Azərbaycan Respublikası adından HÖKM Zaqatala rayonu İş № 1(033)-34/2021 08.06.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi,X2 katibliyi, dövlət ittihаmçısı-Аzərbаycаn Respublikаsı Bаş Prоkurоrluğunun Dövlət ittihаmının müdаfiəsi üzrə idаrəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihаmının müdаfiəsi üzrə şöbəsinin prоkurоru, ədliyyə müşaviri Dövlət ittihamçısı оğlunun, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Zaqatala rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs: 17 avqust 1998-ci il tarixdə Zaqatala rayonu Kəpənəkçi kəndində аnadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Zaqatala rayonu Kəpənəkçi kəndində pasport qeydiyyatında olmaqla, həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Təqsirləndirilən şəxs 06 fevral 2021-ci il tarixdə, saat 19 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələbini pozaraq sürücülük vəsiqəsi olmadan, həmin Qanunun 29-cu maddəsinin tələbini pozaraq dövlət qeydiyyat nişanı olmadan, həmin Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələbini pozaraq sərxoş halda idarə etdiyi motosikletlə Zaqatala rayonu Mosul kəndindən Qandax kəndi istiqamətində olan avtomobil yolunun Kəpənəkçi kəndindən keçən hissəsində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ hissəsinin 3-cü bəndinin tələbinə əsasən sürücü yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda həmin tələbləri pozaraq diqqətini daim dəyişən yol şəraitindən və motosikletin idarə edilməsindən ayırmaqla yol şəraitini nəzərə alaraq avtomobili hərəkətin təhlükəsizliyini təmin edən surətlə idarə etməmiş, yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkəti təmin etməmiş və idarəetməni itirərək motosikleti yolun sol kənarında olan ağaca çırpmış, nəticədə ehtiyatsızlıqdan motosikletdə olan sərnişinlər - Zərərçəkmiş şəxs2 sol dirsək oynağı nahiyəsində sıyrıq və belində qançır xarakterli, sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən, Zərərçəkmiş şəxs3 alın nahiyəsində sıyrıq və sol almacıq nahiyəsində qançır xarakterli, sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən və Zərərçəkmiş şəxs1 alnında, sol gözün üst qapağında və burnunda sıyrıqlar, burun sümüklərinin qapalı yerdəyişən sınığı xarakterli, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan və dərəcəsinə görə sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər almasına səbəb olmuşdur. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2021-ci ilin yanvar ayının əvvəllərində könüllü döyüş bölgəsində olduğu müddət ərzində atası Şahid ona Zaqatala rayonu Qandax kəndindən motosiklet almış, lakin motosikletin sənədi və onun sürücülük vəsiqəsi olmadığına görə 12 yanvar 2021-ci il tarixdə təxris olub evə qayıtdıqdan sonra həmin motosikleti yalnız kənd içində sürmüşdür. O, 06 fevral 2021-ci il tarixdə günorta saatlarında evdə olarkən bir qədər spirtli içki qəbul etmiş, axsam təxminən saat 19 radələrində həmin motosikletə əyləşib kəndin mərkəzində yerləşən çayxanaya getmiş, orada dayandığı vaxt həmkəndliləri Rəfayıl, Adil və Sənan ona yaxınlaşaraq onları evə aparmasını xahiş etmişlər. O, onların da sərxoş vəziyyətdə olduqlarını görmüş və onları evə aparması üçün razılaşmışdır. Sərnişinlərdən Rəfayıl onun arxasındakı oturacaqda, Sənan və Adil isə motosikletin lulkasına əyləşmişlər. O, motosikletlə Zaqatala rayonu Mosul kəndindən Qandax kəndi istiqamətində hərəkətdə olarkən yolun Kəpənəkçi kəndindən keçən hissəsində idarə etməni itirmiş, bu zaman əyləci basmış, lakin əyləc tutmamış və motosiklet yolun əks istiqamətinə çıxaraq yol kənarında olan ağaca çırpılıb dayanmışdır. Hadisə baş verdikdən sonra o, təxminən 15-20 dəqiqə sonra özünə gəlmiş və onu TTY avtomaşınına mindirərək Zaqatala rayon Mərkəzi xəstəxanasına aparmışlar və sonradan ona məlum olmuşdur ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Zərərçəkmiş şəxs1 burnu sınmış, Zərərçəkmiş şəxs2 isə qolu əzilmişdir. Atası Şahid həmin motosikleti hissələr şəklində toplayaraq düzəltmiş, bu səbəbdən motosikletin heç bir rəsmi sənədi olmamış, hadisədən əvvəl motosiklet saz vəziyyətdə olmuş və idarə edərkən surət həddi təxminən 30-40 km/saat olmuşdur. Zərərçəkmiş şəxslərə dəymiş zərəri ödəməklə onlarla barışıq əldə etmiş, etdiyi hərəkətdən peşmandır. O, 44 günlük Vətən Müharibəsində iştirak etmişdir. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, 06 fevral 2021-ci il tarixdə günorta saatlarında həmkəndliləri Rəfayıl və Sənan ilə birlikdə Zaqatala rayonu Yengiyan kəndində yerləşən kafedə yemək yeyərkən bir qədər spirtli içki qəbul etmiş, təxminən saat 19 radələrində taksi ilə Kəpənəkçi kəndinə qayıtmış, kəndin mərkəzində yerləşən çayxananın qarşısında dayanan zaman həmkəndlisi Təqsirləndirilən şəxs də çayxananın qarşısında olduğunu görüb ona yaxınlaşmış və onları evə aparmaları üçün xahiş etmişlər. Təqsirləndirilən şəxs onlarla razılaşmış və motosikletə əyləşərək yola çıxmışlar. Zərərçəkmiş şəxs3 sürücü Təqsirləndirilən şəxs arxasındakı oturacağa, o və Zərərçəkmiş şəxs2 isə motoskletin lulkasında əyləşmişlər. Zaqatala rayonu Mosul kəndindən Qandax kəndi istiqamətində olan yolun Kəpənəkçi kəndindən keçən hissəsində hərəkətdə olarkən sürücü Təqsirləndirilən şəxs idarə etməni itirmiş və motosiklet əks yola çıxmış, bu zaman o, oturduğu lulkadan asfalta düşmüş, təxminən 15-20 dəqiqə sonra özünə gəlmiş, TTY avtomaşını ilə Zaqatala rayon Mərkəzi xəstəxanasına aparılmışdır. Hadisə nəticəsində onun burnu sınmış və sol göz ətrafında qan yığılmışdır. Xəstəxanada olarkən ona məlum olmuşdur ki, sürücü Təqsirləndirilən şəxs idarə etdiyi motosiklet yol nəqliyyat hadisəsi törədərək ağaca çırpılaraq dayanmış və nəticədə Zərərçəkmiş şəxs2 da xəsarət almışdır. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəməklə onunla barışıq əldə etmişdir. Hazırda Təqsirləndirilən şəxsa qarşı şikayət və tələbi yoxdur. Onun barəsində yüngül cəza növünün tədbiq edilməsini xahiş etdi. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdikləri ifadələrini təsdiq etdiklərini bildirdilər və digər şahid Zərərçəkmiş şəxs1 ilə oxşar məzmunda ifadə verərək onun qeyd etdikləri xüsusatları təsdiq etdilər. Əlavə olaraq Təqsirləndirilən şəxslə barışdıqlarını bildirərək, ona qarşı şikayət və tələblərinin olmadığını, onlara dəymiş ziyanın ödənildiyini və onun barəsində yüngül cəza növünün tədbiq edilməsini xahiş etdilər. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid oğlu ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, oğlu Təqsirləndirilən şəxs döyüş bölgəsində xidmətdə olan zaman həmin motosikleti hissələr şəklində almış və sonradan həmin hissələri bir yerə toplayaraq motosikleti təmir edib normal vəziyyətə gətirmiş və Təqsirləndirilən şəxs döyüş bölgəsindən qayıtdıqdan sonra idarə etməsi üçün ona bağışlamışdır. O, 06 fevral 2021-ci il tarixdə saat 18 radələrində yaşadığı evə gəldikdən sonra oğlu Təqsirləndirilən şəxs kəndin mərkəzinə gedəcəyini bildirərək motosikletlə getmiş, sonradan tanımadığı şəxs onun mobil nömrəsinə zəng edərək Təqsirləndirilən şəxs idarə etdiyi motosikletlə yol nəqliyyat hadisəsi törətdiyini bildirmişdir. O, hadisə yerinə gəldikdə oğlu Təqsirləndirilən şəxs idarə etdiyi motosikletin ağaca dəyərək dayandığını və həmkəndliləri Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 və oğlu Təqsirləndirilən şəxs TTY və yoldan keçən avtomaşınlar vasitəsilə Zaqatala rayon Mərkəzi xəstəxanasına aparıldığını görmüşdür. Sonradan ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 müxtəlif xəsarətlər almışlar. İş materiallarına əlavə edilmiş 06 fevral 2021-ci il tarixli “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, yol-nəqliyyat hadisəsi yeri Zaqatala rayonu Kəpənəkçi kəndində kəndiçi yoldur. Yolun hərəkət hissəsi düz, örtüyün növü asfaltbeton, örtüyün vəziyyəti quru, yol örtüyünün eni 6 metr, hərəkət zolaqlarının sayı 2, hərəkət hissəsinin hər birinin eni 3 metrdir. Hərəkət hissəsində nişanlanma xətti yoxdur. Hərəkət hissəyə birləşir sağdan yol çiyini, soldan yol çiyni, Sonra sağdan yaşayış evinin hasarı. Yol işıqlandırılmır. Sürücü yerindən faraların işığında görünüş məsafəsi: uzaq işıqda 40 metr, yaxın işıqda 20 metr. Hadisə yerində nəqliyyat vasitələrinin vəziyyəti: hadisədən sonra motosiklet hərəkət istiqamətinin əks tərəfində, qabaq tərəfi ağaca çırpılmış, arxa sol tərəfi isə asfalt üzərində müəyyən edilmişdir. Şinlərin izləri aşkar edilməmiş, tormozlama izləri aşkar edilməmişdir. Hadisə yerində aşkarlanmış 1 ədəd motosiklet hadisə yerindən götürülərək Zaqatala rayon Polis Şöbəsinin müvəqqəti duracağına yerləşdirilmişdir. İştirakçıların, o cümlədən sürücünün baxış protokolunun tərtibi, habelə nəqliyyat vasitələrinin nasazlığı haqqında ərizə və qeydləri daxil olmamışdır. İş materiallarına əlavə edilmiş 06 fevral 2021-ci il tarixli 51 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinə aktından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən alkoqol qəbulu aşkar edilmiş və yüngül dərəcəli sərxoş olmuşdur. İş materiallarına əlavə edilmiş Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyi X4 tərəfindən 10.02.2021-ci il tarixdə verilmiş 25 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədənində aşkar edilmiş xəsarətlər - alnında, sol gözün üst qapağında və burnunda sıyrıqlar, burun sümüklərinin qapalı yerdəyişən sınığı - bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, eləcə də onun xəstəxanaya müraciət etdiyi vaxtdan az əvvəl olmaqla, 06.02.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdilər, dərəcəsinə görə, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İş materiallarına əlavə edilmiş Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyi X4 tərəfindən 10.02.2021-ci il tarixdə verilmiş 24 nömrəli ekspert rəyindən görünür ki, Vət. X1 bədəni üzərində aşkar edilmiş xəsarətlər - alın nahiyəsində sıyrıq və sol almacıq nahiyəsində qançır - bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, eləcə də onun xəstəxanaya müraciət etdiyi vaxtdan az əvvəl olmaqla 06.02.2021-ci il tarixdə baş vermiş yol-nəqlıyyat hadisəsi zamanı əmələ gələ bilərdilər, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. İş materiallarına əlavə edilmiş Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyi X4 tərəfindən 10.02.2021-ci il tarixdə verilmiş 23 nömrəli ekspert rəyindən görünür ki, Vət. Zərərçəkmiş şəxs2 bədənində aşkar edilmiş xəsarətlər - sol dirsək oynağı nahiyəsində sıyrıq və belində qançır - bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, eləcə də onun xəstəxanaya müraciət etdiyi vaxtdan az əvvəl olmaqla, 06.02.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdilər, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 mart 2021-ci il tarixli 8/400 nömrəli məhkəmə yol-nəqliyyat ekspertizası rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən motosikletin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Mehdiyev motosikleti dövlət qeydiyyat nişanı olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Mehdiyev motosikleti sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Mehdiyev motosikleti sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndindən tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının Kəpənəkçi kənd inzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş 21 aprel 2021-ci il tarixli Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Zaqatala RPŞ-nin DYPB-nin raportundan görünür ki, DİN-nin BDYPİ-nin Mərkəzi Məlumat xidmətinin bazasında yoxlama zamanı Təqsirləndirilən şəxs həqiqətən də sürücülük vəsiqəsinin olmaması aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş 22.04.2021-ci il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışlar, ondan heç bir şikayət və tələbləri yoxdur. Onlara dəymiş ziyan tam şəkildə ödənilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala rayon şöbəsi tərəfindən verilmiş 08 iyun 2021-ci il tarixli 966 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs 27 sentyabr 2020ci il tarixdən 10 noyabr 2020-ci il tarixinədək Talış kənd və Suqovuşan istiqamətində gedən döyüş əməliyyatlarında iştirak etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün, zərərçəkmiş şəxslərin və şahidin ifadələri, məhkəmə tibbi ekspertiza və məhkəmə yol-nəqliyyat ekspertiza rəyləri, hadisə yerinə baxış protokolu, iş materiallarına əlavə edilmiş digər istintaq hərəkətlərinin protokolları və məhkəmə istintaqında tədqiq olunmuş digər dəlillərlə tam sübuta yetirildi. Belə ki, Təqsirləndirilən şəxs 06 fevral 2021-ci il tarixdə, saat 19 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələbini pozaraq sürücülük vəsiqəsi olmadan, həmin Qanunun 29-cu maddəsinin tələbini pozaraq dövlət qeydiyyat nişanı olmadan, həmin Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələbini pozaraq sərxoş halda idarə etdiyi motosikletlə Zaqatala rayonu Mosul kəndindən Qandax kəndi istiqamətində olan avtomobil yolunun Kəpənəkçi kəndindən keçən hissəsində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ hissəsinin 3-cü bəndinin tələbinə əsasən sürücü yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda həmin tələbləri pozaraq diqqətini daim dəyişən yol şəraitindən və motosikletin idarə edilməsindən ayırmaqla yol şəraitini nəzərə alaraq avtomobili hərəkətin təhlükəsizliyini təmin edən surətlə idarə etməmiş, yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkəti təmin etməmiş və idarəetməni itirərək motosikleti yolun sol kənarında olan ağaca çırpmış, nəticədə ehtiyatsızlıqdan motosikletdə olan sərnişinlər - Zərərçəkmiş şəxs2 sol dirsək oynağı nahiyəsində sıyrıq və belində qançır xarakterli, sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən, Zərərçəkmiş şəxs3 alın nahiyəsində sıyrıq və sol almacıq nahiyəsində qançır xarakterli, sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən və Zərərçəkmiş şəxs1 alnında, sol gözün üst qapağında və burnunda sıyrıqlar, burun sümüklərinin qapalı yerdəyişən sınığı xarakterli, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan və dərəcəsinə görə sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər almasına səbəb olmuşdur. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq bilavasitə məhkəmə iclasında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ekspertiza rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut kimi qəbul edərək, həmin sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış biri-digərini tamamlayan sübutlarla tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.1.1-ci maddəsinə əsasən hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayətin törədilməsi cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınır. Həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınır. Həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə cinayət nəticəsində dəymiş ziyanı tam ödəməklə onlarla barşıq əldə etməsini, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini cəzanı, eyni zamanda 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixinədək Talış kənd və Suqovuşan istiqamətində gedən döyüş əməliyyatlarında iştirak etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 nömrəli qərarının 21-ci bəndində göstərilir ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, bu qəbildən olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamında ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunması, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilməsi tövsiyə olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən halın, onun mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, əməlini etiraf etməsi onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. İşdə olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar olduğundan və ağırlaşdırıcı hallar olmadığından, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə cəza təyin edilərkən, təqsirləndirilən şəxsə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin qaydaları əsasında, yəni sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq olmamaqla təyin edilməlidir. Bu baxımdan Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, əməlindən peşman olmasını, ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb olunmasını, “Vətən Müharibəsi” iştirakçısı olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməklə təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və onun cəmiyyətdən təcrid edilmədən də islah olunması mümkün olduğundan, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsinin sansiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməli və ona təyin edilmiş cəza şərti olaraq tətbiq edilməklə üzərində sınaq müddəti müəyyən olunmalı, eyni zamanda təqsirləndirilən şəxsin nəqliyyat vasitələrini idarəetmə hüququndan müəyyən müddətə məhrum edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Qeyd olunanlarla yanaşı məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs 100 manat ekspertiza xərcinin alınaraq dövlət büdcəsinin hesabına ödənilməsini, həmçinin, təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vemə” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmasını əsaslı hesab edir. İş üzrə maddi sübut olan bir ədəd motosikletin saxlanması üçün sahibinə təhvil verilməsi və mülki iddianın olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında həm də hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə hakim tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməmişdir. Belə vəziyyətdə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan müsadirə edilməli olan əmlak mövcud deyildir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda,bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan mərhum edilməklə, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə, ona təyin edilmiş həmin cəza 01 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. İş üzrə ekspertiza xərci olan 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət büdcəsinə keçirilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Zaqatala Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut olan bir ədəd motosikletin saxlanması üçün sahibinə təhvil verilməsi, mülki iddianın və xüsusi müsadirə olunmalı əmlakın olmaması nəzərə alınsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Sədrlik edən Tural Həsənov
Məhkəmə qərarları › İş №1(033)-34/2021
Zaqatala Rayon Məhkəməsi Hökm — İş №1(033)-34/2021
08.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver