Azərbaycan Respublikası adından HÖKM Zaqatala rayonu İş № 1(033)-32/2025 23.06.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədova Zərifə Faiq qızının sədrliyi, Kazımova Şəhla Saleh qızının katibliyi, dövlət ittihamçısı - Аzərbаycаn Respublikаsı Bаş Prоkurоrluğunun Dövlət ittihаmının müdаfiəsi üzrə İdаrəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihаmının müdаfiəsi üzrə şöbəsinin prоkurоru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Zaqatala rayon Vəkil Bürosunun vəkili Nümayəndə iştirakları ilə, xx.xx.1968-ci ildə Zaqatala şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, Şəki Ağır Cinayətlər Məhkəməsinin 18 dekabr 2014-cü il tarixli hökmü ilə Аzərbаycаn Rеspublikаsı CM-nin 126.3-cü maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) il, 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə (ümumi) cəzаsınа məhkum еdilmiş, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2015-ci il tarixli qərarı ilə hökm dəyişdirilmədən saxlanılmış, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə saat 11:30-da məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni, təmiz çəkisi 46,397 qram olan maddə xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək əldə edib üzərində saxlamış, 14 aprel 2025-ci il tarixdə, saat 16:17 radələrində həmin narkotik vasitəni satış məqsədi olmadan Zaqatala şəhəri, İmam Şamil küçəsində qanunsuz daşıyarkən Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmış və həmin küçədə üzəri yoxlanılarkən əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd gümüşü bükümdə təmiz çəkisi 46,397 qram, xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək aşkar edilərək götürülmüşdür. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, aprel ayında dəqiq tarixini xatırlamadığı vaxtda Tala çayı adlanan ərazidən keçərkən otlar arasında parıldayan bir büküm görmüş və onu qaldıranda rənginin gümüşü rəng olduğunu aşkar etmişdir. Bükümü açdığında içində kütlə görmüş, qabaqcadan tiryəki tanıdığından həmin kütlənin tiryək olduğunu anlamışdır. O bükümü cibinə qoymuş və onu atmamışdır. Bükümü cibinə qoymaqda bir məqsədi olmamışdır və həmin bükümü bir nüçə gün üzərində daşımışdır. Bir dəfə bükümdə olan kütlədən balaca hissə qopararaq istifadə etmiş və onun tiryək olduğunu dəqiqləşdirmişdir. O, özü əvvəllər narkotik vasitələrdən istifadə etsə də, hazırda etmir və onun müalicəyə ehtiyacı yoxdur. O bükümü məqsədsiz üzərində daşıdığını bildirərək polisin üzərində gəzdirdiyi əşyadan necə xəbər tutmasını da bilmədiyini bildirmişdir. Ehtimal edir ki, spirtli içki qəbul edib sərxoş olduğu zaman hardasa üzərində gəzdirdiyi kütlə barədə danışsın.O 14 aprel 2025-ci il tarixdə polis əməkdaşları tərəfindən İ.Şamil küçəsində saxlanılarkən könüllü olaraq kütləni təqdim etmişdir. Ona hər hansı təyziq olunmamış və o işgəncəyə məruz qalmamışdır. O özünü tiryək maddəsini üzərində daşımaqda təqsirli bilir. Barəsində mümkün qədər yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və ifadəsində göstərdi ki, əməliyyat məlumatı əsasında 14 aprel 2025-ci il tarixdə İ.Şamil küçəsində Zaqatala RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2, Zaqatala RPŞ-nin KTQ-nin baş inspektorkriminalisti, polis kapitanı Şahid3 ilə birlikdə Təqsirləndirilən şəxs saxlamışlar, özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirib, videoçəkilişdən istifadə edilməklə üzərində narkotik vasitələrin qanunsuz daşımasında və istifadəsində şübhəli olduğunu dedikdən sonra üstünün yoxlanılmasını ona bildirmişlər. Ona hüquq və vəzifələrini izah etdikdən sonra Təqsirləndirilən şəxs üzərində nə kimi qanunsuz əşya və ya narkotik maddə varsa könüllü təqdim etmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs üstü yoxlanılarkən əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən bir ədəd gümüşü büküm aşkar edilmişdir. Bükümə baxış keçirilərkən tiryəkə bənzər maddə aşkarlanmış və həmin maddə elektron tərəzidə çəkilərək zərflənmişdir. Osmanov X1 Rayon Polis Şöbəsinə dəvət edilmiş və təhqiqatçının otağında prosessual normalara riayət edilməklə müdafiəçinin iştirakı ilə kütləyə təkrar baxış keçirilərək kütlə yenidən çəkilmişdir. Bükümdəki kütlə elektron tərəzidə çəkildikdə ümumi çəkisinin 46-47 qram həddində olması müəyyən olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan tiryəkə bənzər kütləni Zaqatala şəhəri “Tala” çayı kənarında tapdığını bildirmişdir. Kütlə Təqsirləndirilən şəxs qara gödəkçəsinin sağ cibindən çıxmışdır. Baxış videoçəkilişlə keçirilmişdir. Baxış zamanı qeydə alınmış həmin video və foto görüntülər DVD diskə köçürülərək protokola əlavə olunmuşdur. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirərək, aprel ayında Təqsirləndirilən şəxs İ.Şamil küçəsində saxlandığını, üzərində olan qanunsuz daşıdığı əşyaların təqdim edilməsi təklifi ilə o üzərində olan tiryəkə bənzər maddəni təhvil verdiyini qeyd etmişdir.. Keçirilmiş əməliyyat axtarış tədbirinin üzərindən çox vaxt keçdiyindən prosesi dəqiq xatırlamır. Təqsirləndirilən şəxs sağ cibindən çıxararaq bükümü təqdim etdiyini bildirir. Proses İ.Şamil küçəsində baş vermişdir. Təqsirləndirilən şəxs sərxoş olması hiss edilirdi. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirərək bu ilin aprel ayında avtoşkolanın yanında dəqiq adını bilməsə də İ.Şamil kimi tanıdığı küçədə Təqsirləndirilən şəxs saxlandığını, ona üzərində qanunsuz saxlanmış əşyaların təqdim edilməsinin təklif edilməsi nəticəsində onun gümüşü bükümdə bir kütlənin təqdim etməsini bildirdi. Büküm açılanda içindəki maddənin kofe rəngində olduğunu gördüyünü və həmin kütlənin elektron tərəzidə çəkilərək qablaşdırıldığını bildirmişdir. O təqdim edilmiş maddənin ot olmadığını bildirmişdir. Təqdim olunmuş maddənin sağ cibindən çıxararaq onlara təqdim etməsini bildirmişdir. O, Təqsirləndirilən şəxs sərxoş olmasını hiss etməmişdir. İş materiallarına əlavə edilmiş 14 aprel 2025-ci il tarixli videoçəkilişlə əməliyyataxtarış tədbirlərinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və əşyanın götürülməsi haqqında protokoldan və həmin protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, xx.xx.2025-ci il tarixdə saat 16:17-də Zaqatala RPŞ-nin əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs Zaqatala şəhəri, İmam Şamil küçəsində saxlanıldığı yerdə hüquq və vəzifələri izah edilmiş, üstünün yoxlanılması zamanı Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən 1 (bir) ədəd gümüşü bükümü təqdim etmiş, içərisində tiryək olduğunu bildirmiş, təqdim edilmiş 1 (bir) ədəd gümüşü bükümdə olan narkotik vasitə elektron tərəzidə çəkilmiş,tərəzinin göstəriciləri 46,86 qram göstərmiş, müvafiq qaydada qablaşdırılaraq götürülmüş, istintaq hərəkətinin görüntüləri 01 ədəd “DVD” diskə köçürülməklə protokola əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş 14 aprel 2025-ci il tarixli əməliyyat tədbiri keçirilməsinə müvəkkil olmuş şəxs tərəfindən təqdim olunmuş əşyalara baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin tarixdə saat 17:48-dən saat 17:59-dək olan müddət ərzində vəkil İbrahim Dimanovun və polis əməkdaşlarının iştirakı ilə təhqiqata təqdim olunmuş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan tiryəkə bənzər kütlə olan 1 ədəd zərfə təhqiqatçı tərəfindən baxış keçirilmişdir. Baxışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs baxış keçirilməsi barədə onun narazılığının olubolmaması soruşulmuşdur. O, bildirmişdir ki, heç bir etirazı yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində qeyd edilmiş hüquq və vəzifələri izah edilmiş, video və foto çəkilişdən istifadə ediləcəyi elan edilmişdir. Baxış zamanı təhqiqata təqdim olunmuş içərisində Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan tiryəkə bənzər kütlə olan zərfin üzərində “vət.Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə üzərindən aşkar olunmuş 1 ədəd gümüşü büküm içərisində narkotik vasitə tiryəkə bənzər kütlə” sözləri yazılmış, Azərbaycan Respublikası DİN-in zərflər üçün 62 nömrəli möhürü ilə möhürlənmiş və Təqsirləndirilən şəxs, Şahid2, Şahid3 və qablaşdıran Şahid1 imzaları olması müşahidə edilmişdir. Həmin zərf təhqiqatçı tərəfindən açılanda içərisində 1 ədəd gümüşü rəngli bükümdə tünd qəhvəyi rəngli narkotik vasitə olan tiryəkə oxşar kütlə olduğu müşahidə edilmişdir. Həmin kütlə təhqiqatçı tərəfindən elektron tərəzidə çəkiləndə gümüşü rəngli bükümlə birlikdə ümumi çəkisi 47.20 qram təşkil etmişdir. Bundan sonra həmin kütlə həmin zərfə təhqiqatçı tərəfindən qoyularaq Azərbaycan Respublikası DİN-in zərflər üçün 62 nömrəli möhürü ilə möhürlənmişdir. Təhqiqatçının şifahi sorğusu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan tiryəkə bənzər kütləni Zaqatala şəhəri “Tala” çayı kənarında tapdığını bildirmişdir. Baxış videoçəkilişlə keçirilmişdir. Baxış zamanı qeydə alınmış həmin video və foto görüntülər DVD diskə köçürülərək protokola əlavə olunmuşdur. Bu barədə təhqiqatçı tərəfindən protokol tərtib olunmuş və iştirak edən şəxslərə ucadan oxunmuşdur. İştirak edən şəxslər tərəfindən heç bir ərizə və şikayət daxil olmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Şəki regional bölməsi tərəfindən vеrilmiş məhkəməkimyəvi еkspеrtizаsının 15 aprel 2025-ci il tarixli, 17/287 nömrəli rəyində göstərilmişdir ki, tədqiqаtа təqdim edilmiş, üzərində “...Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş..narkotik vasitə...” sözləri, adlar və imzalar yazılmış 01(bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd gümüşü falqa bükümdə, təmiz çəkisi - 46,397 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - tiryəkdir. İş materiallarına əlavə edilmiş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 14 aprel 2025-ci il tarixli qərardan və həmin tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 16:17-də Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala Bələdiyyəsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş 224nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə şikayət və narazılıq daxil olmamışdır. İş materiallarına əlavə edilmiş Zaqatala rayon X2 Hüquqi Şəxsin 28 aprel 2025-ci il tarixli, 18-1-78/2-436/2025 nömrəli məktubundan görünür ki, Zaqatala şəhəri, SMD-20, ev 3, mənzil 15 ünvanında qeydiyyatda olmaqla, yaşayan Osmanov X1 Rayon X2 Hüquqi Şəxsin Narkoloji və Psixiatrik kabinetlərində qeydiyyatda yoxdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin 16 may 2025-ci il tarixli, 797 nömrəli rəyində görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Osmanov X3 Vilayəti Tayşetsk Rayon Xalq Məhkəməsi tərəfindən xx.xx.1991-ci il tarixli hökmü ilə RSFSR-nin Cinayət Məcəlləsinin 117 maddəsinin 2-ci hissəsi ilə 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş,Şəki Ağır Cinayətlər Məhkəməsinin 18 dekabr 2014-cü il tarixli hökmü ilə Аzərbаycаn Rеspublikаsı CM-nin 126.3-cü maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) il, 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə (ümumi) cəzаsınа məhkum еdilmiş, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2015-ci il tarixli qərarı ilə hökm dəyişdirilmədən saxlanılmış, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. İş materiallarına əlavə edilmiş Şəki Ağır Cinayətlər Məhkəməsinin 18 dekabr 2014cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Аzərbаycаn Rеspublikаsı CM-nin 126.3-cü maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) il, 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə (ümumi) cəzаsınа məhkum еdilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün, şahidlərin ifadələri, ekspert rəyləri, şəxsi axtarış və baxış protokolları, maddi sübut və məhkəmə istintaqında tədqiq olunmuş digər dəlillərlə tam sübuta yetirildi. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni təmiz çəkisi 46,397 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək əldə edib üzərində saxlamış, 14 aprel 2025-ci il tarixdə, saat 16:17 radələrində həmin narkotik vasitəni satış məqsədi olmadan Zaqatala şəhəri, İmam Şamil küçəsində qanunsuz daşıyarkən Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmış və həmin küçədə üzəri yoxlanılarkən əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd gümüşü bükümdə təmiz çəkisi 46,397 qram, xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək aşkar edilərək götürülmüşdür. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq bilavasitə məhkəmə iclasında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini, maddi sübutu və digər sənədləri sübut kimi qəbul edərək, həmin sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış biri-digərini tamamlayan sübutlarla tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. İş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs Şəki Ağır Cinayətlər Məhkəməsinin 18 dekabr 2014-cü il tarixli hökmünə əsasən Аzərbаycаn Rеspublikаsı CMnin 126.3-cü maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) il, 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə (ümumi) cəzаsınа məhkum edilmişdir. xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətmişdir ki, bu da cinayətlərin residivini yaratmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin residivə görə cəzanın təyin edilməsini tənzimləyən 65.2-ci maddəsində göstərilir ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün-ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci və 61.1.1-ci maddələrinə əsaslanaraq, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin cinayətin residivini yaratmasını onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, həmçinin cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyin olunması məsələsini müzakirə edərək, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmamasını və ağırlaşdıran halların olmasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini, təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, onun üzərində saxlayaraq daşıdığı narkotik vasitələrin çəkisinin şəxsi istehlak miqdarından dəfələrlə çox olmasını, şəxsin azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməsinin ağlabatan və cəzanın məqsədinə nail olunması baxımından yetərli vasitə hesab oluna bilmədiyini nəzərə alaraq hesab edir ki, onun barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunmalı, cəzasının 14 aprel 2025-ci il tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və narkomaniyadan məcburi müalicə olunmalıdır. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə Təqsirləndirilən şəxs aşkar edilən və Zaqatala Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən götürülmüş və еkspеrtizа tədqiqаtındаn sоnrа qalıq qalmış 01 (bir) ədəd gümüşü falqa bükümdə qalıq çəkisi 46,297 qram tiryək hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə 71,94 (yetmiş bir manat doxsan dörd qəpik) manat məbləğində eksperiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Azərbaycan Respublikasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. İş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında həm də hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə hakim tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. İş üzrə xüsusi müsadirə olunmalı əmlakın olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 1 il 9 ay (bir il doqquz ay) müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzasının əvvəli 14 aprel 2025-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi öz qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və narkomaniyadan məcburi müalicə olunsun. O, yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə Təqsirləndirilən şəxs aşkar edilən və Zaqatala Rayon Polis Şöbəsində saxlanılan еkspеrtizа tədqiqаtındаn sоnrа qalıq qalmış 01 (bir) ədəd gümüşü falqa bükümdə qalıq çəkisi 46,297 qram tiryək hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə 71,94 (yetmiş bir manat doxsan dörd qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Azərbaycan Respublikasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. İş üzrə xüsusi müsadirə olunmalı əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən, elan olunduğu andan (Təqsirləndirilən şəxs hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan (Təqsirləndirilən şəxs hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Sədrlik edən : Zərifə Məmmədova.
Məhkəmə qərarları › İş №1(033)-32/2025
Zaqatala Rayon Məhkəməsi Hökm — İş №1(033)-32/2025
23.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver