Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 1(033)-32/2023 24.06.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlu sədrliyi, məhkəmə iclasının katibi X3, dövlət ittihаmçısı-Аzərbаycаn Respublikаsı Bаş Prоkurоrluğunun Dövlət ittihаmının müdаfiəsi üzrə idаrəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihаmının müdаfiəsi üzrə şöbəsinin prоkurоru, ədliyyə müşaviri Dövlət ittihamçısı оğlunun, Zərərçəkmiş şəxs, mütəxəssis X1, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Zaqatala rayon Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx xxxxxx 1990-ci ildə Zaqatala rayonu Danaçı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evil 2 uşaq atası, orta təhsilli, hazırda məhkumluğu olmayan, fərdi təsərrüfatla məşğul olan, Zaqatala rayonu Danaçı kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına məhkəmənin binasında saat 12:00-da açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 23 may 2023-cü il tarixdə saat 09:00 radələrində Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında Zaqatala rayonu Danaçı kəndində yerləşən yaşadıqları evin birinci mərtəbəsinin pilləkənləri üzərində şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı sonuncu qisas almaq niyyəti ilə yumruqla Zərərçəkmiş şəxs sifət nahiyəsinə bir dəfə zərbə endirməklə sağ gözaltı nahiyəsində 1 (bir) ədəd qançır, üst dodağın selikli qişasında 1 (bir) ədəd qansızma və əzilmiş yara, burnunda şişkinlik, burun sümüyünün qapalı yerini dəyişməyən sınığı və baş beyin silkələnməsi xarakterli, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə baxışı iclasında dindirilən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü tam təqsirli bilərək təhqiqat zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və ifadəsində göstərdi göstərdi ki, bibisi Zərərçəkmiş şəxs ilə bir evdə yaşayır. O, ailəsi ilə birlikdə evin ikinci mərtəbəsində, Pirdas isə evin birinci mərtəbəsində yaşayır. Onun babası X12 2008-ci ildə, nənəsi X9 isə xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Nənəsi Rəbiət vəfat etdikdən sonra atası ilə o, xx.xx.2015-ci il tarixdə X11 rayonu 2 saylı dövlət notariat kontorunda vəsiyyətnamə verərək hal-hazırda yaşadıqları evin və həyətin yarısını onun atası Ömərə, yarısını isə Pirdasa vəsiyyət etdiyini bilmişlər. Bundan əlavə mərhum Rəbiət Lülüyevanın özünə düşən 0,41 ha pay torpaq sahəsini Pirdasa vəsiyyət etdiyini bilmişlər. 2022-ci ilin dekabr ayında Rəbiət Lülüyeva vəfat etdikdən sonra Pirdas valideyinlərindən miras qalmış torpaq sahələri və evlə bağlı onunla və onun atası Ömərlə mübahisə etməyə başlamışdır. Beləliklə miras qalmış əmlakla bağlı Pirdasla aralarında təxminən 6 aydır söz-söhbət vardır. O, xx.xx.2023-cü il tarixdə yaşadığı evin həyətindəki tövlənin yanında küçə tərəfdə olan tut ağaclarının yarpaqlarını ipək qurdu saxlayan tanışı Elxan Hobolova vermişdir. Buna görə də xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində Elxan Hobolov tut ağaclarının budaqlarını kəsərək aparmışdır. xx.xx.2023-cü il tarixdə Elxan Hobolov tut ağaclarının budaqlarını kəsdiyi zaman Pirdas ona yaxınlaşıb yaşadıqları evin və həyətin yarısının özünə məxsus olduğunu, həmçinin tut ağaclarınında özünə məxsus olduğunu iddia etmiş, ona “sən kimsən tut ağaclarının budaqlarını tanışlarına verirsən” demiş və deyinərək qonşuluğunda yaşayan X5gilə getmişdir. O, həmin vaxt aralarında söz-söhbət olmasın deyə Pirdasa heç bir cavab verməmiş, Pirdasa heç nə deməmişdir. Bundan sonra o, həmin gün Pirdasla qarşılaşmamışdır. O, xx.xx.2023-cü il tarixdə saat 09:00 radələrində Pirdasın evin birinci mərtəbəsindəki yaşadığı otaqdan həyətə düşdüyünü görmüş və yaxınlaşıb xx.xx.2023-cü il tarixdə həyətin yarısının özünə məxsus olduğunu, həmçinin tut ağaclarının da özünə məxsus olduğunu iddia edərək ona “sən kimsən tut ağaclarının budaqlarını tanışlarına verirsən” dediyi üçün Pirdasa irad bildirmiş və Pirdasdan nə istədiyini, nə üçün söz-söhbət yaratdığını soruşmuşdur. Bu zaman Pirdas onunla mübahisə etməyə başlamışdır. O, həmin mübahisə zamanı evin birinci mərtəbəsinə qalxan pilləkənin üzərində əsəbləşib Pirdasın sifət nahiyəsinə bir dəfə yumruq vurmuşdur. Zərbədən Pirdasın burnu qanamış və Pirdas özünü itirib yıxılmışdır. O, həmin an etdiyi hərəkətdən peşman olub bir anlıq özünü itirmiş və yaxınlaşıb Pirdası ayağa qaldırmaq istəyirmiş ki, evdən həyətə düşən arvadı Xanım xəsarət almış Pirdası görüb “nə etdin sən” deyərək onun üzərinə qışqırmağa başlamışdır. Həmin vaxt Pirdas ayağa qalxıb küçəyə çıxaraq qonşuluğunda yaşayan qardaşı Arifi çağırmışdır. Yaşadığı evin qarşısında küçədə Pirdasa yaxınlaşan Arif onun xəsarət aldığını görüb zəng vurub bacısı Tamiləni çağırmışdır. Pirdasla Arifin yanına gələn Tamilə təcili tibbi yardıma və DİN-in “102” xidmətinə müraciət etmişdir. Çağırışa gələn təcili tibbi yardım əməkdaşları xəsarət aldığı üçün Pirdası xəstəxanaya aparmışlar. Zərərçəkmiş şəxs hazırda ondan heç bir şikayəti və tələbi yoxdur. Hazırda Zərərçəkmiş şəxs ilə barışmışdır. Ona vurduğu ziyanı ödəmişdir. Odur ki, barəsində başlanmış cinayət təqibinə xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs (şikayət vermiş şəxs) Zərərçəkmiş şəxs təhqiqat zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qardaşı Ömər Lülüyevin oğludur. O, Qüdrətlə bir evdə yaşayır. O, evin birinci mərtəbəsində, Ömərlə Qüdrətin ailəsi isə evin ikinci mərtəbəsində yaşayırlar. Onun atası X12 2008-ci ildə, anası X9 isə xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. xx.xx.2015-ci il tarixdə X16 rayonu 2 saylı dövlət notariat kontorunda vəsiyyətnamə verərək hal-hazırda Ömərlə onun yaşadığı evin və həyətin yarısını ona yarısını Ömərə vəsiyyət etmişdir. Bundan əlavə mərhum Rəbiyət Lülüyeva özünə düşən 0,41 ha pay torpaq sahəsini ona vəsiyyət etmişdir. 2022-ci ilin dekabr ayında anası vəfat etdikdən sonra onunla bir evdə yaşayan Ömər və Ömərin ailəsinin xx.xx.2015-ci il tarixli vəsiyyətnamədən xəbərləri olmuşdur. Buna görə təxminən 6 aydır aralarında söz-söhbət vardır və 6 aydır Qüdrətlə Ömər onu danışdırmırlar. Qüdrətlə Ömər mərhum valideynləridən miras qalmış torpaq sahələrinin və evin özlərinə məxsus olduğunu bildirirlər. Qüdrət xx.xx.2023-cü il tarixdə yaşadıqları evin həyətindəki tövlənin yanında küçə tərəfdə olan tut ağaclarının yarpaqlarını ipək qurdu saxlayan tanışı, adını sonradan bildiyi Elxan Hobolov adlı şəxsə vermişdir. Buna görə də xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində Elxan Hobolov tut ağaclarının budaqlarını kəsərək aparmışdır. xx.xx.2023-cü il tarixdə Elxan Hobolov tut ağaclarının budaqlarını kəsdiyi zaman o, Qüdrətə “tut ağaclarının budaqlarını ucdan deyil gövdəyə yaxın yerdən kəsdir” deyib qonşuluğunda yaşayan X5gilə getmişdir. O, təxminən bir saat Sevdagildə oturduqdan sonra evə qayıtmışdır. Evə qayıtdığı zaman Qüdrət evdə olmamışdır. O, evin birinci mərtəbəsində yerləşən yaşadığı otağa keçmiş və həmin gün Qüdrətlə qarşılaşmamışdır. O, xx.xx.2023-cü il tarixdə saat 09:00 radələrində evin birinci mərtəbəsindəki yaşadığı otaqdan həyətə düşdüyü zaman Qüdrət yaxınlaşıb xx.xx.2023-cü il tarixdə tut ağaclarının budaqlarını kəsdikləri zaman tanışlarının yanında özünə irad bildirdiyini və deyindiyini iddia edərək onunla mübahisə etməyə başlamışdır. Həmin mübahisə zamanı evin birinci mərtəbəsinə qalxan pilləkənin üzərində Qüdrət sifət nahiyəsinə yumruq vuraraq ona xəsarət yetirmişdir. Zərbədən onun burnu qanamış və o, pilləkənin üzərinə özündən gedib yıxılmışdır. O, bir-neçə dəqiqədən sonra Qüdrətin arvadı Şahid1 Qüdrətə “nə etdin sən” deyərək qişqıran səsinə ayılmış və ayağa qalxıb küçəyə çıxaraq qonşuluğunda yaşayan qardaşı Arifi küçəyə çağırmışdır. Yaşadığı evin qarşısında küçədə ona yaxınlaşan Arif onun xəsarət aldığını, səhhətinin yaxşı olmadığını görüb zəng vurub bacısı Tamiləni çağırmışdır. Tamilə gəlib təcili tibbi yardıma müraciət etmişdir. Çağırışa gələn təcili tibbi yardım əməkdaşları xəsarət aldığı üçün onu xəstəxanaya aparmışdır. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona dəymiş ziyan tam şəkildə ödənilmişdir, heç bir şikayət və tələbi yoxdur. Odur ki, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid2 təhqiqat zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun bacısıdır. Pirdas onun qonşuluğunda mərhum valideynlərinə məxsus evdə qardaşı X10 ailəsi ilə birlikdə yaşayır. Pirdasın barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs onun qardaşı Ömərin oğludur. Qüdrətlə Pirdas bir evdə yaşayırlar. Pirdas evin birinci mərtəbəsində, Ömərlə Qüdrət isə ailələri ilə evin ikinci mərtəbəsində yaşayır. Onun atası X12 2008-ci ildə, anası X9 isə xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. xx.xx.2015-ci il tarixdə X16 rayonu 2 saylı dövlət notariat kontorunda vəsiyyətnamə verərək hal-hazırda Pirdasla Ömərin yaşadığı evin və həyətin yarısını Pirdasa, yarısını isə Ömərə vəsiyyət etmişdir. Bundan əlavə mərhum anası özünə düşən 0,41 ha pay torpaq sahəsini Pirdasa vəsiyyət etmişdir. 2022-ci ilin dekabr ayında anası vəfat etdikdən sonra Pirdasla bir evdə yaşayan Ömərin xx.xx.2015-ci il tarixli vəsiyyətnamədən xəbərləri olmuşdur. Həmçinin onun da xx.xx.2015ci il tarixli vəsiyyətnamədən anasının vəfatından sonra xəbəri olmuşdur. Təxminən 6 aydır Qüdrətlə Ömər miras qalmış torpaq sahələrinin və evin özlərinə məxsus olduğunu bildirirlər. Buna görə Pirdasla Ömərin ailəsi arasında söz-söhbət vardır və 6 aydır X22 danışdırmırlar. xx.xx.2023-cü il tarixdə saat 09:00 radələrində qonşuluğunda yaşayan Pirdas onu küçəyə çağırmışdır. O, yaşadığı evdən küçəyə çıxdığı zaman Pirdasın küçədə sifətini tutub ağladığını, Pirdasın sifətinin qan içərisində olduğunu görmüşdür. Nə baş verdiyini soruşduqda Pirdas ona Qüdrət yumruq vurduğunu bildirmişdir. O, Pirdasın səhhətinin yaxşı olmadığını görüb zəng vuraraq bacısı X17 tərəfindən döyüldüyünü, Pirdasın səhhətinin yaxşı olmadığını bildirmişdir. Təxminən 5 dəqiqədən sonra Tamilə yaşadıqları evin qarşsında küçədə Pirdasla ona yaxınlaşmışdır. Tamilə yaxınlaşıb Pirdasın səhhətinin pis olduğunu görmüş və dərhal təcili tibbi yardımla DİN-in “102” xidmətinə müraciət etmişdir. Çağırışa gələn təcili tibbi yardım əməkdaşları xəsarət aldığı üçün Pirdası xəstəxanaya aparmışlar. Sonra Pirdas ona Qüdrətin xx.xx.2023-cü il tarixdə yaşadıqları evin həyətindəki tövlənin yanında küçə tərəfdə olan tut ağaclarının yarpaqlarını ipək qurdu saxlayan tanışı, adını sonradan bildiyi Elxan Hobolov adlı şəxsə verdiyini, xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində Elxan Hobolovun tut ağaclarının budaqlarını kəsərək apardığını, xx.xx.2023-cü il tarixdə Elxan Hobolov tut ağaclarının budaqlarını kəsdiyi zaman Qüdrətə “tut ağaclarının budaqlarını ucdan deyil gövdəyə yaxın yerdən kəsdir” deyib qonşuluğunda yaşayan X5gilə getdiyini, daha sonra xx.xx.2023-cü il tarixdə saat 09:00 radələrində evin birinci mərtəbəsindəki yaşadığı otaqdan həyətə düşdüyü zaman Qüdrətin yaxınlaşıb xx.xx.2023-cü il tarixdə tut ağaclarının budaqlarını kəsdikləri zaman tanışlarının yanında özünə irad bildirdiyini və deyindiyini iddia edərək mübahisə etməyə başladığını və həmin mübahisə zamanı evin birinci mərtəbəsinə qalxan pilləkənin üzərində sifət nahiyəsinə yumruq vurduğunu bildirmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid3 təhqiqat zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun bacısıdır. Pirdas mərhum valideyinlərinə məxsus evdə qardaşı X10 ailəsi ilə birlikdə yaşayır. Pirdasın barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs qardaşı Ömərin oğludur. Qüdrətlə Pirdas bir evdə yaşayırlar. Pirdas evin birinci mərtəbəsində, Ömərlə Qüdrətin ailəsi isə evin ikinci mərtəbəsində yaşayırlar. Onun atası X12 2008-ci ildə, anası X9 isə xx.xx.2022ci il tarixdə vəfat etmişdir. xx.xx.2015-ci il tarixdə X16 rayonu 2 saylı dövlət notariat kontorunda vəsiyyətnamə verərək hal-hazırda Pirdasla Ömərin yaşadığı evin və həyətin yarısını Pirdasa, yarısını isə Ömərə vəsiyyət etmişdir. Bundan əlavə mərhum anası özünə düşən 0,41 ha pay torpaq sahəsini Pirdasa vəsiyyət etmişdir. 2022-ci ilin dekabr ayında anası vəfat etdikdən sonra Pirdasla bir evdə yaşayan Ömərin xx.xx.2015-ci il tarixli vəsiyyətnamədən xəbəri olmuşdur. Buna baxmayaraq təxminən 6 aydır Qüdrətlə Ömər mərhum valideynlərindən miras qalmış torpaq sahələrinin və evin özlərinə məxsus olduğunu bildirirlər. Buna görə Pirdasla Ömərin ailəsi arasında söz-söhbət vardır və 6 aydır X22 danışdırmırlar. xx.xx.2023-cü il tarixdə Pirdasın qonşuluğunda yaşayan qardaşı Arif zəng vurub ona Pirdasın Qüdrət tərəfindən döyüldüyünü, Pirdasın səhhətinin yaxşı olmadığını bildirmişdir. O, buna görə dərhal yaşadığı evdən çıxıb Pirdasın yaşadığı evə getmişdir. O, yaşadıqları evin qarşısında küçədə Pirdasla Arifə yaxınlaşmış və Pirdasın sifətinin qan içərisində olduğunu görüb dərhal təcili tibbi yardımla DİN-in “102” xidmətinə müraciət etmişdir. Çağırışa gələn təcili tibbi yardım əməkdaşları xəsarət aldığı üçün Pirdası xəstəxanaya aparmışlar. Sonra Pirdas ona Qüdrətin xx.xx.2023-cü il tarixdə yaşadıqları evin həyətindəki tövlənin yanında küçə tərəfdə olan tut ağaclarının yarpaqlarını ipək qurdu saxlayan tanışı, adını sonradan bildiyi Elxan Hobolov adlı şəxsə verdiyini, xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində Elxan Hobolovun tut ağaclarının budaqlarını kəsərək apardığını, xx.xx.2023-cü il tarixdə Elxan Hobolov tut ağaclarının budaqlarını kəsdiyi zaman Qüdrətə “tut ağaclarının budaqlarını ucdan deyil gövdəyə yaxın yerdən kəsdir” deyib qonşuluğunda yaşayan X5gilə getdiyini, daha sonra xx.xx.2023-cü il tarixdə saat 09:00 radələrində evin birinci mərtəbəsindəki yaşadığı otaqdan həyətə düşdüyü zaman Qüdrətin yaxınlaşıb xx.xx.2023-cü il tarixdə tut ağaclarının budaqlarını kəsdikləri zaman tanışlarının yanında özünə irad bildirdiyini və deyindiyi iddia edərək mübahisə etməyə başladığını və həmin mübahisə zamanı evin birinci mərtəbəsinə qalxan pilləkənin üzərində sifətinə yumruq vurduğunu bildirmişdir. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Şahid1 təhqiqat zamanı verdiyi ifadəsindən görünür ki, Pirdasla bir evdə yaşayır. O, ailəsi ilə birlikdə evin ikinci mərtəbəsində, Pirdas isə evin birinci mərtəbəsində yaşayır. xx.xx.2022-ci il tarixdə onunla bir evdə yaşayan əri Qüdrətin nənəsi X9 vəfat etdikdən sonra o və ailə üzvləri xx.xx.2015ci il tarixdə X11 rayonu 2 saylı dövlət notariat kontorunda vəsiyyətnamə verərək halhazırda yaşadıqları evin və həyətin yarısını qayınatası Ömər Lülüyevə, yarısını isə Zərərçəkmiş şəxs vəsiyyət etdiyini bilmişlər. Bundan əlavə mərhum Rəbiət Lülüyeva özünə düşən 0,41 ha pay torpaq sahəsini də Pirdasa vəsiyyət etdiyini bilmişlər. 2022-ci ilin dekabr ayında Rəbiət vəfat etdikdən sonra Pirdas valideynlərindən miras qalmış torpaq sahələri və evlə bağlı onun əri Qüdrət və qayınatası Ömərlə mübahisə etməyə başlamışdır. Beləliklə miras əmlakla bağlı Pirdasla aralarında təxminən 6 aydır söz-söhbət vardır. Qüdrət xx.xx.2023-cü il tarixdə yaşadıqları evin həyətindəki tövlənin yanında küçə tərəfdə olan tut ağaclarının yarpaqlarını ipək qurdu saxlayan tanışı Elxan Hobolova vermişdir. Buna görə də, xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində Elxan Hobolov tut ağaclarının budaqlarını kəsərək aparmışdır. xx.xx.2023-cü il tarixdə Elxan Hobolov tut ağaclarının budaqlarını kəsdiyi zaman Pirdas yaxınlaşıb yaşadıqları evin və həyətin yarısının özünə məxsus olduğunu, həmçinin tut ağaclarının da özünə məxsus olduğunu iddia edərək Qüdrətə “sən kimsən tut ağaclarının budaqlarını tanışlarına verirsən” demiş və deyinərək qonşuluqlarında yaşayan X5gilə getmişdir. Qüdrət həmin vaxt aralarında söz-söhbət olmasın deyə Pirdasa heç bir cavab verməmiş, Pirdasa heç nə deməmişdir. Bundan sonra həmin gün Qüdrət Pirdasla qarşılaşmamışdır. O, xx.xx.2023-cü il tarixdə saat 09:00 radələrində yaşadıqları evin ikinci mərtəbəsində yerləşən yaşadığı otaqdan ikinci mərtəbədəki eyvana çıxdığı zaman eyvanın altında evin birinci mərtəbəsinə qalxan pilləkənin yanında Pirdasla Qüdrətin mübahisə etdiklərini eşitmiş və pilləkəndən aşağı düşmüşdür. Pilləkənlə birinci mərtəbəyə düşdüyü zaman Pirdasın evin birinci mərtəbəsinin pilləkəni üzərində oturmuş vəziyyətdə olduğunu, Pirdasın sifətinin qan içərisində olduğunu görmüş və Qüdrətin Pirdasa xəsarət yetirdiyini bilmişdir. O, həmin vaxt qorxmuş və “nə etdin sən” deyərək Qüdrətin üzərinə qışqırmağa başlamışdır. Həmin vaxt Pirdas ayağa qalxıb küçəyə çıxaraq qonşuluqlarında yaşayan qardaşı Arifi küçəyə çağırmışdır. Yaşadıqları evin qarşısında küçədə Pirdasa yaxınlaşan Arif Pirdasın xəsarət aldığını görüb zəng vuraraq bacısı Tamiləni çağırmışdır. Tamilə gəlib təcili tibbi yardıma və DİN-in “102” xidmətinə müraciət etmişdir. Çağırışa gələn təcili tibbi yardım əməkdaşları xəsarət aldığı üçün Pirdası xəstəxanaya aparmışdır. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibb Ekspertizası və X14 publik hüquqi şəxsin Zaqatala rayon şöbəsinin xx.xx.2023-ci il tarixli 133 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibb müayinəsi zamanı aşkar edilən xəsarət: sağ gözaltı nahiyəsində 1 (bir) ədəd qançır, üst dodağın selikli qişasında 1 (bir) ədəd qansızma və əzilmiş yara, burnunda şişkinlik, burun sümüyünün qapalı yerini dəyişməyən sınığı və baş beyin silkələnməsi bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə insanın bədəninin hissələrinin (əl və s.) təsirindən əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəbə olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının Danaçı Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən 05 may 2023-cü il tarixdə verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi özündən, arvadı Şahid1, 2016-cı il təvəllüdlü qızı X2, 2018-ci il təvəllüdlü X7, atası X8 və anası X6 ibarətdir. İş materiallarında olan Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının Danaçı Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən 25 may 2023-cü il tarixdə verilmiş xasiyyətnamədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə aralarında iləməişət zəminində mübahisələrinin olduğu qeyd edilmişdir. Barələrində nümayəndəliyə şikayətlər daxil olmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı özünün etirafedici ifadəsindən əlavə, zərərçəkmiş şəxsin ifadəsi, məhkəmə-tibbi ekspertizanın rəyi, eləcə də işin digər obyektiv halları ilə tam sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, təhqiqat zamanı Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə baxışı iclasında Zərərçəkmiş şəxs ərizə təqdim edərək, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona vurduğu ziyanı tamamilə ödədiyini, onun cinayət məsuliyyətindən azad edilməsini və barəsində başlanmış cinayət işinə xitam verilməsini xahiş etmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs da məhkəməyə ərizə təqdim edərək, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin və tələbinin olmadığını bildirmiş və cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Buna görə də məhkəmə hesab edir ki, qeyd edilən cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1-ci və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. İş materiallarından görünür ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs - Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyanı tamamilə aradan qaldırmışdır. Belə olan halda Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini və cinayət məsuliyyətindən azad olunmasını məhkəmə qanuni, ədalətli və əsaslı hesab edir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 344-347, 356, 358, 384 və 385-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA A L D İ: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, zərərçəkmiş şəxslə barışaraq ona dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tələbinə əsasən, onun barəsində olan cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərar ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, elan edildiyi andan 20 (iyirmi) gün keçdikdən sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.
Məhkəmə qərarları › İş №1(033)-32/2023
Zaqatala Rayon Məhkəməsi Qərar — İş №1(033)-32/2023
24.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver