Azərbaycan Respublikası adından HÖKM Zaqatala rayonu İş № 1(033)-34/2025 14.10.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədova Zərifə Faiq qızı sədrliyi, Məhkəmə iclasının katibi X3 qızının katibliyi, Dövlət ittihamçısı - Аzərbаycаn Respublikаsı Bаş Prоkurоrluğunun Dövlət ittihаmının müdаfiəsi üzrə İdаrəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihаmının müdаfiəsi üzrə şöbəsinin prоkurоru ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Zaqatala rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Zaqatala rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.2006-ci ildə Zaqatala şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, rəsmi işsiz, əvəllər məhkum olunmayan, ünvan 1ində qeydiyyatda olmaqla faktiki yaşayan, barəsində “polisin nəzarəti altınavermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Təqsirləndirilən şəxs: xx.xx.2007-ci il tarixdə Zaqatala şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, rəsmi işsiz, əvəllər məhkum olunmayan, ünvan 1ində qeydiyyatda olmaqla faktiki yaşayan barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında saat 10:40-da baxaraq, məhkəmə m ü ə y y ə n e t d i : Təqsirləndirilən şəxs1 həmkəndlisi Təqsirləndirilən şəxs2 ilə birlikdə 05 aprel 2025ci il tarixdən 06 aprel 2025-ci il tarixə keçən gecə spirtli içki qəbul edib sərxoş vəziyyətə düşdükdən sonra qabaqcadan əlbir olan bir qrup şəxs halında talama məqsədi olmadan, yəni, əylənmək üçün qanunsuz olaraq avtomobil ələ keçirib sürmək qərarına gəlmiş, bu məqsədlə qəsdən 06 aprel 2025-ci il tarixdə, saat 03 radələrində ünvan 1ində yaşayan qonşusu Zərərçəkmiş şəxs yaşadığı evin yaxınlığına gəlmiş və sonuncunun xüsusi mülkiyyətində olan “VAZ-21099 minik” markalı, **-BH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin qapısının açıq və mühərriki işə salan açarın üzərində olmasından istifadə edib mühərriki işə salaraq qanunsuz ələ keçirdikdən (qaçırdıqdan) sonra Təqsirləndirilən şəxs2 ilə birlikdə növbəli şəkildə ünvan 1i ərazisində idarə etmişlər. Təqsirləndirilən şəxs2 həmkəndlisi Təqsirləndirilən şəxs1 ilə birlikdə 05 aprel 2025-ci il tarixdən 06 aprel 2025-ci il tarixə keçən gecə spirtli içki qəbul edib sərxoş vəziyyətə düşdükdən sonra qabaqcadan əlbir olan bir qrup şəxs halında talama məqsədi olmadan, yəni əylənmək üçün qanunsuz olaraq avtomobil ələ keçirib sürmək qərarına gəlmiş, bu məqsədlə qəsdən 06 aprel 2025-ci il tarixdə, saat 03 radələrində ünvan 1ində yaşayan qonşusu Zərərçəkmiş şəxs yaşadığı evin yaxınlığına gəlmiş və sonuncunun xüsusi mülkiyyətində olan “VAZ-21099 minik” markalı, **-BH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin qapısının açıq və mühərriki işə salan açarın üzərində olmasından istifadə edib mühərriki işə salaraq qanunsuz ələ keçirdikdən (qaçırdıqdan) sonra Təqsirləndirilən şəxs1 ilə birlikdə növbəli şəkildə ünvan 1i ərazisində idarə etmişlər. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, 06 aprel 2025-ci il tarixdə gecə 02 radələrində həmkəndlisi Fuadın onlara gətirdiyi evdə çəkilən 1,5 litr qırmızı çaxırı ilə həmkəndlisi Təqsirləndirilən şəxs2la birlikdə həyətdə pendir çörəklə içmişlər, Fuad çıxıb evinə getmiş, o və Kənan onların evin həyətində dayanıb söhbət etmişlər, bir anda hər ikisinin avtomobil sürmək istəmişlər, lakin onların heç birinin avtomobili yoxdur, o əvvəlcədən onların evilərindən təxminən 200-300 metrlikdə yaşayan Zərərçəkmiş şəxs “VAZ-21099” markalı **-BH-*** qeydiyyat nömrəli avtomobilini evinin qarşısında saxladığını görmüş, maşını görməyini o Kənana bildirmiş, onlar fikirləşmişlər ki, götürüb avtomobili gecə vaxtı təxminən 20 dəqiqə kənddə sürsünlər, sonra aparıb yerinə qoyarlar, Kənanla çaxır içdikdən sonra onlar sərxoş olmuşlar, təxminən həmin günü saat 03 radələrində o, Asifin avtomobilinin yanına Kənanla birlikdə getmişlər. O və Kənan qapıları yoxlayırmışlar ki, hansı qapı açıqdır, avtomobilin sürücü tərəfdən arxa qapısı bağlanmamış, əlini arxa qapının ruçkasına atanda qapı açılmış, qabaq qapını açıb sükanın arxasına oturmuş, həmin vaxtı “VAZ-21099” markalı avtomobilin açarı üzərində imiş, həmin açarla mühərriki işə salmış və kənddə sürməyə başlamışlar, o biraz sürdükdən sonra avtomobili dayandırmış, sükana Kənan oturmuş və o da eyni qayda da sərxoş vəziyyətdə həmin avtomobili idarə etməyə başlamış, biraz keçmişdir ki, Kənan evə getmək istədiyini bildirmiş və o avtomobili yolun kənarında saxlayıb evə getmiş, o yenidən avtomobili idarə etməyə başlamış, bir-iki dəfə kəndin aşağdan yuxarı, yuxarıdan aşağı sürmüş, axırıncı dəfə Qırğıllı adlanan tərəfdən 2 nömrəli məktəbin qarşısında olan körpüyə çatanda avtomobili 80-90 km/saat surətlə idarə edirmiş, körpünü keçəndə avtomobil sürüşmüş, yoldan sağa çıxmış və sürücü tərəfdən sol böyrü üstə aşmış, avtomobil qabaqdan buğda-qarğıdalı satan dükanın barı və arakəsmələrinə dəymiş, o avtomobidən düşüb evinə qaçmışdır. Təqsirləndirilən şəxs1 ifadəsində əlavə olaraq göstərmişdir ki, nəqliyyat vasitəsi idarə etməyə hüququ yoxdur, o və Kənanın Zərərçəkmiş şəxs “VAZ- 21099” markalı **-BH-*** qeydiyyat nömrəli avtomobili oğurlamaq niyyətləri olmamışdır, onlar sadəcə olaraq biraz avtomobil sürmək isdəyirmişlər, sürüb daha sonra isə yenidən geri qoyacaqmışlar, o və Kənan həmin avtomobildən hər hansı bir əşya oğurlamamışlar. Eyni zamanda, dəymiş zərəri ödəməyə imkanı olmadığını və əməlindən peşman olmasını nəzərə alaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, 06 aprel 2025-ci il tarixdə gecə 02 radələrində həmkəndlisi Fuad ilə birlikdə Təqsirləndirilən şəxs1gilə getmişlər, həmin vaxtı Nailgildə o Naillə birlikdə çaxır içmiş, Fuad çıxıb evinə getmiş, o və Naillə onların evin həyətində dayanıb söhbət etmişlər, bir anda hər ikisi avtomobil sürmək istəmişlər, lakin onların heç birinin avtomobili olmamış, Təqsirləndirilən şəxs1 əvvəlcədən onların evindən təxminən 200-300 metrlikdə yaşayan Zərərçəkmiş şəxs “VAZ-21099” markalı **-BH-*** qeydiyyat nömrəli avtomobilini evinin qarşısında saxladığını gördüyünü ona bildirmiş, onlar fikirləşmişlər ki, götürüb avtomobili gecə vaxtı təxminən 20 dəqiqə kənddə sürsünlər, sonra aparıb yerinə qoyarlar, Naillə çaxır içdikdən sonra onlar sərxoş olmuşlar, o Naillə birlikdə Asifin avtomobilinin yanına getmiş və Naillə qapıların açıq olub-olmamasını yoxlamışlar, avtomobilin sürücü tərəfdən arxa qapısı bağlanmamış, Nail əlini arxa qapının ruçkasına atanda qapı açılmış, o, qabaq qapını açıb sükanın arxasına oturmuş, həmin vaxdı “VAZ-2099” markalı avtomobilin açarı üzərində idi, həmin açarla Nail mühərriki işə salmış və kənddə sürməyə başlamışlar, Nail biraz sürdükdən sonra, o Nailə “avtombili ver mən sürüm demiş”, Nail də avtomobili dayandırmış, sükana o oturmuş və o da eyni qayda da sərxoş vəziyyətdə həmin avtomobili idarə etməyə başlamış, təxminən o 20 dəqiqə maşını sürdükdən sonra Nailə evə getmək istədiyini bildirmiş və avtomobili yolun kənarında saxlayıb evə getmiş, bu vaxdı Nail yenidən sükana əyləşib avtomobili idarə etməyə başlamışdır. Təqsirləndirilən şəxs2 ifadəsində əlavə olaraq göstərmişdir ki, nəqliyyat vasitəsi idarə etməyə hüququ yoxdur, o və Kənanın Zərərçəkmiş şəxs “VAZ- 21099” markalı **-BH-*** qeydiyyat nömrəli avtomobili oğurlamaq niyyətləri olmamış, onlar sadəcə olaraq biraz avtomobil sürmək istəyirmişlər, sürüb daha sonra isə yenidən geri qoyacaqmışlar, o və Nail həmin avtomobildən hər hansı bir əşya oğurlamamışlar. Vurduğu zərərin ona düşən hissəsinin qismən ödənilməsini və peşman olmasını nəzərə alaraq barəsində yüngül cəzanın tətbiq edilməsini xahiş edir. Məhkəmə baxışı iclasında dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, özünə məxsus “VAZ-21099” markalı **-BH-*** qeydiyyat nömrəli avtomobili təxminən 5 il olar almış, 2021-ci ildə avtomobili öz adıma keçirmişdir, öz işləri üçün sürüb idarə edir. 05 aprel 2025-ci il tarixdə o avtomobilini evinin qarşısında küçədə qoymuşdur. Avtomobilin mühərriki işə salan açarı o daima alışdırıcı, yəni, “zajiqaniye” yerində saxlayır, çünki açarı çıxaranda siqnalizasiya işə düşürmüş, ona görə açarı avtomobilin üstündə qoyub, qapıları pultnan bağlayıb, saat 22:30-da evinə girib sonra da yatmışdır. Səhəri günü, 06 aprel 2025-ci il tarixdə səhər 06 radələrində onun mobil telefonuna qonşusu Bəxtiyar zəng edib, ona məlumat vermiş ki, avtomobili Yuxarı Tala 2 nömrəli məktəbin yanında aşmış vəziyyətdədir, o başa düşmüş ki, gecə avtomobilini qaçırıblar və aşırıblar. Dərhal gedib görmüşdür ki, həqiqətən də düz məktəbin qarşısında avtomobili sürücü tərəfə aşıb sol böyrü üstə dayanıb, qabaq hissəsi isə taxıl dükanının dəmir arakəsmələrinə və barıya girib, o, Zaqatala polis şöbəsinə bu barədə məlumat vermiş, polis əməkdaşları sonradan müəyyən etmişlər ki, avtomobili gecə qaçıran həmkəndlisi mərhum Qəribin oğlu Mikayılov Naildir. O, təqsirləndirilmiş şəxslərdən şikayətçi deyil, ona vurulmuş zərər qismən ödənmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025 ci il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2025-ci il tarixdə Zaqatala rayonu ərazisində saxlanılaraq Zaqatala RPŞ-yə gətirilərək MSY-yə təhvil verilmişdir. (cild 1, səhifə 52); xx.xx.2025-ci il tarixli tərtib edilmiş baxış protokolunun məzmunundan görünür ki, aşkar edilmiş avtomobil VAZ-21099 minik markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı, tünd yaşıl metallik rəngli avtomobildir. VAZ-2199 minik markalı avtomobil Zaqatala rayonu Yuxarı Tala kənində sol tərəfə aşaraq dayanmışdır. VAZ-2199 minik markalı avtomobil qismən yararsız vəziyyətdə idi. Avtomobilin heç bir əşya oğurlanmamışdır. BD005648 nömrəli avtomobilin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, VAZ-21099 minik markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı, XTA**********7180 ban nömrəli avtomobil Zərərçəkmiş şəxs xüsusi mülkiyyətindədir. Kriminalistik Tədqiqatlar İdarəsinin 17 aprel 2025-ci il tarixli 3-13-11/2-4754/2025 nömrəli məktubdan görünür ki, təqdim edilmiş əl izləri DİN-in KTİ-nin ADİS-in məlumat bankında şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində yararlı olan əl izlərindən 04 ədədinin (maşının ön sərnişin qapının pəncərə və damı üzərindən götürülmüş) (ADİS-in məlumat bankına Zaqatala RPŞ-dən daxil olmuş) xx.xx.2006-cı ildə Zaqatala şəhərində anadan olmuş Təqsirləndirilən şəxs1 sol əlin ovuc (02 dəfə) sağ əlin ovuc (02 dəfə), 02 ədədinin (üzərində A2 və A4 yazılmış lentlər) (ADİSin məlumat bankına Zaqatala RPŞ-dən daxil olmuş) xx.xx.2003-cü ildə Zaqatala şəhərində anadan olmuş X1 əlinin ovuc və sağ əlinin əskləri ilə eynilik müəyyən edilmişdir. Digər eynilik müəyyən edilməmişdir. Kriminalistik Tədqiqatlar İdarəsinin 21 may 2025-ci il tarixli 3-13-11/2-6453/2025 nömrəli məktubundan görünür ki, aparılmış müqayisəli DNT tədqiqatı nəticəsində müəyyən olundu ki, təqdim edilmiş tük nümunələri və 05 (beş) ədəd tamponda qan nümunələri Təqsirləndirilən şəxs1 (xx.xx.2006-cı il, Zaqatala rayonu) məxsusdur. 05 iyun 2025-ci il tarixdə Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi diskin məzmununa baxış keçirilməsi haqqında protokoldan görünür ki, İnshot_20250512_202933525 yazılı videogörüntüyə baxış zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs həmkəndlisi Təqsirləndirilən şəxs2 ilə birlikdə minik avtomobilində söhbətləşir, söhbət əsnasında sonuncu zərərçəkmiş şəxsə məxsus avtomobili tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə qaçırdıqlarını, növbəli şəkildə idarə etdiklərini səmimi etiraf edir. Whatsapp video 2025-05- 12 at 20.42.57 yazılı videogörütüyə baxış zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs məxsus minik avtomobili 06 aprel 2025-ci il tarixdə 03:32 radələrində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən növbəli şəkildə idarə edirlər. Whatsapp video 2025-05-12 at 20.43.45 yazılı videogörüntüyə baxış zamanı müəyyən edilmişdir ki, 06 aprel 2025-ci il tarixdə saat 03:04 radələrində Zərərçəkmiş şəxs məxsus olan minik avtomobilin idarə etmənisi Təqsirləndirilən şəxs1 dayandırır və sükana Təqsirləndirilən şəxs2 əyləşir, daha sonra isə avtomobili idarə edərək həmin yerdən uzaqlaşır. 11 iyun 2025-ci il tarixdə Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi diskin məzmununa baxış keçirilməsi haqqında protokoldan görünür ki, İnshot_20250512_202933525 yazılı videogörütüyə baxış zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs həmkəndlisi Təqsirləndirilən şəxs2 ilə birlikdə minik avtomobilində söhbətləşir, söhbət əsnasında sonuncu zərərçəkmiş şəxsə məxsus avtomobili tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə qaçırdıqlarını, növbəli şəkildə idarə etdiklərini səmimi etiraf edir. Whatsapp video 2025-05- 12 at 20.42.57 yazılı videogörüntüyə baxış zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs məxsus minik avtomobili 06 aprel 2025-ci il tarixdə 03:32 radələrində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən növbəli şəkildə idarə edirlər. Whatsapp video 2025-05-12 at 20.43.45 yazılı videogörütüyə baxış zamanı müəyyən edilmişdir ki, 06 aprel 2025-ci il tarixdə saat 03:04 radələrində Zərərçəkmiş şəxs məxsus olan minik avtomobilin idarə etmənisi Təqsirləndirilən şəxs1 dayandırır və sükana Təqsirləndirilən şəxs2 əyləşir, daha sonra isə avtomobili idarə edərək həmin yerdən uzaqlaşır. Baxış zamanı Təqsirləndirilən şəxs2 bildirdi ki, Zərərçəkmiş şəxs tərəfindən videogörütüyə qeydə alınmasından xəbəri olmamış, onunla söhbət zamanı hər hansı fikizi və yaxud psixi təsirə məruz qalmamış, video görüntüdə əks olunan şəxsin onun olduğunu, növbəli şəkildə Asifə məxsus minik avtomobili idarə etmişlər. xx.xx.2025-ci il tarixli Azərbaycan Respublikası Zaqatala Rayonu “Avtoservis-100” sexləri X4 tərəfindən verilmiş zərər aktından görünür ki, VAZ-21099 minik markalı, **-BH- *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 4341 manat təşkil edir. Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu barədə məlumat yoxdur. Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu barədə məlumat yoxdur. 22 may 2025-ci il tarixli polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. 10 iyun 2025-ci il tarixli təqsirləndiilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmişdir. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarına əsasən, Təqsirləndirilən şəxs2 barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Zaqatala RİHB-nin Yuxarı Tala kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 11 iyun 2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Zaqatala RİHB-nin Yuxarı Tala kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 11 iyun 2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlləri özlərinin, zərərçəkmiş şəxsin ifadəsi ilə yanaşı, məhkəmə istintaqında tədqiq olunmuş digər dəlillərlə tam sübuta yetirildi. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq bilavasitə məhkəmə iclasında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut kimi qəbul edərək, həmin sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsində, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onların əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs1 cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış biri-digərini tamamlayan sübutlarla tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən hal qismində nəzərə alınır. Həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hal qismində nəzərə alınır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, həmçinin cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslə barışıq əldə edilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunma imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Bu baxımdan Təqsirləndirilən şəxs1 barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini nəzərə alır və ona Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə azadlığın məhdudlaşdırılması cəzası təyin olunmasını məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi qüvvədə saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli, cəza çəkdiyi müddətdə günün müəyyən vaxtlarında yaşayış yerini tərk etməməli, cəza çəkdiyi müddətdə Zaqatala rayonu ərazisini, eləcə də saat 23:00-dan saat 07:00-dək yaşayış yeri olan ünvan 1i ünvanında yerləşən evinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs1 cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs2 cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış biri-digərini tamamlayan sübutlarla tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən hal qismində nəzərə alınır. Həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hal qismində nəzərə alınır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, həmçinin cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə cinayət nəticəsində dəymiş zərərin Təqsirləndirilən şəxs2 tərəfindən qismən ödəməsini və zərərçəkmiş şəxslə barışıq əldə edilməsini və cinayəti törədərkən yetkinlik yaşına çatmayan şəxs olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunma imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Bu baxımdan Təqsirləndirilən şəxs2 barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini nəzərə alır və ona Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə azadlığın məhdudlaşdırılması cəzası təyin olunmasını məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi qüvvədə saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli, cəza çəkdiyi müddətdə günün müəyyən vaxtlarında yaşayış yerini tərk etməməli, cəza çəkdiyi müddətdə Zaqatala rayonu ərazisini, eləcə də saat 23:00-dan saat 07:00-dək yaşayış yeri olan ünvan 1i ünvanında yerləşən evinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs2 cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Maddi sübut kimi tanınmış 14 ədəd əl-barmaq izləri iş materiallarında saxlanılmalı və 05 ədəd steril pambıq tamponda qan və qanabənzər nümunə, 23 ədəd tük nümunəsi, 09 ədəd digər bioloji nümunə hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. AZ 21099 minik markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə məhkəmə xərcinin, xüsusi müsadirə olunmalı əmlakın və mülki iddianın olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında həm də hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə hakim tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hazırkı cinayəti törətdikləri zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməmişlər. Belə vəziyyətdə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan müsadirə edilməli olan əmlak mövcud deyildir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda,bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasınа məhkum edilsin. Təqsirləndirilən şəxs1 xx.xx.2025-ci il tarixdən şübhəli şəxs qismində tutularaq saxlanıldığı 1 (bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddətinin azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla cəmi 1 (bir) gün müddət həmin cəzadan çıxılsın və onun üzərində qəti cəza olaraq 2 il 11 ay 28 (iki il on bir ay iyirmi səkkiz gün) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəksin. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs1 üzərinə yaşadığı Zaqatala rayon ərazisini, eləcə də saat 23:00-dan saat 07:00-dək yaşayış yeri olan Zaqatala rayonunun Yuxarı Tala kəndində yerləşən evinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəzasının icrasına nəzarəti Zaqatala Rayon İcra və Probasiya Şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı Zaqatala Rayon İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasınа məhkum edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəksin. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs2 üzərinə yaşadığı Zaqatala rayon ərazisini, eləcə də saat 23:00-dan saat 07:00-dək yaşayış yeri olan Zaqatala rayonunun Yuxarı Tala kəndində yerləşən evinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəzasının icrasına nəzarəti Zaqatala Rayon İcra və Probasiya Şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı Zaqatala Rayon İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Maddi sübut kimi tanınmış 14 ədəd əl-barmaq izləri iş materiallarında saxlanılsın. Maddi sübut kimi tanınmış 05 ədəd steril pambıq tamponda qan və qanabənzər nümunə, 23 ədəd tük nümunəsi, 09 ədəd digər bioloji nümunə hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. AZ 21099 minik markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə xərclərinin, xüsusi müsadirə olunmalı əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Sədrlik edən: Zərifə Məmmədova.
Məhkəmə qərarları › İş №1(033)-34/2025
Zaqatala Rayon Məhkəməsi Hökm — İş №1(033)-34/2025
14.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver