Məhkəmə qərarları › İş №1(033)-31/2021

Zaqatala Rayon Məhkəməsi Hökm — İş №1(033)-31/2021

06.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Zaqatala rayonu İş № 1(033)-31/2021 06.10.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X1 katibliyi, dövlət ittihamçısı - Аzərbаycаn Respublikаsı Bаş Prоkurоrluğunun Dövlət ittihаmının müdаfiəsi üzrə idаrəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihаmının müdаfiəsi üzrə şöbəsinin prоkurоru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Zaqatala Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs: 24 avqust 1993-cü ildə Zaqatala rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Zaqatala rayon Qımır kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam qətimkan” tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs оğlu tamah niyyəti ilə 19 noyabr 2019-cu il tarixdə, saat 07 radələrində Abşeron rayonu, Saray qəsəbəsi, F.Əmirov küçəsində yerləşən, Zərərçəkmiş şəxs işlətdiyi ərzaq mağazasına, yəni başqa saxlanc yerinə qanunsuz daxil olub, mağazadan sonuncuya məxsus 500 manat dəyərində “Kent”, “Sobranie”, “Winston”, “Classic”, “LD” markalı siqaretləri, 500 manat dəyərində müxtəlif markalı parfumeriya mallarını, 300 manat dəyərində şampunları, 200 manat dəyərində müxtəlif çeşidli konfetləri, 250 manat dəyərində “Azerfon”, “Bakcell” və “Azercell”-in mobil telefon nömrələri üçün danışıq kartlarını, 150 manat dəyərində uşaq bezlərini, 160 manat dəyərində 04 ədəd yataq dəstlərini, 75 manat dəyərində 3 ədəd yorğanları, 50 manat dəyərində “Səba” toyuqlarını, 300 manat dəyərində müxtəlif markalı içkiləri, 50 manat dəyərində “Dirol” saqqızlarını, 265 manat dəyərində müxtəlif çeşidli şirniyyatları, 100 manat dəyərində müxtəlif çeşidli sabunları, 100 manat dəyərində müxtəlif çeşidli yuyucu tozları gizli olaraq qanunsuz və əvəzsiz talayıb Zərərçəkmiş şəxs ümumilikdə 3000 (üç min) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən kustar üsulla kastet (beşbarmaq) tipində hazırlanmış, vurucu-əzici xassəyə malik, 01 ədəd soyuq silah hesab edilən əşya əldə edərək üzərində gəzdirmiş, 10 fevral 2021-ci il tarixdə, saat 01:15 radələrində etibarnamə və sürücülük hüququ olmadan idarə etdiyi “Hyundai Accent” markalı, ** NO *** dövlət qeydiyyat nişanlı avtomaşınla Zaqatala şəhərində hərəkətdə olarkən yol hərəkəti qaydalarını pozduğuna görə Zaqatala RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən saxlanılmış, həmin avtomobil Zaqatala RPŞ-nin müvəqqəti duracağına gətirilib orada yerləşdirilərkən özünü şübhəli apardığına görə üzərində həmin gün saat 01:20 radələrində şəxsi axtarış aparılarkən əynindəki şalvarın sağ yan cibində kustar üsulla kastet (beşbarmaq) tipində hazırlanmış, vurucu-əzici xassəyə malik, 01 ədəd soyuq silah hesab edilən əşya aşkar edilərək götürülmüşdür. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə elan edilmiş ittihamla təqsirli bilərək və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi ilə bağlı ittihamla özünü təqsirli bilməyərək, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, Abşeron rayonunun Saray qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs 2015-ci il tarixdən tanıyır. Nərimanla qohumluq əlaqəsi vardır. Onun xalası X4 həmin ili Nərimanın qardaşı Ariflə ailə həyatı qurduğu vaxtdan Nərimanı tanımış və aralarında mehriban münasibət yaranmışdır. Nərimana etibar etdiyinə görə 2019-cu ilin yanvar ayında həbsdə olan xalasının əri Arifə məxsus 13 baş qoyunları Saray qəsəbəsində saxlaması üçün Nərimana vermişdir. Nəriman isə həmin qoyunları 2-3 aydan sonra ondan xəbərsiz tanımadığı şəxslərə satmışdır. Həmin qoyunların ümumi qiyməti 3000 manat idi. O, bunu bildikdən sonra Nərimandan dəfələrlə qoyunların pulunu verməsini tələb edərkən, Nəriman ona qoyunları satıb pulunu xərclədiyini, maddi imkanı olan kimi qoyunların pulunu qaytaracağını demişdir. Bundan sonra o, Nərimana qoyunların pulunu vermədiyi halda işlədiyi mağazadan həmin qiymətdə ərzaq malları götürəcəyini demişdir. O, Nərimana bu sözləri dedikdən sonra 19 noyabr 2019-cu il tarixdə saat 09 radələrində o, Saray qəsəbəsinə Nərimanın işlədiyi mağazanın yanına gəlmiş, Nərimana zəng edib demişdir ki, mağazanın yanına gəlsin onun borcunu versin, bundan sonra Nərimanı gözləsə də, Nəriman gəlməmişdir. Bundan sonra, o, mağazanın arxa qapısını açıb mağazaya daxil olub mobil telefonu ilə Nərimana yenidən zəng edib işlədiyi mağazaya gəlməsini xahiş etmişdir. Əlavə olaraq demişdir ki, əgər mağazaya gəlməsə mağazadan borcun müqabilində ərzaq məhsulları götürəcəkdir. Nəriman isə telefonunu söndürmüşdür. O, Nərimanı mağazada gözləməyinə baxmayaraq Nəriman gəlib çıxmadığı üçün oradan müxtəlif ərzaq malları pendir, kərə yağı, müxtəlif çeşidli ərzaq mallar, siqaretlər və bir neçə adiyal götürmüşdür. Götürdüyü əşyaları mağazada olan boş kardon qutulara yığıb mağazadan çıxanda yenə Nərimanın mobil telefonuna zəng vurub mağazadan malları yığdığını bildirmişdir. Nəriman telefonda ona heç bir söz deməmişdir. O, mağazadan götürdüyü malları tanımadığı taksi avtomaşını ilə aparıb Xırdalan şəhərində tanımadığı yaşlı insanlara pulsuz paylamışdır. Sonradan ona məlum olmuşdur ki, Nəriman ondan Abşeron rayon polis idarəsinə şikayət etmişdir. Həmin məsələ ilə bağlı o, Bakı şəhərində olarkən Abşeron rayon polis idarəsinin istintaq şöbəsinə çağrılaraq orada müstəntiq tərəfindən onun ifadəsi alınmışdır. 08.02.2021-ci il tarixdə Abşeron rayonu Xırdalan ərazisində küçə ilə gedərkən yolun kənarında içərisində papiroslar olan qutu görmüşdür. O, həmin qutunu götürmək istəyərkən onun yanında beşbarmaq da olmuşdur. O, beşbarmağı götürüb cibinə qoymuşdur. 09.02.2021-ci il tarixdə atasının ad günü olduğu üçün Zaqatala rayonuna gəlmək qərarına gəlmişdir. Arvadı hamilə olduğu üçün o yol maşını ilə gələ bilməmişdir. O, RENTA CAR-dan avtomobil icarəyə götürmək istəmişdir, lakin onun sürücülük vəsiqəsi olmadığı üçün Bakı şəhərində olan tanışı Zaqatala rayon Çobankol kənd sakini X2 xahiş etmişdir ki, 08.02.2021-ci il tarixdə bir yerdə gedib onun adına “Hyundai Accent” markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobil icarəyə götürərək həmin avtomobillə Zaqatala rayona yola düşmüşlər. 09.02.2021-ci il tarixdə saat 06 radələrində onlar Zaqatala rayonu Qımır kəndinə gəlmişlər. Əfəndi avtomobili onun həyətində saxlayıb evə getmişdir. Həmin tarixdə təxminən saat 23 radələrində o, “Viski” içkisini almaq istədiyi üçün həyətdə saxlanılan Əfəndinin adına icarəyə götürdüyü “Hyundai Accent” markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Zaqatala şəhərinə gəlmişdir. 10.02.2021-ci il tarixdə saat 01 radələrində Zaqatala şəhərində yol patrul xidməti əməkdaşları onu saxlamış və avtomobilin sənədlərini təqdim edə bilmədiyi üçün Zaqatala rayon polis şöbəsinə dəvət etmişlər. Zaqatala rayon polis şöbəsində o, şübhəli şəxs qismində tutulub üzərinə şəxsi axtarış aparılacağı elan edilərək ona vəkillərin siyahısı təqdim olunmuşdur. O, həmin siyahıda olan vəkilləri tanımadığı üçün və maddi imkanı vəkil tutmağa imkan vermədiyi üçün xahiş etmişdir ki, ona növbətçilik cədvəli üzrə dövlət hesabından vəkil təqdim etsinlər. Daha sonra ona vəkil Müdafiəçi təqdim olunmuş və tutulmağı haqqında yazılı qərar və bildiriş aldıqdan sonra üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zaman o, əynindəki cins şalvarının sağ yan cibində gizlətdiyi bir ədəd beşbarmaq alətini və üstündəki gödəkçənin sol yan cibindən üzərində “Vinston” yazısı olan siqaret qutusunu təqdim etmişdir. Sonra idarə etdiyi “Hundai Aksent” markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobilə də baxış keçirilmiş və orada heç bir qanunsuz əşya və predmet aşkar edilməmişdir. Üzərindən aşkar olunmuş “beşbarmaq” alətini Xırdalan şəhərində tapmış və marağı yarandığı üçün üzərində saxlamışdır. Əlavə olaraq göstərdi ki, o, əvvəlcədən Nərimana bildirmişdir ki, qoyunları pulunu verməsə ona məxsus mağazaya girib qoyunların dəyər qiymətində mal yığacaqdır. Buna görə də o, mağazaya daxil olan kimi Nərimana zəng vurub məlumat vermişdir ki, mağazada malları yığır. O, mağazanın qapısını sındırmamış, qapını itələdikdə qapı öz özünə açılmışdır. Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi müxtəlif çeşidli siqaretləri, kartları, yataq ağlarını, yorğanı, toyuqları, şirələri, şirniyyatları, saqqızları və yuyucu tozlarını mağazadan götürmüş, lakin həmin malların dəqiq qiymətini bilmir. Çünki o həmin malları tanımadığı şəxslərə paylamışdır. Nərimanın mağazadan qeyd etdiyi malları götürməkdə məqsədi Nərimana verdiyi qoyunların əvəzi olmuşdur. Lakin o, sonradan barəsində Abşeron rayon polis idarəsində cinayət işi istintaq olunarkən Nərimana vurulmuş ziyanı tamamilə ödəmişdir. O etdiyi hərəkətdən peşmandır, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan əməli törətməmiş, eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə barəsində yüngül cəza tətbiq edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, o, Təqsirləndirilən şəxs 2015-ci ildən tanımışdır. Məcidlə aralarında uzaq qohumluq münasibəti vardır. 2019-cu ilin yanvar ayında Məcid ona 13 baş qoyun saxlamaq məqsədi ilə vermişdir. O, həmin qoyunlara baxa bilmədiyi üçün dəfələrlə Məcidə xəbər göndərmişdir ki, qoyunları aparsın. Məcid isə qoyunları aparmamışdır. O, məcburiyyət qarşısında qalıb qoyunları satıb pulunu Məcidə qaytarmaq qərarına gəlmişdir. Ümumilikdə satdığı qoyunların pulu 3000 manata yaxın olmuşdur. O, qoyunları satan günü pula ehtiyacı olduğu üçün satdığı qoyunların pulunu xərcləmişdir. Məcid dəfələrlə satdığı qoyunların pulunu istəməsinə baxmayaraq, qoyunların pulunu xərclədiyini, imkanı olan kimi qoyunların pulunu qaytaracağını demişdir. Bundan sonra 19 yanvar 2019-cu il tarixdə səhər vaxtlarında o, yaşadığı evdə olarkən Məcid onun mobil telefonuna zəng vurub qoyunların pulunu vermədiyi üçün mağazaya girib oradan malları yığacağını, eləcə də mağazaya gəlməyini xahiş etmişdir. O, da səhhətində problem olduğu üçün mağazaya getməmişdir. Bundan sonra Məcid onu yenidən telefonla yığaraq mağazada olduğunu onu gözlədiyini bildirmişdir. O, da Məcidin belə bir şey etməyəcəyini düşünüb mağazaya getməmişdir. Bundan sonra Məcid yenidən ona zəng edərək mağazadan borc müqabilində ərzaq götürdüyünü bildirmişdir. O, isə həmin vaxt onun başı ağırdığı üçün mağazaya bir neçə saatdan sonra gedəndə görmüşdür ki, mağazadan 500 manat dəyərində olan “Kent” “Sobranie” “Vinston” “Classic”, “LD” adlı siqaretləri, 500 manat dəyərində müxtəlif çeşidli konfetləri, 250 manat dəyərində “Azerfon” “Bakcel” və “Azercell” üçün danışıq kartları, 150 manat dəyərində pampersləri, 1 ədədi 40 manat olan 160 manat dəyərində 4 ədəd yataq ağları, 1 ədəd 25 manat dəyərində olan 3 ədəd cəmi 75 manat dəyərində yorğan, 1 ədədi 10 manat olan 50 manat dəyərində 1 qutuda 5 ədəd olan “səba” toyuqları, 300 manat dəyərində olan müxtəlif növ şirələr, 50 manat dəyərində “Dirol” adlı saqqızlar, 265 manat dəyərində müxtəlif çeşidli şirniyyatlar, 100 manat dəyərində müxtəlif çeşiddə sabunlar, 100 manat dəyərində yuyucu tozu, ümumilikdə 3000 manat dəyərində əmlakı oğurlanmışdır. O, Məcidin qeyd etdiyi hərəkətinə görə yəni ondan xəbərsiz mağazaya daxil olduqdan sonra ona zəng vurduğu üçün əsəbiləşərək Abşeron rayon polis idarəsində vermiş olduğu ifadəsində Məcidə heç bir borcu olmadığını, mağazadan malları yığarkən ona zəng vurub məlumat verməsini göstərməmişdir. Lakin Məcid qeyd etdiyi mağazadan malları yığarkən ona zəng vurub məlumat vermişdir. Eləcə də onun Məcidə 3000 manata yaxın pul borcu olmuşdur. Sonradan Məcid ona vurulmuş maddi ziyanı ödədiyi üçün o ərizə ilə müraciət edərək Məcid barəsində şikayəti və tələbi olmadığını bildirmişdir. Məcid hətta mağazaya girməmişdən bir neçə gün əvvəl də, eyni zamanda mağazaya gedərkən, mağazada olarkən və mağazadan malları götürdükdən sonra da ona qoyunların pulunun əvəzinə mağazadan mal yığacağını da demişdir. Hazırda ona dəymiş ziyan ödənilib, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. O, ifadəsində suallara cavab olaraq göstərdi ki, Təqsirləndirilən şəxs 19 noyabr 2019-cu il tarixdə saat 09 radələrində ona qoyunların pulunu vermədiyi halda işlədiyi mağazadan həmin qiymətdə ərzaq malları götürəcəyini demişdir. Məcid, ona bu sözləri dedikdən sonra 19 noyabr 2019-cu il tarixdə saat 09 radələrində Saray qəsəbəsinə onun işlədiyi mağazanın yanına gəlmiş, ona zəng edib demişdir ki, mağazanın yanına gəlsin onun borcunu versin, bundan sonra onu gözləsə də, o, işi olduğu üçün gəlməmişdir. Bundan sonra, Məcid, mağazanın arxa qapısını açıb mağazaya daxil olub mobil telefonu ilə ona yenidən zəng edib işlədiyi mağazaya gəlməsini xahiş etmişdir. Əlavə olaraq demişdir ki, əgər mağazaya gəlməsə mağazadan borcun müqabilində ərzaq məhsulları götürəcəkdir. O, isə əhəmiyyət verməyərək telefonunu söndürmüşdür. Məcid götürdüyü əşyaları mağazadan yığıb çıxanda yenə onun mobil telefonuna zəng vurub mağazadan malları yığdığını bildirmişdir. O, telefonda ona heç bir söz deməmişdir. Sonradan ondan Abşeron rayon polis idarəsinə şikayət etmişdir. Qeyd etdiklərinin də nəzərə alınmasını xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, Zaqatala RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis kapitanıdır. 10.02.2021-ci il tarixdə gecə radələrində əməliyyat-istintaq qrupunda olarkən Zaqatala RPŞ-nin DYP-nin YPX inspektoru polis baş serjantı Şahid2 tərəfindən qayda pozuntusuna görə duracağa yerləşdirilmiş “Hyundai Accent” markalı **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün üzərinə şəxsi axtarış və avtomobilə baxış keçirilərəkən o, polis əməkdaşları ilə birlikdə iştirak etmişdir. Əvvəlcə TB-nin təhqiqatçısı Ramazan Hüşənov “Hyundai Accent” markalı **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünü şübhəli şəxs qismində tutulması barədə qərar qəbul etdikdən sonra vəkil dəvət olunaraq vəkilin iştirakı ilə onun hüquq və vəzifələri izah olunaraq üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı TB-nin təhqiqatçısı polis mayoru Ramazan Hüşənov tərəfindən sonradan tanıdığı Təqsirləndirilən şəxs üzərində qanunsuz saxladığı narkotik vasitə, həmçinin cinayət xarakterli digər əşyalar və predmetlər olarsa təqdim etməsi təklifi olunmuşdur. Təqsirləndirilən şəxs əynindəki şalvarının sağ yan cibindən 1 ədəd qara rəngli beşbarmağı, əynindəki gödəkçənin sol yan cibindən vinston siqaret qutusunu təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd beşbarmaq iş üçün əhəmiyyət kəsb etdiyindən ekspertiza tədqiqatından keçirilməsi üçün qablaşdırılaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai Accent” markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən avtomobildən qanunsuz əşya və predmet aşkar edilməmişdir. Şəxsi axtarış və baxış zamanı video çəkilişdən istifadə olunmuş və şəxsi axtarış zamanı tərtib olunmuş protokola polis əməkdaşları ilə birlikdə imza etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid3 Şahid1 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, uzun müddətdir ki, Zaqatala RPŞ-nin DYP-nin YPX inspektoru vəzifəsində işləyir, polis baş serjantıdır. 10.02.2021-ci il tarixdə təxminən saat 01-15 dəqiqədə yol patrul xidməti inspektoru polis baş serjantı Fuad Əliyevlə birlikdə Zaqatala şəhəri ərazisində xidmətdə olarkən “Hyundai Accent” markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü sonradan öyrəndiyi Təqsirləndirilən şəxs manevr qaydalarını pozduğu üçün tərəfindən saxlanılaraq özünü təqdim edib avtomobilin sənədlərini yoxlayarkən onun sürücülük vəsiqəsi və avtomobili idarə etmək üçün etibarnaməsi olmadığı üçün sürücüyə izah etmişdir ki, avtomobili Zaqatala RPŞ-nin duracağına yerləşdirilməlidir. Sürücü onun qanuni tələblərinə tabeçilik göstərərək avtomobilini duracağa yerləşdirən zaman sürücü Təqsirləndirilən şəxs özünü şübhəli apardığı üçün onun narkotik tərkibli maddələr qəbul etməsi barədə şübhə yaratdığı üçün polis şöbəsinin rəhbərliyinə raportla məruzə etmişdir. Bundan sonra raportun icrası TB-nin təhqiqatçısı Ramazan Hüşənova həvalə olunmuşdur. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman şalvarının sağ yan cibindən 1 ədəd qara rəngli beşbarmaq aşkar olunmuşdur. Bundan sonra şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş əşyalar polis əməkdaşları tərəfindən ekspertiza tədqiqatına göndərilməsi üçün qablaşdırılıb götürülmüşdür. Bundan sonra, Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai Accent” markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən avtomobildən qanunsuz əşya və predmet aşkar edilməmişdir. Şəxsi axtarış və baxış keçirilərkən video çəklişdən istifadə edilmişdir. O, əvvəllər Təqsirləndirilən şəxs tanımamış, onun idarə etdiyi avtomobili qayda pozuntusuna görə saxlanılaraq idarə etdiyi avtomobili duracağa yerləşdirdikdə onun hərəkətlərindən şübhələnib raportla məruzə etmişdir. İşdə olan 10 fevral 2021-ci il tarixli şəxsi axtarış aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq saxladığı əşya və predmeti könüllü surətdə təqdim olunması təklif edilmişdir. Təqsirləndirilən şəxs üzərində olan bir ədəd beşbarmaq aləti və bir ədəd üzərində “Winston” yazısı olan siqaret qutusunu təqdim edə biləcəyini bildirmişdir. Şəxsi axtarış nəticəsində Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ cibindən bir ədəd qara rəngli beşbarmaq aləti, üstündəki gödəkcənin sol yan cibindən üzərində “Winston” yazısı olan siqaret qutusu aşkar edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X15 Bölməsi tərəfindən verilmiş 17/108 nömrəli 10 fevral 2021-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd predmet kustar üsulla kastet (beşbarmaq) tipində hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silahdır. İşdə olan 10 fevral 2021-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 01:40-da şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan 11 fevral 2021-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İşdə olan təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Zaqatala Rayon Polis Şöbəsinin Müvəqqəti saxlama yerindən 11 fevral 2021-ci il tarixdə saat 13:00-da azad edilmişdir. İşdə olan Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının Çobankol kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə şikayət və narazılıq daxil olmamışdır. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 23.02.2021-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Tərtər Hərbi Məhkəməsinin 19.02.2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.2.1, 332.2.3-cü maddələri ilə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 250 manat cərimə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 16.01.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 3 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş cəza 2 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmişdir. İşdə olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-192/2020 nömrəli 16.01.2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 03 il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə, ona təyin edilmiş həmin cəzanın 02 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilməsi hökm edilmişdir. İşdə olan 19 noyabr 2019-cu il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Baxış keçirilən yer Abşeron rayonu Saray qəsəbəsi F.Əmirov küçəsində yerləşən Zərərçəkmiş şəxs məxsus mağazadır. Həmin mağaza bir mərtəbəli olmaqla giriş qapısı plasmasdandır, mağazanın qarşı tərəfində pəncərə vardır. Mağazanın arxasında bir mərtəbəli çayxana vardır. Baxış zamanı iştirak edən Zərərçəkmiş şəxs mağazanın arxa qapısını göstərərək bildirdi ki, naməlum şəxs mağazanın arxasında olan çayxanaya daxil olaraq arxa qapıdan mağazaya daxil olub oğurluq etmişdir. O, qeyd etdi ki, mağazadakı mallarını yoxladıqda 500 manat dəyərində olan “Kent”, “Sobranie”, “Viniston”, “Klassik”, “LD” adlı siqaretlərin, 500 manat dəyərində müxtəlif növ porfümeriyalar, 300 manat dəyərində şampunlar, 200 manat dəyərində müxtəlif çeşiddə konfetlər, 250 manat dəyərində “Nar”, “Bakcell” və “Azercell” üçün danışıq kartları, 150 manat dəyərində pampreslər, 1 ədədi 40 manat olan 160 manat dəyərində 4 ədəd yataq ağları, 1 ədədi 25 manat dəyərində olan 3 ədəd cəmi 75 manat dəyərində yorğan, bir ədədi 50 manat dəyərində 1 qutuda 10 ədəd olan “Səba” toyuqları, 300 manat dəyərində olan müxtəlif növ şirələr, 50 manat dəyərində “Dirol” adlı saqqızlar, 265 manat dəyərində müxtəlif çeşiddə şirniyyatlar, 100 manat dəyərində müxtəlif çeşiddə sabunlar, 100 manat dəyərində yuyucu tozu, ümumilikdə mağazadan 3000 manat dəyərində əmlakların oğurlandığını aşkar etmişdir. Mağazada içəridə yerdə yandırılmış dəftər vardır. Mağazada bir ədəd şüşəli vitrin stolu yerə yıxılmışdır. Baxış zamanı heç bir maddi sübut əhəmiyyətli əşya aşkar edilmədi, baxış gündüz təbii işıqda keçirilmişdir baxış zamanı mühüm xüsusatların fotoşəkili çəkilərək protokola əlavə edildi. İşdə olan 05.03.2020-ci il tarixli axtarışda olan şəxsin yaxalanması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05.03.2020-ci il tarixdə saat 01:30 radələrində Abşeron rayonu ərazisində tutularaq Abşeron RPİ-yə təhvil verilmişdir. İşdə olan 06 mart 2020-ci il tarixli təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünr ki, Həşimov X9 Rayon Pİ-nin MSY-dən azad edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İşdə olan Zərərçəkmiş şəxs 08.06.2021-ci il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tamamilə ödənilmişdir. Ondan heç bir şikayət və tələbi yoxdur. İşdə olan doğum haqqında tibbi şəhadətnamədən görünür ki, 13.08.2021-ci il tarixdə Kərimova Gülnar Vəkil qızı əkiz uşaq dünyaya gətirmiş və yeni doğulmuş uşaqların atası Təqsirləndirilən şəxsdur. İşdə olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, 13 avqust 2021ci il təvəllüdlü əkiz-X6 və X5 ataları Təqsirləndirilən şəxs, anaları Kərimova Gülnar Vəkil qızıdır. İşdə olan Şamaxı rayon X8 Hüquqi Şəxsin 15 sentyabr 2021-ci il tarixli 3280 nömrəli arayışından görünür ki, Kərimova Gülnar Vəkil qızı (Təqsirləndirilən şəxs arvadı) 2013-cü ildən Şamaxı rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsində həkim psixiatrın kabinetində “şizofreniya paranoid forma” diaqnozu ilə qeydiyyatdadır. İkinci qrup əlildir. İşdə olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X12 Ərazi Bölmələrini İdarəetmə Birliyi Zaqatala rayon X8 Hüquqi Şəxsin 06 oktyabr 2021-ci il tarixli 840 nömrəli arayışından görünür ki, Zaqatala rayonu Qımır kənd sakini 1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs 2014-cü ildən Zaqatala rayon X8 Hüquqi Şəxsin poliklinika şöbəsinin nevroloji kabinetində “travmadan sonrakı sol incik sinirinin zədələnməsi, sol aşağı ətrafın funksiya pozğunluğu” diaqnozu ilə dispanser qeydiyyatındadır. Mütəmadi olaraq müayinə və müalicə alır. Beləliklə Təqsirləndirilən şəxs yuxarıda şərh edilən ona istinad edilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, həm də şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və cinayət işinin digər obyektiv halları ilə məhkəmə istintaqında tam sübuta yetirilmişdir. Belə ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən kustar üsulla kastet (beşbarmaq) tipində hazırlanmış, vurucu-əzici xassəyə malik, 01 ədəd soyuq silah hesab edilən əşya əldə edərək üzərində gəzdirmiş, 10 fevral 2021-ci il tarixdə, saat 01:15 radələrində etibarnamə və sürücülük hüququ olmadan idarə etdiyi “Hyundai Accent” markalı, ** NO *** dövlət qeydiyyat nişanlı avtomaşınla Zaqatala şəhərində hərəkətdə olarkən yol hərəkəti qaydalarını pozduğuna görə Zaqatala RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən saxlanılmış, həmin avtomobil Zaqatala RPŞ-nin müvəqqəti duracağına gətirilib orada yerləşdirilərkən özünü şübhəli apardığına görə üzərində həmin gün saat 01:20 radələrində şəxsi axtarış aparılarkən əynindəki şalvarın sağ yan cibində kustar üsulla kastet (beşbarmaq) tipində hazırlanmış, vurucu-əzici xassəyə malik, 01 ədəd soyuq silah hesab edilən əşya aşkar edilərək götürülmüşdür. Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif olunmamış və onun törətdiyi əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin tərkib əlamətləri yoxdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsində oğurluq cinayətinin dispozitiv şərtləri müəyyən edilmişdir. Həmin maddəyə əsasən oğurluqözgənin əmlakını gizli olaraq talama kimi müəyyən edilmişdir. Həmin normadan görünür ki, oğurluğun zəruri obyektiv əlaməti özgənin əmlakının götürülməsinin gizli olmasıdır. Götürülmənin gizliliyi dedikdə cinayət aktının həm mülkiyyətçidən həm də digər şəxslərdən (oğurluğun birgə iştirakçılarından başda) xəbərsiz xəlvəti həyata keçirilməsi başa düşülür. Təqsirləndirilən şəxs oğlunun öz izahatı ilə yanaşı zərərçəkmiş şəxs X3 ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı verdikləri izahatlarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs 19 noyabr 2019-cu il tarixdə saat 09 radələrində Nərimana qoyunların pulunu vermədiyi halda işlədiyi mağazadan həmin qiymətdə ərzaq malları götürəcəyini demişdir. O, Nərimana bu sözləri dedikdən sonra 19 noyabr 2019-cu il tarixdə saat 09 radələrində Saray qəsəbəsinə Nərimanın işlədiyi mağazanın yanına gəlmiş, Nərimana zəng edib demişdir ki, mağazanın yanına gəlsin onun borcunu versin, bundan sonra Nərimanı gözləsə də, Nəriman gəlməmişdir. Bundan sonra, o, mağazanın arxa qapısını açıb mağazaya daxil olub mobil telefonu ilə Nərimana yenidən zəng edib işlədiyi mağazaya gəlməsini xahiş etmişdir. Əlavə olaraq demişdir ki, əgər mağazaya gəlməsə mağazadan borcun müqabilində ərzaq məhsulları götürəcəkdir. Nəriman isə telefonunu söndürmüşdür. O, Nərimanı mağazada gözləməyinə baxmayaraq Nəriman gəlib çıxmadığı üçün oradan müxtəlif ərzaq malları pendir, kərə yağı, müxtəlif çeşidli ərzaq mallar, siqaretlər və bir neçə adiyal götürmüşdür. Götürdüyü əşyaları mağazada olan boş kardon qutulara yığıb mağazadan çıxanda yenə Nərimanın mobil telefonuna zəng vurub mağazadan malları yığdığını bildirmişdir. Nəriman telefonda ona heç bir söz deməmişdir. O, mağazadan götürdüyü malları tanımadığı taksi avtomaşını ilə aparıb Xırdalan şəhərində tanımadığı yaşlı insanlara pulsuz paylamışdır. Sonradan ona məlum olmuşdur ki, Nəriman ondan Abşeron rayon polis idarəsinə şikayət etmişdir. Belə olan halda müəyyən edilir ki, Təqsirləndirilən şəxs oğlunun törətdiyi əməldə oğurluq cinayətinin zəruri obyektiv əlamətlərindən olan götürülmənin gizliliyi əlaməti mövcud deyil. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.1-ci maddəsində özbaşınalıq, yəni qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraq qanuniliyi fiziki və ya hüquqi şəxs tərəfindən təkzib edilən hər hansı hərəkətin özbaşına törədilməsi mühüm ziyan vurduğu hallar üçün məsuliyyət müəyyən edilir. Həmin cinayət tərkibinin yaranması üçün onun obyektiv cəhətinə daxil olan şərtlərin məcmusunun mövcud olmasıdır. Həmin şərtlərə a) hərəkətin qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraq törədilməsi, b) hərəkətinin qanuniliyi fiziki və ya hüquqi şəxs tərəfindən təkzib edilməsi, yəni mübahisələndirilməsi, c) hərəkətin özbaşına törədilməsi ç) hərəkətin nəticəsində fiziki və ya hüquqi şəxslərin qanunla qorunan mənafelərinə mühüm ziyanın vurulması və d) özbaşına hərəkətlə mühüm mühüm ziyandan ibarət olan nəticə arasında səbəbli əlaqənin mövcud olması aiddir. Hərəkətin qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraq törədilməsi baxımından özbaşınalığa görə cinayət məsuliyyəti yalnız o halda yarana bilər ki, təqsirkar şəxs öz hərəkətləri ilə subyektiv hüquqların həyata keçirilməsi və vəzifələrin icrası sahəsində müəyyən edilmiş davranış qaydasını pozmuş olsun. Hərəkətin müəyyən edilmiş davranış qaydasına zidd olaraq törədilməsi dedikdə, həmin hərəkətin davranış qaydasını aşkar surətdə pozması və ya onun davranış qaydasında nəzərdə tutulmayan üsul və vasitələrlə və yaxud formada həyata keçirilməsi başa düşülür. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əmələ hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, onun tərəfindən törədilmiş əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsininnin 322.1-ci maddəsinin tərkibi vardır. Ona görə də Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.1-ci maddəsinə tövsif edilməlidir. Belə ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 2019-cu ildə vermiş olduğu 13 baş qoyunun dəyəri olan 3000 manat məbləğində pulun geri qaytarılmasına nail olmaq üçün 19 noyabr 2019-cu il tarixdə, saat 07 radələrində Abşeron rayonu, Saray qəsəbəsi, F.Əmirov küçəsində yerləşən, Zərərçəkmiş şəxs işlətdiyi ərzaq mağazasına daxil olduqdan sonra onunla mobil telefon vasitəsi ilə dəfələrlə əlaqə saxlayaraq zərərçəkmiş şəxsə vermiş olduğu 13 baş qoyunun təxmini dəyəri olan 3000 manat məbləğində pulun geri qaytarılmasını tələb etmiş, sonuncu pulu qaytarmaqdan imtina etdikdə ona mağazada olan əmlakları götürəcəyini bildirərək borc tələbini qanuni yolla məhkəmə qaydasında mübahisələndirməli olduğu halda Zərərçəkmiş şəxs məxsus 500 manat dəyərində “Kent”, “Sobranie”, “Winston”, “Classic”, “LD” markalı siqaretləri, 500 manat dəyərində müxtəlif markalı parfumeriya mallarını, 300 manat dəyərində şampunları, 200 manat dəyərində müxtəlif çeşidli konfetləri, 250 manat dəyərində “Azerfon”, “Bakcell” və “Azercell”-in mobil telefon nömrələri üçün danışıq kartlarını, 150 manat dəyərində uşaq bezlərini, 160 manat dəyərində 04 ədəd yataq dəstlərini, 75 manat dəyərində 3 ədəd yorğanları, 50 manat dəyərində “Səba” toyuqlarını, 300 manat dəyərində müxtəlif markalı içkiləri, 50 manat dəyərində “Dirol” saqqızlarını, 265 manat dəyərində müxtəlif çeşidli şirniyyatları, 100 manat dəyərində müxtəlif çeşidli sabunları, 100 manat dəyərində müxtəlif çeşidli yuyucu tozları götürməklə oradan uzaqlaşmaqla qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydalarına zidd olaraq Zərərçəkmiş şəxs mühüm ziyan zurmaqla özbaşınalıq cinayətini törətmişdir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq bilavasitə məhkəmə iclasında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut kimi qəbul edərək, həmin sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü və 322.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Onun əməllərində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü və 322.1-ci maddələri ilə tövsif olunmalı və o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət əməlləri məhkəmə istintaqında cinayət işi üzrə toplanmış biri-digərini tamamlayan sübutlarla tam sübuta yetirilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.1.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən haldır. Həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən haldır. Həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən haldır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-192/2020 nömrəli 16.01.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 03 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə, ona təyin edilmiş həmin cəza 02 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsininnin 322.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini ona Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-192/2020 nömrəli 16.01.2020-ci il tarixli hökmü qanuni qüvvəyə minənədək törətdiyi üçün, eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini həmin hökm qanuni qüvvəyə mindikdən sonra törətdiyi üçün hazırda ona cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 67.1 və 71.4-cü maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, həmçinin cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs himayəsində iki nəfər əkiz azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, arvadının ikinci qrup əlil olmasını, özünün poliklinika şöbəsinin nevroloji kabinetində “travmadan sonrakı sol incik sinirinin zədələnməsi, sol aşağı ətrafın funksiya pozğunluğu” diaqnozu ilə dispanser qeydiyyatında olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamında ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunması, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilməsi tövsiyə olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən halın, onun mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, əməlini etiraf etməsi onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. İşdə olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar olduğundan və ağırlaşdırıcı hallar olmadığından, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü və 322.1-ci maddələri ilə cəza təyin edilərkən, təqsirləndirilən şəxsə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin qaydaları əsasında, yəni sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq olmamaqla təyin edilməlidir. Bu baxımdan Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməklə təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və onun cəmiyyətdən təcrid edilmədən də islah olunması mümkün olduğundan, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü və 322.1-ci maddələrinin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməli və ona təyin edilmiş cəza şərti olaraq tətbiq edilməklə üzərində sınaq müddəti müəyyən olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Həmin Məcəllənin 71.4-cü maddəsinə əsasən şərti məhkum edilmiş şəxs sınaq müddətində ehtiyatsızlıqdan cinayət törətdikdə və ya qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətdikdə, şərti məhkum etmənin ləğv edilməsi və ya saxlanması barədə məsələ məhkəmə tərəfindən həll edilir. Məhkəmə şərti məhkum etmənin ləğv edilməsi qənaətinə gəldikdə, şəxsə bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, məhkumun təqsirli bilindiyi cinayətlərin bir hissəsi birinci hökm çıxarılanadək, digər hissəsinin isə həmin hökm çıxarıldıqdan sonra törətdiyi müəyyən olunduqda ikinci hökm üzrə cəza ilk növbədə birinci hökm çıxarılanadək törədilmiş cinayətlərin məcmusu üzrə, sonra CM-nin 66.5-ci maddəsində müəyyən edilən qaydada təyin edilir, daha sonra birinci hökm çıxarılandan sonra törədilən cinayətlər üzrə cinayətlərin məcmusu üzrə cəza təyin edilir. Axırda isə CM-nin 67-ci maddəsinin tələblərinə uyğun olaraq hökmlərin məcmusu üzrə qəti cəza müəyyən edilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsindən həmin Məcəllənin 322.1-ci maddəsinə tövsif edilməli və Cinayət Məcəllənin 322.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs 10 fevral 2021-ci il tarixdən 11 fevral 2021-ci il tarixədək və 05 mart 2020-ci il tarixdən 06 mart 2020-ci il tarixədək tutulduğu və həbsdə saxlandığı 04 (dörd) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlama müddətinin azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla cəmi 04 (dörd) gün müddət həmin cəzadan çıxılmalı və onun üzərində qəti olaraq 2 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-192/2020 nömrəli 16.01.2020-ci il tarixli hökmü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.4-cü maddəsinə əsasən ləğv edilməli, həmin hökmlə Təqsirləndirilən şəxs təyin edilmiş 03 il müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilən cəza ilə tamamilə toplanılmaqla onun üzərində qəti olaraq 03 (üç) il 2 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, 228.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, 228.4-cü maddəsi ilə təyin olunmuş 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş cəzaya qismən birləşdirilməklə onun üzərində qəti olaraq 3 (üç) il 6 ay (altı) müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə, 02 (iki) il 06 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti hesab edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam hökm qanuni qüvvəsini alana kimi qüvvədə saxlanılmalıdır. İş üzrə ekspertiza xərci olan 138,51 manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət büdcəsinə keçirilməlidir. İş üzrə Zaqatala RPŞ-nin maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1(bir) ədəd kustar üsulla kastet (beşbarmaq) tipində hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silah hesab edilən əşya məhv edilməlidir. İş üzrə 3000 manat maddi ziyanın Zərərçəkmiş şəxs ödənilməsi və mülki iddianın olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında həm də hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə hakim tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməmişdir. Belə vəziyyətdə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan müsadirə edilməli olan əmlak mövcud deyildir. Azərbaycan Respublikası CPM-nin 349-cu maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsindən həmin Məcəllənin 322.1-ci maddəsinə tövsif edilsin və Cinayət Məcəllənin 322.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 10 fevral 2021-ci il tarixdən 11 fevral 2021-ci il tarixədək və 05 mart 2020-ci il tarixdən 06 mart 2020-ci il tarixədək tutulduğu və həbsdə saxlandığı 04 (dörd) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlama müddətinin azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla cəmi 04 (dörd) gün müddət həmin cəzadan çıxılsın və onun üzərində qəti olaraq 2 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-192/2020 nömrəli 16.01.2020-ci il tarixli hökmü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.4cü maddəsinə əsasən ləğv edilsin. Həmin hökmlə Təqsirləndirilən şəxs təyin edilmiş 03 il müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilən cəza ilə tamamilə toplanılmaqla onun üzərində qəti olaraq 03 (üç) il 2 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, 228.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, 228.4-cü maddəsi ilə təyin olunmuş 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş cəzaya qismən birləşdirilməklə onun üzərində qəti olaraq 3 (üç) il 6 ay (altı) müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə, 02 (iki) il 06 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Zaqatala Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə ekspertiza xərci olan 138,51 (bir yüz otuz səkkiz manat əlli bir qəpik) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət büdcəsinə keçirilsin. İş üzrə Zaqatala RPŞ-nin maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 (bir) ədəd kustar üsulla kastet (beşbarmaq) tipində hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silah hesab edilən əşya məhv edilsin. İş üzrə 3000 (üç min) manat maddi ziyanın Zərərçəkmiş şəxs ödənilməsi nəzərə alınsın. İş üzrə mülki iddianın və xüsusi müsadirə olunmalı əmlakın olmaması nəzərə alınsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar