Məhkəmə qərarları › İş №1(033)-34/2022

Zaqatala Rayon Məhkəməsi Hökm — İş №1(033)-34/2022

29.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Zaqatala rayonu İş № 1(033)-34/2022 29.06.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X2 katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs3, onun müdafiəçisi Zaqatala rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi Zaqatala rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, təqirləndirilən şəxs Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Zaqatala rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə 04 avqust 1971-ci ildə Zaqatala rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işsiz, Zaqatala rayonu, Dardoqqaz kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair, xx xxxx 1974-cü ildə Zaqatala rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu olmayan, ikinci qrup əlil, Zaqatala rayonu, Aşağı Tala kəndində qeydiyyatında olan və Zaqatala şəhəri, Faiq Əmirov küçəsi ev 43, mənzil 4-də yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair, xx xxxx 1966-cı ildə Zaqatala rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu olmayan, Zaqatala şəhəri, İ.Şamil küçəsi ev 73, mənzil 2-də qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci və 234.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında saat 15:00-da açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs3 2022-ci ilin yanvar ayının sonlarında istintaq zamanı dəqiq müəyyən edilməmiş tarixdə saat 19 radələrində Zaqatala şəhəri, İ.Şamil küçəsində yerləşən “Köhnə Bazar” deyilən yerin yaxınlığında tanışı Təqsirləndirilən şəxs2 60 manat məbləğində pul ödəyərək satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd üzərində “Fesko” yazısı olan kibrit qutusunda qablaşdırılmış şəxsi istehlak miqdarından artıq, yəni təmiz çəkisi 5,69 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 02 fevral 2022-ci il tarixdə saat 19 radələrində Zaqatala şəhəri, Faiq Əmirov küçəsində yerləşən “İsoil” hotelinin qarşısında tanışı Təqsirləndirilən şəxs1 100 manat məbləğində pul ödəyərək satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd üzərində “Union Spiçki” yazısı olan kibrit qutusunda və bir ədəd üzərində “Spiçki” yazısı olan kibrit qutusunda qablaşdırılmış, şəxsi istehlak miqdarından artıq miqdarda, ayrı-ayrılıqda təmiz çəkiləri 5,56 qram və 5,45 qram, ümumi təmiz çəkisi, 11,01 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2022-ci il tarixdə saat 17 radələrində Zaqatala rayon polis şöbəsinin əməkdaşları tərəfindən Zaqatala rayonu, Qazangül qəsəbəsində saxlanılaraq Zaqatala rayon polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılarkən əynindəki gödəkçənin sol yan cibindən bir ədəd üzərində “Union Spiçki” yazısı olan kibrit qutusunda və bir ədəd üzərində “Spiçki” yazısı olan kibrit qutusunda qablaşdırılmış, şəxsi istehlak miqdarından artıq ayrı-ayrılıqda təmiz çəkiləri 5,56 qram və 5,45 qram, ümumi təmiz çəkisi isə 11,01 qram olan, narkotik vasitə qurudulmuş marixuana, əynindəki gödəkçənin sağ yan cibindən bir ədəd üzərində “Fesko” yazısı olan kibrit qutusunda qablaşdırılmış, şəxsi istehlak miqdarından artıq, yəni təmiz çəkisi 5,69 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən ümumi təmiz çəkisi 138,05 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edib idarə etdiyi VAZ 21099 markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində saxlayaraq daşımış, xx.xx.2022-ci il tarixdə saat 19 radələrində satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı 138,05 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın 11,01 qramını 2 ədəd kibrit qutusunda qablaşdırılmış halda Zaqatala şəhəri, Faiq Əmirov küçəsində yerləşən “İsoil” hotelinin qarşısında 100 manat müqabilində tanışı Təqsirləndirilən şəxs3 satmış, xx.xx.2022-ci il tarixdə saat 17 radələrində Zaqatala rayon polis şöbəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs3 Zaqatala rayonu Qazangül qəsəbəsində saxlanılaraq Zaqatala rayon polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılarkən əynində olan gödəkçənin sol yan cibindən bir ədəd üzərində “Union Spiçki” yazısı olan kibrit qutusunda və bir ədəd üzərində “Spiçki” yazısı olan kibrit qutusunda qablaşdırılmış ayrı-ayrılıqda təmiz çəkiləri 5,56 qram və 5,45 qram, ümumi təmiz çəkisi 11,01 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, daha sonra o, xx.xx.2022-ci il tarixdə saat 18:30 radələrində Zaqatala rayon polis şöbəsinin əməkdaşları tərəfindən Zaqatala şəhəri, Faiq Əmirov küçəsində saxlanılaraq Zaqatala rayon polis şöbəsinə gətirilmiş, həmin gün saat 20 radələrində Zaqatala rayon polis şöbəsinin inzibati binasının həyətində idarə etdiyi VAZ 21099 markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə baxış keçirilərkən 1 ədəd şəffaf rəngli sellofan torbanın içərisindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı təmiz çəkisi 127.04 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 satış məqsədi ilə istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən ümumi təmiz çəkisi 11,33 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edib üzərində saxlayaraq daşımış, 2022-ci ilin yanvar ayının sonlarında istintaq zamanı dəqiq müəyyən edilməmiş tarixdə saat 19 radələrində satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı 11,33 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın 5,69 qramını 1 ədəd kibrit qutusunda qablaşdırılmış halda Zaqatala şəhəri, İ.Şamil küçəsində yerləşən “Köhnə Bazar” deyilən yerin yaxınlığında 60 manat müqabilində tanışı Təqsirləndirilən şəxs3 satmış, xx.xx.2022-ci il tarixdə saat 17 radələrində Zaqatala rayon polis şöbəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs3 Zaqatala rayonu Qazangül qəsəbəsində saxlanılaraq Zaqatala rayon polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılarkən əynində olan gödəkçənin sağ yan cibində bir ədəd üzərində “Fesko” yazısı olan kibrit qutusunda qablaşdırılmış, təmiz çəkisi 5,69 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, daha sonra o, xx.xx.2022-ci il tarixdə saat 21:30 radələrində Zaqatala rayon polis şöbəsinin əməkdaşları tərəfindən Zaqatala şəhəri, Faiq Əmirov küçəsində saxlanılaraq Zaqatala rayon polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılarkən əynində olan gödəkçənin sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı, bir ədəd kibrit qutusunda qablaşdırılmış təmiz çəkisi 5,64 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq 1952-ci ildə Rusiya Federasiyasının (keçmiş SSRİ) “Luqansk” zavodunda istehsal olunmuş 7,62 mm kalibrli, “AKM”, “AKMS”, “AK-47” avtomatlarda, “SKS” karabinlərdə istifadə etmək üçün nəzərdə tutulmuş, atəşə yararlı, döyüş sursatı hesab edilən 20 ədəd patronlar və 12,7 mm kalibrli, “DŞK”, “DŞKM” markalı iri çaplı pulemyotlarda istifadə etmək üçün nəzərdə tutulmuş, giliz və gülləsi bir-birindən ayrılmış vəziyyətdə olduğundan atəşə yararsız 1 ədəd patronu əldə edib üzərində saxlayaraq gəzdirmiş, xx.xx.2022-ci il tarixdə, saat 21:30 radələrində Zaqatala rayon polis şöbəsinin əməkdaşları tərəfindən Zaqatala şəhəri, Faiq Əmirov küçəsində saxlanılaraq Zaqatala rayon polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılarkən əynində olan gödəkçənin sol iç cibində qanunsuz olaraq əldə edib üzərində gəzdirdiyi döyüş sursatı hesab edilən, atəşə yararlı həmin 20 ədəd patronlar və atəşə yararsız, gilizi ilə gülləsi bir-birindən ayrılmış 1 ədəd patron aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 1992-ci ildən narkotik vasitə qurudulmuş marixuana istifadəçisi olmuş, o, təxminən 22-23 yanvar 2022-ci il tarixdə günorta saatlarında avtomobil ustası Oqtaya zəng edərək Oqtaydan ona narkotik vasitə qurudulmamış marixuana təşkil edib-etməyəcəyini soruşmuşdur. Oqtay ona bir siqaret qutusu həcmində narkotik vasitə qurudulmuş marixuananı 60 manata tapa biləcəyini demiş, o da razılaşmışdır. Oqtay qonaq getdiyi Zilban kəndinə gələrək ondan 60 manat almış, həmin gün saat 19 radələrində istifadəsində olan 050 473 43 19 mobil nömrəsi ilə Oqtay ilə əlaqə saxlamış və Zaqatala şəhəri, ərazisində “Köhnə Bazar” adlanan ərazidə Oqtay ilə görüşmüşdür. Oqtaydan 1 siqaret qutusunda narkotik vasutə qurudulmuş marixuana almış, o, həmin narkotik vasitə marixuananın biraz hissəsini istifadə etmiş, lakin xoşuna gəlmədiyi üçün üzərində gəzdirmişdir. xx.xx.2022-ci il tarixdə əvvəllər tanıdığı taksi sürücüsü Mahir ilə Zaqatala rayonu, Araz marketin qarşısında söhbət edən zaman Mahir ona 2 kibrit qutusu narkotik vasitə qurudulmuş marixuananı 100 manata tapa biləcəyini demiş, o da ucuz başa gəldiyi və çətin tapıldığı üçün Mahirlə razılaşmışdır. Mahirə 100 manat pul vermiş, həmin gün saat 19 radələrində Mahir istifadəsində olan mobil nömrəyə zəng edərək onunla “İsoil” motelinə yaxın körpünün yanında görüşmüş və 2 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuananı Mahirdən almışdır. xx.xx.2022-ci il tarixdə saat 17 radələrində Zaqatala rayonu, Qazangül qəsəbəsində yerləşən avtomobil ehtiyyat hissələri satılan mağazanın qarşısında olduğu zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər və narkotik vasitələrin istifadəsində, daşınmasında, üzərində saxlamasında şübhəli olduğu üçün Zaqatala rayon polis şöbəsinə dəvət etmişlər. O, heç bir etiraz etməyərək polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Zaqatala rayon polis şöbəsində onu şübhəli şəxs qismində tutmuşlar və müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparmışlar. Şəxsi axtarışdan əvvəl ona könüllü olaraq üzərində olan hər-hansı bir qanunsuz vasitə və predmeti könüllü təqdim etməyi təklif etmişlər. O, üzərindəki gödəkçənin sol yan cibində olan 2 (iki) ədəd kibrit qutusundakı narkotik vasitə qurudulmuş marixuananı təqdim etmişdir. Həmin kibrit qutuları içindəki kütlə ilə elektron tərəzidə çəkilmiş və biri 8.38 qram, digəri isə 8.30 qram təşkil etmişdir. Bundan sonra o, gödəkçənin sağ yan cibindəki üzərində “Fesko” yazısı olan kibrit qutusundakı marixuananı təqdim etmiş, həmin kibrit qutusu içindəki kütlə ilə elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 9.02 qram təşkil etmişdir. Bundan sonra o, üzərində olan nəqliyyat vasitəsinin açarını, iki ədəd 1 manatlıq pul əskinazını təqdim etmiş və üzərində axtarış aparılmışdır. Üzərindən başqa heçnə aşkar edilməmiş, nəqliyyat vasitəsinin açarı və pul əskinazları ona geri qaytarılmışdır. Kibrit qutuları isə ayrı-ayrı iki ədəd zərfdə qablaşdırılmış, şəxsi axtarış zamanı o, sol yan cibində olan 2 (iki) ədəd kibrit qutusundakı marixuananı Mahir adlı şəxsdən aldığını bildirdiyi üçün bir zərfdə və sağ yan cibində olan 1 ədəd kibrit qutusundakı marixuananı Oqtay adlı şəxsdən aldığını bildirdiyi üçün ayrı zərfdə qablaşdıraraq götürülmüşdür. Şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş və protokolun doğruluğunu öz imzası ilə təsdiq etmişdir. O, marixuananı istifadə etdiyi üçün almış və başqa yerlərdə saxlamaqdan qorxduğu üçün üzərində gəzdirmişdir. O, yaşadığı evdə və yaxud başqa yerdə narkotik narkotik vasitə və ya psixotrop maddə saxlamamışdır. Ailə üzvlərinin və ya hər hansı bir şəxsin narkotik vasitə və ya psixotrop maddə saxlamasından məlumatı olmamışdır. O, narkotik vasitədən ancaq özü istifadə etmiş, heç kimə verməmişdir. Mahir yalan danışmış, aralarında 1 ildən çoxdur ki, borc məsələsi olmuşdur. O, pulu olmadığı üçün borcunu ödəyə bilməmiş, Mahir narkotik vasitə qurudulmuş marixuana istifadə etdiyini bilirdi. Ona görə də o, Mahirdə narkotik vasitə qurudulmuş marixuana olduğunu bildiyi üçün pul ödəyərək almışdır. Oqtay da yalan danışmış, Oqtayla bir neçə dəfə avtomobil düzəltdirməyə gedəndə narkotik vasitə qurudulmuş marixuana çəkmişdir. O, Oqtayın da narkotik vasitə qurudulmuş marixuana olmasını bildiyi üçün pul ödəyərək almışdır. Törətdiyi əməldən peşman olmasını və ilk dəfə olaraq cinayət törətməsini nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 15 radələrində Zaqatala şəhəri F.Əmirov küçəsində yerləşən “Bakı” ticarət mərkəzinin yanındakı taksi fəaliyyəti ilə məşğul olduğu dayanacağa idarə etdiyi “VAZ-21099” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə gəldikdə polis əməkdaşları ona yaxınlaşıb narkotik vasitələrin saxlanılmasında, daşınmasında, satışında şübhəli olduğunu bildirərək idarə etdiyi nəqliyyat vasitəsi ilə onu Zaqatala rayon polis şöbəsinə dəvət etmişlər. O, idarə etdiyi nəqliyyat vasitəsi ilə Zaqatala rayon polis şöbəsinin həyətinə maşınla girmiş, avtomobilinin qapıları və yük hissəsi bağlanmadığından həmin vəziyyətdə avtomobilini qoyub polis şöbəsinin inzibati binasına daxil olmuşdur. Bir neçə saat sonra polis şöbəsinin inzibati binasında şübhəli şəxs qismində Müdafiəçi1 iştirakı ilə üzərində şəxsi axtarış aparılmış, üzərindən heç bir qeyri qanuni əşya çıxmamışdır. Sonra isə idarə etdiyi avtomobilə onun razılığı ilə baxış keçirilən zaman avtomobilin arxa yük yerindən sellofan torbada yaşıl kütlə aşkar edilmişdir. O, həmin yaşıl kütlənin ona məxsus olmadığını bildirmiş və həmin sellofan torbaya əli ilə müdaxilə etməmişdir. Həmin yaşıl kütlə elektron tərəzidə çəkiləndə ümumi çəkisi 0.130 kiloqram təşkil etmiş, həmin kütlə iştirakları ilə ağ rəngli zərfdə qablaşdırılaraq götürülmüşdür. Onun həmin kütlədən onun xəbəri olmamış, səhər avtomobilinin yük yerini özü təmizləmiş, həmin kütlə polis şöbəsinin həyətində avtomobilinin yük yerinin açıq olmasından istifadə edilərək qoyulmuşdur. Polis şöbəsinin həyətində olan müşahidə kameralarına baxış keçirilməsini xahiş etmişdir. O, narkotik vasitələrdən istifadə etməmişdir. O, hər hansı şəxsə istifadə etməsi üçün əvəzli və ya əvəzsiz olaraq narkotik vasitə və ya psixotrop maddə verməmişdir. O, Təqsirləndirilən şəxs3 təxminən 2 ildir ki tanımış, İlham da taksi fəaliyyəti ilə məşğul olmuş və onun mütəmadi durduğu dayanacağa gəlmişdir. Təxminən 2019-cu ildə İlham bankdan kredit götürəndə ondan zamin durmağı xahiş etmiş və o, həmin vaxt zamin durmuşdur. Krediti ödəmədiyinə görə onu təxminən 3-4 ay əvvəl məhkəməyə çağırmışlar və evinə məktublar gəlmişdir. xx.xx.2022-ci il tarixdə saat 18 radələrində İlham ona zəng edərək harada olduğunu soruşmuş, o, həmin vaxt Muxax kəndində olmuşdur. Həmin gün saat 19 radələrində İlham təkrar ona zəng edərək harada olduğunu soruşmuş, İlhama evdə olduğunu bildirmişdir. Təxminən 15 dəqiqədən sonra İlham yaşadığı binanın qarşısına gəlmiş və pəncərədən onu çölə çağırmışdır. O, pəncərədən baxanda çörək yediyini demiş, bundan sonra İlham ondan soruşmadan evinə gəlmiş və mənzilinə daxil olmuşdur. O, münasibəti olduğu üçün dəvət etmiş, bundan sonra yaşadığı binanın qarşısına düşmüşlər və kredit ödəmədiyi üçün iradını bildirmişdir. Buna görə aralarında mübahisə düşmüş və İlham çıxıb getmişdir. O, İlhamla “İsoil” motelinin qarşısında görüşməmiş və narkotik vasitə satmamışdır. Onun barəsində təqsiri olmadığından bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs3 tanımış, İlham onun müştərisi olmuşdur. Bir neçə ay əvvəl iş yerində olan zaman müharibədə iştirak etmiş gənc oğlanlar avtomobillərini təmir etdirmək üçün sexə gəlmişlər. O, həmin şəxsləri tanımamış, birinci dəfə idiki, görmüşdür. Həmin şəxslərdən birinin əlindəki sellofan torbada silah patronları olmuş, o da həmin şəxslə söhbət edərək özünə boş yerə problem yaradacağını, patronları üzərində saxlamamasını istəmişdir. Həmin şəxs də onun məsləhətlərinə qulaq asaraq patronları necə məhv edəcəyini soruşmuş, o da həmin şəxsdən patronları ona verməsini, özünün məhv edəcəyini demişdir. Həmin şəxs patronları ona vermiş, ümumilikdə 21 ədəd patron olmuşdur. O, patronları sexdə olan şkafın içərisinə qoymuşdur. xx.xx.2022-ci il tarixdə saat 15 radələrində Zaqatala rayonu, Faiq Əmirov küçəsində yerləşən sexdə olduğu zaman polis əməkdaşları yaxınlaşaraq narkotik vasitələrin istifadəsində, dövriyyəsində, saxlamasında şübhəli olduğunu bildirib onu Zaqatala rayon polis şöbəsinə dəvət etmişlər. Sexdə olan şkafa polis əməkdaşları baxan zaman patronları aşkar etmişlər, polis əməkdaşları patronları götürmüşlər. Onun üzərini də axtarmışlar, ancaq heçnə tapa bilməmişlər. Polis şöbəsində olan zaman onun üzərindəki gödəkçəni çıxarmışlar, bir neçə saat polis şöbəsində qalmışdır. Daha sonra tanımadığı polis əməkdaşı patronları onun gödəkçəsinin cibinə qoymuş, o, gödəkçəsini geyinmişdir. Gödəkcəni geyinən zaman digər cibində nəsə kütlə olmasını görmüş, cibinə narkotik vasitə qoyulmasını güman etmişdir. Bir neçə saat polis şöbəsində qaldıqdan sonra vəkil Müdafiəçi2 iştirakı ilə üzərində şəxsi axtarış aparmışlar, şəxsi axtarış zamanı üzərində olan gödəkcənin sol iç cibindən 21 ədəd patronlar aşkar edilmişdir. Sonra isə gödəkcəsinin sağ yan cibindən 1 ədəd kibrit qutusu aşkar edilmişdir. Həmin kibrit qutusu ona məxsus olmadığı üçün əlini vurmamış, kibrit qutusunun içərisində qurudulmuş bitki olmuşdur. Həmin kibrit qutusunu polis əməkdaşı götürmüş, o, həmin otun nə olmasını bilməmiş və həmin kütlə ona məxsus olmamış, kim tərəfindən cibinə qoyulduğunu görməmişdir. Həmin kütlə polis əməkdaşı tərəfindən elektron tərəzidə çəkilmiş, həmin kütlənin kibrit qutusu ilə ümumi çəkisi 7.24 qram təşkil etmişdir. Həmin 21 ədəd silah patronları və kibrit qutusundakı kütlə ağ rəngli zərfdə ayrı-ayrılıqda qablaşdırılaraq polis əməkdaşları tərəfindən götürülmüşdür. O, Təqsirləndirilən şəxs3 təxminən 2 ildir ki, tanımış, nəqliyyat vasitəsini müştəri kimi ona təmir etdirəndə tanış olmuşlar. İlhamla heç bir ədavəti olmamışdır. xx.xx.2022-ci il tarixdə saat 10-11 radələrində Təqsirləndirilən şəxs3 onun mobil telefonuna zəng edərək Zaqatala rayonu Danaçı yolunda avtomobilinin nasaz olaraq durduğunu, gəlib təmir etməsini xahiş etmişdir. O, mühərrik ustası olmadığını bildirib getməkdən imtina etmiş, buna görə aralarında telefonda mübahisələri olmuşdur. Təqsirləndirilən şəxs3 dəfələrlə onun işlədiyi sexdə narkotik vasitədən istifadə etmişdir. Onun öxzü də arabir sexdə narkotik vasitədən istifadə etmişdir, lakin onun narkotik vasitədən istifadə etməsini heç kim görməmişdir. O, Təqsirləndirilən şəxs3 və ya hər hansı şəxsə narkotik vasitə və ya psixotrop maddə satmamışdır. Onun barəsində təqsiri olmadığından bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, o, Zaqatala RPŞ-in NMQ-un baş əməliyyat müvəkkili vəzifəsində xidmət etmişdir. Zaqatala rayonu, Dardoqqaz kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs3 qanunsuz olaraq üzərində narkotik vasitə daşımaqda və narkotik vasitə istifadə etməkdə şübhəli olduğu üçün o, əməliyyat müvəkkili Şahid2 və kiçik inspektor Şahid3 tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2022-ci il tarixdə saat 17 radələrində Zaqatala rayonu, Qazangül qəsəbəsində saxlanılaraq Zaqatala RPŞ-nə gətirilmişdir. Təqsirləndirilən şəxs3 üzərində narkotik vasitə daşımaqda və istifadə etməsi ilə əlaqədar şübhəli şəxs qismində saxlanılması barədə məlumat verilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs3 hüquq və vəzifələri, o cümlədən dövlət hesabına müdafiəçi ilə təmin olunmaq hüququ izah edilmiş, Təqsirləndirilən şəxs3 ərizə ilə müraciət edərək dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs3 dövlət hesabına təyin edilmiş Müdafiəçi3 ilə təmin olunmuş, Zaqatala RPŞ-in inzibati binasında yerləşən xidməti otaqda Təqsirləndirilən şəxs3 üzərində müdafiəçisinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs3 əynində olan gödəkcənin sol yan cibində saxladığı 2 ədəd kibrit qutusunu, sağ yan cibində saxladığı 1 ədəd kibrit qutusunu təqdim etmiş və içərilərində narkotik vasitə qurudulmuş marixuana olmasını bildirmişdir. 3 ədəd kibrit qutuları açılmış və içərilərindən kəskin iyli narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Təqsirləndirilən şəxs3 gödəkcəsinin sol yan cibindən aşkar edilmiş 2 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuananı Mahir adlı tanışından, gödəkcəsinin sağ yan cibindən aşkar edilmiş 1 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuananı Oqtay adlı tanışından pul ödəyərək almasını bildirmişdir. Təqsirləndirilən şəxs3 üzərindən digər heç bir qanunsuz əşya və predmet aşkar edilməmiş, həmin narkotik vasitə qurudulmuş marixuanalar kibrit qutuları ilə birlikdə elektron tərəzidə çəkilmişdir. Gödəkcənin sol yan cibindən aşkar edilmiş 2 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana bir ədəd kağız zərfdə qablaşdırılmış və zərfin üzəri möhürlənmişdir. Gödəkcənin sağ yan cibindən aşkar edilmiş 1 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana kağız zərfdə qablaşdırılmış və zərfin üzəri möhürlənmişdir. Şəxsi axtarış aparılması barədə protokol tərtib edilmiş və protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Keçirilmiş əməliyyat nəticəsində Təqsirləndirilən şəxs3 narkotik vasitə qurudulmuş marixuana satmış Mahir adlı şəxsin Zaqatala şəhəri, Faiq Əmirov küçəsi ev 43, mənzil 4-də yaşayan Təqsirləndirilən şəxs1 olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 narkotik vasitə satmaqda şübhəli olduğu üçün xx.xx.2022-ci il tarixdə saat 18:30 radələrində Zaqatala şəhəri, Faiq Əmirov küçəsində saxlanılaraq Zaqatala RPŞ-nə gətirilmişdir. Təqsirləndirilən şəxs3 narkotik vasitə satması ilə əlaqədar şübhəli şəxs qismində saxlanılması barədə Təqsirləndirilən şəxs1 məlumat verilmiş, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3 narkotik vasitə satmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 hüquq və vəzifələri, o cümlədən dövlət hesabına müdafiəçi ilə təmin olunmaq hüququ izah edilmiş, Təqsirləndirilən şəxs1 ərizə ilə müraciət edərək dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 dövlət hesabına təyin edilmiş Müdafiəçi1 ilə təmin olunmuş, Zaqatala RPŞ-in inzibati binasında yerləşən xidməti otaqda Təqsirləndirilən şəxs1 üzərində müdafiəçisinin iştirakı ilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən digər heç bir qanunsuz əşya və predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 idarə etdiyi VAZ 21099 markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin yük yerindən 1 ədəd sellofan torbanın içərisində olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 həmin sellofan torbada olan narkotik vasitə qurudulmuş marixuananın ona məxsus olmadığını, kiminsə tərəfindən yük yerinə qoyulmasını, hansı şəraitdə avtomobilin yük yerinə qoyulmasından məlumatının olmadığını bildirmişdir. Həmin narkotik vasitə qurudulmuş marixuana sellofan torba ilə birlikdə elektron tərəzidə çəkilmiş, kağız zərfdə qablaşdırılmış və zərfin üzəri möhürlənmişdir. Baxış keçirilməsi barədə protokol tərtib edilmiş və protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Keçirilmiş əməliyyat nəticəsində Təqsirləndirilən şəxs3 narkotik vasitə qurudulmuş marixuana satmış Oqtay adlı şəxsin Zaqatala şəhəri, İ.Şamil küçəsi ev 73, mənzil 2-də yaşayan Təqsirləndirilən şəxs2 olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs2 narkotik vasitə satmaqda şübhəli olduğu üçün xx.xx.2022-ci il tarixdə saat 21:30 radələrində Zaqatala şəhəri, Faiq Əmirov küçəsində saxlanılaraq Zaqatala RPŞ-nə gətirilmiş, Təqsirləndirilən şəxs3 narkotik vasitə satması ilə əlaqədar şübhəli şəxs qismində saxlanılması barədə Təqsirləndirilən şəxs2 məlumat verilmişdir. Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs3 narkotik vasitə satmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 hüquq və vəzifələri, o cümlədən dövlət hesabına müdafiəçi ilə təmin olunmaq hüququ izah edilmiş, Təqsirləndirilən şəxs2 ərizə ilə müraciət edərək dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 dövlət hesabına təyin edilmiş Müdafiəçi2 ilə təmin olunmuşdur. Zaqatala RPŞ-in inzibati binasında yerləşən xidməti otaqda Təqsirləndirilən şəxs2 üzərində müdafiəçisinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 əynində olan gödəkcənin sol iç cibində saxladığı sellofan torbanın içərisində olan 21 ədəd döyüş sursatı hesab edilən patronları təqdim etmişdir. Təqsirləndirilən şəxs2 həmin patronları müharibə iştirakçısı olmuş tanımadığı əsgərlərdən almasını bildirmişdir. 21 ədəd patronlar kağız zərfdə qablaşdırılmış və zərfin üzəri möhürlənmişdir. Təqsirləndirilən şəxs2 üzərində digər qanunsuz əşya saxlayıbsaxlamaması soruşulmuş, Təqsirləndirilən şəxs2 gödəkcənin sağ yan cibində 1 ədəd kibrit qutusunda nəsə olmasını, ancaq ona məxsus olmadığını bildirmişdir. Həmin bir ədəd kibrit qutusu təhqiqatçı tərəfindən götürülmüş, 1 ədəd kibrit qutusunun içərisində narkotik vasitə qurudulmuş marixuana olması müəyyən edilmişdir. Oqtay həmin kütlənin marixuana olmasını təsdiq etmiş, ancaq ona məxsus olmadığını bildirmişdir. Gödəkcənin sağ yan cibindən aşkar edilmiş 1 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana kağız zərfdə qablaşdırılmış və zərfin üzəri möhürlənmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 əynində olan şalvarın sol yan cibindən içərisində 5 ədəd siqaret olan 1 ədəd “Winston” markalı siqaret qutusu aşkar edilmiş, siqaret qutusu ağ rəngli bir ədəd zərfdə qablaşdırılmış və qablaşdırmanın üzəri möhürlənmişdir. Şəxsi axtarış aparılması barədə protokol tərtib edilmiş və protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Əlavə olaraq göstərdi ki, Təqsirləndirilən şəxs1 18:30 radələrində polis şöbəsinə gətirilmiş və idarə etdiyi avtomobilə baxış keçirilənək heç bir kənar müdaxilə olmamışdır. Təqsirləndirilən şəxs2 21:30 radələrində polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində şəxsi axtarış zamanı patronlar və narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Müdafiəçisinin işitakı olmadan Təqsirləndirilən şəxs2 əynində olan gödəkcəsi axtarılmamışdır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid3 və Şahid2 ibtidai istintaq zamanı verdikləri ifadələrini təsdiq etdiklərini bildirmişlər və şahid qismində dindirilmiş Şahid1 ilə oxşar məzmunda ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş 03 fevral 2022-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs3 təklif olunmuşdur ki, üzərində qanunsuz saxladığı narkotik vasitə, həmçinin cinayət xarakterli digər əşya və predmetlər vardırsa onları təqdim etsin. Təqsirləndirilən şəxs3 əynindəki gödəkçənin sol yan cibindən 1 ədəd üzərində "Union Spiçki" yazısı olan və 1 ədəd üzərində “Spiçki" yazısı kibrit qutusunu təqdim edərək həmin kibrit qutusunda narkotik vasitə olan marixuana olduğunu və Mahir adlı tanışından öz istifadəsi üçün 100 manata aldığını bildirmişdir. Həmin kibrit qutuların içində yaşıl rəngli qurudulmuş marixuanaya oxşar kütlə müşahidə edilmişdir. Kibrit qutusundakı kütlələr elektron tərəzidə çəkiləndə 1 ədəd üzərində "Union Spiçki" yazısı olan kibrit qutusunda, həmin kibrit qutusu ilə birlikdə ümumi çəkisi 8,38 qram və 1 ədəd üzərində “Spiçki” yazısı olan kibrit qutusunda, həmin kibrit qutusu ilə birlikdə ümumi çəkisi 8,30 qram təşkil etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs3 əynindəki gödəkçənin sağ yan cibindən 1 ədəd üzərində “Fesko” yazısı olan kibrit qutusunu təqdim etmiş və həmin kibrit qutusunda olan kütlənin narkotik vasitə olan marixuana olduğunu və Oqtay adlı tanışından öz istifadəsi üçün 60 manata aldığını bildirmişdir. Həmin kibrit qutusunun içində yaşıl rəngli qurudulmuş marixuanaya oxşar kütlə müşahidə edilmişdir. Kibrit qutusundakı kütlələr elektron tərəzidə çəkiləndə, 1 ədəd üzərində “Fesko” yazısı olan kibrit qutusu, həmin kibrit qutusu ilə birlikdə ümumi çəkisi 9.02 qram təşkil etdi. 1 ədəd üzərində “Union Spiçki" yazısı olan və 1 ədəd üzərində “Spiçki" yazısı olan kibrit qutusundakı kütlə 1 ədəd ağ rəngli zərfdə və 1 ədəd üzərində “Fesko” yazısı olan kibrit qutusundakı kütlə ayrıca 1 ədəd zərfdə qablaşdırılaraq, möhürlənərək götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs3 əynindəki şalvarın sol cibindən avtomobilə məxsus pult, gödəkcənin sol yan cibindən avtomobilə məxsus açar, 2 ədəd 1 manatlıq pul əskinazı aşkar edilmişdir, Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilən avtomobilə məxsus pult, avtomobilə məxsus açar və 2 ədəd 1 manatlıq pul əskinazı ona geri qaytarılmışdır. (Cild 1 səh. 20-21) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs1 təklif olunmuşdur ki, idarə etdiyi “VAZ-21099" Markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilində saxladığı narkotik vasitə, həmçinjn cinayət xarakterli digər əşya və predmetlər vardırsa onları könüllü təqdim etsin. Bundan sonra həmin nəqliyyat vasitəsinə baxış keçirilmiş, baxış zamanı “VAZ-21099" markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerində 1 ədəd şəffaf sellofan torbada yaşıl rəngli qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilmişdir. Həmin kütlə polis əməkdaşı tərəfindən elektron tərəzidə çəkiləndə sellofan torba ilə birlikdə ümumi çəkisi 0.130 kiloqram təşkil etmiş, həmin kütlə ağ rənqli zərfdə qablaşdırılaraq və möhürlənərək götürülmüşdür. (Cild 1 səh 51-52) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş 03 fevral 2022-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 təklif olunmuşdur ki, üzərində qanunsuz saxladığı narkotik vasitə, həmçinin cinayət xarakterli digər əşya və predmetlər vardırsa onları təqdim etsin. Təqsirləndirilən şəxs2 əynindəki gödəkcənin sol iç cibindən 1 ədəd şəffaf torbada 21 ədəd müxtəlif çaplı patronlar, həmin cibdən 1 ədəd pul qabı, əynindəki şalvarın sol cibindən içərisində 5 ədəd siqaret olan “Winston” markalı siqaret qutusu, alışqan, 20 qəpik, 1 ədəd qol saatı, şalvarın sağ qabaq cibindən 4 ədəd 1 manatlıq və 1 ədəd 10 manat pul əskinazı aşkar edildi, Bundan sonra Təqsirləndirilən şəxs2 əynindəki gödəkcənin sağ yan cibindən 1 ədəd üzərində "KHYBER” yazısı olan kibrit qutusu aşkar edildi. Həmin kibrit qutusunun içində yaşıl rəngli qurudulmuş marixuanaya oxşar kütlə müşahidə edildi. Aşkar edilən 1 ədəd üzərində “KHYBER” yazısı olan kibrit qutusu elektron tərəzidə kibrit qutusu ilə birlikdə çəkiləndə ümumi çəkisi 7.24 qram təşkil etdi. Həmin 1 ədəd üzərində “KHYBER" yazısı olan kibrit qutusu və içərisində 5 ədəd siqaret olan “Winston” markalı siqaret qutusu iş üçün əhəmiyyət kəsb etdiyindən polis əməkdaşı tərəfindən ayrı ayrılıqda ağ rəngli zərfdə qablaşdırılaraq götürülmüşdür. Diğər əşyalar isə Təqsirləndirilən şəxs2 geri qaytarılmışdır. (Cild 1 səh. 78- 79) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X19 Bölməsinin 04 fevral 2022-ci il tarixli 17/119 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs3 üzərindəki gödəkçənin sol yan cibindən aşkar edilərək götürülmüş 2 (iki) ədəd kibrit qutusu....”, sözləri yazılmış zərfin içərisindəki 02 (iki) ədəd kibrit qutularında ayrı-ayrılıqda təmiz çəkiləri - 5,56qr., 5.45qr., ümumi təmiz çəkisi- 11,01 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanalardır. Tədqiqata təqdim olunmuş üzərində "... Təqsirləndirilən şəxs3 üzərindəki gödəkçənin sağ yan cibindən aşkar edilərək götürülmüş 1(bir) ədəd kibrit qutusu...." sözləri yazılmış zərfin içərisindəki 01 (bır) ədəd kibrit qutusunda təmiz çəkisi - 5,69 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanalardır. Tədqiqata təqdim olunmuş, üzərində " ...vət. Təqsirləndirilən şəxs1 idarə etdiyi VAZ21099 markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerindən ...götürülmüş....” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan torbada, təmiz çəkisi - 127,04 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində “..vət X3 üzərindən aşkar edilərək götürülmüş 1 (bir) ədəd kibrit qutusu sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd kibrit qutusunda, təmiz çəkisi - 5,64 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində “...vət. X3 üzərindən aşkar edilərək götürülmüş 1 ədəd Winston yazısı olan siqaret qutusu...” sözləri yazılmış zərfin içərisindəki 01 (bır) ədəd Wınston markalı siqaret qutusundakı 05 (beş) ədəd cırılmış papiroslarda və açıq şəkildə olan ümumi təmiz çəkisi - 2,96 qram olan bitki mənşəli kütlələr narkotik vasitələrə aid deyil. Tədqiqata təqdim olunmuş, üzərində "....Təqsirləndirilən şəxs3 üzərindəki gödəkçənin sol yan cibindən aşkar edilərək götürülmüş 2 (iki) ədəd kibrit qutusu....", sözləri yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 02 (iki) ədəd kibrit qutularında olan qurudulmuş marixuanalar ilə üzərində vət Təqsirləndirilən şəxs1 idarə etdiyi VAZ 21099 markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerindən götürülmüş...” sözləri yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan torbada olan qurudulmuş marixuana tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş, üzərində "...Təqsirləndirilən şəxs3 üzərindəki gödəkçənin sağ yan cibindən aşkar edilərək götürülmüş 1 (bir) ədəd kibrit qutusu...” sözləri yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd kibrit qutusunda olan qurudulmuş marixuana ilə üzərində "....vət X3 üzərindən aşkar edilərək götürülmüş 1 (bir) ədəd kibrit qutusu... “ sözləri yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd kibrit qutusunda olan qurudulmuş marixuana tərkiblərinə görə eynidirlər. (Cild 1 səh. 104-105) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X19 Bölməsinin 04 fevral 2022-ci il tarixli 17/118 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 20 (iyirmi) ədəd patron 7.62 mm kalibrli olmaqla, həmin kalibrə malik "AKM”. "AKMS”. “AK-47" avtomatlarda "SKS” karabinlərdə istifadə edilmək üçün -nəzərdə tutulmuş, 1952-ci ildə Rusiya Federasiyasının (keçmiş SSRİ) «Luqansk» zavodunda istehsal edilmiş döyüş sursatı hesab edilən patronlardır, istifadəyə (atəşə) yararlıdırlar. Tədqiqata təqdim edilmiş 01 (bir) ədəd patron 12,7 mm kalibrli olmaqla, DŞK”, “DŞKM” markalı, iri çaplı pulemyotlarda istifadə edilmək üçün nəzərdə tutulmuş 12,7 mm kalibrli patronun bir-birindən ayrılmış formada gilizi və gülləsidir, təqdim edilən vəziyyətdə istifadəyə (atəşə) yarasızdır. (Cild 1 səh. 112-113) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş 02 aprel 2022-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarış keçirilməsinin qeydə alındığı 1 ədəd diskə baxış zamanı müəyyən edilmişdir ki, müdafiəçisi Müdafiəçi3 və polis əməkdaşlarının iştirakları ilə şəxsi axtarış keçirildi. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs3 əynində olan gödəkçənin sol yan cibindən 2 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana aşkar edildi. İçərisində narkotik vasitə qurudulmuş marixuana olan 2 ədəd kibrit qutuları elektron tərəzidə çəkildi. 1 kibrit qutusu 8.38 qram, digər kibrit qutusu isə 8.30 qram olması müəyyən edildi. Narkotik vasitə qurudulmuş marixuananın olduğu iki ədəd kibrit qutuları ağ rəngli bir ədəd zərfdə qablaşdırıldı və qablaşdırmanın üzəri Azərbaycan Respublikası DİN-in 62 nömrəli möhürü ilə möhürləndi. Təqsirləndirilən şəxs3 həmin narkotik vasitə qurudulmuş marixuananı Mahir adlı tanışından almasını bildirdi. Bundan başqa əynində olan gödəkçənin sağ yan cibindən 1 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana aşkar edildi. İçərisində narkotik vasitə qurudulmuş marixuana olan 1 ədəd kibrit qutuları elektron tərəzidə çəkildi. 1 kibrit qutusunun 9.02 qram olması müəyyən edildi. Narkotik vasitə qurudulmuş marixuananın olduğu bir ədəd kibrit qutuları ağ rəngli bir ədəd zərfdə qablaşdırıldı və qablaşdırmanın üzəri Azərbaycan Respublikası DİN-in 62 nömrəli möhürü ilə möhürləndi. Təqsirləndirilən şəxs3 həmin narkotik vasitə qurudulmuş marixuananı Oqtay adlı tanışından almasını bildirdi. (Cild 2 səh. 105) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş 02 aprel 2022-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, “Azercell Telekom MMC”-dən daxil olmuş 1 ədəd diskə baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 11:51 radələrində Təqsirləndirilən şəxs3 istifadəsində olan 050 473 43 19 mobil nömrəsi ilə Təqsirləndirilən şəxs2 istifadəsində olan 050 687 11 56 mobil nömrəsi ilə əlaqə saxlamış və 94 saniyə müddətində danışmışdır. Həmin zəng Zaqatala rayonu, Dardoqqaz kəndi anten dairəsində qeydə alınmışdır. Bundan sonra həmin gün saat 14:57 radələrində Təqsirləndirilən şəxs3 istifadəsində olan 050 473 43 19 mobil nömrəsi ilə Təqsirləndirilən şəxs2 istifadəsində olan 050 687 11 56 mobil nömrəsi ilə əlaqə saxlamış və 50 saniyə müddətində danışmışdır. Həmin zəng Zaqatala rayonu, Dardoqqaz kəndi anten dairəsində qeydə alınmışdır. Bundan sonra həmin gün saat 15:52 radələrində Təqsirləndirilən şəxs3 istifadəsində olan 050 473 43 19 mobil nömrəsi ilə Təqsirləndirilən şəxs2 istifadəsində olan 050 687 11 56 mobil nömrəsi ilə əlaqə saxlamış və 14 saniyə müddətində danışmışdır. Həmin gün zəng Zaqatala rayonu, “Motel Sum” anten dairəsində qeydə alınmışdır. Bundan sonra həmin gün saat 16:09 radələrində Təqsirləndirilən şəxs3 istifadəsində olan 050 473 43 19 mobil nömrəsi ilə Təqsirləndirilən şəxs2 istifadəsində olan 050 687 11 56 mobil nömrəsi ilə əlaqə saxlamış və 11 saniyə müddətində danışmışdır. Həmin zəng Zaqatala rayonu, “Motel Sum” anten dairəsində qeydə alınmışdır. Bundan sonra xx.xx.2022-ci il tarixdə saat 10:46 radələrində Təqsirləndirilən şəxs3 istifadəsində olan 050 473 43 19 mobil nömrəsi ilə Təqsirləndirilən şəxs2 istifadəsində olan 050 687 11 56 mobil nömrəsi ilə əlaqə saxlamış və 76 saniyə müddətində danışmışdır. Həmin zəng Zaqatala rayonu anten dairəsində qeydə alınmışdır. Bundan sonra həmin gün saat 15:29 radələrində Təqsirləndirilən şəxs3 istifadəsində olan 050 473 43 19 mobil nömrəsi ilə Təqsirləndirilən şəxs2 istifadəsində olan 050 687 11 56 mobil nömrəsi ilə əlaqə saxlamış və 7 saniyə müddətində danışmışdır. Həmin zəng Zaqatala rayonu anten dairəsində qeydə alınmışdır. Bundan sonra həmin gün saat 15:31 radələrində Təqsirləndirilən şəxs3 istifadəsində olan 050 473 43 19 mobil nömrəsi ilə Təqsirləndirilən şəxs2 istifadəsində olan 050 687 11 56 mobil nömrəsi ilə əlaqə saxlamış və 45 saniyə müddətində danışmışdır. Həmin zəng Zaqatala rayonu anten dairəsində qeydə alınmışdır. Bundan sonra həmin gün saat 16:05 radələrində Təqsirləndirilən şəxs3 istifadəsində olan 050 473 43 19 mobil nömrəsi ilə Təqsirləndirilən şəxs2 istifadəsində olan 050 687 11 56 mobil nömrəsi ilə əlaqə saxlamış və 22 saniyə müddətində danışmışdır. Həmin zəng Zaqatala rayonu anten dairəsində qeydə alınmışdır. Bundan sonra həmin gün saat 16:15 radələrində Təqsirləndirilən şəxs3 istifadəsində olan 050 473 43 19 mobil nömrəsi ilə Təqsirləndirilən şəxs2 istifadəsində olan 050 687 11 56 mobil nömrəsi ilə əlaqə saxlamış və 26 saniyə müddətində danışmışdır. Həmin zəng Zaqatala rayonu anten dairəsində qeydə alınmışdır. Bundan sonra həmin gün saat 18:39 radələrində Təqsirləndirilən şəxs3 istifadəsində olan 050 473 43 19 mobil nömrəsi ilə Təqsirləndirilən şəxs2 istifadəsində olan 050 687 11 56 mobil nömrəsi ilə əlaqə saxlamış və 55 saniyə müddətində danışmışdır. Həmin zəng Zaqatala rayonu, Dardoqqaz kəndi anten dairəsində qeydə alınmışdır. Bundan sonra həmin gün saat 19:49 radələrində Təqsirləndirilən şəxs3 istifadəsində olan 050 473 43 19 mobil nömrəsi ilə Təqsirləndirilən şəxs2 istifadəsində olan 050 687 11 56 mobil nömrəsi ilə əlaqə saxlamış və 23 saniyə müddətində danışmışdır. Həmin zəng Zaqatala rayonu, Dardoqqaz kəndi anten dairəsində qeydə alınmışdır. Bundan sonra həmin gün saat 20:09 radələrində Təqsirləndirilən şəxs3 istifadəsində olan 050 473 43 19 mobil nömrəsi ilə Təqsirləndirilən şəxs2 istifadəsində olan 050 687 11 56 mobil nömrəsi ilə əlaqə saxlamış və 21 saniyə müddətində danışmışdır. Həmin zəng Zaqatala rayonu anten dairəsində qeydə alınmışdır. Bundan sonra xx.xx.2022-ci il tarixdə saat 16:09 radələrində Təqsirləndirilən şəxs3 istifadəsində olan 050 473 43 19 mobil nömrəsi ilə Təqsirləndirilən şəxs2 istifadəsində olan 050 687 11 56 mobil nömrəsi ilə əlaqə saxlamış və 27 saniyə müddətində danışmışdır. Həmin zəng Zaqatala rayonu, Dardoqqaz kəndi anten dairəsində qeydə alınmışdır. Bundan sonra xx.xx.2022-ci il tarixdə saat 10:28 radələrində Təqsirləndirilən şəxs3 istifadəsində olan 050 473 43 19 mobil nömrəsi ilə Təqsirləndirilən şəxs2 istifadəsində olan 050 687 11 56 mobil nömrəsi ilə əlaqə saxlamış və 84 saniyə müddətində danışmışdır. Həmin zəng Zaqatala rayonu anten dairəsində qeydə alınmışdır. xx.xx.2022-ci il tarixdə saat 17:24 radələrində Təqsirləndirilən şəxs3 istifadəsində olan 050 473 43 19 mobil nömrəsi ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan 051 340 25 74 mobil nömrəsi ilə əlaqə saxlamış və 91 saniyə müddətində danışmışdır. Həmin zəng Zaqatala rayonu, Dardoqqaz kəndi anten dairəsində qeydə alınmışdır. xx.xx.2022-ci il tarixdə saat 13:46 radələrində Təqsirləndirilən şəxs3 istifadəsində olan 050 473 43 19 mobil nömrəsi ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan 051 340 25 74 mobil nömrəsi ilə əlaqə saxlamış və 164 saniyə müddətində danışmışdır. Həmin zəng Zaqatala rayonu, Dardoqqaz kəndi anten dairəsində qeydə alınmışdır. xx.xx.2022-ci il tarixdə saat 21:34 radələrində Təqsirləndirilən şəxs3 istifadəsində olan 050 473 43 19 mobil nömrəsi ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan 051 340 25 74 mobil nömrəsi ilə əlaqə saxlamış və 53 saniyə müddətində danışmışdır. Həmin zəng Zaqatala rayonu, Dardoqqaz kəndi anten dairəsində qeydə alınmışdır. xx.xx.2022-ci il tarixdə saat 13:28 radələrində Təqsirləndirilən şəxs3 istifadəsində olan 050 473 43 19 mobil nömrəsi ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan 051 340 25 74 mobil nömrəsi ilə əlaqə saxlamış və 11 saniyə müddətində danışmışdır. Həmin zəng Zaqatala rayonu anten dairəsində qeydə alınmışdır. xx.xx.2022-ci il tarixdə saat 16:15 radələrində Təqsirləndirilən şəxs3 istifadəsində olan 050 473 43 19 mobil nömrəsi ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan 051 340 25 74 mobil nömrəsi ilə əlaqə saxlamış və 19 saniyə müddətində danışmışdır. Həmin zəng Zaqatala rayonu anten dairəsində qeydə alınmışdır. xx.xx.2022-ci il tarixdə saat 10:44 radələrində Təqsirləndirilən şəxs3 istifadəsində olan 050 473 43 19 mobil nömrəsi ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan 051 340 25 74 mobil nömrəsi ilə əlaqə saxlamış və 50 saniyə müddətində danışmışdır. Həmin zəng Zaqatala rayonu anten dairəsində qeydə alınmışdır. xx.xx.2022-ci il tarixdə saat 12:59 radələrində Təqsirləndirilən şəxs3 istifadəsində olan 050 473 43 19 mobil nömrəsi ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan 051 340 25 74 mobil nömrəsi ilə əlaqə saxlamış və 55 saniyə müddətində danışmışdır. Həmin zəng Zaqatala rayonu anten dairəsində qeydə alınmışdır. xx.xx.2022-ci il tarixdə saat 14:53 radələrində Təqsirləndirilən şəxs3 istifadəsində olan 050 473 43 19 mobil nömrəsi ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan 051 340 25 74 mobil nömrəsi ilə əlaqə saxlamış və 62 saniyə müddətində danışmışdır. Həmin zəng Zaqatala rayonu, Dardoqqaz kəndi anten dairəsində qeydə alınmışdır. xx.xx.2022-ci il tarixdə saat 09:17 radələrində Təqsirləndirilən şəxs3 istifadəsində olan 050 473 43 19 mobil nömrəsi ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan 051 340 25 74 mobil nömrəsi ilə əlaqə saxlamış və 23 saniyə müddətində danışmışdır. Həmin zəng Zaqatala rayonu anten dairəsində qeydə alınmışdır. xx.xx.2022-ci il tarixdə saat 17:47 radələrində Təqsirləndirilən şəxs3 istifadəsində olan 050 473 43 19 mobil nömrəsi ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan 051 340 25 74 mobil nömrəsi ilə əlaqə saxlamış və 95 saniyə müddətində danışmışdır. Həmin zəng Zaqatala rayonu, Dardoqqaz kəndi anten dairəsində qeydə alınmışdır. xx.xx.2022-ci il tarixdə saat 18:09 radələrində Təqsirləndirilən şəxs3 istifadəsində olan 050 473 43 19 mobil nömrəsi ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan 051 340 25 74 mobil nömrəsi ilə əlaqə saxlamış və 16 saniyə müddətində danışmışdır. Həmin zəng Zaqatala rayonu anten dairəsində qeydə alınmışdır. xx.xx.2022-ci il tarixdə saat 10:52 radələrində Təqsirləndirilən şəxs3 istifadəsində olan 050 473 43 19 mobil nömrəsi ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan 051 340 25 74 mobil nömrəsi ilə əlaqə saxlamış və 24 saniyə müddətində danışmışdır. Həmin zəng Zaqatala rayonu anten dairəsində qeydə alınmışdır. xx.xx.2022-ci il tarixdə saat 19:26 radələrində Təqsirləndirilən şəxs3 istifadəsində olan 050 473 43 19 mobil nömrəsi ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan 051 340 25 74 mobil nömrəsi ilə əlaqə saxlamış və 31 saniyə müddətində danışmışdır. Həmin zəng Zaqatala rayonu, Dardoqqaz kəndi anten dairəsində qeydə alınmışdır. xx.xx.2022-ci il tarixdə saat 18:33 radələrində Təqsirləndirilən şəxs3 istifadəsində olan 050 473 43 19 mobil nömrəsi ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan 051 340 25 74 mobil nömrəsi ilə əlaqə saxlamış və 35 saniyə müddətində danışmışdır. Həmin zəng Zaqatala rayonu, Dardoqqaz kəndi anten dairəsində qeydə alınmışdır. xx.xx.2022-ci il tarixdə saat 19:10 radələrində Təqsirləndirilən şəxs3 istifadəsində olan 050 473 43 19 mobil nömrəsi ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan 051 340 25 74 mobil nömrəsi ilə əlaqə saxlamış və 19 saniyə müddətində danışmışdır. Həmin zəng Zaqatala rayonu, Dardoqqaz kəndi anten dairəsində qeydə alınmışdır. xx.xx.2022-ci il tarixdə saat 09:08 radələrində Təqsirləndirilən şəxs3 istifadəsində olan 050 473 43 19 mobil nömrəsi ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan 051 340 25 74 mobil nömrəsi ilə əlaqə saxlamış və 15 saniyə müddətində danışmışdır. Həmin zəng Zaqatala rayonu anten dairəsində qeydə alınmışdır. (Cild 2 səh 106-108) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş 04 aprel 2022-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobilə baxış keçirilməsinin qeydə alındığı 1 ədəd diskə və üzərində şəxsi axtarış keçirilməsinin qeydə alındığı 1 ədəd diskə baxış zamanı müəyyən edilmişdir ki müdafiəçisi Müdafiəçi1 və polis əməkdaşlarının iştirakları ilə avtomobilə baxış keçirildi. Həmin avtomobilin yük yerindən olan 1 ədəd sellofan torbanın içərisindən narkotik vasitə qurudulmuş marixuana aşkar edildi. Narkotik vasitə qurudulmuş marixuana elektron tərəzidə çəkildikdən sonra ümumi çəkisinin 0.130 qram olması müəyyən edildi. Narkotik vasitə qurudulmuş marixuana ağ rəngli bir ədəd zərfdə qablaşdırıldı və qablaşdırmanın üzəri Azərbaycan Respublikası DİN-in 62 nömrəli möhürü ilə möhürləndi. Təqsirləndirilən şəxs1 aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın ona məxsus olmadığını, avtomobilin yük yerinə kiminsə tərəfindən qoyulmasını bildirdi. (Cild 2 səh. 120) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş 05 aprel 2022-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilməsinin qeydə alındığı 1 ədəd diskə baxış zamanı müəyyən edildi ki, müdafiəçisi Müdafiəçi2 və polis əməkdaşlarının iştirakları ilə şəxsi axtarış keçirildi. Təqsirləndirilən şəxs2 əynində olan gödəkçənin sol iç cibindən 21 ədəd patronlar aşkar edildi. Aşkar edilmiş patronlar ağ rəngli bir ədəd zərfdə qablaşdırıldı və qablaşdırmanın üzəri Azərbaycan Respublikası DİN-in 62 nömrəli möhürü ilə möhürləndi. Təqsirləndirilən şəxs2 aşkar edilmiş patronların ona məxsus olmasını bildirdi. Daha sonra Təqsirləndirilən şəxs2 əynində olan gödəkçənin sağ yan cibindən 1 ədəd kibrit qutusunun içərisindən narkotik vasitə qurudulmuş marixuana aşkar edildi. Narkotik vasitə qurudulmuş marixuana elektron tərəzidə çəkildikdən sonra ümumi çəkisinin 7.24 qram olması müəyyən edildi. Aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuana ağ rəngli bir ədəd zərfdə qablaşdırıldı və qablaşdırmanın üzəri Azərbaycan Respublikası DİN-in 62 nömrəli möhürü ilə möhürləndi. Təqsirləndirilən şəxs2 narkotik vasitə qurudulmuş marixuananın ona məxsus olmadığını, polis şöbəsinə gətirildikdən sonra cibinə qoyulmasını bildirdi. Daha sonra Təqsirləndirilən şəxs2 əynində olan şalvarın sol yan cibindən içərisində 5 ədəd siqaret olan 1 ədəd “Winston” markalı siqaret qutusu aşkar edildi. Aşkar edilmiş siqaret qutusu ağ rəngli bir ədəd zərfdə qablaşdırıldı və qablaşdırmanın üzəri Azərbaycan Respublikası DİN-in 62 nömrəli möhürü ilə möhürləndi. (Cild 2, səh 128) İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin 383 nömrəli 28 mart 2022-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. (Cild 2 səh. 74) İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin 382 nömrəli 28 mart 2022-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. (Cild 2 səh. 75) İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin 384 nömrəli 28 mart 2022-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. 2ci qrup əlil olduğuna görə narkomaniya xəstəliyindən məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji kabinetdə qeydiyyata götürülməsi məsləhət görülür. (Cild 2 səh. 76) İş materiallarına əlavə edilmiş şübhəli şəxsin tutulması haqqında 03 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Babayev X18 rayon polis şöbəsinin təhqiqat bölməsinin baş təhqiqatçısı, polis mayoru X17 tərəfindən həmin gün saat 17:00-da Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1 səh. 15) İş materiallarına əlavə edilmiş şübhəli şəxsin tutulması haqqında 03 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Mehtiyev X7 rayon polis şöbəsinin təhqiqat bölməsinin baş təhqiqatçısı, polis mayoru X17 tərəfindən həmin gün saat 18:30-da Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1 səh 44) İş materiallarına əlavə edilmiş şübhəli şəxsin tutulması haqqında 03 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Ağayev X8 rayon polis şöbəsinin təhqiqat bölməsinin baş təhqiqatçısı, polis mayoru X17 tərəfindən həmin gün saat 21:30-da Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1 səh 77) İş materiallarına əlavə edilmiş 05 fevral 2022-ci il tarixli təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi və saxlandığı MSY-dən azad edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi və onun saxlandığı Zaqatala RPŞ-im MSY-dən azad edilməsi qərara alınmışdır. (Cild 1 səh 198) İş materiallarında olan Zaqatala Rayon Məhkəməsinin 4(033)-5/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarından görünür ki,Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmişdir. (Cild 1 səh 213-216) İş materiallarında olan Zaqatala Rayon Məhkəməsinin 4(033)-4/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmişdir. (Cild 1 səh 218-221) İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. (Cild 2 səh. 60-61) İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. (Cild 2 səh. 62-63) İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. (Cild 2 səh. 64-65) İş materiallarında olan Zaqatala Bələdiyyəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 139 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində Bələdiyyəyə yazılı və ya şifahi olaraq heç bir şikayət daxil olmamışdır. (Cild 2 səh 53) İş materiallarında olan Zaqatala rayon Mənzil İstismar İdarəsi tərəfindən 07. xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (Cild 2, səh 135) İş materiallarında olan Zaqatala rayon Mənzil İstismar İdarəsi tərəfindən verilmiş arayışdan görünür ki, Ağayev X8 şəhəri, İ.Şamil küçəsi ev 73 mənzil 2 ünvanında yaşayır. (Cild 2. Səh 136) İş materiallarına əlavə edilmiş Zaqatala rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, 20 mart 2001-ci il təvəllüdlü X4 atası Təqsirləndirilən şəxs2dur. İş materiallarına əlavə edilmiş İ-1287 nömrəli Azərbaycan Respublikası Medalının Vəsiqəsindən görünür ki, X11 Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 dekabr tarixli 2368 nömrəli sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. İş materiallarında olan Zaqatala RİHB-nın Aşağı Tala kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində Ərazi Nümayəndəliyinə şifahi və ya yazılı şikayət daxil olmamışdır. (Cild 2, səh 138) İş materiallarında olan Zaqatala RİHB-ının Aşağı Tala kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 602 nömrəli 06 aprel 2022-ci il tarixli arayışdan görünür ki, X1 ailə tərkibi, özü, həyat yoldaşı X12, 2005-ci il təvəllüdlü qızı X13 və 2007-ci il təvəllüdlü oğlu X5 ibarətdir. İş materiallarında olan 000476 nömrəli vəsiqənin surətindən görünür ki, X9 İİ qrup qarabağ əlilidir. İş materiallarında olan AZE seriyalı 12719222 nömrəli Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.2007-ci il tarixdə anadan olmuş Tunar Mehtiyevin atası Təqsirləndirilən şəxs1dir. İş materiallarında olan AZE seriyalı 12718529 nömrəli Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.2005-ci il tarixdə anadan olmuş Mələk Mehtiyevanın atası Təqsirləndirilən şəxs1dir. İş materiallarında olan Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının Göyəm kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 363 nömrəli 06.0.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində nümayəndəliyə şikayət daxil olmamışdır. Təqsirləndirilən şəxs X9 məhkəmə iclası zamanı verdiyi ifadəsində özünü Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilməmiş, Təqsirləndirilən şəxs3 narkotik vasitə qurudulmuş marixuana satmadığını, ümumiyyətlə narkotik vasitələrdən istifadə etmədiyini, Təqsirləndirilən şəxs3 aralarında olan borc münasibətlərinə görə ona şər atdığını və avtomobilin yük yerindən aşkar olunmuş narkotik vasitənin polis şöbəsində olan zaman qoyulmasını bildirmişdir. Lakin məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən əziyyət çəkir. X16 MMC-dən daxil olmuş çıxarışlardan görünür ki, Təqsirləndirilən şəxs3 ifadəsində göstərdiyi zaman kəsiyində, yəni xx.xx.2022-ci il tarixdə saat 19 radələrində Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 biri-biri ilə telefon vasitəsi ilə əlaqə saxlamışlar. Təqsirləndirilən şəxs3 keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı və məhkəmə iclasında verdiyi ifadələrində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs1 üzünə qarşı demişdir. Bundan əlavə Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobilin yük yerindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuana sonuncunun narkotik vasitələrin qanunsuz olaraq saxlamasını və satmasını bir daha sübut edir. Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə saat 15 radələrindən polis şöbəsində saxlanılmasını bildirməsinə baxmayaraq Zaqatala rayon prokurorunun müavini, ədliyyə müşaviri Vüqar Orucovun xx.xx.2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarına əsasən həmin xüsusat üzrə cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə Təqsirləndirilən şəxs1 ifadəsində göstərmiş olduğu xüsusatlar cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır, özünün müdafiəsinə yönəlmişdir və istintaq zamanı vəsatət kimi qəbul edilərək rədd edilmişdir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, maddi sübutlar, şahid ifadələri və cinayət işinə əlavə edilmiş digər sənədlərlə tam olaraq sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs X14 məhkəmə iclası zamanı verdiyi ifadəsində özünü Azərbaycan Respublikası CM-nin 228.1, 234.2-ci maddəsi ilə təqsirli bilməmişdir. Ağayev X10 İlham Baba oğluna narkotik vasitə qurudulmuş marixuana satmadığını, narkotik vasitələrdən arabir istifadə etdiyini, Təqsirləndirilən şəxs3 ona şər atdığını və üzərindən aşkar olunmuş narkotik vasitənin polis əməkdaşı tərəfindən cibinə qoyulmasını bildirmişdir. Lakin məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə etmişdir. Bundan başqa, məhkəmə iclaslarında narkotik vasitədən istifadə etdiyini bildirmişdir. X16 MMC-dən daxil olmuş çıxarışlardan görünür ki, Təqsirləndirilən şəxs3 ifadəsində göstərdiyi zaman kəsiyində, yəni 2022-ci ilin yanvar ayının sonlarında Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 biri-biri ilə telefon vasitəsi ilə əlaqə saxlamışlar. Təqsirləndirilən şəxs3 keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı və məhkəmə iclasında verdiyi ifadələrində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs2 üzünə qarşı demişdir. Bundan əlavə Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuana sonuncunun narkotik vasitələrin qanunsuz olaraq saxlamasını və satmasını bir daha sübut edir. Təqsirləndirilən şəxs2 cibindən aşkar olunmuş 21 ədəd patronların ona məxsus olmasını, lakin polis əməkdaşları tərəfindən işlədiyi sexdəki şkafın içərisindən götürülməsini və daha sonra cibinə qoyulmasını bildirmişdir. İstintaq zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 işlədiyi sexdə polis əməkdaşları tərəfindən heç bir axtarış və götürmə aparılmamışdır. Beləliklə Təqsirləndirilən şəxs2 ifadəsində göstərmiş olduğu xüsusatlar cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır, özünün müdafiəsinə yönəlmişdir və istintaq zamanı vəsatət kimi qəbul edilərək rədd edilmişdir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.2 və 228.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, maddi sübutlar, şahid ifadələri və cinayət işinə əlavə edilmiş digər sənədlərlə tam olaraq sübuta yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxslərin məhkəmə iclasında verdikləri ifadələrinin dəlilləri ilə razılaşmır. Çünki, məhkəmənin fikrincə təqsirləndirilən şəxslər X1 və X3 bu xüsusatlarla bağlı verdiyi ifadələri, eləcə də bununla bağlı göstərdiyi dəlilləri obyektiv gerçəkliyi əks etdirmədiyindən inandırıcı qəbul edilməməli və təqsirləndirilən şəxsin bu ifadəsi özünü müdafiə xarakteri daşıyan ifadə kimi qiymətləndirilməlidir. Məhkəmə onların verdiyi ifadələrinə hüquqi qiymət verərək Təqsirləndirilən şəxs3, şahidlərin ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı verdikləri ifadələrini və digər sübutları qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxslər X1 və X3 bu xüsusatla bağlı məhkəmədə verdiyi ifadələri iş materiallarında olan ekspertiza rəyləri, şahidlərin və digər təqsirləndirilən şəxsin ifadələri, məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübutlarla təkzib edilir və onlar, belə bir ifadə verməklə törətdiyi cinayət əməlinə görə ala biləcəkləri cəzadan yayınmağa çalışırlar. Göründüyü kimi, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla (təqsirləndirilən şəxsin, şahidlərin ibtidai istintaq və məhkəmədə verdikləri ifadələrlə, eksperiza rəyləri, işdə olan digər sənədlərlə) təqsirləndirilən şəxslərin məlum cinayət əməlini törətmələri heç bir şübhə və ehtimal olmadan təsdiq edilir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi vəsatət verərək cinayət işi üzrə ekspertiza təyin olunmasını və polis şöbəsinin həyətində yerləşdirilmiş kameraların videonu qeydə alıb-almamasının ekspert tərəfindən aydınlaşdırılmasını xahiş etmişdir. Məhkəmə hesab etmişdir ki, vəsatət təmin edilməməlidir. Ona görə ki, işdə olan Zaqatala RPŞ-in ƏRQin kiçik inspektoru Şahid Kərimovun xx.xx.2022-ci il tarixli raportundan görünür ki, Zaqatala RPŞ-in inzibati binasında quraşdırılmış nəzarət kameraları müşahidə xarakterlidir və bu səbəbdən də görüntülər yaddaşda saxlanılmadığından xx.xx.2022-ci il tarixli görüntüləri təqdim etmək mümkün olmamışdır. Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 145.2-ci maddəsinə əsasən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmənin fikrinə görə sübutların həcmi və ümumiyyətlə işin gerçək hallarının tərkib əlamətləri təqsirləndirilən şəxslərin onlara istinad olunan cinayəti törətdiklərini deməyə kifayət qədər əsas verir. Beləliklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlləri özlərinin, şahidlərin ifadələri, ekspert rəyləri, protokollar, maddi sübut və məhkəmə istintaqında tədqiq olunmuş digər dəlillərlə tam sübuta yetirildi. Belə ki, Təqsirləndirilən şəxs3 2022-ci ilin yanvar ayının sonlarında istintaq zamanı dəqiq müəyyən edilməmiş tarixdə saat 19 radələrində Zaqatala şəhəri, İ.Şamil küçəsində yerləşən “Köhnə Bazar” deyilən yerin yaxınlığında tanışı Təqsirləndirilən şəxs2 60 manat məbləğində pul ödəyərək satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd üzərində “Fesko” yazısı olan kibrit qutusunda qablaşdırılmış şəxsi istehlak miqdarından artıq, yəni təmiz çəkisi 5,69 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 02 fevral 2022-ci il tarixdə saat 19 radələrində Zaqatala şəhəri, Faiq Əmirov küçəsində yerləşən “İsoil” hotelinin qarşısında tanışı Təqsirləndirilən şəxs1 100 manat məbləğində pul ödəyərək satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd üzərində “Union Spiçki” yazısı olan kibrit qutusunda və bir ədəd üzərində “Spiçki” yazısı olan kibrit qutusunda qablaşdırılmış, şəxsi istehlak miqdarından artıq miqdarda, ayrı-ayrılıqda təmiz çəkiləri 5,56 qram və 5,45 qram, ümumi təmiz çəkisi, 11,01 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2022-ci il tarixdə saat 17 radələrində Zaqatala rayon polis şöbəsinin əməkdaşları tərəfindən Zaqatala rayonu, Qazangül qəsəbəsində saxlanılaraq Zaqatala rayon polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılarkən əynindəki gödəkçənin sol yan cibindən bir ədəd üzərində “Union Spiçki” yazısı olan kibrit qutusunda və bir ədəd üzərində “Spiçki” yazısı olan kibrit qutusunda qablaşdırılmış, şəxsi istehlak miqdarından artıq ayrı-ayrılıqda təmiz çəkiləri 5,56 qram və 5,45 qram, ümumi təmiz çəkisi isə 11,01 qram olan, narkotik vasitə qurudulmuş marixuana, əynindəki gödəkçənin sağ yan cibindən bir ədəd üzərində “Fesko” yazısı olan kibrit qutusunda qablaşdırılmış, şəxsi istehlak miqdarından artıq, yəni təmiz çəkisi 5,69 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən ümumi təmiz çəkisi 138,05 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edib idarə etdiyi VAZ 21099 markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində saxlayaraq daşımış, xx.xx.2022-ci il tarixdə saat 19 radələrində satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı 138,05 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın 11,01 qramını 2 ədəd kibrit qutusunda qablaşdırılmış halda Zaqatala şəhəri, Faiq Əmirov küçəsində yerləşən “İsoil” hotelinin qarşısında 100 manat müqabilində tanışı Təqsirləndirilən şəxs3 satmış, xx.xx.2022-ci il tarixdə saat 17 radələrində Zaqatala rayon polis şöbəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs3 Zaqatala rayonu Qazangül qəsəbəsində saxlanılaraq Zaqatala rayon polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılarkən əynində olan gödəkçənin sol yan cibindən bir ədəd üzərində “Union Spiçki” yazısı olan kibrit qutusunda və bir ədəd üzərində “Spiçki” yazısı olan kibrit qutusunda qablaşdırılmış ayrı-ayrılıqda təmiz çəkiləri 5,56 qram və 5,45 qram, ümumi təmiz çəkisi 11,01 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, daha sonra o, xx.xx.2022-ci il tarixdə saat 18:30 radələrində Zaqatala rayon polis şöbəsinin əməkdaşları tərəfindən Zaqatala şəhəri, Faiq Əmirov küçəsində saxlanılaraq Zaqatala rayon polis şöbəsinə gətirilmiş, həmin gün saat 20 radələrində Zaqatala rayon polis şöbəsinin inzibati binasının həyətində idarə etdiyi VAZ 21099 markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə baxış keçirilərkən 1 ədəd şəffaf rəngli sellofan torbanın içərisindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı təmiz çəkisi 127.04 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 satış məqsədi ilə istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən ümumi təmiz çəkisi 11,33 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edib üzərində saxlayaraq daşımış, 2022-ci ilin yanvar ayının sonlarında istintaq zamanı dəqiq müəyyən edilməmiş tarixdə saat 19 radələrində satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı 11,33 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın 5,69 qramını 1 ədəd kibrit qutusunda qablaşdırılmış halda Zaqatala şəhəri, İ.Şamil küçəsində yerləşən “Köhnə Bazar” deyilən yerin yaxınlığında 60 manat müqabilində tanışı Təqsirləndirilən şəxs3 satmış, xx.xx.2022-ci il tarixdə saat 17 radələrində Zaqatala rayon polis şöbəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs3 Zaqatala rayonu Qazangül qəsəbəsində saxlanılaraq Zaqatala rayon polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılarkən əynində olan gödəkçənin sağ yan cibində bir ədəd üzərində “Fesko” yazısı olan kibrit qutusunda qablaşdırılmış, təmiz çəkisi 5,69 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, daha sonra o, xx.xx.2022-ci il tarixdə saat 21:30 radələrində Zaqatala rayon polis şöbəsinin əməkdaşları tərəfindən Zaqatala şəhəri, Faiq Əmirov küçəsində saxlanılaraq Zaqatala rayon polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılarkən əynində olan gödəkçənin sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı, bir ədəd kibrit qutusunda qablaşdırılmış təmiz çəkisi 5,64 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq 1952-ci ildə Rusiya Federasiyasının (keçmiş SSRİ) “Luqansk” zavodunda istehsal olunmuş 7,62 mm kalibrli, “AKM”, “AKMS”, “AK-47” avtomatlarda, “SKS” karabinlərdə istifadə etmək üçün nəzərdə tutulmuş, atəşə yararlı, döyüş sursatı hesab edilən 20 ədəd patronlar və 12,7 mm kalibrli, “DŞK”, “DŞKM” markalı iri çaplı pulemyotlarda istifadə etmək üçün nəzərdə tutulmuş, giliz və gülləsi bir-birindən ayrılmış vəziyyətdə olduğundan atəşə yararsız 1 ədəd patronu əldə edib üzərində saxlayaraq gəzdirmiş, xx.xx.2022-ci il tarixdə, saat 21:30 radələrində Zaqatala rayon polis şöbəsinin əməkdaşları tərəfindən Zaqatala şəhəri, Faiq Əmirov küçəsində saxlanılaraq Zaqatala rayon polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılarkən əynində olan gödəkçənin sol iç cibində qanunsuz olaraq əldə edib üzərində gəzdirdiyi döyüş sursatı hesab edilən, atəşə yararlı həmin 20 ədəd patronlar və atəşə yararsız, gilizi ilə gülləsi bir-birindən ayrılmış 1 ədəd patron aşkar edilərək götürülmüşdür. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə görə narkotik vasitələr-BMT-nin 1961-ci il tarixli «Narkotik vasitələr haqqında» Vahid Konvensiyasında, 1971-ci il tarixli «Psixotrop maddələr haqqında» Konvensiyasında, 1988-ci il tarixli «Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında» Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir. Həmin Qanunun 1.0.5-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli Qərarının 8-ci bəndində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına Qanunun 1.0.11-ci maddəsində şərh verilmişdir. Məhkəmələrə izah edilmişdir ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. 9-cu bənddə isə qeyd olunur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq bilavasitə məhkəmə iclasında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, təqsirləndirilən şəxslərin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onların xeyrinə şərh edərək, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini, maddi sübutu və digər sənədləri sübut kimi qəbul edərək, həmin sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişlər. Onların əməllərində cinayət tərkibi vardır. Onların törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq olaraq 234.1, 234.2-ci və 228.1 və 234.2-ci maddələri ilə düzgün tövsif edilmişdir və onlar, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməlləri məhkəmə istintaqında cinayət işi üzrə toplanmış biri-digərini tamamlayan sübutlarla tam sübuta yetirilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamında ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunması, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilməsi tövsiyə olunmuşdur. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 05 dekabr 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə Təqsirləndirilən şəxs3 cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, həmçinin cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs3 cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs3 hansı cəza növünün təyin olunması məsələsini müzakirə edərək, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini, təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini nəzərə alaraq, onun barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin olunmasını məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs3 03 fevral 2022-ci il tarixdən 05 fevral 2022-ci il tarixədək şübhəli şəxs qismində tutularaq saxlanıldığı 2 (iki) gün, nəzərə alınmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının müddəti Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hesablanmalıdır. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi qüvvədə saxlanılmalıdır. Təqsirləndirilən şəxs3 ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli, cəza çəkdiyi müddətdə günün müəyyən vaxtlarında yaşayış yerini tərk etməməli, cəza çəkdiyi müddətdə Zaqatala rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs3 cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs3 təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs3 narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, həmçinin cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs1 İİ qrup Qarabağ müharibəsi əlili olmasını və himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 hansı cəza növünün təyin olunması məsələsini müzakirə edərək, onun xəstə olmaqla İİ qrup Qarabağ müharibəsi əlili olmasını, himayəsində yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini, təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin barəsində CM-nin 70 və 62-ci maddəsinin tətbiq edilməklə ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməsinin ağlabatan və cəzanın məqsədinə nail olunması baxımından yetərli vasitə hesab oluna bilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzasının əvvəli şübhəli şəxs kimi tutulduğu 03 fevral 2022-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməli, barəsində seçilmiş həbs qətimkan hökm qanuni qüvvəyə minənə kimi öz qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, həmçinin cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs2 oğlu olan X6 44 günlük Vətən Müharibəsində iştirak etməsini və müvafiq sərəncamla “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif olunmasını xüsusi olaraq cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Belə ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması, torpaqların işğaldan azad edilməsi uğrunda aparılan Vətən Müharibəsində əldə edilən möhtəşəm zəfər azərbaycanlıların milli birliyinin və həmrəyliyinin təcəssümü kimi Vətənimizin şanlı tarixinə yazılmışdır. Təqsirləndirilən şəxs2 oğlu-X15 da 44 günlük Vətən Müharibəsində iştirak etmiş, Vətən torpaqlarının azadlığı uğrunda gedən döyüşlərdə hər an canından keçməyə hazır olmuş, müqəddəs vətən torpağını mənfur düşmənin işğalından azad edənlərdən olmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs2 hansı cəza növünün təyin olunması məsələsini müzakirə edərək, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini, təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin barəsində CM-nin 70 və 62-ci maddəsinin tətbiq edilməklə ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməsinin ağlabatan və cəzanın məqsədinə nail olunması baxımından yetərli vasitə hesab oluna bilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 228.1 və 234.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan aşağı həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs2 hazırki iş üzrə təyin edilən cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq qismən toplanmaqla ona qəti cəza təyin olunmalı, Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanın əvvəli onun şübhəli şəxs qismində tutulduğu 03 fevral 2022-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməli, barəsində seçilmiş həbs qətimkan hökm qanuni qüvvəyə minənə kimi öz qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut qismində tanınmış, Zaqatala RPŞ-in maddi sübutların saxlanc yerində saxlanılan 01 ədəd zərfdə qablaşdırılmış qalıq çəkisi 10,96 qram olan narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd zərfdə qablaşdırılmış qalıq çəkisi 5,64 qram olan narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd zərfdə qablaşdırılmış qalıq çəkisi 5,59 qram olan narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd zərfdə qablaşdırılmış qalıq çəkisi 126,99 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut qismində tanınmış Zaqatala RPŞ-in maddi sübutların saxlanc yerində saxlanılan 01 ədəd zərfdə qablaşdırılmış 20 ədəd 7.62 mm kalibrli və 1 ədəd 12.7 kalibrli patronlar DİN-nin Silah-Sursat Anbarına təhvil verilməlidir. İş üzrə 66,57 (altmış altı manat əlli yeddi qəpik) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. İş üzrə xüsusi müsadirə olunmalı əmlakın və mülki iddianın olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında həm də hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə hakim tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Azərbaycan Respublikası CPM-nin 349-cu maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 03 fevral 2022-ci il tarixdən 05 fevral 2022-ci il tarixədək şübhəli şəxs qismində tutularaq saxlanıldığı 2 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddətinin azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla cəmi 4 (dörd) gün həmin cəzadan çıxılsın və onun üzərində qəti cəza olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs3 ona təyin edilmiş 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəksin. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs3 üzərinə yaşadığı Zaqatala rayonu ərazisini, eləcə də saat 22:00-dan saat 06:00-dək yaşayış yeri olan ünvan 3i ünvanında yerləşən evinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs3 cəzasının icrasına nəzarəti Zaqatala Rayon İcra və Probasiya Şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs3 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı Zaqatala Rayon İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəli tutulduğu tarixdən, yəni 03 fevral 2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan hökm qanuni qüvvəyə minənə kimi öz qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, həmin Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq təyin edilən cəzalar qismən toplanmaqla Təqsirləndirilən şəxs2 üzərində qəti cəza olaraq 03 (üç) il 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs2 barəsində barəsində seçilmiş həbs qətimkan hökm qanuni qüvvəyə minənə kimi öz qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut qismində Zaqatala RPŞ-nin saxlanc yerində saxlanılan 01 ədəd zərfdə qablaşdırılmış qalıq çəkisi 10,96 qram olan narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd zərfdə qablaşdırılmış qalıq çəkisi 5,64 qram olan narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd zərfdə qablaşdırılmış qalıq çəkisi 5,59 qram olan narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd zərfdə qablaşdırılmış qalıq çəkisi 126,99 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut qismində tanınmış Zaqatala RPŞ-in maddi sübutların saxlanc yerində saxlanılan 01 ədəd zərfdə qablaşdırılmış 20 ədəd 7.62 mm kalibrli və 1 ədəd 12.7 kalibrli patronlar DİN-nin Silah-Sursat Anbarına təhvil verilsin. İş üzrə 66,57 (altmış altı manat əlli yeddi qəpik) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin İş üzrə xüsusi müsadirə olunmalı əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. Hökm elan olunduğu andan (təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan (Təqsirləndirilən şəxs1 hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar