Məhkəmə qərarları › İş №1(033)-35/2022

Zaqatala Rayon Məhkəməsi Hökm — İş №1(033)-35/2022

22.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Zaqatala rayonu İş № 1(033)-35/2022 22.06.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X3 katibliyi, dövlət ittihаmçısı- Аzərbаycаn Respublikаsı Bаş Prоkurоrluğunun Dövlət ittihаmının müdаfiəsi üzrə idаrəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihаmının müdаfiəsi üzrə şöbəsinin prоkurоru, ədliyyə müşaviri Dövlət ittihamçısı оğlunun, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Zaqatala rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs: xx xxxxxx 1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, Zərərçəkmiş şəxs ASC-nin Zaqatala filialında xəzinədar vəzifəsində işləmiş, hazırda işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə saat 15:20-də açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Təqsirləndirilən şəxs vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək hüquqi şəxsin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs kimi vahid tamah niyyətilə rəsmi sənədlərə və informasiya resursuna bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Belə ki, o, Zərərçəkmiş şəxs ASC-nin idarə heyətinin sədri ilə arasında bağlanmış xx.xx.2014-cü il tarixli 339 saylı əmək müqaviləsinə əsasən qeyd edilən tarixdən bankın Zaqatala filialın xəzinədarı vəzifəsində işləyərkən bankın İnsan resursları departamentinin direktoru tərəfindən təsdiq edilmiş vəzifə təlimatına əsasən daxil olmuş pulları saymaq, filialda yerləşən ATM, AVMQ və bankın digər avadanlıqlarını boşaltmaq və doldurmaq, müştərinin müraciəti və rəhbərinin göstərişi ilə inkassasiya briqadası ilə inkassasiyada iştirak etmək, nağd pul vəsaitlərinin kassa sənədinə əsasən mədaxil və məxaric etmək, bank sistemində müxabirləşməni (əməliyyatları) aparmaq, kassada olan pul vəsaitlərini günün sonunda sayıb baş xəzinədara təhvil vermək, günün sonunda kassa dövriyyəsi haqqında sənədləri çap etmək və bank daxili qaydalara əsasən ona həvalə edilmiş digər səlahiyyətlərə malik inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən maddi məsul vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək, cinayət qanunu müddəalarına əsasən cinayət məsuliyyətindən azad edildiyi əməli üzrə öz qulluq mövqeyindən istifadə etməklə Zərərçəkmiş şəxs ASC-yə məxsus olmaqla ona etibar olunmuş əmlakı vahid niyyətlə mənimsəməklə talamaq məqsədilə 2021-ci ilin yanvar ayından həmin ilin iyul ayının sonunadək olan müddətdə Zərərçəkmiş şəxs ASCnin ünvan 2 ünvanında yerləşən “Zaqatala filialı”nın inzibati binasında tamah niyyəti ilə bankın ayrı-ayrı müştərilərinin bank hesablarına qanunsuz müdaxilələr edərək müştərilərin məlumatı və iştirakı olmadan bankın xəzinəsində ayrı-ayrı müştərilərinin hesablarından müxtəlif məbləğlərdə pul vəsaitinin məxaricinə dair bilə-bilə yalan məlumatları daxil etməklə informasiya resursu hesab olunan bankın əməliyyat sistemində müvafiq əməliyyatların icra edilməsinə imkan verən xidməti kompüterdə kassa məxaric orderləri tərtib edib çap edərək müştərilərin əvəzindən imzaları icra etdikdən sonra vəzifə saxtakarlığı yolu ilə hazırladığı həmin kassa məxaric orderlərini iş günün sonunda cinayətdən xəbərsiz olan filialın baş xəzinədarı Şahid2 və filial müdiri Şahid1 imza etdirməklə, o cümlədən, Şahid4 bank hesabından 1.000 ABŞ dollarının məxaricinə dair xx.xx.2021-ci il tarixli FJB**********318 nömrəli kassa məxaric orderini, 600 ABŞ dollarının məxaricinə dair xx.xx.2021-ci il tarixli FJB**********670 nömrəli kassa məxaric orderini, 700 ABŞ dollarının məxaricinə dair xx.xx.2021-ci il tarixli FJB**********960 nömrəli kassa məxaric orderini, 1.300 ABŞ dollarının məxaricinə dair xx.xx.2021-ci il tarixli FJB**********092 nömrəli kassa məxaric orderini, 2.400 ABŞ dollarının məxaricinə dair xx.xx.2021-ci il tarixdə FJB**********474 nömrəli kassa məxaric orderini tərtib edib “müştəri” qrafasında Şahid4 əvəzindən şəxsən imza etməklə, eyni niyyətlə, X1 bank hesabından 4.080 manatın məxaricinə dair xx.xx.2021-ci il tarixli FJB**********645 nömrəli kassa məxaric orderini, 3.060 manatın məxaricinə dair xx.xx.2021-ci il tarixli FJB**********331 nömrəli kassa məxaric orderini, 6.130 manatın məxaricinə dair xx.xx.2021-ci il tarixli FJB**********897 nömrəli kassa məxaric orderini tərtib edib “müştəri” qrafasında Nizami Mustafayevin əvəzindən şəxsən imza etməklə, eyni niyyətlə, X6 bank hesabından 3.000 manatın məxaricinə dair xx.xx.2021-ci il tarixli FJB**********749 nömrəli kassa məxaric orderini tərtib edib “müştəri” qrafasında Rişad Vəliyevin əvəzindən şəxsən imza etməklə, eyni niyyətlə, Şahid6 bank hesabından 22.000 ABŞ dollarının məxaricinə dair xx.xx.2021 tarixli FJB**********844 nömrəli kassa məxaric orderini tərtib edib “müştəri” qrafasında Şahid6 əvəzindən şəxsən imza etməklə, eyni niyyətlə, Şahid3 bank hesabından 10.100 manatın məxaricinə dair xx.xx.2021-ci il tarixli FJB**********878 nömrəli kassa məxaric orderini, 8.080 manatın məxaricinə dair xx.xx.2021-ci il tarixli FJB**********898 nömrəli kassa məxaric orderini, 606 manatın məxaricinə dair xx.xx.2021ci il tarixli FJB**********385 nömrəli kassa məxaric orderini tərtib edib “müştəri” qrafasında Şahid3 əvəzindən şəxsən imza etməklə, eyni niyyətlə, Şahid5 bank hesabından 10.100 ABŞ dollarının məxaricinə dair xx.xx.2021-ci il tarixli FJB**********420 nömrəli kassa məxaric orderini, 10.100 ABŞ dollarının məxaricinə dair xx.xx.2021-ci il tarixli FJB**********740 nömrəli kassa məxaric orderini tərtib edib “müştəri” qrafasında Şahid5 əvəzindən şəxsən imza etməklə saxtalaşdırıb, ümumilikdə qeyd edilən qaydada cəmi 116.996 manat məbləğində pul vəsaitinin xəzinədən məxaric olunmasına dair cəmi 15 ədəd məxaric orderinin məzmununa bilə-bilə yalan məlumatlar daxil etməklə tərtib edib müştərilərin əvəzindən şəxsən imzalayaraq filialın cinayətdən xəbərsiz baş xəzinədarı Şahid2 və filial müdiri Şahid1 imza etdirməklə, həmçinin informasiya resursu hesab olunan bankın əməliyyat sistemində həmin orderlərə uyğun olaraq qeyd edilən müştərilərin hesablarında müvafiq məbləğlərin məxaricinə dair bilə-bilə yalan məlumatları daxil edib, külli miqdar təşkil edən məbləğdə pul vəsaitini ələ keçirib şəxsi ehtiyaclarına sərf etməyə nail olaraq Zərərçəkmiş şəxs ASC-yə məxsus əmlakın qorunub saxlanılması və fəaliyyət istiqamətlərinə uyğun sərf edilməsi ilə əlaqədar fəaliyyətini pozmaqla əmlak hüquqlarına və qanuni mənafelərinə vahid niyyətlə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən suiistifadə etmiş, vəzifəli şəxs kimi vahid tamah niyyətilə rəsmi sənədlərə və informasiya resursuna bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı törətmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2014-cü ildən xx.xx.2021-ci il tarixədək Zərərçəkmiş şəxs ASC-nin Zaqatala filialında xəzinədar vəzifəsində işləmiş, xidməti vəzifəsi bank əməliyyatları üzrə pul vəsaitlərinin mədaxil və məxaric edilməsi, buna dair müvafiq qəbzin tərtib edilərək çap edilməsi, müştəriyə imza etdirməklə əməliyyatın icra edilməsi və sairdən ibarət olmuşdur. Bundan başqa o, 2015-ci ildən “X13” şirkəti ilə də əməkdaşlıq etmiş, o, həmin turizm şirkətindən nisbətən ucuz qiymətə səyahət paketləri alıb ayrı-ayrı şəxslərə satmaqla qazanc əldə etmiş, 2019-cu ilin sonu və 2020-ci ilin əvvəlində təxminən 20-25 şəxsə “tur paket” satmış, həmin şəxslərdən təxminən 35000 manat məbləğində pul alıb öz mənfəətini götürüb qalan məbləği “X14” şirkətinə ödəmiş, lakin 2020-ci ilin mart ayından etibarən “covid-19” pandemiyası ilə əlaqədar ölkə ərazisində və xarici ölkələrdə karantin rejimi tətbiq edildiyindən heç yerə səyahət etmək mümkün olmamışdır. Ona görə də həmin şəxslər pullarını ondan geri tələb etmişlər. O, da aidiyyəti üzrə pulları tur şirkətindən tələb etmiş, lakin pullar aidiyyəti üzrə avia şirkətlərə və xarici otellərə ödənildiyindən pulun qaytarılması mümkün olmamışdır. Avia şirkətlər və xarici otellər pulları bir müddət sonra geri qaytaracaqlarını bildirmişlər, o da, vətəndaşlara bu barədə desə də, bunu anlayışlı qarşılamamışlar. O, məcbur qalıb bu barədə həyat yoldaşı Bayram Məmmədova məlumat verərək sonuncudan pul istəmiş, lakin həyat yoldaşı Bayram Məmmədov həmin vaxtlarda “top.az” mərc oyunlarında külli miqdarda pul uduzaraq təxminən 30.000 manata yaxın ayrı-ayrı şəxslərə borcu yarandığına görə maddi sıxıntıları olduğundan ona köməklik edə bilməmişdir. Bir müddət sonra, yəni 2021-ci ilin yanvar ayın əvvəlində işlədiyi bankın müştərilərinin cari hesablarındakı pullardan müəyyən qədər pul götürüb özünün və həyat yoldaşının borclarını ödəyib, sonra pul əldə etdikcə bankdakı müştərilərin bank hesabına pulu geri qaytarmaq qərarına gəlmişdir. Bank daxili qaydalara əsasən hər bir müştəri özünə cari hesab açdırmaq üçün ilk öncə filialın əməliyyatçısına yaxınlaşmalı, sonuncu tərəfindən hesab açıldıqdan sonra həmin hesaba pulu mədaxil etmək üçün kassaya yaxınlaşmalıdır. Cari hesaba pulun mədaxil, habelə həmin hesabdan pulun məxaric edilməsi ilə bağlı əməliyyat xəzinədar kimi onun tərəfindən həyata keçirilmişdir. Buna dair müvafiq qəbzi əməliyyat sistemində onun özü yığmış, pulu mədaxil edərkən və ya məxaric edərək bu barədə qəbzi ilk öncə müştəriyə imzalatmış, daha sonra özü imza etmişdir. Cari hesaba mədaxil edəndə baş xəzinədar və filial müdirinin imzasına ehtiyac olmamışdır. Yalnız hesabdan pul məxaric olunarkən baş xəzinədar və filial müdiri bu sənədi imza etməli olmuşdur. O, bankdakı müştərilərin cari hesablarından pulu çıxarmaq qərarına gəldikdə törətdiyi əməlin üstünün açılmaması üçün nə etməli olduğu düşünmüş və belə bir qərara gəlmişdir ki, ilk öncə uzun müddət bankda pul saxlayan müştərilərin hesablarına nəzər salsın, daha sonra hesabından gec-gec pul çıxaran müştəriləri müəyyən etmişdir. Hesabından tez-tez pul çıxaran müştərinin puluna toxunmaq isə riskli olmuşdur. Buna görə də hesablar üzrə ən gec-gec əməliyyat edən müştəriləri seçmişdir. Zaqatala filialı bankın ümumi şəbəkəsi ilə qarşılıqlı işlədiyindən o, öz xidməti kompüterindən bütün bankın müştərilərinin hesablarını görə bilmişdir. O, kassa qovşağında baş xəzinədarla bir otaqda otursa da aralarında ara kəsmə olmuş, yəni bir-birilərinin yanına keçmək üçün qapıdan keçməli olmuşlar, bir növ ayrı-ayrı xırda otaqlarda işləmişlər, yəni baş xəzinədar onun hansı əməliyyatlar etməsini görməmişdir. Seçdiyi bütün müştərilərlə etdiyi hərəkət hamısı eyni olmuşdur. Belə ki, o, öz xidməti kompüterində ehtiyacı olduğu məbləğdə müştərinin hesabından məxaric orderini yığıb çap etmiş, daha sonra bankdakı digər sənədlərdə müştərinin imzasına baxıb onu oxşatmaqla müştərinin yerinə özü imza etmiş, daha sonra xəzinədar kimi özü imzalamış, həmin məxaric orderindəki məbləğə uyğun pulu diqqət çəkmədən ehtiyatlı şəkildə kassada əlinin altında olan puldan ayırıb bir kənara qoymuş, daha sonra isə həmin pulun üstünə telefon, dəftər və ya hər hansı digər əşyanı qoyub örtmüş, bir neçə dəqiqədən sonra həmin əşyanı götürmək kimi görüntü yaradıb pulu əşya ilə birlikdə götürüb ehtiyatlı şəkildə cibinə qoymuşdur. Bu hərəkətləri ona görə etmişdir ki, xəzinədarlıqda başının üstündə olan müşahidə kamerasına baxan şəxslər onun hərəkətini, yəni pulu götürüb cibinə qoymağını başa düşməsinlər. İlk dəfə bankın müştərisi Şahid4 hesabından xx.xx.2021-ci il tarixdə 1000 ABŞ dollar, daha sonra isə xx.xx.2021-ci il tarixdə 600 ABŞ dollar, xx.xx.2021-ci il tarixdə 700 ABŞ dollar, xx.xx.2021-ci il tarixdə 1300 ABŞ dollar, 29.01. 2021-ci il tarixdə 2400 ABŞ dollar pul vəsaitlərinin məxaric olunmasına dair orderləri öz xidməti kompüterində tərtib edərək çap etmiş və müştərinin əvəzindən saxta imza icra edərək pulun məxaric edilməsini rəsmiləşdirmişdir. Bundan sonra qeyd edilən pul vəsaitlərini filialın kassasından nağd şəkildə götürmüşdür. Qeyd edilən müştərinin bank hesabından ümumilikdə 6.000 ABŞ dollar məbləğində pul vəsaitini qanunsuz olaraq məxaric etmişdir. Bundan başqa bankın digər müştərisi X1 hesabından xx.xx.2021-ci il tarixdə 4080 manat, xx.xx.2021-ci il tarixdə 3060 manat, xx.xx.2021-ci il tarixdə 6130 manat pul vəsaitlərinin məxaric olunmasına dair orderləri öz xidməti kompüterində tərtib edərək çap etmiş və müştərinin əvəzindən saxta imza icra edərək pulun məxaric edilməsini rəsmiləşdirmişdir. Bundan sonra qeyd edilən pul vəsaitlərini filialın kassasından nağd şəkildə götürmüşdür. Qeyd edilən müştərinin bank hesabından ümumilikdə 13.270 manat məbləğində pul vəsaitini qanunsuz olaraq məxaric etmişdir. xx.xx.2021-ci il tarixdə müştərinin iştirakı və məlumatı olmadan bank hesabına 7.140 manat pulu geri qaytararaq həmin hesaba mədaxil etmişdir. Bundan başqa bankın digər müştərisi X6 hesabından xx.xx.2021-ci il tarixdə 3000 manat məbləğində pul vəsaitinin məxaric olunmasına dair orderi öz xidməti kompüterində tərtib edərək çap etmiş və eyni qaydada müştərinin əvəzindən saxta imza icra edərək pulun məxaric edilməsini rəsmiləşdirmişdir. Bundan sonra qeyd edilən pul vəsaitini də filialın kassasından nağd şəkildə götürmüşdür. Bundan başqa bankın müştərisi Şahid6 hesabından xx.xx.2021-ci il tarixdə 22.000 ABŞ dollar məbləğində pul vəsaitinin məxaric olunmasına dair orderi öz xidməti kompüterində tərtib edərək çap etmiş və eyni qaydada müştərinin əvəzindən saxta imza icra edərək pulun məxaric edilməsini rəsmiləşdirmişdir. Bundan sonra qeyd edilən pul vəsaitini filialın kassasından nağd şəkildə götürmüşdür. xx.xx.2021-ci il tarixdə isə qeyd edilən məbləği müştərinin iştirakı və məlumatı olmadan geri qaytararaq həmin hesaba mədaxil etmişdir. Bundan başqa bankın digər müştərisi Şahid3 hesabından xx.xx.2021-ci il tarixdə 10100 manat, xx.xx.2021-ci il tarixdə 8080 manat, xx.xx.2021-ci il tarixdə 606 manat pul vəsaitlərinin məxaric olunmasına dair orderləri öz xidməti kompüterində tərtib edərək çap etmiş və eyni qaydada müştərinin əvəzindən saxta imza icra edərək pulun məxaric edilməsini rəsmiləşdirmişdir. Bundan sonra qeyd edilən pul vəsaitlərini filialın kassasından nağd şəkildə götürmüşdür. Qeyd edilən müştərinin bank hesabından ümumilikdə 18.786 manat məbləğində pul vəsaitini qanunsuz olaraq məxaric etmişdir. Bundan başqa bankın digər müştərisi Şahid5 hesabından xx.xx.2021-ci il tarixdə 10100 ABŞ dollar, xx.xx.2021-ci il tarixdə 10100 ABŞ dollar məbləğində pul vəsaitlərinin məxaric olunmasına dair orderləri öz xidməti kompüterində tərtib edərək çap etmiş və eyni qaydada müştərinin əvəzindən saxta imza icra edərək pulun məxaric edilməsini rəsmiləşdirmişdir. Qeyd edilən müştərinin bank hesabından ümumilikdə 20.200 ABŞ dollar məbləğində pul vəsaitini qanunsuz olaraq məxaric etmişdir. Ümumilikdə 6 müştərinin bank hesabından qonunsuz yolla ümumilikdə 48.200 ABŞ dollar və 35.056 manat məbləğində pul vəsaitlərini qanunsuz yolla bankdan məxaric etmiş, manat nisbətində hesablayanda götürdüyü pulun ümumi məbləği 116.996 manat təşkil etmişdir. Qanunsuz yolla ələ keçirdiyi vəsaitin bir qismini əlinə pul düşdükcə könüllü olaraq həmin müştərilərin bank hesablarına qaytarıb mədaxil etmişdir. Onun əsas məqsədi pulu ələ keçirmək olmamış, əsas məqsədi cari hesablardakı pulu müvəqqəti götürüb borclarını bağladıqdan sonra əlinə pul düşdükcə hissə-hissə geri qaytarıb müştərilərin pulunu bərpa etmək olmuşdur. Lakin hər şey onun hesabladığı kimi getməmiş, belə ki, həmin müştərilərdən hansısa biri bank hesabında vəsait itkisinin baş verməsi barədə banka şikayət etmiş və bu müraciət əsasında 2021-ci ilin iyul ayında aparılmış araşdırma zamanı onun tərəfindən bu əməllərin törədilməsi müəyyən edilmişdir. Bununla bağlı bank rəhbərliyi tərəfindən izahatı alınmış, o, törətdiyi əməli tam şəkildə səmimi olaraq etiraf etmişdir. Habelə vurduğu zərəri ödəməyə maraq göstərmişdir. Sonradan valideynləri onun bu əməlindən xəbər tutaraq vurduğu zərərin ödənilməsinə köməklik göstərmişlər. O, götürdüyü 116996 manat pulu tam şəkildə banka ödəmiş, banka ödənilməmiş heç bir məbləğdə ziyan qalmamışdır. xx.xx.2021-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş və o, tutduğu vəzifədən azad edilmişdir. Onun bu əməlləri törətməsindən bankın heç bir əməkdaşının məlumatı və iştirakı olmamış, o, bu əməlləri gizlin şəkildə etmişdir. Baş xəzinədar və filial müdiri adətən iş günün sonunda bütün mədaxil və məxaric orderlərini imza etdiklərinə görə müştərinin filiala gəlibgəlmədiklərindən məlumatsız olmuşlar. Həmçinin 2014-cü ildən bir yerdə işlədiklərinə görə baş xəzinədar və filial müdiri ona etibar etmişlər. Zərərçəkmiş şəxsə dəymiş zərəri tamamilə ödəmişdir. Vurulmuş zərərdən başqa, vurulmuş maddi ziyanın əlli faizi miqdarında, yəni 58500 manat pul vəsaitini də dövlət büdcəsinə ödəmiş, ona görə də istintaq zamanı onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilmişdir. Vurulmuş zərərin ödənilməsini və himayəsində azyaşlı uşağın olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı Zərərçəkmiş şəxs ASC-nin nümayəndəsi Nümayəndə ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, o, 2015-ci ildən Zərərçəkmiş şəxs ASC-nin Hüquqi məsələlər şöbəsində böyük hüquqşünas vəzifəsində işləyir, xidməti vəzifəsi Bankın hüquq mühafizə orqanlarında və məhkəmələrdə mənafelərini təmsil etmək və sairdən ibarətdir. Bankın Zaqatala filialında xəzinədar vəzifəsində işləmiş Təqsirləndirilən şəxs ayrı-ayrı vaxtlarda bankın bir neçə müştərisinin hesablarına qanunsuz müdaxilələr edib pulları məxaric etmişdir. Təqsirləndirilən şəxs fialialın xəzinədarı kimi daxil olan pul vəsaitlərin sayılması, bank sistemində müxabirləşmənin (əməliyyatların) aparılması, nəğd pul vəsaitlərin mədaxil və məxaric edilməsi kimi səlahiyyətlərə malik olmuşdur. Bank daxili qaydalara əsasən hər hansı müştəri bank hesabları üzrə mədaxil və məxaric əməliyyatları apararkən birbaşa filialın kassa qovşağına yaxınlaşır. Bu zaman filialın heç bir əməkdaşına müraciət edilmir. Xəzinədar ilk öncə müştərinin şəxsiyyətini müəyyən etməli, daha sonra onun tələb etdiyi əməliyyatı bank sistemində icra etməli, bu barədə müvafiq mədaxil və ya məxaric orderini çap edib müştəriyə, daha sonra isə baş xəzinədar və filial rəhbərinə imza etdirməlidir. Bundan sonra müvafiq pul məbləğini xəzinədən məxaric və ya mədaxil etməlidir. Təqsirləndirilən şəxs malik olduğu bu səlahiyyətlərindən sui-istifadə edərək bankın bir neçə müştərisinin bank (cari) hesablarındakı pulları müştərilərin xəbəri olmadan qanunsuz yolla məxaric edərək mənimsəmişdir. Belə ki, Təqsirləndirilən şəxs bankın müştərisi Şahid4 hesabından xx.xx.2021-ci il tarixdə 1000 ABŞ dollar, xx.xx.2021-ci il tarixdə 600 ABŞ dollar, xx.xx.2021-ci il tarixdə 700 ABŞ dollar, xx.xx.2021-ci il tarixdə 1300 ABŞ dollar, xx.xx.2021-ci il tarixdə 2400 ABŞ dollar pul vəsaitlərinin məxaric olunmasına dair orderləri öz xidməti kompüteridə tərtib edərək çap etmiş, daha sonra müştərinin əvəzindən saxta imza icra edərək pulun məxaric edilməsini rəsmiləşdirmiş, habelə həmin sənədi baş xəzinədar və filial rəhbərinə imza etdirmişdir. Bundan sonra qeyd edilən pul vəsaitlərini filialın kassasından nağd şəkildə götürərək mənimsəmişdir. Günay qeyd edilən müştərinin bank hesabından ümumilikdə 6.000 ABŞ dollar məbləğində pul vəsaitini qanunsuz olaraq məxaric etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs bankın müştərisi X1 hesabından xx.xx.2021-ci il tarixdə 4080 manat, xx.xx.2021-ci il tarixdə 3060 manat, xx.xx.2021-ci il tarixdə 6130 manat pul vəsaitlərinin məxaric olunmasına dair orderləri öz xidməti kompüterində tərtib edərək çap etmiş, daha sonra eyni qaydada müştərinin əvəzindən saxta imza ilə icra edərək pulun məxaric edilməsini rəsmiləşdirmiş, habelə həmin sənədi baş xəzinədar və filial rəhbərinə imza etdirmişdir. Bundan sonra qeyd edilən pul vəsaitlərini filialın kassasından nağd şəkildə götürərək mənimsəmişdir. Günay qeyd edilən müştərinin bank hesabından ümumilikdə 13.270 manat məbləğində pul vəsaitini qanunsuz olaraq məxaric etmişdir. Günay həmin müştərinin bank hesabına xx.xx.2021-ci il tarixdə müştərinin iştirakı və məlumatı olmadan 7.140 manat pulu geri qaytararaq həmin hesaba mədaxil etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs bankın müştərisi X6 hesabından xx.xx.2021-ci il tarixdə 3000 manat məbləğində pul vəsaitinin məxaric olunmasına dair orderi öz xidməti kompüterində tərtib edərək çap etmiş, daha sonra eyni qaydada müştərinin əvəzindən saxta imza ilə icra edərək pulun məxaric edilməsini rəsmiləşdirmiş, habelə həmin sənədi baş xəzinədar və filial rəhbərinə imza etdirmişdir. Bundan sonra qeyd edilən pul vəsaitini filialın kassasından nağd şəkildə götürərək mənimsəmişdir. Bundan başqa Təqsirləndirilən şəxs bankın müştərisi Şahid6 hesabından xx.xx.2021-ci il tarixdə 22.000 ABŞ dollar məbləğində pul vəsaitini məxaric olunmasına dair orderi öz xidməti kompüterində tərtib edərək çap etmiş, daha sonra eyni qaydada müştərinin əvəzindən saxta imza ilə icra edərək pulun məxaric edilməsini rəsmiləşdirmiş, habelə həmin sənədi baş xəzinədar və filial rəhbərinə imza etdirmişdir. Bundan sonra qeyd edilən pul vəsaitini filialın kassasından nağd şəkildə götürərək mənimsəmişdir. xx.xx.2021-ci il tarixdə qeyd edilən məbləği müştərinin iştirakı və məlumatı olmadan geri qaytararaq həmin hesaba mədaxil etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs bankın digər müştərisi Şahid3 hesabından xx.xx.2021-ci il tarixdə 10100 manat, xx.xx.2021-ci il tarixdə 8080 manat, xx.xx.2021-ci il tarixdə 606 manat pul vəsaitlərinin məxaric olunmasına dair orderləri öz xidməti kompüterində tərtib edərək çap etmiş, daha sonra eyni qaydada müştərinin əvəzindən saxta imza ilə icra edərək pulun məxaric edilməsini rəsmiləşdirmiş, habelə həmin sənədi baş xəzinədar və filial rəhbərinə imza etdirmişdir. Bundan sonra qeyd edilən pul vəsaitlərini filialın kassasından nağd şəkildə götürərək mənimsəmişdir. Günay qeyd edilən müştərinin bank hesabından ümumilikdə 18.786 manat məbləğində pul vəsaitini qanunsuz olaraq məxaric etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs bankın digər müştərisi Şahid5 hesabından xx.xx.2021-ci il tarixdə 10100 ABŞ dollar, xx.xx.2021-ci il tarixdə 10100 ABŞ dollar məbləğində pul vəsaitlərinin məxaric olunmasına dair orderləri öz xidməti kompüterində tərtib edərək çap etmiş, daha sonra eyni qaydada müştərinin əvəzindən saxta imza ilə icra edərək pulun məxaric edilməsini rəsmiləşdirmiş, habelə həmin sənədi baş xəzinədar və filial rəhbərinə imza etdirmişdir. Bundan sonra qeyd edilən pul vəsaitlərini filialın kassasından nağd şəkildə götürərək mənimsəmişdir. Günay qeyd edilən müştərinin bank hesabından ümumilikdə 20.200 ABŞ dollar məbləğində pul vəsaitini qanunsuz olaraq məxaric etmişdir. Günay ümumilikdə 6 müştərinin bank hesabından qanunsuz yolla ümumilikdə 48.200 ABŞ dollar və 35.056 manat məbləğində pul vəsaitlərini bankdan məxaric etmişdir. Həmin gün üçün bankın ABŞ dollarına münasibətdə olan məzənnəsini ortalama 1.7 manat nisbətində hesabladıqda 48.200 ABŞ dollar 81.940 manat təşkil edir. Beləliklə Təqsirləndirilən şəxs qanunsuz yolla bankdan götürərək mənimsədiyi pulun ümumi məbləği 116.996 manat təşkil edir. Yuxarıda qeyd etdiyi kimi Təqsirləndirilən şəxs qanunsuz yolla ələ keçirdiyi vəsaitin bir qismini könüllü olaraq həmin müştərilərin bank hesablarına qaytarıb mədaxil etmişdir. Müştərilərdən biri bank hesabında vəsait itkisinin baş verməsi barədə banka şifahi olaraq müraciət etmişdir. Bu müraciət əsasında aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, həmin vəsaitlər Zaqatala filialında məxaric edilmişdir. Bununla həmin filial üzrə ətraflı yoxlama aparılmış və nəticədə Təqsirləndirilən şəxs tərəfindən qeyd edilən qanunsuzluqların törədilməsi aşkar olmuşdur. Bununla əlaqədar zəruri rəsmiləşdirmələr aparılmış, Təqsirləndirilən şəxs verdiyi izahatında bu əməlləri törətməsini səmimi etiraf etmiş, vurduğu zərərin ödəməsinə maraq göstərmişdir. Bundan sonra Təqsirləndirilən şəxs qanunsuz əməlləri nəticəsində banka vurduğu 116.996 manat məbləğində ziyanı tam şəkildə ödəmişdir. Ona qarşı şikayət və tələbləri yoxdur. xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs ilə bağlanmış əmək müqaviləsinə xitam verilməklə tutduğu vəzifədən azad edilmişdir. Bank tərəfindən aparılan araşdırma zamanı Zaqatala filialının hər hansı digər əməkdaşının bu qanunsuz əməldə iştirakı müəyyən olunmamışdır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, əvvəllər “Birləşmiş Universal” Səhmdar Bankında "xxxx" ASC-də və "xxxx" ASC-də xəzinədar, baş xəzinədar vəzifələrində işləmiş, xx.xx.2014-cü il tarixdə Zərərçəkmiş şəxs ASC-yə işə qəbul olunmaqla Zaqatala filialına baş xəzinədar təyin edilmişdir. Həmin tarixdən xx.xx.2021-ci il tarixədək qeyd edilən vəzifədə işləmiş, xx.xx.2021-ci il tarixdə tutduğu vəzifədən azad edilmişdir. Baş xəzinədar kimi əsas vəzifəsi bankomatlarda inkosasiyaya nəzarət, pul limitinə nəzarət, filial üzrə mədaxil və məxariclərin təsdiqlənməsi və sairdən ibarət olmuşdur. Təqsirləndirilən şəxs 2014-cü ilin aprel ayından Zərərçəkmiş şəxs ASC-nin Zaqatala filialında xəzinədar vəzifəsində işləmiş, yəni o, işə qəbul olunarkən Günay həmin filialın xəzinədarı olmuşdur. Birlikdə işlədikləri müddətdə normal münasibətləri olmuş, aralarında heç vaxt heç bir narazılıq olmamışdır. Xəzinədar kimi Təqsirləndirilən şəxs vəzifəsi müştəri hesablarına mədaxil və məxaric əməliyyatlarının icra edilməsindən və sair əməliyyatların həyata keçirilməsindən ibarət olmuşdur. Kassa üzrə aparılan bütün əməliyyatlara dair günün sonunda xəzinədar hesabat hazırlayıb müvafiq sənədlərlə birlikdə baş xəzinədar kimi ona təqdim etmiş, o, baş xəzinədar kimi bütün mədaxil və məxaric əməliyyatlarını kassa arayışları ilə yoxlamış, mədaxillə məxaric arasında hər hansı uyğunsuzluq olmadıqda əməliyyatları təsdiq etmişdir. Habelə kassada qalan nağd pul vəsaitlərini saymış, üzləşdirmə zamanı hər hansı problem olmadıqda filialın baş mühasibi və filial müdiri ilə birlikdə günün sonunda bütün əməliyyatları təsdiq edib kassanı bağlamışlar. Bank daxili qaydalara əsasən 5.000 manatadək məxaric əməliyyatlarına dair sənədlər günün sonunda filial müdiri və baş xəzinədar tərəfindən imzalanır. Lakin 5.000 manatdan yuxarı olan məxaric əməliyyatları zamanı filial müdiri sənədləri müştərinin iştirakı ilə imza etməlidir. Baş xəzinədar kimi o, xəzinədarın təqdim etdiyi orderi müştərinin şəxsiyyət vəsiqəsi ilə yoxlayıb imzalamalıdır. Bu zaman baş xəzinədar müştərini qəbul etmək məcburiyyətində deyil. Əgər sənədlər müştəri və xəzinədar tərəfindən imzalanmışsa və müştərinin şəxsiyyət vəsiqəsi varsa imzalar üçün kifayətdir. Bir mənalı şəkildə 5.000 manatdan yuxarı olan məxaric əməliyyatlarında müştərinin şəxsiyyət vəsiqəsi ilə yoxladıqdan sonra həmin sənədi imzalamışdır. Lakin bəzi hallarda bu vəzifə öhdəliyini icra etmək mümkün olmamışdır. Belə ki, nahar fasilələrində olduğu müddətdə Günay bəzi müştərilərin hesabından 5000 manatdan yuxarı olan məbləğlərdə pulların məxaric edilməsini rəsmiləşdirmişdir. Müştəri məmnuniyyətini təmin etmək, müştəriləri gözlətməmək üçün baş xəzinədar və ya filial müdiri olmadığı vaxtlarda məxaric əməliyyatlarının gecikdirilmədən icra edilməsi şifahi şəkildə tapşırılmışdır. Belə hallarda isə kassa məxaric orderlərini iş gününün sonunda imzalamışdır. Təqsirləndirilən şəxs 2021-ci ilin yanvar ayından həmin ilin iyul ayınadək olan müddətdə törətdiyi qanunsuzluqlar barədə həmin vaxt heç bir məlumatı olmamışdır. Qeyd olunan müddətdə Təqsirləndirilən şəxs ayrı-ayrı müştərilərin bank hesablarından müxtəlif məbləğlərdə pulların məxaric edilməsinə dair əməliyyatları həyata keçirərək buna dair məxaric orderlərini öz xidməti kompüterində işləyib çap etmiş, daha sonra müştərinin əvəzindən saxta imza ilə icra etmişdir. Daha sonra digər bank sənədləri ilə birlikdə günün sonunda ona təqdim olunmuş və tərəfindən yoxlanarkən heç bir qanunsuzluq aşkar edilmədiyinə görə imzalanmışdır. 5000 manatdan yuxarı olan məbləğlərdə məxaric sənədlərini isə Təqsirləndirilən şəxs o, ofisdə olmadığı vaxtlarda rəsmiləşdirmişdir. O, Təqsirləndirilən şəxs güvəndiyinə görə, günün axırında məxaric sənədlərini kassa jurnalı və balansla yoxladıqdan sonra imzalamışdır. Bankın Gəncə filialının müştərisi Nizami Mustafayev hesabından pul itkisi barədə şikayət etmişdir. Bunun əsasında bankın daxili təhlükəsizlik şöbəsi tərəfindən aparılmış araşdırma zamanı, Təqsirləndirilən şəxs törətdiyi əməllər məlum olmuşdur. Həmin vaxtadək Təqsirləndirilən şəxs tərəfindən aparılan bu qanunsuz mədaxil və məxaric əməliyyatlarından ümumiyyətlə məlumatı olmamışdır. Şahid4 adına tərtib edilən xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli, X1 adına tərtib edilən xx.xx.2021ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli, X6 adına tərtib edilən xx.xx.2021-ci il tarixli, Şahid6 adına tərtib edilən xx.xx.2021-ci il tarixli, Şahid3 adına tərtib edilən xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli və Şahid5 adına tərtib edilən xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli kassa məxaric orderlərindəki “baş xəzinədar” qrafasındakı imzalar ona məxsusdur və onun tərəfindən icra edilmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, o, xx.xx.2018-ci il tarixdə Zərərçəkmiş şəxs ASC-də işə qəbul olunmaqla Zaqatala filialına rəhbər təyin edilmiş, filial rəhbəri kimi əsas vəzifəsi filialın ümumi işinə rəhbərlik və filialın idarə edilməsi, satışın təşkili və idarə olunması və sairdən ibarət olmuşdur. xx.xx.2021-ci il tarixdə öz ərizəsi əsasında tutduğu vəzifədən azad edilmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ASC-nin Zaqatala filialında xəzinədar vəzifəsində uzun müddət işləmiş, sonuncu işə qəbul olunarkən o, həmin filialın əməkdaşı olmuşdur. Birlikdə işlədikləri müddətdə normal münasibətləri olmuş, aralarında heç vaxt heç bir narazılıq olmamışdır. Xəzinədar kimi Təqsirləndirilən şəxs vəzifəsi müştəri hesablarına mədaxil və məxaric əməliyyatlarının icra edilməsindən və sair əməliyyatların həyata keçirilməsindən ibarət olmuşdur. Kassada aparılan bütün əməliyyatlara dair günün sonunda xəzinədar hesabat hazırlayıb baş xəzinədara təqdim etmiş, baş xəzinədar da bu hesabatı yoxlayıb təsdiq etdikdən sonra filial müdiri kimi ona təqdim etmişdir. O, gündəlik icra edilən bütün mədaxil və məxaric əməliyyatlarını bir daha yoxlayıb qəbzlərdəki məlumatlarla bankın əməliyyat sistemindəki məlumatların eynilik təşkil edib-etmədiyini yoxlamış, hər hansı uyğunsuzluq aşkar edilmədikdə bütün əməliyyatları təsdiq etmişdir. Bank daxili qaydalara əsasən filial müdiri 5.000 manatadək əməliyyatları günün sonunda imzalaya bilər, lakin 5.000 manatdan yuxarı məxaric əməliyyatları yerində, yəni müştərinin iştirakı ilə imza edilməlidir. O, bir mənalı şəkildə 5.000 manatdan yuxarı olan məxaric əməliyyatlarında müştərini şəxsən qəbul edib yoxladıqdan sonra həmin sənədi imzalamışdır. Yəni müştəri bank hesabından pulu məxaric edilməsini bildirdikdən sonra xəzinədar bu barədə müvafiq orderi çap edib müştəriyə imza etdirir, eyni zamanda özü həmin qəbzi imza edir. Daha sonra xəzinədar həmin müştərini şəxsiyyət vəsiqəsi ilə birlikdə baş xəzinədar və filial müdirinə yönəltməlidir. O, filial müdiri kimi müştərini qəbul edib şəxsiyyət vəsiqəsindəki məlumatları, eyni zamanda müştərinin imza uyğunluğunu dəqiqləşdirdikdən sonra məxaric orderini imzalamadır. Lakin bəzi hallarda bu vəzifə öhdəliyini icra etmək mümkün olmamışdır. Belə ki, filial müdiri kimi onun əsas vəzifələrindən biri banka yeni müştərilər cəlb etmək, kreditlər verməklə bağlı işləri həll etməkdən ibarət olmuşdur. Filial qarşısında qoyulan illik hədəflər onların tərəfindən icra edilməli olmuşdur. Bankın Zaqatala filialı İsmayıllı, Qəbələ, Şəki, Oğuz, Qax, Zaqatala və Balakən rayonlarına xidmət göstərmişdir. Bu rayonlardan olan çoxsaylı sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər filialın müştərisidir. Bununla bağlı o, tez-tez müştərilərlə görüşlər keçirmiş, müştərilərlə görüş zamanı filialın hər hansı əməkdaşının otağa daxil olub sənədi imza etdirməsi bir qədər nəzakət qaydalarından kənar olduğuna görə bu görüşə mane olmaması üçün əməkdaşlara əməliyyatları onun iştirakı olmadan icra etmələrini şifahi qaydada tapşırmışdır. Daha sonra münasib zamanda həmin sənədləri imza etmişdir. Çünki görüş müddətində digər müştərini də gözlətməyin düzgün olmadığını düşünmüşdür. Bəzən müştəri məmnuniyyətini təmin etmək və filiala yeni müştərilər cəlb etmək məqsədi ilə bu görüşləri bankdan kənarda, yəni müştərinin ofisində də keçirmişdir. Müştəriləri məmnun salmaq üçün görüşlərin onların ofisində keçirilməsi rəhbərliyin təşəbbüsü olmuşdur. Filialda olmadığı vaxtlarda filialın da işini dayandırmaq mümkün olmadığından imzalamalı olduğu sənədlər iş gününün sonunda ona təqdim edilmiş və tərəfindən yoxlanılmaqla imza edilmişdir. Yəni obyektiv səbəblərdən kassa məxaric əməliyyatları zamanı o, müştərini birbaşa qəbul edə bilməmiş, bu sənədləri sonradan imza etməli olmuşdur. Təqsirləndirilən şəxs 2021-ci ilin yanvar ayından həmin ilin iyul ayınadək olan müddətdə törətdiyi qanunsuzluqlar barədə həmin vaxt heç bir məlumatı olmamışdır. Qeyd olunan müddətdə Təqsirləndirilən şəxs ayrı-ayrı müştərilərin bank hesablarından müxtəlif məbləğlərdə pulların məxaric edilməsinə dair əməliyyatları həyata keçirərək buna dair məxaric orderlərini öz xidməti kompüterində işləyib çap etmiş, daha sonra müştərinin əvəzindən saxta imza ilə icra etmişdir. Daha sonra digər bank sənədləri ilə birlikdə günün sonunda ona təqdim olunmuş və tərəfindən yoxlanarkən heç bir qanunsuzluq aşkar edilmədiyinə görə imzalanmışdır. 5000 manatdan yuxarı olan məbləğlər isə Təqsirləndirilən şəxs o, ofisdə olmadığı vaxtlarda rəsmiləşdirmişdir. O, Təqsirləndirilən şəxs güvəndiyinə görə, günün sonunda məxaric sənədlərini kassa jurnalı və balansla yoxladıqdan sonra imzalamışdır. Bankın Gəncə filialının müştərisi Nizami Mustafayev hesabından pul itkisi barədə şikayət etmiş, bunun əsasında bankın daxili təhlükəsizlik şöbəsi tərəfindən aparılmış araşdırma zamanı Təqsirləndirilən şəxs törətdiyi əməllər məlum olmuşdur. Həmin vaxtadək Təqsirləndirilən şəxs tərəfindən aparılan bu qanunsuz mədaxil və məxaric əməliyyatlarından ümumiyyətlə məlumatı olmamışdır. Şahid4 adına tərtib edilən xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli, X1 adına tərtib edilən xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli, X6 adına tərtib edilən xx.xx.2021-ci il tarixli, Şahid6 adına tərtib edilən xx.xx.2021-ci il tarixli, Şahid3 adına tərtib edilən xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli və Şahid5 adına tərtib edilən xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli kassa məxaric orderlərindəki “nəzarətçi” qrafasındakı imzalar ona məxsusdur və onun tərəfindən icra edilmişdir. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir, Zərərçəkmiş şəxs ASC ilə əməkdaşlıq edir. 2015-ci ildə Zərərçəkmiş şəxs ASC-nin “Port Baku” ofisində manat, dollar və avro valyutalarında olmaqla öz adına cari hesablar açdırmış, həmin ildən özünə məxsus pul vəsaitini həmin hesabda saxlayır, keçən dövr ərzində pul lazım olduqca hesabdan məxaric etmiş, habelə hesaba əlavə ödənişlər də etmişdir. O, Zərərçəkmiş şəxs ASC-nin Zaqatala filialına heç vaxt müraciət etməmiş, ümumiyyətlə son bir neçə il ərzində Zaqatala rayonunda olmamışdır. xx.xx.2021-ci il tarixdə 10.100 manat, xx.xx.2021-ci il tarixdə 8.080 manat, xx.xx.2021-ci il tarixdə 606 manat məbləğində pul vəsaitlərinin bank hesabından məxaric olunmasına dair orderlərdəki imzalar ona məxsus deyildir, onun tərəfindən icra edilməmişdir. O, qeyd edilən məbləğlərdə pul vəsaitlərini bankdan heç vaxt məxaric etməmiş, həmin imzaları onun əvəzindən kimsə saxtalaşdırmaqla icra etmişdir. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir, uzun illərdir ki, Zərərçəkmiş şəxs ASC ilə əməkdaşlıq edir. 2019-cu ildən "xxxx" MMC-nin iş icraçısı kimi Zaqatala rayonunda fındıq emalı zavodu inşa etmiş, əməkhaqqı kartı Zərərçəkmiş şəxs ASC-yə məxsus olmuşdur. Zaqatala rayonunda işlədiyi vaxt, yəni 2020-ci ildə Zərərçəkmiş şəxs ASC-nin Zaqatala filialına müraciət edib öz adına cari hesab açdırmış, ABŞ dollarında olan pul vəsaitini həmin hesaba mədaxil etmiş, 2020-ci ildən özünə məxsus pul vəsaitini həmin hesabda saxlamışdır. Keçən dövr ərzində pul lazım olduqca hesabdan məxaric etmiş, habelə hesaba əlavə ödənişlər də etmişdir. xx.xx.2021-ci il tarixdə 1000 ABŞ dollar, xx.xx.2021-ci il tarixdə 600 ABŞ dollar, xx.xx.2021-ci il tarixdə 700 ABŞ dollar, xx.xx.2021ci il tarixdə 1300 ABŞ dollar, xx.xx.2021-ci il tarixdə 2400 ABŞ dollar məbləğində pul vəsaitlərinin məxaric olunmasına dair orderlərdəki imzalar ona məxsus deyildir, onun tərəfindən icra edilməmişdir. O, qeyd edilən məbləğlərdə pul vəsaitlərini bankdan heç vaxt məxaric etməmişdir. Həmin imzaları onun əvəzindən kimsə saxtalaşdırmaqla icra etmişdir. Qeyd edilən tarixlərdə o, ümumiyyətlə Zaqatala rayonunda işləməmiş və Zərərçəkmiş şəxs ASC-nin Zaqatala filialına ümumiyyətlə getməmişdir. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir, uzun illərdir ki, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Əvvəllər yəni 2015-2017-ci illərdə “PAŞA Bank ASC-nin Baş ofisində Kreditlərin bərpası şöbəsinin rəhbəri vəzifəsində işləmişdir. 2015-ci ilin yanvar ayında manat, dollar və avro valyutalarında olmaqla öz adına cari hesablar açdırmış, 2017-ci ilin yaz aylarında “X15” şirkətində “həyat yığım sığortası” etdirmiş, bununla əlaqədar hər ay əməkhaqqından müəyyən məbləğdə ödənişlər tutulmuşdur. 3 il ərzində sığorta hadisəsi baş vermədiyindən həmin müddətdə toplanmış kapital onun bank hesabına köçürülməklə orada saxlanmışdır. O, Zərərçəkmiş şəxs ASC-nin Zaqatala filialına heç vaxt müraciət etməmiş, ümumiyyətlə son bir neçə il ərzində Zaqatala rayonunda olmamışdır. xx.xx.2021-ci il tarixdə 10.100 ABŞ dollar, xx.xx.2021-ci il tarixdə isə 10.100 ABŞ dollar məbləğində pul vəsaitlərinin bank hesabından məxaric olunmasına dair orderlərdəki imzalar ona məxsus deyildir, onun tərəfindən icra edilməmişdir. O, qeyd edilən məbləğlərdə pul vəsaitlərini bankdan heç vaxt məxaric etməmiş, həmin imzaları onun əvəzindən kimsə saxtalaşdırmaqla icra etmişdir. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir, 2008-ci ildən Paşa İnşaat MMC-də işləyir, işlədiyi qurumda əməkhaqqları Paşa Bank ASC-nin plastik kartları vasitəsi ilə ödənilir. Uzun illərdir ki, Zərərçəkmiş şəxs ASC ilə əməkdaşlıq edir. 2020-ci ildə Zərərçəkmiş şəxs ASC-nin “Port Baku” filialında adına manat, dollar və avro cari hesabı açdırmış, 2018-ci ildə “X15” şirkətində “həyat yığım sığortası”etdirmiş, bununla əlaqədar hər ay əməkhaqqından müəyyən məbləğdə ödənişlər tutulmuşdur. 3 il ərzində sığorta hadisəsi baş vermədiyindən həmin müddətdə toplanmış kapital xx.xx.2021-ci il tarixdə onun Zərərçəkmiş şəxs ASC-dəki cari hesabına köçürülməklə orada saxlanmışdır. Keçən dövr ərzində ona pul lazım olduqca hesabdan bir neçə dəfə məxaric etmişdir. O, Zərərçəkmiş şəxs ASC-nin Zaqatala filialına heç vaxt müraciət etməmiş, ümumiyyətlə son bir neçə il ərzində Zaqatala rayonunda olmamışdır. xx.xx.2021-ci il tarixdə 22.000 ABŞ dollar məbləğində pul vəsaitlərinin məxaric olunmasına dair orderdəki imzalar ona məxsus deyildir, onun tərəfindən icra edilməmişdir. O, qeyd edilən məbləğlərdə pul vəsaitlərini bankdan heç vaxt məxaric etməmiş, həmin imzaları onun əvəzindən kimsə saxtalaşdırmaqla icra etmişdir. İş materiallarında olan Şahid5 tərəfindən məhkəməyə ünvanlanmış teleqramdan görünür ki, o ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir və sağlamlığı ilə əlaqədar məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş edir. İş materiallarında olan Şahid4 tərəfindən məhkəməyə ünvanlanmış teleqramdan görünür ki, o ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir və səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş edir. İş materiallarında olan X4 tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, o istintaq zamanı verdiyi ifadəsini təsdiq edir və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş edir. İş materiallarında olan xx.xx.2014-ci il tarixli, 339 nömrəli əmək müqaviləsindən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ASC-nin Zaqatala filialına xəzinədar vəzifəsinə işə qəbul edilmişdir. (Cild İ səh 54-58) İş materiallarında olan 13 avqust 2021-ci il tarixli əmrdən görünür ki, Paşa Bank ASC-nin Kiçik və X7 Departamentinin Zaqatala filialının xəzinədarı Təqsirləndirilən şəxs ilə bağlanmış xx.xx.2014-ci il tarixli, 339 nömrəli əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. (Cild İ səh 67) İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ASC-nin xəzinədarının vəzifəsi təlimatından görünür ki, xəzinədarın vəzifə öhdəliyinə daxil olmuş pulların sayılması, baş xəzinədarın və ya digər rəhbərlərinin tapşırıqlarının yerinə yetirilməsi, filialda yerləşən ATM, AVMQ və Bankın digər avadanlıqlarının boşaldılması və doldurulması, müştərinin müraciətinə və rəhbərinin göstərişi ilə əsasən inkassasiya briqadası ilə inkassasiyada iştirak etmək, sənədlər əsasında nağd pul vəsaitlərinin inkassatorlara verilməsi və təhvil alınması, nağd pul vəsaitinin kassa sənədinə mədaxil və məxaric edilməsi, bank sistemində müxabirləşməni (əməliyyatları) aparmaq, kassada olan nağd pul vəsaitinin günün sonu sayılması və baş xəzinədara təhvil verilməsi, kassa əməliyyat sənədlərinin saxlanılması, günün sonu kassa dövriyyəsi haqqında sənədlərin çapı və bu sənədlərə əsasən Kassa əməliyyat sənədlərinin “günün sənədləri” qovluğuna tikilməsi, müştəridən gələn şikayət və təkliflər barədə aidiyyatı bölmələrə və ya birbaşa rəhbərinə məlumat verilməsi, bankın daxili qaydalarına, proseslərinə, siyasətlərinə, təlimatlarına (o cümlədən, SƏTƏM-lə əlaqədar) ciddi şəkildə əmək etmək və onların pozulmasına görə məsuliyyət daşımaq, hər hər hansı qəzalar, insidentlər və təhlükəli hallar barəsində dərhal birbaşa rəhbərə məlumat vermək, hər zaman təhlükəsiz, ətraf mühiti qoruyan və çirklənməsinin qarşısını alan qaydada işləmək, birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqları yerinə yetirmək daxildir. (Cild İ səh 51-52) İş materiallarında olan xx.xx.2021-ci il tarixli FJB**********645 nömrəli kassa məxaric orderindən görünür ki, order vəsait alan X2 məxsus hesabdan 4000 manatın məxaric edilməsi üçün tərtib edilmiş, xidmət haqqı 80 manat təşkil etmişdir. (Cild 1 səh 86) İş materiallarında olan xx.xx.2021-ci il tarixli FJB**********331 nömrəli kassa məxaric orderindən görünür ki, order vəsait alan X2 məxsus hesabdan 3000 manatın məxaric edilməsi üçün tərtib edilmiş, xidmət haqqı 60 manat təşkil etmişdir. (Cild 1 səh 87) İş materiallarında olan xx.xx.2021-ci il tarixli FJB**********49 nömrəli kassa məxaric orderindən görünür ki, order vəsait alan X8 məxsus hesabdan 3000 manatın məxaric edilməsi üçün tərtib edilmişdir.(Cild 1 səh 79) İş materiallarında olan xx.xx.2021 tarixli FJB**********844 nömrəli kassa məxaric orderindən görünür ki, order vəsait alan Şahid6 məxsus hesabdan 22000 ABŞ dollarının məxaric edilməsi üçün tərtib edilmişdir.(Cild 1 səh 80) İş materiallarında olan xx.xx.2021-ci il tarixli FJB**********878 nömrəli kassa məxaric orderindən görünür ki, order vəsait alan Şahid3 məxsus hesabdan 10000 manatın məxaric edilməsi üçün tərtib edilmiş, xidmət haqqı 100 manat təşkil etmişdir. (Cild 1 səh 81) İş materiallarında olan xx.xx.2021-ci il tarixli FJB**********898 nömrəli kassa məxaric orderindən görünür ki, order vəsait alan Şahid3 məxsus hesabdan 8000 manatın məxaric edilməsi üçün tərtib edilmiş, xidmət haqqı 80 manat təşkil etmişdir. (Cild 1 səh 82) İş materiallarında olan xx.xx.2021-ci il tarixli FJB**********740 nömrəli kassa məxaric orderindən görünür ki, order vəsait alan Şahid5 məxsus hesabdan 10000 ABŞ dollarının məxaric edilməsi üçün tərtib edilmiş, xidmət haqqı 100 ABŞ dolları təşkil etmişdir. (Cild 1 səh 84) İş materiallarında olan xx.xx.2021-ci il tarixli FJB**********897 nömrəli kassa məxaric orderindən görünür ki, order vəsait alan X2 məxsus hesabdan 6130 manatın məxaric edilməsi üçün tərtib edilmişdir. (Cild 1 səh 88) İş materiallarında olan xx.xx.2021-ci il tarixli FJB**********420 nömrəli kassa məxaric orderindən görünür ki, order vəsait alan Şahid5 məxsus hesabdan 10000 ABŞ dollarının məxaric edilməsi üçün tərtib edilmiş, xidmət haqqı 100 ABŞ dolları təşkil etmişdir. (Cild 1 səh 85) İş materiallarında olan xx.xx.2021-ci il tarixli FJB**********385 nömrəli kassa məxaric orderindən görünür ki, order vəsait alan Şahid3 məxsus hesabdan 600 manatın məxaric edilməsi üçün tərtib edilmiş, xidmət haqqı 6 manat təşkil etmişdir. (Cild 1 səh 83) İş materiallarında olan xx.xx.2021-ci il tarixli FJB**********318 nömrəli kassa məxaric orderindən görünür ki, order vəsait alan Şahid4 məxsus hesabdan 1000 ABŞ dollarının məxaric edilməsi üçün tərtib edilmişdir. (Cild 1 səh 74) İş materiallarında olan xx.xx.2021-ci il tarixli FJB**********670 nömrəli kassa məxaric orderindən görünür ki, order vəsait alan Şahid4 məxsus hesabdan 600 ABŞ dollarının məxaric edilməsi üçün tərtib edilmişdir. (Cild 1 səh 75) İş materiallarında olan xx.xx.2021-ci il tarixli FJB**********960 nömrəli kassa məxaric orderindən görünür ki, order vəsait alan Şahid4 məxsus hesabdan 700 ABŞ dollarının məxaric edilməsi üçün tərtib edilmişdir. (Cild 1 səh 76) İş materiallarında olan xx.xx.2021-ci il tarixli FJB**********092 nömrəli kassa məxaric orderindən görünür ki, order vəsait alan Şahid4 məxsus hesabdan 1300 ABŞ dollarının məxaric edilməsi üçün tərtib edilmişdir. (Cild 1 səh 77) İş materiallarında olan xx.xx.2021-ci il tarixdə FJB**********474 nömrəli kassa məxaric orderindən görünür ki, order vəsait alan Şahid4 məxsus hesabdan 2400 ABŞ dollarının məxaric edilməsi üçün tərtib edilmişdir. (Cild 1 səh 78) İş materiallarında olan bank hesabdan çıxarışlardan görünür ki, Şahid4 AZ46PAHA41020USDFC********** saylı bank hesabından xx.xx.2021-ci il tarixdə 1.000 ABŞ dolları, xx.xx.2021-ci il tarixdə 600 ABŞ dolları, xx.xx.2021-ci il tarixdə 700 ABŞ dolları, xx.xx.2021-ci il tarixdə 1.300 ABŞ dolları, xx.xx.2021-ci il tarixdə 2.400 ABŞ dolları, X1 AZ02PAHA41010AZNFK********** saylı bank hesabından xx.xx.2021-ci il tarixdə 4.080 manat, xx.xx.2021-ci il tarixdə 3.060 manat, xx.xx.2021-ci il tarixdə 6.130 manat, X6 AZ36PAHA41010AZNFC********** saylı bank hesabından xx.xx.2021-ci il tarixdə 3.000 manat, Şahid6 AZ24PAHA41020USDFC********** saylı bank hesabından xx.xx.2021-ci il tarixdə 22.000 ABŞ dollarının, Şahid3 AZ53PAHA41010AZNFC********** saylı bank hesabından xx.xx.2021-ci il tarixdə 10.100 manat, xx.xx.2021-ci il tarixdə 8.080 manat, xx.xx.2021-ci il tarixdə 606 manat, Şahid5 AZ39PAHA41020USDFC********** saylı bank hesabından xx.xx.2021-ci il tarixdə 10.100 ABŞ dolları, xx.xx.2021-ci il tarixdə 10.100 ABŞ dolları məxaric edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, 10 ədəd CD diskə baxış keçirilmiş. Baxış zamanı müəyyən edilmişdir ki, 14 aprel 2021-ci il tarixdən 05 iyul 2021-ci il tarixədək olan müddətdə Zərərçəkmiş şəxs Açıq Səhmdar Cəmiyyətinin Zaqatala filialının xəzinədarı vəzifəsində çalışmış Təqsirləndirilən şəxs müştərilər banka yaxılaşmadan məxaric əməliyyatlarını həyata keçirmiş və əldə etdiyi pulları müxtəlif üsullarla əl çantasına yerləşdirərək bankdan çıxartmışdır. (Cild 1 səh 115) İş materiallarında olan xx.xx.2022-ci il tarixli BPM**********74 nömrəli ödəniş tapşırığından görünür ki, Təqsirləndirilən şəxs 58500 manat vəsaiti Azərbaycan Respublikası Baş Prokurorluğunun hesabına köçürmüşdür. (Cild 2 səh 23) İş materiallarında olan Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, 2021-ci ilin yanvar ayından iyul ayınadək mənimsədiyi 116996 manat pulu tam şəkildə banka geri qaytarmış və mənimsədiyi məbləğin 50 faizini 58500 manat məbləğində pulu Baş Prokurorluğunun depozit hesabına köçürdüyü üçün cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. (Cild 2 səh 22) İş materiallarında olan 17 mart 2022-ci il tarixli CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx.xx.2021-ci il tarixində saat 16:17 radələrində Təqsirləndirilən şəxs 3600 manat vəsaiti sayaraq ayırır və saat 16:25-də vəsaitin 3600 manat hissəsini öz mobil telefonunun altında gizlədərək, kassa qovşağına gətirdiyi əl çantasına yerləşdirir. xx.xx.2021-ci il tarixində saat 15:41-də Təqsirləndirilən şəxs 22.000 USD məbləğini kassa qovşağına gətirdiyi əl çantasına yerləşdirərək kassa qovşağından çıxardır. xx.xx.2021-ci il tarixində, saat 15:59-da Təqsirləndirilən şəxs 8.000 manat vəsaiti sayır, daha sonra zərfə yerləşdirərək masasında saxlayır, saat 16:37-də həmin zərfi kitabçaların arasında gizlədir və saat 17:50-də zərfi arasında gizlətdiyi həmin kitabçaları götürərək kassa qovşağını tərk edir. xx.xx.2021-ci il tarixində saat 13:53-də Təqsirləndirilən şəxs özü ilə kassa qovşağına gətirdiyi bağlamadan pul götürərək kassaya əlavə edir. Təqsirləndirilən şəxs özü ilə gətirdiyi bağlamasında qalan vəsaiti həmin gün saat 15:47-də kassa qovşağından çıxardır. xx.xx.2021-ci il tarixində saat 13:30-da Təqsirləndirilən şəxs 10.000 ABŞ dolları vəsaitini kağız zərfə yerləşdirərək, kassa qovşağında olan dolaba yerləşdirir, daha sonra saat 17:15-də isə həmin zərflə birlikdə Kassa qovşağını tərk edir. (Cild 2 səh 27) İş materiallarında ola Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4/376 nömrəli 16 mart 2022-ci il tarixli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, Şahid4 adına tərtib olunmuş xx.xx.2021-ci il, xx.xx.2021ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli kassa məxaric orderlərinin kserosurətlərində “Müştərinin imzası” və “Kassir” qrafalarında əks olunmuş imzalar; X1 adına tərtib edilən xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli kassa məxaric orderlərinin kserosurətlərində “Müştərinin imzası” və “Kassir” qrafalarında əks olunmuş imzalar; X6 adına tərtib edilən xx.xx.2021-ci il tarixli kassa məxaric orderinin kserosurətində “Müştərinin imzası” və “Kassir” qrafalarında əks olunmuş imzalar; Şahid6 adına tərtib edilən xx.xx.2021-ci il tarixli kassa məxaric orderinin kserosurətində “Müştərinin imzası” və “Kassir” qrafalarında əks olunmuş imzalar; Şahid3 adına tərtib edilən xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli kassa məxaric orderinin kserosurətlərində “Müştərinin imzası” və “Kassir” qrafalarında əks olunmuş imzalar; Şahid5 adına tərtib edilən xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli kassa məxaric orderlərinin kserosurətlərində “Müştərinin imzası” və “Kassir” qrafalarında əks olunmuş imzalar - Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş. X1 adına tərtib edilən xx.xx.2021-ci il, 16 04.2021-ci il və xx.xx.2021-ci il tarixli kassa məxaric orderlərinin kserosurətlərində “Nəzarətçi" qrafalarında əks olunmuş imzalar - ABBASOV MÜNİR HÜMBƏT oğlu tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, X1 adına tərtib edilən 14 04.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli kassa məxaric orderlərinin kserosurətlərində “Baş xəzinədar qrafasında əks olunmuş imzalar - Şahid2 tərəfindən icra olunmuşdur. (Cild 2 səh 30-32) İş materiallarında olan Paşa Bank ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli PB- OUT-01473-2022 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Paşa Bank ASC-yə vurulmuş məlum zərər ödənilmişdir və hazırda həmin şəxsə qarşı maddi tələbi yoxdur. (Cild 2 səh 35) İş materiallarında olan AZE seriyalı 11231158 nömrəli Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsindən görünür ki, 30 avqust 2016-cı il təvəllüdlü Esmanur Məmmədovanın anası Təqsirləndirilən şəxsdır. ( Cild 2 səh 37) İş materiallarında olan Zaqatala Bələdiyyəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 141 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. ( Cild 2 səh 38) İş materiallarında olan xx.xx.2022-ci il tarixli cinayət təqibinə xitam verilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə cinayət təqibinə Azərbaycan Respublikası CM-in 73-1.3-cü və Azərbaycan Respublikası CPM-in 40.2-ci maddələrinə əsasən xitam verilməsi, cinayət işi üzrə təqsirkar şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün vurulmuş maddi ziyanın əlli faizi miqdarında etdiyi ödəniş, cəmi 58.500 manat təşkil edən pul vəsaitinin Azərbaycan Respublikası Baş Prokurorluğunun "xxxx" ASC-də olan depozit hesabından Azərbaycan Respublikası Maliyyə Nazirliyinin müvafiq hesabına köçürülməklə dövlət nəfinə keçirilməsi qərara alınmışdır. ( Cild 2 səh 59-62) İş materiallarında olan 25 mart 2022-ci il tarixli başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə dair qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (Cild 2 səh 104-105) İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması ilə əlaqədar DİN BƏSİİ-nin əməliyyat sorğu kartotekasında hər hansı məlumat yoxdur. İş materiallarında olan Paşa Bank ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli PB- OUT-02992-2022 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Paşa Bank ASC-yə vurulmuş zərər tam ödənilmişdir Beləliklə Təqsirləndirilən şəxs yuxarıda şərh edilən ona istinad edilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi özünün etirafı ilə yanaşı, həm də şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və cinayət işinin digər obyektiv halları ilə məhkəmə istintaqında tam sübuta yetirildi. Belə ki, Təqsirləndirilən şəxs vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək hüquqi şəxsin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs kimi vahid tamah niyyətilə rəsmi sənədlərə və informasiya resursuna bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Belə ki, o, Zərərçəkmiş şəxs ASC-nin idarə heyətinin sədri ilə arasında bağlanmış xx.xx.2014-cü il tarixli 339 saylı əmək müqaviləsinə əsasən qeyd edilən tarixdən bankın Zaqatala filialın xəzinədarı vəzifəsində işləyərkən bankın İnsan resursları departamentinin direktoru tərəfindən təsdiq edilmiş vəzifə təlimatına əsasən daxil olmuş pulları saymaq, filialda yerləşən ATM, AVMQ və bankın digər avadanlıqlarını boşaltmaq və doldurmaq, müştərinin müraciəti və rəhbərinin göstərişi ilə inkassasiya briqadası ilə inkassasiyada iştirak etmək, nağd pul vəsaitlərinin kassa sənədinə əsasən mədaxil və məxaric etmək, bank sistemində müxabirləşməni (əməliyyatları) aparmaq, kassada olan pul vəsaitlərini günün sonunda sayıb baş xəzinədara təhvil vermək, günün sonunda kassa dövriyyəsi haqqında sənədləri çap etmək və bank daxili qaydalara əsasən ona həvalə edilmiş digər səlahiyyətlərə malik inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən maddi məsul vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək, cinayət qanunu müddəalarına əsasən cinayət məsuliyyətindən azad edildiyi əməli üzrə öz qulluq mövqeyindən istifadə etməklə Zərərçəkmiş şəxs ASC-yə məxsus olmaqla ona etibar olunmuş əmlakı vahid niyyətlə mənimsəməklə talamaq məqsədilə 2021-ci ilin yanvar ayından həmin ilin iyul ayının sonunadək olan müddətdə Zərərçəkmiş şəxs ASCnin ünvan 2 ünvanında yerləşən “Zaqatala filialı”nın inzibati binasında tamah niyyəti ilə bankın ayrı-ayrı müştərilərinin bank hesablarına qanunsuz müdaxilələr edərək müştərilərin məlumatı və iştirakı olmadan bankın xəzinəsində ayrı-ayrı müştərilərinin hesablarından müxtəlif məbləğlərdə pul vəsaitinin məxaricinə dair bilə-bilə yalan məlumatları daxil etməklə informasiya resursu hesab olunan bankın əməliyyat sistemində müvafiq əməliyyatların icra edilməsinə imkan verən xidməti kompüterdə kassa məxaric orderləri tərtib edib çap edərək müştərilərin əvəzindən imzaları icra etdikdən sonra vəzifə saxtakarlığı yolu ilə hazırladığı həmin kassa məxaric orderlərini iş günün sonunda cinayətdən xəbərsiz olan filialın baş xəzinədarı Şahid2 və filial müdiri Şahid1 imza etdirməklə, o cümlədən, Şahid4 bank hesabından 1.000 ABŞ dollarının məxaricinə dair xx.xx.2021-ci il tarixli FJB**********318 nömrəli kassa məxaric orderini, 600 ABŞ dollarının məxaricinə dair xx.xx.2021-ci il tarixli FJB**********670 nömrəli kassa məxaric orderini, 700 ABŞ dollarının məxaricinə dair xx.xx.2021-ci il tarixli FJB**********960 nömrəli kassa məxaric orderini, 1.300 ABŞ dollarının məxaricinə dair xx.xx.2021-ci il tarixli FJB**********092 nömrəli kassa məxaric orderini, 2.400 ABŞ dollarının məxaricinə dair xx.xx.2021-ci il tarixdə FJB**********474 nömrəli kassa məxaric orderini tərtib edib “müştəri” qrafasında Şahid4 əvəzindən şəxsən imza etməklə, eyni niyyətlə, X1 bank hesabından 4.080 manatın məxaricinə dair xx.xx.2021-ci il tarixli FJB**********645 nömrəli kassa məxaric orderini, 3.060 manatın məxaricinə dair xx.xx.2021-ci il tarixli FJB**********331 nömrəli kassa məxaric orderini, 6.130 manatın məxaricinə dair xx.xx.2021-ci il tarixli FJB**********897 nömrəli kassa məxaric orderini tərtib edib “müştəri” qrafasında Nizami Mustafayevin əvəzindən şəxsən imza etməklə, eyni niyyətlə, X6 bank hesabından 3.000 manatın məxaricinə dair xx.xx.2021-ci il tarixli FJB**********749 nömrəli kassa məxaric orderini tərtib edib “müştəri” qrafasında Rişad Vəliyevin əvəzindən şəxsən imza etməklə, eyni niyyətlə, Şahid6 bank hesabından 22.000 ABŞ dollarının məxaricinə dair xx.xx.2021 tarixli FJB**********844 nömrəli kassa məxaric orderini tərtib edib “müştəri” qrafasında Şahid6 əvəzindən şəxsən imza etməklə, eyni niyyətlə, Şahid3 bank hesabından 10.100 manatın məxaricinə dair xx.xx.2021-ci il tarixli FJB**********878 nömrəli kassa məxaric orderini, 8.080 manatın məxaricinə dair xx.xx.2021-ci il tarixli FJB**********898 nömrəli kassa məxaric orderini, 606 manatın məxaricinə dair xx.xx.2021ci il tarixli FJB**********385 nömrəli kassa məxaric orderini tərtib edib “müştəri” qrafasında Şahid3 əvəzindən şəxsən imza etməklə, eyni niyyətlə, Şahid5 bank hesabından 10.100 ABŞ dollarının məxaricinə dair xx.xx.2021-ci il tarixli FJB**********420 nömrəli kassa məxaric orderini, 10.100 ABŞ dollarının məxaricinə dair xx.xx.2021-ci il tarixli FJB**********740 nömrəli kassa məxaric orderini tərtib edib “müştəri” qrafasında Şahid5 əvəzindən şəxsən imza etməklə saxtalaşdırıb, ümumilikdə qeyd edilən qaydada cəmi 116.996 manat məbləğində pul vəsaitinin xəzinədən məxaric olunmasına dair cəmi 15 ədəd məxaric orderinin məzmununa bilə-bilə yalan məlumatlar daxil etməklə tərtib edib müştərilərin əvəzindən şəxsən imzalayaraq filialın cinayətdən xəbərsiz baş xəzinədarı Şahid2 və filial müdiri Şahid1 imza etdirməklə, həmçinin informasiya resursu hesab olunan bankın əməliyyat sistemində həmin orderlərə uyğun olaraq qeyd edilən müştərilərin hesablarında müvafiq məbləğlərin məxaricinə dair bilə-bilə yalan məlumatları daxil edib, külli miqdar təşkil edən məbləğdə pul vəsaitini ələ keçirib şəxsi ehtiyaclarına sərf etməyə nail olaraq Zərərçəkmiş şəxs ASC-yə məxsus əmlakın qorunub saxlanılması və fəaliyyət istiqamətlərinə uyğun sərf edilməsi ilə əlaqədar fəaliyyətini pozmaqla əmlak hüquqlarına və qanuni mənafelərinə vahid niyyətlə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən suiistifadə etmiş, vəzifəli şəxs kimi vahid tamah niyyətilə rəsmi sənədlərə və informasiya resursuna bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı törətmişdir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq bilavasitə məhkəmə iclasında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəyini və digər sənədləri sübut kimi qəbul edərək, həmin sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Onun əməllərində cinayət tərkibi vardır. Onun törətdiyi cinayət əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə düzgün tövsif edilmişdir və o, həmin maddələr ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış biri-digərini tamamlayan sübutlarla tam sübuta yetirilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.1.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən hal qismində nəzərə alınır. Həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hal qismində nəzərə alınır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, həmçinin cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Zərərçəkmiş şəxsə dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və himayəsində azyaşlı uşağının olması Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamında ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunması, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilməsi tövsiyə olunmuşdur. Həmin Sərəncamın 8-ci bəndində qeyd olunmuşdur ki, cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün həbsə alternativ cəzaların tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, əməlini etiraf etməsi onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmənin fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlinin sanksiyasında nəzərdə tutulmuş müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzalarının təyin olunmasını əsaslandırmaq mümkün deyil, əks halda, bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan, dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və ədalət prinsipinə zidd olardı. Onun əməlində cəzanı ağırlaşdıran halların mövcud olmaması, şəxsiyyəti, iş yerinin olmaması, özünün həyat şəraiti, zərərçəkmiş şəxsə dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi, himayəsində azyaşlı uşağının olması, etdiyi əməlin böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər qrupuna aid edilməklə, xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az təhlükəli olması, törətdiyi əmələ görə səmimi peşman olması bunu deməyə əsas verir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyin olunması məsələsini müzakirə edərək, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini, təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini, əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb olunmasını və qadın olmasını nəzərə alaraq, onun barəsində təqsirləndirildiyi maddələrin sanksiyalarında nəzərdə tutulmuş cərimə cəzasının təyin olunmasını məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs hazırki iş üzrə təyin edilən cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq qismən toplanmaqla ona qəti cəza təyin olunmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə 140 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut olan Şahid4 adına tərtib olunmuş xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli, X1 adına tərtib edilən xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli, X6 adına tərtib edilən xx.xx.2021ci il tarixli, Şahid6 adına tərtib edilən xx.xx.2021-ci il tarixli, Şahid3 adına tərtib edilən xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli, Şahid5 adına tərtib edilən xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli kassa məxaric orderlərinin kserosurətləri, Şahid4 AZ46PAHA41020USDFC********** saylı, X1 AZ02PAHA41010AZNFK********** saylı, X6 AZ36PAHA41010AZNFC********** saylı, Şahid6 AZ24PAHA41020USDFC********** saylı, Şahid3 AZ53PAHA41010AZNFC********** saylı, Şahid5 AZ39PAHA41020USDFC********** saylı bank hesabından çıxarışlar və Təqsirləndirilən şəxs tərəfindən pulların mənimsənilməsini özündə əks etdirən 10 ədəd CD disk cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə maddi zərərin və mülki iddianın olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında həm də hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə hakim tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməmişdir. Belə vəziyyətdə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan müsadirə edilməli olan əmlak mövcud deyildir. Azərbaycan Respublikası CPM-nin 349-cu maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda,bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2500 (iki min beş yüz) manat miqdarında cərimə cəzasınа, həmin Məcəllənin 313-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2000 (iki min) manat miqdarında cərimə cəzasınа məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsinə əsasən təyin edilmiş 2000 (iki min) manat miqdarında cərimə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsinə əsasən təyin edilmiş 2500 (iki min beş yüz) manat miqdarında cərimə cəzası ilə qismən toplanmaqla onun üzərində qəti cəza olaraq 3000 (üç min) manat miqdarında cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş cərimə məbləğini hökm qanuni qüvvəsini aldıqdan sonra 1 (bir) ay müddətində müvafiq bank hesabına köçürməklə ödəsin. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti Zaqatala Rayon İcra və Probasiya Şöbəsi həyata keçirsin. İş üzrə 140 (bir yüz qırx) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X5, kod 210005, VOEN **********, müxbir hesab AZE41 NABZ********************, SFİFTBİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). İş üzrə maddi sübut olan Şahid4 adına tərtib olunmuş xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli, X1 adına tərtib edilən xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli, X6 adına tərtib edilən xx.xx.2021ci il tarixli, Şahid6 adına tərtib edilən xx.xx.2021-ci il tarixli, Şahid3 adına tərtib edilən xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli, Şahid5 adına tərtib edilən xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli kassa məxaric orderlərinin kserosurətləri, Şahid4 AZ46PAHA41020USDFC********** saylı, X1 AZ02PAHA41010AZNFK********** saylı, X6 AZ36PAHA41010AZNFC********** saylı, Şahid6 AZ24PAHA41020USDFC********** saylı, Şahid3 AZ53PAHA41010AZNFC********** saylı, Şahid5 AZ39PAHA41020USDFC********** saylı bank hesabından çıxarışlar və Təqsirləndirilən şəxs tərəfindən pulların mənimsənilməsini özündə əks etdirən 10 ədəd CD disk cinayət işi materiallarında saxlanılsın İş üzrə maddi zərərin və mülki iddianın olmaması nəzərə alınsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar