Məhkəmə qərarları › İş №1(033)-33/2023

Zaqatala Rayon Məhkəməsi Hökm — İş №1(033)-33/2023

19.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Zaqatala rayonu İş № 1(033)-33/2023 19.12.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X1 katibliyi, dövlət ittihаmçısı-Аzərbаycаn Respublikаsı Bаş Prоkurоrluğunun Dövlət ittihаmının müdаfiəsi üzrə idаrəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihаmının müdаfiəsi üzrə şöbəsinin prоkurоru, ədliyyə müşaviri Dövlət ittihamçısı оğlunun, Zərərçəkmiş şəxs nümayəndəsi X3, Təqsirləndirilən şəxs, onun qanuni nümayəndəsi Qanuni nümayəndə1 və onun müdafiəçisi Zaqatala Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs: xx xxxxxxx 2006-cı ildə Zaqatala rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, rəsmi işsiz, Zaqatala rayonu, Cimcimax kəndində qeydiyyatda olan və yaşayan, 27 may 2023-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə saat 14:10-da məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 20 radələrində Zaqatala rayonu, Cimcimax kəndində avtobus dayanacağının yaxınlığında həmkəndlisi Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı qisas almaq niyyəti ilə sonuncunun sifət nahiyəsinə qəsdən bir dəfə yumruqla vuraraq burnunda şişkinlik, burun sümüyünün yerdəyişmiş, qəlpəli sınıqları və sağ tərəfli sümük qəlpəsinin burun boşluğuna evakuasiyası ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmaya aid xəsarət yetirmişdir. Məhkəmə iclası zamanı qanuni nümayəndəsinin iştirakı ilə dindirilən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs həmkəndlisidir. Abakar ona zəng vuraraq özünə məxsus şəklin onun yaydığını deyərək nalayiq söyüşlərlə təhqir etmişdir. Abakara bu söhbətdən xəbərinin olmadığını, niyə onu söydüyünü demişdir. Abakar isə şəkli onun yaydığını, kəndə gələndə danışacağını bildirmişdir. Abakar kəndə gəldikdən sonra anası ilə birlikdə bibisigilə gedən zaman onunla danışmış, söhbətdən xəbərinin olmadığını, niyə onu söydüyünü demişdir. Abakar yenə də şəkli onun yaydığını demişdir. Ona demişdir ki, “bir kəndliyik, bir-birimizdən üzr istəyək bu söhbət bağlansın”. Abakar üzr istəməmişdir və onu bir dəfə itələmişdir. O, da özünü müdafiə etmək məqsədi ilə Abakarın sifət nahiyəsinə yumruqla vurmuşdur. Özünü təqsirli bilir. Etdiyi hərəkətdən çox peşmandır. Zərərçəkmiş şəxsin nümayəndəsindən üzr istəyir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs həmkəndlisidir, onunla heç bir ədavəti yoxdur. Təxminən 2 ay bundan öncə həmkəndlisi Abakar Bakı şəhərində olan zaman ona zəng vuraraq nalayiq söyüşlərlə onu təhqir edərək ondan Abakarə məxsus şəklin üzərində dəyişlik etməyi barədə soruşmuş və Abakar onu söyüb təhqir etdiyi üçün o da, Abakarı söyərək kəndə gələrsən danışarıq demişdir. Bundan sonra o Abakarı bir müddət görməmiş və xx.xx.2023-cü il tarixdə Abakarı kəndə gələndə görmüş və ona bildirmişdir ki, “bir-birimizə söyüş söymüşük, yaxşı deyil, bir kəndliyik, bir-birimizdən üzr istəyək bu söhbət bağlansın”. Abakar ona heçnə demədən çıxıb getmişdir. xx.xx.2023-cü il tarixdə saat 20 radələrində o Abakargilə gedib onunla görüşüb barışıq etmək məqsədilə evdən çıxıb Abakarın yaşadığı istiqamətdə getmiş və yolda həmkəndliləri Şahid2 və Şahid1 görmüşdür. O həmkəndlilərinə bu barədə danışmış və Nahid ona Abakargilə getdiyi və oradan da, Abakarlə ortaq qohumları Minayəgilə gedəcəyini demişdir. Onlar Abakargilin qapısına çatanda Nahid Abakargilə girdiyi üçün o çöldə gözləmiş ki, Abakar çıxanda onunla söhbət etsin. Daha sonra Nahidlə Abakar çıxmış və onlar birlikdə Abakarin bibisi Minayəgilə tərəfə getmişdirlər. Yolda o Abakarə gəl keçək qırağa söhbət edək demiş və bu zaman Nahid və Elsevər onlardan biraz aralıda dayanmışdır. O, Abakarə nə üçün ondan Abakara aid şəklin dəyişdirilməsini soruşmadan və maraqlanmadan ona söyüş söydüyünü soruşmuş və Abakar heçnə deməmişdir. O Abakara ilk öncə onun söydüyü üçün onun da Abakarı söydüyünü demiş, daha sonra isə bir-birilərindən üzr istəyib barışmağı təklif etmişdir. Abakar ona yaxşı eliyib söydüyünü deyərək onu əlləri ilə itələmişdir. Abakar onu itələyən zaman o bir dəfə yumruqla onun sifət nahiyyəsinə vurmuş və Abakar divara dəymişdir. O Abakarı vurduqdan sonra onun burnundan qan gəlmiş və o əynində olan maykanı çıxardıb onun burnuna tutmuşdur. Bu zaman Nahid və Elsevər onların yanına gəlmiş və Elsevər Abakarın burnundan qan gəldiyini görüb atasının yaxınlıqda olan maşınından pambıq və yapışdırıcı lent gətirmişdir. Onlar Abakarın əl-üzünü yuduqdan sonra onun burnuna pambıq qoyub, yapışdırıcı lentlə bağlamışlar. Sonra isə Abakar Elseverlə birlikdə evə getmişdir. Abakar evə gedərkən baş vermiş hadisəni heç kimə deməyəcəyini və ailəsinə dalınca itin düşdüyü üçün hasara çıxan zaman burnuna məftil batdığını deyəcəyini bildirərək onlara da bu cür deməyi bildirmişdir. Suallara cavab olaraq Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bir dəfə yumruqla vurduğunu, Abakarı əvvəlcədən vurmaq niyyətinin olmadığını, Abakarı vuran zaman Nahid və Elsevərin hadisənin şahidi olmadıqlarını və Abakarı vuran zaman əlində hər hansı kəsici və ya deşici alət və “beş barmaq”adlanan alət deyil, həmin vaxt əlində kənd işləri görərkən əlinin yararsız hala düşməməsi üçün istifadə etdiyi qara rəngli barmaqları olmayan parçadan olan əlcəyin olduğunu bildirmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə1 izahat verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. Oğlu hadisə barədə ona danışmışdır. O, dəfələrlə zərərçəkmiş şəxsin valideynləri ilə barışmaq istəmişdir. Lakin zərərçəkmiş şəxsin valideynləri ondan 6000 manat pul istəyirlər. Onun isə həmin pulu onlara verməyə maddi imkanı yoxdur. Hadisə olan ərəfələrdə o, 3000 manat onlara təklif etmişdir. Lakin onlar razılaşmamışlar. Hazırda da 6000 manat vermək üçün maddi imkanı yoxdur. Məhkəmə iclası zamanı Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs həmkəndlisidir, onunla heç bir ədavəti yoxdur. Novruz Bayramı tətili ilə əlaqədar Bakı şəhərinə getmiş və Bakı şəhərində olan zaman Asim ona bir neçə dəfə zəng vurmuş, lakin onun vaxtı olmadığı üçün onun zənglərinə cavab verə bilməmişdir. Daha sonra Asim ona sms yazaraq onu telefona cavab vermədiyi üçün nalayiq ifadələrlə təhqir etmişdir. O, Asimin onu təhqir etdiyi üçün ona təhqirlə cavab vermişdir. Daha sonra Asim ona zəng vuraraq kəndə gələndə onunla danışacağını bildirmişdir. O xx.xx.2023-cü il tarixdə Bakı şəhərindən Zaqatala rayonuna yaşadığı kəndə qayıtmışdır. xx.xx.2023-cü il tarixdə saat 20 radələrində həmkəndlisi Şahid2 onun evinə gələrək Asimin çöldə gözlədiyini və onunla söhbət etmək istədiyini bildirmişdir. O, Nahidə söhbət etməyə gəldiyini, lakin dava-dalaş və söyüş söymək olmamasını demişdir. Nahid narahat olmamasını, sadəcə söhbət edəcəyini bildirmişdir. O Nahidlə razılaşaraq onunla getmişdir. Çöldə Təqsirləndirilən şəxs və Şahid1 dayanmışdır. Onlar birlikdə onun yaşadığı evdən təxminən 200-300 metr aralıda sakit bir yerə getmişlər. Asim ona üzr istəməyini bildirmişdir. O, Asimə ilk öncə onun təhqir etdiyini bildirərək Asimin birinci ondan üzr istəməsini bildirmiş, sonra isə onun özünün üzr istəyəcəyini bildirmişdir. Sonra Asim onun üzərinə gələrək üzr istəməyəcəyini bildirdi. O, Asimi əli ilə özündən itələyərək, üzərinə gəlməməsini bildirmişdir. Asim təxminən 5-10 saniyə dayandıqdan sonra qəfildən onun burun nahiyyəsinə yumruqla vurmuşdur. Asim onu vurduqdan sonra onun halı pisləşmiş və o yerə oturmuşdur. Daha sonra Asim təkrar olaraq onun baş nahiyəsinə vurmuşdur. Sonra onun ürəyi getmişdir. Asimin onun sifət nahiyyəsinə nə ilə vurduğunu bilməmişdir. O, özünə gələndə Asimin mayka ilə onun burnunun qanını saxlamağa çalışdığını görmüşdür. Təxminən 5 dəqiqə sonra Elsevər əlində pambıq və yapışdırıcı lentlə gəlmiş və sonra onlar onu bulağın yanına aparıb əlüzünü yumuşlar. Təxminən 30 dəqiqə bulağın yanında oturmuş və həmin vaxt Asim ona onu vurduğunu heç kimə deməməyi, əgər desə bir həftə sonra onu yenə döyəcəyini demişdir. Asim əlavə olaraq ona evdə dalınca it düşdüyünü və itdən qaçıb hasara çıxan zaman burnuna məftil batdığını deməsini bildirmişdir. Sonra Asim və Nahid evlərinə getmiş, Elsever isə ona evə getməyə köməklik etmişdir. xx.xx.2023-cü il tarixdə o burnunun ağrılarının artması səbəbilə evdə atası və anasına atdan yıxıldığını və onlardan ağrılarının olduğu üçün onu həkimə aparmalarını istəmişdir. Həmin gün o atası və anası ilə birlikdə X2 Müşfiq adlı həkimin yanına getmiş və xəstəxanada ondan burnuna nə olduğunu soruşduqda o atdan yıxıldığını bildirmişdir. Daha sonra onun burnu rengen edildikdən sonra burnunda sınıq olduğu ona deyilmişdir. Müşfiq həkim burun-boğaza baxmadığını bildirərək və onları həm X2, həm də Həyat Hospitalda işləyən Anar həkimin yanına göndərmişdir. X14 Anar həkimin yanına getmiş və Anar həkim onun burnunu MRT etdikdən sonra burnuna tampun qoyaraq ağrıkəsici dərman verib evə göndərmişdir. Anar həkim 4 gündən sonra gəlməsini demişdir. 4 gündən sonra Anar həkimin yanına Diaqnostika mərkəzinə getmiş və Anar həkim burnundan tampunu çıxardan zaman burnundan sümük qırığı yerə düşmüşdür. Daha sonra o Labstyle Hospitalına getmiş və Hospitalda adını bilmədiyi qadın həkim burnuna və MRT-nin cavabına baxıb burnunda sınıq olduğunu, lakin müalicə edə bilməyəcəyini bildirmişdir. Səhəri gün o atası və anası ilə birlikdə Bakı şəhərində X6 adlı həkimin yanına getmişdir. Mahmud həkim onu komputer tomoqrafiyası olunmaq üçün X7 göndərmiş və X5 komputer tomoqrafiya olunduqdan sonra cavabın səhəri gün hazır olacağı bildirilmişdir. Onlar həmin günə bilet aldıqları üçün Zaqatalaya qayıtmış və daha sonra Mahmud həkim onlarla əlaqə saxlayıb 15 gündən sonra təkrar onun yanında getməyi və may ayında da əməliyyat olunmalı olduğunu bildirmişdir. Onlar Bakı şəhərindən qayıdanda o anasına atdan yıxılmadığını onu Asim vurduğunu bildirmişdir. Məhkəmə iclası zamanı Zərərçəkmiş şəxs nümayəndəsi X9 izahat verərək göstərmişdir ki, Zərərçəkmiş şəxs onun oğludur. Təqsirləndirilən şəxs onun oğlunu vurmasından sonradan xəbəri olmuşdur. Əvvəlki iclasda oğlu dindirilmişdir. Hazırda oğlu hərbi xidmətdədir. O, cinayət işinin yekunlaşmasını istəyir. Kreditini ödəyə bilmir. Təqsirləndirilən şəxs verilən müddət ərzində bir dəfə də olsa gəlib ondan üzr istəməmişdir. Oğlu Zərərçəkmiş şəxs 5 aydır ki, xəstəxanada yatır. Təqsirləndirilən şəxs lazımi cəza verilməsini istəyir. O, televiziya verilişlərinə müraciət etmişdir. Dəymiş ziyanı qəpiyinə qədər ödətdirəcək. Dəymiş ziyanın məbləği 7000 manatdır. 2000 manatını bağışlamaq fikri olmuş, təqsirləndirilən şəxsin hərəkətlərinə görə bağışlamamışdır. Onlara dəymiş ziyan ödənilərsə barışıq olacaqdır. Ona görə də 7000 manatı tam şəkildə tələb edir. Müraciət etdiyi verilişə gedəcəkdir. Hara lazımdırsa ora müraciət edəcəkdir. Yoldaşı və özü işləmir. Krediti ödəyə bilmir. Bununla bağlı televiziya verilişinə müraciət etmişdir. Təqsirləndirilən şəxsin açıqda gəzməsini istəmir. Onun oğlu zülm çəkəcək, Asim isə kənddə mal-qarasını otaracaq. O, bununla razı deyil. Təqsirləndirilən şəxsə həbslə bağlı olan cəza verilməsini xahiş edir. Məhkəmə iclası zamanı qanuni nümayəndəsi Qanuni nümayəndə2 iştirakı ilə şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, ünvan 1ində yaşayır. Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs, Şahid2lə belə bir fikirləri olmuşdur ki, əsgərə gedəsi uşaqlarla birlikdə çay süfrəsi açsınlar. Kənddə dayanacaqda oturan zaman Şahid2 və Təqsirləndirilən şəxs gəlmişlər. Belə bir qərara gəlmişlər ki, çay süfrəsi ilə bağlı söhbət etmək üçün Zərərçəkmiş şəxsgilə getsinlər. Abakar anası ilə birlikdə qonaq getmək üçün yola çıxmışdır. Şahid2 Abakarı çağırmaq üçün yaxınlaşdıqda Abakar anasını çatdırıb gələcəyini demişdir. Eyni zamanda Abakarın Asimlə aralarında söyüş söhbəti olmuşdur. Asim Abakara hazır gəlmişkən bu söhbəti də həll edək demişdir. Asim onlara “Söhbət bizimdir, siz bizim söhbətimizə qarışmayın, kənarda gözləyin” demişdir. Hava qaranlıq olduğu üçün özləri görünmürdülər, lakin danışıqlarını eşitmək olurdu. Asim Abakara “Telefonda dediyin söyüşləri indi üzümə deyə bilərsənmi” deyə soruşmuş, Abakar “Xeyr, deyə bilmərəm” demişdir. Onda niyə söymüşdün dedikdə Abakar yaxşı eləmişəm demişdir. Təqsirləndirilən şəxs “gəl üzr istə, söhbəti bağlıyaq” demişdir. Abakar isə üzr istəməmişdir. Asimin dediyinə görə Abakar onu əli ilə itələdiyinə görə o da Abakarı yumruqla vurmuşdur. Onlar səsi eşidib yaxınlaşdıqda Abakarın üzünün qan olduğunu görmüşlər. Yaxınlıqda bulaq olmuşdur. Asim öz maykasnı çıxardıb Abakarın üzünü təmizləməyə başlamışdır. Üzünü təmizlədikdən sonra Abakar elə vəziyyətdə evə gedə bilməyəcəyini bildirmişdir. Abakar evdə guya çaya düşdüyünü, qayıdarkən arxasınca it düşdüyünü və itdən qaçarkən setkaya çıxdığını və setkanın üzünü cırdığını deyəcəkdi. Yaxınlıqda maşın olmuşdur. Maşından pambığı və yapışdırıcı lenti götürüb Abakara vermişdir. Daha sonra Abakarı evinə aparmışlar, anasına təhvil vermişlər. Asimin Abakara vurduğunu görməmişdir. Qışqırıq səsi eşidib Nahidlə birlikdə Asim və Abakarın yanına getmişlər. Onların yanına çatanda dalaşırdılar, onları ayırmışlar. Abakarın üzünə işıq salıb baxanda üzünün qan olduğunu görmüşlər. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş ilkin yoxlama materialı zamanı izahatı alınan Şahid2 izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs həmkəndlisidir, onunla heç bir ədavəti yoxdur. Təxminən 2-3 ay bundan öncə həmkəndliləri Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs arasında dəqiq bilmədiyi səbəbə görə mübahisə olduğunu və birbirilərinə qarşı söyüş işlətdiklərini eşitmiş, lakin o onların arasında olan söhbətlərə qarışmamışdır. xx.xx.2023-cü il tarixdə saat 20 radələrində yaşadığı evdən çıxıb kənddə gəzən zaman avtobus dayanacağında həmkəndlisi Şahid1 görüb onunla dayanacaqda biraz söhbət etdikdən sonra o, bibisigilə gedəcəyini bildirmişdir. Elsevər də onunla birlikdə bibisigil tərəfə getmişdir. Onlar bibisigilə çatdıqdan təxminən 15 dəqiqə sonra Təqsirləndirilən şəxs onların yanına gəlmiş və Abakarlə aralarında olan söz-söhbətə görə onunla danışmaq istədiyini bildirmişdir. Daha sonra o, bibisigilə getmək üçün Abakarı çağırmaq məqsədilə evlərinə getmiş və təxminən 2-3 dəqiqə sonra Abakarla birlikdə evdən çıxıb Asim və Elsevərin yanına qayıtmışdır. Sonra Asim siz gözləyin mən Abakarla söhbət edib gəlirəm deyərək Abakarla birlikdə onlardan təxminən 30 metr uzaqlaşmışdır. Hava qaranlıq olduğu üçün o və Elsevər onları görə bilməmişdir. Təxminən 15 dəqiqə sonra Asim və Abakar birlikdə onlara tərəf gəlmiş və Asimin əlində işığı yanılı vəziyyətdə mobil telefonu olmuşdur. Həmin vaxt Abakarın əlində mayka olmuş və o, mayka ilə burnunu tutmuşdur. Elsevər telefonunun işığını yandırmış və Abakarın əlindəki maykada qan izləri və burun nahiyyəsinin də qan içində olduğunu görmüşdür. Daha sonra yaxınlığında olan bulaqda Abakar əl-üzünü yumuş və sonra isə Asim Abakarda olan maykanı da bulaqda yuduqdan sonra təkrar olaraq Abakara burnuna tutması üçün vermişdir. Sonra isə Abakar bu hadisəni valideynlərinin bilməsini istəmədiyini bildirmişdir. Abakar yara üçün yapışdırıcı lent və pambıq istəmiş və Elsevər atasının maşınında olduğunu bildirərək pambıq və yara üçün yapışdırıcı lent götürüb Abakara vermişdir. Daha sonra Abakar onu evə aparmağı istəmiş və o, Asim və Elsevər Abakarı evlərinə aparmışdır. Suallara cavab olaraq Şahid2 Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurduğu anı özünün, nə də Elsevərin görmədiyini bildimişdir. İstintaq zamanı şahid qismində dindirilməsi zəruri olan Şahid2 hərbi xidmətə çağırıldığı müəyyən edilmiş, bu barədə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala rayon şöbəsinə xx.xx.2023-cü il tarixdə sorğu verilmiş və xx.xx.2023-cü il tarxli 3- 43-62/2-499/2023 nömrəli məktubda 4.04.2005-ci il təvəllüdlü Şahid2 xx.xx.2023-cü il tarixdən Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinə müddətli həqiqi hərbi xidmətə göndərildiyi qeyd edilmişdir. İstintaq zamanı Şahid2 şahid qismində dindirilməsi mümkün olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş məhkəmə tibb еkspеrtizasının 02 may 2023-cü il tarixli 86 nömrəli rəyi ilə müəyyən еdilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər – burnunda şişkinlik, burun sümüyünün yerdəyişmiş, qəlpəli sınıqları və sağ tərəfli sümük qəlpəsinin burun boşluğuna evakuasiyası – bərk küt əşyanın təsirindən törəmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə yumruqla vurma nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddirlər. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş 09 may 2023-cü il tarixli Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanması haqqında protokoldan görünür ki, qeyd olunan istintaq hərəkəti keçirilmiş, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək mübahisənin baş verdiyi və zərərçəkmiş şəxsi yumruqla vurduğu həmin yerləri göstərmişdir. Bu barədə protokol tərtib olunmuş və Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkətinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş 09 may 2023-cü il tarixli Şahid1 ifadəsinin yerində yoxlanması haqqında protokoldan görünür ki, qeyd olunan istintaq hərəkəti keçirilmiş, Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək mübahisənin baş verdiyi və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yumruqla vurduğu həmin yerləri göstərmişdir. Bu barədə protokol tərtib olunmuş və Şahid1 ifadəsinin yerində yoxlanılması istintaq hərəkətinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə X15 Şəxs Zaqatala rayon X8 Hüquqi Şəxsin 10 may 2023-cü il tarixli PHŞ-6-78/2-509/2023 nömrəli məktubundan görünür ki, ünvan 1ində qeydiyyatda olmaqla yaşayan xx xxxxxxx 2006-cı il təvəllüdlü Əliyev X11 RMX PHŞ-nin Poliklinika şöbəsinin Psixiatrik və Narkoloji xəstəlikləri kabinetində qeydiyyatda yoxdur. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən аlınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş 27 may 2023-cü il tarixli könüllü təqdim edilmiş əşyanın götürülməsi haqqında protokoldan görünür ki, qeyd edilən tarixdə Təqsirləndirilən şəxs üzərində olan bir cüt barmaqları kəsik halda olan qara rəngli parçadan və dəri materialından olan əlcəyi könüllü təqdim edərək xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə zamanı təqdim etdiyi əlcəyin əlində geyinilmiş halda olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi əlcək vəkili Müdafiəçi və qanuni nümayəndəsi Qanuni nümayəndə1 iştirakı ilə qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş 27 may 2023-cü il tаriхli üzləşdirmə aparmaq haqqında protokoldan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs оğlu ilə Təqsirləndirilən şəxs аrаsındа üzləşdirmə istintаq hərəkəti kеçirilmiş, üzləşmə zаmаnı Zərərçəkmiş şəxs ifаdəsində göstərdiyi хüsusаtlаrı Təqsirləndirilən şəxs üzünə qаrşı dеmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş 27 may 2023-cü il tаriхli üzləşdirmə aparmaq haqqında protokoldan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs оğlu ilə Şahid1 аrаsındа üzləşdirmə istintаq hərəkəti kеçirilmiş, üzləşmə zаmаnı Zərərçəkmiş şəxs ifаdəsində göstərdiyi хüsusаtlаrı Şahid1 üzünə qаrşı dеmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş AA******* nömrəli Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 2006-cı il tarixdə anadan olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında 27 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Zaqatala rayon İcra Hakimiyyəti Başçısının Mamrux kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 06 iyun 2023-cü il tarixli arayışdan görünür ki, Əliyev X11 rayonu Cimcimax kəndində yaşayır. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Zaqatala rayon İcra Hakimiyyəti Başçısının Mamrux kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Əliyev X4 ümumi orta məktəbdə təhsil alıb. Hal-hazırda Qax şəhər peşə məktəbində təhsil alır. Yaşadığı vaxtda ərazi nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Təqsirləndirilən şəxs həyat və tərbiyə şəraiti qənaətbəxş olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə X16 Peşə Liseyinin 12 dekabr 2023-cü il tarixli 100 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həqiqətən X18 29 sentyabr 2021-ci il tarixli 25 nömrəli əmrinə əsasən Liseyin “Torna və frezer dəzgahlarının operatoru” (dövlət vəsaiti hesabına, əyani) ixtisas qrupuna daxil olmuş və hal-hazırda həmin ixtisas üzrə İİİ kurs tələbəsidir. Təhsil müddətinin başa çatma tarixi xx.xx.2024-cü il tarixdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş məhkəmə tibb еkspеrtizasının 10 iyun 2023-cü il tarixli 01-Ə nömrəli rəyi ilə müəyyən еdilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində beşbarmaqla yetirilməyə xarakterik hər hansı bir xəsarət aşkar edilməmiş və Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər yumruqla, eləcə də ekspertizaya təqdim olunan barmaqları kəsik halda olan qara rəngli parçadan və dəri materialından olan əlcəyi ələ geyinməklə də yetirilə bilərdi. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Zərərçəkmiş şəxs оğlunun məhkəməyə ünvanladığı ərizəsindən görünür ki, cinayət işi üzrə ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs ilə barışmamışdır. Təqsirləndirilən şəxs ona vurduğu 6000 manat ziyanı ödədiyi təqdirdə onunla barışa bilər. Növbəti məhkəmə iclaslarının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala rayon şöbəsinin 18 oktyabr 2023-cü il tarixli elektron arayışından görünür ki, ünvan 1ində yaşayan xx xxxxxx 2005-ci il təvəllüdlü Zərərçəkmiş şəxs оğlu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala rayon şöbəsi tərəfindən 30 iyul 2023-cü il tarixdə müddətli həqiqi hərbi xidmətə göndərilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X10 X17 27 oktyabr 2023-cü il tarixli 703/LEŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə və ilkin ekspert rəyinə əsasən onun bədəni üzərində aşkar edilmiş xəsarətlər – burnunda şişkinlik, burun sümüyünün yerdəyişmiş, qəlpəli sınıqları və sağ tərəfli sümük qəlpəsinin burun boşluğuna evakuasiyası bərk küt əşyanın təsirindən törəmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə yumruqla vurma nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddirlər. Beləliklə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri ilə yanaşı, məhkəmə istintaqında tədqiq olunmuş digər dəlillərlə tam sübuta yetirildi. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 20 radələrində Zaqatala rayonu, Cimcimax kəndində avtobus dayanacağının yaxınlığında həmkəndlisi Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı qisas almaq niyyəti ilə sonuncunun sifət nahiyəsinə qəsdən bir dəfə yumruqla vuraraq burnunda şişkinlik, burun sümüyünün yerdəyişmiş, qəlpəli sınıqları və sağ tərəfli sümük qəlpəsinin burun boşluğuna evakuasiyası ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmaya aid xəsarət yetirmişdir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq bilavasitə məhkəmə iclasında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik halları araşdırıb, özünün etirafedici ifadəsini, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut kimi qəbul edərək, həmin sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış biri-digərini tamamlayan sübutlarla tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Həmin Məcəllənin 86.2-ci maddəsinə əsasən cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. Həmin Məcəllənin 59.1.1-ci maddəsinə əsasən hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətin törədilməsi cəzanı yüngülləşdirən hal qismində nəzərə alınır. Həmin Məcəllənin 59.1.2-ci maddəsinə əsasən cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsi cəzanı yüngülləşdirən hal qismində nəzərə alınır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, həyat və tərbiyə şəraitini, həmçinin cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayətin törədilməsini və cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsinin sanksiyasında iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunma imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Onun əməlində cəzanı ağırlaşdıran halların mövcud olmaması, əksinə yuxarıda sadalanan cəzanı yüngülləşdirən hallar, şəxsiyyəti, ailəsinin həyat şəraiti, etdiyi əməlin böyük ictimai təhlükə törətməyən cinayətlər qrupuna aid edilməklə, xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az təhlükəli olması, törətdiyi əmələ görə səmimi peşman olması bunu deməyə əsas verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamında da ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunması, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilməsi tövsiyə olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən halların, onun mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, əməlini etiraf etməsi onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. O da qeyd olunmalıdır ki, təqsirləndirilən şəxs məhkəmə istintaqının sonunadək həm zərərçəkmiş şəxs, həm də onun nümayəndəsi ilə barışıq etməyə sürəkli və davamlı cəhd göstərmiş, lakin zərərçəkmiş şəxs tərəfindən ancaq ona 6000 manat pul ödənildiyi halda onunla barışılacağı bildirilmiş, nəticə etibarı ilə barışmaqdan imtina edilmişdir. Bu baxımdan Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, həyat və tərbiyə şəraitini, onun əməlindən peşman olmasını, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları (hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətməsini və yetkinlik yaşına çatmayan şəxs olmasını), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin barəsində CM-nin 70 və 62-ci maddəsinin tətbiq edilməsinin, eyni zamanda təqsirləndirilən şəxsin iş yeri olmadığından barəsində islah işləri cəzasının tətbiq edilməsinin ağlabatan və cəzanın məqsədinə nail olunması baxımından yetərli vasitə hesab oluna bilmədiyini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.3 və 85.4-cü maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin V hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 aprel 2021-ci il tarixli qərarında da qeyd edilmişdir ki, Cəzaların İcrası Məcəlləsinin 40 və 41-ci maddələrinə müvafiq olaraq, islah işləri növündə cəza məhkumun əsas iş yeri üzrə çəkilir. İslah işləri növündə cəzaya məhkum olunmuş şəxslər məhkum edilməzdən əvvəl işlədikləri vəzifədə və ya işdə qalırlar. Bu şəxslər başqa vəzifəyə və ya işə yalnız əmək qanunvericiliyi ilə müəyyən olunmuş qaydada və ümumi əsaslarla keçirilə bilərlər. Qeyd olunmalıdır ki, Cinayət və Cəzaların İcrası Məcəllələrinin islah işləri ilə əlaqədar normaları əmək qanunvericiliyinə göndəriş edərək, bu cəza növünün tətbiqi üçün məhkumun iş yerinin olmasını zəruri hesab edir. Qeyd olunanlara əsasən məhkəmə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.1ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin olunmasını məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi qüvvədə saxlanılmalıdır. Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli, cəza çəkdiyi müddətdə günün müəyyən vaxtlarında yaşayış yerini tərk etməməli, cəza çəkdiyi müddətdə Zaqatala-Qax rayonları ərazisini, eləcə də saat 23:00-dan saat 07:00-dək yaşayış yeri olan ünvan 1i ünvanında yerləşən evinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. İş üzrə maddi sübut olan Zaqatala RPŞ-də saxlanılan bir cüt əlcək məhv edilməlidir. Zərərçəkmiş şəxs оğluna mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir. İş üzrə xüsusi müsadirə olunmalı əmlakın və mülki iddianın olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında həm də hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə hakim tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməmişdir. Belə vəziyyətdə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan müsadirə edilməli olan əmlak mövcud deyildir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda,bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasınа məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəksin. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs üzərinə yaşadığı Zaqatala-Qax rayonları ərazisini, eləcə də saat 23:00-dan saat 07:00-dək yaşayış yeri olan ünvan 1i ünvanında yerləşən evinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti Zaqatala Rayon İcra və Probasiya Şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı Zaqatala Rayon İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut olan Zaqatala RPŞ-də saxlanılan bir cüt əlcək məhv edilsin. Zərərçəkmiş şəxs оğluna mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. İş üzrə xüsusi müsadirə olunmalı əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar