Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 1(033)-30/2025 03.07.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X18 Əli qızının katibliyi, Dövlət ittihamçısı-Аzərbаycаn Respublikаsı Bаş Prоkurоrluğunun Dövlət ittihаmının müdаfiəsi üzrə İdаrəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihаmının müdаfiəsi üzrə şöbəsinin prоkurоru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, Müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyası Zaqatala Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi3 və Müdafiəçi1 iştirakları ilə, xx.xx.1973-cü ildə Zaqatala şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu olmayan, Zaqatala şəhəri, Nəriman ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X6 saxlanılan Təqsirləndirilən şəxs1, Və xx.xx.1988-ci ildə Zaqatala rayonu, Bəhmətli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, Zaqatala rayonu, Bəhmətli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə 03 iyul 2025-ci il tarixdə, saat 15:30-da Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ Təqsirləndirilən şəxs1 ondan ötrü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə qeyri rəsmi ər-arvad münasibətində yaşadığı Təqsirləndirilən şəxs2 ilə birlikdə Zərərçəkmiş şəxs həyətyanı torpaq sahəsi almaq istədiyi barədə məlumatı əldə etdikdən sonra həmin şəxsə məxsus əmlakı tamah niyyəti ilə qanunsuz və əvəzsiz olaraq ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə 2023-cü ilin oktyabr ayında Zərərçəkmiş şəxs Zaqatala şəhəri Danaçı massivi (hazırda Şimal-Qərb massivi) adlanan ərazidə yerləşən torpaq sahəsini özününkü kimi göstərib həmin torpaq sahəsinin bir sotunu 2000 manata olmaqla 12000 manata, Zaqatala rayonu Bəhmətli kəndində Təqsirləndirilən şəxs2 məxsus 57 sot torpaq sahəsi olması barədə yalan məlumat verib həmin torpaq sahəsini 2600 manata satacağı barədə yalan vədlər verib aldatmaqla, yəni zərərçəkmiş şəxsin xeyrinə faktiki olaraq hər hansı iş görmədiyi və ümumiyyətlə reallıqda belə bir niyyəti də olmadığı halda 2023-cü ilin oktyabr ayında Zaqatala rayonu Suvagil kəndində 600 manat dəyərində üç baş qoyunları, həmin tarixdə ayrı-ayrı vaxtlarda Zaqatala şəhərində müxtəlif yerlərdə hissə-hissə olmaqla 6 dəfəyə cəmi 8700 manat məbləğində, Suvagil kəndində iki dəfəyə cəmi 2300 manat məbləğində pul vəsaitlərini, eləcə də Zərərçəkmiş şəxs məxsus, «Volkswagen golf» markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı, 3000 manat dəyərində minik avtomobilini xx.xx.2023-cü il tarixdə Zaqatala rayonu 2 saylı notariat ofisində Təqsirləndirilən şəxs2 adına baş etibarnamə almaqla vahid niyyətlə ələ keçirib zərərçəkmiş şəxsə ümumilikdə 14 600 manat, yəni xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. X16 ondan ötrü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə qeyri rəsmi ər-arvad münasibətində yaşadığı Təqsirləndirilən şəxs1 ilə birlikdə Zərərçəkmiş şəxs həyətyanı torpaq sahəsi almaq istədiyi barədə məlumatı əldə etdikdən sonra həmin şəxsə məxsus əmlakı tamah niyyəti ilə qanunsuz və əvəzsiz olaraq ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə 2023-cü ilin oktyabr ayında Zərərçəkmiş şəxs Zaqatala şəhəri Danaçı massivi (hazırda Şimal-Qərb massivi) adlanan ərazidə yerləşən torpaq sahəsini özününkü kimi göstərib həmin torpaq sahəsinin bir sotunu 2000 manata olmaqla 12000 manata, Zaqatala rayonu Bəhmətli kəndində ona məxsus 57 sot torpaq sahəsi olması barədə yalan məlumat verib həmin torpaq sahəsini 2600 manata satacağı barədə yalan vədlər verib aldatmaqla, yəni zərərçəkmiş şəxsin xeyrinə faktiki olaraq hər hansı iş görmədiyi və ümumiyyətlə reallıqda belə bir niyyəti də olmadığı halda 2023-cü ilin oktyabr ayında Zaqatala rayonu Suvagil kəndində 600 manat dəyərində üç baş qoyunları, həmin tarixdə ayrı-ayrı vaxtlarda Zaqatala şəhərində müxtəlif yerlərdə hissə-hissə olmaqla 6 dəfəyə cəmi 8700 manat məbləğində, Suvagil kəndində iki dəfəyə cəmi 2300 manat məbləğində pul vəsaitlərini, eləcə də Zərərçəkmiş şəxs məxsus, «Volkswagen golf» markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı, 3000 manat dəyərində minik avtomobilini xx.xx.2023-cü il tarixdə Zaqatala rayonu 2 saylı notariat ofisində öz adına baş etibarnamə almaqla vahid niyyətlə ələ keçirib zərərçəkmiş şəxsə ümumilikdə 14 600 manat, yəni xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə iclasında iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş və ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxsı çoxdan tanıyır, aralarında dostluq münasibətləri də olmuşdur. Ona torpaq barədə heç bir şey deyilməmişdir, sadəcə pul borc götürmüşdür, onu da qaytaracaqdır. İstintaq zamanı ifadəsini ətraflı vermişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, uşaqların xeyir işinə görə pulun ödənilməsini gecikdirmişdir. Həmin pulları hissə-hissə götürmüşdür. Məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, o, Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs ümumilikdə 14600 manat pulunu dələduzluqla ələ keçirmişdirlər. O həmin məbləğdən əldə etdiyi ona düşən yarı pay hissəsini, yəni həmin məbləğin yarısını zərərçəkmiş şəxsə ödəmişdir, onunla barışmışdır. Həmçinin həmin pay hissəsinin 25 faizin yarısı olan 1825 manat pulu da dövlət büdcəsinə ödəmişdir. Həbsdə olduğundan qeyd etdiyi məbləği Təqsirləndirilən şəxs2 vermişdir, onun adından Təqsirləndirilən şəxs2 dövlət büdcəsinə keçirmişdir. Barəsində olan cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş X16 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş və ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxsı 7-8 ildir ki, tanıyır. Mülkümov oğluna torpaq almaq istəmiş, o da Massiv tərəfərdə torpaq satıldığını demişdir. Belə ki, Cəbrayıl onunla Elçinin yanında torpaq almaq istəməsi ilə bağlı söhbət açmışdır. Onlar Cəbrayıla torpaq göstərmişlər. Məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, o, Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs ümumilikdə 14600 manat pulunu dələduzluqla ələ keçirmişdirlər. O, həmin məbləğdən əldə etdiyi ona düşən yarı pay hissəsini, yəni həmin məbləğin yarısını zərərçəkmiş şəxsə ödəmişdir, onunla barışmışdır. Həmçinin həmin pay hissəsinin 25 faizin yarısı olan 1825 manat pulu da dövlət büdcəsinə ödəmişdir. Həmçinin Təqsirləndirilən şəxs1 həbsdə olduğundan ona düşən pay hissəsinin 25 faizi yəni 1825 manatı da onun adından eyni qəbzdə ödəmişdir. Yəni Elçinin adından ödənilən məbləğ Elçin tərəfindən verilmişdir. Barəsində olan cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş və ifadəsində göstərmişdir ki, o, Zaqatalada maşın ustası kimi işləyir. Elçinin də maşınları olmuş, tez-tez yanına gəlib getmişdir. Aygün ifadəsində bildirmişdir ki, o həmişə onun yanında olmuşdur, lakin bu yalandır. O torpaq söhbəti olandan sonra bir dəfə Aygün işləyən kafeyə gedib yemək yemişdir, pulunu da vermişdir. Elçin ona Danaçı massivində torpaqlar göstərmiş, Aygün isə həmin ikinci qəbz yazılan günü Bəhmətli tərəfdə yolun kənarında özünə məxsus torpağı satacağını demişdir. Lakin təqsirləndirilən şəxslərin əlinə pul keçəndən sonra hər şey yaddan çıxmışdır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, həmin pulları torpaq almaq üçün vermişdir. Onlar ona başqa torpağın sənədlərini göstərmişdirlər, onun isə sənəddən anlamadığı üçün inanmışdır. Həmçinin onlar onu aldadaraq bildirmişdirlər ki, onun verdiyi pullar üçün notarius möhürlü sənəd verəcək, lakin verməmişdir. Həmin qoyunların və maşının pulunu qəbzdə yazaraq, 14600 manat borca daxil edilmişdir. Ona vurulmuş zərərin 2000 manatını Elçin, 100 manatını isə Aygün qaytarmışdır. Danaçı massivində olan torpağıın sotunu 2000 manatdan danışmışdırlar. Bəhmətlidəki torpağı isə hissə-hissə ödəməyini bildirmişdirlər. Həmçinin pulun əzəvi olaraq həyətinə gətirdikləri kubikləri də, sahibi gəlib aparmışdır. Yekun olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmışdır. Ona vurulmuş zərər tam ödənilmişdir. Təqsirləndirilən şəxlərə qarşı şikayət və ya tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş və ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsləri tanıyır, aralarından heç bir ədavət və ya düşmənçilik yoxdur. Bildirir ki, təqsirləndirilən şəxslər onun yoldaşının sadəlövlüyündən istifadə edərək onu aldatmışdırlar. Yoldaşı torpaq almaq üçün onlara pul ödəmişdir. Əri Danaçı massivindəki torpağın sotunu 2000 manatdan danışdığını demişdir. Torpağa baxmağa yoldaşı getmişdir. Həmçinin pay torpağı da almaq istəmişdir. Aygünün də Bəhmətlidə pay torpağı olmuşdur. Təqsirləndilən şəxslər üç-dörd dəfə onlara pul almaq üçün gəlmişdirlər. Əri pulu hissə-hissə vermişdir, həmçinin yoldaşı onlara qoyun da vermişdir. İş materiallarına əlavə edilmiş Şahid3 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, məhkəmə iclasında iştirak edə bilməyəcəkdir, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 elan edilmiş ifadəsindən görünür ki, 2015-ci lin yanvar ayından 2025-ci ilin fevral ayınadək Car bələdiyyəsinin sədri vəzifəsində işləmiş, dəqiq tarixi yadında olmayan vaxtı 2023-cü ilin oktyabr ayında tanışı Vüsal ona yaxınlaşıb xahiş edib demişdir ki, vətəndaşlar öz aralarında torpaq alqı-satqısı ilə əlaqədar bir-birlərinə pul vermişlər, akt yazmışlar, həmin aktı bələdiyyənin möhürü ilə təsdiq edə bilərmi. O, həmin şəxslərin könüllü olaraq öz aralarında əvvəlcədən razılaşdıqlarını görmüş, aralarında torpaq məsələsi olduğuna ona görə akta möhür vurmağa razılıq vermiş və həmin aktın arxasına Car bələdiyyəsinin möhürünü vurmuş, həmin şəxslər bir-birlərinə pul verəndə orada olmamış, ondan əvvəl bir-birlərinə pul vermişlər. Əlavə olaraq bildirmişdir ki, vətəndaşlara bəzi sənədlər bələdiyyələr tərəfindən verildiyinə görə həmin akta möhür vurmuşdur ki, gələcəkdə onlara köməklik olunsun. Vüsal aktı ona göstərəndə həmin şəxslər özləri akta imza etmiş, ondan əvvəl torpaq satmaq adı ilə Elçin və Aygün adlı şəxslər Cəbrayıldan pul almışlar. Cəbrayıl Aygünə və Elçinə torpaq almaq adı ilə pul vermiş, həmin şəxslər aktın məzmununu özləri öz aralarında razılaşıb yazmşlar. İş materiallarına əlavə edilmiş Şahid4 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, məhkəmə iclasında iştirak edə bilməyəcəkdir, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 elan edilmiş ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Mövlud qızını tanıyır, qohum deyil, ədavəti yoxdur. Təqsirləndirilən şəxs2 Mövlud qızını əvvəllər tanımamışdır. Dəqiq tarixi yadında olmayan vaxtı 2023-cü ilin oktyabr ayında saat təxminən 11 radələrində Cəbrayılla və Elçinlə təsadüfən Zaqatala şəhərində notariusun qarşısında görüşmüş, Elçin və Cəbrayıl notariusdan çıxmışlar. Aygün Elçinin maşınında olmuşdur. Cəbrayıl ona demişdir ki, Elçin və Aygün ondan torpaq satmaq adı əvvəlcədən 3000 (üç min) manat pul almış, lakin torpağı verməmişlər. Elçin ona demişdir ki, Cəbrayıla torpaq satası idilər, Cəbrayıl onlara hissə-hissə ümumilikdə 12000 (on iki min) manat pul verəcək. Elçin və Aygün on iki min manat bitəndə Cəbrayıla 6 sot torpaq verəsi idilər. Cəbrayıl demişdir ki, Elçin və Aygün Zaqatala şəhəri Danaçı massivi adlanan yerdən ona özlərinə aid torpaq sahəsi olduğunu göstərmişlər və həmin torpaq sahəsini ona satacaqlarını bildirmişlər. O, Cəbrayıla və Elçinə nəyə görə notarial qaydada ərizəni təsdiq etmədiklərini soruşanda hər ikisi ona demişlər ki, Cəbrayıl əvvəlcədən Elçinə və Aygünə 3000 (üç min) manat pul vermişdir. Elçin və Cəbrayıl ona demişlər ki, Elçinə əvvəlcədən 3000 manat pul vermiş, lakin hazırda 3000 manat nəğd şəkildə yoxdur ki, banka oturtdurub notarius vasitəsilə etsinlər. Hazırda pul olmadığına görə notarial qaydada sənədləşdirə bilmirlər. Hər ikisi onu tanıdıqlarına görə xahiş edib demişlər ki, öz aralarında akt şəklində yazsınlar, o da aktı tərtib etməyə kömək etsin. Aktın məzmununu və aktda Cəbrayıldan pul almağı Aygünün adından yazdırmağı Elçin və Aygün özləri ona demiş, Zaqatala şəhərində Ağsarayla üzbəüz olan ksero kompyuter xidmətləri yerində kompyuterdə xx.xx.2023-cü il tarixli aktı tərtib edib həmin aktı Elçinə vermiş. Elçin həmin akta Aygünə və Cəbrayıla imza etdirdikdən sonra ona demişdir ki, həmin akta istənilən möhürü vurdursun. Həmin vaxt Zaqatala şəhərində təsadüfən Car bələdiyyəsinin sədri Abdulla ilə rastlaşmış və Abdulladan xahiş etmiş, Abdulladan həmin aktın arxasına Car bələdiyyəsinin möhürünü vurmuş, bundan sonra aktı Elçin Cəbrayılın işlədiyi sexdə Cəbrayıla vermiş, təxminən bir aydan sonra Cəbrayılla təsadüfən rastlaşmış, Cəbrayıl ona demişdir ki, Elçin və Aygün onu aldadıb Danaçı massivi adlanan yerdə başqasının torpağını göstərmiş, göstərdikləri torpaq sahəsi Elçnin və Aygünün torpağı olmamış, Cəbrayılın pulunu ələ keçirmişlər. Cəbrayıl daha sonra ona demişdir ki, Elçin və Aygün onu aldadıb Bəhmətli kəndində də guya Aygünə məxsus bir hektara yaxın pay torpağını ona satmalı idilər, lakin aldadıb həmin torpağı da ona verməmişlər, pulunu mənimsəmişlər. Bundan sonra nə baş verməsindən xəbəri olmamışdır. Cəbrayıl və Elçin ona demişlər ki, Cəbrayıl onlara 3000 manat pulu əvvəlcədən vermişdir. Hazırda nəğd şəkildə pul olmadığına görə notarial qaydada sənəd tərib edə bilmirlər. Ona görə də onların arasında olan aktı Car Bələdiyyəsinin möhürü ilə təsdiq etdirmişlər. O, onların arasında olan 3000 manat söhbətində akt tərtib olunmasında iştirakı olmuş, pulun alınmasında və verilməsində heç bir iştirakı olmamışdır. Əslində o, həmin aktı tərtib etməkdə Cəbrayıla köməklik etmişdir. Həqiqətdə aktda göstərilən 3000 manat pulu Elçin və Aygün Cəbrayıla torpaq satmaq adı ilə almışlar. Aktın məzmununu Elçin və Aygün özləri ona demişlər. Cəbrayılın onlara pul verməsinini sübut etmək üçün həmin aktı tərtib edilməsini ondan xahiş etmişlər. Həmin aktın təritib edilməsində onlara köməklik etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 elan edilmiş ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Mövlud qızını tanımır, qohum deyil, ədavəti yoxdur. «Volkswagen Golf» markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobili trubo.az satında görüb bəyənmiş, həmin avtomobili Zaqatala şəhər sakini tanımadığı Məhəmməd adlı şəxsdən dəqiq tarixi yadında olmayan vaxtı 2024cü ilin yaz ayında baş etibarnamə əsasında 1800 manata almış, avtomobil işlək vəziyyətdə olmadığına görə 700 manat pul verib mühərrikini yığdırmış və digər təmir işləri etdirmiş, təxminən iki ay sonra avtomobilin sahibi tərəfindən avtomobilə olan etibarnamə ləğv edilmiş, o avtomobilin sahibini soraqlayıb tapmış və Cəbrayıl adında şəxs olduğunu bilib onunla görüşmüş, Cəbrayıl ona emişdir ki, maşını baş etibarnamə əsasında Aygün və Elçin adlı şəxslərə verib torpaq alası olmuş, həmin şəxslər torpağı verməmiş, maşını da qaytarmamışlar. O, Cəbrayıla, «mən səni və torpaq alası olduğun şəxsləri tanımıram, mənim nə günahım var, mən pulumu verib başqasından maşını almışam» demiş, maşını Məhəmməd adlı şəxsdən aldığını bildirmiş, təxminən altı aydan sonra Cəbrayıl avtomobilə dair ona baş etibarnamə vermiş, həmin avtomobili təxminən 2024-cü iln avqust ayının əvvəllərində **-BP-*** dövlət qeydiyyat nişanlı nömrə ilə arvadı X7 adına səndəlşdirmiş, arvadı Nərminin adından özünə baş etibarnamə almış, avtomobili həyat yoldaşı Nərminin adına sənədləşdirəndən təxminən 2 ay sonra tanımadığı şəxsə 2900 (iki min doqquz yüz) manata satmışdır. İş materiallarına əlavə edilmiş 10 oktyabr 2024-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” qərardan görünür ki, material üzrə Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələrinin tərkibi olduğundan fakta görə həmin maddələrlə ********* nömrəli cinayət işi başlanmış və ibtidai istintaq aparılması üçün icraata qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs və X16 tərəfindən imzalanmış, Car Bələdiyyəsinin sədri Şahid3 tərəfindən imzalanmış və möhürlənmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Mülkümov X8 Aygün Mövlüd qızına qaytarmaq şərti ilə 3 (üç) ay müddətinə 3000 (üç min) manat vermişdir. İş materiallarına əlavə edilmiş 03 mart 2025-ci il tarixli yazı qeydindən (qəbz) görünür ki, Mülkümov X8 Ayügün Mövlüd qızına 14600 (on dörd min altı yüz) manat pul vermiş, həmin qəbzdə olan yazı qeydinə Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs2 imza etmişlər. İş materiallarına əlavə edilmiş 10 oktyabr 2024-cü il tarixli “zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs kimi tanınmış və qərar ona elan edilmişdir. İş materiallarına əlavə edilmiş 28 oktyabr 2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilməklə qərarın surətinin təqdim edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş 28 oktyabr 2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilməklə qərarın surətinin təqdim edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş 28 oktyabr 2024-cü il tarixli “təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında” qərardan görünür ki, xx.xx.1988-ci ildə Zaqatala rayon Bəhmətli kəndində anadan olmuş, Zaqatala rayonu, Bəhmətli kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs2 barəsində axtarış elan edilmişdir. İş materiallarına əlavə edilmiş 28 oktyabr 2024-cü il tarixli “təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında” qərardan görünür ki, xx.xx.1973-cü ildə ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs1 barəsində axtarış elan edilmişdir. İş materiallarına əlavə edilmiş 28 oktyabr 2024-cü il tarixli “cinayət işi üzrə icraatın dayandırılması barədə” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yeri müəyyən edilib istintaqa təqdim edilənədək dayandırılmışdır. İş materiallarına əlavə edilmiş 16 dekabr 2024-cü il tarixli “axtarışda olan şəxsin tutulması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə Ucar rayonu ərazisində saxlanılaraq xx.xx.2024-cü il tarixdə Zaqatala RPŞ-ə gətirilərək MYS-yə təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş 16 dekabr 2024-cü il tarixli “axtarışda olan şəxsin tutulması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə Ucar rayonu ərazisində saxlanılaraq xx.xx.2024-cü il tarixdə Zaqatala RPŞ-ə gətirilərək MYS-yə təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş 17 dekabr 2024-cü il tarixli “cinayət işi üzrə icraatın təzələnməsi barədə” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmiş və icraata qəbul edilərək istintaqı davam etdirilmişdir. İş materiallarına əlavə edilmiş 18 dekabr 2024-cü il tarixli “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və o, Zaqatala MYS-dən azad edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Muradov X17 Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 28 gün azadlıqdan məhrum edilimiş, Şəki Apellyasiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə hökm dəyişdirilərək 02 il azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, həbsdə saxlanılma müddəti nəzərə alınmaqla üzərində qəti olaraq 01 il 06 ay 20 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, məhkumluğu ödənilmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-16-35-88/2-47026/2025 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 Şəki Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 1(107)- 118/2019 saylı xx.xx.2019-cu il tarixli qərarı ilə ona təyin olunmuş 1 il 6 ay 20 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş və xx.xx.2020-ci il tarixdə cəzasını çəkib qurtarmışdır. Təqsirləndirilən şəxs1 cəza müddətinin bitməsi ilə əlaqədar olaraq xx.xx.2020- ci il tarixdə Zaqatala rayon İcra və Probasiya şöbəsinin probasiya qeydiyyatından çıxarılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu yoxdur. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Məhkəməsinin 4(033)-30/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, vəsatət təmin olunaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs - xx.xx.1973-cü ildə Zaqatala şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, ünvan 3 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs1 barəsində 2 (iki) ay 12 (on iki) gün müddətinə, yəni, 16 dekabr 2024-cü il tarixdən saat 19:25-dən hesablanmaqla 28 fevral 2025-ci il tarixə saat 19:25dək həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon məhkəməsinin 4(033)-5/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, vəsatət təmin edilərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs – 03 avqust 1973-cü ildə Zaqatala şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşamış Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti 02 (iki) ay, yəni 28 fevral 2025-ci il tarixdən 28 aprel 2025-cü il tarixə saat 19:25-dək uzadılmışdır. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon məhkəməsinin 4(033)-7/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, təqdimat təmin edilərək, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs – 03 avqust 1973-cü ildə Zaqatala şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşamış Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 20 (iyirmi) gün müddətinə, yəni, 17 may 2025- ci il tarixədək uzadılmışdır. İş materiallarına əlavə edilmiş Zaqatala RİHB-nın Bəhmətli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 25 dekabr 2024-cü il tarixli, 5-82-16/2-1046/2024 saylı, arayışdan görünür ki, Bəhmətli kənd sakini Təqsirləndirilən şəxs2 ailə tərkibi özündən, 2010 və 2013-cü il təvəllüdlü iki qızından ibarətdir. İş materiallarına əlavə edilmiş Zaqatala RİHB-nın Bəhmətli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 25 dekabr 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Bəhmətli kənd sakini Təqsirləndirilən şəxs2 kənddə yaşadığı müddətdə onun barəsində nümayəndəliyə yazılı və ya şifahi şikayət daxil olmamışdır. İş materiallarına əlavə edilmiş Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, xx.xx.2013-cü il tarixdə doğulmuş X12 və xx.xx.2010-ci il tarixdə doğulmuş X13 anası Təqsirləndirilən şəxs2dır. İş materiallarına əlavə edilmiş Zaqatala Bələdiyyəsi tərəfindən verilmiş 27 fevral 2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Zaqatala şəhəri, Nəriman Nərimanov küçəsi, ev 15 ünvanında yaşayan Təqsirləndirilən şəxs1 barəsində Zaqatala Bələdiyyəsinə yazılı və ya şifahi olaraq heç bir şikayət daxil olmamışdır. İş materiallarına əlavə edilmiş Zaqatala RİHB-nın Zaqatala şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 18 mart 2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 ailə tərkibi özündən, yoldaşından və 1997-ci il təvəllüdlü bir oğlundan ibarətdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X30 “Zaqatala Rayon Mərkəzi Xəstəxansı” X29 tərəfindən verilmiş 26 dekabr 2024-cü il tarixli, 18-1-78/2-1582/2024 saylı məktubdan görünür ki, xx.xx.1973-cü il təvəllüdlü Təqsirləndirilən şəxs1 və xx.xx.1988-ci il təvəllüdlü Həsənova X15 RMX PHŞnin Narkoloji və Psixiatrik kabinetlərində qeydiyyatda yoxdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Dövlət yol Polis İdarəsinin Şəki Regional Qİ və TB şöbəsinin xx.xx.2025-ci il tarixli, 3-18-16-6/2-70/2025 nömrəli məktubuna əlavə edilmiş X21 İmtahan və Texniki baxış şöbəsində yaradılan mərkəzləşdirilmiş kompyüter bazasına əsasən əldə edilmiş məlumatlardan görünür ki, 1992-ci il buraxılışlı, BD107435 nömrəli şəhadətnamə əsasında Zərərçəkmiş şəxs adına olmuş «Volkswagen Golf» markalı **-BX-*** dövlət qeydiyyat nişanlı, mühərrik həcmi m.i.h.2000 olan avtomobil etibarnamə ilə Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü ildən xx.xx.2024-cü il tarixədək verilmiş, etibarnamə xx.xx.2024-cü il tarixdə qüvvədən düşüb. Etibarnamənin hüquqi əsası: Nəqliyyat vasitəsinə dair sərəncam hüququ olmuşdur. Bundan sonra etibarnamə ilə X2 xx.xx.2024-cü ildən xx.xx.2024-cü il tarixədək verilmiş, etibarnamə xx.xx.2024-cü il tarixdə qüvvədən düşüb. Etibarnamənin hüquqi əsası: nəqliyyat vasitəsinə dair sərəncam hüququ olmuşdur. Bundan sonra avtomobil etibarnamə ilə: Şahid5 xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilədək verilmiş, etibarnaməyə xx.xx.2024-cü il tarixdə xitam verilib. Etibarnamənin hüquqi əsası: nəqliyyat vasitəsinə dair sərəncam hüququ olmuşdur. Bundan sonra avtomobil etibarnamə ilə: Şahid5 xx.xx.2024-cü ildən xx.xx.2025-ci ilədək verilmiş, etibarnamənin hüquqi əsası: nəqliyyat vasitəsinə dair sərəncam hüququ olmuşdur. Bundan sonra həmin avtomobil xx.xx.2024-cü il tarixdə nömrə nişanı: **-BP-*** Şəhadətnamə: BD569175 nömrəli şəhadətnamə ilə X7 adına sənədləşdirilmiş, qeydiyyat üçün əsas: alqi-satqı müqaviləsi BDYPİ Şəki RQİ və TBŞ- 45BX126 olmuş, etibarnamə ilə: Şahid5 xx.xx.2024-cü ildən xx.xx.2033-cü ilədək səlahiyyətlər ötürülmüşdür. Etibarnamənin hüquqi əsası: nəqliyyat vasitəsindən istifadə hüququ olmuşdur. Bundan sonra avtomobil etibarnamə ilə: X5 xx.xx.2024-cü ildən xx.xx.2032-ci ilədək verilmiş, etibarnamənin hüquqi əsası: nəqliyyat vasitəsindən istifadə hüququ olmuşdur. İş materiallarına əlavə edilmiş Əliabad həstəlik bazarının müdiri tərəfindən verilmiş 03 fevral 2025-ci il tarixli, 01 nömrəli məktubdan görünür ki, ümumilikdə 03 baş xırdabuynuzlu heyvanların 2023-cü ilin oktyabr ayına orta bazar qiyməti 540 (beş yüz qırx) manat- 600 (altı yüz) manat arasında olmuşdur. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Polis Şöbəsinin DYPB-ni tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli raportdan görünür ki, “Volkswagen Golf” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xidməti ərazidə sürülmədiyindən Zaqatala RPŞnin duracağına yerləşdirmək mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini, İİ dərəcəli dövlət ədliyyə müşaviri Elçin Məmmədov tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti 02 (iki) ay olmaqla 05 (beş) ayadək, yəni 28 fevral 2025-ci il tarixdən 28 aprel 2025-ci il tarixədək uzadılmışdır. İş materiallarına əlavə edilmiş 01 aprel 2025-ci il tarixli “ifadələrin yerində yoxlanması haqqında” protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs istintaqa vermiş olduğu ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək Təqsirləndirilən şəxs1 onu aldadıb özünə və Təqsirləndirilən şəxs2 aid torpaq sahəsi kimi göstərdiyi torpaq sahələrini əyani surətdə yerində göstərmiş, müəyyən olunmuşdur ki, Zaqatala şəhəri Danaçı massivi adlanan ərazidə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istifadəsində və sahibliyində olan torpaq sahələri yoxdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 2023-cü ilin oktyabr ayında, əvvəllər Zaqatala şəhər Danaçı massivi, hazırda Zaqatala şəhər Şimal-Qərb massivi adlanan ərazidə Xurşudbanu Natəvan küçəsində yerləşən Zaqatala şəhər bələdiyyəsinə məxsus şəhid və qazi ailələrinə bina tikilməsi üçün nəzərdə tutulmuş torpaq sahəsində özlərinə məxsus 2 ədəd yanaşı 6 sot torpaq sahəsini və həmin yerdən 150 metr aralıda Babək küçəsində yerləşən X14 məxsus topaq sahəsini Zərərçəkmiş şəxs özlərinə məxsus torpaq sahəsi kimi göstərərək həmin torpaq sahəsini satacaqlarını yalan vəd verib aldadaraq sonuncunun pulunu ələ keçirmişlər. İş materiallarına əlavə edilmiş 02 aprel 2025-ci il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələrilə elan edilmiş 28 oktyabr 2024-cü il tarixli ittihama düzəlişlər edilərək ona həmin maddələrlə yenidən ittiham elan edilməsi və barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınması, Təqsirləndirilən şəxs2 Möylüd qızına Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələrilə elan edilmiş 28 oktyabr 2024-cü il tarixli ittihama düzəlişlər edilərək ona həmin maddələrlə yenidən ittiham elan edilməsi və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam dəyişdirilmədən qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Möylüd qızının əməllərində Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsinin tərkibi olmadığına görə barələrində həmin maddə ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, Məmmədov Şahid4, Şahid3, X1, Şahid5, X7 və X4 əməllərində Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələrinin tərkibi olmadığına görə barələrində həmin maddələrlə cinayət təqibinin başlanmasının rədd edilməsi, cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs təqdim etdiyi bir vərəqdən ibarət xx.xx.2023-cü il tarixli yazı qeydi (akt) və bir vərəqdən ibarət 03 mart 2025-ci il tarixli yazı qeydi (qəbz) ittihamı təsdiq edən maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilməsinin nəzərə alınması, Təqsirləndirilən şəxs2 Möylüd qızının xx.xx.2023-cü il tarixli yazı qeydində (akt) və bir vərəqdən ibarət 03 mart 2025-ci il taritxli yazı qeydində (qəbz) X3 aldıqları pulu borc kimi yazmaqları özünü müdafiə, öz cinayət əməllərini ört-basdır etməsi cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə yazdığı dəlillər kimi qiymətldəndirilməsi, iş üzrə məhkəməəmtəəşünaslıq ekspertizasının təyin edilməməsində dələduzluq yolu ilə talanmış əmlakların qiyməti barədə kifayət qədər məlumatların olması və Məhkəmə Ekspertiza Mərkəzinin rəisinin 04 mart 2025-ci il tarixli, 3-16-16/2-119/25 nömrəli məktubunun nəzərə alınması, dələduzluğun törədilməsi nəticəsində ələ keçirilmiş əmlakın dəyərinə dair mübahisə olmadığına görə zərərçəkmiş şəxsin ifadəsində göstərdiyi məbləğin nəzərə alınması, işdə olan zərərçəkmiş şəxsin, təqsirləndirpilən şəxslərin ifadələri, şahidlərin ifadələri, üzləşdirmə protokolları, maddi sübutlar, istintaq hərəkəti protokollarına əlavələr və digər istintaq sənədlərinin obyektiv olub cinayət işinin materialları ilə uyğunluq təşkil etdiyindən ittihamı təsdiq sübut kimi qiymətləndirilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş 04 aprel 2025-ci il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələrdə nəzərdə tutulan ittiham yenidən elan edilmişdir. İş materiallarına əlavə edilmiş 05 aprel 2025-ci il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələrdə nəzərdə tutulan ittiham yenidən elan edilmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş 05 aprel 2025-ci il tarixli ərizədən (qəbzdən) görünür ki, ona dəymiş ziyanın təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən 2100 manat hissəsi ödənilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, 20085 nömrəli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Mövlud qızı tərəfindən “dəymiş ziyanın 25 faizi” təyinatı ilə dövlət hesabına 3650 manat ödəniş edilmişdir. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs1 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs ümumilikdə 14600 manat pulunu dələduzluqla ələ keçirmişdirlər. O həmin məbləğdən əldə etdiyi ona düşən yarı pay hissəsini, yəni həmin məbləğin yarısını zərərçəkmiş şəxsə ödəmişdir, onunla barışmışdır. Həmçinin həmin pay hissəsinin 25 faizin yarısı olan 1825 manat pulu da dövlət büdcəsinə ödəmişdir. Həbsdə olduğundan qeyd etdiyi məbləği Təqsirləndirilən şəxs2 vermişdir, onun adından Təqsirləndirilən şəxs2 dövlət büdcəsinə keçirmişdir. Barəsində olan cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs2 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs ümumilikdə 14600 manat pulunu dələduzluqla ələ keçirmişdirlər. O, həmin məbləğdən əldə etdiyi ona düşən yarı pay hissəsini, yəni həmin məbləğin yarısını zərərçəkmiş şəxsə ödəmişdir. Onunla barışmışdır. Həmçinin həmin pay hissəsinin 25 faizi olan 1825 manat pulu da dövlət büdcəsinə ödəmişdir. Həmçinin Təqsirləndirilən şəxs1 həbsdə olduğundan ona düşən pay hissəsinin 25 faizin yarısını yəni 1825 manatı da onun adından eyni qəbzdə ödəmişdir. Yəni Elçinin adından ödənilən məbləğ Elçin tərəfindən verilmişdir. Barəsində olan cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş həqiqiliyi Zaqatala rayon 2 saylı notariat ofisində təsdiq edilmiş Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmışdır. Onlara qarşı şikayət və ya tələbi yoxdur. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixli ərziəsindən görünür ki, ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxsdir. İş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ona dəymiş 14600 (on dörd min altı yüz) manat ziyanı tam həcmdə ödəmişdirlər. Ziyanı hər iki şəxs ödəmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmışdır, onlardan heç bir şikayət və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsinə etirazı yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan suiistifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə- bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş ziyanın ümumi məbləği 14600 (on dörd min altı yüz ) manat olmuşdur. Təqsirləndirilən şəxs1 vurulmuş ziyanı üzərinə düşən pay üzrə tam ödəmiş, zərərçəkmiş şəxslə barışıq əldə etmiş, vurulmuş ziyanın üzərinə düşən pay üzrə iyirmi beş faizi miqdarını dövlət büdcəsinə ödəmişdir. Həmçinin Təqsirləndirilən şəxs2 vurulmuş ziyanı üzərinə düşən pay üzrə tam ödəmiş, zərərçəkmiş şəxslə barışıq əldə etmiş, vurulmuş ziyanın üzərinə düşən pay üzrə iyirmi beş faizi miqdarını dövlət büdcəsinə ödəmişdir. Məhkəmə hesab edir ki, qanunvericiliyin aşağıda sadalanan müddəalarına görə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən Bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 72–73-2-ci maddələrində nəzərdə tutulan cinayət əməli iştirakçılıqla törədildiyi hallarda, zərərçəkmiş şəxsə dəymiş ziyan və bu Məcəllənin 73-1.2, 73-1.3 və 73-2.2-ci maddələrində nəzərdə tutulan dövlət büdcəsinə ödəniş cinayətin iştirakçılarının hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətindən, vurulmuş zərərin həcminə və xarakterinə onun təsirindən asılı olaraq məhkəmə tərəfindən müəyyən olunmuş pay üzrə ödənilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinin həmin Məcəllənin 73-1.2 və 73-1.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 yanvar 2023-cü il Qərarından qeyd edilmişdir ki, AZərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsində nəzərdə tutulan cinayət əməli (əməlləri) iştirakçılıqla törədildikdə, cinayətin iştirakçılarının hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən, eləcə də qanunla müəyyən edilmiş digər hallardan asılı olaraq cinayət nəticəsində vurulmuş ümumi ziyanın müəyyən edilmiş paya əsasən üzərinə düşən hissəsini zərərçəkmiş şəxsə tamamilə ödəməklə onunla barışmış, habelə həmin payın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etmiş şəxs müvafiq qaydada cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinin tələblərinə əsasən Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunun müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Beləliklə, məhkəmə təqsirləndirilən şəxslərin zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəmələrini, zərərçəkmiş şəxsin onlarla barışmasını, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxslərin ərizələrini, eyni zamanda cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etmələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər barəsində cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Həmin Məcəllənin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başa yerə getməmək haqqında iltizam növündə” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs təqdim etdiyi 01 (bir) vərəqdən ibarət xx.xx.2023-cü il tarixli yazı qeydi (akt) və 01 (bir) ədəd vərəqdən ibarət 03 mart 2025-ci il tarixli yazı qeydi (qəbz) və 01 (bir) ədəd ödəniş qəbzinin əsili cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və CPM-in 37, 39, 40, 43, 132, 162, 175, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs1 barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal azad edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs2 barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başa yerə getməmək haqqında iltizam növündə” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs təqdim etdiyi 01 (bir) vərəqdən ibarət xx.xx.2023-cü il tarixli yazı qeydi (akt), 01 (bir) ədəd vərəqdən ibarət 03 mart 2025-ci il tarixli yazı qeydi (qəbz) və 01 (bir) ədəd ödəniş qəbzinin əsili cinayət işinin materiallarında saxlanılsın. İş üzrə xüsusi müsadirə ediləcək əmlakın, məhkəmə xərcinin və mülki iddianın olmaması nəzərə alınsın. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, elan edildiyi andan 20 (iyirmi) gün keçdikdən sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №1(033)-30/2025
Zaqatala Rayon Məhkəməsi Qərar — İş №1(033)-30/2025
03.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver