Azərbaycan Respublikası adından HÖKM Zaqatala rayonu İş № 1(033)-35/2023 27.09.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X7 katibliyi, dövlət ittihаmçısı-Аzərbаycаn Respublikаsı Bаş Prоkurоrluğunun Dövlət ittihаmının müdаfiəsi üzrə idаrəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihаmının müdаfiəsi üzrə şöbəsinin prоkurоru, ədliyyə müşaviri Dövlət ittihamçısı оğlunun, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Zaqatala Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs: xx xxxxxx 1986-cı ildə Zaqatala rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Zaqatala rayonu, PMK-20 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə saat 12:00-da məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq 01 ədəd 374602 nömrəli, zavod üsulu ilə keçmiş SSRİ dövlətində Tula silah zavodunda istehsal olunmuş, 6,35 mm kalibrli, texniki cəhətdən saz və atəş üçün yararlı, yivli odlu silah hesab edilən TK-Korovin konstruksiyalı tapançanı və 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı, 6,35x15 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli TK-Korovin konstruksiyalı tapançaların komplekt hissəsi olan darağı əldə edib üzərində saxlayıb gəzdirərək daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 10 mart 2023-cü il tarixdə saat 11.35-də Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən 5 saylı Tam Orta Məktəbin qarşısında saxlanılaraq ünvan 2 ünvanında yerləşən Zaqatala Rayon Polis Şöbəsinə dəvət olunub üzərinə həmin gün saat 12:55-də şəxsi axtarış və götürmə keçirilərkən əynindəki şalvarının sağ arxa hissəsindən 01 ədəd 374602 nömrəli, zavod üsulu ilə keçmiş SSRİ dövlətində Tula silah zavodunda istehsal olunmuş, 6,35 mm kalibrli, texniki cəhətdən saz və atəş üçün yararlı, yivli odlu silah hesab edilən TK- Korovin konstruksiyalı tapança və 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı, 6,35x15 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tututmuş, həmin kalibrli TK-Korovin konstruksiyalı tapançaların komplekt hissəsi olan darağ aşkar edilərək götürülmüşdür. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, o, təxminən üç il bundan əvvəl yaşadığı evin yaxınlığında məişət tullantıları olan ərazidə olan zaman orada bir ədəd markasını bilmədiyi tapança tapmış, həmin tapançanın darağı üstündə olsa da, darağın içərisində və ətrafda patronları olmamışdır. Bir neçə şəxslərlə düşmənçiliyi olduğu üçün həmin tapançanı üzərində saxlamışdır. Tapançanı tapmağı və üzərində saxlamağı barədə heç kimə məlumat verməmişdir. Bu barədə heç kimin xəbəri və məlumatı olmamışdır. Həmin tapançanın patronlarını tapa bilmədiyi üçün tapançadan heç vaxt istifadə etməmişdir. 10 mart 2023-cü il tarixdə saat 11:35-də Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən 5 saylı Tam Orta Məktəbin qarşısında Şahid4 ilə birlikdə onun idarə etdiyi **-DC-*** qeydiyyat nişanlı “Mercedes” markalı avtomobilin yanında olduğu zaman onlara Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları yaxınlaşıb onlardan özlərini təqdim etməklərini xahiş etmişlər. O, özünü təqdim etdikdən sonra polis əməkdaşları ona qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə edib saxlamaqda və üzərində gəzdirməkdə şübhəli olduğunu bildirmişlər. Daha sonra barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. Daha sonra onu və Şahid4 Zaqatala Rayon Polis Şöbəsinə dəvət etmiş, orada o, müdafiəçi ilə təmin edilərək ona hüquq və vəzifələri izah edilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl ona şəxsi axtarış və götürmənin videoçəkiliş əsasında həyata keçiriləcəyi barədə məlumat verilmiş, o, buna etiraz etmədiyini bildirdikdən sonra onu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona üzərində olması ehtimal edilən odlu silah və döyüş sursatlarını könüllü surətdə təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra o, üzərində odlu silah tapança olduğunu bildirib, əynindəki şalvarının sağ arxa kəmər hissəsindən bir ədəd tapançanı, əynindəki gödəkçəsinin sol yan cibindən “Samsung” markalı mobil telefonu, əynindəki gödəkçəsinin sağ yan cibindən iki ədəd alışqanı, bir ədəd siqaret qutusunu, bir ədəd mənzil açarını, bir ədəd cib dəsmalını, bir ədəd kommunal ödəniş barədə bildiriş çekini, əynindəki şalvarın sağ yan cibindən 300 manat pulu masanın üzərinə qoymaqla təqdim etmişdir. Bir ədəd “Samsung” markalı mobil telefonun kabro hissəsindən əlavə olaraq polis əməkdaşı tərəfindən ona məxsus bir ədəd şəxsiyyət vəsiqəsi və bir ədəd “055 642-85-87” rəqəmləri qeyd edilmiş kağız parça aşkar edilmişdir. Aşkar edilmiş bir ədəd tapançaya baxış keçirilərkən tapançanın üzərindən bir ədəd boş daraq aşkar edilmişdir. Həmin tapançaya baxış zamanı üzərində “374602” rəqəmlərinin həkk edildiyi müşahidə edilmişdir. Daha sonra aşkar edilmiş bir ədəd tapança və bir ədəd daraq polis əməkdaşı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılmışdır. Şəxsi axtarış davam etdirilərkən üzərindən digər əşya və ya predmet aşkar edilməmişdir. “Samsung” markalı mobil telefon və şəxsiyyət vəsiqəsi, eləcə də bir ədəd “055 642-85-87” rəqəmləri qeyd edilmiş kağız parça polis əməkdaşı tərəfindən götürülmüşdür. Üzərindən aşkar edilmiş 300 manat pul, iki ədəd alışqan, bir ədəd siqaret qutusu, bir ədəd kommunal ödəniş barədə bildiriş çeki, bir ədəd cib dəsmalı və bir ədəd mənzil açarı ona qaytarılmışdır. Daha sonra Şahid4 üzərinə baxış keçirilmiş, üzərində odlu silah və döyüş sursatları varsa könüllü surətdə verilməsi təklif edilmişdir. Şahid4 üzərində odlu silah, eləcə də digər qanunsuz əşya və ya predmet olmadığını bildirib, əynindəki gödəkçənin sol iç cibindən şəxsiyyət vəsiqəsini və 48 manat pulu, əynindəki şalvarının sol cibindən bir ədəd alışqanı, “Redmi” markalı mobil telefonu, əynindəki şalvarının sağ yan cibindən siqaret qutusunu, şalvarının sağ arxa cibindən iki ədəd avtomobil açarını masanın üzərinə qoymaqla təqdim etmişdir. Baxış davam etdirilərkən Şahid4 üzərindən digər əşya və ya predmet aşkar edilməmişdir. Şahid4 üzərindən aşkar edilmiş 48 manat pul, bir ədəd alışqan, bir ədəd siqaret qutusu, bir ədəd “Redmi” markalı mobil telefon, bir ədəd şəxsiyyət vəsiqəsi və iki ədəd avtomobil açarı onun özünə geri qaytarılmışdır. Sorğu zamanı o, üzərindən aşkar edilmiş tapançanı 3 il əvvəl yaşadığı ünvana yaxın ünvanda məişət tullantıları olan ərazidə yerdən tapdığı, həmin tapançadan tanışı Şahid4 məlumatının olmadığını bildirmişdir. Şahid4 onun üzərindən aşkar edilmiş tapançadan məlumatının olmadığını, taksi xidməti göstərdiyini, Zaqatala Rayon Polis Şöbəsinin həyətində saxlanılan **-DC-*** qeydiyyat nişanlı, “Mercedes” markalı avtomobildə də odlu silah, döyüş sursatı olmadığını, həmin avtomobilə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Hazırda etdiyi hərəkətdən peşmandır. Himayəsində 3 azyaşlı uşağı var, özü birinci qrup əlildir. Göstərdiklərinin nəzərə alınmasını və ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşıdır. 10 mart 2023-cü il tarixdə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumatda xx.xx.1986-cı ildə Zaqatala rayonunda anadan olmuş, Zaqatala rayonu, PMK- 20 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatlarını əldə edərək saxlaması və üstündə daşıyaraq gəzdirməsi bildirilmişdir. Daxil olmuş məlumat əsasında 10 mart 2023-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı həmin gün saat 11:35-də o, Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən 5 saylı Tam Orta Məktəbin qarşısında Şahid4 ilə birlikdə sonuncunun idarə etdiyi **-DC-*** qeydiyyat nişanlı “Mercedes” markalı avtomobilin yanında olduğu zaman saxlanılaraq həmin avtomobillə Zaqatala Rayon Polis Şöbəsinə qanunsuz olaraq odlu silah, döyüş sursatları saxlamaqda və daşımaqla üzərində gəzdirməkdə şübhəli olaraq gətirilmiş və barəsində şübhəli şəxs qismində tutma haqqında qərar qəbul edilmişdir. Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində, odlu silah, döyüş sursatları, o cümlədən qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 10 mart 2023cü il tarixli qərara əsasən Zaqatala Rayon Polis Şöbəsinin inzibati binasında xidməti iş otağında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində 10 mart 2023-cü il tarixdə saat 12:55-də şəxsi axtarış və götürmə, eləcə də Şahid4 barəsində baxış aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs, eləcə də barəsində baxış prosesi aparılan Şahid4 şəxsi axtarış, baxış və götürmənin videoçəkiliş vasitəsi ilə çəkiliş aparılacağı barədə məlumat verilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs və Şahid4 buna etiraz etmədiyini bildirdikdən sonra Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən odlu silah və döyüş sursatları, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində odlu silah tapança olduğunu bildirib, əynindəki şalvarının sağ arxa kəmər hissəsindən bir ədəd tapança tipli dəmir predmeti, əynindəki gödəkçənin sol yan cibindən “Samsung” markalı mobil telefonu, əynindəki gödəkçənin sağ yan cibindən iki ədəd alışqanı, bir ədəd siqaret qutusunu, bir ədəd mənzil açarını, bir ədəd cib dəsmalını, bir ədəd kommunal ödəniş barədə bildiriş çekini, əynindəki şalvarının sağ yan cibindən 300 manat pulu masanın üzərinə qoymaqla təqdim etmişdir. Bir ədəd “Samsung” markalı mobil telefonun kabro hissəsindən əlavə olaraq Təqsirləndirilən şəxs məxsus 01 ədəd şəxsiyyət vəsiqəsi və bir ədəd telefon nömrəsi qeyd edilmiş kağız parçası aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd tapança tipli dəmir predmetə baxış keçirilərkən tapança tipli predmetin üzərindən bir ədəd boş daraq aşkar edilmişdir. Həmin tapança tipli predmetə baxış zamanı həmin predmetin üzərində rəqəmlərin həkk edildiyi müşahidə edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd tapança tipli silaha oxşar dəmir predmet və bir ədəd daraq cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “Samsung” markalı mobil telefon və şəxsiyyət vəsiqəsi, eləcə də 01 ədəd kağız parçası əhəmiyyət kəsb etdiyindən götürülmüş, 300 manat pul vəsaiti, iki ədəd alışqan, bir ədəd siqaret qutusu, bir ədəd kommunal ödəniş barədə bildiriş çeki, bir ədəd cib dəsmalı və bir ədəd mənzil açan onun özünə geri qaytarılmışdır. Daha sonra Şahid4 üzərinə baxış keçirildi. Şahid4 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən odlu silah və döyüş sursatları, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Şahid4 üzərində odlu silah, eləcə də digər qanunsuz əşya və ya predmet olmadığını bildirib, əynindəki gödəkçənin sol iç cibindən şəxsiyyət vəsiqəsini və 48 manat pulu, əynindəki şalvarın sol cibindən bir ədəd alışqanı, “Redmi” markalı mobil telefonu, əynindəki şalvarın sağ yan cibindən siqaret qutusunu, şalvarının sağ arxa cibindən iki ədəd avtomobil açarını masanın üzərinə qoymaqla təqdim etmişdir. Baxış davam etdirilərkən Şahid4 üzərindən digər əşya və ya predmet aşkar edilməmişdir. Şahid4 üzərindən aşkar edilmiş 48 manat pul, bir ədəd alışqan, bir ədəd siqaret qutusu, bir ədəd “Redmi” markalı mobil telefon, bir ədəd şəxsiyyət vəsiqəsi və iki ədəd avtomobil açarı onun özünə geri qaytarılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş tapançanı 3 il əvvəl yaşadığı ünvana yaxın ünvanda məişət tullantıları olan ərazidə yerdən tapdığını, özünümüdafiə məqsədilə gəzdirdiyini, hər hansı məqsəd üçün istifadə etmədiyini, üzərindən aşkar edilmiş tapançadan tanışı Şahid4 məlumatının olmadığını bildirmişdir. Həmçinin sorğu zamanı Şahid4 Ağakişi Həzrəyin üzərindən aşkar edilmiş tapançadan məlumatının olmadığını, ona taksi xidməti göstərdiyini, eləcə də Zaqatala Rayon Polis Şöbəsinin həyətində saxlanılan **-DC-*** qeydiyyat nişanlı, “Mercedes” markalı avtomobildə də odlu silah, döyüş sursatı, qanunsuz digər əşya və ya predmetlər olmadığını, həmin avtomobilə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra müvafiq protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş, iştirakçılar tərəfindən protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Daha sonra Şahid4 idarə etdiyi **-DC-*** qeydiyyat nişanlı “Mercedes” markalı avtomobilə baxış keçirilmiş, lakin Şahid4 idarə etdiyi avtomobildən qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra müvafiq protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş, iştirakçılar tərəfindən protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadə ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində şahid qismində dindirilmiş Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, hərdən özünə məxsus “Mercedes” markalı 50DC456 dövlət nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs uzun müddətdir tanımış, onunla normal münasibətləri olmuşdur. Lazım olduqda ona ödənişli taksi xidmətləri göstərmişdir. 10 mart 2023-cü il tarixdə saat 11:35-də Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən 5 saylı Tam Orta Məktəbin qarşısında Təqsirləndirilən şəxs ilə birlikdə idarə etdiyi **-DC-*** qeydiyyat nişanlı “Mercedes” markalı avtomobilin yanında olduqları zaman Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları onlara yaxınlaşıb onları Zaqatala Rayon Polis Şöbəsinə dəvət etmişlər. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmənin videoçəkiliş əsasında həyata keçiriləcəyi barədə məlumat verilmiş, Ağakişi buna etiraz etmədiyini bildirdikdən sonra onu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, üzərində olması ehtimal edilən odlu silah və döyüş sursatlarını könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində odlu silah tapança olduğunu bildirib, şalvarının sağ arxa kəmər hissəsindən bir ədəd tapançanı, üzərində olan “Samsung” markalı mobil telefonu, iki ədəd alışqanı, bir ədəd siqaret qutusunu, bir ədəd mənzil açarını, bir ədəd cib dəsmalını, bir ədəd kommunal ödəniş barədə bildiriş çekini, 300 manat pulu masanın üzərinə qoymaqla təqdim etmişdir. “Samsung” markalı mobil telefonun arxa hissəsindən əlavə olaraq Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi və telefon nömrəsi qeyd edilmiş kağız parça aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş tapança və daraq polis əməkdaşı tərəfindən zərfdə qablaşdırılmışdır. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “Samsung” markalı mobil telefon və şəxsiyyət vəsiqəsi, eləcə də rəqəm qeyd edilmiş kağız parça əhəmiyyət kəsb etdiyindən polis əməkdaşı tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş pul vəsaiti və digər əşyalar onun özünə geri qaytarılmışdır. Daha sonra onun üzərinə baxış keçirilmiş, lakin heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş tapançanı 3 il əvvəl yaşadığı ünvana yaxın ünvanda məişət tullantıları olan ərazidə yerdən tapdığını, özünümüdafiə məqsədilə gəzdirdiyini, hər hansı məqsəd üçün istifadə etdmədiyini, üzərindən aşkar edilmiş tapançadan onun məlumatının olmadığını bildirmişdir. O, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş tapançadan məlumatının olmadığını, ona taksi xidməti göstərdiyini bildirdi. Daha sonra idarə etdiyi avtomobilə baxış keçirilmiş, lakin avtomobildən qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş 10 mart 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 10 mart 2023-cü il tarixdə saat 11.35-da Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən 5 saylı Tam Orta Məktəbin qarşısında saxlanılaraq ünvan 2 ünvanında yerləşən Zaqatala Rayon Polis Şöbəsinə dəvət olunub üzərinə həmin gün saat 12:55-də şəxsi axtarış və götürmə keçirilərkən əynindəki şalvarının sağ arxa hissəsindən 01 ədəd 374602 nömrəli, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, 6,35 mm kalibrli, texniki cəhətdən saz və atəş üçün yararlı, yivli odlu silah hesan edilən TK-Korovin konstruksiyalı tapança və 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı, 6,35x15 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tututmuş, həmin kalibrli TK konstruksiyalı tapançaların komplekt hissəsi olan darağ aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin 11 mart 2023-cü il tarixli 23/202R nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd 374602 nömrəli, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, 6,35 mm kalibrli TK-Korovin konstruksiyalı, texniki cəhətdən saz və atəş üçün yararlı, yivli odlu silah hesab edilən tapança və 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı, 6,35x15 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tututmuş, həmin kalibrli TK konstruksiyalı tapançaların komplekt hissəsi olan darağdır. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş 10 mart 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan və qərardan görünür ki, Təqsirləndirilən şəxs 10 mart 2023-cü il tarixdə saat 11:35-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlb edilmə haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-336/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 10 mart 2023-cü il tarixdən hesablanmaqla 03 ay həddində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş maddi sübut hesab edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə aşkar olunub götürülmüş 01 ədəd 374602 nömrəli TK-Korovin konstruksiyalı tapança və 01 ədəd darağ iş üzrə maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanılmasından ötrü Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası Publik hüquqi şəxsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Hərbi Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək N ay intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tədbiq edilməklə ona təyin edilmiş həmin cəza 06 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmişdir. Zaqatala RPŞdə 23 yanvar 2013-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Zaqatala Bələdiyyəsi və Zaqatala rayon Mənzil İstismar İdarəsi tərəfindən verilmiş xasiyyətnamələrdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində yazılı və ya şifahi olaraq heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Zaqatala rayon Mənzil İstismar İdarəsi tərəfindən verilmiş 29 mart 2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi özündən, 1985-ci il təvəllüdlü arvadı X1, 2009cu il təvəllüdlü qızı X2, 2012-ci il təvəllüdlü oğlu X4, 2019-cu il təvəllüdlü qızı X3 ibarətdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 14 mart 2023-cü il tarixli məktubundan görünür ki, TK-Korovin markalı, 6,35 kalibrli, 374602 nömrəli silahın mərkəzləşdirilmiş axtarış uçotlarında olması barədə DİN BƏSİİ-də məlumat yoxdur. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 17mart 2023-cü il tarixli məktubundan görünür ki, 01 ədəd 6,35 mm kalibrli 374602 nömrəli TK- Korovin konstruksiyalı tapançadan eksperimental qaydada atılmış güllə-giliz nümunələri idarənin “güllə-giliz” kartotekasında “Arsenal” avtomatlaşdırılmış ballistik sistemi vasitəsi iıə yoxlanıldı. Müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş 05 aprel 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinin materiallarından odlu silah və döyüş sursatlarının mənbə xüsusatına görə cinayət işi ayrılmışdır. İş materiallarına olan cinayət işi üzrə ibtidai istintaq müddətinin uzadılması barədə xx.xx.2023-cü il tarixli qərardan məlum olur ki, cinayət işi üzrə ibtidai istintaq müddəti Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavini İİ dərəcəli dövlət ədliyyə müşaviri Elçin Məmmədov tərəfindən 2 ay, yəni 11 avqust 2023-cü il tarixədək uzadılmışdır. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-856/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti iki ay, yəni 10 avqust 2023-cü il tarixə kimi uzadılmışdır. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, 26 oktyabr 2009-cu ildə doğulmuş X5, 10 yanvar 2012-ci ildə doğulmuş X8 və 26 iyul 2019-cu ildə doğulmuş X6 atası Təqsirləndirilən şəxs, anası isə X9r. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş DSMF– nin Zaqatala rayon şöbəsi tərəfindən verilmiş vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs İ (birinci) qrup əlildir. Beləliklə Təqsirləndirilən şəxs yuxarıda şərh edilən ona istinad edilən cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, həm də şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və cinayət işinin digər obyektiv halları ilə məhkəmə istintaqında tam sübuta yetirilmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq 01 ədəd 374602 nömrəli, zavod üsulu ilə keçmiş SSRİ dövlətində Tula silah zavodunda istehsal olunmuş, 6,35 mm kalibrli, texniki cəhətdən saz və atəş üçün yararlı, yivli odlu silah hesab edilən TK-Korovin konstruksiyalı tapançanı və 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı, 6,35x15 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli TK-Korovin konstruksiyalı tapançaların komplekt hissəsi olan darağı əldə edib üzərində saxlayıb gəzdirərək daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 10 mart 2023-cü il tarixdə saat 11.35-də Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən 5 saylı Tam Orta Məktəbin qarşısında saxlanılaraq ünvan 2 ünvanında yerləşən Zaqatala Rayon Polis Şöbəsinə dəvət olunub üzərinə həmin gün saat 12:55-də şəxsi axtarış və götürmə keçirilərkən əynindəki şalvarının sağ arxa hissəsindən 01 ədəd 374602 nömrəli, zavod üsulu ilə keçmiş SSRİ dövlətində Tula silah zavodunda istehsal olunmuş, 6,35 mm kalibrli, texniki cəhətdən saz və atəş üçün yararlı, yivli odlu silah hesab edilən TK- Korovin konstruksiyalı tapança və 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı, 6,35x15 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tututmuş, həmin kalibrli TK-Korovin konstruksiyalı tapançaların komplekt hissəsi olan darağ aşkar edilərək götürülmüşdür. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq bilavasitə məhkəmə iclasında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut kimi qəbul edərək, həmin sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış biri-digərini tamamlayan sübutlarla tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.1.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən hal qismində nəzərə alınır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, həmçinin cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Eyni zamanda, məhkəmə Təqsirləndirilən şəxs himayəsində 3 azyaşlı uşağın olmasını, İ (birinci) qrup əlil olmasını və onkoloji xəstəlikdən əziyyət çəkməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyin olunması məsələsini müzakirə edərək, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini, təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum ediləcəyinin ağlabatan və cəzanın məqsədinə nail olunması baxımından yetərli vasitə hesab oluna bilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli onun şübhəli şəxs qismində tutulduğu 10 mart 2023-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi qüvvədə saxlanılmalıdır. İş üzrə maddi sübutlar – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş 01 ədəd 374602 nömrəli TK-Korovin konstruksiyalı tapança və 01 ədəd darağ məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra DİN-nin Silah-Sursat Anbarına təhvil verilməli, 01 ədəd DVD disk isə cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərclərinin və mülki iddianın olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında həm də hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə hakim tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməmişdir. Belə vəziyyətdə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan müsadirə edilməli olan əmlak mövcud deyildir. Azərbaycan Respublikası CPM-nin 349-cu maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəli tutulduğu tarixdən, yəni 10 mart 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi qüvvədə saxlanılsın. İş üzrə üzrə maddi sübutlar – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş 01 ədəd 374602 nömrəli TK-Korovin konstruksiyalı tapança və 01 ədəd darağ məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra DİN-nin Silah-Sursat Anbarına təhvil verilsin. İş üzrə maddi sübut olan 01 ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərclərinin, xüsusi müsadirə olunmalı əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. Hökm elan olunduğu andan (Təqsirləndirilən şəxs hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan (Təqsirləndirilən şəxs hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.
Məhkəmə qərarları › İş №1(033)-35/2023
Zaqatala Rayon Məhkəməsi Hökm — İş №1(033)-35/2023
27.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver