məhkəmə cinayətin ağırlığını və təqsirləndirilən şəxsin əmlak vəziyyətini nəzərə alır, ziyanı faktiki olaraq tam ödəməmiş şəxsin cərimə cəzasına məhkum edilməsini ağlabatan və cəzanın məqsədinə nail olunması baxımından yetərli hesab etmir. Həmçinin Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziaynın qismən ödənilməsi, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 03 mart 2025-ci il tarixli, 7/30-9/55 saylı ekspert rəyində qeyd edildiyi kimi kəsilmiş ağacların kəsim yerindən pöhrə verərək canlanmasını, tam bioloji inkişaf dövründə olması halları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Məhkəmə yuxarıda sadalananları, CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini, həmçinin «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarından göstərilmiş hüquqi mövqeyi hazırkı iş üzrə müəyyən edilmiş hallara tətbiq edərək təqsirləndirilən şəxs şəxsiyyətini, təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə və islah olunmasına təsirini, həmçinin cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, dəymiş ziyanı qismən ödəməsini, kəsilmiş ağacların kəsim yerindən pöhrə verərək canlanmasını, tam bioloji inkişafda olmasını və cəzasını ağırlaşdıran hal qismində cinayətin tamah məqsədilə törədilməsini nəzərə alaraq ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir və təqsirləndirilən şəxs həmin cəza ilə islah olunmasını mümkün bilir. Həmçinin cinayət işinin materiallarına əlavə edilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(105)-30/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Şamaxı Rayon Məhkəməsinin 1(074)-2/2023 nömrəli, 05 sentyabr 2023-cü il tarixli hökmü cəza təyin edilməsi hissəsində dəyişdirilərək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təyin edilmiş Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsi tətbiq edilməklə, 1 (bir) il 6 (altı) ay müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsi tətbiq edilməklə 2 (iki) il, 6 (altı) ay müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 3 (üç) il, 3 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdir. Hazırki iş üzrə təqsirləndirilən şəxs onun təqsirli bilindiyi cinayəti 20-22 mart 2023-cü il tarixdə törətmişdir. Bu halda isə təqsirləndirilən şəxsin hər iki hökm üzrə təqsirli bilindiyi cinayətlər az ağır cinayətlər kateqoriyasına aid olduğundan ona Cinayət Məcəlləsinin 66.2 və 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq cinayətlərin məcmusu üzrə qəti cəzanın təyin edilməsi üçün əsas yaratmışdır, ona görə ki, CM-nin 66.5-ci maddəsinə görə cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona CM-nin 66.2 və ya 66.3-cü maddələrində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsində təsbit edilmişdir ki, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə onu da qeyd edir ki, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin ikinci cümləsində göstərilmişdir ki, təqsirkara bu maddənin tələblərinə uyğun olaraq cinayətlərin məcmusuna əsasən cəza təyin edildiyi halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Bu isə o deməkdər ki, şəxsə Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə qəti cəzanın təyin edilməsinə əsaslar müəyyən edildikdə məhkəmə birinci və ikinci hökm üzrə təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaqla, yaxud da az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edir və bundan sonra onun birinci hökm üzrə təyin olunmuş cəzanın hər hansı hissəsini çəkdiyi müddəti qəti cəza müddətinə hesablamaqla onun yekun olaraq çəkməli cəzanın müddətini müəyyən edir. Belə olan halda məhkəmə təqsirkara cəzaların tamamilə və ya qismən toplama yolu ilə qəti cəzanın təyin edilməli olması barədə qənaətə gəldikdə ona sonuncu hökm üzrə təyin edilmiş cəza ilə birinci hökm üzrə təqsirkarın tutulması, həbsdə və ya ev dustaqlığında saxlanılması müddətləri nəzərə alınmaqla üzərində saxlanılmış cəzanı deyil, ilk olaraq təyin edilmiş cazanı tam və ya qismən toplayır və yalnız bundan sonra çəkilmiş (tutulmuş, həbsdə və ya ev dustaqlığında saxlanılmış) müddətləri qəti cəzaya hesablayır. Məhkəmə vurğulayır ki, belə hüquqi mövqe “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 14 iyul 2022-ci il tarixli Qərarında da əks olunmuşdur. Həmin Qərarda göstərilmişdir ki, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, CM-nin 66.1-66.4cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə vahid cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalı, yəni çəkilmiş cəza cinayətlərin məcmusu qaydasında təyin olunan vahid cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1 və 68.1.1-1-ci maddələrinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzanı ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. Ona görə də, təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə həmçinin belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs barəsində “həbs” növündə qətimkan tədbiri seçilməli, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Bundan başqa, məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə maddi sübut kimi tanınmış və Zaqatala Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc otağında saxlanılan hadisə yerinə baxış keçirilməsi haqqında protokola əsasən götürülmüş 23 ədəd taxta materiallar və haça formasında ölçüləri 90x85, 70x60 olmaqla hündürlüyü 110 sm olan oduncaq hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Zaqatala rayon Bəhmətli Bələdiyyəsinə təhvil verilməlidir. Cinayət işinə əlavə edilmiş 03 ədəd DVD disk hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində cinayət işində saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 150 (bir yüz əlli) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir (CPM 198.1.) Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs оğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 259.2.4cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 4 (dörd) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli, 1(105)-30/2024 nömrəli qərarı ilə təyin edilmiş Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsi tətbiq edilməklə 2 (iki) il, 6 (altı) ay müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 3 (üç) il, 3 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş 4 (dörd) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü, azadlıqdan məhrum etmə cəzasının bir günü hesabı ilə hesablanmaqla, 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına qismən toplanmaqla, ona 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə, 2 (iki) il, 6 (altı) ay müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək həbsdə saxlanıldığı, xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək həbsdə saxlanıldığı və ev dustaqlığında olduğu və xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığı və ev dustaqlığında olduğu müddəti və hazırkı iş üzrə 30 dekabr 2023-cü il tarixdə həbsdə saxlanıldığı müddət, ümumilikdə 1 (bir) il, 8 (səkkiz) ay, 2 (iki) gün müddət azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, həmin cəzadan çıxılsın və üzərində qəti olaraq 1 (bir) il, 9 (doqquz) ay, 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası və 2 (iki) il, 6 (altı) ay müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı gündən, yəni 29 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvədə saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan və Zaqatala Rayon Polis Şöbəsinin maddi sübutların saxlanma otağında saxlanılan- hadisə yerinə baxış keçirilməsi haqqında protokola əsasən götürülmüş 23 ədəd taxta materiallar və haça formasında ölçüləri 90x85, 70x60 olmaqla hündürlüyü 110 sm olan oduncaq hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Zaqatala rayon Bəhmətli Bələdiyyəsinə təhvil verilsin. Cinayət işi materiallarına əlavə edilmiş “ 03 “ ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Şahid10 və Şahid12 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259cu maddəsinin tərkib əlamətləri olduğundan hüquqi qiymət verilməsi üçün ibtidai araşdırmaya prosessual rəhbəliyi həyata keçirən Zaqatala rayon prokurorluğuna məlumat verilsin. Ekspertiza tədqiqatının dəyəri olan 150 (bir yüz əlli) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. Zərərçəkmiş şəxs 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə ona dəymiş maddi ziyanla bağlı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunsun. İş üzrə mülki iddianın və xüsusi müsadirə olunmalı əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan (Təqsirləndirilən şəxs hökmün surəti verildiyi andan) 20 gün müddətinə Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan (Təqsirləndirilən şəxs hökmün surəti verildiyi andan), 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №1(033)-3/2025
Zaqatala Rayon Məhkəməsi Hökm — İş №1(033)-3/2025
16.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver