Azərbaycan Respublikası adından HÖKM Zaqatala rayonu İş № 1(033)-32/2022 26.04.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X4 katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Zaqatala rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs: xx xxx 1997-ci ildə Zaqatala rayonu Yuxarı Tala kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum edilməmiş, ünvan 1ində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə saat 14:30-da açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgəsinə məxsus əmlakı qanunsuz və əvəzsiz ələ keçirmək məqsədilə 31 dekabr 2022-ci il tarixdə, saat 23 radələrində yaşayış sahəsinə, yəni ünvan 1ində yerləşən, Zərərçəkmiş şəxs məxsus evə giriş qapısını sındırmaqla qanunsuz olaraq daxil olmuş, oradan 1 ədəd dəyəri 480 manat olan “Redline” markalı televizor, 1 ədəd dəyəri 10 manat olan gümüş üzük, 2 ədəd ümumi dəyəri 100 manat olan gümüş seplər və 2 ədəd ümumi dəyəri 100 manat olan gümüş sırğaları gizli olaraq götürüb qəsdən talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 690 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ona elan edilmiş ittihamın mahiyyəti və mənası aydındır, həmin ittihamda göstərilən cinayət əməlini törətməkdə özünü təqsirli bilir. O, 31 dekabr 2021-ci il tarixdə saat 23 radələrində yaşadığı Zaqatala rayonu 3-cü Tala kəndində gəzərkən həmin kənd sakini Zərərçəkmiş şəxs yaşadığı evin yaxınlığında olan zaman sonuncunun evdə yaşamadığını, atasının yanında olduğunu bildiyi üçün həmin evdən oğurluq etmək qərarına gəlmiş, bu məqsədlə ətrafı açıq olan evin yaşayış üçün nəzərdə tutulmuş ikinci mərtəbəsinə pilləkənlərlə qalxmış, evin taxtadan olan qapısını çiyni ilə bərkdən itələyərək sındırıb açmış, cibində olan alışqanın işığı ilə evdə qiymətli əşyaları axtarmış, axtardığı çəkməcələrin birindən üzük taparaq cibinə qoymuş, daha sonra isə qonaq otağından üzərində “Redline” yazılmış böyük ekranlı televizoru da götürərək evdən çıxıb getmişdir. O, Zərərçəkmiş şəxs evindən oğurladığı televizoru yaşadığı kəndin yaxınlığında olan kanalın kənarındakı kolluqda gizlətmiş, üzüyü isə yaxın bir yerə tullayaraq evə qayıtmışdır. Təqsirləndirilən şəxs həmçinin ifadəsində göstərmişdir ki, oğurluq cinayət əməlini törədən zaman spirtli içkinin təsiri altında olmuş və oğurluq yolu ilə əldə etdiyi 1 ədəd “Redline” markalı televizor və 1 ədəd gümüş üzüyü istintaqa təqdim etmişdir. Etdiyi əməldən peşmandır və zərərçəkmiş şəxsə dəymiş zərəri tam ödəməklə onunla barışıq əldə etmişdir. Barəsində yüngül cəza növünün təyin edilməsini xahiş edir. Məhkəmə baxışı iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, onun əri 2018-ci ildə vəfat etdiyinə görə tez-tez atası Məmmədəlinin Zaqatala rayonu 3-cü Tala kəndində yerləşən evində olur, bundan başqa həmin kənddə onun özünə məxsus evi də vardır. O, sonuncu dəfə 30.12.2021-ci il tarixdə saat 21 radələrində öz yaşadığı evdə olmuş və daha sonra atası Şahid1 yaşadığı evə getmişdir. O, 01.01.2022-ci il tarixdə saat 17:30 radələrində öz yaşadığı evə gəldikdə qapının sındırıldığını aşkar etmiş, bundan sonra atası Şahid1 və qardaşı Şahid2 bu barədə məlumat vermiş, daha sonra isə evdə olan əşyaları yoxlamış və 1 ədəd dəyəri 700 manat olan 109 ekran ölçülü “Redline” markalı televizor, çəkməcədə olan plastmasın qabın içinə qoyduğu 1 ədəd 50 manat dəyərində gümüş üzük, 2 ədəd 100 manat dəyərində gümüş seplər, 2 ədəd 100 manat dəyərində gümüş sırğaların plasmas qabla birlikdə oğurlandığı və nəticədə ona 950 manat ziyan dəydiyi məlum olmuşdur. Bundan sonra o, 102 zəng xidməti mərkəzinə zəng vuraraq oğurluq hadisəsi barədə məlumat vermişdir. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi zərər tam ödənilmiş, ondan heç bir şikayəti və tələbi yoxdur.Təqsirləndirilən şəxslə barışmışdır. Təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclası zamanı şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, Zaqatala rayonu 3-cü Tala kəndində yaşayır. Onun qızı Mətanət Balakova tez-tez onun evinə gələrək orada bir neçə gün qalır və daha sonra yenidən evinə qayıdır. 30.12.2021-ci il tarixdə saat 21 radələrində onun qızı Mətanət Baıabekova yeni il bayramı ilə əlaqədar onun evinə gəlmiş, 01.01.2022-ci il tarixdə saat 17:30 radələrində isə onun qızı Zərərçəkmiş şəxs yenidən həmin kənddə yerləşən evinə getmişdir. Zərərçəkmiş şəxs getdikdən sonra mobil telefon vasitəsilə ona zəng edərək yaşadığı evin qapısının sındırıldığını və evdə oğurluq hadisəsi baş verdiyini demişdir. O, dərhal qızı Zərərçəkmiş şəxs Zaqatala rayonu 3-cü Tala kəndində yerləşən evinə getmiş və həmin evin qapısının sındırıldığı, qonaq otağından televizorun və çəkməcədə olan gümüş bijuteriyaların oğurlandığı ona məlum olmuşdur. Məhkəmə baxışı iclası zamanı şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstəridyi xüsusatları eynilə təsdiq etdi və onun verdiyi izahata oxşar məzmunda izahat verdi. İşdə olan “Baxış keçirilməsi haqqında” 01 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən yer Zaqatala rayonu 3-cü Tala kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evidir. Evin həyətyanı sahəsi hasara alınmamışdır. Fərdi ev mişar daşları ilə inşa edilməklə 2 mərtəbəli olmaqla 1-ci mərtəbə açıq vəziyyətdədir. Evin 1-ci mərtəbəsinin sol tərəfində 2-ci mərtəbəyə çıxmaq üçün pilləkən vardır. Evin giriş qapısı 2 laylı taxta qapıdır. Qapının kilidi sındırılmış vəziyyətdədir, eyni zamanda qapı itələnib fiziki güclə açıldığı üçün qapının üst və alt hissəsində olan qoruyucu kilidlər də sınmışdır. Evə daxil olduqda oturacaq otağı yerləşir və otağın ortasında masa vardır. Sol tərəfdə içərisində yorğan döşək yığılmış otaq vardır və həmin otaqdakı əşyalar yerə səpələnmiş vəziyyətdədir. Ondan sonra həmin sırada yataq otağı və vanna otağı vardır və həmin otaqlarda dağıntı müşahidə olunur. Eyni vəziyyətdə oturacaq otağının sol tərəfində yerləşən mətbəx də səliqəli vəziyyətdədir. Oturacaq otağının sol divarına baxdıqda televizoru saxlamaq üçün nəzərdə tutulmuş dəmir vardır. Baxışda iştirak edən Zərərçəkmiş şəxs bildirmişdir ki, 30.12.2021-ci il tarixdən 01.01.2022-ci il tarixədək evdə olmadığı müddət ərzində naməlum şəxs qapının kilidini sındırma yolu ilə evə daxil olaraq divardan asılmış “Redline” markalı televizoru oğurlamışdır. O həmin televizoru bir neçə ay əvvəl aldığı üçün və işlək vəziyyətdə olduğu üçün onu 700 manat dəyərində qiymətləndirmişdir. Eyni zamanda həmin televizora aid uzaqdan idarə etmənin evdə qaldığını bildirmişdir. Baxış keçirilən zaman “Samsung” markalı telefonla foto şəkillər çəkilmiş və RPŞ-nin kriminalist eksperti M.Mehtiyev tərəfindən ayrı-ayrı yerlərdən əl barmaq izləri götürülmüşdür. İş materiallarında olan 03 yanvar 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus evdən oğurlamış olduğu maddi sübutlar olan 1 ədəd “Redline” markalı 109 ekran ölçülü televizor və 1 ədəd gümüş üzüyü araşdırmaya təqdim etmişdir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 03 yanvar 2022-ci il tarixdə saat 21:25-də müdafiəçi Şaban Məmmədovun iştirakı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Zaqatala Rayon Məhkəməsinin 05.01.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19.01.2022-ci il tarixli 4(107)-4/2022 nömrəli qərarından görünür ki, Zaqatala Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə 05 yanvar 2022-ci il tarixli, 4(033)-1/2022 saylı qərarı ləğv edilmiş, Təqsirləndirilən şəxs iclas zalında dərhal həbsdən azad edilmişdir. İş materialında olan 20.01.2022-ci il tarixli təqsirləndirilən şəxs barədinsə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İşdə materialında olan Zaqatala RİHB-nın Üçancü Tala kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan Zaqatala RİHB-nın Yuxarı Çardaxlar kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs onun barəsində nümayəndəliyə şifahi və yazılı şəkildə heç bir şikayət daxil olmamışdır. İşdə olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 20.01.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 26 yanvar 2022-ci il tarixdə verilmiş 6/211-9/271 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən 2.11 qram kütləli, 925 əyarlı gümüşdən hazırlanmış, üzərində rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli 1 ədəd üzüyün modeli və digər göstəriciləri nəzərə alınmaqla 2022-ci ilin yanvar ayına orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 10,00 (on) manat müəyyən edilir. Ekspertiza təyini haqqında qərarda göstərilən və fotoşəkilləri təqdim edilən 01 ədəd Türkiyə istehsalı olan “Redline” markalı, “PS50” model, televizorun istifadədə olmaması nəzərə alınmaqla 2021ci ilin dekabr ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 480,0 (dörd yüz səksən) manat müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 09.02.2022-ci il tarixli 011-1441-1222 nömrəli məktubundan görünür ki, ADİS-in mərkəzi serverinə Zaqatala RPŞ-dən xx.xx.1997-ci il tarixdə Zaqatala rayonunda anadan olmuş X2 daktiloskopik xəritəsi 07.02.2022-ci il tarixdə daxil olmuşdur. Həmin şəxsin əl əksİəri ADlS-ın məlumat bankında elan açılmayan cinayət işləri üzrə hadisə yərlərinin müayinəsi zamanı götürülmüş əl izləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində Sizin 07.01 2022-cı ıl tarixli 201-299-1222 nömrəli məktub vasitəsi ilə, 01.01 2022-ci il tarixdə Zaqatala rayonunda Üçüncü Tala kənd sakini X1 məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı goturülmüş əl izlərindən 01 ədəd xx.xx.1997-ci il tarixdə Zaqatala rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin şəhadət barmağının əksi ilə eynilik müəyyən etmişdir. İş materiallarında olan 19 fevral 2022-ci il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsini bir daha təsdiq edərək ifadəsində qeyd eydiyi xüsusatları əyani şəkildə də göstərə biləcəyini bildirdi. Bu məqsədlə təqsirləndirilən şəxs X6 və onun vəkili Müdafiəçi ilə birlikdə ünvan 1ində yerləşən Zərərçəkmiş şəxs məxsus evə gəldik. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus evin giriş qapısını göstərərək həmin qapını çiyni ilə itələyib sındırdığı və evə daxil olduğunu bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs həmin evin yataq otağında olan güzgülü termonun çəkməcəsini göstərərək həmin çəkməcədən 01 ədəd gümüş üzüyü götürdüyünü bildirdi. Daha sonra isə Təqsirləndirilən şəxs həmin evin qonaq otağının divarında olan asılqanı göstərərək divardan asılmış 01 ədəd televizoru götürərək evi tərk etdiyini bildirmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən verilmiş qəbzdən görünür ki, maddi sübutlar olan 1 ədəd “Redline” markalı televizoru və 1 ədəd gümüş üzüyü məhkəmənin hökmü çıxarılana qədər saxlamaq üçün onun tərəfindən təhvil alınmışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən 05.01.2022-ci il tarixdə və 26.04.2022-ci il tarixdə təqdim edilmiş ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs ona vurulmuş maddi ziyanı tam şəkildə ödəmişdir. Ondan heç bir şikayəti və tələbi yoxdur. Onunla barışmışdır və ərizəsinin nəzərə alınmasını xahiş edir. Beləliklə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun özünün, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, məhkəmə istintaqında tədqiq olunmuş digər dəlillərlə tam sübuta yetirildi. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgəsinə məxsus əmlakı qanunsuz və əvəzsiz ələ keçirmək məqsədilə 31 dekabr 2022-ci il tarixdə, saat 23 radələrində yaşayış sahəsinə, yəni ünvan 1ində yerləşən, Zərərçəkmiş şəxs məxsus evə giriş qapısını sındırmaqla qanunsuz olaraq daxil olmuş, oradan 1 ədəd dəyəri 480 manat olan “Redline” markalı televizor, 1 ədəd dəyəri 10 manat olan gümüş üzük, 2 ədəd ümumi dəyəri 100 manat olan gümüş seplər və 2 ədəd ümumi dəyəri 100 manat olan gümüş sırğaları gizli olaraq götürüb qəsdən talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 690 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarının 1-ci bəndinə görə məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Həmin Qərarın 19-cu bəndində göstərilir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerinə qanunsuz daxil olmaq dedikdə, oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq bilavasitə məhkəmə iclasında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut kimi qəbul edərək, həmin sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış biri-digərini tamamlayan sübutlarla tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən hal qismində nəzərə alınır. Həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hal qismində nəzərə alınır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, həmçinin cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə cinayət nəticəsində dəymiş ziyanın tamamilə ödənilməsini, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyin olunması məsələsini müzakirə edərək, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini, təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini nəzərə alaraq onun barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin olunmasını məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs 03 yanvar 2022-ci il tarixdən 05 yanvar 2022-ci il tarixədək tutularaq saxlanıldığı və 05 yanvar 2022-ci il tarixdən 19 yanvar 2022-ci il tarixədək həbsdə olduğu cəmi 16 (on altı) gün nəzərə alınmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının müddəti Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi qüvvədə saxlanılmalıdır. Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli, cəza çəkdiyi müddətdə günün müəyyən vaxtlarında yaşayış yerini tərk etməməli, cəza çəkdiyi müddətdə Zaqatala rayonu ərazisini, eləcə də saat 23:00-dan saat 07:00-dək yaşayış yeri olan ünvan 1ində kəndi ünvanında yerləşən evinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. İş üzrə 110 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut olan 01 ədəd “Redline” markalı televizorun və 01 ədəd gümüş üzüyün Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış üzərində əl-barmaq izləri olan lent kəsiklərinin cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə xüsusi müsadirə olunmalı əmlakın və mülki iddianın olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında həm də hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə hakim tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməmişdir. Belə vəziyyətdə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan müsadirə edilməli olan əmlak mövcud deyildir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda,bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 03 yanvar 2022-ci il tarixdən 05 yanvar 2022-ci il tarixədək tutularaq saxlanıldığı və 05 yanvar 2022-ci il tarixdən 19 yanvar 2022-ci il tarixədək həbsdə olduğu cəmi 16 (on altı) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddətinin azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla cəmi 32 (otuz iki) gün həmin cəzadan çıxılsın və onun üzərində qəti cəza olaraq 02 (iki) il 10 (on) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş 02 (iki) il 10 (on) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəksin. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs üzərinə yaşadığı Zaqatala rayon ərazisini, eləcə də saat 23:00-dan saat 07:00-dək yaşayış yeri olan ünvan 1i ünvanında yerləşən evinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti Zaqatala Rayon İcra və Probasiya Şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı Zaqatala Rayon İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablansın. İş üzrə 110 (bir yüz on) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan 01 ədəd “Redline” markalı televizorun və 01 ədəd gümüş üzüyün Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış üzərində əl-barmaq izləri olan lent kəsiklərinin cinayət işinin materiallarında saxlanılsın. İş üzrə xüsusi müsadirə olunmalı əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Sədrlik edən Tural Həsənov
Məhkəmə qərarları › İş №1(033)-32/2022
Zaqatala Rayon Məhkəməsi Hökm — İş №1(033)-32/2022
26.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver